Məhkəmə qərarları › İş №1(090)-5/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Hökm — İş №1(090)-5/2024

16.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şahbuz şəhəri İş № 1(090)-5/2024 16.11.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X3 iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Naxçıvan Şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə; xx xxxxxx 1959-ci ildə Şahbuz rayonu, Qarababa kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, orta təhsilli, subay, məhkum olunmayan, Şahbuz rayonu, Qarababa kəndində qeydiyyatda olmaqla və həmin ünvanda yaşayan, barəsində 28 iyun 2024-cü il tarixdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsi tərəfindən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs 26 aprel 2024-cü il tarixdə Şahbuz şəhərindəki evinin həyətində olarkən qonşusu Şahbuz şəhər sakini Zərərçəkmiş şəxs “armatur”la baş və qol nahiyyəsindən vuraraq ona başın sağ gicgah nahiyyəsinin dərialtı hematoması və sıyrığı, sağ bazu nahiyyəsinin sıyrığından ibarət xəsarət yetirməklə onun sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan yüngül xəsarətlər almasına səbəb olmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmənin 18 oktyabr 2024-cü il tarixli iclasında törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxsə xəsarət yetirməyib, onun günahı yoxdur, 26 aprel 2024-cü il tarixdə, axşam işdən evə gəlibdir, qonşunun cücələri həyətə girmişdi, cücələri qovaraq, “xarabanızı həyətimə qoymayın” deyib, Eldəniz onu söyüb və təhqir edib, o, oradan ayrılıb, Tahirə müəllimə səsə gəlib, yaxınlıqda, mərasim evinin yanında oturaraq “niyə savaşırsız” deyib. Həmin vaxt Eldəniz gəlib və setqanı söküb, yoldaşı isə onun üstünə hücum edib onu vurub, o yıxılıb, o özünü müdafiə etməyib, onun həyətində elə armatur olmayıb, onun həyətində nazik armaturlar var, Eldənizin ayağı nəyəsə ilişib, necə olubsa yıxılıb, setkalarında tikanlı “sim” də var, Eldəniz qabaqda arvadı arxada gediblər, Tahirə müəllimə isə ağlayırdı, polisə zəng vurublar, polis gəlməyib, Özü polisə gedib, polis Eldənizin çağırışına getdiyini bildirib, təcili yardım çağırıblar gəlməyib, onun da ekspet rəyi var, burnu, üzü xəsarət alıbdır, o xəstəxanaya gedib, ona iynə vurublar, tibb bacısı Şəfiqə xanımdan soruşub Eldəniz üçün çağırışa getdiklərini deyibdir, təcili yardımda İnşallah həkimdən və Maşallahdan soruşub ki, O, Eldənizi harasından vurubdur, “mənə siz onun üzündən vurmusuz, Eldənizin üzü qanayırdı” deyiblər, o Eldənizi vurmayıbdır, armaturu Eldəniz öz həyətindən gətirib, armaturu polis şöbəsində görüb, üzərində beton olubdur, onlar iki bacı yaşayırlar, beton tökməyiblər, sübutların hamısı əsassızdır. Daha sonra sualları cavablandıran təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə olan zaman Tahirə müəllimə divarın üstündə oturubdur, illərdi ki, Eldəniz ilə qonşudurlar, onun atasıgil ilə də qonşu idilər, qohumluq münasibətləri də var, aralarında mübahisə kiçik şeylərdən yaranıb, ilk dəfə keçiləri onun həyətinə keçdiyi zaman mübahisələri yaranıbdır, bu barədə polisə şikayət də edibdir, bir dəfə də torpağında suyunun üstünü basdırdığı üçün onu polisə şikayət edibdir, ona görə aralarında setqa çəkib ki, başqa problem olmasın, hər nə olub, onların bu işə aidiyyatı yoxdur. Daha sonra ifadənin davamında Təqsirləndirilən şəxs göstərmişdir ki, 26 aprel 2024-cü il tarixdə işdən sonra evə gəlib, zərərçəkmiş şəxsin cücələri həmişə həyətinə giribdir, yenə həyətə giriblər, cücələri qovalayıb, zərərçəkmiş şəxs gələrək ona “ağzına gələni” deyib, onlar getdikdən sonra Tahirə müəllimə gəlib, Tahirə müəllimə orada oturmuşdur, mərasim evinin arxasında, niyə gəldiyini soruşduqda səsimiz gəldiyi üçün gəldiyini deyibdir, bundan sonra ər-arvad üstümə hücumlayıblar, zərərçəkmiş şəxs “setka”nı dartıb, setka “amarzasiya” edib, zərərçəkmiş şəxs yıxılıb, həmin zaman öz həyətində “setka”nın içində idi, zərərçəkmiş şəxsin arvadı onu döyübdür, O özünü müdafiə də edə bilməyib, setkanı açaraq onu döyüb, O necə güclü adamdır ki, setqanı açıb kişini döyüb, sonra polis çağırıblar, polis gəlməyib, polisə gediblər, izahat veriblər, o da xəsarət alıbdır, burnunun üstü, üz-gözü qan olub, ayaqqabısı da cırılıbdır, təzyiqi qalxıb, xəstəxanaya gedib, orada da adı düşüb, əvvəlki məhkəmə iclasında ifadəsini verib, o zərərçəkmiş şəxsi vurmayıbdır. Məhkəmə iclasında sualları cavablandıran Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə 26 aprel 2024-cü il tarixdə baş verib, onlar getdikdən sonra Tahirə müəllimə gəlibdir, armaturun haradan çıxdığını bilmir, zərərçəkmiş şəxsdə xəsarətlər yıxıldığına görə olub, ekspert rəyində özü-özünə edə biləcəyi göstərilib, Onu, yəni Eldənizi o vurmayıb, ayağının altında qarışqa gördükdə ayağını çəkir, O cücə öldürməyib, hadisə olarkən Tahirə müəllimə və nəvələri orada olublar, ağlayırdı, Nuranə onu döydükdə zərərçəkmiş şəxs də orada olub, “setka”nı əri çəkib, özü isə onu vurubdur, Nuranə onu döyənd “setka” sökülü idi, Eldəniz onu döyməsinə heçnə etməyibdir, aralamayıb, “setka”nı sökdükdən sonra yıxılıb, sonra durub setkanı götürüb, onların həyətinin kənarına aparıb, Eldəniz ilə aramızda mübahisə olmayıb, həmin zaman aralarında 2-3 metr məsafə olub, Zərərçəkmiş şəxs “setka”nı çəkərkən ayağı ilişib, yaxud “setka” amarzasiya eləyib Eldəniz yıxılıb bilmir, “setka”da nazik armaturlar və tikanlı “sim” olub, alma budağı ilə “setka”nı bağlayıblar, arxada mərasim evinin bardurları olubdur, O Eldənizi vurmayıbdır, orada Tahirə və 3 nəvəsi olublar, axıra qədər də orada olublar, 3 günlük cücə yeriyə bilmir, o cücələri öldürməyibdir, orada hindquşu yox olmayıbdır, hamısı toyuq cücəsi olub, mübahisələri də toyuq cücələrinə görə olubdur. Əlavə olaraq Təqsirləndirilən şəxs bildirdi ki, mübahisələri başlanan zaman həyətdə olarkən Şahid1 və Eldəniz Ələsgərov hər ikisi orada olublar, necə olduğunu bilmir, ayağı ilişdi, yaxud “setka” amarzasiya etdi, Zərərçəkmiş şəxs “setka”nı çəkərkən arxası üstə yerə yıxılıbdır, sonra O, Zərərçəkmiş şəxs görməyibdir, ikisi də ər-arvad çıxıb gediblər, sonra əmioğlusu gəlibdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğundan, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş, o həmin ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, qonşusu Nuranə adlı qadınla yola getmir, onların yola getməməyinə səbəb Nuranənin mütəmadi olaraq onu narahat etməsidir. 26 aprel 2024-cü il tarixdə işdən çıxıb evə getmiş, həmin vaxtı Nuranənin 2 hinduşqasının yanında balaları ilə onun həyətinə keçdiyini görmüş, o, Nuranənin onun həyətinə keçən cücələrini qovalamağa başlamış, həmin vaxtı Nuranə və həyat yoldaşı Eldəniz həyətlərində işləyirmişlər, Nuranə və həyat yoldaşı Eldəniz oraya gəlmiş və onlar onu pis söyüşlərlə söyərək təhqir etmişdir. Sonra Eldəniz və Nuranə onların həyətləri arasında olan çəpərə yaxınlaşmış, Eldəniz həmin çəpəri sökərək yerə atmış, Eldəniz çəpəri sökən vaxtı ayağı nəyəsə ilişmiş və o, yerə yıxılmışdır. Həmin vaxtı Nurənə onun başından tutaraq yerə yıxmış və əli ilə başından vurmuşdur. Təqsirləndirilən şəxs həmçinin Eldəniz və Nuranənin izahat və ifadələrində onun Eldənizi armaturla baş və qol nahiyyələrindən vurması ilə bağlı bildirmişdir ki, onların danışdıqları yalandır, o, Eldənizi və onun arvadı Nuranəni vurmamış, həmin vaxtı orada qonşuları Şahid2 və nəvələri Əli, Rəvan və digər qonşusu Əmrə Quliyev adlı şəxslər olmuşdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində göstərmişdir ki, 26 aprel 2024-cü il tarixdə, axşam təxminən saat 8-in yarısında, yoldaşı Şahid1 ilə tövlədə mallara baxıblar, yoldaşı inəkləri sağdıqdan sonra ona toyuq cücələri gətirib hinə qatmağını deyibdir, qonşusu Güləbətin şikayət edib hini sökdürmüşdü, heyva ağacının altına cücələr yığışırdı, cücələr qonşusu Güləbətinin həyətinə keçmişlər, çıxıb görüb ki, qonşusu Güləbətin əlini yerə atıb, cücələrdən 2-3 dənəsini əlinə alıb, cücələrin başlarını barmaqlarının arasına keçirib, cücələri ayaqlarından dartıb qoparıb atır, o “İnsafın olsun, onları niyə elə edirsən” deyib, Təqsirləndirilən şəxs cavabında onu təhqir edərək “merətlərinizi buraxmayın, mənim həyətimi dağıdırlar” deyibdir, 3 ədəd cücənin başını Təqsirləndirilən şəxs barmaqlarının arasında görübdür, G.Quliyeav onu təhqir edirdi, O da “onlar burdan keçməyib” deyib, bunu ispat etmək üçün arxa tərəfə gedib, tövlənin qapısından keçib küçəyə çıxıbdır, Təqsirləndirilən şəxs zəbt etdiyi şlankları olan yerə gedib, “setka”nı götürüb, “setka” göydə olub, bir “uqolnik”ə məftillə bərkidilmiş vəziyyətdə, O işlədiyi zaman başını ləçəklə bağlayır, tərləyəndə gözünə tərin dolmaması üçün, yenə başı ləçəylə bağlı olubdur, o cücələrin oradan keçdiyini isbat etmək üçün deyibdir ki, “cücələr burdan keçib, setqanı sən xarab eləmisən, onları niyə elə edirsən ki”, “setka” hal-hazır da o vəziyyətdədir, “setka”nı götürüb, 2-3 addım qabağa gedən zaman, görübdür ki, Təqsirləndirilən şəxs armaturu qaldırıb, üstünə gəlir, çəkilə bilməyib, “setka”nı buraxıb, əlini müdafiə etmək üçün qaldırıb, ləçəyin düyünü olan tərəfdən armatur dəyibdir, ayaq üstə qala bilməyib, başı gicəllənib yerə oturubdur, sonra birdə evdə ayılıbdır, yoldaşı onu evə aparıbdır, oyandıqda evə təcili yardım gəlmişdi, şahidlər də həmin zaman onlarda idi, hadisə baş verən zaman orada heç kim olmayıb, yalnız o yoldaşı və qonşusu Güləbətin orada olublar, təqsirləndirilən şəxsin dediyi kimi Tahirə və ya başqası olmayıb, hadisə təxminən 5 dəqiqə ərzində olub, orada heç kim olmur, camaat mal-qarası üçün gəlir, oradan da “tutduq” deyilən yer tərəfdən mallarını ayırıb aparır, Tahirə müəllimgil tərəfdən də hadisə yeri görsənmir, ola bilər ki, Tahirə müəllimə sonradan ora gəlsin. Məhkəmədə sualları cavablandıran zaman Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs hər gün cücələrini öldürür, onların həyətinə keçdikdə, mübahisə olan torpaq sahəsi bələdiyyənindir, onlar oradan su çəkiblər, 3 il bundan qabaq, problem suya görə yaranır, onun krantının üstünü basdırmışdırlar, “setka”nı çəkərkən bir anda Güləbətinin armaturu qaldırdığını görüb, armaturu üstdən aşağı endirirdi, “setka”nı buraxıb, armaturu göydə tutmaq üçün əlini qaldırıbdır, lakin tuta bilməyib, armatur başının sağ tərəfindən və sağ qoluna dəyibdir, Təqsirləndirilən şəxs armaturu həyətdən götürübdür, Təqsirləndirilən şəxs həyəti otluq olub, əvvəllər həmin armaturu görməyibdir, “setka”nı sökdükləri zaman armaturları orada heyva tərəfə yığmışdılar, orada armatur çox olub, armaturları çıxarıb yerinə ağac vurmuşdular, hadisə olan zaman yoldaşı orada olub, onlardan başqa heç kim olmayıb, onu vurduqdan sonra heçnə xatırlamır, evdə ayılıbdır, həkim gəlib, başı şiş idi, birdə qolu cırılmışdı, yoldaşı ilə Güləbətin arasında olan sonrakı mübahisəni bilmir, orada “setka”nı sökən zaman heç kim olmayıb, təqsirləndirilən şəxs yəqin ki, qorxduğu üçün inkar edir, həkim gəlib iynə vurub, həyətdə mübahisələri 2 dəqiqə çəkib, həyətdə mübahisə edərkən yoldaşı tövlədə olub, yoldaşı onun arxasıca gəlib, “setka”nı sökməyə getməsi 3 dəqiqə çəkdi, uzun mübahisələri olmayıbdır, birbaşa həyətdən çıxıb “setka” olan tərəfə gedib, yüngül “setka” idi, 2 dənə ağac ilə bərkidilmişdi, “setka”nı üç addım qabağa çəkib, cücələrin oradan keçdiyini göstərmək üçün “setka”nı sökürdü, su xətti “setka”nın içərisinə düşürdü, onun “krantı” da orada qalırdı, basdırdılar, su xəttindən istifadə edə bilmirdi, mübahisələri su xətti ilə bağlı başlayıb, bu barədə polisə, icra hakimiyyətinə, bələdiyyəyə də müraciət edib, nəticədə Güləbətinin 1 metr 40 santimetr torpağı zəbt etdiyi məlum olub, əsəbləşərək “setka”nı söküb ki, su xəttindən sərbəst istifadə etsin, ona görə də Təqsirləndirilən şəxs onu vurubdur, həmin yerə çəpəri Təqsirləndirilən şəxs çəkibdir, çəpəri sökən zaman Güləbətin ona yaxınlaşanda onun əlində heçnə görməyibdir, “setka” divarın dibində olubdur, başını qaldırdıqda onu vurduğunu görüb, armaturun ölçüsü təxminən 1 metrdən çox, bəlkə də 1 metr yarım olub, armaturun bütünü 12 metr olur, parçası isə 1 metr, 2 metr olur, onun çəkisi 97 kilodur, o evə yuxuda olan kimi gedibdir, yoldaşı kömək edib aparıb, İnşallah həkim ilk tibbi yardım göstərib, gözünü açıb İnşallah həkimi və polisləri evdə görüb, Şəfiqəni o görməyib, çağırışa İnşallah həkim gəlibdir, təqsirləndirilən şəxsin sualına cavabında isə “balalarım ölsün Güləbətin sən məni vurmusan” bildiribdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, yaz ayları idi, təxminən aprel ayı, saat təxminən 7 radələri idi, naxırdan gəlmişdi, tövlənin qabağında inəyi sağırdı, ilk balaca qızına cücələri gətirməsini deyib, o isə qonşunun həyətinə keçdiklərini deyibdir, yoldaşım gedib cücələri gətirəcəyini deyibdir, o da arxasınca gedib, səs gəldiyini eşidibdir, O çatdıqda mübahisə başlamışdı, hər ikisi bir-birinə təhqiredici sözlər işlədirdi, o da yanlarına keçdikdə Təqsirləndirilən şəxs kəssək götürərək onun kürəyindən çırpıbdır, sonra yoldaşı mərasim evinin arxa tərəfinə keçib, yoldaşım Təqsirləndirilən şəxs “cücələr ordan keçmir, burdan setqanın ayaq tərəfindən keçir” deyibdir, “setka”nın o hissəsi açıq olubdur, hasar yox idi, yoldaşım Təqsirləndirilən şəxs “ay insafsız sən onları niyə öldürüb atırsan” deyib və “setka”nı qaldırıbdır, yoldaşı “setka”nı qaldıraraq yana atıbdır, Təqsirləndirilən şəxs yoldaşını vurduğunu, görüb, Təqsirləndirilən şəxs yoldaşını bir daha vurmaq istədiyini gördükdə qaçıb Təqsirləndirilən şəxs itələyibdir, O Təqsirləndirilən şəxs başqa heçnə etməyibdir, onu döyməyibdir, yoldaşının qoluna girərək evə aparıbdır, tibbi yardıma zəng vurublar, həmin zaman oğlu evdə olmayıbdır, O bunlara şahid olubdur, su xəttini 3 qonşu yığışıb çəkiblər, “şlankı” çöldən çəkiblər, daha sonra “setka”nı gətirib “şlank”ın üstünə çəkdilər, yoldaşı Güləbətinin bacısı Zəminəyə “şlank”ın “setka”nı üstündən çəkildiyini dedikdə yoldaşını təhqir edərək “setka”nın orada olduğunu bildiriblər, aralarındakı mübahisə su məsələsi ilə başlayıb, sonra isə cücələri elə edibdir, yoldaşı əsəbləşərək “setka”nı söküb, sonra apararaq mərasim evi tərəfə atıbdır, Təqsirləndirilən şəxs cücələri parçalayıb atırmış, O bunu görməyib, bunu yoldaşı görübdür, O Təqsirləndirilən şəxs yoldaşını vurduğunu görüb, başının sağ tərəfindən armaturla vurub, həmdə qolunu cızmışdı, Təqsirləndirilən şəxs birdə vurmaq istəyəndə sinəsindən itələyib, Təqsirləndirilən şəxs oturubdur. Məhkəməd sualları cavablandıran N.Əsgərova bildirmişdir ki, Təqsirləndirilən şəxs cücələri parçalamağını görməyib, amma çığırtılarını eşidibdir, yoldaşı ona G.Qulievanın cücələri parçaladığını deyibdir, yoldaşı ilə onun arasında 5-6 metr məsafə olardı, yoldaşının arxasınca tövlədən çıxıb, O çıxdığı zaman yoldaşını Təqsirləndirilən şəxs vurmuşdu və o, yerə yıxılmışdı, Təqsirləndirilən şəxs əlində isə armatur var idi, Tahirə müəlliməni o, orada görməyibdir, sonra Təqsirləndirilən şəxs ilə onun arasında yenə mübahisə olub, Təqsirləndirilən şəxs onu təhqir edib, həmin zaman Tahirə müəllimə də orada divarın üstündə oturmuşdu, həmin zaman yoldaşı özünə gəldikdən sonra evə aparmağa kömək edib, yoldaşının huşu özündə idi, sağ əlini onun belinə salaraq aparıbdır, özündə idi, addım ata bilirdi, həmin armaturu “setka”nın yanında dəfələrlə görübdür, paslı armatur idi, evə gəldikdən sonra təcili tibbi yardıma zəng vurub, həkim gələrək müdaxilə edib, təzyiqini ölçüb və iynə vurubdur, yoldaşının başında ağrı var idi, başında şişkinlik və qolunda cızıq var idi, evə həkim İnşallah və polislər gəlmişdirlər, çölə həkimi qarşılamağa çıxdıqda Tahirə müəlliməni orada görübdür, həmin zaman Təqsirləndirilən şəxs ilə aralarında yenə mübahisə yaranıb, Təqsirləndirilən şəxs onu söyüb, o da onu təhqir edib, Təqsirləndirilən şəxs niyə inkar etdiyini bilmir, Təqsirləndirilən şəxs “Bizdən nə istəyirsən” deyərək soruşub, aralarında tez-tez mübahisə olur, toyuq-cücə üstündə, su üstündə və başqa şeylərə görə, Zərərçəkmiş şəxsin arxasınca çıxmağı, təxminən 5-10 dəqiqə müddət olub, zaman dəqiq yadında deyil, birlikdə çıxmayıblar, ilk yoldaşı, qısa müddət sonra isə arxasınca O çıxıbdır, O çıxdığı zaman Zərərçəkmiş şəxs “setka”nı sökmüşdü, Zərərçəkmiş şəxs “setka”nı sökməsini görməyibdir, Zərərçəkmiş şəxs vurmasını və yerə yıxılmasını görüb, armatur Təqsirləndirilən şəxs əlində olubdur, Zərərçəkmiş şəxs vurduqda yıxılıb, Təqsirləndirilən şəxs armaturu qaldırdığını gördükdə ikinci dəfə vuracağını düşünüb və qaçaraq onu itələyib, Təqsirləndirilən şəxs oturubdur, “Bizdən nə istəyirsən, ona birşey olsa sən cavab verəssən?” deyibdir, Təqsirləndirilən şəxs nə cavab verdiyini bilmir, həmin zaman O, orada başqa heç kimi görməyibdir, Zərərçəkmiş şəxs biraz özünə gəldikdən sonra evə aparıbdır, təcili yardım gəldikdən biraz keçdikdən sonra küçəyə çıxıb, Tahirə müəlliməni orada görübdür, Təqsirləndirilən şəxs ilə aralarında yenə mübahisə olubdur, Təqsirləndirilən şəxs onu təhqir edərək söyübdür, Təqsirləndirilən şəxs armaturu hardan götürdüyünü bilməyib, O ora çatdıqda Təqsirləndirilən şəxs əlində armatur qaldırılmış vəziyyətdə olubdur, həmin armaturu “setka”nın ayağında əvvəl də görübdür, armatur bir metr qırx santimetr, yaxud bir metr 50 santimetr olardı, paslı armatur olub, tünd qəhvəyi rəngdə, armaturu Təqsirləndirilən şəxs əlindən ala bilməyib, yoldaşını müdafiə edib, Təqsirləndirilən şəxs sinəsindən itələyib o da yıxılıbdır, yoldaşım huşunu itirib yerə yıxılıb, daha sonra özünə gəldikdən sonra evə aparıbdır, yoldaşı tam özündə olmayıb, lakin ayaqlarını ata bilirdi, orada yaxında heç kim olmayıb, heç kimi haraylamayıb, İnşallah həkim gəlib, Şəfiqə adlı şəxsi o görməyib, oğlu epilepsiya xəstəsi olduğu üçün təcili yardımı çox çağırırlar, ona görə İnşallah həkimi tanıyır, onlara gələn İnşallah həkim olubdu, həmin gün gecə yoldaşının təzyiqi qalxdığı üçün, yenə təcili yardımı çağırıb, yenə İnşallah həkim gəlib, həmin gün iki dəfə İnşallah həkim gəlib, hər iki dəfə İnşallah həkim gəlib, ikinci dəfə təcili yardım gəldikdə təxminən saat 10 olubdur, bəli Təqsirləndirilən şəxs siz onu, Zərərçəkmiş şəxs vurmusuz, hadisə olan zaman orada başqa heç kim olmayıb, ikinci dəfə mübahisə olduqda Tahirə müəlliməni O, orada görübdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 800 saylı, xx.xx.2024-cü il tarixli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş xəsarətlər – başın sağ gicgah nahiyəsinin dərialtı, hematoması və sıyrığı, sağ bazu nahiyyəsinin sıyrığı bərk küt əşya (alət) təsirindən törənməsi, eləcə də ekspertizaya təqdim olunan dəmir parçası (armatur) və ona oxşar dəmir metal xüsusiyytlərinə malik digər alətlərlə yetirilə bilərdilər, müddətin müayinədən bir günə qədər, əvvəl əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakter və lokalizasyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. (i.v.33-35); Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 06 saylı, xx.xx.2024-cü il tarixli Əlavə ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş xəsarətlər – başın sağ gicgah nahiyəsinin dərialtı, hematoması və sıyrığı, sağ bazu nahiyyəsinin sıyrığı bərk küt əşya (alət) təsirindən törənməsi, eləcə də ekspertizaya təqdim olunan dəmir parçası (armatur) və ona oxşar dəmir metal xüsusiyytlərinə malik digər alətlərlə yetirilə bilərdilər, müddətin müayinədən bir günə qədər, əvvəl və qərarın təsviri hissəsində göstərilən tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakter və lokalizasyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin onu özü-öz boyu hündürlükdən yıxılaraq əmələ gəlməsi inandırıcı deyil. (i.v.67-69); Azərbaycan Respublikası Naxçıvan MR Daxili İşlər Nazirliyinin Tİİ-nin ƏSİBnə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünürki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 79); Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, maddi sübüut olan və hadisə yerində olan uzunluğu 1.62 sm, diametri 28 sm olan dəmir parçası (armatur) prosessula qaydada götürlübdür. (i.v. 4-9); Zərərçəkmiş şəxs ifadəsinin hadisə yerində yoxlanılmasına dair 03 avqust 2024-cü il tarixli protokol elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Zərərçəkmiş şəxs sərbəst ifadəsində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerində bir daha təstiq etmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, zərərçəkmiş şəxsin ifadəsinin hadisə yerində yoxlanılması prosesində müvafiq auidio-video çəkilmiş və cinayət işinə əlavə olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun işin faktiki hallarına uyğun və hadisənin baş verməsini əks etdirən ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəx Zərərçəkmiş şəxs məhkəmədə səsləndirdiyi və işmateriallarında olan, eyni zamanda Şahid1 məhkəmədə verdiyi ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Təqsirləndirilən şəxs özünü təqsirli hesab etməyərək, Zərərçəkmiş şəxs baş nahiyyəsindən vurmadığı və ona heç xəsarət yetirmədiyi və sübutların əsassız olması ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cu il tarixdə Şahbuz rayonu, Şahbuz şəhəri, Qarababa kəndində axşam saatlarında Zərərçəkmiş şəxs evinin yaxınlığında zərərçəkmişə məxsus cücələrin təqsirləndirilən şəxsin həyətinə girməsi səbəbindən şəxsi münasibətlərin pozulması zəminində Zərərçəkmiş şəxs vurmadığını və ona heç bir xəsarət yetirmədiyini, Zərərçəkmiş şəxs yıxılaraq xəsarət aldığını bildirsə də, verilmiş ittihamı təkzib edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmiş və Təqsirləndirilən şəxs öz müdafiəsi üçün ifadəsində göstərdiyi xüsusatları təsdiq edən şahid kimi Şahid2, Şahid7, Şahid5, Şahid6, X5 göstərməsinə gəldikdə hesab edir ki, həmin şahidlərin hadisənin baş vermə ardıcıllığı və mexanizmi ilə bağlı tam dolğun ifadə verə bilməmələri, eləcə də istər ibtidai istintaqda, istərsə də məhkəməyə verdikləri ifadələrində hadisənin baş verdiyi zaman onların orada olmadıqlarını bildirmələri ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları təkzib edə bilmək üçün yetərli deyildir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında törətdiyi əməllərə görə özünü təqsirli bilməməsinə dair ifadəsinin “onun həyətində elə armaturların olmaması, onun həyətində nazik armaturlar olması, Zərərçəkmiş şəxs ayağının nəyəsə ilişib, necə olubsa yıxılması”, “onun, Zərərçəkmiş şəxs vurmaması, armaturu Zərərçəkmiş şəxs öz həyətindən gətirməsi”, “Zərərçəkmiş şəxs “setka”nı çəkərkən ayağı ilişib, yaxud “setka” amarzasiya eləyib yıxılması” “Eldəniz ilə aramızda mübahisə olmayıb” ilə bağlı hissəsini cinayət işinin materiallarına uyğun olmayan və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qəbul edir və qiymətləndirir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməməsi, Zərərçəkmiş şəxs vurmaması və ona heç bir xəsarət yetirməməsi, Zərərçəkmiş şəxs yıxılaraq xəsarət alması, sübutların əsassız olması ilə bağlı ifadəsinə tənqidi yanaşır və təqsirləndirilən şəxsin qeyd edilən ifadəsinin həmin hissəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ilə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs arasında olan mübahisənin olması, mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhz həmin mübahisə zamanı “armatur”la baş və qol nahiyyəsindən vuraraq ona başın sağ gicgah nahiyyəsinin dərialtı hematoması və sıyrığı, sağ bazu nahiyyəsinin sıyrığından ibarət xəsarət yetirməklə onun sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan yüngül xəsarətlər alması məhkəmə istintaqı zamanı dindirilmiş digər şəxslərin ifadələri ilə öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə hesab edir ki, ümumilikdə götürdükdə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi, məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri ilə kəskin ziddiyyətli və uyğunsuz görünür. Məhkəmə belə nəticəyə gəlir ki, cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin və Şahid1 ifadələri, habelə, məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxs və Şahid1 tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi, ifadənin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il il tarixli protokolun, eləcə də ibtidai istintaq zamanı təyin olunmaqla keçirilmiş Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 800 nömrəli xx.xx.2024-cü il ekspertiza və 06 nömrəli, xx.xx.2024-cü il tarixli əlavə ekspertiza rəyləri, belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Belə ki, Zərərçəkmiş şəxs ifadənin yerində yoxlanması istintaq hərəkətinə dair 03 avqust 2024-cü il protokolda göstərmişdir ki, o əvvəllər vermiş olduğu ifadələri təsdiq etmiş və həmin istintaq hərəkəti zamanı 26 aprel 2024-cü il tarixdə axşamçağı Şahbuz şəhərindəki evinin həyətindəki tövlədə işləyərkən arvadı Nuranənin ona cücələri tövləyə qatmaq üçün gətirməyini demiş, o, cücələri gətirmək üçün həyətə çıxdıqda cücələrinin qonşusu Təqsirləndirilən şəxs həyətinə keçdiyini və Güləbətinin həmin cücələri boğaraq öldürdüyünü görmüş, ona nə üçün belə etdiyini demiş, Güləbətin isə ona “setkanı yaxşı çəkərdin cücələrin mənim həyətimə keçməzdi” demiş, o, ona cücələrin həmin yerdən yox, həyətin aşağısında zəbt etdiyi bələdiyyəyə məxsus olan yerə çəkdiyi setkadan keçdiyini deyərək həmin setkanı göstərmək üçün tövlənin qabağından keçərək küçəyə çıxmış və həmin setkanın yanına getmişdir. O, setkanın yanına çatanda Güləbətin də öz həyətindən həmin yerə gəlmiş və o, əli ilə setkanı tutaraq cücələrin onun həyətinə bu setkadan keçir demiş və əli ilə setkanı yerindən çıxardıb təxminən 2-3 metr hissəsini sökmüşdür. Həmin vaxtı Güləbətinin əlində armaturla onu vurmaq istədiyini görmüş və özünü müdafiə etmək üçün sağ əli ilə setkadan buraxıb əlini yuxarı qaldırmış, armatur onun başının sağ hissəsindən və qolundan dəymişdir. Armatur ona dəydikdən sonra o, huşunu itirmiş və özündən getmişdir. Sonra orada olanları xatırlamamış, özünə gələndə isə evdə olduğunu və əvvəlki ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanması istintaq hərəkətinə dair 05 avqust 2024-cü il tarixli protokolda Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 26 aprel 2024-cü il tarixdə axşamçağı Şahbuz şəhərindəki evinin həyətində olarkən qonşusu Şahid1 cücələrinin onun həyətinə keçdiyini görmüş və cücələri qovalamış, sonra Nuranə çəpərə tərəf gələrək onu təhqir etmişdir. Sonra Nuranənin əri Eldəniz də oraya gələrək onu təhqir etmişdir. Sonra o, həyətin aşağı hissəsində qonşusu Tahirə müəllimənin olduğunu görmüş və Tahirə müəllimədən nə üçün orada oturduğunu soruşmuşdur. Tahirə müəllimə isə ona onların səsinə gəldiyini demiş, o, Tahirə müəllimə ilə danışmaq üçün həyətin aşağı hissəsinə getmiş, onunla söhbət edən vaxtı Eldəniz və Nuranə də oraya gəlmiş, Eldəniz əli ilə onun setkasını sökməyə başlamışdır. Həmin vaxtı Eldənizin ayağı nəyəsə ilişmiş və o setka ilə birlikdə arxası üstə yerə yıxılmış, sonra Eldənizin arvadı Nuranə onun həyətinə keçərək onun başından vurub yerə yıxaraq ona xəsarət yetirmişdir. Həmin vaxtı Tahirə müəllimə və nəvələri Əli və Ravan, digər qonşuları Bacıxanım və Emre də orada olmuş, Emrenin atası Nəsib isə sonradan oraya gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəyə verdiyi ifadəsində tərəflərin hər ikisi ilə qonşu olduqlarını, tərəflərin heç biri ilə ədavəti yaxud düşmənçiliyi olmadığını, ibtidai istintaq zamanı ifadə verdiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiqlədiyini, tərəflər mübahisə edən zaman, ora gedərkən nəvəsi Əlinin asvalt yoldan onu keçirdiyini və qayıtdığını, Nuranə ilə Güləbətinin mübahisəsini gördüyünü, Nuranənin Güləbətini itələdiyi və yıxıldığını gördüyünü, səslərini eşitdiyini və ora getdiyini, polisdə ifadə verdiyini, hadisəninin üzərindən 8 ay keçdiyini və tam xatırlamadığını göstərmişdir. Məhkəmədə sulları cavablandıran Şahid2 onun evinin Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs evlərinin yaxınlıqda yerləşdiyini, asvalt yolun bir tərəfində onların, digər tərəfində isə Güləbətinlə Eldənizin həyətlərinin yerləşdiyini, səsə görə getdiyini, tarixi xatırlamadığını, nəvəsinin yolu keçirdiyini və qayıtdığını, nəvəsinin ora getmədiyini, getdiyi zaman orada Nuranə ilə Güləbətini gördüyünü, orada mübahisə etdiklərini, nə danışdıqlarını bilmədiyini, onlar aralarında mübahisənin tez-tez olduğunu, toyuq üstündə, hin üstündə mübahisələri olduğunu, Eldənizin xəsarət alması ilə bağlı heçnəyin yadında olmadığını, evlərinə gedərkən təcili yardımın onların həyətində dayandığını gördüyünü, kimin-kimi vurduğunu bilmədiyini, Eldənizin evinə getdiyini, evlərində polisləri gördüyünü, Eldənizin başısarıqlı uzandığını, evdə çox adam olduğunu və heç kimdən nə olduğunu soruşmadığını, Eldənizlə Güləbətinin mübahisə etdiklərini görmədiyini, Nuranə ilə Güləbətinin mübahisəsini və Nuranənin Güləbətini itələdiyini gördüyünü, Güləbətinin Eldənizi vurmasını görmədiyini, təcili yardım göstərməyə gələnin cinsinin kişi olduğunu və onu tanımadığını, içəri girdiyi zaman onların çıxdığını, bir nəfər tibb işçisi və iki nəfər polis olduğunu, getdiyi zaman Eldənizin uzandığını, başısarıqlı olduğunu, niyə elə olduğu ilə maraqlanmadığını, heç kimdən soruşmadığını, mübahisə zamanı Nuranənin Güləbətini itələdiyi zaman “ərimə birşey olsa günahkar sənsən” dediyini eşitdiyini, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs onun ora gəlməmişdən qabaq savaşdıqlarını, gördükləri barədə polisədə ifadə verdiyini, kiminsə savaşdığı zaman pis olduğunu, ona görə ağladığını, Güləbətinin Eldənizi vurduğunu görmədiyini, mübahisə zamanı Eldənizin orada olduğunu, həmin zaman oturmaq üçün mərasim evinə tərəf getdiyini, Eldənizin də orada mübahisə etdiyini, həyətlərindən Eldənizin evinin arxası, mübahisə olan su xəttinin yerləşdiyi yerin görünmədiyini, həyətlərindən oraya yeriyərək gedib çatmasının onun yerişi ilə 15-20 dəqiqə vaxt apardığını, oradan qadın səsləri eşitdiyini, kişi səsi eşitməsini xatırlamadığını, nəvəsinin onu yolu keçməsinə kömək etdiyini, evlərinin hasar qapısından həmin yerin, yəni hadisə yerinin görünmədiyini, aşağı getdikdən sonra göründüyünü, onun həyəti ilə mübahisə olan yer arasında məsafənin nə qədər olmasını bilmədiyini, mübahisə edənlərin səslərini aydın eşitmədiyini, yalnız mübahisə səsləri eşitdiyini, Eldənizin və Güləbətinin mübahisə etdiyini düşündüyünü, hadisə yerində ilk olaraq Güləbətini gördüyünü, sonra savaşdıqlarını, qabaqca da savaşdıqlarını, ikinci dəfə savaşdıqlarını gördüyünü, birinci dəfə savaşdıqlarına Eldənizi Güləbətinin vurmasını görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğundan, məhkəmə istintaqında Şahid2 ibtidai istintaq zamanı verdi ifadəsi elan olunmuş, o həmin ifadəsində xx.xx.2024-cü il tarixdə yaşadığı Şahbuz şəhərində evinin həyətyanı sahəsində olduğu zaman qonşusu Güləbətinin səsini eşitmiş, sonra Eldəniz ilə Güləbətinin yenə mübahisə etdikləri ona məlum olmuş, bir müddət sonra onların sakitləşmədiklərini gördüyü üçün onları sakitləşdirmək üçün küçəyə çıxaraq onların mübahisə etdikləri yerə getmiş, oraya çatan zaman onların sakitləşdiyini görmüş, onlara yaxınlaşaraq “ayıbdır, bu mübahisələrinizə son qoyun” demiş, onlar sakitləşərək evlərinə getmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğunu görməmiş, həmin vaxtı Təqsirləndirilən şəxs ilə Nuranə Ələsgərli birbirlərini təhqir etdiklərini görmüş, sonra Nuranə ilə Güləbətin tutaqlaşmış, Nuranə Güləbətini itələmiş, Nuranə Güləbətinə “ərimin başına bir iş gəlsə günahkar sənsən” demiş, o isə Nuranənin belə deməyinə səbəb yəqin ki, Eldənizin qan təzyiqinin qalxmasını fikirləşmiş, sonra Eldənizgilə təcili-tibbi yardım avtomobilinin gəldiyini görmüş, onların evinə getmiş, orada Eldənizin başının sarıqlı olduğunu görmüş, Nuranədən nə olduğunu soruşduqda Nuranə ona Eldənizin Güləbətin ilə savaşdığı vaxtı başının yaralandığını dediyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 izahatında 15 yaşı olduğunu, ibtidai istintaq zamanı ifadəsini verdiyini, həmin ifadəsini təsdiqlədiyini, hadisə yerində olmadığını, bildiyi nəsə olmadığını, səs-küy eşitdiklərini, həmin zaman nənəsini küçədəki döngəyə qədər ötürdüyünü göstərmişdir. Məhkədə sualları cavablandıran Şahid5 dərslərini və hazırlıqlarını düşündüyü üçün hadisə ilə maraqlanmadığını, nənəsi yeriyə bilmədiyi üçün getməsinə kömək etdiyini, təxminən bu ilin yaz ayları mart-aprel ayları axşam vaxtları olduğunu, havanın qaralmasına az qaldığını, həmin gün evdən çıxmadığını, nənəsindən nə olduğu barədə soruşmadığını, nənəsinin də heçnə demədiyini, həmin gün qardaşı Rəvanın evdə olmadığını, nənəsindən başqa oraya ailə üzvlərindən başqa heçkimin getmədiyini, tam yadında olmadığını, lakin səs gəldiyini, anlaşıqlı səs olmadığını, Eldənizin və Güləbətinin aralarında başqa mübahisə olması barədə eşitmədiyini, nənəsini çölə çıxardıqdan sonra 2-3 metr aparıb ötürdüyünü, küçədəki döngəyə qədər ötürdüyünü, nənəsini küçədən ötürdüyünü, orada kim olduğunu bilmədiyini, səslərin kimə aid olduğunu bilmədiyini, evlərinin içərisindən səs eşidilmədiyini, yaxın qonşu olmadıqlarını, yolun digər tərəfindən qonşu olduqlarını, aradan yol keçdiyini, hadisə ilə bağlı heçnə eşitmədiyini, səslərdən mübahisə səsi olduğunu bildiyini, səslərin qarışıq olduğunu, çığırtı olduğunu, ona görə qadın yaxud kişi səsi olduğunu bilmədiyini, səs gəldiyi zaman həyətdə olduqlarını, həyətlərində mübahisə olduğu yerin görünmədiyini, evdən aşağı yendikdən sonra döngədən oranın göründüyünü, nənəsini aparıb yarıyoldan qayıtdığını, darvazadan döngəyə qədər təxminən 10 addım olduğunu, yolun bir gediş, bir gəlişli yol olduğunu, hadisə yerinə məsafənin təxminən 20 metr və ya daha çox olduğunu, həmin vaxt nənəsinin rahat yeriyə bilmədiyini, nənəsinin ora gedib çatmasının 5-6 dəqiqə yaxud daha çox vaxt çəkəbiləcəyini, nənəsi ilə onun həyətdə olduğunu, anasının isə evdə olduğunu, evdə başqa heç kimin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 izahatında 14 yaşı olduğunu, hadisə baş verdiyi zaman evdə olmadığını, nə olması ilə bağlı xəbərinin olmadığını göstərmişdir. Məhkədə sualları cavablandıran Şahid6 hadisə ilə bağlı heçnə eşitmədiyini, bu barədə maraqlanmadığını, sonradan hardan eşitdiyinin yadında olmadığını, lakin qonşuların mübahisə etdiyini eşitdiyini, kimin-kimlə savaşdığının yadında qalmadığını, kimdən eşitdiyinin yadında qalmadığını, həmin gün evə gec gəldiyini, ona görə də heçnə görmədiyini, mübahisə zamanı orada olmadığını, polisdə izahatını özünün yazdığını, kimdən eşitdiyini və ya kimlərin savaşdığını eşitdiyini xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 izahatında 16 yaşı olduğunu, 11-ci sinifdə oxuduğunu, tərəflər ilə qonşu olduqlarını, tarixi dəqiq xatırlamadığını, hadisə olan zaman su vurmağa arxın başına getdiyini, sonrakı gün kənd camaatından hadisə barədə eşitdiyini göstərmişdir. Məhkədə sualları cavablandıran Şahid4 kimdən eşitdiyini xatırlamadığını, Eldəniz və Güləbətin aralarında mübahisə olduğunu eşitdiyini, Eldənizin oğlu Sadiqdən bu barədə soruşmadığını, biryerdə oturub söhbət etdiklərini, lakin yaşca ondan böyük olduğu üçün o şeyləri soruşmadığını, Sadiqin də bu barədə danışmadığını, Güləbətin ilə də hadisədən sonra ünsiyyətinin olmadığını, su vurmaqdan qayıtdıqdan sonra yoldan keçərək getdiyini, nə olmasına fikir vermədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, verdiyi ifadə barədə bəzi halları xatırlamadığını, hadisə zamanı orada olmadığını, mağazanın qarşısında olan zaman hadisə barədə Sadiqdən soruşduğunu, hadisə olan gün hadisə ilə bağlı heçnə eşitmədiyini, ailəsi ilə birlikdə olduğunu, sonrakı gün eşitdiyini, təxminən su vurduğu yer ilə hadisə baş verdiyi yer arasında məsafənin çox olduğunu, onların səsini eşitmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğundan, məhkəmə istintaqında Şahid4 ibtidai istintaq zamanı verdi ifadəsi elan olunmuş, o həmin ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşamçağı həyəti suvarmaq üçün arxın başına getmiş, suyu öz məhəllələrinə tərəf açaraq evə qayıtmış, evdə olan vaxtı suyun gəlmədiyini görmüş və yenidən arxın başına getmiş, kanaldan suyu açaraq evə tərəf gəlmiş, Eldənizgilin evinin yaxınlığından keçən vaxtı Eldəniz və Güləbətinin həyətlərinin arasında olan setkanın əyildiyini görmüş, həmin vaxtı Tahirə müəllimənin də orada olduğunu görmüş, həmin vaxtı Eldənizin oğlu Sadiq də orada olmuş, o, Sadiqdən nə baş verdiyini soruşduqda Sadiq ona heç nə olmadığını demiş, sonra evlərinə getmiş, sabahısı günü isə Eldəniz və Güləbətinin savaşdıqlarını eşitmiş, Güləbətinlə Eldənizin savaşmasını görməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə işi yeri olan Şahbuz rayon xəstəxanasında təcili-tibbi yardım şöbəsində növbədə olmuş, həmin günü axşamüstü Şahbuz şəhərindən çağırış verilmiş və onlar həmin ünvana getmişlər. Həmin ünvan Şahbuz şəhərində yerləşən köhnə adı ilə Qarababa kəndindəki mərasim evinin arxasında olan 1-ci həyət olmuş, oraya çatıb həyətə daxil olmuş, həmin vaxtı həyətdə bir qadın və bir cavan oğlan olmuş, o, onlarla birlikdə evə keçmiş, evdə çarpayıda bir nəfər şəxsin uzandığını görmüş və həmin şəxs çox narahat vəziyyətdə imiş. Sonradan həmin şəxsin adının Eldəniz olduğunu bilmiş, o, Eldənizin qan təzyiqini ölçmüş, onun təzyiqi 180-100 imiş, o, qan təzyiqini aşağı salmaq üçün ona inyeksiya etmiş, yəni ki, ona iynə vurmuşdur. Həmin şəxsin başı sarıqlı imiş, onun başının sarığını açmış, xəstənin başında hematoma olduğunu görmüş, ondan bu xəsarətin nədən yarandığın soruşduqda həmin şəxs qonşuları ilə mübahisə etdiyini demiş və qonşudakı qadının “armatur”la onun başından vurduğunu bildirmiş, o, bu barədə Polis Şöbəsinə məlumat vermiş, sonra o, hematomanın üzərinə soyuq kompres qoyduqdan sonra bir neçə dəqiqə orada oturaraq xəstəyə nəzarət etmiş, xəstənin ümumi vəziyyətinin nisbi yaxşılaşdığını müşahidə etdikdən sonra iş yerinə qayıtmış, tam dəqiq xatırlamasada ona elə gəlir ki, hematoma başın sağ tərəfində olmuş, hematomadan başqa onun qulaqdibi nahiyyəsində də sıyrıntı müşahidə olunurmuş. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid7 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə yaşadığı Şahbuz şəhərində evdə olan vaxtı küçədə səs-küy eşidərək küçəyə çıxmış, küçəyə çıxanda küçədə qonşusu Tahirə müəlliməni və digər qonşusu Nuranəni görmüş, onlardan bir az aralıda isə öz həyətlərində Güləbətini görmüşdür. O,Tahirə müəllimədən nə olduğunu soruşmuş, Tahirə müəlimə isə ona Eldənizgillə Güləbətinin həmişəki kimi söz-söhbətlərinin olduğunu demiş, sonra o Nuranədən nə baş verdiyini soruşmuş, Nuranə isə ona Güləbətinin Eldənizi vuraraq yerə yıxdığını, Güləbətinin Eldənizi yenə vurmaq istədiyini gördükdə Güləbətini itləyib yerə yıxdığın demiş, sonra o Tahirə ilə birlikdə evlərinə getmiş, sonradan o Güləbətinin armaturla Eldənizi başından vurduğunu eşitmişdir. Şahid7 “Güləbətin Nuranəgillə savaşan vaxtı sizin orada olduğunuzu və orada baş verənləri gördüyünüzü bildirmişdir” sualına isə Güləbətinin yalan dediyini, onlar savaşan vaxtı orada olmadığını, sadəcə küçədə səs-küy olduğunu eşitdiyini və küçəyə çıxdığını bildirmiş, həmin vaxtı Güləbətin bir az ondan aralıda olmuş, amma onda hər hansısa bir xəsarət görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, şahidlərin hadisəni görməmələri ilə bağli ifadələri bir-birini istisna etmir. Məhkəmə onların ifadələrinin həmin hissədə bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisələrin təqsirləndirilən şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunsa da, “onun həyətində elə armaturların olmaması, onun həyətində nazik armaturlar olması, Zərərçəkmiş şəxs ayağının nəyəsə ilişib, necə olubsa yıxılması”, “onun, Zərərçəkmiş şəxs vurmaması, armaturu Zərərçəkmiş şəxs öz həyətindən gətirməsi”, “Zərərçəkmiş şəxs “setka”nı çəkərkən ayağı ilişib, yaxud “setka” amarzasiya eləyib yıxılması” ilə bağlı ifadələrinin, dolayısı ilə belə bir faktın mövcudluğu ilə bağlı təqsirləndirilən şəxsin şübhəli mövqeyi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə təsdiq olunmur. Həmçinin ittiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan hallara istinad edilməklə qurulmuş müdafiəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs qadın olmasını, onun yaşını (CM -59.2); nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzasının təyin edilməsini CM-nin 41.2ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi gənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və həyat şəraitinə təsiri (CM-58.3.), o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan qalınlığı 2 sm, uzunluğu 1.62 sm olan 1 ədəd qəhvəyi rəngli dəmir parçası (armatur) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə və məhkəmə-daktoloskopik ekspertiza xərclərinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin cinayət prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili X1 ibtidai istintaqda iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına köçürülməli, Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 30 sentyabr 2024-cü il tarixli məhkəmə-daktoloskopik ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat ekspert məsrəfi isə dövlət büdcəsinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərərk 1000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan qalınlığı 2 sm, uzunluğu 1.62 sm olan 1 ədəd qəhvəyi rəngli dəmir parçası (armatur) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul dövlət büdcəsinə aid edilsin. Hökmün icrası Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz Rayon İcra və probasiya bölməsinə həvalə edilsin. Məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili X1 ibtidai istintaqda iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar