Azərbaycan Respublikası adından HÖKM Şahbuz şəhəri İş № 1(090)-1/2023 23.06.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Qəhrəmanov Şahin Şəmil oğlunun katibliyi, Dövlət ittihamçısı: Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi əvəzi, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx.xx.1995-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, N saylı hərbi hissədə MAXHHQ əsgər işləyən, ünvan 1 ünvanında yaşayan, barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.1-1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 21 iyul 2019-cu il saat 12:30 radələrində etibarnamə əsasında idarə etdiyi, atası Zərərçəkmiş şəxs2 məxsus “Volkswagen-Jetta” markalı **-BC-*** qeydiyyat nişanlı avtomobillə Şahbuz rayonu Kolanı kəndindən Şahbuz şəhəri istiqamətinə “X8” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 6-cı hissəsinin 3.24 maksimum sürətin məhdudlaşdırılması yol nişanının tələblərini pozaraq hərəkətin maksimal sürəti 40 kilometrdə məhdudlaşdırıldığı halda saatda 70 kilometr sürətlə hərəkətdə olarkən yolun Kolanı kəndi ərazisinə düşən hissəsində “X8” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar kimi tələblərinə riayət etməyərək, hadisənin qarşısını almağa texniki imkanının olduğu halda idarəetməni itirərək avtomobili aşırması nəticəsində ehtiyatsızlıqdan avtomobildə qabaq oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 sağlamlığına ağır kəllə-beyin travması, beyin koması İİİ dərəcə, ağciyərin əzilməsi, sağ diz oynağının travması və əzilmə sindromu, ənsə və təpə nahiyəsində dərialtı hematoma, beyin toxumasına qansızma, beyin kötüyünə qansızma, mədəcik daxili qansızma, pnevmotoraks, boynunda əzələlərarası emfizema və sağ gözün hərəki sinirinin zədələnməsindən kimi həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ehtiyatsızlıqdan yol hərəkəti qaydalarını pozaraq, yol nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.-1 maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Naxçıvan şəhərində anadan olub və həmin şəhərdə yaşayır, zərərçəkmiş Zərərçəkmiş şəxs1 onun arvadıdır, Zərərçəkmiş şəxs1 ilə 2019-cu ilin əvvəllərində tanış olublar, 20 iyul 2019-cu il tarixdə isə Zərərçəkmiş şəxs1 ilə Şahbuz rayon Nikah evində birgə nikaha daxil olublar, həmin ilin avqust ayında isə el-adəti ilə toy etmək planlaşdırıblar, həmin vaxt o, Bakı şəhərində özəl şirkətlərin birində mühafizəsi işləyibdir, 06 iyul 2020-ci il tarixdən isə Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edir, hal-hazırda Naxçıvan şəhərində yerləşən N №-li hərbi hissədə döyüş maşını komandiri vəzifəsində işləyir, 21 iyul 2019-cu il ildə Bakı şəhərinə qayıdacağı üçün həyat yoldaşı Asyanı Naxçıvan şəhərində olan yaşadıqları evə qonaq çağırmağı düşündüklərindən bu məqsədlə atası Zərərçəkmiş şəxs2 mülkiyyətində olan “Volkswagen-Jetta” markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilini etibarnamə ilə idarə edərək Zərərçəkmiş şəxs1 yaşadığı Şahbuz rayon Sələsüz kəndinə gedibdir, Asyanın avtomobilin ön sağ oturacağına, onun yanına əyləşəndə həmin vaxt Zərərçəkmiş şəxs1 ona təkidlə Batabatdakı Zorbulağa getmələrini istəyibdir,o da Zərərçəkmiş şəxs1 ilə birlikdə Batabatdakı Zorbulağa gedib bulaqdan su doldurduqdan sonra Sələsuz kəndinə qayıtmaq üçün yola düşüblər, Kolanı kəndinin ərazisində avtomobili təxminən 70 km/saat sürətlə idarə etdiyi vaxt avtomobilin sağ arxa təkəri partladığdan və avtomobilin sağ qabaq tərəfi yolun sağındakı divara dəyib avtomobil aşıbdır, hadisə yerinə Kolanı kəndinin sakinlərinin yığışaraq kömək edib Zərərçəkmiş şəxs1 avtomobilin içərisindən çıxarıblar, hadisə vaxtı O, təhlükəsizlik kəməri taxdığına görə yalnız başının sağ tərəfinin şişkinliyi xəsarəti alıbdır, təcili yardım maşını ilə Zərərçəkmiş şəxs1 ilk olaraq Naxçıvan şəhərində yerləşən Respublika Xəstəxanasına aparıblar, 9 gün həmin xəstəxanada reanimasiya şöbəsində qaldıqdan sonra həkimlər xəstəni Bakı şəhərinə aparmağı deyiblər, ailəsinin köməkliyi ilə Zərərçəkmiş şəxs1 Bakı şəhərində yerləşən “Bona Dea” özəl hospitalına yerləşdiriblər, Zərərçəkmiş şəxs1 uzun müddət müalicə xərcləri onlar tərəfindən çəkilibdir, 2019-cu ilin noyabr ayının sonları, dekabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1 təyyarə ilə Naxçıvan MR-na gətiriblər, həmin müddətdən sonra onunla Zərərçəkmiş şəxs1 arasında münasibətləri soyumağa başlayıbdır, bir müddət sonra hər telefon danışığında Zərərçəkmiş şəxs1 ondan boşanmaq istədiyini və müalicəsinə ailəsinin 200 min manat xərclədiyini deyərək həmin məbləği ondan tələb edibdir, halbuki Zərərçəkmiş şəxs1 bütün müayinə və müalicə xərclərini özü və ailəsi çəkibdir, hazırda Zərərçəkmiş şəxs1 ilə birgə nikahdadırlar, yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs1 xəstəliyi ilə əlaqədar toy mərasimləri baş tutmayıbdır, sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, özünü təqsirli bildiyi, qəzanı istəmədən törətdiyini məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, hadisənin baş verməsində, ümumiyyətlə hadisənin bu cür nətəclənməsində özünü təqsirli bilir, qəza törədilən zaman avtomobili özü idarə edibdir, Bata-bat yaylağına Zərərçəkmiş şəxs1 təkidi ilə gediblər, həmin vaxt o etiraz etsə də Zərərçəkmiş şəxs1 ondan təkidlə getmələrini istəyibdir, qayıdan zaman Kolanı kəndinin aşağı hissəsində arxa təkər partlayıbdır, hadisə baş verən zaman avtomobilin surətini 70 km/s olubdur, arxa təkər yüksək səslə partladığından, Zərərçəkmiş şəxs1 qorxudan onun qolundan tutub özünə tərəf dartıbdır, nəticədə o idarəetməni itiribdir və avtomobil divara dəyib çevrilibdir, ətrafdakıların köməyi ilə avtomobili düzəldiblər, avtomobil əzik vəziyyətdə olubdur, Zərərçəkmiş şəxs1 ayağı avtomobilin içərisində qaldığından, o sürücü tərəfdən avtomobilə daxil olub Zərərçəkmiş şəxs1 oradan ayağını çıxarıbdır, daha sonra təcili yardım maşını gəlib Zərərçəkmiş şəxs1 xəstəxanaya aparıblar, həmin vaxt o şokda olubdur, Zərərçəkmiş şəxs1 özündə olmayıbdır, həmin günü onu Şahbuz rayon polis şöbəsinə aparıblar, bir gün orada qalıbdır, Zərərçəkmiş şəxs1 hardasa 9-11 gün xəstəxanada qalıbdır, xəstəxanadakı xərci qardaşı Fərid Hüseynov çəkibdir, sonra Zərərçəkmiş şəxs1 vəziyyəti ilə əlaqədar aparıblar Bakı şəhərində yerləşən “Bona Dea” xəstəxanasına, Zərərçəkmiş şəxs1 həmin xəstəxanada üç aya yaxın qalıbdır, orada olan xərcləri də qardaşı Fərid Hüseynov çəkibdir, bu hadisədən sonra O, Asyanın yanına tez-tez gedib-gəlibdir, ailəsi də gedibgəlibdir, 2022-ci il 14 fevralda sevgililər günü ilə əlaqədar o işlədiyi hərbi hissədən icazə alıb Asyanı görməyə getmək istəyibdir, O, Asyaya mesajla onu görməyə gələcəyini yazıb, Asya isə ona yüz min manat pul və “zaks” kağızını, yəni nikah şəhadətnaməsinin gətirməsini, ondan boşanacağını mesajla yazıbdır, o da bu barədə valideynlərinə deyibdir, Asyanın ata-anası onun valideynlərindən pul istəyiblər, hətta onlara Asyanın bilməməsini, Asyanın biləcəyi təqdirdə “başlarına oyun açacaqlarını” deyiblər, iş materiallarında olan fotoşəkillərdəki avtomobil hadisənin baş verdiyi vaxt onun idarə etdiyi avtomobildir, Təqsirləndirilən şəxs dövlət ittihamçısının sualları cavablandıraraq bildirdi ki, istintaqda verdiyi ifadəsini təsdiq edir, Bakı şəhərinə gedəcəyi üçün tələsibdir, Asyanın xətrinə dəyməmək üçün Batabata gedibdir, avtomobil hərəkətdə olan zaman sürəti hardasa 60-70 km/saat olubdur, yolda isə sürət həddi 50 km/saat olub, gəldiyi yol üzü aşağı olub kəndin sonuna yaxınlaşanda təkər partlamağı səsi eşidilib, bundan qorxan Asya onun əlindən yapışıb, bu zaman sükan dönüb maşının sağ ön hissəsi yolun sağ hissəsində yerləşən divara dəyibdir, maşın dəyən kimi tərsinə çevrilibdir, yoldan keçənlər maşını qaldırıblar, Asyanın ayağını çıxardıblar, pul söhbətini “whatshapp”–la Asyanın özü deyibdir, bundan sonra Zərərçəkmiş şəxs1 görməyə getməyiblər, törətdiyi əmələ görə peşmandır, əlavə olaraq müdafiəçinin suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, Asya ilə toy mərasimi üçün restoran da danışıb beh də veriblər, rəsmi nikaha daxil olublar, həmin vaxt Bakı şəhərində işləyirdi, gedib məzuniyyət götürüb gələcək idi, Asya Hüeynovanın anasının Batabata gedəcəklərindən xəbəri olubdur, hava isti idi deyə Kolanı bulağında su doldurduqdan sonra gəliblər, Kolanı kəndinin çıxacağında arxa sağ təkər partlayıb, bu zaman Asya səsdən qorxduğu üçün əlindən tutub onu özünə tərəf çəkibdir, həmin vaxt maşının arxası qaçıbdır, hadisə hardasa 3-4 saniyə çəkibdir maşın divara dəyib aşıbdır, hadisədən sonra Asyanı bir başa Naxçıvan şəhərində xəstəxanaya yerləşdiriblər, Asyanın huşu özündə olmayıbdır, xəstəxanda Asyanın müalicəsini Elsevər həkim aparıbdır, 9 gün xəstəxanada qaldıqdan sonra həkim qardaşı Fəridə Asyanın sağalması üçün Bakı şəhərinə aparılmalı olduğunu deyibdir, qardaşımın və valideynlərimin köməkliyi ilə Bakı şəhərinə aparıblar, həmin vaxt Asyanın anası qardaşına “qızın ölüsü də dirisi də sənindi” deyibdir, sonra Asyanı aparata qoşulu vəziyyətdə havalimanına təcili yardım maşını ilə, oradan isə təyyarə ilə Bakı şəhərinə aparıblar, Bakıda xəstəxanada bütün xərclər onlar tərəfindən qarşılanıbdır, Bata-Bat yaylağına getməyinə də, sürət həddini aşdığına görə də peşmandır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2019-cu il tarixində nikah qeydiyyatından keçmiş, 21 iyul 2019-cu il tarixdə Təqsirləndirilən şəxs onu yaşadığı ata evindən, yəni Şahbuz rayon Sələsüz kəndindən özünün idarə elədiyi avtomobil ilə götürüb “Batabat” yaylağına gəzməyə aparmış, “Batabat” yaylağından qayıdarkən Şahbuz rayon Kolanı kəndi yolunda Təqsirləndirilən şəxs avtomobili 120 km/saat sürətlə idarə etmiş, Cavidə avtomobili bir az yavaş sürməsini demiş, lakin Cavidin “qorxma heç nə olmaz” demiş, bir az getdikdən sonra qəza baş vermiş, qəzanın necə baş verdiyini xatırlamamış, qəzadan sonra gözlərini açanda Bakı şəhərində xəstəxanaların birində olmuş, hal-hazırda danışığının səlis olmadığı, əllərini rahat işlədə bilmədiyi, hadisədən sonra Cavid onun mesajlarına cavab verməmiş, müalicəsinə çox pul lazım olduğunu, Cavidin ailəsinin kömək etməli olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 nümayəndəsi X2 ifadəsində göstərdi ki, qızı Asya ilə Təqsirləndirilən şəxs 2019-cu rəsmi nikaha daxil olublar, 21 iyul 2019-cu ildə Təqsirləndirilən şəxs ilə qızı Zərərçəkmiş şəxs1 “Batabat” yaylağına gəzməyə gediblər, günorta radələrində həyətdə oturarkən ev telefonuna zəng gəlib, ona qəza barədə məlumat verilibdir, əri Şahid7 ilə birlikdə təcili Naxçıvan şəhərinə xəstəxanaya gediblər, xəstəxanada qızının komada olduğunu görübdür, Naxçıvan Şəhərində 9 gün qaldıqdan sonra qızını Bakı şəhərinə aparıblar, Bakı şəhərində “«Bona Dea»” xəstəxanasında qızı Asya 40 günə yaxın komada qalıbdır, komadan ayıldıqdan sonra qızı bir müddət Bakı şəhərində xəstəxanada qalıb və daha sonra Naxçıvan şəhərinə qayıdıblar. O gündən bu günə demək olar ki, ayda və ya iki üç ayda bir dəfə qızını müayinə və müalicə üçün Bakı şəhərinə aparırlar, bir ilə yaxındır onlar tək başına qızının bütün müalicə xərclərini çəkirlər, onların maddi imkanları da yoxdur tək başına qızının xərclərini qarşılasınlar, tələbləri odur ki, qızı Asyanın durub yeriyənə kimi xərcini Təqsirləndirilən şəxs tərəfindən çəkilsin, qızı Asya yerdə-yurdda qalmasın, onlar Təqsirləndirilən şəxs cəza çəkməsini, həbs olunmasını istəmirlər, ona razı deyillər, istədikləri qızının sağalması və ayağa qalxmasında onlara köməklik edilməsidir. Proses iştirakçılarının suallarını cavablandıran Zərərçəkmiş şəxs1 nümayəndəsi X2 bildirdi ki, qızı Asyanın səhhəti müalicələrdən sonra nisbətən düzəlibdir, lakin artıq bir ildir ki, irəliləyiş yoxdur, qızının səhhətində düzəliş görmür, qızının müalicəsi üçün həkim tərəfindən yazılan dərmanların dəyəri 3600 manatdır və 3 ay həmin dərmanları qızı qəbul etməlidir, onların həmin dərmanları almağa imkanları yoxdur, ona görə də qızı tam sağalmır, qızının bir ayağı da əməliyyat olunmalıdır, görmə ilə bağlı da problemləri var, gözünə görə də müalicə olunmalıdır, qızının sağalması üçün heç bir həkim onlara nə qədər xərc çəkiləcəyini deməyibdir, onlar bilmirlər qızının sağalması üçün nə qədər xərc tələb olunur, qızının müalicə xərclərini qarşıladıqdan sonra onların Təqsirləndirilən şəxs heç bir şikayətim olmayacaqdır, onlar qızının hətta əsa ilə belə yeriməsinə razıdırlar, qızının bütün xərcləri çəkilsin hər bir müalicəsi edilsin əgər yenədə qızı sağalmasa onlar şikayətçi olmayacaqlar, Bakı şəhərində “Bona Dea” xəstəxanasına aparmaq üçün həkimə verilən 650 manat pulun və xəstəxanada qızının müalicə xərclərinin Təqsirləndirilən şəxs ailəsi tərəfindən çəkilibdir, onlar bunu danmırlar, Təqsirləndirilən şəxs qardaşı Fərid Hüseynovun köməkliyi ilə qızı “Bona Dea” xəstəxanasına yerləşdirdikdən və orada həkimlərin sayəsində qızı Asya ölümdən dönübdür, lakin qızının müalicəsi yarımçıq qaldığı üçün qızının səhhətində irəliləyiş son zamanlar olmur, əvvəllər Təqsirləndirilən şəxs ilə danışmağı qızının əhval-ruhiyyəsini yüksəldirdi, lakin son zamanlar onların imkanları olmadığı üçün qızını Bakı şəhərinə aparıb müalicə etdirə bilmirlər, qızı Asya Bakı şəhərində ilk öncə “semaşka” xəstəxanasında bir gün qalıbdır, daha sonra Cavidin qardaşı Fərid “Bona Deo” xəstəxanasının həkimlərini gətirib, həkimlər baxdıqdan sonra qızını “bona Deo” xəstəxanasına yerləşdiriblər, həmin vaxt ona qızının ağır xəstə olduğunu qızını əməliyyat etmələri üçün ondan ərizə də alıblar, “Bona Deo” xəstəxanasında qızının müalicəsinə çəkilən xərclər onlardan tələb olunduqda, o həmin xərclərin Cavid tərəfindən ödənilməli olduğunu bildiribdir, Cavidin qardaşına da bu barədə deyibdir, Cavidin qardaşı Fərid xəstəxananın pulunu onun tərəfindən ödəniləcəyini deyibdir, bundan sonra xəstəxana tərəfindən onlardan pul istəməyiblər, ilk dəfə xəstəxanaya aparanda Cavidin ata-anası qızını İran İslam Respublikasına müalicəyə aparmaq istəyiblər, o razı olmadığından Bakı şəhərinə aparıblar, Bakı şəhərində qızını ilk öncə “Semaşkaya” ondan sonra isə Fəridin sayəsində “Bona Deo” xəstəxanasına yerləşdiriblər, qızının müalicəsində onlar tərəfindən də xərclər çəkilibdir, qızının masajı üçün 250 manat pul onlar tərəfindən ödənilibdir, Bakı şəhərinə aparan zaman həkimə qızını müşahidə etməsi üçün 650 manat pul isə Cavidin ata-anası tərəfindən ödənilibdir, qızının müalicəsi üçün təqsirlədirilən tərəfindən 2020-ci il sonuna qədər xərclər çəkilibdir, ondan sonra isə təqsirləndirilən tərəf qızı ilə maraqlanmayıbdır, istər qızı, istərsə də o, Təqsirləndirilən şəxs tutulmasını istəmirlər, lakin qızının müalicəsinə çəkiləcək xərclərin Təqsirləndirilən şəxs tərəfindən qarşılanmasını istəyirlər . Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur, 21 iyul 2019-cu il tarixdə oğlu Cavid Bakı şəhərinə gedəcəyi üçün Şahbuz rayonunun Sələsüz kəndindəki nişanlısı Asyanı görmək üçün ona məxsus “Volkswagen-Jetta” markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilini ondan istəyibdir, o da avtomobilini oğlu Cavidə veribdir, oğlu Cavid avtomobili etibarnamə ilə idarə edibdir, oğlu Cavidin Sələsüz kəndinə gedibdir, hardasa saat 13-14 radələrində yoldaşı Ləman oğlu Cavidin mobil telefonuna zəng edərək nə vaxt gələcəyini soruşub, Cavid isə bir azdan gələcəyini deyibdir, təxminən yarım saatdan sonra yoldaşı Ləman yenidən Cavidin mobil telefonuna zəng edib, Cavid zəngə cavab verməyibdir, daha sonra yoldaşı Ləman Zərərçəkmiş şəxs1 mobil telefonuna zəng edibdir, bu zaman Zərərçəkmiş şəxs1 mobil telefonunu tanımadığı bir nəfər açıb və həmin şəxs telefonda onlara qəza olduğunu deyibdir, onlar Naxçıvan şəhər xəstəxanasına gediblər, Zərərçəkmiş şəxs1 vəziyyəti pis olduğundan 9 gün komada qalıbdır və daha sonra Bakı şəhərinə aparmışlar, təxminən üç ay Bakı şəhərində qalıblar. Təqsirləndirilən Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, bu barədə o, ibtidai istintaq zamanı ərizə də veribdir. Proses iştirakçılarının suallarını cavablandıran Zərərçəkmiş şəxs2 bildirdi ki, sonradan hadisənin avtomobilin arxa təkərinin patlaması nəticəsində divara dəyib aşdığını bilibdir, oğlunun idarə etdiyi avtomobil onun mülkiyyətində olubdur, hadisə zamanı avtomobilə 5000 manat ziyan dəyibdir, ona dəymiş ziyan qarşılanıbdır, onun heç bir şikayət və tələbi yoxdur, zərərçəkmiş Zərərçəkmiş şəxs1 onun gəlinidir, Asyanın istər Naxçıvan istərsə də Bakı şəhərində xəstəxanada olduğu müddətdə bütün xərclərini onlar çəkiblər, 2022-ci il fevral ayına kimi Asyanın yanına gedib gəliblər, ondan sonra onları təhqir edib, yüz min manat pul istəyiblər, bu səbəbdən də münasibətləri soyuyub gedibgəlməyiblər, Zərərçəkmiş şəxs1 əvvəlki vəziyyəti ölümcül olubdur, müalicələrdən sonra ölümcül vəziyyətdən çıxıbdır, ilk əvvəllər xəstəxanadan çıxandan sonra sərbəst danışa bilmirdi, onun müalicəsində onlar iştirak ediblər, çəkilib kənarda durmayıblar, zərərçəkmiş şəxs tərəf onlardan külli miqdarda pul istəyiblər, münasibətlər buna görə də pisləşibdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur, 21 iyul 2019-cu il tarixdə oğlu Bakı şəhərinə gedəcəyi üçün gedib nişanlısı Asyanı görməsi üçün Şahbuz rayonuna gedibdir, oğlu tələsdiyi üçün nişanlısını görüb qayıdacaq idi, o da oğlu Cavidə əgər Asya onlara gəlmək istəsə gətirsin, onlar da aparıb evlərinə qoyarlar, bu məqsədlə oğlu Cavid Şahbuz rayonunun Sələsüz kəndindəki nişanlısı Asyanı görmək üçün atasından avtomobilini götürübdür, saat 13-14 radələrində Cavidin mobil telefonuna zəng vuraraq nə vaxt gələcəyini soruşubdur, Cavid ona Bata-Bat yaylağında olduqlarını bir azdan gələcəyini deyibdir, təxminən 10-15 dəqiqə sonra yenidən Cavidə zəng vurubdur, Cavid telefona cavab verməyibdir, daha sonra gəlini Asyanın mobil telefonuna zəng vurubdur, Asyanın telefonunu tanımadığı bir nəfər açıb, ona telefonda qəza olduğunu deyibdir, bu xəbərdən sonra onlar Naxçıvan şəhər xəstəxanasına gediblər, həmin vaxtı Asyanın vəziyyəti pis olubdur, Asya 9 gün komada qalıbdır, daha sonra oğlu Fəridin köməkliyi ilə Bakı şəhərinə aparıblar, təxminən 3 ay Bakı şəhərində qaldıqdan, sonra Naxçıvana qayıdıblar. Proses iştirakçılarının suallarını cavablandıran Şahid6 bildirdi ki, ilk əvvəl gəlini Asya və onun ailəsi ilə münasibətləri yaxşı olubdur, Asyanın müalicəsi üçün hər şey ediblər, Asyanın doğum günündə, bayramlarda ona baş çəkiblər, alış veriş edib aparıblar, hətta həmin vaxt foto şəkillər də çəkdiriblər, həmin foto şəkilləri oğlunun vəkili məhkəməyə də təqdim edibdir, daha sonra onlar arasında münasibətlər 2022-ci ilin fevral ayında Asyanın anası onu yaxşı qarşılayıb, yola salan zaman isə qızına görə onlardan 100000 manat pul istəməsi, onu təhqir etməsi səbəbindən pozulubdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, qızı Zərərçəkmiş şəxs1 ilə kürəkəni Təqsirləndirilən şəxs 21 iyul 2019-cu il tarixdə onlara gəlib qızı Zərərçəkmiş şəxs1 götürərək “Batabat” yaylağına gəzməyə aparıbdır, günorta radələrində arvadı Qanuni nümayəndə onun yanına gəlib Cavid ilə qızının qəzaya düşdüklərini, bacısı X3 və arvadı ilə birlikdə təcili Naxçıvan şəhərinə xəstəxanaya gediblər, orada qızını görüb qızı həmin vaxt komada olubdur, Naxçıvan Şəhərində doqquz gün qaldıqdan sonra qızının müalicəsinin yaxşı getmədiyi üçün qızını müalicəsi üçün Bakı şəhərinə aparıblar, komadan ayıldıqdan sonra bir müddət Bakıda xəstəxanada qaldıqdan sonra Naxçıvan şəhərinə qayıdıblar. Proses iştirakçılarının suallarını cavablandıran Şahid7 bildirdi ki, Bakıdan qayıtdıqdan sonra qızını ayda bir dəfə müayinə üçün Bakı şəhərinə aparıblar, qızı qəzaya düşdükdən sonra Bakı şəhərinə aparılması xərclərini Cavidin ailəsi tərəfindən qarşılanıbdır, Elsevər həkimin qızını müşahidə etməsi üçün Bakı şəhərinə getməsi üçün 650 manat pulu da Cavidin ailəsi veribdir, Bakı şəhərində “Bona Deo” xəstəxanasına ödəniş onlar tərəfindən edilməyibdir, Cavidin qardaşı Fərid xəstəxana xərclərinin özləri tərəfindən qarşılanacağını bildiribdir, qızının digər xərclərində isə onlar iştirak ediblər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 21 iyul 2019-cu il tarixdə O, Şahbuz Rayon Dövlət Yanğın Təhlükəsizlik şöbəsində növbədə olarkən saat təxminən 13-14 radələrində Şahbuz rayon Kolanı kəndi yaxınlığında qəza baş verməsi barədə məlumat alıbdır, o və əməkdaşlarından X6 və X1 ilə birlikdə hadisə yerinə getmişlər, hadisə yerinə çatanda orada polis əməkdaşlarının olduğunu, qəza törətmiş Ağ rəngdə “Volkswagen Jetta” markalı avtomobili çevrilmiş halda görüblər, əməkdaşlarla birlikdə qəza törətmiş avtomobili çevirib, benzin nasosunu ayıraraq avtomobili çəkib yolun kənarına qoyublar, daha sonra polis əməkdaşları qəza törətmiş avtomobili rayon sakini Vurğun adlı şəxsin kamaz markalı yük maşını ilə çəkərək aparıblar. Proses iştirakçılarının suallarını cavablandıran Şahid1 bildirdi ki, ona göstərilən iş materiallarında olan fotoşəkillərdəki avtomobil qəza törədən avtomobildi, avtomobilin şinləri yerində olubdur, qabaq sol təkər isə “Kamaz” qoşqu ilə çəkən zaman qırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şahbuz rayon xəstəxanasının təcili yardım şöbəsində növbətçi feldşer işləyir, 21 iyul 2019-cu il tarixdə Şahbuz Rayon Mərkəzi xəstəxanasında növbədə olarkən saat təxminən 13-14 radələrində Şahbuz rayon Kolanı kəndi yaxınlığında qəza baş verməsi barədə ona məlumat verilibdir, təcili tibbi yardım avtomobili ilə birlikdə hadisə yerinə gedibdir, hadisə yerinə çatanda qəza törətmiş avtomobili çevrilmiş halda görübdür, xəsarət alan xanımın qəza törətmiş avtomobildən 1-2 metr kənar, yolun ortasında yerdə uzanmış vəziyyətdə olduğunu görübdür, xəsarət alan şəxsə yaxınlaşıb onu müayinə edərkən onun huşunun özündə olmadığını görüb, təcili xəsarət alan şəxsi təcili tibbi yardım avtomobilinə qoyub Naxçıvan şəhər xəstəxanasına aparıblar, Naxçıvan şəhər xəstəxanasına gedərkən avtomobildə xəsarət alanın nişanlısı da gedibdir, qəza törətmiş avtomobilin sürücüsü isə xəsarət almamışdır, Naxçıvan şəhər xəstəxanasına çatana qədər xəsarət alan şəxsə ilkin tibbi yardımları göstərib, xəstəxanaya çatdıqdan sonra xəsarət alan şəxsi xəstəxananın reanimasiya şöbəsinə təhvil verərək Şahbuz rayon xəstəxanasına qayıdıbdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 21 iyul 2019-cu il tarixdə Şahbuz Rayon Polis şöbəsində növbədə olarkən günorta saatlarında Şahbuz rayon Kolanı kəndi yaxınlığında qəza baş verməsi barədə məlumat daxil olmuş, həmin məlumat barədə Şahbuz Rayon Polis Şöbəsinin rəisi Elnur İsmayılova, Şahbuz Rayon Prokuroruna, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin növbətçi hissəsinə və həmçinin Şahbuz Rayon Polis Şöbəsinin Dövlət yol polisi əməkdaşlarına məlumat vermiş, şöbə rəisi ona hadisə barədə məlumat toplamaq tapşırığı vermiş, qəza törətmiş avtomobil Şahbuz rayon polis Şöbəsinə gətirilmiş, avtomobil yararsız halda olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahbuz- Naxçıvan istiqamətində marşrut sürücüsü işləyir, 21 iyul 2019-cu il tarixdə, saat 13-14 radələrində Naxçıvan şəhərindən Şahbuz rayon Biçənək kəndinə gedərkən Şahbuz rayon Kolanı kəndinə çatmamış sərt döngənin olduğu yerdə qəza baş verdiyini və qəzanın təsirindən avtomobilin tərs çevrildiyini görmüş, avtomobildən düşüb xəsarət alan xanıma kömək etmiş, xanımın huşu özündə olmamış, daha sonra sərnişinləri Biçənək kəndinə aparmaq üçün avtomobilinə minərək getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 21 iyul 2019-cu il tarixdə o, Şahbuz rayon polis şöbəsində növbədə olan zaman Şahbuz rayon Kolanı kəndinin yaxınlığında avto qəza baş verilməsi barədə məlumat verib ona rəis Ədalət tərəfindən qəza törədən avtomobili Şahbuz rayon polis şöbəsinə gətirilməsi tapşırılıbdır, o da hadisə yerinə gedib qəza törətmiş avtomobili polis şöbəsinə gətiribdir, uzun müddət həmin avtomobil polis şöbəsinin həyətində qalıbdır. Proses iştirakçılarının suallarını cavablandıran Şahid5 bildirdi ki, polis şöbəsinin həyətində avtomobil bir aydan çox qalıbdır, avtomobil qoşqu vasitəsilə polis şöbəsinə gətirilibdir, avtomobil “kamaz” markalı yük maşını ilə gətirilibdir, avtomobilin ön tərəfi əzik vəziyyətdə olub, ön təkərlər partladığından avtomobil ön tərəfi “kamaz”ın arxa hissəsinə qaldırılmış vəziyyətdə, arxa təkərlər isə salamat olduğundan qoşqu vasitəsi ilə çəkilib gətiriblər, həmin vaxt arxa təkərlər salamat olubdur. Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməli özünün səmimi etirafı ilə yanaşı, iş üzrə aparılmış digər istintaq sənədləri, iş üzrə dindirilmiş şəxslərin ifadələri, xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında tərtib edilmiş protokolla, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin məhkəmə-tibbi ekspertizasına dair xx.xx.2022-ci il tarixli 163 nömrəli, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisəsinə dair 29.12. 2022-ci il tarixli 423 saylı və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasına dair xx.xx.2023-cü il tarixli 162 saylı ekspert rəyləri ilə və cinayət işinin materiallarında olan digər hüquqi sənədlərlə tam sübuta yetir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs AE seriyalı, 256522 nömrəli, “B,C” dərəcəli sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququndan məhrum edilməsi barədə heç bir məlumat yoxdur. İş üzrə təyin edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 16 dekabr 2022-ci il tarixli, 163 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: alnında çapıq toxuma, sağ diz oynağının arxa səthində çapıq toxuma, kəllə-beyin travması, beyin əzilməsi, nekrozu, ənsə və təpə nahiyyəsində dərialtı hematoma, beyin toxumasına qansızma, beyin kötüyünə qansızma, mədəcik daxili qansızma, pnevmotoraks, boynunda əzələlərarası emfizema, sağ gözün hərəki sinirinin zədələnməsinin müəyyən olunduğunu, göstərilən xəsarətlərin bərk küt alətin təsirindən törəndiyini, eləcə də avtomobil qəzası üçün xarakterik olduğunu, Zərərçəkmiş şəxs1 xəsarətlərin eyni anda baş verdiyini, Zərərçəkmiş şəxs1 hazırda olduğu vəziyyətin avtomobil qəzası ilə əlaqədar olduğunu, xəsarətlərdən alnındakı çapıq toxuma və diz oynağının çıxdığının dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olduğunu, qalmış xəsarətlər isə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa “ağır” zərər vurmaya aid olduğunu, Zərərçəkmiş şəxs1 qəzadan sonra görmə və nitq pozğunluğu olmuşdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş 29 dekabr 2022-ci il tarixli, 423 nömrəli rəyinə əsasən “Volkswagen-Jetta” markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X8» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olduğu, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa imkanının olduğu, Təqsirləndirilən şəxs avtomobili icazə veriləndən (40 km/saat) yüksək sürətlə idarə etdiyindən onun hərəkətlərində «X8» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin (3.24 maksimum sürətin məhdudlaşdırılması) tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində isə iş materiallarında olan hadisə yerinin fotoşəkillərindən belə məlum olur ki, avtomobilin arxa sağ təkəri tam boşalmamış vəziyyətdə deyildir, ümumiyyətlə avtomobilin arxa təkərlərinin sükan idarə etmə sisteminə aid olmadığından, hərəkət zamanı arxa təkərlərdən hər hansı birinin partlamasının avtomobilin dayanıqlı hərəkətinin pozulmasına, idarəolunmaz vəziyyətə düşməsinə səbəb olmadığı və belə vəziyyətdə sükan çarxı vasitəsilə avtomobilin öz hərəkət zolağı ilə hərəkətinin təmin edilə biləcəyi göstərilmişdir İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 mart 2023-cü il tarixli, 162 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs2 əmlakı sayılan “Volkswagen Jetta” markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə dəymiş maddi ziyanın ümumi məbləği 5420 (beş min dörd yüz iyirmi ) manat məbləğində müəyyən edilir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 ərizəsində qeyd olunmuşdur ki, oğlu Təqsirləndirilən şəxs 21 iyul 2019-cu ildə ona məxsus olan avtomobili idarə edərkən Şahbuz rayon Kolanı kəndi yaxınlığında yol nəqliyyat hadisəsi törətdiyini, ekspert rəyinə əsasən ona 5420 manat maddi ziyan dəydiyini, ona dəymiş 5420 manat maddi ziyan oğlu Təqsirləndirilən şəxs tərəfindən ona tam olaraq ödəndiyinə görə onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət tələbi olmadığını göstərmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Tİİ-dən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Tİİ-nin ƏSİB-də Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 12 iyun 2019-cu il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən etibarlılıq müddəti 12 iyun 2019-cu il tarixdən 16 yanvar 2027-ci il tarixədək etibarnamə əsasında “Volkswagen Jetta” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs etibar edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1.-1 maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Onun əməli cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə yardım göstərərək onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını, ilk dəfə az ağır cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; X7rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəza ilə bağlı qısa şərh verməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə əlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətdiyini, törətdiyi əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə yardım göstərərək onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını, ilk dəfə az ağır cinayət törətməsini, onun iş və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Eyni zamanda qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etsəydi belə, bu Təqsirləndirilən şəxs hərbi qulluqçu olması səbəbindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.6-cı maddəsinin tələblərinə görə də, mümkün olmayacaqdı. Belə ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədilən zaman mülki şəxs olsa da, iş materialları olan AD seriyalı, ******* seriyalı Şəxsi vəsiqə ilə onun hal-hazırda müddətdən artıq hərbi xidmət hərbi qulluqçu kimi xidmət keçməsi müəyyən olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.6-cı maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələbləri baxımından işin faktiki hallarını müvafiq qaydada iş materialları və qanunun prinsipləri ilə müqayisəli şəkildə təhlil edərək, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmadığını və cəzanı yüngülləşdirən halların mövcudluğunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni zərərçəkmiş şəxsə ilk tibbi yardımın göstərilməsi üçün avtomobildən çıxarılması və təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılması, zərərçəkmiş şəxsə yardım göstərərək onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını, ilk dəfə az ağır cinayət törətməsini, özünü təqsirli bilərək cinayəti etiraf etməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini qanunvericiliyin tələblərinə uyğun hesab edir, həmçinin Təqsirləndirilən şəxs barəsində təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinin təmin edilməsi, o cümlədən sosial ədalətin bərpası baxımından da məqsədəmüvafiq hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi onun ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidmət etdiyi müddətdə xidməti vəzifələrin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət xidmət etdiyi hərbi hissə komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinə dair məsələni müzakirə edib belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmiş, məhkəmədə də həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.1.-1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışıq əldə edilmədiyini, lakin Təqsirləndirilən şəxs həbs olunmasını, yəni azadlıqdan məhrum edilməsini istəmədiyini, onun avtoqəzadan sonra səhhətində ciddi problemlər yarandığını, yeriyə bilmədiyini, hərəkətinin son dərəcədə məhdud olduğunu, nitq qüsurundan əziyyət çəkdiyini, müalicəyə ehtiyac olduğunu, müalicə xərclərinin ailəsinin tək başına qarşılamaq imkanlarının olmadığını, buna görə də müalicə xərclərinin Təqsirləndirilən şəxs tərəfindən çəkilməsini tələb etməsinə barədə notariat qaydada verilmiş ərizəsinə münasibət bildirərək qeyd etmək istəyir ki, istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 tərəfindən mülki iddia verilməmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 tələbi gələcəkdə müalicəsi üçün çəkilən xərclərlə bağlı olan tələbdir və o, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq iddia icraatı qaydasında ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına köçürülməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. İş materiallarında olan 5 ədəd fotoşəkillər cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti dövründə Təqsirləndirilən şəxs davranışına nəzarət hazırda xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə müvafiq İcra və Probasiya şöbəsinə həvalə olunsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidmət etdiyi müddətdə xidməti vəzifələrinin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Bir ədəd Təqsirləndirilən şəxs məxsus AE seriyalı 866522 nömrəli sürücülük vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra icra sənədləri ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə göndərilsin. İş materiallarında olan 5 ədəd fotoşəkillər cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına köçürülsün. İşdə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №1(090)-1/2023
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Hökm — İş №1(090)-1/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver