Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-5/2023 18.04.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Culfa Rayon Məhkəməsinin inzibati binasında, Təqsirləndirilən şəxs-xx.xx.2003-cü il tarixdə Culfa rayonunun Camaldın kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, evli, 1 uşaq anası, orta təhsilli, əvvəllər məhkum olunmamış, Culfa rayonunun Camaldın kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş-Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə anası Şahid2 və digər qohumları ilə birlikdə Culfa rayonunun Teyvaz kəndində yaşayan bacısı X1 yaşadığı evdə qonaq olan zaman bacısı öz yataq otağında paltar ütüləyərkən həmin otağa daxil olmuş, bacısı yataq otağını tərk etdikdən sonra otaqda başqa şəxslərin olmamasından istifadə etmiş, həmin otaqda yerləşən termonun sol qapısını açmış, termonun üst rəfində olan ürək formalı qırmızı qutunu götürmüş, həmin qutunun içərisindən bacısı Zeynəb Fərəcliyə məxsus olan 1 ədəd çəkisi 3.04 qram olan 585 əyarlı, 258 manat dəyərində sırkon qaşlı qızıl üzüyü, 1 ədəd çəkisi 4.47 qram olan 585 əyarlı, 380 manat dəyərində sırkon qaşlı qızıl boyunbağını, 1 ədəd çəkisi 6.01 qram olan 585 əyarlı 511 manat dəyərində sırkon qaşlı qızıl qolbağını, 1 cüt çəkisi 5.81 qram olan 585 əyarlı 494 manat dəyərində sırkon qaşlı qızıl sırğanı qəsdən gizli yolla talamış, üzərində Camaldın kəndində yaşadığı ünvana gətirmiş, öz yataq otağında paltar şkafının yuxarı rəfində gizlətmiş, bacısı X3 ümumilikdə 1643 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, 20 dekabr 2020-ci il tarixdə Camaldın kənd sakini Şahid1lə ailə qurmuş, bir azyaşlı qız övladları var, hazırda 8 aylıq hamilədir. Bacısı Zeynəb isə 2022-ci ilin iyun ayında Culfa rayonunun Teyvaz kənd sakini Şahid3lə ailə qurmuş, Teyvaz kəndində yaşayır. Bacısı Zeynəb yeni ailə qurduğundan və ilk yeni il bayramı olduğundn xx.xx.2022ci il tarixdə anası Şahid2, dayısının gəlini Şahid8, xalasının qızı Şahid7 ilə birlikdə Camaldın kənd sakini Aslan adlı şəxsin avtomobili ilə bacısıgilə bayram payı aparmışlar. Saat təxminən 12 radələrində bacısının Teyvaz kəndində yaşadığı ünvana çatmışlar. Birlikdə yemək yemişlər. Həmin vaxt evdə bacısı Zeynəb, əri Pərviz, bacısının qayınatası Saleh və bacısının qayınanası Xanım olmuşdur. Yemək yedikdən sonra bacısı Zeynəb öz otağına keçmiş, orada paltar ütüləməyə başlamış, özü Zeynəbin yanında dayanmış və paltar ütüləməsinə köməklik etmişdir. Bacısı paltar ütülədikdən sonra ütünü ona vermiş, ütünü termonun içərisinə qoyaraq gəlməsini bildirmiş və otaqdan çıxmışdır. Ütünü qoymaq üçün bacısının otağındakı termonu açmış, orada qırmızı rəngli qızıl qabını görmüş, ütünü termoya qoyduqdan sonra qızıl qutusunu açmış, bacısına məxsus olan qızıl-zinət əşyalarını, yəni 1 cüt sırğa, 1 ədəd qolbaq, 1 ədəd boyunbağı və 1 ədəd üzüyün qutunun içərisində olduğunu görmüş, qızıllardan xoşu gəldiyindən, özünün elə qızılı olmadığından qızılları qutudan götürmüş, əynindəki cins şalvarın cibinə qoymuş və otaqdan çıxmışdır. Təxminən yarım saat sonra avtomobillə Camaldın kəndinə qayıtmış və yaşadıqları evə getmişdir. Evə getdikdən sonra bacısına məxsus olan və oğurladığı qızıl-zinət əşyalarını öz yataq otağındakı paltar şkafının üst gözünə qoymuşdur. Qızıllardan ərinin, qayınanasıgilin xəbəri olmamış, işin üstü açılmazsa ara sakitləşdikdən sonra qızıllardan şəxsi məqsədləri üçün istifadə etməyi, sata biləcəyini düşünmüşdür. xx.xx.2023-cü il tarixdə bacısı Zeynəb ona zəng vurmuş, qızıllarını tapa bilmədiyini, ondan qızıllarını görüb-görmədiyini soruşmuş, bacısına qızıllarından xəbərinin olmadığını bildirmişdir. Bundan sonra polisə dəvət edilmiş, orada artıq işin üstünün açılacağını anlamış, bacısına məxsus olan qızılları götürdüyünü etiraf etmişdir. Polis əməkdaşları yaşadığı evə baxış keçirmiş, onların iştirakı ilə qızıllar qoyduğu yerdən götürülmüşdür. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, bacısının qızıllarının yerini əvvəlcədən bilməmiş, bacısının yaşadığı evə oğurluq məqsədilə getməmiş, bu barədə əvvəlcədən planı olmamış, Zeynəbin qızıllarını harada saxlamasını əvvəlcədən bilməmiş, sadəcə qızıllar xoşuna gəlmiş, otaqda heç kimin olmamasından istifadə etmiş və götürmüş, otaqda kimsə olmamış, qızılları onun götürməsini heç kim görməmiş, qızılları onun götürdüyün kiməsə deməmiş, bacısı Zeynəbə qızıllarını onun götürdüyünü bildirmək istəmiş, qorxduğu üçün bunu edə bilməmişdir. Əməlindən çox peşmandır. Zeynəbdən dəfələrlə üzr istəmiş, yenə də hərəkətlərinə görə Zeynəbdən, Zeynəbin ərindən, qayınatası və qayınanasından üzr istəyir. Bir azyaşı uşağı var, 8 aylıq hamilədir. Bunların nəzərə alınmasını, ona köməklik edilməsini xahiş edir. 30 mart 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs bacısıdır, onunla ədavəti, düşmənçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə Culfa rayonunun Teyvaz kənd sakini Şahid3 ilə ailə qurmuş, əri, qayınatası Şahid5 və qayınanası Qızxanım Quliyeva ilə birlikdə Teyvaz kəndində, qayınatasına məxsus evdə yaşayır. Ailə qurduqdan sonra Teyvaz kəndində yaşadığı evdə keçirəcəyi birinci bayram olduğundan xx.xx.2022-ci il tarixdə, saat 12:00 radələrində Culfa rayonunun Camaldın kəndində yaşayan anası Səkinə, bacısı Sona, onun bir yaşlı qızı Fatimə, xalasının qızı Zeynəb və dayısının gəlini Qəmər uzaq qohumları olan Aslan adlı şəxsin avtomobili ilə onlara bayram görüşünə gəlmişlər. Sona, Zeynəb və Qəmər gətirdikləri xonçaları onun otağına qoymuş, sonra hamısı qonaq otağına keçmiş, birlikdə yemək yemiş, çay işmiş, söhbət etmişlər. Həmin müddətdə bacısının qızını anası Səkinə yatırtmış, bacısı Sona uşağı onun otağına qoymuş və qonaq otağına geri qayıtmışdır. Daha sonra köynəyinin ətəyinə yağ töküldüyündən köynəyin ətəyini üzərində yumuş və ütü ilə qurutmaq üçün otağına girmişdir. Otaqda bacısının qızından başqa heç kimin olmamışdır. Otağa girdikdən sonra bacısı Sona ona kömək məqsədilə otağa gəlmiş, həmin vaxt xalası qızı Zeynəb isə otağın qapısında dayanmış, sonra qonaqların yanına keçmişdir. Qayınanası onu çöldən səsləmiş, ütünü yerə qoyaraq otaqdan çıxmış, Sonaya otaqdan çıxanda həmin ütünü termonun gözünə qoymasını bildirmiş və qayınanasının yanına, oradan da mətbəxə getmiş, mətbəxdən qayıdan zaman qonaqların getmək üçün çölə çıxdığını görmüş, bacısı Sonanın gödəkcəsi qonaq otağındakı divanın üstündə qaldığından, gödəkcəni götürmüş, çölə çıxaraq bacısına vermiş, qonaqları yola salmışlar. xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində ailəliklə Naxçıvan şəhərində yaşayan baldızı X6 bayram görüşünə getmişlər. Oraya gedən zaman evdə heç kimin qalmamış, evdən çıxarkən əri Pərviz evin qapılarını bağlamış, həmin gün saat 16:00 radələrində evə qayıtmışlar. Qayınanası evin qapılarının haçarını balkonun dirəyindən asılı olan Pərvizin köhnə gödəkcəsinin iç cibindən çıxarmış və qapıları açmaq üçün ona vermiş, qapıları açmış və evə daxil olmuşlar. xx.xx.2023 tarixdə saat 15:00 radələrində otağında təmizlik işləri görən zaman otaqda olan tirmonun qapısını açmış, qızıl-ziynət əşyalarını yığdığı qırmızı rəngdə olan qızıl qabının üzərinə ütü suyunun töküldüyünü görmüş, qabı qurutmaq üçün götürmüş, qızılları çıxartmaq üçün qutunun qapağını açmış, qızıl dəstinin qabın içində olmadığını görmüşdür. Otağı axtarmağa başlamış, lakin qızıllarını tapa bilməmiş, sonra ərinə xəbər vermiş, onunla birlikdə otağı bir daha axtarmışlar. Qızılları tapa bilmədiklərindən bu barədə qayınanasına bildirmişlər. Qayınanası ilə birlikdə evin hər yerini axtarmış, lakin qızılları tapa bilməmişlər. Qızıl dəsti ağ qızıldan hazırlanmış bir ədəd boyunbağı, bir ədəd bilərzik, bir ədəd üzük və bir cüt sırğa olmuşdur. Daha sonra qayınanası anası Səkinəyə zəng vurmuş, qızılların evdən yoxa çıxdığını və bu işdə bacısıgildən şübhələndiklərini bildirmişlər. Anasına qızıllar onlardadırsa sakitliklə gətirib qaytarmalarını və işin polisə düşməməsini bildirmişlər. Lakin anası onlardan heç birinin qızılları götürmədiyini və qızıllardan xəbərlərinin olmadığını bildirmişdir. Qayınatası polisə müraciət etmiş, araşdırmadan sonra ona məxsus olan bir dəst qızıl-zinət əşyalarını bacısıgil xx.xx.2023-cü il tarixdə onlara qonaq gələn zaman bacısı Sona otaqda tək qalan zaman götürdüyü, öz evinə aparması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə bacısı Sona onlarda olan zaman onda hər hansı bir şübhəli hərəkət müşahidə etməmiş, Sonanın qzıllarını götürdüyünü görməmiş, anasıgil getdikdən sonra evdə hər hansı bir şübhəli vəziyyət müşühidə etməmiş, bu səbədən qızıllarının oğurlandığını yalnız bir neçə gün keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə bilmişdir. Zərər çəkmiş Z.Fərəcli ifadəsində bildirmişdir ki, ona məxsus qızıl-zinət əşyalarını evindən bacısı oğurlamışdır. O, əvvəllər cinayət törətməmişdir, bir azyaşlı uşağı var, həmçinin səkkiz aylıq hamilədir, etdiyi əməldən çox peşmandır, dəfələrlə onadan hərəkətlərinə görə üzr istəmişdir. Qızıl-zinət əşyaları Sonadan geri alınmışdır. Sonadan şikayəti, tələbi yoxdur. Sonanın həbs edilməsini istəmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, qızı Təqsirləndirilən şəxs 2020-ci ildə Camaldın kənd sakini Şahid1lə, qızı Zeynəb Fərəcli isə 2022-ci ilin iyun ayında Teyvaz kənd sakini Pərviz Qulieyvlə ailə qurmuşlar. X15 kəndində yaşayır. İki oğlu isə onunla birlikdə Camaldın kəndində yaşayır. Qızı Zeynəb yeni ailə qurduğundan və ilk yeni il bayramı olduğundan, xx.xx.2022-ci il tarixdə onlara bayram görüşünə getməyi qərarlaşdırmış, həmin tarixdə qardaşının gəlini Qəmər, bacısının qızı Zeynəb və qızı Sona həmkəndliləri Aslan adlı şəxsin taksisi ilə Teyvaz kəndinə, qızı Zeynəbin yaşadığı evə getmişlər. Qızının qayınatanı, qayınanası və əri evdə olmuşdur. Orada yemək yemiş, çay içmiş və söhbət etmişlər. Qızı Zeynəbin paltarına yağ dəydiyindən üstünü yumuş və Sona ilə birlikdə ütü ilə üstünü qurutmaq üçün otağa keçmişlər. Bir neçə dəqiqədən sonra əvvəlcə Zeynəb, bir-iki dəqiqə sonra isə Sona otaqdan çıxmışdır. Həmin vaxt qapının açıq olub-olmadığına fikir verməmişdir. Sonra Sonanın uşağı ağlamış, onu bir az ayağında yırğalamış, lakin uşaq sakitləşməmiş, Sona uşağını götürmüş və Zeynəbin otağına keçmiş, uşağı otaqda yatırtmış, geri qayıtmış, lakin uşaq yenidən ağladığından Sona otağa getmiş və uşaq qucağında geri qayıtmışdır. Saat təqribən 14 radələrində qızı və qızının qayınanasıgillə sağollaşmış, Camaldın kəndinə qayıtmışlar. xx.xx.2023-cü il tarixdə qızı Zeynəb ona zəng vurmuş, qızıllarının oğurlandığını bildirmiş, həmin vaxt qızının qayınanası Qısxanım telefonu Zeynəbdən almış, ona “29 dekabrda sizinlə birlikdə bizə gələnlərin hamısına zəng vur və de ki, qızıllar itib, kimdədirsə gətirib versin, söz-söhbət çıxmasın” demişdir. Birinci bacısının qızı Zeynəbə zəng vurmuş, qızılların oğurlandığını demiş, Zeynəb xəbərinin olmadığını bildirmiş, sonra qızı Sonaya zəng vurmuş, ondan qızıllar barədə soruşmuş, Sona da qızıllardan xəbərinin olmadığını bildirmişdir. Qardaşının gəlini Qəmərə zəng etmiş, ondan da soruşmuş, Qəmər də xəbərinin olmadığını bildirmişdir. Həmin gün Zeynəbə zəng vurmuş, qızıllarından xəbərlərinin olmadığını bildirmiş, qızılları tapıb-tapmadığını ondan soruşmuş, Zeynəb qızılları tapmadıqlarını, axtardıqlarını demişdir. 1-2 gün sonra qızı Zeynəbin qızıllarını, qızı Sonanın götürdüyünu, bunu etiraf etdiyini öyrənmişdir. Polis əməkdaşları Sonanın yaşadığı evə baxış keçirmiş və aşkar edilərək götürülmüşdür. Həmin vaxta kimi qızılları Sonanın götürməsi barədə məlumatı olmamış, qızı Sonanın öz bacısının evindən oğurluq edə biləcəyi ağlına gəlməmiş, qızılları Sonanın götürməsi barədə məlumatı olmamış və görməmişdir. Teyvaz kəndindən qayıdan zaman və ondan sonrakı müddət ərzində qızı Sonanın hərəkətlərində hər hansı bir şübhəli hal müşahidə etməmişdir. Sonanın əvvəllər cinayət törətməməsinin, bir azyaşlı uşağının olmasının, səkkiz aylıq hamilə olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə X4 ilə ailə qurmuşdur. Zeynəb, atası və anası ilə birlikdə Teyvaz kəndində atasına məxsus evdə yaşayır. Arvadı Zeynəb 2022-ci ilin dekabr ayında onlarla birlikdə ilk yeni il bayramını qeyd etmişdir. xx.xx.2022-ci il tarixdə Zeynəbin Camaldın kəndində yaşayan anası Şahid2, bacısı Təqsirləndirilən şəxs, xalasının qızı Zeynəb və dayısının gəlini Şahid8 tanımadığı bir şəxsin avtomobili ilə onlara bayram payı gətirmişlər. Qonaqları saat 12 radələrində onlara gəlmiş, yaşadıqları evdə birlikdə yemək yemiş, daha sonra atası və taksi sürücüsü ilə birlikdə həyətdə çay içmiş və söhbət etmişlər. Təqribən saat 15 radələrində qadınlar çölə çıxmış və qonaqlar Teyvaz kəndindən Camaldın kəndinə qayıtmışlar. xx.xx.2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə Teyvaz kəndindən Naxçıvan şəhərində yaşayan bacısı Aynur Quliyevanın bayram görüşü üçün onlara getmiş, həmin gün saat təqribən 15 radələrində Teyvaz kəndinə qayıtmışlar. Evin açarını balkondakı köhnə gödəkcənin cibindən anası götürmüş, Zeynəbə vermiş, Zeynəb qapını açdıqdan sonra evə daxil olmuşlar. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində arvadı Zeynəb ona otaqlarında təmizlik işləri görən zaman qızıllarının yerində olmadığını gördüyünü bildirmiş, bu barədə anasıgilə məlumat vermişdir. Həmin gün evi və ətrafı axtarmış, lakin bir gün ərzində həmin qızılları tapa bilməmişlər. Zeynəb qızılları sonuncu dəfə xx.xx.2022-ci il tarixdə öz otaqlarındakı termoda gördüyünü demiş, həmin vaxtdan sonra onlara yalnız Zeynəbin ailəsi qonaq gəlmişdir. Anası Zeynəbin anasına zəng vurmuş, qızılların onlar tərəfindən götürülüb-götürülmədiyini öyrənməsini, əgər qızılları onlardan biri götürübsə qaytarıb sakitliklə geri verməsini, işin böyüməməsini bildirmişdir. Lakin qayınanası onların heç birinin qızılları götürmədiyini və qızıllardan xəbərlərinin olmadığını bildirmiş, məcbur qalıb qızıllarını götürən şəxsin tapılması üçün polisə müraciət etmişlər. Araşdırma zamanı xx.xx.2023-cü il tarixdə qayınanasıgil onlara qonaq gələn zaman baldızı Təqsirləndirilən şəxs onların yataq otağında tək qaldığı zaman arvadı Zeynəbə məxsus olan bir dəst qızılzinət əşyalarını gizli yolla götürməsi müyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə qonaqlarla birlikdə yemək yedikdən sonra taksi sürücüsü ilə birlikdə həyətdə açıq balkonda oturduqlarından, Təqsirləndirilən şəxs nə zaman onların otağına daxil olmasından və oradan arvadı Zeynəbə məxsus olan qızılları götürməsindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs bir azyaşlı uşağının olmasını, hamilə olmasını nəzərə almağı, ona həbslə bağlı olmayan cəza təyin etməyi xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 və Şahid4 ifadələrində Şahid3 ifadəsində göstərdikləri ilə eyni məzmunlu ifadə vermiş, Təqsirləndirilən şəxs bir azyaşlı uşağının olmasını, hamilə olmasını nəzərə almağı, ona həbslə bağlı olmayan cəza təyin etməyi xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, 2015-ci ildə Ordubad rayonunun Nüsnüs kənd sakini X8 ilə ailə qurmuş, iki azyaşlı uşağı var, Culfa rayonunun Camaldın kəndində yaşayırlar. Xalasının qızı Zeynəb Fərəcli 2022-ci ilin iyun ayında Teyvaz kənd sakini Şahid3lə ailə qurmuş, Teyvaz kəndində yaşyır. 2022-ci ilin yeni il bayramı Zeynəbin ailə qurduqdan sonra ilk yeni il bayramı olmuşdur. xx.xx.2022-ci il tarixdə axşam xalası Səkinə ona zəng vurmuş, Zeynəbə bayram pay aparacaqlarını, onun da onlarla birlikdə Teyvaz kəndində getməsini istədiyini bildirmiş, xalasına Zeynəb üçün hazırladığı payı aparmaları üçün onlara verəcəyini, özünün isə ərindən icazə almadığı üçün getmək istəmədiyini demişdir. xx.xx.2022-ci il tarixdə xalası yenidən ona zəng vurmuş, maşında yer olduğunu, onun da getməsini demiş, bundan sonra ərindən icazə almış və onlarla birlikdə həmkəndlisi Aslanın taksisi ilə Teyvaz kəndinə getmiş, saat təqribən 12 radələrində Teyvaz kəndinə çatmışlar. Yemək yeyən zaman Sonanın azyaşlı uşağına baxmış, təqribən 3 saat xalasının qızı Zeynəbgildə oturduqdan sonra geri qayıtmışlar. xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində xalası Səkinə onların ev telefonuna zəng vurmuş, Zeynəbin qızıllarının itdiyini bildirmiş, onun bu barədə məlumatının olub-olmamasını soruşmuş, xalasına qızıllardan xəbərinin olmamasını, Zeynəbgildə olan zaman Sonanın Zeynəbin otağına bir neçə dəfə giribçıxdığını, ola bilsin ki, qızılları haradasa görər, ondan soruşun deyə cavab vermiş, həmçinin xalasından Zeynəbin yaşadığı evin telefon nömrəsini almış, onlara zəng vurmuş, telefonu Zeynəbin qayınanası götürmüş, ona evdən heç bir şey götürmədiyini və qızıllardan xəbərinin olmadığını bildirmiş, Zeynəbin qayınanası Qızxanımın ona “heç nə götürməmisiniz ki, sadəcə qızılları evimizdən götürüb getmisiniz” demişdir. 1-2 gün sonra polis şöbəsinə dəvət edilmiş, orada qızılları xx.xx.2022-ci il tarixdə evdən Sonanın götürdüyünü, Sonanın qızılları götürməsini etiraf etdiyini öyrənmişdir. Şahid7 ifadəsində onu da bildirmişdir ki, Sonanın Zeynəbə məxsus qızılları evdən götürməsini bilməmiş, bu barədə Sona ona heçnə deməmiş, həmin evdə olan zaman Sonanın bir neçə dəfə təkbaşına və bacısı Zeynəblə birlikdə Zeynəbin otağına giribçıxdığını görmüş, Sonada hər hansı şübhəli hal müşahidə etməmiş, lakin xalasının qızı Zeynəbin yaşadığı evdə olan zaman Sonanın Zeynəbin otağına təkbaşına və bacısı Zeynəblə birlikdə girməsini, otağın qapısını örtməsini, otaqdan çıxan zaman qapını açıq qoymasını müşahidə etdiyini xatırlayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadələrində Şahid7 ifadəsində göstərdikləri ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid1, Şahid6, Şahid9 və Şahid10 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınmış, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələr elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, S.Tağıyevganın barəsində Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. -17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. -Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 yanvar 2023-cü il tarixli, 29 nömrəli ekspert rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 04 ədəd qızıl zinət əşyalarının 2022-ci ilin dekabr ayına ümumilikdə orta bazar qiyməti 1643 manat müəyyən edilir. 17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə maddi sübut hesab edilmiş 1 ədəd çəkisi 3.04 qram olan 585 əyarlı sırkon qaşlı qızıl üzük, 1 ədəd çəkisi 4.47 qram olan 585 əyarlı sırkon qaşlı qızıl boyunbağı, 1 ədəd çəkisi 6.01 qram olan 585 əyarlı sırkon qaşlı qızıl qolbağ, 1 cüt çəkisi 5.81 qram olan 585 əyarlı sırkon qaşlı qızıl sırğa saxanılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR idarəsinin maddi sübutların saxlanması kamerasına təhvil verilmişdir. -Naxçıvan Muxtar Respublikası DİN-nin Tİİ-dən verilmiş tələbnamədən görünür ki, X7 əvvəllər məhkum olunmamışdır. Culfa rayonunun Camaldın kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. 629165 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 08 fevral 2022-ci il tarixdə doğulmuş X5 anası Təqsirləndirilən şəxsdır. Culfa Rayon Mərkəzi Xəstəxanasından verilmiş 05/12 nömrəli, 10 fevral 2023-cü il tarixli məktubdan müəyyən edilir ki, Culfa Rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsində 06 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs 13 həftəlik hamilə olması qeyd edilmişdir. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə anası Şahid2 və digər qohumları ilə birlikdə Culfa rayonunun Teyvaz kəndində yaşayan bacısı X1 yaşadığı evdə qonaq olan zaman bacısı öz yataq otağında paltar ütüləyərkən həmin otağa daxil olmuş, bacısı yataq otağını tərk etdikdən sonra otaqda başqa şəxslərin olmamasından istifadə etmiş, həmin otaqda yerləşən termonun sol qapısını açmış, termonun üst rəfində olan ürək formalı qırmızı qutunu götürmüş, həmin qutunun içərisindən bacısı Zeynəb Fərəcliyə məxsus olan 1 ədəd çəkisi 3.04 qram olan 585 əyarlı, 258 manat dəyərində sırkon qaşlı qızıl üzüyü, 1 ədəd çəkisi 4.47 qram olan 585 əyarlı, 380 manat dəyərində sırkon qaşlı qızıl boyunbağını, 1 ədəd çəkisi 6.01 qram olan 585 əyarlı 511 manat dəyərində sırkon qaşlı qızıl qolbağını, 1 cüt çəkisi 5.81 qram olan 585 əyarlı 494 manat dəyərində sırkon qaşlı qızıl sırğanı qəsdən gizli yolla talamış, üzərində Camaldın kəndində yaşadığı ünvana gətirmiş, öz yataq otağında paltar şkafının yuxarı rəfində gizlətmiş, bacısı X3 ümumilikdə 1643 manat maddi ziyan vurmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini, törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağın olmasını, hamilə olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxsı cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin təyin edilən cəzanı çəkməməsi üçün kifayət qədər əsaslar vardır, ona görə də onun barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən, yəni cəzanı çəkmədən islah olunması mümkündür. Odur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən həmin cəzanın şərti olaraq tətbiq edilməsini məkəmə qanuni və ədalətli hesab edir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməli, ona 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilməli, ona 6 ay sınaq müddəti müəyyən edilməlidir. Təqsirləndirilən şəxs müəyyən edilmiş 6 ay sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Culfa rayon İcra və Probasiya bölməsinə həvalə edilməli, onun üzərinə sınaq müddəti ərzində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni quvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmaması barədə məsələni həll edərək, belə nəticəyə gəlir ki, Z.Tağıyevaya təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edildiyindən, polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132 və 346.1.19-cu maddələrinin tələblərinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR idarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan 1 ədəd çəkisi 3.04 qram olan 585 əyarlı sırkon qaşlı qızıl üzük, 1 ədəd çəkisi 4.47 qram olan 585 əyarlı sırkon qaşlı qızıl boyunbağı, 1 ədəd çəkisi 6.01 qram olan 585 əyarlı sırkon qaşlı qızıl qolbağ, 1 cüt çəkisi 5.81 qram olan 585 əyarlı sırkon qaşlı qızıl sırğa X3 qaytarılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edir, belə nəticəyə gəlir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs Z.Tağıyevaya göstərilən hüquqi yardıma görə müdafiəçiyə vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən ... təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, ona 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilsin, Təqsirləndirilən şəxs 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs müəyyən edilmiş 6 ay sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Culfa rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni quvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. AA******* nömrəli şəxsiyyət vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR idarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan 1 ədəd çəkisi 3.04 qram olan 585 əyarlı sırkon qaşlı qızıl üzük, 1 ədəd çəkisi 4.47 qram olan 585 əyarlı sırkon qaşlı qızıl boyunbağı, 1 ədəd çəkisi 6.01 qram olan 585 əyarlı sırkon qaşlı qızıl qolbağ, 1 cüt çəkisi 5.81 qram olan 585 əyarlı sırkon qaşlı qızıl sırğa X3 qaytarılsın. İşdə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda,elan olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №1(089)-5/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-5/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver