Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-9/2024 15.07.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs- xx xxxxxx 1979-cu il tarixdə Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, üç uşaq atası, məhkumluğu olmayan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş-Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayının əvvəllərində saat 22:00 radələrində Culfa şəhəri Ş.Əliqullu küçəsi ev 31 ünvanında yerləşən, yaşayış olmayan binaya daxil olmuş, binanın 2-ci mərtəbəsinin dəhlizində yerləşən və Zərərçəkmiş şəxs məxsus olan taxta materialdan hazırlanmış, metal materiallı qıfıl ilə bağlanmış sandığı qəsdən fiziki güc tətbiq etəklə, qıfılı açmadan qıfılın bağlandığı dəmir hissəsini sandığın qapağından ayıraraq sandığı açmış, sandığın içərisindən bir ədəd UAZ markalı avtomobilə məxsus 30 manat dəyərində olan stateri, 03 ədəd böyük dəmir materialdan hazırlanmış, hər biri 6 manat dəyərində olan qıfılı, 03 ədəd hər biri 20 manat dəyərində olan istifadə olunmuş açinkovu talı, 01 ədəd avtomobil mühərrikini yerindən qaldırmaq üçün istifadə edilən 40 manat dəyərində talı, ümumilikdə 138 manat dəyərində olan əşyaları tamah niyyəti ilə gizli yolla talayaraq satmış, bundan bir gün keçdikdən sonra yenidən Zərərçəkmiş şəxs məxsus olan və yaşayış olmayan ünvan 2 ünvanının qapısını qəsdən fiziki güc tətbiq etməklə qıraraq gizli yolla mənzilə daxil olmuş, həmin mənzilin mətbəxindən 1 ədəd 70 manat dəyərində istifadə olunmuş “Ariston” markalı su qızdırıcısını və 1 ədəd 50 manat dəyərində elektriklə çalışan, latun materialdan hazırlanmış 3 litrlik istifadə olunmuş samovarı, ümumilikdə 130 manat dəyərində olan əşyaları tamah niyyəti ilə talayaraq satmış, bununla da Zərərçəkmiş şəxs ümumilikdə 268 manat məbləğində maddi ziyan vurmuşdur. Bununlа dа Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü mаddəsində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 177.2.3-cü mаddəsində nəzərdə tutulаn cinаyət əməlini törətməkdə təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, 2007-ci ildə X3 ilə ailə qurmuş, 3 uşaqları var. Heç bir dövlət işində işləmir, iş olduqca fəhlə işləyir, əldə etdiyi qazancla ailəsinin maddi ehtiyaclarını qarşılayır. Hadisədən təqribən bir ay əvvəl dəmir yolu vağzalı ilə üzbəüz olan, Culfa şəhəri, Şəhid Əliqulu küçəsində yerləşən köhnə binada yaşayış olmadığını eşitmiş, hər gün yaşadığı ünvan 3 ünvanına həmin binanın yanından keçib getmişdir. Bir neçə gün gecə vaxtı həmin binanın yanından keçən zaman binanın pəncərələrindən işiq gəlibgəlmədiyinə fikir vermiş, orada yaşayış olmadığını dəqiqləşdirmişdir. 2024-cü ilin fevral ayının əvvəllərində saat 21:00 radələrində Culfa şəhərində mağazadan özünə araq almış, arağı Culfa şəhərində yerləşən parkda içmiş, təqribən saat 22:00 radələrində oradan ayrılmış, evə tərəf getməyə başlamış, Şəhid Əliqulu küçəsi ilə hərəkət edən zaman həmin yaşayış olmayan binaya girmək qərarına gəlmiş, binanın giriş hissəsinin açıq olduğunu görmüş, binaya daxil olaraq ikinci mərtəbəyə qalxmış, binanın içərisi qaranlıq olduğu üçün siqaret yandırmaq üçün istifadə etdiyi alışqanın arxasında yerləşən fənərlə ətrafa işiq salaraq nəzər yetirmiş, ikinci mərtəbədə sağ tərəfdə dəhlizin olduğunu görmüş, dəhlizin iki tağlı taxta qapıları açıq olduğundan dəhlizə daxil olmuş, dəhlizin içərisində sol tərəfdə duvarın qabağında yaşıl rəngli, qapağının üzərinə qırmızı plastik materialdan örtük bərkidilmiş, taxta materialdan hazırlanmış sandığın olduğunu görmüşdür. Sandığın qapağı sandığın özünə dəmir materiallı qıfıl ilə bağlanmış vəziyyətdə olmuş, sandığın qapağının sağ tərəfindən yapışaraq qaldırıb çəkmiş, bu zaman sandığın qapağına mismarla bərkidilmiş qıfılın keçməsi üçün nəzərdə tutlmuş dəmir hissənin bərkidildiyi taxta hissəsi qırılmışdır. Sandığın qapağını açmış, sandığın içərisində olan kitabları sandıqdan götürərək sandığın sağ tərəfinə yerə atmış, sandığın içərisində 1 ədəd böyük stater, 1 ədəd balaca stater, 3 ədəd rezba açan, 2 ədəd avtomobil stopları, 1 ədəd gupban, bir neçə ədəd adını bilmədiyi dəmir materiallı avtomobil hissələri və başqa əşyaların olduğunu görmüşdür. Dəhlizin girişində və içərisində zibillər olan un kisəsini götürmüş, zibilləri dəhlizin girişinə boşaltmış, sandığın içərisində olan böyük stateri götürmək istəsə də həmin stateri ağır olduğuna görə götürə bilməmiş, sandığın içərisindən 1 ədəd işlənmiş stater, 3 ədəd dəmir materiallı qıfıl, 4 ədəd açinkovu tall, bir neçə ədəd avtomobil ehtiyat hissələri və adını bilmədiyi bir neçə dəmir materiallı əşyaları götürərək kisənin içərisinə doldurmuş, sonra sandığın qapağını örtmüş və kisəni götürərək yaşadığı evə getmişdir. Kisənin içərisindən 1 ədəd stateri götürərək başqa torbaya qoymuş, qalan əşyaları kisədə həyətə qoyaraq evə daxil olmuş və yatmışdır. Sabahı gün yuxudan durduqdan sonra Culfa şəhərində yük motosikleti ilə yük daşıma işi ilə məşğul olan Kamil adlı şəxsi çağırmış, onun yük motosikletinə həmin kisəni qoyaraq onunla birlikdə Culfa rayonunun Gülüstan kəndinə gedən yolun yaxınlığında yerləşən metal alan Xəlil adlı şəxsin metal topladığı yerə getmişdir. Xəlil orada olmamış, onun işçisi Əli adlı şəxsə həmin metal əşyaları vermiş, Əli metalları tərəzidə çəkmiş, ümumilikdə 51 kiloqram olmuşdur. Əli ona 9 manat pul vermiş, Kamil adlı şəxsin motosikleti ilə Culfa şəhərinə qayıtmışdır. Culfa şəhərində Kamilə 2 manat pul vermiş, sonra evə qayıtmış, stateri həyətdən götürmüş, Culfa şəhəri, H.Əliyev prospektində yerləşən ticarət mərkəzinin qabağındakı çayxananın yanına gətirmiş, Culfa şəhər sakini Əbülfəz adlı şəxslə rastlaşmış, Əbülfəzə onda staterin olduğunu və 20 manata satmaq istədiyini bildirmişdir. Əbülfəz staterə baxmış, bəyənmiş, ona 20 manat pul vermiş və stateri ondan almışdır. Culfa şəhərində olan mağazalardan birinə daxil olmuş, oradan özü üçün araq, siqaret, kolbasa və çörək almış, Culfa şəhərində yerləşən dəmiryolu stansiyasının yaxınlığında çöllük hissəyə getmiş, orada kolbasa çörək yemiş və arağı içmişdir. Bir neçə saat həmin yerdə vaxt keçirmiş, sonra oradan Culfa şəhərinə gəlmiş, bir müddət gəzdikdən sorna gecə olduğu üçün yaşadığı evə qayıtmış və yatmışdır. Sabahı gün saat 15:00 radələrində evdən Culfa şəhərinə çıxmış və Culfa şəhərinin küçələrində gəzişmiş, saat 22:00 radələrində evə qayıdan zaman yenidən Culfa şəhəri, Şəhid Əliqulu küçəsində yerləşən köhnə binaya daxil olmuş, alışqanın arxasındakı fənəri yandırmış, ikinci mərtəbəyə qalxmış, dəhlizin girişində içərisinə zibil doldurulmuş un kisəsini boşaltmış, özü ilə bərabər götürmüş, dəhlizə daxil olaraq sağ tərəfdə iki tağlı, ağ rəngli taxta materiallı qapısı olan evin qabağına gəlmiş, qapının sol tərəf tağını əli ilə itələyərək açmaq istəmiş, lakin qapı açılmamışdır. Sonra sağ tərəf tağını itələmiş, qapı açılmışdır. Evin dəhlizinə daxil olmuş, əvvəlcə sol tərəfdə olan otağa daxil olmuş, həmin otaqda televizor, divan və yorqan-döşək dəstinin olduğunu görmüş, dəhlizinə çıxmış, sağ tərəfdəki otağa daxil olmuş otaqda pəncərədə bir ədəd əlil arabası, pəncərənin qabağında yerdə isə bir ədəd tikiş maşınının olduğunu görmüş, dəhlizə çıxmış, dəhlizdə evin girişindən sol tərəfində yerləşən divar üzərində yerləşən iki tağlı qapısı olan şkafın qapısını nə qədər etsə də aça bilməmiş, mətbəxə daxil olmuş, mətbəxdə hamam otağının giriş qapısının sağ tərəfində divara bərkidilmiş bir ədəd su qızdırıcının (şopen) olduğunu görmüş, həmin su qızdırıcının su borularını və qaz borusunu kəsmək üçün mətbəxdə giriş qapısının yaxınlığında olan 3 ədəd alətlər çantasının içərisinə baxaraq bir ədəd dəmir kəsən qayçı tapmış, qayçı ilə su qızıdırıcının iki ədəd su borusunu və bir ədəd qaz borusunu kəsmiş, su borularının birindən su gəlmiş, buna əhəmiyyət verməmiş, su qızdırıcını dartaraq duvardan çıxarmış, rahat daşımaq üçün üst qapağını çıxardaraq mətbəxin pəncərəsinin qarşısında olan stolun üzərinə qoymuş, su qızdırıcısını un kisəsinin içərinə qoymuş, yenidən ətrafa baxmış, mətbəxdə giriş qapısından sağ tərəfdə yerləşən taxta materiallı şkafın üstündə bir ədəd təqribən 3 litr su tutan, sarı rəngli elektriklə çalışan samovar olduğunu görmüş, samovarı götürmüş və su qızdırıcını qoyduğu kisəni və samovarı əlində götürərək evdən binanın dəhlizinə çıxmışdır. Dəhlizdən pilləkənlərlə aşağı enmiş, binanın giriş qapısında binadan çıxan zaman sol tərəfdə olan binaya girən su xəttinin üzərində olan bağlayıcıdan binanın ümumi suyunu bağlamış və binanı tərk etmiş, oradan uzaqlaşmışdır. Bir qədər getdikdən sonra su qızdırıcını və samovarı daşla əzmiş və kisənin içərisinə qoymuş, sonra kisəni götürərək evə getmiş, kisəni həyətə qoymuş və yatmışdır. Sabahı gün saat 09:00 radələrində həmin kisəni əlinə alaraq piyada Gülüsatan kəndinə gedən yola yaxın yerdə yerləşən Xəlil adlı şəxsin dəmir topladığı yerə getmiş, həmin vaxt Xəlil yenə orada olmamış, orada işləyən Əli adlı şəxsə yaxınlaşmış və kisədə ona apardığı əşyaları göstərmiş, Əli əzilmiş halda olan su qızıdırıcını tərəziyə qoyaraq çəkmiş, 2 kq olmuş, su qızdırıcının içərisindəki metal mis olduğu üçün Əli su qızdırıcısının qiymətini 18 manat hesablamış, sonra əzilmiş samovarı tərəzidə çəkmiş, samovarın çəkisi də 2 kq olmuş, samovarın materialı latun olduğu üçün Əli samovarın qiymətini 10 manat hesablamış, ona 28 manat pul vermiş, oradan uzaqlaşmış, Culfa şəhərinə qayıtmış, özünə araq, siqarət, kolbasa və çörək almış, şəhərin kənarına getmiş, çörək və kolbasını yemiş, araqdan içmişdir. Bir neçə gün sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ondan metal tullantı kimi satdığı əşyaları hardan əldə etdiyi soruşulmuş, əməlini etiraf etmiş, hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs izahatında onu da bildirmişdir ki, oğurluq etdiyi ünvan 4 ünvanının əvvəlcədən kimə məxsus olduğunu bilməmiş, qış ayları oduğundan işəməmiş, pulu olmadığı üçün oğurluq etmişdur. Ona oğurluq etməsi üçün kimsə kömək etməmiş, kiminsə təkidi ilə oğurluq etməmiş, oğurluq etməsi barədə kimsənin məlumatı olmamışdır. Mənzildən iki dəfə oğurluq etməsinə səbəb metel alətlərin ağır olması olmuşdur. 2002-ci ildə Culfa şəhərində olan ərzaq mağazasından pul və qida məhsulları oğurlamış, Culfa rayon Məhkəməsinin 09 iyul 2002-ci il tarixli hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan mərum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 12 iyun 2006-cı il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 il 4 ay 10 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Əməlindən çox peşmandır, 3 uşağı var, Zərərçəkmiş şəxs dəymiş zərər ödənilmiş, ona köməklik edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, hazırda əri X4 ilə birlikdə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evlərində yaşayırlar. Əvvəllər özlərinə məxsus olan ünvan 6 ünvanında yerləşən mənzildə yaşamışlar. Təqribən 3 ildir ki, əri Q.Həsənov xəstədir, sərbəst yeriyə bilmədiyi üçün ünvan 5 ünvanında yerləşən həyət evinə köçmüşlər. ünvan 7nda yerləşən mənzili bir neçə ay kirayə vermiş, 2023-cü ilin ortalarında Fövqaladə Hallar Nazirliyinin əməkdaşları ona məxsus Culfa şəhəri Ş.Əliqulu küçəsi, ev 31 ünvanında yerləşən mənzillərin yaşayış üçün təhlükəli olduğunu bildirmiş, 2023-cü ilin sentyabr ayından həmin binada yaşayış olmamışdır. Evdən əşyalarının bir hissəsini yaşadığı ünvan 5 ünvanına daşımış, əşyaların bəziləri mənzildə qalmışdır. Həftədə bir dəfə olmaqla həmin evə getmiş, evə nəzarət etmiş, lazım olan əşyaları isə yaşadığı evə aparmışdır. xx.xx.2024-cü il tarixdə yenidən həmin mənzilin olduğu binanın yanına getmiş, binanın girişindən ikinci mərtəbəyə qalxmış, dəhlizdən keçərək özlərinə məxsus olan mənzilin qarşısına gəlmiş, mənzilin girişində olan giriş qapısının sağ tağının açıq vəziyyətdə olduğunu görmüşdür. Mənzilə daxil olmamış, çölə çıxmış və polisə zəng vuraraq məlumat vermişdir. Polis əməkdaşları gəlmiş, polis əməkdaşları ilə birlikdə evə daxil olmuş, evə daxil olan zaman evin mətbəxində olan 1 ədəd su qızdırıcının və 1 ədəd elektriklə çalışan samovarın yerində olmadığını görmüş, evdən binanın dəhlizinə çıxan zaman binanın dəhlizinə qoyduqları və özlərinə məxsus olan yaşıl rəngli taxta materialdan hazırlanmış sandığın içərisinə qoyduqları köhnə kitabların sandığın sağ tərəfində yerə atıldığını, sandığın qapağının üzərinə bağladığı qıfılın bağlandığı dəmirin qapağa bərkidildiyi yerdən ayrıldığını görmüş, sandığın içərisinə nəzər yetirən zaman sandığın da içərisindən bəzi əşyaların yerində olmadığını müşahidə etmiş, bundan sonra polis əməkdaşları tərəfindən bu məsələ ilə bağlı araşdırma aparılmağa başlanılmışdır. Qısa müddət ərzində ünvan 7nda yerləşən mənzilə daxil olaraq mənzildən və həmin mənzilin qapısının yaxınlığında, binanın dəhlizində yerləşən sandıqdan bəzi əşyaları Culfa şəhər sakini Təqsirləndirilən şəxs gizli yolla taladığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ona məxsus olan 1 ədəd “Ariston” markalı 24 litirlik, istifadə olunmuş, işlək vəziyyətdə olan su qızdırıcını, 1 ədəd həcmi 3 litr olan elektriklə çalışan, sarı rəngli, latun materialdan hazırlanmış, işlək vəziyyətdə olan samovarı mənzilinin mətbəxindən, 1 ədəd uaz markalı avtomobilə məxsus olan işlək vəziyyətdə olan statırı, 3 ədəd böyük dəmir materialdan hazırlanmış işlək vəziyyətdə olan qıfılı, 3 ədəd işlək vəziyyətdə olan açinkovu talı, 1 ədəd avtomobil mühərrikini yerindən qaldırmaq üçün istifadə edilən və işlək vəziyyətdə olan talı binanın dəhlizində yerləşən və özünə məxsus olan yaşıl rəngli taxta materiallı sandıqdan götürdüyü müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs mətbəxdən su qızdırıcını sökərək götürən zaman su qızdırıcısına bağlanmış vəziyyətdə olan 02 ədəd 0.5 metr uzunluğunda, işlək vəziyyətdə olan metal məftilli su borusunu da metal kəsmək üçün olan qayçı ilə kəsərək yararsız vəziyyətə salmışdır. Su qızıdırıcısını təqribən 1 il bundan əvvəl 170 manata almış və məzildə quraşdırmışdır. Təqsirləndirilən şəxs mənzidən və sandıqdan götürdüyü əşyaların ümumi dəyəri təqribən 268 manat olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmiş, Təqsirləndirilən şəxs bağışlayır, ondan tələbi, şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, daimi iş yeri yoxdur, iş olan zaman fəhləlik edir. 2023-cü ilin iyun ayından Culfa rayonunun Gülüstan kəndi ərazisində yerləşən donuzçuluq fermasının yanında olan metal toplanması və qəbulu yerində fəhlə işləməyə başlamışdır. Daimi olaraq işə getməmiş, metallar qəbul edilib toplandıqdan sonra həmin metalları yük avtomobilinə yükləmiş, Bakı şəhərinə göndərmək məqsədilə hərdən işə getmiş, hər dəfə həmin yerin sahibi, Culfa rayonunun Gülüstan kənd sakini X5 ona 20-30 manat pul vermişdir. Həmçinin Xəlil orada olmadığı müddətdə onu dəvət etmiş, metal gətirən olarsa, həmin metalları çəkərək qəbul etməyi ona tapşırmışdır. İşdə olduğu müddət ərzində metalların 1 kq-nı 25 qəpikdən, misin 1 kq-nı 8.5 manatdan, alüminiumun 1 kq-nı 1 manatdan, dürün 1 kq-nı 0.7 manatdan, latunun 1 kq-nı isə 5 manatdan qəbul etmişdir. 2024-cü ilin fevral ayının əvvəllərində həmin yerdə işdə olan zaman Culfa şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs ağ rəngli un kisəsində metal hissələri gətirərək onları satmaq istədiyini bildirmiş, həmin metalları un kisəsində tərəziyə qoyaraq çəkmiş, təqribən 30-40 kq ağırlığında olan metallara görə Pərvizə 9 manat ödəniş etmiş, un kisəsində gətirdiyi metalları kisəni açmadan digər metalların içərisində atmışdır. Bir gün sonra Təqsirləndirilən şəxs bir ədəd su qızdırıcısı olan şopenin içərisindən çıxarılmış əzilmiş vəziyyətdə olan mis kütləsini və bir ədəd latun materiallı əzilmiş şəkildə olan qızılı rəngli elektrik samovarını yanına gətirmiş, göstərmiş, onları neçiyə ala biləcəyini soruşmuş, şopenin əzilmiş mis hissəsini çəkmiş 2 kq olmuş, içərisində az miqdarda metal olmasını nəzərə almaqla Pərvizə 18 manat, əzilmiş vəziyyətdə latun materiallı elektirik samovarını isə çəkərək 2 kq olmasını müəyyən etmiş, həmin samovara görə isə Pərvizə 10 manat ödəməklə qəbul etmişdir. Həmin gün qəbul edilmiş metalları yük avtomobilinə yükləyərək Bakı şəhərinə yola salacaqları üçün Pərvizdən aldığı mis və latun materiallı əşyaları da yük avtomobilinə digər metallarla birlikdə yükləmiş və Bakı şəhərinə yola salmışlar. Bir neçə gün sonra polis əməkdaşları onun işlədiyi Gülüstan kəndi ərazisində yerləşən metal qəbulu yerinə gəlmiş, Təqsirləndirilən şəxs ona həmin adda əşyaları satıb-satmamasını soruşmuş, bir neçə gün əvvəl Təqsirləndirilən şəxs bir kisədə təqribən 30-40 kq ağırlığında müxtəlif metal hissələrini və bundan bir gün sonra su qızdırıcısı olan şopenin mis hissəsi ilə latun materiallı elektrik samovarını əzilmiş vəziyyətdə gətirərək ona satdığını, ona birinci dəfə 9 manat, ikinci dəfə 28 manat ödəniş etdiyini, Pərvizin satdığı metal və əlvan metal materiallarını yük avtomobilinə digər materiallarla yükləyərək Bakı şəhərinə yola saldıqlarını bildirmiş, polis əməkdaşları Təqsirləndirilən şəxs ona satdığı əşyaların oğurluq olduğunu bildirmişlər. Şahid1 ifadəsində onu da bildirmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs tərəfindən özü işdə olan zaman işlədiyi metal qəbul etmə yerinə hər hansı metal gətirilməmiş, Pərvizdən həmin metal hissələri və əlvan metalları haradan əldə etməsini soruşmamış, həmin əşyalar əzilmiş vəziyyətdə olmuş, oğurluq olmasını bilməmiş, metallum kimi satıldığını düşünmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2024-cü ilin fevral ayının əvvəlindən Culfa şəhərində yerləşən uşaq bağçasında mühafizəçi vəzifəsində işləyir. Tarixini dəqiq xatırlamır, 2024-cü ilin fevral ayının əvvəllərində idarə etdiyi volqa Qaz 31105 markalı, ** BB *** avtomobilini stateri işləmədiyi üçün itələyərək mühərrikini işə salmış, Gülüstan kəndindən Culfa şəhərinə gələn zaman Culfa şəhərinin girişində Təqsirləndirilən şəxs yolun kənarında əl ilə işarə verərək onun avtomobilini saxlatdırmışdır. Şüşəni endirən zaman Pərviz onu axtardığını və avtomobilinin stateri işləmədiyi üçün avtomobilini itələyərək mühərrikini işə saldığını eşitdiyini, özündə onun avtomobili üçün stater olduğunu, satmaq istədiyini və almaq istəyib-istəmədiyini ondan soruşmuş, staterin qiymətini soruşmuş, 200 manata satmaq istədiyini bildirmişdir. Baha olduğunu demiş, Pərviz əl çəkməmiş, 150 manat, daha sonra 100 manat, sonda isə 50 manata satacağını bildirmişdir. Üzərində yalnız 20 manat pulunun olduğunu demiş, Pərviz razılaşmışdır. Pərviz stateri ticarət mərkəzində tikinti materialları satılan mağazanı işlədən Azər adlı şəxsin yanına qoyduğunu bildirmiş, birlikdə oraya getmişlər. Pərviz Azər adlı şəxsin mağazasına daxil olmuş, əlində qara rəngli sellofan torba geri qayıtmış, sellofan torbadan bir ədəd stateri çaxrıb ona vermişdir. Staterin işləməsinə dəqiq əmin olmaq üçün Azərlə birlikdə avtomobilin akkumliyatoruna həmin stateri qoşaraq yoxlamış, işlədiyini görmüş, Pərvizə 20 manat pul verərək stateri almışdır. Həmin gün Pərvizdən aldığı stateri avtomobilinin üzərinə quraşdırmış, düzgün qoşa bilmədiyi üçün stater mühərriki işə salan zaman yanaraq sıradan çıxmışdır. Təqribən 4-5 gün sonra Culfa Rayon Polis Şöbəsinin əməkdaşı ona zəng vurmuş, Pərvizdən işlənmiş stater alıb-almadığını soruşmuş, Pərvizdən 20 manata stater aldığını, stateri səhv qoşduğuna görə yandığını, sökərək mis kimi satdığını bildirmişdir. Şahid2 ifadəsində onu da bildirmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs ona hər hansı bir avtomobil hissəsi və ya əşya satmamış, staterin oğurluq olmasını bilməmiş, bu barədə Pərviz ona nəsə deməmiş, stateri haradan almasını soruşmuş, Gəmiqayada işləyən zaman ona verdiklərini bildirmiş, Polis Şöbəsində həmin staterin oğurluq olması ona bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, daimi iş yeri yoxdur. X10 Culfa şəhərində Bələdiyyə Ticarət adlanan ticarət mərkəzində yerləşən inşaat materialları mağazası var. Hərdən oğlunun xahişi ilə mağazada onu əvəz edir. Tarixini dəqiq xatırlamır, 2024-cü ilin fevral ayının əvvəllərində mağazada olmuş, səhər saatlarında Culfa şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs əlində qara rəngli sellofan torba ilə mağazaya gəlmiş, torbanın içərisində qazel stateri olduğunu, onu satmaq istədiyini demiş, Pərvizə staterə ehtiyac olmadığını bildirmişdir. Pərvizə özünün və ailəsində kiminsə sürücü olmadığını demiş, həmin stateri haradan əldə etdiyini soruşmuş, dəmir yükləyən zaman onu metallumdan tapıb götürdüyünü, and içərək proqblemli olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs kasıb adam və fəhlə işləyərək qazanc əldə edən biri kimi tanımış, həmçinin işlənmiş köhnə staterin bahalı bir şey olmadığını, düz dediyini düşünmüş, staterin oğurluq ola biləcəyini düşünməmişdir. Pərvizə inanmış, əlində gətirdiyi stateri mağazaya qoyaraq bir yerə gedib gəlmək istədiyini demiş, Pərvizə bir azdan mağazanı bağlayıb gedəcəyini, ona görə də həmin stateri mağazaya qoymamasını bildirmiş, Pərviz isə stateri mağazanın qarşısına qoyacağını, ona baxmasını və bir yerə gedib tez qayıdacağını bildirmiş, həmin qara rəngli sellofan torbadakı avtomobil staterini mağazanın qarşısına qoyub oradan uzaqlaşmışdır. Təqribən 15-20 dəqiqə keçdikdən sonra Pərviz yanında Culfa şəhər sakini kimi tanıdığı Əbülfəz adlı şəxslə birlikdə onun olduğu mağazanın yanına gəlmişlər. Pərviz mağazanın qarşısına qoyduğu stateri götürmüş, Əbülfəzə göstərmişdir. Əbülfəz ondan staterin işlək olub-olmamasını necə bilmək olacağını soruşmuş, avtomobildən başı çıxdığı üçün Əbülfəzə, onu akkumluyatora naqillər vasitəsilə birləşdirsə işləyib işləməməsini müəyyən edə biləcəyini bildirmiş, bundan sonra Əbülfəz dediyi qaydada stateri yoxlamış, işlədiyini müəyyən etmiş, Pərvizə pul verərək həmin stateri almış və oradan uzaqlaşmışlar. Əbülfəzin Pərvizə nə qədər pul verməsini bilməmişdir. Bir neçə gün sonra Polis Şöbəsinə dəvət edilmiş, Pərvizin Əbülfəzə satdığı staterin oğurluq olmasını bilmişdir. 08 fevral 2024-cü il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi ünvan 6 ünvanında baş vermişdir. 07 mart 2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Culfa rayon Məhkəməsinin 1-7/2002-ci il tarixli, 09 iyul 2002-ci il tarixli hökmünün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərədə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona qəti cəza olaraq 5 il 6 ay müddətinə zadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Qaradağ rayon Məhkəməsinin 8-50/2006 nömrəli, 12 iyun 2006-cı il tarixli qərarının surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 1 il 4 ay 10 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Culfa şəhər MİS-dən verilmiş xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs içkili olduğu zaman nəzərə alınmasa özünü mədəni aparır, münaqişə yaratmır. 165348, 165347 və 535839 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Rzayeva Səma 23 sentyabr 2008-ci il tarixdə, Rzayeva Səmra 23 sentyabr 2008-ci il tarixdə, Rzayeva Fatimə 14 fevral 2016-cı il tarixdə doğulmuş, uşaqların atası Təqsirləndirilən şəxsdur. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2024-cü il tarixli, 182 nömrəli rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilməyən 6 adda tədqiqat obyektinin istifadə olunması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə 268 manat müəyyən edilir (Ariston markalı su qızdırıcısı, 24 litr 70 manat, elektrikli çalışan, latun materialdan hazırlanmış 3 litrlik samovar 50 manat, Uaz markalı avtomobilə məxsus olan statır 30 manat, dəmir materialdan hazırlanmış böyük ölçüdə 3 ədəd qıfıl 18 manat, 3 ədəd açinkovu tal 60 manat, mühərrik qaldırmaq üçün istifadə olunan tal 40 manat ). -Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 verilmiş 28 fevral 2024-cü il tarixli, 403 nömrəli məktubda qeyd edilmiuşdir ki, Təqsirləndirilən şəxs 08 iyul 2019-cu il tarixdən alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntusu diaqnozu ilə dispanserdə dispanser qeydiyyatında durur. -Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 08 aprel 2024-cü il tarixli, 126 nömrəli Məhkəmə psixiatrik ekspertizası rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs əməli törədən zaman heç bir psixi xəstəlikdən əziyyət çəkməmiş, hazırda da psixi xəstəlikdən əziyyət çəkmir. Əməli törədən zaman öz hərəkətlərini qavramaq və etdiyi hərəkəti dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əməli törədərkən və hazırda anlaqlıdır. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayının əvvəllərində saat 22:00 radələrində Culfa şəhəri Ş.Əliqullu küçəsi ev 31 ünvanında yerləşən, yaşayış olmayan binaya daxil olmuş, binanın 2-ci mərtəbəsinin dəhlizində yerləşən və Zərərçəkmiş şəxs məxsus olan taxta materialdan hazırlanmış, metal materiallı qıfıl ilə bağlanmış sandığı qəsdən fiziki güc tətbiq etmiş, qıfılı açmadan qıfılın bağlandığı dəmir hissəsini sandığın qapağından ayıraraq sandığı açmış, sandığın içərisindən bir ədəd UAZ markalı avtomobilə məxsus 30 manat dəyərində olan stateri, 03 ədəd böyük dəmir materialdan hazırlanmış, hər biri 6 manat dəyərində olan qıfılı, 03 ədəd hər biri 20 manat dəyərində olan istifadə olunmuş açinkovu talı, 01 ədəd avtomobil mühərrikini yerindən qaldırmaq üçün istifadə edilən 40 manat dəyərində talı, ümumilikdə 138 manat dəyərində olan əşyaları tamah niyyəti ilə gizli yolla talayaraq satmış, bundan bir gün keçdikdən sonra yenidən Zərərçəkmiş şəxs məxsus olan və yaşayış olmayan ünvan 2 ünvanının qapısını qəsdən fiziki güc tətbiq etməklə qıraraq gizli yolla mənzilə daxil olmuş, həmin mənzilin mətbəxindən 1 ədəd 70 manat dəyərində istifadə olunmuş “Ariston” markalı su qızdırıcısını və 1 ədəd 50 manat dəyərində elektriklə çalışan, latun materialdan hazırlanmış 3 litrlik istifadə olunmuş samovarı, ümumilikdə 130 manat dəyərində olan əşyaları tamah niyyəti ilə talayaraq satmış, Zərərçəkmiş şəxs ümumilikdə 268 manat məbləğində maddi ziyan vurmuş, bununla da Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.1-ci maddəsinin tələbinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilmiş məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsi və zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsini, əməlindəm peşman olmasını, himayəsində bir azyaşlı, iki yetkinlik yaşına çatmayan uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə almışdır . Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi ilə bağlı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkündür. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin etmir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu nəzərə alır və Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində müəyyən edilən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini mümkün sayır və hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırlması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli, ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzanı çəkib qurtaranadək yaşayış yerini- ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanın icazəsi olmadan yaşayış yerini və yaxud məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etməmək vəzifələri qoyulmalıdır. Cinayət işi üzrə müsadirə edilməli əmlak, mülki iddia yoxdur. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Culfa rayon Məhkəməsində saxlanılan bir ədəd metal materiallı əşyaları kəsmək üçün nəzərdə tutulan, metal materialdan hazırlanmış qayçı Zərərçəkmiş şəxs qaytarılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edir, belə nəticəyə gəlir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə müdafiəçiyə vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən ... təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya bölməsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya bölməsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə cəzanı çəkib qurtaranadək yaşayış yerini- ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanın icazəsi olmadan yaşayış yerini və yaxud məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etməmək vəzifələri qoyulsun. Cinayət işi üzrə müsadirə edilməli əmlak, mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut, Culfa rayon Məhkəməsində saxlanılan bir ədəd metal materiallı əşyaları kəsmək üçün nəzərdə tutulan, metal materialdan hazırlanmış qayçı hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın Cinayət iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 manat Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Müdafiəçi Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №1(089)-9/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-9/2024
15.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver