Məhkəmə qərarları › İş №1(089)-30/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-30/2023

22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-30/2023 22.12.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və tərcüməçi X4 iştirakı ilə, Təqsirləndirilən şəxs -xx xxx 1975-ci il tarixdə İran İslam Respublikasının Təbriz şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, İran İslam Respublikası, Ruhahənd Xətib məhəlləsi ev 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə-Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 4 oktyabr 2023-cü il tarixdə Naxçıvan MR Culfa rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq ümumi təmiz çəkisi 16,617 qram tiryək narkotik vasitəsinin 0,699 qramını şəffaf sellofan parçasına bükərək nəqliyyat vasitəsinin kabinində idarəetmə panelinin üzərindəki mavi rəngli örtüyün altında, 3,078 qramını şəffaf sellofan parçasına bükərək kabində yerləşən yataq yerinin arxasında olan divar örtüyünün arasındakı boşluqda, 12,840 qramını isə şəxsi istehlak miqdarından artıq iki bükümdə ümumi təmiz çəkisi 0,572 qram metamfetamin psixotrop maddəsi ilə birlikdə bir bağlamaya bükməklə əyninə geyindiyi alt paltarında, yəni tumanında gizlətməklə saxlamış, Azərbaycan Respublikasının ərazisinə qəsdən daşımış və idarə etdiyi 86AA787/86AA788 dövlət nömrə nişanlı “Dong Feng EQ4251 6*4” markalı yük nəqliyyat vasitəsi ilə tranzit giriş edərək həmin tarixində saat 18 radələrində Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bununlа dа Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci mаddələrində nəzərdə tutulаn cinаyət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci mаddələrində nəzərdə tutulаn cinаyət əməllərini törətməkdə təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə Təbriz şəhərində yaşayır. Təxminən 20 ildir ki, yük nəqliyyat vasitələrinin sürücüsü işləyir. İrandan xarici ölkələrə müxtəlif növ yük daşıyır. Hadisəyə qədər X10 məxsus olan yük nəqliyyat vasitəsini idarə etmişdir. Hadisədən təxminən 5-6 gün əvvəl İrandan Türkiyə Respublikasına aparmaq üçün “bitum” yükləmiş, xx.xx.2023-cü il tarixində Azərbaycan üzərindən tranzit keçərək Türkiyə Respublikasına getmək üçün İranın Culfa gömürüyünə gəlmiş, həmin gün axşam saatlarında Azərbaycanın Culfa gömürüyünə keçmiş, Culfa gömürüyündə sənəd işlərini həll etdikdən sonra gömrük məmuru ona yaxınlaşmış, idarə etdiyi yük nəqliyyat vasitəsitəsini və daşıdığı yükü yoxlayacağını bildirmiş, etiraz etməmişdir. Gömrük məmuru ondan bəyan etməli olduğu nəyinsə olub-olmamasını soruşmuş, o, isə 1 paket siqaretinin və 10 kq qarışıq ərzağının olduğunu, əlavə qadağan olunmuş nəyinsə olmadığını bildirmişdir. Gömrük əməkdaşı ona nəqliyyat vasitəsini yoxlayacağını bildirmiş, başqa 2-3 nəfərin iştirakı ilə idarə etdiyi nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinində, idarəetmə panelinin üzərindəki mavi rəngli örtüyün altında gizlətdiyi 1 büküm tiryək və kabində yerləşən yataq yerinin arxasında divar örtüyünün altında gizlətdiyi 1 büküm tiryək aşkar edilmişdir. Gömrük əməkdaşı sonra üzərində şəxsi axtarış aparılacağını bildirmiş, şəxsi axtarış zamanı təxmini çəkisi 0,6 qram olan şüşə və 1 büküm tiryək aşkar edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, narkotik vasitə tiryək və psixotrop maddə metamfetamin özünə məxsus olmuşdur. Başqa şəxsə vermək, satmaq məqsədi olmamışdır. Narkotik vasitələrin və psixotrop maddələrin gömrük nəzarətindən gizli olaraq keçirməyin qadağan olmasını bilmiş, bu səbədən də gizlətmişdir. Təxminən 5-6 il olar ki, tiryək narkotik vasitəsindən, 1 il olar ki, metamfetamin psixotrop maddəsindən istifadə edir. Narkotik vasitə və psixotrop maddəni İranın Sənəndəc şəhərində tanımadığı şəxsdən 1 milyon iran tüməni ödəyərək istifadə etməsi üçün almış, narkotik və psixotrop maddələri İrana qayıdanadək istifadə edəcəkdi. Törətdiyi əməllərdən çox peşmandır. Himayəsində yaşlı anası, parkinson xəstəliyindən əziyyət çəkən atası, arvadı və bir yetkinlik yaşına çatmayan qızı var. Ailədə yeganə qazanc gətirən şəxsdir. Hazırda ailə üzvləri çox pərişandırlar. Ona köməklik edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixində gündəlik iş qrafikinə uyğun olaraq Culfa gömrük postunda xidmətdə olmuşdur. Şöbəyə daxil olmuş məlumat əsasında İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 86AA787/86AA788 dövlət qeydiyyat nişanlı, yük nəqliyyat vasitəsini yoxlamağı qərara almış, X5 idarə etdiyi yük nəqliyyat vasitəsini baxış keçirəcəyi yerə aparmağını tələb etmiş, lakin nəqliyyat vasitəsinin yanacaq çənində nasazlıq olduğu üçün bir qədər gözləməli olmuş, yaranan nasazlıq aradan qaldırılmış və sürücü yük nəqliyyat vasitəsini baxış keçiriləcək yerə aparmışdır. Baxış keçirilənədək sürücü ilə biraz söhbət etmiş, sonra onun idarə etdiyi nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama başlamazdan əvvəl həmin şəxsə hüquq və vəzifələrin qeyd edildiyi fars dilinə tərcümə edilmiş bildiriş təqdim etmiş, şəxs təqdim etdiyi bildirişi oxuyub tanış olmuşdur. Gömrük ərazisində olan və hal şahidi qismində dəvət edilmiş 2 nəfər şəxsin iştirakı ilə yoxlama keçirməyə başlamışdır. Yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin kabinində idarəetmə panelinin üzərindəki mavi rəngli örtüyün altında gizlədilmiş halda şəffaf sellofan kəsiyinə bükülmüş, tünd qəhvəyi rəngli, kəskin iyli, qablaşma ilə birlikdə ümumi çəkisi 0.9 qram olan narkotik vasitəyə bənzər kütlə, kabində yerləşən yataq yerinin arxasında divar örtüyünün arxasındakı boşluqda gizlədilmiş halda şəffaf sellofan kəsiyinə bükülmüş, tünd qəhvəyi rəngli, kəskin iyli, qablaşma ilə birlikdə ümumi çəkisi 3.4 qram olan narkotik vasitəyə bənzər kütlələri aşkar etmiş, nəqliyyat vasitəsindən sözügedən predmetlər aşkar edildikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama keçirmək qərarına gəlmiş, onu şəxsi yoxlama keçirəcəyi yerə aparmış, Təqsirləndirilən şəxs üzərində iki nəfər hal şahidinin iştirakı ilə şəxsi yoxlama aparmış, yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyindiyi alt paltarın içərisindən şəffaf sellofana bükülmüş halda 1 bükümün içərisində 3 ayrı büküm olmaqla 1-ci bükümdə tünd qəhvəyi rəngli, kəskin iyli, qablaşma ilə birlikdə ümumi çəkisi 12,9 qram narkotik vasitəyə bənzər kütlə, 2-ci bükümdə şəffaf duz kristalları halında olan, qablaşma ilə birlikdə ümumi çəkisi 0.2 qram və 3-cü bükümdə şəffaf duz kristalları halında olan, qablaşma ilə birlikdə ümumi çəkisi 0.5 qram psixotrop maddəyə bənzər kütlələr aşkar etmiş, bu barədə protokol tərtib etmiş, protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdi ki, Culfa rayonunun Saltaq kəndində yaşayır. Daimi iş yeri yoxdur. X9 postu ərazisində yüklərin nəqliyyat vasitələrinə doldurulub boşaldılmasında fəhləlik edir. 5 oktyabr 2023-cü il tarixində gecə saatlarında Culfa gömrük postunun ərazisində olmuşdur. Ərazidə olduğu müddətdə Köçəri adlı gömrük əməkdaşı onu və onunla birgə orada fəhləlik edən Səbuhini çağırmış, onlar gömrük əməkdaşının yanına getmiş və gömrük əməkdaşı onlara İran İslam Respublikasından gələn 86AA787/86AA788 nömrəli yük nəqliyyat vasitəsinə yoxlama keçirəcəyini və onlardan da yoxlamada hal şahidi kimi iştirak etmələrini xahiş etmiş, etiraz etməmişlər. Gömrük əməkdaşı ilə birlikdə yoxlama aparacağı nəqliyyat vasitəsinin yanına gəlmiş, gömrük əməkdaşı onlara hüquq vəzifələri barədə məlumat vermiş və nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinində idarəetmə panelinin üzərindəki mavi rəngli örtüyün altından şəffaf sellofana bükülmüş 1 büküm və kabində yerləşən yataq yerinin arxasında divar örtüyünün arxasındakı boşluqdan şəffaf sellofana bükülmüş 1 büküm olmaqla 2 büküm, təxmini çəkisi 3,4 qram olan narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Sonra gömrük əməkdaşı Təqsirləndirilən şəxs üzərini yoxlayacağını bildirmiş, yoxlama otağına getmişlər. Gömrük əməkdaşı sürücüyə üzərində qanunla qadağan olunmuş nə varsa verməsini demiş, sürücü üzərində heçnəyinin olmadığını bildirmişdir. Gömrük əməkdaşı sürücünün üzərini yoxlamağa başlamış və yoxlama zamanı onun əyninə geyindiyi alt paltarının içərisindən şəffaf sellofana bükülmüş halda 1 bükümün içərisində 3 ayrı büküm aşkar edilmişdir. 1-ci bükümdə tünd qəhvəyi rəngli təxmini çəkisi 12,9 qram kütlə, 2-ci və 3-cü bükümdə isə duz kristalları halında ümumi təxmini çəkisi 0,7 qram maddə aşkar edilmiş və aşkar olunmuş kütlələr barədə müvafiq sənədlər tərtib edilmiş, onlar sənədləri imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” və “şəxsi yoxlama aparılması haqqında” protokollardan görünür ki, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 86AA787/86AA788 dövlət nömrə nişanlı “ Dong Feng EQ4251 6*4” markalı yük nəqliyyat vasitəsinin kabinində idarəetmə panelinin üzərindəki mavi rəngli örtüyün altında gizlədilmiş halda şəffaf sellofan parçasına bükülmüş, tünd qəhvəyi rəngli, kəskin iyli, qablaşma ilə birlikdə ümumi çəkisi 0,9 qram, kabində yerləşən yataq yerinin arxasında olan divar örtüyünün arasındakı boşluqda gizlədilmiş halda şəffaf sellofan parçasına bükülmüş, tünd qəhvəyi rəngli, kəskin iyli, qablaşma ilə birlikdə ümumi çəkisi 3,4 qram olan narkotik vasitəyə bənzər kütlə və şəxsin üzərində aparılmış yoxlama zamanı onun əyninə geyindiyi alt paltarında, yəni tumanında şəffaf sellofana bükülmüş halda 1 bükümün içərisində 3 ayrı büküm olmaqla; 1-ci bükümdə tünd qəhvəyi rəngli, kəskin iyli, qablaşma ilə birlikdə ümumi çəkisi 12,9 qram narkotik vasitəyə bənzər kütlə, 2-ci bükümdə şəffaf duz kristalları halında qablaşma ilə birlikdə ümumi çəkisi 0,2 qram və 3-cü bükümdə şəffaf duz kristalları halında qablaşma ilə birlikdə ümumi çəkisi 0,5 qram psixotrop maddəyə bənzər kütlələr aşkar edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6 oktyabr 2023-cü il tarixli, 996 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən və üzərindən aşkar edilərək götürülmüş 03 ədəd sellofan bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 12,480 qram; 3,078 qram; 0,699 qram, ümumi çəkisi – 16,617 qram olan tünd qəhvəyi rəngli, bərk halda, spesifik iyli kütlə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin siyahısı”na (İ siyahı, sıra № 102) daxildir. 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0.408 qram; -0.164 qram, ümumilikdə təmiz çəkisi- 0.572 qram olan ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005 tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir ( İ siyahı, İİ bənd, sıra № 27). Tiryək təmiz çəkisi- 16,617 qram; tədqiqata sərf edildi- 0,1 qram; qalıq- 16,517 qram. Metamfetamin təmiz çəkisi- 0,572 qram; tədqiqata sərf edildi- 0,02 qram; qalıq- 0,552 qram. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 ambulator məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 316 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioid (tiryək) narkomaniyası aşkar olunmuş və hazırda abstinentsiya sindromu müşahidə olunduğundan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən gürünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən təqdim edilmiş etiraf sənədində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs 31 may 1978-ci ildə doğulmuş Bahramzadeh Rogahayyehın əri, 14 iyun 2005-ci il tarixdə doğulmuş Amini Fardadın atası, 27 avqust 1999-cu il tarixdə doğulmuş Amını Farhadın atası, 10 iyul 2011-ci il tarixdə doğulmuş Amını Asmanın atası, 24 aprel 1944-cü ildə doğulmuş Amını Sakınehin və 07 may 1944cü il tarixdə doğulmuş Amını Abdollahın oğludur. Bu şəxslər Təqsirləndirilən şəxs himayəsindədir, ailəni maliyələşdirən və gəlir gətirəni, bir sözlə başçısı Təqsirləndirilən şəxs olmuşdur. 31 iyul 2021-ci il tarxli həkim sənədində qeyd edilmişdir ki, xəstə Amini Abdollah parkinson xəstəsidir və baxıma ehtiyacı vardır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməllərini törətməsi özünün səmimi etirafı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətmiş olduğu cinayət əməllərini etiraf etmiş, onun həmin cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” və “şəxsi yoxlama aparılması haqqında” protokolları, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6 oktyabr 2023-cü il tarixli, 996 nömrəli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 316 nömrəli ekspert rəyini, maddi sübutları, ibtidai istintaq orqanı və məhkəmə hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə, məhkəmə istintaqı zamanı sübüt olundu ki, Təqsirləndirilən şəxs 4 oktyabr 2023-cü il tarixdə Naxçıvan MR Culfa rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq ümumi təmiz çəkisi 16,617 qram narkotik vasitə tiryəkin 0,699 qramını şəffaf sellofan parçasına bükərək nəqliyyat vasitəsinin kabinində idarəetmə panelinin üzərindəki mavi rəngli örtüyün altında, 3,078 qramını şəffaf sellofan parçasına bükərək kabində yerləşən yataq yerinin arxasında olan divar örtüyünün arasındakı boşluqda, 12,840 qramını isə şəxsi istehlak miqdarından artıq iki bükümdə ümumi təmiz çəkisi 0,572 qram metamfetamin psixotrop maddəsini ilə birlikdə bir bağlamaya bükməklə əyninə geyindiyi alt paltarında, yəni tumanında gizlətməklə saxlamış, Azərbaycan Respublikasının ərazisinə qəsdən daşımış və idarə etdiyi 86AA787/86AA788 dövlət nömrə nişanlı “Dong Feng EQ4251 6*4” markalı yük nəqliyyat vasitəsi ilə tranzit giriş edərək həmin tarixində saat 18 radələrində Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmə yekun qərar çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların perekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununu da rəhbər tutur və narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və daşınması anlayışlarına verdiyi izahları baxımından gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin Qanunun tələblərinə görə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların perekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı bir üsulla onlara yiyələnməyə yönəlmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddaələrin və onların perekursorlarının qanunsuz əldə edilməsi (maddə 1.0.9), məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər qanunsuz saxlanması (maddə 1.0.10), həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi (maddə 1.0.8) hesab edilir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların perekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin ... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” üzrə İ siyahısına görə narkotik vasitə olan tiryək narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.5 qram, İİ siyahısına görə metampetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir ki, “Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə-Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilməlidir, ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır; satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, onun əməllərində Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalandırılmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 8-ci bəndində qeyd olunmuşdur ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. CM-in 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-in 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CM-in Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. Cinayət Məcəlləsinin 62-ci maddəsi bu normada nəzərə tutulmuş institutun tətbiqi ilə bağlı məhdudiyyətlər nəzərdə tutmadığından, xüsusilə də təqsirli bilindikləri Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddələrinin sanksiyalarında nəzərə tutulmuş cəza növlərinə görə şəxslərin fərqləndirilməsi üçün əsas vermədiyinə görə şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında alternativ cəzaların olması, o cümlədən cərimə cəzasının nəzərdə tutulması həmin şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə müvafiq maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəzanın təyin edilməsinə və ya həmin maddədə müəyyən ediləndən (sanksiyada cərimə cəzası alternativ cəza kimi göstərildiyi, lakin məhkəmə tərəfindən təyin olunması məqəsəduyğun sayılmadığı halda, ondan ağır olan cəza növlərindən) daha yüngül cəzanın təyin edilməsinə və ya təyin edilməsi məcburi olan əlavə cəzanın təyin edilməsinə mane olmur. Maddənin sanksiyasında azadlıqdan məhrumetmədən daha yüngül cəza növü olmadıqda və şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza vermək zərurəti yarandıqda belə cəza növü CM-in 52-1-ci maddəsi xatırlanmadan birbaşa CM-in 62-ci maddəsinə istinad edilməklə təyin oluna bilər. Şəxs CM-in Xüsusi Hissəsinin bir neçə maddəsi ilə təqsirli bilindikdə və ona bu maddələrin hər birinin sanksiyalarında nəzərdə tutulan cəzalardan aşağı həddə cəza təyin edilməsi zərurəti yarandıqda CM-in 62-ci maddəsi ilə müəyyən edilən qaydalar hər bir maddə üzrə ayrıca tətbiq olunmalı və yalnız bundan sonra qəti cəza CM-in 66-cı maddəsi ilə müəyyən edilən qaydalarda təyin edilməlidir. Cinayətlərin məcmusu üzrə qəti cəza təyin edildikdən sonra CM-in 62-ci maddəsinin tətbiq olunması yolverilməzdir. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə təqsirləndirilən şəxsin əməllərindən çox peşman olmasını, törətdiyi cinayət əməllərini etiraf etməsini, əvvəllər məhkum olunmamasını, himayəsində bir yetkinlik yaşına çatmayan qızının, yaşlı anasının, yaşlı və parkinson xəstəliyindən əziyyət çəkən atasının olmasını, ailəni dolandıran yeganə şəxs olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, o cümlədən Türkiyə Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikasında daimi yaşayış yerinin olmamasını müstəsna hal kimi qəbul edərək hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsini tətbiq etməklə ona Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza növü olan cərimə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının CM-in 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Belə olan halda məhkəmə tərəfindən Təqsirləndirilən şəxs 05 oktyabr 2023-cü il tarixdən məhkəmə baxışınadək həbsdə saxlanıldığı müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə zalından dərhal həbsdən azad olunmalı, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əlavə cəzanın təyin edilib-edilməməsi məsələsini müzakirə edir və belə nəticəyə gəlir ki, təyin edilən cəzanın növü nəzərə alınmalı, ona Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Opioid (tiryək) narkomaniyası aşkar olunduğundan, hazırda abstinentsiya sindromu müşahidə olunduğundan məcburi müalicəyə ehtiyacı olduğundan, onun barəsində tibbi xarakterli məcburi tədbir-narkomaniyadan məcburi müalicə tətyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsi maddi sübutların saxlanc otağında saxlanılan 16.517 qaram tiryək narkotik vasitəsi və 0.552 qram metamfetamin psixotrop maddəsi məhv edilməli, Naxçıvan Baş Gömrük İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd "Samsung Galaxy A13” (İMEİ **********45923, İMEİ **********45927) markalı mobil telefon, Culfa Rayon Məhkəməsində saxlanılan M549566441 nömrəli pasport özünə qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunacaq əmlak, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 5000 manat, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 2500 manat cərimə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6000 manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən 05 oktyabr 2023-cü il tarixdən hazırkı vaxta qədər həbsdə saxlanılması nəzərə alınaraq təyin olunmuş 6000 manat cərimə cəzası yüngülləşdirilsin, Təqsirləndirilən şəxs üzərində 5000 (beş min) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir-narkomaniyadan məcburi müalicə təyin olunsun. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 16.517 qaram tiryək narkotik vasitəsi və 0.552 qram metamfetamin psixotrop maddəsi məhv edilsin. Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd "Samsung Galaxy A13” (İMEİ **********45923, İMEİ **********45927) markalı mobil telefon, Culfa Rayon Məhkəməsində saxlanılan M549566441 nömrəli pasport ona qaytarılsın. İş üzrə ekspertiza xərci, mülki iddia, xüsusi müsadirə edilməli olan əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar