Məhkəmə qərarları › İş №1(089)-26/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-26/2023

27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-26/2023 27.12.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədiyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs-xx xxxx 2001-ci il tarixdə Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvəllər məhkum olunmamış, orta təhsilli, müvəqqəti işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş-Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Culfa Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:00-da ünvan 2 ünvanın 23-cü mənzilində yaşayan Zərərçəkmiş şəxs qızı Elif Şükürlü ilə birlikdə özünə məxsus olan Volkswagen Passat markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilinə minərək oradan uzaqlaşdığını görmüş, Zərərçəkmiş şəxs yaşadığı mənzildə heç kimin olmamasını düşünmüş, həmin mənzilin qarşısına gəlmiş, bir neçə dəfə mənzilin giriş qapısını döymüş, evdə heç kimin olmadığına tam əmin olmuş, evin giriş qapısının yanında yerləşən elektrik sayğacı qutusunu və ayaqqabıların içərisini axtarmış, kiçik oğlan ayaqqabısının içərisindən tapdığı açarla həmin mənzilin qapısını açmış, mənzilə daxil olmuş, mənzilin yataq otağındakı termonun üzərində olan mücrünün içərisindən Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd qızıl boyunbağını, 1 ədəd qızıl üzüyü, 3 ədəd qızıl qolbağını və 1 cüt qızıl sırğanın 1 tayını tamah niyyəti ilə qəsdən gizli yolla talamış, Zərərçəkmiş şəxs ümumilikdə 5680,69 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törətmiuşdir. Məhkəmə iclaslarında iştirak etmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzədə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilmiş, izahatında bildirmişdir ki, 10 iyul 2023-cü il tarixdə Culfa şəhərində “simicnoy” adlı kafedə tək 4-5 bakal piyvə içmiş, əvvəllər bir necə dəfə ağlından Culfa şəhər sakini Dürdanə adlı xanımın evinə oğurluq etmək məqsədilə girmək barədə düşündüyündən bu barədə fikirləşmiş və qəti qərara gəlmişdir ki, Dürdanınin evindən oğurluq etsin. Dürdanənin evində tək yaşadığını, maddi imkanının yaxşı olmasını əvvəlcədən bilmiş, onun evinə girsə pul və yaxud qızıl tapa biləcəyini düşünmüşdür. Axşam saat 10-11 radələrində Dürdanə xanımın yaşadığı məhəlləyə, dəmiryolu beşmərtəbəsi adlanan yerə getmiş, binanın yaxınlığında gəzən zaman Dürdanə xanımın qızı Eliflə öz avtomobilinə əyləşdiklərini, harasa getdiklərini görmüş, Dürdanənin evinə daxil olmağın vaxtı olduğunu düşünmüş, Dürdanə xanımın mənzilinin yerləşdiyi padyezə daxil olmuş, ikinci mərtəbəyə qalxmış, ikinci mərtəbədə soldakı qapının Dürdanə xanımın mənzilinin giriş qapısı olduğunu bildiyindən qapıya yaxınlaşmış, evdə adam olubolmamasını yoxlamaq üçün evin qapısını döymüş, evdə kimsənin olmamasına tam əmin olmuş, qapının açarını axtarmağa başlamışdır. Mənzilin giriş qapısının sağ hissəsində yerləşən elektirik sayğacının qapağını açaraq oraya baxmış, açar orada olmamış, qapının giriş hissəsində olan 2-3 cüt ayaqqabı dəstinin içərisinə baxmış, balaca uşaq ayaqqabısının içərisindən bir ədəd ensiz düz formada olan açar tapmış, həmin açarla qapının kilidini açmış, açarı çıxarmış və evə daxil olmuşdur. Evin giriş hissəsində ayağında olan tapışkanı evdə yerə iz salmasın deyə çıxarmış, cibində olan alışqanın işığından istifadə edərək evin giriş hissəsində sağda olan qonaq otağına daxil olmuş, qonaq otağını səthi axtarmış, heçnə olmadığından evin zalının sol tərəfində olan ikinci yataq otağına daxil olmuş, otaqda 1 ədəd yataq dəsti, yataq dəstinin kənarında iki ədəd tumbucka,1 ədəd böyük paltar şkafı və 1 ədəd güzgülü tirmo olduğunu görmüşdür. İlk növbədə yataq otağında olan böyük paltar şkafının qapılarını açmış, qapılar yataq dəstinə dəydiyindən tam açılmamış, paltar şkafının içərisində kassaya bənzər qutu olduğunu görmüş, onun qapısını dartmış, açılmamış, səs küy yaranmasın deyə şkafın qapısını örtmüşdür. Otaqda olan tirmoya yaxınlaşmış, tirmonun üstündə qara rəngli yumru qab və həmin qabın içərisində isə bir miqdar qızıl olduğunu görmüş, qabda olan qızılların bir hissəsini götürmüş, cibinə qoymuş, evdən çıxmış, evin qapısını örtmüş, yaşadığı ünvana getmişdir. Evə gedən zaman evin açarının cibimdə qaldığını görmüş, açarı yolda asfalt yolun kənarında olan kanala atmışdır. Yaşadığı evdə heç kim olmamış, qızılları cibindən çıxardıb baxmış, 1 ədəd üzərində qaşları olan qalın qızıl qolbağ, 2 ədəd eyni görünüşdə olan nazik qızıl qolbağ, 1 ədəd rəngli qaşsız qızıl üzük və 1 ədəd tək üçbucaq formasında qızıl sırğa olduğunu görmüş, rəngli paketə bükmüş və yataq otağında olan paltar şkafının içərisində olan sarı rəngli qış kurtkasının cibinə qoymuşdur. Sabahısı gün qızılları götürmüş, cibinə qoymuş, qiymətlərini müəyyən etmək üçün tanıdığı lombardçı Vəli adlı şəxsə zəng etmiş, onunla danışmış, Vəli yanına gəlməsini bildirmişdir. Culfa şəhər sakini Emin adlı şəxslə danışmış, taksi kimi onu Naxçıvan şəhərinə aparmasını bildirmiş, Eminin taksisi ilə Naxçıvan şəhərinə getmişdir. Yolda Vəliyə zəng etmiş, harada olduğunu soruşmuş, Vəli ona Babək rayonuna gedən yolda olan Elsevər restoranına çatdığını, oraya gəlməsini bildirmişdir. Elsevər restoranının həyətinə getmiş, taksi həyətdə onu gözləmişdir. Restoranda Vəli ilə görüşmüş, Vəli ilə birlikdə restoranın həyətində olan metalik rəngli Niva markalı avtomobilin yanına getmiş, avtomobldə əyləşmiş, qızılları çıxarıb Vəliyə göstərmiş, həmin qızılların qiymətini müəyyən etməsini istəmşdir. Vəli qızılları avtomobilində olan tərəzisi ilə çəkmiş, qızılların ümumi çəkisinin 48.9 qram, qiymətinin isə 2500 manat olduğunu, 26 yaşlı bir nəfərin şəxsiyyət vəsiqəsini gətirməsini və həmin qızılları 2500 manata alacağını bildirmişdir. Eminlə Culfa şəhərinə qayıtmış, Culfa şəhərində beşmərtəbəli binanın qarşısında taksidən enmiş və evə getmişdir. Evdə qızılları balıncın altına qoymuş və yatmışdır. Səhərisi gün qızılları götürmüş və Culfa şəhər sakini Şahid1lə görüşməyə getmiş, Kamranla məhlələrində, qarajının yanında avtomobilində görüşmüş, söhbət etmiş, söhbət zamanı əsgərlikdən gələndən sonra Culfa rayonunun Dizə kəndindən bir qızla sevgili olduğunu və həmin qızın ona bir miqdar qızıl verdiyini, ərə getdiyi üçün qızılların onda qaldığını və həmin qızılları satmaq isdədiyini, həmçinin qızılların Vəli adlı lombardçıda qiymətini öyrəndiyini, yaşı az olduğundan, həmçinin şəxsiyyət vəsiqəsi orduda olduğundan sata bilmədiyini bildirmişdir. Kamrana qızılları satmaqda ona kömək etməsini, buna görə ona 100 manat pul verəcəyini bildirdirmişdir. Kamran ona kömək edəcəyini bildirmiş, qızılları Kamrana vermiş, Kamran isə qızılları sabah şəhərə aparıb satacaqlarını bildirmişdir. Sabahısı gün Kamran təxminən saat 11-12 radələrində ona zəng etmiş, məhləyə düşməsini demiş, məhləyə enmiş, Kamranla onun mercedes markalı, **-BC-*** nömrəli avtomobilində görüşmüş, Vəliyə zəng etmiş, qızılı satmaq üşün adam tapdığını və yanına gəlmək istədiyini bildirmiş, Vəli isə ona gəlməsini bildirmişdir. Bundan sonra Kamranla onun avtomobili ilə Naxçıvan şəhərinə getmiş, Naxçıvan şəhərinə gedən zaman yolda Vəliyə bir neçə dəfə zəng etmiş, Vəli telefonu açmamışdır. Naxçıvan şəhərinə çatdıqdan sonra Vəliyə bir neçə dəfə təkrar zəng etmiş, Vəli yenə də telefona cavab verməmişdir. Kamranla Naxçıvan şəhərində Reyhan restoranın yanında olan yanacaqdoldurma məntəqəsinə getmiş, Kamran avtomobilini təmir etmək üçün orada işləyən ustaya verdiyini demişdir. Həmin vaxt Vəliyə bir neçə dəfə də zəng etmiş, nəhayət Vəli telefona cavab vermişdir. Vəli ilə telefonda danışmış, qızılları satmaq üçün Naxçıvan şəhərinə gəldiklərini və hal-hazırda yanacaq doldurma yerində olduqlarını bildirmişdir. Vəli orada gözləməyi və özünün oraya gələcəyini demiş, bu barədə Kamrana bildirmişdir. Kamran qızılları avtomobildən götürməyini demiş, qızılları avtomobildən götürmüş və şalvarının arxa cibinə qoymuşdur. Vəli onların yanına Niva markalı avtomobili ilə gəlmiş, avtomobldə Vəlidən başqa bir nəfər tanımadığı şəxs də olmuşdur. Kamranla Vəli ona məxsus avtomobilə əyləşmiş, birlikdə Naxçıvan şəhərində olan Faytonçu adlı kafeyə getmiş, kabinetdə oturmuşlar. Kamran ona qızılları çıxartmasını demiş, cibindən qızılları bükülmüş vəziyyətdə çıxarmış və Vəliyə vermişdir. Vəli qızıllara telefonun işığı ilə baxmış, torbaya bükmüş və Kamrana vermişdir. Kamran isə qızılı ona uzatmış, qızılları şalvarının cibini qoymişdur. Kafedən çıxdıqdan sonra Vəlinin avtomobili ilə Kamranın avtomobilinin təmir olunduğu yanacaqdoldurma məntəqəsinə gəlmiş, özü və Kamran avtomobildən enmiş, həmin vaxt Vəli Kamrana şəxsiyyət vəsiqəsinin üzünü çıxardıb, ona zəng etməsini bildirmişdir. Vəlidən qızılları 2500 manata götürə biləcəyini soruşmuş, Vəli qızıllara 1000 manat verəcəyini demiş və oradan uzaqlaşmışdır. Kamranın yanına getmiş və Vəlinin qızıllara 1000 manat verəcəyini demişdir. Kamran Vəlinin qızıllara 1000 manat verməsinin səbəbini soruşmuş, Kamranın yanında Vəliyə zəng etmiş, əvvəl qızıllara 2500 manat, indi 1000 manat deməsinin səbəbini soruşmuş, Vəli ona Kamranın şəxsiyyət vəsiqəsinin üzünü çıxartmağı qızıllarla birlikdə Faytonçuda olan oğlana verməsini və həmin oğlandan 1000 manat götürməsini, həmçinin qızılı verib, pulu götürən zaman orada girov yazıb pulu götürməsini bildirmişdir. Kamrana Vəlinin qızıllara 1000 manat verə biləcəyini dediyini bildirmiş, Kamran 1000 manatın az olduğunu, qızılları satmamasını, ona verməsini, qarşılığında ona həmin gün 1000 manat, qızılları satandan sonra isə 500 manat verəcəyini bildirmişdir. Vəliyə heçnə demədən Kamranla onun avtomobilinə əyləşmiş, Naxçıvan şəhərində kotonun binasının yanında olan kapital banka getmişlər. Kamran Kapital bankdan 1000 manat çəkib ona vermiş, oradan Culfa şəhərinə qayıtmışlar. Culfa şəhərinə qayıdan zaman Kamran Culfa şəhər sakini Polad adlı şəxsə zəng etmiş, reyslərin yanında onu gözləməsini bildirmiş və qızılları Polada satacağını demişdir. Kamrana “qızılları Polada satsan qızıllar axtarışda olar, problem olar” demiş, Kamran isə qız veribsə problem olmaz demişdir. Culfa şəhərinə gəldikdən sonra xəstəxananın qarşısında Kamranın avtomobilindən düşmüş, Kamran isə Poladla görüşməyə getmişdir. Özü isə xəstəxanaya, oradan da Culfa şəhərində olan evlərinə getmişdir. Evə gedən zaman İlkin adlı şəxsin telefon mağazasına girmiş, ona olan 23 manat borcunu vermişdir. Həmin vaxt Kamran ona zəng etmiş, harada olduğunu soruşmuş, yerini demiş, orada onu gözləməsini bildirmişdir. Kamran həmin yerə gəlmiş, avtomobilinə əyləşmiş, Kamran qızılları Polada göstərdiyini, Poladın qızılları almaq istəmədiyini, Dürdanınin qızıllarının oğurlandığını bildirmişdir. Kamranla aralarında biraz mübahisə olmuş, pulunu geri istəmiş, qızılları isə ona qaytarmışdır. Kamranın verdiyi 1000 manatdan 850 manatı Kamrana qaytarmış, qızıllar isə onda qalmışdır. Evə gəlmiş, Kamran isə avtomobili ilə çıxıb getmişdir. Evə getdikdən 2-3 saat sonra yenidən Kamrana zəng etmiş, Kamrana “qızılları gətir, aparıb Dürdanənin qapısına atacağam” demiş, həmçinin Kamrana həmin qızılların Dürdanənin qızılları olduğunu, özünün oğurladığını demiş, onları yerinə atmaq istədiyini bildirmiş, lakin Kamran qızılları aparıb Türkiyədə satacağını demişdir. Kamranla Türkiyəyə gedən gündən bir gün əvvəl axşam görüşmüş, Kamranla görüşməmişdən əvvəl telefonda danışan zaman ona 300 manat pul lazım olduğunu və ondan borc pul istəmiş, Kamran Türkiyədən gələndən sora ona borc pul verəcəyini bildirmişdir. Kamranla axşam görüşmüş, Kamran sabah Türkiyəyə gedəcəyini və qızılı da aparıb satacağını bildirmişdir. Kamranla görüşən zaman ona Elçin İsgəndərovun adına olan kapital bank kartını vermiş, kartı sabah saat 10 da Kapital bankın yanına aparıb Elçin adlı şəxsə verməsini, Elçinin ona 90 manat pul verəcəyini, pulu alıb sonra kartı verməsini, həmin şəxsin nömrəsini isə axşam mesajla atacağını bildirmişdir. Kamran bundan sonra Türkiyəyə getmiş, bir gün sonra gəlmiş, bir gün sonra ona zəng etmiş, bacısının yoldaşı Arifin vaz 21015 markalı, metalik rəngli avtomobili ilə gəlib onu götürmüş, Naxçıvan şəhərinə getmişlər. Yolda Kamran ona 300 manat borc pul vermiş, üzüyü 340 manata Türkiyədə satdığını bildirmişdir. Kamranla Naxçıvan şəhərində başqa işlərini görmüş və birlikdə Culfa şəhərinə qayıtmışlar. Bundan bir neçə gün sonra Kamran ona zəng etmiş, həyətdə qarajda olduğunu, qaraja gəlməsini demişdir. Qaraja getmiş, Kamran Dürdanənin qızıllarının evdən oğurlandığını bildiyini, evinin yuxarı mərtəbəsində kirayə qalan qızlardan və Dürdanə ilə birlikdə işləyən qızdan şübhələndiyini demişdir. Kamran ona qızılları aparıb Dürdanənin qapısına atmasnı demiş, Kamranla razılaşmamış, özünün bir nəfərin əli ilə qızılları aparıb Dürdanənin özünə verəcəyini, sonra qızılları özünün aparıb Dürdanənin qapısına atacağını bildirmiş, həmin vaxt Kamran qızılları başqa yerə qoyduğunu və sabah ona verəcəyini demişdir. Sabahısı gün Kamran ona zəng etmiş, təqaüdçülər klubunda olduğunu və oraya gəlməsini demiş, oraya getmiş, Kamranın Culfa şəhər sakini Məhərrəm və tanımadığı Culfa şəhər sakini ilə birlikdə olduğunu görmüşdür. Kamran örtülü şəkildə “əmanət maşında saxlanc yerindədir, get oradan götür” demiş, Kamranın avtomobilindən qızıl olan paketi götürmüş, açıb qızıla baxmış, üzükdən başqa digər qızılların yerində olduğunu görmüş, qızılları götürmüş və evə getmişdir. Sabahısı gün Kamran ona zəng etmiş, qızılları nə etdiyini soruşmuş, qızıllar özündə olsa da, aparıb Dürdanənin qapısına atdığını bildirmişdir. Qızılları bir həftə özündə saxlamış, aparıb Dürdanənin qapısına qoymaq üçün uyğun vaxt gözləmiş, bir neçə gün sonra Culfa şəhər sakini, təxminən bir neçə ay olar ki, Bakı şəhərində yaşayan Vasifi axşam saatlarında Rabitə İdarəsinin önündə görmüş, Vasiflə söhbət etmiş, Vasifdən Bakıya gedən zaman borca aldığı 50 manat pulu geri qaytarmasını, həmçinin onda qızıl olmasını və onu satmaq lazım olduğunu demişdir. Vasiflə Tuqay adlı yeməkxanaya getmiş, yeməkxana bağlı olmuş, oradan uzaqlaşmışlar. Vasif ona kömək edəcəyini bildirmişdir. Sabahısı gün instaqramdan Vasifi yığmış, goruşmək istədiyini bildirmiş, təxminən bir saat sonra Vasiflə görüşmüş, Naxcıvan şəhərinə getmiş, orada yeyib içdikdən sonra Culfaya qayıtmışlar. Sabahısı gün Vasiflə Culfa şəhərində olan parkda görüşmüş, Vasifin İphone 6 markalı telefonunu almış, ona olan borcunu bağladıqlarını, lakin 50 manatı “az pul manatdan” çəkib verdiyi üçün üzərinə 27 manat bir neçə ayda faiz gəldiyini, Vasifə qızılı aparıb satmasını demiş, Vasif qızılı ona verməsini, şəhərə aparıb satacağını bildirmişdir. Həmin vaxt Vasif qızılı hardan almasını soruşmuş, ona qızılların Dürdanənin olduğunu, bir yolla gəlib ona çıxdığını demişdir. Vasiflə yaşadığı məhəlləyə getmiş, qızılları evdən gətirmiş və Vasifə vermişdir. Təxminən 2-3 gün keçdikdən sonra Vasifə bir neçə dəfə zəng etmiş, sonda Vasif zənginə cavab vermiş, Vasifdən qızılı satıb-satmamasını soruşmuş, o, qızılı itirdiyini bildirmişdir. Vasifə yalan danışdığını demiş, Vasif Culfa şəhərində Kamranla rastlaşdığını, söhbət zamanı Kamran ondan Türkiyəyə getməməsinin səbəbini soruşmuş, Kamrana bir az qızılının olduğunu və onu əritdikdən sonra gedəcəyini bildirmişdir. Kamran Vasifdə olan qızılı onun verdiyini düşünmüş, ona zəng etmiş, qızılı Vasifə verib-vermədiyini soruşmuş, o, qızılı Vasifə vermədiyini və aparıb yerinə qoyduğunu demiş, Vasifə zəng etmiş, qızılı soruşmuş, həmin qızılları satması üçün bir nəfərə verdiyini və satdıqdan sonra ona 500 manat pul verəcəyini bildirmişdir. Vasifə zəng etmiş, qızılı satıb satmadığın soruşmuş, Vasif qızılları itirdiyini demişdir. Həmin günü Vasifi polis əməkdaşları saxlamış, Culfa rayon Polis Şöbəsinə aparıldığını eşitmiş, onun ardınca isə Kamranı və onu saxlamış, Polis Şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs izahatında onu da bilirmişdir ki, qızılları oğurlamaqda məqədi satmaq, pul əldə etmək, həmin pulla borclarını bağlamaq olmuş, Dürdanə xanımın evinə girməyini əvvəlcədən planlaşdırmış, lakin evə girən zaman əvvəlcədən qızıl götürmək niyyəti olmamış, evə daxil olduqdan sonra pul tapa bilməmiş, qızıl ortada olduğundan götürmüş və evi tərk etmişdir. Əvvəllər oğurluq hadisəsi törətməmiş, Dürdanə xanımın evindən oğurluq etməsi ilə bağlı ona kimsə kömək etməmiş, evdən tək özü oğurluq etmişdir. Qızıllar olan yerdən nə qədər qızıl götürdüyünü və geridə nə qədər qızıl qalmasına baxmamış, 1 ədəd qızıl üzük, 3 ədəd qızıl qolbağ və 1 cüt qızıl sırğanın 1 tayını oğurlamış, boyunbağının həmin qızılların içərisində olmadığını və o Zərərçəkmiş şəxs mənzilindən çıxıb yaşadığı ünvana qayıdan zaman həmin boyunbağının cibindən düşə biləcəyini, bu barədə dəqiq məlumatının olmadığını, mücrüdə olan bütün qızılları götürsə oğurluğun tez bilinəcəyini və götürdüyü qızılın 1000-1500 manat qiymətinin olacağını düşünmüş, həmin qızılların bir hissəsini götürüb dərhal oradan uzaqlaşmışdır. Şahid1 və Şahid2 qızılların onun tərəfindən oğurladığını bilməsələr də, həmin qızılların oğurluq olduğunu və Dürdanənin olduğunu bilmişlər. Kamrana həmin qızılları satdıqdan sonra ona 100 manat verəcəyini, Vasifə isə qızılları satıb 500 manat ona verməsini və qalan pulunu isə özünə götürməsini əvvəlcədən demiş, Qızılları tək oğurlamış, qızılları qabaqcadan əlbir olan bir qrup şəxslə oğurlamamış, oğurluq cinayətini törətməsi üçün ona kimsə kömək etməmiş, onu oğurluq əməli törətməsinə kimsə məcbur etmişdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi dinləyərək toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2011-ci ildən Culfa şəhərində yerləşən gözəllik salonunda usta kimi fəaliyyət göstərir. 2012-ci ildə isə Culfa şəhərində özünə məxsus olan “Dürdanə” gözəllik salonunu açmış, orada usta kimi fəaliyyətə başlamış, hazırda da həmin yerdə işləyir. Culfa şəhərində özünə məxsus olan mənzildə 17 yaşlı qızı Elif Şükürlü, 8 yaşlı oğlu Səid Şükürlü və anası Almaz Mirzəyeva ilə birlikdə yaşayır. X12 isə 1 ildir ki, Sədərək rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edir. Həftənin bütün günləri saat 10:00-13:00-dək, 15:00-19:00-dək işdə olur. Evdə olmadığı müddətdə isə anası və azyaşlı oğlu demək olar ki, evdə olur. X6 hərbi qulluqçu olduğundan və xx.xx.2023-cü il tarixdə Zəngilan rayonundan məzuniyyətə gəldiyindən anası həmin vaxtdan Culfa şəhərində yerləşən öz evində qalmış, təxminən 15 gün onlara gəlməmişdir. Hadisənin baş verdiyi gün qızı dərsdən onun yanına, salon gəlmişdir. 03-xx.xx.2023-cü il tarixlərdə yataq otağındakı termonun üzərində yerləşən mücrünün içərisində olan qızıl boyunbağısını götürmüş, taxmış, paltarları ilə uyğun olub-olmamasını yoxlamış, uyğun olmadığından mücrünün içərisinə qoymuş, bağlamış və termonun üzərinə qoymuşdur. Digər qızıl-zinət əşyaları da həmin mücrünün içərisində olmuşdur. xx.xx.2023-cü il tarixdə səhər saat 08:00-da qızını Naxçıvan şəhərinə imtahana aparmış, həmin gün evə təmizliyə xanım gələcəyindən qızılları olan mücrünü və evdə olan pulunu götürmüş, çantasına qoymuş, evdən çıxmış, lakin mücrünü açmamış, içərisində qızıllarının tam olub-olmamasını yoxlamamışdır. xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhərindən qayıtdıqdan sonra qızıllarının olduğu mücrünü və pulları çantada özünə məxsus olan Volksvagen Passat markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilində qoymuş, xx.xx.2023-cü il tarixədək çantası avtomobilində qalmış, həmin iki gün ərzində avtomobilinin qapıları bağlı şəkildə olmuşdur. xx.xx.2023-cü il tarixdə mücrü ilə pullarının olduğu çantasını avtomobilindən götürmüş, saat 19:00 radələrində yaşadığı evə gətirmiş, qızıllarının olduğu mücrünü açıb baxmadan yataq otağında termonun üzərinə, pulları isə həmin otaqda paltar şkafına qoymuşdur. xx.xx.2023-cü il tarixdə, saat 19:00 radələrində salondan evə gəlmiş, təqribən 1 ay əvvəl mücrüdən götürüb qulağına taxdığı bir cüt qızıl sırğasını çıxarıb mücrüyə qoyan zaman qızıllarının az olduğunu müşahidə etmiş, mücrüdəki qızıllarını götürmüş, yerə tökərək birbir baxmış, 3 ədəd qızıl bilərziyinin, 1 ədəd qızıl boyunbağısının, 1 cüt qızıl sırğasının bir tayının, 1 ədəd qızıl üzüyünün yerində olmadığını görmüşdür. Qızı Elif və azyaşlı oğlu Səiddən qızıllarını görüb-görməmələrini soruşmuş, onar qızıllardan xəbərinin olmamasını bildirmişlər. Pullarına baxmış, pulları yerində olmuşdur. xx.xx.2023-cü il tarixdə qızıllarının oğurlanmasını müəyyən etmiş, yaxın qohumlarına məlumat vermiş, tapılar deyə Polis Şöbəsinə müraciət etməmiş, qızılları tapılmadığından 02 avqust 2023-cü il tarixdə polisə müraciət etmişdir. Zərərçəkmiş şəxs ifadəsində onu da bildirmişdir xx.xx.2023-cü il tarixdə səhər saatlarında evə qayıdan zaman evin açarı giriş qapısının qarşısında, qızının açarları qoyduğu yerdə, yəni ayaqqabının içərisində olmuş, qapı bağlı vəziyyətdə olmuş, evə daxil olduqda evdə əşyaları yerində olmuş, evindən oğurluq olmasını hiss etməmişdir. Məlumatı var ki, evindən oğurlanmış qızıl-zinət əşyalarından 1 ədəd qızıl üzüyü Şahid1 Türkiyə Respublikasında satmış, 2 ədəd qızıl qolbağını və 1 tay qızıl sırğanı Şahid2 Naxçıvan şəhərində zərgərə satmışdır. Qızıllarının oğurlanmasını müəyyən etdikdən sonra evdə qalan qızıl sırğanın digər tayının şəklini çəkmiş, Culfa şəhərində qızıl-zinət əşyalarının satışı ilə məşğul olan mağazalara getmiş, şəkilləri göstərmiş, bu qızıllarının oğurlandığını, kimsə bu cür qızılları onlara satmaq istəsə ona məlumat vermələrini bildirmiş, qızıllarının şəklini Elçin adlı qızılsatana və qızılsatan İlyasın mağazada olan arvadı Aynurə və oğlu Polada göstərmişdir. Zərərçəkmiş şəxs ifadəsində həmçinin bildirmişdir ki, evindən gizli yolla götürülmüş qızıl sırğasının bir tayı 585 əyar olmaqla 3.68 qram, qolbağılarından biri 750 əyar, 4.94 qram, digəri 750 əyar, 7.04 qram və 750 əyar 25.99 qram, qızıl boyunbağısı 585 əyar olmaqla 10 qram, qızıl üzük isə 750 əyar olmaqla 7.32 qram ağırlığında olmuşdur. Evinin yataq otağından gizli yolla götürülmüş qalın qızıl qolbağını təqribən 10 il əvvəl Culfa şəhərində qızıl satışı işlə məşğul olan Elçin adlı şəxsdən almış, digər iki qızıl qolbağını təqribən 3 il əvvəl Culfa şəhərində qızıl satışı ilə məşğul olan İlyas adlı şəxsdən almış, oğurlanmış qızıl üzüyü təqribən 5 il əvvəl Bakı şəhərində Laçın Ticarət mərkəzindən, qızıl sırğasını təqribən 1 il əvvəl Culfa şəhərində İlyas adlı şəxsdən, qızıl boyunbağını isə 17.06.23 tarixdə Culfa şəhərində qızıl satışı ilə məşğul olan Elçin adlı şəxsdən almışdır. Qızıl boyunbağını yeni aldığı üçün onu istifadə etməmiş, digər qızıl zinət əşyalarını isə bir neçə dəfə istifadə etmiş, əvvəl aldığı qızılları tam olaraq hansı qiymətə aldığını xatırlamır, sonuncu aldığı boyunbağını isə 950 manata almışdır. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, oğurluq hadisəsi nəticəsində ona 5680.69 manat məbləğində zərər vurulmuş, 1000 manat Şahid1 qayınatası tərəfindən və 1000 manat Şahid2 nənəsi tərəfindən, 810.69 manatın isə Təqsirləndirilən şəxs anası tərəfindən ödənilmiş, 400 manat pul, 2470 manat dəyərində bir ədəd qolbağ X7 MR İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılır. Təqsirləndirilən şəxs şikayəti, tələbi yoxdur. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını və qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı şahid qismində dindirilimiş Şahid1 ifadəsində bildirmişdir ki, daimi iş yeri yoxdur. Özünə məxsus olan mercedes markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi kimi fəaliyyət göstərir. 2023-cü ilin iyul ayının ortalarında saat 11-12 radələrində Culfa şəhər sakini Təqsirləndirilən şəxs ona zəng vurmuş, avtomobili ilə onu Naxçıvan şəhərinə aparmasını demiş, Azərin yaşadığı məhəlləyə getmiş, Azəri götürmüş və Naxçıvan şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Yolda Azər şalvarının sağ cibindən sarı rəngli paket çıxarmış, həmin paketin içərisində olan qızılı rəngli 1 ədəd tək sırğa, 1 ədəd üzük, 1 ədəd qalın qolbaq, 2 ədəd nazik qolbaq olan qızıl ziynət əşyalarını ona göstərmiş, həmin qızılları satma üçün şəhərə apardığını bildirmiş, qızılları avtomobilinin ön oturacaqların arasında olan saxlanc yerinə qoymuşdur. Azərdən bu qızılları hardan aldığını soruşmuş, Azər Culfa rayonunun Dizə kəndindən bir qızla əsgərlikdən gələndən sonra danışdığını və qızılları həmin qızın ona verdiyini, qızın ailə qurduğunu, qızılların isə onda qaldığını bildirmişdir. Azər həmin qızılları onun şəxsiyyət vəsiqəsindən istifadə edərək satmaq istədiyini və köməklik edib etməyəcəyini ondan soruşmuşdur. Azərdən öz kimliyinin harada olduğunu soruşmuş, Azər şəxsiyyət vəsiqəsinin üzərində olmadığını, hərbiyə işə düzəlmək üçün oraya verdiyini və həmçinin yaşının az olmasına görə öz şəxsiyyət vəsiqəsi ilə sata bilməyəcəyini bildirmişdir. Qızılların oğurluq olduğunu bilmədiyi üçün ona köməklik edəcəyini və şəxsiyyət vəsiqəsilə sata biləcəyini bildirmişdir. Naxçıvan şəhərinə gedən zaman avtomobil yaxşı işləmədiyindən Reyhan marketin yanında olan yanacaq doldurma yerində İsmayıl adlı ustanın yanına aparmış, avtomobili ustanın yanına qoymuşdur. Azər Vəli adlı şəxsə zəng etmiş, oraya çağırmış, Vəli niva markalı, qara rəngli avtomobili ilə oraya gəlmiş, Azər onun avtomobilindən qızılları götürmüş, Vəlinin avtomobili ilə Faytonçu adlı kafeyə çayçıya getmişlər. Çay içən zaman Azər qızılları Vəliyə göstərmiş, o, qızıllara baxmış və Azərə qaytarmışdır. Çay içdikdən sonra Azərlə birlikdə Vəli adlı şəxsin avtomobili ilə yanacaq doldurma məntəqəsinə qayıtmış, orada Vəli ilə sağollaşmış və oradan uzaqlaşmışlar. Yanacaq doldurma məntəqəsindən uzaqlaşdıqdan sonra Azər yenidən Vəliyə zəng etmiş, qızılları alıb-almayacağını soruşmuş, sağollaşmış, telefonu söndürmüş və Vəlinin qızıllara 1000 manat qiymət dediyini, bir-iki gün əvvəl Vəlinin qızıllara baxıb qiymətinin 2500 manat olduğunu bildirdiyini, həmçinin qızılları Vəliyə satmayacağını demişdir. Özü Azərə 1000 manat pul tapıb verməsini, qızılları ona verməsini, qızılı satandan sonra isə 500 manatda verəcəyini demiş, bundan sonra Azərlə birlikdə Naxçıvan şəhərində Kapital bankın qarşısında olan aparatdan yoldaşı Fəridə Məmmədlinin kartından öz kartına atdığı 1000 manat pulu çəkmiş, Azərə vermiş, qızılları ondan alımış və Culfa şəhərinə gəlmişlər. Culfa şəhərində qızılları Polad adlı şəxsə göstərmiş, həmin qızılların həqiqətən qızıl olubolmaması və dəyərinin təxminən nə qədər olmasını müəyyən etməsini xahiş etmişdir. Polad qızıllara baxmış, qızılları hardan aldığını ondan soruşmuş, qızılları ona Azərin verdiyini demişdir. Bundan sonra qızılları Culfa şəhər sakini Ələkbər adlı şəxsə göstərmiş, Ələkbər “Dürdanə xanımın qızılları itib, bu qızıllar birdən onun qızılı olar, sonra ona problem olar” demiş, bundan sonra həmin qızılları gətirib Azərə qaytarmış, ona verdiyi 1000 manatın 850 manatını geri almış, Azərə həmin qızılların Dürdanənin olduğunu demiş, lakin Azər qızılların Dürdanəyə aid olmasını inkar etmişdir. Azərdən qızılları həqiqətən qızdan aldığını və nə vaxt aldığını soruşmuş, Azər əsgərlikdən gələndən sonra qızılları qızın verdiyini və həmin qızın Dürdanənin qızı ilə padruqa olduğunu demişdir. 2-3 gün keçdikdən sonra Azər ona zəng etmiş, borclu olduğu şəxslərin borclarını isdədiklərini, Türkiyəyə gedən zaman qızılların içərisində olan üzüyü satmasını demişdir. Azərə ona olan 150 manat borcunu da oradan bağlayacağını bildirmişdir. Azərlə razılaşmış və üzüyü ondan götürmüşdür. xx.xx.2023-cü il tarixdə Türkiyəyə getmiş, Azərin ona verdiyi qızıl üzüyü 440 manata satmış, həmin puldan 140 manatı özünə götürmüş, 300 manatı isə gətirib Azərə vermiş, Azərə “qalan qızılları apar, Dürdanənin qapısına at” demiş, Azər də qızılları aparıb Dürdanənin qapısına atacağını bildirmişdir. Təxminən iyul ayının sonlarında Culfa şəhərində yaşadığı məhəllədə Culfa şəhər sakini olan Vasif adlı şəxsi görmüş, Vasifdən işləmək üçün Türkiyəyə getməməsinin səbəbini soğuşmuş, Vasif biraz qızılının olduğunu və onu həll etdikdən sonra Türkiyəyə gedəcəyini demişdir. Bundan əvvəl Azərlə danışan zaman qızılları Vasiflə aparıb Dürdanənin qapısına atdıqlarını dediyindən, Vasifdə olan qızılların Azərdə olan qızıllar olmasını düşünmüş, Azərin dayısı İsmayıla zəng etmiş və Azərdə qızıl olduğunu, həmin qızılları Dizə kəndində istədiyi qızın ona verdiyini dediyini, həmin qızılların Dürdanənin olduğunu öyrəndiyini və Azərin qızılları Dürdanənin qapısına atmasını desə də, qızılları Dürdanənin qapısına atmadığını, satması üçün dostu Vasifə verdiyini demişdir. Azər ona zəng etmiş qızıllar barədə dayısına nəsə deməsini, dayısının onu çağırdığını, qızıllar barədə soruşduğunu demiş, Azərə qızılları dayısına dediyini və dayısı ilə gedib söhbət etməsini demişdir. Bir neçə gün sonra Vasifin biboğlusu Ruslanı taksi kimi Naxçıvan şəhərə aparan zaman Ruslan telefonda Vasiflə danışmış, həmin vaxt telefonu Ruslandan almış, Vasiflə danışmış, qızılları yerinə qoyub-qoymamasını soruşmuş, Vasif ona qızılları satdığını demişdir. Bundan bir neçə saat sonra polis əməkdaşlarının Vasifi tutduğunu öyrənmişdir. Sonra onu da Culfa rayon Polis Şöbəsinə dəvət etmişlər. Şahid1 ifadəsində onu da bildirmişdir ki, qızılların Azər tərəfindən oğurladığını bilməsə də, qızılların oğurluq olduğunu və Dürdanə xanıma aid olduğunu bilmiş, Azər həmin qızılları satmaq üçün ondan şəxsiyyət vəsiqəsini istəmiş, həmin vaxt yol pulundan əlavə ona qızılı satandan sonra ona 100 manat da verəcəyini bildirmiş, həmin vaxt qızılın oğurluq olduğunu bilməmiş, lakin sonra üzüyü aparıb Türkiyədə satan zaman artıq qızılların oğurluq olduğunu bilmiş, Azər ona borcu olduğundan, həmçinin 150 manatıda ona borcu qaldığı üçün üzüyü Türkiyədə satmağını ondan istəmiş, qızılın oğurluq olduğunu bildiyi halda Türkiyədə 440 manata satmış, 140 manatını Azərin ona olan borcunun əvəzinə götürmüş, 300 manatı isə Azərə vermişdir. Həmin qızılı satmaqda məqsədi Azərə borclarını bağlamağa kömək etmək və həmçinin Azərin ona verəcəyi 150 manatı götürmək olmuşdur. Azərin ona göstərdiyi paketdə 2 ədəd nazik qolbaq, 1 ədəd qalın qolbaq, 1 ədəd tək sırğa, 1 ədəd isə üzük görmüş, qızıllara çox diqqət etməmiş, qalın qolbağının üzərində qaşlarının olduğu, üzüyün sadə olduğunu, sırğanın təkinin üzərində isə 4 ədəd ləçəklər olduğunu görmüşdür. Türkiyədə satdığı üzüyün qramına diqqət etməmiş, əyarını bilməmişdir. Şahid1 izahatında onu da bildirmişd ki, Zərərçəkmiş şəxs evində oğurluq edilməsində Azərə köməklik etməmiş, əvvəlcədən bu barədə razılıqları olmamış, Azərin oğurluq etməsindən ümumiyyətlə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Culfa şəhərində nənəsi Qonça Həşimova və qardaşı Asif Həşimovla birlikdə yaşayır. 2022ci ilin sonlarında işləmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, 2023-cü ilin mart ayında Culfa şəhərinə qayıtmış, təxminən 10 gün sonra Bakı şəhərinə getmişdir. Təxminən 4 ay Bakıda işləmiş və Türkiyəyə getmək üçün xx.xx.2023-cü il tarixdə Culfa şəhərinə qayıtmışdır. Culfa şəhərinə gəldiyi gün avtomobildən düşmüş, evə gedən zaman Culfa şəhərində yerləşən Rabitə İdarəsinin qarşısında bir neçə nəfər Culfa sakinlərinin oturduğunu və Təqsirləndirilən şəxsda onların arasında olduğunu görmüş, yaxınlaşıb onlarla görüşmüş, Azər ona təklikdə qızılının olduğunu, qızılı sata biləcəyi təqdirdə həmin qızılları ona verməyi bildirmişdir. Azərə “evə getmək, istirahət etmək istəyirəm, bu barədə sabah söhbət edərik” demişdir. Sabah saat 8-9 arası Culfa şəhərində Azəri görmüş, Azər ona “gedək məhəlləyə qızılları padyezdə gizlətmişəm və oradan götürüb sənə verəcəyəm” demişdir. Azərlə birlikdə onların yaşadığı məhəlləyə getmiş, Azər binanın padyezinə daxil olmuş, orada adam olduğu üçün qızılları qoyduğu yerdən götürə bilməmiş, onun yanına qayıtmış, bir siqaret çəkdikdən sonra gedib qızılları gətirmiş, ona vermişdir. Qızıllar görünməz rəngli paketdə olmuşdur. Azər paketin içərisində 1 ədəd qalın qolbaq, 2 ədəd nazik qolbaq və 1 ədəd isə tək sırğanın olduğunu, həmçinin həmin qızılları ona verəndən sonra “bunları sat, 500 manat mənə ver, qalan pullar isə sənin olsun” demişdir. Azərlə razılaşmış və qızılları almışdır. Həmçinin Azərdən həmin qızılları hardan əldə etdiyini soruşmuş, qızılların Dürdanənin qızılları olduğunu demişdir. Həmin qızılları necə əldə etdiyin soruşmuş, Azər bir nəfərə pul ehtiyac olduğundan həmin şəxsə 300 manat verdiyini, bu qızılları aldığını, qızılları sata bilmədiyini demiş və ondan həmin qızılları sata bilib-bilməyəcəyini soruşmuş, Azərə əgər satsa pulunu ona verəcəyini, sata bilməsə qızılları qaytaracağını bildirmişdir. Qızılları götürüb şalvarının cibinə qoymuş, evə getmiş, gecə şalvarını cibində qızıl stolun başına qoyub yatmışdır. Sabah oyananda nənəsinin şalvarının cibindən heç nə götürmədən şalvarını paltaryuyana atdığını görmüş, paltar yuyulandan sonra nənəsi onun şalvarını sərmiş, cibinə baxmamış, qızılları axtarmış, sırğanı paltar yuyandan, iki ədəd nazik qolbağı evin giriş qapısının yanından tapmış, qalın qolbağı isə tapa bilməmişdir. Həmin qızılları Naxçıvan şəhərinə aparmış, dörd yol adlanan yerdə yerləşən 9 mərtəbəli binanın birinci mərtəbəsində olan zərgərlik mağazasında satmaq istəmiş, satıcı onun yaşı 25-dən az olduğu üçün qızılları ondan almamış, 25 yaşı olan bir şəxslə gec saatlarda belə gələcəyi halda mağazanı açıb qızılı ala bilibbilməyəcəyini soruşmuş, satıcı ona problem olmayacağını bildirmişdir. Satıcının nömrəsini qapıdan götürmüş və oradan çıxmış, “Dost qapısı” kafesinə getmiş, orada işləyən dostu, Culfa şəhər sakini olan Abutalıbla görüşmüş, gecə saat 11:00-da Əyləncə adasına getmişlər. Orada gəzən zaman Culfa şəhər sakini Pərvini görmüş, Pərvinin yanında bir neçə tanımadığı şəxs olmuşdur. Onlardan hansının yaşının 25 dən çox olduğunu soruşmuş, Pərvin bunun səbəbini ondan soruşmuş, Pərvinə qızılı olduğunu və satmağa ehtiyac olduğunu, Pərvindən dostunun qızılı onun üçün sata biləcəyini soruşmuş, Pərvin və dostları ilə söhbət etmiş, Pərvinin yanında olan 25 yaşlı Həmzə adlı şəxslə söhbət etmiş, ona ehtiyac üçün qızıl satmaq istədiyini, yaşı az olduğu üçün sata bilmədiyini, problemli olmadığını və kömək etsə hörmətini edəcəyini ona bildirmişdir. Həmzə onunla razılaşmış, həmin mağazaya getmiş, qızılları Həmzənin kimliyi ilə 1015 manata satmış, puldan 100 manatı Həmzəyə, 10 manatını isə Pərvinə vermiş, 900 manatdan 400 manatı Culfa şəhər sakini Abutalıb Həbibliyə borc vermiş, qalan 500 manatı isə 3 gün ərzində Naxçıvan şəhərində klublara, yemək içməyə xərcləmişdir. Pulu bitdikdən sonra 20 manat borca pul istəmək üçün instagramdan bibisioğlu Ruslana zəng etmiş, həmin vaxt Kamranla bibisioğlu birlikdə olduqlarından Kamran onunla danışmaq üçün bibisioğlundan telefonu almış, onda olan qızılları qaytarmağını tələb etmiş, Kamrana qızılların satıldığını bildirmişdir. Kamran qızılları qaytarmayacağı təqdirdə polisə bu barədə məlumat verəcəyini demiş, Kamrana “kimə istəyirsən məlumat verə bilərsən” demişdir. Təxminən 2 saat sonra Azər ona zəng vurmuş, qızılları soruşmuş, qızılları satdığını Azərə demiş, Azər Kamranın onu polisə dediyini bildirmişdir. Azər ona “gəl qızılla bağlı olan bütün işi Kamranın üstünə ataq, mənim dayım Culfanın rəisidi, mənim adım keçməsin, Sizi bu işdən qurtaracağam” demişdir. Azərdən “Kamranın üzərinə atsaq, iş onun üzərində qalmasa necə olacaq” deyə soruşmuş, Azər alınmasa Dürdanənin evinin üstündə qızların kirayə qaldığını və işi onların üzərinə atacaqlarını, o da alınmasa Dürdanənin yanında Şanxanım adlı qızın işlədiyini və ondan Dürdanəgilin şübhələndiyini, ən sonda alınmasa işi onların üzərinə atacaqlarını bildirmişdir. Azərlə söhbəti olan zaman Abutalıbla birlikdə cahanın arxasında olan Köhnə dostlar adlı kafedə olmuş, Azərlə telefonda danışan zaman Abutalıb söhbətin bir hissəsini eşitmiş, lakin qızıl barədə sohbət etdiklərini bilməmişdir. Sabahısı günü Culfada polis işləyən Qüdrət müəllim onu Naxçıvan şəhərində saxlamış, Culfa rayon Polis Şöbəsinə gətirmişdir. Şahid2 ifadəsində onu da bildirmişdir ki, qızılların oğurluq olduğunu və Dürdanə xanımın olduğunu bilmiş, qızılları satmaqda məqsədi pul, qazanc əldə etmək olmuşdur. Əvvəllər hər hansı bir cinayət törətməmiş, Azərin satmaq üçün Kamrana qızıl verməsi barədə məlumatı olmamış, Dürdanənin evindən oğurluq edilməsində Azərə köməklik etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, hazırda işləmir, təsərrüfatla məşğul olur. Əvvəllər atasına məxsus olan mağazada zərgər kimi fəaliyyət göstərmişdir. 2023-cü ilin iyul ayının sonlarına yaxın, saat təxminən 16:00 radələrində Culfa şəhərində yerləşən evində olan zaman Şahid1 ona zəng etmiş, çölə çıxmasını, onunla işi olduğunu bildirmişdir. Ondan nə işinin olduğunu soruşmuş, qızıl məsələsi olduğunu bildirmiş, Kamrana onluq olmadığını demişdir. Bundan sonra Kamran zarafat etdiyini, çölə çıxmasını, işi olduğunu bildirmişdir. Evdən çıxmış, Kamranın avtomobilinə sürücü tərəfdən yaxınlaşmış, nə işi olduğunu soruşmuş, Kamran avtomobilin qolqoyulan hissəsini qaldırmış, göy rəngli kloka bükülmüş əşya çıxarmış, ona tərəf tutmuş, qızıl olduğunu, satmaq istədiyini, bununla bağlı nə edə biləcəyini soruşmuş, klokun içərisində nə olmasına baxmamış, Kamrana “mənlik deyil, bu işlərə baxmıram” demişdir. Kamran ondan həmin qızılların nə edə biləcəyini, kimə sata biləcəyini soruşmuş, bilmədiyini və onluq olmadığını ona bildirmişdir. Bundan sonra Kamran özünün mercedes markalı avtomobili ilə onların məhəlləsindən uzaqlaşmışdır. Həmin gün saat təqribən 19:30 radələrində Culfa şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs ona zəng vurmuş, onda qızıl olduğunu və həmin qızılları əridərək onlardan sep və ya qolbaq düzəldibdüzəldə bilməyəcəyini soruşmuş, Azərə o işlərə baxmadığını, bunun üçün Naxçıvan şəhərinə gedə biləcəyini demişdir. Azər ondan harada olduğunu soruşmuş, Gülüstan kəndində olduğunu demişdir. Azər Culfaya gələndə ona zəng etməyi və görüşmələrini demiş, yaxşı deyib telefonu söndürmüşdür. Culfa şəhərinə gəldikdən sonra Azərə zəng vurmamış, onunla görüşməmiş, həmçinin Azərdən qızılların nə qızıl olmasını, onları haradan əldə etməsini soruşmamışdır. Kamrandan, Azərdən əvvəllər qızıl almamış, şübhələndiyi üçün polisə bu barədə məlumat verməmişdir. Kamran qızılları göstərəndə Kamrana həmin qızılları tanımasını və ya onların Zərərçəkmiş şəxs məxsus olduğunu deməmişdir. Şahid1 olan qızıllara baxmamış, həmin qızılların sayı, xüsusiyyəti, çəkisi və əyyarı barədə məlumatı yoxdur. Şahid4 ifadəsində onu da bildirmişdir ki, həmin müddətdə Dürdanə xanımın qızıllarının oğurlanması barədə məlumatı olmuş, Kamranın ona təqdim etmək istədiyi qızıllara baxmamış, Şahid1 həmin qızılların Zərərçəkmiş şəxs aid olması və yaxud hər hansı bir şəxsə aid olması ilə bağlı nəsə deməmiş, Kamranın gətirdiyi qızılın və Azərin qızıl əritmək üçün ona zəng edib dediyi zaman və bundan sonrakı vaxt həmin şəxslərin Zərərçəkmiş şəxs məxsus olan qızılları oğurlamalarını düşünməmiş, polisə və yaxud hər hansı bir şəxsə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, 2019-cu ildən Lombard fəaliyyəti ilə məşğul olur. Hazırda Naxçıvan şəhəri, ünvan 3 ünvanında yerləşən və atası Fəxrəddin Abbasova məxsus olan evin birinci mərtəbəsində olan otaqların birindən ofis kimi istifadə edir, ofisdə lombardçı kimi qanuni əsaslarla fəaliyyət göstərir. Əsasən ona təqdim edilən qızılı lom kimi alır, çəkisini və əyarını müəyyən edir, 585 əyyarda olan qızılın qramını 58-59 manatdan, 750 əyyar olan qızılın isə qramını 72-75 manatdan qiymətləndirərək alır, lom kimi zərgərə satır. Girov qismində gətirilən qızılın çəkisini və əyarını müəyyən edir, lom kimi aldığı qızıldan 4-5 manat aşağı məbləğlə qiymətləndirir, qızılı götürüb əvəzində pul verir və vətəndaş 45 gün ərzində pulu 5-7 faiz ilə geri qaytarmadıqda həmin qızılın şəklini Naxçıvan şəhər Polis İdarəsinin polis əməkdaşına göndərir və satışa çıxarılacağını bildir, problemli olmadıqda qızılı lom kimi zərgərə satır. Lombardçı kimi qızıl-ziynət əşyalarından əlavə mobil telefonu qiymətləndirir, 8-10 faizlə girov götürür. Təxminən 2023-cü ilin iyul ayının ortalarında axşam saat 6-7 radələrində əvvəlcədən tanıdığı Culfa şəhər sakini, Azər adlı şəxs ona zəng etmiş, dostunun qızılının olduğunu və satmaq istədiyini ona demiş, həmin vaxt Elsevər restoranında olduğunu və qızıla baxmağı üçün oraya gətirməsini bildirmişdir. Təxminən 3- 4 saat sonra Azər Elsevər restoranına taksi ilə gəlmiş, Azəri gördükdən sonra oturduğu masadan qalxmış, restoranın giriş hissəsində olan besetka kimi yerdə onunla görüşmüş, Azərdə olan qızıllara baxmış, 3 ədəd qolbaq, 1 ədəd üzük və bir ədəd tək sırğa olmuşdur. Azərlə öz avtomobilinə getmiş, avtomobildə olan tərəzi ilə qızılları çəkmiş, 46-48 qram olduğunu və qiymətinin isə 2500 manat olduğunu demişdir. Azərə say olaraq qızılların çox olduğunu, içkili olduğundan Azərə qızılları sabah gətirməsini demişdir. Azərin ondan şəxsiyyət vəsiqəsinin lazım olacağını soruşmuş, ona vəsiqəsini gətirməsini bildirmiş, Azərin ona biraz aşağı qiymətə şəxsiyyət vəsiqəsi olmadan həmin qızılları ondan ala bilibbilməyəcəyini soruşmuş, bunun mümkün olmamasını, həmçinin Azərə yaşı az olduğundan qızılları ala bilməyəcəyini bildirmişdir. Azərin taksiyə 20 manat pul verəcəyini, heç olmasa qızıllardan birini almağını istəmiş, ala bilməyəcəyi, qızılın sahibi ilə sabah gəlməsini, o zaman qızılları alacağını demişdir. Bundan sonra Azər onun yanından çıxıb getmişdir. Bir gün sonra Azər səhər saat 12-1 radələrində ona zəng etmiş, Naxçıvan şəhərində Reyhan marketin önündə olduğunu demiş və dostu Raulla birlikdə özünə məxsus olan Niva markalı avtomobili ilə Reyhan marketin önünə getmiş, Azər və əvvəlcədən tanıdığı Kamran adlı şəxsin orda dayandıqlarını görmüş, onlarla görüşmüş və çay içməyə dəvət etmişdir. Kamran və Azər onun avtomobilinə əyləşmiş, Faytonçu restoranının birinci mərtəbəsində olan kafeyə getmişlər. Kafedə kabinetdə oturmuşlar, orada Azərin əvvəlcədən ona göstərdiyi qızılları Kamran ona vermiş, qiymətini, çəkisini müəyyən etməyini istəmişdir. Kamranın ona verdiyi 1 ədəd qalın, üzərində sirkon qaşları olan qolbağını, 2 ədəd nazik qolbağını, 1 ədəd üzüyü və 1 ədəd tək sırğanı tərəzi ilə çəkmiş, hesablamış, 2500-2600 manat edəcəyini bildirmiş, həmin vaxt Kamranla Azər qızılları satsalar nə qədər pul edəcəyini soruşmuş, gedib zərgərdə əyyarını dəqiqliklə yoxlatmaq lazım olduğunu demiş, bu zaman Kamranla Azər onlara 1000 manat pul verməyi, qızılları isə girov qoymalarını bildirmişlər. Onlara şəxsiyyət vəsiqəsinin surətini təqdim etmələrini və yaşlarının 25-dən yuxarı olmasını bildirmiş, Kamran yaşının 26 olduğunu, şəxsiyyət vəsiqəsinin avtomobilində qaldığını demişdir. Bundan sonra X10 marketin qabağına aparmış, avtomobildən endirmiş, Kamranın avtomobili ustada təmirdə olmuşdur. Kamran şəxsiyyət vəsiqəsinin surətini çıxardıb yanına gələcəyini bildirmiş, lakin sonra Azərlə Kamrandan heç bir xəbər çıxmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, anası Mehriban Zeynalovla birlikdə ünvan 4 ünvanını kirayə evdə yaşayır. Naxçıvan Dövlət Universitetində təhsil alır, Naxçıvan şəhərində olan Dost Qapısı adlı kafedə ofisiant kimi işləyir. 2023-cü ilin iyul ayının sonlarında Culfa şəhər sakini, tanışı Şahid2 ona instagramdan zəng etmiş, harada olduğunu soruşmuş, Vasifə Dost qapısında işlədiyini və hazırda orada olduğunu bildirmişdir. Təxminən 1 saat sonra axşamüstü Vasif oraya gəlmiş, biraz söhbət etmişlər. Vasif ona biraz qızılının olduğunu, satmaq istədiyini və kimliyinin olmadığını demiş, ondan həmin qızılı hardan əldə etdiyini soruşmuş, Vasif ona evin qızılı olduğunu, Bakıdan gətirdiyini bildirmiş, onun şəxsiyyət vəsiqəsi ilə sata biləcəyini ondan soruşmuşdur. Vasifə yanlış analşılmaya görə bir neçə ay əvvəl polislə probleminin olduğunu və belə bir məsələlərə girmək istəmədiyini, şəxsiyyət vəsiqəsini ona qızıl satmaq üçün verə bilməyəcəyini bildirmiş, baxdığı masalarda müştəri olduğundan Vasifə burada başını qatmağını, işdən çıxandan sonra söhbət edə biləcəklərini demişdir. Həmin gün saat 23:00 da işdən çıxmış, Vasiflə birlikdə Əyləncə adasına getmişlər. Orada Culfa şəhər sakini olan Pərvin adlı şəxsi görmüş, onunla görüşmüşlər. Pərvinin yanında Həmzə və Oqtay adlı iki nəfər tanışı olmuşdur. Biraz söhbət etdikdən sonra Vasif Pərvini kənara aparmış, onunla söhbət etmiş, Həmzəni də yanlarına çağırmışdır. İki-üç dəqiqə sonra Pərvinin yanında olan Oqtay adlı şəxsin maşınına minmiş və 4 yol adlı yol ayrıcına getmişlər. Pərvinlə birlikdə 4 yolda olan dayanacaqda Oqtayın maşınından enmiş, Vasif, Həmzə və Oqtay isə onlara gözləmələrini, 30 dəqiqəyə gələcəklərini bildirmişlər. Təqribən bir saat sonra Vasifgil qayıtmış, onları da maşına götürmüş və 57 bazarına gəlmişlər. Yerüstü keçidin altında maşının içərisində olan zaman Həmzə məbləğini dəqiq bilmədiyi bir miqdar pulu saymış və Vasifə vermiş, özü Vasiflə birlikdə maşından enmiş, Pərvin, Həmzə və Oktay isə oradan üzü Əyləncə adası istiqamətində getmişlər. Vasiflə Cahan Ticarət Mərkəzinin arxasında yerləşən Köhnə dostlar adlı kafeyə getmiş, kafenin girişində olan kabinetdə əyləşmişlər. Vasifdən qızılı neçəyə satdığını soruşmuş, 1015 manata satdığını demişdir. Vasifdən 5-6 günə qaytarmaq şərti ilə 400 manat borca pul istəmiş, Vasif ona 400 manat borc pul vermişdir. Borcu almaqda məqsədi Culfa şəhərində topdan satış Azərə olan 150 manat borcunu vermək, qalan pullarla isə bir iki nəfərə olan əl borclarını vermək olmuşdur. Vasiflə birlikdə kafedə olan zaman gecə gec saatlarda Azər instaqramdan Vasifə zəng gəlmiş, Vasiflə Azər danışan zaman telefondan səs kənara əks olunmuş, Azər Vasifə bütün Culfa səni axtarır demiş, kabinetdən çıxmaq istəyərkən Vasif onu yaxınına çağırmış, telefonun səsini dinamikə vurmuş, Azər “alınmasa atarıq Kamranın üstünə və oda alınmasa qızların üstünə atarıq” demişdir. Bundan sonra Vasif telefonun dinamikini söndürmüş, Vasifdən Azərlə nə barədə danışdıqlarını soruşmuşdur. Vasif həmin vaxt telefon söhbəti olduğunu ona demişdir. Vasifdən Kamranın üstünə atarıq məsələsinin nə olduğunu təkrar soruşmuş, Vasif ona “uzun söhbətdir, sonra danışarıq” demişdir. Bundan sonra Vasiflə kafedə yeyib-içmiş, kirayə yaşadığı mənzilə getmişlər. Sabahısı özü işə getmiş, Vasif evdə yatmışdır. İşdə axşamüstü xəstələnmiş, evə qayıtmış, evə qayıdan zaman Culfa rayon Polis Şöbəsində işləyən Qüdrət müəllim ona zəng etmiş, Vasifin yerini soruşmuş, Qüdrət müəllimdən nə problem olmasını soruşmuş, Qüdrət müəllim problem olmadığını demiş, Vasifin yerini tapmağı ondan istəmişdir. Vasifin instagramına zəng etmiş, harada olduğunu soruşmuş, Vasif şəhərdə Karvan kafenin yanında olduğunu demiş, ona kirayə yaşadığı evə gəlməsini bildirmişdir. Qüdrət müəllimə zəng etmiş, Vasifin karvanın yanında olduğunu və onu evə dəvət etdiyini demiş, Qüdrət müəllim gəlmiş, onu yolda götürmüş və yaşadığı məhəlləyə getmişlər. Məhəlləyə gedən zaman yolda Vasifi görmüşlər, Qüdrət müəllim Vasifi Culfa rayon Polis Şöbəsinə aparmışdır. Şahid5 ifadəsində onu da bildirmişdir ki, Vasifdə olan qızılların oğurluq olduğunu bilməmiş, Vasifdən 400 manatı borc olaraq almış, Zərərçəkmiş şəxs qızıllarının oğurlanması barədə əvvəlcədən məlumatı olmamış, 400 manatı Polis Şöbəsinə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, atası Novruzov Elçinə məxsus olan “Aydan-Aylin jewellery” adlı qızıl mağazasında satıcı işləyir. Özü mağazada olmayan vaxt atası Elçin Novruzov mağazada olur. Tarixini dəqiq xatırlamır, 2023-cü ilin iyul ayının sonlarında günorta saatlarında atası istirahətə getsin deyə mağazaya gəlmiş, atası ona Culfa şəhər sakini Dürdanə adlı xanımın mağazaya gəldiyini və qızıllarının oğurlandığını bildirdiyini demiş, həmçinin mağazaya kimsə qızıl satmaq üçün gəlsə bu barədə ona məlumat verməsini bildirmişdir. Təxminən 4-5 gün sonra günorta saatlarında Culfa şəhər sakini Kamran adlı şəxs onların qızıl mağazasına gəlmiş, mağazada tək olmuşdur. Kamran mağazaya daxil olduqdan sonra rəngli paketə bükülmüş bir neçə ədəd qızıl ziynət əşyasını stolun üzərinə qoymuş, satmaq istədiyini demiş, Kamrandan şəxsiyyət vəsiqəsinin üzünü tələb etmiş, Kamran şəxsiyyət vəsiqəsinin üzünün olmadığını bildirmişdir. Kamrana “Dürdanənin qızılları oğurlanıb, bu qızıllar birdən onun olar, özünə problem yaradarsan” demiş, Kamran qızılları başqa adamın verdiyini və problemli olmadığını bildirmişdir. Qızılları almadığından Kamran qızılları götürmüş və mağazadan ayrılmışdır. Təxminən 1 saat sonra atası Elçin mağazaya gəlmiş, özü istirahət etmək üçün evə getmişdir. Kamranın həmin qızılları hardan əldə etməsi və satıb satmamağı barədə heç bir məlumatı olmamışdır. Şahid3 ifadəsində onu da bildirmişdir ki, Kamranın şəxsiyyət vəsiqəsinin surəti üzərində olmadığı üçün həmin qızıllara yaxından baxmamış, diqqət etməmiş, qızılların çəkisi, əyarı və fərqləndirici xüsusiyyətləri barədə məlumatı olmamışdır. Kamranı uzun illərdir tanıyır, mağazaya gələn zaman rahat, deyə-gülə olmuş, onun hərəkətlərində hər hansı bir qəribəlik və şübhəli vəziyyət olduğunu hiss etməmişdir. Kamranın mağazaya gətirdiyi qızılların oğurluq olduğunu və ya Dürdanə xanıma aid olduğunu dəqiq bilməmiş, bu barədə heç kimə və hər hansı bir X8 məlumat verməmiş, atasına bu barədə bildirməyi unutmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, 1987-ci il tarixdən zərgərlik fəaliyyəti ilə məşğul olur, hazırda Naxçıvan şəhəri, H.Əliyev prospektində yerləşəın 71 nömrəli binanın birinci mərtəbəsində zərgərlik emalatxanası var, həmin emalatxanada zərgərlik faəliyyəti ilə məşğul olur. Fəaliyyət göstərmək üçün xammal qismində qızıl alır, əridir və sifariş olunan qızıl-ziynət əşyalarının hazırlanmasında həmin xammaldan istifadə edir, sifariş olmadıqda aldığı qızıl-ziynət əşyalarını ərintiyə göndərir. Qızılın qramını gündəlik qiymətdən 1.50-2 manat aşağı məbləğə alır və emalatxanada istifadə edir. Təqribən xx.xx.2023-cü il tarixdə axşam üstü emalatxanaya tanımadığı bir nəfər cavan oğlan gəlmiş, qızıl satmaq istədiyini bildirmişdir. 1 ədəd tək sırğa və 2 ədəd qolbağa baxmış, yoxlamış, çəkmiş, əyyarını müəyyən etmiş, 2 ədəd qolbağın qramının 11.690 milliqram, əyarının isə 700-750 əyarında İran qızılı olduğunu, digər tək sırğanın qramının 3.26 milliqram, əyyarının isə 585 əyarında Türkiyə qızılı olduğunu, 2 ədəd qızıl qolbağın və 1 ədəd tək sırğanın ümumilikdə 1050 manat etdiyini sonradan adının Vasif olduğunu öyrəndiyi şəxsə bildirmişdir . İran istehsalı olan qızıllarda əyar göstərilmir, lakin İran qızılının əyyarı 700-750 arası hesablanır. Vasif adlı şəxsə şəxsiyyət vəsiqəsini təqdim etməsini bilidirmiş, Vasif şəxsiyyət vəsiqəsini təqdim etməmiş, yaşının neçə olmasını soruşmuş, 20 yaşının olduğunu demişdir. Vasifə yaşı az olduğu üçün ondan qızıl-ziynət əşyalarını ala bilməyəcəyini bildirmiş, Vasif borcunun olduğunu və həmin qızılları vacib satmaq məcburiyyətində olduğunu və həmin qızıllardan evin məlumatının olduğunu bildirmişdir. Ona evlə əlaqə saxlamasını, evlə danışıb qızıldan həqiqətən məlumatlarının olub-olmamasını dəqiqləşdirməli olduğunu demiş, Vasif telefonda bir nəfərə zəng etmiş və danışanın anası olduğunu bildirmişdir. Telefonu Vasifdən almış və telefonda olan xanımdan Vasifin adını soruşmuş, həmin adam Vasifin adını, ata adını demiş, Vasifin təvəllüdünü deməsini istəmiş, telefonda əlaqə kəsilmişdir. Bu vəziyyətdə qızılı ala bilməyəcəyini Vasifə bildirmiş, Vasif yenə də ehtiyac üçün satdığını və borcları olduğunu demiş, qızılları ondan almağa israr etmiş, Vasifə 25 yaşdan yuxarı qohumunu gətirməsini, onun şəxsiyyət vəsiqəsi ilə ala biləcəyini demişdir. Vasif saat neçəyə kimi işlədiyini ondan soruşmuş, ona “nə zaman gəlsən, evim yaxındadır emalatxanaya gələ bilərəm” demiş, Vasif gətirdiyi qızılları götürüb getmişdir. Həmin günü təxminən saat 23 radələrində Vasif ona zəng vurmuş, qohumunun indi gəldiyini və qızılı satmaq üçün gəlmək istədiyini bildirmiş, Vasifə saatın gec olduğunu demiş, Vasif təkrar-təkrar xahiş etmiş, onunla razılaşmış, Vasifə evin ünvanını demiş, Vasif qırmızı rəngli vaz 21074 markalı nəqliyyat vasitəsi ilə gəlmiş, avtomobildə üç nəfər olmuşlar. Vasif qohumu kimi təqdim etdiyi X3 ilə birlikdə emalatxanaya gəlmiş, Vasif emalatxanada Həmzə İsmayılovun şəxsiyyət vəsiqəsini və qızılları ona təqdim etmiş, Həmzə İsmayılova qızılların problemi olsa bütün məsuliyyəti onun daşıdığını bildirmiş, Həmzə onunla razılaşmış və Vasifin qohumu olduğunu, qızılların isə problemsiz olduğunu, borcları olduğu üçün satdığını bildirmişdir. Şəxsiyyət vəsiqəsinin surəti olmadığından şəxsiyyət vəsiqəsinin onda qalmasını, sabah tezdən işə gedən zaman götürə biləcəyini Həmzəyə bildirmişdir. Qızılları yenidən yoxlamış, 1015 manat məbləğində pulu saymış və Həmzə İsmayılova vermiş, onlar maşınla getmiş, özü isə piyada evə qayıtmışdır. Sabahısı gün Həmzə saat 09 radələrində emalatxanaya gəlmiş, onun şəxsiyyət vəsiqəsinin surətini çıxarmış, üzərində aldığı qızılların əyyarını, qramını, qiymətini və aldığı tarixi yazmış, Həmzə İsmayılova imzalatmış, qızıllarla birlikdə şəklini mobil telefonu ilə çəkmiş və Həmzənin şəxsiyyət vəsiqəsini özünə geri qaytarmışdır. Aldığı qızılların və şəxsiyyət vəsiqəsinin şəklini isə Polis əməkdaşı olan Mahir müəllimə atmışdır. 3 gün müddətində gözləmiş, sonra həmin qızılları kəsib sifariş olunan qızıl-ziynət əşyalarının hazırlanmasında istifadə etmişdir. Şahid7 ifadəsində onu da bildirmişdir ki, Şahid2 və Həmzə İsmayılovdan əvvəllər qızıl-ziynət əşyası almamış, həmin şəxslərlə əvvəlcədən heç bir tanışlığı olmamış, Həmzə İsmayılovdan aldığı 2 ədəd qızıl qolbağının və 1 ədəd tək sırğanın oğurluq olmasını bilməmiş, Vasif və Hamzənin hərəkətlərində şübhəli vəziyyət olmamış, aldığı qızılın şəxsiyyət vəsiqəsi ilə birlikdə şəklini polis əməkdaşına atdığı üçün həmin şəxslərin hərəkətlərinə çoxda diqqət etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Culfa rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 4(089)-2/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 16 avqust 2023-cü il tarixdən hesablanmışdır. -Naxçıvan Muxtar Respublikası DİN-nin Tİİ-nin ƏSİB-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2023-cü il tarixli, 861 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd 750 əyarlı, çəkisi 26 qram olan qızıl qolbağın 2023-cü ilin iyul ayı üçün orta bazar dəyəri 2470 manat müəyyən edilir. Faktiki mövcud olmayan, qərarın təsviri hissəsində adları qeyd edilən zərgərlik məmulatlarının 2023-cü ilin iyul ayı üçün ümumilikdə orta bazar dəyəri nəzəri hesablama yolu ilə 3210.69 manat müəyyən edilir. -21 sentyabr 2023-cü il tarixli əşyaların maddi sübut hesab edilməsi haqqında qərarda qeyd edilmişdir ki, Culfa şəhər sakini Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd 750 əyyar 26 qram üzərində 16 ədəd çilkon qaşı, 2470 manat dəyəri qızıl qolbaq, Zərərçəkmiş şəxs məxsus olan 2 ədəd 700-750 əyarında ümumi çəkisi 11.69 qram qızıl qolbağ və 1 ədəd 1 cüt qızıl sırğanın 585 əyyar hər biri 3.26 qram olan sırğanın 1 tayının satılmasından əldə olunmuş pul vəsaitindən qalan A08056325, B00405943, C70085188, C16437867 nömrəli 4 ədəd 100 manatlıq pul əskinasları maddi sübut hesab edilmiş və saxlanılması üçün Azərbaycan Respublikası Mərkəzi X4 Respublikası İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. -Zərərçəkmiş şəxs 18 dekabr 2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs anası tərəfindən ona 810 manat zərər ödənilmiş, Təqsirləndirilən şəxs şikayəti, tələbi yoxdur. Bəliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlləri törətməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3 və 177.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini, törətdiyi cinayət əməllərini səmimi etiraf edərək əməllərindən peşman olmasını, gənc olmasını, əvvəllər məhkum olunmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi ilə bağlı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi, törətdiyi cinayət əməllərini səmimi etiraf edərək əməllərindən peşman olması, gənc olması nəzərə alınmalıdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən halları nəzərə alır, hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə cəmiyyətdən tam təcrid etməməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığn məhdudlaşdırlaması cəzası təyin edildiyi təqdirdə də təmin edilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, A.Təqsirləndirilən şəxsbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzanı çəkib qurtaranadək yaşayış yerini-ünvan 6 ünvanını axşam saat 21:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanın icazəsi olmadan yaşayış yerini və yaxud məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etməmək vəzifələri qoyulmalıdır. İş materiallarında olan Culfa rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 4(089)-2/2023 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 16 avqust 2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 16 avqust 2023-cü il tarixdən 27 dekabr 2023-cü il tarixədək 134 gün olmuşdur. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti..., azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, ... hesabı ilə hesablanır. Məhkəmə, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə həbsdə saxlanıldıqları 134 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının müddətinə iki gün hesabı ilə hesablanmalı, təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132 və 346.1.19-cu maddələrinin tələblərinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası Mərkəzi X4 Respublikası İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd 750 əyyar 26 qram üzərində 16 ədəd çilkon qaşı, 2470 manat dəyəri qızıl qolbaq, Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyalarının satılmasından əldə olunmuş pul vəsaitindən qalan A08056325, B00405943, C70085188, C16437867 nömrəli 4 ədəd 100 manatlıq pul əskinasları hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalı, Zərərçəkmiş şəxs 1000 manatın Şahid1 qayınatası tərəfindən və 1000 manatın Şahid2 nənəsi tərəfindən, 810.69 manatın isə Təqsirləndirilən şəxs anası tərəfindən ödənilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, onun barəsində hökm qanuni qüvvəyə minənəndək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edir, belə nəticəyə gəlir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə müdafiəçiyə vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən ... təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 134 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 268 gün təyin edilmiş cəzadan çıxılsın, onun üzərində 1 il 9 ay 2 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya bölməsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya bölməsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə cəzanı çəkib qurtaranadək yaşayış yerini-ünvan 6 ünvanını axşam saat 21:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanın icazəsi olmadan yaşayış yerini və yaxud məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etməmək vəzifələri qoyulsun. Cinayət işi üzrə müsadirə edilməli əmlak, mülki iddia yoxdur. Mülki iş üzrə maddi sübut-Azərbaycan Respublikası Mərkəzi X4 Respublikası İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd 750 əyyar 26 qram üzərində 16 ədəd çilkon qaşı, 2470 manat dəyəri qızıl qolbaq, Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyalarının satılmasından əldə olunmuş pul vəsaitindən qalan A08056325, B00405943, C70085188, C16437867 nömrəli 4 ədəd 100 manatlıq pul əskinasları hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. Zərərçəkmiş şəxs 1000 manatın Şahid1 qayınatası tərəfindən və 1000 manatın Şahid2 nənəsi tərəfindən, 810.69 manatın isə Təqsirləndirilən şəxs anası tərəfindən ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən fərdi fəaliyyət göstərən vəkil X2 göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar