Azərbaycan Respublikası adından HÖKM Şahbuz şəhəri İş № 1(090)-2/2023 28.04.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi əvəzi, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili Müdafiəçi iştirakları ilə; xx.xx.1990-cı il təvəllüdlü, Şahbuz rayonu, Keçili kəndində anadan olmuş, orta təhsilli, subay, iki uşaq atası, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkumluğu olmayan, müvəqqəti işsiz, Şahbuz rayonu, Keçili kəndində qeydiyyatda olan, cinayət törədən zaman Şahbuz rayonu, Şahbuz şəhəri , M.S.Ordubadi küçəsi, ev 251-də yaşayan, 21 yanvar 2023-cü il tarixdən Şahbuz Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin baxış iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah motivi ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin oktyabr ayının əvvəllərindən 11 yanvar 2023-cü il tarixləri arasında olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus Şahbuz şəhəri, M.S.Ordubadi 34 ünvanından yerləşən fermanın taxtadan olan və arxa qapı hesab olunan, sahibi Zərərçəkmiş şəxs tərəfindən, qapının çöl tərəfdən açılmasının qarşısını almaq məqsədilə içəri tərəfdən qıfılla bağlamaq üçün nəzərdə tutulmuş halqalara qıfıl əvəzinə mıx (mismar) salaraq əydiyi qapını çöl tərəfdən fiziki güc tətbiq edərək itələyib açmaqla qanunsuz daxil olaraq fermadan, sonuncuya məxsus olan 1 ədəd (dəyəri 12 manat) olan kəlbətin, 1 ədəd(dəyəri 10 manat) havatəmizləyici ventilyator, 1 ədəd(dəyəri 5 manat) yağmurluq plaş, 1 ədəd (dəyəri 35 manat) ağac dərmanlayan cihaz, 1 ədəd (dəyəri 4 manat) dəmir kəsən qayçı, 1 ədəd (dəyəri 2 manat) vintaçan, 1 ədəd (dəyəri 2 manat) sprey boya, 1 ədəd (dəyəri 5 manat) taxta və dəmir kəsən, 1 ədəd (dəyəri 6 manat) ot presi və 1 ədəd (dəyəri 27 manat) də 45 kiloqram arpa kisəni vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 108 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir (mad.143.1). Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. (mad.145.1). Məhkəmə cinayət prosessual qanunvericiliyin bu və digər tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid qismində dindirilmiş şəxsin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şahbuz rayon Keçili kəndində qeydiyyatda olmaqla Şahbuz şəhərində yaşayır, daimi yaşadığı Şahbuz şəhərində çobanlıq edibdir, evlərinin yaxınlığında Zərərçəkmiş şəxs ferması yerləşir, 2018-ci ildən həmin fermada çoban işlədiyini, 11 yanvar 2023-cü il tarixdə saat təxminən 22:00 radələrində həmin fermaya oradan ot presi oğurlamaq üçün gedibdir, fermanın arxa qapısını bərkdən itələyərək açıb və içəridə yığılmış pres tayasından 1 bağlam presi götürüb qapıdan çölə çıxıb və həmin fermaya bitişik olan əmisi Xudanın həyətinə atıbdır, sonra təkrar fermaya qayıdıb və oradan kəlbətin və aftyorkanı götürüb əmisi Xudanın həyətinə keçib, oradan isə ot presini də götürərək evlərinə gedibdir, bundan əlavə təxminən 3 ay əvvəl həmin fermadan 1 ədəd ağac dərmanlamaq üçün aparatı, 1 ədəd 45 kq-lıq arpa kisəsini, 1 ədəd plaşı, 1 ədəd dəmir kəsən qayçını, 1 ədəd najovkanı, 1 ədəd sprey boyanı və 1 ədəd hava təmizləyici ventilyatoru oğurlayıbdır, oğurladığı əşyaları evə aparıb və atasına məxsus tövlədə gizlədibdir, oğurladığı ağac dərmanlamaq üçün olan aparatla heyvanları dərmanlamaq üçün istifadə edibdir, birinci dəfə 2022-ci ilin oktyabr ayının əvvəllərində fermaya daxil olub yuxarıda göstərilən əşyaları götürüb apararkən orada olan, ot presini və vintaçanı da oğurlamaq niyyəti olubdur, lakin bu çox sayda əşyanı bir dəfəyə aparması diqqət çəkəcəyini, üstünün açılacağını və tutulmaqdan qorxduğu üçün əşyaları bir hissəsini daha sonra digərlərini gedib oradan çıxarmaq qərarına gəlibdir, buna görə də ikinci dəfə 11 yanvar 2023-cü il tarixdə həmin fermaya gizli daxil olaraq kəlbətini, ot presini və vintaçanı oradan götürüb aparıbdır, göstərdiklərindən başqa Zərərçəkmiş şəxs fermasından oğurluq etməyibdir, sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olduğunu, ilk dəfə oğurluq etməsini, öhdəsində iki azyaşlı uşağın olduğunu bildirərək məhkəmədən ona cəza təyin edilərkən bu halların nəzərə alınmasını xahiş etdi. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs fermasına gizli olaraq daxil olduğunu, məqsədinin orada olan əşyaları oğurlamaq olduğunu, amma səhv etdiyini, bu əməldən peşman olduğunu, ilk dəfə Zərərçəkmiş şəxs fermasında olan 1 ədəd ağac dərmanlamaq üçün aparatı, 1 ədəd 45 kq-lıq arpa kisəsini, 1 ədəd plaşı, 1 ədəd dəmir kəsən qayçını, 1 ədəd najovkanı, 1 ədəd sprey boyanı və 1 ədəd hava təmizləyici ventilyatoru hardasa 2022-ci ilin oktyabr ayında oğurladığını, həmin vaxt ot presini, kəlbətin və aftyorkanı də götürmək istədiyini, lakin birdən o qədər əşyaların oğurlaması diqqət çəkə biləcəyindən və tutulmasından qorxduğunu, qalan əşyaların isə bir müddət sonra götürmək qərarına gəldiyini, sonuncu dəfə də Zərərçəkmiş şəxs fermasından 1 bağlam ot presi, 1 ədəd kəlbətin və bir ədəd aftyorkanı götürdüyünü, oğurluğu barədə başqa şəxsin bilmədiyini, oğurladığı əşyaları satmadığını, oğurladığı ağac dərmanlamaq üçün olan aparatla heyvanları dərmanlamaq üçün istifadə etdiyini, digər əşyaları da gündəlik istifadə etdiyini, hal-hazırda subay olduğunu, Şahbuz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onunla sabiq arvadı X2 arasında bağlanan nikahının pozulduğunu, həmin qərar əsasən 16 iyul 2017-ci ildə doğulmuş X8 və 08 dekabr 2018-ci ildə doğulmuş X5 onun yanında saxlanıldığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2010-cu ildən fermer təsərrüfatı ilə məşğul olur, Şahbuz şəhərində ferması vardır, 08 yanvar 2023-cü il tarixdə axşam vaxtı həmin fermaya 60 ədəd ot presini fermanın içərisinə boşaltdıbdır, həmin gün Bakı şəhərindən gətirtdiyi xüsusi kəlbətini də fermaya qoyubdur, işi qutardıqdan sonra evə gedibdir, təxminən 2-3 gün sonra fermada olarkən istifadə etmək üçün vintaçan lazım olub, vintaçanı həmçinin fermaya qoyduğu xüsusi kəlbətini də tapa bilməyibdir, sonra fermanın arxa qapısının aralı olduğunu görüb, qapıya yaxınlaşıb qapının açıq olduğunu, qapının arxasına vurduğu mismarın əyildiyini və fermaya kiminsə girdiyini fikirləşibdir, qapının çöl tərəfdən açılmasının qarşısını almaq üçün içəri tərəfdən qıfılla bağlamaq üçün nəzərdə tutulmuş halqalara qıfıl əvəzinə mismar salınıdğını, həmin mismarın əyildiyini, qapıdan çölə baxanda qonşunun həyətində ot presi qalıqlarınının olmasını görüb və fermadan oğurluq olmasından şübhələndiyindən Şahbuz Rayon Polis Şöbəsinə bununla bağlı müraciət edibdir, sonradan fermaya qayıdanda fermadakı digər əşyaların yerində olub-olmadığını yoxlayan zaman hava təmizləyici ventilyatorun da olmamasını görüb və Polis Şöbəsinə bu barədə əlavə məlumat veribdir, əlavə olaraq bu hadisədən əvvəl də fermadan 1 ədəd ağac dərmanlamaq üçün aparatın, 1 ədəd yağmurluq plaşın və 1 kisə arpanın olmadığını, lakin bu oğurluqlar barədə polis şöbəsinə müraciət etmədiyini bildirdi. Proses iştirakçılarının suallarını cavablandıran zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əvvəllər onun fermasında çobanlıq etdiyini, əvvəllər də onun fermasından 1 ədəd ağac dərmanlamaq üçün aparatın, 1 ədəd yağmurluq plaşın və 1 kisə 45 kg arpanın oğurlandığını, lakin bu barədə polisə müraciət etmədiyini, həmin əşyaların oğurlanmasına əhəmiyyət vermədiyini, lakin sonuncu dəfə fermadan oğurluq olan zaman artıq onun fermasından davamlı olaraq əşyaların oğurlanması onu narahat etdyini, bu səbəbdən polisə müraciət etdiyini, daha sonra onun fermasından oğurluq edən şəxsin polislər tərəfindən tutulduğunu və həmin şəxsin qonşusu Təqsirləndirilən şəxs olduğunu öyrəndiyini, Şahid həyətindən çıxan 1 ədəd olan kəlbətin, 1 ədəd havatəmizləyici ventilyator, 1 ədəd yağmurluq plaş, 1 ədəd ağac dərmanlayan cihaz, 1 ədəd dəmir kəsən qayçı, 1 ədəd vintaçan, 1 ədəd sprey boya, 1 ədəd taxta və dəmir kəsən əşyaların onun fermasından oğurlanan əşyalar olduğunu və həmin əşyaların ona qaytarıldığını, ona vurulmuş maddi ziyan olan 1 ədəd ot presi və 1 kisə 45 kiloqram arpanın dəyəri olan 33 manat pulun Təqsirləndirilən şəxs atası Şahid tərəfindən ödənildiyini, onun təqsirləndirlən şəxsdən şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində Şahbuz rayon Şahbuz şəhərində yaşadığını, Zərərçəkmiş şəxs ilə qonşu olduğunu, Şahbuz şəhəri M.S.Ordubadi küçəsində yerləşən evində oğlu ilə birlikdə yaşadığını, oğlu Vüqarın çobanlıqla məşğul olduğunu, Vüqarın bir neçə il bundan əvvəl Şahbuz şəhər sakini Zərərçəkmiş şəxs fermasında işlədiyini, sonradan Vüqarın həmin işdən çıxdığını başqa yerdə yenə də çobanlıq etdiyini, Vüqarın Zərərçəkmiş şəxs məxsus fermadan oğurluq etməsini və oradan oğurladığı əşyaları onun yaşadığı evin arxasındakı ot damına yığması barədə əvvəlcədən məlumatının olmadığını, polis əməkdaşları onun həyətinə gəlib həmin əşyaları ot damından götürən vaxtı xəbərinin olduğunu, həmin yerə tez-tez girib-çıxdığını, həmin yerdə çoxlu avtomobil hissələri olduğuna görə Vüqarın oğurlayaraq oraya qoyduğu əşyaların gözündən yayındığını bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Şahid oğlu Vüqarın Zərərçəkmiş şəxs fermasından oğurluq etməsini, polis əməkdaşlarını onun razılığı ilə həyətə baxış keçirən zaman öyrəndiyini, oğlu Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurduğu maddi ziyan olan 33 manat pulu onun tərəfindən Zərərçəkmiş şəxs ödənildiyini, hal-hazırda oğlu Təqsirləndirilən şəxs subay olduğunu, Şahbuz rayon məhkəməsinin qərarı ilə oğlu Təqsirləndirilən şəxs nikahının pozulduğunu, həmin qərar görə oğlunun iki azyaşlı uşaqları olan Əli Məmmədov və Uğur Məmmədovun oğlunun yanında saxlanıldığını, oğlu Təqsirləndirilən şəxs həbsdə olduğu üçün uşaqların onun himayəsində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməli özünün səmimi etirafı ilə yanaşı, iş üzrə aparılmış digər istintaq sənədləri, dindirilmiş zərərçəkmiş və şahid ifadələri, 13 yanvar 2023-cü il tarixdə baxış və götürmə haqqında, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2023-cü il tarixli 40 saylı rəyi ilə və cinayət işinin materiallarında olan digər hüquqi sənədlərlə tam sübuta yetir. Ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əşyalarının hər birinin ayrılıqda və ümumilikdə dəyərini müəyyən etmək məqsədilə 13 yanvar 2023-cü il tarixdə Məhkəmə Əmtəəşünaslıq Ekspertizası təyin olunmuş və rəy alınmışdır. Məhkəmə Əmtəəşünaslıq Ekspertizasının 19 yanvarr 2023-cü il tarixli 40 saylı rəyinə görə təqdim olunmuş əşyalarının dəyərinin ümumilikdə 108 (bir yüz səkkiz) manat məbləğində olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinə dair işlər üzrə vahid məhkəmə təcrübəsi yaratmaq məqsədilə 03 mart 2005ci il tarixli,1 №-li Plenum Qərarına əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası DİN Təşkilat-İnspeksiya İdarəsinin ƏSİB-dən verilmiş 09 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Şahbuz rayon Şahbuz şəhər inzibati ərazi dairəsi üzrə icra Nümayəndəliyi tərəfindən verilən xasiyyətnaməyə və ailə tərkibi haqqında arayışa əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmaqla Şahbuz şəhərində yaşamaqla yanaşı himayəsində iki azyaşlı uşağı vardır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, dindirilmiş şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə yəni onun özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talama əlaməti üzrə tövsif etmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli «az ağır» cinayət olmaqla mülkiyyət əleyhinə olan cinayətdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini - törədilmiş cinayətin xarakterini və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşıdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini tam etiraf edərək törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini, himayəsində iki az yaşlı uşağının olmasını, ilk dəfə olaraq cinayət əməlini törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 19 yanvar 2023-cü il tarixdən 28 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddətlər nəzərə alınmaqla qəti cəza təyin edilməli (CM-68.1.1-1, 69.3), cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli, iş üzrə maddi sübut olan 1 ədəd kəlbətin, 1 ədəd havatəmizləyici ventilyator, 1 ədəd yağmurluq plaş, 1 ədəd ağac dərmanlayan cihaz, 1 ədəd dəmir kəsən qayçı, 1 ədəd vintaçan, 1 ədəd sprey boya, 1 ədəd taxta və dəmir kəsən əşyaların zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsasların olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdən 28 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 9 (doqquz) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 1 (bir) gün həbsdə qaldığı müddət 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla (06 ay 18 gün müddət), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 08 (səkkiz) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şahbuz rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Şahbuz rayon icra və probasiya bölməsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin. Hökmün icrası Şahbuz rayon icra və probasiya bölməsinə həvalə edilsin. Məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №1(090)-2/2023
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Hökm — İş №1(090)-2/2023
28.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver