Məhkəmə qərarları › İş №1(090)-7/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Hökm — İş №1(090)-7/2025

14.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şahbuz şəhəri İş № 1(090)-7/2025 14.11.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Naxçıvan Şəhər “ASAN” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə; xx xxxxxxxx 2004-cü ildə Şahbuz rayonu, Kolanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, orta təhsilli, subay, fərdi təsərrufat ilə məşğul olan, məhkum olunmayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Şahbuz rayonu, Kolanı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə baxış iclasında baxaraq müəyyən etdi : Tərtib edilmiş məhkəməyədək sadələşdirilmiş icraata dair yekun protokola əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə qonşusu Şahid yaşadığı Şahbuz rayon Kolanı kəndindəki evin həyətinə gedərək, Şahid qızı Zərərçəkmiş şəxs onun toyuğunu öldürdüyü üçün onlar ila mübahisə etməyə başlamış, mübahisə zamanı Təqsirləndirilən şəxs əsəbiləşərək qəsdən baş ilə Zərərçəkmiş şəxs sol göz nahiyyəsindən vurduğu zaman Zərərçəkmiş şəxs sol qaşüstü nahiyyəsinin üzərində əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” dərəcəli zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat qaydasında yekun protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş yekun protokol üzrə özünü təqsirli bilmişdir. Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməli özünün səmimi etirafı ilə yanaşı, iş üzrə aparılmış digər istintaq sənədləri, dindirilmiş zərərçəkmiş və şahid ifadələri və cinayət işinin materiallarında olan digər hüquqi sənədlərlə tam sübuta yetir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərərk, törətdiyi əməldən peşman olduğunu, xx.xx.2025-ci il tarixdə Şahbuz rayon Kolanı kəndində evdə olduğunu, çöldən səs gəldiyini, evin arxasına keçdiyini, orada Zərərçəkmiş şəxs toyuğu vurduğunu gördüyünü, o da Zərərçəkmiş şəxs “niyə belə edirsiz heyvanı” dediyini, Zərərçəkmiş şəxs və anası xalça yuduqlarını, Şahid yabanı əlinə alaraq “səni belə edərəm, ağlın ona buna getməsin” deyə təhqiramiz sözlər işlətdiyi, o da ona “mənim ağlım heç kimə getmir, etdiyinizi hansısa bir kişi etsəydi onda görərdin nə edirəm” dediyini, həmin vaxt Şahid əlini yerə ataraq yabanı götürüb “kişi mənəm” dediyini, “Səni belə edərəm” deyib yabanı başına vurduğunu, ona təhqiramiz ifadə işlətdiyini, onun üstünə gəldiyini, onu vuracağını güman etmədiyini, sonra isə yaba ilə onu vurduğunu, yabanı almaq istəyən zaman Zərərçəkmiş şəxs ağacla onu vurduğunu, əsəbləşərək Zərərçəkmiş şəxs kəllə ilə vurduğunu, barışıq üçün cəhd etdiyini, qarşı tərəf ilk olaraq on min manat, sonra isə yeddi min manat pul istədiyini, maddi imkanı olmadığına görə pul verə bilmədiyini göstərmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirdi ki, təxminən saat 3-4 radələri idi, bir toyuq onların həyətinə düşmüşdü, o toyuğun səsinə gedib, Zərərçəkmiş şəxs toyuğu ağacla vurub, öldürüb onlar tərəfə atıb, bunu o görüb, oraya gedərək Zərərçəkmiş şəxs və anasına “kənd yeridir, burada bir-birinin heyvanlar həyətlərinə girirlər, niyə belə edirsiz” deyibdir, Şahid “ağlın başqasına getməsin, səni belə edərik” deyib, O da “mənim ağlım heç kimə getmir, etdiyinizi hansısa bir kişi etsəydi onda görərdin” deyib, Şahid “kişi mənəm” deyib, həmin zaman Şahid həyətində olublar, orada Zərərçəkmiş şəxs və anası olub, Şahid yabanı götürüb və onu vurubdur, Zərərçəkmiş şəxs isə ağacla onu vurub, zərbələr başına dəyib, bir dəfə ağac, bir dəfə isə yaba zərbəsi, o da Zərərçəkmiş şəxs qolundan tutub itələyib, sonra isə başı ilə vurub, Zərərçəkmiş şəxs yıxılmayıb, ayaq üstə dayanıb, sonra isə gedib uzanıb, o isə oradan uzaqlaşıb, barışıq üçün atası və o, cəhd ediblər, özü üzr istəyib, onlardan barışıq üçün külli miqdarda pul vermələrini istəyiblər, maddi imkanları olmadığına görə verə bilməyiblər. Daha sonra sualları cavablandıran təqsirləndirilən Təqsirləndirilən şəxs bildirdi ki, həmin vaxt orada şana və ağac olubdur, şananın sap tərəfi ilə onu vurub, o da əli ilə tutub müqavimət göstərib ki, dəmir olan tərəfi ilə vurmasın, hər ikisi onun baş nahiyəsindən vurublar, başında şiş olubdur. Bundan əlavə sualları cavablandıran təqsirləndirilən Təqsirləndirilən şəxs bildirdi ki, həyətə aqressiv keçməyib, məsələni aydınlaşdırmaq üçün gedib, o artıq söz işlətməyib, qarşı tərəf zərərini qarşılamaqlarını istəyib, onlar isə min manata güclərinin çatdığı üçün o qədər təklif ediblər, Zərərçəkmiş şəxs qaynı vasitəsi ilə pul istəyib. Əlavə olaraq sualları cavablandıran Təqsirləndirilən şəxs ifadəsinndə bildir ki, hadisə gündüz saat 3-4 radələrində baş veribdir, həyətdə oturduğu vaxt toyuğun səsini eşidib, Zərərçəkmiş şəxs toyuğu döyübdür, toyuq isə qışqırıbdır, Zərərçəkmiş şəxs toyuğu çəpərə qısnayıb döyübdür, toyuq onların həyətlərində olub, o da “niyə elə edirsiz, Allahın heyvanıdı” deyib, həmin zaman Zərərçəkmiş şəxs toyuğu öldürüb onların həyətə atıbdır. İlk dəfə vurduğunu görüb, getməyibdir, sonra isə öldürüb onlar tərəfə atdığını görüb, arxasında məsələni aydınlaşdırmaq üçün gedibdir, getdikdə mülayimliklə danışıb, artıq nəsə deməyib, təhqir etməyib, “Sizin də mal-heyvanlarınız bizim həyətə düşür” deyib, sonra çıxıb gəlib, qışqıraqışqıra ona cavab veriblər, o da “hansısa bir kişi olsa onda görərdin” deyib, həmin vaxt Şahid əlini yerə ataraq yabanı götürüb “kişi mənəm” deyib və başına vurubdur, o da müqavimət göstərib, əli yabanını almaq istəyib, istəməyib ki dəmir olan tərəfi ilə onu vursun, sonra Zərərçəkmiş şəxs arxadan onun boynunun arxasından vurub, Zərərçəkmiş şəxs ilə üz-üzə olmayıblar, arxadan onu vurub, Zərərçəkmiş şəxs onun yan tərəfində olub, onu görürdür, ağac gəbə çırpmaq üçün istifadə edilən olub, hardasa 1 m uzunluğunda olub, bərk və yoğun ağac olub, zərbədən başı şişibdir, polisə zərbə aldığını deyib, iki gün sonra həkimə gedib, polisə o da xəsarətlə bağlı şikayət edib, polisdə onu vurduqlarına görə 300-500 manat məbləğində cərimə olunduqları ona bildiriblər, o Zərərçəkmiş şəxs həm əsəbləşərək, həm də əllərindən qurtulmaq üçün vurubdur, onu vurduqlarına görə əsəbləşib, Şahid onu təhqir edib, Şahid onu vurarkən əlini yabanı almaq üçün atıb, həmin zaman Zərərçəkmiş şəxs onu ağacla vurub, yabanı buraxaraq Zərərçəkmiş şəxs tutub itələyib və kəllə atıb, Zərərçəkmiş şəxs da onu vurub, əməlindən peşmandır, barışıq üçün bir neçə dəfə cəhd etsə də, barışa bilməyib, ilk dəfə qarşı tərəf on min manat tələb edib, sonra isə yeddi min manat istəyiblər, Zərərçəkmiş şəxs yoldaşı istəyib, nə üçün bu qədər pul istədiklərini bilmir, zərərçəkmişin qaşını düzəltdirmək üçün istədiklərini deyiblər, Zərərçəkmiş şəxs ilə barışmağa cəhd göstərmiş, lakin sonuncu onunla barışmayıbdır. Məhkəmə iclasın zərəçəkmişşəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə 2025-ci ilin sentyabr ayının 10-da Şahbuz rayon Kolanı kəndində anamgilin evində baş verib. Anası ilə evdə xalça yuyublar, Sədatın toyuqları xalça yumazdan qabaq da onların həyətinə giriblər, beş dəfə toyuqları qovmaq üçün gedibdir, xalça yuyan zaman yenə toyuqlar yenə həyəti dağıdıblar, qovmaq üçün gedib, toyuğun biri çəpərə girib, toyuğu döyməyib, oradan çıxarmaq üçün ağacı atıb, ağac toyuğun başına dəyib ölüb, bilərək öldürməyib, qovmaq üçün ağacı atıbdır, toyuq öldükdən sonra başqa nəsə düşünməmələri üçün Sədatın həyətinə atıb, sonra gedib anasına toyuğun öldüyünü deyibdir, anası birazdan Sədatın anası ilə danışacağını bildiribdir, biraz sonra Sədatın anasının səsi eşidilibdir, anası “xalçanı yuyaq rəngi qarışmasın, sonra mən danışaram” deyibdir, sonra Sədatın səsi gəlib, çəpərin arxasından qışqıraraq “Səroş xala toyuğu kim öldürüb” deyib, onlar isə “biz öldürmüşük” deyiblər, çəpəri tullanıb gələrək “toyuğu niyə öldürmüsüz” deyib, anası “gəlib həyətdə əkinləri dağıdır, üzümün bir kiloqramı bir manat əlli qəpikdir, toyuq gəlib yeyir” deyibdir, Sədatın setqanın dibinə malları bağlayır, setqanı dağıdır, anası da qonşudur deyə şikayət etmir, Sədat ona “toyuğu niyə öldürmüsən” deyib, o da “gəlib anamgilin həyətinə ziyan verir, mən də öldürdüm” deyibdir, “qəsdən etməmişəm, ağacı atdım, başına dəydi, öldü” deyib, ona “Allahın heyvanıdı, sən kişi olsaydın toyuğu döyməyin necə olduğunu sizə göstərərdim” deyib, o isə “mən kişi olsaydım sən bizim həyətə gələ bilməzdin, mənimlə də toyuğa görə dalaşmazdın” deyib, sonra Sədat anası ilə mübahisə etməyə başlayıb, anasına “sizin də mallarınız bizim həyətə keçir, mən niyə sizinlə dalaşmıram” deyib, Sədat anasına nə isə deyib, lakin o xatırlamır, sonra çıxıb gedibdir, anası “bizi sahibsiz, kişisiz görüblər, mənim üstümə hücum çəkir” deyib, Sədat həmin vaxt qayıdaraq anasına “sən nə qələt edirsən” deyib, anası da “qələti sənin böyüyün edir, çıx bu həyətdən” deyibdir, anası mədəni qadındır, Sədatın dediyi kimi ağzından heç vaxt elə söz çıxa bilməz, anası Sədatı qovub, əlində heç nə olmayıbdır, Sədat anasının üstünə gəlib, boğazından yapışıb, həmin zaman onun əlində ağac olubdur, onları aralamaq istəyib, ağacla yaxına gəlib, yanına gəldiyi zaman əli belə dəyməyib, Sədat qolundan tutaraq kəllə ilə vurub, gözləri qaralıb, başı gicəllənib, bacısı Aləmi çağırıb, bacısı elə bilib ki, onun gözü çıxıb, huşu gedib, qonşular gəliblər, onu xəstəxanaya aparıblar, o, Təqsirləndirilən şəxs bağışlamır, həbs cəzası ilə cəzalanmasını istəyir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisənin 2025-ci ilin sentyabr ayının 10-da olubdur, saat 2-3 radələrində, toyuqlar həyətə girərkən beş dəfə qovubdur, Sədatın anasına telefonla zəng vurub demək istəyib, lakin açmayıb, sonra anası deyib, daha sonra Sədatın atası Atəş əmi toyuqları qovduğumu görüb, sonuncu dəfə qovanda isə Sədat görüb, lakin gəlməyib, daha əvvəl bacısı Aləm Sədatı çağıraraq toyuqların onların həyətinə keçdiyini deyib, setqanın altına daş qoymuşlar, toyuqlar oradan onların həyətə keçsin, toyuq keçmək istəyəndə həmörsün koluna ilişib. O da onu qovmaq istəyəndə ağacı atıb, başına dəyən kimi ölüb, toyuğu vuran zaman heç kim görməyib, orada heç kim olmayıb, Sədat həmin zaman orada olmayıb, anası həyətin digər tərəfində xalça yuyubdur, toyuğu aparıb Sədatın həyətlərinə atıb, anasına deyib, çağırıb desin, təxminən 15-20 dəqiqə keçdikdən sonra Sədat onların həyətə gəlib, gəldiyi zaman “Allahın heyvanıdır, toyuğu niyə öldürmüsüz” deyib, o da “bizim həyətə niyə keçib əkinlərimizi yerir” deyib, Sədat ona “sən kişi olsaydın toyuğu döyməyin necə olduğunu sizə göstərərdim” deyib, o “mən kişi olsaydım sən bizim həyətə gələ bilməzdin” deyib, Sədata toyuğu qəsdən öldürmədiyini deyib, sonra Sədat anası ilə mübahisə etməyə başlayıb, anası Sədata “yeri çıx get” deyib, Sədat da dönüb gedib, anası “bizi sahibsiz, kişisiz görüblər, mənim üstümə hücum çəkir” deyib, Sədat qayıdaraq anasına “sən nə qələt edirsən” deyib, anası da “qələti sənin böyüyün edir, çıx mənim həyətimdən” deyib, anasının əlində heçnə olmayıb, Sədat bir əli ilə anasının boğazından, anası isə Sədatın qolarından yapışıbdır, o Sədata heç nə etməyib, Sədat üstünə gələrək qolundan tutaraq kəllə ilə onu vurub, qanı gördükdən sonra huşunu itirib. Sədata heç bir xəsarət yetirməyibdir, anasının da Sədata heç bir xəsarət yetirməsini görməyib, həmin zaman anasının bütün bədəni əsirdi, anasının əlində heçnə olmayıb, onun əlində isə ağac olubdur, lakin ağacla Sədata xəsarət yetirməyib, O Sədata xəsarət yetirə bilməzdi, çatan kimi Sədat onu tutaraq vurub, Sədata tərəf gedərkən əlində ağac olubdur, çatanda Sədat bir əli ilə qolundan, digər əli ilə ağacdan tutaraq onu vurub, o qarşı tərəfə pul miqdarı barədə təklif verməyib, o yalnız estetik üçün çəkəcəyi xərcləri qarşılamasını istəyib, Sədat ondan üzr istəməyib. Daha sonra sualları cavablandıran Zərərçəkmiş şəxs bildirdi ki, Sədatın üstünə yetirməyi onu qıcıqlandırıb, həmin zaman Sədatı təhqir etməyib, Sədat qolundan tutaraq kəllə ilə vurub, Sədat onu vurmaqları bağlı polisə şikayət edibdir, barələrində protokol tərtib edilib, protokolu onları polis şöbəsində saxlayaraq imzaladıblar, protokolu Sədatı vurmaqları əsası ilə tərtib ediblər, cərimə olunmayıbdır, Daxili İşlər nazirliyinə şikayət etdiyinə görə protokolu geri çəkiblər, məcbur qalıb protokolu imzalayıblar, estetik əməliyyat üçün xərclərini qarşılayarsa qarşı tərəflə barışa bilər, Türkiyə Respublikasında 4000 manata estetik əməliyyat oluna bilər. Əlavə olaraq Zərərçəkmiş şəxs bildirdi ki, anası Sədatla mülayim danışmayıb, lakin təhqiramiz ifadə də işlətməyib, kobud formada danışıb, Sədatla anası qarşılıqlı bir-birlərinə qışqırıblar, hirsli olublar, o həmin zaman gəbəni ağacla çırpıbdır, ağac təxminən 1 metr uzunluqda, 2-3 sm diametrdə olubdur, toyuqlar onların həyətə tez-tez giriblər, əsəbi vəziyyətdə gedib qovalayıb, toyuğun qaçdığı tərəfə onu geri qaytarmaq üçün ağacı atıb. Ağac toyuğa dəyib toyuq ölüb, öldürmək məqsədi olmayıbdır, Sədat sağ əli ilə anasının boğazından tutubdur, anası isə iki əli ilə Sədatın qolundan tutubdur, anası Sədata “yeri çıx get” deyib, Sədat da dönüb gedib, anasınının “bizi sahibsiz, kişisiz görüblər, mənim üstümə hücum çəkir” sözündən sonra Sədat geri qayıdıbdır, həmin vaxt Sədat ilə aralarında məsafə az olubdur, Sədat anasına “sən nə qələt edirsən” deyib, anası da “qələti sənin böyüyün edir, çıx mənim həyətimdən” deyib, həmin zaman aralarında təxminən 2 metr məsafə olub, Sədat anasının sözündən sonra geri qayıdıb, anasına “sən nə qələt edirsən” deyib, Anası “qələti sənin valideyinin edir” deyibdir, O Sədatın ona “sən kişi olsaydın toyuğu döyməyin necə olduğunu sizə göstərərdim” deməsini təhqir kimi başa düşüb, o Sədata heçnə deməyib, anası ilə mübahisə edibdir, Sədat anasını tutanda anası ilə üzbəüz olublar, O yan tərəfdən gəlib, Sədat ona tərəfə dönüb, həmin vaxt o Sədata heç bir xəsarət yetirməyib, yaxınlaşanda Sədat onun qolundan tutub, həmin vaxt onun əlində ağac olubdur, o iki əlli ağacı tutubdur, istəyib Sədatın qolundan vursun, laki vurmayıb, vurmağa imkanı olmayıbdır. Bundan əlavə Zərərçəkmiş şəxs bildirdi ki, Sədat anasını buraxıb onu tutaraq vurub, həmin zaman anası Sədatı qollarında tutubdur, o düşünüb ki yaxınlaşsa Sədat oradan gedəcək, anasının boğazından tutduğu üçün əsəbi vəziyyətdə əlində ağacla gedib, Sədatı vurmaq məqsədi ilə ağac əlində olub, lakin vurmayıb, yaxına getdiyi zaman Sədat onu vurubdur, anasının əlində isə heç nə olmayıb, Sədatın yıxılmasını, harasa dəyib zədələnməsini görməyib, xəsarətlərin onda necə yaranmasını bilmir, qarşı tərəf barışıq üçün təklif etdikdə estetik əməliyyat üçün xərclərini qarşılayarsa barışa biləcəyini bildirib, yeddi min manat məbləğ bacısının yoldaşı tərəfindən bildirilib, həmin pulu onun əməliyyat xərcləri üçün istəyiblər, hadisədə olandan bir həftə sonra Türkiyə Respublikasında xəstəxanada tibb bacısı işləyən qohumlarından 4000 manat estetik əməliyyat xərci olacağını öyrəniblər, gözümün üzərindəki çapığa estetik əməliyyat etdirmək istəyir, hər iki qaşını estetik əməliyyat etdirməlidirki eyni olsun. Əlavə olaraq sualları cavablandıran Zərərçəkmiş şəxs bildirdi ki, ağac ilə toyuğu vurubdur, sonra ağacı götürərək gəbə yumağa qayıdıb, toyuğu vurduğu ağacla anası ilə Sədatı aralamaq üçün yaxınlaşıb, ağac gəbə yuyarkən yanında olub, Sədat anasının üzərinə hücum edərkən şotkunu qoyub ağacı götürüb, ağacı götürməyini anası görməyib, ağacı toyuğa tulladıqdan sonra ağacı təkrar götürüb qayıdıb, ağacı gəbə çırpmaq üçün götürüb, Sədata “qurumsaq, anamı ötür” deyibdir, anası dedikdə yadına düşdü, başqa təhqiramiz ifadə işlətməyib, Sədat onu anasının arxasından qolunu tutaraq çəkib vurub, anası həmin vaxt Sədatın qolundan tutulu vəziyyətdə olublar. Məhkəmə iclasında iştirak edən Şahid verdiyi ifadəsində göstərmişdir ki, 2025-ci ilin sentyabr ayının 10-da qızı Esmira ilə palaz, xalça, döşəmə yuyurdular, Əliyev Atəşin toyuqları onların həyətinə keçiblər, beş dəfə toyuqları qovublar, o evdən döşəməni gətirməyə gedib, qayıtdıqda qızı Esmira yox idi, gəldikdə qızı toyuqları qovmağa getdiyini, toyuğu öldürdüyünü, sonra isə Atəşin həyətlərinə atdığını deyibdir, evlərinin arxasında xalça yuyublar, oradan Atəşin həyəti görünmür, gəbə yuyarkən Sədatın anasının səsini eşidiblər, qızına “gəbəni götürək, rəngi qarışmasın, gedim görüm Afoş nə deyir” deyibdir, evin qarşısına keçdikdə Sədatın orada Dövlət ittihamçısı evinin yanından “ay Teloş xala” deyərək çağırdığını eşidib, kənddə ona “Teloş” deyə səslənirlər, Sədat ondan toyuğu kimin vurduğunu soruşub, o da “biz vurmuşuq” deyib, Sədat “toyuğu niyə vurmusuz” dedikdə, o “bağa girib ona görə vurmuşuq, qoymayın” deyibdir, sonra Sədat setqadan tullanaraq söyə-söyə üstünə gəlib, “Qancıq”, “evdə kişi olsa gör başına nə oyun gətirirdim” deyibdir, qızı “evdə kişi olsa idi sən bura nəyə gəlirdin” deyib, Sədat çala tərəfdə olub, onlar isə yuxarı tərəfdə olublar, o Sədata “yeri çıx get” deyib, Sədat yuxarı qalxaraq onun boğazından tutub, o da onun qolundan tutub, “Burax məni” deyib, Sədatla üz-üzə olublar, həmin an qızı Esmira gəlib, Sədat Esmiranı başı ilə vurub, qızını qan götürüb, qızı bacısı Aləmi çağırıb, Sədat oradan uzaqlaşaraq Dövlət ittihamçısı evinin arxasında dayanıb. Məhkəmə iclasında sualları cavablandıran Şahid ifadəsində bildirmişdir ki, ilk dəfə Sədat ona çağıranda aralarında 50 metr məsafə olub, Sədat orada olarkən “niyə vurmusuz” deyə soruşub, sonra yaxınlaşıb 7-8 metr məsafədə, aşağı tərəfdə dayanıb, həmin vaxt onların həyətlərinin içində olub, Sədat deyinib, o isə ona “yeri çıx get” deyibdir, həmin vaxt Sədat “qancıq” kimi ifadələr işlədib, onu təhqir etməyib, Sədat üstünə yetirərək onu tutub, Esmira isə gəbənin üstündə olub, Esmira yaxınlaşdıqda Sədat sağ əli ilə onun çiynindən tutaraq dartıb və başı ilə vurub, həmin vaxt əlində heçnə olmayıb, qızı yaxına gələ bilməyib, gələn kimi Sədat vurub, Esmira gələrkən “qurumsaq, anamı ötür” deyibdir, Esmira onun arxasından gəlib, Esmiranın əlində heçnə görməyib, Esmiranın səsinə qonşular gəliblər, Sədat bir əli ilə onu tutub, digər əli ilə Esmiranı tutub vurub, döndükdə Esmiranın yaralandığını görüb, səsə qonşular gəlib, müalicəyə heç bir köməklik göstərməyiblər, Atəş həkimə 50 manat pul veribdir, bundan başqa köməklik olmayıb. Daha sonra sualları cavablandıran Şahid bildirdi ki, Sədat Esmiranı toyuğu vurduğuna görə onu vurubdur, bir əlini ondan çəkərək Esmiranı vurub, Esmira yaxınlaşarkən onun arxa tərəfindən gəlib, gələrkən əlində heç nə olmayıbdır, mübahisəyə səbəb toyuq olub, əvvəllər Təqsirləndirilən şəxsla heç bir mübahisələri olmayıb, bir-birlərini qonşu kimi ötüşdürüblər, ailə üzvləri ilə də mübahisələri olmayıb, qızı onlara qonaq gəlibdir, qızına toyuqları qovmasını o deyibdir, onların həyəti böyükdür, həmin gün həyətin arxa tərəfində xalça yuyublar, həyətin ayağında isə Sədatgilin həyətidir, hər gün toyuqlar onların həyətə keçirdilər, həmin gün beş dəfə toyuqlar onların həyətə keçiblər, Sədatın özü toyuqları qovduqlarını görmüşdü, qızı ağacı ataraq toyuğu öldürdüyünü deyib, Sədat bunu görərək evə gedib, Sədatın anası toyuğun öldüyünü gördükdə çığırıb, o getdikdən sonra onlar gəbəni yumağa davam ediblər, Sədat Dövlət ittihamçısı evinin arxasına gələrək çağırıb, oradan onların olduğu yer görünür, Sədat “ay Teloş xala” deyərək çağırıb, sonra Sədat ondan toyuğu kimin vurduğunu soruşub, o da “biz vurmuşuq” deyib, Sonra Sədat setqadan aşaraq üstünə gəlib, o isə “yeri get” deyib, Sədat gələrək onun tutub, təhiqredici ifadə işlətməyib, yalnız “qancıq” deyib, həmin vaxt Esmira gəbəni yuyubdur, o isə gəbənin yaxınlığında olub, ara məsafələri az olub, qızının əlində şotku olub, başqa nəyisə əlində görməyib, Sədata “çıx get” deyib, Sədatla üz-üzə olublar, Esmira toyuğu lobya çubuğu ilə vurubdur, gəbə çırpmaq üçün orada ağac olmayıbdır, yanlarında heç bir ağac olmayıb, Sədata heç bir təhqiramiz ifadə işlətməyibdir, qızı Sədat onu tutarkən “qurumsaq, anamı ötür” deyibdir, Sədatın niyə birdən-birə onu gəlib yaxasından tutduğunu bilmir, Sədat “toyuğu niyə vurmusuz” dedikdə o da “toyuğu bizim həyətə ötürməyin, üzümü, pomidoru yeyir” deyibdir, Sədat “evdə kişi olsa gör başına nə oyun gətirərdim” deyib, qızı isə “evdə kişi olsa idi sən bura gələ bilməzdin” deyibdir, bu sözdən sonra Sədat onun üstünə yetirib tutub, qızı Sədat onu tutan kimi yaxınlaşıb, gələn kimi Sədat əlini atıb qızını vurub, Sədat həmin vaxt onunla üz-üzə olub, qızı isə onun arxasından gəlib, bir-birilərini tutarkən Sədat çiyninin üstündən əlini ataraq Esmiranı tutub, başı ilə Esmiranı vurub. Əlavə olaraq sualları cavblandıran Şahid bildirdi ki, Sədat onlardan polisə şikayət edibdir, polis şöbəsinə çağırılıblar, onlara inzibati tənbeh verilməyib, Sədatın yıxılmasını, harasa dəyib zədələnməsini görməyib, xəsarətlərin onda necə yaranmasını bilmir, hadisədən sonra da bu barədə eşitməyibdir. İş materialında olan 10 sentyabr 2025-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə Şahbuz rayonu Kolanı kəndində Şahid məxsus yaşayış evinin həyətində baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 396 saylı, xx.xx.2025-ci il tarixli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı sol qaşüstü nahiyyəsinin üzərində cərrahi tikişləri olan əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən və onun müayinə məqsədi ilə Şahbuz rayon Mərkəzi Xəstəxanasından RHŞ-ə müraciət etdiyi, yəni xx.xx.2025-ci il tarixdə və şəraitdə əmələ gəlməsi mümkün olduğu və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “Yüngül” zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 399 saylı, xx.xx.2025-ci il tarixli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı başın ənsə nahiyyəsinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, müddəti qərarın təsviri hissəsində göstərilən, yəni xx.xx.2025-ci il tarixdə və şəraitdə əmələ gəlməsi mümkün olduğu və sağlamlığa zərə vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilməyənə aiddir. Azərbaycan Respublikası Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şahbuz RPİ-nin UQSİQ-nə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şahbuz rayon polis şöbəsindən xx.xx.2025-ci il tarixdə daxil olmuş xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlərdən (protokol, qərar və s.) görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında Zərərçəkmiş şəxs və Şahid barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə protokol tərtib edilmiş, Zərərçəkmiş şəxs 300 manat məbləğində inzibati cərimə edilmiş, Təqsirləndirilən şəxs Şahid şikayət və tələbinin olmamasına əsasən Şahid barəsində başlanmış inzibati icraata xitam verilmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli “böyük ictimai təhlükə törətməyən” cinayət olmaqla həyat və sağlamlıq əleyhinə olan cinayətdir. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyətinin Kolanı inzibati ərazi idarəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 147 saylı, xx.xx.2025-ci il tarixli ailə tərkibi barədə arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmaqla, onun 4 nəfərdən ibarət ailə tərkibi var. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hər tərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə araşdırılmış sübutların məcmuyuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə həmçinin nəzərə alır ki, hadisə Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlamış, sözlü mübahisə zamanı hadisə yerində olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun anası Şahid Təqsirləndirilən şəxs üzərinə gələrək onu vurub sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişlər. Həmin hal iş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 399 saylı, xx.xx.2025ci il tarixli ekspertiza rəyi ilə də öz təsdiqini tapmışdır. (İ-cild, i.v.28-29) Eyni zamanda məhkəmə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına mübahisə zamanı nalayiq ifadə işlətməməsi ona zərər yetirməməsi barədə ifadəsinə tənqidi yanaşır və zərəçəkmiş şəxsin qeyd edilən ifadəsinin həmin hissəsini mötəbər sübut hesab etmir və qəbul edilməz hesab edir. Belə ki, istər zərərçəkmiş Zərərçəkmiş şəxs verdiyi izahatı, istərsə də şahid və eyni zamanda zərərçəkmiş Zərərçəkmiş şəxs anası Şahid məhkəməyə verdikləri ifadələri ilə müəyyən olunur ki, tərəflər arasında təqsirləndirilən şəxs həyətində zərərçəkmiş şəxsin həyətinə bir neçə dəfə toyuq keçməsi ilə bağlı mabahisə olmuş, sonuncu dəfə mübahisə zamanı zərəçəkmiş Zərərçəkmiş şəxs və onun anası Şahid əlində olan ağac parçası ilə Təqsirləndirilən şəxs dərəcəsi müəyyən olunmayan xəsarətlər yetirmişlər və onun ünvanına nalayiq ifadələr işlətmişlər. Göründüyü kimi, tərəflər arasında yaşanan mübahisə ilə bağlı hadisə zamanı hər iki tərəf qarşılıqlı dalaşma şəraitində olmuşlar. Məlum hadisə zamanı qarşılıqlı dalaşmanın qarşısını almaq üçün müdaxilə edən zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hər-hansı xəsarət yetirmək niyyəti mövcud olmuş və nəticədə Zərərçəkmiş şəxs əlində olan ağac parçası ilə Təqsirləndirilən şəxs başının ənsə nahiyəsinin bir qədər orta və sol hissəsində sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Bu isə Təqsirləndirilən şəxs törətdiyi əməlin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsinə dəlalət edir. Belə ki, Şahid məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki,“Sədat üstünə yetirərək onu tutub, Esmira isə gəbənin üstündə olub, Esmira yaxınlaşdıqda Sədat sağ əli ilə onun çiynindən tutaraq dartıb və başı ilə vurub”....... “Esmira gələrkən “qurumsaq, anamı ötür” deyibdir, Esmira onun arxasından gəlib, Esmiranın əlində heçnə görməyib” .....hər gün toyuqlar onların həyətə keçirdilər, həmin gün beş dəfə toyuqlar onların həyətə keçiblər,”.......”qızının əlində şotku olub, başqa nəyisə əlində görməyib,””Esmira toyuğu lobya çubuğu ilə vurubdur”........”qızı Sədat onu tutarkən “qurumsaq, anamı ötür” deyibdir, Sədatın niyə birdən-birə onu gəlib yaxasından tutduğunu bilmir,”. Həmçinin Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, ....beş dəfə toyuqları qovmaq üçün gedibdir, xalça yuyan zaman yenə toyuqlar yenə həyəti dağıdıblar, qovmaq üçün gedib, toyuğun biri çəpərə girib, toyuğu döyməyib.....Sədat anasına nə isə deyib, lakin o xatırlamır, sonra çxıb gedibdir, anası “bizi sahibsiz, kişisiz görüblər, mənim üstümə hücum çəkir” deyib, Sədat həmin vaxt qayıdaraq anasına “sən nə qələt edirsən” deyib, anası da “qələti sənin böyüyün edir, çıx bu həyətdən” deyibdir, ......Sədat anasının üstünə gəlib, boğazından yapışıb, həmin zaman onun əlində ağac olubdur, onları aralamaq istəyib, ağacla yaxına gəlib, yanına gəldiyi zaman əli belə dəyməyib, Sədat qolundan tutaraq kəllə ilə vurub,......toyuq keçmək istəyəndə həmörsün koluna ilişib. O da onu qovmaq istəyəndə ağacı atıb, başına dəyən kimi ölüb....Sədat anası ilə mübahisə etməyə başlayıb, anası Sədata “yeri çıx get” deyib, Sədat da dönüb gedib, anası “bizi sahibsiz, kişisiz görüblər, mənim üstümə hücum çəkir” deyib, Sədat qayıdaraq anasına “sən nə qələt edirsən” deyib, anası da “qələti sənin böyüyün edir, çıx mənim həyətimdən” deyib, anasının əlində heçnə olmayıb, Sədat bir əli ilə anasının boğazından, anası isə Sədatın qolarından yapışıbdır, o Sədata heç nə etməyib, Sədat üstünə gələrək qolundan tutaraq kəllə ilə onu vurub, qanı gördükdən sonra huşunu itirdim. Sədata heç bir xəsarət yetirməyibdir,.....O Sədata xəsarət yetirə bilməzdi, çatan kimi Sədat onu tutaraq vurub, Sədata tərəf gedərkən əlində ağac olubdur, çatanda Sədat bir əli ilə qolundan, digər əli ilə ağacdan tutaraq onu vurub......Sədatın üstünə yetirməyi onu qıcıqlandırıb, həmin zaman Sədatı təhqir etməyib, Sədat qolundan tutaraq kəllə ilə vurub, Sədat onu vurmaqları bağlı polisə şikayət edibdir,.....Sədatla anası qarşılıqlı bir-birlərinə qışqırıblar, hirsli olublar, o həmin zaman gəbəni ağacla çırpıbdır, ağac təxminən 1 metr uzunluqda, 2-3 sm diametrdə olubdur, toyuqlar onların həyətə tez-tez giriblər, əsəbi vəziyyətdə gedib qovalayıb, toyuğun qaçdığı tərəfə onu geri qaytarmaq üçün ağacı atıb........Sədat sağ əli ilə anasının boğazından tutubdur, anası isə iki əli ilə Sədatın qolundan tutubdur, anası Sədata “yeri çıx get” deyib Sədat da dönüb gedib, anasınının “bizi sahibsiz, kişisiz görüblər, mənim üstümə hücum çəkir” sözündən sonra Sədat geri qayıdıbdır......Sədat anasının sözündən sonra geri qayıdıb, anasına “sən nə qələt edirsən” deyib, Anası “qələti sənin valideyinin edir” deyibdir, O Sədatın ona “sən kişi olsaydın toyuğu döyməyin necə olduğunu sizə göstərərdim” deməsini təhqir kimi başa düşüb, o Sədata heçnə deməyib, anası ilə mübahisə edibdir, Sədat anasını tutanda anası ilə üzbəüz olublar, O yan tərəfdən gəlib, Sədat ona tərəfə dönüb, həmin vaxt o Sədata heç bir xəsarət yetirməyib, yaxınlaşanda Sədat onun qolundan tutub, həmin vaxt onun əlində ağac olubdur, o iki əlli ağacı tutubdur, istəyib Sədatın qolundan vursun, lakin vurmayıb, vurmağa imkanı olmayıbdır.....o düşünüb ki yaxınlaşsa Sədat oradan gedəcək, anasının boğazından tutduğu üçün əsəbi vəziyyətdə əlində ağacla gedib, Sədatı vurmaq məqsədi ilə ağac əlində olub, lakin vurmayıb, yaxına getdiyi zaman Sədat onu vurubdur,......ağac ilə toyuğu vurubdur, sonra ağacı götürərək gəbə yumağa qayıdıb, toyuğu vurduğu ağacla anası ilə Sədatı aralamaq üçün yaxınlaşıb, ağac gəbə yuyarkən yanında olub, Sədat anasının üzərinə hücum edərkən şotkunu qoyub ağacı götürüb, ağacı götürməyini anası görməyib, ağacı toyuğa tulladıqdan sonra ağacı təkrar götürüb qayıdıb, ağacı gəbə çırpmaq üçün götürüb, Sədata “qurumsaq, anamı ötür” deyibdir, anası dedikdə yadına düşdü, başqa təhqiramiz ifadə işlətməyib, Sədat onu anasının arxasından qolunu tutaraq çəkib vurub, anası həmin vaxt Sədatın qolundan tutulu vəziyyət olublar. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMin 59.1.8-ci maddəsinə əsasən iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında yaranan mübahisə zamanı tərəflər bir-birlərinin ünvanına nalayiq və təhqir edici ifadələr işlətmələrini, mübahisə zamanı Esmira Qaryevanın və onun anasının Təqsirləndirilən şəxs xəsarətlə müşaiyət olunmayan zor tətbiq etmələrini, nəticədə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hərəkətlərinin təsiri altında cinayət əməlini törətməsini, CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi əməli etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmaqla barəsində şikayətin daxil olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; X2rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər “ASAN” Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına köçürülməlidir. İş üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsasların olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1100 (bir min bir yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın Hökmün icrası Şahbuz Rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Naxçıvan Şəhər “ASAN” Vəkil bürosunun vəkili Müdafiəçi ibtidai istintaq zamanı və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına köçürülsün. İş üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar