Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-3/2024 08.02.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X4 iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs-xx xxxxxx 1984-cü il tarixdə Culfa rayonunun Xanağa kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 4 uşaq atası, əvvəllər məhkum olunmamış, fərdi təsərrüfatla məşğul olan, Culfa rayonunun Xanəgah kəndində qeydiyyatında olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş-Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 228.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə vəfat etmiş dayısı, xx.xx.1955-ci il tarixdə Culfa rayonunun Xanağa kəndində doğulmuş, Culfa rayonunun Xanəgah kəndində yaşamış X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında İ.Niftəliyev tərəfindən istintaqa məlum olmayan mənbədən qanunsuz yolla əldə edilmiş 01 ədəd 7.62 mm kalibrli olmaqla, Kalaşnikov konstruksiyalı, 1956-cı ildə Çində zavod üsulu ilə istehsal edilmiş “AK Tip 56” avtomat silahın hissələri ilə uyğunlaşdırılıb dəyişdirilmiş “2645928” nömrəli, döyüş təyinatlı, üzərində təyinatını dəyişəcək hər hansı bir əlavə və dəyişikliklər edilməmiş, saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan yivli-odlu avtomat silahını, həmin silahın üzərində olan zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” konstruksiyalı, uyğun modelli avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla deşici xassəyə malik olan, təyinatı üzrə istifadəyə yararlı olan və soyuq silah hesab edilən, həmin silahın üzərinə bərkidilmiş vəziyyətdə olan 01 ədəd süngünü, “Kalaşnikov” konstruksiyalı, “AKM", “AKMS” markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 30 ədəd 7,62 mm kalibrli patron tutumuna malik olan və təyinatı üzrə istifadəyə yararlı olan, aşkar edilmiş Kalaşnikov konstruksiyalı, 1956-cı ildə Çində zavod üsulu ilə istehsal edilmiş AK Tip 56 markalı, ******* nömrəli, döyüş təyinatlı yivli odlu avtomat silahda funksional əhəmiyyət daşımayan komplekt hissəsi kimi istifadə edilə bilən 02 ədəd sandıqçanı, 510 ədədi döyüş sursatı hesab edilməklə, 1 ədədi döyüş sursatı hesab edilməyən atəşi təqlid etmək üçün və ya səsli siqnal vermək üçün nəzərdə tutulan gülləsiz patron olmaqla təyinatı üzrə istifadəyə (atəşə) yararlı olan 511 ədəd zavod üsulu ilə istehsal edilmiş 7.62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AKM”, “AKS”, “AKMS” konstruksiyalı avtomatlarda, “RPK”, “RPKS” əl pulemyotlarında, “SKS” karabinində və sair uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronu, 34 ədədi döyüş sursatı hesab edilməklə və 1 ədədi döyüş sursatı hesab edilməyən, atəşi təqlid etmək üçün və ya səsli siqnal vermək üçün nəzərdə tutulan, təyinatı üzrə istifadəyə (atəşə) yararlı olan 35 ədəd zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AK-74”, “AKS-74”, “AKS-74U” konstruksiyalı avtomatlarda, “RPK-74”, “RPKS-74”, “RPK- 74M” əl pulemyotlarında və sair uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronu, döyüş sursatı hesab edilməklə təyinati üzrə istifadəyə (atəşə) yararlı olan, zavod üsulu ilə istehsal edilmiş 12 ədəd 9x18 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov (PM)”, “İJ- 70”, “PA-63”, “PA-64”, “RK-59”, “Glok”, “Browing”, avtomatik “Steçkin” və sair uyğun kalibrli yivli döyüş silahlarında istifadə edilən patron olmaqla ümumilikdə 558 ədəd yivli-odlu silahlarda istifadə üçün nəzərdə tutulmuş və 556 ədədi döyüş sursatı hesab edilən partonları dayısı İsmayıl Nifətliyevin göstərişi ilə 2022-ci ilin noyabr ayının əvvəllərində ondan alaraq əldə etmiş, 2 həftə ərzində yaşadığı evində saxlamış, həmçinin dayısı X1 göstərişinə əsasən həmin silah-sursatı üzərində daşıyıb gəzdirməklə Culfa rayonunun Xanəgah kəndinin ərazisində yerləşən Buzxana adlanan əraziyə apararaq orada gizlətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 228.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 228.2.1-ci maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətməkdə təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, hazırda heç bir dövlət işində işləmir, fərdi təsərrüfatla məşğul olur. Tarixini dəqiq xatırlamır, təxminən 2022-ci ilin yay aylarında bir gün evdə olan zaman ev telefonuna zəng gəlmiş, zəngə cavab vermiş, zəng edənin dayısı, Culfa rayonunun Xanəgah kəndində yaşayan X6 olduğunu bilmişdir. Dayısı onu öz evlərinə çağırmış, onunla işinin olduğunu demişdir. Təqribən 10-15 dəqiqə sonra evdən çıxmış və dayısının evinə getmiş, evdə dayısı İsmayıl və onun arvadı Südabə olmuşdur. Dayısı İsmayılla bir az söhbət etdikdən sonra dayısı evdə biri avtomat tipli, digəri isə 12 kalibrli beşaçılan tipli 2 ədəd silahı olduğunu demiş, həmin silahları ona vermiş, öz evinə aparmasını, saxlamasını, Culfa rayonunun Qazançı kənd sakini olan Hüseyn adlı şəxsin gələcəyini və onunla birlikdə avtomat silahı aparıb Xanəgah kəndinin ərazisində yerləşən əvvəlcədən ona göstərdiyi Ayaq Anzır adlı yerdə Buzxana kimi tanınan daşlıq ərazidə gizlətməsini ona bildirmişdir. Bundan sonra dayısı İsmayılgildən iki ədəd meşokda 300 ədəd avtomat patronunu, 1 ədəd avtomat silahını və 1 ədəd 12 kalibrli beşaçılan tipli silahı götürmüş və Culfa rayonunun Xanəgah kəndində olan evinə aparmış və evdə gözlətmişdir. Silahları aparan zaman çalışmışdır ki, yolda onu kimsə görməsin. Təxminən 2-3 həftə sonra dayısı ona zəng etmiş, Qazançı kənd sakini Hüseynin su gətirmək üçün Ayaq Anzır deyilən əraziyə gedəcəyini, silahları onunla aparmağı və gizlətməyi demişdir. Hüseyn adlı şəxs onlara gəlmiş və onunla birlikdə 300 ədəd avtomat patronunu, 1 ədəd avtomat tipli silahı Xanəgah kəndinin ərazisində yerləşən Ayaq Anzır adlı yerdə buzxana kimi tanınan daşlıq əraziyə aparmış və orada gizlətmişdir. Silahı və patronları gizlədən zaman və ya gizlətdikdən sonra Hüseyn ondan gizlətdiklərinin nə olması barədə nəsə soruşmamış, Hüseynə özü də bu barədə heç nə deməmişdir. 12 kalibrli beş açılan tipli silahı isə öz evində qonaq otağında olan servantın altında gizlətmiş, orada saxlamışdır. Təxminən 2022-ci ilin sentyabr ayında Xanəgah kənd sakini olan Hacı Məhərrəm və onun qardaşı Yasin Hüseyn adlı şəxslər özü evdə olmadığı vaxt onlara gəlmiş, 12 kalibrli beş açılan tipli silahı anası X2 istəmiş, anası ona bu barədə demədən 12 kalibrli beş açılan tipli silahı servantın altından götürmüş, onlara vermişdir. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, dayısının ona verdiyi avtomat tipli silahın, 12 kalibrli beşaçılan tipli silahın qanunsuz olduğunu, 12 kalibrli beşaçılan tipli silahın uzun illərdir ki, dayısı İsmayılda olmasını bilmiş, avtomat tipli silahı haradan və kimdən əldə etməsini bilməmişdir. Dayısı İsmayıl silahları ona verən zaman dayısının evində özü, X11 və dayısının arvadı Südabə olmuşdur. Dayısının ona gizlətmək və saxlamaq üçün verdiyi silahlardan istifadə etməmiş, dayısı İsmayılın və başqa kiminsə də istifadə edib-etməməsi barədə heç bir məlumatı olmamışdır. X11 avtomat silahını və ona aid olan patronları ona ağ rəngli kisədə vermiş, həmin kisəni açıb içərisinə baxmamış, orada makarov tapançasına aid olan patronların olması barədə məlumatı olmamışdır. Dayısı silahları saxlamaq və gizlətmək üçün ona verən zaman bundan imtina etməmiş, dayısına yox deməmiş, bu barədə Polis Şöbəsinə müraciət etmək istəsə də, dayısının tutulacağından qorxmuş və müraciət etməmişdir. Əməlindən çox peşmandır. 4 azyaşlı uşağı var, ailədə yeganı qazanc əldə edən şəxsdir, ona köməklik edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 1977-ci ildə Culfa rayonunun Xanəgah kənd sakini, mərhum X6 ilə ailə qurmuş, onunla birlikdə Culfa rayonunun Xanəgah kəndində yaşamışdır. 3 qızı, 1 oğlu var. Uşaqları onlardan ayrı yaşayır. Mərhum əri İsmayıl Niftəliyevin təqribən 5 il əvvəl səhətində problemlər yaranmağa başlamış, əvvəllər olduğu kimi, çox çölə-bayıra çıxa, gəzə bilməmişdir. 2020-ci ildə korona virusuna yoluxmuş, 2 gün Naxçıvan Şəhər Mərkəzi Xəstəxanasında müalicə olunmuş, vəziyyəti daha da ağırlaşmış, evdə müalicə olunmuş, vəziyyəti yaxşılaşmışdır. Sonra çölə gedən zaman orada yıxılmış, evə gətiriləndən sonra sağ əli və ayağı bir yerdə durmamış, əsməyə başlamışdır. Müalicə üçün Bakı şəhərinə və Türkiyə Respublikasına aparılmış, orada müayinə olunmuş, sonra Bakı şəhərində əməliyyat olunmuş, əməliyyat və müalicələrdən sonra ayaqları tutulmuş, yataq xəstəsi olmuşdur. Sonra dili tutulmuş, danışıq qabiliyyətini itirmişdir. Türkiyə Respublikasına aparılmış, orada başında şiş olduğu bildirilmişdir. Əri İ.Niftəliyev xx.xx.2023-cü il tarixdə ölmüşdür. Şahid3 ifadəsində onu da bildirmişdir ki, əri İslamıyıl ölümündən 5-6 il əvvəl un kisəsinə bükülmüş bir ədəd silahı evə gətirmiş, bunun nə olduğunu soruşmuş, ona arvad olduğunu və bu işlərə qarışmamasını bildirmiş, həmin silahı çöldən tapdığını, aparıb çölə qoyacağını demişdir. Həmin silahın nə silah olduğunu görməmişdir. Bir gün sonra İsmayıl silahı götürərək evdən çıxmış, hara apardığını, haraya qoyduğunu bilməmişdir. Patron və ya başqa şeyləri isə görməmişdir. Kisəyə bükülmüş silah elədə uzun olmamışdır. İsmayılın ona aparıram bunu atam qalsın çöldə, bu nə sənlikdi, nə də mənlik demiş, ondan sonra həmin kisədəki silahı bir daha görməmişdir. Hətta bir dəfə çöldən tapdığı, çöldə gizlətdiyi avtomat silahını itirdiyini, qoyduğu yeri xatırlamadığını demiş, həmin vaxt yaddaşını və danışığını tam itirməmiş, İsmayıla yəqin yadından çıxıb, qoyduğun yeri yadına sal tapacaqsan demişdir. Təqribən İsmayılın ölümündən 8-9 ay əvvəl dostu Hüseyn İsmayılı ziyarətə gəlmiş, onun həvsələsiz olduğunu görüb səbəbini soruşmuş, İsmayıl danışa bilmədiyindən özü Hüseynə “İsmayıl dağda gizlətdiyi avtomat silahın yerini yadından çıxarıb xatırlamır, buna görə də həvsələsi yoxdur, silahı tapa bilmir, yaddaşı da gedib-gəlir” deyə cavab vermişdir. Həmin silahı və sursatları İsmayıl Niftəliyevin haradan, kimdən və ya neçə əldə etməsi barədə məlumatı yoxdur. Ona yalnız avtomat silahı çöldən tapdığını bildirmişdir. Həmçinin tarixini dəqiq xatırlamadığı vaxtda İsmayılın bacısının oğlu Dəyanətə un kisəsinə bükülmüş bir ədəd silah verdiyinin və ona apar evində gizlət, lazım olanda gəlib götürəcəklər dediyinin şahidi olmuş, lakin kimin götürəcəyini və kisədə hansı silah olduğunu dəqiq görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 11 il əvvəl Təqsirləndirilən şəxs ilə ailə qurmuş, həmin vaxtdan onunla, onun anası ilə birlikdə Culfa rayonunun Xanəgah kəndində yaşayırlar. Dörd uşaqları var. Əri Təqsirləndirilən şəxs heç bir yerdə işləmir, təsərrüfatla məşğul olur. Tarixini dəqiq xatırlamır, təxminən 2022-ci ilin sonunda əri Dəyanət yaşadıqları Culfa rayonunun Xanəgah kəndindəki evə ağ parçaya bükülmüş vəziyyətə olan bir əşya gətirmiş, ona silah olduğunu bildirmiş, uşaqların əlinə keçməməsi üçün həmin ağ parçaya bükülmüş silahı onların yataq otağındakı servantın altında gizlətmişdir. Həmin silah təqribən 2-3 ay həmin yerdə qalmışdır. 2-3 ay sonra Dəyanət evdə olmayan zaman qayınanası evə gəlmiş qardaşı İsmayılın onların evinin yanına avtomobil göndərəcəyini, Dəyanətin evdə gizlətdiyi həmin silahı avtomobildə olan şəxslərə verməsini bildirmişdir. Bir neçə dəqiqə sonra bir avtomobil onların evinin yanına gəlmiş, özü çölə çıxmamış, onlarla yaşayan qayınanası Nigar ondan silahı almış, avtomobildə olan şəxslərə vermiş, evə qayıtmışdır. Silahı kimə verdiyini soruşmuş, həmkəndliləri Yasin Novruzovgilə verdiyini bildirmişdir. Dəyanət evə gələn zaman ona olanlar barədə məlumat vermiş, Dəyanət isə ondan silahı ona demədən niyə verdiklərini soruşmuş, silahın ona aid olmadığını, dayısı İsamayilin onun anası Nigara silahı gələn adamlara verməsini bildirdiyini demişdir. Dəyanətin dayısı İsmayıl tərəfindən verilmiş qanunsuz avtomat silahı, ov silahı və patronlarını dağda gizlətməsi barədə məlumatı olmamış, həmin silah-sursatı evə gətiribsə də ona deməmiş, evdə həmin silah-sursatı görməmişdir. Dəyanət polis tərəfindən çağırılan zaman bu barədə məlumat əldə etmişdir Şahid1 ifadəsində onu da bildirmişdir ki, Dəyanətin gizlətdiyi silah, sursat dayısı İsmayıla məxsus olmuş, silah və sursatları dayısının xahişi ilə gizlətmişdir. Həmin silah sursatı Dəyanətin X11in haradan, hansı üsulla, necə və kimdən əldə etməsi barədə heç bir məlumatı yoxdur. Dəyanət həmin silahı haradan və kimdən əldə etməsi barədə ona heç bir məlumat verməmiş, özü də bu barədə ondan heç nə soruşmamışdır. Həmin silahın sənədlərinin olub-olmaması, Dəyanətin həmin silahı qanunsuz saxlamasından məlumatı olmamışdır. Ov silahından başqa evdə silah görməmiş, yaşadıqları evdə gizlətdiyi silahın üstü parçaya bükülü olduğu üçün həmin silahın hansı görünüşdə olduğunu görməmişdir. Dəyanətin həmin silahı yaşadıqları evdə gizlətməsinin səbəbi və məqsədi barədə məlumatı olmamışdır. Dəyanətin həmin silahı gizlətdiyi yerdən götürməsinin və istifadə etməsinin, həmçinin həmin silahdan, başqa silahdan istifadə etməsinin şahidi olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Culfa rayonunun Xanəgah kəndində yaşayır, təsərrüfatla məşğul olur. Təqribən 10 ildir ki, Xanəgah kəndinin iribuynuzlu və xırdabuynuzlu heyvanlarını otararaq qazanc əldə edir, ailəsinin ehtiyaclarını qarşılayır. 14 aprel 2023-cü il tarixdə heyvanları kəndə gətirmiş, öz heyvanlarını həyətdə yerlərinə qatmış, orada gözləyən yoldaşı X5 harada olmasını soruşmuş, arvadı Dəyanətgilin evlərində olduğunu bildirmişdir. Qardaşı Dəyanətin evi və öz evi yan-yanadır. Heyvanların döl vaxtı olduğundan, hər gün Dəyanətgil onlara kömək etmiş, lakin həmin gün kömək üçün gəlməmişlər. Heyvanları tam rahatlamış, yoldaşında nəsə şübhəli hal hiss etmiş, nə baş verdiyini soruşmuş, arvadı “deyəsən Dəyanətə əvvəllər dayım İsmayıl gizlətməsi üçün silah vermiş, Dəyanət də həmin silahları dağda gizlətmiş, indi də polislər bunu bilmiş, Dəyanəti polis şöbəsinə çağırmışlar” demişdir. Baş verənlərdən narahat olmuş, həmin gün Dəyanət evə gələndə ondan məsələ barəsində soruşmuş, həqiqətən dayısı İsmayılın uzun müddət əvvəl ona avtomat silahı və patronlar verdiyini, həmin silah-sursatı dağda buzxana adlı ərazidə gizlətdiyini və indi polislərin bundan məlumatı olduğu üçün ona şöbəyə dəvət edildiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə isə Dəyanət polis əməkdaşları və kəndin icra nümayəndəsi ilə birlikdə Buzxana adlanan əraziyə getmiş, qeyd edilən silah-sursatı Buzxana adlanan ərazidə qayanın altından çıxararaq polis əməkdaşlarına təhvil vermişdir. Özünün əvvəlcədən bu barədə məlumatı olmamış, Yalnız polis əməkdaşları tərəfindən qardaşı saxlanıldıqdan sonra bu barədə məlumatı olmuşdur. Əvvəllər dayısıgildə yalnız sənədli 12 kalibrli ov silahını görmüş, bundan başqa nə dayısıgildə, nə də qardaşıgildə hər hansı bir silah və döyüş sursatı görməmiş, dayısı və qardaşı Dəyanət silah, sursat barədə ona heç nə deməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, 2022-ci ilin avqsut ayının 17-dən Xanəgah kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndə vəzifəsində çalışır. 15 aprel 2023-cü il tarixdə Xanəgah kəndində olan zaman kəndin sahə rəisi Cəfər Hüseynov ona zəng vurmuş, Xanəgah kəndinin ərazisində yerləşən Buzxana adlanan əraziyə orada silah saxlanılmasından şübhələndikləri üçün baxış keçiriləcəyini bildirmiş, onun da orada iştirak etməsini xahiş etmişdir. Onunla razılaşmış, kənd mərkəzinin qarşısında onunla görüşdüm, iki ədəd avtomobildə özü, Xanəgah kənd sakini Təqsirləndirilən şəxs və digər polis əməkdaşları birlikdə kəndin Buzxana adlanan ərazisinə getmişlər. Oraya avtomobil tam qalxa bilməmiş, yolun yarısını piyada qalxmış, Təqsirləndirilən şəxs göstərdiyi yerə getmişlər. Həmin yerdə Təqsirləndirilən şəxs qaya parçasının altına girərək orada gizlədilmiş və ağ kisə və parçaya bükülmüş iki ədəd ayrı-ayrı əşyanı çölə çıxartmış, yanımızda polis əməkdaşlarının iştirakı ilə parçaları açmış, 1 ədəd avtomat tipli, 1 ədəd ov silahı və 558 ədəd müxtəlif çaplı patronların olduğunu görmüşlər. Həmin partonlardan çox hissəsi avtomat silahında istifadə edilməsi üçün nəzərdə tutulmuş partonlar olmuş, az hissəsi isə makarov tipli tapançaya aid patronlar olmuşdur. Təqsirləndirilən şəxs həmin silha sursatı X11dən aldığını, onun göstərişi ilə həmin Buzxana adlanan ərzidə gizlətdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş silah və sursatın şəkilləri polis əməkdaşları tərəfindən çəkilmiş, protokol tərtib edilməklə sənədləşdirilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, 2012-ci ildən Naxçıvan Muxtar Respublikasında X13 xidmətdədir. Hazırda Əlincə PB-də polis sahə rəisi vəzifəsində xidmət edir. Təxminən xx.xx.2023-cü il tarixdə Culfa rayonunun Xanəgah kənd sakini olan Təqsirləndirilən şəxs avtomat tipli yivli odlu silah saxlaması ilə bağlı daxil olan məlumatın yoxlanılması üçün Təqsirləndirilən şəxslə söhbət aparılmış, söhbət zamanı Təqsirləndirilən şəxs avtomat tipli yivli odlu silahı və onun sursatlarını Culfa rayonunun Xanəgah kənd sakini olan X11in ona verdiyini, həmin silahları əvvəlcə Culfa rayonunun Xanəgah kəndində yerləşən evində saxladığını, sonra aparıb Buzaxana adlanan ərazidə əvvəlcədən dayısının yerini göstərdiyi daşlıq sahədə gizlətdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxslə Culfa rayonunun Xanəgah kənd İƏD-si üzrə nümayəndəsi Elvin müəllim və digər polis əməkdaşlarının iştirakı ilə həmin sahəyə baxış keçirilmiş, Culfa rayonunun Xanəgah kəndinin ərazisində Ayaq anzır adlanan yerdə yerləşən Buzxana deyilən daşlıq sahədə Təqsirləndirilən şəxs qaya parçalarının aşağı hissəsində olan boşluqdan ağ rəngli un kisəsini çıxartmış, həmin kisənin içərisindən 1 ədəd “Ak Tip 56” avtomat tipli yivli odlu silah, 558 ədəd müxtəlif döyüş sursatları və 01 ədəd LİON markalı yivsiz təklüləli ov silahı çıxmışdır. Həmin silah və sursatların fotoşəkilləri çəkilmiş, protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs iştirakı ilə silah və sursatlar qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 15 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Culfa rayonunun Xanəgah kəndinin yaşayış olan ərazisindən 5 km kənarda, Bərdik dağının ətəyində yerləşən, Buzxana deyilən yerdə 80 metr böyük qaya parçalarından və qayanın kiçik qırıntılarından ibarət olan, Buzxanadan 20 metr sağda, Culfa rayon Teyvaz kəndinin yerləşdiyi istiqamətdə olan, üst-üstə yığılmış böyük qaya parçalarının altında yaranan 7 metr dərinliyində, insanın sürünərək girə bildiyi böyük qaya parçasının altından 1 ədəd mavi rəngli parçaya və onun üstündən açıq qəhvəyi salafana bükülmüş 1 ədəd maqnum markalı, 12 kalibrli vinkestr ov silahı, 1 ədəd AK-74 markalı kalaşnikov avtomatı (№ 2045928) və 545 ədəd 7.62 mm və 5.45 mm-lik avtomat mərmisi, 12 ədəd makarov tapançası mərmisi, 1 ədəd pk patronun olması aşkar edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 422 nömrəli məhkəmə ballistik ekspertizasının rəyində qeyd edilmişdir ki, təqdiqata təqdim edilmiş -1 ədədi silah 7.62 mm kalibrli olmaqla, Kalaşnikov konstruksiyalı, 1956-cı ildə Çində zavod üsulu ilə istehsal edilmiş “AK Tip 56” markalı, qaz porşenli çaxmaq çərçivəsi “7542” nömrəli olmaqla, çaxmağı “14239”nömrəli olmaqla, qaytarıcı mexanizmi “06651” nömrəli olmaqla, lülə qutusunun qapağı “4565” nömrəli olmaqla uyğun konstruksiyalı avtomat silahın hissələri ilə uyğunlaşdırılıb dəyişdirilmiş “2645928” №-li, döyüş təyinatlı yivli odlu avtomat silahdır, üzərində təyinatını dəyişəcək hər hansı bir əlavə və dəyişikliklər edilməmişdir, saz vəziyyətdədir, təqdim olunan vəziyyətdə atəş açmaq üçün yaryalıdır. -01 ədəd tədqiqata təqdim edilmiş silah 2013-cü ildə Türkiyə Respublikasında zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 76 mm, 12 kalibrli 13-0274 nömrəli, Derya Arms markalı, LİON modelli, xarici çaxmaqlı yarım avtomatik, təklüləli tüfəng-yivsiz (hamar lüləli) odlu ov silahıdır, saz vəziyyətdədir, təqdim olunan vəziyyətdə təyinati üzrə istifadəyə yayarlıdır. -Tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış “kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan kompleks hissəsi olmaqla bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan süngü bıçaqdır və soyuq silah hesab edilir, üzərində təyinatını dəyişəcək hər hansı əlavə və dəyişikliklər edilməmişdir, təyinatı üzrə istifadəyə yararlıdır. -tədqiqata təqdim edilmiş sandıqçalar “Kalaşnikov” konstruksiyalı, “AKM",“AKMS” markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 30 ədəd 7,62 mm kalibrli patron tutumuna malik olan sandıqçalardır və təyinatı üzrə istifadəyə yararlıdırlar. Bu sandıqçalar tədqata təqdim edilmiş, Kalaşnikov konstruksiyalı, 1956-cı ildə Çində zavod üsulu ilə istehsal edilmiş AK Tip 56 markalı, ******* nömrəli, döyüş təyinatlı yivli odlu avtomat silahda funksional əhəmiyyət daşımayan komplekt hissəsi kimi istifadə edilə bilər. -Tədqiqata təqdim edilmiş 511 ədəd patron zavod üsulu ilə istehsal edilmiş 7.62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AKM”, “AKS”, “AKMS” konstruksiyalı avtomatlarda, “RPK”, “RPKS” əl pulemyotlarında, “SKS” karabinində və sair uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır. 510 ədədi döyüş sursatı hesab edilir. 1 ədədi isə döyüş sursatı hesab edilməyən atəşi təqlid etmək üçün və ya səsli siqnal vermək üçün nəzərdə tutulan gülləsiz patrondur, təyinatı üzrə istifadəyə yarayıdır. -tədqiqata təqdim edilmiş 35 ədəd patron zavod üsulu ilə istehsal edilmiş 5.45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AK-74”, “AKS-74”, “AKS-74U” konstruksiyalı avtomatlarda, “RPK-74”, “RPKS-74”, “RPK- 74M” əl pulemyotlarında və sair uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, 34 ədədi döyüş sursatı hesab edilir, 1 ədədi isə döyüş sursatı hesab edilməyən atəşi təqlid etmək üçün və ya səsli siqnal vermək üçün nəzərdə tutulan patrondur, təyinatı üzrə istifadəyə yararlıdır. - tədqiqata təqdim edilmiş 12 ədəd 9x18 mm kalibrli patron zavod üsulu ilə istehsal edilmiş, həmin kalibrə malik “Makarov (PM)”, “İJ- 70”, “PA-63”, “PA-64”, “RK-59”, “Glok”, “Browing”, avtomatik “Steçkin” və sair uyğun kalibrli yivli döyüş silahlarında istifadə edilən patronlardır, döyüş sursatı hesab edilir, təyinatı üzrə istifadəyə yararlıdır. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 25 oktyabr 2023-cü il tarixli qərardan müəyyən olunur ki, Buzxana adlanan ərazidən aşkar edilərək götürülmüş 7.62 mm kalibrli olmaqla, Kalaşnikov konstruksiyalı, 1956-cı ildə Çində zavod üsulu ilə istehsal edilmiş “AK Tip 56” avtomat silahın hissələri ilə uyğunlaşdırılıb dəyişdirilmiş “2645928” №li, döyüş təyinatlı, üzərində təyinatını dəyişəcək hər hansı bir əlavə və dəyişikliklər edilməmiş, saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan yivli-odlu silah olan 01 ədəd avtomat silahı, həmin silahın üzərində olan zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” konstruksiyalı, uyğun modelli avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla deşici xassəyə malik olan, təyinatı üzrə istifadəyə yararlı olan və soyuq silah hesab edilən, həmin silahın üzərinə bərkidilmiş vəziyyətdə olan 01 ədəd süngü, Türkiyə istehsalı olan, patronluğunun uzunluğu 76 mm, 12 kalibrli 13-0274 nömrəli, Derya Arms markalı, LİON modelli təklüləli, yivsiz (hamar lüləli) odlu 01 ədəd ov silahı, “Kalaşnikov” konstruksiyalı, “AKM",“AKMS” markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 30 ədəd 7,62 mm kalibrli patron tutumuna malik olan və təyinatı üzrə istifadəyə yararlı olan, aşkar edilmiş Kalaşnikov konstruksiyalı, 1956-cı ildə Çində zavod üsulu ilə istehsal edilmiş AK Tip 56 markalı, ******* nömrəli, döyüş təyinatlı yivli odlu avtomat silahda funksional əhəmiyyət daşımayan komplekt hissəsi kimi istifadə edilə bilən 02 ədəd sandıqca, zavod üsulu ilə istehsal edilmiş 7.62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AKM”, “AKS”, “AKMS” konstruksiyalı avtomatlarda, “RPK”, “RPKS” əl pulemyotlarında, “SKS” karabinində və sair uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulduğu, onlardan 1 ədədi təyinatı üzrə istifadəyə (atəşə) yararlı olmaqla döyüş sursatı hesab edilməyən atəşi təqlid etmək üçün və ya səsli siqnal vermək üçün nəzərdə tutulan gülləsiz patron, ekspertizanın keçirilməsi üçün avtomat silahının atəşə yararlı olubolmamasının müəyyən edilməsi məqsədilə istifadə edilmiş 03 ədəd patron gilizi ilə 508 ədəd patron və 3 ədəd giliz, döyüş sursatı hesab edilməklə və 1 ədədinin isə döyüş sursatı hesab edilməyən, atəşi təqlid etmək üçün və ya səsli siqnal vermək üçün nəzərdə tutulan, təyinatı üzrə istifadəyə (atəşə) yararlı olan 35 ədəd zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AK-74”, “AKS-74”, “AKS-74U” konstruksiyalı avtomatlarda, “RPK-74”, “RPKS-74”, “RPK- 74M” əl pulemyotlarında və sair uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patron, döyüş sursatı hesab edilməklə təyinati üzrə istifadəyə (atəşə) yararlı olan, zavod üsulu ilə istehsal edilmiş 12 ədəd 9x18 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov (PM)”, “İJ- 70”, “PA-63”, “PA-64”, “RK-59”, “Glok”, “Browing”, avtomatik “Steçkin” və sair uyğun kalibrli yivli döyüş silahlarında istifadə edilən patron olmaqla, ümumilikdə 553 ədəd döyüş sursatı hesab edilən və yivli silahlarda istifadə edilməsi üçün nəzərdə tutulmuş patron, 2 ədəd atəşi təqlid etmək üçün istifadəyə yararlı təlim gülləsi və 3 ədəd ekspert tərəfindən istifadə olunmuş 7.63x39 mm istifadəyə yararlı olan patronun gilizləri cinayət işi üzrə maddi sübut hesab edilmiş, Culfa Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Naxçıvan MR DİN-nin X3 şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Naxçıvan MR Culfa Rayon İH Xanəgah kənd İƏD üzrə nümayəndəliyindən verilmiş (İ cild, səh 110) xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. 627231, 080508, 080509 və 960446, nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən müəyyən edilmişdir ki, 28 avqust 2010-cu il tarixdə doğulmuş Cəfərquliyev Onurun, 18 fevral 2013-cü il tarixdə doğulmuş Cəfərquliyev Əlinin, 22 iyun 2014-cü il tarixdə doğulmuş Cəfərquliyev Əkbərin və 03 iyun 2018-ci il tarixdə doğulmuş Cəfərquliyev Ruzgarın atası Təqsirləndirilən şəxsdur. 871497 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 05 iyun 2023-cü il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında 20 iyun 2023-cü il tarixdə 77 nömrə ilə qeyd edilmişdir. Beləliklə də, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirildiyindən təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətlərin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət hadisəsi törətməsini, himayəsində 4 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulan məsuliyyətlərini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları qiymətləndirərək hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən, yəni cəzanı çəkmədən islah olunması mümkündür. Odur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən həmin cəzanın şərti olaraq tətbiq edilməsini məhkəmə qanuni və ədalətli hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir, həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən həmin cəzanın şərti olaraq tətbiq edildiyi təqdirdə də təmin edilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməli, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilməli 2 il sınaq müddəti müəyyən edilməlidir. Təqsirləndirilən şəxs müəyyən edilmiş 2 il sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Təqsirləndirilən şəxs müəyyən edilmiş 2 il sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməli, onun üzərinə sınaq müddəti ərzində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni quvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Odur ki, iş üzrə maddi sübut olan Culfa Rayon Polis Şöbəsində saxlanılan 7.62 mm kalibrli olmaqla, Kalaşnikov konstruksiyalı, 1956-cı ildə Çində zavod üsulu ilə istehsal edilmiş “AK Tip 56” markalı, “2645928” №-li 1 ədəd avtomat silahı, həmin silahın üzərində olan zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” konstruksiyalı, uyğun modelli avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla deşici xassəyə malik olan, təyinatı üzrə istifadəyə yararlı olan və soyuq silah hesab edilən, həmin silahın üzərinə bərkidilmiş vəziyyətdə olan 01 ədəd süngü, Türkiyə istehsalı olan, patronluğunun uzunluğu 76 mm, 12 kalibrli 13-0274 nömrəli, Derya Arms markalı, LİON modelli təklüləli, yivsiz (hamar lüləli) odlu 01 ədəd ov silahı, “Kalaşnikov” konstruksiyalı, “AKM", “AKMS” markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 30 ədəd 7,62 mm kalibrli patron tutumuna malik olan və təyinatı üzrə istifadəyə yararlı olan, aşkar edilmiş Kalaşnikov konstruksiyalı, 1956-cı ildə Çində zavod üsulu ilə istehsal edilmiş AK Tip 56 markalı, ******* nömrəli, döyüş təyinatlı yivli odlu avtomat silahda funksional əhəmiyyət daşımayan komplekt hissəsi kimi istifadə edilə bilən 02 ədəd sandıqca, zavod üsulu ilə istehsal edilmiş 7.62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AKM”, “AKS”, “AKMS” konstruksiyalı avtomatlarda, “RPK”, “RPKS” əl pulemyotlarında, “SKS” karabinində və sair uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulduğu, onlardan 1 ədədi təyinatı üzrə istifadəyə (atəşə) yararlı olmaqla döyüş sursatı hesab edilməyən atəşi təqlid etmək üçün və ya səsli siqnal vermək üçün nəzərdə tutulan gülləsiz patron, 508 ədəd patron, döyüş sursatı hesab edilməklə və 1 ədədinin isə döyüş sursatı hesab edilməyən, atəşi təqlid etmək üçün və ya səsli siqnal vermək üçün nəzərdə tutulan, təyinatı üzrə istifadəyə (atəşə) yararlı olan 35 ədəd zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AK-74”, “AKS-74”, “AKS-74U” konstruksiyalı avtomatlarda, “RPK-74”, “RPKS-74”, “RPK- 74M” əl pulemyotlarında və sair uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patron, döyüş sursatı hesab edilməklə təyinati üzrə istifadəyə (atəşə) yararlı olan, zavod üsulu ilə istehsal edilmiş 12 ədəd 9x18 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov (PM)”, “İJ- 70”, “PA-63”, “PA-64”, “RK-59”, “Glok”, “Browing”, avtomatik “Steçkin” və sair uyğun kalibrli yivli döyüş silahlarında istifadə edilən patron müsadirə edilməli, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyə təhvil verilməli, 3 ədəd ekspert tərəfindən istifadə olunmuş 7.63x39 mm istifadəyə yararlı olan patronun gilizləri məhv edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə olunmalı və təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia, ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilsin, Təqsirləndirilən şəxs 2 il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs müəyyən edilmiş 2 il sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarət yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, Culfa Rayon Polis Şöbəsində saxlanılan 7.62 mm kalibrli, Kalaşnikov konstruksiyalı, 1956-cı ildə Çində zavod üsulu ilə istehsal edilmiş “AK Tip 56” markalı, “2645928” №-li 1 ədəd avtomat silahı, 01 ədəd süngü, Türkiyə istehsalı olan, patronluğunun uzunluğu 76 mm, 12 kalibrli 13-0274 nömrəli, Derya Arms markalı, LİON modelli təklüləli, yivsiz (hamar lüləli) odlu 01 ədəd ov silahı, 30 ədəd 7,62 mm kalibrli patron tutumuna malik olan 2 ədəd sandıqca, 7.62x39 mm kalibrli 1 ədədi təyinatı üzrə istifadəyə (atəşə) yararlı olmaqla döyüş sursatı hesab edilməyən atəşi təqlid etmək üçün və ya səsli siqnal vermək üçün nəzərdə tutulan gülləsiz patron, 508 ədəd patron, 1 ədədi döyüş sursatı hesab edilməyən, atəşi təqlid etmək üçün və ya səsli siqnal vermək üçün nəzərdə tutulan, təyinatı üzrə istifadəyə (atəşə) yararlı olan 35 ədəd 5,45x39 mm kalibrli patron, 12 ədəd 9x18 mm kalibrli patron müsadirə edilsin, hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyə təhvil verilsin, 3 ədəd ekspert tərəfindən istifadə olunmuş 7.63x39 mm istifadəyə yararlı olan patronun gilizləri məhv edilsin. İş üzrə ekspertiza xərci, mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə məhkəmə xərci olan Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən fərdi fəaliyyət göstərən vəkil X9 göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Müdafiəçi tərəfindən təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Mehrab Məmmədov.
Məhkəmə qərarları › İş №1(089)-3/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-3/2024
08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver