Məhkəmə qərarları › İş №1(090)-9/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Hökm — İş №1(090)-9/2025

23.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şahbuz şəhəri İş № 1(090)-9/2025 23.02.2026 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə; xx.xx.1977-ci ildə Naxçıvan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 uşaq atası, orta-ixtisas təhsilli, işsiz, məhkumluğu olmayan, Naxçıvan şəhəri, Əliqulu Qəmqüsar küçəsində qeydiyyatda olmaqla Babək rayonu, Hacıvar kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin baxış iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyində suiistifadə etməklə xeyli miqdarda talamaqla mənimsəmiş və şəxsi və ailəvi ehtiyaclarına, onlayn-kazinoda sərf etməklə israf etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 2025-ci ilin may ayının 29-da Batabat restoranında qeyri-qanuni icraçı-direktor təyin olunub, iyul ayının 12-si işə getməyibdir, həmin vaxtdan iyirmi günlük Türkiyə Respublikasına gedib, qayıtdığı zaman barəsində cinayət işi açılıb, əməlini etiraf edibdir, "xxxx" restoranında olan al-verin bazarlıq işlərini o edib, al-verdən qalan pulları mənimsəyibdir, bazardan bir neçə nəfərdən mal götürüb, həmin malların pulları hesabata salınıb, lakin o ödəməyib pulu mənimsəyib, 28 may 2025-ci il tarixdə Səttar Möhbalıyev tərəfindən “Təbriz” otelə çağırılıbdır, orada ona "xxxx" restoranın direktorluğu təklif olunub, təklifi qəbul edib, 29 may 2025-ci il tarixdə Ayxan müəllim, Telman müəllim və O birlikdə "xxxx" restoranın inventarlarını təhvil almaq üçün gediblər, Şahid13 “Təbriz” otel və "xxxx" restoranın mühasibidir, həmin tarixdən 12 iyul 2025-ci il tarixdə qədər orada işləyidir, işlədiyi zaman restoranın mənfəətini on yeddi min manata qədər mənimsəyib, bundan başqa bazardan olan satıcıların pullarını mənimsəyib, həmin pulları mobil telefonda “Pinco-Casino” onlayn oyununda uduzubdur. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, "xxxx" restoranında icraçı-direktor vəzifəsində işləyib, restoranın bazarlığını edirdi, işçilərin əməkhaqqısını o verirdi, kassaya qarışmayıb, gün ərzində olan al-verin hesabatını kassir növbəti gün ona verirdi, Şahid13 ilə günlük haqq-hesab edirdilər, Zöhrab adlı ət satandan quzu əti alıb, ona təxminən iki min üç yüz manat, Orxan adlı araq satıcısına 1150-1200 manat, "xxxx" MMC-yə 1200 manat, meyvə-tərəvəz satan Hacıya 150-153 manat borcu qalıb, işçilərin əməkhaqqılarından 70, 80, 100 manat qalanlar var idi, işçilərə ödənilməmiş 500 və ya 700 manat qalıbdır, “Fiat Doblo” markalı avtomobilin təmiri üçün 1750 manat ayırılıbdır, həmin pulu da digər pullarla birlikdə “Pinco-Casino” onlayn oyununda uduzub, başqa yerə pul xərcləməyib, vurulan ziyanla bağlı heç bir ödəniş etməyibdir. Əlavə olaraq sualları cavablandıran Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, "xxxx" restoranında icraçı-direktor vəzifəsinə təyin olunubdur, vəzifəyə təyin olunmağı ilə bağlı heç bir sənədləşmə aparılmayıbdır, bacısının əri Əsgərov Akif mikrorayonda “milli yeməklər” restoranını işlədir, o həmin zaman “İzmir” restoranında işləyibdir, O zəng vuraraq Səttar müəllimin onu "xxxx" restoranına müdür təyin etmək istədiyini deyib, o da qəbul edibdir, təxminən bir ay sonra 28 may 2025-ci il tarixdə zəng vuraraq onu “Təbriz” otelə çağırıblar, oradakı bütün səlahiyyətləri ona həvalə ediblər, Şahid13 “Təbriz” otelin mühasibidir, O "xxxx" restoranında mühasibatlıq işlərini görür, gündəlik hesabatları fakturalara əsasən ona veribdir, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, ona heç bir təzyiq olmayıbdır. Əlavə olaraq Təqsirləndirilən şəxs bildirdi ki, ittiham aktında qeyd olunan məbləğlərə heç bir etirazı yoxdur, hesablamalar dəqiq aparılıb, ibtidai istintaq zamanı bəzilərində o artıq pul göstərsə də, izahatlar verilən zaman borcunun az olduğu müəyyən olunub, malları götürərkən "xxxx" restoranının adına götürübdür, satıcılar borclu kimi restoranı qəbul ediblər, o da oranın direktoru olduğuna görə malları götürübdür, nisyə aldığı malların pulunu mənimsəyibdir, ilk vaxtlar malları götürüb növbəti günün qazancı ilə pulu ödəyiblər, lakin iyul ayında son 10 gün pulu ödəyə bilməyib, həmin pulları istifadə etdiyinə görə tənzimləyə bilməyib, o işdən çıxdıqdan sonra şirkətlərə qalıq mal qaytarılmayıb, O pulları hesabata salıb ödənilmiş kimi özünə götürübdür, ödənilmiş kimi göstərsə də faktiki olaraq ödəməyibdir, o özünü səlahiyyətli və vəzifəli şəxs kimi bilibdir, pul vəsaitləri onun sərəncamında olubdur, puldan istifadə etmək kiminsə icazəsi ilə olmurdu, işçilərin əməkhaqqısını da o veridi, nisyə göstərdiyi malların pulunu ödənilmiş kimi göstəribdir, nisyə aldığı əsasən araq, ət və digər min manatdan aşağı məbləğdə alınmış məhsullar olub, spirtli içkilərin pulunu da ödənilmiş kimi göstərib və mənimsəyibdir, Şahid14 900 manat pulu özü üçün borc alıb, həmin pulun "xxxx" restoranına aidiyyatı yoxdur, Musanın götürdüyü mallardan onun məlumatı olurdu, orada işlədiyi zaman malları birlikdə gedib alıblar, o bir mağazadan mal götürdükdə digər mağazadan Musa dayını mal götürməsi üçün göndəribdir, həmin götürdükləri malların pullarını da o ödənilmiş kimi göstərərək mənimsəyibdir, ət məhsullarına görə 2000 manat borc qalıb, Lətafət xanım 650 manat əməkhaqqı alıbdır, 300 manat kartdan, 350 manat isə əldən ödənilibdir, 300 manat kartdan ödənilib, əldən ödənilməli pulun 143 manatı qalıb, həmin pul iyun ayı ödənilməli maaşdan qalıb, həmin pulu ödənilib olaraq yazıb, lakin özü mənimsəyib, may ayının 29dan "xxxx" restoranında fəaliyyətə başlayıb, 3 günlük 2900 manat hesabat onda olubdur, iyul ayının 2-3 tarixində Telman müəllim Batabat restoranına gəlib, hesabat çıxarıldıqdan sonra kassada 3000 manata yaxın kəsri olubdur, 4000 manatı Telman müəllimə təqdim edib, qalan pulu isə 2-3 gün sonra verəcəyini deyib, Telman müəllim isə qəbul etməyibdir, onun üzərində əvvəlki borclar qalmayıb, xərc kimi göstərdiyi məbləğləri ödənilmiş kimi göstərsə də ödəməyibdir, "xxxx" restoranında işçilərin tabeldə 16000 manat əməkhaqqı olubdur, həmin puldan təxminən 15200 manatını verib, 800 manat isə qalıb, tabel bağlandığı zaman həmin pulları ödənmiş kimi göstərərək ödəməyibdir, Şahid5 168 manat ödənilməmiş əməkhaqqısı qalıb, Mədətov Elşənin kim olduğunu bilmir, heç kimin dörd günlük əməkhaqqısı qalmayıb, qaimə və fakturalar onun işlədiyi dövrə aiddir, dəftərdə əməkhaqqı vaxtından əvvəl avans kimi pul götürülməsi qeyd olunub, Mədətov Elşənin adı həmin dəftərdə yoxdur, 11 iyul 2025-ci il tarixdən işdən çıxıbdır, ola bilər ki o işdən çıxmamışdan bir gün qabaq Mədətov Elşən işləsin, blaknot ona məxsusdur, günlük girişçıxışı orada qeyd edibdir, sonda Təqsirləndirilən şəxs tutduğu əməldən peşman olduğunu, məhkəmədən ədalətli qərar verilməsini xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 28 may 2025-ci il tarixdə əmisi Səttar Möhbalıyev onu “Təbriz” otelə çağıbdır, o oraya getdiyi zaman "xxxx" restoranına yeni direktor gələcəyini, Şahid13 ilə gedərək təhvil-təslim etmələrini deyibdir, onlar orada olarkən Təqsirləndirilən şəxs gəlib, Təqsirləndirilən şəxs, Şahid13 və O "xxxx" restoranına gediblər, oradakı inventarları Təqsirləndirilən şəxsla təhvil-təslim ediblər, Təqsirləndirilən şəxs 29 may 2025-ci il tarixdə işə başlayıb, işə başladıqdan sonra, 01 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxsla 3 saylı vergilər idarəsinə gedərək orada əmək müqaviləsi bağlamaq istəyiblər, "xxxx" restoranının vergi borcu olduğundan müqavilə bağlanarsa Təqsirləndirilən şəxs ölkədən çıxışına məhdudiyyət qoyulacağı deyilib, buna görə Təqsirləndirilən şəxs müqavilə bağlanmasını qəbul etməyib, o bir müddət "xxxx" restoranına getməyib, Təqsirləndirilən şəxs Şahid13 ilə hesabatları aparıblar, may ayında 2900 manat mənfəət qalıb, Təqsirləndirilən şəxs Şahid13 bazarlığı onunla tarazlayacağını, buna görə pulu növbəti ay verəcəyini deyib, iyun ayında əmisi Səttar Möhbalıyev "xxxx" restoranına gedib, orada Təqsirləndirilən şəxs hesabatı soruşub, Təqsirləndirilən şəxs kassa açarının onda olmadığını, növbəti gün hesabatı Şahid13 verəcəyini deyib, növbəti gün isə yenə də Təqsirləndirilən şəxs hesabatı Şahid13 verməyib, bu bir neçə gün belə davam edib, iyul ayının 11-i əmisi ona Təqsirləndirilən şəxs mənfəəti almaqlarını deyib, gecə olduğundan növbəti gün "xxxx" restoranına gedib, orada gözləyiblər, Təqsirləndirilən şəxs gəlməyib, bir neçə saat sonra sürücü Musa və kassir Bəhruz onlara yaxınlaşaraq hərəsindən 5000 manat pul borc aldığını deyiblər, əmisinə zəng vuraraq Təqsirləndirilən şəxs zəngləri açmadığını və işçilərdən borc pul aldığını deyibdir, Şahid13 ilə birlikdə araşdıraraq Təqsirləndirilən şəxs mənimsəmə etdiyini müəyyənləşdiriblər, daha sonra şirkət sahibləri gələrək Təqsirləndirilən şəxs onlara borcu olduğunu deyiblər, sənədlərə baxdıqları zaman borcların ödəndiyinin göstərildiyini görüblər, onlar da prokurorluğa müraciət ediblər. Proses iştirakçılarının suallarını cavablandıran zərərçəkmiş hüquqi şəxs "xxxx" MMCin nümayəndəsi Nümayəndə bildirdi ki, işə girdikdən 1 gün sonra, 01 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxsla əmək müqaviləsi bağlamaq istəyiblər, “3 saylı vergilər idarəsi”nə gediblər, orada "xxxx" restoranının vergi borcu olduğundan müqavilə bağlanarsa Təqsirləndirilən şəxs ölkədən çıxışına məhdudiyyət qoyulacağı deyilib, buna görə Təqsirləndirilən şəxs müqavilə bağlanmasını qəbul etməyib, "xxxx" restoranının 33-34 min manat vergi borcu olub, Təqsirləndirilən şəxs vergi borcu bitdikdən sonra müqavilə bağlanmasını istəyib, Təqsirləndirilən şəxs əməkhaqqısı 2000 min manat olaraq təyin edilibdir, 12 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs zəngləri açmadıqdan sonra şirkət sahibləri "xxxx" MMC-yə və onun şəxsi mobil nömrəsinə zəng vuraraq onlara borc qaldığını deyiblər, Namiq adlı mələfə-çexol satıcısına 610 manat, qəssab Zöhraba 2000 manatdan artıq, maşın ustası Ramin zəng vuraraq 1750 manat borc qaldığını, "xxxx" MMC-yə 2054-2055 manat, “Hilal” ət məhsullarına 2000 manat borc olubdur, ümumilikdə onların mənfəətlə birlikdə 31100 manat pulunu mənimsəyibdir. Əlavə olaraq nümayəndə Ayxan Möhbalıyev bildirdi ki, Təqsirləndirilən şəxs əmək müqaviləsi bağlanmadan işləməsinin qanunsuz olduğunu bilməyiblər, şahid qismində iştirak edən "xxxx" restoranının işçiləri iyul ayı ərzində əməkhaqqılarının ödənilməməsi barədə məlumat veriblər, onların hamısının siyahısı götürülüb və ibtidai istintaq zamanı ifadələri alınıb, "xxxx" restoranının inventarlarının Təqsirləndirilən şəxs təhvil verilməsi və onun işçilərə təqdim edilməsi üçün gediblər, inventarları Təqsirləndirilən şəxs təhvil veriblər, aylıq hesabatların aparılması, günlük alınan malların fakturaların mühasib Şahid13 yollanılması, mühasiblə razılaşaraq işçi götürülməsi və çıxarılması səlahiyyətləri Təqsirləndirilən şəxs verilibdir, "xxxx" restoranının alış-verişini Təqsirləndirilən şəxs edibdir, pulunu "xxxx" restoranının vəsaiti ilə Təqsirləndirilən şəxs ödəyibdir, kassada olan həmin pul Təqsirləndirilən şəxs sərəncamında olurdu, onların bundan xəbəri olmurdu, dövlət ödənişləri mühasib tərəfindən ödənilir, rəsmi olmayan ödənişləri isə Təqsirləndirilən şəxs ödəyirdi, borc qalan şirkətlərin pulunun böyük qismi onlar tərəfindən ödənilib, həmin borcları öz öhdəlikləri kimi qəbul edirlər, həmin şirkətlərlə rəsmi olaraq müqavilələri yoxdur, Təqsirləndirilən şəxs həmin şirkətlərlə günlük bazarlıq kimi al-ver edirdi, həmin borcları onların şirkət öz üzərinə götürübdür, spirtli içki üçün olan borcu onlar qaytaracaqlar, hazırda qış müddəti işlər zəif olduğu üçün borcu qaytara bilməyiblər, bu barədə Orxanla danışıblar, meyvə-tərəvəzdən qalan 152 manat borcu da qaytaracaqlar, Lətafət xanımın qalan 143 manat əməkhaqqısını ödəyəcəklər, “Bərəkət” şirkətinin pulunu ödəyiblər. Bununla yanaşı, Nümayəndə ifadəsində təqsirləndirilən şəxsin "xxxx" MMC-yə vurduğu ziyanı hissə-hissə ödəcəyi barədə razılaşdıqlarını, sonuncuya qarşı şikayətlərinin olmadığını göstərmiş, məhkəmədən təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində göstərmişdir ki, əvvəllər Tural müəllim al-ver üçün gəlibdir, 2025-ci ilin yay aylarında Təqsirləndirilən şəxs "xxxx" restoranında işlədiyini öyrənib, həmişə gəlib nəğd pulla al-ver edib, Təqsirləndirilən şəxs da onunla al-ver etmək istədiyini deyib, restoran üçün ondan toyuq, quyruq alıbdır, əvvəllər gəlib nəğd pulla al-ver edirdi, sonra nisyə mal almağa başlayıb, mal alıb növbəti gün pulunu ödəyibdir, sonra borcu qalxaraq 1250 manat olub, Təqsirləndirilən şəxs Türkiyə Respublikasına getdiyini öyrənib, Təqsirləndirilən şəxs təxminən "xxxx" restoranında 40 gün işləyib. Məhkəmədə proses iştirakçılarının suallarını cavablandıran Şahid15 əlavə olaraq bildirdi ki, ilk vaxtlar nəğd pulla alver edib, sonra 150, 200, 110 manat olmaqla nisyə yazdıbdır, sonuncu dəfə 650 manat nisyə yazdırıb, pulları özü gətirib veribdir, nisyə pulları da verəcəyini deyibdir, nisyə aldığı bütün zamanlar özü də orada olub, başqa kimsəni mal almaq üçün göndərməyib, Təqsirləndirilən şəxs sürücü Musa ilə mal almağa gəlirdi, “al-ver olmadı, pul çıxmadı” deyərək nisyə yazdırıbdır, Təqsirləndirilən şəxs götürdüyü malları "xxxx" restoranının adına qeyd edibdir, Təqsirləndirilən şəxs əti öz adına götürməyib, "xxxx" restoranı ilə əvvəldən al-ver ediblər, pulu restorandan tələb edir, həmin pul ona ödənilməyib, pulu tələb edir, Təqsirləndirilən şəxs qabaq vaxtdan da 5894 manat borc qalıb, Təqsirləndirilən şəxs isə 1250 manat borc qalıb, borcu "xxxx" restoranı ödəməyi üzərinə götürüb, borclu kimi "xxxx" restoranını qəbul edir və ödəməsini istəyir, Təqsirləndirilən şəxs "xxxx" restoranının işçisi olduğuna görə ona nisyə mal veribdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində göstərmişdir ki, “Cahan” ticarət mərkəzində mağaza işlədir, 2025-ci ilin yay aylarında Təqsirləndirilən şəxs və sürücü Musa mağazama gəliblər, Musanı illərdi ki, "xxxx" restoranının sürücüsü kimi tanıyır, gələrək dəsmal, divan-kreslo örtükləri və digər əşyalar lazım olduğunu deyiblər, 434 manat nisyə mal götürüblər və verəcəklərini deyiblər, iki gün sonra gələrək yenə 210 manatlıq mal götürüblər, 34 manatı ödəyiblər, 400 manat və 210 manat olmaqla 610 manat borc qalıb, təxminən bir ay sonra yeni mallar almaq üçün getdiyim zaman Musaya zəng vurub, Musa “sizin pulu verməyiblər” deyə soruşub, o isə verilmədiyini deyib, mal alıb qayıtdıqdan sonra ailəsi ilə "xxxx"a gəzintiyə gediblər, qayıdarkən "xxxx" restoranına gedib, orada qapıda Musa ilə qarşılaşıb, Musa ona Təqsirləndirilən şəxs orada olmadığını, qaçdığını, Ayxanla danışmağını deyib, Ayxanın yanına ikinci mərtəbəyə qalxıb, Ayxan ona borcları ödəyəcəyini deyib, bir müddət sonra zəng vuraraq borcunu istəyib, 300 manat, 150 manat və 170 manat olmaqla borcum ödənilib, 610 manat pul ona ödənilib. Məhkəmədə proses iştirakçılarının suallarını cavablandıran Şahid11 əlavə olaraq bildirdi ki, 610 manat pulu ona Ayxan ödəyib, pulu kart vasitəsilə ona ödəyib, həmin qəbzləri təqdim edibdir, əşyaları isə Təqsirləndirilən şəxs və sürücü Musa gələrək alıblar, hər iki al-ver zamanı Təqsirləndirilən şəxs orada olub, əvvəlki vaxtlarda da "xxxx" restoranına mal verib, malları Musanı tanıdığı üçün "xxxx" restoranına verib, pulu ona "xxxx" restoranı ödəyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində göstərmişdir ki, bir neçə ildir "xxxx" restoranı ilə al-ver edirlər, həmin restorana spirtli içki verirlər, sonuncu dəfə 17 iyun 2025-ci il tarixdə "xxxx" restoranına 1233 manatlıq mal veribdir, həftəlik olaraq özləri "xxxx" restoranına mal aparırlar, növbəti həftə isə verilən malların pulunu alırlar. Məhkəmədə proses iştirakçılarının suallarını cavablandıran Şahid12 əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs "xxxx" restoranında işlədiyinə görə tanıyıb, O işlədiyi zaman "xxxx" restoranına bir dəfə mal verib, həmin zaman 1233 manatlıq mal veriblər, həmin pul ona qaytarılmayıb, "xxxx" restoranı ilə işləyiblər, "xxxx" restoranına pulun ödənilməsi ilə bağlı deyibdir, orada ona Təqsirləndirilən şəxs olmadığını, gəldiyi zaman pulu verəcəklərini deyiblər, O Təqsirləndirilən şəxs "xxxx" restoranında vəzifəli şəxs kimi tanıyıb, mal verdiyi zaman Təqsirləndirilən şəxs da orada olub, "xxxx" restoranı həmin borcu ona qaytaracağını bildirib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində göstərmişdir ki, “Cahan” ticarət mərkəzində mağaza işlədir, meyvə-tərəvəz satır, "xxxx" restoranı yarandığı vaxtdan ondan meyvə-tərəvəz alırlar, qış mövsümü restoran ona borclanır, yaz aylarında isə borcu qaytarır, keçmiş müdür Tural müəllimin vaxtında, may ayında restoranın ona 3600 manat borcu olubdur, sonra Təqsirləndirilən şəxs "xxxx" restoranına müdür təyin olunub, onunla al-verə davam ediblər, ilk vaxtlar al-veri nəğd pulla ediblər, son vaxtlarda isə təxminən 150 manat borc qalıb, çıxmamışdan bir gün əvvəl Təqsirləndirilən şəxs ona zəng vuraraq mal gətirildiyini, 900 manat ona pul atmağını, tezdən mal almağa gəldiyi zaman pulu qaytaracağını deyib, Təqsirləndirilən şəxs kartına 900 manat pul atıb. Məhkəmədə proses iştirakçılarının suallarını cavablandıran Şahid7 əlavə olaraq bildirdi ki, meyvə-tərəvəzi Təqsirləndirilən şəxs görə verməyib, "xxxx" restoranı əvvəldən ondan meyvə-tərəvəz al-veri edibdir, Təqsirləndirilən şəxs əvvəl də tanıyıbdır, "xxxx" restoranında işlədiyi üçün o Təqsirləndirilən şəxs nisyə ərzaq veribdir, 150 manat borc hələ də qalır, borcun ödənilməsi barədə Ayxan müəllimə bacımın oğlu İlkin deyibdir, həmin pul ona ödənilməyib, Təqsirləndirilən şəxs "xxxx" restoranında müdür təyin olunduğunu mağazaya sürücü ilə gəlib özünü təqdim etdiyi zaman bilibdir, meyvə-tərəvəzi də şəxsən Təqsirləndirilən şəxs deyil "xxxx" restoranına görə veribdir, Təqsirləndirilən şəxs qabaq qalan borc da ödənilməyib, Təqsirləndirilən şəxs 900 manat pulu borc veribdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində göstərmişdir ki, "xxxx" restoranında sürücü işləyir, Təqsirləndirilən şəxs 2025-ci ilin may-iyul ayları onun müdürü işləyib, 2025-ci ilin iyun ayında Təqsirləndirilən şəxs onu ofisə çağıraraq 5000 manat pul lazım olduğunu deyibdir, o isə 9 aydır əməkhaqqı almadığını deyib, ona təcili pula ehtiyacı olduğunu deyib, o da 5000 manat pul taparaq Təqsirləndirilən şəxs verib, pulu həmin həftə qaytaracağını deyib, həmin zaman al-ver yaxşı gedibdir, Təqsirləndirilən şəxs 3-5 gün sonra işdən çıxıb, telefonuna zəng çatmayıb, sonra Türkiyə Respublikasına getdiyini öyrəniblər, qayıtdığı zaman pulu ona çatdıracağını, narahat olmamağını deyib, pulu hələ də ödəməyib, bazarda tanıdığı qızıl satıcısı Allahverdi işləyir Təqsirləndirilən şəxs ona qızıl almaq istədiyini deyib, həmin qızıl mağazasında gediblər, o oradan "xxxx" restoranının ərzağını mağazalardan götürüb maşına yığmağa gedib, qayıtdığı zaman Təqsirləndirilən şəxs qızılı aldığını görüb, sonra qızıl satıcısı ona zəng vuraraq həmin qızılı onu tanıdığına görə Təqsirləndirilən şəxs verdiyini deyib, Təqsirləndirilən şəxsla "xxxx" restoranının bazarlığını ediblər, malları alaraq maşınla gətiriblər, Vasifdən ət məhsulları, Hacı Ziyarətdən meyvə-tərəvəz alıblar, o oraya sürücü kimi gedibdir. Məhkəmədə proses iştirakçılarının suallarını cavablandıran Şahid10 əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs ilk vaxtlar bazarlığı nəğd pulla edibdir, sonralar nisyə bazarlıq edib, arada nisyə pulları ödəyibdir, son vaxtlar ət məhsullarına nisyə pul yığışıb qalıb, çexol-mələfə, pərdə və dəsmal üçün də borc qalıbdır, başqa kimlərə borc qaldığını bilmir, bazarlıq etdiyi malları, ərzağı hamısını "xxxx" restoranına aparıblar, ilk vaxtlar həmişə Təqsirləndirilən şəxsla birlikdə bazarlığa gediblər, təsadüfən nəsə olmadığı zaman kartof, soğan, pencər və başqa ərzaqları siyahı və faktura əsasında o gedib alıb, siyahı mühasib tərəfindən yazılıbdır, Təqsirləndirilən şəxs olmadığı zamanlarda aldığı malları ona bildiribdir, Təqsirləndirilən şəxs mağaza tərəfindən verilən fakturadan məlumatı olubdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində göstərmişdir ki, 18 iyun 2025-ci il tarixdə Batabat restoranına 3260 manatlıq ət məhsulları veriblər, onun 1260 manatı 07 iyul 2025-ci il tarixdə ödənilib, qalan 2000 manatı borc olaraq qalıb. Məhkəmədə proses iştirakçılarının suallarını cavablandıran Şahid9 əlavə olaraq bildirdi ki, əti Təqsirləndirilən şəxs və Musa götürüb, onlara bud əti və qol əti veriblər, ətlər "xxxx" restoranına gedibdir, uzun illər "xxxx" restoranı ilə işləyiblər, pulu istədiyi zaman Təqsirləndirilən şəxs 1260 manat pulu kartına atıb, Təqsirləndirilən şəxs ət götürən zaman ayın sonuna qədər borcu bağlayacağını deyibdir, ayın biri zəng edib Təqsirləndirilən şəxs sistemin işləmədiyini deyib pulu 07 iyul 2025-ci il tarixdə ödəyib, qalan pulu ayın 15 ödəyəcəyini deyib, ayın 16 zəng vurduğu zaman Təqsirləndirilən şəxs zəng çatmayıbdır, hazırda 2000 manat borc qalır, qalan 2000 manat pulun ödənilməsi barədə Ayxan müəllim sahibkarla danışıb, Təqsirləndirilən şəxs 1260 manatı kartına atıb, qalan 2000 manat pul isə ödənilməyib, ət məhsullarını "xxxx" restoranına veriblər, malları o veribdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində göstərmişdir ki, 9 ildir Batabat restoranında işləyir, Tural müəllim işdən çıxdıqdan sonra Təqsirləndirilən şəxs işləyib, bir ay on beş gün onunla işləyib, 2025-ci ilin iyul ayında 15 günlük əməkhaqqısı qalıbdır, Təqsirləndirilən şəxs “sabah sənin pulunu verəcəm” deyib, sonrakı gün işə gəlməyib, 650 manat əməkhaqqısı olub, əldən verilən maaşının 15 günlüyü qalıbdır, 143 manat pulu ödənilməyib, həmin pul ona hələ də ödənilməyib. Məhkəmədə proses iştirakçılarının suallarını cavablandıran Şahid2 əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs onlarla bir ay on beş gün işləyib, may ayının 29-u işə başlayıb, təxminən iyul ayının 15-i işdən çıxıb, həmin vaxt o icazəli olub, 650 manat əməkhaqqısı alıbdır, may və iyun ayları əməkhaqqısı tam verilib, iyul ayının 15 günlük əməkhaqqısı qalıb, sonrakı ayların əməkhaqqısı Ayxan müəllim verib, əməkhaqqısını həm kartdan, həm də əldən alıbdır, illərdir maaşları elə verilir, qalan ayları Ayxan müəllim gəldiyi zaman verib, qalan pul əldən verilən 143 manatdır, qalan 143 manatı daha sonra Təqsirləndirilən şəxs istəməyib, həmin pulu Ayxan müəllimdən tələb edir, Ayxan müəllimin özü pulu ödəyəcəyinə söz verib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində göstərmişdir ki, Batabat restoranında aşpaz köməkçisi işləyir, 2025-ci ildə Təqsirləndirilən şəxs işlədiyi zaman 15 günlük 168 manat əməkhaqqısı qalıbdır, sonra Təqsirləndirilən şəxs işdən çıxıb. Məhkəmədə proses iştirakçılarının suallarını cavablandıran Şahid3 əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs 2025-ci ilin may ayının 29 işləməyə başlayıb, Təqsirləndirilən şəxs onlar bir ay on beş gün işləyib, 700 manat əməkhaqqı alıbdır, əməkhaqqı 364 manat kartdan, qalan pul isə əldən olmaqla verilibdir, əldən verilən pulun yarısını verib, 168 manat isə qalıbdır, həmin pul iyun ayının əməkhaqqısı olub, pul 15 gündən bir verilibdir, həmin pul hazırda ona ödənilməyib, Ayxan müəllim qalan pulu verəcəkdir, əldən verilən pul 15 gündən bir verilibdir, 700 manat əməkhaqqı alıbdır, əməkhaqqı 364 manat kartdan, qalan pul isə əldən alıbdır, əldən verilən puldan 168 manat qalıb, Ayxan müəllim qalan pulu verəcəyini deyibdir, həmin pulu "xxxx" restoranından istəyibdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində göstərmişdir ki, 29 may 2025-ci il tarixdə Səttar müəllim tərəfindən Təqsirləndirilən şəxs, Ayxan və O “Təbriz” otelə çağırılıblar, Səttar müəllim Təqsirləndirilən şəxs "xxxx" restoranına direktor təyin olunması barədə göstəriş verib, hər üçü birlikdə “Təbriz” oteldən "xxxx" restoranına gediblər, orada inventarların təhvil-təslim prosesi aparılıb, növbəti gün, 31 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs direktor təyin edilməsini rəsmi qaydada aparılması üçün “3 saylı vergilər idarəsi”nə gediblər, Təqsirləndirilən şəxs, Ayxan və o sənədləşmə işləri üçün getdikdə "xxxx" restoranının vergi borcu olduğuna görə Təqsirləndirilən şəxs direktor təyin olunarsa ölkədən çıxışına məhdudiyyət qoyulacağından Təqsirləndirilən şəxs qəbul etməyib, Təqsirləndirilən şəxs "xxxx" restoranında fəaliyyətə başlayıb, may ayı üçün restoranın 2957 manat mənfəəti olubdur, həmin pul kassada olub, iyun ayı üçün 5975 manat mənfəət olubdur, Təqsirləndirilən şəxs mənfəətin kassada olmasını təsdiqləyib və imzalayıb, bundan əlavə 357 manat mikroyazılım proqramı, 1400 manat işçilərin sosial ayırmaları, 667 manat elektrik ödənişi üçün kassada pul olubdur, Təqsirləndirilən şəxs həmin pulların da kassada olmasını təsdiqləyib və imzalayıbdır, sonra kassadakı mənfəəti istədikləri zaman Təqsirləndirilən şəxs sonrakı gün pulu tamamlayıb verəcəyini deyibdir, Təqsirləndirilən şəxs həmin mənfəəti təqdim etməyib və özündə saxlayıbdır, bu hadisə iyulun ayının birindən on birinədək baş verib, sonra Təqsirləndirilən şəxs olmadığını biliblər, Ayxanla birlikdə "xxxx" restoranına gedərək orada kassanı yoxlayıblar, iyul ayının birindən on birinədək zaman üçün orada on üç min manatdan artıq pul olmalı idi, lakin həmin pul orada olmayıbdır, sonra Ayxan şirkətlərlə üzləşmə apararaq borcları müəyyən edib. Məhkəmədə proses iştirakçılarının suallarını cavablandıran Şahid13 əlavə olaraq bildirdi ki, iyun ayının 5975 manat mənfəəti olub, həmin pul kassada olmalı idi, həmin pulu Təqsirləndirilən şəxs istəyib, ay başa çatdıqdan sonra növbəti günün ilk 5 günü ərzində mənfəət çıxarılır, ona işçilərdən heç kim əməkhaqqılarının verilməməsi ilə bağlı nəsə deməyib, Təqsirləndirilən şəxs pulu istədiyi zaman müəyyən miqdarı vermək istəyib, həmin məbləği tam xatırlamasa da mənfəətdən aşağı olubdur, Təqsirləndirilən şəxs sonrakı gün pulu tamamlayıb verəcəyini deyibdir, sonrakı gün yenidən Təqsirləndirilən şəxs dəfələrlə zəng vurub, zəng çatmayıb, bir neçə gün sonra belə hadisə olduğunu bilib, may ayının 29-dan iyul ayının 11-ə kimi Təqsirləndirilən şəxs orada işləyib, işdən çıxdıqdan sonra hara getdiyi barədə heç nə eşitməyib, ümumi ziyan may və iyun aylarının mənfəətləri, 13 günlük pul vəsaiti, 357 manat mühasibatlıq üçün mikroyazılım proqramı ödənişi, işçilərin sosial ayırmaları və 667 manat elektrik ödənişindən ibarət olub. Əlavə olaraq Şahid13 göstərdi ki, may ayının mənfəəti 2957 manat olub, Təqsirləndirilən şəxs kassada olan pul vəsaitinə görə may ayının mənfəəti üçün öhdəlik götürübdür, "xxxx" restoranında başqa mühasib olmayıb, o uzaqdan mühasibatlıq işlərini aparıbdır, “Asan” imza onda olub, o kassaya müdaxilə etməyibdir, Təqsirləndirilən şəxs işə başlayarkən kassada pul olubdur, ay başa çatdıqdan sonra növbəti günün ilk 5 günü ərzində mənfəət çıxarılır, hesabat çıxdıqdan sonra iki ay müddətində Təqsirləndirilən şəxs öhdəliyini icra etməyib, mənfəət nəğd qaydada tam olaraq təqdim olunur, istədiyi zaman Təqsirləndirilən şəxs sonrakı gün pulu tamamlayıb verəcəyini deyib, Təqsirləndirilən şəxs iyul ayına keçən zaman 4000 manatı verməyi təklif edib, o isə mənfəəti tam formada təqdim etməsini bildirib, pulu özünün təqdim edəcəyini deyibdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində bildirmişdir ki, 150 manat əməkhaqqısı qalır, Təqsirləndirilən şəxs "xxxx" restoranında müdürləri olubdur, 29 may 2025-ci il tarixdə işə başlayıb, iyul ayının 11-i isə işdən çıxıb, 650 manat əməkhaqqı alıbdır, 366 manat kartdan, qalan pulu isə əldən alıbdır, əldən aldığı pulun 134 manatını ödəyib, 150 manat pulu isə qalıb, o "xxxx" restoranında texniki işçi işləyir. Məhkəmədə proses iştirakçılarının suallarını cavablandıran Şahid6 əlavə olaraq bildirdi ki, iyun ayının əməkhaqqısından 150 manat pul qalıbdır, pulun yarısını kartdan, yarısını isə əldən alıblar, Təqsirləndirilən şəxs “sabah, birsi gün verəcəm” deyərək pulunu saxlayıbdır, pulu Təqsirləndirilən şəxs istəməyib, Ayxan müəllim pulu verəcəyini deyib, halhazırda "xxxx" restoranında işləyir, Təqsirləndirilən şəxs getdikdən sonra Ayxan müəllim gəlib, pulu ondan istəyibdir, Ayxan müəllim pulu verəcəyini deyibdir, Təqsirləndirilən şəxs 136 manatı verib, qalanını isə verəcəyini deyibdir, əldən pul aldığı zaman kitabçaya imza çəkiblər, 150 manatı almağı ilə bağlı imza çəkməyibdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Kəramət oğlu məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində göstərmişdir ki, "xxxx" restoranı açıldığı zamandan, 2008-ci ildən orada “qarson”, yəni süfrəkeş vəzifəsində işləyir, Tural müəllim çıxdıqdan sonra 29 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs direktor təyin olunub, əməkhaqqılarından 15 günlük pul qalıbdır, onu da verəcəyini deyibdir, işdən çıxarıldıqdan sonra isə əməkhaqqıları qalıbdır. Məhkəmədə proses iştirakçılarının suallarını cavablandıran Şahid1 Kəramət oğlu əlavə olaraq bildirdi ki, əməkhaqqılar 364 manat karta vurulub, 136 manat isə əldən verilibdir, o, 500 manat əməkhaqqı alıbdır, may ayı əməkhaqqısı qalmayıb, iyun ayı üçün kartdan əməkhaqqısı verilib, 15 günlük isə əldən verilən 68 manat əməkhaqqı qalıb, həmin pulu Ayxan müəllimdən istəyibdir, hazırda pul ona ödənilməyibdir, hal-hazırda onun "xxxx" MMC-dən alacaq əmək haqqısı 68 manatdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Həmzə oğlu məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tələbi vardır, 29 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Batabat restoranına müdür kimi gəlibdir, bir ay yarım işlədikdən sonra iyul ayından işdən çıxıb, getmə vaxtını dəqiq xatırlamır, Təqsirləndirilən şəxs onu otağa çağıraraq 7000 manat pul lazım olduğunu deyibdir, O isə o qədər pulunun olmadığını deyib 5000 pul tapıb Təqsirləndirilən şəxs veribdir, 1800 manatını oğlu Təqsirləndirilən şəxs kartına atıb, qalanını isə o özü düzəldib veribdir, Təqsirləndirilən şəxs günlük al-veri edib və həmin gün hesabat aparıblar, kassadan pulu Təqsirləndirilən şəxs veribdir, "xxxx" restoranında kassa nəzarətçisi işləyir. Məhkəmədə proses iştirakçılarının suallarını cavablandıran Şahid5 Həmzə oğlu əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs işlədiyi vaxtdan tanıyıb, 29 may 2025-ci il tarixdə "xxxx" restoranına gəlib, İyul ayı isə işdən çıxıb, təxminən bir ay yarım işləyib, Təqsirləndirilən şəxs "xxxx" restoranını icarəyə götürmək istədiyini deyibdir, Təqsirləndirilən şəxs işlədiyi müddət iyul ayı üçün 168 manat ödənilməmiş əməkhaqqısı qalıb, həmin pul hələ də ödənilməyib. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2025-ci ilin iyul ayının 20-dən sentyabr ayının 27-sinə kimi Batabat restoranında VÖEN əsasında ofisiant kimi işləmiş, 400 manat maaş almış, maaşını əlbəəl almışdır. İşə başladığı gündən Təqsirləndirilən şəxs restoranda müdir olmuş, əmək haqqısını bir dəfə ona kassir Şahid5 vermiş, 65 manat 1 həftə üçün pul verilmişdir. Lakin 4 günü Təqsirləndirilən şəxs tərəfindən verilməmişdir. 65 manatını kassir təqdim etdiyi vaxt heç nəyə qol çəkməmiş, Təqsirləndirilən şəxs sonra Nümayəndə ona iyul ayı üzrə tam şəkildə 400 manatı vermişdir. Təqsirləndirilən şəxs sonuncu dəfə iyulun 12-i görmüş, sabahı günü o işə gəlməmiş, sonradan restoranda işləyənlərdən Aqilin restoranın pulunu mənimsəyərək Türkiyəyə qaçmasını bilmişdir. Təqsirləndirilən şəxs müdir olduğu dövrdə onun 53,32 manatlıq əməkhaqqısı mənimsəmiş, Təqsirləndirilən şəxs tapşırığı ilə müştərilərin kartla olan ödənişləri onun verdiyi kart nömrəsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid14 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü ildən "xxxx" MMC-də ət sektoru üzrə direktor vəzifəsində işləyir. Mal əti və quzu əti satışı ilə məşğuldur. 2011-ci ildə Badaşqan restoranında müdir işlədiyi dövrdə Təqsirləndirilən şəxs tanımış, o, orada adminstrator işləmişdir. Təqsirləndirilən şəxs iyun ayında “Megastore”-də olan mağazaya gələrək Batabat restoranına direktor təyin edildiyini, ondan restorana ət almaq istədiyini bildirmiş, ondan nisyə mal istəmiş, malı götürüb aylıq pulu verəcəyəni bildirmişdir. Aqilə ayrıayrılıqda 132 manatlıq, 696 manatlıq, 1284 manatlıq, 1070 manatlıq, 600 manatlıq, 752 manatlıq, 489 manatlıq, 868 manatlıq, 456 manatlıq, 820 manatlıq, 627 manatlıq, 956 manatlıq iri buynuzlu və xırda buynuzlu heyvan ətləri vermişdir. Təqsirləndirilən şəxs aldığı ətləri müdir işlədiyi Batabat restoranına aparmışdır. Batabat restoranında olduğu vaxt Aqil aldığı ətlərin pulunun bir qismini 3 dəfə ayrı-ayrılıqda - 2000 manat, 1500 manat və 284 manat ödəmişdir. İyul ayının 12-sində Təqsirləndirilən şəxs ondan 1784 manatlıq iri buynuzlu və xırda buynuzlu heyvan əti götürərək “Batabat restoranına gələrsən sənə pul verəcəm” demişdir. Batabat restoranına gedib onu axtarmış, lakin Aqil yerində olmamışdır. Səhəri gün restoranda sürücü işləyən Musa adlı şəxs ona zəng edərək Aqilin restoranın pullarını mənimsəyib qaçdığını, Təqsirləndirilən şəxs dövründə restoranın ona 2786 manatlıq borclu qaldığı və o pulların Təqsirləndirilən şəxs tərəfindən mənimsənildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid8 Nazim oğlu məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, İstintaq zamanı şahid qismində dindirilmiş Şahid8 Nazim oğlu ifadəsində göstərmişdir ki, 2024-cü ilin mart ayından "xxxx" MMC-də satış müfəttişi vəzifəsində işləyir. İşi restoranlara və obyektlərə mal yazmaq, onlardan malın pulu almaqdan ibarətdir. O malı yazdıqda onlara qaimə verir, özü isə mikroproqram vasitəsi ilə orada öz qeydiyyatlarını aparır. Batabat restoranına köhnə müdir Tural Salmanovun vaxtından mal yazmış, əsasən yazdığı mallar “Badamlı”, ”Sunar” duru yağı, “Pepsi” çeşidləri, spirtli içkilər və s.olmuşdur. Həftənin 3-cü günləri o, Şahbuza gələrək bütün marketlərə və restoranlara mal yazmış, iyun ayının 4-u Batabat restoranına getdikdə əvvəllər tanıdığı Təqsirləndirilən şəxs orada görmüşdür. O Tural Salmanovun yerinə müdir təyin olunduğunu demiş, bundan sonra mallarla bağlı haqq-hesabı onunla edəcəyini bildirmişir. İyun ayının 11-i Batabat restoranına 846 manatlıq mal yazmış, iyun ayının 25-i isə 1717 manatlıq mal yazmış, həmin vaxt Təqsirləndirilən şəxs restorana satdığı malların pulundan 486 manat vermiş, 22 manatlıq isə malı qaytarmışdır. İyul ayında 2 dəfə Təqsirləndirilən şəxs yanına getsədə o, pul vermədiyi üçün mal yazmamışdır. Batabat restoranına iyul ayının ortaları getdikdə orada olan işçilər ona Təqsirləndirilən şəxs restoranın pullarını mənimsəyib qumar oyununda uduzduğunu, buna görə Türkiyəyə qaçdığını bildirmişdirlər. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin 2054 manat 99 qəpik pulunu ödəmədiyini bildirmiş və bununla bağlı satış fakturasını təqdim etmişdir. Cinayət işin materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: 19 sentyabr 2025-ci il tarixli Şahid8 tərəfindən təqdim edilmiş satış fakturalarına baxış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs işlədiyi dövrdə restoranın “Ləzzət" MMC-yə borclu olduğu 2054,99 manat pulu ödəməyib mənimsəmişdir. 19 sentyabr 2025-ci il tarixli Şahid7 tərəfindən təqdim edilmiş satış fakturalarına baxış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs işlədiyi dövrdə restoranın Şahid7 borclu olduğu 152,80 manat pulu ödəməyib mənimsəmişdir. 19 sentyabr 2025-ci il tarixli Şahid11 tərəfindən təqdim edilmiş qaimə fakturalarına baxış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs işlədiyi dövrdə restoranın Şahid11 borclu olduğu 610 manat pulu ödəməyib mənimsəmişdir. 19 sentyabr 2025-ci il tarixli Şahid9 tərəfindən təqdim edilmiş qaimə fakturalarına baxış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs işlədiyi dövrdə restoranın “Hilal” ət və ət məhsulları müəsissəsinə borclu olduğu 2000 manat pulu ödəməyib mənimsəmişdir. 19 sentyabr 2025-ci il tarixli Şahid12 tərəfindən təqdim edilmiş qaimə fakturalarına baxış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs işlədiyi dövrdə restoranın Şahid12 borclu olduğu 1233 manat pulu ödəməyib mənimsəmişdir. 19 sentyabr 2025-ci il tarixli Şahid15 tərəfindən təqdim edilmiş satış dəftərinə baxış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs restoranın ona borclu olduğu 1250 manat pulu ödəməyib mənimsəmişdir. 19 sentyabr 2025-ci il tarixli Şahid14 tərəfindən təqdim edilmiş qaimə fakturalarına baxış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs işlədiyi dövrdə restoranın orıa borclu olduğu 2786 manat pulu ödəməyib mənimsəmişdir. 26 sentyabr 2025-ci il tarixli Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş rəydən görünür ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi mütəxxəsis tərəfindən maliyyə-təsərrüfat fəaliyyətə dair yoxlamanın nəticəsində xx.xx.2025xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin fakturalara əsasən ödəmələr və sahibkara ödənilməli məbləğ nəzərə alınmaqla 31114,72 manat məbləğdə mənfəəti müəyyən olunubdur. 24 sentyabr 2025-ci il tarixli mobil telefona baxış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi C12” markalı telefonunda xarici onlayn kazino oyunu olan “Pinco” tətbiqi vardır, həmin tətbiq Təqsirləndirilən şəxs adınadır. Profildə onlayn kazino oyunları oynanılaraq pul uduzulduğu məlum olmuş, baxış da iştirak edən Təqsirləndirilən şəxs bildirmiş ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrdə həmin onlayn kazino proqramında 34000 manat pul uduzmuşdur. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 01 oktyabr 2025ci il tarixli 1005 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş materialda öz əksini tapan, sənədlərlə, izahatlarla, qaimə-fakturalarla, əmək haqqı cədvəlləri, Zhesabatları və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mütəxəssis rəyinə əsasən Təqsirləndirilən şəxs işlədiyi müddətdə (xx.xx.2025xx.xx.2025-ci il tarixləri aralığında) "xxxx" MMC-ə vurulmuş ziyanın məbləği 31114,72 manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının müəyyənləşdirdiyi məbləğ mütəxəssis tərəfindən verilmiş rəydə göstərilmiş məbləğlə eynilik təşkil edir. Məhkəmə ilk olaraq qeyd etmək istəyir ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumillikdə 31114,72 manat pulun mənimsəməklə talaması göstərilsə də, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-yə ümumilikdə 30.993,40 (otuz min doqquz yüz doğsan üç manat, qırx qəpik) manat pulun mənimsənilməsi müəyyən olunur. Belə ki, istər Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi mütəxxəsis tərəfindən maliyyə-təsərrüfat fəaliyyətə dair yoxlamanın nəticəsində, istərsə də məhkəmə-mühasibatlıq ekspertizasının rəyində Təqsirləndirilən şəxs "xxxx" MMC-də müdir işlədiyi xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində "xxxx" MMC-də işləyən 06 işçinin əməkhaqları üzrə 818.32 manat məbləğində pulun mənimsənildiyi göstərilsədə, məhkəmə istintaqı zamanı həmin məbləğin 697 (altı yüz doxsan yeddi) manat olması müəyyən olunur. Belə ki, iş üzrə şahid qismində ifadə vermiş Şahid1 Kəramət oğlu ifadəsində Təqsirləndirilən şəxs ona əldən aldığı 136 manat əmək haqqısının 68 manatını ödədiyini, 68 manat hissəsini isə mənimsədiyini göstərmişdir. Həmçinin ibtidai istintaq zamanı Şahid4 Təqsirləndirilən şəxs müdir olduğu dövrdə onun 53,32 manatlıq əməkhaqqısı mənimsədiyi göstərsə də ibtidai istintaq zamanı verdiyi ifadəsində 2025-ci ilin iyul ayının 20-dən sentyabr ayının 27-sinə kimi Batabat restoranında VÖEN əsasında ofisiant kimi işlədiyi göstərmişdir, bununla da Təqsirləndirilən şəxs artıq "xxxx" MMC-də işləmədiyi dövrdə onun əmək haqqısının ödənilmədiyi müəyyən olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də müdir işlədiyi xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində "xxxx" MMC-də işləyən 06 işçinin əməkhaqları üzrə 697 (altı yüz doxsan yeddi) manat məbləğində pulun mənimsənildiyi öz təsdiqini tapdığından, Təqsirləndirilən şəxs "xxxx" MMC-yə vurduğu ziyanın məbləği ümumilikdə 30.993,40 (otuz min doqquz yüz doğsan üç manat, qırx qəpik) manat təşkil edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham aktı ilə ona irəli sürülən 31114.72 məbləğində puldan xeyli miqdarı təşkil edən 30.993,40 (otuz min doqquz yüz doğsan üç manat, qırx qəpik) manat məbləğində vəsait talama yolu ilə faktiki olaraq ələ keçirilmişdir. Bu baxımdan Təqsirləndirilən şəxs həmin əməli Azərbaycan Respublikası CM-in 173.2.3 və 173.2.4-cü maddələrində nəzərdə tutulmuş bitmiş cinayətin tərkibini yaradır, yəni faktiki olaraq talan edilmiş əmlakın dəyəri Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş miqdarı təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Əməliyyat və X1 xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həbs edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62, 69.3-cü maddələri nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132, 221.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 09 ay 15 gün müddətində islah işləri (20 faiz) cəzasına məhkum edilmiş, hökm xx.xx.2025-ci il tarixdə qüvvəyə minmişdir. Məhkumluğu ödənilmişdir, hal-hazırda məhkumluğu yoxdur. İş materiallarında olan Babək Rayon İcra Hakimiyyəti başçısının Hacıvar kənd inzibati ərazi dairəsi üzrə tərəfindən verilən xasiyyətnaməyə və ailə tərkibi haqqında arayışa əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmaqla Babək rayonu, Hacıvar kəndində qeydiyyatda durmadan, həmin kənddə yaşayır. İş materiallarına əlavə olunmuş zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən notariat qaydada tərtib olunmuş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərin hissə-hissə ödənilməsi ilə bağlı razılaşdıqlarını, onun təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur və Təqsirləndirilən şəxs azadlqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama—min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən eyni əməllər: 179.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 179.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Mənimsəmə talamanın müstəqil forması olaraq, obyektiv cəhətdən inanılıb tapşırılmış maddi qiymətli şeylərin ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə özünün və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur. Bu zaman müqavilə münasibətləri və yaxud dövlət və ya ictimai təşkilatların xüsusi tapşırığı ilə əlaqədar əmlak barəsində sahiblik, idarəetmə, sərəncam vermə, daşıma və ya saxlama səlahiyyətlərini həyata keçirən təqsirkar özünün qanuni ixtiyarında olan əmlakı qanunsuz, əvəzsiz öz mülkiyyətinə keçirir. Əmlak hər hansı təşkilatın işçisi hesab edilməyən xüsusi şəxslərə də etibar edilə bilər (onlara yuxarıda qeyd olunan sərəncam vermə, idarə etmə, saxlama və s. səlahiyyətlər verməklə). Əgər şəxs tutduğu vəzifə ilə əlaqədar olaraq ona sərəncam vermə, idarəetmə, tədarük və s. səlahiyyətlər verilməklə etibar edilmiş əmlakı qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirərsə, onda onun əməli CM-in 179.2.3-cü maddəsi ilə tövsif ediləcəkdir. Mənimsəmə və ya israf etmənin subyektiv cəhəti birbaşa qəsddən ibarətdir. Təqsirkar özgənin ona etibar edilmiş əmlakını qanunsuz və əvəzsiz olaraq götürdüyünü və ya həmin əmlak barəsində sərəncam verdiyini dərk edir və bu əməli törətməyi arzu edən şəxsdir. Şərh edilən cinayətin subyekti xüsusi olmaqla - maddi dəyərlərin bilavasitə etibar edildiyi maddi məsul şəxslərdir. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş şəxslər və şahid ifadələri, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzaların həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; X5rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən törətdiyi əməli etiraf etməsini, əməlinin etiraf etməsini, əməlindən peşman olmasını, iki uşaq atasının olmasını, onun yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə razılıq əldə etməsini və ona qarşı şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, müsbət xarakterizə olunmasını, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təqsirləndirilən şəxsdən tutularaq X4 Muxtar Respublikası İdarəsinin hesabına keçirilməlidir. Cinayət işi üzrə maddi sübutlar "xxxx" MMC-in xx.xx.2025ci il-xx.xx.2025-ci il tarixdədək olan dövrdə 34 (otuz dörd) ədəd qaimə faktura və “Z”-hesabatları, Təqsirləndirilən şəxs tərəfindən yazılmış 100 (yüz) vərəqdən ibarət restoranın 01 (bir) ədəd blanknot, Təqsirləndirilən şəxs tərəfindən yazılmış "xxxx" MMC-in işçilərinin 40 (qırx) vərəqdən ibarət 01 (bir) ədəd əməkhaqqı dəftəri cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri olan ünvan 1 ünvanında çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə “xüsusi müsadirə” ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübutlar olan "xxxx" MMC-in xx.xx.2025ci il-xx.xx.2025-ci il tarixdədək olan dövrdə 34 (otuz dörd) ədəd qaimə faktura və “Z”-hesabatları, Təqsirləndirilən şəxs tərəfindən yazılmış 100 (yüz) vərəqdən ibarət restoranın 01 (bir) ədəd blanknot, Təqsirləndirilən şəxs tərəfindən yazılmış "xxxx" MMC-in işçilərinin 40 (qırx) vərəqdən ibarət 01 (bir) ədəd əməkhaqqı dəftəri cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. Məhkəmə xərci olaraq ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq X4 Muxtar Respublikası İdarəsinin AZ21NABZ********************4 nömrəli hesabına, ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Təqsirləndirilən şəxs müdafiəçisi Naxçıvan şəhər “ASAN” Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan şəhər “ASAN” Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsasların olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə axşam saat 22:00-dan səhər saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-in xx.xx.2025ci il-xx.xx.2025-ci il tarixdədək olan dövrdə 34 (otuz dörd) ədəd qaimə faktura və “Z”-hesabatları, Təqsirləndirilən şəxs tərəfindən yazılmış 100 (yüz) vərəqdən ibarət restoranın 01 (bir) ədəd blanknot, Təqsirləndirilən şəxs tərəfindən yazılmış "xxxx" MMC-in işçilərinin 40 (qırx) vərəqdən ibarət 01 (bir) ədəd əməkhaqqı dəftəri cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Məhkəmə xərci olaraq ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq X4 Muxtar Respublikası İdarəsinin AZ21NABZ********************4 nömrəli hesabına köçürülsün. İbtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Təqsirləndirilən şəxs müdafiəçisi Naxçıvan şəhər “ASAN” Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan şəhər “ASAN” Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar