Azərbaycan Respublikası adından HÖKM Şahbuz şəhəri İş № 1(090)-1/2025 21.02.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ “21” fevral 2025-ci il saat 13:20-də Şahbuz şəhərində Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X6 iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin vəkili və nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə; 09 avqust 1985-ci ildə Babək rayonu, Qahab kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, iki uşaq atası, işsiz, əvvəllər məhkum edilməyən, Babək rayonu, Qahab kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, xx.xx.2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx xxxxxx 1959-cu ildə Babək rayonu, Qahab kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, əvvəllər məhkum edilməyən, Babək rayonu, Qahab kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, xx.xx.2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin baxış iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 atası Təqsirləndirilən şəxs2 ilə birlikdə 04 may 2024-cü il tarixdə Şahbuz rayon Kiçikoba kəndində yaşayan sabiq arvadı Zərərçəkmiş şəxs yaşadığı evin həyətində mübahisə zamanı Zərərçəkmiş şəxs sağ yanağın selikli qişasının əzilmiş yarası ilə müşayiət olunan alt çənənin sol şaxəsinin qançırı, başın sağ gicgah nahiyyəsinin hematoması, sağ və sol almacıq nahiyyələrinin və sol said nahiyyəsinin qançırları, döş qəfəsinin ön səthinin sağ və sol yarısının sağ said və sağ baldır nahiyyələrinin sıyrıqlarından ibarət xəsarət yetirməklə onun sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan yüngül xəsarətlər almasına səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CМ-in 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs2 oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə 04 may 2024-cü il tarixdə Şahbuz rayon Kiçikoba kəndində yaşayan sabiq gəlini Zərərçəkmiş şəxs yaşadığı evin həyətində mübahisə zamanı Zərərçəkmiş şəxs sağ yanağın selikli qişasının əzilmiş yarası ilə müşayiət olunan alt çənənin sol şaxəsinin qançırı, başın sağ gicgah nahiyyəsinin hematoması, sağ və sol almacıq nahiyyələrinin və sol said nahiyyəsinin qançırları, döş qəfəsinin ön səthinin sağ və sol yarısının sağ said və sağ baldır nahiyyələrinin sıyrıqlarından ibarət xəsarət yetirməklə onun sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan yüngül xəsarətlər almasına səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CМ-in 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ifadəsində bildirdi ki, O hadisə yerinə uşaqla ünsiyyətlə bağlı gedibdir, Babək Rayon Məhkəməsinin qərarı, icra məmuru Əli müəllimin dəvəti ilə ora dəfələrlə getmişlər, dəfələrlə getməyinə baxmayaraq uşaqları ona göstərməyiblər. Məhkəmə qərarını qərəzli olaraq icra etmirdilər. Hər dəfə uşaqları görmək üçün getdikdə söyüşlərə və təhqirə məruz qalıbdır, ailə üzvlərini təhqir ediblər. Dördüncü dəfə Əli müəllimin dəvəti ilə 04 may 2024-cü il tarixdə məhkəmə binasına gəlibdir, buradan Əli müəllim zəng vuraraq uşaqların olduğu yerə getməyini bildiribdir, atası ilə birlikdə ora gediblər, atası maşında oturubdur, O isə Əli müəllimlə həyətin çölündə durublar, Əli müəllim ev sahibi Ramiqi çağırıb, heç kim çıxmayıb, Əli müəllimə “bu dəfə də görüş baş tutmayacaq, gəl gedək” deyib, O isə “gözlə görək necə olur” deyib, Ramiqi yenə səsləyib, Aytacın dayısı Ramiq çölə çıxıb, arxasınca anası İmarət, xalaları Kifayət və Sədaqət çıxıblar, çölə çıxdıqdan sonra üstünə hücum çəkiblər və onu təhqir ediblər, O həmin vaxt qapıdan kənarda Əli müəllimin yanında dayanıbdır, onun üstünə hücum çəkiblər, xalası Kifayət ona və ailə üzvlərinə təhqiredici sözlər işlədiblər, anası İmarət üstünə gəlib və söyüş söyüb. İkinci uşağını 8 gün görübdür, ona uşağı təhqir edərək qovduğunu deyib, ikinci dəfə ailə həyatı qurubdur, uşağı olması üçün 10 il zülüm çəkib, ona şər atırlar, uşağı söydüyünü deyirlər. Aytacın xalası Kifayət, dayıları Ramiq və Nəcəfalı gecə gəlib uşağı evdən aparıblar. O, tək onu deyib ki, normal danışsınlar. Mübahisə zamanı Ramiq onun dişini qırıbdır, bununla bağlı ekspertə gedib, ekspert rəy verməyibdir. Ramiq, Kifayət və Aytac onu vurublar, icraçılar orada olmasa idi bəlkə də onu öldürəcəkdilər, icraçılar onu onların əlindən alıblar, O da özünü zəruri müdafiə etmək üçün, əsəblərini cilovlaya bilməyib Aytacı itələyibdir, hadisə ilə bağlı videogörüntü vardır. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs1 bildirmişdir ki, hadisə zamanı aralarında ayrılıq yox idi, uşaqla görüş üçün getmişdi, 27 dekabr 2024-cü il tarixdə nikahları pozulub, 2022-ci ildən uşaqlarla ayrı yaşayır, uşaqlarını görə bilmir, Onu söyüb və təhqir edirdilər, atası tək gedəcəyi təqdirdə onu döyəcəklərini bildiyi üçün onunla gedibdir, atası maşında oturubdur, Şahbuz rayonu, Kiçikoba kəndinə gediblər, qapıdan kənarda, setqanın dibində durubdur, O Əli müəllim, Şəbnəm xanım və iki icra məmuru gediblər, Əli müəllim Ramiqi çağırıb, dəfələrlə çağırıb, heç kim çıxmayıb, sonradan Ramiq çıxıb, arxasınca anası İmarət çıxıb, Onlar çıxarkən O, heçnə deməyib, durubdur, onun üstünə gəliblər, İmarət “sən 8 günlük uşağı söyərək evdən qovmusan” deyib, arxasınca xalası Kifayət gəlib, ana və bacı söyüş söyüblər, O isə “söyüşsüz danışın” deyibdir, bunun dedikdən sonra Ramiq onun üstünə hücum çəkib, onu vurub və dişi qırılıb, hamısı kütləvi şəkildə beşi də üstünə gəlib, Ramiq və Kifayət onu vurub, Aytac əlini onun sinəsinə atıb köynəyini cırıbdır, o da əsəbləşib, icra məmurları orada olmasa idi bəlkə də onu öldürəcəkdilər, o da özünü zəruri müdafiə etmək üçün, Aytacı başından itələyibdir, sonra icra məmurları onları oradan uzaqlaşdırıbdır, Aytaca başqa heçnə etməyibdir, yalnız itələyibdir, Onun üstünə gəldikləri zaman atası maşında olubdur, atası onu setqaya sıxışdırdıqlarını görüb müdafiə etmək üçün gəlibdir və onu onların əlindən alıbdır, Aytacı itələdiyi zaman yıxılmayıb, sonra hamısı yenə üstünə gəliblər, Aytaca başqa heçnə etməyib, başından itələyibdir, əlində heçnə olmayıbdır, sadəcə itələyibdir, hər şeyi xatırlayır, ekspertin rəyindən razı deyil, özünü təqsirli bilmir, müstəntiqə də ekspertin rəyindən narazı olduğunu, təkrar keçirilməsini bildiribdir, xəsarətləri özü özünə yetiribdir, itələməklə o xəsarət yetirilə bilməz. Müdafiəçinin sualların cavablandıran Təqsirləndirilən şəxs1 bildirdi ki, hadisə zaman orada Əli müəllim, Şəbnəm xanım və iki icra məmuru olubdur, qarşı tərəf beş nəfər, ümumilikdə 10 nəfər olublar, kimin kimi vurması görünürdü, qarışıqlıq yox idi, hadisənin videogörüntüləri vardır, orada onun hərəkətləri də aydın görünür, yalnız Ramiqin vuraraq onun dişini qırması orada görünmür, kamera kənara çəkildiyi üçün görünməyib. Zərərçəkmiş şəxs tərəfin sullarını cavablandıran Təqsirləndirilən şəxs1 bildirdi ki, videogörüntülərdə də vardır, O söyüş söyməyibdir, oraya uşağını görmək üçün gedibdir, Aytaca münasibətdə nəsə hərəkət etməyibdir, beşi də onun üstünə gəliblər və onu təhqir ediblər, O Aytacı vurmayıbdır, aralamaq üçün itələyibdir, onlar onu vurduqdan sonra özünü müdafiə etmək üçün itələyibdir, baş nahiyəsindən vurmuşlar və onun dişini qırıblar, ekspertizaya gedib, ekspert onu müayinə etməyib və rəy verməyibdir, bilmədiyi üçün ekspertizadan şikayət etməyibdir, Aytacın rəyi ilə bağlı təkrar ekspertiza keçirilməsini istəyib, lakin keçirilməyibdir, Aytacı baş nahiyəsindən itələyibdir, Aytacın hadisə zamanı xəsarət almasını görməyib, Aytacın özüözünə xəsarət yetirməsini görməyib, itələməklə Aytac o xəsarətləri ala bilməzdi, əvvəllər də söyüş söyüblər, evlərinə dayıları və xalaları basqın edərək atasını vurublar və uşağı aparıblar, bununla bağlı şikayət etməyibdir, çünki qohum olublar və uşaqlar var idi, uşağı görmək üçün dəfələrlə gedib, videogörüntülərdə söyüşə məruz qalmağı görünür, vəkilinin təkrar ekspertizanın keçirilməsi ilə bağlı müstəntiqə yazılı vəsatət veribdir, heç kim dindirilməyib. Əlavə olaraq sualları cavablandıran Təqsirləndirilən şəxs1 bildirdi ki, Aytac özü də ona hücum edib, əli ilə yaxasından tutaraq dartıb köynəyini cırıbdır, həmin vaxt biraz əsəbləşibdir, çünki qadın cinsi ona əl atması və təhqir etməsi ona çox pis təsir edibdir, O Aytacı başından iki dəfə itələyibdir ki, yaxasını buraxsın, Aytac, Ramiq, Kifayət və İmarət hərəsi bir tərəfdən vurublar, digərlərini itələməyib, Aytac yaxasından yapışdığı üçün itələyib, O Ramiqi vurmayıbdır, ilk İmarət üstünə gəlib, sonra digərləri, Aytac yaxasından yapışıb, evdən çıxıb üzərinə gəldikləri zaman O, təxminən 30 m kənarda olubdur, söyüş söyərək üzərinə gəldiklərində mübahisə olacağını anlayıb, lakin onların gəlib onu vuracaqlarını bilməyib. məqsədi uşağını görmək olubdur, döyülmə ehtimalı olduğunu bilibdir, O kişidir, qadının qabağından qaçmağı özünə sığışdıra bilməyibdir, mübahisənin bu yerə gələcəyini bilməzdi, dəfələrlə söyüşə məruz qalsa da, bu həddə olacağını düşünməzdi, niyə bəraətverici əsaslarla cinayət işinə xitam verilmədiyini bilmir, uşaqlarla ünsiyyətinə maneənin aradan qaldırılması, uşaq tələbi və ya ünsiyyət qaydasının dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etməyibdir, Aytac yaşayış yerini dəyişdiyinə görə uşaqlarla görüşmək üçün Bakı şəhəri, Nizami rayonuna gedibdir, orada icraya müraciət edib, Aytac özü gəlib, uşağı isə gətirməyibdir, 14 gün orada qalıb, icra məmurları “gələn həftə gəl, görüşərsən” deyiblər, növbəti həftə yenidən gedib, icra məmurları çağırdıqda Aytac gəlməyibdir, uşağı götürərək Naxçıvan Muxtar Respublikasına qaçıbdır, icraçılar tapa bilmədikləri üçün axtarış veriblər, uşaqlarla görüşməməyi üçün cinayət işini yenidən qaldırıblar. Sonda Təqsirləndirilən şəxs1 tutduğu əməldən peşman olduğunu, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 çıxışında hüquqlarını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmə baxışı yekunlaşdığını, digər sübutlardan və videomateriallardan istər mübahisə zamanı sözlü dava, istərsə də yumruq davası zərərçəkmiş tərəfin təşəbbüsü ilə başladığını, hüquqlarını müdafiə etdiyi şəxsin əməlini etiraf etdiyini, məhkəmədən Təqsirləndirilən şəxs1 gəncliyini, iki uşağa aliment ödəməsini, yaşayış yeri üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən müsbət xarakterizə olunmasını, heç bir yerdə işləməməsini nəzərə alaraq cərimə növündə cəzanın yüngül həddinin təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, tarixlər dəqiq yadında deyil, oğlu uşaqla ünsiyyətlə bağlı 3 dəfə gedibdir, sonuncu dəfə 4-cü olubdur, onlar Aytacı əllərinin içində saxlayıblar, xalaları və dayıları onlarla yaşamalarına imkan verməyiblər, dayısı onlara gəlibdir, soruşduqda “Aytac deyib gəlmişik” deyibdilər, Ramin həmin zaman hamamda olub, içəri keçib oturublar, “siz Aytacı döyürsüz, ona görə gəlmişik aparaq” deyiblər, “Aramızda heçnə olmayıb” deyibdir, həmin zaman dayısı Ramiq üstünə hücum edib, onu vurubdur, ara qarışıb, Aytacı götürüb aparıblar, həmin hadisələr evin kamerasına düşüb, O da bilib ki, Ramin ora getsə, onu döyəcəklər. Ona görə də həmişə Raminlə onu qorumaq üçün gedibdir, sonuncu dəfə getdikdə Raminin qaynanası söyüşlə qapıdan çıxıb, qızlarının haqqında söyüş söyməyə başlayıbdır. Maşında olan zaman, mübahisə başlayıbdır, Ramiqin hücum etdiyini görüb, Ramini vurmağa getdiyini bilibdir, qapını açarkən digərlərinin də gəldiyini görübdür, o da oğlunu oradan çıxarmaq üçün gedibdir, Aytacın xalası ona “dəymə, qoy öldürsünlər” deyib, yaxşı ki icraçılar orada olub, yoxsa oğlunu öldürəcəkdirlər, oğlunu oradan çıxarmaq üçün xalasını başından itələyib, aralaşdıqdan sonra Əli müəllim maşına oturub getmələrini bildiribdir. O da şikayət edəcəyini bildiribdir, qarşı tərəf qışqıraraq polis çağıracaqlarını deyiblər, döyülən onlar olub, polisi onlar çağırmaq istəyiblər, icraçılar uzaqlaşmalı olduqlarını deyiblər, onlar maşına oturub uzaqlaşıblar, qarşı tərəf şikayətə gedib, onlar da, polis şöbəsində ekspertizaya getmələrini bildiriblər, oğlunun dişi qırılıbdır, ekspertizaya gediblər, Aytacın ekspertiza rəyi dayısının xahişi ilə verilib, Aytacın yarası və ya xəsarəti olmayıb, oğluna ekspertiza rəy verməyib. Məhkəmədə suallarını cavablandıran Təqsirləndirilən şəxs2 bildirdi ki, onların savaşqan olduqlarını bilirdi, çünki heçnə olmamış evində onu döyüblər, o maşında olarkən aralarındakı məsafə 15 m olardı, qapıdan çıxmalarını o görməyibdir, o vurduqları zaman görübdür, ilk müəllimə xalası vurub, ikinci Ramiq, digər xalası isə vurmayıb, əl atıb, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyir, xalası Kifayət onun üstünə hücum edib, o da onu itələyib yıxılıbdır, Ramini oradan çıxarıbdır, həmin vaxt Ramini vururdular, Aytac və dayısı Ramiq vururdu, Aytac isə söyüş söyürdü, O da onun ağzından itələyərək “ağzını yum, burda kişilər var” deyibdir, əli ağzına, dodaq hissəsinə dəyibdir. Qızları haqqında pis-pis danışıbdır, başqa heçnə etməyib, yalnız itələyibdir, əlində heçnə olmayıb, Aytac həmin vaxt yıxılmayıbdır. İcraçıların köməyi ilə oğlunu çıxarıbdır, onlara uzaqlaşmaqlarını bildiriblər, evdən söyüş söyərək çıxmalarını görməyib, O Ramiqin oğlunun üstünə qaçmasını görüb və maşından düşüb, həyətlə setqanın arası 15 m olardı, hamısı çıxıblar, qadınlar vursaydı heçnə olmazdı, lakin dayısının Ramini vuracağını gördükdə düşüb, özündə cuzi təqsir bilir, gərək belə hadisə olmayaydı, söyüş söyməsəydi O Aytacı itələməyəcəkdi, qızlarını söyübdür, özünü təqsirli bilmir, peşman deyil, onlar onun oğlunu vurublar, söyüş söyməsəydilər o vurmayacaqdı, aralarında barışıq olub, ikinci dəfə barışıq olmayıb, uşağa görə evlərinə barışıq üçün adam göndəriblər. Daha sonra Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin nümayəndəsinin suallarını cavablandırmayacağını bildirirərək, əlavə olaraq sualları cavablandıraraq bildirdi ki, icra hakimiyyəti yoldaşı və ona uşaqla ünsiyyətlə bağlı sənəd verib, ikisi Ramin olmadan getdikdə də onlara uşaqları göstərməyiblər və mübahisə yaranıb. Maşında oturarkən səs eşididb, sonra qadınların səsini eşidib, həm gördüyü, həm eşitdiyi üçün maşından düşübdür, oğlunun üstünə gəldiklərində maşından düşübdür, maşından düşərkən Aytac, Kifayət və Ramiq oğlunu vururdular, oğlunu oradan çıxarmaq üçün gedibdir, xalası Kifayət qabağını kəsib, onu itələyib, icraçılar aralamağa çalışıblar, ora çatanda Aytac, dayısı Ramiq və xalası Kifayət orada olublar, anası kənarda olub, Aytacı ağzından itələyib, Aytac yıxılmayıb, Aytac söyüş söydüyü üçün onu itələyibdir, oğlunu çıxarmağa imkan verməyiblər, Ramiqə də bir şillə vurub, sol əlindən daha çox istifadə edir, ora getməkdə məqsədi uşağı görmək olub, uşaqla ünsiyyətlə bağlı oğlu iddia qaldırıb, O isə icra hakimiyyətinin sənədi ilə uşağı görməyə gedibdir, Özü məhkəməyə müraciət etməyibdir, hüquqi savadı olmadığı üçün bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilməsinin nə olduğunu bilməyibdir, uşaqla ünsiyyətin təmin olunması ilə bağlı Əli müəllimə müraciət ediblər. Sonda Təqsirləndirilən şəxs2 tutduğu əməldən peşman olduğunu, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 çıxışında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmə iclasında məhkəmə araşdırılması aparıldığını, şahidlərin dinlənildiyini, cinayət əməlinin kateqoriyası baxımından şəxs öz oğlunu müdafiə etmək üçün bu cinayət əməlini törətdiyini, həmçinin şəxsin əvvəllər məhkum olunmamasını, əməlini səmimi etirafını, ilk dəfə cinayət hadisəsi törətməsi, yaşayış yeri üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin müsbət xasiyyətnamə verilməsini cəzanı yüngülləşdirən hallar olmasını, bununla bağlı Ali Məhkəmənin 25 iyul 2023-cü il tarixli qərarına əsasən digər hallar da cəzanı yüngülləşdirən hal kimi nəzərə alına biləcəyini, həmin yüngülləşdirici hallara əsasən hüquqlarını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs2 barəsində cərimə cəsası təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsinin təklif etdiyi cəza ilə razı olmadıqlarını, cərimə cəzasının aşağı həddinin təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərmişdir ki, 04 may 2024-cü il tarixdə Şahid8 və qəyyumluğun iki nəfər işçisi Raminin uşaqla görüşməsi üçün gəlmişdilər. Çağırdıqlarında dayısı Ramiq çölə çıxıb, Şahid8 uşağı çöldə qoymağımı, uşaqla O olmadan atasının görüşməsini bildiribdir. Şahid8 icra məmuru olaraq məhkəmə qərarını düzgün icra etməyib. Qətnamədə uşağın anasının yanında görüşməsi qeyd edilib. Şahid8 isə uşağın o, olmadan görüşməsini deyib. Uşaq onsuz qalmır, o uşağı ağlaya-ağlaya çöldə qoyub evə gedə bilməzdi. Sonra anası çölə çıxıb, qarşı tərəfə “sənin səs yazıların var, uşağa söyüş söymüsən, indi isə gəlib uşaqla görüşmək istəyirsən” deyibdir, dayısı anasını içəri aparıbdır, xalası Raminə “sən belə söyüşlər söymüsən” deyibdir, Ramin dayısının ailəsini təhqir edib, səs yazıları qalır. Ramin ona nalayiq söz deyibdir, dayısı əsəbləşərək “sən mənim yanımda bacımın qızına belə deyirsən” deyərək Raminin üstünə hücum edib, Şahid8 dayısını tutubdur. qabağına o keçibdir, O sadəcə Raminin qolundan tutubdur, Ramin isə ona qarşı hərəkətlər etməyə başlayıbdır, ona sillə vurub, saçından yapışıb və əlini sinəsinə atıbdır, qəyyumluğun işçiləri də ayırmağa çalışıblar, Ramin isə pis-pis söyüşlər söyübdür, dayısı əsəbləşərək vurmaq istəyib, lakin vurmayıbdır, Ramin dayısının başından yumruq ilə vurub, Ramin xalasını və ailəsini təhqir etdiyinə görə xalası əl atıbdır, lakin tam dəyməyibdir, Ramin isə xalasının başından vurubdur, o da üstünə hücum çəkib ki, “sən mənim xalama əl qaldırırsan”. Sonra Raminin atası Təqsirləndirilən şəxs2 gəlib, ona sillə və yumruq vurubdur, xalasına sillə ilə baş nahiyəsindən vurubdur, icra məmurları və qəyyumluğun işçiləri dayısını tutublar, Ramin və atası Vilayət isə onu döyüblər. Şahid8 “polisə biz deyirik” deyibdir, Şahid8 onlar getdikdən sonra isə “biz niyə deyirik, özünüz deyərsiz” deyibdir, polisə o şikayət edibdir. Uşaqlarının gözü qarşısında ona şiddət göstərilib, uşaqları narahat olubdur, Uşaqları hələ də travmadan çıxa bilməyiblər, gecələr uşaq yatmırdı, oyanıb tir-tir əsirdi. Raminin uşaqlara dediyi söyüşlər və ailəsini təhqir etməsinin səs yazıları vardır. Onlar da təqdim ediləcəkdir. Məhkəmə iclasında proses iştirakçılarının suallarını cavablandıran Zərərçəkmiş şəxs bildirmişdir ki, dayısı Ramiq çöldə olubdur, gəlib onlara “uşaq görüşünə gəlib çağırırlar” deyibdir, sonra dayısı Şahid8 “uşaqları çölə gətirin” dediyini deyibdir, O isə oğlunu qucağıma alıb çölə çıxıb, Şahid8 uşaqları çölə qoyub içəri girməmi bildiribdir, həmin zaman Təqsirləndirilən şəxs1 də orada olubdur, o danışmayıbdır, həmin vaxt söyüş söyməyibdir, Şahid8 ona “gör sənin başına nə oyun açacam” deyibdir, onunla ədavəti yoxdur, sonra uşaqları götürüb içəri giribdir, dayısı isə çöldə olubdur, uşaqlar atası ilə görüşmək istəməyiblər, O içəri girdikdən sonra anası çölə çıxıb, Ramin onun ailəsini, dayısının ailəsini təhqir edibdir. Bunları qarşı tərəfə bildiribdir, anası onları söyməyibdir, Raminin dediklərini deyibdir, anası həyətdə olubdur, “setqadan” çıxmayıbdır, anasının dediklərini eşidirdi, həmin zaman Ramin anasını söyməyibdir, sonradan xalası Raminin dayısının ailəsini söydüyünü dedikdə Ramin ağzına gələni deməyə başlayıbdır, dayısının yanında onu söydüyünə görə dayısı əsəbləşərək onun üzərinə hücum çəkməyə başlayıbdır, həmin zaman dayısı Ramiq evin qapısının 2 m məsafəsində həyətdə durubdur. Mübahisənin yaranmasına səbəb Raminin söyüş söyməsi olubdur, Şahid8 dayısını tutubdur, onu və ailəsini təhqir etdiyi üçün qabağa keçibdir, Raminin dediyi sözlər üçün adamın başını kəsərlər, O Ramini vurmayıbdır, Raminin köynəyinin qolundan tutubdur, Şahid8 arada olub, lakin Ramin ona əl atıbdır, sifətindən vurub və saçından tutubdur, daha çox xəsarəti atası Təqsirləndirilən şəxs2 gəldikdən sonra alıbdır, sağ gicgah tərəfindən vurubdur, dodağı partlayıb, sağ yanağı əzilərək göyərib, ağzının içi yara tökübdür, başında selikli qişa yaranıbdır. Bu xəsarətləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vurublar, Ramin təpiklə də vurub, saçından da dartıbdır, sinəsindən də dartıbdır, ikisinin arasında qaldığı üçün oradan çıxa bilməyibdir, Təqsirləndirilən şəxs2 xalasına vurmasını görübdür, onun da gəlməsini bilməyiblər, sonra onu vurubdur, qəyyumluğun işçiləri onları aralaşdırdıqdan sonra gediblər, qarşı tərəflə barışmayıb, həbsə atılmalarını istəyir. Əlavə olaraq Zərərçəkmiş şəxs göstərmişdir ki, O döyülənə qədər heç kim heç kimə əl vurmayıbdır, işçilər arada durmuşdular, Ramin dayısını yumruqla başından vurubdur, lakin dayısı şikayətçi olmayıbdır, onu birinci vuran Təqsirləndirilən şəxs1 olubdur, Təqsirləndirilən şəxs2 oraya gəlməsini bilməyiblər, gəldikdə ilk xalasını vurub, sonra isə onu, Təqsirləndirilən şəxs2 gəldiyi zaman Təqsirləndirilən şəxs1 onu döyməyə davam edibdir, Təqsirləndirilən şəxs2 aralaşdırıb oğlunu aparmaq əvəzinə onu döyüb, Təqsirləndirilən şəxs1 daha çox xəsarət yetiribdir, Təqsirləndirilən şəxs1 sinə və qol nahiyələrinə xəsarət yetirib, Təqsirləndirilən şəxs2 isə baş nahiyəsindən yumruqla iki dəfə vurubdur, Təqsirləndirilən şəxs2 yumruqla vurduqda yıxılmayıb, Şahid8 və digər işçilər onları aralaşdırıblar, Təqsirləndirilən şəxs1 ona ilk zərbəni vurduqda Şahid8 də orada olubdur, Təqsirləndirilən şəxs1 onu vurması 2 dəqiqə çəkməyib, Təqsirləndirilən şəxs2 vurması isə 3-4 dəqiqə çəkibdir, Şahid8 bunlara müdaxilə etməyib, qəyyumluğun işçiləri dayısını tutmaqla məşğul olublar, polisi çağıracağını bildirdikdə qarşı tərəfi uzaqlaşdırıblar, icra məmurları tərəfindən hüquq mühafizə orqanlarına müraciət olunmayıbdır. Daha sonra təqsirləndirilən şəxslərin müdafiəçilərinin suallarını cavablandıran Zərərçəkmiş şəxs göstərmişdir ki, görüşmək üçün gəldikləri ev dayısına məxsusdur, xalası Şahid4 Naxçıvan şəhərində yaşayır, anası da onunla orada yaşayırdı, xalası Şahid4 kənddəki pirə getmək üçün gəlibdir, o mübahisə yerinə sonradan gəlib və müdaxilə etməyibdir, uşaqların hadisə nəticəsində travmaları üçün Bakı şəhərində psixoloqa müraciət ediblər, körpə olduğu üçün çox aparmayıbdır, ona “özün çalış uşaqlarla çox ünsiyyətdə ol, zamanla keçməsə müalicə edərik” deyiblər, Bakı şəhərində Maya həkimə müraciət edibdir, Təqsirləndirilən şəxs1 saçından yapışıb və sifətindən vurub, sonra sillə atmağa və dartmağa davam edibdir, Təqsirləndirilən şəxs2 isə sifətindən vurub, dodağı partlayıb, başının sağ tərəfindən yumruqla vurub, Təqsirləndirilən şəxs1 sillə ilə vurub və sinəsindən dartıbdır. Əlavə olaraq sualları cavablandıran Zərərçəkmiş şəxs göstəribdir ki, onu ilk vuran Təqsirləndirilən şəxs1 olubdur, Təqsirləndirilən şəxs1 ilk saçından yapışaraq sillə ilə vurub, sonra isə saçından tutmağa və sillə ilə vurmağa davam edibdir, əlindən çıxmama imkan verməyibdir, Təqsirləndirilən şəxs2 də ilk sillə ilə vurub, dodağı partlayıb, sonra isə yumruq vurubdur. Təqsirləndirilən şəxs1lə onun arasında ilk dava olubdur, ilk dayısı hücum etsə də, Şahid8 onu tutub, O qabağa keçib, orada ondan başqa anası və xalası Kifayət var olubdur, dayısı iki metr aralıda olubdur, Təqsirləndirilən şəxs1 üstünə dayısı gedib, arxasınca o gedib, qabağa o keçib, Ramin ona əl atıb, həmin zaman xalası Kifayət yanına gəlib, ona söyüş söydüyü üçün üstünə gedibdir, qolundan tutubdur, o qadın kimi Raminə nəsə edə bilməzdi, o heç kimin ünvanına söyüş söyməyibdir, Təqsirləndirilən şəxs2 qızı haqqında söyüş söyməyibdir. Məhkəmə baxışı iclasında zərəçəkmiş şəxsin nümayəndəsi Nümayəndə çıxışında həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin cinayət əməlini törətməsi araşdırma nəticəsində və şahid ifadələri ilə təsdiq olunduğunu, təqsirləndirilən şəxslər də cinayət əməlini törətmələrini etiraf etdiklərini, təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş ağır həddində cəza təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısının təqsirləndirilən şəxslərin barəsində cərimə cəzası tətbiq edilməsi ilə bağlı fikri ilə razı olmadıqlarını, Təqsirləndirilən şəxs1 özünü təqsirli bilmədiyini, sonra isə özünü təqsirli bildiyini, hadisə zamanı təqsirləndirilən şəxslərin hər birinin 2-3 nəfər adama xəsarət yetirdiklərini, təqsirləndirilən şəxslər barəsində ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində göstərmişdir ki, keçən il aprelmay aylarında, Şahbuz Rayon İcra və Probabsiya Bölməsindən İcra hakimiyyətinə məktub daxil olubdur, həmin məktuba əsasən uşaq görüşündə iştirak etməyi ona bildirilibdir, digər əməkdaşla birlikdə Şahbuz Rayon Məhkəməsinə gəliblər, burada Təqsirləndirilən şəxs1, Şəbnəm xanım, Əli müəllimlə birlikdə Şahbuz rayon Kiçikoba kəndinə gediblər, birinci görüş zamanı orada Ədliyyə Nazirliyinin əməkdaşları da iştirak edibdir, birinci görüş baş tutmayıbdır, ikinci dəfə Təqsirləndirilən şəxs1 yenidən müraciət edib, onlarda Əli müəllimin dəvəti ilə iştirak ediblər, görüşün baş tutmama səbəbi isə Aytac xanımın icazə verməməsi olub, sonuncu dəfə Təqsirləndirilən şəxs1 atası da gəlibdir və maşında əyləşibdir, hər iki tərəf təhqiramiz ifadələrlə bir-birlərini təhqir ediblər, sonra əlbəyaxa dava düşüb, davanı aralamağa çalışıblar, həmin zaman Təqsirləndirilən şəxs1 atası da maşından düşərək gəlibdir, iki nəfər Təqsirləndirilən şəxs1 və atası, 3-4 nəfər də qarşı tərəfdən dava ediblər, görüş baş tutmayıb, davanın istənilməyən nəticələr verməməsi üçün aralaşdırıblar, ilk atasını, sonra isə Ramini maşına mindiriblər, onlar oradan ayrıldıqdan sonra oranı tərk ediblər, digər görüşlərdə iştirak etməyibdir. Məhkəmədə proses iştirakçılarının suallarını cavablandıran Şahid6 bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyir, tarixi dəqiq xatırlamır, aprel-may ayları olubdur, Şahbuz Rayon İcra və Probabsiya Bölməsi onları dəvət edib, uşaqla görüşdə iştirak etməkləri üçün, Raminin görüş tələb etməsi, qarşı tərəfin isə icazə verməməsi mübahisəyə səbəb olubdur. Aytac xanım, dayısı Ramiq və digər 2-3 xanım Ramini təhqir etməyə başlayıblar, hər iki tərəf bir-birinə söyüşlər söyüblər, ilk Aytac xanım tərəf söyüş söyüb, Raminə, bacısına söyüş söyüblər, Ramin isə qarşılıq veribdir, O da söyməyə başlayıbdır, söyüş söyülən zaman onları sakitləşdirməyə çalışıblar, dava edəndə isə aralayıblar, Ramin tək olubdur, söyüşlərdən sonra Aytac xanım, dayısı Ramiq və digər 2-3 xanım Raminin üstünə yeriyiblər, Ramin də təhqirlə cavab veribdir. Onlar aralaşdırmağa çalışıblar, həmin vaxt Raminin atası da maşından düşüb gəlibdir, onlar üç nəfər olublar, savaşanlar isə 5-6 nəfər olublar. Raminin Aytac xanımı vurmasını görməyibdir, kimin kimə vurmasını dəqiq görməyibdir, hamısı bir-birini vurublar, hadisənin içərisində olubdur, hər iki tərəf bir-birlərini vurublar. Faktiki olaraq xüsusi ilə kimin kimi vurduğunu görməyib, Aytac xanımı Raminmi yoxsa Vilayətmi vurduğunu görməyibdir, onlar oraya dörd nəfər gediblər, onlar aralamağa çalışıblar, lakin onlar 3 nəfər, savaşanlar 5-6 nəfər olduğu üçün hamını saxlaya bilməyiblər, qarşısını ala bilməyiblər, ilk Raminin atasını, sonra isə özünü oradan uzaqlaşdırıblar, hadisə barədə hüquq mühafizə orqanlarına onlar məlumat verməyib, İcra və Probabsiya Bölməsinin əməkdaşları məlumat verəcəklərini deyiblər. Görüşün baş tutmaması ana tərəfdən olubsa, onun barəsində də tədbir görüləcəyi bildirilibdir. Orada iki icra məmuru olubdur, o orada dava olmaması üçün hamını tutubdur, kiminsə kimisə döyməsi üçün tutmayıbdır. Əlavə olaraq Şahid6 göstərmişdir ki, Ramin də orada söyüş söyüb, qarşı tərəf təhqir etdikdə Ramin də təhqir edibdir, konkret olaraq Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs vurmasını görməyib, ilk qadınlardan hansı isə söyüş söyüb, xatırladığı qədəri ilə Ramiq söyüş söyməyibdir, Ramin həyətin çölündə “setqa”nın yanında durubdur, həyətin içində xanımlardan biri Raminin və bacısının ünvanına təhqiramiz ifadə işlədib, Raminin cavab verməsi nəticəsində həyətdən çıxaraq Raminin üzərinə gəliblər. Söyüşlər davam edirdi. Xatırladığı qədər ilə Əli müəllim Raminin qabağını kəsib saxlayıbdır, ilk içəridəkilər hərəkətə keçiblər, Ramin Əli müəllimi keçmək istəyibdir, lakin keçə bilməyib, Raminə ilk növbədə Aytac xanım və dayısı çatıb, sonra isə digər xanımlar gəliblər, onlar gəldikdən sonra əlbəyaxa dava başlayıbdır, kimin kimi vurduğunu görməyib, məqsədi aralamaq olubdur, ifadəni ibtidai istintaq zamanı özü verib və təsdiqləyir, əlbəyaxa dava başladıqda Təqsirləndirilən şəxs2 gəlib, aralaşdırmayıb, oğluna hücum olunduğuna görə gəlib qarşılıq veribdir, xüsusilə kimə qarşılıq verdiyini görməyibdir, Əli müəllimin Raminə görə necə istiqamətdə olduğunu xatırlamır, Əli müəllim Ramini tutmasaydı əlbəyaxa olacaqdırlar, dava başlayana qədər mübahisə zamanı tərəflər arasında məsafə 4-5 m olubdur, Təqsirləndirilən şəxs1 orada uzaqlaşmaq imkanı olubdur, lakin o da qarşı tərəfin üstünə gəlmək istəyibdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Əvəz qızı məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 Şahid8 ilə uşaq görüşü ilə bağlı gəlmişdirlər, Raminin atasının gəldiyini bilmiyiblər, Aytacın anası çölə çıxaraq “hansı üzlə bura gəlmisiz” deyibdir, Ramin çox pis sözlər işlədib, əsəbləşərək “sən kimsən ki, bizi təhqir edirsən” deyibdir, Raminin üstünə gedibdir, Raminə bir sillə atıb, tam dəyməyib, Ramin saçından tutmaq istəyəndə Aytac gəlib ki, ”sən xalamı vurmaq istəyirsən”, həmin zaman Aytacı tutubdur, Aytacı çıxarmaq istəyəndə onu vurublar, O yıxılıb, asfaltın üstünə yıxıldıqdan sonra biraz huşu gedib, qalxdıqda Aytacı döydüklərini görübdür, təpiklə vururdular, qalxmağa qoymurdular, Aytac Ramin və atasının arasında qalmışdı, Şahid8 qarşı tərəfi uzaqlaşdırıb. Niyə polis çağırmadıqlarını soruşduqda ona çağırdıqlarını deyiblər, qarşı tərəfi uzaqlaşdıqdan sonra Şahid8 ona “biz niyə polis çağırırıq, özünüz çağırın” deyibdir. Məhkəmədə proses iştirakçılarının suallarını cavablandıran Şahid3 Əvəz qızı əlavə olaraq bildirmişdir ki, onu Təqsirləndirilən şəxs1 atası vurubdur, üzündən vurub, yerə yıxılıbdır, mübahisə başlayanda ilk o sillə atıbdır, Ramin onun saçına əl atdıqdan sonra Aytac gəlibdir, Aytac Raminin yaxasında yapışaraq “sən kimsən ki xalamı söyəsən” deyibdir, Aytac həmin vaxt Ramini vurmayıb, Raminin atasının gəldiyini bilməyiblər, evə tərəf qayıdarkən onu kimsə vurub, vuranı görməyibdir, sonradan videoya baxdıqda vuranın Raminin atası olduğunu görübdür, Aytacı Ramin və atası vurublar, ilk Ramin söyüş söyüb, O söyməsəydi belə mübahisə olmayacaqdı, Ramin onu təhqir edibdir, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, Ramin ilk söyüş söyüb, onlarda söyüş olmayıb, qardaşı, bacısı və Aytac söyüş söyməyiblər, onu Təqsirləndirilən şəxs2 vurduğunu sonradan bilibdir, yerə yıxılıb, biraz huşu gedibdir, yıxılana qədər Aytacla Raminin əl-qol davasını görməyibdir, Raminlə atası Aytacı ağacın altında döyüblər, təpiklə vurublar, O vurulana qədər Ramin Aytacı təpiklə döyübdür, saçından tutub sürüyübdür, aralaşdıran olmayıbdır, durduqdan sonra Aytacı döydüklərini, koftasının cırıldığını və Şahid8 qarşı tərəfi uzaqlaşdırdığını görübdür, Raminlə atasının Aytacı döydüklərini özü görübdür, ayağa durduğu zaman Raminlə atası hər ikisi döyübdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində göstərmişdir ki, Babək Rayon məhkəməsinin qərarının icrası məqsədi ilə icra məmuru kimi bölmənin icra rəisi Şahid8 ilə uşaqla ünsiyyəti təmin etmək üçün borclu Zərərçəkmiş şəxs qeydiyyat ünvanı olan Şahbuz rayonu, Kiçikoba kəndinə getmişlər, bundan əlavə əvvəllər də bir neçə dəfə Ədliyyə Nazirliyinin və qəyyumluğun əməkdaşları ilə görüş üçün getmişlər, heç bir zaman uşaqla ünsiyyət təmin oluna bilməyibdir, hadisədən öncəki gün Aytac xanımla əlaqə saxlayıblar, onlara heç bir problem yaranmayacağını bildiribdir, uşaqla ünsiyyətin təmin olunacağı barədə bizə söz veribdir, buna görə də polisin iştirakı ilə getməyiblər, 04 may 2024-cü il tarixdə qəyyumluğun işçiləri ilə uşaq görüşünə getmişlər, Təqsirləndirilən şəxs2 aşağı tərəfdə durubdur, onlar, isə yuxarı tərəfə qalxıblar, evə çatdıqda Aytacı çağırıblar, ilk heç kim çıxmasa da, sonra Aytac çölə çıxıbdır, Əli müəllimə “sən pul alıb bura gəlmisən” deyibdir, ilk Aytacın anası və özü söyüş söyüblər, Ramin bu görüş zamanı sakit olub, əvvəlki görüşlərdən fərqli olaraq dinməyibdir, Ramin “söyüş söyməyin” deyibdir, bundan sonra Ramiq qapını açaraq çölə çıxıb və aralarında dava başlayıbdır, Aytacın xalası Kifayət Raminə bir sillə vurub, sonra Aytac Raminə bir sillə vurubdur, Ramin də Aytaca bir sillə vurubdur, Təqsirləndirilən şəxs2 gəlib, Aytaca və Kifayətə hərəsinə bir sillə vurubdur, o hadisə zamanı çəkiliş aparıbdır, Əli müəllim və qəyyumluğun əməkdaşları tərəfləri sakitləşdirməyə və mübahisəni aralamağa çalışıblar, Əli müəllim həmin zaman Polis Şöbəsinə zəng vurub, gözlənilmədən qarışıq hadisə baş veribdir. Məhkəmə iclasında proses iştirakçılarının suallarını cavablandıran Şahid5 bildirdi ki, əvvəlki görüşlərdə də iştirak edibdir, Ramin uşaqlarını görmək istəyir, uşaqlar isə azyaşlıdır. Buna görə də görüş mümkün olmurdu. Uşaqlar atasını tanımırlar. Ramin uşaqlarını evdən kənara gətirmələrini istəsə də, gətirmirdilər. Ramin bir dəfə oğlanı qucağına almışdı, qız isə yaxın durmurdu. Hər dəfə söyüşlər olurdu. Əvvəlki görüşlərin də çəkilişləri vardır. Hər iki tərəf söyürdü. Adətən Aytacgil ilk söyüş söyürdülər. Raminin şəxsiyyətinə, ailəsinə və bacılarına söyüş söyürdülər. Ramini görən kimi söyürdülər. O da qarşılıq verirdi. Evdən ilk Aytac çıxıb, Təqsirləndirilən şəxs2 evdən aşağıda dayanıbdır, Ramin isə onlarla yuxarı qalıbdır, əvvəlki görüşlərdə Ramin də söyüş söyüb, lakin hadisə günü söyməyibdir, çünki özlərinin ona “sakit dur, uşaqla görüşmək üçün bura gəlmisən” deyiblər, Aytac çölə çıxıb və Əli müəllimə “sən pul alıb bura gəlmisən uşaq görüşdürməyə” deyibdir, Şahid8 iş üzrə icra məmuru və bölmə rəisləridir, Aytac Əli müəllimə elə dediyi zaman Ramin də orada olub və onu görürdü, sonra Ramini söyməyə başlayıb, Ramin həmin zaman dinməyibdir, sonra Aytacın anası çıxıb, Raminə söyüşlə “sən uşağı görmək istəmirdin indi nəyə qapıma gəlmisən” deyibdir, Ramin yenə dinməyibdir, aralarında təxminən 5 m məsafə olubdur, aralarında setqa olubdur, O kənarda, sol tərəfdə tək dayınıb, Əli müəllim, qəyyumluğun əməkdaşları Sərxan və Ülvi orada, sağ tərəfdə olublar, Aytacın anası gəlib, Raminə “sən 20 günlük uşağa söyüş söymüsən, indi nəyə gəlirsən” deyibdir, Ramin yenə dinməyibdir, sonra Kifayət müəllimə gəlib və söyüş söyübdür, Ramin həmin zaman “ağzınızın danışığını bilin” deyibdir, sonra Aytacın dayısı Ramiq setqanı vurub qıraraq çıxıbdır, Raminin üstünə hücum çəkibdir. Həmin zaman Ülvi və Sərxan müəllim Ramiqi tutmağa çalışarkən Aytac və Kifayət müəllimə yanlarından keçərək Raminin üzərinə gediblər, Əli müəllim həm Aytacı, həm Kifayət müəlliməni ayırmağa çalışıbdır, həm Aytac, həm Kifayət müəllimə Ramini sillə ilə vurubdur, Ramin də onları vurubdur, Raminin onları vurmasını görübdür, Kifayət müəllimə Ramini sillə ilə üzündən vurub, Ramin də sillə vurubdur, Aytac da Ramini vurubdur, aralaşdırmağa çalışarkən evdən aşağı tərəfdən, yoxuşdan Təqsirləndirilən şəxs2 gəlib, çatan kimi Kifayət müəlliməyə bir sillə vurubdur, Kifayət müəllimə yıxılıb, yerə oturubdur, sonra Aytaca bir sillə vurubdur, Ramin də Aytacın üzündən vurubdur, səhv etmirsə Ramin yumruq ilə vurubdur, mübahisə başlayandan sonra polisə zəng vuraraq ekipaj göndərməsini istəyiblər, Əli müəllim mübahisə bitdikdən sonra zəng vurubdur, elə bir hadisə olacağını bilməzdilər, ona görə qabaqcadan polisə zəng vurmayıblar, həmin zaman Aytacın üzündə qan görməyibdir, həmin gün çatan kimi söyüş başlayıb, uşaqla görüş olmayıbdır, Ramini uzaqdan gördükdə söyməyə başlayıblar, əvvəl olan hadisələrə görə münasibətləri pis olubdur, ilk vuran Kifayət müəllimə olubdur, Ramin dayanıbdır, Kifayət müəllimə isə hücum çəkib, aralarındakı məsafə həmin zaman 10 m olubdur, Ramin həmin zaman oradan uzaqlaşa bilərdi, aşağı tərəfdə yer var idi, qaça bilərdi, Kifayət müəllimə Ramini sillə ilə vurubdur, eyni zamanda Aytac da Ramini sillə ilə vurubdur, Aytacın Ramini sillə ilə vurmasını özü görübdür, videogörüntünü O çəkibdir, əvvəldən axıra qədər öz telefonu ilə çəkibdir, videogörüntünü polisə təqdim ediblər, Ramin getdikdən sonra Aytac xanımın və anasının Əli müəllimin üzərinə hücum etməsinin də videogörüntünüsü vardır və Polis Şöbəsinə görüntüləri təqdim ediblər, sübut kimi nəzərə alınıb-alınmamasını bilmir, ilk Ramini vurublar, Ramin isə Aytacı bir dəfə yumruqla vurubdur, yumruq Aytacın çənə nahiyəsinə dəyibdir, bundan sonra aralaşdırılıblar, Ülvi və Sərxan müəllim Ramiqi tutmağa çalışıblar, Ramin Aytacı vurduqdan sonra ayırıblar, Təqsirləndirilən şəxs2 necə gəldiyini görməyibdir, Kifayət müəlliməyə bir sillə, sonra Aytaca bir sillə vurubdur, Kifayət müəllimə yerə oturub, Aytacı tamamilə aralaşdırıblar, Ramin və atasını aşağı endiriblər. Əlavə olaraq Şahid5 bildirdi ki, O yaxın məsafədə olmayıb, həm də biraz narahat olub, ona görə dəqiq deyə bilmir, bugün verdiyim ifadə ibtidai istintaq zamanı verdiyim ifadə ilə eynidir, hadisəni tam xatırlayır, ibtidai istintaq zamanı ifadələrini şikayətdən sonra, 2024-cü ilin dekabr ayında veriblər, həmin zaman hadisə üzərindən vaxt keçib, hadisədən sonra ondan izahat alınmayıbdır, hər iki ifadəsində bildiribdir, Təqsirləndirilən şəxs1 ilk olaraq sakit olub, sonra isə “danışığınızı bilin, siz də beləsiz” deyib və davam edib, Təqsirləndirilən şəxs1 həmin vaxt söyüş söyməyib və təhqiredici ifadə işlətməyib, yalnız “danışığınızı bilin, söyüş söyməyin” deyibdir, aralarında 10 m məsafə olub, bəlkə də Təqsirləndirilən şəxs1 söyüb, lakin o eşitməyibdir, daha çox Aytac tərəf söyübdür, Təqsirləndirilən şəxs1 söydüyünü xatırlamır, ola bilsin söyməyib, Təqsirləndirilən şəxs1 ağzından “danışığınızı bilin, söyüş söyməyin” dediyini eşidibdir, başqa heçnə eşitməyibdir, Təqsirləndirilən şəxs2 isə heç danışmayıb, gələn kimi sillə vurub, O daha aralıda olub, onun danışmasını eşidə bilməzdi, Kifayət üzərinə gəldiyi zaman əlində bıçaq olmayıbdır, Raminin nə düşündüyünü bilmir, Ramin də Aytaca bir zərbə vurub, çənə nahiyəsindən dəyib, necə vurduğunu bilmir, bir zərbə də Kifayətə vurub, Aytacın üzündən zərbə dəyib, hansı tərəfdən dəyməsini bilmir, başqa yerdə Raminin Aytacı vurmasını görməyibdir, sonra isə Vilayət vurub, daha sonra aralaşdırıblar, Ramin və atası gediblər, Ramin vurduqdan sonra Əli müəllim Aytacı və Kifayəti kənara çəkibdir, həmin vaxt Vilayət aşağıdan gəlib və çatdıqda Kifayətə sillə vurub, Vilayət gələn zaman aralaşmış vəziyyətdə olublar, Vilayət gəldikdə Kifayətə sillə vurub, Aytacı da vurub, necə vurduğunu bilmir, Aytac da, Ramin də bir dəfə vurub, başqa vurmalarını görməyibdir, eyni vaxtda Ramin həm Kifayətə, həm də Aytaca vurub, başqa vurmasını görməyibdir, ev sahibini Əli müəllim çağırıb, Aytac çölə çıxıb, Əli müəllimə “pul almısan gəlmisən uşaq görüşdürməyə” deyibdir, Raminin ünvanına isə təhqiramiz ifadələr işlədib, sonra çölə Aytacın anası və dayısı Ramiq çıxıb, həmin zaman Ramin setqadan çöldə, digərləri isə setqanın içərisində olublar, Ramin içəri girməyibdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində göstərmişdir ki, Babək Rayon Məhkəməsinin tələbkar Təqsirləndirilən şəxs1 və borclu Zərərçəkmiş şəxs işi ilə bağlı uşaqla ünsiyyət tələbi barədə qərarı icraatına daxil olubdur. Hər həftənin şənbə günü saat 12:00-dan saat 17:00-a qədər ilk 12 dəfə, üç ay ərzində ananın iştirakı ilə görüş uşaqların yaşayış yeri üzrə həyata keçirilməli olubdur, iş icraatlarına 05 mart 2024-cü il tarixdə daxil olubdur. Borclunun Şahbuz rayonu, Kiçikoba kəndində yaşadığı müəyyən olunub, 18 mart 2024-cü il tarixdə borclunun ünvanına gediblər, uşaqlarla söhbət aparıb, uşaqlar görüşmək istəmədiyini bildirdiyi üçün iki dəfə görüş təmin olunmayıbdır, 30 mart 2024-cü il tarixdə geniş tərkibdə Ədliyyə Nazirliyinin əməkdaşları, icra nümayəndəsi, qəyyumluğun şöbəsinin əməkdaşları və biz üç nəfər icra və probabsiya bölməsinin işçiləri, ümumilikdə on nəfər heyətlə görüşün təmin edilməsi üçün gediblər, uşaqlar yenidən görüşmək istəmədiklərini bildiriblər. Hər iki valideyinin üzərinə görüş üçün səy göstərilməsi öhdəlik kimi qoyulsa da, borclu tərəf səy göstərməyibdir, borclunun ünvanına 25 aprel 2024-cü il tarixdə xəbərdarlıq göndəriblər, öhdəliyi icra etməyəcəyi təqdirdə məsuliyyət daşıyacağı izah edilibdir, 03 may 2024-cü il tarixdə Aytac xanımı icra və probasiya şöbəsinə çağırıblar, vəziyyətin ciddiliyini ona izah ediblər, O isə heç bir problem olmayacağını və növbəti gün atasının gəlib uşaqları görməsini bildiribdir, O polis əməkdaşlarının iştirakı ilə gələcəklərini bildirib, Aytac xanım isə polislərin uşaqlara psixoloji narahatlıq yaradacağını, özünün heç bir problem yaratmayacağını deyib və polislərin olmamasını xahiş edibdir, 04 may 2024-cü il tarixdə həmin ünvana gediblər, ev sahibini çağırıb, ilk öncə Aytac xanım qapıya çıxıb, “Siz rüşvət almısınız gəlmisiniz uşaqla ünsiyyəti təmin etməyə” deyibdir, sonra nalayiq ifadələr işlətməyə başlayıblar, Aytacın anası gəlib söyübdür, Aytacın dayısı Ramiq Raminin üzərinə hücum edibdir, həmin zaman Ramin söyüş söyməyibdir, yalnız ona qarşı təhqiramiz ifadələr işlətməmələrini deyibdir, Ramiq hücum edərkən qarşısını qəyyumluğun işçiləri alıb, Aytac və xalası Kifayət Raminin üzərinə hücum ediblər, Aytacın qabağını o, saxlayıb, Kifayət Raminin üzündən sillə ilə vurub, polis çağırıblar, sonra Təqsirləndirilən şəxs2 gəlib, Kifayət onun üzərinə hücum edibdir, Vilayət Kifayəti, sonra isə Aytacı vurubdur. Məhkəmə iclasında proses iştirakçılarının suallarını cavablandıran Şahid8 bildirdi ki, tərəflər arasında dəfələrlə mübahisə olubdur, O da ona görə görüş yerinin təhlükəsizliyini təmin etmək üçün polis çağırmaq istəyibdir, Aytac xanımı çağıraraq öhdəliyini izah edib, hadisə qəflətən olubdur, sakitləşdirdikdən sonra polisi dəvət ediblər, O Aytac xanımı çağırıb, Aytac xanım çölə çıxıb, uşaqları həyətə gətirməsini və uşaqların atası ilə ünsiyyətdə olmasını bildiribdir, O isə mənə “uşaqları gətirmirəm, sən bura təmin etmək üçün pul alıb gəlmisən” deyibdir, O da problem yaratmamasını, atanın uşaqları ilə görüşməsinə maneə olmamasını, uşaqlar istəməzsə məcbur olmadığını, aktlaşdırılacağını bildiribdir, həmin zaman uşaqları gətirməyiblər, həmin zaman Ramin kənarda olubdur, onu içəri girməyə qoymayıblar, borclu həyətə girməsini istəmədiyi üçün, ilk Aytac qapıdan çıxıb, lakin öncə anası gəlibdir, anası çıxana qədər Aytac Ramini söyməyibdir, anası çıxdıqda Raminin ünvanına təhqiramiz ifadələr işlədibdir, Ramiq Aytacın dayısıdır, Aytacın anası ilə birlikdə çölə çıxarıblar, sonra Aytacın xalası Kifayət gəlib, Ramin orada təhqiramiz ifadə işlətməyib, Aytacın xalası Kifayət gəldikdə o da söyübdür, Ramiq setqanın qapısını itələyib və hücum edibdir, əvvəldən aralarında mübahisə var idi, nə olduğunu O bilmir, Ramiq setqanı itələyib və Raminin üzərinə hücum edibdir, qəyyumluğun işçiləri onu saxlayıblar, sonra Aytac və xalası Kifayət Raminin üzərinə hücum ediblər, O Ayatacı saxlayarkən Kifayət Ramini vurubdur, Kifayət Raminin üzündən sillə ilə vurubdur, həmin zaman Ramin Ayatacı vurubdur, həmin zaman Aytacı O, qucaqlayıb saxlayıbdır, Aytac Ramini vurmasın, Ramin Aytaca yumruq atıb, hara dəyməsini görməyib, hadisə zamanı o və qəyyumluğun işçiləri aralayıblar, Təqsirləndirilən şəxs2 dava başladıqdan sonra gəlib, həmin zaman qapıdan aralaşıblar, Ramin kənarda olub, qarşı tərəf isə hücum edibdir, Təqsirləndirilən şəxs2 Kifayət gedərkən sillə ilə vurub, Aytacı da sifətindən sillə ilə vurubdur, Aytaca bir yumruq və bi sillə dəyməsini görüb, başqa zərbə görməyib, zərbə endirsə o görə bilərdi, Aytac onun önündə olubdur, arxası Raminə tərəf olubdur, Təqsirləndirilən şəxs2 Aytacı vurmasını görməyibdir, videoda görübdür, özü Raminin Aytacı vurmasını görüb, əlavə vurmasını görməyibdir, setqa qapını Ramiq əli ilə vurub və qapı açılıb, Ramiq gələrkən qəyyumluğun işçiləri onu saxlayıblar, Aytac və xalası arxasınca hücum ediblər, O Aytacı saxlayıb, Kifayət Ramini vurubdur, orta templə gəliblər, gəlişlərindən Ramini vurmağa gəlmələri bilinirdi, aralarında 4-5 m məsafə olubdur, məsafə Raminin qaçmasına imkan verirdi, Aytacın təqsirləndirilən şəxslərə zərbə vurmasını görməyib, mübahisə dövrü ərzində onu tutub saxlayıbdır, zərbə vursa idi görərdi, vurmasına qoymayıbdır, sonra Aytaca zərbə dəyməyib, bir yumruq atıldığını görüb, Təqsirləndirilən şəxs2 yavaş-yavaş gəlib çatmasını görübdür, Təqsirləndirilən şəxs2 Kifayət üstünə getdiyi üçün onu vurubdur, Təqsirləndirilən şəxs2 Kifayəti necə vurduğunu görməyibdir, bir dəfə vurub, zərbədən sonra Kifayət yerə yıxılıb, Təqsirləndirilən şəxs2 sonra Aytacı sillə ilə vurub, Aytac çığırıbdır. Əlavə olaraq Şahid8 bildirdi ki, iş onun icraatına daxil olduğu vaxtdan tərəflər arasında problem var, görüş saat 12:00-dan saat 17:00-a qədər təyin edilibdir, uşaqların yaşı səhv etmirsə bir və iki olmalıdır, Aytac xanım uşaqların ataları ilə görüşməsini istəmir, maneəçilik törədibdir, Zərərçəkmiş şəxs dəfələrlə xəbərdarlıq etsək də, sonuncu dəfə məhkəmə qərarının icrası məqsədi ilə barəsində məcburi gətirilmə tətbiq ediblər, həmin zaman qeydiyyatda olubdur, məhkəmədə hadisəni olduğu kimi dəqiqliklə danışır, məhkəmədə verdiyi ifadəsini təsdiqləyir. ilk Raminlə atası, sonra isə onlar hadisə yerindən gediblər, Aytac çıxan kimi Raminə “bura nəyə gəlmisən, uşağı istəmirdin” deyirdi və təhqir edirdi. Həmin vaxt Raminin üstünə hücum çəkməyibdir, sonra Aytacın anası, ondan sonra isə xalası Kifayət çıxıb, Aytacın anası Raminə söyərək “uşağı istəmirdin, indi nəyə qapıya gəlmisən” deyibdir, Ramiq Aytacın anasını evə aparıb, sonra Aytacın xalası Kifayət gəlib, O da gəlib “əvvəllər bizi söymüsən biz burdayıq” kimi sözlər deyibdir, Ramin həmin zaman “ağzınızın danışığını bilin” deyibdir, bundan sonra Şahid1 qapını vurub, O Raminin söyüş işlətməsini eşitməyib, yalnız “ağzınızın danışığını bilin” deyibdir, bu söz yəqin ki, Ramiqin acığına gəlib, bu sözdən sonra Ramiq setqanı vurub və hücum edibdir, qəyyumluğun işçiləri Ramiqi saxlayıbar, Aytac və xalası Kifayət Raminin üzərinə hücum ediblər, Aytacın qabağını O saxlayıb, niyə hücum etmələrini bilmir, Kifayət Raminin üzündən sillə ilə vurub, Ramin Aytaca onların aralarından yumruq atıb, Ramin Kifayəti vurmayıb, Raminin üzərinə gedənlərdən daha təhlükəli və fəal olan Ramiq olubdur, digərləri o qədər təhlükə yaratmayıblar, ona görə də onlar Ramiqi saxlayıblar, Raminin Ramiqdən özünü müdafiə etməsi ehtiyac olub, Aytacdan özünü müdafiə etməsi üçün o qədər təhlükə olmayıb, Kifayətin Təqsirləndirilən şəxs2 vurma ehtimalı olmayıb, lakin təhqir edib-etməməsini xatırlamır, Təqsirləndirilən şəxs2 Kifayəti sillə ilə vurub, sonra isə Aytacı üzündən sillə ilə vurubdur, Təqsirləndirilən şəxs2 Kifayəti vurduqdan sonra Kifayət yerə yıxılaraq oturub, Vilayətə qarşı Aytacın hərəkəti olmayıb, ibtidai istintaq zamanı ifadəsini hadisədən sonra deyil, 2024-cü ilin dekabr ayında veribdir, müstəntiqin ifadəsinə dediklərindən başqa özündən əlavə ifadə yazmayıb, Ramin “ağzınızın danışığını bilin” deyib, söyüş işlətməyib, Təqsirləndirilən şəxs2 dava başlandığı zaman maşında əyləşmişdi, hadisə başladıqdan sonra o gəlib, onlar orada olmasaydı Ramini döymək imkanları var idi, Təqsirləndirilən şəxs1 üstünə ən çox gedən Şahid1 olub, lakin onu tutduqları üçün vurmayıbdır, Ramin Ramiqin üstünə hücum çəkməyib və vurmayıbdır, Aytacı vurub, Kifayəti isə vurmayıbdır, Aytac tərəfdən Ramin üçün çox təhlükə olmayıb, yalnız sillə vura bilərdi, əlində nəsə olmayıb, Raminin oradan aralaşmaq imkanı olubdur, digər görüşlərdə də həmin şəxslər həmin evdə olublar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 oğlu məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində göstərmişdir ki, İcra və probasiya bölməsindən uşaqla ünsiyyətlə bağlı məktub daxil olub, 2024-cü ildə, Şahbuz rayonu, Kiçikoba kəndinə uşaqla görüşü təmin etmək üçün gediblər, Aytac xanım atasının uşaqları görməsinə qoymayıb, söz-söhbət yaranıb, mübahisəni Aytac xanım tərəf başladıb və qarşı tərəfə söyüş söyüblər, dava başlayıb, onlar ayırmağa çalışıblar, Vilayət gəlib və Aytaca sillə vurub, Aytac xanım özü və qohumları söyüş söyüblər, Təqsirləndirilən şəxs1 də söyüş söyübdür. Məhkəmə iclasında proses iştirakçılarının suallarını cavablandıran Şahid7 oğlu bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, ona təsir olmayıb, özü ifadə veribdir, hadisənin olduğu vaxtı dəqiq xatırlamır, onlar kənarda dayanıblar, Raminlə onun arasında 3-4 m məsafə olubdur, Aytacgilin dediklərini aydın eşidibdir, evdən ilk Aytac xanımın özü qucağında körpə uşaqla çıxıb, evdən çıxıb söyməyə başlayıb, ilk o söyüb, Ramin ilk heçnə deməyib, sakit olub, ən çox qarşı tərəf söyübdür, Ramin də təhqir edib, ilk Aytac xanım hücum edib, hər iki tərəf bir-birinin üstünə gedibdir, Raminin Aytacı vurmasını görməyib, Vilayətin Aytacı vurduğunu isə görüb, Ramini kiminsə vurmasını görməyibdir, Aytac xanımı dava olmaması üçün kənarlaşdırıb, Aytac xanımı saxlayıb, Əli müəllimin həmin zaman nə etdiyini görməyib, hamını aralaşdırmağa çalışıb, Aytac xanımın yenidən mübahisə etdiyini görməyib, Aytac xanımı tutarkən Vilayətin Aytacı sillə ilə vurduğunu görüb, silləni sifətindən vurub, Vilayətin başqa şəxsi vurmasını görməyib, Ramiqin hücum çəkməsini görməyib, uşaqlar da orada olublar, ağlayırdılar, Aytac xanım Ramini vurmağa çalışıbdır, ayırmağa çalışdıqları üçün Aytac xanımı tutubdur, Aytac xanım, anası, dayısı Ramiq və digər qohumları orada olublar, Ramini təhqir ediblər və dava başlayıb, Aytac xanımı tutub, lakin həmin zaman o da hücum etmək istəyibdir və təhqir edibdir, həmin zaman Vilayət gələrək Aytacı sillə ilə vurub. Əlavə olaraq Şahid7 bildirdi ki, çölə çıxarkən Aytac xanımın qucağında uşaq olub, sonra uşağı qohumuna verib, Aytacın Ramini, Raminin də Aytacı vurmasını o görməyib, Aytacın Raminə təhqiramiz ifadələr işlətməsini eşidib, Raminin də Aytaca təhqiramiz ifadələr işlətməsini eşidib, hadisəni təfərrüatları ilə xatırlamır, ibtidai istintaq zamanı ifadəsini xatırladıqlarına əsasən veribdir, işlə bağlı bir dəfə ifadə veribdir, ifadəsini 2024-cü ilin noyabr ya da dekabr ayında verib, hadisənin olduğu zamanı dəqiq xatırlamır, 2024-cü ilin yaz ayları olub, təxminən may ayı olub, ifadəsini isə dekabr ayında veribdir, Ramiqin Raminin üzərinə hücum etməsini tam xatırlayır, ifadəsini özü verib və təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində göstərmişdir ki, 04 may 2024-cü il tarixdə, çölə çıxıb, Təqsirləndirilən şəxs1 “10 günlük qız uşağına elə söyüş işlətmisən, mənim qapıma nəyə gəlmisən” deyibdir, qapının ağzında bunu deyib, sonra qardaşı Ramiq onu içəriyə geri aparıb, ikinci dəfə çölə çıxdıqda heç kimi görməyib, hamı dağılıb, o hadisə zamanı evdə olubdur. Məhkəmədə proses iştirakçılarının suallarını cavablandıran Şahid2 oğlu əlavə olaraq bildirdi ki, Ramin tək gəlibdir, atasını orada görməyibdir, Ramin icra əməkdaşları ilə gəlibdir, O elə dedikdə Ramin ona heç nə deməyibdir, həmin zaman qızı Aytac da çöldə olub, Aytac Raminə heç nə deməyib və təhqir etməyibdir, o evə, Aytacın uşaqlarının yanına gedibdir, çöldə səs gəlibdir, lakin o çıxmayıb, kimin-kimi vurmasını və söyməsini eşitməyibdir, o ikinci dəfə çölə çıxdıqda Aytac həyətdə ağlayıbdır, döydükləri üçün ağlayıbdır, Aytacın saçı yolunmuşdu, bir tərəfindən yumruqla vurulmuşdu, üz-gözü cırılmışdı, soruşduqda Aytac bunları Ramin və atasının etdiyini deyibdir, bacısına sillə ilə vurublar, bacısı yıxılıbdır, Aytacın döyüldüyünü çölə çıxdıqdan sonra bilibdir, təqsirləndirilən şəxslər o çıxan zaman artıq gediblər, bacısı yıxılıb, evə gətiriblər, yıxıldığı yerdə görməyibdir, bacısının yıxılmasını özü görməyibdir, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, Aytac evdə gəlib polisi çağırıbdır, o onların savaşmasını görməyibdir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 uşaq üçün gəlmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində bildirmişdir ki, 04 may 2024-cü il tarixdə Şahbuz rayon İcra və Probabsiya Bölməsinin rəisi Əli müəllim, icra məmuru Şəbnəm xanım və qəyyumluğun iki işçisi uşaq görüşü ilə bağlı onların evinə gəliblər. Əli müəllim ona Zərərçəkmiş şəxs uşaqları götürərək çölə çıxmasını deyibdir, o Aytacı çölə çıxarıb, Əli müəllim Aytaca uşağı çöldə qoyub içəri girməsini bildiribdir, Zərərçəkmiş şəxs məhkəmə qərarı ilə uşağın onun yanında atası ilə görüşməsini müəyyən etdiyini bildirib, görüş ilk 3 həftə ananın iştirakı ilə həyata keçirilməli olubdur, Əli müəllim uşağı çöldə qoyub içəri girməsində israr edib, sonra Zərərçəkmiş şəxs anası İmarət çölə çıxıb, Zərərçəkmiş şəxs keçmiş həyat yoldaşı Raminə “iki ildir uşaqlara sənəd vermirsən” deyibdir, O İmarəti içəri apardıqdan sonra, O və Zərərçəkmiş şəxs çöldə olublar, həyətin giriş hissəsində setqanın yanında dayanıblar, Təqsirləndirilən şəxs1 Aytacı söyüb, o əsəbləşərək qapıya təpiklə vurub, qapı açılıb, qapı da setqa qapı olub, qapı açıldıqda onu Əli müəllim və qəyyumluğun işçilərindən biri tutub, bacısı X5 üstünə gedib, Ramin həmin zaman yenidən söyüş söyüb, onu tutanların əlindən qurtulduqdan sonra bir də hücum edib, onu yenə tutublar, bacısı Kifayət və Aytac gəlib, Aytac Raminə “sən mənim xalama əl qaldırmaq istiyirsən” deyibdir, sonra ara qarışıb, O Təqsirləndirilən şəxs2 gəlməsini bilməyib, həmin zaman Təqsirləndirilən şəxs2 də gəlib, bacısını vurub, bacısı yıxılıb, sonra onları aralaşdırıblar, orada qaz turbasının üstündə qəyyumluğun işçisi ilə oturublar, təngənəfəs olublar, Əli müəllim qarşı tərəfin ikisini də aparıb maşına mindirib, bizə polis gələcəyini deyibdir, daha öncə polisə xəbər verdiyini soruşduqda ona xəbər verdiyini deyibdir, Əli müəllim maşına oturub getmək istəyərkən polisə deyib-demədiyini soruşub, O isə “mən niyə deyirəm, özünüz deyərsiz” deyibdir. Məhkəmədə proses iştirakçılarının suallarını cavablandıran Şahid1 əlavə olaraq bildirdi ki, münaqişənin başlamasına səbəb Əli müəllimin Aytaca uşağı qoyub içəri girməsini deməsi olubdur, Aytac da uşağın onun yanında ünsiyyətdə olmasına israr edib, sonra Ramin Aytaca söyüş söyüb və mübahisə başlayıbdır, ilk Ramin Aytaca söyüş söyüb, Ramin söyənə qədər Aytac söyməyibdir, qabaqca da görüş üçün gəliblər, Ramin söyüş söydüyü üçün üstünə hücum edib, onu tutublar. Ramini vura bilməyibdir, Raminin Aytacı vurmasını görməyibdir, Təqsirləndirilən şəxs2 bacısını vurmasını görüb, Təqsirləndirilən şəxs2 bacını üzündən vurub, Aytacın sifətində qızartılar olub, köynəyi cırılıb, sonra polisə zəng vurublar, polisdən bizi tibbi ekspertizaya göndəriblər, Aytacdan soruşduqda Raminin onu vurduğunu deyib, o nələr olduğunu tam görə bilməyibdir, orada vəziyyət qarışıq olub, onun da başından yumruq dəyib, onu tam bilmir başına dəyən yumruq olub ya sillə, Raminin Aytacı vurmasını görməyib, evdə Aytacı elə gördükdə Raminin etdiyini deyibdir, Ramin söyməsəydi, bu hadisə olmayacaqdı, Ramin söydükdən sonra Kifayət Raminin üstünə yetirib, Aytacı döydüyünə görə Kifayət orada olub, Ramin Kifayəti vurmaq istəyəndə Aytac Raminin üstünə yetirib və “qudurmusan sən mənim xalama əl qaldırırsan” deyibdir, Ramin ona qarşı söyüş söyüb, onu tutublar, sonra bacısı Raminin üstünə yetirib, Ramini bacısını bir dəfə vurub, sonra geri çəkilib, Ramin dayanmadan vurulmurdu, atasının gəlməsinə zərurət olmayıb, Ramin elə bir vəziyyətdə deyildi ki, köməyə ehtiyacı olsun. Orada icra və qəyyumluğun işçiləri də olubdur, bacısı Ramini vurduqdan təxminən bir dəqiqə olardı ki, qəfildən Təqsirləndirilən şəxs2 gəlib bacısını vurub, Təqsirləndirilən şəxs2 Aytacı vurmasını görməyib, Raminin Aytaca neçə dəfə vurmasını görməyib, başı qarışıq olub, hadisə olduqdan sonra o aralaşdırmağa çalışıb, Aytac la Ramin qarşısında tutuşublar, sonra Vilayətin gəlməsini görüb, həmin zaman ona yumruq ya da sillə dəyib, Təqsirləndirilən şəxs2 orada görəyib, gördüyü anda bacısını vurub, sonra onları aralaşdırıblar. Əli müəllim qarşı tərəfi aparıb maşında oturdub, qəyyumluğun işçiləri də gediblər, polis Zərərçəkmiş şəxs çağırışı ilə gəlibdir. Əlavə olaraq Şahid1 bildirdi ki, qapı açıldıqdan sonra birinci o qapıya təpik vuraraq hücum edib, Əli müəllim və qəyyumluğun işçilərindən biri onu tutub, qapıdan ilk o çıxıb, uşaq həmin zaman orada olmayıb, uşağı çölə çıxarmayıblar, ona qarşı söyüş söyübdü, bacısını söyüb, həmin zaman görüş baş tutmayıbdır, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyir, indiki ifadəsini də təsdiqləyir, Aytacı vurmalarını evdə ondan soruşub, Raminin üzərinə iki dəfə hücum edibdir, ilk dəfə onu saxlayıblar, sonra Raminin Kifayəti vurduğunu görüb və yenidən hücum edib, hər iki dəfə təhqir olunub. İş materialında olan 04 may 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə Şahbuz rayonu Kiçioba kəndində Şahid1 məxsus Zərərçəkmiş şəxs yaşadığı evin həyətində baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 852 saylı, xx.xx.2024-cü il tarixli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilən xəsarətlər sağ yanağın selikli qişasının əzilmiş yarası ilə müşayiət olunan alt çənənin sol şaxəsinin qançırı, başın sağ gicgah nahiyyəsinin hematoması, sağ və sol almacıq nahiyyələrinin və sol said nahiyyəsinin qançırları, döş qəfəsinin ön səthinin sağ və sol yarısının sağ said və sağ baldır nahiyyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindn törənmişlər, müddətinin məhkəmə-tibbi müayinədən bir neçə saat əvvələ uyğun gəlir və dərəcələrinə görə sağ yanağın selikli qişasının əzilmiş yarası iə müşayiət olunan alt çənənin sağ şaxəsinin qançırı, sol yanağın selikli qişasının əzilmiş yarası ilə müşayiət olunan alt çənənin sol şaxəsinin qançırı və başın sağ gicgah nahiyyəsinin hematoması həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətinə aid edildiyi, sağ və sol almacıq nahiyyələrinin sol said nahiyyəsinin qançırları, döş qəfəsinin ön səthinin sağ və sol yarısının, sağ said və sağ baldır nahiyyələrinin sıyrıqları isə həm ayrı-ayrılıqda və həm də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələrinin təyin edilmədiyi, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakter və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirlməsi inkar olunur. İş materiallarında olan Şahbuz rayon İcra və Probasiya bölməsindən Şahbuz rayon Polis Şöbəsinə göndərilmiş video-görüntünün olduğu CD-də əks olunmuş görüntünün 1 dəqiqə 16 saniyədən ibarət olduğunu, görüntünün açıq həyətdə gündüz vaxtı çəkildiyi, həmin vaxt video-görüntüdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, eyni zamnada zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs görüntülərdə əks olunduğunu, görüntünün 00:00:43 saniyəsi göstərdiyi vaxtda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1a yaxınlaşdığı, saat 00:00:43 saniyəsi göstərdiyi vaxtda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1a yaxınlaşdığı, saat 00:0:45 saniyəni göstərdiyi vaxtda Təqsirləndirilən şəxs1 sağ əli ilə Zərərçəkmiş şəxs sillə zərbəsi ilə bir dəfə baş nahiyəsinin sol hissəsindən, bir dəfə isə yenə də baş nahiyəsinin sol tərəfindən boyun hissəsindən vurması, eyni zamanda görüntünün 00:01:03 saniyəsi göstərdiyi vaxtda isə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yaxınlaşdığını sol əli yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs başının sağ hissəsindən bir dəfə vurması müəyyən edilir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat- İnspeksiya İdarəsinin Əməliyyat və X1 05 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat- İnspeksiya İdarəsinin Əməliyyat və X1 05 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin Babək rayon X7 Mərkəzi tərəfindən verilmiş 059505 nömrəli vəsiqə ilə Təqsirləndirilən şəxs2 İ (birinci) qrup əlil olması müəyyənedilir. Babək rayon Qahab kənd inzibati ərazi dairəsi üzrə icra Nümayəndəliyi tərəfindən verilən xasiyyətnaməyə və ailə tərkibi haqqında arayışa əsasən Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunmaqla Babək rayon Qahab kəndində qeydiyyatda durmaqla, evlidir arvadı 1961-ci il təvəllüdlü X2 ibarət ailə üzvü vardır. Babək rayon Qahab kənd inzibati ərazi dairəsi üzrə icra Nümayəndəliyi tərəfindən verilən xasiyyətnaməyə və ailə tərkibi haqqında arayışa əsasən Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunmaqla Babək rayon Qahab kəndində qeydiyyatda durmaqla, evlidir, övladları X8 və X4 ibarət ailə üzvü vardır. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş şəxs və şahid ifadələri, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs vurmaması, özünü zəruri müdafiə etmək üçün, əsəblərini cilovlaya bilməyib Zərərçəkmiş şəxs itələməsi və xəsarətləti Zərərçəkmiş şəxs özü özünə yetirməsi ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs1 xx.xx.2024-cu il tarixdə Şahbuz rayonu, Kiçikoba kəndində Şahbuz Rayon İcra və Probasiya bölməsinin Babək Rayon Məhkəməsinin qətnaməsinə əsasən görüş qaydasına uyğun olaraq icra məmurları və yerli icra hakimiyyəti qəyyumluq və himayə komissiyasının nümayəndələrinin iştirakı ilə uşaqları ilə görüşməsi və ünsiyyət olması barədə icra sənədinin icrası zamanı sabiq həyat yoldaşı Zərərçəkmiş şəxs və onun qohumları tərəfindən onu təhqir etmələri və onun üzərinə gələrək onu xəsarət yetirmə ilə bağlı olmayan vurmaları səbəbindən aralarında olan mübahisə zamanı Zərərçəkmiş şəxs vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, münaqişə zamanı əsəbləşərək Zərərçəkmiş şəxs itələdiyini, Zərərçəkmiş şəxs özü özünə xəsarət yetirdiyini bildirsə də, verilmiş ittihamı təkzib edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmiş və Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün ifadəsində göstərdiyi xüsusatları təsdiq edən sübut kimi hadisə zamanı icra məmuru tərəfindən icra işi ilə əlaqədar çəkdiyi videogörüntüləri göstərməsinə gəldikdə hesab edir ki, məhkəmə istintaqı zamanı tədqiq edilən Şahbuz rayon İcra və Probasiya bölməsindən Şahbuz rayon Polis Şöbəsinə göndərilmiş video-görüntünün olduğu CD-də əks olunmuş 1 (bir) dəqiqə 16 (on altı) saniyədən ibarət olan həmin görüntülərdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, eyni zamnada zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs görüntülərdə əks olunduğunu, görüntünün 00:00:43 saniyəsi göstərdiyi vaxtda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1a yaxınlaşdığı, saat 00:0:45 saniyəni göstərdiyi vaxtda Təqsirləndirilən şəxs1 sağ əli ilə Zərərçəkmiş şəxs sillə zərbəsi ilə bir dəfə baş nahiyəsinin sol hissəsindən, bir dəfə isə yenə də baş nahiyəsinin sol tərəfindən boyun hissəsindən vurması əks olunur. Məhkəmə təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs1 zərəçəkmişşəxs Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməməsi və Zərərçəkmiş şəxs özü özünə xəsarət yetirməsi barədə göstərdikləri ilə bağlı qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 852 saylı, xx.xx.2024-cü il tarixli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilən xəsarətlər sağ yanağın selikli qişasının əzilmiş yarası ilə müşayiət olunan alt çənənin sol şaxəsinin qançırı, başın sağ gicgah nahiyyəsinin hematoması, sağ və sol almacıq nahiyyələrinin və sol said nahiyyəsinin qançırları, döş qəfəsinin ön səthinin sağ və sol yarısının sağ said və sağ baldır nahiyyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindn törənmişlər, müddətinin məhkəmə-tibbi müayinədən bir neçə saat əvvələ uyğun gəlir və dərəcələrinə görə sağ yanağın selikli qişasının əzilmiş yarası iə müşayiət olunan alt çənənin sağ şaxəsinin qançırı, sol yanağın selikli qişasının əzilmiş yarası ilə müşayiət olunan alt çənənin sol şaxəsinin qançırı və başın sağ gicgah nahiyyəsinin hematoması həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətinə aid edildiyi, sağ və sol almacıq nahiyyələrinin sol said nahiyyəsinin qançırları, döş qəfəsinin ön səthinin sağ və sol yarısının, sağ said və sağ baldır nahiyyələrinin sıyrıqları isə həm ayrı-ayrılıqda və həm də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələrinin təyin edilmədiyi, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakter və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirlməsi inkar olunur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, şahidlərin hadisə zamanı Təqsirləndirilən şəxs1 mübahisə zamanı Zərərçəkmiş şəxs vurmasını görmələri ilə bağlı ifadələri bir-birini istisna etmir. Məhkəmə hesab edir ki, həmin şahidlərin hadisənin baş vermə ardıcıllığı və mexanizmi ilə bağlı tam dolğun ifadə vermələri, eləcə də istər ibtidai istintaqda, istərsə də məhkəməyə verdikləri ifadələrində hadisənin baş verdiyi zaman mübahisə zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs vurmasını bildirmələri Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs xəsarət yetirmədiyi faktının mövcudluğu ilə bağlı təqsirləndirilən şəxsin mövqeyi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə təsdiq olunmur. Həmçinin ittiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Təqsirləndirilən şəxs1 özünü zəruri müdafiə etmək üçün, əsəblərini cilovlaya bilməyib Zərərçəkmiş şəxs itələməsi barədə ifadəsi ilə bağlı qeyd edir ki, ibtidai istintaq zamanı təqsirləndirlənşəxs və şahid ifadələri ilə müəyyən olunur ki, mübahisə zamanı zərəçəkmişşəxs Zərərçəkmiş şəxs hərəkətlərində hər hansı bir ictimai təhlükəli qəsd müəyyən edilməmiş, Zərərçəkmiş şəxs, onun xalası Kifayətin və dayısı Ramiqin əlində hər hansı bir bıçaq və ya silah qismində istifadə edilən əşya olmamışdır, Təqsirləndirilən şəxs1 özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini ictimai təhlükəli qəsddən qorumaq niyyəti olmamış, əksinə, Zərərçəkmiş şəxs mübahisə zamanı ona qarşı hər-hansə xəsarət yetirə biləcək hərəkət etmədiyi halda zərər çəkmişin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Bu isə Təqsirləndirilən şəxs1 zərərçəkmişə xəsarət yetirmək niyyətindən və qəsdindən xəbər verir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, “.... Aytac özü də ona hücum edib, əli ilə yaxasından tutaraq dartıb köynəyini cırıbdır, həmin vaxt biraz əsəbləşibdir, çünki qadın cinsi ona əl atması və təhqir etməsi ona çox pis təsir edibdir, O Aytacı başından iki dəfə itələyibdir ki, yaxasını buraxsın, Aytac, Ramiq, Kifayət və İmarət hərəsi bir tərəfdən vurublar, digərlərini itələməyib, Aytac yaxasından yapışdığı üçün itələyib, O Ramiqi vurmayıbdır, ilk İmarət üstünə gəlib, sonra digərləri, Aytac yaxasından yapışıb, evdən çıxıb üzərinə gəldikləri zaman O, təxminən 30 m kənarda olubdur, söyüş söyərək üzərinə gəldiklərində mübahisə olacağını anlayıb, lakin onların gəlib onu vuracaqlarını bilməyib, məqsədi uşağını görmək olubdur, döyülmə ehtimalı olduğunu bilibdir, O kişidir, qadının qabağından qaçmağı özünə sığışdıra bilməyibdir,...” Şahid6 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, “....Əli müəllim Ramin tutmasaydı əlbəyaxa olacaqdırlar, dava başlayana qədər mübahisə zamanı tərəflər arasında məsafə 4-5 m olubdur, Təqsirləndirilən şəxs1 orada uzaqlaşmaq imkanı olubdur, lakin o da qarşı tərəfin üstünə gəlmək istəyibdir.” Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, “.....Aytacın anası gəlib, Raminə “sən 20 günlük uşağa söyüş söymüsən, indi nəyə gəlirsən” deyibdir, Ramin yenə dinməyibdir, sonra Kifayət müəllimə gəlib və söyüş söyübdür, Ramin həmin zaman “ağzınızın danışığını bilin” deyibdir, sonra Aytacın dayısı Ramiq setqanı vurub qıraraq çıxıbdır, Raminin üstünə hücum çəkibdir Həmin zaman Ülvi və Sərxan müəllim Ramiqi tutmağa çalışarkən Aytac və Kifayət müəllimə yanlarından keçərək Raminin üzərinə gedblər, Əli müəllim həm Aytacı, həm Kifayət müəlliməni ayırmağa çalışıbdır, həm Aytac, həm Kifayət müəllimə Ramini sillə ilə vurubdur, Ramin də onları vurubdur, Raminin onları vurmasını görübdür, Kifayət müəllimə Ramini sillə ilə üzündən vurub, Ramin də sillə vurubdur, Aytac da Ramini vurubdur, aralaşdırmağa çalışarkən evdən aşağı tərəfdən, yoxuşdan Təqsirləndirilən şəxs2 gəlib, çatan kimi Kifayət müəlliməyə bir sillə vurubdur, Kifayət müəllimə yıxılıb, yerə oturubdur, sonra Aytaca bir sillə vurubdur, Ramin də Aytacın üzündən vurubdur, səhv etmirsə Ramin yumruq ilə vurubdur, ...... Ramin həmin zaman oradan uzaqlaşa bilərdi, aşağı tərəfdə yer var idi, qaça bilərdi,... Kifayət üzərinə gəldiyi zaman əlində bıçaq olmayıbdır, Raminin nə düşündüyünü bilmir, Ramin də Aytaca bir zərbə vurub, çənə nahiyəsindən dəydib....., eyni vaxtda Ramin həm Kifayətə, həm də Aytaca vurub.” Şahid8 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, “.....Aytac və xalası Kifayət Raminin üzərinə hücum ediblər, O Aytacı saxlayarkən Kifayət Ramini vurubdur, Kifayət Raminin üzündən sillə ilə vurubdur, həmin zaman Ramin Ayatacı vurubdur..... Ramin Aytaca yumruq atıb....özü Raminin Aytacı vurmasını görüb...., Ramin Aytaca onların aralarından yumruq atıb...., Ramin Ramiqin üstünə hücum çəkməyib və vurmayıbıdr, Aytacı vurub..... aralarında 4-5 m məsafə olubdur, məsafə Raminin qaçmasına imkan verirdi.... Raminin üzərinə gedənlərdən daha təhlükəli və fəal olan Ramiq olubdur, digərləri o qədər təhlükə yaratmayıblar.... Aytac tərəfdən Ramin üçün çox təhlükə olmayıb. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs vurmaması, özünü zəruri müdafiə etmək üçün, əsəblərini cilovlaya bilməyib Zərərçəkmiş şəxs itələməsi və xəsarətləti Zərərçəkmiş şəxs özü özünə yetirməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və təqsirləndirilən şəxsin qeyd edilən ifadəsinin həmin hissəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 ilə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs arasında olan mübahisənin olması, mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən məhz həmin münbahisə zamanı sol yanağın selikli qişasının əzilmiş yarası ilə müşayiət olunan alt çənənin sol şaxəsinin qançırı və başın sağ gicgah nahiyyəsinin hematoması həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən məhkəmə istintaqı zamanı dindirilmiş digər şəxslərin ifadələri ilə öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin nəzərə alır ki, hadisə Zərərçəkmiş şəxs və onun qohumlarının təşəbbüsü ilə başlamış, bu zaman hadisə yerində olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qohumlar Təqsirləndirilən şəxs1 ünvanına nalayiq ifadələr işlədərək onun üzərinə gəlmişlər. Mübahisə zamanı həmin şəxslər də Təqsirləndirilən şəxs1 üzərinə hücüm edərək onu vurub sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişlər. Belə ki, Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, “...Aytacın anası gəlib, Raminə “sən 20 günlük uşağa söyüş söymüsən, indi nəyə gəlirsən” deyibdir, Ramin yenə dinməyibdir, sonra Kifayət müəllimə gəlib və söyüş söyübdür, Ramin həmin zaman “ağzınızın danışığını bilin” deyibdir, sonra Aytacın dayısı Ramiq setqanı vurub qıraraq çıxıbdır, Raminin üstünə hücum çəkibdir Həmin zaman Ülvi və Sərxan müəllim Ramiqi tutmağa çalışarkən Aytac və Kifayət müəllimə yanlarından keçərək Raminin üzərinə gedblər, Əli müəllim həm Aytacı, həm Kifayət müəlliməni ayırmağa çalışıbdır, həm Aytac, həm Kifayət müəllimə Ramini sillə ilə vurubdur...” Şahid8 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, “....Aytacın dayısı Ramiq Raminin üzərinə hücum edibdir, həmin zaman Ramin söyüş söyməyibdir, yalnız ona qarşı təhqiramiz ifadələr işlətməmələrini deyibdir, Ramiq hücum edərkən qarşısını qəyyumluğun işçiləri alıb, Aytac və xalası Kifayət Raminin üzərinə hücum ediblər, Aytacın qabağını o, saxlayıb, Kifayət Raminin üzündən sillə ilə vurub... anası çıxana qədər Aytac Ramini söyməyibdir, anası çıxdıqda Raminin ünvanına təhqiramiz ifadələr işlədibdir, Ramiq Aytacın dayısıdır, Aytacın anası ilə birlikdə çölə çıxarıblar, sonra Aytacın xalası Kifayət gəlib, Ramin orada təhqiramiz ifadə işlətməyib, Aytacın xalası Kifayət gəldikdə o da söyübdür, Ramiq setqanın qapısını itələyib və hücum edibdir,.... Ramin kənarda olub, qarşı tərəf isə hücum edibdir.... Aytac çıxan kimi Raminə “bura nəyə gəlmisən, uşağı istəmirdin” deyirdi və təhqir edirdi.... Aytac və xalası Kifayət Raminin üzərinə hücum ediblər” Şahid7 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, “....mübahisəni Aytac xanım tərəf başladıb və qarşı tərəfə söyüş söyüblər...., Ramiqin Raminin üzərinə hücum etməsini tam xatırlayır.” Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, “Təqsirləndirilən şəxs1 Aytacı söyüb, o əsəbləşərək qapıya təpiklə vurub, qapı açılıb, qapı da setqa qapı olub, qapı açıldıqda onu Əli müəllim və qəyyumluğun işçilərindən biri tutub, bacısı X5 üstünə gedib, Ramin həmin zaman yenidən söyüş söyüb, onu tutanların əlindən qurtulduqdan sonra bir də hücum edib, onu yenə tutublar, bacısı Kifayət və Aytac gəlib, Aytac Raminə “sən mənim xalama əl qaldırmaq istiyirsən” deyibdir,.... Ramin söyüş söydüyü üçün üstünə hücum edib, onu tutublar. Ramini vura bilməyibdir,...... Ramin söydükdən sonra Kifayət Raminin üstünə yetirib..... Ramin ona qarşı söyüş söyüb, onu tutublar, sonra bacısı Raminin üstünə yetirib... birinci o qapıya təpik vuraraq hücum edib” Məhkəmə digər təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs söyüş söydüyü üçün ağzından itələməsi, əlinin onun ağzına dodaq hissəsinə dəyməsi, başqa heçnə etməməsi, yalnız Zərərçəkmiş şəxs itələməsi, Ramiqin hücum etdiyini gördüyünü Ramini vurmağa getdiyini bildiyini, qapını açarkən digərlərinin də gəldiyini gördüyünü, o da oğlunu oradan çıxarmaq üçün getdiyini, Aytacın xalası ona “dəymə, qoy öldürsünlər” dediyini, yaxşı ki icraçılar orada olub, yoxsa oğlunu öldürəcəkləri barədə ifadəsinə münasibət bildirərərk qeyd edir ki, məhkəmə istintaqı zamanı tədqiq edilən Şahbuz rayon İcra və Probasiya bölməsindən Şahbuz rayon Polis Şöbəsinə göndərilmiş video-görüntünün olduğu CD-də əks olunmuş 1 (bir) dəqiqə 16 (on altı) saniyədən ibarət olan həmin görüntülərdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, eyni zamanda zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs görüntülərdə əks olunduğunu, görüntünün 00:01:03 saniyəsi göstərdiyi vaxtda isə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yaxınlaşdığını sol əli yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs başının sağ hissəsindən bir dəfə vurması əks olunur. Eyni zamanda məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 oğlu Təqsirləndirilən şəxs1 oradan çıxarmaq üçün getməsi, oğlunu orada qarşı tərəfin öldürəcəyi barədə ifadəsinə tənqidi yanaşır və təqsirləndirilən şəxsin qeyd edilən ifadəsinin həmin hissəsini mötəbər sübut hesab etmir və onun cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirlən şəxs və şahid ifadələri ilə müəyyən olunur ki, tərəflər arasında bir neçə dəfə münaqişə olmuş, sonuncu mübahisə zamanı mübahisə ilə bağlı qarşılıqlı dalaşmanın qarşısını almağa bir neçə şəxs müdaxilə etsə də, Təqsirləndirilən şəxs2 oğlu Təqsirləndirilən şəxs1 mübahisəni davam etdirmiş, bundan sonra Təqsirləndirilən şəxs2 həmin mübahisəyə müdaxilə edərək Zərərçəkmiş şəxs bir dəfə yumruq zərbəsi, onun xalası Kifayətə bir dəfə yumruq, dayısı Ramiqi isə şillə ilə vurmuşdur. Göründüyü kimi, tərəflər arasında əvvəldən yaşanan mübahisə ilə bağlı hadisə zamanı hər iki tərəf qarşılıqlı dalaşma şəraitində olmuşlar. Məlum hadisə zamanı qarşılıqlı dalaşmanın qarşısını almaq üçün müdaxilə edən zərərəçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 hər hansı xəsarət yetirmək niyyəti olmadığından onun tərəfindən hər hansı ictimai təhlükəli qəsd mövcud olmamış, Təqsirləndirilən şəxs2 məhz qəsdən xəsarət yetirmək məqsədi ilə yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs başının sağ hissəsindən bir dəfə vurmaqla zərər çəkmişin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Bu isə Təqsirləndirilən şəxs2 oğlu Təqsirləndirilən şəxs1 zərərçəkmişin və ya digər şəxslərin təhlükəli əməlindən qorunmaq niyyətində olmadığına dəlalət edir. Belə ki, Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, “...Aytacın dayısı Ramiq setqanı vurub qıraraq çıxıbdır, Raminin üstünə hücum çəkibdir Həmin zaman Ülvi və Sərxan müəllim Ramiqi tutmağa çalışarkən Aytac və Kifayət müəllimə yanlarından keçərək Raminin üzərinə gedblər, Əli müəllim həm Aytacı, həm Kifayət müəlliməni ayırmağa çalışıbdır, həm Aytac, həm Kifayət müəllimə Ramini sillə ilə vurubdur, Ramin də onları vurubdur, Raminin onları vurmasını görübdür, Kifayət müəllimə Ramini sillə ilə üzündən vurub, Ramin də sillə vurubdur, Aytac da Ramini vurubdur, aralaşdırmağa çalışarkən evdən aşağı tərəfdən, yoxuşdan Təqsirləndirilən şəxs2 gəlib, çatan kimi Kifayət müəlliməyə bir sillə vurubdur, Kifayət müəllimə yıxılıb, yerə oturubdur, sonra Aytaca bir sillə vurubdur, Ramin də Aytacın üzündən vurubdur...,... Təqsirləndirilən şəxs2 isə heç danışmayıb, gələn kimi sillə vurub, O daha aralıda olub, onun danışmasını eşidə bilməzdi, Kifayət üzərinə gəldiyi zaman əlində bıçaq olmayıbdır, Raminin nə düşündüyünü bilmir, Ramin də Aytaca bir zərbə vurub, çənə nahiyəsindən dəydib, necə vurduğunu bilmir, bir zərbə də Kifayətə vurub, Aytacın üzündən zərbə dəyib, hansı tərəfdən dəyməsini bilmir, başqa yerdə Raminin aytacı vurmasını görməyibdir, sonra isə Vilayət vurub.” Şahid8 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, “...Təqsirləndirilən şəxs2 gəlib, Kifayət onun üzərinə hücum edibdir, Vilayət Kifayəti, sonra isə Aytacı vurubdur....,... Təqsirləndirilən şəxs2 yavaş-yavaş gəlib çatmasını görübdür, Təqsirləndirilən şəxs2 Kifayət üstünə getdiyi üçün onu vurubdur, Təqsirləndirilən şəxs2 Kifayəti necə vurduğunu görməyibdir, bir dəfə vurub, zərbədən sonra Kifayət yerə yıxılıb, Təqsirləndirilən şəxs2 sonra Aytacı sillə ilə vurub, Aytac çığırıbıdr,.... Təqsirləndirilən şəxs2 Kifayəti sillə ilə vurub, sonra isə Aytacı üzündən sillə ilə vurubdur, Təqsirləndirilən şəxs2 Kifayəti vurduqdan sonra Kifayət yerə yıxılaraq oturub, Vilayətə qarşı Aytacın hərəkəti olmayıb.” Şahid8 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, “....dava başlayıb, onlar ayırmağa çalışıblar, Vilayət gəlib və Aytaca sillə vurub,... Raminin Aytacı vurmasını görməyib, Vilayətin Aytacı vurduğunu isə görüb,... Aytac xanımı tutarkən Vilayətin Aytacı sillə ilə vurduğunu görüb, silləni sifətindən vurub,.... Ramini təhqir ediblər və dava başlayıb, Aytac xanımı tutub, lakin həmin zaman o da hücum etmək istəyibdir və təhqir edibdir, həmin zaman Vilayət gələrək Aytacı sillə ilə vurub... Məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxslərin, zərəçəkmiş şəxs və şahid ifadələri ilə, eyni zamanda hadisə zamanı tərəflərin etdiyi aktiv hərəkətlərin ardıcıllığı, təqsirləndirlən şəxslərə qarşı müdaxilənin həddi və s. kimi hallar, baş verənlərin qarşılıqlı dava olmasını, təqsirləndirilən şəxslərin zərəçəkmiş şəxsi intiqam hissi ilə vurmalarını bir daha təsdiq edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin qeyd olunan hallara istinad edilməklə qurulmuş müdafiəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Məhkəmə araşdırılmış sübutların məcmuyuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onlara həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Beləliklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzaların həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; X11rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-in 59.1.4-cü maddəsinə əsasən iş üzrə zərərçəkmiş şəxs Aytən Hacıyeva ilə Təqsirləndirilən şəxs1 arasında yaranan mübahisə zamanı tərəflər bir-birlərinin ünvanına nalayiq və təhqir edici ifadələr işlətmələrini, mübahisə zamanı Zərərçəkmiş şəxs və onun qohumlarının Təqsirləndirilən şəxs1a xəsarətlə müşaiyət olunmayan zor tətbiq etmələrini, nəticədə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs hərəkətlərinin təsiri altında cinayət əməlini törətməsini, CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi əməli etiraf etməsini, onun yaşadığı yer üzrə müsbət xarakterizə və himayəsində az yaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi gənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X3 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, hadiəsnin zərəçəkmiş şəxs və onun qohumlarının təşəbbüsü ilə başlamasını, cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və həyat şəraitinə təsiri (CM-58.3.), o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-in 59.1.4-cü maddəsinə əsasən iş üzrə zərərçəkmiş şəxs Aytən Hacıyeva ilə Təqsirləndirilən şəxs1 arasında yaranan mübahisə zamanı tərəflərin bir-birlərinin ünvanına nalayiq və təhqiredici ifadələr işlətmələri, mübahisə zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında olan mübahisə zamanı zərəçəkmiş şəxs və onun qohumları Təqsirləndirilən şəxs2 oğluna xəsarətlə müşaiyət olunmayan zor tətbiq etmələri, nəticədə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs hərəkətlərinin təsiri altında cinayət əməlini törətməsini, CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi əməli etiraf etməsini, onun yaşadığı yer üzrə müsbət xarakterizə olmasını, onun İ-ci qrup əlil olmasını, yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, hadiəsnin zərəçəkmişşəxs və onun qohumlarının təşəbbüsü ilə başlamasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və həyat şəraitinə təsiri (CM-58.3.), o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış video-görüntü olan 1 ədəd DVD iş materiallarında saxlanılmalıdır. Məhkəmə xərci olaraq ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Təqsirləndirilən şəxs2 müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, həmçinin Təqsirləndirilən şəxs1 müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdikləri hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsasların olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, 1300 (bir min üç yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, 1100 (bir min bir yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış video-görüntü olan 1 ədəd DVD iş materiallarında saxlanılsın. Məhkəmə xərci olaraq ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Təqsirləndirilən şəxs2 müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, həmçinin Təqsirləndirilən şəxs1 müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdikləri saatlara görə təqdim etdikləri hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №1(090)-1/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Hökm — İş №1(090)-1/2025
21.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver