Məhkəmə qərarları › İş №1(090)-4/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Hökm — İş №1(090)-4/2024

31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şahbuz şəhəri İş № 1(090)-4/2024 31.05.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə; xx.xx.1999-cu il təvəllüdlü, Şahbuz rayonu, Kəndşahbuz kəndində anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkumluğu olmayan, müvəqqəti işsiz, İİİ dərəcə əlil, Şahbuz rayonu, Şahbuzkənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin baxış iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, 05 fevral 2023-cü il tarixdə saat 19:30 radələrində xalası Zərərçəkmiş şəxs2 məxsus Şahbuz rayonu, Şahbuzkənd kəndində yerləşən evinə qapının açıq olmasından istifadə edib qanunsuz daxil olaraq evin salonunda olan kreslonun altındakı sandıqcanın içərisindən 3.750 manat pulu gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, 22 mart 2023-cü il tarixdə saat 22:00 radələrində yaşadığı Şahbuz rayonu, Şahbuzkənd kəndində yerləşən məscidin giriş qapısının yanında olan, dəmir materialdan hazırlanmış nəzir qutusunun qapısını armatur vasitəsilə qıraraq qutunun içərisində olan 233 manat pulu saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayaraq təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 05 fevral 2023-cü il tarixdə saat təxminən 19:30 radələrində Şahbuz rayonu, Şahbuzkənd kəndində yaşayan, xalası Zərərçəkmiş şəxs2 evlərinə getmiş, həmin vaxtı xalasının və oğlu Fəridin evdə olmadığını bilmiş, xalasının evində həmişə stolun üstündə 20 manat pul olurmuş, siqareti olmadığı üçün həmin pulu götürmək məqsədilə xalasıgilə getmiş, qeyd etdiyi pulu tapa bilmədikdən sonra evi axtarmağa başlamış, həmin vaxtı evin salonunda kreslonun altında iki dəstə pul görmüş, şübhə yaranmasın deyə pulları götürəndən sonra həmin yerdə bir az pul saxlamış, pulları götürən zaman saymamış, evdən çıxdıqdan sonra pulları sayaraq 3.750 manat olduğunu bilmiş, kreslonun altında qalan pulun nə qədər olduğunu bilməmiş, hadisədən sonra Şahbuz şəhərinə gəlmiş, həmin puldan 600 manat kredit ödəmiş, təxmini 100 manat məbləğidə xərcləmiş, hadisədən 1 həftə sonra Türkiyə Respublikasına getmiş, həmin pulları orada xərcləmiş, 2023-cü il mart ayının 7-ndə isə Naxçıvan şəhərinə qayıtmış, sonra polis orqanları hadisəni bilmişlər, Şahbuz Rayon Polis Şöbəsində izahat yazmış, onu müvəqqəti olaraq evə buraxmışlar, 22 mart 2023-cü ildə axşam radələrində Şahbuz rayonu, Şahbuzkənd kəndində yerləşən məscidin yanından keçərkən heçkimin bilməyəcəyini düşünüb, məscidin giriş qapısının yanındakı metal qutudan pulu götürmüş, həmin vaxt metal qutunun qapısı bağlı olduğu üçün yaxınlıqda olan setkanın dibindən armatur parçası götürüb qıfılı qırmış, armaturu həmin ərazidə Zərqələm adlı şəxsin həyətinə atmış, qıfılı isə başqa həyətə atmış, daha sonra 233 manat məbləğində pulu götürüb getmiş, nəzir qutusundan götürdüyü pulu evə gəldikdən sonra saymış, həmin zaman onun yanında heç kim olmamış, polis orqanları hadisədən xəbərdar olmuşlar, onun barəsində cinayət işi açılmışdır. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, cinayətləri törətdiyi vaxt sərxoş olmamış, əməli törətdiyi zaman heç kimin məlumatı olmamış, etdiyi əməldən peşmandır, oğurluq etməkdə məqsədi pul əldə etmək olubdur, Sonda Təqsirləndirilən şəxs tutduğu əməldən peşman olduğunu, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 2023-cü il fevral ayında hadisənin baş verdiyi gün işdə olduğunu, axşam təxmini saat 10:00-11:00 arası evə qayıdanda qapının qıfılının olmadığını görmüş, oğlu işə getdiyi üçün həmişə evə 20-30 manat marşruta verməsi üçün pul qoyduğunu, Təqsirləndirilən şəxs həmişə onların evinə gedib-gəlmiş, onların işlərinə köməklik etmiş, ondan heç vaxt pul istəməyib, Təqsirləndirilən şəxs onun lotereya oynadığını və pulunun olduğunu bilməmiş, həmin pullar iyirmilik, əllilik və yüzlük əskinazlarda olmuş, pulları qonaq otağında kreslonun altına qoymuş, pullar ümumilikdə 4.600 manat olmuş, 2024-cü ilin mart ayında işdən gəldikdən sonra borcunu vermək üçün həmin pulları götürdüyü zaman pulların az olduğunu görmüş, pulları saydıqda isə 850 manat pul qalmış, o, oğlu Fəridə zəng vurub pul barədə soruşmuş, Fəridin də pulun yox olması barədə məlumatı olmamış, sonra polisə məlumat vermişdir Bununla yanaşı, Zərərçəkmiş şəxs2 ifadəsində təqsirləndirilən şəxsin ona dəymiş ziyanı, 3750 manat pulu ödədiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Zərərçəkmiş hüquqi şəxs Naxçıvan MR X10 X6 nümayəndəsi Zərərçəkmiş şəxs1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 2023-cü ilin mart ayında X4 ona zəng vuraraq məscidin nəzir qutusunun yarılaraq pulun götürülməsi barədə məlumat vermiş, Nəzir qutusunda nə qədər pul olması barədə məlumatı olmamış, həmin qutu kənddə olan nümayəndələr vasitəsi ilə açılır, sayılır və sonra isə ona məlumat verilirmiş, ona məlumat veriləndən bir gün sonra Şahbuz rayonu, Şahbuzkənd kəndinə getmiş, həqiqətəndə məscidin nəzir qutusunun qıfılının qırılaraq içindəki pulların oğurlandığını görmüş, qutunun tamamilə boş olduğunu, oğurlanan məbləğin nə qədər olması barədə məlumatı olmamış, nəzir qutusu tez-tez açılmadığı üçün orada yığılan məbləğin nə qədər olmasını bilməmiş, Təqsirləndirilən şəxs tanımır, nəzir qutusu icmaların iştirakı ilə açıldığı üçün yığılan pulun məbləğinin hesabını apara bilmir, nəzir qutusuna yığılmış pullar sadəcə həmin pula ehtiyacı olanlara paylanır. Bununla yanaşı, Naxçıvan MR X10 X6 nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadəsində təqsirləndirilən şəxsin dini icmaya dəymiş ziyanı ödədiyini, sonuncuya qarşı şikayət və tələblərinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində bildirmişdir ki, Şahbuz rayonu, Şahbuzkənd kəndində məscidin yanındakı həyətlərində işləyən zaman Şahid2 məscidin nəzir qutusuna nəzir salmaq üçün gəlmiş, sonra Tünzalə ondan nəzir qutusunun qıfılının sındığını, bu barədə xəbəri olub-olmadığını soruşmuş, sonra həyat yoldaşı, o və Tünzalə həmin yerə getdikləri zaman orada nəzir qutusunun qıfılının sındığını görmüşlər, həmin yerdə iki-üç ədəd qəpik olmuş, nəzir qutusunun içərisində isə iki manat pul olmuş, o pulu yerinə qoymaq istəyən zaman həyat yoldaşı icazə verməmiş, ona polisə zəng vurmasını bildirmiş, həmin vaxt orada heç kimi görməmişdir. Məhkəmədə proses iştirakçılarının suallarını cavablandıran Şahid1 əlavə olaraq bildirdi ki, nəzir qutusunda nə qədər pul olduğunu bilmir, nəzir qutusu ildə bir dəfə Məhərrəm ayından sonra açılır, hadisənin 2023-cü ilin mart ayında baş verdiyini, lakin dəqiq tarixi bilmir, Təqsirləndirilən şəxs tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində bildirmişdir ki, 2023-cü ildə Şahbuz rayonu, Şahbuzkənd kənd məscidinə nəzir salmaq üçün getmiş, pulu nəzir qutusuna saldıqdan sonra pulun qutunun dibinə dəyib səs etdiyni və qutunun boş olduğunu hiss etmiş, daha sonra isə Piriyeva Rüsxarəni çağırıb qutunu açıb-açmadıqlarını soruşmuş, həmin zaman qutunun qıfılı qırılmış vəziyətdə olmuş, sonra Piriyeva Rüxsarə və həyat yoldaşı polisə zəng vurmağa getmişlər, o, Təqsirləndirilən şəxs o ərazidə heç vaxt görməmişdir. Məhkəmədə proses iştirakçılarının suallarını cavablandıran Şahid2 əlavə olaraq bildirdi ki, həmin vaxt nəzir qutusuna 10 manat pul salmış, sonra isə qutunun yan tərəfinə baxan zaman qutunun yan tərəfindəki metalın əyilib yuxarı qaldığını görmüş, nəzir qutusunun pul atılan yeri isə açılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində göstərmişdir ki, 2023-cü ilin yaz aylarında Təqsirləndirilən şəxs ona zəng etmiş, o da Sahili özünə məxsus VAZ 2107 markalı maşınla Şahbuz rayonu, Şahbuzkənd kəndinə aparmış, Sahili Şahbuz rayonu, Şahbuzkənd kəndinə aparan zaman adətən Sahil ya dükanın önündə ya da ki evlərinin önündə maşından düşürdü. Elə gün olub ki, Təqsirləndirilən şəxs işlədiyi sexin işçiləri ilə bir yerdə Naxçıvan şəhərinə də aparıbdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayında Şahbuz rayonu, Şahbuzkənd kəndində həyətdə işləyən zaman qonşuları Şahid2 nəzir qutusuna pul salmaq üçün məscidə gəlmiş, daha sonra Tünzalə onu çağıraraq nəzir qutusunun yarıldığını bildirmiş, o da yoldaşı ilə bərabər nəzir qutusunun olduğu yerə getmiş, həqiqətən də nəzir qutusunu açılmış vəziyyətdə görmüş, sonra isə kəndin sahə inspektoruna zəng vurub ona hadisəni bildirmiş, daha sonra polis əməkdaşları həmin yerə gəlib hadisəni araşdırmışlar, həmin vaxt polis əməkdaşlarına hadisənin necə olması barədə ifadə vermişlər, o pulun götürülməsi ilə bağlı heç kimi görməyibdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı ifadəsində bildirmişdir ki, o, oğurluq edilməyinin şahidi olmamış, sadəcə bu haqda eşitmiş, o hadisənin törədildiyini “Turac” kofedə ofisiant işləyən zaman eşitmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və X2 24 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şahbuz rayonu, Şahbuzkənd kənd inzibati ərazi dairəsi üzrə icra Nümayəndəliyi tərəfindən verilən xasiyyətnaməyə və ailə tərkibi haqqında arayışa əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmaqla Şahbuz rayonu, Şahbuzkənd kəndində qeydiyyatda durmaqla, həmin kənddə yaşayır, subaydır. İş materiallarında olan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Şahbuz Rayon Şöbəsi tərəfindən verilmiş 05 mart 2024-cü il tarixli, 07/07 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs ümumi səbəb İİİ dərəcə əlil kimi ayda 150 manat sosial müavinət alması müəyyən edilir. İş materiallarında olan 18 mart 2024-cü il tarixli, 05 nömrəli canlı şəxsin ekspertizası rəyindən Təqsirləndirilən şəxs bədən səthində olan xəsarətlərin alovun təsirindən yaranmağa xarakterik olması, bu xəsarətlərin dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olması, onun bədən səthi üzərində termiki yanıqla bağlı olmayan digər xəsarətlərin olmaması, onun cinayət işi üzrə istintaq prosesində iştirakına tibbi nöqteyi nəzərdən hər hansı maneənin olmaması nəticəsinə gəlinmişdir. İş materiallarında olan Y.Budaqov adına Naxçıvan MR X3 Ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 76 saylı rəyindən görünür ki, komissiya üzvləri Təqsirləndirilən şəxs “Nevrotik reaksiya” psixi vəziyyəti olduğunu, həmin vəziyyətin bəzi şəxslərdə özünə xəsarət yetirməyə meyl yarada bildiyini, Təqsirləndirilən şəxs özünə xəsarət yetirən zaman öz hərəkətlərini idarə edə bilmək iqtidarında olduğunu, həmin növ xəstələrdə anlaqlığı tam və ya qismən istisna edən psixi vəziyyətin yarana bilməzliyi nəticəsinə gəlmişlər. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 tərəfindən tərtib olunmuş ərizədən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs Naxçıvan MR X10 X6 nümayəndəsi Zərərçəkmiş şəxs1 tərəfindən tərtib olunmuş ərizədən görünür ki, təqsirləndirilən şəxs dini icmaya dəymiş ziyanı ödəmiş, sonuncuya qarşı şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə olunmuş 30 dekabr 2020-ci il tarixli, 24 dekabr 2024-cü il tarixli, həmçinin İ-47791, İ-3787, İ-17091 nömrəli vəsiqələrdən görünür ki, Təqsirləndirilən şəxs “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, Azərbaycan Respublikasının “Şücaətə görə” medalları və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən Təqsirləndirilən şəxs orqanizmin funksiyasının 50% pozulmasına görə üçüncü dərəcəli əlillik müəyyən edilmiş, onun yüngül işlərdə işləyə bilməsi barədə əmək zəmanəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinə dair işlər üzrə vahid məhkəmə təcrübəsi yaratmaq məqsədilə 03 mart 2005ci il tarixli,1 №-li Plenum Qərarına əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş şəxslər və şahid ifadələri, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzaların həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; X7rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi (zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 vurulmuş 3750 manat pulun və Naxçıvan MR X10 X6 233 manat pulu ödəməsi) və 59.2-ci maddəsinə əsasən törətdiyi əməli etiraf etməsini, onun yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, Azərbaycan Respublikasının “Şücaətə görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medallları ilə təltif edilməsini, üçüncü dərəcəli əlil olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin, eləcə də tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun təkrarən özgənin əmlakını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, müsbət xarakterizə olunmasını, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, Azərbaycan Respublikasının “Şücaətə görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medallları ilə təltif edilməsini, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon icra və probasiya bölməsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon icra və probasiya bölməsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şahbuz rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübutlar olan 01 ədəd dəmir “armatur” və 01 ədəd yararsız olan kilid üçün qıfıl hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 02 ədəd “DVD” formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. Məhkəmə xərci olaraq ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Təqsirləndirilən şəxs müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsasların olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 01 (bir) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə axşam saat 22:00-dan səhər saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şahbuz rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon İcra və probasiya bölməsində qeydiyyata alındığı gündən hesablansın. Hökmün icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon İcra və probasiya bölməsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd dəmir “armatur” və 01 ədəd yararsız olan kilid üçün qıfıl hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş materiallarında olan 02 ədəd “DVD” formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Məhkəmə xərci olaraq ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Təqsirləndirilən şəxs müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar