Azərbaycan Respublikası adından HÖKM Şahbuz şəhəri İş № 1(090)-7/2024 26.12.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X6 iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Naxçıvan “ASAN” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və zərərçəkmiş hüquqi şəxsin Azərbaycan Respublikası Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə; xx xxxxxxxx 1982-ci il tarixdə Şahbuz rayonu, Keçili kəndində anadan olan, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, üç uşaq atası, deməsinə görə cinayət törədənədək məhkumluğu olmayan, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, Şahbuz rayonu, Keçili kəndində qeydiyyatda olmaqla, hal-hazırda həmin kənddə yaşayan, 02 oktyabr 2024-cü il tarixdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsi tərəfindən barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin baxış iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan Şahbuz rayon Külüs kəndində dövlət mülkiyyətində olan sahədən qanunsuz ağac kəsmişdir. Belə ki, O 11 avqust 2024-cü il tarixdə meşə fonduna daxil olmayan Şahbuz rayon Külüs kəndində dövlət mülkiyyətində olan çay yatağından yaş halda diametrləri 28.1-32, 32,1-36, 32,1-36 sm olan 3 (üç) ədəd söyüd ağacını qanunsuz kəsmiş və 2 (iki) ədəd söyüd ağacının 28,1-32 28,1-32 28.1-32 və 36.1-40 sm diametrində olan budaqlarını kəsərək zədələməsi nəticəsində təbiətə xeyli miqdarda, yəni 2.300 (iki min üç yüz) manat ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, Şahbuz rayonu, Külüs kənd sakini Xəzər adlı şəxsdən həmin kənd ərazisində çöl torpaq sahəsini icarəyə götürdüyünü, həmin torpaq sahəsində bostan əkərək təsərrüfatla məşğul olduğunu, torpaq sahəsinə gedən yolda çay axdığını, məhsullarının daşınması üçün maşınla torpaq sahəsinə keçə bilmədiyini, ağacları yol üzərindəki maneəni aradan qaldırmaq və torpaq sahəsinə keçə bilməsi üçün kəsdiyini, ağacları odun kəsənlə kəsdiyini, həm yaş, həm də quru ağac kəsdiyini, həmin sahənin yolun kənarında olduğunu, günorta saatlarında kəsdiyini, axşam vaxtları isə həmkəndlisi X “UAZ” markalı maşını ilə evlərinə apardığını, sonra polis əməkdaşlarının gələrək qanunsuz ağac kəsdiyini dediyini bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, ağacları 11 avqust 2024-cü il tarixdə kəsdiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsinin düzgünlüyünü təsdiq etdiyini, həmin torpaq sahəsinə getmək üçün başqa yol olmadığını, ağacları kəsmədən torpaq sahəsinə getməyin mümkün olmayacağını, ağacları kəsmək üçün icazə almadığını, 4 ağac kəsdiyini, 3 ağacı isə kökündən kəsdiyini, həm yaş, həm də quru ağaclar kəsdiyini, ehtiyac olmadığı üçün digər ağacları budadığını, kökündən kəsmədiyini, ağacları yol üzərindəki maneəni aradan qaldırmaq üçün kəsdiyini, ağacları kəsərkən kökündən kəsdiklərinin quru, budadıqlarının isə yaş olduğunu, odunları birdəfəyə evə apardığını, həm oranı təmizləmək və yer açmaq üçün, həm də qışda yandırmaq üçün apardığını, ağacları kəsərkən bunun məsuliyyətə səbəb olacağını bilmədiyini, ağacların torpağını icarəyə götürdüyü X adlı şəxsin torpaq sahəsinə aid olduğunu düşündüyünü, həmin zaman ağacların bələdiyyənin torpaq sahəsinə aid olduğunu bilmədiyini və bununla maraqlanmadığını, ağacları günorta vaxtları saat on iki və üç aralığında kəsdiyini, yerin tam asvalt yolun kənarında olduğunu, həmin zaman oradan kənd sakinlərinin gəlib-getdiyini, heç kimin ona ağacları kəsməməsini və bunun qanunsuz olduğunu demədiyini, əgər ona deyilsə idi ağacları kəsməyəcəyini, növbəti gün polis əməkdaşlarının gələrək qanunsuz ağac kəsdiyini bildirdiklərini, onun isə qanunsuz olduğunu və icazə almaq lazım olduğunu bilmədiyini dediyini, heç yerdə işləmədiyini, ailəsinin dolanışığının təsərrüfatla olduğunu, lakin elə də çox təsərrüfatı olmadığını, torpaq sahəsində tərəvəz əkdiyini, ailəsinin istifadə etdiyini, satış etmədiyini, əməlindən peşman olduğunu bildirmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs bildirdi ki, əməlinin məsuliyyətə səbəb olacağını bilmədiyini, ağacların kimə məxsus torpaq sahəsində olduğunu bilmədiyini, 7 (yeddi) ağac kəsdiyini, 3 ağacı kökündən kəsdiyini, 4 ağacı isə zədələdiyini, ümuymilikdə 5 ağacın yaş, digər ikisinin quru olduğunu, ağacları öz həyətlərinin kənarına tökdüyünü, ağacları qışda yandıracağını, əməlindən peşman olduğunu, ifadəsinə əlavəsinin olmadığını bildrimişdir. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Azərbaycan Respublikası Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi oğlu məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, 12 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarının tərəfindən Təqsirləndirilən şəxs tərəfindən ağacların kəsilməsi faktının aşkar edildiyini, ilkin araşdırma zamanı Polis Şöbəsinin Zərərçəkmiş şəxsnə dəymiş zərərin hesablanması ilə bağlı müraciət etdiyini, əraziyə baxış keçirildiyini və akt tərtib edilərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edildiyini, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspertiza bölməsinin dəymiş zərərin hesablanması ilə bağlı rəy hazırladığını və Şahbuz Rayon Polis Şöbəsinə təqdim edildiyini, Nazirlər Kabinetinin 421 nömrəli qərarına əsasən dəymiş zərərin 2300 manat məbləğində hesablandığını, dəymiş zərərin təqsirləndirilən şəxs tərəfindən tam həcmdə ödənildiyini, sonuncuya qarşı şikayət və tələblərinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində bildirmişdir ki, tarixi dəqiq xatırlamadığını, bu ilin yay aylarında saat təxminən gündüz 10-11 radələrində Təqsirləndirilən şəxs ona zəng vuraraq odunlarını aparmasını istədiyini, özünə məxsus “UAZ 452 bartavoy” markalı yük maşını ilə Külüs və Keçili kəndləri arasında Təqsirləndirilən şəxs bostanından odunları apardığını bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıran şahid X1 Vəliyevin haradan ağac kəsdiyini ona demədiyini, ağacları birdəfəyə yükləyib apardıqlarını, ağacların quru yaxud yaş olduqlarını bilmədiyini, kəsilən zaman görmədiyini, maşına ağacları Təqsirləndirilən şəxs yığdığını, neçə kötük olduğunu bilmədiyini, kötükləri Təqsirləndirilən şəxs həyətinə apardığını, ora getdiyi zaman ağaclara baxmadığını, buna görə də odunların quru yaxud yaş olmalarını bilmədiyini, həmin zaman orada başqa şəxslərin olmadığını, Təqsirləndirilən şəxs kəsdiyi odunların qanunsuz olduğunu bilmədiyini göstərmişdir. İş materiallarında olan: Məhkəmə iclasında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 oktyabr 2024-cü il tarixli 1128 saylı rəyi ilə qərarın təsviri hissəsində göstərilən Şahbuz rayon Külüs kənd ərazisində Dövlət mülkiyyətində olan yaş ağacların qanunsuz kəsilməsi nəticəsində (tikinti və abadlaşdırma istisna olmaqla) təbiətə dəymiş ziyanın məbləği nəzəri qaydada 2300 (iki min üç yüz) manat müəyyən edilir. xx.xx.2024-cü il tarixli Baxış keçirilmə haqqında Protokolla Şahbuz rayon Külüs kəndində yerləşən torpaq sahəsinin aşağı hissəsində yerləşən çay kənarında olan ərazidə müxtəlif yerlərdə olan 07 (yeddi) ədəd söyüd ağacının Təqsirləndirilən şəxs tərəfindən odunkəsən aparatla kəsilməsi müəyyən edilir. Şahbuz rayon X14 və Təhqiqat qrupunun müstəntiqi İsmayıl Salayevin sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz kəsilmiş yaş halda söyüd ağacı cinsindən olan diametri 28, 1-32, 32, 1-36, 32, 1-36 sm olan 03 (üç) ədəd və 02 (iki) söyüdağac cinsindən olan 28, 1-32, 28, 1-32, 28, 1-32 və 36, 1-40 sm diametrində olan budaqlarını kəsərək sonradan müəyyən ölçülərdə doğradığı ağac parçaları maddi sübut kimi tanınaraq saxlanılması üçün Şahbuz rayon Külüs kənd sakini X2 yaşadığı həyətində istifadə edilməyən yardımçı tikilidə saxlanılması üşün təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz kəsilmiş yaş halda söyüd ağacı cinsindən olan diametri 28, 1-32, 32, 1- 36, 32, 1-36 sm olan 03 (üç) ədəd və 02 (iki) söyüdağac cinsindən olan 28, 1-32, 28, 1-32, 28, 1-32 və 36, 1-40 sm diametrində olan budaqlarını kəsərək sonradan müəyyən ölçülərdə doğradığı ağac parçaları saxlanılması üçün Şahbuz rayon Külüs kənd sakini X2 yaşadığı həyətində istifadə edilməyən yardımçı tikilidə saxlanılması üşün təhvil almışdır. Şahbuz rayon X14 və təhqiqat Qrupunun müstəntiqi İsmayıl Salayevin qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və X3 14 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Y.Budaqov adına Nахçıvаn MR Psiхi Xəstəliklər Dispаnsеrinin xx.xx.2024-cü il tarixli 1649 nömrəli məktubundan görünür ki, Şahbuz rayon Keçili kəndində qeydiyyatda olan, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Y.Budaqov adına Nахçıvаn MR Psiхi Xəstəliklər Dispаnsеrində narkomaniyaya, alkoqolizmə və ruhi xəstəliyə görə dispanser qeydiyyatında dayanmır. Şahbuz rayonu, Keçili kənd inzibati ərazi dairəsi üzrə icra Nümayəndəliyi tərəfindən verilən xasiyyətnaməyə və ailə tərkibi haqqında arayışa əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmaqla Şahbuz rayonu, Keçili kəndində qeydiyyatda durmaqla, həmin kənddə yaşayır, evlidir, onun ailə tərkibi özü, arvadı X5, üç uşağı xx.xx.2005-ci il təvəllüdlü X11 və iki yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X4 ibarətdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, himayəsində azyaşlı uşağının olmasını, onun səmimi peşmançılığını, törətdiyi əməli etiraf etməsini, onun yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətlərinin, eləcə də tələblərinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzaların həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosialpsixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; X19rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi (CPM 59.1.13), himayəsində azyaşlı uşağının olmasını (CPM-in 59.1.4), onun səmimi peşmançılığını, törətdiyi əməli etiraf etməsini, onun yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətlərinin, eləcə də tələblərinin olmamasını cəzanı yüngülləşdirən (CPM 59.2) hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, onun müsbət xarakterizə olunmasını, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməlidir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halın olmasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, ona təyin ediləcək cəzanın islah olunmasına təsiri imkanlarını, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf edib həmin əməlin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini dərk edərək səmimi peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə nəzərdə tutulmuş cəzalardan az ciddi cəza növü hesab olunan cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon icra və probasiya bölməsinə həvalə edilməlidir. İş üzrə ekspertiza xərci olan cəmi 40 manat pul hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X18 Muxtar Respublikası İdarəsinin AZ88NABZ******************** nömrəli müxbir hesabına ödənilməlidir Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şahbuz rayonu Külüs kənd sakini X2 yaşadığı həyətində istifadə edilməyən yardımçı tikilidə saxlanılan 03 (üç) ədəd söyüd ağacı cinsindən olan diametri 28, 1- 32, 32, 1-36, 32, 1-36 sm olan və 02 (iki) söyüdağac cinsindən olan 28, 1-32, 28, 1- 32, 28, 1-32 və 36, 1-40 sm diametrində olan Təqsirləndirilən şəxs tərəfindən kəsilmiş ağac parçaları hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməlidir. Məhkəmə xərci olaraq ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Təqsirləndirilən şəxs müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Vəkillər X9 Respublikası Vəkilllər Kollegiyasının hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsasların olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinib, 5000 (beş min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 40 (qırx) manat pul hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X18 Muxtar Respublikası İdarəsinin AZ88NABZ******************** nömrəli müxbir hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Şahbuz rayonu Külüs kənd sakini X2 yaşadığı həyətində istifadə edilməyən yardımçı tikilidə saxlanılan 03 (üç) ədəd söyüd ağacı cinsindən olan diametri 28, 1-32, 32, 1-36, 32, 1-36 sm olan və 02 (iki) söyüdağac cinsindən olan 28, 1-32, 28, 1-32, 28, 1-32 və 36, 1-40 sm diametrində olan Təqsirləndirilən şəxs tərəfindən kəsilmiş ağac parçaları hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin. Hökmün icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon İcra və probasiya bölməsinə həvalə edilsin. Məhkəmə xərci olaraq ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Təqsirləndirilən şəxs müdafiəçisi Naxçıvan “ASAN” Vəkil Bürosunun Vəkil Bürosunun vəkili Müdafiəçi2 ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Vəkillər X9 Respublikası Vəkilllər Kollegiyasının hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsasların olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №1(090)-7/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Hökm — İş №1(090)-7/2024
26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver