Məhkəmə qərarları › İş №1(089)-9/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-9/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-9/2022 21.12.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X4 iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs1 və müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və müdafiəçi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi3 iştirakı ilə, 21 dekabr 2022-ci il tarixdə, saat 16:15-də Culfa rayon Məhkəməsinin inzibati binasında Təqsirləndirilən şəxs1-xx.xx.1997-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvəllər Azərbaycan Respublikası CM-in 331.2, 331.3 və 332.1-ci maddələri ilə məhkum olunmuş, məhkumluğu ödənilməmiş, orta təhsilli, müvəqqəti işsiz, Naxçıvan şəhəri, İ.Əbilov küçəsi ev 1 ünvanında qeydiyyatda olan və yaşayan, 26 avqust 2022-ci il tarixdə barəsində Culfa rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş-Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2-xx.xx.1996-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir uşaq atası, orta təhsilli, müvəqqəti işsiz, əvvəllər məhkum olunmayan, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, 26 avqust 2022-ci il tarixdə barəsində Culfa rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş-Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3-xx.xx.1974-cü il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, məhkumluğu olmayan, ali təhsilli, müvəqqəti işsiz, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan, 02 sentyabr 2022-ci il tarixdə barəsində Culfa rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş-Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 32.5, 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmək barədə razılığa gəlmiş, 18 avqust 2022-ci il tarixdə saat 23:50 radələrdində Təqsirləndirilən şəxs1 idarə etdiyi Vaz 21074 markalı, 75BJ356 dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhərindən Əshabi-Kəhf ziyarətgahı dini-mədəni abidə kompleksinə getmiş, ziyarətgahda “qara daş” adlanan yerdə yerləşən içərisində ianələr olan dəmir qutunu ziyarətgahdan 200 metr aşağıda, avtomobili saxladıqları quzu kəsim sexinin yanına gətirmiş, qutunun 3 ayağını sındırmış, 1 ayağını isə əyərək avtomobilin yük yerinə yerləşdirmiş, 19 avqust 2022-ci il tarixdə, saat 02 radələrində oradan “Picuar” adlanan meşəyə getmişlər. Təqsirləndirilən şəxs2 oğurladıqları dəmir qutunun alt tərəfini dəmir alət olan çəkicdən istifadə edərək açmış və içərisindəki 1688 manat 43 qəpik pulu selefon torbaya yığmışlar. 12 manat 50 qəpik qutunu açdıqları yerdə qalmış, boş qutunu, qutunun ayaqlarını və qutunun üzərində olan dəmir parçasını avtomobillə Babək rayonunun Nəzərabad kəndinə aparmış, cinayətin izlərinin silinməsi üçün su ilə yumuş, boş qutunu orada istifadə olunmayan su kanalının içərisinə, qutunun ayaqlarını və qutunun üzərində olan dəmir parçasını isə kalanın yanında yerləşən kolluq əraziyə atmışlar. Ələ keçirilmiş pulun 978 manatını Təqsirləndirilən şəxs1, 710 manat 43 qəpiyi isə Təqsirləndirilən şəxs2 götürmüş, özgə əmlakını qəsdən gizli yolla talamış və nəticədə “X16” ümumilikdə 1700 manat 93 qəpik maddi ziyan vurmuşlar. 23 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Məmmədov X13 şəhər Tumbul kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus xırda buynuzlu heyvanları saxladığı həyətindəki dəmir çərçivələrlə əhatələnmiş arxaca gizli yolla daxil olaraq oradan həmin heyvanlardan oğurlamaq və oğurladıqları heyvanları Təqsirləndirilən şəxs3 dayısı X8 məxsus boş torpaq sahəsində gizlətmək barədə əvvəlcədən razılığa gəlmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin tarixdə Təqsirləndirilən şəxs1 məxsus və onun idarə etdiyi Vaz 21074 markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobillə Tumbul kəndinə getmiş, lakin Zərərçəkmiş şəxs həyətində adam olduğundan niyyətlərini özlərindən asılı olmayan səbəbdən başa çatdıra bilməmiş, bundan sonra Təqsirləndirilən şəxs3 yaşadığı ünvanda avtomobildən düşmüş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yenidən Tumbul kəndinə qayıtmış, birlikdə Zərərçəkmiş şəxs həyətindən xx.xx.2022-ci il tarixdə 4, xx.xx.2022-ci il tarixdə 3, xx.xx.2022-ci il tarixdə isə 2 baş olmaqla ümumilikdə 9 baş xırda buynuzlu heyvanı gizli yolla qəsdən talamış, heyvanlardan yeddisini Təqsirləndirilən şəxs3la qabaqcadan əldə olunmuş razılaşmaya əsasən onun dayısına məxsus həyətdə gizlətmiş, Təqsirləndirilən şəxs3 dayısının həyətində gizlədilmiş xırda buynuzlu heyvanlardan altısını özünə məxsus əmlak adı altında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə birlikdə Babək rayonunun Cəhri qəsəbəsində heyvandarlıqla məşğul olan Şahid19 Nemət oğluna 480 manat qarşılığında satmış, həmin pulu aralarında bölmüş, 1 ədəd xırda buynuzlu heyvanı isə kəsərək ətini yeməklə özgə əmlakını qəsdən gizli yolla talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1402 manat məbləğində maddi ziyan vurmuşlar. Bununlа dа Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 32.5 və 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissədə MAHHX HQ əsgər rütbəsində, baş sürücü vəzifəsində xidmət etmişdir. Hərbi xidmətdə olduğu müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 cə 332.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmiş, ona Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 3 il 2 ay 20 gün müddətində azadlıqdan məhrum etmə cəza təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasını çəkdiyindən azadlığa buraxılmışdır. Məhkumluğu ödənilməmişdir. Azadlığa çıxdıqdan sonra Vaz 21074 markalı, **-BJ-*** nömrəli avtomobil almış, həmin avtomobillə taksi kimi işləməyə başlamışdır. Təqsirləndirilən şəxs2 ilə qonşudurlar, onu uşaqlıqdan tanıyır, yaxşı münasibətləri olub. Təqsirləndirilən şəxs3 məhəllə sakini kimi bir ildən çox müddətdir ki, tanıyır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2lə özünə məxsus vaz 21074 markalı avtomobildə Naxçıvan şəhərində gəzən zaman avtomobilinin pompası nasaz olduğundan radiatora su əlavə etmək üçün Naxçıvan şəhərində Kalbamusa adlanan çeşmənin yanına getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs3 çeşmənin yaxınlığında olmuş, əlində Naxçıvan pivəsi olmuşdur. Avtomobildən yerə enən zaman Səbuhi onlara yaxınlaşmış və onu da bir az şəhərdə gəzdirmələrini demişdir. Üçü birlikdə avtomobillə biraz şəhərdə fırlanmış və gəzmək məqsədilə Əshabi-kəhf ziyarətgahına getmişlər. Avtomobilini ziyarətgahın dayanacağında saxlamış, birlikdə ziyarətgahın yuxarılarına doğru qalxmağa başlamışlar. Yuxarı qalxan və enən zaman Səbuhinin mobil telefonu ilə bir neçə yerdə şəkil çəkdirmişlər. Ziyarətgahın Qara daş adlanan hissəsinə qədər qalxdıqdan sonra ziyarətgahın gözətçisi onlara səslənmiş, artıq ziyarətgahın bağlandığını, burada oturmalarına icazə verilmədiyini, aşağı enmələrini bildirmiş, avtomobilin yanına gələn zaman Səbuhi ona “buradakı kassalara fikir verdin, onları götürmək olar?” demiş, Səbuhiyə sonra danışarıq deyərək bir az irəlidə gedən Tahirə yaxınlaşmış, Səbuhinin dediklərini ona bildirmiş, Tahir isə “avtomobilə minin söhbət edərik” demiş, avtomobildə oğurluq barədə aralarında söhbət olmamış, Naxçıvan şəhərinə qayıtmışlar. 2-3 gün sonra Tahir nəzir qutuları barədə olan söhbəti açmış və ona hazırda işlərinin çox olduğunu bildirmiş, “sonra bu barədə ətraflı söhbət edərik” demiş, Tahirlə sağollaşmışdır. xx.xx.2022-ci il tarixdə avtobusla avtomobil almaq üçün Bakı şəhərinə, oradan isə Sumqayıt şəhərinə getmiş, maşın bazarındakı avtomobillərə baxmış, qiymətlərin büdcəsinə uyğun olmadığını və baha olduğunu görmüş, xx.xx.2022-ci il tarixdə yenidən avtobusla Naxçıvana qayıtmışdır. Taksi fəaliyyəti ilə məşğul olduğu üçün xx.xx.2022-ci il tarixdə Naxçıvan şəhərində İran Məscidinin qarşısından Bakı şəhər sakinləri olan, əvvəllər tanımadığı bir qadın və onun oğlu olan bir kişini avtomobilinə götürmüş, onları Əshabi-kəhf ziyarətgahına aparması, yenidən həmin yerə qaytarması üçün ona 20 manat pul təklif etmişlər, razılaşmış, onları ziyarətgaha aparmış, həmin vaxt saat təxminən 23:40 radələri olmuş, ziyarətgahın mühafizəçisi çölə çıxaraq onlardan gəlmələrinin səbəbini soruşmuş, zəvvar olduqlarını və ziyarətə gəldiklərini bildirmiş, mühafizəçi onlara bu vaxtda yuxarı qalxmağın qadağan olunduğunu bildirmiş və nəzirləri varsa 1-ci kassaya salıb qayıtmalarını onlara demişdir. Zəvvarlar nəzirlərini həmin qutuya salmış, birlikdə gözətçinin yanında çay içmiş, sonra onları İran Məscidinin yanına qaytarmış, 20 manat pul almışdır. xx.xx.2022-ci il tarixdə saat təqribən 19:30 radələrində sinif yoldaşı Arif ona zəng vurmuş harada olduğunu soruşmuş, Arifə məhəllələrində olduğunu bildirmiş, saat 20:00 radələrində Ariflə görüşmüş, Tahir də avtomobildə olmuş, üçü birlikdə Şəkərəbad kəndində yerləşən Nəqşicahan restoranına getmiş, birlikdə yeyib-içmiş, həmin vaxt spirtli içki qəbul etməmiş, Ariflə Tahir hərəsi 4-5 bakal pivə içmişlər. Saat təqribən 23:00 radələrində restorandan çıxmış, şəhərdə biraz avtomobillə gəzmiş, saat 23:30 radələrində Arifi evlərinə aparmış, Tahir avtomobildə Əshabi-kəhf söhbətini açmış, maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş və ona ziyarətgaha getməyi təklif etmiş, Tahirlə razılaşmış və saat təqribən 23:50 radələrində Naxçıvan şəhərindən Əshabi-Kəhf ziyarətgahına doğru getmişlər. Ziyarətgahın qarşısına çatmağa az qalmış, qəssabxananın yanında yolun sağında 2-3 nəfərin dayandığını görmüş, bunu Tahirə demiş, Tahir “buradan geriyə dön gedib fırlanaq, bir azdan yenə gələrik” demiş, qəssabxananın qarşısından geriyə dönmüş, avtomobillə gələrək yolun aşağısında yerləşən birinci körpünün yanından dönərək yenidən ziyarətgaha doğru getmişlər. Qəssabxananın yanına çatmalarına az qalmış yenə həmin adamların yolun kənarında olduğunu görmüş və yanlarından keçərək qəssabxananın qarşısında avtomobili saxlamış, Tahirlə avtomobildən enərək və ziyarətgahın yuxarısına doğru qalxmağa başlamışlar. Ziyarətgahın girişində heç kimə rast gəlməmişlər. Tahir “yuxarıya kimi qalxıb fırlanıb qayıdaq” demiş, yuxarı qalxdıqca daş abidənin yanında sağ tərəfdəki nəzir qutusunu tərpətmiş və ağır tərpəndiyinə görə yerə bağlı olduğunu düşünmüş, daha sonra qara daş adlanan yerə çatmağa az qalmış sol tərəfdə digər nəzir qutusunu Tahir tərpətmiş, qutunun yerə bərkidilmədiyini görmüşlər. Tahir yuxarı qalxmağı, ziyarətgahın üst hissəsini də fırlanıb qayıtmalarını demiş, həmin nəzir qutusunu da götürmədən irəliləmişlər. Qara daş adlanan yerə çatdıqdan sonra Qara daşın qarşısındakı nəzir qutusunu Tahir tərpətmiş, qutunu qaldırıb-götürməyin mümkün olduğunu görmüşlər və Tahir “elə bunu götürüb gedək” demişdir. Dəmir qutunu əymiş, özü qutunun ayaqlarından, Tahir isə qutunun yuxarı hissəsindən tutmuş, pilləkənlərlə enməyə başlamışlar. Aşağıdakı nəzir qutusunun yanında Tahir qutunu tez endirmək üçün tək çiyninə qaldırmış, ona işıq salmasını demiş, lakin 20-25 metrdən sonra Tahir kassanı tək apara bilmədiyini bildirmiş, yerə qoymuş, yenidən ikisi kassanı avtomobili saxladığı yerə qədər gəlmişlər. Kassa avtomobilin baqajına yerləşməmiş, avtomobilinin yanında nəzir qutusunun ayaqlarını əymişlər, ayaqları əyən zaman üçü qırılmış, biri isə əyilmiş, qırılan ayaqlarla birlikdə kassanı baqaja yükləmiş, oradan uzaqlaşmışlar. Yuxarı qalxan zaman, aşağı enən zaman avtomobili saxladıqları yerdə gördüyü adamlardan başqa ziyarətgahda başqa heç kimi görməmişlər, tam sakitlik olmuşdur. Əshabi-Kəhf yolunu aşağı enən zaman əsas yola çatmalarına az qalmış sağ tərəfə, Picuar meşəsinin olduğu istiqamətə dönmüş, bir az torpaq yolla irəlilədikdən sonra yolun kənarında avtomobili saxlamış, avtomobildən enərək kassanı baqajdan götürmüş, yoldan 3-4 metr aralıda meşənin içində yerə qoymuşlar və çəkiclə vuraraq kassanın üzərindəki üçbucaqlı dəmir lövhəni qoparmışlar. Kassanın aşağı hissəsinin ayaqlarını qıran zaman kənarları aralandığından həmin hissədən Tahir çəkiclə vurmuş və dəmir daha da aralanmış, əli ilə çəkərək həmin hissəni tam açmişdır. Tahir onun avtomobilində olan göy rəngli sellofan torbanı gətirmiş, əlini kassanın alt hissəsindən içəriyə salmış, birlikdə orada olan pulları həmin torbaya doldurmuşlar. Pul yığdıqları torbanı avtomobilin axra oturacağına qoymuş, sonra kassanı birlikdə qaldıraraq avtomobilin baqajına qırılmış hissələriylə birlikdə yerləşdirmişlər. Kassanı götürən zaman alt hissəsi açıq olduğundan içərisində qalmış qəpiklər yerə tökülmüş, qaranlıq olduğundan, həmçinin kimsə görər deyə tələsdiklərindən yerə tökülən qəpikləri yığa bilməmişlər. Avtomobillə təqribən 100-150 metr irəlilədikdən sonra avtomobili saxlamış, Tahirlə birlikdə pulun bir hissəsini saymağa başlamışlar. Lakin bir az saydıqdan sonra kimsə görər deyə pulları digərlərinin yanına qoymuş, Quşçuluğun yanından ana yola çıxmışlar. Saat təqribən 02:45 radələrində yanacağı azaldığı üçün SV adlanan yanacaqdoldurma məntəqəsinin yaxınlığında yolun sağında avtomobilini saxlamış, 10 litrlik su qabını götürüb yanacaqdoldurma məntəqəsinə enmiş, 7 litr yanacaq götürərək geriyə qayıtmış və Tahirin köməkliyi ilə yanacağı avtomobilinin yanacaq çəninə tökmüşdür. Avtomobillə birlikdə yanacaqdoldurma məntəqəsinə girməmələrinə səbəb oğurluq kassa və pulların avtomobildə olması, həmçinin oradakı kameraya düşmək istəməmələri olmuşdur. Naxçıvan çayının üzərindən keçən körpünü keçdikdən sonra 2-ci döngədən sağa dönərək Sovedabad yolu ilə irəliləyib Şıxmahmud yoluna çıxmışlar. Həmin istiqamətdə getməkdə məqsədləri sübutları və izləri itirmək üçün oğurladıqları kassa və hissələrini Vayxır kəndi istiqamətində boş çöllük əraziyə atmaq və geriyə qayıtmaq olmuşdir. Lakin Nəzərabad kəndi ərazisindən avtomobillə keçən zaman kəndin kənarından keçən Cəhri çayının üzərindəki dəmir su kanalı yadına düşmüş və Tahirə kassa ilə hissələrini həmin kanala atmağı təklif etmiş, Tahir onunla razılaşmış, sonra avtomobili ilə Nəzərabad kəndinin qurtaracağından Cəhri körpüsünü keçməmiş sağa dönmüş, Cəhri çayının kənarı ilə irəliləmiş, çayın üzərindən keçən dəmir su kanalının altında çayın sağ kənarında avtomobili saxlamış, Təqsirləndirilən şəxs2lə birlikdə kassanı, özü isə digər hissələri götümüş, birlikdə çayın qarşı tərəfinə keçmiş, su kanalının yuxarı sol tərəfinə qalxmışlar. Orada kassanı və hissəsləri yerə qoymuş, birlikdə avtomobildən götürdükləri su və əsgi ilə o, su tökmüş, Tahir isə kassa və qırılmış hissələri üzərində onlara aid hər hansı bir iz qalmaması üçün təmiz yumuş, daha sonra isə kassanı kanalın içinə, ayaqlarını və üzərindəki dəmir lövhəni isə kanalın girişinə doğru atmış, oradan uzaqlaşmışlar. Orada onları görən heç kimi olmamışdır. Naxçıvan şəhərinə qayıtmış, məhəllədə nəzir qutusundan çıxan pulları saymışlar, həmin pulun 978 manatını birlikdə saydıqdan sonra Tahir 978 manatı ona vermiş, qalan pulların hamısını özünə götürəcəyini demiş, Tahirlə razılaşmışdır. 978 manatı qara əl çantasına qoyaraq arxa oturacağa qoymuş, Tahirə nə qədər pul qaldığını dəqiq bilməmiş, Tahirdə qalan pullar əsasən 1 və 5 manatlıq əskinaslar və bir klok qəpikdən ibarət olmuş, özünün götürdüyü pulların içində qəpik olmamışdır. Pulu böldükdən sonra saat 03:20 radələrində avtomobildən enmiş və ayrılmışlar. Ona çatan pul avtomobilində qalmışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında futbolda olan zaman mobil telefonuna polis şöbəsinin əməkdaşları tərəfindən zəng gəlmiş, cəld avtomobilə minərək ona çatmış 978 manat pulun içərisində olduğu qara rəngli əl çantasını gizlətmək məqsədilə Naxçıvan şəhəri 3-cü küçə istiqamətində getmiş, H.Əliyev adına uşaq şəhərciyinin arxasında, avtomobilindən pul olan qara rəngli dəri çantanı götürmüş, yolun solunda olan hasarla ağacın arasında, ağacın arxa hissəsində çantanı gizlətmiş, yenidən futbol oynadığı yerə qayıtmış, çantanı gizlətməsinə səbəb polis əməkdaşlarının oğurluq edənin o olduğunu bilməsindən qorxması olmuşdur. Həmçinin pulu çantasında həmin yerdə gizlətməkdə məqsədi ara tam sakitləşdikdən sonra həmin pulu qoyduğu yerdən götürərək xərcləmək olmuş, lakin tutulduğu üçün pulu polis əməkdaşlarının iştirakı ilə götürmüş, bütünlükdə onlara təhvil vermiş və həmin puldan xərcləməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs2lə oğurluğa gedən və oğurluq edən zaman yanlarında başqa kimsə olmamış, ikisi əvvəlcədən planlaşdıraraq Əshabi-kəhf ziyarətgahından içərisində pullar olan nəzir qutusunu oğurlamış və içərisindəki pulları birlikdə çıxararaq bölmüşlər. Fikrincə oğurluq edən zaman, pulları qutudan çıxaran zaman, qutunu atan zaman onları kimsə görməmişdir. Oğurluq etməzdən əvvəl ziyarətgaha Səbuhinin təklifi ilə gəzib ziyarət etmək məqsədilə getmişlər. Həmin vaxt kassalar barədə hər hansı bir fikri olmamış və bu fikir ilk dəfə Səbuhi tərəfindən deyilmiş, lakin ziyarətgahdan nəzir qutusunu oğurlayan zaman Təqsirləndirilən şəxs3 onlarla birlikdə oğurluqda iştirak etməmiş, oğurluqdan əvvəl və sonra bu barədə ona məlumat verməmişlər. Oğurluq etməzdən bir neçə gün əvvəl Səbuhinin anası onları yolda görüb danlamış, “əgər oğlum Səbuhiyə zəng vursanız onun telefonları dinləmədədir, sizi də tutub aparacaqlar” demiş, buna görə də Səbuhini aparsalar, problem yarana bilər deyə Səbuhiyə xəbər verməmiş, oğurluqdan əldə etdikləri puldan Təqsirləndirilən şəxs3 verməmişlər. Ziyarərgaha qalxan zaman birinci qutu mühafizəçinin otağına yaxın yerləşdiyindən səs gələr deyə tərpətməmişlər. Ziyarətgahdan etdikləri oğurluq barədə başqa kiməsə məlumat verməmişlər. Qutunun açılmasında istifadə etdikləri çəkic daimi avtomobilinin yük yerində olmuş, çəkici qutunu açmaq məqsədilə avtomobilinə qoymamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 ifadəsində onu da bildrimişdir ki, 2022-ci ilin iyun ayında Tahirə bir neçə gün əvvəl şəhərdən içkili bir nəfəri taksi kimi Tumbul kəndində yaşadığı evə apardığını və həyətlərində çoxlu heyvan saxladığını gördüyünü bildirmiş, həmin heyvanlardan götürüb satmağı təklif etmişdir. Tahir onunla razılaşmış və Tahirlə aralarında Səbuhini də özləri ilə götürmək və heyvanları götürdükdən sonra Səbuhinin yaşadığı evin arxasında yerləşən boş həyətlərinə ötürmək barədə razılaşmışlar. Avtomobili ilə Səbuhinin yaşadığı məhəlləyə getmiş, Səbuhini götürdükdən sonra üçü birlikdə heyvan oğurlamaq məqsədi ilə Tumbul kəndinə getmişlər. Həmin həyətə yaxınlaşan zaman həyətdə adam olduğunu görmüş, geri qayıtmış, saat 02:00 radələrində Səbuhini yaşadığı ünvanın yanında avtomobildən endirmiş və getmişlər. Səbuhiyə götürəcəkləri heyvanları onların həyətinə gətirəcəkləri və ya yenidən Tumbul kəndinə heyvan oğurlamaq məqsədilə qayıdacaqları barədə deməmişlər. Səbuhi evlərinə getdikdən sonra Tahirlə şəhərdə biraz gəzmiş, yenidən heyvanları götürmək məqsədilə Tumbul kəndinə getmişlər. Oğurluq edəcəkləri evin qarşısında işıq yansa da heyvanlar saxlanılan yer qaranlıq olmuş, avtomobili heyvan saxlanılan yerin yanında üzü Tumbul kəndinin girişi istiqamətində saxlamış, heyvan saxlanan yerə daxil olmuş, 2 baş heyvanı tutaraq Tahirə vermiş və ümumilikdə 4 baş xırdabuynuzlu heyvanı oğurlayaraq avtomobilin baqajına qoymuş və oradan uzaqlaşmışlar. İkinci dəfə Tahirlə avqust ayının əvvəllərində əvvəl heyvan oğurladıqları yerdən, Tumbul kəndinə heyvan oğurlamaq məqsədilə getmiş, hər ikisi heyvan saxlanan yerə daxil olmuş, 3 baş xırdabuynuzlu heyvanı setkadan çıxarmış və avtomobilin baqajına qoyaraq aparmışlar. Üçüncü dəfə avqust ayının ortalarında yenidən Tahirlə həmin yerə gedərək özü setkaya daxil olmuş, iki baş heyvanı tutub Tahirə vermiş, birlikdə avtomobilin baqajına yükləyərək oradan uzaqlaşmışlar. Heyvanların oğurlanması zamanı yalnız Tahir onun yanında olmuş, Səbuhi oğurluğun edilməsində iştirak etməmişdir. Tumbul kəndindən Tahirlə birlikdə müxtəlif vaxtlarda 3 dəfə axşam gec saatlarda heyvan oğurlamışlar. Onları həmin vaxt heç kim görməmiş, oğurladıqları heyvanların sahibi Zərərçəkmiş şəxs əvvəllər tanımamış, oğurluğa başlamazdan bir neçə gün əvvəl Zərərçəkmiş şəxs içkili vəziyyətdə Naxçıvan şəhərindən Tumbul kəndinə aparmış, 5 manat pul almış, heyvanları da həmin vaxt görmüş və oğurluq üçün əlverişli yerdə yerləşdiyindən onları oğurlayıb satmaq qərarına gəlmiş və bu fikrini Tahirgilə bildirmişdir. Səbuhini təqribən 1 il əvvəl tanımış, münasibətləri pis olmamış, lakin 2022-ci ilin avqust ayının 9-da maşınından pul oğurlanmasında ondan şübhələnmiş, onunla mübahisə etmiş, bu hadisə ilə bağlı şikayətçi olmamış, lakin həmin vaxtdan Səbuhi ilə aralarında soyuq münasibət yaranmışdır. Tahirlə birlikdə Zərərçəkmiş şəxs həyətindən 9 baş xırdabuynuzlu heyvan oğurlamış, onlardan 8 başını Cəhri qəsəbə sakini Şahid19 satmışlar. Bir baş heyvanı isə Tahir və Səbuhi kəsərək ətini yemiş, həmin vaxt onu çağırsalar da, işi olduğu üçün getməmişdir. İkinci oğurluq zamanı satdıqları heyvanlardan birini həmin gün Səbuhi Şahid19la danışaraq almış, həmin heyvanı Batabatda kəsərək ətini yemişlər. Həmin vaxt Səbuhi orada olmamışdır. Tumbul kəndində Zərərçəkmiş şəxs həyətindən ilk iki oğurluqlarından Səbuhinin xəbəri olmuş, sonuncudan xəbəri olmamış, heyvan oğurluqları zamanı ilk iki dəfə Səbuhi heyvan sahibi kimi danışaraq heyvanları satmış, aldığı pulu avtomobildə Tahirə vermiş, Tahir həmin pulu onunla yarı-yarıya bölmüş, sonra 20 manatını Səbuhiyə vermiş, üçüncü dəfə oğurlanmış heyvanları isə özü Cəhri qəsəbə sakini Şahid19 120 manata satmış, pulu Tahirlə bölmüşlər. Səbuhi heyvan oğurluqlarında icraçı kimi iştirak etməmiş, sadəcə heyvanları gizlədib-saxlamaqda və ilk iki dəfə satışında əvvəlcədən razılıq verməklə iştirak etmişdir. İlk dəfə oğurluğa oğurluq baş tutmadığından Səbuhini evlərinə qaytaran zaman ona yenidən oğurluğa gedəcəklərini və heyvanları onların boş həyətinə gətirəcəklərini deməmişlər. Lakin onu ilk oğurluğa aparmaqda məqsədləri oğurlayacaqları heyvanları Səbuhinin həyətində gizlətmək olmuş. Bu barədə Tahir Səbuhi ilə danışdığını və Səbuhinin əvvəlcədən nə vaxt heyvanları oğurlasalar onları satanadək boş həyətlərində gizlədib saxlaya biləcəklərinə razılıq verdiyini bildirmişdir. Məlumatı var ki, Tahir Səbuhiyə heyvanların satışından 40 manat pul vermişdir. Oğurluq yolu ilə əldə etdikləri heyvanları satdıqları Babək rayon Cəhri qəsəbə sakini Şahid19 kürəkənləri Emin Hüeynovun vasitəsilə tapmış, həmin şəxsə ümumilikdə 8 baş xırdabuynuzlu heyvan satmışlar. Şahid17la danışan zaman bir alıcı tapmasını, tanışının heyvanları olduğunu və satmaq istədiyini bildirmiş, Emin Şahid19la danışmış, Şahid19 mobil nömrəsini ona vermiş, həmin şəxslə əlaqə saxlamasını bildirmiş, Şahid17 heyvanların oğurluq olduğunu bilməmişdir. Heyvanların satışı zamanı Tahir avtomobildən yerə enməmiş, aralarında vəzifə bölgüsü olmamişdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində bildirmişdir ki, ilk dəfə Tumbul kəndindən heyvan oğurluğuna gedən zaman Səbuhi də oğurluq məqsədilə onlarla getmiş, lakin həyətdə adam olduğundan oğurluğu edə bilməmiş, Səbuhini evlərinə qaytarmış, Tahirlə həmin yerdən heyvan oğurlayaraq Səbuhigilin evinin arxasındakı boş həyətlərinə ötürmüşlər. Səhər tezdən Tahir Səbuhiyə zəng vurmuş, heyvanları arxa həyətlərinə ötürdüyünü demiş, Səbuhinin heyvanların oğurlanmasından həmin vaxt xəbəri olmuş, birinci oğurluqdan sonra Səbuhi Tahirə “nə zaman heyvan oğurlasanız həmin boş həyətə gətirib ötürə bilərsiniz” demiş, bunu da ona Tahir bildirmiş, ikinci dəfə oğurluğa gedən zaman 3 baş heyvanı Tumbul kəndindən oğurlayıb Səbuhigilin arxa həyətlərinə ötürmüş və tezdən bir neçə dəfə Səbuhiyə zəng vursa da o telefonu açmamış, həyət qapılarından Səbuhini çağırmış, anası Səbuhini niyə çağırdığını soruşmuş, Səbuhi ilə işinin olduğunu demiş, bir az sonra Səbuhi qapıya çıxmış, məsələni Səbuhiyə demiş və Tahirlə birlikdə arxa həyətə keçmişlər. Təxminən 1 saat sonra isə həmin heyvanları avtomobilinin yük yerinə qoyaraq üçü birlikdə Cəhri qəsəbəsində həmin heyvanların iki başını satmış, daha sonra 1 başını Kalbamusa çeşməsinin yanında Tahirlə Səbuhi kəsərək ətini yemişlər. Təqsirləndirilən şəxs3 üçüncü dəfə iki baş heyvanı oğurlamalarından və satmalarından məlumatı olmamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində qeyd etmişdir ki, 26 avqust 2022-ci il tarixdə saxlanılmış, Culfa rayon Polis şöbəsinə gətirilmiş, həmin gün barəsində həbs qətimkan tədbiri seçilmişdir. Törətdiyi cinayət əməllərindən çox peşmandır, vurulmuş zərər ödənilib, gəncdir. Göstərilənlərin nəzərə alınmasını ona azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, daimi iş yeri yoxdur. Ayrı-ayrı şəxsi inşaat işlərində usta və fəhlə kimi işləyib pul qazanır. İş olmadığı üçün son vaxtlar işləmir. Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanıyır, onunla məhəllə uşağı kimi yaxın münasibətləri olub. Təqsirləndirilən şəxs3 isə təqribən 7 ildir ki, tanıyır, təqribən üç ildir ki, normal münasibətləri var. xx.xx.2022-ci il tarixdə saat təqribən 19:30 radələrində Təqsirləndirilən şəxs1la onun idarə etdiyi Vaz 21074 markalı, **-BJ-*** nömrəli avtomobillə Naxçıvan şəhərində gəzən zaman Əli avtomobilin pompasının işləmədiyini, avtomobili tez-tez qızdırdığını bildirmiş, radiatora su əlavə etmək məqsədilə “Kəlbəmusa” çeşməsi adlanan yerə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs3 sərxoş vəziyyətdə, əlində litrlik Naxçıvan pivəsi ilə çeşmənin yaxınlığında olmuşdur. Çeşmədə maşının radiatoruna su əlavə etmiş, geri qayıdan zaman Səbuhinin yanında dayanmış, Səbuhi onlara “çox içdiyimə görə narahatam, məni də götürün, şəhərdə 1-2 kruq ataq özümə gələndən sonra məni burada endirərsiniz” demiş, Səbuhi də avtomobilə minmiş və şəhərdə bir dəfə fırlandıqdan sonra Səbuhi “Əshabi-kəhfə gedib ziyarət edib qayıdaq” demiş, onunla razılaşmış, saat təqribən 20 radələrində Əshabi-Kəhf ziyarətgahına getmişlər. Üçü birlikdə ziyarətgahın yuxarı hissəsində yerləşən Qara daş adlanan yerə qədər getmiş, ziyarət etmiş, bir neçə şəkil çəkdirmiş və geriyə qayıtmışlar. Avtomobilə əyləşib bir az hərəkət etdikdən sonra Səbuhinin vəziyyəti yaxşı olmadığından onu evlərinə qədər avtomobillə aparıb endirmiş, sonra yaşadıqları məhəlləyə doğru getmişlər. Yolda Əli ona “ziyarətgahdakı kassaları gördün?” deyə ona sual vermiş, Əliyə kassaları gördüyünü demiş, “həmin kassaları götürmək olarmı?” deyə sual vermiş və Əlidən bu fikrin haradan ağlına gəldiyini soruşmuş, Əli bu fikri Səbuhinin dediyini bildirmiş, daha sonra Əli “qalsın sonra bu barədə söhbət edərik” demiş və avtomobildən enərək evlərinə getmişlər. Təxminən 2-3 gün keçdikdən sonra axşam saatlarında Əliyə Əshabi-Kəhf ziyarətgahında olan kassaları götürmək barədə söhbət açmış, Əli ilə bir az həmin kassalar barədə danışdıqdan sonra Əli bu barədə ətraflı danışıb bir şeylər edərik demişdir. xx.xx.2022-ci il tarixdə saat təqribən 09:00 radələrində məhəllədə təkbaşına pivə içən zaman Əli ona zəng etmiş, sinif yoldaşı Şahid11 ad günü olduğunu, ikisinin birlikdə Nəqşicahan restoranına pivə içməyə gedəcəklərini, onu da aparmaq istədiklərini bildirmiş, onunla razılaşmışdır. Əli avtomobili ilə onu məhəllələdən götürmüş, birlikdə Nəqşicahana getmiş, orada yeyibiçmişlər. Əlinin 1 bakal, Arif və özü hərəsi 5-6 bakal pivə içmiş, Əlinin avtomobilinə minərək oradan ayrılmışlar. Naxçıvan şəhərində bir az fırlandıqdan sonra, Arifi evlərinə endirmişlər. Əshabi-Kəhf söhbətini yenidən açmış və Əli ilə Əshabi-Kəhf ziyarətgahına getmək, nəzir qutularından birini oğurlamaq, içərisindəki pulları aralarında bölmək barədə razılığa gəlmişlər. Saat 23:50 radələrində Naxçıvan şəhərindən çıxaraq Əshabi-Kəhfə getmiş, qəssabxananın yanına çatan zaman Əli yol kənarında adam olduğunu demiş və dönərək geriyə qayıtmışlar. Həmin yolda aşağı tərəfdəki birinci körpünün yanına qədər getmiş, orada bir siqaret çəkdikdən sonra yenidən geriyə qayıtmışlar. Əli avtomobili qəssabxanadan 20-30 metr aşağıda saxlamış, piyada ziyarətgahın yuxarısına doğru qalxmağa başlamışlar. Gözətçi otağının yanına çatan zaman dayanmış, 3-4 dəqiqə müşahidə etmiş, onun yatdığını və işıqların sönülü olduğunu görmüş, rahat şəkildə yuxarı qalxmışlar. Daş abidənin yanında, sağ tərəfdə olan nəzir qutusunu Əli tərpətmiş, yerə bərkidildiyindən yuxarı qalxmışlar. Qara daş adlanan yerin qabağında olan nəzir qutusunu özü tərpətmiş, qutunun yerə bərkidilməmiş şəkildə olduğunu görmüş və Əliyə qutunu götürüb geriyə qayıdaq demiş, qutunu aşağı əyərək baş tərəfindən, Əli isə qutunun ayağından tutaraq pilləkənləri endirməyə başlamışlar. “Yeddi kimsələr” adlanan yerə yaxınlaşanda tez-tez enib avtomobilə tez çatmaq üçün köməkli həmin kassanı öz çiyninə qaldırmış, lakin 15-20 metr getdikdən sonra kassa böyük və ağır olduğundan yerə qoymuş, Əli ilə birlikdə avtomobili saxladıqları yerə endirmiş, kimsə ilə rastlaşmamışlar. Dəmir nəzir qutusu avtomobilin baqajına yerləşmədiyindən dəmir ayaqlarını qatlamış, ayaqlarından biri əyilmiş, üçü qırılmış və üzərindəki zeşt hissənin bir tərəfi əllərində gətirəndə qopmuş, bundan sonra nəzir qutusu və onun hissələrini baqaja qoymuş, oradan uzaqlaşmışlar. Əshabi-Kəhf ziyarətgahından uzaqlaşdıqdan sonra əsas yola çatmalarına az qalmış sağa dönmüş, Picuar meşəsinin ərazisindən keçən torpaq yolla təqribən 300- 400 metr irəlilədikdən sonra Əli yolun sağında avtomobili saxlamış, avtomobildən enərək kassanı yerə endirmiş, köməkli meşənin içinə doğru biraz irəlilədikdən sonra yerə qoymuş, ayaqlarını qırdıqları yerlərdən çəkiclə vuraraq dəmiri aralamış, əlləri ilə çəkərək kassanın alt hissəsini açmışlar. Kassanın içərisində olan pulların bir azını Əli, bir hissəsini özü çıxarmış, Əlinin avtomobilindən götürdüyü göy rəngli sellofan torbaya yığmışlar. Kassanı tam boşaltdıqdan sonra götürdükləri pulları klokda avtomobilin arxa oturacağına qoymuş və kassanı yenidən avtomobilin baqajına qoyaraq oradan uzaqlaşmış, bir az irəlidə dayanaraq oğurladıqları pulların bir hissəsini saymışlar. Sonra kimsə görər deyə pulları yenidən digərlərinin yanına qoymuş, oradan uzaqlaşmış, avtomobillə Quşçuluq fermasının yanından əsas yola çıxmış, Naxçıvan şəhəri istiqamətində getmişlər. Yolda Əli yanacaq azaldığından SV adlanan yanacaqdoldurma məntəqəsindən 7-8 litr benzin almış, avtomobilin arxasında və içində oğurluq əşya və pullar olduğundan məntəqəyə avtomobillə daxil olmaqdan qorxmuşlar. Oradan oğurladıqları kassanı və qırılan hissələrini Vayxır kəndinin ərazisində yerləşən Vayxır gölünə və ya onun ətrafındakı boş ərazilərə atmaq məqsədilə Şıxmahmud yoluna çıxmış, lakin yolda Əli Vayxırın uzaq olduğunu demiş, Cəhri körpüsünün sağından Nəzərabad kəndinə dönmüş, torpaq yolla irəlilədikdən sonra Cəhri çayının üzərindən keçən dəmir su kanalının altında avtomobili saxlamış, dəmir kassanı özü, qırılmış hissələrini isə Əli götürmüş və birlikdə su axmayan Cəhri çayından keçərək yuxarıya, kanalın sol tərəfinə qalxmış, yerə qoyaraq üzərini əl izlərinin qalmaması üçün avtomobildən götürdükləri su və əsgi ilə yuyub silmiş, əsgi ilə götürərək kanala atmış və Naxçıvan şəhərinə qayıtmışlar. Əlinin yaşadığı evin yaxınlığında pulları sayan zaman ilk olaraq saydıqları 978 manat pulu Əlinin götürməsini, qalan pulları isə özünün götürməsini təklif etmiş, Əli onunla razılaşmış və 978 manat pulu götürmüş, yerdə qalan 1 və 5 manatlıq əskinas və qəpikləri isə özü götürmüş və evlərinə getmişdir. Həmin vaxt ailə üzvləri yatmış, götürdüyü pulları həyətdə sayan zaman ümumilikdə ona 710 manat 43 qəpik pul düşdüyünü müəyyən etmiş, evdən götürdüyü qırmızı kloka pul əskinaslarını və qəpikləri yığmış, onları yataq otaqlarındakı taxta paltar şkafının gözündə paltarların altında gizlətmişdir. xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində həmin pulun üzərindən təqribən 250 manat götürmüş, 140 manata evə bazarlıq etmiş, qalanı ilə yeyibiçmişdir. Bir neçə gün sonra polis əməkdaşları tərəfindən saxlanılmış və oğurluqdan qalan pulları paltar şkafında gizlətdiyi hissədən polis əməkdaşları sayıb-götürmüşlər. Təqsirləndirilən şəxs1la Əshabi-kəhf ziyarətgahına oğurluğa gedən və oğurluq edən zaman yanlarında kimsə olmamış, Təqsirləndirilən şəxs1la əvvəlcədən planlaşdıraraq oğurluq etmişlər. Təqsirləndirilən şəxs2 ifadəsində onu da bildirmişdir ki, tarixini dəqiq xatırlamır, təxminən 2022-ci ilin iyun ayında Təqsirləndirilən şəxs1 ona “Tumbul kəndində heyvan saxlanılan həyət var, gedib oraya nəzər salaq və imkan yarandıqda həmin heyvanlardan oğurlayaraq satıb qazanc əldə edək” demiş, onunla razılaşmış, bir neçə gün keçdikdən sonra ikisi birlikdə Əlinin Vaz 21074 markalı, ** BJ *** nömrəli avtomobili ilə, saat təxminən 18:00 radələrində Tumbul kəndinə getmiş, Əlinin göstərdiyi heyvan saxlanılan həyətə nəzər salmış və Naxçıvan şəhərinə geri qayıtmışlar. Həmin gün saat 23:55 radələrində tanışları olan Səbuhini də götürmüş, Tumbul kəndinə getmişlər. Xidmət mərkəzini keçdikdən sonra torpaq yolun axırında, dəmir yolunun sol kənarında yerləşən heyvan saxlanılan həyətin yanında heyvan oğurlamaq üçün dayanmışlar. Səbuhini götürməkdə məqsədləri oğurlayacaqları heyvanları onların arxa boş həyətlərində gizlətmək olmuş, Səbuhi əvvəlcədən ona xırdabuynuzlu heyvanları oğurlaya bilsələr, heyvanları satanadək onların boş həyətində gizlətmələri barədə razılıq vermişdir. Heyvanlar olan həyətə baxmış, həyətdə adam olduğunu görmüş və oradan uzaqlaşmış, Tumbul kəndinin içərisində bir az fırlanıb yenidən həmin heyvan götürəcəkləri yerə qayıtmış, lakin yenə heyvan saxlanılan həyətdə adam olduğunu görmüş və avtomobili biraz aralıda saxlayaraq tam sakitçilik yaranmasını gözləmişlər. Təqsirləndirilən şəxs3 içkili olduğundan avtomobildən enmiş, avtomobilin yanında yolun kənarında uzanmış, Səbuhiyə yerdə uzanmağın təhlükəli olduğunu demiş, Səbuhi avtomobilə minmiş, həyətdəki adamların getmədiyini və arxadan başqa avtomobil gəldiyini görmüş, Tumbul kəndindən çıxıb Naxçıvan şəhərinə qayıtmışlar. Təqsirləndirilən şəxs3 yaşadıqları ünvanın yerləşdiyi məhəlləyə qoymuş, bir az şəhərdə fırlandıqdan sonra Əli ilə yenidən Tumbul kəndinə qayıtmış, heyvan saxlanılan həyətdə heç kimin olmadığını və yatdıqlarını müşahidə etmişlər. Əli ilə birlikdə yolun kənarında dayanaraq həyətin setkasının içərisində olan heyvanlardan əllərini uzadıb bir qoyun və balasını özü, bir qoyun və balasını isə Əli götürmüş, Əlinin avtomobilinin baqajına qoymuş və oradan uzaqlaşmışlar .Heyvanları saat təqribən 03:00 radələrində Səbuhigilin həyətinə ötürmüş və evlərinə qayıtmışlar. Səhər saat 08 radələrində Əli ilə görüşmüş, Səbuhigilə getmiş, heyvanları axşam Tumbul kəndindən oğurladıqlarını, onun həyətinə ötürdüklərini Səbuhiyə bildirmişlər. Bir neçə saat sonra Əli Cəhri qəsəbəsində heyvan saxlayan Rəhman adlı şəxslə danışmış, 4 baş qoyunu Əlinin avtomobilinin baqajına qoymuş, Səbuhi və Əli birlikdə Cəhri qəsəbəsinə getmişlər. Səbuhi ilə Əli Rəhmanla danışmış, Əli heyvanların Səbuhiyə məxsus olduğunu bildirmiş və 190 manata razılaşmış, heyvanları həmin şəxsə satmışlar. Sonra Səbuhi pulu ona vermişdir. 95 manat Əliyə, özünə çatan puldan 20 manatı Səbuhiyə vermişdir. Təqribən 10 gün sonra saat 01 radələrində Əli ilə Tumbul kəndinə heyvan götürdükləri həyətin yanına getmiş, həyətdə kimsə olmadığından birlikdə setkaya daxil olmuş, 3 baş qoyun götürmüş və oradan uzaqlaşmışlar. Həmin vaxt Səbuhi yanlarında olmamış, qoyunları Əlinin maşınının baqajında aparmış, Səbuhigilin həyətinə ötürmüş və səhərisi gün Səbuhiyə bu barədə məlumat vermişlər. Yenə Təqsirləndirilən şəxs1 Rəhman adlı tanışı ilə danışmış, bir neçə saat sonra oğurladıqları qoyunlardan ikisini Əlinin avtomobili ilə Cəhri kəndinə aparmış, Səbuhi ilə Əli Rəhimlə razılaşaraq 170 manata ona satmışlar. Həmin vaxtda da avtomobildə oturmuşdur. Səbuhi 170 manatı Əliyə vermiş, yenə Əli ilə pulu aralarında bölmüş, ona düşan pulun 40 manatı ilə Səbuhiyə qonaqlıq vermiş, lakin Əlinin Səbuhiyə pul verib vermədiyini bilməmişdir. Oğurladıqları 3 baş qoyundan birini Səbuhi ilə kəsmiş, bişirtdirərək yemişlər. Təqribən 3- 3.5 kq əti olmuşdur. Bundan bir neçə gün keçdikdən sonra Səbuhi Rəhmana zəng vurmuş, qonağının olduğunu və ona yeyib-içmək üçün bir quzu lazım olduğunu bildirmiş və Əlinin avtomobilində Səbuhi, Əli və Rəfail ilə birlikdə Cəhri kəndinə getmiş, avtomobildə gözləmişlər. Səbuhi Rəhmanla danışmış, təqribən 3 kq çəkisi olan bir quzunu 30 manata almış, avtomobilin baqajına qoymuş, həmin vaxt Səbuhi Rəhmana 20 manat vermiş, 10 manat borclu qalmışdır. Avtomobildə Səbuhi ilə biraz sözləri olmuş, Səbuhi inciyərək Naxçıvan şəhərində avtomobildən enmiş, onlarla Batabata getməmişdir. Birlikdə Şahbuz şəhərinə getmiş, Əlinin yeznəsi Emin adlı şəxsi də götürmüş, Batabata getmiş, orada yeyib-içmiş, səhərisi geri qayıtmışlar. Təxminən 2022-ci ilin avqust ayının ortalarında Əli ilə birlikdə Əliyə məxsus olan Vaz 21074 markalı avtomobillə saat 01:30 radələrində Naxçıvan şəhərində gəzən zaman yenidən heyvan oğurlamaq barədə aralarında razılaşmış, Tumbul kəndinə getmişlər. Heyvan oğurladıqları yerdə setkaya daxil olmuş, hərəsi bir baş qoyun götürmüş, Əlinin avtomobilinə qoymuş və oradan uzaqlaşmışlar. Həmin heyvanları Səbuhigilə gətirməmiş və avtomobildə saxlamış, səhər tezdən Əli Rəhmanla danışmış, razılaşmış, 2 baş heyvanı Əlinin avtomobili ilə Cəhri kəndinə aparmış və Rəhmana satmışlar. Özü avtomobildən enməmiş, Əli heyvanları 120 manata satmış, pulu aralarında bölmüşlər. Sonuncu heyvan oğurluğundan Səbuhinin xəbəri olmamış, Səbuhi qoyunların birbaşa götürülməsində iştirak etməmiş, onların həyətinə ötürdükləri heyvanların oğurluq olduğunu bilmiş və satılmasında yaxından iştirak etmiş, heyvanların yerini Təqsirləndirilən şəxs1 göstərmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 həmçinin izahında qeyd etmişdir ki, 26 vaqust 2022-ci il tarixdə saxlanılmış, Culfa rayon Polis şöbəsinə gətirilmiş, həmin gün barəsində həbs qətimkan tədbiri seçilmişdir. Törətdiyi cinayət əməllərindən çox peşmandır, vurulmuş zərər ödənilib, bir azyaşlı uşağı var, gəncdir. Göstərilənlərin nəzərə alınmasını ona azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, o, 2006cı ildə narkotik vasitələrdən istifadə etdiyinə görə və 2010-cu ildə Bakı şəhərində vergidən yayındığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilmiş, 2015-ci ildə cəzasını çəkib qurtardıqdan sonra azadlığa çıxmış, azadlığa çıxdıqdan sonra müxtəlif işlərdə çalışmış, 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyun ayınadək Bakı şəhərində marşurut sürücüsü olaraq işləmiş və iyun ayında Naxçıvan şəhərinə qayıtmışdır. Bakı şəhərindən qayıtdıqdan sonra daimi işi olmamış, bir neçə günlük şəxsi işlərdə fəhlə işləmiş və aldığı pulu daha çox spirtli içkilərə xərcləmişdir. Naxçıvan şəhərində yaxın münasibəti olan şəxslərdən biri Təqsirləndirilən şəxs2 olmuş, onu təqribən bir il yarımdır ki, tanıyır. Birlikdə bir neçə inşaat işlərində də işləmişlər. Təqsirləndirilən şəxs1 Tahirin vasitəçiliyi ilə təqribən hadisədən 2 ay əvvəl tanımışdır. Bir neçə dəfə üçü birlikdə Əlinin avtomobili ilə şəhərdə gəzmiş, müxtəlif yerlərə yeyib-içmək üçün gedən zaman Əli Tahirlə onu həmin yerlərə aparmış və oradan götürərək yaşadıqları ünvana gətirmişdir. 2022-ci ilin iyun ayında gecə saat 01 radələrində içkili vəziyyətdə təkbaşına İran Məscidinin yanında olmuş, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 Əliyə məxsus olan Vaz 21074 markalı avtomobillə yanından keçən zaman onu görmüş və götürmüşlər. Bir az şəhərdə gəzdikdən sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə Tumbul kəndinə doğru getmişlər. Əli həmin kəndə qoyun oğurlamaq üçün gəldiklərini bildirmiş, lakin heyvan saxlanılan həyətin yanına avtomobillə gedən zaman orada adam olduğunu görüb oradan aralanmış, heyvan saxlanılan həyətin yanından keçərək qarşı tərəfdə üzü həmin həyətə doğru avtomobili saxlamış, təqribən 15-20 dəqiqə gözləmişlər. Həmin vaxt içkili olduğundan avtomobildən enmiş, yerə uzanmış, Tahir yerdə uzanmağın təhlükəli olduğunu dediyindən avtomobilə minmiş, yenidən heyvanların saxlanıldığı həyətin yanına getmişlər. Həyətdə adam olduğundan heyvanları götürə bilməmiş, Naxçıvan şəhərinə gəlmişlər. Yaşadığı ünvanın yanında avtomobildən enmiş və evə getmiş, Tahirlə Əli isə avtomobillə onun yaşadığı məhəllədən uzaqlaşmışlar. Həmin gün səhəri saat 06 radələrində Tahir ona zəng vurmuş, çölə çıxmasını, arxa həyətlərinə keçməsinin bildirmiş, evdən bi az yuxarıda yerləşən köhnə tikili olan dayısıgilin boş həyətinə keçmiş, həyətə girəndə Tahirin həmin həyətdə olduğunu və setkanın içərisində 4 baş xırdabuynuzlu heyvan olduğunu görmüşdür. Tahirdən heyvanlar barədə soruşmuş, Tahir ona həmin qoyunları axşam oğurluq etmək üçün getdikləri həyətdən oğurlayıb gətirdiklərini bildirmiş, bu zaman anası Şahid14 da heyvanları ötürdükləri həyətə gəlmiş və Tahirin gətirdiyi heyvanları görən zaman Tahirdən bu heyvanların kimin olduğunu soruşmuş, Tahir isə ona heyvanların qohumlarının olduğunu, ona satıb borclarını verməsi üçün verdiklərini bildirmişdir. Anası bir söz deməyib getmişdir. Tahir bir neçə dəfə Əliyə zəng vurmuş, təqribən 1-2 saat sonra Əli öz avtomobili ilə onların məhəlləsinə gəlmiş, 4 baş heyvanı Əlinin avtomobilinə mindirmiş və Təqsirləndirilən şəxs1 əvvəlcədən tanımadığı, sonradan adının Rəhman olduğunu öyrəndiyi Cəhri qəsəbə sakininə zəng vurub satılmalı 4 baş heyvanının olduğunu demiş və onunla razılaşdıqdan sonra avtomobili Cəhri qəsəbəsinə sürmüş, Rəhmanla görüşmüş, Əli gətirdikləri heyvanların ona məxsus olduğunu bildirmüş, özü heyvan sahibi kimi danışaraq Rəhmanla 4 baş xırdabuynuzlu heyvanı 190 manata satmaq barədə razılaşmış, ondan 190 manatı almış və heyvanları Əli ilə köməkli onun həyətinə ötürmüş və geri qayıtmışlar. Tahir avtomobildə gözləmiş, yerə enməmişdir. Tahir avtomobildə pulu ondan almış, 20 manatını ona vermiş, qalanını isə Əli ilə aralarında bölmüşdür. Bundan təxminən 15-20 gün sonra saat 06-07 radələrində yaşadığı evdə olan zaman Əli qapılarından onu çağırmış, anası Nəzakət Əlidən kim olduğunu soruşmuş və Əli onun anasına birlikdə işə gedəcəklərini demiş, bu adla onu çölə çağırmış, məhəlləyə çıxan zaman Tahirin də orada olduğunu görmüş və onu yenə köhnə həyətlərinə apararaq axşam Tumbul kəndindəki həmin həyətdən 3 baş heyvan oğurladıqlarını və onun dayısıgilin həyətinə ötürdüklərini bildirmişdir. 30-40 dəqiqə sonra həmin heyvanları köməkli şəkildə Əlinin avtomobilinin baqajına qoymuş, birlikdə yenə Cəhri qəsəbəsinə aparmışlar. Əli ilə avtomobildən düşmüş və heyvan sahibi kimi yenə özü Rəhmanla bazarlıq etmiş, 2 baş qoyunu 170 manata ona satmışdır. Əli pulu ondan aldıqdan sonra avtomobildə ona 20 manat vermiş və qalanını aralarında bölmüşlər. Yenə Tahir avtomobildə gözləmiş, yerə enməmişdir. 3 qoyundan birini isə satmamış, özləri ilə qaytarmışlar. Tahir həmin quzunu Kəlbəmusa çeşməsində kəsmiş və ətini bazarda bişirtdirərək kafeyə aparmış, Tahirlə yeyib-içmişlər, həmin quzunun əti təqribən 4-4.5 kq olmuşdur. Təqsirləndirilən şəxs3 ifadəsində onu da bildirmişdir ki, Əshabi-Kəhf ziyarətgahından Əli ilə Tahirin törətdikləri oğurluq barədə ümumiyyətlə məlumatı olmamış, bu barədə həbs edildikdən sonra bilmiş, Əli və Tahirlə bir dəfə heyvan oğurluğuna getmiş, oğurluq baş tutmamış, Əli və Tahirin iki dəfə Tumbul kəndindən heyvan oğurlamaları barədə məlumatı olmuş, həmin heyvanları saxladıqları həyət dayısı X8 məxsus olmuş, dayısı uzun müddətdir ki, Bakı şəhərində yaşayır. Yeddi baş heyvanı heyvan sahibi kimi Rəhman adlı şəxsə satmış, Əli və Tahir ona cəmi 40 manat pul vermişlər. Əməlindən çox peşmandır, himayəsində azyaşlı uşağı var. Ona köməklik edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Naxçıvan Muxtar Respublikası X20 üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən X10 nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən vurulmuş zərərin əvəzi ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı şikayət və mülki iddia yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Naxçıvan şəhəri Tumbul kəndində yaşayır, fərdi təsərrüfatla məşğul olur. Hazırda 180 baş xırdabuynuzlu heyvanı var. Özünə məxsus olan və kənd sakinlərinə məxsus xırdabuynuzlu heyvanları otarır, əlavə qazanc əldə edir. 2022-ci ilin iyun-avqust ayları ərzində heyvanlarının sayında bir neçəsinin azalmasını müşahidə etmiş, lakin əvvəllər heyvanlarından hər hansı biri oğurlanmadığından və belə halla rastlaşmadığından, heyvanlarının ya çöldə başqa heyvan sürülərinə qarışaraq itdiyini, ya da dağda-dərədə qurd yediyini düşünmüş, polisə müraciət etməmişdir. 2022-ci ilin avqust ayının 31-də polis əməkdaşları ona məxsus olan xırdabuynuzlu heyvanlardan 9 başının Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 tərəfindən oğurlandığını, bir hissəsinin Babək rayon Cəhri qəsəbə sakini Rəhman adlı şəxsə satdıqlarını, qalan 2 başını isə kəsərək yediklərini ona bildirmiş, bu zaman itdiyini düşündüyü heyvanlarının həmin şəxslər tərəfindən oğurlandığını öyrənmişdir. Sonra polis əməkdaşları ilə birlikdə Cəhri kəndinə getmiş, Rəhman adlı şəxsin heyvanlarının içərisindən özünə məxsus olan 7 baş heyvanı tanıyaraq seçmiş, sənəd tərtib edilmiş, polis əməkdaşları tərəfindən həmin heyvanlar götürülmüş, sonra ona təhvil verilmişdir. Heyvanlarını oğurlayan şəxsləri, Rəhman adlı şəxsi əvvəllər tanımamışdır. Heyvanlarını gecələr həyətində ətrafı dəmir barmaqlıqlarla əhatə olunmuş sahədə saxlamış, 8 baş heyvanı ona qaytarılmış, bir baş heyvanın isə pulu ona verilmişdir. Təqsirləndirilən şəxslərdən şikayəti, tələbi, mülki iddiası yoxdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid15 ifadəsində bildirmişdir ki, özü 14 ildir ki, Naxçıvan şəhərində yerləşən Sarvanlar məscidində xadimə, əri isə həmin məsciddə mühafizəçi işləyir. Naxçıvan şəhərində oğlu Təqsirləndirilən şəxs1, İİ qrup əlil qızı Türkanə Məmmədova, əri Şahid16la birlikdə yaşayır. Oğlu Təqsirləndirilən şəxs1 2018-ci ildə MAHXHQ kimi N saylı hərbi hissədə xidmət etməyə başlamış, 2019-cu ilin aprel ayında işlədiyi hərbi hissədə tabeliyində olan əsgəri vurmuş, xəsarət yetirmiş, hərbi məhkəmənin hökmü ilə həbs edilmiş və təqribən 2 il 4 ay həbsdə qaldıqdan sonra azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan bir neçə ay keçdikdən sonra Əlinin tələbi ilə ona Vaz 21074 markalı avtomobil almışlar. Əli həmin avtomobillə taksi kimi fəaliyyət göstərib qazanc əldə etmişdir. 2-3 ay müddətində Əli evə gec gəlməyə və ya bəzi günlər evə gəlməməyə başlamış, nəyə görə gecikdiyini və ya evə gəlmədiyini soruşduqda, avtomobili ilə xaltura etdiyini, ətraf rayonlara müştəri apardığını, müştərini gözlədiyini demişdir. Son vaxtlar Əli əsas Arif, Rəfail, Səbuhi və Tahir adlı şəxslərlə görüşürmüşdür. Tahirlə qonşu olmuşlar, Əlinin Tahirlə uşaqlıqdan münasibəti olmuş, Səbuhi adlı şəxsi isə sonralardan tanımış, onunla daimi münasibət saxladığını görməmişdir. Əli xx.xx.2022-ci il tarixdə həmişə olduğu kimi gündüz evdə yatmış, saat 16-17 radələrində evdən çıxmış, haraya getdiyini deməmişdir. Özləri yaşadıqları ünvanda həyətdə yerləşən yardımçı tikilidə, Əli həmin həyətdə tikdikləri ikimərtəbəli, tam təmiri başa çatmamış evin ikinci mərtəbədə yaşamış, bu səbəbdən çox vaxt onun nə zaman evə gəlib-getdiyini bilməmişlər. xx.xx.2022-ci il tarixdə yuxudan oyandıqları zaman Əlinin evdə olduğunu görmüşlər. Əlinin həmin gün kiminlə haraya getməsi, hansı işlə məşğul olması barədə məlumatı olmamış, xx.xx.2022-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən polis şöbəsinə dəvət olunmuş, Əlinin xx.xx.2022-ci il tarixdə qonşuları Təqsirləndirilən şəxs2lə birlikdə Əshabi-kəhf ziyarətgahından nəzir qutusunu oğurladıqlarını, içərisindəki pulları götürdüklərini öyrənmişdir. Əli saxlanılanadək Əshabikəhf ziyarətgahından oğurluq etməsi barədə heç bir məlumatı olmamışdır. Əli ümumiyyətlə evə pul xərcləmədiyi və evə bazarlıq etmədiyindən son zamanlar onun xərclərində hər hansı bir fərq görməmiş, Əli həbsdən çıxdıqdan sonra onun nə qədər pul qazanması, üzərində hansı məbləğdə pulunun olması barədə məlumatları olmamış, həmçinin Əlinin getdiyi yerlər və qazandığı pullar barədə onlara məlumat verməmiş, onun kimlərəsə pul borcunun olmasını bilməmiş, tutulanadək onun evə hər hansı başqa bir əşya və ya yüksək məbləğdə pul gətirməsini görməmiş, Əlinin Tahir və Səbuhi ilə birlikdə heyvan oğurlayaraq satmaları barədə məlumatı da polis əməkdaşlarından öyrənmiş, həmin vaxta kimi onların heyvan oğurluğu etmələri barədə də heç bir məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid14 ifadəsində bildirmişdir ki, oğlu Səbuhinin son vaxtlar hər hansı qanunsuz əməllərlə məşğul olmasının şahidi olmamış, oğlu sakit təbiətli, öz işində olan insan olmuşdur. Son 2-3 ayda xəstə olduğundan işləməmiş, həmçinin 2021-ci ilin sonlarından başlayaraq qazandığı pulun çox hissəsini içkiyə vermişdir. Səbuhi 2022-ci ilin avqust ayına qədər son 5-6 aydır ki, Təqsirləndirilən şəxs2 adlı şəxslə tanış olmuş və son 1-2 ayda onun vasitəçiliyi ilə Təqsirləndirilən şəxs1 tanımışdır. Onlarla sıx münasibət yaratdıqdan sonra hər gün onlarla məhəllədə görüşmüş, gəzməyə getmiş, hər dəfə də evə içkili vəziyyətdə gəlmişdir. 2022-ci ilin iyun ayının ortalarında evdə olan zaman saat təxminən 21 radələrində Səbuhi evə içkili vəziyyətdə gəlib yatmışdır. Səhər saat 06 radələrində həyət qapısı döyülmüş, Tahirin Səbuhini çağırıldığını eşitmiş və Səbuhiyə Tahirin onu çağırdığını demiş, Səbuhi qapıda Tahirlə görüşüb evdən çıxmışdır. Onların ardınca qardaşı Sabir Məmmədova məxsus olan yaşadıqları evin arxa tərəfindəki boş həyətə getmiş, Tahirgilin ora heyvan gətirdiklərini görmüş, Tahirdən heyvanların nə heyavan olduğunu soruşmuş, Tahir ona qayınanasıgilin heyvanları olduğunu, Şərura aparacaqlarını demiş, sonra gün ərzində Tahirgil gəlib heyvanları həyətdən aparmış, həmin heyvanların oğurluq olduğunu bilməmiş, yalnız oğlu Səbuhi polis tərəfindən saxlanıldıqdan sonra heyvanların oğurluq olduğunu və heyvanların saxlanılmasında və satılmasında Səbuhinin də iştirak etdiyini öyrənmişdir. Heyvan oğurluğu ilə bağlı məsələdən əvvəlcədən xəbəri olmamış, onun xərclədiyi və ya üzərində olan pullarında artım müşahidə etməmişdir. Şahid14 onu da bildirmişdir ki, oğlunun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə görüşməyə başlamasından sonra hər gün evə spirtli içki qəbul edərək gəlməsindən narahat olmuş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 küçədə görmüş, onlara oğlu Təqsirləndirilən şəxs3 telefonunun polis tərəfindən dinlənildiyini, onu zəng vurub axtarmamalarını bildirmiş, həmin vaxtdan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna zəng vurmamışlar. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid7 ifadəsində bildirmişdir ki,1997-ci ilin sentyabr ayından Əshabi-Kəhf ziyarətgahında təmizlik işləri ilə məşğul olur, 2022-ci ilin mart ayından isə həmin ziyarətgahda mühafizəçi işləyir. İş vaxtı saat 18:00-dan 09:00-dək olmuş, istirahət günü olmamış, gecələr növbədə olmuş, gündüzlər evinə gedərək istirahət etmişdir. xx.xx.2022-ci il tarixdə saat 17:30-da yaşadığı Culfa rayonunun Ərəzin kəndindən özünə məxsus olan Vaz 21074 markalı, ** BD *** nömrəli avtomobillə Əshabi-kəhf ziyarətgahına getmiş, ziyarətgahın işçiləri orada olmuşdur. Təmizlikçilər saat 18:00-da, ziyarətgahın direktoru və digər rəhbər işçilər isə gələn ziyarətçi sayına görə saat 19:00-20:00 radələrində işdən çıxmışlar. Hava qaraldıqdan sonra ziyarətə gələnlər ziyarətgahın yuxarı hissəsinə buraxılmamış, giriş hissədə oturmağa, nəzir salmağa və namaz qılmağa icazə verilirmişdir. Ziyarətgahı son tərk edən şəxslərin saat neçədə getməsini xatırlamır. Özündə olan dəftərdə gündəlik qeydiyyat aparmış, saat təxminən 22:10 radələrində ziyarətgahdan təxminən 2 km aralıda yerləşən su nasosunu işə salmış və həmin yerə öz avtomobili ilə getmiş, sonra qayıdaraq ayaqyoluları təmizləmişdir. Təxminən saat 22:30 radələrində iş otağına qayıtmış, ziyarətgahda olan su bulaqlarına baxmış, otağa qayıdaraq yeməyini yemiş, mobil telefonunda evdə yüklədiyi seriala baxmış, saat 00-dan sonra təxminən 1-2 saat yatmış, sonra oyanaraq bir kofe içmiş, telefona baxmış, saat 06:00-da çayçıların ocaqlarını işə salmış və nəzir qutularının yerində olub-olmamasını yoxlamağa başlamışdır. Ziyarətgahda 6 ədəd nəzir qutusu var. Qutuları yoxlayan zaman qara daş adlanan yerdə dəmir nəzir qutusunun yerində olmadığını görmüş, ətrafa nəzər salsa da həmin qutunun orada da olmadığını görmüş, ziyarətgahda xadimə işləyən Elsevərə zəng vurmuş, həmin nəzir qutusundan xəbərinin olub-olmadığını soruşmuş, Elsevər xəbərinin olmadığını demiş, nəzarətçi Murad müəllimə, sonra müdir Şahid1 zəng vurmuş, nəzir qutularından birinin yerində olmadığını bildirmişdir. Təqribən 35-40 dəqiqə sonra ziyarətgahın işçiləri və polis əməkdaşları həmin yerə gəlmişdir. Şahid7 ifadəsində onu da bildirmişdir ki, uzun müddətdir Əshabi-Kəhf ziyarətgahında işləyir, birinci dəfə belə bir oğurluqla rastlaşır. Hadisə baş verən gecə oyaq olduğu müddətdə tanımadığı şəxslərlə və avtomobillərlə rastlaşmamış və ya hər hansı bir səs eşitməmiş, hadisə ilə bağlı şübhələndiyi kimsə olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 18:00-da ziyarətgaha gedən zaman ayağında arğılar olduğundan ziyarətgahın axırına qədər qalxıb nəzir qutularının vəziyyətini yoxlaya bilməmiş, lakin həmin gün saat 19:00 radələrində ziyarətgahda bələdçi işləyən Şahid5 işdən çıxan zaman ona nəzir qutularını yoxladığını, 6 nəzir qutusunun yerində olduğunu bildirmişdir. Ciddi bir xəstəliyi və narahatçılığı olmadığı müddətdə hər gün işə gələn zaman ziyarətgahın axırına qədər getmiş, bütün nəzir qutularının vəziyyətini özü yoxlayaraq təhvil almış və ərazidə olan çatışmamazlıqlar barədə müdirə məlumat vermişdir. Yeni nəzir qutuları, o cümlədən oğurlanan nəzir qutusu təxminən 20 gün əvvəl ziyarətgah ərazisinə gətirilmiş, könhə nəzir qutuları, həcmi böyük olan, yaşıl rəngli yeni nəzir qutuları ilə əvəz edilmiş, lakin onların nəyə görə yerə bərkidilmədiyini bilməmişdir. Sonuncu dəfə nəzir qutularının nə zaman, kim tərəfindən açılmasını, onların içindən hansı miqdarda pul olmasını bilməmiş, gündüzlər çox vaxt ziyarətgahda olmadığından buna fikir verməmişdir. Ziyarətgahdan 2 km aralıda yerləşən su nasosunu işə salmaq üçün getdiyi yer yolun aşağısında olsa da, oradan yol görünmüş, nasosu işə salıdığı müddətdə hər hansı bir şəxs və ya avtomobilin ziyarətgaha yaxınlaşmasını müşahidə etməmişdir. xx.xx.2022-ci il tarixdə saat 00:00 radələrindən 02:00 radələrinədək yaşlı və gündəlik işdə olması ilə bağlı yorğun olduğundan özüdə bilmədən yatmış, həmin müddət ərzində səs eşitməmiş, kənardan işıq düşdüyünü hiss etməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid8 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdən Ekologiya Nazirliyinin işçisi kimi fəaliyyət göstərir. Əsas işi nazirliyə məxsus olan texnikalarla nazirliyə aid olan ərazilərdə şum, topan, daşıma, biçin və bu kimi digər işlərli görmək olmuşdur. Onu da bildirir ki, ərazilərə su norma ilə verildiyindən işlədiyi idarənin işçiləri gündüz-gecə növbəsinə bölünür, su verilən zaman bir həftə ərzində hər gecə 4-5 nəfər nazirliyin ərazisindəki yaşıllıq sahəsini suvarmaq üçün işdə qalır. xx.xx.2022-ci il tarixdə özü və müdir müavini olan Rüstəm müəllim gecə işdə qalaraq suvarma işləri ilə məşğul olmuşlar. Həmin gün onlara ayrılmış ərazi Əshabi-Kəhf ziyarətgahının qəssabxanasından təqribən 200 metr aşağıda yerləşən yol kənarındakı yaşıllıq sahə olmuş, su ağaclara damcı üsulu ilə verildiyindən suyu bir xəttə ötürmüş, təxminən 1 saat dincəldikdən sonra başqa xəttə ötürmüşlər. Xətləri dəyişdikdən sonra istirahət edən zaman ağaclıq sahə təhlükəli olduğundan təhlükəsizlik məqsədilə asfalt yola çıxaraq yolun kənarında oturub gözləmişlər. xx.xx.2022-ci il tarixdə yenə ikisi asfaltın kənarında oturub gözləyən zaman, saat təqribən 00:30 radələrində tanımadıqları Vaz 21074 markalı ağ rəngli bir avtomobil yanlarından keçərək ət kəsim yerinin yanında dayanmış, təxminən 1-2 dəqiqə sonra geriyə qayıtmış, ziyarətgahdan uzaqlaşmışlar. Təqribən bir saat sonra həmin avtomobil yenidən yanlarından keçərək ət kəsim yerinin yanında dayanmış, 4-5 dəqiqə sonra yenidən geri qayıtmış və ziyarətgah ərazisindən uzaqlaşmışlar. Uzun müddətdir ki, həmin ərazidə işləyir, həmin saatlarda ziyarətgaha ziyarət üçün gələn olmasını görməmişdir. Odur ki, həmin avtomobil geri qayıdan zaman arxa tərəfdən nömrəsinə baxmış, ** BJ *** nömrəli avtomobil olduğunu görmüş, nömrə yadında qalmışdır. Səhər açıldıqdan sonra yaşadığı evə getmiş, bir neçə gün keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə evdə istirahətdə olan zaman Culfa RPŞ-də serjant işləyən oğlu Nəqafət Məmmədov evdə söhbət əsanasında xx.xx.2022-ci il tarixdə Əshabi- Kəhf ziyarətgahından bir ədəd içində pullar olan nəzir qutusunun oğurlandığını demiş, ona həmin gün saat 00:30 və 01:30 radələrində iki dəfə eyni Vaz 21074 markalı, ** BJ *** nömrəli avtomobilin Əshabi-kəhf ziyarətgahına doğru gedərək geri qayıtdığını bildirmişdir. Oğlu bu barədə polis şöbəsinə gedərək məlumat verməli olduqlarını demiş, özü isə onunla birlikdə işdə olan müdir müavini Şahid9 məlumat vermiş, birlikdə Polis Şöbəsinə gedərək ifadə vermişlər. Şahid8 ifadəsində onu da bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə ziyarətgah ərazisinə gələn Vaz 21074 markalı, ** BJ *** nömrəli avtomobilin içərisində neçə nəfər olduğunu və onların kim olduğunu görməmiş, həmin avtomobilin onlara doğru gəldiyini görəndə öz idarələrinin əməkdaşları olduğunu və onların yerlərində olub-olmadıqılarını yoxlamaq üçün gəldiklərini düşünmüşdur. Ət kəsimi yerinin yaxınlığında həmin maşından kiminsə düşübdüşmədiyini, həmin ərazidən hər-hansı bir əşya götürüb-götürmədiyini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 Şahid8 ifadəsinə uyğun ifadə vermiş, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, xx.xx.2019-cu il tarixdən Əshabi-kəhf ziyarətgahında dini mütəxəssis vəzifəsində işləyir. Ziyarətgahda iş saatı 08:30-da başlayır saat 20:00-dək davam edir. Ziyarətgahda əsas işi ziyarətgaha gələn zəvvarları qarşılamaq, onlara köməklik göstərmək, ziyarətgah haqqında məlumat vermək, ərazidə olan çatışmazlıqları müəyyən edərək aradan qaldırılmasına kömək etməklə yanaşı nəzir qutularının yerində olmasına və bağlı olmasına nəzarət etməkdən ibarətdir. Həftə içi bir gün istirahət edir. Gün ərzində işin gedişindən asılı olaraq bir neçə dəfə ziyarətgahın axırına qədər qalxır, ümumi vəziyyətə, nəzir qutularının vəziyyətinə baxaraq geri qayıdır. xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində Murad müəllim, saat 17:10 radələrində isə Ələkbər müəllim yuxarıya qədər qalxaraq nəzir qutularının hamısının yerində olduğunu müəyyən etmiş, bu barədə müdirə məlumat vermişlər. 19.08.202-ci il tarixdə səhər saat 06:33 radələrində Şahid6 onun mobil telefonuna zəng vurmuş, lakin bu saatda səhvliklə zəng vurduğunu düşünərək telefona cavab verməmiş, bundan bir neçə dəqiqə sonra mobil telefonuna müdir Şahid1 zəng vurmuş, Əshabi-kəhf ziyarətgahında olan Qara daş adlanan yerin qarşısındakı 5-ci nəzir qutusunun oğurlandığını ona bildirmişdir. Sürücüsü Şahid3 zəng vurmuş, tez xidməti avtomobillə ziyarətgaha getmələrini bildirmiş, Murad müəllim və sürücü Zeynalabdınla Naxçıvan şəhərində görüşmüş və ziyarətgaha getmişlər. Ziyarətgaha çatdıqdan sonra müdir və polis əməkdaşları ilə birlikdə ziyarətgahın yuxarı hissəsinə, qara daş adlanan yerə getmiş, həqiqətən də orada yerləşən 5-ci nəzir qutusunun yerində olmadığını görmüşlər. Şahid Çingiz Şıxkərimov ifadəsində onu da bildirmişdir ki, nəzir qutuları təqribən 21- 22 gün əvvəl Əshabi-Kəhf ziyarətgahına gətirilmiş, köhnə qutular onlarla əvəz edilmiş, yalnız məscidin içindəki 6-ci nəzir qutusu əvvəl gətirildiyindən yerə bərkidilmiş vəziyyətdə olmuş, digərləri vaxt olmadığından yerə bərkidilməmişdir. İşlədiyi müddətdə ilk dəfə ziyarətgahda oğurluq halı ilə rastlaşmış, ziyarətgah ərazisində 6 ədəd nəzir qutusu tərəflərindən mütəmadi olaraq yoxlanılmış, qutular ayda bir dəfə dini qurumlar və Ali Məclisin nümayəndələrinin iştirakı ilə açılırmış, həmin qutular X16 məxsus olmuş və qutuların içərisindən çıxan pulların məbləği aylara görə dəyişirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və Şahid6 şahid X3 ifadəsinə uyğun ifadə vermişlər, onun ifadəsində göstərdiyi halları təsdiq etmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2018-ci il tarixdən Əshabi-Kəhf ziyarətgahında direktor vəzifəsində işləyir, işə Nazlifan markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə və ya özünə məxsus olan Nissan markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlib-gedir. İşə saat 09:00da gəlir, qonaqların çoxluğuna uyğun olaraq saat 20:00-21:30 radələri arasındakı vaxtlarda işdən çıxır. İşdə olduğu müddətdə ərazi ilə tanış olur, işçilərə müvafiq tapşırıqlar verir, gündəlik ümumi vəziyyət haqqında məlumat alır. Ziyarətgahda ümumilikdə 23 nəfər işçi işləyir və həmin işçilərdən mütəmadi olaraq ziyarətgah ərazisində olan vəziyyət, problemlər, kassaların yerində olub-olmaması barədə məlumat alır. Həftənin şənbə və bazar günləri ziyarətə gələnlər çox olur, həmin günlər özü, işçilərin hamısı işdə olur, həftə içi gün seçməklə istirahət günü kimi şəxsi işləri ilə məşğul olurlar. xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində hər şeyin yaxşı olması, nəzir qutularının yerində olması barədə işçisi Şahid5 tərəfindən ona məlumat verilmişdir. xx.xx.2022-ci il tarixdə saat 06:30 radələrində ziyarətgahın gözətçisi Şahid7 ona ziyarətgahda yerləşən Qara daş adlanan yerdəki 5-ci nəzir qutusunun yerində olmaması barədə məlumat verilmiş, həmin məlumatı dəqiqləşdirmiş və oğurluq barədə dərhal polisə məlumat vermiş, ziyarətgahda işlədiyi dövürdə ilk dəfə belə hadisə ilə rastlaşmışdır. Şahid1 ifadəsində onu da bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə yas mərasimində iştirak etdiyi üçün işdə olmamış, yeni nəzir qutuları təqribən 21 gün əvvəl ziyarətgaha gətirilmiş, könhə qutularla əvəz edilmiş, həmin qutulardan sadəcə 6-cı yerə bərkidilmiş, digərləri vaxt olmadığı üçün yerə bərkidilməmişdir. Sonuncu dəfə nəzir qutuları xx.xx.2022-ci il tarixdə Ali Məclisin və Dini Qurumların nümayəndələri ilə birlikdə açılmış və içindəki pullar götürülmüşdür. Qutuların içərisindən çıxan pullar X16 aid olduğundan onlar tərəfindən götürülərək fondun hesabına köçürülmüşdür. Həmin vaxt oğurlanmış kassanın içərisində nə qədər pul olduğunu dəqiq bilməmiş, həmin pulların məbləği aylara görə dəyişilirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid1 ifadəsinə uyğun ifadə vermiş, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid10 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 6-7 ildir ki, tanıyır və onunla son 3 il ərzində münasibətləri yaranmış, birlikdə futbol oynamağa, çayxanaya, yeməkxanaya getmişlər. Təqsirləndirilən şəxs2 da 6-7 il əvvəl tanımış, münasibətləri son 3-4 ildir ki, yaranmışdır. Təqsirləndirilən şəxs3 isə 10-11 ildir ki, məhəllə adamı kimi tanıyır, lakin onunla yaxın münasibətləri olmamış, hərdən Əligillə görüşən zaman Səbuhi də onların yanında olmuşdur. Təxminən 2 ildir ki, onlarla 10-15 gündən bir ya dördü, ya da əlavə məhəllə uşaqları ilə bir yerə yığışıb söhbət etmiş, çayxanaya, yeməkxanaya getmişlər. 2022-ci ilin avqust ayının 6-da Təqsirləndirilən şəxs3 ona zəng vurmuş, Naxçıvan şəhərində yerləşən Qədim Dünya adlı restoranda olduqlarını bildirmiş və onu da oraya dəvət etmiş, təqribən 1 saat sonra Qədim Dünya restoranına Səbuhigilin yanına getmiş, Təqsirləndirilən şəxs2 də orada olmuş, təqribən 5-6 dəqiqə sonra Təqsirləndirilən şəxs1 da onların yanına gəlmişdir. Tahirlə Səbuhi pivə içirmiş, özü də onlarla birlikdə 2 bakal pivə içmiş, lakin Əli spirtli içki qəbul etməmişdir. Təxminən yarım saat oturduqdan sonra Səbuhi Batabata yeyib-içməyə getməyi təklif etmiş, onunla razılaşmışlar. Səbuhi tanımadığı bir şəxsə zəng vurmuş, onda satılıq quzu olduğunu, həmin quzudan bir başını ona satmasını istəmiş, zəng vurduğu adam razılıq verdikdən sonra Səbuhi həmin adama pulunun çatmadığını, alacağı quzunun 20-30 manatını verəcəyini, qalan pulunu da sonra verəcəyini bildirmişdir. Dördü Təqsirləndirilən şəxs1 Vaz 21074 markalı, ** BJ *** nömrəli avtomobili ilə Naxçıvan şəhərindən çıxmış, Şahbuz yolu istiqamətində getməyə başlamışlar, haraya getdiklərini bilməmişdir. Təqribən 10-15 dəqiqə sonra Əli idarə etdiyi avtomobillə Cəhri qəsəbəsinə gedən yola dönmüş və 150 metr irəlidə yolun kənarında heyvan otaran tanımadığı şəxsin yanında saxlamışdır. Səbuhi avtomobildən enmiş, heyvan otaran şəxslə söhbət etdikdən sonra həmin adam 1 baş balaca quzunu gətirib Əlinin avtomobilinin baqajına qoymuş, Səbuhinin ona nə qədər pul verdiyini görməmişdir. Quzunu götürdükdən sonra birlikdə Naxçıvan şəhərinə qayıtmış, Səbuhigilin evinin yanında yerləşən ərzaq mağazasından araq, pivə, meyvə şirələri, çörək və digər ərzaq məhsulları götürmüş, Səbuhinin adına borc olaraq yazdırmış, mağazadan çıxmışlar. Batabata getmək istəyən zaman Təqsirləndirilən şəxs3 1 saatlıq işi olduğunu, evinə kirayə üçün baxmağa gələcəklərini bildirmiş, 1 saat gözləmələrini demiş, lakin Tahir onunla razılaşmamış, indi getmək istədiyini bildirmişdir. Səbuhinin onlarla gedə bilməyəcəyini demiş, Əlinin avtomobili ilə Batabata getmək üçün bir az irəlilədikdən sonra məhəllə uşağı olan Ayxan adlı şəxsi görmüş və avtomobili saxlayaraq Batabata yeyib-içməyə getdiklərini demiş, onu da dəvət etmişlər. Ayxan avtomobilə mindikdən sonra şəhərdən çıxmış və Batabat istiqamətində getmişlər. Ayxan Bakı şəhərində yaşayır. Şahbuz şəhərinə çatanda Təqsirləndirilən şəxs1 bacısının əri olan Emin adlı şəxsə zəng vurmuş, onu da evlərindən götürmüş, Batabata Zorbulağın yanına getmişlər. Oraya çatan zaman saat təxminən 20 radələri olmuşdur. Batabatda yeyib-içdikdən sonra tanımadığı arıçıdan xahiş edərək onun yanında qalmışlar. Səhər saat 08:50 radələrində Naxçıvan şəhərinə doğru yola düşmüş, Emin də onlarla birlikdə Naxçıvan şəhərinə gəlmiş, Emini yaşadığı ünvana aparmışlar, sonra özü Əlinin avtomobilindən enərək yaşadığı evə getmiş, onların isə haraya getdiyini bilməmişdir. Həmin gündən təqribən 4-5 gün sonra Təqsirləndirilən şəxs1 bir dəfə, Təqsirləndirilən şəxs2 isə iki dəfə məhəllədə görmüş və salamlaşmışdır. Bir neçə gün sonra Təqsirləndirilən şəxs1la həmişə olduğu kimi H.Əliyev adına uşaq şəhərciyinin arxasında olan futbol meydançasında futbola getmişlər. xx.xx.2022-ci il tarixdə yenə Əli ilə həmin meydançada futbolda olan zaman səhər saatlarında Əlinin telefonuna zəng gəlmiş, Əli oyunda olduğu üçün telefonunu kürəkənləri Emin açmış və Əlini səsləyərək Polis Şöbəsinin əməkdaşlarının onu soruşduğunu bildirmişdir. Zəngdən sonra Əli 5-6 dəqiqəliyinə harasa getmiş, yenidən meydançaya qayıtmışdır. 1-2 dəqiqə sonra polislər onların olduğu yerə gəlmiş və Təqsirləndirilən şəxs1 aparmışlar. Səhərisi gün Əshabi-kəhf ziyarətgahından edilmiş oğurluqla bağlı Əli və Tahiri apardıqlarını eşitmiş, həmin günə kimi qeyd edilən oğurluq barədə heç nə eşitməmiş, nə Əshabi-Kəhf ziyarətgahından edilmiş oğurluqdan, nə də heyvan oğurluqlarından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 Şahid10 ifadəsinə uyğun ifadə vermiş, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid11 ifadəsində bildirmişdir ki, təqribən 2 ildir ki, Naxçıvan şəhərində yerləşən “Səhhət” əczaxanasında əczaçı olaraq fəaliyyət göstərir, saat 09:00-dan 20:00-dək işdə olur. Təqsirləndirilən şəxs1 ilə sinif yoldaşı olmuş, uşaq vaxtından onu tanıyır. Məktəbi bitirdikdən sonra da, sinif yoldaşı kimi münasibətləri davam etmiş, hərdən görüşüb çay içib, yemək yemişlər. Təqsirləndirilən şəxs2 isə təqribən bir ay əvvəl Əliyə görə tanımış və bir neçə dəfə onlarla birlikdə müxtəlif yerlərə yeyib-içməyə getmişlər. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Təqsirləndirilən şəxs1 zəng vurmuş, Əliyə “işdən çıxmışam, iş yerinin qarşısında gözləyirəm, gəlib məni də götür, ikimiz birlikdə Nəqşicahan Restoranına yeyibiçməyə gedək” demiş, Əli onunla razılaşmış, təqribən 10 dəqiqə sonra Əli özünə məxsus vaz 21074 markalı avtomobili ilə onun işlədiyi “Səhhət” əczaxanasının yanına gəlmiş və onun avtomobilinə əyləşmiş, Tahirin də avtomobildə olduğunu görmüşdür. Birlikdə Nəqşicahan restoranına getmiş və təqribən 1 saat yarım həmin restoranda oturmuşlar. Özü iki bakal, Tahir isə təqribən 4-5 bakal pivə içmiş, Əli isə spirtli içki qəbul etməmişdir. Saat təqribən 22:15 radələrində Nəqşicahan restoranında 45 manat hesab ödəmiş, birlikdə oradan çıxmışlar. Əligil onu yaşadığı ünvana gətirmiş və getmişlər. Bir neçə gün Əligildən xəbəri olmamış, bir neçə gün sonra işdə olan zaman Əshabi-Kəhf ziyarətgahından oğurluq olduğunu və həmin oğurluq hadisəsini Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 birlikdə törətdiklərini, polis tərəfindən saxlanıldıqlarını eşitmişdir. Şahid11 ifadəsində onu da bildirmişdir Nəqşicahan restoranında olan zaman Əligil hansısa oğurluq etmək barədə planlarının olması barədə məlumatı olmamış, onun yanında hansısa oğurluq məqsədlərinin olması və ya oğurluq etmələrini ona bildirməmiş, onların başqa oğurluqlarının olub-olmaması barədə heç bir məlumatı olmamış, Əlinin kimə və ya haraya borcunun olması, hansısa probleminin olması barədə məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid12 ifadəsində bildirmişdir ki, Tumbul kəndində yaşayır, hazırda işsizdir. Təqsirləndirilən şəxs2 xalasının oğludur, normal münasibətləri var. Təqsirləndirilən şəxs1 Şahid11 dostu kimi tanıyır, onlarla yaxın münasibətləri yoxdur. Təqsirləndirilən şəxs3 isə ümumiyyətlə görməmiş və onunla da hər hansı bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs2lə ara-sıra birlikdə görüşüb şəhərə çay içmək və ya yemək yemək məqsədilə çıxmış, hərdən telefon əlaqəsi saxlamış, bir az söhbət etmiş və sağollaşmışlar. Tumbul kəndində yaşadıqları müddət ərzində Təqsirləndirilən şəxs2 və ailəsi gec saatlarında onlara gəlməmişdir. 2022-ci ilin iyun ayında isə ümumiyyətlə Təqsirləndirilən şəxs2 onların yaşadığı ünvana təkbaşına və ya ailəsi ilə birlikdə gəlməmişdir. Sonuncu dəfə 2022-ci ilin avqust ayının əvvəllərində Təqsirləndirilən şəxs2 nənəsi rəhmətə gedən zaman onun yas mərasimində iştirak etmək üçün ailəsi ilə birlikdə onlara gəlmişdir. Təqsirləndirilən şəxs2 polis tərəfindən saxlanıldıqdan sonra onun Təqsirləndirilən şəxs1la birlikdə Əshabi-kəhf ziyarətgahından nəzir qutusunu oğurladıqlarını öyrənmiş, heyvan oğurluqları etməsi barədə isə polisə ifadə verməyə çağırılana qədər məlumatı olmamışdır. Tumbul kənd sakini Zərərçəkmiş şəxs da tanımamış, onun yaşadığı və heyvan saxladığı yerin kəndin hansı hissəsində yerləşməsi barədə də məlumatı olmamışdır. Şahid12 ifadəsində onu da bildirmişdir ki, 2022-ci ilin avqust ayının təqribən 19-20-də bir dəfə Tahir ona zəng etmiş, şəhərdə görüşmüş, birlikdə Duzdağ otelinə getmiş, orada çimib 2-3 bakal pivə içmişlər. Orada olduqları müddətdə Təqsirləndirilən şəxs1 da Rəfail adlı şəxslə birlikdə yanlarına gəlmiş, Əligil onlarla birlikdə biraz vaxt keçirdikdən sonra geri qayıtmışlar. Tahirlə birlikdə yenə oteldə qalmış, biraz çimib, yeyib-içmiş, birlikdə Naxçıvan şəhərinə qayıtmışlar. Hesabı Tahir ödəmiş, hesabın nəqədər olmasını bilməmiş, ondan soruşmamışdır. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid13, Şahid16, Şahid18, Şahid19 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələr elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -22 avqust 2022-ci il il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə 22091002 saylı cinayət işi başlanılmışdır. -xx.xx.2022-ci il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən və xx.xx.2022-ci il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisələri Əshabi-Kəhf ziyarətgahı dini-mədəni abidə kompleksində və Naxçıvan şəhəri Tumbul kəndində Zərərçəkmiş şəxs Səfər oğlunun yaşadığı və heyvanlarını saxladığı ünvanda baş vermişdir. -26 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 25 oktyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuş və həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona yeni ittiham elan olunmuşdur. -26 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 25 oktyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuş və həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona yeni ittiham elan olunmuşdur. -01 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona Azərbaycan Respublikası CM-in 32.5, 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 25 oktyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 32.5, 177.2.1 maddələri ilə tövsif olunmuş və həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona yeni məzmunda ittiham elan olunmuşdur. -Culfa rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(089)-1/2022 və 4(089)-2/2022 nömrəli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. -Culfa rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(089)-3/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barələrində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. -Naxçıvan Muxtar Respublikası DİN-nin Tİİ-nin ƏSİB-nin xx.xx.2022-ci il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamış, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmuşdur. -Naxçıvan Muxtar Respublikası DİN-nin Tİİ-nin ƏSİB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, ona 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 04 ay 02 gün müddətinə azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinmiş, ona 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, o, xx.xx.2015-ci il tarixdə cəza müddətinin qurtarması ilə əlaqədar azad edilmişdir. -Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 271 nömrəli ekspert rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş dəmir qutu və hissələrinin səthində əl-barmaq və papilyar naxış izləri aşkar edilməmiş, təqdim edilmiş dəmir qutu və hissələrinin səthində heç bir əl-barmaq və papilyar naxış izləri aşkar edilmədiyindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izlərinin tədqiqatı aparılmamışdır. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2022-ci il tarixli, 6/5893 nömrəli rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, Culfa rayonu ərazisində yerləşən Əsabi-Kəf ziyarətgahından oğurlanmış dəmir materialdan hazırlanmış yaşıl rəngli nəzir qutusunun qapısının üzərindən... ayaq hissəsindən... xüsusi qaydada götürülərək qablaşdırılmış yaşıl rəngli boya... yazı əlavəli 3 ədəd kağız zərfdə olan yaşıl rəngli boya hissəcikləri morfoloji quruluşuna, eyni cinsliliyinə və yayılma xüsusiyyətlərinə görə məişətdə istifadə olunan xarici divar və tavan hissələrinin rənglənməsində istifadə olunan boya materialı olub, təqdim edilmiş “Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs1 məxsus olan Vaz 2107 markalı, ** BJ *** DQN-lı avtomobilin yük yerinin içəri hissəsindən aşkar edilərək mütəxəssisin iştirakı ilə xüsusi qaydada götürülüb qablaşdırılmış yaşıl rəngli boyaya bənzər maddə...” yazılı əlavə edilmiş 1 ədəd kağız zərfdə olan boya hissəcikləri ilə rənginə, təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edir. -xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus Vaz21074 markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobil, Əshabi-Kəhf ziyarətgahından oğurlanmış bir ədəd yaşıl rəngli dəmir materialdan hazırlanmış nəzir qutusu və onun qırılaraq üzərindən ayırlmış hissələri, qutunu qırmaq üçün istifadə olunmuş dəmir çəkic, Təqsirləndirilən şəxs1 ona çatan pulu içərisinə yığaraq gizlətdiyi bir ədəd qara rəngli, üzərində GUCCİ yazılmış dəri əl çantası maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişlər. -Zərərçəkmiş şəxs Naxçıvan Muxtar Respublikası X20 üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən X10 nümayəndəsi Nümayəndə xx.xx.2022-ci tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən Naxçıvan Muxtar Respublikası X20 üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən X16 dəyən maddi ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələb yoxdur. -Naxçıvan şəhər Tumbul kənd sakini Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan--8 baş xırdabuynuzlu heyvan istintaq orqanı tərəfindən qaytarılmış, 1 baş xırdabuynuzlu heyvanın 297 manat məbləğində olan qiyməti Təqsirləndirilən şəxs1 atası Şahid16 tərəfindən tam şəkildə ödənilmiş, cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 heç bir şikayət və tələbi yoxdur. Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 valideyini, arvadı və 2016-cı il təvəllüdlü azyaşlı oğlu ilə birlikdə ünvan 7 ünvanda yaşadığı müddət ərzində ictimai asayişi pozmuş, spirtli içki aludəçisi olmuşdur. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittihamda qeyd olunan əməlləri törətməsi onların etiraf edici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, zərəçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs3 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 32.5, 177.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi CM-in 32.5, 177.2.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini, törətdiyi cinayət əməllərini səmimi etiraf edərək əməllərindən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini, törətdiyi cinayət əməllərini səmimi etiraf edərək əməllərindən peşman olmasını, gənc olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə həmçinin zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini, törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin Təqsirləndirilən şəxs1 əvvələr qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəsasına məhkum olunmasını, yəni cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Naxçıvan MR Hərbi Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli hökmünün surətindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3, 332.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, qəti olaraq 3 il 2 ay 20 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Kəngərli rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(111)-10/2020 nömrəli qərarı ilə Cinayət Məcəlləsinin 331.2 və 332.2-ci maddələri ilə təyin edilmiş cəzalardan azad edilmiş, həmin maddələr üzrə məhkumluğu olmayan hesab edilmiş, Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinib 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğu əməl Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2 və 329.2.6-cı maddələri ilə tövsif edilərək ona 2 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzadan azad etmə nəzərə alınaraq cəzası 11 aya azaldılmış, üzərində qəti cəza olaraq 2 il 3 ay 20 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluq ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsindəonlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur: Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 329.2.1, 329.2.2 və 329.2.6cı maddələrində nəzərdə tutulmuş cinayətlər az ağı cinayətlərdir. Həmçinin Təqsirləndirilən şəxs1 cəzanı çəkib qurtardığı gündən iki il keçməmiş, məhkumluq ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində qeyd edilmişdir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, Cinayət Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin maddənin ikinci hissəsində qeyd edilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi ilə bağlı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyil. Ona təqsirləndirildiyi maddələrdə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növünün təyin edilməsi üçün Azərbaycan Respublikası CM-nin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxs, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin etmir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi, törətdiyi cinayət əməllərini səmimi etiraf edərək əməllərindən peşman olması, gənc olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması nəzərə alınmalıdır. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsinə təqsirli bilinməli, ona 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, onun cəza çəkməsinin əvvəli həbsə alındığı andan, 26 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi ilə bağlı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi, törətdiyi cinayət əməllərini səmimi etiraf edərək əməllərindən peşman olması, himayəsində bir azyaşlı uşağının olması, gənc olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi ilə bağlı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi, törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olması, himayəsində yetkinlik yaşına çatmayan uşağının olması nəzərə alınmalıdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən halları nəzərə alır, hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməllərinə görə ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onlar cəmiyyətdən tam təcrid etməməlidirlər. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsinə təqsirli bilinməli, ona 3 il müddətinə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 32.5, 177.2.1-ci maddəsndə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə təqsirli bilinməli, ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzanı çəkib qurtaranadək yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarında olan Culfa rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(089)- 2/2022 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 26 avqust 2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixli, 4(089)-3/2022 nömrəli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, onun həbsdə saxlama müddəti 02 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxs X6 həbsdə saxlanıldığı müddət xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 118 gün, Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddət 111 gün olmuşdur. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti..., azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, ... hesabı ilə hesablanır. Məhkəmə, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırkı cinayət işi üzrə həbsdə saxlanıldıqları 118 gün, Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı 111 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının müddətinə iki gün hesabı ilə hesablanmalı, təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132 və 346.1.19-cu maddələrinin tələblərinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış, Culfa Rayon Polis Şöbəsinin mühafizə olunan dayanacağında saxlanılan Vaz 21074 markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobil, nəzir qutusunu qırmaq üçün istifadə olunmuş Culfa Rayon Məhkəməsində saxlanılan dəmir çəkic, bir ədəd qara rəngli, üzərində GUCCİ yazılmış dəri əl çantası Təqsirləndirilən şəxs1 səlahiyyətli nümayəndəsinə, Əshabi-Kəhf ziyarətgahından oğurlanmış Culfa Rayon Məhkəməsində saxlanılan bir ədəd yaşıl rəngli dəmir materialdan hazırlanmış nəzir qutusu və onun qırılaraq üzərindən ayırlmış hissələri Naxçıvan Muxtar Respublikası X20 üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən X9ytarılmalı, bir ədəd lak-boya nümunələri olan zərf cinayət işinin materiallarında saxlanılmalı, həmçinin hökm qanuni qüvvəyə mindikdən sonra PC AZE C02967033 nömrəli pasport, AE 861128 nömrəli sürücülük vəsiqəsi, BD106111 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi Təqsirləndirilən şəxs1 təqdim edilməsi üçün cəzani icra edən müəssisəyə göndərilməli, AA ******* nömrəli şəxsiyyət vəsiqəsi Təqsirləndirilən şəxs2, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi Təqsirləndirilən şəxs3 qaytarılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, onların barəsində hökm qanuni qüvvəyə minənəndək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidirlər. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edir, belə nəticəyə gəlir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 göstərilən hüquqi yardıma görə müdafiəçilərə vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən ... təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 26 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 118 gün həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 236 gün ona təyin edilmiş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın, Təqsirləndirilən şəxs2 üzərində 2 il 4 ay 4 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 111 gün həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 222 gün ona təyin edilmiş 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın, Təqsirləndirilən şəxs3 üzərində 1 il 10 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 üzərinə cəzanı çəkib qurtaranadək axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşadığı ünvan 8 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 üzərinə cəzanı çəkib qurtaranadək axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasının icrasına nəzarəti yaşadıqları yer üzrə İcra və Probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətlərinin başlanğıcı yaşadıqları yeri üzrə İcra və Probasiya şöbəsində qeydə alındıqları vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut, Culfa Rayon Polis Şöbəsinin mühafizə olunan dayanacağında saxlanılan Vaz 21074 markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobil, nəzir qutusunu qırmaq üçün istifadə olunmuş Culfa Rayon Məhkəməsində saxlanılan dəmir çəkic, bir ədəd qara rəngli, üzərində GUCCİ yazılmış dəri əl çantası Təqsirləndirilən şəxs1 səlahiyyətli nümayəndəsinə, Əshabi-Kəhf ziyarətgahından oğurlanmış Culfa Rayon Məhkəməsində saxlanılan bir ədəd yaşıl rəngli dəmir materialdan hazırlanmış nəzir qutusu və onun qırılaraq üzərindən ayırlmış hissələri Naxçıvan Muxtar Respublikası X20 üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən X9ytarılsın, bir ədəd lak-boya nümunələri olan zərf cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra PC AZE C02967033 nömrəli pasport, AE 861128 nömrəli sürücülük vəsiqəsi, BD106111 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi Təqsirləndirilən şəxs1 təqdim edilməsi üçün cəzani icra edən müəssisəyə göndərilsin, AA ******* nömrəli şəxsiyyət vəsiqəsi Təqsirləndirilən şəxs2, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi Təqsirləndirilən şəxs3 qaytarılsın. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhməkə Ekspertizası Mərkəzində “Lak və boya materiallarının məhkəmə ekspertizası”nın keçirilməsinə xərclənmiş 154 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq X1 hesabına (Kod 210005, Müxbir hesab AZ41NABZ******************** S.F.İ.F.T. BİK CTREAZ22, məhkəmə ekspertizası mərkəzi, hesab AZ34CTRE********************) köçürülsün. Müdafiəçi1 Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardıma görə vəsait, Müdafiəçi2 Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardıma görə vəsait, Müdafiəçi3 Təqsirləndirilən şəxs3 göstərilən hüquqi yardıma görə vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İş üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar