Məhkəmə qərarları › İş №1(089)-7/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-7/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-7/2024 14.03.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X8 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X11, müdafiəçi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və tərcüməçi X9 iştirakı ilə, X5-24 avqust 1985-ci il tarixdə İran İslam Respublikasının Mərənd şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, İran İslam Respublikası, Mərənd şəhəri, Talegan məhəlləsi, Bənövşə binası, blok 4 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə- Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirlən şəxs X11 04 yanvar 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Culfa rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postu vasitəsilə idarə etdiyi 43AA293/43AA294 dövlət qeydiyyat nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda təmiz çəkisi 34,519 qram tiryək narkotik vasitəsini əyninə geyindiyi qırmızı rəngli gödəkcənin sol ön cibində gizlətməklə saxlamış, Azərbaycan Respublikasının ərazisinə qəsdən daşımış, həmin tarixdə qeyd olunan yük nəqliyyat vasitəsilə saat 04 radələrində tranzit giriş edərkən Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə bəyan etmədən qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bununlа dа X10 Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci mаddələrində nəzərdə tutulаn cinаyət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X13 özünü Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, İran İslam Respublikasının Mərənd şəhərində yaşayır, sürücü işləyir. Hadisəyə qədər “Perşia Məhro” şirkətinə məxsus olan “Volvo” markalı, 43AA293/43AA294 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini idarə etmişdir. Hadisədən təxminən 1 həftə əvvəl şirkətin başqa bir sürücüsü tərəfindən idarə etdiyi yük nəqliyyat vasitəsinə Türkiyə Respublikasının İstanbul şəhərinə aparılması üçün İranın Kirman şəhərindən “mis borular” yükü yüklənmiş, nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixində ona təhvil verilmişdir. Nəqliyyat vasitəsini təhvil aldıqdan sonra İranın Culfa gömrüyünə gəlmişdir. Gömrükdə sıra çox olduğu üçün 3 gün gözləmiş, xx.xx.2024-cü il tarixində axşam saatlarında Azərbaycanın “Culfa” gömürüyünə keçmişdir. Culfa gömürüyündə sənəd işlərini həll etdikdən sonra gömrük əməkdaşı ona yaxınlaşmış, üzərinə şəxsi yoxlama keçirəcəyini bildirmişdir. Gömrük əməkdaşı onu şəxsi yoxlama otağına aparmış, üzərinə şəxsi yoxlama keçirilmişdir. Şəxsi yoxlama zamanı üzərinə geyindiyi gödəkcənin sol cibindən özünün istifadə etdiyi “tiryək şirəsi” aşkar edilmişdir. İdarə etdiyi yük nəqliyyat vasitəsinə və daşıdığı yükə də yoxlama keçirilmiş, qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs X11 ifadəsində onu da bildirmişdir ki, idarə etdiyi yük nəqliyyat vasitəsi ilə əsasən İİR ərazisində və İİR-dan Türkiyə Respublikasına yük daşımışdır. Üzərindən aşkar edilmiş tiryək narkotik vasitəsini İİR-da olan zaman əldə etmişdir. Tiryək narkotik vasitəsindən təxminən 6 ildir ki, böyrəklərində və belində ağrılar olduğu üçün ağrıkəsici kimi istifadə edir. Xəstəliyi ilə bağlı həkimə müraciət etmiş, həkimin tövsiyyə etdiyi dərman vasitələri onun ağrılarına təsir etməmişdir. Tiryək narkotik vasitəsinin İİR-da və Azərbaycan Respublikasında ələd etməyin, gömrük nəzarətindən bəyan etmədən keçirməyin qadağan olduğunu bilir. Tiryək narkotik vasitəsini xx.xx.2024-cü il tarixində Azərbaycanın Respublikasının Gömrük sərhəddindən keçən zaman tutulacağından qorxmuş və narkotik vasitəni bəyan etməmişdir. Əməllərindən çox peşmandır. İki azyaşlı uşaqları, xəstə atası var. Ailəyə yeganə qazanc gətirən şəxsdir. Bunların nəzərə alınmasını, ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsinin Rəsmləşdirmə Mərkəzinin birinci şöbəsinin “Culfa” gömrük postuna təhkim olunmuş inspektoru vəzifəsində işləyir. 04 yanvar 2024-cü il tarixində iş qarafikinə uyğun olaraq “Culfa” gömrük postunda xidmətdə olan zaman Əməliyyat Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ondan İran İslam Respublikasından gələn, İran İslam Respublikasına məxsus “Volvo” markalı, 43AA293/43AA294 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü, İİR-nin vətəndaşı X5 üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə yoxlama keçirəcəyini, video çəklişin aparılmasında ona köməklik etməsini xahiş etmiş, etiraz etməmişdir. Culfa Gömrük postunun inzibati binasında yerləşən şəxsi yoxlama otağında Qaya X1 üzərində şəxsi yoxlama aparmış, yoxlama zamanı sürücünün üzərinə geyindiyi gödəkcənin cibindən narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Kütlə tərəzidə çəkilmiş, təxminən 36.6 qram olmuşdur. Şəxsi yoxlamanın keçirilməsi ilə bağlı Şahid1 tərəfindən sənədlər hazırlanmış, sənədləri imzalamışlar. X2 idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilmiş, nəlqliyyat vasitəsindən qanunla qadağan edilmiş nəsə aşkar edilməmişdir. X18 ifadəsində onu da bildrimişdir ki, X5 üzərində şəxsi yoxlama aparılan zaman ona təzyiq, təsir olmamış, X7 üzərində, nəqliyyat vasitəsində qanunla qadağan olunmuş nəsə olub-olmaması, varsa təqdim etməsi bildirilmiş, o, nəqliyyat vasitəsində, üzərində qanunla qadağan olunmuş heçnə olmadığını bildirmişdir. X11 üzərindən aşkar edilmiş narkotik vasitəni İİR-da olan zaman əldə etdiyini, ağrılarının olmasını, ağrılarını kəsməsi üçün ondan istifadə etdiyini bildirmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, X5 yuxarıda sadalanan cinayət əməllərini törətməsi iş üzrə dindirilmiş və elan edilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. X11 istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı cinayət əməllərini törətməsini etiraf etmiş, onun həmin cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 04 yanvar 2024-cü il tarixdə tərtib edilmiş “şəxsi yoxlama aparılması haqqında” protokoldan görünür ki, X5 üzərində video çəkiliş aparılmaqla şəxsi yoxlama aparılmış, şəxsi yoxlama zamanı X5 əyninə geyindiyi qırmızı rəngli gödəkcənin sol ön cibindən şəffaf sellofana bükülmüş, tünd qəhvəyi rəngli, kəskin iyli, şirə halında, bağlama ilə birlikdə təxmini çəkisi 36.6 qram olan narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir . - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 nömrəli, 19 yanvar 2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, X5 üzərindən aşkar olunaraq götürülmüş, 01 ədəd balaca kağız zərfdə təqdim olunmuş, 01 ədəd sellofan bükümdə təmiz çəkisi, 34.469 qram olan tünd qəhvəyi rəngli, spesifik iyli, qətranabənzər kütlə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin siyahısı”na (İ siyahı; sıra 102) daxildir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 yanvar 2024-cü il tarixli, 02 nömrəli arayışına əsasən maddi sübut kimi tədqiqata təqdim edilmiş 01 ədəd bükümdə tiryəkin təmiz çəkisis 34.519 qram olmuşdur. Tiryəkin təmiz çəkisi 34.469 qaram olmuş, tədqiqata 0.1 qram sərf edilmiş, 34.369 qram qalmışdır. Qablaşdırma üçün stifadə olunmuş sellofan bükümün kütləsi 2.081 qram olmuşdur. -Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X6 təqdim olunmuş 22 yanvar 2024-cü il tarixli, 29 nömrəli Məhkəmə narkoloji tibbi yoxlamasının rəyindən görünür ki, X11 tiryək narkotik maddəsi qəbul edir. X11 opioid narkomaniyasından əziyyət çəkir. X5 hazırda məcburi müalicəyə ehtiyacı var. Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİB-nə göndərilmiş 09 yanvar 2024-cü il tarixli tələbnamədə X5 məhkumluğunun olması barədə məlumatın olmaması qeyd edilmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəməyə təqdim edilmiş, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat idarəsindən verilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X3 Eımanı ilə evlidir, 11 sentyabr 2012-ci il tarixdə doğulmuş Asma Shırıdokhtın və 29 sentyabr 2020-ci il tarixdə doğulmuş Asya Shırıdokhtın atasıdır. Hojjat Mərənd xəstəxanasının İnternat təcili tibbi yardım mərkəzindən verilmiş arayışda qeyd edilmişdir ki, Mohammad Shırıdokht xroniki böyrək çatışmazlığına məruz qalmış, o, bu xəstəliklə yanaşı diabet xəstəliyinə də məruz qalmışdır. İbn Sina müalicə mərkəzindən verilmiş arayışda qeyd edilmişdir ki, Shırıdokht Saeıd mərkəzdə müalicə olunur və narkomanlıq həll olana qədər tədriclə azaltma prinsipi əsasda hər gün 5 qram opium şərbətini (tiryek) müalicə bitənə qədər istifadə etməlidir. Arayış onun tələbi əsasında, məhkəmə mərkəzlərinə təqdim etmək üçün verilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş, elan edilmiş şahidlərin ifadələrini, 04 yanvar 2024-cü il tarixdə tərtib edilmiş “şəxsi yoxlama haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 nömrəli, 19 yanvar 2024-cü il tarixli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X6 təqdim olunmuş 22 yanvar 2024-cü il tarixli, 29 nömrəli narkoloji tibbi yoxlamasının rəyini, maddi sübutu, ibtidai istintaq orqanı və məhkəmə hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, X11 04 yanvar 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Culfa rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postu vasitəsilə idarə etdiyi 43AA293/43AA294 dövlət qeydiyyat nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda təmiz çəkisi 34,519 qram tiryək narkotik vasitəsini əyninə geyindiyi qırmızı rəngli gödəkcənin sol ön cibində gizlətməklə saxlamış, Azərbaycan Respublikasının ərazisinə qəsdən daşımış, həmin tarixdə qeyd olunan yük nəqliyyat vasitəsilə saat 04 radələrində tranzit giriş edərkən Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə bəyan etmədən qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” üzrə İ iyahısına görə narkotik maddə olan tiryəkin xeyli miqdardan (0.5 qramdan) artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 50 qram müəyyən edilmişdir. Məhkəmə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir ki, “Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə-Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin və dindirilmiş və elan edilmiş şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X11 Azərbaycan Respublikası CMnin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, onun əməllərində Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, təqsirləndirilən şəxs X11 Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Məhkəmə, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nini 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsi sübuta yetmişdir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X5 əvvəllər məhkum olunmamasını, iki azyaşlı uşağının olmasını, atasının xəstə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan X5 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X7 cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, X5 cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də X7 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən X7 təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cəzaların tamamilə və ya qismən toplanması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X11 təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, təqdim edilmiş arayışa əsasən X5 müalicə üçün tiryək istifadə etməsi, onun tiryək narkotik vasitəsini əldə etməsinə, üzərində saxlamasına, daşımasına və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə bəyan etmədən qaçaqmalçılıq yolu ilə qəsdən keçirməsinə əsas vermir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. X11 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan, 04 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X5 barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, X11 opioid narkomaniyasından əziyyət çəkdiyindən, məcburi müalicəyə ehtiyacı olduğundan, ona məcburi müalicə təyin edilməli, narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs X4 İslam Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Məhkəmə X4 İslam Respublikasının vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X11 Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X5 Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan 34.369 qram tiryək narkotik vasitəsi məhv edilməli, hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan X7 məxsus olan bir ədəd Samsung A325F/DS markalı (İmei 1 **********94176/01, İmei 2 **********94176/01) mobil telefon, bir ədəd Samsung J250F/DS markalı (İmei 1 **********42653/1, İmei 2 **********42651/01) mobil telefon Culfa rayon Məhkəməsində olan, X7 məxsus H53404662 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X7 qəti olaraq 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. X11 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 yanvar 2024-cü il tarixdən hesablansın. X5 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X7 Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası təyin edilsin. X11 əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. X11 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan 34.369 qram tiryək narkotik vasitəsi məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan X7 məxsus olan bir ədəd Samsung A325F/DS markalı (İmei 1 **********94176/01, İmei 2 **********94176/01) mobil telefon, bir ədəd Samsung J250F/DS markalı (İmei 1 **********42653/1, İmei 2 **********42651/01) mobil telefon Culfa rayon Məhkəməsində olan, X7 məxsus H53404662 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin, 2 ədəd DVD cinayət işinin materiallarında saxlanılsın. X7 hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən Naxçıvan Şəhər Vəkil Bürosunun vəkil Müdafiəçi göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, məhkum X7 hökmün surəti verildiyi andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar