Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-3/2022 09.09.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, tərcüməçi X2 iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1960-cı ildə Türkiyə Respublikası Rizə şəhərinin Güneysu rayonunda anadan olmuş, orta təhsilli, evli, 2 uşaq atası, Türkiyə Respublikasının vətandaşı, sürücü işləyən, Rizə şəhərinin Güneysu rayonunda qeydiyyatda olan və orada yaşayan, əvvəllər məhkum olunmamış, 06 fevral 2022-ci il tarixdə barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 4 (dörd) ay müddətinə həbs qətimkаn tədbiri seçilmiş və 27 may 2022-ci il tarixdə 3 (üç) ay müddətinə uzadılmış, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətininin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs İran İslam Respublikasında istintaqla müəyyən edilməyən şəxslər tərəfindən Polşa Respublikasına aparmaq üçün daşınması həvalə edilmiş şəxsi istehlak miqdarından artıq 102 kiloqram 740 qram narkotik vasitə olan heroini satış məqsədi olmadan Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə İran İslam Respublikasından Türkiyə Respublikasına oradan da təyinat ölkəsi Polşa Respublikasına daşımaq üçün idarə etdiyi “MUTLULAR TRANSPORT LTD. ŞTİ” şirkətinə məxsus 76AAH601 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76AAJ764, “TİRSAN” markalı) “MERCEDES-BENZ 1840 LS” yük avtomobilində ümumi çəkisi 5530 kq olan 25 palet duş kabin üçün plastik vannalar yükü adı ilə qanunsuz olaraq saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 04 fevral 2022-ci il tarixdə, saat 15:28 radələrində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmək istəyərkən həmin narkotik vasitə Culfa gömrük idarəsində gömrük əməkdaşları tərəfindən nəqliyyat vasitəsinə gömrük baxışı keçirilən zaman aşkar edilərək götürülmüşdür. Bununlа dа Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci mаddələrində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, xx xxxx 1960-cı ildə Türkiyə Respublikasının Rize şəhərinin Güneysu rayonunda anadan olub, Türkiyə Respublikasının vətəndaşıdır, ailəlidir və iki uşaq atasıdır, Türkiyə Respublikası Rize şəhərində qeydiyyatdadır və həmin ünvanda yaşayır. O, 1983-cü ildən sürücülüklə məşğuldur, lakin "xxxx" firmasında təxminən 5 aydır sürücü işləyir. 31 yanvar 2022-ci il tarixdə Sədərək gömrüyündən Naxçıvan Muxtar Respublikasına daxil olmuş və Culfa gömrüyündən çıxış edərək İran İslam Respublikasının Culfa şəhərində yerləşən sərbəst iqtisadi zonaya “tütün” yükü aparmışdır. Onun mobil telefonu İİR-də işləmədiyi üçün çalışdığı "xxxx" firmasının müdiri kimi tanıdığı “Yunus” adlı şəxs onunla eyni yükü aparan “İsa” adlı digər sürücünün mobil telefonuna zəng edərək onunla əlaqə saxlamışdır. Danışıq zamanı “Yunus” ona firmanın digər sürücüsü olan X3 mobil nömrəsini verərək A.Özkan ilə birlikdə yük yükləyəcəklərini ona söyləmişdir. O da digər sürücü “İsa”nın telefonu ilə A.Özkana zəng edərək olduğu yeri və İİR-ni tanımadığını A.Özkana söyləmiş və buna görə də A.Özkan onun yanına gəlmişdir. 03 fevral 2022-ci il tarixdə Culfa sərbəst iqtisadi zonasında olan yükü onların yük maşınına yükləycək olan “Batuhan” adlı şəxs və Batuhanın yanında olan adını bilmədiyi şəxs gəlib onu və A.Özkanı yük maşınlarını çəkmək üçün tərəziyə aparmış və tərəzidən çıxdıqdan sonra yükləmə yerinə getmişlər. Yükəlmə yerində əvvəlcə A.Özkanın yük maşınına “dekorativ daş” yükü yükləmişlər sonra isə onun yük maşınına “duş kabin üçün plastik vanna” yükü yüklənmişdir. Lakin “duş kabin üçün plastik vanna” yükündən 1 palet onun yük maşınına yerləşməmiş və o da həmin 1 paleti açaraq duş kabin üçün olan plastik vannaları ayrılıqda iki-iki, üç-üç digər paletlərin yanlarına üstünə yerləşdirməyi təklif etmişdir. Onun bu təklifindən sonra “Batuhan” kənara çəkilərək kimləsə telefon əlaqəsi saxlamış və geri gəlib paleti açmayacaqlarını qəti şəkildə bildirərək “duş kabin üçün plastik vanna” yükü olan olan həmin bir paleti A.Özkanın idarə etdiyi yük maşınına yüklənməsi göstərişini vermişdir. Yükləmə işi tam yekunlaşdıqdan sonra 03 fevral 2022-ci il tarixdə İran İslam Respublikaının Culfa gömrüyünə gəlmişlər. İİR-in Culfa şəhərində olarkən “Batuhan” yük sənədlərində problem olduğu üçün axşam Culfa şəhərində qalıb və ertəsi gün getmələrini onlara söyləmişdir. A.Özkan da "xxxx" firması ilə əlaqə saxlayaraq “Batuhan”nın söylədiklərini demiş, firma isə Batuhanla danışaraq xəbər edəcəyini söyləmişdir. Biraz müddət keçdikdən sonra firma A.Özkanla əlaqə yaradaraq “Batuhan”la danışdıqlarını və sənədlərin sabaha həll olacağını, gecə İİR-in Culfa şəhərində qalmalarını bildirmişdir. 04 fevral 2022-ci il tarixdə sənədlər hazır olmuş və A.Özkanla birlikdə Naxçıvan MR Culfa gömrüyünə keçmişlər. Burada nəqliyyat vasitəsinə və yükünə baxış keçirilmiş və duş kabin üçün plastik vannaların 51 ədədinin içərisində narkotik vasitə heroin olan bükümlər aşkar edilmiş və sürücünün yanında tərəzidə çəkilərək götürülmüşdür. Məhkəmə iclasında sual-cavab edilərkən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini 1983-cü ildən bəri sürücü işlədiyini, bir neçə şirkətlə işlədiyini, "xxxx" firması ilə 5-6 aydır ki, işlədiyini, sonuncu işlədiyi şirkətlə heç bir ədavətinin- yəni düşmənçiliyinin və heç bir problemlərinin olmadığını, Naxçıvan MR-nın sərhəd keçidi ilə İİR-ə 3-4 dəfə keçdiyini, Türkiyə Respublikasının Rize şəhərində yaşadığına görə və həmin bölgəyə daha yaxın olması səbəbi ilə əsasən Gürcüstan-Bakı istiqamətində işlədiyini, "xxxx" Firmasının 3 bölgəyə çalışdığını- Avropa, İran, Azərbaycan, onun və A.Özkanın vizası olmadığından onların Avropaya yük daşımadıqlarını, maşına yüklərin Araz sərbəst iqtisadi zonasında yükləndiyini, maşına yüklər yüklənəndə orada olduqlarını, yüklərin maşınlara paketlənmiş qaydada yükləndiyini, 26 palet olduğunu, 1 palet artıq olması səbəbi ilə həmin paleti A.Özkanın yük maşınına qoydularını, lakin həmin palet A.Özkanın yük maşınına yüklənmədən əvvəl, paletin 3 hissəyə bölünərək rahatlıqla özünün yük maşınına yerləşdirə biləcəklərini görüb, bunu Batuhan adlı şəxsə təklif etdiyini, Batuhanın bu təkliflə əlaqədar olaraq başqa bir şəxsə zəng vurub soruşduğunu və gəlib onlara paletin 3 hissəyə qəti olaraq bölünməməsini, A.Özkanın yük maşınına yüklənməsini dediyini, elə həmin vaxt Batuhan adlı şəxsdən şübhələnməli olduqlarını, lakin şübhələnmədiklərini, ilk dəfə imiş ki, duş kabin üçün plastik vanna yükü daşıdığını, adətən paltar yuyucu vasitə, pambıq daşıdıqlarını, "xxxx" Firmasının 350-400 ədəd yük maşını olduğunu, özünə etibar etdiyi qədər çalışdığı firmaya da etibar etdiyini, firmanın qeyrqanuni əməllər törətməyəcəyindən əmin olduğunu, kimin təqsirkar olduğunu bilmədiyini, lakin Batuhan adlı şəxsdən şübhələndiyini, Batuhan adlı şəxsi əvvəlcədən tanımadığını, ilk dəfə xx.xx.2022-ci il tarixdə gördüyünü, A.Özkan, Batuhan adlı şəxs və onun birlikdə axşam yeməyi yediklərini, Batuhanın onlara özünü etibarlı iş adamı kimi tanıtdığını və ondan heç bir şəkildə şübhələnmədiklərini, CMR-də, beynəlxalq dövriyyə sənədində göstərilməyən yüklərin gömrük tərəfindən buraxılmadığını bildiyini, beynəlxalq dövriyyə sənədində göstərilən məsuliyyəti və hüquqları barədə heç bir məlumatının olmadığını, narkotik vasitəsinin duş kabin altlığına fabrika üsulu ilə yerləşdirildiyinin açıq-aydın göründüyünü, narkotik vasitəsini özlərinin duş kabinl altlıqlarına yerləşdirmələrinin mümkün olmadığını, gömrükdə maşına baxış keçirilən zaman orada iştirak etdiyini, özünü qəti olaraq təqsirli bilmədiyini göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat şöbəsinin baş inspektoru vəzifəsində işləyir. 04 fevral 2022-ci il tarixdə Culfa gömrüyündə işdə olarkən saat təxminən 15:30 radələrində İran İslam Respublikasından gələn Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 76AAH601 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsində daşınan duş kabin üçün plastik vanna yükünə vizual baxış keçirmiş və adətən İİR-dən duş kabin üçün plastik vanna yükünün daşınmaması və son vaxtlar narkotik vasitələrin gömrük sərhədlərindən bu tip vasitələrlə keçirilməsi barədə məlumatlarının olması onda şübhə yaratmış, nəqliyyat vasitəsini X-Ray rentgen qurğusuna göndərmişdir. Yük nəqliyyat vasitəsi X-ray Rentgen qurğusundan keçsə də yükü tam müşahidə edə bilmədikləri üçün plastik vannaları tək-tək monitordan keçirməyi qərara almış və bunun üçün şöbə rəisindən icazə almışdır. Fiziki yoxlama üçün icazə verildikdən sonra nəqliyyat vasitəsini anbara aparmış və sürücü Türkiyə Respublikası vətəndaşı olduğu üçün tərcüməçi və gömrük baxışında iştirak etmələri üçün hal şahidləri dəvət etmişdir. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinə baxış keçirilinən zaman sərbəst davranmış, şübhəli hərəkətlərə yol verməmişdir. Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşı Şahid2 ilə birgə anbarda ilk öncə kinoloji xidmətin köməyi ilə yükə baxış keçirmiş, daha sonra portif vasitəsilə paletləri nəqliyyat vasitəsinin yük yerindən çıxarıb yerə qoymuşlar. Paletləri açmış və qutularda olan duş kabin üçün plastik vannaları ayrıayrılıqda monitordan keçirmişlər. Bu zaman qutulardan bir çoxunun içərisində şübhəli təsvirlər görülmüş və həmin şübhəli təsvirlər olan vannaları kənara yığaraq vannaların döşəmələrini laqonda ilə kəsmiş və altından göy bağlamalarda olan bükümlər aşkar edilmişdir. Bükümlərin hamısı vannalarda eyni tərəfə yerləşdirilmiş halda aşkar edilmiş, lakin bəzi vannalarda çox, bəzilərində daha azbüküm aşkarlanmışdır. Ümumilikdə 51 ədəd duş kabin üçün plastik vannaların içərisindən 674 ədəd bağlamada bükümlər aşkar edilmişdir. Həmin bükümlər səkkiz kisədə qablaşdıraraq elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 117.55 kiloqram olmuşdur. Sonra sürücü Təqsirləndirilən şəxs üzərini yoxlamış, lakin onun üzərindən qanunla qadağan olunmuş heçnə aşkar olunmamışdır. Yoxlamlarla bağlı protokollar tərtib etmiş və həmin protokollar yoxlamada iştirak etmiş iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində bildirmişdir ki, o, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat şöbəsinin inspektoru vəzifəsində işləyir. 04 fevral 2022-ci il tarixdə Culfa gömrüyündə xidməti vəzifələrini həyata keçirən zaman saat 15:30 radələrində eyni şöbənin əməkdaşı Şahid1 onu yük avtomobillərinin yanına çağırmış və ona İran İslam Respublikasından gələn Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 76AAH601 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsində olan duş kabin üçün plastik vanna yükünə vizual baxış keçirdiyini, yükdən şübhələndiyini və nəqliyyat vasitəsini X-Ray rentgen qurğusuna göndərdiyini söyləmişdir. Nəqliyyat vasitəsindəki yüklər rentgen qurğusunda tam müşahidə edilə bilmədiyi üçün plastik vannaları tək-tək monitordan keçirməyi qərara almışlar. Yükü nəqliyyat vasitəsindən boşaldaraq fiziki yoxlama aparmaq üçün Şahid1 Əməliyyat və təhqiqat şöbəsinin rəisindən icazə almış və nəqliyyat vasitəsini anbara aparmışlar. Sürücü Türkiyə Respublikasının vətəndaşı olduğu üçün tərcüməçi və yoxlamada iştirak etmələri üçün hal şahidləri dəvət etmişlər. Anbarda ilk öncə kinoloji xidmətin köməyi ilə yükə baxış keçirmiş, daha sonra isə paletləri nəqliyyat vasitəsinin yük yerindən portif vasitəsilə çıxarıb yerə qoymuşlar. Paletləri açaraq qutularda olan duş kabin üçün plastik vannaları tək-tək monitordan keçirmişlər və bu zaman vannalardan bir çoxunun içərisində şübhəli təsvirlər olmuşdur və həmin şübhəli təsvirlər olan vannaları kənara yığaraq duş kabin üçün plastik vannaların döşəmələrini laqonda ilə kəsmişlər. Vannaların içərisindən göy bağlamalarda olan bükümlər aşkar edilmişdir. Ümumilikdə 51 ədəd duş kabin üçün plastik vannaların içərisindən 674 ədəd bağlamada bükümlər aşkar edilmişdir. Həmin bükümlər səkkiz kisədə qablaşdıraraq elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 117.55 kiloqram olmuşdur. Nəqliyyat vasitəsi və yük yoxlandıqdan sonra Şahid1 sürücü Təqsirləndirilən şəxs üzərini yoxlamış, lakin sürücünün üzərindən qanunla qadağan olunmuş heç nə aşkar olunmamışdır. Şahid1 tərəfindən şəxsi yoxlama və nəqliyyat vasitəsinə baxış protokolları tərtib edilmiş və yoxlamada iştirak edənlər tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid4 öz ifadəsində bildirmişdir ki, o, Culfa şəhərində yaşayır və hazırda müvəqqəti olaraq işsiz olduğu üçün Culfa gömrüyündə fəhləlik edir. 04 fevral 2022-ci il tarixdə Culfa gömrüyündə olarkən Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşı Şahid1 təxminən saat 15:40 radələrində onu çağıraraq bir nəfər yük nəqliyyyat vasitəsinə baxış keçirəcəyini bildirmiş və ondan yoxlama zamanı hal şahidi qismində orada iştirak etməsini xahiş etmişdir. O razılaşmış və Şahid1 ilə yük avtomobilinin yoxlanacağı anbara getmişlər. Onunla birgə orada fəhlə işləyən Etibar da hal şahidi kimi orada iştirak etmişdir. Şahid1 Türkiyə Respublikası vətəndaşı olan Təqsirləndirilən şəxs və idarə etdiyi 76AAH601/76AAJ764 dövlət nömrə nişanlı yük nəqliyyyat vasitəsini ona təqdim edərək sürücünü tanıyıb tanımadığını soruşmuş, o da həmin sürücünü ilk dəfə gördüyünü söyləmişdir. Daha sonra Şahid1 sürücüdən idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş və ya gömrük nəzarətindən gizlətdiyi hər hansı bir şey olub-olmadığını soruşmuş, sürücü isə idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş və ya gizlin keçirdiyi heç nə olmadığını bildirmişdir. Şahid1 və qaçaqmalçılığın digər əməkdaşı Şahid2 nəqliyyat vasitəsinə fiziki baxış keçirməyə başlamamışdan əvvvəl nəqliyyat vasitəsinin yük yerində daşınan yükə xidməti itin vasitəsilə baxış keçirilmişdir. Sonra paletlərdə olan duş kabin üçün plastik vannaları tək-tək monitordan keçirmişlər. Həmin duş kabin üçün plastik vannaların 51 ədədinin içərisində şübhəli təsvirlər müşahidə etdiklərindən onların döşəməsini laqonda ilə kəsərək vannaların içərisindən ümumilikdə 674 bağlamda göy bükümlər aşkar etmişlər. Aşkar olunan kütlələr onun da iştirakı ilə elektron tərəzidə çəkilmiş və çəkisi 117 kiloqram 55 qram olmuşdur. Həmin kütlələr onun iştirakı ilə qablaşdırılaraq götürülmüş, sənədlər tərtib olunmuş və onlar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Bəxtiyar oğlu məhkəmədə dindirilmiş digər Şahid4 ifadəsinə uyğun ifadə vermiş, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməlini törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı törətmiş olduğu cinayət əməlini etiraf etməsə də, onun həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxs tərəfindən İran İslam Respublikasında yükün tam şəkildə qəbul edilməsi və yükgöndərmə qaiməsində xüsusi qeyd-şərt kimi göstərilən bölməsində (yükdaşıyıcının qeydləri və müşahidələri) qeydiyyatın aparılmaması, beynəlxalq yük daşıma qaydalarına riayət etməməsi bir daha onu sübut edir ki, daşıdığı yükün içərisində narkotik vasitəsinin olmasından xəbərdar olmuşdur. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsin daşınması üçün qəbul etdiyi yükə narkotik vasitənin qablaşdırılmasından xəbərinin olmamasını bildirməsi özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmasına xidmət edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 04 fevral 2022-ci il tarixli Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat şöbəsinin böyük inspektoru Şahid1 tərəfindən tərtib edilmiş “Nəqliyyat vasitələrinin yoxlanılması haqqında” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:28 radələrində X9 vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına, oradan da təyinat ölkəsi olan Polşa Respublikasına duş kabin üçün plastik vanna yükü aparan, Türkiyə Respublikası vətəndaşı, 09 aprel 2020-ci il tarixdə verilmiş U23314957 nömrəli xarici pasportun sahibi, xx xxxx 1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi 76AAH601 dövlət nömrə nişanlı ( qoşqu nömrəsi: 76AAJ764, “TİRSAN” markalı) “MERCEDES-BENZ 1840 LS” markalı, 2015-ci il buraxılışlı, ağ rəngli, şassi nömrəsi NMB**********0471 olan ümumi olaraq yük nəqliyyat vasitəsinə əsaslı şübhələr olduğu üçün nəqliyyat vasitəsi yoxlanılmış və yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqusunda daşınan duş kabin üçün plastik vannaların 51 ədədinin altlığından cəmi 674 bağlamda ümumi çəkisi 102 kiloqram 740 qram olan narkotik vasitə heroinin aşkar edilərək götürülmüşdür. - 04 fevral 2022-ci il tarixli, Naxçıvan MR Dövlət Gömrük Komitəsinin İstintaq Bölməsinin müstəntiqi Bayram Məmmədov tərəfindən qəbul edilmiş “Cinayət işi başlama və icraata qəbul etmə barədə” qərardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. - 04 fevral 2022-ci il tarixli, Naxçıvan MR Dövlət Gömrük Komitəsinin İstintaq Bölməsinin müstəntiqi Bayram Məmmədov tərəfindən qəbul edilmiş “Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulmasına dair” qərardan görünür ki, Türkiyə Respublikası vətəndaşı, 09 aprel 2020-ci il tarixdə verilmiş U23314957 nömrəli xarici pasportun sahibi, xx xxxx 1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - 05 fevral 2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. 08 iyun 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinə tövsif olunmuş və həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona yeni məzmunda ittiham elan olunmuşdur. - Naxçıvan Şəhər Məhkəməsinin 06 fevral 2022-ci il tarixli, 4(078)-4/2022 nömrəli qərarına əsasən həbsin əvvəli 04 fevral 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkаn tədbiri seçilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 27 may 2022-ci il tarixli, 4(078)-16/2022 nömrəli qərarı ilə həbsdə saxlama müddəti 3 ay müddətinə uzadılmışdır. - Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2022-ci il tarixli 54 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin qoşqusundakı duş kabin üçün plastik vannaların içərisindən götürülmüş, 674 ədəd bağlamada təmiz çəkisi - 102 kiloqram 739,2 qram olan bozumtul qəhvəyi rəngli, bərk və tozşəkilli hissəciklərdən ibarət maddələr narkotik vasitə - heroindir. - Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2022- ci il tarixli 54 nömrəli məktubundan görünür ki, iş üzrə maddi sübut olan narkotik vasitəsi heroin qablaşdırılaraq möhürlənmiş vəziyyətdə Naxçıvan MR Ədliyyə Nazirliyinin MEM-nin maddi sübutların saxlanc otağında saxlanmışdır. - 20 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkоman оlub-оlmamasını, narkoman olduğu halda məcburi müalicəyə ehtiyacının оlub-оlmamasını müəyyənləşdirmək məqsədilə məhkəmə-narkоlоji ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 22 iyun 2022-ci il tarixli 44 saylı tibbi rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur. - Naxçıvan Muxtar Respublikası DİN-nin Tİİ-nin ƏSİB tərəfindən verilmiş xx.xx.2022ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. - Məhkəməyədək icraat dövründə Culfa Gömrük İdarəsində tərtib edilmiş 04 fevral 2022-ci il tarixli aktdan görünür ki, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs оğlunun idarə etdiyi “MUTLULAR TRANSPORT LTD. ŞTİ” şirkətinə məxsus 76AAH601 dövlət nömrə nişanlı ( qoşqu nömrəsi: 76AAJ764, “TİRSAN” markalı) “MERCEDES-BENZ 1840 LS” markalı yük nəqliyyat vasitəsi Naxçıvan Muxtar Respublikası ”Naxterminalkompleks” X6 İdarəsinin anbarında saxlanılır. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 04 fevral 2022-ci il tarixdə tərtib edilmiş “Nəqliyyat vasitələrinin yoxlanılması haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fervral 2022-ci il tarixli 54 nömrəli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 22 iyun 2022-ci il tarixli 44 saylı tibbi rəyini, maddi sübutu, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən İran İslam Respublikasında əvvəlcədən razılaşmaqla istintaqla müəyyən olunmayan şəxslərdən X9 vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına, oradan da təyinat ölkəsi Polşa Respublikasına aparmaq üçün daşınması həvalə edilmiş və idarə etdiyi 76AAH601 dövlət nömrə nişanlı “MERCEDES-BENZ 1840 LS” markalı yük nəqliyyat vasitəsinin 76AAJ764, “TİRSAN” markalı qoşqusuna yüklənmiş duş kabin üçün plastik vannadan ibarət olan yüklər (deməsinə görə möhürlənmiş halda) qəbul edilmiş, göndərmə qaiməsində daşıyıcı tərəfindən xüsusi qeydşərt kimi göstərilən bölməsində (yükdaşıyıcının qeydləri və müşahidələri) qeydiyyat aparılmamışdır. "Beynəlxalq yük daşınması müqaviləsi haqqında" 1956-cı il 19 may tarixli Konvensiyanın müddəalarına əsasən yük daşınması müqaviləsi qaimə vasitəsilə müəyyən edilir. Qaimə müqavilənin şərtlərini və yükün daşıyıcı tərəfindən qəbul olunmasını təsdiq edir. Qaimələrdə daşıyıcının əsaslı qeydləri olmadıqda, yükün xarici görünüşünü və qablaşdırılmasının vəziyyəti yaxşı hesab olunur və yük yerlərinin sayı, həmçinin əlaməti və nömrələri qaimədə göstərilənlərlə uyğun olur. Konvensiyanın müddəalarından irəli gələn vəzifələrdə daşıyıcının malları qəbul edərkən yoxlamalı olduğu meyarlar nəzərdə tutulmuşdur. Daşıyıcı, yəni yükü daşıyan nəqliyyat vasitəsinin sürücüsü bağlamaların sayı, onların markaları və nömrələri ilə bağlı yük qaiməsindəki ifadələrin düzgünlüyü və malların və onların qablaşdırılmasının görünən vəziyyətini yoxlamalıdır. Yoxlamaların nəticəsi yük qaiməsinə yazılır və yük qaiməsi daşıma müqaviləsinin bağlanmasının, müqavilənin şərtlərinin və yükün daşıyıcı tərəfindən alınmasının ilkin sübutudur. Göndərmə qaiməsində daşıyıcı tərəfindən xüsusi qeyd-şərtlər yoxdursa, sübut edilir ki, malların və onların qablaşdırılmasının daşıyıcı onları təhvil alması yük qaiməsindəki ifadələrə uyğundur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə saat 15:28 radələrində təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs idarə etdiyi 76AAH601 dövlət nömrə nişanlı ( qoşqu nömrəsi: 76AAJ764, “TİRSAN” markalı) “MERCEDES-BENZ 1840 LS” markalı yük nəqliyyat vasitəsində Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına, oradan da təyinat ölkəsi Polşa Respublikasına aparmaq üçün daşınması həvalə edilmiş 102 kiloqram 740 qram narkotik vasitə olan heroini satış məqsədi olmadan daşımaq üçün idarə etdiyi 76AAH601 dövlət nömrə nişanlı ( qoşqu nömrəsi: 76AAJ764, “TİRSAN” markalı) “MERCEDES-BENZ 1840 LS” markalı yük nəqliyyat vasitəsində duş kabin üçün plastik vannaların içərisində qanunsuz olaraq qəsdən saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış, gömrük nəzarətindən gizlin X9 vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları» üzrə İ iyahısına görə psixotrop maddə olan heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı, narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair» 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1ci maddələri ilə cinayət məsuliyyəti yaradır; satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin əməllərdə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan 04 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 22 iyun 2022-ci il tarixli 44 saylı tibbi rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi mualicə olunmasına zərurət olmadığının müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılması üçün təhvil verilmiş ümumi təmiz çəkisi 102 kiloqram 738.4 qram olan heroin narkotik vasitəsi məhv edilməli, Təqsirləndirilən şəxs məxsus olan və maddi sübut kimi Culfa Rayon Məhkəmədə saxlanılan 1 ədəd AL935425 nömrəli sürücülük vəsiqəsi, 1 ədəd K805905501 nömrəli dənizçi vəsiqəsi, 1 ədəd SAMSUNG GALAXY A20S markalı mobil telefon (İMEİ1: **********49026, İMEİ2: **********49024), 1 ədəd SAMSUNG GALAXY S2 markalı mobil telefon (İMEİ: **********40000), 2 ədəd **********320595 və **********293569 nömrəli bankomat kartları, 1 ədəd 10 Azərbaycan manatı, 5 ədəd 1 Azərbaycan manatı, 5 ədəd 100 ABŞ dolları, 2 ədəd 50 ABŞ dolları, 3 ədəd 100 türk lirəsi, 2 ədəd 50 türk lirəsi, 8 ədəd 20 türk lirəsi, 1 ədəd 10 türk lirəsi, 5 ədəd 5 türk lirəsi təqsirləndirilən şəxsin xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən onun müdafiəçisi Müdafiəçi qaytarılmalı, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” X6 İdarəsinin inzibati ərazisində saxlanılan, Təqsirləndirilən şəxs оğlunun idarə etdiyi "xxxx" şirkətinə məxsus 76AAH601 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76AAJ764, “TİRSAN” markalı) olan “MERCEDES-BENZ 1840 LS” markalı yük nəqliyyat vasitəsi, Culfa Rayon Məhkəməsinin inzibati binasında saxlanılan həmin nəqliyyat vasitəsinə aid 2 ədəd texniki pasport, nəqliyyat vasitəsinə aid 1 ədəd açar dəsti, "xxxx" şirkətinə qaytarılmalı, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” X6 İdarəsinin inzibati ərazisində yerləşən anbarında saxlanılan və içərisindən narkotik vasitə olan heroin aşkar edilən 51 ədəd duş kabin üçün plastik vannalar, həmçinin iş üzrə götürülmüş nəqliyyat vasitəsində daşınan 224 ədəd duş kabin üçün plastik vannalar "xxxx" şirkətinə qaytarılmalı, Təqsirləndirilən şəxs məxsus olan U23314957 nömrəli pasport, 1 ədəd **********0 nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilməli, cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd CD cinayət işində saxlanılmalıdır. . Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 04 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılması üçün təhvil verilmiş ümumi təmiz çəkisi 102 kiloqram, 738.4 qram olan heroin narkotik vasitəsi məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs götürülmüş ona məxsus olan və Naxçıvan Muxtar Respublikasının Culfa Məhkəməsində saxlanılan 1 ədəd AL935425 nömrəli sürücülük vəsiqəsi, 1 ədəd K805905501 nömrəli dənizçi vəsiqəsi, 1 ədəd SAMSUNG GALAXY A20S markalı mobil telefon (İMEİ1: **********49026, İMEİ2: **********49024), 1 ədəd SAMSUNG GALAXY S2 markalı mobil telefon (İMEİ: **********40000), 2 ədəd **********320595 və **********293569 nömrəli bankomat kartları, 1 ədəd 10 Azərbaycan manatı, 5 ədəd 1 Azərbaycan manatı, 5 ədəd 100 ABŞ dolları, 2 ədəd 50 ABŞ dolları, 3 ədəd 100 türk lirəsi, 2 ədəd 50 türk lirəsi, 8 ədəd 20 türk lirəsi, 1 ədəd 10 türk lirəsi, 5 ədəd 5 türk lirəsi təqsirləndirilən şəxsin xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən onun müdafiəçisi Müdafiəçi qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” X6 İdarəsinin inzibati ərazisində yerəşən anbarında saxlanılan, Təqsirləndirilən şəxs оğlunun idarə etdiyi "xxxx" şirkətinə məxsus 76AAH601 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76AAJ764, “TİRSAN” markalı) olan “MERCEDES-BENZ 1840 LS” markalı yük nəqliyyat vasitəsi, nəqliyyat vasitəsinə aid 1 ədəd açar dəsti, Culfa Rayon Məhkəməsinin inzibati binasında saxlanılan həmin nəqliyyat vasitəsinə aid 2 ədəd texniki pasport, "xxxx" şirkətinə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” X6 İdarəsinin inzibati ərazisində yerləşən anbarda saxlanılan və içərisində narkotik vasitə olan heroin aşkar edilən 51 ədəd duş kabin üçün plastik vannalar, həmçinin nəqliyyat vasitəsində daşınan 224 ədəd duş kabin üçün plastik vannalar "xxxx" şirkətinə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məxsus olan U23314957 nömrəli pasport, 1 ədəd **********0 nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd CD cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №1(089)-3/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-3/2022
09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver