Məhkəmə qərarları › İş №1(090)-6/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №1(090)-6/2024

15.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 1(090)-6/2024 15.11.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat başlanmış şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçi Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə; xx.xx.1988-ci ildə Şahbuz rayonu, Biçənək kəndində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şahbuz rayonu, Biçənək kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, xx.xx.2024-cü il tarixdə barəsində “qanuni nümayəndənin nəzarəti altına vermə” təhlükəsizlik tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi : Cinayət işinin başlanmasına səbəb və əsas barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat başlanmış şəxs Təqsirləndirilən şəxs 11 aprel 2024-cü il tarixdə əlində olan əsa formasında ağacla Zərərçəkmiş şəxs başından vuraraq onun sağlamlığının qısa müddətinə pozulmasına səbəb olan qəsdən yüngül xəsarət yetirməsi olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsinə dair iş üzrə hərtərəfli, tam və obyektiv məhkəmə araşdırması aparılmış və ibtidai istintaq orqanının gəldiyi nəticə, yəni Təqsirləndirilən şəxs psixi pozuntular nəticəsində öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan, yəni anlaqsız vəziyyətdə qardaşının arvadı Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurması məhkəmə məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs işin mahiyyəti üzrə ifadə verməmiş, susaraq danışmamış və ona verilən sualları cavablandırmayaraq susmuşdur. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs psixi durumu onunla hər hansı bir istintaq hərəkətinin aparılmasına yol vermədiyi və iş üzrə olan məhkəmə-psixiatrik ekspertizasının rəylərinə əsasən anlaqsız olması nəzərə alınaraq, onun məhkəmə baxışında dindirilməsi mümkün olmamışdır. Buna görə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş, o, həmin ifadəsində cinayət işi üzrə müdafiəçisinin və mütəxəssisin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində xx.xx.2024-cü il tarixdə saat 15:10 radələrində yaşadığı evdə olduğu zaman kəndin sahə inspektoru atası Abbası səsləyərək çağırmış, atası çölə çıxmış, atasının arxasınca o da çölə çıxmış, həmin vaxtı polis əməkdaşının yanında qardaşı İmranın arvadı Fəxriyyə də olmuşdur, Fəxriyyə ilə bir həyətdə və bir evdə yaşasada, onların evlərinin girişləri ayrı olmuş, Fəxriyyə ilə danışmamışlar. Həmin vaxtı polis işçisi atasından bacısı Günayın harada olduğunu soruşmuş, atası isə Günayın evdə olmadığını bildirmişdir, həmin vaxtı anası Pakizə də çölə çıxmış, polis işçisi atasından Günayla Fəxriyyənin nə üçün yola getmədiyini soruşmuş, sonra o, içəri keçmiş, atası ilə Fəxriyyənin ucadan danışdığını və Fəxriyyənin pis-pis söyüşlərlə atasını təhqir etdiyini eşidib çölə çıxmaq istəyən vaxtı qapının yanında olan çəliyi götürərək Fəxriyyəyə atmış, atdığı çəlik Fəxriyyənin başına dəymiş və onun başı qanamağa başlamış, sonra Fəxriyyə yerə yıxılmış, həmin vaxtı atası, anası və polis işçisi Fəxriyyəyə kömək etmiş, onlar Fəxriyyəyə kömək edən vaxtı bacısı Günay oraya gəlmiş, sonra Fəxriyyənin gəlini Bəsti Fəxriyyəyə kömək etmək üçün gələndə anidən əlini ataraq bacısı Günayın saçından tutmuş, polis işçisi onları aralaşdırmış və Fəxriyyə küçəyə qaçmışdır. Sonra oradan Fəxriyyəni xəstəxanaya apararaq başına tikiş qoymuşlar, etdiyi əmələ görə peşman olduğunu göstərmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs fadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, Təqsirləndirilən şəxs onun baldızı olduğunu, ailənin gəlini olduğunu, Səbinə ilə eyni həyətdə yaşadıqlarını, 1993-cü ildə həmin evə gəlin köçdüyünü, Səbinənin bacısı Günayın hadisədən 1-2 gün qabaq, hardasa ayın 10-u tarixində onu təhqir etdiyini, tək olduğu üçün polis şöbəsinə gedə bilmədiyini, polis sahə rəisi Şahid2 çağıraraq şikayət etdiyini, Nicat müəllimin gələrək Abbasov İmranı çölə çağırdığını, qayınatası İ.Abbasovun çölə çıxaraq pilləkənin yuxarısında oturduğunu, onun isə həmin vaxt pilləkənin aşağısında olduğunu, Şahid2 qaynatası İmran Abbasova “bu nə məsələdi, neçə illərdi ki, aranızda bu məsələ davam edir, nə üstə məsələ olub” dediyini, bunu dedikdən sonra İmranın onu təhqir etdiyini, ayaqqabısını ayağından çıxararaq ona tərəf tulladığını, həmin zaman pilləkəndən çıxdığını, hasarın üzərində daş olduğunu, onu tullamaq üçün götürdüyünü, lakin daşın böyük olduğunu, əlinə gəlmədiyini və atmadığını, daha sonra digərlərinin içəridən çıxdığını, Səbinənin çıxdığı vaxt əlində çəlik olduğunu, onu təhqir edərək çəliyi tulladığını, onun yıxıldığını, digər baldızı Günayın isə orada olmadığını, səs-küy olduqdan sonra onun gəldiyini, o gəldiyi zaman onun yıxıldığını, başının qanadığını və huşunun getdiyini, lakin özündə olduğunu, baldızı Günayın gəldikdən sonra onu pilləkəndə sürüdüyünü, həmin zaman qaynatası və qaynanasının da orada olduğunu, onu təhqir etdiklərini, gəlininin də həmin zaman gəldiyini, lakin necə gəldiyini dəqiq bilmədiyini, Günayın onun saçını buraxıb gəlininin saçından tutduğunu, onun isə qurtulub yola tərəf qaçdığını, orada yola çıxan zaman kim olduğunu dəqiq bilmədiyi bir kənd sakini və digər kənd sakini xəstəxanada işləyən Qurbanın olduğunu, orada onu hasarın üzərinə uzatdıqlarını, üzünün qanını silib təcili yardım çağırdıqlarını göstərmişdir. Məhkəmə iclasında sualları cavablandıran Zərərçəkmiş şəxs hadisədən öncə baldızı Günayla aralarında həyətdəki göycənin yığılması ilə bağlı mübahisə olduğunu, Günayın “göycəni sən yığmısan” dediyini, digər baldızı İnsafın isə “göycəni o yığmayıb, mən yığmışam” dediyini, həmin gün telefonla polisə zəng vurduqlarını, lakin polisin gəlmədiyini, sabahı gün polisin gəldiyini və hadisə olduğunu, aralarında 2015-ci ildən bəri mübahisələr olduğunu, 2015-ci ildə yoldaşının Balakən rayonunun kəndində ailə quraraq yaşadığını, aralarında niyə mübahisə olduğunu bilmədiyini, evdən çıxmasını istədiklərini, onu xəstəxanaya təcili yardımın apardığını, xəstəxanada başına tikiş qoyulduğunu, daha sonra Naxçıvan şəhərində Respublikanski xəstəxanasına aparıldığını, baldızı Günayın hadisə zamanı orada olmadığını, daha sonra gəldiyini və onu sürüdüyünü, Təqsirləndirilən şəxs atdığı ağacın başının orta tərəfindən dəydiyini, ağacın əsa (çəlik) formasında olduğunu, əldə hazırlandığını, mübahisə vaxtı orada gəlini Bəsti, qayınatası Abbas, qayınanası Pakizə, baldızları Günay və Səbinə və polis işçisi Şahid2 başqa heç kim olmadığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, Zərərçəkmiş şəxs polis Şahid2la gələrək yoldaşını İ.Abbasovu çağırdığını, yoldaşının çölə çıxdığını, Fəxriyyə ilə yoldaşı arasında mübahisə olduğunu, mübahisə zamanı Fəxriyyənin əlini daşa atdığını, Səbinənin isə daşı atasına atacağını düşündüyünü, ona görə də içəri tərəfdən ağacı Fəxriyyəyə atdığını, həmin vaxt Fəxriyyənin pilləkəndə üçüncü pillədə durduğunu, Səbinənin isə içəri tərəfdə olduğunu, sonra Fəxriyyənin xəstəxanaya aparıldığını, Fəxriyyənin gəlini Bəstinin isə Günayla mübahisə etdiyini göstərmişdir. Məhkəmə iclasında sualları cavablandıran Qanuni nümayəndə qızı Səbinənin daşı atasına atacağını düşündüyü üçün atdığını, həmin zaman onun hamamda olduğunu, səs-küy olduqdan sonra çölə çıxdığını, çıxdığı zaman Fəxriyyənin başının qanadığını gördüyünü, Səbinənin içəri tərəfdən ağacı atdığını, Fəxriyyənin pilləkəndə üçüncü pillədə olduğunu, Səbinənin pilləkənin yuxarısında “koridor”da olduğunu, Abbasın yuxarı tərəfdə, Fəxriyyə və Nicatın aşağıda olduğunu, Fəxriyyənin əlində daş görmədiyini, Nicat müəllimin ilk pillədə durduğunu, qızı Günayın səs-küy eşidib gəldiyini, gəldiyi zaman Bəstinin onu itələdiyini və “onu siz vurmusuz” dediyini, ama onun vurmadığını, Bəstinin Günayı itələyib yıxdığını, birbirlərinin saçından tutduqlarını, onları Nicat müəllimin araladığını, yoldaşının ayaqqabısını atdığını görmədiyini, hamamdan gəldikdə Zərərçəkmiş şəxs başının qanadığını gördüyünü, lakin ağacın atıldığını görmədiyini, özü görsəydi atmağa qoymayacağını, çəliyi (əsanı) yoldaşının ağacdan özünün düzəltdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, Şahbuz Rayon Polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi olduğunu, tabeçiliyində 7 kənd olduğunu, hər iki tərəfin ərazisində yaşayan sakinlər olduğunu, tarixi dəqiq xatırlamadığını, tərəflərin eyni həyətdə, bir çatı altında yaşadıqlarını, evin bölündüyünü, Fəxriyyə xanımın ona müraciət edərək baldızı Abbasova Günayın onu təhqir etdiyini bildirdiyini, əraziyə gedərək şikayəti dinlədiyini, Fəxriyyə xanımın “məni təhqir edərək alçamızı yığmısan dediklərini” dediyini, həyətə baxdığını və alçanın yığılmadığını gördüyünü, Günay xanımı səslədiyini, Səbinə xanımın çıxaraq Günayın evdə olmadığını dediyini, həmin zaman Mirabbas müəllimin də çıxdığını, Səbinə xanımın isə içəriyə qayıtdığını, Mirabbas müəllimə gəlinin şikayət etdiyini dediyini, nə məsələ olduğunu soruşduğunu, Mirabbas müəllimin isə “bunlar məni bezdiriblər, hamısını yığıb içəriyə aparın” dediyini, Mirabbas müəllimin pilləkənin başında, onların isə pilləkənin aşağısında olduqlarını, həmin zaman Səbinə xanımın qapını açaraq ağac parçasını atdığını, ağacın Fəxriyyə xanımın başına dəydiyini və yıxıldığını, təcili yardım çağırıldığını təcilinin gəlib Fəxriyyə xanımı apardığını göstərmişdir. Məhkəmə iclasında sualları cavablandıran Şahid2 ailə üzvlərindən Fəxriyyə xanımın gəlininin gəldiyini, sonra isə necə gəldiyini bilmədiyi Günay xanımın ora gəldiyini, həmin vaxt Fəxriyyə xanımın yıxıldığını, Günayın gələrək Fəxriyyə xanımı vurduğunu və tutaqlaşdıqlarını, gəlini Bəstinin isə ayırdığını, hadisə zamanı aşağı tərəfdə durduğunu, həmin zaman orada Fəxriyyə xanımın, Mirabbas müəllimin və onun olduğunu, Pakizə xanımı sonra orada gördüyünü, Mirabbas müəllimlə danışdıqları zaman gəlini ilə mübahisə etdiyini, Fəxriyyə xanımın onun arxasında olduğunu, dediklərini eşitdiyini, lakin sakit olduğunu, onun daş götürməsi ilə bağlı nəsə görmədiyini, Mirabbas müəllimin də nəsə atdığını görmədiyini, Təqsirləndirilən şəxs ağac çombaq atdığını gördüyü bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, Şahbuz rayonu, Biçənək kəndində yaşadığını, günorta vaxtı Şahid2 gəldiyini və qaynanası ilə İmran müəllimi çağırdıqlarını, babanın, yəni İ.Abbasovun çölə çıxdığını və danışdıqlarını, qaynanasının Nicat müəllimin arxasında olduğunu, pəncərənin həmin yerə tərəfi gördüyünü və həmin zaman onun da pəncərədən hadisənin olduğu tərəfə baxdığını, qaynanası ilə İmran müəllimin sözünün düşdüyünü və mübahisə etdiklərini, həmin zaman Səbinə xanımın qapını açaraq divara söykənmiş ağacı qaynanasına atdığını, onun da su götürərək ora tərəf qaçdığını, gəldikdə qaynanasının başından qan axdığını gördüyünü, Nicat müəllimin ona gedib dəsmal gətirməsini bildirdiyini, evdən dəsmal gətirməyə getdiyini, həmin zaman Günay xanımın gəldiyini, gəldiyi zaman Günay xanımın qaynanasının saçını yolduğunu və Nicat müəllimin onları ayırmağa çalışdığını, onun da ayırmağa çalışdığını, Günay xanımın qaynanasının qarnından təpiklə vurduğunu, “neyniyirsən, vəhşisən” dediyini, bu zaman qaynanasını buraxıb onu yerə yıxdığını, həmin zaman qaynanasının başının qan olduğunu və küçəyə tərəf qaçdığını, sonra onun da qaynanasının arxasınca qaçdığını, qaynanasının “tükançı” İlqarın qucağına yıxıldığını, yanına getdiyini, kənd sakinlərinin gəldiyini, kiminsə təcili yardım çağırdığını, təcili yardımla xəstəxanaya gəldiklərini, qaynanasının başına tikiş qoyulduğunu, sonra şəhərdə Respublika xəstəxanasına getdiklərini, orada qayınanasının müayinə olunduğunu və ağrıları olduğunu, axşam evə getmələrinin bildirildiyini və qaynanasının 3 gün yatdığını göstərmişdir. Məhkəmə iclasında sualları cavablandıran Şahid1 pilləkənə baxan pəncərədə durub baxdığını, Təqsirləndirilən şəxs divarın yanındakı çəliyin tutacaq yerindən tutaraq atdığını, gəldikdə qaynanasının başının qanadığını gördüyünü, hadisə olan zaman atası İmranın, anası Pakizənin, Nicat müəllimin və qaynasının olduğunu, özünün pəncərədən baxdığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuran zaman orada İmran Abbasovun, Nicat müəllimin və qaynasının olduğunu, hadisədən sonra Pakizənin içəridən çıxdığını və pilləkəndə oturduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, hadisə olan tarixin dəqiq yadında olmadığını, günortadan sonra Biçənək kəndində döyülmə hadisəsi ilə bağlı çağırışın qəbul olunduğunu, çağırışa getdiyini, kənd mərkəzində məntəqənin qabağında, yolun kənarında zərərçəkmiş qadının olduğunu, yarasına baxdığını, təpə nahiyəsində kəsilmiş-çapılmış yara olduğunu, kimin etdiyini bilmədiyini, lazımi yardım göstərdiyini və ambulansla xəstəxanaya gətirdiyini, başına tikiş qoyulduğunu göstərmişdir. Məhkəmə iclasında sualları cavablandıran Şahid3 xəstəxanada mühafizəçi işləyən Biçənək kənd sakininin 103-ə zəng vurduğunu və ambulans gəlməsini bildirdiyini, getdikləri zaman orada çox insan olduğunu, zərərçəkmişin üzünün qan olduğunu, yarasına baxdığını, qanın biraz quruduğunu, yaraya sarğı qoyduğunu, qankəsici və ağrıkəsici vurduğunu, ambulansla xəstəxanaya gətirdiyini, cərrahın xəstənin başına tikiş qoyduğunu, orada bir müddət qaldıqdan sonra dəqiq müayinə və tomoqrafiya üçün Naxçıvan şəhərində Respublika xəstəxanasına apardığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş X4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2024-cü il tarixdən həyat yoldaşından boşanaraq Şahbuz rayon Biçənək kəndində atasının evində yaşamış, onlarla bir həyətdə qardaşı İmranın arvadı Fəxriyyə, oğlu Abbas və gəlini Bəsti yaşamış, qardaşı təxminən 7-8 ildir ki, Balakən rayonuna gedib, yenidən ailə quraraq orada yaşamış, qardaşı Balakən rayonuna getdikdən sonra onun arvadı və oğlunun onlarla münasibəti pozulmuş, 10 iyun 2024-cü il tarixdə həyətdə olan vaxtı bacısı həyətdəki ağacdan alça yığan vaxtı o bacısına alçaları yığmamağı dedikdə bacısı yığmaq istədiyini bildirmiş, həmin vaxtı Fəxriyyə pəncərəni açaraq onlara sakit olmalarını demiş, səhərisi gün o, Şahbuz rayon mərkəzinə getmək üçün yolda marşrutu gözləyirmiş, sonra həyətlərindən səs gəldiyini eşitdikdə tez həyətlərinə qaçmış, həyətə girəndə Fəxriyyənin onların yaşadığı evin pilləkənində uzandığını və onun başından qan axdığını görmüş, Fəxriyyəni görən kimi özünü itirmiş, həmin vaxtı anasının və atasının da pilləkəndə dayandığını görmüş, polis işçisi qan axmaması üçün əli ilə Fəxriyyənin başından tutmuş, həmin vaxtı Fəxriyyənin gəlini Bəsti gələrək onu itələyərək yerə yıxmış, Bəsti əlini atıb onun saçından tutanda o, da əli ilə Bəstinin saçından tutmuş, anası onları aralamış, sonra Fəxriyyə küçəyə çıxmış, sonra təcili tibbi yardım avtomobili gələrək Fəxriyyəni xəstəxanaya aparmış, həmin vaxtı Fəxriyyəni vurmamış, Bəsti onu itələdiyinə görə və saçından yapışdığına görə o da Bəstinin saçından yapışmış, həmin vaxtı orada olmadığına görə Səbinənin Fəxriyyəni nə üçün vurduğunu görməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 10 iyun 2024-cü il tarixdə qızı Günayla gəlini Fəxriyyə arasında problem olduğuna görə də 11 iyun 2024-cü il tarixdə təxminən günorta vaxtlarında polis əməkdaşı onu çağırmış, o, çölə çıxmış, polis əməkdaşı qızı Günayı soruşmuş, o, isə Günayın evdə olmadığını bildirmişdir. Həmin vaxtı gəlini Fəxriyyə də orada olmuş, onun və qızlarının gəlini ilə uzun müddətdir ki, münasibəti pozulmuş, buna səbəb oğlu İmranın onları ataraq Balakən rayonuna gedərək orada evlənərək orada qalması olmuşdur. Polis əməkdaşının yanında Fəxriyyə onu söyməyə başlamış, qızı Səbinə isə əlindəki çəliyi Fəxriyyəyəy tərəf atmış, çəlik Fəxriyyənin başına dəymiş, Fəxriyyə yerə yıxılmış və onun başı qanamağa başlamışdır. Həmin vaxtı digər qızı Günay da gəlmiş, sonra Fəxriyyənin gəlini Bəsti oraya gələrək Günayı itələmiş və onlar bir-birinin saçından yapışmışlar. Sonra onları aralamış və Fəxriyyə ayağa qalxaraq küçəyə qaçmış, sonra Fəxriyyə xəstəxanaya getmiş, aralarındakı uzunmüddətli mübahisəyə səbəblərdən biri də gəlini Fəxriyyənin hər dəfə “sən bu torpağı sat pulunu ver biz gedib Naxçıvan şəhərində ev alıb orada qalaq” deməsi olmuş, o isə buna razı olmamış, əlavə olaraq Fəxriyyənin qızı Günayın həyat yoldaşından boşanaraq onun yanında qalmasına etiraz etmiş, nə o, nə Pakizə nə də ki, Günay Fəxriyyəni vurmamışdır. Məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 1129 saylı, xx.xx.2024-cü il tarixli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş xəsarətlər – başın alın nahiyəsinin yarası ilə müşayiət olunan dərialtı, hematoması bərk küt əşya (alət) təsirindən törənməsi, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə törənmələri mümkündür və dərəcəsinə görə həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. (i.v.38-40) Məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına naxçıvan X1 Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 266 saylı məhkəmə psixiatrik ekspertizasının rəyində Təqsirləndirilən şəxs “Anadangəlmə əqli zəiflik. İmbesillik səviyyəsində” psixi xəstəyin olması, belə xəstələrdə xəsarət yetirməyə meyl göstərmə hallarına səbəb olanpsixi vziyyətin yaranması ola bilməsi, Təqsirləndirilən şəxs xəsarət yetirən zaman öz hərəkətlərinin idarə etmək qabilliyyətinə malik olmaması, həmin növ xəstələrdə anlaqlığın tam və ya qismən istisna edən psixi vəziyyətin yarana biləcəyi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirərəkən anlaqlı olmaması, Təqsirləndirilən şəxs əməli CM 21-ci maddəsinin təsi altına düşdüyü göstərilmişdir. (i.v.129-132) Məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan X1 Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 407 saylı məhkəmə psixiatrik ekspertizasının rəyində Təqsirləndirilən şəxs “Anadangəlmə əqli zəiflik. İmbesillik səviyyəsində” psixi xəstəliyin davam etməsi, Təqsirləndirilən şəxs özünə və ya başqa şəxslərə zərər yetirmə təhlükəsinin olması istisna olunmadığını, psixi xəstəliyə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyac olması, Təqsirləndirilən şəxs məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi məsləhət olması və Təqsirləndirilən şəxs sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermədiyi göstərilmişdir. (İİ-cild,i.v.61-64) Azərbaycan Respublikası Naxçıvan MR Daxili İşlər Nazirliyinin Tİİ-nin ƏSİB-nə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünürki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 45) Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, maddi sübut olan və hadisə yerində olan uzunluğu 1 metr, diametri 2 sm olan 01 ədəd əsa formasında ağac parçası prosessula qaydada götürülübdür. (i.v. 4-9) Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs psixi durumu onunla hər hansı bir istintaq hərəkətinin aparılmasına yol vermədiyi və iş üzrə olan kompleks stasionar məhkəmə-psixiatrik ekspertizasının rəylərinə əsasən anlaqsız olması nəzərə alınaraq, onun məhkəmə baxışında işin mahiyyəti üzrə dindirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 126.4.1-ci maddəsinə əsasən şəxsin cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müvafiq anda dərk və ya təsvir edilməsi qabiliyyətinə malik olmadığı qəbul edildikdə həmin şəxsin ifadələrinə sübuti əhəmiyyət verilə bilməz. Həmin maddənin müddəalarına əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müvafiq anda dərk edilməsi qabiliyyətinə malik olmadığı səbəbindən ifadələrinə sübuti əhəmiyyət verilməsinin qeyri-mümkünlüyü nəzərə alınaraq Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələri sübut kimi məhkəmədə araşdırılmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələri sübut kimi qəbul edilməsə də, məhkəmə tədqiq olunmuş digər mötəbər sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, ibtidai istintaq orqanı iş üzrə əməlin tövsifi və əməli törətmiş şəxs barəsində düzgün nəticəyə gəlmiş, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128.-ci maddəsində nəzərdə tutulmuş əməli-şəxsi münasibət zəminində atasını söydüyü üçün qardaşı arvadı Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərərvurma əməllərini anlaqsız vəziyyətdə törətmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşdüyündən ona Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbir təyin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxsı qızı Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətməsini sübuta yetmiş hesab edərək, Azərbaycan Respublikası CPM-nin 477.3 maddəsinin tələbinə əsasən cinayət məsuliyyətindən azad edilməklə, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsini qanunauyğun hesab edir. Cinayət işindəki ekspertiza rəylərinə və həmçinin Azərbaycan Respublikası CM-nin 95.0.1-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxsı qızı məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. İş üzrə maddi sübut olan qalınlığı 2 sm, uzunluğu 1 metr olan 1 ədəd əsa formasında ağac parçası qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat başlanmış şəxs Təqsirləndirilən şəxsn hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin cinayət prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, qərar qanuni qüvvəsini aldıqdan sonra barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat başlanmış şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına köçürülməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 93.1.1, 93.1-1, 93.1- 1.1, 93.2, 95.0.3-cü maddələrini və Azərbaycan Respublikası CPM-nin 348.2 və 477.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilsin və haqqında məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunsun. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş “qanuni nümayəndənin nəzarəti altına vermə” təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan qalınlığı 2 sm, uzunluğu 1 metr olan 1 ədəd əsa formasında ağac parçası qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicə növündə tibbi xarakterli məcburi tədbirə dair hissədə icrası Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan X1nin rəhbərliyinə həvalə edilsin. Qərarın maddi sübutun məhv edilməsinə aid hissədə icrası Naxçıvan MR Ədliyyə Nazirliyi Şahbuz rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Məhkəmə xərci olaraq anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına köçürülsün. İş üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Qərardan elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar