Məhkəmə qərarları › İş №1(090)-2/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Hökm — İş №1(090)-2/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şahbuz şəhəri İş № 1(090)-2/2025 05.02.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Naxçıvan Şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə; xx xxxx 1988-ci ildə Şahbuz rayonu, Keçili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, orta təhsilli, evli, üç uşaq atası, fərdi təsərrüfatla məşğul olan, məhkumluğu olmayan, Şahbuz rayonu Keçili kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 127.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə baxış iclasında baxaraq müəyyən etdi : Tərtib edilmiş məhkəməyədək sadələşdirilmiş icraata dair yekun protokola əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 127.1 maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı Şahbuz rayon Keçili kəndində evinə gəldiyi zaman Keçili kənd sakini Zərərçəkmiş şəxs ilə mübahisələri yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı təhqir edici ifadələr işlətdiyi üçün Təqsirləndirilən şəxs əsəbiləşərək qəsdən başı ilə Zərərçəkmiş şəxs üz nahiyəsindən vurmuş, nəticədə Çirxan Əliyev arxası üstə yerə yıxılmış və yerdə olan zaman Çahin Əliyev təpiklə Çirxan Əliyevin sağ çiyin nahiyəsindən vurmuş Təqsirləndirilən şəxs Şırxan Əliyevi vurması nəticəsində Zərərçəkmiş şəxs aldığı xəsarətlər sifətində 4 ədəd əzilmiş yara və sıyrıqlar, sağ çiyin qurşağı üzərində yumşaq toxumaların əzilməsi və qançırı, üst dodağında şişkinlik və qançır, sağ körpücük sümüyünün sınığı olmaqla dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa “az ağır” dərəcəli zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat qaydasında yekun protokol tərtib edilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 28 dekabr 2024-cü il tarixdə əmisi oğlu Sabir adlı şəxslə Şahbuz rayonu, Keçili kəndində Zərərçəkmiş şəxs dayısının evində olublar, orada domino oynayıblar, saat 12-ə qalmış oradan çıxıb, Şahbuz rayonu, Kəndşahbuz kəndinə gediblər, Zərərçəkmiş şəxs, Məhəmmədi və əmisi oğlu Sabirin oğlunu Kəndşahbuz kəndində görüblər, sonra yolllarına davam ediblər, qar yağmışdı, yollar buz idi. Kənddə “NİVA” markalı maşın yoldan çıxaraq yolun kənarına düşmüşdü. Onun maşını ilə “NİVA”nı yola çıxarmağını istəyiblər. O polisin hadisədən xəbərinin olub-olmadığını soruşduqda ona polisə dediklərini bildirdilər. 8- 10 km aralıda yerləşən evlərinə gedib və “UAZ” markalı avtomobilini gətiribdir, ora qayıdıb və “NİVA”nı yola çıxarıb, həmin vaxt orada iyirmi nəfərə yaxın adam olubdur, maşınını döndərib qayıtmaq istəyəndə qarşısına bir nəfər çıxıb, qorxaraq maşını yoldan çıxarıb kanala salıbdır, maşından düşərək həmin şəxsin dayıoğlusu olduğunu görübdür, ona “Dayoğlu sən neynirsən, başın xarabdı, qalacaqdın təkərin altında” deyibdir, səsini də yüksəltməyibdir, aralarında mübahisə olmayıb, o da ona heçnə deməyibdir, sonra evə gedibdir, dayıoğlusu Zərərçəkmiş şəxs ona zəng gəlib, onun içkili olduğunu bilməyibdir, düşünübdür ki, dediyi söz Zərərçəkmiş şəxs xətrinə dəyər, zəng vuraraq ona “sən mənim gözümün zəifliyindən istifadə etdin” deyibdir, O orada Zərərçəkmiş şəxs kor deməyibdir, sonra “sənin xətrinə dəymişəmsə səndən üzr istəyirəm” deyibdir, Zərərçəkmiş şəxs səsini yüksəltməyə və kobud danışmağa başlayıb, O yenidən üzr istəyib və telefonu söndürübdür, Zərərçəkmiş şəxs ona yenidən zəng vurub, Zərərçəkmiş şəxs içkili olduğunu və mübahisə etmək istədiyini anlayıbdır, zəngi açaraq Zərərçəkmiş şəxs sabah söhbət edərik deyibdir, sonra Zərərçəkmiş şəxs dəfələrlə ona zəng vurub, o isə zəngləri açmayıbdır, Zərərçəkmiş şəxs atasına və qardaşlarına zəng vurub, onlar da telefonlarını açmayıblar. Gecə saat 2 olan zaman evdə narahatçılıq ola biləcəyini, Şirxanın onlara gedəcəyini düşünüb, ona görə evə gedibdir, onların evləri ilə Zərərçəkmiş şəxs evinin arasında 3 km məsafə olar, Zərərçəkmiş şəxs evi yolunun üstüdür, Zərərçəkmiş şəxs evlərindən səslər gəldiyini eşidibdir, Ümid, Məhəmməd və Şirxanın səslərini eşidibdir, onu eşitməmələri üçün sakit keçib gedibdir, arxasınca Zərərçəkmiş şəxs gəlib, ona “Gözlə səninlə işim var” deyibdir, o da “içkilisən, sabah söhbət edərik” deyibdir, yerişini zirəngləşdirib, həmin vaxt Zərərçəkmiş şəxs söyüş söyübdür, biraz da sürətini artırıb, problem yaranacağını bildiyi üçün kiməsə zəng vurub çağırmaq istəyibdir, evlərinə yaxınlaşıb atası xəstə olduğu, həm də körpə uşağının evdə olduğu üçün evə girməyibdir. Zərərçəkmiş şəxs gəlib onun yaxasından tutub dartmağa başlayıb, paltarları cırılıb, o da çalışıb Zərərçəkmiş şəxs əlindən qurtulsun qurtula bilməyibdir, məcbur qalaraq polisə zəng vurubdur, Zərərçəkmiş şəxs yanındakı uşaqlar gəlib çatıb, Zərərçəkmiş şəxs aralayıblar, sonra polis gəlib, onları məntəqəyə aparıbdır, Zərərçəkmiş şəxs polis şöbəsinə aparıblar, o isə evlərinə gedibdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, təhqiqatda verdiyi ifadəsini təsdiq edir, əvvəllər Zərərçəkmiş şəxs aralarında heç bir mübahisə olmayıb, Zərərçəkmiş şəxs içkili olubdur, o Zərərçəkmiş şəxs “dayıoğlu sən nə edirsən, təkərin altında qalacaqdın” deyibdir, o Zərərçəkmiş şəxs kor deməyibdir, həmin vaxt orada təxminən 20 nəfər adam olubdur, yolun aşağı tərəfdən dönüb, yerdə qar-buz olub, biraz da sürətli gəlibdir, bir nəfər maşının qabağına keçib, yıxılan kimi olub, Zərərçəkmiş şəxs spirtli içki qəbul etdiyini bilməyibdir. O özü spirtli içki qəbul etməyibdir, Zərərçəkmiş şəxs ilə münasibətləri sıx olub, aralarında mübahisə olmayıb, o Zərərçəkmiş şəxs qeyri-etik ifadə işlətməyibdir, o maşını idarənin qabağına qopymaq üçün aparıbdır, Zərərçəkmiş şəxs ona zəng vurubdur, Zərərçəkmiş şəxs içkili olduğunu bilməyibdir, evə birlikdə getmələri üçün zəng vurduğunu fikirləşib, telefonda ona “sən camaatın içində mənim gözümün zəifliyindən istifadə etdin” deyibdir, onun idarənin qabağına getməyi, maşının suyunu boşaltmağı yarım saat çəkibdir, o orada ona elə söz desəydi ona daha tez zəng vurardı. İçkili olduğu üçün elə reaksiya veribdir, məcbur olaraq Zərərçəkmiş şəxs evlərinin yanından keçibdir, öz evlərinə getmək üçün başqa yol yoxdur, Zərərçəkmiş şəxs evlərinin iki girişi var, yan tərəfdə olanlar onun getdiyi yol tərəfə düşür, yoldan keçərkən səslərini eşidibdir, saat gecə ikinin yarısı olubdur, ətraf tam olmasa da qaranlıq olubdur, Zərərçəkmiş şəxs yanındakı dostları Zərərçəkmiş şəxs evə getməsini deyiblər, Zərərçəkmiş şəxs evə gedib, uşaqlar qapıda gözləyirmişlər, digər qapıdan çıxıb onlara tərəfə gəliblər, Zərərçəkmiş şəxs onun arxasıca gəlibdir, Zərərçəkmiş şəxs yeriyərkən yıxılıb, o da narahat olubdur, Sabirin evinin yanında Zərərçəkmiş şəxs ona çatıb, yaxasından tutub, həmin vaxt onu söyübdür, o söyüş söyməyibdir, Zərərçəkmiş şəxs necə xəsarət almasını bilmir, o Zərərçəkmiş şəxs vurmayıbdır, Zərərçəkmiş şəxs ona çatana qədər iki dəfə yıxılıbdır, düşünür ki Zərərçəkmiş şəxs xəsarətlər yıxıldığına görə yaranıb, orada “setka” olubdur, divarın üstünə “setka” çəkilibdir, Zərərçəkmiş şəxs həmin yerə 1.5 metr məsafədən yıxılıbdır, ekspertizanın rəyində niyə elə olduğunu bilmir, 10-15 dəqiqə sonra dostları gəlib, Zərərçəkmiş şəxs ilə mübahisələri təxminən 10 dəqiqə çəkib, Zərərçəkmiş şəxs dostları gəldiyi zaman onlar bir-birlərinin yaxasından tutmuş vəziyyətdə olublar, Zərərçəkmiş şəxs üzündə qan ləkəsi olub-olmamasını bilmir, onun burnu qanayıbıdr, dostları onları araladıqdan sonra Zərərçəkmiş şəxs söyüş söyməyə başlayıbdır, polisə o məlumat veribdir, onları sonra məntəqəyə aparıblar, polislər hadisə yerinə gəlməyiblər, bacısının yoldaşı ilə aralarındada mübahisə olubdur, bacısının yoldaşı onların kəndində kafedə işləyən qadını mağazanın qabağından götürüb kafeyə aparıbdır, o da ona yaraşmadığını bildirib, O da ona qarışmamasını bildiribdir, bir neçə gün sonra kənddə toy olub, dörd nəfər çayçıda domino oynayan zaman, bacısının yoldaşı toydan gəlib, içkili olubdur, orada piyvə içmək istəyib, o oradan ayrılmaq istəyib, bacısının yoldaşı Mürsəl domino oynamaq istədiyini deyib, onu təhqir edib və söyüş söyübdür, o da onu vurubdur. Müdafiəçinin sualına cavabında isə əvvəllər Zərərçəkmiş şəxs ilə heç bir problemlərinin olmadığını, onun Zərərçəkmiş şəxs vurmadığını, onun yaxasından tutduğunu bildirmişdir. Əlavə olaraq məhkəmədə sualları cavablandıran Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, O gedən zaman Zərərçəkmiş şəxs arxasınca üzü yuxarı gəlibdir, getdikləri yol üzü yoxuşa olubdur, Zərərçəkmiş şəxs iki dəfə yıxılmasını görübdür, öz evlərinə tərəf gedibdir, gedərkən dönüb Zərərçəkmiş şəxs baxırdı, aralarında 2-3 m məsafə olubdur, Zərərçəkmiş şəxs yıxıla-yıxıla gəlibdir, yıxıldığı zaman yaxınlaşıb durquzmayıbdır, Zərərçəkmiş şəxs yıxılıb yerdə qalmayırdı, yıxılan kimi durub gəlirdi, yerdə qar və buz var olubdur, həmin yer sərt yoxuş yerdir, Zərərçəkmiş şəxs dostları ayırdıqdan sonra Sabirin evinin arxasındakı “setka” ilə divarın arasına 1.5 metr məsafədən yıxılıbdır, Zərərçəkmiş şəxs dostları onu oradan çıxarıblar, onları aralaşdırdıqdan sonra Zərərçəkmiş şəxs daha çox söyüş söyməyə başlayıbdır, 200-300 m yeriyib, gedərkən qohumlarına zəng vurubdur, 3-4 dəqiqə elə hərəkətdə olublar, şahidlər gələnə qədər 10-15 dəqiqə mübahisələri olubdur, evlərinə çatdıqda dayanıbdır, dayandığı yerlə evlərinin arası bir dəqiqəlik yoldur, evlərində xəstə atası olduğu üçün girməyibdir, həmin müddət ərzində bir-birlərinin yaxasından yapışıblar, iki dəfə belə vəziyyətdə yıxılıblar, ikisi də həmin zaman xəsarət almayıblar, aralanan zaman burnu qanayırdı, niyə qanamasını bilmir, bunula bağlı şikayət etməyibdir, Zərərçəkmiş şəxs evinin iki girişi arasında 150 m məsafə olar, Zərərçəkmiş şəxs onun arxasınca gəldiyi məsafə 400-500 m olubdur, Zərərçəkmiş şəxs dostları səsə gəldiklərini deyiblər, qarşı tərəf əsəbi olubdur, mübahisələri səs-küylü olubdur, O qədər də sakit olmayıblar, kimsə onunla problem yaradarsa polisə zəng vurar, özü nəsə etməz, bacısının yoldaşı çox ağır söyüş işlətdiyi üçün onu vurubdur, qonşusu ilə bir dəfə mübahisələri olub, ona görə o inzibati məsuliyyətə cəlb edilibdir, onları aralaşdırarkən Sabirin evinə çatmamış yerdə olublar, Sabir Ümidin atası, Şirxanın dayısıdır, Zərərçəkmiş şəxs necə xəsarət almasını bilmir, tutaqlaşarkən xəsarət almasını görməyibdir, o öz canını qurtarmağa çalışıbdır, tutaqlaşan zaman ikisi də yıxılıb, itələşib yıxılıblar, yoxuş olduğu üçün yıxılıblar, Zərərçəkmiş şəxs onun paltarlarımı cırıb, onu söyübdür, O isə onu vurmaması üçün tutubdur, həmin vaxt Zərərçəkmiş şəxs xəsarət almasını görməyib, gecə qaranlıq olubdur, qar da yağıbdır, sifətini seçə bilməyib, lakin üzündə yara ya da qan olmasını görməyib. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təhqiqatda verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 00:40 raddələrində Şahbuz rayon Keçili kəndi ərazisində evə getdiyim zaman Keçili kəndinin girişində tanımadığım bir şəxs “Vaz 2121” markalı avtomobili sürüşərək yolun kənarına düşdüyünü gördüm. Mən avtomobilimi saxlayaraq həmin şəxsə köməklik göstərmək istəyirdim. Mən həmin şəxsə yaxınlaşdım. Həmin şəxs mənə dedi ki, sənin avtomobilini bu avtomobilə qoşqu edək və yolun kənarına çıxardaq. Mən isə dedim ki, mənim “Uaz” markalı avtomobilim var gedim onu gətirim və Sizə köməklik göstərim. Onlar isə mənimlə razılaşdılar. Bir müddət sonra mən “Uaz” markalı avtomobilimlə həmin yerə gəldim. Sonra isə həmin avtomobili avtomobilimə qoşqu edərək yol kənarına çıxartdım və yaşadığım ünvana getmək məqsədilə avtomobilimlə hərəkətdə olduğum zaman qohumum Şirxan ani bir vəziyyətdə avtomobilimin sağ tərəfindən yola daxil oldu. Mən isə onu vurmamaq üçün avtomobilimi yolun kənarına çəkdim. Şirxana dedim ki, gicsən qalassan təkərin altında, sonra isə yoluma davam etdim. Bir müddət sonra mən kənd ərazisində avtomobilimi saxladım ki, yaşadığım ünvana gedəm. Bu zaman Şirxandan mənə zəng gəldi. Mən onun telefonuna cavab verən zaman Şirxan mənə dedi ki, sən camaatın içində mənim gözlərimin zəif olmağından istifadə edirsən mənə deyirsən ki, sən gicsən. Mən isə ona dedim ki, sən elə başa düşmə. Mən sənə dediklərim üçün səndən üzr istəyirəm. Bu zaman Şirxan mənə qarşı təhqir edici ifadələr işlətdi. Mən isə Şirxanın spirtli içkili olduğuna görə telefonu söndürdüm və onun sonrakı zənglərinə cavab vermədim. Bir müddət sonra mən Şirxanın yaşadığı ünvanın yaxınlığından getdiyim zaman Şirxanın səsini eşitdim. Mən isə səssiz ordan getdim ki, Şirxan mənim səsimi eşitməsin. Spirtli içkilidi gəlib mənimlə mübahisə edər. Bir müddət sonra isə mən Şirxanın atası Fətullaha zəng etdim ki, oğlu spirtli içkilidi gəlsin oğlun sakitləşdirsin. Lakin Fətulla zəngə cavab vermədi. Mən isə Sabir adlı şəxsin evinin yaxınlığından getdiyim zaman Şirxan mənim arxam ilə mənə qarşı təhqir edici ifadələr işlədərək gəldiyini gördüm. Mən isə qaçaraq evimə yaxınlaşırdım ki, Şirxanla mübahisəmiz baş verməsin. Lakin Şirxan mənə yaxınlaşaraq mənim yaxa hissəmdən əli ilə tutaraq yumruqla mənim burun, göz nahiyələrimdən və təpiklə isə mənim qarın nahiyyəmdən vururdu. Mən isə onun qol və boğaz nahiyyəsindən tuturdum ki, Şirxan məni vurmasın Sonra isə “102” zəng xidmətinə məlumat verdim. Bu zaman isə Ümid və Məhəmməd adlı şəxslər ora gəldilər. Biz həmin zaman Şirxanla bir- birimizin yaxa hissəsindən tutumuşduq. Onlar isə bizi aralaşdırdılar. Sonra isə Şirxanı onlar oradan uzaqlaşdırdılar. Mən isə yaşadığım ünvana getdim. Yumruqla mənim burun, göz nahiyyələrimdən və təpiklə isə mənim qarın nahiyyəmdən vurdu. Mübahisənin sonunda Ümid və Məhəmməd adlı şəxslər ora gələn zaman Şirxan mənim göz nahiyəmdən yumruqla vurduğunu onlar görübdür. Mənə elə gəldi ki, onlar Şirxanın məni vurduğunu görüblər. Məni Şirxan vurubdur, amma xəsarətim yoxdur. Mən Şirxanı vurmamışam. Yalan deyir. Sadəcə mən onun boğaz və qol nahiyyəsindən tutmuşam ki, o məni vurmasın. Zərərçəkmiş şəxs mənim arxam ilə gəldiyi zaman o bir neçə dəfə yıxıldı. Ola bilsin ki, həmin xəsarətlər yıxıldığı zaman əməllə gələ bilərdi. Zərərçəkmiş şəxs mənim arxam ilə gəldiyi vaxt onun 3 dəfə üzü üstə yıxıldığını gördüm,sonra isə mənim yanıma çatdıb, əli ilə mənim yaxamdan tutan zaman yenidən yıxıldı. Məndən başqa onun yıxılmasını heç kim görməyib. Mən ona qarşı heç bir təhqir edici ifadlər işlətməmişəm, əksinə Şirxan mənə qarşı təhqir edici ifadələr işlədibdir. Mən isə Şirxan spirtli içkili olduğu üçün ona qarşı təhqir edici ifadələr işlətməmişəm. Əvvəllər Şirxan ilə heç bir mübahisəmiz baş verməyib. Məhkəmə iclasında elan edilmiş ifadəyə münasibət bildirən Təqsirləndirilən şəxs izahatında Zərərçəkmiş şəxs çox içkili olduğunu, Zərərçəkmiş şəxs ona əl-qol atdığını, təpik atdığını, Şirxanın şikayətçi olmadığı üçün onun da şikayət etmədiyini, Zərərçəkmiş şəxs ona yumruq atdığını, yumruq atdıqdan sonra heçnə etmədiyini, Zərərçəkmiş şəxs tutduğunu, Məhəmmədlə Ümidin gələrək onları ayırdığını, Zərərçəkmiş şəxs onu vuraraq burnunu qanatdığı zaman Məhəmmədlə Ümidin görmədiyini, onların yuxarı tərəfdə Zərərçəkmiş şəxs onu vurduğunu gördüklərini, ilk dəfə tutaqlaşdıqları zaman 2-3 dəqiqə əllərinin bir-birlərinin yaxalarında qaldığını, sonra polisə zəng vurduğunu, Məhəmmədlə Ümidin gələrək onları ayırdığını, yerin qar və buz olduğu üçün birlikdə yıxıldıqlarını, aralaşdıqdan sonra evlərinə getdiyini, ilk dəfə yoxuş hissədə tutaqlaşdıqlarını, evlərinin qapısının ağzına çatarkən polislərin zəng vuraraq onu çağırdığını, qayıdıb onların yanından keçərkən Zərərçəkmiş şəxs onu tutduğunu və yıxıldığını, vurulduqdan sonra heç bir müqavimət göstərmədiyini və Zərərçəkmiş şəxs vurmadığını, Zərərçəkmiş şəxs xəsarət olmasına fikir vermədiyini, Şirxanın nasaz olduğunu, həmçinin içki qəbul etdiyini, ayaq üstə dura bilmədiyini, buna görə də ondan qurtulmaq istədiyini, ona nəsə olmasını istəmədiyini, Zərərçəkmiş şəxs içkili olduğu üçün yıxılacağından qorxduğunu, Şirxanın söyüş söydüyünü, lakin onu vurmayacağını, şahidlərin Zərərçəkmiş şəxs dostları oldğunu, buna görə də onun tərəfindən çıxış etdiklərini, Zərərçəkmiş şəxs vurmadığını, onun sağ əlini daha çox istifadə etdiyini, mübahisə zamanı Zərərçəkmiş şəxs qolunda xəsarət olmadığını, şahidlərin Zərərçəkmiş şəxs saxlaya bilmədiyini, ona görə də hasarın yanında yıxıldığını, Şirxanın ona zəng vurduğu zaman üç dəfə üzr istədiyini, Zərərçəkmiş şəxs isə onu söydüyünü, mübahisə etmək fikrinin olmadığını, buna görə də evlərinə tərəf qaçdığını, Şirxana bir şey olmasını istəmədiyini, polislər zəng vurduqda qayıtdığını, həmin zaman Zərərçəkmiş şəxs onu tutduğunu, ilk dəfə tutaqlaşmanın yoxuşda olduğunu, Məhəmmədlə Ümidin gələrək onları ayırdığını, polislər zəng vurduqda qayıtdığını, oradan başqa yol olmadığını, Şirxanın yenidən onu orada tutduğunu, araladıqları zaman Şirxanın “setka”nın dibinə düşdüyünü, sonra oranı tərk etdiyini, nə olduğunu bilmədiyini göstərmişdir. Məhkəmə iclasında zərəçəkmişşəxs X4 ifadəsində göstərmişdir ki, təhqiqatçıya verdiyi ifadəsini təsdiq edir. Şahbuz rayonu, Keçili kəndində “NİVA” markalı maşın yoldan çıxmışdı. Şahin maşını çıxardıqdan sonra onun maşınının qabağına çıxıbdır, Təqsirləndirilən şəxs ona “korsan” deyibdir. Bu da ona təsir edibdir. Evlərinə gedəndə Təqsirləndirilən şəxs getdiyini görüb, həmin zaman mübahisə edərək savaşıblar, Təqsirləndirilən şəxs yanına çatdığı zaman Təqsirləndirilən şəxs başı ilə üzündən vurub, yıxıldıqdan sonra isə təpiklə qolundan vurubdur, onu Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Məhmə iclasında sulları cavablandıran Zərərçəkmiş şəxs bildirmişdir ki, görmə qabiliyyəti zəifdir, gündüz gün işığı düşdüyü üçün görmür, gecə də yaxşı görmür, ilk dəfə Təqsirləndirilən şəxslə maşına görə mübahisələri yaranıb, maşını onun üstümə sürdüyü üçün, öz yolu ilə gedib, Təqsirləndirilən şəxs maşını üstünə sürübdür, sonra ona “korsan” deyibdir, o orada heçnə deməyib, sonra Təqsirləndirilən şəxs zəng vurub “Bu nə hərəkətdir sən edirsən” deyibdir, Təqsirləndirilən şəxs isə üzr istəyibdir, o Təqsirləndirilən şəxs söyübdür, o da onu söyübdür, evə gedib, Təqsirləndirilən şəxs onların evinin yanından getdiyini görüb, həmin gün Ümid və Məhəmmədlə spirtli içki qəbul ediblər, bəzən spirtli içki istifadə edir, evlərinin girişində iki qapı var, evlərinin arxasından Təqsirləndirilən şəxs evinə yol gedir, ona kor dediyinə görə Təqsirləndirilən şəxs arxasınca gedib, aralarındakı mübahisəni aydınlaşdırmaq üçün gedibdir, Təqsirləndirilən şəxs piyada evlərinə gedibdir, Təqsirləndirilən şəxs “gözlə söz deyəcəm” deyibdir, o isə gözləməyib, o Təqsirləndirilən şəxs çatdıqda Təqsirləndirilən şəxs kəllə ilə sol gözüdən vurub yerə yıxılıb, sonra sağ çiyni tərəfdən bir təpik vurub gedibdir, o da ayağa qalxıb yenidən Təqsirləndirilən şəxs arxasınca gedib, həmin vaxt onlar tutaqlaşıblar, uşaqlar gəlib onları ayırıblar. Həmin vaxt sol gözünün altı qanayıbdır, dodağı da partlayıbdır, o Təqsirləndirilən şəxs vurmayıbdır, Ümidlə Məhəmməd hadisə yerinə 10-15 dəqiqə sonra gəliblər, Sabirin evinin arxasında 2-3 dəqiqə mübahisələri olubdur, ona Təqsirləndirilən şəxs sözü “ləzzət” etmədiyi üçün arxasınca gedibdir, maşının qabağına keçməyib, Təqsirləndirilən şəxs maşınla sürətli gəlibdir, o da yolun ortasında olubdur, o yıxılmayıbdır, ona “korsan” deyibdir. Əlavə olaraq Zərərçəkmiş şəxs bildirdi ki, telefon işığı ilə gedibdir, təxmin edibdir ki, gedən Təqsirləndirilən şəxsdir, yaxınlaşdıqda Təqsirləndirilən şəxs olduğunu görübdür, arxasınca səsləndikdə ona “gəlmə” deyibdir, Sabirin evinin yanında tutaqlaşıblar, yol yoxuş olubdur, yerdə qar olub, buz olmayıbdır, O Təqsirləndirilən şəxs arxasınca gedəndə yıxılmayıb, Təqsirləndirilən şəxs yaxınlaşıb “mənə niyə kor deyirsən” dedikdə onu kəllə ilə vurubdur, onu vurandan sonra və telefonda onu söydüyü üçün o da söyübdür, Təqsirləndirilən şəxs ata-anasını söyübdür, mübahisələri 2-3 dəqiqə çəkib, ümumiyətlə bütün olanlar təxminən yarım saat çəkibdir, mübahisə başlayandan təxminən 20 dəqiqə sonra Ümid və Məhəmməd gəliblər, tutaqlaşarkən birlikdə yıxılmayıblar, Təqsirləndirilən şəxs onu vurduğu üçün o yıxılıbdır, tutaqlaşana qədər yıxılmayıbdır, bütün xəsarətləri tutaqlaşanda olubdur, yıxıldıqdan sonra yenidən Təqsirləndirilən şəxs arxasınca gedib və Təqsirləndirilən şəxs yaxasından yapışıb, həmin vaxt O Təqsirləndirilən şəxs vurmayıbdır, lakin söyüb, Təqsirləndirilən şəxs üzünü seçə bilməsə də, səsindən Təqsirləndirilən şəxs olduğunu bilibdir, başqa səbəbdən xəsarət almayıbdır, Təqsirləndirilən şəxs vurması nəticəsində xəsarətlər alıbdır, Təqsirləndirilən şəxs vurduqdan sonra yıxılıbdır, yerdə olarkən sağ çiynindən təpiklə vurub və gedibdir, arxasınca gedib, yenidən tutqalaşıblar, yerdə 2 dəqiqə qalıb, yerdən qalxıb yednidən arxasınca gedib, 2 dəqiqə çəkib, aralarında təxminən 150 metr olubdur, yıxıldığı yerlə Təqsirləndirilən şəxs evinin arası 200-300 m olubdur, Təqsirləndirilən şəxs evlərinə çatmamış o Təqsirləndirilən şəxs çatıbdır, həmin zaman bir-biriə vurmayıblar, ikisi də birbirini söyüblər, Ümid və Məhəmməd onları ayırıblar, Təqsirləndirilən şəxs dəymiş zərərin əvəzi tam ödəyib, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı ifadəsində bildirmişdir ki, tarix dəqiq yadında deyil, qış ayları olubdur, Məhəmməd, Şirxan və o Şahbuz rayonuna istirahətə gəliblər, sonra Şahbuz rayonu, Keçili kəndinə qayıdıblar, yol kənarında maşın olub, düşüb kömək ediblər, sonra maşına yük qoyub gəldikdə mübahisə olduğunu bilibdir, Zərərçəkmiş şəxs “mənə niyə elə dedi” deyibdir, Zərərçəkmiş şəxs aparıb evlərinə ötürüblər, onlar Zərərçəkmiş şəxs digər tərəfdən çıxıb yuxarı getməyini bilməyiblər, orada dava səsi gəlibdir, davanı ayırıb Zərərçəkmiş şəxs evlərinə aparıblar. Məhkəmədə sualları cavablandıran Şahid1 bildirmişdir ki, maşına yük qoyubdur, orada olmayıbdır, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona “maşından çəkil kənara, maşın səni əzər” dediyini deyibdir, Zərərçəkmiş şəxs qapılarından ötürüblər, evə getdiyini fikirləşiblər, Zərərçəkmiş şəxs isə arxa tərəfdən, digər girişdən çıxıb gedib. Orada mübahisə ediblər, onlar gedib aralaşdırıblar, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs evinin arası bir kilometr olar, Sabir də onların qonşuluqdadır, Zərərçəkmiş şəxs evə getdiyini biliblər, səsləri gəldiyi üçün dava etdiklərinin biliblər, dava-dalaş, qışqırıq səsləri gəlibdir, aralamaq üçün gediblər, onlar çatdıqda Şahin və Şirxan bir-birilərinin yaxasından tutublar, mübahisələri bitib, getməsəydilər bəlkə də özləri aralanardılar, bir-birlərinə nalayiq ifadələr işlədiblər, onlar maşın söhbəti olduğunu bildikləri üçün soruşmayıblar, Zərərçəkmiş şəxs xəsarətlərini görməyib, o da içkili olubdur, hava qaranlıq olubdur, Zərərçəkmiş şəxs üzündə də qan ləkəsi görməyibdir, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs arxasınca gedəcəyini bilməyiblər, ifadəsini ibtidai istintaq zamanı özü verib və təsdiqləyir, Zərərçəkmiş şəxs evə ötürdükdən sonra gözləyiblər, sonra səsi eşidib və mübahisə yerinə tərəf gediblər, birdən Zərərçəkmiş şəxs çıxar deyə gözləyiblər, Zərərçəkmiş şəxs ötürdükdən sonra 10 dəqiqə gözləyiblər, Zərərçəkmiş şəxs evlərinin arxa tərəfindən ötürüblər, evin önü Təqsirləndirilən şəxs getdiyi yola tərəfə olubdur, iki qapı arasında 15-20 m məsafə olubdur, ötürdükdən 10 dəqiqə sonra durduqları yerlə aralaşdırdıqları yerin məsafəsi 1 km olubdur, səsi bir dəfə eşidiblər, Şahi Əliyevin “Şirxan burax” deməsini eşidiblər, Zərərçəkmiş şəxs getdiyi yol tərəfdən hadisə yerinə gediblər, hadisə yeri ilə məsafə 60 m olubdur, qaranlıq olsa da ay işığı olubdur, ilk olaraq bir-birlərinin yaxasından tutmuş vəziyyətdə görüblər, Zərərçəkmiş şəxs evinin arxasından ön tərəfə 1 dəqiqəyə gediblər, evin ön tərəfindən mübahisə yeri görsənməyibdir, biraz yuxarı qalxdıqdan sonra onları görüblər, aralaşdırdıqdan sonra xəsarətlərlə bağlı Zərərçəkmiş şəxs nəsə deməyibdir, heç birində xəsarət görməyibdir, sonra da xəsarət alıb-almamaları ilə maraqlanmayıbdır. əlavə olaraq sualları cavablandıran Şahid1 bildirdi ki, Zərərçəkmiş şəxs yıxılıb-yıxılmaması ilə bağlı ona heçnə deməyib, aralaşdırdıqdan sonra Zərərçəkmiş şəxs üzünün sol tərəfində, gözünün altında qan ləkələri olduğunu görübdür, xəsarətlərin necə olduğunu soruşmayıbdır, Zərərçəkmiş şəxs xəsarət olubdur, lakin Təqsirləndirilən şəxs olmayıbdır, Təqsirləndirilən şəxs xəsarətin olduğunu görməyibdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində bildirmişdir ki, Şahbuz rayonunda Batabat restoranında Zərərçəkmiş şəxs, Şahid1 və O içki içdikdən sonra Hüseyn adlı şəxsin maşını ilə kəndə qayıdıblar, kəndin girəcəyində maşın yolun kənarına sürüşmüşdü, maşından düşüblər, Təqsirləndirilən şəxs maşını ilə gəlibdir, sürüşən maşını Təqsirləndirilən şəxs maşınına bağlayıb çıxardıblar, sonra onlar aralıda olublar, Təqsirləndirilən şəxs “təkərin altına düşəcəkdin” dediyini eşidibdir, Təqsirləndirilən şəxs gedibdir, onlar da maşına minib gediblər, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs zəng vuraraq “mənə niyə belə dedin” deyibdir, biraz danışıblar, nə danışdıqlarını tam eşitməyibdir, maşından düşdükdən sonra Zərərçəkmiş şəxs evə gedibdir, onlar da onunla gediblər, həyətə girdikdən sonra onlar çöldə gözləyiblər, 2 dəqiqə gözlədik sonra evlərinin arxasına, oradan da yuxarı çıxıblar, üstdən səs gəlibdir, ora getdikdə Şahin və Şirxanın bir-birlərinin yaxasından tutduqlarını görüb, aralaşdırıblar. Məhkəmədə sualları cavablandıran Şahid2 bildirdi ki, orada elə məsələ olmayıbdır, Təqsirləndirilən şəxs aşağıdan gəlibdir, Zərərçəkmiş şəxs yola çıxıb, maşın Şirxana dəyməyib, Şahin “təkərə düşəssən” deyibdir, Şirxanın nəsə dediyini eşitməyibdir, maşına minib gedərkən Şirxan Şahinə zəng vurubdur, “Mənə niyə camaatın içində elə dedin” deyibdir, Şahinin nə dediyini eşitməyibdir, üçü də qonşudurlar, məhəllədə maşından düşüblər, sürücü də evlərinə gedibdir, Şirxanı evlərinə aparıblar, qapıdan həyətlərinə ötürüblər, evlərinə girməsini görməyiblər, onlarda evin yan tərəfindən arxa tərəfinə keçiblər, evdən çıxıb digər tərəfdən getməsinin qarşısını almaq üçün orada gözləyiblər, evdən çıxıb getməsini görməyiblər, gedib savaşar deyə gözləyiblər, aralarında mübahisə ola biləcəyindən şübhələniblər, 1-2 dəqiqə orada gözlədikdən sonra biraz da yuxarı Şahinin evlərinə gedən yola çıxıblar, 2-3 dəqiqə də orada gözləyiblər, sonra səs eşidiblər, hər ikisinin səsi gəlibdir, səs gələn yerə gediblər, 2-3 dəqiqəyə ora çatıblar, Şahinlə Şirxan ayaq üstdə bir-birlərinin yaxasında tutmuşdular, onları ayırıblar, Şahin evlərinə gedibdir, Şirxan biraz orada oturub, söhbət ediblər, Zərərçəkmiş şəxs sifətində, burnunun yan tərəfində qan ləkəsi olduğunu görübdür, nə olduğunu soruşmayıbdır, Şirxan yıxılması ilə bağlı ona heçnə deməyibdir, Şahinlə Şirxanın münasibətləti yaxşı olubdur, mübahisə etdiklərini görməyibdir, orada Ümid və ondan başqa şəxs olmayıbdır. Əlavə olaraq Şahid2 bildirdi ki, arxa qapıdan ön qapıya təxminən 2 dəqiqəyə gediblər, oradan Şirxanla Şahinin mübahisə etdiyi yer görsənməyibdir, orada da 2-3 dəqiqə gözləyiblər, yuxarı qalxıblar, gecə olduğu üçün zəng vurub narahat etmək istəməyiblər, çox içki qəbul etməyiblər, normal vəziyyətdə olublar, hadisəni dərk ediblər, telefonda Şahinin danışığını eşitməyibdir, telefon danışığı təxminən 2 dəqiqə çəkibdir, telefonda qızğın mübahisə ediblər, Şirxan əsəbi olubdur, hərəkətlərindən nəsə baş verəcəyindən şübhələniblər, Şahinin evinin yoluna çıxana qədər səs eşitməyiblər, son durduqları yer ilə mübahisə yerinə qədər 100 m məsafə olubdur, qaranlıq və sahənin ağaclıq olduğundan hadisə yeri görünməyibdir, səs eşidiblər ona görə yuxarı qalxıblar, yol yoxuş olubdur, mübahisə etdikləri yer düz yer olubdur, dik yerlə düzənlik yer arasında məsafə 5-10 m olubdur, onlar çatanda itələşiblər, aralayıblar, araladıqdan sonra Təqsirləndirilən şəxs xəsarət görməyib, Zərərçəkmiş şəxs üzünün sol tərəfində qan ləkəsi olduğunu görübdür, Şirxan yenə mübahisə etmək istəyibdir, onlar qarşısını alıblar, Şirxan oturub biraz sakitləşib, sonra Şahin aşağı gedibdir, onlar da arxasınca Şirxanı evə aparıblar, xəsarətlərlə bağlı Şirxandan heçnə soruşmayıbdır, o Şirxanın yıxılmasını görməyibdir. İş materialında olan 29 dekabr 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə Şahbuz rayonu Keçili kəndində dağlıq ərazidə yerləşən və kənd mərkəzindən 2 km şimal istiqamətdə yaşayan Sabir adlı şəxsin evinin arxa hissəsində qar örtüyü ilə əhatə olunan yerdə baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 480 saylı, xx.xx.2024-cü il tarixli ekspertiza rəyindən görünür ki, X3 bədənində müəyyən edilmiş xəsarətlər- sifətində 4 ədəd əzilmiş yara və sıyrıqlar, sağ çiyin qurşağı üzərində yumşaq toxumaların əzilməsi və qançırı, üst dodağında şişkinlik və qançır, sağ körpücük sümüyünün sınığı bərk küt əşya ilə törədilmişdir, eləcə də qərarın təsviri hisssində göstərilən müddət və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə döyülmə nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 481 saylı, xx.xx.2024-cü il tarixli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibb müayinəsi zamanı onun bədənin üzərində hər hansı bir xəsarət aşkar edilməyibdir. “Sübutların qiymətləndirilməsi haqqında” 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmiş, zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin ifadələrinin, üzləşdirməyə dair protokolun, məhkəmə-tibbi ekspertizasının rəyinin sübut kimi qəbul edilməsi qərara alınmışdır. İş materiallarında olan Şahbuz rayonu, Keçili kənd inzibati ərazi idarəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 20 saylı, xx.xx.2025-ci il tarixli ailə tərkibi barədə arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmaqla, onun 4 nəfərdən ibarət ailə tərkibi olmaqla, himayəsində 3 azyaşlı uşaq var. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışlar, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatə əsasən Təqsirləndirilən şəxs fərdi sahibkar kimi vergilər nazirliyində qeydiyyata alınıbdır. Azərbaycan Respublikası Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şahbuz RPİ-nin UQSİQ-nə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə Şahbuz Rayon Polis şöbəsinin İstintaq və Təhqiqat qrupunda Azərbaycan respublikasının CM-40.3-cü və CM-in 73.2-ci maddələri ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. CM-nin Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə görə şəxs bu Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin qeyd hissəsində göstərilən hal artıq bir dəfə tətbiq edilmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli “böyük ictimai təhlükə törətməyən” cinayət olmaqla həyat və sağlamlıq əleyhinə olan cinayətdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hər tərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxs özünü təqsirli hesab etməyərək, Zərərçəkmiş şəxs üz və bədən nahiyyəsindən vurmadığı və ona heç xəsarət yetirmədiyi və sübutların əsassız olması ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cu il tarixdə Şahbuz rayonu, Keçili kəndində gecə saatlarında o evinə gedən zaman Zərərçəkmiş şəxs onu arxasınca gələrək onun yaxasından tutaraq ona “dayoğlu sən nə edirsən, təkərin altında qalacaqdın” deməsi səbəbindən şəxsi münasibətlərin pozulması zəminində Zərərçəkmiş şəxs vurmadiğinı və ona heç bir xəsarət yetirmədiyini, Təqsirləndirilən şəxs yıxılaraq xəsarət aldığını bildirsə də, verilmiş ittihamı təkzib edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmiş və Təqsirləndirilən şəxs öz müdafiəsi üçün ifadəsində göstərdiyi xüsusatları təsdiq edən şahid kimi Şahid1 və Şahid2 göstərməsinə gəldikdə hesab edir ki, həmin şahidlərin hadisənin baş vermə ardıcıllığı və mexanizmi ilə bağlı tam dolğun ifadə verə bilməmələri, eləcə də istər ibtidai istintaqda, istərsə də məhkəməyə verdikləri ifadələrində hadisənin baş verdiyi zaman onların orada olmadıqlarını bildirmələri ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları təkzib edə bilmək üçün yetərli deyildir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqında törətdiyi əməllərə görə özünü təqsirli bilməməsinə dair ifadəsinin “Zərərçəkmiş şəxs onun arxasıca gəlibdir, Zərərçəkmiş şəxs yeriyərkən yıxılıb, o da narahat olubdur, Sabirin evinin yanında Zərərçəkmiş şəxs ona çatıb, yaxasından tutub, həmin vaxt onu söyübdür, o söyüş söyməyibdir, Zərərçəkmiş şəxs necə xəsarət almasını bilmir, O Zərərçəkmiş şəxs vurmayıbdır, Zərərçəkmiş şəxs ona çatana qədər iki dəfə yıxılıbdır, düşünür ki Zərərçəkmiş şəxs xəsarətlər yıxıldığına görə yaranıb, orada “setka” olubdur, divarın üstünə “setka” çəkilibdir, Zərərçəkmiş şəxs həmin yerə 1.5 metr məsafədən yıxılıbdır” “Zərərçəkmiş şəxs dostları gəldiyi zaman onlar bir-birlərinin yaxasından tutmuş vəziyyətdə olublar, həmin vaxt Zərərçəkmiş şəxs üzündə qan ləkəsi olub-olmamasını bilmir” ilə bağlı hissəsini cinayət işinin materiallarına uyğun olmayan və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qəbul edir və qiymətləndirir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməməsi, Zərərçəkmiş şəxs vurmaması və ona heç bir xəsarət yetirməməsi, Zərərçəkmiş şəxs yıxılaraq xəsarət alması, sübutların əsassız olması ilə bağlı ifadəsinə tənqidi yanaşır və təqsirləndirilən şəxsin qeyd edilən ifadəsinin həmin hissəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ilə zərəçəkmiş şəxs Təqsirləndirilən şəxs Fətulla oğlu arasında olan mübahisənin olması, mübahisə zamanı Zərərçəkmiş şəxsa Təqsirləndirilən şəxs tərəfindən məhz həmin münbahisə zamanı başı ilə zərərçəkmişin sifətindən və təpiklə çiynindən vurması ona sifətində 4 ədəd əzilmiş yara və sıyrıqlar, sağ çiyin qurşağı üzərində yumşaq toxumaların əzilməsi və qançırı, üst dodağında şişkinlik və qançır, sağ körpücük sümüyünün sınığından ibarət xəsarət yetirməklə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır xəsarətlər alması məhkəmə istintaqı zamanı dindirilmiş digər şəxslərin ifadələri ilə öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə hesab edir ki, ümumilikdə götürdükdə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi, məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri ilə kəskin ziddiyyətli və uyğunsuz görünür. Məhkəmə belə nəticəyə gəlir ki, cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə, məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxs və şahidlərin tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi, eləcə də ibtidai istintaq zamanı təyin olunmaqla keçirilmiş Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 480 nömrəli xx.xx.2024-cü il və 481 nömrəli, xx.xx.2024-cü il tarixli ekspertiza rəyləri, belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ilk ifadəsində Zərərçəkmiş şəxs onun arxasıca gəldiyini, Zərərçəkmiş şəxs yeriyərkən yıxıldığını, Sabirin evinin yanında Zərərçəkmiş şəxs ona çatdığını, yaxasından tutub, həmin vaxt onu söydüyünü, onun isə söyüş söymədiyini, Zərərçəkmiş şəxs necə xəsarət almasını bilmədiyini, Onun Zərərçəkmiş şəxs vurmadığını, Zərərçəkmiş şəxs ona çatana qədər iki dəfə yıxıldığını, Zərərçəkmiş şəxs xəsarətlər yıxıldığına görə yarandığını düşündüyünü, orada “setka”nın olduğunu, divarın üstünə “setka” çəkildiyini, Zərərçəkmiş şəxs həmin yerə 1.5 metr məsafədən yıxıldığını, Zərərçəkmiş şəxs dostları gəldiyi zaman onlar bir-birlərinin yaxasından tutmuş vəziyyətdə olduqlarını, həmin vaxt Zərərçəkmiş şəxs üzündə qan ləkəsi olub-olmamasını bilmədiyini, onun burnunun qanadığını, dostları onları araladıqdan sonra Zərərçəkmiş şəxs söyüş söyməyə başladığını, onun Zərərçəkmiş şəxs vurmadığını, onun yaxasından tutduğunu, Zərərçəkmiş şəxs iki dəfə yıxılmasını gördüyünü, Zərərçəkmiş şəxs yıxıla-yıxıla ona tərəf gəldiyini, Zərərçəkmiş şəxs yıxılan zaman yerdə qalmadığını, yıxılan kimi durub gəldiyini, Zərərçəkmiş şəxs dostları ayırdıqdan sonra Sabirin evinin arxasındakı “setka” ilə divarın arasına 1.5 metr məsafərən yıxıldığını, Zərərçəkmiş şəxs dostları onu oradan çıxardıqlarını, şahidlər gələnə qədər 10-15 dəqiqə mübahisələri olduğunu, həmin müddət ərzində bir-birlərinin yaxasından yapışdıqlarını, iki dəfə belə vəziyyətdə yıxıldıqlarını, ikisinin də həmin zaman xəsarət almadıqlarını, aralanan zaman burnunun qanadığını, niyə qanamasını bilmədiyini, Zərərçəkmiş şəxs necə xəsarət almasını bilmədiyini, tutaqlaşarkən xəsarət almasını görmədiyini, tutaqlaşan zaman ikisinin də yıxıldığını, həmin vaxt Zərərçəkmiş şəxs xəsarət almasını görmədiyini, üzündə yara ya da qan olmasını görmədiyini göstərmişdir. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs çox içkili olduğunu, Zərərçəkmiş şəxs ona əl-qol atdığını, təpik atdığını, Şirxanın şikayətçi olmadığı üçün onun da şikayət etmədiyini, Zərərçəkmiş şəxs ona yumruq atdığını, yumruq atdıqdan sonra heçnə etmədiyini, Zərərçəkmiş şəxs tutduğunu, Məhəmmədlə Ümidin gələrək onları ayırdığını, Zərərçəkmiş şəxs onu vuraraq burnunu qanatdığı zaman Məhəmmədlə Ümidin görmədiyini, onların yuxarı tərəfdə Zərərçəkmiş şəxs onu vurduğunu gördüklərini, ilk dəfə tutaqlaşdıqları zaman 2-3 dəqiqə əllərinin bir-birlərinin yaxalarında qaldığını, sonra polisə zəng vurduğunu, Məhəmmədlə Ümidin gələrək onları ayırdığını, yerin qar və buz olduğu üçün birlikdə yıxıldıqlarını, aralaşdıqdan sonra evlərinə getdiyini, ilk dəfə yoxuş hissədə tutaqlaşdıqlarını, evlərinin qapısının ağzına çatarkən polislərin zəng vuraraq onu çağırdığını, qayıdıb onların yanından keçərkən Zərərçəkmiş şəxs onu tutduğunu və yıxıldığını, vurulduqdan sonra heç bir müqavimət göstərmədiyini və Zərərçəkmiş şəxs vurmadığını, Zərərçəkmiş şəxs xəsarət olmasına fikir vermədiyini, Şirxanın nasaz olduğunu, həmçinin içki qəbul etdiyini, ayaq üstə dura bilmədiyini, buna görə də ondan qurtulmaq istədiyini, ona nəsə olmasını istəmədiyini, Zərərçəkmiş şəxs içkili olduğu üçün yıxılacağından qorxduğunu, Şirxanın söyüş söydüyünü, lakin onu vurmayacağını, şahidlərin Zərərçəkmiş şəxs dostları oldğunu, buna görə də onun tərəfindən çıxış etdiklərini, Zərərçəkmiş şəxs vurmadığını, onun sağ əlini daha çox istifadə etdiyini, mübahisə zamanı Zərərçəkmiş şəxs qolunda xəsarət olmadığını, şahidlərin Zərərçəkmiş şəxs saxlaya bilmədiyini, ona görə də hasarın yanında yıxıldığını, Şirxanın ona zəng vurduğu zaman üç dəfə üzr istədiyini, Zərərçəkmiş şəxs isə onu söydüyünü, mübahisə etmək fikrinin olmadığını, buna görə də evlərinə tərəf qaçdığını, Şirxana bir şey olmasını istəmədiyini, polislər zəng vurduqda qayıtdığını, həmin zaman Zərərçəkmiş şəxs onu tutduğunu, ilk dəfə tutaqlaşmanın yoxuşda olduğunu, Məhəmmədlə Ümidin gələrək onları ayırdığını, polislər zəng vurduqda qayıtdığını, oradan başqa yol olmadığını, Şirxanın yenidən onu orada tutduğunu, araladıqları zaman Şirxanın “setka”nın dibinə düşdüyünü, sonra oranı tərk etdiyini, nə olduğunu bilmədiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı ifadəsində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs mübahisə edən zaman görmədiyini, onların dava-dalaş səsləri eşitdikləri üçün getdiklərini, onlara çatan zaman Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs birbirlərinin yaxasından tutduğunu gördüyünü, onları aralaşdırdıqdan sonra Zərərçəkmiş şəxs üzünün sol tərəfində, gözünün altında qan ləkələri olduğunu gördüyünü, xəsarətlərin necə olduğunu soruşmadığını, Zərərçəkmiş şəxs xəsarətin olduğunu, lakin Təqsirləndirilən şəxs olmadığını, Təqsirləndirilən şəxs xəsarətin olduğunu görmədiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı ifadəsində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs mübahisə edən zaman görmədiyini, onların biri-birini vurduğunu görmədiyini, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralaşdırdıqdan sonra Təqsirləndirilən şəxs xəsarət olduğunu görmədiyini, Zərərçəkmiş şəxs üzünün sol tərəfində qan ləkəsi olduğunu gördüyünü, Şirxanın yenə mübahisə etmək istədiyini, onların qarşısını aldıqlarını, Şirxan oturub biraz sakitləşdiyini, sonra Şahinin aşağı getdiyini, onların da arxasınca Şirxanı evə apardıqlarını, həmin vaxt Şirxanın yıxılmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, şahidlərin hadisəni görməmələri ilə bağli ifadələri bir-birini istisna etmir. Məhkəmə onların ifadələrinin həmin hissədə bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisələrin təqsirləndirilən şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunsa da, “Zərərçəkmiş şəxs yıxılması nəticəsində xəsarət alması”, “onun, Zərərçəkmiş şəxs vurmaması, Zərərçəkmiş şəxs onu vurması”, “onun burnunun qanaması”, “Zərərçəkmiş şəxs aralaşdıqdan sonra 1.5 m hündürlükdən Sabirin evinin arxasında olan setka üzərinə yıxılması” ilə bağlı ifadələrinin, dolayısı ilə belə bir faktın mövcudluğu ilə bağlı təqsirləndirilən şəxsin şübhəli mövqeyi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə təsdiq olunmur. Həmçinin ittiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə araşdırılmış sübutların məcmuyuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1 maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqların olmasını, 59.1.8-ci maddəsinə əsasən iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs mübahisəyə təhrik etməsi, onlar arasında yaranan mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətməsi onun cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törətməsi, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərəçəkmiş şəxslə barışıq əldə edilməsini, CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1 və 49.2-ci maddələrinə əsasən İslah işləri iki aydan iki ilədək müddətə təyin edilir və islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1 maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, hökmün icrası Şahbuz rayon İcra və Probasiya bölməsinə tapşırılmalı, təqsirləndirilən şəxs barəsində barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli (CPM 346.1.20.) və mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 5% dövlət nəfinə pul tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Şahbuz rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. Məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Naxçıvan Şəhər Vəkil bürosunun vəkili Müdafiəçi ibtidai istintaq zamanı və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Naxçıvan Şəhər Vəkil bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar