Məhkəmə qərarları › İş №1(090)-4/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Hökm — İş №1(090)-4/2023

07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şahbuz şəhəri İş № 1(090)-4/2023 07.07.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X3 iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi əvəzi, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs “X10” MMC-nin nümayəndəsi X4, Təqsirləndirilən şəxs1 müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Təqsirləndirilən şəxs3 müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə; xx xxxxxxx 1997-ci ildə Şahbuz rayonu, Badamlı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilməyən, Şahbuz rayonu, Badamlı kəndində qeydiyyatda olmaqla, hal-hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 29,177.2.1, 29,177.2.2, 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair, 24 avqust 1988-ci ildə Şahbuz rayonu, Badamlı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu ödənilmiş, Şahbuz rayonu, Badamlı kəndində qeydiyyatda olmaqla, hal-hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 29,177.2.1 və 177.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair, xx xxxxxx 2003-cü ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Naxçıvan şəhəri, Əliabad qəsəbəsində qeydiyyatda olmaqla, hal-hazırda barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 29,177.2.1 və 177.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin baxış iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etməyə cəhd etmişdir. Belə ki, o, 22 yanvar 2023-cü il saat 10 radələrində Şahbuz rayonu Badamlı kəndində yerləşən iş yeri “X10” MMC-nin həyətindən bir ədəd 190 manat dəyərində “CAMAK **********” markalı hava təmizləyici aparatın motorunu gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs “X10” MMC-yə 190 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 22 yanvar 2023-cü il tarixindən 2-3 gün sonra “X10” MMC-də operator işləyən Təqsirləndirilən şəxs2 və fəhlə işləyən Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında “X10” MMC-yə məxsus əmlakları talama barədə razılığa gələrək vahid niyyətlə əhatə olunan qəsdlə həmin tarixdə saat 21 radələrində hər birinin dəyəri 145 manat təşkil edən 2 ədəd “CUBİGEL compressors” NUY120NA markalı soyuducu motorunu, 27 yanvar 2023-cü il tarixdə axşam saatlarında hər birinin dəyəri 145 manat təşkil edən 2 ədəd “CUBİGEL compressors” NUY120NA markalı soyuducu motorunu gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs “X10” MMC-yə 580 manat ziyan vurmaqla təkrar oğurluq etmiş, 31 yanvar 2023-cü il günorta saatlarında hər birinin dəyəri 145 manat təşkil edən 4 ədəd “CUBİGEL compressors” NUY120NA markalı soyuducu motorunu götürmək məqsədilə zavodun həyətindəki paletlərin arasında yığsalar da 2 fevral 2023-cü ildə keçirilmiş tədbirlər nəticəsində tutulduqlarından bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəbə görə başa çatdıra bilməyərək özgənin əmlakını gizli olaraq talamaqla “X10” MMCyə 580 manat ziyan vurmaqla təkrar oğurluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməyə cəhd etmişdir. Belə ki, o, 22 yanvar 2023-cü il tarixindən 2-3 gün sonra “X10” MMC-də fəhlə işləyən Təqsirləndirilən şəxs3 və portiv sürücüsü işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında “X10” MMC-yə məxsus əmlakları talama barədə razılığa gələrək vahid niyyətlə əhatə olunan qəsdlə həmin tarixdə saat 21 radələrində hər birinin dəyəri 145 manat təşkil edən 2 ədəd “CUBİGEL compressors” NUY120NA markalı soyuducu motorunu, 27 yanvar 2023-cü il tarixdə axşam saatlarında hər birinin dəyəri 145 manat təşkil edən 2 ədəd “CUBİGEL compressors” NUY120NA markalı soyuducu motorunu gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs “X10” MMC-yə 580 manat ziyan vurmaqla oğurluq etmiş, 31 yanvar 2023-cü il günorta saatlarında hər birinin dəyəri 145 manat təşkil edən 4 ədəd “CUBİGEL compressors” NUY120NA markalı soyuducu motorunu götürmək məqsədilə zavodun həyətindəki paletlərin arasında yığsalar da 2 fevral 2023-cü ildə keçirilmiş tədbirlər nəticəsində tutulduqlarından bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəbə görə başa çatdıra bilməyərək özgənin əmlakını gizli olaraq talamaqla “X10” MMC-yə 580 manat ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməyə cəhd etmişdir. Belə ki, o, 22 yanvar 2023-cü il tarixindən 2-3 gün sonra “X10” MMC-də operator işləyən Təqsirləndirilən şəxs2 və portiv sürücüsü işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında “X10” MMC-yə məxsus əmlakları talama barədə razılığa gələrək vahid niyyətlə əhatə olunan qəsdlə həmin tarixdə saat 21 radələrində hər birinin dəyəri 145 manat təşkil edən 2 ədəd “CUBİGEL compressors” NUY120NA markalı soyuducu motorunu, 27 yanvar 2023-cü il tarixdə axşam saatlarında hər birinin dəyəri 145 manat təşkil edən 2 ədəd “CUBİGEL compressors” NUY120NA markalı soyuducu motorunu gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs “X10” MMC-yə 580 manat ziyan vurmaqla oğurluq etmiş, 31 yanvar 2023-cü il günorta saatlarında hər birinin dəyəri 145 manat təşkil edən 4 ədəd “CUBİGEL compressors” NUY120NA markalı soyuducu motorunu götürmək məqsədilə zavodun həyətindəki paletlərin arasında yığsalar da 2 fevral 2023-cü ildə keçirilmiş tədbirlər nəticəsində tutulduqlarından bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəbə görə başa çatdıra bilməyərək özgənin əmlakını gizli olaraq talamaqla “X10” MMC-yə 580 manat ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 2022-ci ilin may ayında "xxxx" MMC-də yükləyici vəzifəsində işə başlayıbdır, həmin tarixdən qeyd etdiyi zavodda işləyir, zavodda işləyən zaman bir gün yedək parça otağında iş yoldaşı Təqsirləndirilən şəxs2la söhbət edərkən, Ramiz orada olan vitrinləri ona göstərib “ bunların hansı pula gedər?”- deyibdir, təxminən 1-2 gün sonra zavodun arxasında olan besetkada oğurluğu necə həyata keçirəcəkləri ilə bağlı danışıb razılaşıblar, bundan əvvəl Ramiz Təqsirləndirilən şəxs3 hər şeyi danışıbdır, təxminən 2023-cü ilin yanvar ayında O, işlədiyi “Badamlı Sular zavodu’ MMC-yə məxsus olan 2 (iki) ədəd soyuducu motorunu iş yoldaşı Təqsirləndirilən şəxs2 köməkliyi ilə götürüb və zavodun hasarından çölə qoyubdur. O, soyuducu motorunu götürən zaman Ramiz ona gözətçilik edibdir, gəlib-gedən barəsində məlumat verib, xəbərdarlıq edibdir. Həmin günün axşamı, digər işçilər ilə birlikdə işdən çıxıblar və Babdamlı kəndinə gəliblər. O, həmkəndlisi Raşənin maşını ilə gedib motorları götürməli idi, ancaq Raşənin maşını xarab olduğundan, kənd mərkəzində Çingizi görüb onun maşını ilə getmək istəyiblər, Çingizin maşını xarab olduğundan maşınına ehtiyat hissə lazım olubdur, O gedib açarları gətirməyə Çingiz Ramizə isə pul veribdir ki, gedib maşına ehtiyat hissə alsınlar. Həmin arada o evlərinə gedibdir, Xəyal isə kənd mərkəzində qalıbdır, sonra O evdən çıxıb və gəlib Xəyalın yanına, sürücü də həmin vaxt gəlibdir. Təqsirləndirilən şəxs3 tanışı olan sürücü Şahid1 zəng edərək çağırmışdı. Ramiz işinin çıxdığını söyləyərək oradan gedibdir. O, Xəyalın çağırdığı sürücü ilə birlikdə "xxxx" MMC-nin arxa hissəsinə gediblər, sürücü avtomobili yolun kənarında saxlayıb və özü də avtomobildə qalıbdır, onunla Xəyal birlikdə zavodun arxa hissəsinə motorları qoyduqları hissəyə keçib və motorları götürüb avtomobilə geri dönüblər, onlar onu avtomobil ilə Badamlı kəndinin mərkəzinə gətiriblər, O avtomobildən düşdükdən sonra Xəyal sürücü ilə Naxçıvan şəhərinə gediblər. Motorları Xəyal tanıdığı Hikmət ustaya satmalı idi, səhv etmirsə həmin gün Hikmət ustanın işi çıxıb, səhəri gün Xəyal ona motorları 200 manata satdığını 20 manatını taksi sürücüsünə, Ramizlə “Əyləncə adasında” görüşüb 90 manatı Ramizə verdiyini, 90 manatını isə özünün götürdüyünü deyibdir. O sonradan bilibdir ki, motorları Xəyal 240 manata satıb. Həmin vaxt oğurladıqları motorlardan əldə olunan puldan ona verilməyəcək idi, çünki əvvəldən danışıblar ki, ona növbəti dəfə oğurlayacaqları motorların pulu veriləcəkdir, hətta üçüncü dəfə oğurlayacaqları motorların pulu isə üçünün arasında bölünəcəkdik. 27 yanvar 2023-cü ildə o, anbardan iki ədəd motor oğurlayıbdır, həmin vaxt isə Xəyal və Ramiz ona gözətçilik ediblər. Motorların şəklini “vatsap” ilə Xəyala atıbdır çünki, Xəyal konkret olaraq motorların oğurluq olduğunu bilirdi, satmağa adam tapmalı idi, tapa bilmədiyinə görə o, oğurladığı motorları Naxçıvan şəhərinə həmkəndlisi Çingizin avtomobili ilə aparıb satıbdır. Bundan sonra O, Ramiz və Xəyal yedək parça otağında oturub söhbət ediblər, söhbət zamanı hətta Ramiz yuxarıda su motorlarını göstərib deyibdir ki, “bunlar necə pula gedər” 31 yanvar 2023-cü ildə Ramiz, o və Xəyal anbarda paletlərin arxa hissəsində motorları oğurlamaq barədə razılaşıblar, sonra Xəyal işlədiyi xəttə suyu paletlərə vurmağa gedibdir, Ramiz ona gözətçilik edirdi, telefonla kimin gəlib-getdiyinə dair məlumat verirdi ki, o motorları oğurlaya bilsin, bundan sonra 4 ədəd motoru oğurlayıbdır, motorların hər birinin çəkisi 7-8 kq olubdur, sürdüyü yük maşının, “foktlifin” qabağına yük yığıb, arxa tərəfinə isə motorları qoyubdur ki, heç kim görməsin və zavodun həyətində paletlərin arxasına qoyubdur. Həmin günü Ramiz paletlərin arasını kəsibdir ki, o motorları həmin yerdə gizlədə bilsin. O motorları götürübdür, Ramiz gözətçilik edir, Xəyal isə satmağa adam tapırdı. Hətta sonuncu dəfə motorları oğurladıqdan sonra Ramiz ona deyibdir ki, “gərək elə 10 motor götürərdik”. Həmin günün axşamı işdən çıxdıqdan sonra Xəyal yenə tanışı olan taksi sürücüsü Aydına zəng edibdir ki, gəlib onu aparsın. O evə gedib, telefonunu söndürübdür ki, Xəyalgil zəng edib onu çağırmasınlar, lakin Xəyal onun ev telefonuna zəng edərək, telefonuna niyə zəng çatmadığını soruşanda, evdə problem olduğunu və çıxa bilmədiyimi deyibdir. O, məcbur qalıb telefonunu açıb, Xəyala ona zəng etməsi üçün sms yazıbdır, Xəyal ona zəng edərək “bəs niyə çıxa bilmirsən, motorları nə edək” deyə soruşubdur, o da evdə problem olduğu üçün çıxa bilmədiyini deyibdir, 1 fevral 2023-cü il tarixdə Rafael müəllim ona zəng vurub “get Şahbuz Rayon Polis Şöbəsinə” deyibdir, o da gedibdir və orada səmimi olaraq törətdiyi oğurluq hadisəsini etiraf edibdir. O ailəlidir, ilk dəfə cinayət törədibdir, əməlindən peşmandır, məhkəmədən cəza təyin edilərkən bu halların nəzərə alınmasını və məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs1 bildirdi ki, etdiyi əməldən peşmandır, oğurluq barədə niyyəti Ramizlə söhbət etdikdən sonra yaranıbdır, oğurluq etməkdə məqsədi pul əldə etmək olubdur, oğurluqdan 50 manat daha sonra 160 manat pul əldə edib 40 manatını borcuna veribdir, qalan pulu isə Ramiz və Xəyalla yeyib-içiblər, Ramiz və Xəyal ilə münasibətləri normal olubdur, bir yerdə işləyiblər, iş vaxtı səhər saat 9:00-dan, axşam saat 18:00-a bitir, üçü, yəni o, Xəyal və Ramiz oturub söhbət edərkən motorları oğurlamaq fikri onlarda yaranıbdır, hadisələrin necə cərəyan etməsi onların söhbətinin nəticəsində formalaşdı, hətta dördüncü motoru götürməyi qərarlaşdıranda Ramiz ona belə bir üsul deyibdir ki, “əvvəlcədən yeri süpürək, zibili yığışdıranda motorları qoyaq karobkada zibillərin içinə çixardaq, beləliklə heç kim görməyəcəkdir”, birinci dəfə götürdükləri motorların pulundan Ramizə 90 manat pul verilibdir, motorları hasarın yanından maşına Xəyal ilə o daşıyıblar, birinci dəfə o, Xəyalla aparıblar, həmin vaxt Ramiz harasa getmiş idi, ikinci dəfə motorları özü çıxardıb Çingizin maşını ilə aparıbdır, həmin vaxt da Ramiz ilə Xəyal telefonla ona gözətçilik ediblər, zavoddan havalandırma motoru ilə birlikdə doqquz ədəd motor çıxarılıbdır. Əlavə olaraq Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 suallarını cavablandıran Təqsirləndirilən şəxs1 bildirdi ki, bəli, Ramiz ona telefonla zəng vuraraq gələngedənləri bildirərək gözətçilik edibdir, xeyr, o şəxsən Ramizə pul verməyibdir, O, Ramizə zəng vurubdur ki, soruşsun haradadır, ancaq ona zəng çatmayıbdır, ikinci motorların pulu tək ona çatacağı üçün o, motorları tək götürübdür, xammal anbarından götürübdür, əvvəlcədən yedək parça otağında üçü danışıb, razılaşıblar. Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi4 suallarını cavablandıran Təqsirləndirilən şəxs1 əlavə olaraq bildirdi ki, maşınla hasara qədər gətirib qoyubdur hasarın yanına, o, Xəyalla motorları götürəndə Ramizin işi olduğu üçün gəlməyibdir, ikinci dəfə özü motorları çıxarıbdır, həmin vaxt Çingizin maşını ilə aparıbdır, motorların oğurlanmasında ona Ramiz ilə Xəyal gözətçilik ediblər. Sonda Təqsirləndirilən şəxs1 tutduğu əməldən peşman olduğunu, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, O, 2021-ci ildən “X10” MMC-də tutulduğu vaxta qədər işləyibdir, zavodda işləməyə başlayandan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 də həmin zavodda işləməyə başlayıbdır, Təqsirləndirilən şəxs1 həmkəndlisi olduğu üçün tanıyıbdır, zavodda işdə olan vaxtı saat təxminən 17:30-da Təqsirləndirilən şəxs1 ona anbardan motor oğurlayaraq satmaq istədiyini və ona da pul verəcəyini demiş və onunla razılaşmışlar, Nuranla onun razılaşmasına görə o, sexin içində olmalı, əgər adam gəlsə Nurana bildirməli imiş, Nuran anbardan 2 ədəd soyuducu motorunu götürüb və o, da gözətçilik edibdir. Təxminən 2 gündən sonra o, Naxçıvan şəhərinə gedib, orada Xəyal və Nuranla görüşübdür, yemək yedikdən sonra Xəyal və Nuran 2 gün əvvəl oğurladıqları motorları 200 manata satdıqlarını deyiblər və Xəyal motordan aldıqları puldan 90 manatı ona veribdir, təxminən 2-3 gün sonra işdə olan vaxtı Nuranla yenə 2 ədəd motor oğurlamaq qərarına gəlmiş, o, yenə də sexdə gələnin olacağı təqdirdə Nurana xəbər etmək üçün gözətçilik etmiş və Nuran anbardan 2 ədəd motoru paletlərin arasında gizlədərək həyətə çıxartmış, daha sonra 31 yanvar 2023-cü il tarixdə onlar yenə də motor oğurlayaraq satmaq qərarına gəlmişlər, o, motorları Nuranın anbardan rahat çıxartması üçün paletin taxtasını qırmış və Nuran anbardan 4 ədəd motoru götürmüş və onun əvvəlcədən qırdığı paletin arasına qoyaraq çölə çıxartmışdır, Nuran ona pula ehtiyacı olduğunu dediyi üçün ikinci dəfə oğurladıqları 2 ədəd motorun kimə satdıqlarından xəbəri olmamışdır, Nurandan bu barədə heç nə soruşmayıbdır, sonradan Nuranın zavoddan havalandırma aparatının motorunu oğurladığını bilib, amma o, həmin vaxtı orada olmayıbdır, motorları o, Xəyal və Nuranla birlikdə oğurlayıbdır. Sonda Təqsirləndirilən şəxs2 tutduğu əməldən peşman olduğunu, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, O, “X10” MMC-də 06 iyun 2022-ci il tarixdən işləyir, zavodda işlədiyi zaman Təqsirləndirilən şəxs1la tanış olubdur, Təqsirləndirilən şəxs1 zavodda “Portif” sürücüsü işləyibdir, işlədiyi müddət ərzində Təqsirləndirilən şəxs1la münasibəti bir iş yoldaşı kimi yaxşı olubdur, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə aralarında heç bir düşmənçilik və qohumluq münasibətləri olmayıbdır, təxminən 2022-ci ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs1 onun mobil telefonuna “Whatsap” ani mesajlaşma proqramı vasitəsi ilə təxminən 25-30 sm ölçüsündə bir ədəd havalandırma motorunun şəklini ataraq “buna bir alıcı tap sataq” deyə yazıbdır, o isə Təqsirləndirilən şəxs1 cavabında tapa biləcəyini deyibdir, bu söhbətlərindən iki gün sonra Nurandan şəklini göndərdiyi motoru nə etdiyini soruşan zaman ona “50 manata satdım” deyibdir, daha sonra Nuranın əlavə olaraq iki ədəd soyuducu motoru idarə etdiyi “portifin” qaldırıcı vasitəsinə qoyaraq zavodun içəri hissəsindən zavodun həyətinə taxta “palet”-lərin olduğu yerə apararaq, orada paletlərin arxasında gizlətdiyini bilibdir, daha sonra isə həmin iki ədəd soyuducu motorunu oradan götürüb Naxçıvan şəhərində fəaliyyət göstərən Reyhan Marketin yanındakı soyuducu təmiri sexinə satıbdır, təxminən onların bu söhbətlərindən dörd gün sonra işdə olan zaman yenə Təqsirləndirilən şəxs1 ona “paletlərin arxasına iki ədəd soyuducu motoru atmışam, axşam zəng edəcəm gəl həmin motorları götürək apar sat, pulu isə Təqsirləndirilən şəxs2la bölərsiz deyən zaman Ramizin bu işdə rolu nədir deyə ondan soruşmuş, Nuran isə ona cavab verməmişdir. Ramizgildə olan zaman Təqsirləndirilən şəxs1 onun mobil telefonuna zəng edərək ona “iki ədəd yenə zavoddan soyuducu motoru götürmüşəm, sən bunları aparıb sata bilərsən?” deyə sual vermiş, o, da Təqsirləndirilən şəxs1 “problem yoxdur, aparıb sataram” deyibdir, təxminən həmin gün saat 21:00 radələrində Aydın adlı sinif yoldaşına Badamlı kəndinə gəlməyini demiş, Aydın Badamlı kəndinə gəlmiş və Aydının idarə etdiyi “VAZ 21015” markalı avtomobilə əyləşib, sonra kənd mərkəzində Təqsirləndirilən şəxs1 maşına minibdir, Nuran onlara yolu göstərərək “X10” zavodunun arxa tərəfi ilə təxminən 200 metr aralıda avtomobili saxladıb. Şahid1 avtomobildə onları gözləyib, Aydının onların “X10” zavoduna məxsus soyuducuların motorlarını oğurladıqlarından xəbəri olmayıbdır, o, Aydına “burada gözlə bizim burda bir karopkada motorumuz var. Motoru götürürük gələk” deyibdir, Təqsirləndirilən şəxs1la birlikdə avtomobildən düşdükdən sonra 2 ədəd soyuducu motorunu gətirib avtomobilin arxa oturacaqlarına qoymuşlar və daha sonra Naxçıvan şəhərinə gəlmişlər. Naxçıvan şəhərinə çatan zaman o, daha əvvəl tanıdığı Hikmət adlı soyuducu ustasına zəng edərək “məndə iki ədəd yeni soyuducu motoru vardır. Onları satmaq istəyirəm” deyibdir, o, isə sabah səhər saat 10-da gəlməyini deyib, səhəri gün onun işləri olduğu üçün dediyi vaxt aparıb soyuducu motorlarını Hikmətə sata bilməyibdir, həmin gün axşam tərəfi saat 19:30-da Şahid1la birlikdə Hikmətin “Xıncov” adlanan məhəllədə yerləşən evinə gediblər və iki ədəd soyuducu motorunu 200 manata ona satıbdır. O, soyuducu motorlarını satıb, əldə etdiyi 200 manat pulun 90 manatını Naxçıvan şəhərində yerləşən Əyləncə Mərkəzinə gedib orada Ramizə verib, qalan 110 manat puldan da 90 manatını özü götürüb 20 manatını da Şahid1 taksi kimi veribdir. Həmin gündən 5 gün sonra Təqsirləndirilən şəxs1 ona “vacib bir adam var ona pul borcum olduğu üçün bu gün ona pul çatdırmalıyam” demiş, o, həmin gün axşam saat 21:00 radələrində Təqsirləndirilən şəxs1 zəng edərək, X10 Zavodundan günorta işdə olan zaman taxta paletlərin yanına qoyduğun 4 ədəd soyuducu motorunu götürək deyibdir, Nuran isə ona “bir balaca problemim var, 15-20 dəqiqəyə imkan edib çıxacam” deyibdir, təxminən 15- 20 dəqiqə sonra Nurana yenidən zəng edib, amma Təqsirləndirilən şəxs1 mobil telefonuna zəng çatmayıbdır, Nuranın telefonuna zəng çatmadığını görüb, Naxçıvan şəhərində yaşadığı evə gedibdir. Sonda Təqsirləndirilən şəxs3 tutduğu əməldən peşman olduğunu, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs “X10” MMC-nin nümayəndəsi X8 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 2015-ci il tarixdən “X6” MMC-nin istehsalat müdiri vəzifəsində işləyir təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şahbuz rayonu Badamlı qəsəbəsində yerləşən “X6” MMC-də işləyiblər, Təqsirləndirilən şəxs3 bir ildən artıq müddət idi ki, “X6” MMC-də fəhlə, Təqsirləndirilən şəxs1 1 ildən artıq idi ki, portiv sürücüsü, Təqsirləndirilən şəxs2 isə 2 ildən artıq olardı ki, operator vəzifəsində işləyiblər. Təqsirləndirilən şəxs3 “X6” MMC-dən oğurluq olduğu dövrdə fəhlə olaraq sexdə işləyibdir, Təqsirləndirilən şəxs1 “portiv” sürücüsü olaraq anbardan boş paletləri aparıb gətirmiş, zavodda istehsal olunan suları yığıb boşaldıbdır, Təqsirləndirilən şəxs2 isə sexdə “Badamlı” sularının yığıldığı qabları şişirtmə aparatını işlədibdir, Naxçıvan Muxtar Respublikasının rayonlarında və kəndlərində yerləşən mağazalara istifadə olunması üçün verilən soyuducuların motorlarında nasazlıq yarandıqca dəyişilməsi üçün 2023-cü ilin yanvar ayının əvvəllərində zavod tərəfindən Türkiyə Respublikasından sifariş verilmiş 50 ədəd “Cubigel compressors” NUY120NA markalı soyuducu motorları zavodun ərazisində yerləşən xammal anbarına yığılmışdı. O, 02 fevral 2023-cü il tarixdə xammal anbarında olarkən anbara yığılmış soyuducu motorlarına baxış keçirən zaman, anbarda olan motorların 8 ədədinin olmadığını görüb və rəhbərliyə bu barədə məlumat veribdir, həmin vaxt zavoda rəhbərlik edən Sübhan Əliyevlə təkrar soyuducu motorları olan xammal anbarına baxış keçiriblər və 8 ədəd soyuducu motorların olmadığına əmin olduqdan sonra oğurluq ehtimalına əsasən polis əməkdaşlarına oğurluq barədə məlumat veriblər. Şahbuz rayon polis şöbəsinin əməkdaşları həmin gün zavoda gəlib, ilk öncə xammal anbarına sonra isə zavodun ərazisinə baxış keçiriblər, baxış keçirilən zaman zavodun həyətində olan boş paletlərin yığıldığı yerin arxa hissəsindən paletlərin içərisindən 4 ədəd karopkada olan soyuducu motorlarını tapıblar, digər 4 ədəd soyuducu motorunu isə tapa bilməyiblər. Polis əməkdaşları zavodun həyətində paletlər yığılan yerdən paletlərin arasından soyuducu motorlarını tapan zaman O, həmin paletlərin arxa tərəfinə qoyduqları işlənmiş 1 ədəd “Camak” markalı havalandırma motorununda orada olmadığını görüb və bu barədə əməkdaşlara bildiribdir, daha sonra zavoddan oğurluq edənlərin Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını polis əməkdaşları onlara bildiriblər, zavoddan ümumilikdə xammal anbarından 1 (bir) ədəd havalandırma motoru, 8 (səkkiz) ədəd soyuducu motoru oğurlanıbdır, halhazırda oğurlanan motorlar Şahbuz rayon polis şöbəsində maddi sübutların saxlanc yerində maddi sübut kimi saxlanılır. Bununla yanaşı, X8 ifadəsində təqsirləndirilən şəxslərin təmsil etdiyi “X6” MMC dəymiş ziyan ödəməsələr də, sonunculara qarşı şikayət və tələblərinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində bildirmişdir ki, o, Əliabad qəsəbəsində “Firma Mağazısı”nın yanında öz avtomobili ilə taksi kimi fəaliyyətlə məşğul olur, təxminən 2023-cü ilin yanvar ayının axırlarında əvvəlcədən tanıdığı və sinif yoldaşı olan Xəyal ona yaxınlaşaraq onu Şahbuz rayon Badamlı kəndinə aparmağını istəyibdir, Xəyalla 15 manata razılaşaraq Şahbuz rayon Badamlı kəndinə gediblər, yolda Xəyalla söhbət edən zaman Badamlı kəndinə dostugilə qonaqlığa getdiyini deyibdir, Şahbuz rayon Badamlı kəndində çatdıqdan sonra Xəyal onun telefon nömrəsi götürürərək ona taksi lazım olduğu zaman ona zəng vuracağını deyibdir, təxminən 1-2 gündən sonra, saat 18:30 radələrində Xəyal onun mobil telefonuna zəng vuraraq Şahbuz rayon Badamlı kəndinə gəlməyini istəyib və 2 gün əvvəl onu endirdiyi yerdən götürməyini bildiribdir, o, Şahbuz rayonu istiqamətində gedərkən yolda Xəyal zəng vuraraq Sələsüz kəndindəki körpünün yanında olduğunu deyibdir, o, Sələsüz kəndində körpünün yanında saxlayıbdır, Xəyal avtomobilə mindikdən sonra ona Badamlı kəndində 2 qutu olduğunu və onları götürmək üçün Badamlı kəndinə gedəcəklərini deyibdir, onlar Badamlı kənd mərkəzinə gediblər, orada tanımadığı bir şəxs avtomobilə minibdir, Xəyal həmin şəxsin dostu olduğunu və adının Nuran olduğunu deyibdir, sonra Xəyal ona avtomobili Badamlı su zavodunun yanına sürməyini deyibdir, su zavoduna yaxın bir döngədə saxladıqdan sonra Xəyal və Nuran avtomobildən düşüblər və Xəyal ona qutuları götürüb gələcəyini deyibdir, təxminən 5 dəqiqədən sonra hərəsi əlində bir qutu ilə gələrək qutuları maşına qoyublar, sonra Nuranı kənd mərkəzinə endirib, Xəyalla birlikdə Naxçıvan şəhərinə gəliblər, Naxçıvan şəhərində Avtovağzalın yanındakı “Limon Market” in yanında Xəyal avtomobildən düşüb və həmin 2 qutunu da götürərək gedibdir. Xəyal sonrakı gün ona yenə zəng vuraraq Əliabadda evdə olduğunu, “Limon Market” ə getmək üçün onu evdən götürməyini istəyibdir, o, Xəyalın yaşadığı evə gedib və Xəyal əlində 2 torba ilə çıxaraq avtomobilə oturub və “Limon Market” lə üzbəüz olan “Xıncab” adlanan məhəlləyə gediblər. Xəyal orada tanımadığı bir evin yanında düşərək qapını döydükdən sonra həyətdən bir şəxs çıxıb və Xəyal əlindəki torbalarla birlikdə həyətə giribdir, bir neçə dəqiqədən sonra Xəyal həyətdən çıxaraq avtomobilə əyləşib və onu təkrar Əliabad qəsəbəsindəki evlərinə aparıbdır, Xəyal ona ümumilikdə 30 manat pul veribdir. Məhkəmədə proses iştirakçılarının suallarını cavablandıran Şahid1 əlavə olaraq bildirdi ki, ilk dəfə apardığına görə 15 manat pulu onların razılığına əsasən maaşda verməlidilər, sonuncu dəfə ona taksi xidməti göstərdiyi üçüm 30 manat pul veriblər, korobkada nə olduğunu o soruşmayıbdır, sadəcə korobkanın ağır və ya yüngül olduğunu soruşubdur, ona balaca bir əşya olduğunu deyiblər, Xəyalı Əliabadda məhlə uşağı kimi tanıyır, həmçinin Xəyalla orta məktəbdə paralel siniflərdə oxuyubdur, Badamlı kəndində Nuran avtomobildən düşüb getdikdən hardasa bir dəqiqə sonra Xəyal onun arxasınca gedibdir, sonra hər ikisi birlikdə qayıdıbdır, hər birinin əlində bir korobka olubdur, qayıtmaqları hardasa 10 dəqiqə çəkibdir, həmin vaxt qış ayı olduğundan hava soyuq olubdur, havada ala-qaranlıq olubdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində bildirmişdir ki, o, uzun müddətdir “Reyhan” marketin yanında yerləşən məişət avadanlıqlarının təmiri sexində ustalıq ilə məşğuldur, təxminən 2023-cü ilin yanvar ayının axırları sexdə olarkən Təqsirləndirilən şəxs1 adlı şəxs sexə gələrək Türkiyə Respublikasından motor aldığını, soyuducuya uyğun olmadığını və gömrük bağlı olduğu üçün Türkiyə Respublikasına qaytara bilmədiyinə görə satmaq istədiyini deyibdir, o motorun harada olduğunu soruşub, Nuran motoru gətirdiyini, avtomobildə olduğunu deyibdir, Nuran sexdən çıxaraq bir neçə dəqiqə sonra yanında bir şəxslə 2 ədəd motoru gətiribdir, onun yanındakı şəxsi tanımayıbdır, motorlar karopkanın içərisində olubdur, o, motorlara baxaraq onların təzə olduğunu görüb, motorun birinin qiymətini soruşduqda Nuran ona motorun bir ədədini 120 manata satdığını deyibdir, o, Nurana motorların ev soyuducusu motoru olmadığını dedikdə Nuran mağazalarının olduğunu və motorları mağazada olan soyuducular üçün gətirdiklərini deyibdir, o, Nurana soyuducu sezonu olmadığını, həmin qiymətə halhazırda motorları almayacağını, motorun birinə 80 manat verə biləcəyini deyibdir, Nuran da ona gömrük bağlı olduğundan məcbur həmin qiymətə satacağını bildirib və o, iki motora görə 160 manat Nurana pul veribdir. Məhkəmədə proses iştirakçılarının suallarını cavablandıran Şahid3 əlavə olaraq bildirdi ki, Nuran ona yol bağlı olduğu üçün Türkiyə Respublikasına keçə bilmədiyi üçün məcbur qalıb satdığını deyibdir, normalda soyuducu motorlarının qiyməti 140 manatdır, Nuran ondan 100 manata almağını istəyib, həmin vaxt soyuducu sezonu olmadığı və pulunun olmadığı üçün Nurandan birini 80 manat ala biləcəyini deyibdir, o da onunla razılaşıbdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində uzun illərdir tullantı dəmir alqı-satqısı ilə məşğul olduğunu, təxminən 2023-cü ilin yanvar ayının axırları Naxçıvan şəhəri 1-ci küçə 91 ünvanında yeləşən evinin həyətində olarkən Təqsirləndirilən şəxs1 adlı şəxsin onun həyətinə gəldiyini, Təqsirləndirilən şəxs1 da əvvəlcədən tanıdığını, onun, bundan əvvəl də bir-iki dəfə işlənmiş dəmir gətirərək ona satdığını, Təqsirləndirilən şəxs1 nə üçün gəldiyini soruşduğunu, Nuranın ona işlənmiş motor olduğunu və satmaq istədiyini dediyini, Nurandan motorun nə motoru olduğunu, işləyib-işləmədiyini, motorun harada olduğunu soruşduğunu, o, motoru gətirdiyini, avtomobildə olduğunu dediyini, Nurana motoru gətirməsini, baxacağını dediyini, Təqsirləndirilən şəxs1 motoru gətirdiyini, o, motora baxdıqda onun havalandırma motoru olduğunu və işlənmiş motor olduğunu gördüyünü, Təqsirləndirilən şəxs1 motoru 50 manata satdığını dediyini, Nurana motoru yoxlamalı olduğunu, əgər işləyirsə 50 manata alacağını dediyini, Təqsirləndirilən şəxs1 motoru götürdükdən sonra Nuranın getdiyini, sabahısı gün motoru yoxladığı zaman motorun işlədiyini gördüyünü, Təqsirləndirilən şəxs1 həmin gün o, evdə olmayan vaxt motorun pulunu götürmək üçün yaşadığı evə gəldikdə oğlu Nicat Məmmədov 50 manat pulu Təqsirləndirilən şəxs1 verdiyini göstərmişdir. Məhkəmədə proses iştirakçılarının suallarını cavablandıran Şahid4 əlavə olaraq bildirdi ki, o, motorları içinin misinə görə alır, Təqsirləndirilən şəxs1 ona satdığı motoru polis əməkdaşları maddi sübut kimi ondan götürüblər, Təqsirləndirilən şəxs1 verdiyi 50 pul isə ona qaytarılıbdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində göstərmişdir ki, onun ata adı Həzrətquludur, lakin hamı ona atasını adını qısaca Həzi oğlu kimi deyirlər, Təqsirləndirilən şəxs3 əvvəlcədən tanıyır, Xəyalı Naxçıvan şəhərində yerləşən “Melisa” kafenin soyuducularını təmir etməyə getdiyi zaman tanıyıbdır, Xəyal həmin kafedə kuryer kimi işləyibdir, Təqsirləndirilən şəxs3 bir müddət olar ki, görmürdü Təqsirləndirilən şəxs3 2023-cü ilin yanvar ayında o, evdə olarkən onun mobil telefonuna zəng edərək soyuducu motoru alıb-almadığını soruşubdur, o, Xəyala hal-hazırda soyuducu motoruna ehtiyac olmadığını deyibdir, Təqsirləndirilən şəxs3 ona dostunun Türkiyə Respublikasından istifadə etmək üçün 2 ədəd soyuducu motoru gətirdiyini, övladı xəstə olduğu üçün isə həmin motorları satmaq istədiyini deyibdir, o, Təqsirləndirilən şəxs3 dostunun motorları neçəyə satdığını soruşub, Təqsirləndirilən şəxs3 isə ona dostu ilə danışacağını və motorlardan birini 120 manata verəcəyini deyibdir, o da Təqsirləndirilən şəxs3lə razılaşaraq motorları o qiymətə gətirməsini deyibdir, Xəyal da ona motorları axşam yaşadığı evə gətirəcəyini deyibdir. Həmin gün axşam Təqsirləndirilən şəxs3 ona zəng edərək yaşadığı məhəllədə onu gözlədiyini deyib, o məhəlləyə çıxdıqda Təqsirləndirilən şəxs3 yaş asfalt rəngli, “Vaz 21015” markalı avtomobil ilə gəldiyini görübdür, Təqsirləndirilən şəxs3 ona motorları gətirdiyini və motorları avtomobildən endirib ona göstəribdir, motorlar ayrı-ayrı karopkalarda sellofan paketlərin içərisində olubdur, Təqsirləndirilən şəxs3 motorlar olan karopkanın birini açıb etiketini göstərərək təzə, işlənməmiş olduğunu dedikdən sonra o, Təqsirləndirilən şəxs3 motorların birini 120 manatdan alacağını deyərək 200 manat pul gətirib Təqsirləndirilən şəxs3 verərək 2 ədəd soyuducu motorunu ondan götürüb və bir-iki günə 40 manat pulu da verəcəyini deyibdir. Məhkəmədə proses iştirakçılarının suallarını cavablandıran Şahid2 əlavə olaraq bildirdi ki, Xəyalın gətirdiyi motorlar ilə onun alıb istifadə etdiyi motorlar eyni gücdə olan motorlardı, lakin fərqli markalardı, Xəyal ondan motorları almaq istəyibistəmədiyini soruşanda, ona həmin motorları Rəhimdən 140 manata aldığını deyibdir, Xəyal da ona 120 manata satdığını deyibdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, arada taksi kimi işləyir, təxminən 2023-cü ilin yanvar ayında saat təxminən 11:00 radələrində yaşadığı Şahbuz rayon Badamlı kəndinin mərkəzində özünə məxsus olan “Vaz” 2107 markalı, **-BD-*** nömrəli avtomobildə oturan vaxtı həmkəndlisi Təqsirləndirilən şəxs1 onun mobil telefonuna zəng vuraraq “X10” zavodunun yanında olduğunu, onu götürərək Naxçıvan şəhərinə getmək lazım olduğunu bildirmiş, o, “X10” zavodun yanına çatanda Nuranın zavodun yanında onu gözlədiyini, Nuranın yanında avtomobili saxlamış, Nuranın əlində olan 1 ədəd motoru onun avtomobilinə qoymuş və Naxçıvan şəhərinə gedəcəklərini demişdir. Yolda Nurandan motoru haradan aldığını soruşmuş, Nuran isə motorun zavoda məxsus olduğunu, motorun xarab olduğunu və zavodda anbar müdiri olan Orxan müəllimin düzəltdirmək üçün verdiyini demiş, Naxçıvan şəhərinə çatdıqda, Nuran ondan motor ustası tanıyıb-tanımadığını soruşmuş, o isə tanımadığını demiş, Naxçıvan şəhərində “4 yol” deyilən yerdə avtomobili saxlamış və Nuran siqaret almaq üçün yerə düşmüş, Nuran yerdə olan vaxtı kiminlə isə telefonla danışmış, sonra gəlib avtomobilə oturmuş və Orxan müəllimlə danışdığını və motoru satacağını demiş, sonra Nuranla qonaq evinin yanında olan dəmir alan şəxsin yanına getmiş, Nuran dəmir alan şəxsə motoru göstərərək satmaq istədiyini demiş və 50 manata razılaşaraq motoru satmış, Nuran ona 20 manat pul vermiş və onlar Şahbuz rayon Badamlı kəndinə getmişlər. Təxminən 15 gün sonra saat 13:00 radələrində Nuran ona zəng vuraraq onu Naxçıvan şəhərinə aparmağını demiş və “X10” zavodunun qarşısına gəlməyimi bildirmişdir. O, oraya getmiş və Nuranın əlində 2 ədəd boş karobka olduğunu görmüş, Nuran həmin karobkaları avtomobilə qoymuş və avtomobili yaşayış binalarının yanına sürməyini demişdir. Avtomobili binaların yanında saxlamış, Nuran ağacların yanında paketinin olduğunu demiş və götürüb gələcəyini bildirmişdir. Bir müddətdən sonra Nuran əlində paketlə gəlmiş, paketin içərisindən 2 ədəd soyuducu motoru çıxardaraq həmin boş karobkalara qoymuş, həmin karobkaları avtomobilə yığmış və Naxçıvan şəhərinə getməyini demişdir. Yolda Nuranla söhbət edən vaxtı o, motorları Şəmsi adlı əmisinin Türkiyədən gətirdiyini, daha lazım olmadığını və Naxçıvan şəhərində satacağını demiş, Naxçıvan şəhərinə, “Reyhan” şadlıq sarayının yanına sürməyini demiş, orada Nuran avtomobildən düşərək 1 ədəd soyuducu motorunu da götürərək soyuducu təmiri sexinə girmiş, bir az keçdikdən sonra Nuran gələrək digər motoru da götürərək təkrar sexə girmiş, sonra Nuran gələrək motorları 160 manata satdığını demiş, Nuran ona 15 manat pul vermiş və Badamlı kəndinə qayıtmışlar, həmin vaxtı motorların oğurluq olduğunu bilməmiş, sonradan Badamlı kənd mərkəzində həmkəndlisi Təqsirləndirilən şəxs2la söhbət edən vaxtı Ramiz ondan Nuranla Naxçıvan şəhərinə motor aparıb-aparmadığını soruşmuş, o isə Nuranla 2 dəfə Naxçıvan şəhərinə motor apardıqlarını demiş, Ramiz ona Nuranın həmin motorları “X10” zavodundan oğurladığını demiş, sonra Nurandan bu barədə soruşduqda Nuran həqiqətən də motorları zavoddan oğurladığını bildirmiş və ona bu barədə heç kimə heç nə deməməyi tapşırmış, Təqsirləndirilən şəxs3 də zavodda işlədiyi vaxtdan tanımış, Xəyal və Ramizlə söhbət edən vaxtı Ramiz Xəyala əgər motor oğurluğunun üstü açılsa onun da başının ağrıyacağını deməyini eşitdikdən sonra Xəyalın da motor “Ramizin dediklərindən sonra bildim ki, motor oğurluğunda əlinin olduğunu” bildiyini bildirmişdir. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 mart 2023-cü il tarixli 199 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilən 01 ədəd “CAMAK **********” markalı hava təmizləyici aparatın motorunun istifadə olması nəzərə alınmaqla bazar qiyməti ilə dəyəri 190 (bir yüz doxsan) manat, 08 ədəd “CUBİGEL” compressors” NUY120NA markalı soyuducu motorunun orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1160 (bir min yüz altmış) manat müəyyən olunur. (bir ədədinin qiyməti 145 (bir yüz qırx beş) manat) Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və X1 09 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və X1 09 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və X1 09 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-cil tarixdəki hökmündəki CM-in 234.4.3-cü maddəsi CM-in 234.1-ci maddəsinə tövsif edilərək 02 (iki) il azadlıqdan məhrum etmə cəzası təyin edilməklə, AR MM-in xx.xx.2016-cı il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad edilibdir. Bundan əlavə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmişdir. Şahbuz rayon Badamlı kənd inzibati ərazi dairəsi üzrə icra Nümayəndəliyi tərəfindən verilən xasiyyətnaməyə və ailə tərkibi haqqında arayışa əsasən Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunmaqla Şahbuz rayonu, Badamlı kəndində qeydiyyatda durmaqla, evlidir arvadı X2 ibarət ailə üzvü vardır. Şahbuz rayon Badamlı kənd inzibati ərazi dairəsi üzrə icra Nümayəndəliyi tərəfindən verilən xasiyyətnaməyə və ailə tərkibi haqqında arayışa əsasən Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunmaqla Şahbuz rayonu, Badamlı kəndində qeydiyyatda durmaqla həmin kənddə yaşayır, subaydır. Naxçıvan şəhər Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə icra Nümayəndəliyi tərəfindən verilən xasiyyətnaməyə və ailə tərkibi haqqında arayışa əsasən Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunmaqla ünvan 2 ünvanında qeydiyyatda durmaqla həmin qəsəbədə yaşayır, subaydır. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən tərtib olunmuş ərizədən görünür ki, zərərçəkmiş şəxs “X10” MMC-nin təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinə dair işlər üzrə vahid məhkəmə təcrübəsi yaratmaq məqsədilə 03 mart 2005-ci il tarixli,1 №-li Plenum Qərarına əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş şəxslər və şahid ifadələri, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 177.2.1 və 177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 29,177.2.1 və 177.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 29,177.2.1 və 177.2.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzaların həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosialpsixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi əməli etiraf etməsini, onun yaşadığı yer üzrə müsbət xarakterizə olmasını, onun yeni evli olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, oğurluq əməllərinin törədilməsində aktiv iştirakını (soyuducu motorların çıxarması, bir yerdən başqa yerə daşıması, satışını təşkil edərək, əldə etdiyi pul məbləğinin müqəddəratını həll etməklə, bölüşdürməsini), Təqsirləndirilən şəxs1 şəxsiyyətini, ictimai faydalı işlə məşğul olmamasını, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 03 fevral 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 5 (beş) ay, 4 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon icra və probasiya bölməsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon icra və probasiya bölməsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs1 üzərinə saat 22:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şahbuz rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi əməli etiraf etməsini, onun yaşadığı yer üzrə müsbət xarakterizə olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, oğurluq əməllərinin törədilməsində aktiv iştirakını (soyuducu motorların çıxarması, əldə etdiyi pul məbləğinin müqəddəratını həll etməklə, bölüşdürməsini), Təqsirləndirilən şəxs2 şəxsiyyətini, ictimai faydalı işlə məşğul olmamasını, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,177.2.1, və 177.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 03 fevral 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 5 (beş) ay, 4 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon icra və probasiya bölməsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon icra və probasiya bölməsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs2 üzərinə saat 22:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şahbuz rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi əməli etiraf etməsini, onun yaşadığı yer üzrə müsbət xarakterizə olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs3 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, oğurluq əməllərinin törədilməsində aktiv iştirakını (soyuducu motorların çıxarması, bir yerdən başqa yerə daşıması, satışını təşkil edərək, əldə etdiyi pul məbləğinin müqəddəratını həll etməklə, bölüşdürməsini), Təqsirləndirilən şəxs3 şəxsiyyətini, ictimai faydalı işlə məşğul olmamasını, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,177.2.1, və 177.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 03 fevral 2023-cü il tarixdən 25 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay 22 (iyirmi iki) gün, eyni zamanda 25 iyun 2023-cü tarixdən 07 iyul 2023-cü il tarixədək 12 (on iki) gün ev dustaqlığında saxlanıldığı, ümumilikdə 5 (beş) ay 4 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs3 üzərinə saat 22:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şahbuz rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli və o, dərhal ev dustaqlığından azad edilməlidir. Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz rayon polis şöbəsinin maddi sübutların saxlama otağına təhvil verilmiş 8 ədəd “CUBİGEL” NUY120NA markalı soyuducu motoru və 1 ədəd “CAMAK **********” markalı havatəmizləyici aparatın motor iş üzrə zərərçəkmiş şəxs “X10” Məhdud Məsuliyyətli Cəmiyyətə qaytarılır. Məhkəmə xərci olaraq ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Təqsirləndirilən şəxs2 müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs1 müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsasların olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 29,177.2.1, 29,177.2.2, 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 03 fevral 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay 4 (dörd) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 1 (bir) gün həbsdə qaldığı müddət 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla (10 ay 8 gün müddət), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 üzərinə axşam saat 22:00-dan səhər saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şahbuz rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon İcra və probasiya bölməsində qeydiyyata alındığı gündən hesablansın. Hökmün icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon İcra və probasiya bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 29,177.2.1 və 177.2.1-ci maddələri ilə təqsirli bilinib, 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 03 fevral 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay 4 (dörd) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 1 (bir) gün həbsdə qaldığı müddət 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla (10 ay 8 gün müddət), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 11 (on bir) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 üzərinə axşam saat 22:00-dan səhər saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şahbuz rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon İcra və probasiya bölməsində qeydiyyata alındığı gündən hesablansın. Hökmün icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon İcra və probasiya bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 29,177.2.1 və 177.2.1-ci maddələri ilə təqsirli bilinib, 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 03 fevral 2023-cü il tarixdən 25 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay 22 (iyirmi iki) gün, eyni zamanda 25 iyun 2023-cü tarixdən 07 iyul 2023-cü il tarixədək 12 (on iki) gün ev dustaqlığında saxlanıldığı, ümumilikdə 5 (beş) ay 4 (dörd) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 1 (bir) gün həbsdə qaldığı müddət 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla (10 ay 8 gün müddət), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 11 (on bir) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin və o, dərhal ev dustaqlığından azad edilsin. Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs3 üzərinə axşam saat 22:00-dan səhər saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şahbuz rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər İcra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Hökmün icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz rayon polis şöbəsinin maddi sübutların saxlama otağına təhvil verilmiş 8 ədəd “CUBİGEL” NUY120NA markalı soyuducu motoru və 1 ədəd “CAMAK **********” markalı havatəmizləyici aparatın motoru iş üzrə zərərçəkmiş şəxs “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Məhkəmə xərci olaraq ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Təqsirləndirilən şəxs2 müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar