Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-29/2023 20.12.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və tərcüməçi X4 iştirakı ilə, Təqsirləndirilən şəxs -xx xxxxxxx 1981-ci il tarixdə Türkiyə Respublikası, Ağrı şəhəri, Sarıdaş kəndində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, üç uşaq atası, orta təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, Türkiyə Respublikası, Ağrı şəhəri, Sarıdaş kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə-barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 19 sentyabr 2023-cü il tarixində idarə etdiyi 76AJ011/76AJ470 dövlət qeydiyyat nişanlı “Tırsan” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən İran İslam Respublikasında 19 sentyabr 2023cü il tarixədək müddət ərzində istintaqa məlum olmayan mənbədən əldə etdiyi bir bükümdə-təmiz çəkisi 0,105 qram metamfetamin psixotrop maddəsini gümüşü falqaya bükərək özünə məxsus pul qabının içərisinə yerləşdirmiş, əynindəki qara rəngli şalvarın arxa cibinə qoymuş, saat 17 radələrində Culfa rayonunun inzibati ərazisində yerləşən Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bununlа dа Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə Türkiyə Respublikası, Ağrı şəhəri, Sarıdaş kəndində yaşayır. 20 ildən artıqdır ki, yük-nəqliyyat vasitələrində sürücü kimi işləyərək ailəsinin ehtiyaclarını qarşılayır. Təqribən 1 ay olar ki “Şahin Transport” şirkətinə məxsus 76AJ011/76AJ470 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini idarə edir. Hadisədən təxminən 1 həftə əvvəl Türkiyədən boya üçün xammal yüklədiyi yükü “Şaxtaxtı” gömrük postundan keçərək İranın Tehran şəhərinə aparmış, Tehran şəhərində yükü boşaltmış, Türkiyəyə yük gözləmişdir. Tehran şəhərində olan zaman tanımadığı taksi sürücüsü ona yaxınlaşmış, ona keyf verəcək “Mat” adlı maddəsinin olduğunu bildirmiş, onda maraq yarandığı üçün 500 000 tümən müqabilində həmin “Mat” adlı maddəni almış, Tehranda olan zaman maddənin bir hissəsini istifadə etmiş, bədənində olan yorğunluğun aradan qalxdığını hiss etmiş, qalan hissəsini Türkiyəyə aparmaq məqsədi ilə pul qabına yerləşdirmişdir. 18 sentyabr 2023-cü il tarixdə Tehran şəhərindən “PVC” yükünü yükləmiş, Türkiyəyə aparmaq üçün yola düşmüş, Naxçıvanın Culfa gömrüyünə çatmış, sənədlərini qeydiyyata verdikdən sonra gömrükçülər nəqliyyat vasitəsini yoxlamaq üçün nəqliyyat vasitəsinə yaxınlaşmışdır. Gömrük əməkdaşı ondan nəqliyyat vasitəsində və üzərində qadağan olunmuş və ya bəyan edilməli mal və ya əşyaların olub-olmamasını soruşmuş, üzərində və nəqliyyat vasitəsində qadağan olunmuş və ya bəyan ediləsi heç nəyinin olmadığını bildirmişdir. Gömrük əməkdaşı iki nəfər şəxsin iştirakı ilə idarə etdiyi nəqliyyat vasitəsini yoxlamış, qanuna zidd heçnə aşkar edilməmişdir. Sonra ona üzərinin yoxlanacağı bildirilmiş, həmin şəxslərin iştirakı ilə onun üzəri və üzərində olan pul kisəsi yoxlanılmış, yoxlama zamanı əyninə geyindiyi şalvarın sağ arxa cibində olan pul kisəsinin içərisində olan, adını “Met” kimi bildiyi maddə aşkar edilmiş, həmin “Met” adlanan maddə onun və yoxlamada iştirak edən şəxlərin iştirakları ilə tərəzidə çəkilmiş və qablaşması ilə birlikdə 0.7 qram olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, Culfa gömrük postunda psixotrp maddəni qorxduğu üçün bəyan etməmişdir. Narkotik vasitənin, psixotrop maddənin gömrük nəzarətindən gizli, bəyan etmədən keçirməyin cinayət olduğunu bilir. Psixotrop maddəni özünün istifadə etməsi üçün almış, başqa şəxsə vermək, satmaq məqsədi olmamış, əvvəllər cinayət törətməmişdir. Üç yetkinlik yaşına çatmayan uşağı var, ailəni yeganə dolandıran şəxsdir. Göstərilənlərin nəzərə alınmasını, ona köməklik edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hazırda Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunun böyük inspektoru vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixində Culfa gömrüyündə yük nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olmuşdur. Saat 17 radələrində idxal xəttində ölkəyə gələn Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 76AJ011/76AJ470 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə baxış keçirmək üçün həmin nəqliyyat vasitəsinə yaxınlaşmış, əvvəlcə sürücüdən idarə etdiyi yük nəqliyyat vasitəsində və yə üzərində qadağan olunmuş və ya bəyan ediləsi əşya və malların olubolmadığını soruşmuş, sürücü üzərində, nəqliyyat vasitəsində qadağan olunmuş və ya bəyan ediləsi heçnə olmadığını bildirmişdir. Sürücünün zahiri görkəmi və hərəkətləri onda şübhə doğurmuş, iki nəfər hal şahidi dəvət etmiş, nəqliyyat vasitəsinə baxış keçirməyə başlamış, baxış zamanı həmin nəqliyyat vasitəsindən qanunla qadağan olunmuş və ya gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet aşkar edilməmişdir. Sürücünün davranışlarının normal olmadığını hiss etmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirmək qərarına gəlmiş, müvafiq razılaşmaları icra etdikdən sonra Təqsirləndirilən şəxsı şəxsi yoxlama otağına dəvət etmiş, yoxlama otağında hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyindiyi şalvarın sağ arxa cibində olan pul kisəsinin içərisindən falqaya bükülmüş, kristal duz qırıntıları halında maddə aşkar etmiş, sonra həmin maddəni Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə tərəzi vasitəsi ilə çəkmiş, çəkisinin qablaşdırılması ilə birlikdə 0,7 qram olduğu müəyyən edilmiş, aşkar edilmiş toz şəkilli kristal maddəni qablaşdırılmış və götürülmüş, protokol tərtib etmiş və baxış iştiakçıları protokolu imzalamışlar. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Babək rayonunun Çeşməbasar kəndində yaşayır. Daimi iş yeri yoxdur, hərdən Culfa gömrük postunun ərazisində yüklərin nəqliyyat vasitələrinə doldurulub boşaldılmasında fəhləlik edir, qazancı ilə ailəsinin ehtiyaclarını qarşılayır. 19 sentyabr 2023-cü il tarixində Culfa gömrüyünün ərazisində olmuş, saat təxminən 18 radələrində gömrük əməkdaşı Domrul adlı şəxs ona yaxınlaşmış, İrandan gələn bir Türkiyə vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə baxış keçirəcəyini, onun da hal şahidi kimi orada iştirak etməsini xahiş etmiş, etiraz etməmişdir. Gömrük əməkdaşı ilə yoxlamanın keçiriləcəyi yerə getmiş, biraz sonra onunla birgə fəhləlik edən Emin adlı şəxs də hal şahidi kimi iştirak etmək üçün dəvət edilmişdir. Gömrük əməkdaşı yoxlamadan əvvəl onlara hüquq və vəzifələrini izah etmiş, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsində və ya üzərində qadağan olunmuş nəsə olubolmadığını soruşmuş, sürücü isə nəqliyyat vasitəsində və ya üzərində qadağan olunmuş heç nəyin olmadığını bildirmişdir. Gömrük əməkdaşı Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsini yoxlamış, heçnə aşkar etməmiş, Təqsirləndirilən şəxs üstünü yoxlayacağını söylənmiş, onlar birgə yoxlamanın keçiriləcəyi otağa getmişlər. Otaqda yoxlamadan əvvəl gömrük əməkdaşı bir daha sürücüdən üzərində qadağan olunmuş nəsə varsa çıxarıb verməyini demiş, Təqsirləndirilən şəxs isə üzərində qadağan olunmuş heçnə olmadığını bildirmişdir. Gömrük əməkdaşı Təqsirləndirilən şəxs üstünü yoxlamış, sürücünün əyninə geyindiyi şalvarın sağ arxa cibində olan pul qabından falqaya bükülmüş kristal kimi maddə aşkar etmiş, həmin maddəni onların iştirakı ilə tərəzidə çəkmiş, həmin maddənin 0.7 qram olduğu məlum olmuşdur. Protokol tərtib edilmiş, protokolu imzalamışlar. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməsi özünün səmimi etirafı ilə bərabər iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir.. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 19 sentyabr 2023-cü il tarixli “şəxsi yoxlama aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində iki nəfər hal şahidin iştirakı ilə şəxsi yoxlama aparılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ arxa cibindəki pul kisəsinin içərisindən gömrük nəzarətindən bəyan olunmayan alüminium kağıza bükülmüş təxmini çəkisi 0.7 qram olan narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. - Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 949 nömrəli, 20 sentyabr 2023-cü il tarixli məhkəmə ekspertizasının rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən, Türkiyə Respublikasının vətəndaşı Ağrı şəhər sakini Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın arxa cibindəki pil kisəsinin içərisindən aşkar edilərək götürülmüş, gümüşü rəngli fayqa kağızı bükümündə, təmiz çəkisi 0.105 qram olan ağ rəngli, kristal və toz şəkilli hissəciklərədən ibarət maddə, psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siayhı İİ bənd sıra 27). Qeyd: Metamfetaminin təmiz çəkisi 0.105 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq 0.055 qramdır. - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 09 oktyabr 2023-cü il tarixli, 311 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkir, hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİB-nə göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş beynəlxalq ailə şəhadətnaməsindən və əhalinin qeydiyyat nümunəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs evlidir, 06 yanvar 2011ci il tarixdə doğulmuş Altıntaş Ademin, 09 sentyabr 2013-cü il tarixdə doğulmuş Altıntaş Berinayın və 15 mart 2016-cı il tarixdə doğulmuş X6 atasıdır. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 19 sentyabr 2023-cü il tarixli “şəxsi yoxlama aparılması haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 949 nömrəli, 20 sentyabr 2023-cü il tarixli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 09 oktyabr 2023cü il tarixli, 311 nömrəli ekspert rəyini, maddi sübutu, ibtidai istintaq orqanı və məhkəmə hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi qənaətinə gəlir və işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2023-cü il tarixində idarə etdiyi 76AJ011/76AJ470 dövlət qeydiyyat nişanlı “Tırsan” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən İran İslam Respublikasında 19 sentyabr 2023cü il tarixədək müddət ərzində istintaqa məlum olmayan mənbədən əldə etdiyi bir bükümdə-təmiz çəkisi 0,105 qram metamfetamin psixotrop maddəsini gümüşü falqaya bükərək özünə məxsus pul qabının içərisinə yerləşdirmiş, əynindəki qara rəngli şalvarın arxa cibinə qoymuş, saat 17 radələrində Culfa rayonunun inzibati ərazisində yerləşən Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların perekursorlrının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” üzrə İİ siyahısına görə psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir ki, “Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-cimaddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatıistisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasındaistifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə-Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilməlidir, ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Həmin Qərarın 14-cü bəndində göstərilir ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdəvə sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1ci maddələri ilə cinayət məsuliyyəti yaradır. Satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinə nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.1-ci maddəsinin tələbinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilmiş məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, himayəsində 3 yetkinlik yaşına çatmayan uşağının olmasını, əməlindən çox peşman olmasını, ailəni dolandıran yeganə şəxs olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər...Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1-ci maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 58.2-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmuyu və hökmlərin məcmuyu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. Həmin Məcəllənin 62.1 və 62.2-ci maddələrinin tələbinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza təyin edə bilər. Cəzanı yüngülləşdiriən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmuyu müstəsna hal hesab edilə bilər. Məhkəmə Türkiyə Respublikası vətəndaşı olan Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu, əvvəllər məhkum olunmamasını, himayəsində 3 yetkinlik yaşına çatmayan uşağının olmasını, əməlindən çox peşman olmasını, ailəni dolandıran yeganə şəxs olmasını və psixotrop maddənin miqdarını müstəsna hallar hesab edir və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində müəyyən ediləndən daha yüngül cəza, cərimə cəzası təyin edilməsini mümkün sayır və hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs cərimə növündə cəza təyin olunduğu təqdirdə də, təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 19 sentyabr 2023-cü il tarixdə tutma tətibiq olunmuş və Naxçıvan Şəhər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın əvvəli 19 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2023-cü il tarixdən həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinin tələbinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonar iş üzrə maddi sübut kimi tanınmış, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 0.055 qram metamfetamin psixotrop maddəsi məhv edilməli, Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd "Vivo V2204” (İMEİ1 **********96238/22, İMEİ2 **********96220/22) markalı mobil telefon, Culfa Rayon Məhkəməsində saxlanılan U******** nömrəli pasport ona qaytarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan ittiham hökmünün qəbul edildiyini, həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxdığını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı, o, məhkəmə iclas zalında həbsdən azad edilməlidir.. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanın növünü nəzərə alaraq hesab edir ki, onun Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın təyin edilməsinə əsaslar yoxdur. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 4000 manat cərimə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən 19 sentyabr 2023-cü il tarixdən hazırkı vaxta qədər həbsdə saxlanılması nəzərə alınaraq təyin olunmuş 4000 manat cərimə cəzası yüngülləşdirilərək Təqsirləndirilən şəxs üzərində 3000 manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 0.055 qram metamfetamin psixotrop maddəsi məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd "Vivo V2204” (İMEİ1 **********96238/22, İMEİ2 **********96220/22) markalı mobil telefon, Culfa Rayon Məhkəməsində saxlanılan U******** nömrəli pasport ona qaytarılsın. İş üzrə ekspertiza xərci, mülki iddia, xüsusi müsadirə edilməli olan əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə 258 manat təqdim edilmiş hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №1(089)-29/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-29/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver