Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-4/2023 07.04.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X2 Müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Yıldız Abdullah, müdafiəçi Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi və tərcüməçi X4 iştirakı ilə, Təqsirləndirilən şəxs- xx.xx.1973-cü il tarixdə Türkiyə Respublikasının İğdır şəhərində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, dörd uşaq atası, orta təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, Türkiyə Respublikasının İğdır şəhəri, Küllük kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə-Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Yıldız Abdullah Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilir, ona görə ki, о, İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi tərkibindəki preqabalin güclü təsiredici maddəsinin ümumi miqdarı 4,5 qram olan, üzərində “150 mg Lyrıver Pregabalin” sözləri yazılmış, 3 konvalyut, hər konvalyutda 10 həb olmaqla, ümumilikdə 30 həb dərman preparatını özünə məxsus pencəyin sol iç cibinə yerləşdirmiş, idarə etdiyi 76DE213/76DE214 dövlət nömrə nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinin kabinindəki üst yatağın üzərinə qoymuş, 22 yanvar 2023-cü il tarixdə saat 04 radələrində İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasının ərazisinə tranzit giriş etmiş, Culfa rayonunun inzibati ərazisində yerləşən Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan qeyd olunan dərman preparatlarını Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Qeyd edilən əmələ görə təqsirləndirilən şəxs Yıldız Abdullaha Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Yıldız Abdullah özünü Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, Türkiyə Respublikasının vətəndaşıdır, Türkiyə Respublikasının İğdır şəhərinin Küllük kəndində yaşayır. 25 ildir sürücü işləyir. Adətən Türkiyədən Azərbaycana və İrana müxtəlif yüklər daşımaqla məşğuldur. Sonuncu dəfə Türkiyə Respublikasının İstanbul şəhərindən PVC yükünü yükləmiş, idarə etdiyi 76DE213/76DE214 nömrəli yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasının Tehran şəhərinə getmişdir. Eyni yükdən onunla birlikdə Yasin adlı sürücü yoldaşı da yükləmiş və eyni yerə aparmışlar. X10 şəhərində Şəhriyar gömrüyünə boşaltmış, Zəncan şəhəri yaxınlığında yerləşən Ahpar gömrüyündən Türkiyəyə aparmaq üçün yenə PVC yükü yükləmiş və Türkiyə Respublikasına yola düşmüşlər. İran İslam Respublikasının Culfa şəhərində Yasinlə birlikdə gömrükdə yük sənədlərini hazırlamış, həmin vaxt Zəki adlı başqa bir yük avtomobili sürücüsünün də gömrükdə olduğunu görmüşdür. Zəkinin də İİR-na gətirdiyi yükü boşaltdığını və geri qayıtdığını öyrənmişdir. Özü, Yasin və Zəki birlikdə yeməkxanada yemək yemiş, yeməkdən sonra Zəki ağrıkəsici dərman alacağını demiş və birlikdə yeməkxananın yanxınlığında olan əczaxanaya girmişlər. Zəki ağrıkısici dərman almış, Zəkinin aldığı dərmanı görən zaman, təxminən bir ay əvvəl arvadının qonşu Abbasalı Aydın üçün almasını istədiyi və ona “whatsapp” vasitəsi ilə şəklini göndərdiyi dərman yadına düşmüşdür. Zəkinin də aldığı dərmanın həmin dərmanla eyni olduğunu görmüş və dərmandan bir qutu almışdır. Zəki həmin dərmandan 2 qutu almışdır. Dərmanı aldıqdan sonra cibində yer tutmasın deyə qutusundən çıxartmış, əynindəki köhnə gödəkcənin iç cibinə qoymuşdur. İşlərini bitirdikdən sonra çirkləndiyindən gödəkcəni çıxartmış, kabində yatağın üst hissəsinə qoymuş və təmiz olan digər gödəkcəsini geyinmişdir. Sənəd işlərini bitirmiş, axşam vaxtı Naxçıvan Muxtar Respublikasına keçmək üçün İran İslam Respublikası gömrüyündən çıxmışlar. Zəki onlardan təxminən yarım saat əvvəl gömrüyü keçmişdir. Özü Yasinlə eyni vaxta ardıcıl olaraq körpünün üzərində Naxçıvana keçmək üçün sırada gözləmişdir. Körpünün üstündə Yasinlə sıra gözləyən zaman Zəki ona “Whatsapp”dan zəng etmiş, bir az əvvəl birlikdə əczaxanadan aldıqları dərmanları Naxçıvana girişdə gömrükdə saxladıqlarını bildirmiş, başqa heç nə deməmiş, özü də onun aldığı dərmanları gümrükdə saxlayacaqlarını düşünmüş, Zəki ona dərmanların qadağan edilmiş dərman olması və bəyan etməli olması barədə heç nə deməmişdir. 22 yanvar 2023-cü il tarixində Culfa gömrüyünə giriş etmişlər. Gömrük nəzarətindən keçən zaman gömrük əməkdaşı idarə etdiyi avtomobili gömrük nəzarəti xəttində yoxlamışdır. Yoxlama başlamazdan əvvəl gömrük əməkdaşı üzərində və ya yük avtomobilində gizlədilmiş hər hansı predmet olub-olmadığını soruşmuş, 2 qutu siqaretinin olduğunu bildirmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinində, yatağın üzərindəki gödəkcənin iç cibində olan 30 tablet preqabalin dərman preparatı aşkar edilmişdir. Şəxsi yoxlama otağına aparılmış, qanunla qadağan olunmuş hər hansı predmet varsa təqdim etməsi təklif edilmiş, heç nə olmadığını bildirmişdir. Yoxlama zaman üzərindən heç nə aşkar edilməmişdir. Yıldız Abdullah ifadəsində onu da bildirmişdir ki, gətirdiyi preqabalin dərman preparatını ondan əvvəl keçən sürücü yoldaşındakı dərmanların gömrük əməkdaşları tərəfindən saxlanıldığını bildiyi üçün bəyan etməmişdir. Preqabalin dərman preparatının qadağan olunmuş dərman olmasını bilməmişdir. Əks halda onu nəqliyyat vasitəsində saxlamazdı. Dərmanı zibilə və ya suya atmaq imkanı olmuşdir. Heç vaxt narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edici maddələrdən istifadə etməmiş, gömrük nəzarətindən gizli keçirməmiş, aşkar edilmiş 30 tablet preqabalin dərman preparatını satmaq üçün gətirməmişdir. Şəkər xəstəsidir, dörd uşağı var, iki uşağı yetkinlik yaşına çatmamışdır. Qızına və oğluna toy edəcək. Bunların nəzərə alınmasını, ona köməklik edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsi Culfa gömrük postunun böyük inspektoru vəzifəsində işləyir. 22 yanvar 2023-cü il tarixdə “Culfa” gömrük postunda növbədə olmuşdur. Növbədə olan zaman səhər saat təxminən 4 radələrində İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına PVC yükü aparan, “MERSEDES BENZ” markalı, 76DE213/76DE214 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi “Culfa” gömrük postuna daxil olmuşdur. Bir qayda olandaq gömrük postuna daxil olan nəqliyyat vasitələri gömrük yoxlamasından keçirilir. Nəqliyyat vasitəsinə yaxınlaşmış, sürücüdən adını, apardığı yükün nə olduğunu, qadağan olunmuş hər hansı bir əşya və ya mal olub-olmamasını, dərman preparatının, mobil telefonların və yaxud da hər hansı bir şeyin olub-olmamasını soruşmuşdur. Sürücü adının Yıldız Abdullah olduğunu və qanunla qadağan olunmuş heç nə olmadığını bildirmişdir. Sürücünün həddindən artıq rahat olması onda şübhə yaratmış, yük nəqliyyat vasitəsini yoxlamağı qərara almışdır. Tərcüməçi və 2 hal şahidi dəvət etmiş, onların iştirakı ilə saat təxminən 5 radələrində nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinində üst yatağın üzərində olan pencəyin içəri sol cibindən 3 konvalyut, üzərində “preqabalin” yazılmış dərman preparatını aşkar etmişdir. Nəqliyyat vasitəsinin yoxlanması başa çatdıqdan sonra sürücünün üzərində şəxsi yoxlama aparmış və şəxsi yoxlama zamanı qanunsuz heç nə aşkar etməmişdir. Yoxlamalar bitdikdən sonra protokollar tərtib etmiş, Yıldız Abdullah, tərcüməçi və hal şahidləri protokolları imzalamışlar. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında yaşayır. Hazırda işsizdır, hərdən Culfa gömrük postu ərazisində yüklərin boşaldılmasında fəhləlik edir. 22 yanvar 2023-cü il tarixdə, gecə saat 05 radələrində gömrük ərazisində olmuşdur. Gömrük əməkdaşı Domrul onu və onunla birgə fəhləlik edən Etibarı çağırmış, İrandan gələn yük nəqliyyat vasitəsinə baxış keçirəcəyini demiş, onlardan da hal şahidi qismində iştirak etmələrini xahiş etmiş, etiraz etməmişlər. Domrulla birlikdə nəqliyyat vasitəsinin yoxlanacağı anbara getmişlər. Orada Domrul onlara Türkiyə Respublikasının vətəndaşı Yıldız Abdullahı təqdim etmiş, yoxlanılacaq nəqliyyat vasitəsinin sürücüsü olduğunu bildirmiş, onu tanıyıb-tanımadıqlarını soruşmuş, tanımadıqlarını bildirmişlər. Domrul nəqliyyat vasitəsini yoxlamağa başlamış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin sürücü kabinində üst yatağın üzərindən sürücüyə aid pencəyi götürmüş və pencəyin cibindən üzərində “preqabalin” yazısı olan 30 ədəd dərman preparatı aşkar etmişdir. Yoxlama zamanı sürücüyə qarşı təzyiq, təsir olmamışdır. Protokollar tərtib edilmiş, protokolları imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Bəxtiyar oğlu Şahid2 ifadəsində bildirdikləri ilə eyni məzmunda ifadə vermişdir. İş materiallarında olanxx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi 76DE213/76DE214 dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində yoxlanılmış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində, üst yatağın üzərindəki pencəyin sol iç cibindən gömrük nəzarətinə bəyan edilməyən, üzərində “150 mg Lyrıver Pregabalin” yazısı olan 3 konvalyut, hər konvalyutda 10 həb olmaqla ümumilikdə 30 həb dərman preparatı aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr olduğundan həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Yıldız Abdullah Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə ona ittiham elan edilmişdir. 23 yanvar 2023-cü il tarixli Naxçıvan Şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın əvvəli 22 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Naçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzinin 23 yanvar 2023-cü il tarixli, 65 nömrəli ekspet rəyindən görünür ki, tədqiqata təqdim edilən, Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilinin kabinində, üst yatağın üzərindəki pencəyin sol iç cibindən aşkar edilmiş üzərində “150 mg Lyriver Pregabalin” sözləri yazılmış 03 ədəd kanvalyutda, hər birində 10 həb olmaqla, ümumilikdə 30 həb 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na (1 nömrəli əlavə) daxil olan preqabalindir. Preqabalinin təsiredici maddəsinin miqdarı-4,5 qramdır. Qeyd: Preqabalin həblərinin sayı-30 ədəd, tədqiqata sərf edildi- 01 ədəd, qalıq – 29 ədəd. Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli, 180-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarına 1 nömrəli əlavədə Preqabalin ((S)-3-(aminometil)-5-metilheksan turşusu) maddəsi 68-ci sətirdə qeyd edilmişdir ki, həmin maddənin külli miqdarı 5 qramdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 14 nömrəli ekspert rəyindən görünür ki, Yıldız Abdullahda narkomaniya xəstəliyi aşkar olunmadı. Lakin psixi və fiziki asılılıq olmadan narkotik maddə qəbulu istisna olunmur. Təqsirləndirilən şəxs peşə (sürücülük) fəaliyyəti ilə əlaqədar olaraq hər hansı bir narkotik vasitə və ya güclü təsirə malik həblərin (dərmanların)qəbul edilməsinə tibbi cəhətdən yol verilmir. Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşklati-İnspeksiya idarəsinin əməliyyat və statistika bölməsindən verilmiş təlabnamədə qey edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə məlumat yoxdur. Türkiyə Republikası Ədliyyə Nazirliyi Məhkəmə reyestri və Satatistika baş idarəsində verilmiş sənəddə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət keçmişi yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Yıdız Abdullahın Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 1 saylı qərarının 14-cü bəndində göstərilir ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək CM-nin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də CM-nin 234-cü maddəsi ilə tövsif edilir. Digər hallarda, yəni şəxs qeyd olunan dərman vasitələrini bəyan etməməklə, gömrük nəzarətindən kənar, yaxud tibbi sənədlərdən, o cümlədən reseptdən aldatma yolu istifadə etməklə gömrük sərhədindən keçirdikdə, onun əməllərinə işin faktiki hallarından (məsələn, dərman vasitələrinin miqdarının tibbi reseptə uyğun olub-olmamasından, xəstəliyin xarakterindən və ağırlıq dərəcəsindən və sair hallardan) asılı olaraq hüquqi qiymət verilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, X9 İslam Respublikasında olduğu vaxtda əldə etdiyi tərkibindəki preqabalin güclü təsiredici maddəsinin ümumi miqdarı 4,5 qram olan, üzərində “150 mg Lyrıver Pregabalin” sözləri yazılmış, 3 konvalyut, hər konvalyutda 10 həb olmaqla, ümumilikdə 30 həb dərman preparatını özünə məxsus pencəyin sol iç cibinə yerləşdirmiş, idarə etdiyi 76DE213/76DE214 dövlət nömrə nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinin kabinindəki üst yatağın üzərinə qoymuş, 22 yanvar 2023-cü il tarixdə saat 04 radələrində İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasının ərazisinə tranzit giriş etmiş, Culfa rayonunun inzibati ərazisində yerləşən Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan qeyd olunan dərman preparatlarını Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Azərbaycan Respublikası CM-nin 41.1-ci maddəsinin tələbinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilmiş məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkmular, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, peşman olmasını, şəkər xəstəsi olmasını, himayəndində iki yetkinlik yaşına çatmayan uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Yıldız Abdullaha təyin edilən cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər...Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1-ci maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 58.2-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmuyu və hökmlərin məcmuyu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. Həmin Məcəllənin 62.1 və 62.2-ci maddələrinin tələbinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza təyin edə bilər. Cəzanı yüngülləşdiriən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmuyu müstəsna hal hesab edilə bilər. Məhkəmə Yıdız Abdullaha cəza təyin edərkən onu da nəzərə alır ki, o, cinayətin predmeti olan güclü təsiredici maddəni arvadının xahişi ilə qonşusu Abbasali Aydının istifadəsi üçün almış və daşımışdır. Belə ki, məhkəməyə təqdim edilmiş Türkiyə Respublikası Səhiyyə Nazirliyi İğdır Vilayəti X5 Baş katibliyi İğdır DR.X11 Xəstəxanası baş həkimi dərman istifadəsi və xəstə iştirak payından azad edilmə dərman hesabatından müəyyən edilir ki, Abbasli Aydın preqabalin dərman preparatının istifadəçisidir. X6 Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 14 nömrəli ekspert rəyindən də müəyyən olunur ki, Yıldız Abdullahda narkomaniya xəstəliyi aşkar olunmamışdır. Məhkəmə Türkiyə Respublikası vətəndaşı olan Yıdız Abdullahın cəzasını yüngülləşdirən halların məcmusunu, törətdiyi əməldən peşman olmasını, eləcə də hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini və həmin maddənin miqdarını müstəsna hallar hesab edir və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində müəyyən ediləndən daha yüngül cəza, cərimə cəzası təyin edilməsini mümkün sayır və hesab edir ki, cəzanın məqsədləri Yıdız Abdullaha cərimə növündə cəza təyin olunduğu təqdirdə də, təmin edilə bilər. Həmçinin iş materiallarından görünür ki, təqsirləndirilən şəxs Yıdız Abdullah barəsində məhkəməyədək icraat zamanı 22 yanvar 2023-cü il tarixdə tutma tətibiq olunmuş və Naxçıvan Şəhər Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qərarı ilə Yıdız Abdullahın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdı saxlamanın əvvəli 22 yanvar 2023-cü il tarixdə hesablanmışdır. Buna görə də məhkəmə hesab edir ki, Yıdız Abdullahın həbsdə saxlanıldığı 76 gün müddət nəzərə alınmaqla, Yıdız Abdullaha təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinin tələbinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonar iş üzrə maddi sübut kimi tanınmış, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan, 29 həb preqabalin məhv edilməli, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 1 ədəd “Samsung SM- A105F/DS” markalı mobil telefon, Culfa Rayon Məhkəməsində saxlanılan U24024707 nömrəli pasport Yıdız Abdullaha qaytarılmalıdır. Məhkəmə Yıdız Abdullahın barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan ittiham hökmünün qəbul edildiyini, qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxdığını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı, o, məhkəmə iclas zalında həbsdən azad edilməlidir.. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə Yıdız Abdullaha təyin edilən cəzanın növünü nəzərə alaraq hesab edir ki, Yıdız Abdullahın barəsində Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın təyin edilməsinə əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası 344-347, 349, 351-353, 356, 357-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Yıdız Abdullah Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 3500 manat miqdarında cərimə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Yıdız Abdullahın həbsdə saxlandığı 76 gün müddət nəzərə alınsın, təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və Yıdız Abdullahın üzərində 2.500 manat miqdarında cərimə cəzası saxlanılsın. Hökm qanuni qüvvəyə minənədək Yıdız Abdullahın barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Yıdız Abdullah məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin maddi sübutların saxlanması kamerasında saxlanılan, Təqsirləndirilən şəxs idarə etdiyi 76DE213/76DE214 dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsinin kabinində, üst yatağın üzərindəki pencəyin sol iç cibindən götürülmüş, üzərində “150 mg Lyrıver Pregabalin” yazısı olan 3 konvalyut, ümumilikdə 29 ədəd preqabalin həbləri müsadirə edilsin, hökm qanuni qüvvəyə mindikdən sonda məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonda Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 1 ədəd “Samsung SM-A105F/DS” markalı mobil telefon, Culfa Rayon Məhkəməsində saxlanılan U24024707 nömrəli pasport Yıdız Abdullaha qaytarılsın Hökmdən elan olunduğu andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №1(089)-4/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-4/2023
07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver