Azərbaycan Respublikası adından HÖKM Şahbuz şəhəri İş № 1(090)-5/2023 21.08.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu, Məhkəmə iclas katibi: X13, Dövlət ittihamçısı: Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs: 05 avqust 1998-ci il tarixdə Babək rayon Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşaq atası, Babək Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 7 (yeddi) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, orta təhsilli, işsiz, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olan, hal-hazırda Naxçıvan MR, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin baxış iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirərək təkrar dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şərur rayon Xətai kənd sakini Zərərçəkmiş şəxs4 aldadaraq 25 avqust 2020-ci il tarixdə Şərur rayonu Xətai kəndində ondan 1400 manata 1 baş yanı-balalı inəyi bir ay müddətinə ödəmək şərti ilə nisyə aldıqdan sonra, həmin iribuynuzlu inəyi Babək rayonu, Nehrəm qəsəbə sakini Şahid2 dediyinə görə 600 manata sataraq şəxsi ehtiyacları üçün sərf etmiş, daha sonra zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 şikayəti əsasında Zərərçəkmiş şəxs4 məxsus 1 baş yanı-balalı iribuynuzlu qara-malı Şahid2 geri alaraq Zərərçəkmiş şəxs4 qaytarmış, lakin həmin mal tələf olmuşdur. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 aldadaraq 2021-ci ilin sentyabr ayında Culfa rayonu, Camaldın kəndində qarpız satdığı vaxtı orada həmin şəxslə tanış olduğunu, həmin şəxsdən 2 baş yanı-balalı camışı pulunu hissə-hissə verəcəyi adı ilə aldadaraq hər biri 2500 manat olmaqla cəmi 5000 manata alması barədə razılaşaraq Nehrəm qəsəbəsinə gətirdiyini, bir baş camışı Bağır adlı şəxsə 1500 manata sataraq şəxsi ehtiyacları üçün sərf etmiş, digər camışlardan birinin sonradan Zərərçəkmiş şəxs3 geri qaytardığını, Zərərçəkmiş şəxs3 aldığı 1 baş qara-mal camışa görə borclu olduğu 2500 manatı ona ödəməyərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs2 aldadaraq 11 noyabr 2022-ci il tarixdə Ordubad rayonu, Dəstə kəndində Zərərçəkmiş şəxs2 məxsus həyətdə olan tövlədə 1 baş iribuynuzlu inəyi 1000 manata bir ay müddətinə pulunu ödəmək şərtilə almış, ancaq həmin pulu ödəməyərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs1 aldadaraq 03 dekabr 2022-ci il tarixdə Şahbuz rayonu, Keçili kəndində Zərərçəkmiş şəxs1 məxsus həyətdə 800 manata bir baş inək almış, ancaq həmin pulu ona ödəməyərək təkrar dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir. Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməli özünün səmimi etirafı ilə yanaşı, iş üzrə aparılmış digər istintaq sənədləri, dindirilmiş zərərçəkmiş və şahid ifadələri və cinayət işinin materiallarında olan digər hüquqi sənədlərlə tam sübuta yetir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 7 saylı Qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir (mad.143.1). Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. (mad.145.1). Məhkəmə cinayət prosessual qanunvericiliyin bu və digər tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid qismində dindirilmiş şəxsin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində 2018-ci ildən qəssab işlədiyini, qəssabçılıqdan başqa mal-qara alıb satmaqla da məşğul olduğunu, bir müddət belə işlədiyini, 2020-ci ildə qızının xəstə olduğu üçün bankdan 3000 manat kredit götürərək qızını müalicə etdirdiyini, sonra həmin krediti ödəyə bilmədiyini, bankdan əlavə digər şəxslərə də borcunun olduğunu, ümumilikdə 6000 manat borcu olduğunu, həmin borcları ödəmək üçün məcbur qalıb camaatdan müxtəlif yalanlarla mal-qara aldığını, həmin şəxslərin pullarını ödəmədiyini, 2020-2022-ci illər ərzində bu işlərlə məşğul olduğunu, 2022-ci ilin axırlarında həmin aldatdığı şəxslərdən bir neçəsinin Babək rayon Məhkəməsinə müraciət etdiklərini, məhkəmə tərəfindən onların iddialarının təmin edildiyini, məhkəmə qərarı ilə ödəməli olduğu pulları ödəyə bilmədiyi üçün, Babək rayon məhkəməsinin 27 dekabr 2022-ci il tarixli hökmü ilə 1 il 7 ay müddətinə azadlıqdan məhrum edildiyi, barəsində hökm çıxarılmamışdan əvvəl X1 1 baş yanıbalalı inəyini 1600 manata nisyə aldığını, amma pulunu vermədiyini, həmin 1 baş inəyi alan vaxtı yanında heç kimin olmadığını, Məhərrəm Maxsudovu aldadaraq 1 baş yanıbalalı inəyi alarkən heç kimlə əlbir olmadığını, Babək rayonu, Nəzərabad kəndində qarpız satan vaxtı Məhərrəm adlı şəxslə tanış olduğunu, Naxçıvan şəhərindən tanımadığı “Qazel” markalı yük avtomobili ilə həmin inəyi Nehrəm kəndinə apardığını və həmin inəyi kimə satdığını xatırlamadığını, məhkəmənin qərarı ilə 1600 manat pulun ondan alınıb M.Maxsudova verilməsi barədə qərar verildiyini, bundan başqa Culfa rayonu, Qızılca kənd sakini X7 1 baş düyəni bir neçə günə pulunu verəcəyi adı ilə aldadaraq 1000 manata aldığını, sonradan Əlinin pulunu vermədiyi üçün onu məhkəməyə verdiyini, məhkəmənin qərarı ilə 1000 manat pulun ondan alınıb Ə.Hüseynova verilməsi barədə qətnamə qəbul edildiyini, bundan başqa Şahbuz rayonu, Ayrınc kənd sakini X3 1 baş dananı 800 manata razılaşaraq 1 aya pulunu verəcəyini deyərib aldadaraq aldığını, həmin malı Şahbuz rayonundan tanımadığı Qazel markalı yük avtomobili ilə Babək rayonu, Nehrəm kəndinə gətirdiyini və təxminən 2 gündən sonra həmin dananı kəsərək Babək rayonu, Nehrəm qəsəbəsində satdığını, sonra həmin şəxsin Babək rayon məhkəməsinə şikayət etdiyini və məhkəmənin qərarı ilə 800 manat pulun ondan alınıb M.Əliyevə verilməsinin qət edildiyini, Babək Rayon Məhkəməsinin qərarlarının icra etmədiyi üçün onun barəsində cinayət işinin açıldığını və məhkəmənin xx.xx.2022-ci il tarixli hökmü ilə bir il yeddi ay azadlıqdan məhrum edildiyini, bundan başqa digər Zərərçəkmiş şəxs1 məxsus “İnstagram” sosial şəbəkəsindəki elanlar saytında inək satıldığını gördüyünü, nömrəsini götürərək zəng vurduğunu və Şahbuz rayonu, Keçili kəndinə gedərək orada mala baxdığını, 1 aya pulunu verəcəyi adı ilə aldadaraq inəyi 800 manata nisyə aldığını, amma pulunu ödəmədiyini, Ordubad rayonu, Dəstə kənd sakini Nəriman adlı şəxsdən 1 baş inəyi 1 aya pulunu verəcəyini bildirib aldadaraq 1000 manata aldığını, amma pulunu vermədiyini, Nərimanın ondan şikayət etdiyi üçün ona verəcəyi 1000 manatın əvəzinə Rizvandan aldığı malı ona verdiyini, Nəriman ilə Ordubad rayonu, Dəstə kəndində qarpız satan vaxtı orada tanış olduğunu, Nərimanın küçədə mal otardığını, ondan həmin inəyi almaq istədiyini və onunla razılaşdığını, Nərimana telefon nömrəsini verdiyini, iki gündən sonra Nərimanın ona zəng vuraraq nə vaxt gələcəyini soruşduğunu, o, isə Nərimana toyda olduğunu dediyini, Nəriman ona “Qazel” taparaq malı göndərmək istədiyini bildirdiyini, o isə Nərimana göndərməsini dediyini, sonra həmkəndlisi Yaşar adlı şəxsin avtomobili ilə Ordubad rayonu, Dəstə kəndinə getdiyini, yolda Nərimanla qarşılaşdıqlarını və Nehrəm kəndinə qayıdıb inəyi yük avtomobilindən endirdiyini, sonra Nərimandan aldığı inəyi həmkəndlisi Əhməd adlı şəxsə 600 manata satdığını, bundan başqa Culfa rayonu, Teyvaz kənd sakini X8 tanıdığını, həmin şəxsdən 450 manata 1 baş buzov aldığını, ona 1 aya pulunu verəcəyini deyərək aldadaraq vermədiyini, həmin şəxsdən buzov alan vaxtı yanında həmkəndlisi Novruz adlı şəxsin olduğunu, Novruzun da həmin şəxsdən 10 keçi və 1 buzov aldığını, Novruzla əlbir olmadığını, sonradan H.Həsənovun onlardan şikayətinin olmadığını öyrəndiyini, H.Həsənova vurulmuş ziyanın ödənildiyini, bundan başqa digər zərərçəkmiş şəxs Culfa rayonu, Camaldın kənd sakini Zərərçəkmiş şəxs3 kənddə qarpız satdığı vaxtı orada Zərərçəkmiş şəxs3 2 baş yanı-balalı camışı pulunu hissə-hissə verəcəyi adı ilə 5000 manata alaraq Babək rayonu, Nehrəm qəsəbəsinə gətirdiyini, həmin camışlardan birini 1500 manata Bağır adlı şəxsə satdığını, digər camışı isə küçədə arxın kənarına bağladığını, təxminən 2 gündən sonra Azadın ona zəng vuraraq onun dələduz olduğunu bildirdiyini və camışlarını geri istədiyini, o isə Azada camışları satdığını dediyini, səhərisi günü Azadın Babək rayonu, Nehrəm qəsəbəsinə gələrək ona zəng vurduğunu, o isə camışın birini satdığını, digərini isə küçədə arxın kənarına bağladığını dediyini, Zərərçəkmiş şəxs3 həmin camışı balası ilə birlikdə götürərək sonradan Nehrəm qəsəbə sakini Aqil adlı şəxslə razılaşaraq ona satdığını, Zərərçəkmiş şəxs3 Nehrəm qəsəbəsinə gələn zaman onunla görüşmədiyini, bu olanları sonradan bildiyini, Azad adlı şəxsə 2500 manat borcu olduğunu, camışları aldıqdan sonra Naxçıvan şəhərində adını dəqiq bilmədiyi “Qazel” sürücüsü ilə Nehrəm kəndinə apardığını, Camaldın kəndində Azad adlı şəxsin camışlarına baxan vaxtı kömək üçün yanında gündəlik satıcı apardığını, yanında olan şəxsin həmin satıcılardan biri olduğunu, amma kim olduğunu xatırlamadığını, bundan başqa Şərur rayonu, Xətai kənd sakini Zərərçəkmiş şəxs4 Şərur rayonu, Xətai kəndində qarpız satan vaxtı Zərərçəkmiş şəxs4 ona inək satdığını dediyini, onun inəklərə baxdığını və ona xalasının oğlu ilə mal-heyvan işi ilə məşğul olduqlarını dediyini, səhərisi günü Naxçıvan şəhərində həmkəndlisi Şahid1 ilə birlikdə Xətai kəndinə getdiklərini və Zərərçəkmiş şəxs4 2 baş yanıbalalı inək aldıqlarını, həmin inəklərin ilk olaraq Vəli ilə 1300 manata razılaşdıqlarını, daha sonra isə Zərərçəkmiş şəxs4 ona 1400 manata satdığını dediyini, digərini isə 1400 manata Novruzun aldığını, Vəli adlı şəxsə 1400 manat pulu 1 aya verəcəyini dediyini, Novruz həmin vaxtı hərbçi işlədiyi üçün hərbçi vəsiqəsini Vəli adlı şəxsə verdiyini, malları tanımadığı “Qazel” markalı yük avtomobili ilə Nehrəm qəsəbəsinə gətirdiklərini və həmin 1 baş yanı-balalı inəyi həmkəndlisi Əhməd adlı şəxsə 600 manata satdığını, Novruzun aldığı malı isə kimə satdığını bilmədiyini, təxminən 5-10 gündən sonra o, Babək rayon polis idarəsinə çağırıldığını, oraya gedərkən Vəli adlı şəxsi orada gördüyünü, polis əməkdaşları ilə birlikdə Nehrəm kəndinə getdiklərini və malı satdığı Əhməd adlı şəxsə 600 manat verərək Əhməddən 1 baş yanı-balalı inəyi geri aldığını və həmin inəyi balası ilə birlikdə Vəlinin özünə verdiyini, əlavə olaraq Əhməd adlı şəxsə həmin inəyi Şərur bazarına aparması üçün 20 manat da əlavə pul verdiyini, sonra Əhməd adlı şəxsin ona zəng vuraraq Vəli ilə razılaşdığını və inəyi bazar günü Şərur mal bazarına aparacağı barədə razılaşdıqlarını dediyini, bir neçə gündən sonra Vəlinin ona zəng vuraraq inəyin Əhmədin tövləsində öldüyünü dediyini, o isə Vəliyə inəyi ona təhvil verdiyini və daha ona zəng vurmamasını dediyini, bu əməlləri törədərkən ona heç kimin kömək etmədiyini, və yaxud da kiminləsə əlbir olmadığını bildirərək, sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olduğunu, ilk dəfə bu cür əməl törətməsini, öhdəsində iki azyaşlı uşağın olduğunu bildirərək məhkəmədən ona cəza təyin edilərkən bu halların nəzərə alınmasını xahiş etdi. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, Zərərçəkmiş şəxs4 yanı-balalı inəyə ilk olaraq 1300 manat istəyibdir, daha sonra isə həmin yanı-balalı inəyi 1400 manat satdığını ona bildiribdir, onlar arasında razılaşmaya əsasən Zərərçəkmiş şəxs4 pulunu bir aya verməlidi, lakin 5-10 gün keçdikdən sonra Zərərçəkmiş şəxs4 ondan polis idarəsinə şikayət edibdir, o Zərərçəkmiş şəxs4 aldığı malı həmkəndlisi Şahid2 600 manata satıbdır, həmin malı satdıqdan sonra Zərərçəkmiş şəxs4 pul verməyibdir, həmin vaxt qızı xəstə olubdur və onun müalicəsi üçün bankdan götürdüyü pulu qaytarmalı olubdur, Zərərçəkmiş şəxs4 şikayətindən sonra o, Şahid2 pulunu qaytarıb və Şahid2 Zərərçəkmiş şəxs4 malını onun yaşadığı Şərur rayonuna aparması üçün əlavə olaraq 20 manat pul da veribdir, onun Zərərçəkmiş şəxs4 borcu yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2021-ci ilin təxminən 19-20 sentyabr tarixlərində yaşadığı Culfa rayonu, Camaldın kəndində özünə məxsus olan camışları çöldən evinə gətirən vaxtı 2 nəfər şəxsin qarpız satdığını, həmin şəxslərin Babək rayonu, Nehrəm qəsəbəsinin sakinləri olduğunu, həmin şəxslərdən birinin ondan camışları satıb-satmadığını soruşduğunu, o isə həmin şəxsə camışları satmaq istədiyini dediyini, camışları tövləyə apardıqdan təxminən yarım saat sonra həmin şəxslərin evə gələrək camışlara baxmaq istədiyini, camışlara baxdıqdan sonra neçəyə satdığını soruşduğunu, o, camışların birini 2500 manata satdığını, həmin şəxsin isə 2 baş camışı almaq istədiyini, həmin şəxslə 2 baş camış üçün 5000 manat qiymətində razılaşdıqlarını, həmin şəxslərə ailələri ilə məsləhətləşmələrini dediyini, təxminən 2-3 gündən sonra həmin şəxsin yenidən gələrək ailəsi ilə məsləhətləşdiyini və bir neçə günə gəlib camışları aparacağını deyərək onun telefon nömrəsini də alaraq getdiyini, həmin şəxslər adlarının Özcan və Orxan kimi təqdim etdiklərini, 23 sentyabr 2023-cü il tarixdə axşam vaxtı telefonuna zəng gəldiyini, zəng vuran şəxs adının Orxan olduğunu, Özcanın ailəsinin camışları almağa razı olmadığını, camışları özünün alacağını, o isə Orxana camışları nəğd pula satacağını, 24 Sentyabr 2021-ci il tarixdə saat təxminən 07:00 radələrində Orxan adlı şəxsin “Qazel” markalı avtomobillə onun evinə gəldiyini, 2 baş yanı-balalı camışları “Qazel” markalı avtomobilə yüklədiklərini, Orxan yadından çıxaraq pulu evlərində qoyduğunu dediyini, axşam üstü kəndə qarpız satmağa gələndə pulu gətirəcəyini dediyini, Orxan camışları apardıqdan sonra axşama qədər Orxanın pulu gətirəcəyini gözlədiyini, axşam Orxana zəng vuraraq pulu istədiyini, Orxan isə avtomobilinin xarab olduğu üçün gələ bilmədiyini, avtomobilini düzəldən kimi pulu gətirəcəyini dediyini, Orxandan camışı sağa bilib-bilmədiyini soruşduqda Orxanın verdiyi cavab onu şübhələndirdiyini, Babək rayonu, Nehrəm qəsəbəsində yaşayan tanışlardan Orxanı maraqlandığını, həmin tanışlarına Orxan adlı şəxsin nişanəsini verdikdən sonra tanışlarının ona həmin şəxsin adının Orxan deyil Telman olduğunu dediklərini, sonra Orxana, yəni Telmana zəng vuraraq onun haqqında maraqlandığını, onun adının Orxan deyil Telman olduğunu bildiyini və camışların harada olduğunu soruşduğunu, Telmanın isə ona camışları satdığını və bir neçə günə pulunu verəcəyini dediyini, təxminən 2 gün sonra telefonuna zəng gəldiyini, zəng vuran şəxsin Telmanın dələduz olduğunu, camışlardan birinin onda olduğunu və gəlib camışı aparmasını bildirdiyini, səhərisi günü Babək rayonu, Nehrəm qəsəbəsinə həmin şəxsin dediyi yerə getdiyini, həmin şəxsin camışı oraya gətirdiyini və həmin şəxs ona camışı almaq istədiyini, həmin şəxs adının əvvəl Habil kimi başa düşdüyünü, sonradan həmin şəxsin adının Habil deyil Aqil olduğunu, camışı ona 2500 manata satmağa razılaşdığını, həmin şəxsin pulu bir həftəyə verəcəyini dediyini, həmin şəxs avtomobilinin texpasportunu ona verərək pulu verəndə geri qaytararsan dediyini, sonra Telmana zəng vuraraq 2500 manat pulu istədiyini, Telmanın isə ona sentyabr ayının axırında 2500 manat pulu verəcəyini bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Zərərçəkmiş şəxs3 bildirdiki, Telmana camışları satmamışdan əvvəl Yaşar adlı şəxslə hər iki camışları satması barədə 4900 manata razılaşıblar, Yaşar hələ ona beh də vermək istəyibdir, lakin o, istəməyibdir, razılaşdıqları günün səhərisi Yaşarın oğlu gəlib camışlara baxandan sonra atasına zəng edərək camışların arıq olduğunu, onlara göstərilən zaman axşam camışların kök olduqlarını deyibdir, buna görə də onlar razılaşmayıblar, Yaşarın camışlara baxması üçün kəndlərində bir nəfər şəxs gətirib göstəribdir, həmin şəxsin Telman ilə heç bir əlaqəsi olmayıbdır, o, özünə məxsus iki baş camışı hər biri 2500 manat olmaqla, cəmi 5000 manata Təqsirləndirilən şəxs satıbdır, hər iki camışı Təqsirləndirilən şəxs aparıbdır, həmin pulun 2500 manatını Aqil ilə razılıqlarına görə Aqil ödəyəcəkdir, 2500 manat pulu isə Təqsirləndirilən şəxs ona qaytarmayıbdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, hardasa 2022-ci ilin noyabr ayında axşam vaxtlarında yaşadığı evdən küçəyə çıxan zaman, küçədə nömrəsini xatırlamadığı “Qazel” markalı yük avtomobilində bir nəfər şəxsin kartof və soğan satdığını, həmin şəxslə söhbət etdiyini, həmin şəxs özünü Babək rayonu, Nehrəm qəsəbə sakini kimi tanıtdığını və adının Hüseyn olduğunu dediyini, həmin şəxsin sonradan adının Telman olduğunu bildiyini, Telmanın küçədə otlayan inəyi gördüyünü və inəyin kimin olduğunu soruşduğunu, o isə ona məxsus olduğunu dediyini, Telmanın isə ona inəyi satıb-satmadığını soruşduğunu, o, isə inəyi 1000 manat satdığını dediyini, bir neçə gün sonra Telmanın ”Vaz” 2107 markalı, **-BF-*** nömrəli tanımadığı bir şəxslə birlikdə Dəstə kəndinə gələrək inəyi aparacağını dediyini, o, Dəstə kənd sakini Ramin adlı şəxsə zəng vuraraq yük avtomobili ilə inəyi Nehrəm qəsəbəsinə aparmağını istədiyini, bir neçə dəqiqədən sonra Raminin yük avtomobili ilə gəldiyini, inəyi avtomobilə qoyaraq Raminlə birlikdə Nehrəm kəndinə apardıqlarını, Nehrəm kəndində həmin şəxsin inəyi Raminin avtomobilindən endirərək başqa bir “Qazel” markalı, **-BF-*** nömrəli yük avtomobilinə mindirdiyini, inək suni mayalandırma olduğu üçün həmin şəxs inəyin sənədlərini istədiyini və onu sənədləri həmin şəxsə verdiyini, həmin vaxt Telmanın ona Aza kəndində yerləşən dükana 1000 manat verəcəyini, inəyin pulunu oradan götürməsini dediyini, lakin pulu vermədiyini, bir neçə gündən sonra Telmana zəng vuraraq pulunu istədiyini, Telmanın müxtəlif bəhanələr gətirərək pulu vermədiyini, xx.xx.2022-ci il tarixdə bu barədə Babək rayon prokurorluğuna şikayət etdiyini, bundan sonra Telmanın ona zəng vuraraq inəyi Çeşməbasar kəndindəki kameranın yanında yerləşən ərazidə olduğunu və gəlib aparmasını dediyini, oğlu Həsən Cəfərovla birlikdə Telmanın dediyi yerə getdiyini, bir neçə dəqiqədən sonra Telmanın tanımadığı bir şəxslə oraya gəldiyini, Telmanın ona inəyi başqa şəxsə satdığını, pulunu isə almadığını, əlində başqa inək olduğunu, istəsə əgər həmin inəyi ona verəcəyini bildirdiyini, həmin inəyi gətirmək üçün avtomobilə 100 manat verdiyini, 100 manat alaraq inəyi ona verə biləcəyini dediyini, o, inəyə baxmaq üçün Nehrəm qəsəbəsinə getdiyini, orada tanımadığı bir şəxsin həyətinə daxil olduğunu, inəyə baxaraq razılaşdığını, Telmanın “Qazel” markalı avtomobil çağırdığını, inəyi həmin avtomobilə yükləyərək Dəstə kəndinə evlərinə apardığını, 28 gün həmin malı saxladıqdan sonra ona Şahbuz rayonu, Keçili kənd sakini Rizvan adlı şəxsin zəng vuraraq həmin malın ona məxsus olduğunu bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıran zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ona adını Hüseyn kimi tanıtdığını, sonradan onun əsl adının Telman olduğunu bildiyini, onun şikayətindən sonra Telmanın ona bir mal qaytardığını, sonradan həmin malın Rizvan adlı şəxsə məxsus olduğunu öyrəndiyini, həmin malı 28 gün saxladığını, malın sahibi Rizvanın şəhid atası olduğunu öyrəndiyini, həmin malı Rizvana qaytardığını, öz malının isə Şərur rayonu, Axamməd kənd sakinində olduğunu öyrəndiyini, Təqsirləndirilən şəxs ona 1000 manata satdığı inəyə görə, 100 manat isə həmin malı gətirən zaman çəkdiyi xərcə görə, cəmi 1100 manat borcunun olduğunu, həmin pulu Təqsirləndirilən şəxs ona qaytarmadığını göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun həmkəndlisidir, 2022-ci ilin dekabr ayında R,Həmzəyev ona telefon ilə zəng edərək inəyini satdığını və həmin inəyi Babək rayonu, Nehrəm qəsəbəsinə aparmasını xahiş edibdir, o da özünə məxsus olan “Qazel” markalı avtomobillə həmin inəyi Nehrəm qəsəbəsinə aparıbdır orada inəyi alan iki nəfər tanımadığı şəxs olubdur, həmin iki şəxs isə özlərinə məxsus “VAZ” 2107 markalı avtomobillə gəliblər, inəyi avtomobildən endirdikdən sonra Şahbuz rayonu, Keçili kəndinə gəlibdir, Zərərçəkmiş şəxs1 inəyi Nehrəm qəsəbəsinə aparmaq üçün 50 manat pul alıbdır. Məhkəmədə şahid qismində dindirilmiş X10 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin dekabr ayında həyətdə olan vaxtı qonşusu Zərərçəkmiş şəxs1 onu çağırdığını, inəyi satdığını, inəyi “Qazel”ə mindirməkdə onlara kömək etməsini istəyibdir, onun evinin olduğu yerin yanında inəyi avtomobilə mindiriblər, həmin vaxtı Zərərçəkmiş şəxs1 yanında iki nəfər şəxs olubdur, onlardan biri Təqsirləndirilən şəxs olubdur, bir az keçdikdən sonra həmkəndlisi Muşviq Qəmbərovun “Qazel” markalı avtomobili ilə gəlib, köməkli olaraq inəyi həmin” Qazel” markalı avtomobilə mindirib yola salıblar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, iş olmayan vaxtlarda özünə məxsus olan “Vaz” 2107 markalı, **-BF-*** nömrəli avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur, təxminən 2022ci ilin oktyabr ayında saat təxminən 20:00 radələrində Nehrəm qəsəbəsində dayanacaqda duran vaxtı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq onu Ordubad rayonuna aparmağını istəyibdir, Ordubad rayonuna gedən zaman yanacaqdoldurma olan yerdə, Düylük kəndinə çatmamış Telman ondan geriyə qayıtmasını istəyibdir, onlar qayıdıblar Nehrəm qəsəbəsinə, orada “Qaxur” deyilən yerin yanında Təqsirləndirilən şəxs inəyi gətirdikləri “Qazel”dən digər “Qazel”ə mindiriblər, “Qazel” sahibinin biri Ordubadlı olubdur, sonra o evə gedibdir, yarım saat sonra Təqsirləndirilən şəxs ona zəng edərək onu həmin yerdən aparmasını istəyibdir, o Təqsirləndirilən şəxs həmin yerdən götürüb “aptekin” qarşısında düşürübdür, Telman Sülüymanovdan buna görə 25 manat pul alıbdır. Proses iştirakçılarının suallarını cavablandıran Şahid3 bildirdi ki, qarşıdan “qazel” maşının gördükdən sonra, Təqsirləndirilən şəxs həmin “Qazel”ə görə getdiyini, onun arxasınca geri qayıtmasını deyibdir, “Qazel” maşının nömrəsini bilmir, ağ “qazel” olubdur, Təqsirləndirilən şəxsla “Qazel”də mal olması barədə danışmayıblar, “Qazel”in arxasında ağ-qara mal olduğunu görüb bilibdir ki, süni mayalanma olan maldır, Nehrəm qəsəbəsində “Qaxur” adlanan yerdə “Çeşməbasar” yolunun üst tərəfində bir “Qazel”dən digər “Qazel”ə mindiriblər, qazellərdən biri ordubadlının, digəri isə Əhmədin “Qazel”i olubdur, malı neçəyə alıb neçəyə satması barədə o heçnə bilmir, Təqsirləndirilən şəxs kəndli kimi 6-7 ildir tanıyır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin payız aylarında, təxminən oktyabr-noyabr aylarında bibisi nəvəsinin toy məclisində olan vaxt, saat axşam 8-9 radələrində, Təqsirləndirilən şəxs ona zəng edərək onda bir inək olduğunu və satmaq istədiyini deyibdir, o, Təqsirləndirilən şəxs toyda olduğunu və inək almaq istəmədiyini deyibdir, Təqsirləndirilən şəxs ondan harada toyda olduğunu soruşub həmin yerə gələcəyini deyib, o, toyda olduğu yeri Təqsirləndirilən şəxs deyib, toy keçirilən yerdən hardasa 100-150 metr aralıda Ordubad seriyalı maşınla yanına gəliblər, gecə olduğu üçün maşının markasının nə olduğunu bilməyibdir, inəyi ona məxsus olan **-BB-*** nömrəli, boz rəngli qazelə yükləyiblər, o, həmin vaxt toy məclisi olan yerə qayıdıbdır, biraz keçdikdən sonra Təqsirləndirilən şəxs yenidən ona zəng edib, inəyi görüb-görmədiyini soruşubdur və inəyi 750 manata satdığını deyibdir, o, Təqsirləndirilən şəxs inəyi gördüyünü, onun dediyi qiymət qarşılığında o malı almayacağını, həmin malı alıb dediyi qiymətə sata bilməyəcəyini, ona mala 600 manat ödəyə biləcəyini bildiribdir, əgər razı deyilsə inəyi onun deyəcəyi yerdə qazeldən endirməyi istəyibdir, bundan sonra Təqsirləndirilən şəxs inəyi 600 manata ona satmağa razı olubdur, həmin inəyi Təqsirləndirilən şəxs 600 manat qarşılığında alıb, pulunu nəğd olaraq ödəyib və Şərur bazarında 700 manata satıbdır. Təkrarən məhkəmədə şahid kimi dindirilən Şahid2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs 2-3 dəfə mal alıbdır, sonra Təqsirləndirilən şəxs mal-qara almayıbdır, həmin ərəfədə bir düyə və həmin inəyi alıbdır, düyəni də təxminən 600-700 manata satıbdır, Təqsirləndirilən şəxs düyəni Rasətdən aldığını deyibdir, o, Şərur rayon sakini Zərərçəkmiş şəxs4 mal almayıbdır, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs aldığı malın ona məxsus olduğunu deyibdir, Təqsirləndirilən şəxs onun mala ödədiyi 850 manatı qaytarıb, o, Zərərçəkmiş şəxs4 məxsus olan malı qaytarıbdır, lakin həmin vaxt Zərərçəkmiş şəxs4 ona malı aparmaq imkanının olmadığını deyibdir, həmin vaxt inəyi aparmağa maşın olmadığı üçün Vəli ilə razılaşıblar ki, həftənin altıncı gününə kimi qalsın, bazar günü mal bazarına aparar, lakin inək öldüyündən Zərərçəkmiş şəxs4 inəyin balasını gəlib aparıbdır, həmin günün gecəsi həmin zamanlar malların geniş yayılan xəstəliyə tutulmasndan, mal “mkar” xəstəliyi səbəbindən gecə ölübdür, malın öldüyü günün sabahı Zərərçəkmiş şəxs4 və oğlunu malın ölməsinin onun günahı ucbatından baş verməməsini göstərmək üçün çağırıbdır, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs onun bacısı oğlu olduğunu zənn edərək Təqsirləndirilən şəxs ondan aldığı 3 buzov olan malların əvəzi olaraq onun Şərur bazarına satmaq üçün apardığı malları aparıb, malları aparıb pulunu gətirəcəm deyibdir, sonra Təqsirləndirilən şəxs onun bacısı oğlu olmadığı aydınlaşdıqdan sonra bazarda ondan aldıqları malları geri qaytarıblar. Proses iştirakçılarının suallarını cavablandıran Şahid2 bildirdi ki, malı Ordubad maşını ilə gətirib toyxanadan 100-150 metr aralıda “Qazeli”nə mindiriblər, həmin vaxt aralarında razılaşma olmayıbdır, o, həmin vaxt Təqsirləndirilən şəxs malı 750 manata almayacağını bildiribdir, Təqsirləndirilən şəxs ondan “Qazel” sürücüsü kimi malın daşınmasını istəyibdir, malı evlərinə aparmağını istəyibdir, onlar arasında razılaşma malın yüklənməsindən sonra Təqsirləndirilən şəxs ikinci dəfə zəng etdikdə olubdur, həmin malı 600 manata alıb, Şərur bazarında 700 manata satıbdır. Təqsirləndirilən şəxs kəndə gəlməmiş ona zəng vurub Ordubaddan gəldiyini və satmaq üçün mal gətirdiyini deyibdir, ona razılaşacaqları təqdirdə malı onun almasını istəyib, razılaşmadıqda isə malı Təqsirləndirilən şəxs deyəcəyi yerdə endirməsini, sürücü kimi ona pul verəcəyini deyibdir, əlavə olaraq sualları cavablandıran Şahid2 bildirdi ki, ölən malın əvəzinə o, Zərərçəkmiş şəxs4 heçnə verməyibdir, Zərərçəkmiş şəxs4 ona qaytarılan malı aparmağa maşın tapmadığı üçün, onunla Şərur bazarına aparması barədə razılaşıblar, lakin inək “mkar” xəstəliyindən öldüyündən, Zərərçəkmiş şəxs4 inəyin balasını aparıbdır, Zərərçəkmiş şəxs4 yanı balalı inəyini qaytarması üçün Təqsirləndirilən şəxs ona 850 manat pul qaytarıbdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərəçəkmiş şəxs X18 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində Şahbuz rayonu, Keçili kəndində ailəsi ilə birlikdə yaşadığını, Keçili kənd orta məktəbində təsərüfat müdiri işlədiyini, kənd yerində yaşadığı üçün 1 baş iri buynuzlu heyvan saxladığını, oğlu Həmzəyev Mərhəmətin 2020-ci il tarixdə İİ Qarabağ müharibəsində şəhid olduğunu, dekabr ayının 22-si onun ölüm il dönümü olduğundan və maddi imkanının yaxşı olmadığından, həmin 1 baş iri buynuzlu heyvanı satıb, pulunu onun il dönümü mərasiminə lazım olacaq xərclərə vermək qərarına gəldiyini, İntagram sosial şəbəkəsində “naxçıvan_elanlan 85” adlı səhifədə elan yerləşdirdiyini, elana qara rəngli inəyin şəklini qoyduğunu, şəklin altına “Şahbuzda Dişi inəy satılır, 160 kilo əti gələr, bəlkədə çox, boğazdı, yanvarda balası olacaq, 1000 manatdı, qiymətdə razılaşmaq olar. Əlaqə nömrəsi: Rizvan *** *** ** **” sözlərini yazdığını, elanı xx.xx.2022-ci il tarixdə yerləşdirdiyini, xx.xx.2022-ci il tarixdə 060 ***-**-** mobil nömrəsindən onun 051 ***-**-** nömrəsinə zəng gəldiyini, zəng vuran şəxsin ona “elanlara qoyduğunuz inəyi gördüm, çox xoşuma gəldi, özümə alıram, saxlamaq və artırmaq üçün alıram dediyini” zəng vuran şəxsin 800 manata ala biləcəyini dediyini, xx.xx.2022-ci il tarixdə həmin şəxsin VAZ 2106 markalı avtomobil ilə kəndə gəldiyini, həmin şəxs həyətə gələrək inəyə baxaraq 800 manata razılaşdıqlarını, həmkəndlisi Müşviq adlı şəxsi Qazel markalı avtomobillə inəyi aparması üçün çağırdığını, həmin şəxs adının Əli olduğunu və Babək rayonu, Nehrəm qəsəbəsində yaşadığını dediyini, Əli adlı şəxsin inəyin pulunu dekabr ayının 15-20-si arasında verəcəyini dediyini, Əlinin Qazelə 50 manat pul verərək inəyi apardığını, həmin vaxtı orada həmkəndliləri Şahid6, Əsgərov Mövlan və Qazel sürücüsü Şahid5 olduğunu, xx.xx.2022-ci il tarixdə Əli adlı şəxsə zəng vuraraq pulunu istədiyini, Əli adlı şəxsin “4 baş iribuynuzlu heyvanım (erkək dana) var, onları satıram sənin pulunu verəm” dediyini, onun xx.xx.2022-ci il tarixədək gözlədiyini, həmin şəxsdən bir xəbər çıxmadığını, xx.xx.2022-ci il tarixdə Naxçıvan şəhərində olarkən həmin şəxslə danışdığını, həmin şəxsin Naxçıvan şəhərində görüşək pulu sənə verim dediyini, həmin günü saat 16:00-a kimi gözlədiyini amma Əli adlı şəxsin pulu gətirmədiyini, həmin günün sabahı Əli adlı şəxsin onu Babək rayonunda çayçıda görüşməyə çağırdığını, həmin yerə getdiyini ancaq Əlinin yenə müxtəlif bəhanələr deyərək pulu gətirmədiyini, ona 050 ***-**-** mobil nömrəsini verərək, pulun həmin şəxsdə olduğunu, həmin şəxsin Ordubad rayonundan gəldiyini, həmin nömrə ilə əlaqə saxlayaraq pulu götürərsən dediyini, onun həmin nömrəyə zəng vurduğunu, həmin şəxslə danışıb ona məsələ barədə danışdığını, həmin şəxs adının Nəriman olduğunu, Ordubad rayonunun Dəstə kəndində yaşadığını və inəyi Əli adlı şəxsin ona Nehrəm qəsəbəsində verdiyini, həmin şəxs ona olan borcunu nə vaxt versə inəyi ona qayaratacağını dediyini, həmin şəxsdən inəyi ona qaytarmasını xahiş etdiyini, Nərman adlı şəxsin isə inəyi ona verə biləcəyini, sonra Nehrəm qəsəbəsindən həmin şəxs haqqında maraqlandığını, inəyini alan şəxsin adının Əli deyil, Təqsirləndirilən şəxs olduğunu, həmin şəxsin dələduzluq cinayəti törədərək vətəndaşların əmlaklarını ələ keçirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərəçəkmiş şəxs X18 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində 25 avqust 2020-ci il tarixdə o yaşadığı Şərur rayonu, Xətai kəndində inəklərini suvarıb həyətə aparan vaxtı küçədə qarpız satan bir şəxsin olduğunu, həmin şəxs inəklərini gördüyünü və yaxşı inəklər olduğunu bildirdiyini, həmin şəxsin ondan inəkləri satıb-satmadığını soruşduğunu, o da ona yaşı ilə əlaqədar olaraq inəkləri saxlaya bilmədiyini və satmaq istədiyini dediyini, həmin şəxslə söhbət edən vaxtı o, Babək rayonu, Nehrəm qəsəbəsindən olduğunu, adının isə Əsəd olduğunu, və xalası oğlu ilə birlikdə inək almaq istədiklərini dediyini, Əsəd telefonla xalası oğluna zəng vuraraq, yaxşı inək tapdığını və ona gəlib inəklərə baxmasını dediyini, təxminən 1 saat sonra həmin şəxs gələrək inəklərə baxdığını və inəkləri bəyəndiklərini dediklərini, həmin şəxs adının Novruz olduğunu, özünün hərbçi olduğunu hərbçi vəsiqəsini ona verdiyini, onlarla razılaşaraq iki baş yanı-balalı inəyi 2800 manata onlara satdığını, həmin şəxslər ona qarpız satmaqdan əlavə mal-qara da saxladıqlarını dediklərini, o, 1 baş yanı-balalı inəyi Əsəd adlı şəxsə, 1 baş yanıbalalı inəyi isə Novruz adlı şəxsə satdığını, onların 5-6 günə pulunu verəcəklərini bildirdiklərini, Novruz adlı şəxsin hərbçi vəsiqəsinin də onda qaldığını, onların hər ikisinin ona telefon nömrələrini verdiklərini, həmin vaxtı telefon nömrələrinə zəng vuraraq həmin nömrələrin işlək vəziyyətdə olduğunu gördüyünü, onlar inəkləri aparmaq üçün ondan “Qazel” soruşduqlarını, o isə onlara bu kənddə “Qazel”olmadığını dediyini, onların gedərək bir azdan qonşu Oğuzkənd kəndindən qırmızı rəngli “Qazel” markalı avtomobil ilə gələrək inəkləri mindirib apardıqlarını, təxminən 6-7 gündən sonra həmin şəxslərə zəng vurduğunu, amma hər ikisinin telefonlarının bağlı olduğunu, sonra Babək rayonu, Nehrəm qəsəbəsinə getdiyini, oradakı adamlardan maraqlandığını və həmin şəxslərdən birinin adının Əsəd yox Telman olduğunu, həmin şəxslərin camaatı aldadaraq mal-qarasını alaraq pullarını vermədiklərini bildiyini, sonra polis əməkdaşları ilə birlikdə Nehrəm kəndindən aralıda olan dərəlik bir yerə getdiyini, həmin mallardan birinin orada olduğunu gördüyünü, inəyin yanına çatanda inəyin aclıqdan arıqladığını gördüyünü, inəyi Şərur rayonuna apara bilməyəcəyini görüb, inəyi Nehrəm qəsəbəsində adını xatırlamadığı bir şəxsə baxması üçün verdiyini, sonra polislərlə birlikdə Nehrəm qəsəbəsində bir həyətə getdiklərini, digər inəyinin də orada olduğunu, həmin inəyi balası ilə birgə götürərək Şərur rayonuna apardığını, səhəri günü isə inəyi Nehrəm qəsəbəsində baxması üçün verdiyi adamla danışan vaxtı həmin şəxsin ona inəyin öldüyünü dediyini, ölən inəyin balasını da Şərur rayonuna apardığını və onu 100 manata satdığını, ona 1300 manat ziyan vurulduğunu bildirmişdir. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsləri, şahidləri dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CMnin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib səmimi peşman olmasını, ailəli olmaqla 2 uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Babək rayon Nehrəm qəsəbə inzibati ərazi dairəsi üzrə icra Nümayəndəliyi tərəfindən verilən arayışdan görünür ki, Təqsirləndirilən şəxs Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatdadır və atası X11, anası X4, bacısı X5, qardaşları X6 və X2 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Babək Rayon Məhkəməsinin 1(079)-6/2022 saylı, xx.xx.2022ci il tarixli hökmü və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 fevral 2023-cü il tarixli, 1/44 nömrəli məktubu ilə müəyyən olunur ki, Babək Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum edilmiş və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Həmçinin Təqsirləndirilən şəxs iş üzrə CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan əməli 25 avqust 2020-ci il tarixdən başlayaraq 03 dekabr 2022-ci il tarixədək törətmişdir. Bununla da Təqsirləndirilən şəxs cinayəti əvvəlki hökm çıxarılmazdan əvvəl, həmin hökm qanuni qüvvəyə minməzdən əvvəl törətdiyindən, hazırkı cinayət əməlini törədərkən məhkum edilməmişdir və buna görə də cinayətin residivi yaranmır. Ona görə də CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. İstintaq müddətində istintaq orqanı tərəfindən zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 bir baş malı özünə qaytarılmışdır, eyni zamanda R.Həməzyev xx.xx.2023-cü il tarixli ərizə ilə Şahbuz rayon məhkəməsinə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənildiyindən, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs Babək Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №-li Plenum Qərarına əsasən, CM-in 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə əqədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Babək Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum edilməsi barədə təyin edilmiş cəzasının cəkilməmiş olan 11 (on bir) ay 6 (altı) gün hissəsi nəzərə alınaraq, hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə cəza təyin edilməli (CM-nin 66.5-ci), cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, istintiq orqanı tərəfindən iş üzrə Zərərçəkmiş şəxs1 bir baş, Zərərçəkmiş şəxs4 isə Təqsirləndirilən şəxs tərəfindən birbaş yanı balalı qara-malın qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsasların olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Babək Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş cəzasının çəkilməmiş olan 11 (on bir) ay 6 (altı) gün hissəsi, hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə qəti olaraq 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın çəkilməsinin əvvəli 21 avqust 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №1(090)-5/2023
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Hökm — İş №1(090)-5/2023
21.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver