Məhkəmə qərarları › İş №1(090)-6/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №1(090)-6/2025

05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 1(090)-6/2025 05.08.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının “ASAN” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə; xx xxxxxx 1981-ci ildə Şahbuz rayonu, Daylaqlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, "xxxx" Açıq Səhmdar Cəmiyyətində mütəxəssis işləyən, evli, üç uşaq atası, məhkum olunmayan, Şahbuz rayonu, Daylaqlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi : Tərtib edilmiş yekun protokola əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə yaşadığı Şahbuz rayon Daylaqlı kəndində ona məxsus tövlənin həyətində həyat yoldaşı Zərərçəkmiş şəxs südü qabdan yerə tökdüyü zaman əsəbiləşərək həyat yoldaşına qarşı təhqir edici ifadələr işlətdiyini və qəsdən yumruq ilə onun baş, üz, boyun və kürək nahiyyələrindən vurduğu zaman Zərərçəkmiş şəxs sol gözün üst və alt qabaqlarını əhatə edən hematoma, sol gözün konyuktiva qişasına qansızma, boyun nahiyyəsinin, döş qəfəsin sol arxa səthinin qançırı və göstərilən xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” dərəcəli zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.4-cu maddələrində nəzərdə tutulmuş məhkəməyədək sadələşdirilmiş icraat materialında irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakları ilə ilkin dinləmələr vasitəsilə yoxlayıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılması Şahbuz Rayon Məhkəməsinə aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraata dair yekun protokolun prosessual formasına riayət edilmişdir. Məhkəməyədək icraat Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilmədən aparılmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraatın dayandırılması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmənin hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və iş üzrə Zərərçəkmiş şəxs barışdıqlarını bildirərək, məhkəməyə bu barədə ərizə təqdim etdiklərini və məhkəməyədək sadələşdirilmiş iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam şəkildə ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini qeyd etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müddəaları nəzərə alınaraq məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə hazırlıq mərhələsində xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən Cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. CPM-nin 40.3-cü maddəsində göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və sadələşdirilmiş işin icraatına xitam verilməlidir. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının “ASAN” Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının “ASAN” Vəkil Vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 305.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının “ASAN” Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının “ASAN” Vəkil Vəkil bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia olmaması nəzərə alınsın. Qərardan elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar