Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-5/2025 06.02.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs- xx xxxxxx 1960-cı il tarixdə Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, orta ixtisas təhsilli, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş-Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə 27 iyul 2024-cü il tarixdə saat 22:00 radələrində Culfa rayonunun Qazançı kəndində Əlincə çayından 300 metr məsafədə Zərərçəkmiş şəxs1 məxsus olan 16 ədəd arı yeşiyindən içərisində 09 ədəd 4 kiloqramlıq ramka olmaqla, içərisi dolu arı olan və ümumilikdə 15 kiloqram bal olan 1 ədəd birmərtəbəli arı yeşiyini tamah niyyəti ilə gizli olaraq talamış və 28 iyul 2024-cü il tarixdə saat 22:00 radələrində təkrarən Zərərçəkmiş şəxs1 məxsus olan arı yeşiyinin qapağını dəyişdirdiyindən 1 ədəd arı yeşiyinin içərisində 15 ədəd 4 kiloqramlıq ramkada ümumilikdə 30 kiloqram bal və arı ailəsi məhv olmuş, içərisində 11 ədəd 4 kiloqramlıq ramka və içi dolu arı olmaqla, ümumilikdə 24 kiloqram bal olan 01 ədəd arı yeşiyini isə qəsdən tamah niyyəti ilə götürərək yaşadığı fərdi yaşayış evinin həyətində gizlətmiş və təyin olunmuş məhkəməəmtəəşünaslıq ekspertizası əsasında verilmiş 1163 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs1 3330 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmçinin 19 avqust 2024-cü il tarixdə saat 04:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus olan fərdi yaşayış evinin həyətinə gizli yolla daxil olmuş, oradan Zərərçəkmiş şəxs3 məxsus olan 1 ədəd üzərində “TULA" sözləri yazılmış, gümüşü rəngli, 5 litr su tutumu olan, istifadəyə yararlı odun samovarını gizli yolla götürərək özünün Əlincə çayında suyun qarşısını kəsərək düzəltdiyi gölməçədə gizlətmiş və təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında verilmiş 1008 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs3 130 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Əlavə olaraq o, 20 avqust 2024-cü il tarixdə saat 04:00 radələrində X5 məxsus olan fərdi yaşayış evinin həyətinə gizli yolla daxil olmuş, oradan Zərərçəkmiş şəxs2 məxsus olan içərisində 10 ədəd 4 kiloqramlıq ramka olmaqla, içərisi dolu arı olan və ümumilikdə 15 kq bal olan və içərisində 5 ədəd 4 kiloqramlıq ramka olmaqla, içərisi dolu arı olan, təqribən 5 kq balı olan 02 ədəd 1 mərtəbəli arı yeşiklərini gizli yolla götürərək, 01 ədəd arı yeşiyini qıraraq hissələrə ayırmış və 01 ədəd arı yeşiyini digər şəxslər tərəfindən görünməsin deyə gizlətmiş və təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında verilmiş 1007 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs2 1180 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə ümumilikdə 4640 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununlа dа Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü mаddəsində nəzərdə tutulаn cinаyət əməllərini törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü mаddələrində nəzərdə tutulаn cinаyət əməllərini törətməkdə təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, 1983-cü ilin aprel ayında Culfa şəhər sakini X6 ilə ailə həyatı qurmuş, bu evlilikdən 3 övladı olmuşdur. Arvadı ilə yola gedə bilmədiyi üçün aralarında tez-tez söz-söhbət yaranmış, buna görə də o, ünvan 2 ünvanında təkbaşına yaşayır. X12 isə həmin ünvanda qeydiyyatda olsa da, hazırda oğlu Oğuz Əliyev və onun ailəsi ilə birlikdə Culfa şəhərində başqa ünvanda yaşayır. Əfqanıstanda hərbi xidmətdə olmuş, xəsarət almış, təqribən 25 ildən artıqdır ki, əvvəl İİ qrup əlil kimi, son 10 ildə isə İİİ qrup əlil kimi 364 manat təqaüd almış, həmçinin əlavə olaraq 330 manat prezident təqaüdü almışdır. Culfa şəhərində yerləşən mənzili ilə yanaşı Culfa rayonunun Xanəgah kəndində də atasına məxsus fərdi yaşayış evi vardır. X16 2004cü ildə rəhmətə getmiş, 4-5 il sonra o həm Xanəgah kəndindəki evi baxımsız qalmasın, uçub dağılmasın deyə mütəmadi olaraq həmin evə və evin yerləşdiyi torpaq sahəsinə baş çəkməyə, orada arı saxlamağa və təsərrüfatla məşğul olmağa başlamışdır. 14-15 ildir ki, Culfa şəhərindəki ünvanı ilə yanaşı, Xanəgah kəndində yerləşən və atasına məxsus olan evdə də yaşamış, həm də kiçik təsərrüfatla məşğul olmuşdur. Sonuncu dəfə 23 iyul 2024cü il tarixdə Culfa rayonunun Xanəgah kəndində yerləşən, X16ə məxsus olan fərdi yaşayış evinə getmiş, orada əkdiyi kərdiləri suvarmaq üçün həmin evdə qalmış və kərdilərinə baxmışdır. 24 iyul 2024-cü il tarixində saat 15:00 radələrində özünə məxsus olan atı ilə Culfa rayonunun Xanəgah kəndindən Culfa rayonunun Milax kəndinə yas mərasiminə getmişdir. Təxminən 1 saata yaxın zamanda Milax kəndinə gedib çatmış, 20 dəqiqə ərzində yas mərasimində iştirak etmiş, bundan sonra oradan ayrılmış və Culfa rayonunun Xanəgah kəndinə yola düşmüşdür. Culfa rayonunun Qazançı kəndini keçdikdən sonra yolun sol tərəfində təxminən 20 ədədə arı yeşiyinin olduğunu görmüş, lakin onları oğurlamaq barədə düşünməmişdir. Yoluna davam etmiş, Culfa rayonunun Xanəgah kəndində yerləşən evinə gəlib çatmışdır. Biraz uzanıb yatmış, bir neçə gün sonra düşünmüş ki, arı saxlamaq üçün bütün ləvazimatları var, amma arısı yoxdur və həmin gün gördüyü arı yeşiklərini xatırlamışdır. Bundan sonra qərara gəlmişdir ki, həmin yeşiklərdən birini götürüb arı ailəsi saxlasın. Təxminən 27 iyul 2024-cü il tarixdə, saat 22:00 radələrində atına minmiş və təxminən 20 arı yeşiyini gördüyü Qazançı kəndinin yaxınlığına yollanmışdır. Oraya gəlib çatmış, 1 ədəd mavi rəngli arı yeşiyini atının üzərinə qoymuş və kəndirlə yeşiyi atının üzərinə bağlamışdır. Bundan sonra evinə tərəf yola düşmüş, yol boyu arı yeşiyini çox çətinliklə aparmışdır. 3 saata yaxın zaman ərzində gəlib evinə çatmışdır. Yeşiyi Culfa rayonunun Xanəgah kəndində özünə məxsus fərdi yaşayış evinin həyətinə qoymuş, sabah yuxudan oyanıb yeşiyə baxmış, arıların bir hissəsinin öldüyünü görmüşdür. Yeşikdə çox az arı qaldığından bir yeşiyi də gizli olaraq götürmək qərarına gəlmişdir. 28 iyul 2024-cü il tarixdə axşam saat 22:00 radələrində atına minmiş, bir gecə əvvəl arı yeşiyini götürdüyü əraziyə getmiş, eyni üsulla 1 ədəd mavi rəngli arı yeşiyini atın yəhərinin üzərinə qoymuş və kəndirlə ata bağlamışdır. 3 saata yaxın zaman ərzində asfalt yolun kənarı ilə Culfa rayonunun Xanəgah kəndində yerləşən evinə gəlmiş, yol boyu gələn zaman avtomobil işıqları görəndə yoldan kənara çəkilmiş, görünməməyə çalışmış, gizli yolla taladığı 1 ədəd arı yeşiyini də digər 1 ədəd arı yeşiyinin yanına qoymuşdur. Növbəti gün həmin yeşiyə baxmış, arıların çox hissəsinin öldüyünü görmüş, bir müddət mütəmadi olaraq bu arı ailələrinə güclənmələri üçün şirə vermiş, təxminən 8 gün sonra 2 ədəd arı yeşiyində olan 2 arı ailəsinin it arılarının hücumu nəticəsində məhv olduğunu görmüş, 2 ədəd arı yeşiyini arı ailələri öldükdən sonra əsəbiləşib qırmış, qırdığı yeşiklərdən birinin taxtalarını yandırmış, digər yeşiyin qırılan taxtalarını isə Əlincə çayınının yaxınlığında çay daşlarının altında gizlətmişdir. 19 avqust 2024-cü il tarixdə səhər saat 04:00 radələrində yuxudan oyanmış, özünə məxsus olan atını həyətdən açıb evinin aşağısından axan Əlincə çayının sahilinə endirmiş, məktəblə üz-üzə çayın sahilinə bağlamış və geri qayıdan zaman Xanəgah kənd məktəbinin mühafizəçisi olan Bayramı məktəbin qarşısında görmüş, onunla salamlaşıb görüşmüş və ona atını yaxınlığa bağladığını demiş, yurqun kollarına dolaşmaması üçün atına nəzarət etməsini xahiş etmişdir. Daha sonra onu çaya dəvət etmiş və Bayram obyekti başına buraxıb gələ bilməyəcəyini bildirmiş və bundan sonra onunla sağollaşıb yanından ayrılmışdır. Həmin vaxt məktəbin yan hissəsinə keçərək oradakı su vintillərini bağlamışdır ki, onun həyətinə də yüksəklikdə olduğu üçün təzyiqlə su qalxsın. Bundan sonra məktəbin arxasında məktəblə həyətini bir metal çərçivəli setkanın ayırdığı Zərərçəkmiş şəxs3 həyətini görmüş və onların həyətində heç kimin olmadığını, sakitlik olduğunu, mühafizəçinin həmin yeri görmədiyini nəzərə alaraq həmin həyətə daxil olmaq qərarına gəlmiş və ətrafda başqa heç kimin olmamasını müşahidə etdikdən sonra setkanın duvara birləşdiyi yerdə olan boşluqdan təkbaşına Akifgilin həyətinə daxil olmuş, bir az evlərinin yerləşdiyi hissəyə doğru irəlilədikdən sonra açıq eyvanlarının qarşısında, eyvanlarından təqribən 5 metr irəlidə 1 ədəd köhnə samovarın olduğunu görmüş və tamahı düşdüyü üçün onu gizli şəkildə götürmüş və girdiyi yerdən çıxıb həyəti tərk etmişdir. Bundan sonra bir az irəliləyərək kənd ambulatoriyasının sol divarının yanından birbaşa Əlincə çayına enmiş, mühafizəçinin görməməsi üçün ağaclıq sahənin içərisi ilə evinin aşağısında Əlincə çayının qarşısını kəsərək çimmək üçün göl düzəltdiyi yerə gəlmiş və həmin gölməçənin içərisinə daxil olaraq gizli yolla götürdüyü samovarı həmin gölməçənin sol kənarında suyun altında gizlətmişdir. Daha sonra oradan çıxmış və həyətinə qalxmışdır. Həyətdən biraz üzüm yığmış, çay içdikdən sonra həyətindən yığdığı yaş cəvizi ilə birlikdə marşruta qoymuş və satmaq üçün Culfa şəhərində yerləşən bazara getmiş, bazarda alverini etdikdən sonra həmin gün saat 17:00-da marşrutla Xanəgah kəndində yerləşən fərdi yaşayış evinə qayıtmışdır. Həyətdə işlərini görüb qurtardıqdan sonra gündəlik atdığı sakitləşdirici və adını xatırlamadığı dərmanlarını atıb yatmışdır. Səhərə yaxın, saat 04:00 radələrində oyanmış, təkrar yata bilməmiş, evi yüksəklikdə olduğundan çayın kənarına baxanda atının orada olmasından əmin olmuş və yata bilmədiyi üçün evinin yanında yolun kənarındakı dərədə özü üçün düzəltdiyi bulağa enərək orada yuyunmuş və həmin vaxt birdən ağlına gəlmişdir ki, Əlincə çayının digər sahilinə keçsin və həmkəndlisi Şahid3 çayın kənarındakı həyətinə daxil olaraq oradakı arı yeşiklərindən bir neçəsini götürsün. Gecə saat 04:00 radələrində çayın içi ilə irəliləmiş, çayı keçdikdən sonra setkadan Vasibgilin həyətinə daxil olmuş, oradakı arı yeşiklərinə yaxınlaşaraq ilk öncə baş tərəfdə olan arı yeşiyini içərisindəki arı və ballarla birlikdə, qapağını arıların çıxmaması üçün bağladıqdan sonra qucaqlayıb götürmüş və gəldiyi yerdən setkadan çıxaraq həmin yeşiklə çayın o biri sahilinə keçmiş və gizli yolla tamah niyyəti ilə götürdüyü yeşiyi evinin aşağısında yerləşən və özü üçün çeşmə düzəltdiyi dərənin içinə, yolun aşağı hissəsinə, çeşmədən təqribən 40-50 metr aşağıya qoymuş və yenidən həmin həyətə qayıtmış, digər başdakı arı yeşiyini qucaqlayıb götürmüş, arı yeşiyinin daha ağır olduğunu hiss etmiş və bir kənara çəkib arıların çıxmaması üçün qapağını bağlamışdır. Daha sonra həmin həyətdə arı yeşiklərinin yaxınlığında yerləşən yardımçı tikiliyə daxil olmuş, götürdüyü yeşiyin yeri boş qalıb tez diqqət və şübhə çəkməsin deyə oradakı boş yeşiklərdən birini gətirmiş, götürdüyü dolu arı yeşiyinin yerinə qoymuşdur. Daha sonra dolu və digərindən ağır olan yeşiklə birlikdə həyətə daxil olduğu setkaya doğru irəliləmiş, həmin yeşiklə setkadan keçən zaman ağır olduğundan arı yeşiyi bir dəfə əlindən yerə düşmüş və yenidən onu götürmüş, həyətdən çıxmış və Əlincə çayını atlayıb digər sahilinə keçmiş, həmin yeşiyi də oraya, digərinin yanına qoymuş, ağır olan yeşiyi açıb içərisindəki ramkalardan 3 ədədini götürmüş, həyətində boş olan öz yeşiyinin içərisinə yeşiklər çoxalsın və arılar yaxşı işləsin deyə qoymuşdur. Lakin, ondakı yeşiklər 3 kiloqramlıq olduğundan və həmin ramkalar 4 kiloqramlıq yeşiklərin ramkaları olduğundan yeşiyin içərisinə tam yerləşməmiş və qapağı yarım açıq vəziyyətdə qalmışdır. Götürdüyü arı yeşiklərini isə dərənin içərisində düzəltdiyi bulaqdan 40-50 metr aşağıda, dərənin içəri tərəfdən kənarında qoyduğu yerdə saxlamış və evinə qalxaraq çayını içmiş, əynini dəyişdikdən sonra üzüm yığıb satmaq üçün Culfa şəhərinə aparmış və oradan da tanışı olan, Əbrəqunus kəndində yaşayan Adıgözəl adlı qəbir daşı düzəldən şəxsin anasının Şəkərəbad kəndində olan yas mərasiminə getmiş, Naxçıvan şəhərində Ekologiya Nazirliyinin qarşısında təkbaşına gedən zaman ona tanımadığı mobil nömrədən zəng gəlmiş, o, zəngə cavab vermiş, zəng edənin X10 əməkdaşı olduğunu və rəisin onu görüb söhbət etmək istədiyni bildirmişdir. Polis əməkdaşına Naxçıvan şəhərində olduğunu və marşrutla qayıdacağını demiş, Polis əməkdaşı ona tez Polis Bölməsinə gəlməsini bildirmişdir. Onu tələsdirdiyi üçün taksi saxlatdırmış, Culfa rayonunun Əbrəqunus kəndinədək taksi ilə gəlmiş, üzərində pul olmadığından Əbrəqunus kəndində taksidən enmiş, tanışı Seyfəddindən 15 manat pul borc almış və taksini Polis Bölməsinə yox, yaşadığı Xanəgah kəndinə sürdürmüşdür. Xanəgah kəndinə getməkdə məqsədi isə, polis əməkdaşları tərəfindən tez-tez zəng vurulduğundan arı və ya samovarı oğurlamasının aşkara çıxmaması üçün həmin arı yeşiklərini göz qabağından uzaqlaşdırıb izi itirməsi olmuşdur. O, yaşadığı evin yanında taksidən enmiş, 15 manat pulu tanımadığı taksi sürücüsünə vermiş, həyətə girib cəld arıçı papağı ilə əlcək geyinərək evinin yanındakı dərəyə, oğurladığı arı yeşiklərini qoyduğu yerə enmiş, həmin yeşiklər yoldan görünər və tez tapılar, diqqət çəkər deyə ilk öncə yeşiklərdən birini götürmüş, çayın sol sahili ilə üzü yuxarı şəkildə təqribən 90-100 metr irəliləyib həmin yeşiyi yoldan uzaqlaşdıraraq dərənin kənarında ağaclıq sahənin aşağı hissəsinə qoymuşdur ki, yoldan və kənardan görünməsin. Daha sonra qayıdıb digər yeşiyin içərisindəki arıları və ramkaları özünə məxsus olan boş yeşiyə yığmışdır ki, həmin oğurluq yeşik görünsə tanınmasın və arıların özünə məxsus olmasını bildirsin. Bundan sonra içərisinə arılarla ramkaları yığdığı öz yeşiyini qaldırmış, həyətinin qarşı tərəfindən həyətinə doğru gələndə həyətinin yanından keçən avtomobil yolunun solunda kərdi əkdiyi həyətyanı sahəyə keçirib axıradək apararmış, həmin sahənin baş tərəfinə qoymuş və geri qayıdaraq boş qalan oğurluq yeşiyi isə cəld qırıb hissələrə ayırmış, Əlincə çayının sahilində arı yeşiklərini gizli yolla götürdüyü həyətin aşağı hissəsinə, həmin həyətdən təqribən 20-30 metr aşağıda çayın kənarında əvvəlcə Zərərçəkmiş şəxs1 məxsus olan 01 ədəd arı yeşiyini parçalayaraq qırılmış taxtalarını basdırdığı daşların altına ataraq üzərini daşlarla örtmüşdür ki, kimsə tapa bilməsin və kənardan görünməsin. Bu işləri gördüyü zaman isə Cəfər müəllim tez-tez ona zəng vurmuş, ona yalandan yolda olduğunu, birazdan çatacağını bildirmiş, lakin həmin vaxt artıq kənddə olmuşdur. İşləri yekunlaşdırdıqdan sonra Cəfər müəllim yenidən zəng vurub harada olduğunu, özünün gəlib onu götürəcəyini bildirmiş, Xanəgah kəndində mağazanın qarşısına təzə çatdığını bildirmişdir. Həmin vaxt arı papağını və əlcəkləri evə ataraq həmin yerə qaçmış və həmin vaxt Cəfər müəllim avtomobillə gəlib onu kənddən götürmüş və X11 aparmışdır. Orada ondan nə qədər soruşsalar da, oğurluq etməsini boynuna almamış və oğurluq samovardan, yeşiklərdən xəbərinin olmadığını bildirmişdir. Tutulmaqdan qorxduğu üçün etiraf etməyə çəkinmiş, lakin sonradan həm samovarı, həm də arı yeşiklərini özünün oğurladığını etiraf etmiş, samovarı və arı yeşiklərini qoyduğu yerləri hal şahidləri və polis əməkdaşlarının, eyni zamanda yeşiklərini oğurladığı şəxslərin iştirakı ilə göstərərək onları polis əməkdaşlarına təqdim etmiş və götürülmüşdür. Əməlindən çox peşmandır, cinayət nəticəsində dəymiş zərər ödənilmişdir, İİ qrup əlildir, 65 yaşı var, ona köməklik edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak etmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2 il olar ki, arı ailələrinin saxlanması ilə məşğul olur. Təxminən 2024-cü ilin may ayının ortalarında 16 ədəd arı ailəsinin yaşadığı arı yeşiklərini Culfa rayonunun Qazançı kəndinin yaxınlığından keçən Əlincə çayının sahilinə aparmış, tez-tez arı ailələrinə qulluq etmək məqsədilə həmin əraziyə getmişdir. Təxminən may ayının axırlarından başlayaraq hər dəfə bir arı yeşiyindən ana arının qurdları olan ramkaların yoxa çıxdığını, yerində başqa ramkaların olduğunu görmüş, 29 iyul 2024-cü il tarixədək hadisə bu şəkildə davam etmişdir. 29 iyul 2024-cü il tarixdə günorta saatlarında yenidən arı ailələrinə baş çəkmək üçün Culfa rayonunun Qazançı kəndinə getmiş, yeşiklərin yanına gəlib çatdıqda arı ailələrinin olduğu 2 ədəd yeşiyin yerində olmadığını, 1 ədəd yeşiyin qapağının götürüldüyünü və həmin yeşikdəki arı ailəsinin məhv olduğunu görmüşdür. Oğurlandığını düşündüyü 2 ədəd arı yeşiyinin hər ikisi arı ilə dolu olmuş və birmərtəbəli olmuşlar. Arı yeşiklərindən birində 9 ədəd 4 kiloqramlıq ramkalar olan təxminən 15 kiloqram bal olmuş, digər 1 ədəd arı yeşiyində 11 ədəd 4 kiloqramlıq ramkalar olan təxminən 24 kiloqram bal olmuşdur. Yeşiklər oğurlanan zaman başqa bir yeşiyin qapağı da oğurlanan yeşiyin qapağı ilə dəyişdirilmiş və həmin qapaq o yeşiyə uyğun gəlməmiş, bu zaman arı yeşiyinin üstü tam örtülmədiyindən həmin yeşikdəki arılar və 15 ədəd 4 kiloqramlıq ramkalar olan təxminən 30 kq bal və arı ailəsi məhv olmuşdur. Yaxın ətrafda olan arı sahiblərinin yeşiklərinə nəzər yetirmiş, öz yeşiklərini axtarmış, daha sonra avqust ayının ortalarında işi ilə əlaqədar Bakı şəhərinə getmiş, bir müddət Bakı şəhərində qalmış, sonra Naxçıvan Muxtar Respublikasına qayıtmışdır. Bakı şəhərində olan zaman Sərvər adlı bir şəxsin həmin ərazidən arı yeşiyini oğurladığı üçün polis əməkdaşları tərəfindən saxlandığını eşitmiş və onun yeşiklərinin də Sərvər tərəfindən oğurlana biləcəyini düşünmüş, Culfa Rayon Polis Şöbəsinə müraciət etmiş, ona məxsus içərisində arı və bal olan iki ədəd arı yeşiyinin Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı müəyyən olunmuşdur. Cinayət nəticəsində ona dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxs bağışlayır, ondan tələbi, şikayəti yoxdur. Məhkəmə baxışı iclasında iştirak etmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2020-ci ildən arıçılıq fəaliyyətinə başlamışdır. Ondan əvvəl qardaşları və mərhum atası da arıçılıqla məşğul olmuşdur. O, arılarını qardaşı X7 ilə birlikdə onun Culfa rayonunun Xanəgah kəndində yerləşən həyətyanı sahəsinə qoymuş, onun özünün 15 ədəd arı yeşiyi olmuşdur. Şahid3 Naxçıvan Mərkəzi Xəstəxanasında işlədiyindən, özü isə təqaüddə olduğundan arılarının hamısına çox vaxt özü baş çəkmişdir. 19 avqust 2024-cü il tarixdə yenə Xanəgah kəndinə getmiş və həmin vaxt yeşiklərdən birinin rənginin fərqli olduğunu, birinin yerində olmadığını görmüş, həmin vaxt 2 ədəd arı yeşiyinin arısı və balı ilə birlikdə oğurlandığını bilmiş və bu barədə Polis Şöbəsinə müraciət etmiş, ona məxsus içərisində arı və bal olan iki ədəd arı yeşiyinin Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı müəyyən olunmuşdur. Cinayət nəticəsində ona dəyən zərər Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxs bağışlayır, ondan tələbi, şikayəti yoxdur. Məhkəmə baxışı iclasında iştirak etmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, təqribən 20 ildir ki, təqaüdçüdür və hazırda heç bir yerdə işləmir. X13 tərəfindən təqribən 60 il əvvəl ona 1 ədəd samovar verilmişdir ki, 1967-ci ildə ailə quran zaman samovar onda olmuşdur. Hər zaman həyətində həmin samovardan istifadə etmişdir. Sonuncu dəfə 18-19 avqust 2024-cü il tarixdə həyətdə həmin samovarı qaynadıb çay içdikdən sonra qızı Şahid2 yumuş, həyətdə açıq eyvanın qarşısında yerə qoymuşdur. Onlar bir neçə gün həmin samovardan istifadə etməmiş, ona görə də onun yerində olub-olmadığına fikir verməmişdir. 22 avqust 2024-cü il tarixdə arvadı Şahid1 tezdən həyətə çıxan zaman samovarın yerində olmadığını görmüş, onlara məlumat vermiş, onlar hər yeri axtarmış, samovarı tapa bilməmiş, samovarın oğurlanması qənaətinə gəlmiş və bu barədə ərizə ilə Culfa Rayon Polis Şöbəsinə müraciət etmişdir. Cinayət nəticəsində dəyən ziyan ona ödənilmiş, yəni oğurlanmış samovar ona qaytarılmış, Təqsirləndirilən şəxs bağışlayır, ondan tələbi, şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 1967-ci ildə ailə qurmuş və Culfa rayonunun Xanəgah kəndində Zərərçəkmiş şəxs3 məxsus yaşadığı evə gəlin köçmüş, həmin vaxtdan 1 ədəd köhnə gümüşü rəngli samovarın yaşadıqları evin həyətində olduğunu görmüşdür. Ailə qurduqları vaxtdan həmin samovardan həmişə çay içmişlər. Təxminən 2024-cü ilin 18-19 avqust tarixlərində həmin samovarı istifadə etdikdən sonra qızı Şahid2 samovarı yuyulmuş, sonra yaşadığı evin qarşısındaki ağacın altına qoymuşdur. Bir neçə gün istifadə etmədikləri üçün samovarın yerində olmadığına fikir verməmiş, lakin 22 avqust 2024-cü il tarixində həmin samovarın evin qarşısında olmadığını görmüş və bu barədə ailə üzvlərinə xəbər vermişdir. Həyatyanı sahəni və bir sözlə hər yeri axtarmış və samovarın evdə və ya həyətyanı sahədə olmadığını görmüşlər. Bundan sonra həmin samovarın oğurlanması qənaətinə gəlmişlər və bu barədə həyat yoldaşı Zərərçəkmiş şəxs3 ərizə ilə Culfa Rayon Polis Şöbəsinə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 27 noyabr 2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddələrlə ittiham elan edilmişdir. 27 noyabr 2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİB-nə göndərilmiş 03 sentyabr 2024-cü il tarixli tələbnamədə Təqsirləndirilən şəxs məhkumluğunun olması barədə məlumatın olmaması qeyd edilmişdir. Culfa şəhər MİS-dən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. 124726 nömrəli vəsiqənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs İİ qrup hərbi xidmət əlilidir. 15 noyabr 2024-cü il tarixli, 1778 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatda olmaqla, yaşayır. Ailə üzvləri arvadı X6 və oğlu X4 ibarətdir. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 sentyabr 2024cü il tarixli, 1007 nömrəli rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilməyən arı yeşiklərinin 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən aşağıdakı kimi müəyyən edilir: 01 ədəd içərisində 10 ədəd 4 kiloqramlıq ramka olmaqla, ümumilikdə 15 kq balı olan içərisi arı ilə dolu 1 mərtəbəli yeşik- 830,00 (səkkiz yüz otuz) manat; 01 ədəd içərisində 05 ədəd 4 kiloqramlıq ramka olmaqla, içərisi dolu arı olan, təqribən 5 kq balı olan içərisi arı ilə dolu 1 mərtəbəli yeşik- 350,00 (üz yüz əlli) manat müəyyən olunur. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2024cü il tarixli, 1008 nömrəli rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd üzərində “TULA” sözləri yazılmış, 5 litr su tutumu olan odun samovarının istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin avqust ayına orta bazar qiyməti 130 manat müəyyən olunur. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2024-cü il tarixli, 1163 nömrəli rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilməyən arı yeşiklərinin və balın 2024-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri (nəzəri qaydada) təxminən 3330 manat müəyyən edilir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 verilmiş 09 sentyabr 2024-cü il tarixli, 1589 nömrəli məktubda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs 27 iyun 2020-ci il tarixdən “Nevrotik reaksiya” diaqnozu ilə dispanserdə dispanser qeydiyyatında dayanır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 03 dekabr 2024-cü il tarixli, 508 saylı rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs “Nevrotik reaksiya” psixi xəstəliyi vardır, anlaqlıdır, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 03 dekabr 2024-cü il tarixli, 507 saylı rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə, psixotrop maddə qəbul etməsi istisna olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir və məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əmələrli törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə 27 iyul 2024-cü il tarixdə saat 22:00 radələrində Culfa rayonunun Qazançı kəndində Əlincə çayından 300 metr məsafədə Zərərçəkmiş şəxs1 məxsus olan 16 ədəd arı yeşiyindən içərisində 09 ədəd 4 kiloqramlıq ramka olmaqla, içərisi dolu arı olan və ümumilikdə 15 kiloqram bal olan 01 ədəd birmərtəbəli arı yeşiyini tamah niyyəti ilə gizli olaraq talamış və 28 iyul 2024-cü il tarixdə saat 22:00 radələrində təkrarən Zərərçəkmiş şəxs1 məxsus olan arı yeşiyinin qapağını dəyişdirdiyindən 01 ədəd arı yeşiyinin içərisində 15 ədəd 4 kiloqramlıq ramkada ümumilikdə 30 kiloqram bal və arı ailəsi məhv olmuş, içərisində 11 ədəd 4 kiloqramlıq ramka və içi dolu arı olmaqla, ümumilikdə 24 kiloqram bal olan 01 ədəd arı yeşiyini isə qəsdən tamah niyyəti ilə götürərək yaşadığı fərdi yaşayış evinin həyətində gizlətmiş və Zərərçəkmiş şəxs1 3330 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmçinin 19 avqust 2024-cü il tarixdə saat 04:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus olan fərdi yaşayış evinin həyətinə gizli yolla daxil olmuş, oradan Zərərçəkmiş şəxs3 məxsus olan 01 ədəd üzərində “TULA" sözləri yazılmış, gümüşü rəngli, 5 litr su tutumu olan, istifadəyə yararlı odun samovarını gizli yolla götürərək özünün Əlincə çayında suyun qarşısını kəsərək düzəltdiyi gölməçədə gizlətmiş, Zərərçəkmiş şəxs3 130 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Əlavə olaraq o, 20 avqust 2024-cü il tarixdə saat 04:00 radələrində X5 məxsus olan fərdi yaşayış evinin həyətinə gizli yolla daxil olmuş, oradan Zərərçəkmiş şəxs2 məxsus olan içərisində 10 ədəd 4 kiloqramlıq ramka olmaqla, içərisi dolu arı olan və ümumilikdə 15 kq bal olan və içərisində 5 ədəd 4 kiloqramlıq ramka olmaqla, içərisi dolu arı olan, təqribən 5 kq balı olan 02 ədəd 1 mərtəbəli arı yeşiklərini gizli yolla götürərək, 01 ədəd arı yeşiyini qıraraq hissələrə ayırmış və 01 ədəd arı yeşiyini digər şəxslər tərəfindən görünməsin deyə gizlətmiş və Zərərçəkmiş şəxs2 1180 manat maddi ziyan vurmaqla oğurluq etmiş, bununla da Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsinə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.1-ci maddəsinin tələbinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilmiş məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və cinayət nəticəsinə dəymiş ziyanın tamamilə ödənilməsini, əməlindən peşman olmasını, İİ qrup hərbi xidmət əlili olmasını, 65 yaşının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır . Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi ilə bağlı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkündür. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin etmir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu nəzərə alır və Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində müəyyən edilən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini mümkün sayır və hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırlması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməli, ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzanı çəkib qurtaranadək yaşayış yerini- ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanın icazəsi olmadan yaşayış yerini və yaxud məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etməmək vəzifələri qoyulmalıdır. Cinayət işi üzrə müsadirə edilməli əmlak, mülki iddia yoxdur. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Culfa Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, 02 ədəd arı yeşiyi Təqsirləndirilən şəxs qaytarılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 12 sentyabr 2024-cü il tarixli, 1008 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 40 (qırx) manat, 19 sentyabr 2024-cü il tarixli, 1007 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 50 (əlli) manat, 14 oktyabr 2024-cü il tarixli, 1163 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 40 (qırx) manat, ümumilikdə 130 manat Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edir, belə nəticəyə gəlir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə müdafiəçiyə vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən ... təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya bölməsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya bölməsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə cəzanı çəkib qurtaranadək yaşayış yerini- ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanın icazəsi olmadan yaşayış yerini və yaxud məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etməmək vəzifələri qoyulsun. Cinayət işi üzrə müsadirə edilməli əmlak, mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut, Culfa Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 02 ədəd arı yeşiyi hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın Cinayət işi üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri- 12 sentyabr 2024-cü il tarixli, 1008 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 40 (qırx) manat, 19 sentyabr 2024-cü il tarixli, 1007 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 50 (əlli) manat, 14 oktyabr 2024-cü il tarixli, 1163 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 40 (qırx) manat, ümumilikdə 130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Müdafiəçi Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №1(089)-5/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-5/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver