Məhkəmə qərarları › İş №1(090)-4/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Hökm — İş №1(090)-4/2025

12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şahbuz şəhəri İş № 1(090)-4/2025 12.05.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə; xx.xx.2006-cı il tarixdə Babək rayonu Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, cinayət törədənədək məhkumluğu olmayan, orta təhsilli, işsiz, Babək rayonu Nehrəm qəsəbəsində qeydiyyatda olan, halhazırda Naxçıvan MR, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin oktyabr ayının axırlarında sevgi münasibətində olduğu 16 yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə ilk dəfə tanışı Şahid1 Babək rayonu, Vayxır kəndindəki evinin həyətində sonuncunun “Niva” markalı avtomobilinin arxa oturacağında, bundan bir neçə gün sonra isə tanışı Şahid2 Şahbuz rayonu, Kolanı kəndindəki evində cinsi əlaqədə olmuş, bu hərəkətlər ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2024-cü ilin oktyabr-noyabr aylarında “İnstagram” sosial şəbəkəsində tanış olmuşdur, Zərərçəkmiş şəxs kursdan çıxanda görüşüblər, iki gün sonra isə Zərərçəkmiş şəxs qızıl satmaq istəyibdir, qızılları ona verib, o satıbdır, soruşduqda isə “mənim on səkkiz yaşım tamam deyil, sənin on doqquz yaşın var” deyibdir, qızılları 1380 manata satıbdır, 1000 manatını Zərərçəkmiş şəxs verib, 380 manatı isə özü götürübdür, 3-4 gün sonra isə dostu Eldarın bağ evinə gediblər, Eldar, O, Gülcan və onun rəfiqəsi gediblər, orada pivə içiblər, 5-10 dəqiqə oturublar, evdən ilk o çıxıb, arxasınca Gülcan çıxıb, sonra Eldar və Gülcanın rəfiqəsi çıxıblar, maşına minərək qayıdıblar, orada heç bir cinsi əlaqədə olmayıblar, Gülcanı maşınla evlərinə aparıblar, 2-3 gün sonra isə Şahbuz rayonunda dostu Mətləbin evinə gediblər, onun xəbəri olmayıb, Gülcan Arifə zəng vurub, o Gülcanı yanına gətirib, o Gülcanı oraya çağırmayıbdır, o həmin vaxt Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmayıbdır, sonda təqsirləndirilən şəxs X4 məhkəmədən təqsirləndirildiyi maddənin sanksiyasında olan azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza verilməsini xahiş etmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, tarixi dəqiq xatırlamır, Zərərçəkmiş şəxs məktəbdə oxumasını bilməyibdir, ona deməyibdir, istedad kurslarında oxuduğunu deyibdir, Zərərçəkmiş şəxs Ariflə danışıbdır, sonra ona yazıbdır, Ariflə münasibətinin olduğunu bilirdi, Gülcan ilk Arif haqqında ona danışıb, sonra tanışlıqları başladı, Gülcanla tanış olduqdan 2 gün sonra kursdan çıxarkən görüşüblər, 3-4 gün sonra isə Eldarın Babək rayonunda yerləşən bağ evinə gediblər, Gülcan, Eldar, O və Gülcanın rəfiqəsi gediblər, Gülcanın rəfiqəsinin adını bilmir, gəzmək məqsədi ilə ora gediblər, evdə pivə içiblər, biraz o içib, Eldar içməyib, Gülcan və rəfiqəsi içiblər, Eldarın “NİVA” markalı maşını ilə gediblər, 10-15 dəqiqə evdə oturub, pivə içiblər, sonra çölə çıxıblar, evdən ilk o çıxıb, arxasınca Gülcan, sonra Eldar və Gülcanın rəfiqəsi çıxıb, maşına minərək şəhərə qayıdıblar, Gülcanla həmin vaxt aralarında cinsi əlaqə olmayıb, seksual xarakterli hərəkətlər olubdur, həmin seksual xarakterli hərəkətlərin nə olmasını ibtidai istintaq zamanı ifadəsində bildiribdir, evdə 10-15 dəqiqə qalıblar, gəzmək üçün şəhərə çıxıblar, sonradan evə gediblər, onlar evə getməyə razılaşıblar, Şahbuz rayonu, Kolanı kəndində dostu Mətləbin evinə gediblər, Gülcana Mətləbgilin evində olduğunu deyibdir, Gülcan da gəlmək istəyib, o isə yox deyib, telefonu bağladıqdan sonra Gülcan ona heçnə demədən Arifə zəng vurub, Arif Gülcanı yanına gətirib, Arif, Mətləb və Meydan çölə şəkil çəkdirməyə çıxıblar, 10-20 dəqiqə sonra isə qayıdıblar, sonra Arif və Gülcanla birlikdə Naxçıvan şəhərinə qayıdıblar, Gülcanla evdə olarkən heç kim olmayıb, Arif, Mətləb və Meydan birlikdə çıxmışlar, onlara getmələrini o deməyibdir, Şahbuz rayonu, Kolanı kəndində Gülcan ilə aralarında cinsi əlaqə və ya seksual xarakterli hərəkətlər olmayıbdır, Gülcanı O evə dəvət etməyibdir, Gülcan özü Ariflə gəlibdir, Arifə gətirməsini o deməyibdir, həmin zaman Gülcan onunla danışmaq üçün onunla evdə qalıbdır, evdə birlikdə 10-15 dəqiqə qalıblar, heçnə etməyiblər, zərərçəkmiş şəxslə cinsi əlaqədə olması barədə heç kimə heç nə deməyibdir, Gülcanla münasibəti Şahbuz rayonu, Kolanı kəndinə getdikdən 2-3 gün sonra bitib, Gülcana o mesaj yazmayıb, o isə onu bloka atıbdır, Gülcanın 18 yaşı olduğunu bilibdir, 18 yaşını tamam edib-etmədiyini bilməyibdir. Əlavə olaraq Təqsirləndirilən şəxs bildirdi ki, Gülcanla tanış olduqdan 2 gün sonra aralarında sevgi münasibətləri yaranıb, münasibətləri yaxşı olubdur, ilk dəfə Babək rayonunda yerləşən adını bilmədiyi bir kəndə Eldargilin bağ evinə gediblər, Eldarın bağ evinə getməyi hamısı birlikdə qərarlaşdırıblar, ora getməkdə məqsədləri gəzmək olub, Eldargilin bağ evinə Gülcan, Eldar, O və Gülcanın 57-də qalan rəfiqəsi gediblər, oraya getdikdə Gülcana qarşı heç bir seksual xarakterli hərəkət etmək niyyəti olmayıb, lakin orada bu hərəkətlər olub, onun tərəfindən Gülcana təklif olunmayıb, növbəti dəfə Şahbuz rayonu, Kolanı kəndinə görüşüblər, Mətləb, və Meydan oraya gediblər, oraya həmişə gediblər, ora getdikdən sonra Gülcan zəng vurub, Gülcana Mətləbin evində olduğunu deyib, Gülcan da gəlmək istəyib, o qəbul etməyib, Gülcanı O dəvət etməyib, Gülcanı Arif gətiribdir, Gülcan Arifə zəng vuraraq onu gətirməsini istəyib, 15-20 dəqiqə oturduqdan sonra X6 şəhərinə qaytarıbdır, Şahbuz rayonu, Kolanı kəndinə olarkən aralarında cinsi əlaqə, yaxud seksual xarakterli hərəkət olmayıb, Gülcanı aldadmaq və ya hər hansı bir məqsəd üçün istifadə etmək niyyəti olmayıb, Gülcanla münasibətləri Şahbuz rayonu, Kolanı kəndinə getdikdən 2-3 gün sonra bitib, Gülcan ona mesaj yazmayıb, o isə onu bloka atıbdır. Bundan əlavə sualları cavablandıran zaman Təqsirləndirilən şəxs bildirdi ki, onun 19 yaşı var, 18 yaşını 2024-cü ilin iyul ayında tamamlayıbdır, Gülcanı sevməyib, lakin münasibətləri olubdur, yavaş-yavaş onu tanıyırdı, Gülcanla 18-19 gün münasibətləri olub, sonra o Bakı şəhərinə getdiyi üçün əlaqəni kəsibdir, yaşayış yeri Bakı şəhəridir, Naxçıvan şəhərinə məhkəmə ilə əlaqədar gəlibdir, Gülcan əvvəl Ariflə danışıbdır, Ariflə savaşdıqdan sonra ona yazıbdır, Arif onun bibi oğludur, Gülcanla 18-19 gün ərzində 3-4 dəfə görüşüblər, Gülcan kursdan çıxdığı zamanlarda, bir dəfə qızılları verərkən və iki dəfə evdə görüşüblər, bir dəfə Hüseyn Cavid məqbərəsinin yanında görüşüblər, oradan kursa aparıbdır, Gülcanın üzərində pəmbə rəngli paltar olubdur, ağ şalvar geyinibdir, məktəbli forması deyil, gəzinti paltarı olubdur, Gülcanın əlində normal qadın çantası var olub, məktəb çantası olmayıb, Gülcanın məktəbli olduğunu bilməyib, kursa nə üçün getdiyini də bilməyib, Gülcanın məktəbli olduğunu ibtidai istintaq zamanı öyrənib, görüşdükləri zamanlarda və yazışarkən oxuması, işləməsi barədə söhbət etməyiblər, ciddi münasibətləri olmayıb, Gülcan haqqında ətraflı məlumat bilmir, Gülcan Eldarı ona görə tanıyıb, o isə Eldarı 5-6 ildir ki tanıyır, Gülcan Arifi isə əvvəlcədən tanıyıb, ilk dəfə birlikdə Eldarın evlərinə gediblər, Eldarla danışıb, şəhərə çıxmaq istədiyini deyib, o isə qızla görüşəcəyini bildirib, sonra Eldar ona “rəfiqəsi varsa onu da götürək gəzək” deyibdir, Eldarın maşını ilə Gülcanı götürüblər, sonra Gülcanın rəfiqəsini 57-dən götürüblər, Gülcanın rəfiqəsi qollu sportivni forma, Gülcan isə qara yubka və ağ köynək geyinibdir, Gülcan Respublika xəstəxanasının qabağında, uşaq bağçasının yanında yaşayır, Gülcan 3 nömrəli məktəbin yanına olduğunu dediyi üçün onu götürməyə ora gediblər, Eldarla birlikdə gediblər, həmin zaman məktəbin qabağında heç kim olmayıb, saat 3-4 radələri olubdur, Eldar Gülcanın rəfiqəsi varsa onu da aparmaq istədiyini ona deyibdir, Eldar Gülcanı daha əvvəl tanımayıb və görməyibdir, qızıl məsələsindən sonra Gülcanın 18 yaşının tamam olmadığını bilibdir, aralarında bir yaş fərq olduğunu düşünübdür, bağ evinə gedərkən mağazadan pivə, “semişqa” və başqa şeylər və 8 litr pivə alıblar, yarı stəkan o içib, Eldar içməyib, qalanını isə Gülcan və rəfiqəsi içiblər, 2-3 gün keçdikdən sonra Mətləb, o və Meydan Mətləbin bağ evinə gediblər, Eldarın evindən sonra Mətləbin bağ evinə gedənə qədər Gülcanla görüşməyiblər, orada olarkən Gülcan zəng vurub, ora gəlmək istədiyini bildirib, o isə qəbul etməyib, şəhərdə görüşə biləcəklərini bildirib, 20-25 dəqiqə sonra Ariflə Gülcan ora gəliblər, Arifdən Gülcanı niyə gətirdiyini soruşub, Ariflə Gülcan ikisi gəlibdir, Mətləb və Meydan Ariflə gediblər, o isə Gülcanla evdə qalıb, onların hara getdiklərini soruşmayıbdır, Arif maşından düşərək maşının yanında gözləyib, evə girməyib, Gülcan isə evə girib, həmin zaman içki içməyiblər, 15-20 dəqiqə sonra evə qayıdıblar, həmin vaxt o taxtda uzanaraq telefona baxıbdır, Gülcan isə divanda oturubdur, heç kimlə cinsi əlaqədə olmayıbdır, onlar Şahbuz rayonu, Kolanı kəndinə taksi ilə gediblər, bəzən orada gedib qalıblar, bəzən isə axşam qayıdıblar, həmişə oraya istirahət üçün gediblər, evə getdikdən 10 dəqiqə sonra Gülcandan zəng gəlib, zəngdən 20-25 dəqiqə sonra isə Gülcan özü ora gəlibdir, orada Gülcanla aralarında heçnə olmayıbdır, Gülcanın Şahbuz rayonu, Kolanı kəndinə gəlməsinə razılıq verməyibdir, orada gecələmədiklərini, Mətləbin anasının gəldiyini, biraz mübahisə olduğunu və Mətləbin anasının polis çağırdığını, sonra onları şəhərə apardığını, Mətləbin isə kənddə qaldığını göstərmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs bibisinin oğlu Ariflə danışıbdır, Ariflə savaşdıqdan sonra Azər rəfiqəsindən onun nömrəsini istəyibdir, Rəfiqəsi ondan soruşub, o da “nə olacaq, istəyir ver” deyibdir, Azər ona yazıb, həmin gün kursa gedecək idi, Azər ona “avtobusla Hüseyn Cavid məqbərəsinin yanına gəl, orada səni gözləyirəm” deyibdir, Azər onu aparıb evə ötürübdür, sonra dostu Eldarla şəhərdə gəzdiyini deyib ona da gəlməsini deyibdir, o da rəfiqəsi Aytacdan soruşub, gedə biləcəyini deyib, Eldarın maşını ilə gələrək evlərinin arxasından onu götürüb, Aytacın qaldığı yerə gediblər, oradan dördü Eldarın bağ evinə gediblər, qayıtdıqdan sonra “Parkavm” ticarət mərkəzinin yanında Azər düşüb, Eldar da onu evə qoyaraq gedibdir, 3-4 gün sonra Azər ona görüntülü zəng vurub, ona Mətləbin evlərində olduğunu deyib, Rəfiqəsi ilə ora gəlməyini deyib, o rəfiqəsindən soruşduqda rəfiqəsi gedə bilməyəcəyini deyibdir, bu barədə Azərə dedikdə “sən taksi ilə gəl, pulunu mən verəcəm” deyibdir, bir saat sonra Azər ona zəng vuraraq “Arifə demişəm səni bura gətirsin, yolda onunla danışma, əlaqən olmasın” deyibdir, Arif onu uşaq bağçasının yanından götürərək Mətləbin evlərinə aparıbdır, evə girib Mətləb çölə çıxıb, yarım saat sonra Arif Azərə zəng vuraraq yubandığını, şəhərə getməli olduğunu deyibdir, çölə çıxıblar, Azər Arifin kartına pul atıb, Arif onu evlərinə aparıbdır, bir həftə sonra X11 məqbərəsi tərəfdə görüb, sonra isə əlaqələri kəsilibdir, sonra Azər Bakı şəhərinə gedibdir. Proses iştirakçılarının suallarını cavablandıran Zərərçəkmiş şəxs bildirdi ki, Hüseyn Cavid adına 5 nömrəli məktəbdə 10-cu sinifdə oxuyur, 16 yaşının içində, xx xxxxxx 2009cu il təvəllüdlüdür, 2024-cü ilin oktyabr ayının axırlarında Azərlə tanış olubdur, ilk Azər ona mesaj yazıb, Azər rəfiqəsindən onun nömrəsini istəyib, o da nömrəsini verməsinə razılıq veribdir, tanışlıqdan sonra ilk dəfə bir həftə sonra Eldarın evinə gediblər, Azər ona “dostumun bağ evi var, yanında qız gətir, dördümüz gəzək” deyibdir, o da rəfiqəsinə deyib, razılaşıbdır, Eldarla Azər gəlib onu götürüb, sonra Aytacı götürüblər, Eldarın evində 40-45 dəqiqə qalıblar, orada spirtli içki qəbul ediblər, o və Azər içiblər, Azər maşında gedərkən də, evdə olarkən də içibdir, çölə çıxıblar, maşında oturublar, orada cinsi əlaqədə olublar, Azər bir həftə sonra ona zəng vuraraq “Mətləbin evindəyik, rəfiqənə de, gəlin birlikdə oturaq” deyibdir, Rəfiqəsinə dedikdə qəbul etməyibdir, evə gəlib, bir saat sonra Azər ona zəng vuraraq “Ariflə bura gəl, yolda onunla əlaqən olmasın” deyibdir, Arif onu götürüb ora aparıbdır, çıxarkən Azər Arifin kartına “pul atıb”, Azər, Mətləb və Meydan onlar gedəndə orada olublar, Azər cinsi əlaqədə olmağı təklif edib, o razılıq veribdir, cinsi əlaqədə olublar, Azərlə 5-10 dəfə görüşüblər, 3-4 dəfə kursdan çıxarkən onu aparıb, 2 dəfə evə gediblər, bir dəfə də qızıl məsələsinə görə görüşüblər, Azərlə sevgi münasibətləri olubdur, iki dəfə evdə görüşüblər, Eldarın evində və Mətləbin evində seksual xarakterli hərəkətlər və cinsi əlaqədə olublar, hər iki dəfə cinsi əlaqədə olma təklifini Azər edibdir, onu məcbur etməyib, hədələməyib və aldatmayıb, razılığı ilə olubdur, ilk dəfə içki qəbul etdiklərinə görə olubdur, Azərdən şikayətçidir, bağışlamaq niyyəti yoxdur, istedad kursuna getdiyini Azər bilirdi, bir dəfə Azər onu kursa aparıbdır, istedad kursu hazırlıq kursudur, məktəblilər üçündür, Arif onun yaşını bilirdi, Azər də yəqin ki, Arifdən öyrənibdir, Eldarın evində cinsi əlaqədə olublar, Azər təklif edib, içkili olublar, çölə çıxıblar, maşının arxa tərəfində olublar, 15 dəqiqə sonra isə evə qayıdıblar, Ariflə Şahbuz rayonu, Kolanı kəndinə gedibdir, evə girəndə, digərləri çölə çıxıbdır, Azərlə o evdə qalıblar, orada da cinsi əlaqədə olublar, Azərlə aralarında yaş söhbəti olmayıb, qızılları Azər ondan istəyib Lombarda qoyaraq problemini həll etmək üçün, 24 yaşdan aşağı şəxslərin qızıl sata bilmədiyini bilirdi, Azərin məhkəməsi var idi, buna görə ona inanaraq qızılları veribdir, Azərə qızılları problemini həll etməsi üçün veribdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində Təqsirləndirilən şəxs onun dayısının oğlu olduğunu, “Bolt” taksi xidmətində işlədiyini, Azərin ona zəng vuraraq Şahbuza gəlməli adam olduğunu dediyini, onun da gətirə biləcəyini bildirdiyini, Azərin adamın “sumçest” adlanan yerdə olduğunu dediyini, oraya gedərək Gülcanı götürdüyünü, Gülcanı Şahbuz rayonu, Kolanı kəndinə apardığını, sonra özünün Batabatdan su doldurmağa getdiyini, qayıtdıqda Gülcanı götürərək Naxçıvan şəhərinə apardığını bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Şahid3 Azər ilə Gülcanın necə tanış olmasını bilmədiyini, Gülcanı “sumçest” adlanan yerdən götürdüyünü, Şahbuz rayonu, Kolanı kəndinə apardığını, Mətləb və Meydanın evdən çıxdıqlarını, Gülcanın evə girdiyini, Mətləb və Meydanın mağazaya getmək istədiklərini dediklərini, onları mağazaya apardığını, Azərin evdə olduğunu, hardasa yarım saat, qırx dəqiqə sonra Batabatdan qayıtdığını, Azərin zəng vuraraq Gülcanı şəhərə aparmasını bildirdiyini, Azərin Gülcanla münasibəti barədə ona heçnə demədiyini, onunla sonra görüşmədiklərini, Gülcanın yaşını bilmədiyini, Gülcanın özünün məktəbdə oxuduğunu dediyini, bundan sonra əlaqələrini kəsdiklərini, Azərin ona Gülcanın məktəbdə oxuduğunu dediyini, Azərin də Gülcanın azyaşlı olduğunu bildiyini, Azərin ona zəng vuraraq Gülcanı Şahbuz rayonuna gətirməyini dediyini, ora gəldikləri zaman orada Mətləb, Meydan və Azərdən başqa kiminsə olmasını bilmədiyini, Gülcanın maşından düşdükdən sonra həmin dəqiqə Mətləb və Meydanın maşına mindiklərini, onu çağıraraq dükana getmək istədiklərini dediklərini, Gülcanın Azərlə münasibəti olduğunu, onun Azərə Gülcanın azyaşlı olması barədə dediyini, buna görə də Azərin Gülcanın azyaşlı olmasını bildiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində Azərin onun dostu Valehin dayısının oğlu olduğunu, onunla tanış kimi münasibətləri olduğunu, 2024-cü ilin oktyabr aylarında Azərlə görüşdüklərini, Azərin sevgilisi ilə onu gəzdirməsini istədiyini, onun da qəbul etdiyini, Gülcanın rəfiqəsi Aytacın da gələcəyini bildirdiyini, Reyhan marketin yanında Aytac xanımı götürdüklərini, ikisini də tanımadığını, hər ikisini orada ilk dəfə gördüyünü, şəhərdə maşınla biraz gəzdikdən sonra Babək rayonu, Vayxır kəndində bağ evlərinə getdiklərini, orada Azər və Gülcan xanımın spirtli içki qəbul etdiklərini, evdə olarkən Gülcan xanımın ona Azərlə otağa keçmək istədiyini bildirdiyini, onun “olmaz” dediyini, Azərlə Gülcanın çölə çıxdıqlarını, çöldə şəkil çəkdirdiklərini, oraya deyib-gülmək və yeyib-içmək üçün getdiklərini, başqa niyyətlərinin olmadığını, çölə çıxdıqdan 10 dəqiqə sonra qayıtdıqlarını, Aytac xanımın da içki içdiyini, stolun üstünü yığışdırdıqdan sonra ordan çıxdıqlarını, ilk Aytac xanımı, sonra Azəri evə apardığını, sonda Gülcan xanımı evlərinə apardığını, 2-3 gün sonra Gülcan xanımın əvvəl danışdığı Pərviz adlı şəxsin Azəri söhbət etmək üçün çağırdığını, Pərvizin yaşının Azərdən çox olduğunu, hadisə olmaması üçün onun da Azərlə getdiyini, söhbət zamanı Azərin Pərvizə “Gülcanla mənim aramda heçnə olmayıb” dediyini, məsələ həll olduqdan sonra getdiklərini, sonrakı gün Azərdən Gülcanla aralarında nəsə olub-olmadığını soruşduğunu, Azərin ona “olub” dediyini, aralarında nə olmasını dəqiqliklə soruşmadığını, Azərdən “Gülcan xanım bizim evdə olarkən dediyi şey olub” deyə soruşduğunu, Azərin isə “olub da” dediyini, şəkil çəkdirməyə çıxdıqları zaman 5 dəqiqəyə qayıtdıqlarını, şəkilləri onun da gördüyünü bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Şahid1 Babək rayonu, Vayxır kəndindəki evin atasının evi olduğunu, həmin zaman orada yaşayış olmadığını, boş olduğunu, Azər, Gülcan xanım, Aytac xanım və onun ora getdiklərini, Batabata gedəcəklərini, onun isə “içirsizsə oturun burada için” dediyini, Gülcan xanımın tək gəlmək istəmədiyi üçün Aytac xanımı götürdüklərini, Azərlə Gülcan xanımın şəkil çəkdirmək üçün çölə çıxdıqlarını, qapının ağzına çıxmalarını gördüyünü, şəkil çəkərkən görmədiyini, lakin çəkdikləri şəkilləri gördüyünü, Azərin Gülcanla cinsi əlaqədə olma niyyətinin olduğunu ona demədiyini, 3-4 gün keçdikdən sonra aralarında nəsə olmasını Azərin ona dediyini, Gülcan xanımın Azərlə otağa getmək istədiyini ona bildirdiyini, onun isə icazə vermədiyini, həmin zaman Gülcan xanımın Azərə təklif etdiyini, Gülcan xanımın otaqda söhbət etmək üçün getdiyini ona dediyini, Azərin bu barədə nəsə demədiyini Gülcan xanımın ona Azərlə otağa keçib sevişmək istədiyini dediyini, onun bunu öpüşmək kimi başa düşdüyünü və icazə vermədiyini, çünki bunun sonunun yaxşı yerə getməyəcəyini, evində elə şey olmasını istəmədiyini, Gülcanın yaşı barədə məlumatının olmadığını, Pərviz və Azər danışdıqları zaman Azər aralarında heçnə olmadığını bildirdiyini, o soruşduqda isə “sizin evdə olmayıb” dediyini, lakin aralarında nəsə olduğunu dediyini, onun dediyindən həm cinsi əlaqə, həm də seksual xarakterli hərəkətlər olduğunu anladığını, X7 rayonunda evə apardığını ona dediyini, kimin evi olduğunu, harada olduğunu soruşmadığını, Azərin Şahbuz rayonu, Kolanı kəndinə Gülcanla aralarında cinsi əlaqənin olmasını ona dediyini, onların evində isə heçnə etmədiklərini dediyini, başqa nə niyyətləri olmasını bilmədiyini, sevgili olduqlarını, Pərviz söhbətə qarışdıqdan sonra aralarındakı münasibətin bitdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində 2024-cü ilin yay aylarında, günorta vaxtları Azər, Meydan və O Şahbuz rayonu, Kolanı kəndində yerləşən evlərinə getdiklərini, Azərin Gülcanla danışaraq onun da gələcəyini onlara bildirdiyini, sonra onlara “siz biraz çöldə fırlanın gəlin” dediyini, onların da çayın qırağında şəkil çəkdirməyə getdiklərini, 10-15 dəqiqə sonra Azərin zəng vuraraq “qayıdın evə gəlin” dediyini, evə gəldikdə Gülcanın qapını açaraq çölə çıxdığını, Ariflə birlikdə şəhərə getdiklərini, Azərdən aralarında nəsə olub-olmadığını soruşduqda hə və ya yox demədən güldüyünü, əlavə olaraq Azərin 4-5 illik dostu olduğunu, Gülcanı Azərə görə tanıdığını, Gülcanla Azərin sevgili olduqlarını, soruşduqda Azərin “danışdığım qızdı” dediyini, Şahbuz rayonu, Kolanı kəndindəki evin onların olduğunu, həmin zaman orada yaşayan olmadığını, evin boş olduğunu, həmin gün Azər, Meydan və onun ora getdiklərini, elə-belə ora getdiklərini, Azərin evdə oturarkən “Gülcan bura gələcək, siz gedib 5-10 dəqiqə çöldə fırlanın” dediyini, soruşduqda “işim var, söhbət edəcəyik” dediyini, onlar evdən çıxarkən Gülcanın gəldiyini, gedib kəndin çıxışında durduqlarını, 15-20 dəqiqə, uzağı yarım saat sonra evə qayıtdıqlarını, onlar qayıtdığı zaman Gülcanın çöldə qapının ağzında, Azərin isə içəridə olduğunu, Gülcanın Arifin maşınında oturaraq getdiyini, evdən gedərkən Azərə “burda heç nə olmasın” dediyini, Azərin qabaqcadan ona heçnə demədiyini, bir qız və bir oğlan evdə tək olarsa nəsə ola biləcəyini, Azərin söhbət edəcəklərini bildirdiyi üçün evdən ayrıldıqlarını, Azərin Gülcanla aralarında nəsə olması barədə onlara heçnə demədiyini, Azərin Gülcanın 5 nömrəli məktəbdə 11-ci sinifdə oxumasını ona dediyini, Azərin əvvəllər Gülcanla cinsi əlaqədə olması barədə də ona heçnə demədiyini, Azərdə pul olduğunu, gəlib bir həftəlik burada qalmaq istədiklərini, “bolt” taksi sifariş edərək gəldiklərini, Azərin təxminən 700 manat pulu olduğunu, gedərkən yemək, çörək, cipsi və başqa şeylər aldıqlarını, həmin evdə daimi yaşayış olmadığını, Azərin Meydanla ona Gülcanla üz-üzə söhbət etməli olduğunu dediyini, 5-10 dəqiqəlik çölə çıxmalarını bildirdiyini, getmələrini demədiyini, evdən çölə çıxmalarını istədiyini, onların özlərinin şəkil çəkdirmək üçün getdiklərini, 20 dəqiqə, yarım saat sonra evə qayıtdıqlarını, Azərin zəng etməsini, söhbət qurtardıqdan sonra onları çağırmasını gözlədiklərini, Gülcanın Ariflə gəldiyini, onunla da qayıtdığını, Azərin içəridə divanda uzandığını, üz-üzə söhbət etməli olduğunu bildirərək onlardan çıxmalarını istədiyini, Gülcan və Azərin küsülü olmadıqlarını, mehriban olduqlarını, normal danışdıqlarını, bir qızla oğlan evə girirsə cinsi əlaqə olmasına ehtimal etdiyini və qabaqcadan xəbərdarlıq etdiyini, Arif şəkil çəkdirmək istədiyini bildirdiyi üçün onunla getdiklərini, əvvəl Gülcanı tanımadığını, Azərlə danışdıqdan sonra onu tanıdığını, Azərlə Gülcanı dram teatrda gördüyünü, soruşduqda Azərin “danışdığım qızdı” dediyini, Azərin ona “5 nömrəli məktəbdə, deyəsən 11-ci sinifə oxuyur” dediyini, bir yerdə bir dəfə Gülcanı taksi ilə götürərək hazırlığa apardıqlarını, Gülcanı haradan götürdüklərini dəqiq xatırlamadığını, təxminən 5 nömrəli məktəbə yaxın yer olduğunu, dəqiq necə paltar olduğuna fikir vermədiyini, lakin gündəlik paltar geyindiyini, Gülcanın məktəb forması geyinmədiyini, Azərlə Gülcanın məktəbli olması barədə danışmadıqlarını, Azərin normal nizam intizamlı olduğunu, soruşduqda Azərin Gülcanın yaşını bilmədiyini dediyini, taksi pulunu Azərin verdiyini, kartına pulu atdığını, nə qədər atdığını bilmədiyini, Gülcanı Azərin evə çağırdığını, onlara “söhbət edəcəyik, çölə çıxın” dediyini, Azərə “hansı yataqda yatmısızsa deyin biz orada yatmayaq” dediyini, onun isə heçnə dediyini, ikinci dəfə yenidən soruşduqda “problem yoxdu, hansında yatırsız yatın, biz yatmamışıq” dediyini, həmin gün gecə kənddə qaldıqlarını, anasının 1-2 gün sonra kəndə gəldiyini, anası ilə mübahisələri olduğunu, sonra anasının Azəri şəhərə apardığını göstərmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Məhkəmə-tibbi ekspertizasının 29 dekabr 2024-cü il tarixli, 407 nömrəli rəyindən görünür ki, 2009-cu il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs məhkəmə tibb müayinəsinə, qeyd olunan tibbi məlumatlara, hadisə haqqında olan məlumatları nəzərə alaraq, ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlmişdir. Zərərçəkmiş şəxs bədənində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilmədi. Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmuşdur, tamlığın pozulma müddəti 2-3 həftədən və daha əvvələ uyğun gəlir, yəni köhnədir. Bu pozulma bərk cismin, eləcə də sərtləşmiş və gərginləşmiş kişi cinsiyyət üzvünün uşaqlıq yoluna yeridilməsi nəticəsində əmələ gəlmişdir. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinin müayinəsində qeyri-təbii yolla cinsi əlaqədə olmaya xarakterik əlamətlər-düz bağırsağın ampuliyar hissəsinin genişlənməsi arxa keçəcək sifinktorunun tonusunun azalması, şüavari büküşlərin hamarlaşması və kobudlaşmışdır, yəni qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Müddəti 2- 3 həftə və da əvvələ uyğun gəlir, yəni köhnədir. Bu pozulma bərk cismin, eləcədə sərtəşmiş və gərginləşin kişi cinsiyyət üzvünün arxa keçəcək dəliyinə yeridilməsi nəticəsində əmələ gəlməsi mümkündür. Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsinə və həkim mama-ginekoloqun müayinəsinin nəticələrinə əsasən o, hal-hazırda hamilə deyildir, eləcə də keçmiş doğuşların olması inkar edilir, lakin keçmiş hamiləliyin eləcə də suni və təbii abortların olması haqqında hər hansı bir fikir söyləmək mümükün deyildir. Zərərçəkmiş şəxs uşaqlıq yolundan və düz bağırsağından götütürülmüş nümunədə spermatazoid aşkar edilmədi (cild 1, v. 26-27). Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 21 fevral 2025-ci il tarixli, 3-28- 34-4/2-608/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir pisixi xəstəliklə bağlı disponser qeydiyyatında dayanmır (cild 1, v. 66). Naxçıvan MR QİÇS-lə Mübarizə Mərkəzinin 25 fevral 2025-ci il tarixli, 10 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs HİV, Siflis, Hepatit B,C virusları aşkar edilməmişdir (cild 1, v. 67). Məhkəmə ambulator-psixiatrik ekspertizasının 20 yanvar 2025-ci il tarixli, 89 nömrəli rəyindən görünür ki, ********* №-li cinayət işinin materiallarından və Zərərçəkmiş şəxs verdiyi anamnezdən məlum olur ki, o, xx.xx.2009-cu il tarixdə Naxçıvan şəhərində anadan olub. Hazırda Naxçıvan şəhəri Sum-6 qəsəbəsi 21/36 ünvanda pasport qeydiyyatında dayanır. 2 uşaqlı ailədə böyüyüb. Uşaqlıqda su çiçəyi və qızılca xəstəliyi keçirdiyini xatırlayır. X sinif şagirdidir. Subaydır. Yaxın qohumlarında ruhi xəstəlik inkar olunur. Məhkumluğu inkar olunur. Zərərli vərdişləri yoxdur. Obyektiv müayinədə: A/t 100/60 mm.c.süt Ps 1 dəq 108-dir. Ağciyərlərində vezikulyar tənəffüs eşidilir. Qarın palpasiyada yumşaq olub, ağrısızıdır. Pasternadski simptomu hər iki tərəfdə mənfidir. Nevroloji vəziyyət: Meninqeal əlamətlər yoxdur. K/b sinirləri intaktdır. Ətraflarında sümüküstü və vətər refleksləri D=S canlıdır. Romberq vəziyyətində dayanıqlıdır. Psixiki vəziyyəti: Xarici görünüşü baxımlıdır. Təmasa daxil olur. Suallara uyğun cavablar verir. Anamnestik məlumatları tam verir. Nitqi aydındır. Hazırda hissiyyat, qavrama və təfəkkür pozuntusu yoxdur. İntellekti yaşına, təhsinə uyğundur. Emosional sferası stabildir. Davranışı şəraitə uyğundur. Düşüncə patologiyası müşahidə olunmur. Hal-hazırki vəziyyətinə tənqidi münasibəti var. ********* JN°li cinayət işinin materiallarından və Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar olunur ki, Zərərçəkmiş şəxs anlaqsızlığın tibbi meyarlarına (xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik halları) aid xəstəlik halı aşkar olunmadı (cild 1, v. 71-73). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, v. 145-146). Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(079)-1/2025 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli 26 dekabr 2024-cü il tarixdən hesablanmaqla, hal-hazırda ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkir (cild 1, v. 189-208). Məhkəmə-psixoloji ekspertizasının 14 mart 2025-ci il tarixli, 253 nömrəli rəyindən görünür ki, zərərçəkmiş şəxs, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərinə görə daha çox ekstravertə (insanın psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) yaxın olmaqla, sinir sisteminin tipi qüvvətlidir. Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində çılqınlıq, ərköyünlük, müstəqillik, sərbəstlik, dikbaşlıq, vecsizlik və s. kimi əlamətlər müşahidə olunur. Zərərçəkmiş şəxs, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən olunur. Zərərçəkmiş şəxs, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs hal-hazırda əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə, emosional halına görə ona qarşı edilən seksual hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malikdir (cild 1, v. 216-220). Sübutların qiymətləndirilməsi barədə 10 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilməyərək öz qüvvəsində saxlanılmışdır (cild 1, v. 226-240). Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş şəxs və şahid ifadələri, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaması, onunla yalnız seksual xarakterli hərəkətlər etməsi, Zərərçəkmiş şəxs 18 yaşı olduğunu bildiyini, Şahbuz rayonu, Kolanı kəndinə olarkən Zərərçəkmiş şəxs ilə aralarında cinsi əlaqə, yaxud seksual xarakterli hərəkət olmaması, Zərərçəkmiş şəxs məktəbli olduğunu bilməməsi ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs 2024-cü ilin oktyabr ayının axırlarında sevgi münasibətində olduğu 16 yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə ilk dəfə tanışı Şahid1 Babək rayonu, Vayxır kəndindəki evinin həyətində sonuncunun “Niva” markalı avtomobilinin arxa oturacağında, bundan bir neçə gün sonra isə tanışı Şahid2 Şahbuz rayonu, Kolanı kəndindəki evində olan zaman Zərərçəkmiş şəxs 16 yaşının olmasını bilmədiyini, onunla ilə cinsi əlaqədə olmadığını, zərərçəkmiş şəxsə qarşı bir dəfə seksual xarakterli hərəkətlər etməsini bildirsə də, verilmiş ittihamı təkzib edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmiş və Təqsirləndirilən şəxs öz müdafiəsi üçün ifadəsində göstərdiyi xüsusatları təsdiq edən sübut kimi Şahid3, Şahid1 və Şahid2 göstərməsinə gəldikdə hesab edir ki, həmin şahidlərin hadisənin baş vermə ardıcıllığı və mexanizmi ilə bağlı tam dolğun ifadə verə bilməmələri, eləcə də istər ibtidai istintaqda, istərsə də məhkəməyə verdikləri ifadələri ilə təqsirləndirilən şəxsin ifadəsi ilə zidd və uyğunsuz ifadə vermələri ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları təkzib edə bilmək üçün yetərli deyildir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında törətdiyi əməllərə görə özünü qismən təqsirli bilməsinə dair ifadəsinin “Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaması, onunla yalnız seksual xarakterli hərəkətlər etməsi, Zərərçəkmiş şəxs 18 yaşı olduğunu bildiyini, Şahbuz rayonu, Kolanı kəndinə olarkən Zərərçəkmiş şəxs ilə aralarında cinsi əlaqə, yaxud seksual xarakterli hərəkət olmaması, Zərərçəkmiş şəxs məktəbli olduğunu bilməməsi” ilə bağlı hissəsini cinayət işinin materiallarına uyğun olmayan və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qəbul edir və qiymətləndirir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilməsi, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaması, Zərərçəkmiş şəxs qarşı bir dəfə seksual xarakterli hərəkətlərin etməsi, zərərçəkmiş şəxsin on altı yaşına yaşına çatmamasının bilməməsi, zərərçəkmiş şəxsin on səkkiz yaşının olması barədə sübutların əsassız olması ilə bağlı ifadəsinə tənqidi yanaşır və təqsirləndirilən şəxsin qeyd edilən ifadəsinin həmin hissəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan “sevgi” münasibətlərinin olması, həmin münasibətlərdən istifadə edərək Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olması və eyni zamanda ona qarşı seksual xarakterli hərəkətlərin edilməsi məhkəmə istintaqı zamanı dindirilmiş digər şəxslərin ifadələri ilə öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə hesab edir ki, ümumilikdə götürdükdə təqsirləndirilən şəxs təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi, məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri ilə kəskin ziddiyyətli və uyğunsuz görünür. Məhkəmə belə nəticəyə gəlir ki, cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə, məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxs və şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi, üzləşdirmə aparmaq haqqında xx.xx.2025-ci il il tarixli protokolun, eləcə də ibtidai istintaq zamanı təyin olunmaqla keçirilmiş Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmətibbi ekspertiza və X2 407 nömrəli xx.xx.2024-cü il ekspertiza və Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2025-ci il tarixli 253 saylı ekspertiza rəyləri, belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, şahidlərin Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmamasının, daha dəqiq onun on altı yaşında olmasını təqsirləndirlən şəxsin bilməsi və bunu bilə-bilə zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olması və ona qarşı seksual xarakterli hərəkətlərin etməsi ilə bağlı ifadələri bir-birini istisna etmir. Məhkəmə hesab edir ki, həmin şahidlərin hadisənin baş vermə ardıcıllığı və mexanizmi ilə bağlı tam dolğun ifadə vermələri, eləcə də istər ibtidai istintaqda, istərsə də məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin on altı yaşına çatmayan şəxslə olmasını bilərək onunla cinsi əlaqədə olmasını bildirmələri Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaması faktının mövcudluğu ilə bağlı təqsirləndirilən şəxsin mövqeyi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə təsdiq olunmur. Həmçinin ittiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, “....qızılları ona verib, o satıbdır, soruşduqda isə “mənim on səkkiz yaşım tamam deyil, sənin on doqquz yaşın var” deyibdir,.....Şahbuz rayonunda dostu Mətləbin evinə gediblər, onun xəbəri olmayıb, Gülcan Arifə zəng vurub, o Gülcanı yanına gətirib, o Gülcanı oraya çağırmayıbıdr, o həmin vaxt Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmayıbdır......Zərərçəkmiş şəxs məktəbdə oxumasını bilməyibdir, ona deməyibdir, istedad kurslarında oxuduğunu deyibdir........Şahbuz rayonu, Kolanı kəndində dostu Mətləbin evinə gediblər, Gülcana Mətləbgilin evində olduğunu deyibdir, Gülcanda da gəlmək istəyib, o isə yox deyib, telefonu bağladıqdan sonra Gülcan ona heçnə demədən Arifə zəng vurub, Arif Gülcanı yanına gətirib, Arif, Mətləb və Meydan çölə şəkil çəkdirməyə çıxıblar, 10-20 dəqiqə sonra isə qayıdıblar, sonra Arif və Gülcanla birlikdə Naxçıvan şəhərinə qayıdıblar..........Gülcanla evdə olarkən heç kim olmayıb, Arif, Mətləb və Meydan birlikdə çıxmışlar, onlar getmələrini o deməyibdir, Şahbuz rayonu, Kolanı kəndində Gülcan ilə aralarında cinsi əlaqə və ya seksual xarakterli hərəkətlər olmayıbdır, Gülcanı O evə dəvət etməyibdir, Gülcan özü Ariflə gəlibdir, Arifə gətirməsini o deməyibdir........zərərçəkmiş şəxslə cinsi əlaqədə olması barədə heç kimə heç nə deməyibdir....Gülcanın 18 yaşı olduğunu bilibdir, 18 yaşını tamam edib-etmədiyini bilməyibdir......növbəti dəfə Şahbuz rayonu, Kolanı kəndinə görüşüblər, Mətləb, və Meydan oraya gediblər, oraya həmişə gediblər, ora getdikdən sonra Gülcan zəng vurub, Gülcana Mətləbin evində olduğunu deyib, Gülcan da gəlmək istəyib, o qəbul etməyib, Gülcanı O dəvət etməyib, Gülcanı Arif gətiribdir, Gülcan Arifə zəng vuraraq onu gətirməsini istəyib, 15-20 dəqiqə oturduqdan sonra X6 şəhərinə qaytarıbdır, Şahbuz rayonu, Kolanı kəndinə olarkən aralarında cinsi əlaqə, yaxud seksual xarakterli hərəkət olmayıb......Gülcan kursdan çıxdığı zamanlarda, bir dəfə qızılları verərkən və iki dəfə evdə görüşüblər.......Gülcanın məktəbli olduğunu bilməyib......ciddi münasibətləri olmayıb.....Gülcan 3 nömrəli məktəbin yanında olduğunu dediyi üçün onu götürməyə ora gediblər....qızıl məsələsindən sonra Gülcanın 18 yaşının tamam olmadığını bilibdir” Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində Təqsirləndirilən şəxs onun dayısının oğlu olduğunu, “Bolt” taksi xidmətində işlədiyini, Azərin ona zəng vuraraq Şahbuza gəlməli adam olduğunu dediyini, onun da gətirə biləcəyini bildirdiyini, Azərin adamın “sumçest” adlanan yerdə olduğunu dediyini, oraya gedərək Gülcanı götürdüyünü, Gülcanı Şahbuz rayonu, Kolanı kəndinə apardığını, sonra özünün Batabatdan su doldurmağa getdiyini, qayıtdıqda Gülcanı götürərək Naxçıvan şəhərinə apardığını......Azər ilə Gülcanın necə tanış olmasını bilmədiyini, Gülcanı “sumçest” adlanan yerdən götürdüyünü, Şahbuz rayonu, Kolanı kəndinə apardığını, Mətləb və Meydanın evdən çıxdıqlarını, Gülcanın evə girdiyini, Mətləb və Meydanın mağazaya getmək istədiklərini dediklərini, onları mağazaya apardığını, Azərin evdə olduğunu, hardasa yarım saat, qırx dəqiqə sonra Batabatdan qayıtdığını, Azərin zəng vuraraq Gülcanı şəhərə aparmasını bildirdiyini........Gülcanın özünün məktəbdə oxuduğunu dediyini,...... Azərin ona Gülcanın məktəbdə oxuduğunu dediyini, Azərin də Gülcanın azyaşlı olduğunu bildiyini....... onun Azərə Gülcanın azyaşlı olması barədə dediyini, buna görə də Azərin Gülcanın azyaşlı olmasını bildiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində.... Reyhan marketin yanında Aytac xanımı götürdüklərini...... evdə olarkən Gülcan xanımın ona Azərlə otağa keçmək istədiyini bildirdiyini, onun “olmaz” dediyini, Azərlə Gülcanın çölə çıxdıqlarını...... Azərdən Gülcanla aralarında nəsə olub-olmadığını soruşduğunu, Azərin ona “olub” dediyini,...... Azərdən “Gülcan xanım bizim evdə olarkən dediyi şey olub” deyə soruşduğunu, Azərin isə “olub da” dediyini..... Gülcan xanımın ona Azərlə otağa keçib sevişmək istədiyini dediyini,.....Pərviz və Azər danışdıqları zaman Azər aralarında heçnə olmadığını bildirdiyini, o soruşduqda isə “sizin evdə olmayıb” dediyini, lakin aralarında nəsə olduğunu dediyini, onun dediyindən həm cinsi əlaqə, həm də seksual xarakterli hərəkətlər olduğunu anladığını, X7 rayonunda evə apardığını ona dediyini,.....Azərin Şahbuz rayonu, Kolanı kəndinə Gülcanla aralarında cinsi əlaqənin olmasını ona dediyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində 2024-cü ilin yay aylarında, günorta vaxtları Azər, Meydan və O Şahbuz rayonu, Kolanı kəndində yerləşən evlərinə getdiklərini, Azərin Gülcanla danışaraq onun da gələcəyini onlara bildirdiyini, sonra onlara “siz biraz çöldə fırlanın gəlin” dediyini,..... 10-15 dəqiqə sonra Azərin zəng vuraraq “qayıdın evə gəlin” dediyini....Azərdən aralarında nəsə olub-olmadığını soruşduqda hə və ya yox demədən güldyünü,....... Azərin evdə oturarkən “Gülcan bura gələcək, siz gedib 5-10 dəqiqə çöldə fırlanın” dediyini,......onlar evdən çıxarkən Gülcanın gəldiyini, gedib kəndin çıxışında durduqlarını, 15-20 dəqiqə, uzağı yarım saat sonra evə qayıtdıqlarını, onlar qayıtdığı zaman Gülcanın çöldə qapının ağzında, Azərin isə içəridə olduğunu, Gülcanın Arifin maşınında oturaraq getdiyini......Azərin Gülcanın 5 nömrəli məktəbdə 11-ci sinifdə oxumasını ona dediyini,.....Azərdə pul olduğunu, gəlib bir həftəlik burada qalmaq istədiklərini, “bolt” taksi sifariş edərək gəldiklərini, Azərin təxminən 700 manat pulu olduğunu....Azərin Meydanla ona Gülcanla üz-üzə söhbət etməli olduğunu dediyini, 5-10 dəqiqəlik çölə çıxmalarını bildirdiyini,........Azərin zəng etməsini, söhbət qurtardıqdan sonra onları çağırmasını gözlədiklərini, Gülcanın Ariflə gəldiyini, onunla da qayıtdığını, Azərin içəridə divanda uzandığını.....Azərin ona “5 nömrəli məktəbdə, deyəsən 11-ci sinifə oxuyur” dediyini, biryerdə bir dəfə Gülcanı taksi ilə götürərək hazırlığa apardıqlarını,......taksi pulunu Azərin verdiyini, kartına pulu atdığını, nə qədər atdığını bilmədiyini, Gülcanı Azərin evə çağırdığını, onlara “söhbət edəcəyik, çölə çıxın” dediyini, Azərə “hansı yataqda yatmısızsa deyin biz orada yatmayaq” dediyini göstərmişdir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaması, Zərərçəkmiş şəxs qarşı bir dəfə seksual xarakterli hərəkətlərin etməsi, zərərçəkmiş şəxsin on altı yaşına çatmamasının bilməməsi, zərərçəkmiş şəxsin on səkkiz yaşının olması ilə bağlı ifadəsinə tənqidi yanaşır və təqsirləndirilən şəxsin qeyd edilən ifadəsinin həmin hissəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan “sevgi” münasibətlərinin olması, bu münasibətlər zamanı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin on altı yaşına çatmamasını bilə-bilə öz cinsi ehtirasını qarşılamaq məqsədilə zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olması məhkəmə istintaqı zamanı dindirilmiş digər şəxslərin ifadələri ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan hallara istinad edilməklə qurulmuş müdafiəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulan əməli 2024-cü ilin oktyabr ayında törətmişdir. Bununla da Təqsirləndirilən şəxs cinayəti əvvəlki hökm çıxarılmazdan əvvəl, yəni həmin hökm qanuni qüvvəyə minməzdən əvvəl törətdiyindən, hazırkı cinayət əməlini törədərkən məhkum edilməmişdir və buna görə də cinayətin residivi yaranmır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini, cinayət əməlini törədərkən gənc olmasını (18 yaşını yeni tamamlamasını) (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib məsuliyyətə cəlb edilməli, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini (CM- 58.3.) nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №-li Plenum Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(079)-1/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum edilməsi barədə təyin edilmiş cəzasının (cəzaçəkmə müddətinin əvvəli 26 dekabr 2024-cü il tarixdən hesablanmaqla) çəkilmiş olan 04 (dörd) ay, 16 (on altı) gün hissəsi nəzərə alınaraq, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməli (CM-66.2 və 68.1.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), cəzaçəkmə müddətinin əvvəli 12 may 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə xərci olaraq ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Təqsirləndirilən şəxs müdafiəçisi Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan şəhər Asan Vəkil Bürosunun hesabına köçürülməli, ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 120 (bir yüz iyirmi) manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsasların olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 152.1-ci maddəsi ilə 1 (bir) il 03 (üç) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(079)-1/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum cəzası hazırkı hökmlə təyin olunmuş cəza ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(079)- 1/2025 nömrəli hökmü ilə 26 dekabr 2024-cü il tarixindən, 12 may 2025-ci il tarixinədək cəza çəkdiyi müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 04 (dörd) ay, 16 (on altı) gün hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il, 07 (yeddi) ay, 14 (on dörd) gün müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını “ümumi rejimli” cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın çəkilməsinin əvvəli 12 may 2025-ci il tarixdən hesablansın. Məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs müdafiəçisi Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan şəhər Asan Vəkil Bürosunun hesabına köçürülsün. Ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 120 (bir yüz iyirmi) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar