Məhkəmə qərarları › İş №1(090)-1/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Hökm — İş №1(090)-1/2021

08.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şahbuz şəhəri İş № 1(090)-1/2021 08.07.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Həsənov Kəramət Sevindik oğlunun katibliyi, Dövlət ittihamçısı: Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili Müdafiəçi, Zərər çəkmiş şəxsin hüquqi varisi: X6, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs: xx xxxxx 1999-cu il tarixdə Babək rayonu, Babək qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, 1 uşaq atası, məhkum olunmamış, daxili xidmət sıravisi, Naxçıvan şəhər X8 şöbəsinin növbətçi yanğınsöndürmə xidmətinin yanğınsöndürəni vəzifəsində işləyən, cinayət törədənədək Babək rayonu, Babək qəsəbəsi, Azadlıq küçəsi, m. 22-də qeydiyyatda olmaqla, Naxçıvan şəhəri, 10-cu məhəllə ev 20-də yaşayan, barəsində 22 aprel 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 25 mart 2021-ci il tarixdə saat 23:30-da “B” kateqoriyalı AC 030242 seriyalı sürücülük vəsiqəsi ilə Zərərçəkmiş şəxs3 məxsus olan “Hyundai Elantra” markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilini “Nəqliyyat vasitələrindən istifadə edilməsi” haqqında etibarnamə əsasında idarə etdiyi, Naxçıvan-Şahbuz avtomobil yolunun 27-ci km-də yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürət həddindən yüksək sürətlə, 130-140 km/saatda Şahbuz rayonu istiqamətində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin yəni yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə, yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda bu tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna riayət etməməklə, yol hərəkəti qaydalarını pozaraq, onunla eyni istiqamətdə yolda hərəkətdə olan piyadalar Şahbuz şəhər sakini X9 və arvadı Zərərçəkmiş şəxs2 vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə piyadalardan X1 əsası və qapağı sümükləri qəlpəli şəkildə sınmış, beyin toxuması dağılmış, gözyuvaları və burun sümükləri sınmış, sağ bazu nahiyyəsinin yuxarı 1/3 hissəsində açıq sınıq və bu sınığın ətrafında ölçüsü 15x6,1 sm-ya bərabər olan dəri loskutu, sol bazunun yuxarı 1/3-hissəsindən başlayıb, kürək nahiyyəsinə qədər davam edən geniş həcmli qançır, sol dirsək nahiyyəsinin arxa səthində və sol saidin arxa 1/3-hissəsində perqamentləşmiş sıyrıq, sol qoltuq nahiyyəsindən başlayıb, sol qarının yan səthinə qədər davam edən geniş həcmli qançır, sağ qarının yan nahiyyəsində didilmiş yara, sağ budun bayır orta 1/3-hissəsində didilmiş yara, sağ baldırın arxa hissəsində qançır, sol budun bayır səthində perqamentləşmiş sıyrıq, sol baldırın yuxarı 1/3 hissəsindən sonrası amputasiya olunmuş, bədəninin müxtəlif nahiyyələrində irili-xırdalı bir neçə sıyrıq və qançır izləri, ağırlıq dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan “ağır” zərərvurmaya aid xəsarətlər hesabına törənmiş “açıq kəllə-beyin travması, beyin toxumasının əzilməsi və beyin toxumasına qansızma” ilə nəticələnən bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş X5 ölümünə səbəb olmuş, həmçinin həmin vaxt Zərərçəkmiş şəxs2 vurub ona ehtiyatsızlıqdan burunun sağ yarısının arxa səthində, sol sarğı nahiyyəsində, sol budun bayır səthində, sol budun aşağı 1/3 və sol baldırın yuxarı 1/3-də qançır, sol dirsək sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı, mil sümüyü başının çıxığı, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan “az ağır” dərəcəli bədən xəsarətləri yetirmiş, eyni zamanda hadisə nəticəsində qəza törədən avtomobilin ön sərnişin oturacağında olan sərnişin Zərərçəkmiş şəxs1 hər iki gözün ətrafında “eynək simptomu”, burunun arxa səthində üzərində cərrahi yara, burun sümüklərinin sınığı, çənə nahiyyəsində qançır, döş qəfəsinin ön yuxarı səthində boyunun aşağı sərhəddindən başlayıb hər iki süd vəzinin üstünə qədər davam edən qançır fonunda kiçik ölçülü kəsilmiş yaralar, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan “az ağır” dərəcəli bədən xəsarətləri yetirmiş və Zərərçəkmiş şəxs3 məxsus “Hyundai Elantra” markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinə isə ehtiyatsızlıqdan 4121 (dörd min yüz iyirmi bir) manat maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozaraq, yol nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Babək rayonunda qeydiyyatda olmaqla, Naxçıvan şəhəri, 10-cu məhəllə ev 20-də yaşayır, 25 mart 2021-ci il tarixdə təqribən sat 22:00 radələrində atası Zərərçəkmiş şəxs3 məxsus “Hundai Elantra” markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili götürüb şəhərə gəzməyə çıxıbdır, həmin gün əvvəldən dostluq etdiyi Zərərçəkmiş şəxs1 ilə telefon əlaqəsi saxlayıb onunla görüşüb söhbət eləmək istədiyini bildiribdir, sonra atasına məxsus avtomobil ilə Zərərçəkmiş şəxs1 ilə görüşməyə gedibdir, “Koton” adlanan paltar mağazasının qarşısında Zərərçəkmiş şəxs1 ilə görüşüb və o, avtomobilin ön sərnişin oturacağına əyləşibdir, onlar avtomobil ilə Naxçıvan şəhəri içində mikrorayon istiqamətində gəzdikdən sonra Naxçıvan-Şahbuz yolu istiqamətində gediblər, həmin vaxt avtomobilin sürəti 60-70 km/s olubdur, avtomobildə söhbət edə-edə özünə məxsus mobil telefon vasitəsi ilə musiqi dinləyiblər, avtomobilin maqnitofonunu telefonla idarə etdiyi üçün Şahbuz yol istiqamətində “Böyrək suyu” adlanan bulağın yanında bilmədən sürət həddini aşıbdır, Daylaqlı kəndinin girəcəyində ağ rəngli Vaz 2106 markalı avtomobili ötüb keçibdir, həmin avtomobili keçərkən avtomobilin sürətini yenidən artırdığını, avtomobilin sürətini artırarkən sürətin 100 km/s olduğunu görübdür, lakin sürət artdıqdan sonra sürətin neçə olduğuna fikir verməyibdir, hadisəni dəqiq xatırlamır, xatırladığı isə musiqini dəyişmək üçün telefona tərəf başını əyibdir, başını qaldıran zaman piyadanı görübdür və o anda piyadanı vurubdur, zərbədən avtomobilin işıqları sönübdür, o ayaq əyləcindən istifadə edibdir, lakin qəzanın qarşısını ala bilməyibdir, hardasa 40-50 metr sonra avtomobilin sürəti aşağı düşübdür və bundan sonra o, avtomobili saxlaya bilibdir, ondan sonra o, adam vurduğunu bilibdir, o, tez avtomobildə telefonunu axtarmağa başlayıbdır, bu zaman əlinə isti bir şeyin toxunduğunu hiss eləyibdir, həmin isti şeyi əlinə götürüb baxanda həmin isti şeyin beyin olduğunu görübdür, qorxub tez əlindəkini yerə atıb, telefonu tapdıqdan sonra təcili tibbi yardıma “103”-ə 3-4 dəfə zəng vurubdur, ilk zəng vurduğundan 10-15 dəqiqə sonra yenidən “103”-ə zəng vurubdur, hadisəni tam xatırlamır bir müddət sonra yanında əyləşən Zərərçəkmiş şəxs1 yaralı olduğunu və huşsuz olduğunu görübdür və onun üzünə şillə vuraraq ayıltmağa çalışıbdır, amma Zərərçəkmiş şəxs1 ayılmayıbdır, qəzadan sonra bir VAZ 21-06 markalı avtomobil hadisə yerinə yaxınlaşıbdır, həmin VAZ 21-06 markalı avtomobil onun yolda ötüb keçdiyi avtomobil olduğunu xatırlayıbdır, daha sonra təcili tibbi yardım avtomobili, onun ardınca isə dövlət yol patrul xidmətinin əməkdaşı gəlibdir, tibb işçiləri ona yaxınlaşıb xəsarət alıb-almadığını soruşublar, onlara xəsarət almadığını deyibdir, daha sonra tibb işçilərinin avtomobildə olan Zərərçəkmiş şəxs1 yaxınlaşıb onu müayinə ediblər, polis əməkdaşları isə ondan hadisəni onun törətdib-törətmədiyini soruşublar, o, polislərə hadisəni özünün törətdiyini deyibdir, ondan təqribən 15 dəqiqə sonra onu polis əməkdaşları polis maşınına oturdaraq Şahbuz rayon xəstəxanasına aparıblar, xəstəxanada onun və Zərərçəkmiş şəxs1 spirtli içki qəbul edib-etmədiyini xüsusi cihaz vasitəsi ilə yoxlayıblar və heç birinin spirtli içki qəbul etmədiyi bəlli olubdur, bundan sonra polis əməkdaşları ondan hadisənin necə baş verdiyini, hadisə zamanı avtomobildə neçə nəfərin olduğunu soruşublar, sonra onu Naxçıvan şəhər xəstəxanasına apararaq yenidən xüsusi cihaz vasitəsi ilə spirtli içki qəbul edib-etmədiyini yoxlayıblar və yenə də spirtli içki qəbul etmədiyi bəlli olubdur, sonda Təqsirləndirilən şəxs ailəli olmasını, himayəsində bir azyaşlı uşağın olmasını, ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını bildirərək məhkəmədən ona cəza təyin edilərkən bu halların nəzərə alınmasını və məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, etdiyi əməldən peşmandır, qəza törədilən zaman avtomobili özü idarə edibdir, harasa tələsməyibdir, çünki gec saatlar olubdur, hadisə baş verən zaman maşının surətini 100 km/s görübdür, 40-50 metrdən sonra sürət azalıbdır, maşını idarə edən zaman diqqəti yolda olubdur, təkcə qəza zamanı diqqəti yayınıbdır, qəza zamanı diqqətinin yayınmağına səbəb telefonla maşının maqintafonunu idarə etməyi olubdur və başını qaldıranda göydə ayaqlar görübdür, o an maşını sola çəkibdir, lakin sürət çox olduğu üçün tam çəkə bilməyibdir, maşın dəyən zaman maşının ön şüşəsinə qaraltı çökübdür və 3-4 saniyə sonra qaraltı çəkilibdir, əyləcdən istifadə edib, maşın dayandıqdan sonra üstünə baxıbdır ki, nə isə ağ var diqqətlə baxanda onun beyin olduğunu görübdür, telefonu götürüb təcili yardıma 3-4 dəfə zəng edibdir, meyitin yanına gəlib, vurduğu şəxsin yanında yoldaşı Zərərçəkmiş şəxs2 olubdur, onlara bir VAZ 21-06 markalı maşın yaxınlaşıbdır, həmin maşının yolda ötüb keçdiyi maşın olduğunu xatırlayıbdır, yolda VAZ 21-06 markalı maşını ötüb keçəndə idarə etdiyi maşının sürəti 60-70 km/s olubdur, ondan sonra sürət həddi aşıb, tam dəqiq xatırlamır qəza zamanı maşının sürəti hardasa 100-130 km/s olubdur, qəza baş verən zaman ayaq əyləcindən istifadə edibdir, lakin maşını dayandıra bilməyibdir, əyləcdən istifadə etdiyi anı tam xatırlamır, qəza zamanı gözü açıq olub, avtomobil maneəyə dəyən zaman ön şüşəyə qaranlıq çökübdür, 2-3 saniyə sonra qaranlıq itibdir və həmin zaman maşın hərəkətdə olub, o an maşını dayandıra bilməyibdir, hardasa 40-50 metrdən sonra sürət azalıbdır və maşın durubdur, hadisə baş verən yol geniş olubdur, avtomobilin işıqlarından istifadə edibdir, sadəcə orada adam olacağını bilməyibdir, hadisədən əvvəl yola baxırdı, özünə məxsus olan mobil telefonunu “AUX” kabel vasitəsi ilə avtomobilin maqintafonuna birləşdirib, mobil telefon vasitəsi ilə musiqi dinləyiblər, hadisədən sonra təcili tibbi yardıma o, özü zəng edibdir, o, zəng vurduqdan hardasa 10 dəqiqə sonra polislər gəliblər, hadisədən sonra onu polis maşınına əyləşdiriblər, həmin gün o, içkili olmayıbdır, xəstəxanada test ediblər və alkoqol çıxmayıbdır. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəməyə ünvanladığı ərizəsində qeyd olunmuşdur ki, iş üzrə Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də heç bir şikayəti və tələbi olmayacağını, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 25.03.2021-ci il tarixdə arvadı Salmanova Şəfiqə, mərhum oğlu Salmanzadə Eltac və gəlini Zərərçəkmiş şəxs2 ilə birlikdə axşam saatlarında evdə yemək yediklərini, oğlu Salmanzadə Eltac və gəlini Zərərçəkmiş şəxs2 saat təxminən 20-21 radələrdə Şahbuz rayon, Əzizbəyov kəndində (Daylaqlı kəndi) yaşayan qudası Bəşirli Alməmmədin evinə qonaq getmək istədiklərini, oğlu Eltaca maşınla getməklərini dediyini, oğlunun cavabında ona “ata biraz kökəlmişəm yerisəm yaxşı olar” dediyini, onların çıxıb getdiklərini, axşam yatmamışdan əvvəl oğlu Eltaca zəng vurub harda olduqlarını soruşduğunu, oğlu Eltac ona “ata birazdan dururuq gələk” dediyini, bir qədər sonra gəlini Zərərçəkmiş şəxs2 onun mobil telefonuna zəng vurduğunu, telefonu açanda gəlininin ona “ata Eltacı maşın apardı” dediyini, həmin sözdən sonra təcili geyinib evdən çıxdığını, hadisə yerinə getdiyini, oğlu Eltacın yerdə uzandığını, ayağının qopduğunu, təpə nahiyyəsinin dağıldığını gördüyünü, gördüyü mənzərədən sonra heç nəyi xatırlamadığını, həmçinin ifadəsində Təqsirləndirilən şəxs ona və ailsinə heç bir düşmənçiliyinin olmadığını, hadisəni bilərəkdən törətmədiyini, barışıq ərizəsi yazdığını və hadisə ilə bağlı Təqsirləndirilən şəxs cəza almasını istəmədiyini, baş vermiş hadisə ilə bağlı heç kimdən və heç nədən şikayət və tələbinin olmadığını qeyd etmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı ərizəsində qeyd olunmuşdur ki, iş üzrə Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də heç bir şikayəti və tələbi olmayacağını, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərərçəkmiş şəxs mərhum X5 arvadı Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 25.03.2021-ci il tarixdə saat təxminən 22-23 radələrində mərhum əri X9 ilə birlikdə Şahbuz rayon Daylaqlı kəndində yaşayan atası X4 evindən çıxıb Şahbuz şəhər istiqamətində Şahbuz şəhərində yerləşən evlərinə tərəf piyada hərəkət etdiklərini, mərhum əri Eltac ilə əl-ələ yapışdıqlarını, ikisinin də əllərinin mərhum əri Eltacın sağ cibinə qoyduqlarını, hər ikisinin Şahbuz yol istiqamətində yolun torpaq hissəsi ilə hərəkət ediklərini, mərhum ərinin onun sol tərəfində, özünun isə Eltacın sağ tərəfində olduğunu, Keçili yol ayrımına çatmamış qəza baş verdiyini, hadisənin necə baş verdiyini xatırlamadığını, hadisə anında tək xatırladığı onu bir anlıq nəyinsə itələdiyi, ayılanda yol nişanının yanında tək olduğunu və mərhum əri Eltacın onun yanında olmadığını gördüyünü, əri Eltacı çağırmağa başladığını, daha sonra Eltacı yolun ortasında yerdə uzanmış halda gördüyünü, Eltaca tərəf hərəkət edərkən onun önünə bir adamın çıxdığını və onu mərhum əri Eltaca tərəf getməyə qoymadığını, həmin adamın kim olduğunu xatırlamadığını, həmin adam ondan kim olduqlarını və yaxınlarının mobil telefon nömrələrini istədiyini, həmin adama əri Eltacın keçmiş polis əməkdaşı Natiqin oğlu olduğunu dediyini, daha sonra özünə məxsus ***-***-**-** nömrəli mobil telefon ilə qayınatası Natiq Salmanova məxsus ***-***-**-** nömrəli mobil telefonuna zəng vurub “ata Eltacı maşın apardı” dediyini, bir neçə dəqiqə sonra onun özünə məxsus ***-***-**-** nömrəli mobil telefonuna qayınanası Şəfiqə Salmanovaya məxsus ***-***-**-** nömrəli mobil telefonundan zəng gəldiyini və ondan nə baş verdiyini soruşduğunu, onlara “qəza baş verdiyini və Eltacı maşın vurduğunu” dediyini, daha sonra həmin adamın əlindən qurtulub mərhum əri Eltaca tərəf hərəkət etdiyini, bu dəfə başqa bir adamın onu saxladığını, Eltaca tərəf getməyinə icazə vermədiyini, həmin o, adamdan Eltacın ölüb-ölmədiyini soruşduğunu və cavabında “hə ölüb” dediyini, həmin o adamın qəzanı törədən avtomobilin sürücüsü olduğunu, daha sonra təcili tibb işçilərinin gəldiyini, əvvəlcə mərhum əri Eltaca sonra isə ona baxdıqlarını, ona yaralı olduğunu, onlar ilə xəstəxanaya getməli olduğunu bildirdiklərini, onu təcili tibbi yardım avtomobilin içərisinə mindirdiklərini, lakin özünün getmək istəmədiyi üçün avtomobildən çıxdığını, bu zaman qayınatasının və qayınanasının hadisə yerinə gəldiyini gördüyünü, daha sonra onu və qayınanasını təcili tibbi yardım maşınına mindirib Şahbuz rayon xəstəxanasına apardıqlarını, Şahbuz rayon xəstəxanasında onun üz nahiyyəsindəki qan ləkələrini təmizlədiklərini və ona qolunun qırıq olduğunu bildirdiklərini, daha sonra onu rayon xəstəxanasından Naxçıvan şəhər xəstəxanasına apardıqlarını qeyd etmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 ifadəsində ona verilən suallara cavab olaraq qəza anından əvvəl heç bir səs eşitmədiyini və hər hansı bir işıq görmədiyini, hər ikisinin də yolun kənarı ilə, torpaq yol ilə getdiklərini, qəzanın yol nişanını keçdikdən sonra baş verdiyini, hadisədən sonra mərhum əri Eltaca yaxınlaşmaq istəyərkən onun önünə iki nəfərin çıxdığını, birinci adamın ondan onların kim olduqlarını və yaxınlarının telefon nömrələrini istədiyini və həmin birinci adamı tanımadığını, ikinci adamın isə onu saxlayıb mərhum əri Eltacın öldüyünü deyən qəzanı törədən avtomobilin sürücüsü olduğunu, həmin iki adamın onun önünə eyni anda çıxmadıqlarını, birinci adamdan qurtulub 5-6 addım atmışdır ki, ikinci adamın onun önünə çıxdığını, qəzanı törədən avtomobilin sürücüsünün ona heç bir köməklik eləmədiyini, əksinə Eltacın öldüyünü dediyini, hadisədən sonra ona yaxınlaşıb onların kim olduqlarını və yaxınlarının telefon nömrələrini istəyən adam ilə Eltacın öldüyünü deyən adamın eyni adam olmadığını, mərhum əri Eltacın öldüyünü deyən adamın qəza törədən avtomobil tərəfdən gəldiyini gördüyünü və bu səbəbdən də Eltacın öldüyünü deyən adamın sürücü olduğunu düşündüyünü, qəzanın təsirindən ayılandan sonra yolun Şahbuz şəhər istiqamətində, Keçili yol ayrımından bir az yuxarıda bir avtomobilin dayandığını gördüyünü, ayağa qalxıb əri Eltacı axtaranda isə Naxçıvan şəhər istiqamətində bir avtomobilin getdiyini gördüyünü, həmin avtomobilin dayanıb-dayanmadığını bilmədiyini, qəzanı törədən sürücünün üzərində sarı rəngə bənzəyən kurtka, cins şalvarın olduğunu, saçlarının qısa olduğunu, hadisədən əvvəl qəzanı törədənlər ilə özünün və ya mərhum ərinin heç bir münaqişəsinin olmadığını, qəzanı törədən şəxsləri qəzadan əvvəl tanımadığını, onları qəzadan sonra gördüyünü, qəzanı törədən sürücünün ona ilk yaxınlaşanlardan biri olduğunu, avtomobildə olan qadını isə xəstəxanada gördüyünü, hadisəni törədən Təqsirləndirilən şəxs şikayətçi olmadığını və bununla bağlı ərizəsini rayon prokurorluğuna təqdim etdiyini, baş vermiş hadisə ilə bağlı heç kimdən və heç nədən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə dostluğum olubdur, hadisənin olduğu gün 25 mart 2021-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlayıb və Təqsirləndirilən şəxs “Koton” adlanan mağazanın qarşısında görüşüblər, orada o, Təqsirləndirilən şəxs avtomobilinin ön tərəfində əyləşib, bir müddət Naxçıan şəhərində gəzdikdən sonra Naxçıvan-Şahbuz istiqamətində gediblər, avtomobildə söhbət edə-edə musiqiyə qulaq asıblar, yolda Təqsirləndirilən şəxs avtomobili sürətlə idarə etdiyindən qəza baş veribdir, qəza nəticəsində o huşunu itirdiyindən tam olaraq heç nə xatırlamır, bir müdətdən sonra ayılıb polis işçiləri maşının qapısını açaraq onu xəstəxanaya aparıblar, orada Ümidi soruşub, ona Ümidə heç nə olmadığını deyiblər, orada o, qəza olduğunu və qəza nəticəsində ölüm hadisəsinin baş verdiyini bilmişdir, onu həkimə aparıb test ediblər və nəticədə məlum olubdur ki, o alkoqol qəbul etməyibdir, xəstəxanada o, güzgüyə baxanda özünü tanımayıbdır, çünki sifəti və üstü qan içində olubdur, Şahbuz xəstəxanasında ona ilk tibbi yardım ediblər, sonra onu şəhər xəstəxanasına aparıblar və orada onu müayinə ediblər, o, hadisə yerində heç nə görməyibdir, çünki o, qəza nəticəsində özündə olmayıbdır, daha sonra isə polislər onu maşından endirib xəstəxanaya aparıblar. Proses iştirakçılarının suallarını cavablandıran Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, Ümidlə görüşdükdən sonra o, avtomobilin ön qoltuğunda əyləşib və qoruyucu kəmərdən istifadə etməyibdir, onlar söhbət əsnasında Şahbuz rayonuna gəliblər, yolda Təqsirləndirilən şəxs diqqətini dağıdan heç nə olmayıbdır, qəza nəticəsində aldığı zərbədən o, çox şeyi xatırlamır, hadisə zamanı onun başı ön şüşəyə dəyib və nəticədə onun burnu qırılıb huşu gedibdir, qəza nəticəsində gözləri travma alıb, sinəsi yaralanıb, burnu ilə əlaqədar həkimə müraciət edib müalicə olunubdur, burnu əməliyyat olunmalıdır, lakin həkimlər ona burnundakı şişin çəkilməsindən sonra əməliyyat oluna biləcəyini deyiblər, ona görə də burnunu əməliyyat etdirməyibdir, Təqsirləndirilən şəxs şikayəti yoxdur, onun cəzalandırılmasını istəmir, lakin ondan gələcəkdə əməliyyat olunacağı təqdirdə əməliyyat üçün çəkilən xərclərin onun tərəfindən qarşılanmasını istəyir, çünki əməliyyat olunması üçün pul lazım olacaqdır, hadisədən sonra Təqsirləndirilən şəxs onunla maraqlanmayıbdır, məhkəmədən bir gün qabaq Təqsirləndirilən şəxs ona əməliyyat olunacağı zaman köməklik edəcəyini deyibdir, hal-hazırda o, əməliyyat olunması üçün lazım olan məbləğ barədə heçnə deyə bilmir və onda dəymiş ziyanın məbləğinə dair heç bir sənəd yoxdur, sonda Zərərçəkmiş şəxs1 şikayətinin olmadığını, lakin onun burnunun düzəlməsi üçün gələcəkdə əməliyyat olunması tələb olunduğunu, bu səbəbdən də gələcəkdə burnunun müalicə xərclərinin Təqsirləndirilən şəxs öz üzərinə götürməsini tələb etdiyini bildirdi. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanlandığı notariat qaydada təsdiq edilmiş ərizəsində qeyd olunmuşdur ki, oğlu Təqsirləndirilən şəxsun cinayət işi ilə bağlı zərərçəkmiş şəxs qismində tanındığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını, məhkəmənin hazırlıq və baxış iclaslarında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılıb nəticə verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin atası Zərərçəkmiş şəxs3 öz xahişi ilə şahid qismində dindiriləkən ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 25.03.2021-ci il tarixdə hadisə baş verən zaman evdə yatdığını, hadisə günü ona hadisə barədə heç nəyin deyilmədiyini, hadisənin sabahısı günü yəni 26.03.2021-ci il tarixdə yuxudan oyandıqdan sonra arvadı X7 tərəfindən ona deyildiyini, ona Təqsirləndirilən şəxs “Hundai Elantra” markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törətdiyini və həmin qəzada da bir nəfərin öldüyünün deyildiyini, Təqsirləndirilən şəxs onun doğmaca oğlu olduğunu, “Hundai Elantra” markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin onun özünə məxsus olduğunu, oğlu Təqsirləndirilən şəxs hadisədən əvvəl və ya hadisədən sonra heç bir psixoloji probleminin və ya hər hansı xəstəliyinin olmadığını, qəzada ölən şəxsin arvadının onun uzaq qohumu olduğunu və digər xəsarət alanları tanımadığını, oğlu Təqsirləndirilən şəxs “Hundai Elantra” markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili tez-tez idarə etmədiyini, həmin avtomobili daha çox digər oğlu Pərvin Bağırlının idarə etdiyini, həmin avtomobil ilə oğlu Pərvin Bağırlının işə gedib gəldiyini, həmin avtomobilin idarə olunması üçün oğlu Təqsirləndirilən şəxs etibarnamə verdiyini, hadisə günü oğlu Təqsirləndirilən şəxsla eyni avtomobildə olan Zərərçəkmiş şəxs1 tanımadığını və onunla heç bir qohumluq əlaqələrinin olmadığını, özünə məxsus olan “Hundai Elantra” markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyan ilə bağlı oğlu Təqsirləndirilən şəxs və ya digər xəsarət alan şəxslərdən heç bir şikayətinin olmadığını qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində hadisə baş verən gün, 25 mart 2021-ci il tarixdə o, yoldaşı və nəvələri ilə birlikdə özünə məxsus **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı Vaz 2106 markalı avtomobili ilə Naxçıvan şəhərindən gəldiyini, yolda “Böyrək suyu” adlanan bulağa çatmamış öz avtomobili ilə dövlət qeydiyyat nömrəsi 75 ilə başlayan qara rəngli bir maşının ötüb keçdiyini, bir qədər sonra Şahbuz rayon Daylaqlı kəndinin yanında həmin maşının onun avtomobilini ötüb keçdiyini, həmin vaxt öz avtomobilini 60-70 km sürətlə idarə etdiyini, həmin avtomobil onun avtomobilini ötüb keçdikdən sonra özü avtomobili ilə Daylaqlı kənd orta məktəbinin qarşısına çatana kimi həmin avtomobili təxminən 400-500 metr öz avtomobilindən öndə getdiyini həmin avtomobilin arxa işıqlarından gördüyünü, lakin öz avtomobili ilə Daylaqlı kənd orta məktəbini keçdikdən sonra həmin avtomobilin gözdən itdiyini, öz avtomobili ilə “Kəndşahbuz” deyilən yol ayrımının təxminən 150-200 metrliyinə çatdıqda asfalt yolda parıldayan şüşə qırıntılarını gördüyünü, avtomobilini yolun kənarına çəkib saxladığını, ondan təxminən 10-15 metr qarşıda həmin qara avtomobilin dayandığını, avtomobilin yanında bir şəxsin əlləri ilə başına vurduğunu gördüyünü, qəza baş verdiyindən şübhələndiyini, öz avtomobilini yolun kənarında saxlayıb avtomobilindən yerə düşdüyünü, öz avtomobilinin işıqlarının qarşıda qəza törətmiş avtomobilin üzərinə düşdüyündən avtomobilin ön sağ qapısının açıq olduğunu, ön oturacaqda bir qadının oturduğunu, qadının üz nahiyyəsinin qan olduğunu gördüyünü, sürücüdən nə baş verdiyini soruşduğunu, sürücünün isə cavabında “vurdum, vurdum” dediyini, bu zaman Kəndşahbuz yolundan ağ rəngli Vaz 2107 markalı avtomobilin yola çıxdığını, həmin avtomobilin işıqlarının yolu işıqlandırdığını, həmin vaxt bir nəfərin yolda uzandığını gördüyünü, həmin şəxsə yaxınlaşdığını və onun öldüyünü gördüyünü, həmin anda “kömək edin, kömək edin” deyə səs eşitdiyini, səs gələn tərəfə getdiyini və bir qızın ağladığını gördüyünü, həmin qızın ağzından və burnundan qan gəldiyini gördüyünü, qızın ona “Eltacı maşın vurdu” dediyini, həmin qızdan ölənin kim olduğunu soruşduğunu və qızdan yaxınlarının mobil telefon nömrələrini ona verməsini istədiyini, yaxınlarının nömrəsini alıb onlara zəng vurmaq istədiyini, lakin qızın özünün telefonu çıxardıb kiməsə zəng vurub “ata tez gəl Eltacı maşın vurdu” dediyini, həmin qızdan ölən şəxsin Şahbuz şəhər sakini Natiqin oğlu olduğunu öyrəndiyini, həmin qızın mərhum ərinin yanına onunla birlikdə yaxınlaşdığını, ərinin öldüyünü gördüyünü, ondan sonra öz ailəsinin avtomobildən səslərinin gəldiyini eşitdiyini və ailəsinə tərəf qaçıb onlara qorxmamalarını dediyini və daha sonra yenidən həmin qızın yanına qayıtdığını, qızın ölən şəxsin yanında oturub ağladığını, daha sonra “103”ə və “102”ə zəng vurub hadisə barədə məlumat verdiyini, ölən şəxsin yanındakı qızı tək qoymamaq üçün başqa yerə getmədiyini, hadisə yerinə birinci təcili tibb işçilərinin gəldiyini və onlar gələnədək həmin qızın yanında onun özündən başqa heç kimin olmadığını, həkimin ölən şəxsə yaxınlaşıb onu müayinə etdiyini, həmin həkimə kənarda qəza törətmiş avtomobili görsətdiyini və orada da xəsarət alanların olduğunu dediyini, ölən şəxsdən başqa digər xəsarət alanlardan heç birini tanımadığını, həmçinin sürücünü də tanımadığını, qəza törətmiş avtomobilin hadisə zamanı hansı sürətlə idarə olunduğunu bilmədiyini, hadisə yerində bir şəxsin öldüyünü, ölən şəxsin arvadının və avtomobildə olan digər qadının xəsarət aldığını gördüyünü, başqa xəsarət alan şəxslərin olub-olmadığını bilmədiyini, hadisə zamanı havanın qaranlıq olduğunu, yolda işıqlandırma sisteminin olmadığını, həmin gün yağış yağmadığını və yolun quru olduğunu, sürücünün ölən şəxsə və ya onun arvadına yaxınlaşdığını görmədiyini, hadisə yerinə polislər gəldikdən sonra polislərə yaxınlaşıb “maşınımda uşaq var getməliyəm” dediyini və hadisə yerindən çıxıb getdiyini bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Şahid1 bildirdi ki, yolda onu ötüb keçən maşının nömrə hissəsindən 75 olanı görübdür qalanlarını görməyibdir, yolda onun idarə etdiyi avtomobilin sürəti 55- 60 km/s olardı, o, Daylaqlı məktəbinə çatanda arxadan onu ötüb keçən maşının qırmızı işığını görübdür, o, Şahbuzkənd yolunda həmin maşının durduğunu görüb öz maşınını saxlayıbdır, maşını saxlayan zaman Təqsirləndirilən şəxs yerdə görübdür, həmin vaxt qəza törədən avtomildə qadın ön sağ oturacaqda oturmuşdu, Təqsirləndirilən şəxs ona “adam vurmuşam” deyibdir, o, da bir nəfərin üzü üstə düşüb beynin töküldüyünü, həmin zaman hadisə yerində mərhumun arvadının səsinin gəldiyini, o, meyitə tərəf gələndə o, onu qabaqlayıb, mərhumun kim olduğunu soruşub, mərhumun arvadı ona polis Natiqin oğlu olduğunu deyibdir, həmin vaxt hadisə yerində təcili yardım maşını yox idi, sonra gəlibdir, o, özü təcili yardıma zəng vurubdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, hadisə vaxtı 25 mart 2021-ci tarixdə o, Şahbuz rayon xəstəxanasında növbətçi həkim olubdur, təcili tibbi yardımda Şahid2 sürücü isə Hüseyn olubdur, hadisə ilə bağlı zəng gəlibdir, hadisə yerinə Şahid2la birgə gediblər, hadisə yerinə çatanda yolun Naxçıvan şəhər istiqamətində asfalt yolda bir şəxsin uzandığını görübdür, təcili tibbi yardım maşınını həmin şəxsdən 5-8 metr aralıda saxlayıb maşından düşüb həmin yerdə uzanan şəxsə yaxınlaşıblar, hadisə yerində mərhum üzü üstə uzanıqlı vəziyyətdə olub, bir qız da mərhumun yanında olubdur, həmin zaman artıq mərhum ölmüşdü, qadın isə sağ və normal vəziyyətdə olubdur, qəza törətmiş avtomobilin yanında bir oğlan olubdur, həmin oğlandan onun necə olduğunu soruşubdur, cavabında onun heç bir xəsarət almadığını deyibdir, daha sonra avtomobilin içərisinə baxıb və ön sərnişin oturacağında bir qadının oturduğunu görübdür, həmin qadına yaxınlaşıb onu da müayinə edib və qadının burnunun qanadığını, üz və sinə nahiyyəsində qan ləkələrinin olduğunu görübdür, avtomobildə başqa heç kim olmayıbdır, hadisə yerində üç nəfər şəxsin xəsarət aldığını görübdür, sonra hadisə yerinə ölənin yaxınları gəlib, mərhumun anası və arvadı narahat olduqları üçün onları Şahbuz rayon xəstəxanasına aparıblar, rayon xəstəxanasında hər iki qadına ilkin tibbi yardım olunduqdan sonra yenidən hadisə yerinə qayıdıblar, hadisə yerində mərhumun yaxınlarına ilkin tibbi yardım ediblər və daha sonra rayon xəstəxanasına qayıdıblar, xəstəxanada sürücünü və avtomobildə olan qadını sərxoşluq testindən keçiriblər və hər ikisinin də sərxoş olmadığı müəyyən olunubdur, mərhumun arvadını sonra Naxçıvan şəhər xəstəxanasına aparıblar. Proses iştirakçılarının suallarını cavablandıran Şahid4 ifadəsində hadisə yerində mərhumun şəhər istiqamətinə tərəf üzü üstə olduğunu, Təqsirləndirilən şəxs heç nə olmadığını, onun yanında əyləşən qadının qorxduğu üçün tam özündə olmadığını, onun burun boşluğundan qan axdığını, tənəffüsünün isə yerində olduğunu, həmin vaxt ona maşından düşməsini dediklərini, onun isə əli ilə işarə edərək düşmək istəməməsini bildirdiyini, qəza edən maşının sağ oturacağında oturan qadının sağ olduğunu, onlar onu çağıranda onlara reaksiya verdiyini, onları eşitdiyini, qadınla sürücünü müayinə etdiklərini, onların içkili olmadıqlarının müəyyən edildiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində 25 mart 2021-ci il tarixdə Şahbuz rayon Polis şöbəsində əməliyatçı olduğunu, həmin gün saat 23-24 radələrində şöbəyə Kəndşahbuz yol ayrıcında qəza baş verməsi barədə məlumat daxil olduğunu, onun dərhal hadisə yerinə getdiyini, hadisə yerinə çatanda yolun Şahbuz şəhəri istiqamətində dayanmış halda qəza törətmiş avtomobili gördüyünü, yolun Naxçıvan şəhər istiqamətində yolun ortasında isə bir şəxsin yerdə uzandığını gördüyünü, yerdə uzanan həmin şəxsin yanında bir qadın, bir orta yaşlarda kişi və təcili tibbi yardımın işçilərini gördüyünü, həmin şəxsin öldüyünü bildiyini, mərhumun yanında olan qadının da xəsarət aldığını gördüyünü, həmin qadına yaxınlaşıb ölən şəxsin kim olduğunu soruşduğunu, cavabında ölən şəxsin Şahbuz şəhər sakini Natiqin oğlu Eltac olduğunu öyrəndiyini və bundan sonra ölən şəxsi tanıdığını, daha sonra qəza törətmiş avtomobilə yaxınlaşdığını, avtomobilə yaxınlaşarkən avtomobilin dövlət qeydiyyat nömrəsini tanıdığını, avtomobilin iş yoldaşı X2 idarə etdiyi avtomobil olduğunu gördüyünü, həmin avtomobillə həmin iş yoldaşının işə gəlib getdiyini, bu səbəbdən də qəzanı Bağırlı Pərvinin törətdiyini düşündüyünü, lakin avtomobilə yaxınlaşanda sürücünün Bağırlı Pərvin deyil onun qardaşı Təqsirləndirilən şəxs olduğunu gördüyünü, avtomobilin ön sərnişin oturacağında bir qadının oturduğunu, üz nahiyyəsinin qan olduğunu gördüyünü, avtomobildə həmin qadından başqa heç kimin olmadığını, Təqsirləndirilən şəxs o, qadının kim olduğunu və həmin qadının onun qohumu olduğunu soruşduğunu, cavabında Təqsirləndirilən şəxs ona qadının onun qohumu olmadığını, onun tanışı olduğunu dediyini, avtomobildə olan qadına yaxınlaşdığını qadına müayinə olunması üçün avtomobildən düşməsini və təcili tibbi yardım maşını ilə xəstəxanaya getməsini dediyini, lakin qadının istəmədiyini bildirdiyini, qadınla danışarkən hadisə yerinə mərhumun atası, əmisi və bir qadının gəldiyini gördüyünü, tez qadının yanından ayrılıb ölən şəxsin yanına getdiyini və gələnləri onun yanına buraxmamağa çalışdığını, hadisə yerinə gələn qadın yerdəki ölən şəxsi gördükdən sonra halının pisləşdiyini, təcili tibbi yardım maşınının həmin qadını və ölən şəxsin arvadını təcili tibbi yardım maşınına mindirib Şahbuz rayon xəstəxanasına aparmaq istəyərkən qəzanı törədən avtomobildəki qadına da təcili tibbi yardım maşınına minməyi dediklərini, lakin onun istəmədiyini, təcili tibbi yardım maşınının rayon xəstəxanasına getdiyini, daha sonra qəza törətmiş avtomobildəki qadının da rayon xəstəxanasına getdiyini, rayon xəstəxanasına getdikdən sonra Təqsirləndirilən şəxs və qəza zamanı avtomobildə olan qadını xüsusi cihaz ilə alkoqollu içki qəbul edib-etməmələrini yoxladıqlarını və nəticədə hər ikisinin də alkoqollu içki qəbul etmədiklərini müəyyən etdiklərini, xəsarət alanlardan ölən şəxsi və sürücünü tanıdığını, digər xəsarət alan iki nəfəri tanımadığını, əvvəllər də onları rayon ərazisində görmədiyini, avtomobilin qabaq ön və arxa şüşəsinin qırıldığını, həmçinin damının və ön hissəsinin əzildiyini bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Şahid3 ifadəsində o hadisə yerinə gələndə Hüsaməddin adlı şəxs və təcili tibbi yardım maşınının orada olduğunu, onun hadisə yerinə çatanda mərhumun yoldaşının o tərəf bu tərəfə gedib gəldiyini, qəza törədən avtomobili gördüyünü və tanıdığını, avtomobilin iş yoldaşı Pərvinə aid olduğuna görə tanıdığını, onun qəza edənin Pərvin olduğunu güman etdiyini, lakin avtomobilə yaxınlaşandan sonra avtomobili idarə edənin Pərvinin qardaşı Ümid olduğunu gördüyünü, avtomobildə ön oturacaqda bir qadının da olduğunu, avtomobilin ön və yan şüşələrinin qırıldığını, dam örtüyünün əzildiyini, ön faralarının sındığını, avtomobildə olan qadının narahat olduğu üçün maşından düşə bilmədiyini göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində 25 mart 2021-ci il tarixdə növbədə olarkən Şahbuz rayon polis şöbəsinin növbətçisi saat 23:15-də onun mobil telefon nömrəsinə zəng vuraraq “Şahbuz rayon yol ayrıcında qəza baş verib” dediyini, deyilən qəza yerinə getdiyini, hadisə yerinə kənar şəxslərin daxil olmaması üçün yolu bağladığını, Naxçıvan şəhər istiqamətində, yolun kənarında qəzada xəsarət alan şəxsi gördüyünü və orada olanlar tərəfindən ona həmin şəxsin öldüyünü deyildiyini, hadisə yerində mərhumun arvadını, Şahbuz rayon su idarəsinin işçisini, polis işçisi Şahid3ı gördüyünü, həmçinin avtomobili idarə edən vətəndaşı və həmin avtomobilin ön oturacağında oturmuş qadını gördüyünü, qəza törətmiş avtomobilin ön şüşəsinin sındığını, qəza törətmiş avtomobilin dövlət qeydiyyat nömrəsini, qəzada xəsarət alan şəxslərin adlarını yazdığını, daha sonra hadisə yerinə Şahbuz rayon X13 və Təhqiqat Bölməsinin əməkdaşlarının gəldiyini, hadisə yerində asfalt yolda tormoz izinin olduğunu, hadisə yerində olanlardan mərhumun Şahbuz rayon sakini olduğunu, avtomobili idarə edən şəxsin isə Təqsirləndirilən şəxs olduğunu bildiyini, digər xəsarət alan iki nəfəri tanımadığını və əvvəllər də rayon ərazisində görmədiyini, hadisə yerinə çatanda avtomobilin ön sərnişin oturacağında qadının oturduğunu gördüyünü, əli üzündə olduğunu və onu maşından düşürtdüklərini, vəziyyətinin normal olmadığını, qəzanın baş verdiyi yer yaşayış məntəqələri arasında olduğu üçün “Böyrək suyu” adlanan yerdən sürət həddinin maksimum 50 km/saat həddində müəyyənləşdirildiyini, hadisə vaxtı havanın qaranlıq olduğunu, yolda işıqlandırma sisteminin olmadığını, hadisə günü yağışın yağmadığını, yolun quru olduğunu, qəza nəticəsində avtomobilin ön və arxa şüşəsinin qırıldığını, həmçinin damının və ön hissəsinin əzildiyini, sürücü Təqsirləndirilən şəxs xüsusi cihazla alkoqollu içki qəbul edib etməməsini yoxladıqlarını və Təqsirləndirilən şəxs alkoqollu içki qəbul etmədiyini müəyyən etdiklərini göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o hadisə olan günü, 25 mart 2021-ci il tarixdə Şahbuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsində növbədə olubdur, həmin təcili tibbi yardıma Şahbuz rayonu, Keçili kəndinə gedən istiqamətdə avtomobil qəzası olması barədə çağırış gəlibdir. Sürücü olaraq Ocaqquliyev Hüseyn və həkim Şahid4 hadisə yerinə gediblər, hadisə yerinə çatanda qəzanın yol ayrıcına çatmağa 20 metr qalmış baş verdiyini görüblər, meyit yolun ortasında olubdur, qəza törədən avtomobil meyitdən təqribən 50-60 metr qabaqda olubdur, təqsirləndirilən şəxs hadisə yerində olubdur, onlar hadisə yerinə çatanda polis əməkdaşı da orada olublar, mərhumun yodaşı yaralı idi, təqsirləndirilən şəxs ayaq üstə idi heç bir narahatçılığı yox idi, onlar yaralını, yəni Zərərçəkmiş şəxs2ı müayinə ediblər, yaralının vəziyyəti yaxşı idi, sonra yaralını rayon xəstəxanasına gətiriblər, orada da müayinə ediblər, və sınıq aşkar ediblər, sonra yaralını o, özü şəhər xəstəxanasına aparıbdır. Mərhum hadisə yerində ölmüşdü, sonra hadisə yerinə mərhumun yaxınları gəliblər, o, xəstəxanada olanda baş həkim ona “hadisə yerinə get orada narahat olanlar var” deyib o, da hadisə yerinə qayıdıb, həmin vaxt mərhumun yaxınları narahat idilər, o, mərhumun yaxınlarına ilkin tibbi yardım edibdir, sonra qəza edən maşına yaxınlaşıblar, maşında bir qadın olubdur, üzü yaralı idi, onu da xəstəxanaya aparıb və ayrı palataya yerləşdiriblər, daha sonra o, Zərərçəkmiş şəxs1 də Zərərçəkmiş şəxs2la birlikdə şəhər xəstəxanasının təcili yardım şöbəsinə aparıbdır. Proses iştirakçılarının suallarını cavablandıran Şahid2 ifadəsində mərhumu ilk müayinə etdikləri zaman ayağının birinin olmadığını, ayağın bədəndən ayrıldığını, mərhumun üzü üstə olduğunu, yolun ortasında qoşa xəttinə üstəgəl formasında olduğunu, həmin vaxtı mərhumun yanında heç kimin olmadığını, mərhumun yoldaşının meyitin başının üstündə olduğunu, qəza edən maşının meyitdən hardasa 50 metr qabaqda olduğunu, qəza edən maşında olan qadını maşından onların endirdiyini, qadının üzündə, sinəsində yaralar olduğunu, burun boşluğundan qan axdığını, qəza edən maşındakı qadının özündə olduğunu, ilk əvvəl onun xəstəxanaya getmək istəmədiyini, ona hadisə yerində ilkin yardım etdiklərini, qəza törədən maşının ön şüşəsinin sındığını, ön tərəf sağ tərəfinin əzildiyini gördüyünü, o, yaralıların hər ikisini də şəhər xəstəxanasının təcili yardım şöbəsinə apardığını, təcili yardım şöbəsinə zəng gələndə telefonu onun götürdüyünü, hadisə yerinə çatanda maşının ön şüşəsinin qırılmış, ön sağ sərnişin oturan tərəfdən maşının çox əzildiyini göstərmişdir. Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməli özünün səmimi etirafı ilə yanaşı, iş üzrə aparılmış digər istintaq sənədləri, iş üzrə dindirilmiş şəxslərin ifadələri, 27.03.2021-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında tərtib edilmiş protokolla, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin məhkəmə-tibbi ekspertizasına dair 14.04.2021-ci il tarixli 05 nömrəli, 08.04.2021-ci il tarixli 14 nömrəli, 08.04.2021-ci il tarixli 15 nömrəli, həmçinin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisəsinə dair 20 aprel 2021-ci il tarixli 86 saylı və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasına dair 21.05.2021-ci il tarixli 109 saylı ekspert rəyləri ilə və cinayət işinin materiallarında olan digər hüquqi sənədlərlə tam sübuta yetir. İş materiallarında olan 26 mart 2021-ci il tarixli, 1889 nömrəli tibbi müayinə aktından müəyyən edilir ki, “Hyundai Elantra” markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs 26 mart 2021-ci il tarixdə saat 01:12 radələrində tibbi müayinədən keçirilərkən alkoqol qəbul etməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs AE seriyalı, 876774 nömrəli, “B” dərəcəli sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququndan məhrum edilməsi barədə heç bir məlumat yoxdur. “Hyundai Elantra” markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə 27 mart 2021-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında tərtib edilmiş protokolla avtomobilin ön hissəsinin yararsız hala düşdüyü, qabaq buferin qırıldığı, ön kapotun əzildiyi, ön və arxa şüşələrin qırıldığı, dam hissənin ön tərəfinin içəriyə doğru əyildiyi, sağ güzgünün qırıldığı müəyyən olunur. İş üzrə təyin edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 14 aprel 2021-ci il tarixli, 05 saylı rəyindən görünür ki, mərhum X5 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: kəllə əsası və qapağı sümükləri qəlpəli şəkildə sınmış, beyin toxuması dağılmış, gözyuvaları və burun sümükləri sınmış, sağ bazu nahiyyəsinin yuxarı 1/3 hissəsində açıq sınıq və bu sınığın ətrafında ölçüsü 15x6,1 sm-ya bərabər olan dəri loskutu, sol bazunun yuxarı 1/3-hissəsindən başlayıb, kürək nahiyyəsinə qədər davam edən geniş həcmli qançır, sol dirsək nahiyyəsinin arxa səthində və sol saidin arxa 1/3-hissəsində perqamentləşmiş sıyrıq, sol qoltuq nahiyyəsindən başlayıb, sol qarının yan səthinə qədər davam edən geniş həcmli qançır, sağ qarının yan nahiyyəsində didilmiş yara, sağ budun bayır orta 1/3-hissəsində didilmiş yara, sağ baldırın arxa hissəsində qançır, sol budun bayır səthində perqamentləşmiş sıyrıq, sol baldırın yuxarı 1/3 hissəsindən sonrası amputasiya olunmuş, bədəninin müxtəlif nahiyyələrində irili-xırdalı bir neçə sıyrıq və qançır izləri, ağırlıq dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan “ağır” zərərvurmaya aid xəsarətlər hesabına törənmiş “açıq kəllə-beyin travması, beyin toxumasının əzilməsi və beyin toxumasına qansızma” səbəbindən hadisə yerindəcə ölmüşdür. İş üzrə təyin edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 08 aprel 2021-ci il tarixli, 15 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspert müayinəsi zamanı almış olduğu xəsarət - burunun sağ yarısının arxa səthində, sol sarğı nahiyyəsində, sol budun bayır səthində, sol budun aşağı 1/3 və sol baldırın yuxarı 1/3-də qançır, sol dirsək sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı, mil sümüyü başının çıxığı, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan “az ağır” dərəcəli bədən xəsarətlərinə aiddir. İş üzrə təyin edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 08 aprel 2021-ci il tarixli, 14 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspert müayinəsi zamanı almış olduğu xəsarət - hər iki gözün ətrafında “eynək simptomu”, burunun arxa səthində üzərində cərrahi yara, burun sümüklərinin sınığı, çənə nahiyyəsində qançır, döş qəfəsinin ön yuxarı səthində boyunun aşağı sərhəddindən başlayıb hər iki süd vəzinin üstünə qədər davam edən qançır fonunda kiçik ölçülü kəsilmiş yaralar, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan “az ağır” dərəcəli bədən xəsarətlərinə aiddir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş 05 aprel 2021-ci il tarixli, 86 nömrəli rəyinə əsasən “Hyundai Elantra” markalı **- BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa imkanı olmuş, həmin maddənin tələblərinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Təqsirləndirilən şəxs “Hyundai Elantra” markalı avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürət həddindən yüksək sürətlə (130-140 km/saat) idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı, avtomobil hərəkətdə olarkən telefonda musiqini dəyişməsi, yəni diqqətini yoldan və avtomobilin idarə olunmasından yayındıran hərəkətlərə yol verdiyindən onun hərəkətləri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 5-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuz olmuşdur. İş üzrə təyin edlmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 may 2021-ci il tarixli, 109 nömrəli ekspert rəyindən görünür ki, 25.03.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs3 əmlakı sayılan “Hyundai Elantra” markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə dəymiş maddi ziyanın ümumi məbləği 4121 (dörd min yüz iyirmi bir) manat məbləğində müəyyən edilir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Tİİ-dən verilmiş tələbnamədən görünür ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Tİİ-nin ƏSİB-də Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. İş materiallarında olan Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 27 noyabr 2020-ci il təvəllüdlü X14 adlı uşağı vardır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AC 790975 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Elantra” markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Zərərçəkmiş şəxs3 mülkiyyətindədir. İş materiallarında olan 23 sentyabr 2019-cu il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs3 tərəfindən etibarlılıq müddəti 11 sentyabr 2019-cu il tarixdən 11 sentyabr 2029-cu il tarixədək etibarnamə əsasında “Hyundai Elantra” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs etibar edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin saksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə əlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətdiyini, törətdiyi əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin və digər zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmamasını, ailəli olmasını, himayəsində azyaşlı uşağın olmasını, onun iş və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Zərərçəkmiş şəxs1 şikayətinin olmaması, lakin onun burnunun düzəlməsi üçün gələcəkdə əməliyyat olunması tələb olunduğunu, bu səbəbdən də gələcəkdə burnunun müalicə xərclərinin Təqsirləndirilən şəxs öz üzərinə götürməsi tələb etməsinə münasibət bildirərək qeyd etmək istəyir ki, istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 tərəfindən mülki iddia verilməmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 tələbi gələcəkdə burnunun mualicəsi üçün çəkilən xərclərlə bağlı olan tələbdir və o, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq iddia icraatı qaydasında ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 22-ci bəndində göstərilmişdir ki, CM-in 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Odur ki, iş materiallarında olan Təqsirləndirilən şəxs məxsus AE seriyalı 876774 nömrəli sürücülük vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra icra sənədləri ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinə göndərilməlidir. Təqsirləndirilən şəxs barəsində 22 aprel 2021-ci il tarixdən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına köçürülməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin DYPİ-də dayanacaqda saxlanılan Hundai Elantra markalı **-BE-*** dövlət nişanlı avtomobil mülkiyyətçisi Zərərçəkmiş şəxs3 qaytarılmalıdır. İş materiallarında olan bir ədəd “DVD” formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353.1, 353.2, 353.4, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Bir ədəd Təqsirləndirilən şəxs məxsus AE seriyalı 876774 nömrəli sürücülük vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra icra sənədləri ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinə göndərilsin. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin DYPİ-də dayanacaqda saxlanılan Hundai Elantra markalı **-BE-*** dövlət nişanlı avtomobil mülkiyyətçisi Zərərçəkmiş şəxs3 qaytarılsın. İş materiallarında olan bir ədəd “DVD” formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına köçürülsün. İşdə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar