Məhkəmə qərarları › İş №1(089)-27/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-27/2025

22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-27/2025 22.01.2026 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs və müdafiəçi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxsnın- xx xxxxxx 1986-cı il tarixdə Culfa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 uşaq atası, orta təhsilli, məhkumluğu olmayan, usta işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş-Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 23:40-da “BD” seriyalı 867419 nömrəli sürücülük vəsiqəsi və 7E-5531 nömrəli etibarnamə ilə idarə etdiyi “Nexıa minik” markalı **-BM-*** qeydiyyat nişanlı avtomobillə Naxçıvan-Ordubad avtomobil yolu ilə Ordubad rayonu istiqamətində hərəkətdə olarkən "X14" Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələbini pozmuş, yəni mexaniki nəqliyyat vasitələrinin sürücüsü xəstə, əzgin və yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli olduğu halda buna əməl etməyərək avtomobili yorğun və yuxusuz idarə edərək sükan arxasında yatmış və həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozaraq, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməmiş, Culfa rayonu ərazisinə düşən həmin yolun 28-ci km-də avtomobilin idarəetməsini itirmiş, avtomobil yolun sağ kənarında dərəyə düşmüş, nəticədə Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan X3 dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “baş beyinin sol gicgah və alın payının yumuşaq toxumasının əzilməsi və baş beyinə qansızma ilə müşaiyət olunan sol gicgah və kəllə əsası sümüklərinin xətti sınığı, başın sol gicgah-təpə sərhəddinin dərialtı hematoması, başın alın nahiyyəsinin sol yarısının, döş qəfəsinin arxa səthinin sol yarısının qançırları, sağ baldır nahiyyəsinin ön səthinin sıyrıqları” xəsarətləri alaraq ölümünə, Zərərçəkmiş şəxs dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətli pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid olan “sağ bazu sümüyünün proksimal ucunun çəx qəlpəli sınığı, hər iki topuq sümüyünün sınığı, sağ said sümüyünün distal ucunun sınığı, sol qaş nahiyyəsinin, başın alın nahiyyəsinin sol yarısının üzərində cərrahi tikişləri olan əzilmiş yaraları” xəsarətləri almasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı CM-nin 263.2-ci mаddəsində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə Culfa şəhərində yaşayır, Naxçıvan şəhərində usta işləyir, 09 sentyabr 2025-ci il tarixdə saat 21 radələrində Naxçıvan şəhərinə getmək üçün etibarnamə ilə idarə etdiyi “Nexia” markalı, **-BM-*** qeydiyyat nişanlı avtomobillə Culfa şəhərindən çıxmış, avtomobildə ondan başqa anası Rahilə, həyat yoldaşı Xəyalə və övladları Rüqəyya və Rahilə olmuş, Naxçıvan şəhərinə çatıb ailəsini Əyləncə adasına aparmış, əyləncə adasında övladları əyləndikdən sonra yenidən Culfa şəhərinə qayıtmaq üçün Naxçıvan şəhərindən qeyd etdiyi avtomobillə çıxmışdır. Qabaq sərnişin oturacaqda kimsə oturmamış, anası, həyat yoldaşı və övladları arxa oturacaqda oturmuş, Naxçıvan-Ordubad avtomobil yolunda Ordubad rayonu istiqamətində hərəkətdə olmuş, işi biraz ağır olduğu üçün həmin gün yorğun olmuş, lakin övladları əylənsin deyə onları Naxçıvan şəhərinə aparmışdır. Hərəkətdə olduğu zaman bir anda sükan arxasında yuxu tutmuş və yatmış, avtomobilin titrəməsinə oyanmış, baxdığında avtomobilin yoldan çıxaraq dərəyə düşdüyünü görmüş, avtomobil dərədə biraz gedərək qabaq hissəsi torpağa çırpılaraq dayanmışdır. Avtomobildən enərək ilk olaraq uşaqlarını götürüb yola çıxarmış, yoldan keçən bir sürücü avtomobili saxlayıb polisə və təcili yardıma zəng edib məlumat vermiş, hadisə yerinə gələn polis əməkdaşı öz avtomobili ilə onları Naxçıvan şəhərinə xəstəxanaya aparmışdır. Hadisə anında ona yaranan heç bir mane olmamış, hadisənin baş verməsinə səbəb sükan arxasında yatması olmuşdur. Hərəkətlərindən çox peşmandır. Məhkəmədən ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, oğlu və ailəsi ilə birlikdə Culfa şəhərində yaşayır, Culfa rayon Mərkəzi xəstəxanasında xadiməçi işləyir, oğlu Rahib isə Naxçıvan şəhərində usta işləyir. 09 sentyabr 2025-ci il tarixdə axşam saatlarında oğlu Rahibin idarə etdiyi avtomobillə Naxçıvan şəhərinə getmək üçün Culfa şəhərindən çıxmışlar, avtomobildə gəlini Xəyalə, nəvələri Rüqəyya və Rahilə də olmuş, Rahib onları Naxçıvan şəhərində Əyləncə adasına aparmış, nəvələri əyləndikdən sonra Culfa şəhərinə qayıtmaq üçün Rahibin idarə etdiyi avtomobillə Naxçıvan şəhərindən çıxmışlar. Gəlini, nəvələri və özü arxa oturacaqda oturmuş, hərəkətdə olduqları zaman nəvələrinin və gəlininin yatdığını görüb o da yatmış, bir anda avtomobilin titrəməsinə ayılmış, avtomobilin dərəyə düşdüyünü görmüş, avtomobil dərədə zərb ilə nəyəsə dəyib dayanmış, oğlu nəvələrini avtomobildən qucağında yola çıxararaq xəstəxanaya aparmış, hadisə yerinə gələn şəxslər onu da avtomobilən çıxararaq xəstəxanaya yola salmışlar. Təqsirləndirilən şəxs bağışlayır, ona qarşı hər hansı tələbi, şikayəti yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Culfa şəhərində ailəsi ilə birlikdə yaşayır, 09 sentyabr 2025-ci il tarixdə həyat yoldaşı Rahibin idarə etdiyi avtomobillə Naxçıvan şəhərinə Əyləncə mərkəzinə getmək üçün Culfa şəhərindən çıxmışlar, avtomobildə özü və Rahibdən başqa övladları Rüqəyya, Rahilə və qayınanası Zərərçəkmiş şəxs olmuşdur. Naxçıvan şəhərinə çatdıqdan sonra Əyləncə mərkəzində övladları əyləndikdən sonra Culfa şəhərinə qayıtmaq üçün Rahibin idarə etdiyi avtomobillə Naxçıvan şəhərindən çıxmışlar. Özü, övladları və qayınanası arxa oturacaqda oturmuş, avtomobil Naxçıvan-Ordubad avtomobil yolunda Ordubad rayonu istiqamətində hərəkətdə olmuş, Culfa rayonunun Camaldın kənd yolayrıcını keçdikdən sonra yuxuya getmiş, bir anda avtomobilin titrəməsinə ayılmış, baxdığında avtomobilin zərblə harasa dəyib dayanmağını görmüş, Rüqəyya ayağının yanına düşmüş, Rahilə isə nənəsinin qucağında olmuş, Rahib avtomobildən enərək uşaqları yolun kənarına çıxarmış, avtomobildən özü çıxmış, hadisə yerinə gələn polis əməkdaşı Rahibi və uşaqları xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs bağışlayır, ona qarşı hər hansı tələbi, şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2009-cu il tarixdən X8 xidmət edir, 2024-cü ilin oktyabr ayından Culfa rayon X13 X15 Baş Dövlət Avtomobil müfəttişi vəzifəsində işləyir. 09 sentyabr 2025-ci il tarixdə xidmətdə olmuş, mobil telefonuna tanımadığı bir nömrədən zəng gəlmiş, zəngi açmış, zəng edən onu tanımadığını, yol polisinin komandiri olduğunu bildiyini deyib Naxçıvan-Ordubad avtomobil yolunda yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat vermiş, idarə etdiyi avtomobil ilə şəxsin dediyi yerə getmiş, getdiyində yol kənarında camaat olduğunu görmüş, avtomobili saxlayıb dərhal onlara yaxınlaşmış, bir kişi və bir qadının hərəsinin qucağında bir uşaq olduğunu görmüş, kişi qəza edən sürücü olmuşdur. Avtomobil Ordubad rayonu istiqamətində yolun sağ kənarındakı dərəyə düşmüş, sürücü hadisə yerinə təcili yardım avtomobilinin gəlməsini gözləmiş, uşaqlardan birinin xəsarəti ağır oduğu üçün təcili yardım avtomobilinin gəlməsini gözləmədən polis əməkdaşı kimi xidməti borcu olduğunu düşünüb idarə etdiyi “BMW” markalı **-CA-*** qeydiyyat nişanlı avtomobillə kişini və uşaqları götürüb xəstəxanaya aparmaq üçün hadisə yerindən çıxmış, yolda hadisənin necə olması barədə soruşduğunda sürücü ona sükan arxasında yuxu tutduğunu və bir anda ayıldığında avtomobilin dərəyə getdiyini gördüyünü demişdir. Naxçıvan MR Xəstəxanasına çatıb onları həkimlərə təhvil vermiş, daha sonra xidməti yerinə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, anası ilə birlikdə Naxçıvan şəhərində yaşayır. Naxçıvan şəhərində fəaliyyət göstərən “Qardaşlar 2023 MMC” rentekarda xəzinədar işləyir, arada avtomobil alğı-satqısı ilə məşğul olur, “Nexia minik” markalı **-BM-*** qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. Həmin avtomobili 01 oktyabr 2024-cü il tarixdə Naxçıvan şəhər sakini Anar adlı şəxsə satmış, avtomobili Anar adlı şəxsə kreditlə verdiyi üçün sürücülük etibarnaməsi vermiş, Anar sonradan həmin avtomobili Culfa şəhər sakini Təqsirləndirilən şəxs ilə özünün “Mercedes Benz” markalı avtomobil ilə barter edib dəyişmiş, Təqsirləndirilən şəxsla qeyd etdiyi avtomobil barəsində heç bir söhbəti olmamış, Anar ona Təqsirləndirilən şəxs sənədlərini göndərərək ona etibarnamə verməyi xahiş etmiş, o da Təqsirləndirilən şəxs “Nexia” markalı avtomobil üçün sürücülük etibarnaməsi vermiş, sonra həmin avtomobilin sürücüsünün Naxçıvan-Ordubad avtomobil yolunda qəza etdiyini öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə Naxçıvan şəhər Qaraxanbəyli kəndində yaşayır. Etibarnamə ilə idarə etdiyi “Renault” markalı, **-BE-*** qeydiyyat nişanlı avtomobillə sərnişin daşımaqla məşğul olur. Naxçıvan şəhər sakini Elvin adlı şəxsdən etibarnamə ilə “Nexia” markalı **-BM-*** qeydiyyat nişanlı avtomobil almış, avtomobili bir müddət idarə etdikdən sonra yanacaq çox işlətdiyi üçün üçün dizel yanacaqla işləyən avtomobil axtarmış, Culfa şəhər sakini Təqsirləndirilən şəxs dizel mühərriklə işləyən avtomobili olduğunu və benzinlə işləyən avtomobillə dəyişmək istədiyini öyrənmiş, başqa bir şəxsin vasitəçiliyi ilə Təqsirləndirilən şəxsla görüşmüş, Təqsirləndirilən şəxs olan “Mercedes 124” markalı avtomobil ilə “Nexia” markalı avtomobili dəyişmək üçün razılaşmış, səhərisi gün Təqsirləndirilən şəxsla görüşərək avtomobilləri dəyişmiş, avtomobilin sahibi Elvin adlı şəxsdən Təqsirləndirilən şəxs etibarnamə verməsini xahiş etmiş, Elvin “Nexia” markalı **-BM-*** qeydiyyat nişanlı avtomobil üçün Təqsirləndirilən şəxs etibarnamə vermiş, Təqsirləndirilən şəxs “Mercedes Benz” markalı avtomobilinin mülkiyyətçisi Xəyal adlı şəxs isə ona “Mercedes Benz” markalı avtomobil üçün etibarnamə vermiş, həmin gündən Təqsirləndirilən şəxsla görüşməmiş, “Nexia” markalı, **-BM-*** qeydiyyat nişanlı avtomobilə görə Təqsirləndirilən şəxs ona heç bir ödəyəcəyi pul olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertiza və X4 14 sentyabr 2025-ci il tarixli, 64 saylı ekspert rəyində qeyd edilmişdir ki, X6 meyitinin məhkəmə tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmi xəsarətlər: baş beyinin sol gicgah və alın payının yumuşaq toxumasının əzilməsi və baş beyinə qansızma ilə müşaiyət olunan sol gicgah və kəllə əsası sümüklərinin xətti sınığı, başın sol gicgah-təpə sərhəddinin dərialtı hematoması, baş alın nahiyyəsinin sol yarısının, döş qəfəsinin arxa səthinin sol yarısının qançırları, sağ baldır nahiyyəsinin ön səthinin sıyrıqları. Göstərilən xəsarətlər həyati olub, ölümündən əvvəl bərk küt əşya təsirindən törənmişlər, onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X6 almış olduğu xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə sərnişini olduğu minik avtomobildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və bu canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan xəsarətlərə aid olduğundan ağır zərərvurmanın əlamətlərinə malikdirlər. X6 ölümünə səbəb baş beyin sol gicgah və alın payının yumşaq toxumasının əzilməsi və baş beyin toxumasına qansızma ilə müşayiət olunan sol gicgah və kəllə əsası sümüklərinin xətti sınığı olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, Rüqəyya Həsənovanın ölümü, xx.xx.2025-ci il tarixdə saat 08:10-da Naxçıvan MR Xəstəxanasında baş vermişdir, bu da meyit əlamətləri ilə inkar edilmir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertiza və X4 12 sentyabr 2025-ci il tarixli, 232 saylı ekspert rəyində qeyd edilmişdir ki, Rüqəyya Həsənovanın məhkəmə tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: baş beyin toxumasının əzilməsi və baş beyin toxumasına qansızma ilə müşaiyət olunan sol temporal nahiyyəsinin və kəllə əsasının xətti sınığı, başın sol gicgah təpə-ənsə sərhəddinin dərialtı hematoması (yumşaq toxumalararasına qan yığılması), başın alın nahiyyəsinin sağ yarısının, sağ baldır nahiyyəsinin yuxarı 1/3-nin iç səthinin, sol İ barmaq haniyyəsinin qançırları və sağ baldır nahiyyəsinin yuxarı 1/3-nin ön səthinin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, eləcə də sərnişini olduğu minik avtomobilində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir, müddəti qərarın təsviri hissəsində göstərilən, yəni xx.xx.2025-ci il tarixdə yaranmaları mümkündür və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertiza və X4 12 sentyabr 2025-ci il tarixli, 233 saylı ekspert rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs Rahib qızının məhkəmə tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: sol əlin üst səthinin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, eləcə də sərnişini olduğu minik avtomaşında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, qərarın təsviri hissəsində göstərilən, yəni xx.xx.2025-ci il tarixdə yaranmaları mümkündür və sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertiza və X4 12 sentyabr 2025-ci il tarixli, 234 saylı ekspert rəyində qeyd edilmişdir ki, Xəyalə Həsənovanın məhkəmə tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: sağ İV qabırğanın ön ucunun sınığı, baş beyin silkələnməsi və döş qəfəsinin sağ yarısının arxa səthinin qançırı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, eləcə də sərnişini olduğu minik avtomaşında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, qərarın təsviri hissəsində göstərilən, yəni xx.xx.2025-ci il tarixdə yaranmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertiza və X4 12 sentyabr 2025-ci il tarixli, 235 saylı ekspert rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: sağ bazu sümüyünün proksimal ucunun qəlpəli sınığı, hər iki topuq sümüyünün sınığı, sağ said sümüyünün distal ucunun sınığı, sol qaş nahiyyəsinin, başın alın nahiyyəsinin sol yarısının üzərində cərrahi tikişləri olan əzilmiş yaraları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, eləcə də sərnişini olduğu minik avtomobilində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, müddəti qərarın təsviri hissəsində göstərilən,yəni xx.xx.2025-ci il tarixdə yaranmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətli pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertiza və X4 12 sentyabr 2025-ci il tarixli, 236 saylı ekspert rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: sağ topuq nahiyyəsinin cüzi hərəkət məhdudluğu ilə müşayiət olunan sağ topuq oynağının yumuşaq toxumalarının şişkinlik halında əziyi və hematoması və həmin nahiyyənin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, eləcə də sürücüsü olduğu minik avtomaşında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, qərarın təsviri hissəsində göstərilən, yəni xx.xx.2025-ci il tarixdə yaranmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30 sentyabr 2025-ci il tarixli, 980 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, istintaq tərəfindən göstərilən vəziyyətdə ”Nexia” markalı **-BM-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X14” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü yol hərəkəti üçün təklükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Mexaniki nəqliyyat vasitələrinin sürücüsü xəstə, əzgin və yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməlidir. 10 sentyabr 2025-ci il tarixli “Baxış aparılması haqqında” protokoldan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi Naxçıvan-Ordubad avtomobil yolunun 28-ci km-dədir. Avtomobil yolu düz və qurudur. Hava sakitdir, yağıntı yoxdur. Baxış havanın qaranlıq vaxtı süni işıqlandırma şəraitində aparılmışdır. Avtomobil yolu 2 gedişli və 2 gəlişli olmaqla 4 hərəkət zolağından ibarətdir. Hər zolağın eni 4 metr, qoşa xəttin eni isə 0.50 metr olmaqla yolun eni 16.50 metrdir. Yolun hər iki istiqamətdə kənarları 2 metr preslənmiş çınqıl qarışından ibarət ehtiyat torpaq yoldur. Avtomobil yolunda birinci hərəkət zolağında bir ədəd tormuz izi vardır. Baxışa davam edilir. Ordubad şəhəri istiqamətində sağ ehtiyat torpaq yolda dərəyə doğru uzanan iki ədəd avtomobil təkər izi vardır. İzlər dərəyə keçir və dərədə davam edir. Dərədə torpaq qazılmışdır. Qazılmanın avtomobil təkərlərinə görə qazıldığı müəyyən edilir. İzlər davam edir. İzlərin hərəkət istiqaməti üzrə baxışa davam edilir. İzlərin sonunda çay yatağı vardır. İzlər çay yatağına keçir. Çay yatağında beton kanalın qabağında torpağa dəyərək dayanmış “Nexıa” markalı **-BM-*** qeydiyyat nişanlı avtomobil vardır. Avtomobilin qabaq hissəsi əzilmiş, alın şüşə qırılmış, qabaq qanadlar əzilmişdir. Hadisə yerinin baxışından, ehtiyat torpaq yolda, dərədə olan izlərdən, avtomobilin dayanma yerindən müəyyən edilir ki, avtomobil Culfa şəhəri istiqamətində hərəkətdə olub, avtomobil hansısa səbəbdən ehtiyat torpaq yola keçib, dərəyə düşüb dərədə 50 metr getdikdən sonra çay yatağında olan torpağa çırpılaraq dayanmışdır. Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİŞ-nə göndərilmiş 03 oktyabr 2025-ci il tarixli tələbnamədə Təqsirləndirilən şəxs məhkumluğunun olması barədə əməliyyat sorğu kartotekasında məlumatın olmaması qeyd edilmişdir. Culfa rayon İH-nin Culfa şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Culfa rayon İH-nin Culfa şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş 27 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır və ailə üzvləri arvadı X5, qızı Zərərçəkmiş şəxs Rahib qızından ibarət tərkibdədir. 06 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə ölmüş zərər çəkmiş şəxs X3 hüquqi varisi qismində anası X5 tanınmışdır. 20 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. 17 noyabr 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi” barədə qərardan görünür ki, cinayət işi üzrə “Nexia” markalı, **-BM-*** qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və Naxçıvan MR DİN-nin DYPİ-nin dayanacağında saxlanılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə törətdiyi cinayət əməli məhkəmə istintaqında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafedici ifadəsi, şahidlərin, zərər çəkmiş şəxsin və zərər çəkmiş şəxsin hüquqi varisinin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetdi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 23:40-da “BD” seriyalı 867419 nömrəli sürücülük vəsiqəsi və 7E-5531 nömrəli etibarnamə ilə idarə etdiyi “Nexia minik” markalı **-BM-*** qeydiyyat nişanlı avtomobillə Naxçıvan-Ordubad avtomobil yolu ilə Ordubad rayonu istiqamətində hərəkətdə olarkən "X14" Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələbini pozmuş, yəni mexaniki nəqliyyat vasitələrinin sürücüsü xəstə, əzgin və yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli olduğu halda buna əməl etməyərək avtomobili yorğun və yuxusuz idarə edərək sükan arxasında yatmış və həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozaraq, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyib Culfa rayonu ərazisinə düşən həmin yolun 28-ci km-də avtomobilin idarəetməsini itirmiş, avtomobil yolun sağ kənarında dərəyə düşmüş, nəticədə Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan X3 dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “baş beyinin sol gicgah və alın payının yumuşaq toxumasının əzilməsi və baş beyinə qansızma ilə müşaiyət olunan sol gicgah və kəllə əsası sümüklərinin xətti sınığı, başın sol gicgah-təpə sərhəddinin dərialtı hematoması, başın alın nahiyyəsinin sol yarısının, döş qəfəsinin arxa səthinin sol yarısının qançırları, sağ baldır nahiyyəsinin ön səthinin sıyrıqları” xəsarətləri alaraq ölümünə, Zərərçəkmiş şəxs dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətli pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid olan “sağ bazu sümüyünün proksimal ucunun çəx qəlpəli sınığı, hər iki topuq sümüyünün sınığı, sağ said sümüyünün distal ucunun sınığı, sol qaş nahiyyəsinin, başın alın nahiyyəsinin sol yarısının üzərində cərrahi tikişləri olan əzilmiş yaraları” xəsarətləri almasına səbəb olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsiilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs və digər zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini (CM-59.1.12), himayəsində az yaşlı övladının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbər xarakterizə olunmasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm məhkəmə icraatı zamanı səmimilik göstərərək törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində az yaşlı övladının olmasını, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası (CM-60.1) və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalıdır. Yuxarıda istinad edilən maddələrin tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmənin sınaq müddəti müəyyən edilməli, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Culfa Şəhər İcra və Probasiya Bölməsinə tapşırılmalıdır. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). İş materialından görünür ki, Təqsirləndirilən şəxs barəsində 20 oktyabr 2025-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə ekspertiza xərci – 30 sentyabr 2025-ci il tarixli, 980 nömrəli materialların məhkəmə ekspertizası üzrə 80 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış “Nexia” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil və Culfa Rayon Məhkəməsində olan Təqsirləndirilən şəxs məxsus olan BD867419 nömrəli sürücülük vəsiqəsi, ** BM *** nömrəli nəqliyyat vasitəsinə aid olan BD562086 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs oğluna qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istinaq zamanı və məhkəmə iclaslarında hüquqlarını dövlət hesabına müdafiə etmiş Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilsin, Təqsirləndirilən şəxs 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs hazırki hökm ilə təyin olunmuş 1 (bir) il 6 (altı) ay sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Culfa Rayon İcra və Probasiya Bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Naxçıvan Muxtar Respublikası Daxili İşlər nazirliyinin DYP idarəsinin dayanacağında saxlanılan “Nexia” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Culfa Rayon Məhkəməsində olan Təqsirləndirilən şəxs məxsus olan BD8674 19 nömrəli sürücülük vəsiqəsi, ** BM *** nömrəli nəqliyyat vasitəsinə aid olan BD562086 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs oğluna qaytarılsın. Təqsirləndirilən şəxs cinayət işi üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci- 30 sentyabr 2025-ci il tarixli, 980 nömrəli yol nəqliyyat hadisələrinin ekspertizası üzrə 80 manat tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ21NABZ******************** nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən müdafiəçi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar