Məhkəmə qərarları › İş №1(090)-2/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Hökm — İş №1(090)-2/2021

16.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şahbuz şəhəri İş № 1(090)-2/2021 16.08.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X4, Müdafiəçi: Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: 05 avqust 1981-ci il tarixdə Babək rayonu, Cəhri kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, iki uşaq atası, məhkumluğu olmayan, tikinti sahəsində usta işləyən, cinayət törədənədək Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində 08 aprel 2021-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, tanıdığı İran İslam Respublikası vətəndaşı Əmir adlı şəxsin aralarında əvvəlcədən hər hansı bir razılaşma olmadan, beton döşəmə daşının içərisinə yerləşdirərək, ondan xəbərsiz İran İslam Respublikası ərazisindən Naxçıvan Muxtar Respublikası ərazisinə göndərmiş olduğu, beton döşəmə daşlarından birinin içərisinə psixotrop maddə yerləşdirildiyini bilmədən, 2021-ci ilin fevral ayının son günlərində Culfa rayon Yaycı kəndinə gedərək Culfa rayon Yaycı kənd sakini Şahid6 həyətindən göstərilən daşları götürüb, Babək rayon Cəhri qəsəbəsindəki yaşadığı evə gətirmiş və bundan sonra telefon vasitəsi ilə Əmir adlı şəxslə əlaqə saxladığında, digər beton döşəmələrdən qalınlığı ilə fərqlənən beton döşəmənin içərisində psixotrop maddə olduğunu öyrənmiş və bundan sonra həmin beton döşəməni qıraraq içərisində gizlədilmiş, 28 ədəd selofan bükümdə olan metamfetamin psixotrop maddəni avtomobil hissələri alması üçün Əmir adlı iranlıya göndərdiyi 620 manatın əvəzində götürüb, satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək şüşə bankaya yığıb həyətindəki köhnə təndir damında gizlədib saxlamış, psixotrop maddədən iki dəfə istifadə etdikdən sonra, ailə üzvlərinin əlinə keçməməsi üçün, 25 mart 2021-ci il tarixdə içərisində metamfetamin pisxotrop maddə olan şüşə bankanı saxladığı yerdən götürüb, Cəhri qəsəbəsində tək yaşayan qohumu Şahid5 evinə apararaq həyətindəki uçuq əl damında sonuncunun xəbəri olmadan gizlədərək saxlamış və 06 aprel 2021-ci il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin Narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 (iyirmi səkkiz) ədəd bükümdə xalis çəkisi 24,670 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda metamfetamin psixotrop maddə baxış zamanı qeyd edilən yerdən aşkar olunaraq götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Babək rayon Cəhri qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır, fərdi qaydada evlərin təmiri ilə məşğul olur, o əvvəllər hardasa 15 il bundan əvvəl Bakı şəhərində olarkən çətənə bitkisinin yarpaqlarını siqaretə doldurub çəkməklə istifadə edibdir, ürək döyüntüləri olduğu üçün 10 il olar ki, narkotikdən az-az istifadə etməyə başlayıbdır, 2011-ci ildə Naxçıvan Muxtar Respublikasına qayıtdıqdan sonra ürəyindən müalicə aldığı üçün narkotik vasitələrdən istifadə etməyibdir, son 4-5 ildir ki, işi ilə əlaqədər tikinti materialları və işıq cihazları gətirmək üçün İran İslam Respublikasına gedib-gəldiyindən orada da narkotik vasitə olan çətənədən istifadə edibdir, İranda həmin narkotik vasitələri Əmir adlı şəxsdən alıbdır, Əmir adlı şəxsi o 2016-cı ildən tanıyır, o iranlı Əhməd adlı şəxslə alver məqsədi ilə Məhşəd ziyarətinə gedərkən, Əhmədin vasitəsi ilə Əmiri tanıyıbdır, elə həmin vaxtdan da Əmirlə münasibətləri yaranıbdır, Məhşəd şəhərindən qayıtdıqdan bir müddət sonra İran yolu ilə Bakıya gedəcəyi üçün Əmirə zəng vurub ondan, onu İran Culfasından, Biləsuvara aparmasını istəyibdir, X11 adlı şəxslə görüşdükdən sonra, Əmir ona "başqa müştərilərim də var biraz gözlə gedim onları götrüb gəlim gedək" deyibdir, Əmirdən onların kim olduğunu soruşduqda, Əmir ona "Bakıdan gələn qonaqlar var burada oteldə məni gözləyirlər" deyibdir, həmin şəxslərin nə üçün gəldiklərini soruşduqda isə, Əmir ona "narkotik istifadə etmək üçün bura gəliblər" cavab veribdir, o Əmirə “məndə əvvəllər istifadə etmişəm, əgər varsa mənə də ver” deyibdir, bundan sonra hər dəfə İrana gedəndə Əmirlə görüşüb narkotik vasitə olan çətənə alaraq orada istifadə edibdir, pandemiyadan əvvəl son 2-3 dəfə də İrana gedərkən Əmirin ona “qara” adlanan narkotik vasitə tapıb gətiribdir və onu lambuçkada yandıraraq tüstüsünü çəkiblər, pandemiya səbəbindən yol bağlandığı üçün İrana gedə bilmədiyinə görə tikinti materialları və işıq ləvazimatları lazım olduqda pulunu Əmirə göndərib, Əmir isə ona lazım olanları alıb ona göndəribdir, həmçinin özünə məxsus avtomobili İran istehsalı “Pegout” markalı avtomobil olduğundan, avtomobilinə lazım olan ehtiyyat hissələrini də Əmir alıb ona göndəribdir, 2020-ci ilin oktyabr ayında avtomobilinə lazım olan sükan mexanizmi, amartizator, yağ və filtirləri alıb göndərməsi üçün Əmirlə danışıb, həmin ehtiyyat hissələrini alıb göndərməsi üçün Əmir ondan 400 manat pul istəyibdir, o Əmirin istədiyi 400 manat pulu göndərsə də, bir müddət keçməsinə baxmayaraq Əmir həmin ehtiyyat hissələrini alıb göndərməyibdir, o Əmirdən ehtiyyat hissələrini nəyə görə alıb göndərmədiyini soruşduqda, Əmir ona qiymətlərin qalxdığını və həmin ehtiyyat hissələrini almaq üçün daha 220 manat pul göndərməli olduğunu deyibdir, o da Əmirə “o qədər pulum yoxdur 100 manat verə bilərəm” deyibdir, O Coşqun adlı şəxsə 80 manat verib 20 manatı da benzin puluna çıxıbdır onu da Əmirin üstünə yazıbdır, çünki özü elə razılaşıbdır onunla, sonra Coşqunla o, Culfa Gömrüyünə gediblər, Coşqun orada qalıb o isə qayıdıbdır, bundan sonra Əmir ona zəng vuraraq Coşquna 120 manat pul verməsini istəyibdir, o da gedib həmin pulu veribdir. Coşqun ona 2021-ci ilin fevral ayının 25-də zəng vurub bir qadının daşları olduğunu, onu götürmək lazım olduğunu deyibdir, sonra Əmir ona “sən daşları götürmə qadının özü gəlib götürəcək” deyibdir, Coşqun isə ondan daşları onun aparmasını istəyibdir, o da yol pulunu çıxarmaq üçün daşları götürübdür, sonra Əmirə zəng edib daşları götürdüyünü deyibdir, Əmir isə ona “daşları niyə götürdün sən, qoyardın qalardı daş sahibi özü gəlib götürəcəkdir”, daha sonra ona “daşları apar Naxçıvan şəhərinə dediyim şəxsə verərsən” deyibdir, o, daşları evə gətirəndən sonra bağlı daşların birinin qalın olanının qırağı qırıq olduğunu görüb, həmin qalın daşı qırıb içərisində selofana bükülmüş bir şey olduğunu görübdür, selofanı götürüb açıb içərisində 28 ədəd bükümlərdə şüşə adlanan narkotik vasitə olduğunu görübdür, o da Əmirə zəng vurub “mənim evimi niyə yıxırsan” deyibdir, Əmir də ona “mən sənə demişdim daşları götürmə, adam var idi deyəcəydim o Coşqundan götürəcək idi, pulu da verəcək idi, sənin də pulunu verəcəkdim, sən mənim bütün işlərimi pozdun, qoy səndə qalsın mən sənə deyəcəm”, həmin bükümləri olduğu kimi selofanda şüşə bankaya qoyaraq həyətlərindəki köhnə təndir damında gizlədib saxlayıbdır, bir müddət sonra o, Əmirə pulunu qaytarmasını istəyibdir, 10-15 gün Əmir onun telefonlarına cavab verməyibdir, onun belində “yırtıq” olduğu üçün bel ağrısından əziyyət çəkir, buna görə də Əmir ağrılarını götürməsi üçün ona həmin narkotik vasitədən istifadə etməsini deyibdir, o da bir dəfə 21 mart 2021-ci il tarixdə həmin narkotik vasitədən düzgün istifadə etmədiyi üçün dörd gün halı pisləşibdir, ondan sonra o həmin narkotik vasitədən bir daha istifadə etməyibdir, havalar getdikcə isinməyə başladığından həyət-bacanın təmizlik vaxtı ailə üzvləri təndir damında təmizlik aparacaqlarından həmin narkotiki görə biləcəklərindən ehtiyat etdiyi üçün və onun narkotik istifadə etdiyini bilməmələri üçün o, şüşə adlanan narkotik vasitəni aparıb onunla eyni qəsəbədə, tək yaşayan xaloğlusu Nemətin həyətindəki uçuq əl damında gizlədibdir, Nemət tək yaşayıbdır, Nemət işdə olarkən onun xəbəri olmadan gedib mart ayının təxminən 25-26-sı Nemətin evdə olmadığı vaxtda narkotik vasitəni saxladığı şüşə bankanı aparıb, Nemətin həyətindəki əl damında şüşə butulkaların arasında gizlədib, üstünü əski ilə örtübdür, 06 aprel 2021-ci il tarixdə saat 11 radələrində özünə məxsus idarə etdiyi Pegout markalı avtomobillə Naxçıvan şəhərinə, Cahan bazarına gedən zaman, bazara çatmağına az qalmış, şəhər məhkəməsinin yaxınlığında iki nəfər mülki geyimdə olan şəxs avtomobilini saxladıb və ona özlərini polis kimi təqdim edərək, onu narkotik vasitə istifadə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirib, onu Naxçıvan Şəhər Polis İdarəsinə dəvət ediblər, idarədə iki nəfər hal şahidi dəvət edib, hüquq və vəzifələrini izah etdikdən sonra üzərlərində şəxsi axtarış aparılacağını, üzərində narkotik vasitə, dövriyyəsi qanunla qadağan olunmuş, həmçinin cinayət yolu ilə əldə olunmuş hər hansı bir əşya varsa könüllü təqdim etməyi deyiblər, həmin vaxt o, polis əməkdaşlarının danışığından onda narkotik olduğu barədə polis əməkdaşlarında kifayət qədər məlumat olduğunu hiss edib, qorxduğu və həmin narkotik vasitədən canını qutarmaq istədiyindən polis əməkdaşlarına üzərində narkotik vasitə və qanunla qadağan olunmuş heç bir əşya olmadığını, lakin onda “şüşə” adlanan narkotik maddə olduğunu, Cəhri qəsəbəsində tək yaşayan xaloğlusu Nemətdən xəbərsiz onun həyətində gizlətdiyini deyibdir, bundan sonra polis əməkdaşları və hal şahidlərinin iştirakı ilə üzərində axtarış aparıldığını və qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmadığını, daha sonra polis əməkdaşları ilə birlikdə xalaoğlusu Nemətin yaşadığı evə gediblər, xaloğlusu Nemətin evdə olmadığına görə zəng vurub Neməti evə çağırıblar, Nemət gəldikdən sonra isə polis əməkdaşları Nemətə "Nurlan sənin evində şüşə adlanan narkotik vasitə gizlədib" bildiriblər, xaloğlusu Nemət də evində baxış aparılmasına razılıq verməsi barədə ərizə veribdir, bundan sonra kəntdən iki hal şahidi dəvət olunub və hal şahidləri ilə aralarındakı münasibət yoxlanıldıqdan sonra baxış keçirilməsinə başlanılıbdır, baxış zamanı o, xalaoğlusu Nemətin həyətindəki eyvana qalxaraq oradakı uçuq damı polis əməkdaşlarına göstərib və orada gizlətdiyini bildiribdir, o, uçuq damın içərisindəki toyuq damının üstünə yığılmış, şüşə butulkaların arasından selofan torbada, içərisində şüşə adlanan narkotik vasitə olan şüşə bankanı çıxarıb polis əməkdaşına təqdim edibdir, hal şahidlərinin iştirakı ilə həmin şüşə banka açılıb və içərisində 28 ədəd selofan büküm olduğu məlum olubdur, bükümlərdən biri açıldıqda içərisində ağ rəngli, kristal formalı kütləni görüb, polis əməkdaşları həmin kütlənin “metamfetamin” psixotrop maddəsinə bənzədiyini bildiriblər, həmin bükümləri yenidən bağlayaraq şüşə bankaya qoyub, eynilə selofan torbaya qablaşdırıb polislər tərəfindən möhürlənərək götürülübdür, bununla bağlı tərtib olunmuş protokol və bağlamanın üzəri özü də daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanıbdır. Sonda təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs özündə olan psixotrop maddədən satış və başqa məqsədlərlə heç kimə vermədiyini, psixotrop maddəni əldə etdiyi təxminən bir aydan artıq müddətdə bir dəfə özünün istifadə etdiyini, əvvəllər İrana gedərkən Əmir adlı şəxsdən narkotik alıb İranda istifadə etdiyini, ondan heç vaxt narkotik vasitə göndərməsini istəmədiyini, göndərdiyi narkotik vasitəni isə göndərdikdən sonra daşın içərisində narkotik vasitə göndərdiyini bildiyini, həmin daşları Culfa rayon Yayıcı kəndində yaşayan Coşqun adlı şəxsdən götürdüyünü, Culfa rayon Yayıcı kəndində yaşayan Coşqun adlı şəxsi tanımadığını, həmin şəxsin nömrəsini ona iranlı Əmirin verdiyini, X12 vasitəsi ilə ona əvvəllər narkotik vasitə və ya psixotrop maddə göndərmədiyini, beton döşəmə daşlarının içərisində psixotrop maddə olduğunu Coşqunun bilmədiyini, Əmirin göndərdiyi beton döşəmələrin kağız karobkaya yığılıb bağlandığını, daşları bağlı vəziyyətdə götürdüyünü, Naxçıvanda narkotik vasitələr və psixotrop maddə aldığı şəxslərin olmadığını, əvvəllər İrana gedəndə orada Əmirdən alıb istifadə etdiyini, narkotik vasitə və ya psixotrop maddə qəbul etdiyindən ailə üzvlərinin xəbərlərinin olmadığını, sonuncu dəfə həmin maddəni Nemətin həyətində gizlədərkən istifadə etdiyini, ondan sonra istifadə etmədiyini, narkotik maddələrə aludəçiliyinin olmadığını, Əmir adlı şəxsin iranlı olduğunu, onunla narkotik vastələrin və psixotrop maddələrin dövriyyəsi ilə bağlı heç bir əlaqəsinin olmadığını, İrana getdiyi vaxtlar ondan narkotik vasitə olan marixuana və "qara" adlandırılan “metamfetamin” alıb istifadə etdiyini, Əmirin ona psixotrop maddə göndərdiyindən xəbərsiz olduğunu, bununla bağlı onunla heç bir danışığının və razılaşmalarının olmadığını, psixotrop maddəni göndərməyinə görə ona pul göndərmədiyini, avtomobili İran istehsalı olduğu üçün sıradan çıxan avtomobil hissələrini bir qayda olaraq İrandan aldığını, hətta bir neçə dəfə avtomobil hissələri və elektrik cihazları alıb göndərməsi üçün Əmirə pul göndərdiyini, Əmirində onun istədiklərini alıb göndərdiyini, 620 manat pulu da avtomobilinə ehtiyyat hissələri alması üçün göndərdiyini, Əmirə bir neçə dəfə zəng edib avtomobil hissələrini ya da pulunu göndərməsini tələb etsə də, Əmirin ona psixotrop maddə göndərəcəyini ümumiyyətlə bilmədiyini, Əmir adlı şəxsin içərisində “metamfetamin” psixotrop maddəsi göndərdiyi həmin tökmə beton döşəmə daşları gətirib həyətlərindəki samanlığa qoyduğunu, qalınlığına görə fərqlənən, içərisində metamfetamin psixotrop maddəsi göndərilən həmin tökmə beton döşəmə daşını isə qırıb təndir damına atdığını, əvvəllər məhkum olmasına gəldikdə isə 2001-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərində cinayət torətdiyinə görə tutulduğunu, bir ildən çox məhkəmə çəkdikdən sonra azadlığa buraxıldığını və azadlığa buraxılmasına dair ona verilmiş sənədi həmin dövrdəki hərbi komisarlığa təqdim edərək hərbi xidmət keçmədən, hərbi bilet alıb ehtiyata buraxıldığını bildirmiş, məhkəmədən ailəli olmasını, himayəsində iki azyaşlı uşağın olmasını, özünün, həyat yoldaşı və uşağının xəstə olduqlarını, əməlindən peşman olmasını bildirərək məhkəmədən ona cəza təyin edilərkən bu halların nəzərə alınmasını və məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, etdiyi əməldən peşmandır, istintaqa verdiyi ifadəsini təsdiqləyir, O, fərdi qaydada evlərdə usta işləyir, əvvəllər 10 il qabaq narkotikdən istifadə edibdir, sonra ürək döyüntüsü olduğu üçün istifadə etməyibdir, İran İslam Respublikasının Təbriz şəhərindən elektrik əşyaları almağa gedibdir, həmin vaxt Məhşəd şəhərinə gedən zaman Əmiri tanıyıbdır, Əmir ona “bizlə bir nəfər də gedəcək” o da razılaşıb, Əmirlə münasibləri o zamandan başlayıbdır, Əmirlə münasibətləri yaxşı olubdur, o, İranda olanda Əmir ona onlarla birlikdə gedən adamların narkotik istifadə etdiklərini deyib, o da Əmirə ona da gətirməsini istəyib, Əmirdə ona çətənə gətirib o da istifadə edibdir, o, narkotikdən İranda olan zaman istifadə edibdir, o İrana gedəndə Əmirlə görüşüb o da ona “tiryək” gətirib ona “yandır tüstusünü çək ağrıların keçəcək” deyibdir, o, Əmirə birinci 400 manat göndərib o da “azdı 220 manat da göndər” deyibdir, 400 manat pulu tanımadığı şəxsə veribdir, sonra Əmir ona 220 manatı Coşquna verməsini deyibdir, o, Coşqunu tanımayıbdır, Əmir ona kafelin şəkillərini çəkib telefonuna göndərib, ona “Coşqunun kafelləri yarımçıq qalıb ona kafel tapmaq lazımdı” deyibdir, o da axtarıb o cür kafelləri tapa bilməyibdir, Coşqun ona zəng vurub daşların gəldiyini deyibdir, daşları götürəndən sonra onunla Coşqunun əlaqəsi kəsilibdir, Əmir ona 120 manat pulu Coşquna verib getməsini deyibdir, orada olan vaxt o, Əmir ilə telefonla danışıb, Əmir ona “sən daşları götürmə get”, sonra Coşqun ona deyib o da daşları aparıbdır, fikirləşib ki, aparıb pulunu alar, Coşqun daşları maşına qoyubdur, sonra Əmirə zəng edib daşları götürdüyünü deyibdir, Əmir ona “sən niyə götürdün o daşları götürdünsə də eybi yox apar evə mən deyəcəm arvad gəlib götürəcək səndən” iki gün sonra Əmirlə danışıb o da “daşların biri qalındır onu götür” o da götürəndə daşın arxasının uçuq olduğunu görüb, həmin daşın içindən 28 büküm çıxıbdır Əmirə zəng edib “bəs bu nədir” deyibdir, o da ona “metamfetamindir sən niyə belə etdin mənim işimi korladın” o, daşları aparıb Coşquna verməyib səhvlik edibdir, o Əmir ilə danışanda ona “ondan istifadə et belinin ağrıları keçəcək” o da düzgün istifadə etmədiyinə görə 4 gün özünə gələ bilməyibdir, sonra o, həmin narkotikləri aparıb xala oğlusunun həyətindəki köhnə uçuq damda gizlədibdir, o, bir dəfə istifadə edibdir, əvvəllər istifadə etdiyi narkotik bel ağrılarına təsir etməyirdi, 2001-ci il ildə Türkiyə Respublikasında alacaq üstündə dava etdiyinə görə tutulub bir ildən çox məhkəmə prosesi gedibdir, sonra ona bəraət veriblər, məhkəmə zamanı məlum olubdur ki, o, öz pulunu istəyibdir və qanunsuz heç nə etməyibdir. Müdafiəçinin sullarını cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, Coşqunu o, 2020-ci ilin oktyabrnoyabr aylarından tanıyıbdır, Əmir ona “Coşqunun kafeli yoxdur ona kafel tapmağa kömək etmək lazımdır” deyib və lazım olan kafellərin şəkillərini ona göndərib, tanışlıqları o vaxtdan yaranıb, döşəmə daşları Gömrükdən Coşqun götürübdür, həmin daşlar Coşqunun adına göndərilibdir, döşəmə daşlarına görə gömrükdə 240 manat pul istəyiblər, döşəmə daşları olan bağlamanı açan vaxt arxası qopuq olubdur, bu barədə Coşquna zəng vurmayıbdır, o, Əmirə zəng vurub soruşub bu nədir, o da “sən niyə götürdün mənim işimi pozdun” deyibdir, o, Əmirə “pulumu ver sonra mən bunu kimə desən verim” deyibdir, amma o, pulunu alan kimi narkotik maddəni polisə verəcəyi barədə düşünübdür, polislər onu saxlayıb üzərini axtaran zaman onu narkotikə görə saxladıqlarını bildiriblər, o da onda narkotik olduğunu etiraf edibdir, bundan sonra polislər narkotikləri gizlətdikləri yerdən gedib götürüblər. Əlavə olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, Əmirdən pulunu aldıqdan sonra psixotrop maddəni polisə verməsini düşünübdür, Ona Türkiyə Respublikasında barəsində olan cinayət işi ilə bağlı onun bəraət alması barədə sənəd veriblər o da, həmin sənədi itiribdir, o narkotik aludəçisi deyil, o həmin narkotikdən bir dəfə istifadə edibdir, onun narkomaniyadan müalicəyə ehtiyacı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Naxçıvan Şəhər Polis İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində Babək rayon Cəhri qəsəbəsi sakini Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamin əldə edərək saxlaması və istifadə etməsi barədə daxil olmuş məlumata əsasən həmkarı Şahid2 ilə birlikdə keçirdikləri əməliyyat tədbiri zamanı 06 aprel 2021-ci il tarixdə saat 11 radələrində Naxçıvan şəhəri Ə.Əliyev küçəsində, Naxçıvan Şəhər Məhkəməsinin yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili saxladaraq, ona narkotik vasitə əldə edib saxlamaqda və istifadə etməkdə şübhəli olduğu bildirilərək, onu Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etdiklərini, İdarədə dəvət olunmuş iki nəfər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zamanı onun üzərindən dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmasa da, Təqsirləndirilən şəxs özündə olan “metamfetamin” psixotrop maddəsini Babək rayon Cəhri qəsəbəsində tək yaşayan xalası oğlu Şahid5 xəbərsiz onun yaşadığı evin həyətindəki uçuq əl damında gizlədərək saxladığını bildirdiyini, həmin gün saat 13 radələrində Təqsirləndirilən şəxsla birlikdə Babək rayon Cəhri qəsəbəsinə Şahid5 evinə getdiklərini, Neməti çağırıb olanlarla bağlı ona məlumat verdiklərini, Nurlanın onun evində saxladığı psixotrop maddə olan metamfetaminin götrülməsi üçün Şahid5 evinə baxış keçrilməsinə razılıq ərizəsi verdiyini, iki nəfər hal şahidi dəvət edilib, onların arasında olan münasibəti yoxlayaraq onlara hüquq və vəzifələrinin izah edildiyini, baxış zamanı Təqsirləndirilən şəxs Nemətin həyətindəki uçuq əldamını göstərərək psixotrop maddəni orada gizlətdiyini bildirib, uçuq əldamın içərisindəki toyuq damının üstünə yığılmış, şüşə butulkaların arasından götürdüyü selofan torbanı təqdim edərək, içərisində şüşə adlanan narkotik vasitə olduğunu bildirdiyini, hal şahidlərinin iştirakı ilə həmin selofan torba açıldıqda içərisində şüşə banka, bankanın içərisində isə 28 ədəd selofan büküm olduğu müəyyən edildiyini, bükümlərdən biri açıldıqda içərisində ağ rəngli, kristal formalı “metamfetamin” psixotrop maddəsinə bənzər kütlə olduğunu gördüklərini, həmin bükümlər elektron tərəzidə çəkilərək selofanla birlikdə ümumi çəkisinin 31.54 qram olduğu müəyyən edildiyini, bükümləri yenidən bağlayaraq şüşə bankaya qoyub, eynilə selofan torbaya qablaşdırıb möhürləyərək götürdüklərini, tərtib olunmuş protokolun və bağlamanın üzərinin bütün iştirakçılar tərəfindən imzalandığını, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 28 ədəd şəffaf rəngli selofan bükümdə, ağ rəngli, kristal və toz halında olan “metamfetamin” psixotrop maddəsinə bənzər kütlənin psixotrop maddə olub-olmamasını müəyyən etmək məqsədilə 06 aprel 2021-ci il tarixdə “məhkəmə-kimyəvi” ekspertizasına təqdim edildiyini, Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış ekspert arayışına əsasən, təmiz çəkisi 24.670 qram olan ağ rəngli kristal və toz şəkilli hissəciklərdən ibarət maddənin, kustar üsulla hazırlanmış psixotrop maddə olan “metamfetamin” olduğu müəyyən edildiyini, Təqsirləndirilən şəxs başqa şəxslərlə birlikdə narkotik vasitə istifadə edib etməməsini, hər hansı bir şəxs və ya şəxslərə narkotik vasitə və ya psixotrop maddə satıb satmamasını öyrənmək məqsədi ilə bir sıra tədbirlər keçirsələrdə hər hansı bir məlumat əldə etməyin mümkün olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Naxçıvan Şəhər Polis İdarəsinin əməliyyat müvəkkili X10 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə veribdir. Məhkəmədə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Culfa rayon Yaycı kəndində yaşayır, öz kəndlərində xarrat işləyir, Təqsirləndirilən şəxs ilə heç bir tanışlığı yoxdur. 2021-ci ilin fevral ayının axırlarından Nurlanı tanıyır, onu əvvəlcədən tanımayıbdır, aralarında heç bir ədavət, düşmənçilik və ya qohumçuluq münasibəti olmayıbdır, evini təmir edən zaman İrandan kafel alıbdır, təmir zamanı hamam otağında, kafel bir yerdə yarımçıq qalıbdır, pandemiyaya görə yollar bağlı olduğundan İrana gedə bilməyibdir, Naxçıvanda da nə qədər axtarsa həmin kafeldən tapa bilməyibdir, İrandan kafelləri alarkən kafel aldığı mağazanın kart viziti onda olubdur, məcbur qalıb mağazada işləyən Əsgər adlı şəxsə zəng vurub onunla danışıb kafellərin şəklini çəkib ona göndəribdir, Əsgər də ona lazım olan kafelləri şoferlə göndərəcəyini deyibdir, onunla razılaşıb kafelləri 2020-ci ilin noyabr ayının əvvəllərində sifariş versə də Əsgər kafelləri göndərməyibdir, o, bir müddət sonra Əsgərə təkrar zəng vurub Əsgər ona “Vəli adlı şəxs var ona verəcəm gətirəcək” deyibdir, Əsgərlə danışdıqdan bir neçə saat sonra, iran nömrəsindən vatçapına mesaj gəlibdir, mesajda ”salam mən taksi şoferiyəm, adım Əmirdi sizin daşları Əsgər mənə verib, həmin daşları sizə göndərəcəyəm" yazılıbdır, həmin iranlıya vatçapla zəng vurub daşları nə zaman göndərəcəyini soruşub, o da ona daşlarını gömrükdə Vəli adlı şəxsə vermişəm o, sənə göndərəcək, hardasa mart ayında Vəli adlı iranlı ona zəng edib “bir qadının da daşları var, onunda işi sizin kimi yarımçıq qalıb onlarda sənin kafellərlə birlikdə gələcək”, o həmin qadının daşlarının onun kafelləri ilə birlikdə göndərilməsini istəmədiyini deyibdir, bir neçə gün sonra ona zəng vurub kafellərinin gəldiyini gəlib götürməsini deyiblər, o da Culfa gömrüyünə gedib, kafel və daşların rüsumu çox olduğu üçün götürməyibdir, 10-15 gün sonra onu yenə Culfa gömrüyünə çağırıblar, o da gedib 2 ədəd bağlamada olan 6 ədəd daşı götürüb avtomobilinə qoyaraq gedibdir, daşlar 40x40 ölçüdə, krem rəngli, üstü naxışlı daşlar olubdur, daşlar bağlamada olduğuna görə əlamətlərini tam deyə bilmir, naxışları da yadından çıxıbdır, Nurlan ona zəng vurub “daşlar var götürməliyəm” deyibdir, o, da Nurlan ilə daşları götürmək üçün gedibdir, onun həmin daşların içərisində Nurlana metamfetamin psixotrop maddəsi göndərilməsi barədə məlumatı olmayıbdır. Proses iştirakçılarının suallarını cavablandıran Şahid6 bildirdi ki, o, Əsgəri 2016-2017-ci ildə tanıyır, o, ondan bir dəfə 50 kvadrat kafel alıbdır, o, sürücü Vəlini tanımayıbdır, o, kafelləri götürəndə Vəli ona “sənin kafellərlə birgə daşlar da göndərmişəm” deyibdir, o da cavabında “niyə göndərmisən” deyibdir, özünün kafellərini götürəndə daşlar da orada olubdur, o, Əmiri tanımırdı, o, Nurlanı iki dəfə görübdür, Nurlan Culfaya gəlib-getdikdən 10-15 gün sonra birdə gəlibdir, birinci dəfə rüsum çox olduğu üçün daşları götürməyibdir, Nurlan ona bir dəfə 60 manat pul veribdir, o, Nurlandan 60 manatdan artıq pul almayıbdır, ona Nurlan zəng edib kafelləri götürməsini deyibdir, həmin vaxt Nurlan özü də gəlibdir, 2 bağlamada 6 ədəd daş olub, hamısı eyni olubdur, daşları üzü bağlı olduğu üçün görünməyibdir, “izalentli” yerdən görünürdü ki ağ daşlardır, o, daşları götürüb evə gedibdir, ona Nurlan zəng edib gəlib daşlara baxıbdır, Nurlan özü gəlib daşları götürübdür, Nurlan ona daşları aparacağını deyib, o da heçnə deməyibdir, o, daşları gömrükdən götürən vaxt heç kəsə zəng etməyib, Nurlan özü ona zəng edibdir. Müdafiəçinin suallarını cavablandıran Şahid6 ifadəsində göstərdi ki, birinci dəfə Vəli ona daşların gələcəyini deyibdir, o, kafel və daşlarla birlikdə 138 manat pul rüsum veribdir, Nurlan ona 60 manat pul veribdir, o, həmin vaxt orada heçnə deməyibdir, o, kafellərinin gəldiyinə görə sevinirdi, kafelləri tapa bilmirdi, başqa heçnə fikirləşmirdi, o, bilmirdi daşlar kimindir, bir qadının götürəcəyini demişdilər, o, Vəliyə dəfələrlə zəng edib qadın kimdirsə gəlib daşı götürməsini istəyibdir, Nurlan daşları ondan götürəndən sonra onunla əlaqələri olmayıbdır. Əlavə olaraq sualları cavablandıran Şahid6 bildirdi ki, Nurlan ona zəng edib “səndə bahalı daşlar var gəlim götürüm, bahalı olsa satacam olmasa verəcəm qadına” deyibdir, Əsgər ilə birlikdə kafel almağa gedəndə Əmir də onlarla gedibdir, Əmiri həmin vaxt tanıyıbdır, onların bu söhbəti 2021-ci ilinin fevral ayı olub, o, kafelləri noyabr ayı sifariş verib, kafellər isə yanvar ayı gəlib qalıb Culfa terminalında, ona görə ki, 138 manat rüsum ödənilməli idi, onun gömrükdə 6 ədəd kafeli olubdur, Vəli ona daşları da göndərəcəyini deyəndə o, etiraz edibdir, lakin o yenə də daşları da göndəribdir, daşlar gələndə o, Əmirə zəng edib Vəlinin onun kafelləri ilə birlikdə daşları da göndərdiyini deyibdir, onun rüsumunun 138 manat etdiyini deyibdir, o da britəhər edib pulunu verin deyibdir, o, Nurlana daşları aparmasını deməyibdir, ona daşları gəlib götürəcəklərini deyiblər, daşları Vəliyə verən Əmir olubdur, o, Vəliyə daşların gəldiyini deyibdir, daşların pulunu Əmirə verməli olduğuna ona görə ona zəng vurubdur, daşları götürəndə Nurlan ona 60 manat pul veribdir, Nurlan Əmirin ona daşları götürməsini deyibdir, o, Vəliyə “daşlar gəlib kimindirsə gəlsin aparsın” deyib, o təkid edibdir ki, həmin adamın nömrəsini desin zəng vursun o da gəlsin aparsın, o, pulunu almaq üçün təkid edibdir, o, daşlar və kafellərlə birgə 200 manat xərci çıxıbdır, o, daşları gətirən taksiyə verdiyi 40 manat pulu istəməyibdir, o, kafellərinin gəldiyi üçün sevinirdi, ona görə 138 manat rüsum ödəyibdir, həmin daşlar Nurlana deyil, tanımadığı qadına göndərilibdir, çünki Əmir ona “yəqin Vəli tapıb o daşları qadına göndərib” deyibdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Babək rayon Cəhri qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayır, Təqsirləndirilən şəxs və Şahid5 onun həmkəndliləridir, 06 aprel 2021-ci il tarixdə saat 13 radələrində yaşadığı Babək rayon Cəhri qəsəbəsində kənd mərkəzindən evinə gedərkən “Mərasim Evinin” yaxınlığında kəndin polis sahə inspektoru ona yaxınlaşıb Şahid5 yaşadığı evdə psixotrop maddə olduğundan şübhə edildiyinə görə onun evinə baxış keçriləcəyini deyib, baxış keçirilərkən hal şahidi kimi iştirak etməsini ondan xahiş edibdir, o da təklifi qəbul edibdir, həmin vaxt onunla birlikdə həmkəndliləri Şahid4 da hal şahidi kimi iştirak edibdir, baxış zamanı, Təqsirləndirilən şəxs özündə olan “şüşə” adlanan narkotik maddəni Nemətdən xəbərsiz onun həyətində gizlətdiyini deyib, həyətdəki uçuq əldamını göstərərək psixotrop maddəni orada gizlətdiyini deyib, uçuq əldamın içərisindəki toyuq damının üstünə yığılmış, şüşə butulkaların arasından götürdüyü selofan torbanı polis əməkdaşlarına təqdim edərək, içərisində “şüşə” adlanan narkotik vasitə olduğunu bildiribdir, həmin selofan torba açıldıqda içərisində şüşə banka, bankanın içərisində isə selofana bükülmüş, bükümlərin olduğunu görübdür, bükümlər sayıldıqda 28 ədəd selofan büküm olduğu müəyyən edilibdir, polis əməkdaşları tərəfindən bükümlərdən biri açıldıqda içərisində ağ rəngli, kristal formalı maddənin olduğunu görüblər, polis əməkdaşlarının həmin maddənin metamfetamin psixotrop maddəsinə bənzər kütlə olduğunu deyiblər, bükümlər elektron tərəzidə çəkilərək selofanla birlikdə ümumi çəkisinin 31.54 qram olduğu müəyyən edilibdir, polis əməkdaşları həmin bükümləri yenidən bağlayaraq şüşə bankaya qoyub, eynilə selofan torbaya qablaşdırıb möhürləyərək götürüblər, bununla bağlı tərtib olunmuş protokol və bağlamanın üzəri bütün iştirakçılar tərəfindən imzalanıbdır, o, Təqsirləndirilən şəxs həmkəndlisidir, onu əvvəlcədən tanıyır, lakin onun narkotik vasitə istifadəçisi olduğunu bilməyibdir, ilk dəfə xalası oğlu Nemətin həyətindən polis əməkdaşları tərəfindən narkotik vasitə aşkar edilib götürüldüyü vaxt onun narkotik vasitə istifadəçisi olduğunu bilibdir. Məhkəmə istintaqı zamanı hal şahidi Şahid4 ibtidai istintaq zamanı digər hal şahidi Şahid3 ifadəsinə oxşar məzmunlu ifadəsi elan edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, Babək rayon Cəhri qəsəbəsində yaşayır, Təqsirləndirilən şəxs onun doğma xalası oğludur, 06 aprel 2021-ci il tarixdə saat 13 radələrində, qəsəbənin polis sahə inspektoru ona zəng vuraraq yaşadığı evə gəlməsini bildiribdir, həmin vaxt o bacısı gilə gedirdi, o, evə gəldikdə polis əməkdaşları xalası oğlu Təqsirləndirilən şəxsla birlikdə onun yaşadığı evin qapısında olduqlarını görübdür, onlardan nə olduğunu soruşduqda, polis əməkdaşları ona "xalan oğlu Nurlan narkotik vasitə istifadə etməkdə və saxlamaqda şübhəli bilinərək saxlanılıb və o, özündə olan narkotik vasitəni sizin həyətinizdəki uçuq əl damında gizlətdiyini bildirir, ona görə də həmin narkotik vasitənin götürülməsi üçün sizin həyətinizə və evinizə baxış keçrilməlidir" bildiriblər, həyətinə və evinə baxış keçirilməsi barədə razılıq ərizəsi verdikdən sonra, polis əməkdaşları iki nəfər hal şahidi dəvət edib onun həyətinə baxış keçirməyə başlayıblar, baxış zamanı Nurlanın həyətdə yerləşən əl damında toyuq saxlamaq üçün tikdiyi balaca damın üstündəki şüşə butulkaların arasından selofan torbanı çıxarıb polis əməkdaşlarına veribdir, həmin torba polis əməkdaşları tərəfindən açıldıqda içərisində selofan bükümlər olan şüşə banka olduğu müəyyən edilibdir, sayıldıqda bankanın içərisində 28 büküm olubdur, bükümlərdən biri açıldıqda içərisində ağ rəngli, kristal formalı maddə olduğu müəyyən olunubdur, polis əməkdaşları həmin maddənin metamfetamin psixotrop maddəsinə bənzər maddə olduğunu deyiblər, həmin bükümlər yenidən eynilə olduğu kimi bağlanaraq elektron tərəzidə çəkilib qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülübdür, baxış keçirilməsilə bağlı tərtib olunan protokol və bağlamanın üzəri özü də daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanıbdır, polis əməkdaşlarının ondan Nurlanın onun yaşadığı evdə başqa narkotik maddə gizlədib-gizlətmədiyini soruşanda, onlara Nurlanın hər hansı bir yerdə narkotik vasitə gizlədibgizlətmədiyini bilmədiyini, bu gizlətdiyi narkotik vasitədən xəbərinin olmadığını, “Nurlanın özündən soruşun əgər hardasa gizlədibsə desin deyə” bildiribdir, onun Nurlanda həmin narkotik vasitənin olduğundan əvvəlcədən xəbəri olmayıbdır, həmin narkotik vasitənin olmasını həmin narkotik vasitə aşkar edilib götürülərkən görübdür, Nurlanın son vaxtlarda onun narkotik vasitə istifadə etdiyindən xəbəri olmayıbdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X1 olaraq ifadə verərək öz ifadəsində Babək rayon Cəhri qəsəbəsində yaşadığını, təqaüdçü olduğunu, oğlu Nurlanın mülayim xasiyyətli olub həmişə ailəsinin və valideyinlərinin qayğısına qaldığını, yaşadıqları Cəhri qəsəbəsindəki məhəllələrində Nurlanın öz hərəkətləri və davranışları ilə qonşuların hörmətini qazandığını, oğlu Nurlanın asma tavan, alçı-boya ustası işləyərək öz əlinin halal zəhməti ilə pul qazanaraq ailəsini saxladığını, onun bir dəfə də olsun belə ailəsinə və qonşuluqda yaşayan şəxslərə qarşı pis münasibətdə olmadığını, 06 aprel 2021-ci il tarixdə Nurlanın narkotik vasitələrdən istifadə etdiyi üçün Naxçıvan şəhərində polis əməkdaşları tərəfindən saxlanılaraq gizlətdiyi yerdən psixotrop maddənin aşkar olunduğunu eşidəndə buna inanmadığını, çünki bir valideyn kimi Nurlanın bu cür işlərlə məşğul olduğunu əvvəlcədən bilmədiyini, Nurlan tutulduqdan sonra yaşadıqları evdə həmin psixotrop maddədən olduğu ehtimal edildiyindən öz razılıq ərizəsinə əsasən yaşadıqları Babək rayon Cəhri qəsəbəsindəki evində axtarış aparıldığını, axtarış zamanı yaşadıqları evdən narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilmədiyini, polis əməkdaşları saman damında və təndir damında axtarış apararkən, saman damında olan beş ədəd döşəmə daşını və eyni zamanda təndir damından həmin daşdan bir ədədinin parçalarını aşkar edib götürərək, onlara Nurlanın dediyinə görə iranlı Əmir adlı şəxs psixotrop maddəni ona həmin daşın içərisində göndərib dediklərini, həmin parçalanmış daşı digər bütöv daşlarla müqayisə etdikdə parçalara ayrılmış daşın digər daşlardan qalın olduğu və parçaların üzərində müəyyən izlərin olduğunu gördüklərini, polis əməkdaşlarının evində aparılan axtarışla əlaqədar protokol tərtib edib həmin daşların götürülməsi ilə əlaqədar protokolda qeydlər aparmaqla daşları götürdüklərini, Nurlanın həmişə ailələrinə qarşı yaxşı münasibətdə olduğunu, onun heç bir pis cəhətini görmədiyini, heç vaxt onda hər hansı bir dəyişiklik hiss etmədiyini, onun narkotikdən istifadə etdiyini o, tutulduqdan sonra bildiyini və əgər əvvəlcədən bilsəydi onu bu yoldan çəkindirəcəyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs qonşusu Rəfail Əliyev dindirilən zaman Sübhan Novruzovun ifadəsinə oxşar məzmunda ifadə veribdir. Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməli özünün səmimi etirafı ilə yanaşı, iş üzrə aparılmış digər istintaq sənədləri, iş üzrə dindirilmiş şəxslərin ifadələri, 06 aprel 2021-ci il tarixli baxış protokolu, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21.04.2021-ci il tarixli, 91 nömrəli, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X2 Ambulator Məhkəmə Narkoloji ekspertizasının 19 aprel 2021-ci il tarixli 23 saylı ekspert rəyləri ilə və cinayət işinin materiallarında olan digər hüquqi sənədlərlə tam sübuta yetir. Belə ki, “Baxış və götürmə barədə” 06.04.2021-ci il tarixli protokolda göstərilmişdir ki, narkotik vasitə və ya psixotrop maddə saxlamaqda və istifadə etməkdə şübhəli bilinərək saxlanılmış Təqsirləndirilən şəxs əldə etdiyi şüşə adlanan narkotik maddəni Babək rayonu, Cəhri qəsəbəsində yaşayan xalaoğlusu Şahid5 tək yaşadığı evin həyətindəki uçuq damda Nemətdən xəbərsiz gizlədib saxladığını bildirmiş......Təqsirləndirilən şəxs hal şahidlərin və ev sahibi xalaoğlusu Nemətin iştirakı ilə həmin uçuq dama daxil olub girişdə üz-üzə olan palçıqdan tikilmiş toyuq damının üstündəki boş şüşə sirab “butulkaların” yanında ağ əski parçasını göstərərək özündə olan narkotik maddəni həmin ağ əski parçanın altında gizlətdiyini bildirib, əski parçanı qaldıraraq orada olan şəffaf rəngli selofan torbanı götürüb təqdim edibdir.... Həmin şəffaf selofan torbanın içərisində ayrı-ayrı bükümlər müşahidə edilib, həmin bükümlər sayıldıqda 28 (iyirmi səkkiz) ədəd bükümün olduğu müəyyən edilib. Həmin bükümlər yenidən olduğu kimi qablaşdırılıb bağlanıb möhürlənərək götürülüb, elektron tərəzidə çəkilərək selefonla birlikdə ümumi çəkisinin 31.54 qram olduğu müəyyən edilibdir. Bu protokol bütün iştirakçılar tərəfindən imzalanmış, ona dair heç bir qeyd və ya etiraz olmayıbdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21.04.2021-ci il tarixli, 91 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “06.04.2021-ci il tarixdə baxış zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, bir ədəd möhürlənmiş bağlamada metamfetamin psixotrop maddəsinə bənzər kütlə...” sözləri və imzalar məzmunlu mətni olan şüşə bankada təqdim olunmuş 28 ədəd bükümdə ümumi təmiz çəkisi – 24.620 qram ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə, psixotrop olan metamfetamindir (ilkin tədqiqat zamanı metamfetaminin təmiz çəkisi 24,620 qr, tədqiqata sərf edilibdir 0,05 qr., qalıq 24.570 qr.). İş materiallarında olan 21 aprel 2021-ci il tarixli akt ilə müəyyən olunur ki, metamfetamin psixotrop maddəsi saxlanılması üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin saxlanc otağında saxlanılmaya verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 28 ədəd bükümdə, ümumi təmiz çəkisi 24.670 qram psixotrop maddə olan metamfetaminin 0.05 qramı ilkin tədqiqat zamanı, 0.05 qramı isə kimyəvi ekspertiza zamanı tədqiqata sərf edilmişdir, qalıq 24.570 qram qalmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X5 tərəfindən verilmiş Ambulator Məhkəmə Narkoloji ekspertizasının 19 aprel 2021-ci il tarixli, 23 saylı ekspert rəyində Təqsirləndirilən şəxs epizodik forma metamfetamin qəbulu nəticəsində toksikomaniya xəstəliyi aşkar olunduğunu, hazırda məcburi müalicəyə ehtiyacının olmadığı göstərilmişdir. Naxçıvan MR Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat statistik informasiya bölməsinin 19 aprel 2021-ci il tarixli, 2/1501 nömrəli məktubla daxil olmuş tələbnaməsi ilə Təqsirləndirilən şəxs Türkiyə Respublikasında silahlı qasp cinayəti törətdiyinə görə 21.01.2001-ci il tarixdə Bakırköy 3 Sülh Cəza Məhkəməsi tərəfindən həbs edildiyi və Türkiyə Respublikası Bakırköy 3 Sülh Cəza Məhkəməsinin 16.07.2002-ci il tarixli hökmü ilə 12 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası aldığı, lakin azadlığa buraxılmasına dair heç bir qeydiyyat aparılmasa da ibtidai istintaq zamanı əldə edilmiş məlumatlara görə Təqsirləndirilən şəxs cəzasını çəkib azadlığa buraxıldığı gündən səkkiz ildən artıq müddət keçdiyinə görə onun məhkumluğu ödənilmiş hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarına əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuşdur (4-cü bənd). “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan metamfetamin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3- cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəzası nəzərdə tutulduğundan məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CMnin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Naxçıvan MR Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat statistik informasiya bölməsinin məktubundan Təqsirləndirilən şəxs Türkiyə Respublikasında silahlı qasp cinayəti törətdiyinə görə 21.01.2001-ci il tarixdə Bakırköy 3 Sülh Cəza Məhkəməsi tərəfindən həbs edildiyi və Türkiyə Respublikası Bakırköy 3 Sülh Cəza Məhkəməsinin 16.07.2002-ci il tarixli hökmü ilə 12 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası aldığı, lakin azadlığa buraxılmasına dair heç bir qeydiyyat aparılmasa da ibtidai istintaq zamanı əldə edilmiş məlumatlara görə Təqsirləndirilən şəxs cəzasını çəkib azadlığa buraxıldığı gündən məhkumluğun ödənilməsi üçün CM-nin 83-cü maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, məhkumluğu ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını, qeydiyyatda olduğu və yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənildiyindən, əvvəllər məhkum olunmamış hesab edildiyini, ailəli, himayəsində iki azyaşlı uşağın olması, özünün, həyat yoldaşı və bir uşağının xəstə olmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəza cəzaçəkmə müəssisəsində çəkməlidir. “Baxış və götürmə barədə” 06.04.2021-ci il tarixli protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs 06 aprel 2021-ci il tarixdə narkotik vasitə və ya psixotrop maddə saxlamaqda və istifadə etməkdə şübhəli bilinərək saxlanılmışdır. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı saxlandığı “06” aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına köçürülməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübutlar olan 1 (bir) ədəd kağız bağlamada olan möhürlənmiş qablaşdırılmış beton döşəmə daşları və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin saxlanc otağında saxlanılan, qalıq qalan 24.570 qram miqdarında metamfetamin psixotrop maddəsi məhv edilməlidir. İş materiallarında olan bir ədəd “DVD” formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsasların olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.1, 344-349, 351-353.1, 353.2, 353.4, 356, 358, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübutlar olan 1 (bir) ədəd kağız bağlamada olan möhürlənmiş qablaşdırılmış beton döşəmə daşları və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin saxlanc otağında saxlanılan, qalıq qalan 24.570 qram miqdarında metamfetamin psixotrop maddəsi məhv edilsin. İş materiallarında olan bir ədəd “DVD” formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar