Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-10/2022 03.03.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, X6 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi (14.01.2021-ci il tarixli 162055 nömrəli və 22.01.2021-ci il tarixli 162088 nömrəli etibarnamələr) Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, İsmayıllı Rayon Vəkil Bürosunun vəkili Nümayəndə, Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi, atası Qanuni nümayəndə Şıxəmməd oğlu, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1993-cü ildə Qəbələ rayonunun Zirik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, işləməyən, Qəbələ rayonunun Zirik kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 29, 120.1 və 126.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş və Zərərçəkmiş şəxs2 insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vuran bədən xəsarətləri yetirmişdir. Belə ki, o, Qəbələ rayon Mıxlıqovaq kənd sakini Zərərçəkmiş şəxs1 və Qəbələ şəhər sakini Zərərçəkmiş şəxs2lə “WhatsApp” sosial şəbəkəsində aparılmış qeyri-etik yazışmalar və bir-birlərinin ünvanlarına sərf etdikləri nalayiq ifadələrə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisəyə görə qisas alıb Zərərçəkmiş şəxs1 qəsdən öldürmək qərarına gəlmiş, sonuncu ilə bu mübahisəni görüşərək aydınlaşdırmaq barədə razılığa gəldikdən sonra istifadəsində olan mobil nömrədən Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil nömrəyə “gələndə görəcəksən, səni deşik-deşik eliyif soxajam görərsən” məzmunlu səsli mesaj atmış, 04.01.2021-ci il tarixdə, saat 19 radələrində cinayətkar niyyətini həyata keçirmək məqsədilə qabaqcadan razılaşdıqları yer olan Qəbələ şəhəri Səfərbərlik və Hərbi Xidmətə X20 Xidmətinin Qəbələ rayon şöbəsinin yaxınlığında görüşərək mübahisələrini davam etdirib sərxoş halda əvvəlcədən özü ilə götürdüyü özünə məxsus olan soyuq silah hesab edilməyən açılıb-qatlanan bıçağın kəsici hissəsi ilə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədilə ardıcıl 5 bıçaq zərbəsi endirərək sonuncunun həyat üçün təhlükəli orqanı hesab edilən, döş qəfəsinin sağ hissəsində ön qoltuqaltı xətti üzrə Vİ qabırğa arası, döş qəfəsinin sol tərəfində orta qoltuqaltı xətt üzrə Vİİ qabırğa arası sahədə, qarının ön divarında orta xəttdən sol tərəfdə epiqastral nahiyədə, döş qəfəsinin arxa səthində sağ onurğa kənarı xətt üzrə Xİ döş fəqərəsi nahiyyəsində daxili qanaxma, mədənin, nazik bağırsağın, qara ciyərin, periton arxası nahiyəni zədələyən və hemotoraksla müşahidə olunan boşluqlara nüfuz edən deşilmiş-kəsilmiş yaraları, sağ əlin ovuc səthindən eyni proyeksiyada əlin üst səthində İİ-İİİ daraq sümüyü nahiyəsindən xaric olan və medial sinirin zədələnməsi ilə müşayət olunan deşilmişkəsilmiş yaraları, boyunun sağ aşağı hissəsinin sıyrıqları kimi, ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, o cümlədən həmin vaxt Zərərçəkmiş şəxs1 ilə birlikdə aktiv şəkildə mübahisə edərək onunla əlbəyaxa olan sonuncunun qohumu Zərərçəkmiş şəxs2 dava-dalaş zəminində həmin bıçaqla qəsdən ardıcıl olaraq 3 dəfə zərbələr vuraraq ona həyat üçün təhlükəli orqanı hesab edilən, döş qəfəsinin arxa səthində kürək xətt üzrə V qabırğa, arxa qoltualtı xətt üzrə Vİİ və eyni xətt üzrə Vİİİ qabırğa arası sahədə daxili qanaxma, sol ağ ciyərin zədələnməsi və soltərəfli pnevmahemotoraksla müşayət olunan döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaralar, sağ kürək nahiyəsinin, sol bazunun arxa yuxarı 1/3-nin sıyrıqları kimi, ümumilikdə sağlamlığa ağır zərər vurmasına aid olan xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs1 onun zərbələrindən yayınaraq özünü müdafiə etməklə bıçağın zərbələrinin öldürücü qüvvəsinin qarşısını alması, habelə hadisə yerində olan kənar şəxslərin fəal müdaxiləsi ilə Zərərçəkmiş şəxs1 ondan uzaqlaşdırması nəticəsində sonuncunun hadisə yerindən qaçıb yaxınlıqda olan avtomobilə əyləşərək qapını kilidləməklə ona qəsdini başa çatdırmasına imkan vermədiyindən, həmçinin vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatı xilas edildiyindən, bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən qəsdini başa çatdıra bilməyib, qəsdən adam öldürməyə cəhd etmiş və həmin vaxt orada olan Zərərçəkmiş şəxs2 insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vuran bədən xəsarətləri yetirmişdir. Məhkəmə kollegiyası cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 29, 120.1 və 126.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxslərin ifadələri və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs (mülki cavabdeh) ona CM-in 29, 120.1 və 126.1-ci maddələri ilə elan olunmuş ittihamlarda özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 04.01.2021-ci il tarixdə, səhər saatlarında kənd ərazisindəki meşəyə odun gətirməyə getmişdir. Meşəyə kömək üçün qardaşı Rəvan, həmkəndlisi Şahid6 və Şahid4lə birlikdə getmişlər. Meşə ərazisində qurumuş ağaclardan bir Qazel yük maşını odun düzəldərək saat 15 radələrində yaşadığı ünvana gəlib gətirdiyi odunu həyətə boşaldıb nahar yeməyi yemişlər. Nahar yeməyini yeyərkən araq içmiş və evdə istirahət etmək üçün çarpayıda uzanmışdır. Qardaşı Rəvan onlarla meşəyə gedən uşaqları yola salanda Rəvana ona siqaret alması üçün pul vermişdir. 30 dəqiqə sonra saat 6-7 radələrində qardaşı ona zəng etmiş, kiminsə səhvən ona mesaj yazdığını, ona xanım deyə müraciət etdiyini və söyüş söyüb, onu görüşə çağırdığını bildirmişdir. O, böyük qardaş olduğuna görə telefonu ona gətirməsini bildirmişdir. Rəvan telefonu gətirəndən sonra o, nömrəyə zəng etmiş, ancaq zəng çatmamışdır. Bundan sonra Whatsapp sosial şəbəkəsindən ona mesaj gəlmiş və “Salam. Kimsən” yazılmışdır. O da Rəvanın böyük qardaşı olduğunu, onu söyüb, görüşə çağırdıqlarını, nə məsələ olduğunu soruşmuş və sabah görüşüb, söhbət edə biləcəklərini bildirmişdir. Həmin vaxt onun səhhəti yaxşı olmamışdır. Bundan sonra özünü Samir kimi təqdim edən Zərərçəkmiş şəxs1 ona Mıxlıqovaq kəndindən olduğunu bildirmiş, ünvanına söyüş söyüb onu söhbətə çağırmışdır. Vüsal ona zəng edərək söymüş, o isə Vüsala Whatsappda səsli mesaj göndərərək söymüşdür. Qarşı tərəf onları Qəbələ şəhəri Azpetrol yanacaqdoldurma məntəqəsinin yanına çağırmış və onlar telefonda danışa-danışa həmin yerə getmişlər. Qəbələ şəhərinə Azpetrol yanacaqdoldurma məntəqəsinin yanına çatanda başqa nömrədən ona zəng gəlmiş, harada olduğunu soruşmuşdur. O da Azpetrol yanacaqdoldurma məntəqəsinin yanında onu gözlədiyini bildirmişdir. Ona Hərbi Komisarlığın Qəbələ rayon şöbəsinin inzibati binasının yanına gəlməyi deyilmiş, onlar da həmin ünvana getmişlər. Orada 3 maşının 15-20 nəfərin dayandığını görmüşlər. Oradan ötüb keçmək istəyəndə ona əl etdiklərini görüb, maşını kənarda saxlamış, maşından düşmüş və onlara yaxınlaşmışdır. Salamlaşandan sonra söyüş söyənin kim olduğunu aydınlaşdırmaq üçün həmin şəxsi soruşmuş, həmin vaxt onu Vüsal kəllə ilə vurmuşdur. Vüsalla birlikdə gələnlərin də hamısı onun üstünə gəlmiş və dava etməyə başlamışlar. 10-15 metr hərəkət etmişlər. Ona tərəf daş atmışlar. Daş onun qoluna dəymiş və qolunun sındığını hiss etmişdir. 10-15 nəfər onu vurmuşdur. Ona tanışlıq vermədən ancaq onu vurmuşlar. Özünü müdafiə etmək üçün əlini yerə atanda əlinə bıçaq keçmişdir. Həmin vaxt onun üstündə bıçaq olmamışdır. O da əlinə keçən bıçaqla yerdə olduğu vəziyyətdə ətrafına zərbələr vurmuşdur. Ondan uzaqlaşmaları üçün qarşısına gələnə bıçaqla xəsarət yetirmişdir. Rəvanın 17 yaşı olmuş, zəif olduğundan Rəvanı vurub, yerə yıxmışlar. O, 7-9 nəfərə qaranlıqda əlinə keçənlə vurmuş, həmçinin bir nəfərin kürəyinə 2 bıçaq zərbəsi vurmuşdur. Bundan sonra həmin şəxs onda bıçaq olduğunu bilmiş və oradan uzaqlaşmışdır. Həmin vaxt kimsə onun əlindən bıçağı götürmüşdür. Bıçağı kimin götürdüyünü bilməmişdir. Onu maşının yanına aparmışlar. Qarşı tərəfdən olan 07 markalı maşının sürücüsü 7-8 nəfərin bıçaqla xəsarət aldığını demişdir. Orada olan bir nəfər şəxs də kürəyini və belini ona göstərərək ona da bıçaqla xəsarət yetirdiyini demişdir. Sonra o, maşına əyləşmiş, qolu qırıldığı üçün qolunu göstərmək məqsədilə Şəfili kəndində olan sınıqçıya gedəndə ona polis əməkdaşı zəng etmiş və cinayət törətdiyini bildirmişdir. Polis rəisinin keçmiş müavini Azər müəllim olduğu yerdə qalmasını, onu gəlib götürəcəklərini bildirmişdir. Bundan sonra onu Niva markalı avtomobillə polis şöbəsinə aparmışlar. X7 Zərərçəkmiş şəxs1 və Tamerlana bıçaqla xəsarət yetirdiyini bildirəndə, o, həmin şəxsləri tanımış və həmkəndli olduğunu bilmişdir. X7 həmin şəxslərin qanunsuz hərəkətlərindən bezdiklərini demişdir. Qolu qırıldığı üçün həmin gün yoxlanmaq üçün həkimə də getmişdir. Axşam isə hadisə barədə Emil Niyazova ifadə vermişdir. Bıçaq barədə ondan soruşanda, o üstündə bıçaq olmadığını, əlinə keçənlə xəsarət yetirdiyini bildirmişdir. Həmin gün o, qolundan xəsarət aldığı üçün heç nə yaza bilməmişdir. 05.01.2021-ci il tarixdə atasını polis şöbəsinə çağırmışlar. Polis şöbəsində atasına bıçaq gətirməsi, hadisədə iştirak edən 15-20 nəfəri tutacaqlarını və narahat olmamasını bildirilmişdir. 06.01.2021-ci il tarixdə atası bıçağı gətirmiş, bıçağı maşına qoyandan sonra o, həmin yerdən bıçağı çıxardıb göstərmişdir. Ayın 6-sı günü onu polis şöbəsindən evə buraxmışlar. O da ağrıları olduğu üçün 07.01.2021-ci il tarixdə həkimə getdiyi vaxt 15-20 nəfər xəstəxananın yanında üstünə gələrək dava etmişlər. Bu barədə xəstəxananın kamera görüntülərinə baxılmış, ancaq görüntülər aydın olmadığına görə heç nə görülməmişdir. Hadisə vaxtı zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 bir bıçaq zərbəsi, Zərərçəkmiş şəxs1 isə iki bıçaq zərbəsi dəymişdir. Ancaq cinayət işinin materiallarında zərərçəkmiş şəxslərdən birinə 3, digərinə isə 4 bıçaq zərbəsi dəydiyi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, o, özünü müdafiə etmək məqsədilə ona tərəf gələnlərə yerdə uzanıqlı vəziyyətdə bıçaqla xəsarət yetirmişdir. O, Vüsalı təqib etməmiş, onların avtomobilinin hərəkət etməsinə mane olmamışdır. Vüsal maşına oturandan sonra o, Tamerlana və ya başqa kiməsə bıçaq zərbəsi vurmamışdır. Dava 15-20 dəqiqə davam etmiş, qarşı tərəf onun əlində bıçaq olduğunu biləndən sonra ondan uzaqlaşmışlar. Hadisə yerində 07 markalı avtomobil, göy rəngli 99 və qəhvəyi rəngli 06 markalı avtomobillər olmuşdur. Onun dava etmək niyyəti olmamış, qarşı tərəfi tanıyıb, söhbət etmək istəmişdir. Qardaşı Rəvan heç kimi görüşə dəvət etməmiş, o, hadisə barədə biləndə zərərçəkmiş şəxslər artıq Rəvanı görüşə çağırmışlar. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında ziddiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı şübhəli şəxs qismində dindirilərkən verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Təqsirləndirilən şəxs ilkin olaraq Qəbələ RPŞ-də verdiyi ifadəsində özünü Azəbaycan Respublikası CM-in 126.2.1-ci maddəsi ilə təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Qəbələ rayonunun Zirik kəndində yaşayır. 04.01.2021-ci il tarixdə, səhər saat 09 radələrində yaşadığı Qəbələ rayonunun Zirik kəndində yanacaq maye qaz olmadığından istiliyi təmin etmək üçün kənd ərazisindəki meşəyə odun gətirməyə getmişdir. Meşəyə tək deyil, kömək üçün qardaşı Rəvan, həmkəndliləri Şahid6 və Şahid4 ilə birlikdə getmişdir. Meşə ərazisində qurumuş ağaclardan bir qazel yük maşını odun düzəldərək saat 15 radələrində yaşadığı ünvana gəlib gətirdiyi odunu həyətə boşaldaraq nahar yeməyini yemişdir. Nahar yeməyini yeyərkən özü üçün təxminən 150-200 qram spirtli içki olan araq içmişdir. Lakin qardaşı Rəvan və eləcə də həmkəndliləri Nəbi və Ömər spirtli içki qəbul etməmişlər. Bundan sonra yaşadığı evdə istirahət etmək üçün çarpayıda uzanaraq televizora baxmağa başlamışdır. Qardaşı Rəvan və həmkəndliləri Nəbi və Ömər birlikdə küçəyə çıxmışlar. Saat 18 radələrində kiçik qardaşı Şahid1 həmkəndliləri Ömər və Nəbi ilə birlikdə evə gəlmişlər və qardaşı Rəvan ona yaxınlaşaraq Whatsapp sosial şəbəkəsində tanımadığı bir şəxsin ona “ay xanım salam” yazdığını, buna görə aralarında mübahisə yarandığını, həmin şəxsin ona “söhbət etmək istəyirsənsə Qəbələ şəhərinin mərkəzinə gəl söhbət edək” dediyini, bundan imtina etdiyi üçün də həmin şəxsin onu söydüyünü bildirmişdir. O da Rəvandan həmin 051 627 38 92 saylı mobil nömrəni alaraq öz mobil telefonundan Whatsapp sosial şəbəkəsində yazaraq kim olduğu ilə maraqlanmışdır. Həmin şəxs isə cavabında ona “sənin qardaşın mənimlə söhbət etməyə gəlməkdən qorxduğu üçün gəlmədi” demişdir. Həmin şəxsə “əvəzində mən gəlirəm harada olduğunu de” deyə bildirmişdir. Nömrənin sahibi isə onunla görüşə gəlməyəni söymüşdür. Həmin şəxsdən harada olduğunu və hansı ünvana gəlməyini soruşmuş, həmin şəxs ona Qəbələ şəhəri Azpetrol yanacaqdoldurma məntəqəsinin yanına gəlməyini demişdir. Sonra yaşadığı evdən xəlvəti olaraq açılıb-qatlanan qara rəngli bıçağı götürərək əynindəki şalvarın sağ yan cibinə qoymuş və qardaşı Rəvan, həmkəndliləri Ömər və Nəbi ilə birlikdə atası Araz Əkbərova məxsus idarə etdiyi VAZ 2102 markalı dövlət nömrə nişanını bilmədiyi avtomobil ilə Qəbələ şəhərinə Azpetrol yanacaqdoldurma məntəqəsinin yanına gəlmiş və oraya çatanda heç kim olmadığı üçün həmin nömrəyə zəng vuraraq dedikləri ünvanda gözlədiyini demişdir. Həmin nömrənin sahibi ona Qaradok hərbi şəhərciyi istiqamətinə gedən yol ayrıcı dairəyə Hərbi Komisarlığın Qəbələ rayon şöbəsinin inzibati binasının yanına gəlməyini demişdir. Onlar birlikdə həmin ünvana getmiş və orada göy rəngli dövlət nömrə nişanını bilmədiyi Vaz 2107 markalı və qırmızı rəngli dövlət nömrə nişanını bilmədiyi Vaz 2106 markalı avtomobillərin ətrafında təxminən 10-12 nəfər tanımadığı şəxslərin olduğunu görmüşdür. Oraya çatıb qardaşı Rəvan həmkəndliləri Ömər və Nəbi ilə birlikdə maşından yerə düşmüşlər. Həmin şəxslərə yaxınlaşaraq “burada kim idi mənim ünvanıma söyüş söyən kimdisə çıxsın qabağa” demişdir. Həmin vaxtı orta boylu, kök bədənli, sonradan tanıdığı Tamerlan adlı şəxs nə olub sualını vermişdir. O təkrar telefonda söyüşü söyən şəxsin kim olduğunu soruşmuşdur. Bu sözləri dedikdən sonra həmin vaxtı arıq bədən quruluşlu uca boylu sonradan tanıdığı Vüsal adlı şəxs ona yaxınlaşıb əli ilə əynindəki qara rəngli gödəkcənin yaxasından tutaraq başı ilə ağzına bir kəllə zərbəsi vurmuş və onun hər iki dodağı qanayaraq üst başı qana bulaşmışdır. Bu zaman Tamerlan kənardan üzərinə qaçıb gələrək təpiyi ilə sağ böyrünə bir təpik zərbəsi vurmuş və o, müvazinətini saxlaya bilməyib Vüsal ilə birlikdə yolun kənarında olan təxminən 60-70 sm hündürlükdəki kubik daşından olan hasarın üzərinə yıxılmış, kubik daşları yerindən söküldüyü üçün hər ikisi oradan yerə torpaq örtüyün üzərinə düşüb əlbəyaxa olmuşlar. Vüsal və Tamerlanın onu yerdə yumruq- təpik zərbələri vurduqlarına görə, əvvəlcədən özü ilə götürdüyü şalvarının sağ yan cibindəki açılıb-qatlanan bıçağı çıxararaq əvvəl Vüsalın bədəninin müxtəlif nahiyyələrinə təxminən 4-5 zərbə sonra isə Tamerlanın bədəninin müxtəlif nahiyyələrinə 1-2 zərbə vurmuşdur. Hadisəni görən qardaşı Rəvan həmkəndliləri Nəbi, Ömər eləcə də orada olan Tamerlan və Vüsal ilə gələn şəxslər onları ayırmağa başlamışlar. Yoldan keçən və hadisəni görən tanımadığı şəxslər hadisəni sakitləşdirmişlər və sonra o, qardaşı Rəvan, həmkəndliləri Ömər və Nəbi ilə birlikdə gəldikləri atası Araza məxsus avtomobilə minərək idarə etdiyi avtomobillə Soltannuxa kəndinə kimi gəlmişlər. Daha sonra isə səhhətində narahatçılıq hiss edərək hadisə zamanı sol qolundan xəsarət aldığından avtomobili idarə etməkdə çətinlik çəkdiyi üçün qardaşı Rəvandan avtomobili idarə etməsini xahiş etmişdir. Avtomobili Rəvan idarə etməyə başlamışdır. Hadisə zamanı sol qolundan xəsarət aldığı üçün qardaşı Rəvandan onu qonşu kənd olan Şəfilli kəndindəki adını bilmədiyi sınıqçının yanına aparmasının xahiş etmişdir. Şəfilli kəndinə gedərkən yarı yolda telefonuna zəng gəlmiş və telefonda ona Qəbələ RPŞ-nın əməkdaşları olduqlarını hadisə ilə bağlı polis şöbəsinə getməli olduğunu demişlər. Sonra o, geri qayıdaraq Şəfili kəndinin girəcəyində polis əməkdaşları ilə qarşılaşaraq onlarla birlikdə Qəbələ RPŞ-ya gəlmişdir. Tamerlan və Vüsala bıçaqla xəsarət yetirərkən onları öldürmək deyil, qorxutmaq fikrində olmuşdur. Tamerlan və Vüsalla aralarında baş vermiş dava-dalaş təxminən 15-20 dəqiqə davam etmişdir. Qardaşı Rəvan, eləcə də həmkəndliləri Ömər və Nəbi arasında Tamerlan, Vüsal eləcə də onlar ilə birlikdə gələn şəxslər arasında dava-dalaş baş verməmişdir. Təqsirləndirilən şəxs ifadəsi elan olunandan sonra ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, ifadənin sonunda olan yazı və imza ona məxsus olsa da o, sərbəst oxuya bilmir. X7 ifadəni oxumadan imza etdirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 (mülki iddiaçı) ifadəsində göstərmişdir ki, 03 yanvar 2021-ci il tarixdə Qəbələ şəhərində yaşayan dayısı Qanuni nümayəndəgilə qonaq getmişdir. 04 yanvar 2021-ci il tarixdə dayısı oğlu Tamerlanla birlikdə olarkən Tamerlanın istifadəsində olan mobil telefona zəng gəlmiş, Tamerlanla zəng edən şəxs bir-biriləri ilə mübahisə etməyə başlamışlar. Sonra telefonda olan şəxs Tamerlana söyüş söyməyə başlamışdır. O da Tamerlan 16 yaşlı olduğu üçün böyük kimi telefonu ondan almış və məsələni aydınlaşdırmaq istəmişdir. O, həmin şəxsə söyüş söyməməsini demiş, ancaq həmin şəxs onu da söyməyə başlamış, ona görüşməyi təklif etmiş, o da tək gələcəyi halda görüşəcəyini bildirmişdir. Qarşı tərəf ona bildirmişdir ki, “sən gəlməsən də, mən səni gəlib evində tapacam”. Ona nalayiq ifadələr işlətmiş, o da qarşı tərəflə görüşməyə razılaşmışdır. Onlar razılaşdıqları yerdə görüşən zaman əvvəlcə Təyyar əlində dəmir armaturla avtomobildən yerə düşmüş, onu vurmaq istəmişdir. O, Təyyarın sağ əlində olan armaturu sol əli ilə tutmuşdur. Həmin vaxt qarşılıqlı olaraq dalaşmışlar. Bundan sonra Təyyar onun qarın nahiyəsinə bıçaqla 1 dəfə zərbə endirmişdir. Həmin vaxt o, zərbəni hiss etməmişdir. Bıçaqla ona yetirilən 4-cü zərbə onun ağciyərinə daxil olandan sonra o, möhkəm ağrı hiss etmiş və qışqırmışdır. Bu vaxt Tamerlan və orada olan şəxslər araya girərək onları aralamağa çalışmışlar. O, birtəhər avtomobilə doğru getmiş, avtomobilin ön sərnişin yerinə əyləşmiş və qapının kilidini bağlamışdır. Həmin vaxt Təyyar avtomobilin qapısını açıb, onu yenidən vurmağa cəhd etmiş, ancaq qapı bağlı olduğu üçün aça bilməmişdir. Bundan sonra onu xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxs1 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, piyada olaraq “PAKOİL” yanacaqdoldurma məntəqəsinin qarşısına çatdıqda, orada dostları Elmin, Naib və Xəyyamla görüşmüş və Səfərbərlik və Hərbi xidmətə X20 xidmətinin Qəbələ rayon şöbəsinin yanında olarkən ona Təyyardan zəng gəlmiş, olduğu yeri soruşmuş, o da yerini dedikdən sonra Təyyargil onların olduğu yerə gəlmişlər. O, qarşı tərəfin tək gəlmədiyini bildiyi üçün Elminə zəng etmiş, onu çağırmışdır. O, ağciyərinə daxil olan bıçaq zərbəsini hiss etmiş, əvvəlki bıçaq zərbələrini isə hiss etməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, onunla barışmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 (mülki iddiaçı) ifadəsində göstərmişdir ki, 2 il bundan əvvəl digər bibisioğlu onlara qonaq gəlmişdir. Rəvan onun bibisioğlunun nömrəsinə mesaj yazaraq onu narahat etmiş, həmin vaxt bibisioğlunun 15 yaşı olmuşdur. O da Rəvanın nömrəsini götürmüş, ona yazmış və bibisioğlunu nə üçün narahat etdiyini soruşmuşdur. Rəvan da ona zarafatı olduğunu bildirmişdir. Bundan sonra onun Rəvanla başqa söhbəti olmamışdır. Həmin vaxtdan Rəvanın nömrəsi onun telefonunda qalmışdır. 04 yanvar 2021-ci il tarixdə telefon rəhbərinə baxarkən adı yazılmayan nömrə görmüş və kim olduğunu öyrənmək üçün Whatsapp sosial şəbəkəsində həmin nömrəyə mesaj yazmışdır. Həmin şəxs ona Rəvan olduğunu, Zirik kəndindən olduğunu demişdir. O, həmin vaxt Rəvanı tanımış, ona adının Samir olduğunu bildirmişdir. Həmçinin, üzrlü hesab etməsini, səhvən yazdığını demişdir. Bundan sonra Rəvan onu narahat etməyə başlamışdır. Kim olduğunu, harda olduğunu soruşmuşdur. Bu söhbət günorta saat 13 radələrində olmuşdur. O, söhbətin bağlanması üçün Rəvanın nömrəsini telefonundan silmişdir. Sonra saat 18 radələrində Whatsapp sosial şəbəkəsindən onun telefonuna zəng gəlmiş, ondan kim olduğunu soruşmuş, o da Tamerlan olduğunu bildirmişdir. Ona günorta saatlarında Whatsapp sosial şəbəkəsində yazıldığı deyilmişdir. Sonra qarşı tərəf onu söyməyə başlamış, nalayiq ifadələr işlətmişdir. Həmin vaxt bibisioğlu Vüsal Rəvanın ona telefonda söydüyünü eşitmişdir. Daha sonra Rəvan Whatsapp sosial şəbəkəsində ona səs göndərərək onlarla görüşə tək gəlməyəcəyi, maşın sürə bilmədiyi üçün qardaşı ilə gələcəyini demişdir. Bundan sonra Rəvanın qardaşı Whatsapp sosial şəbəkəsində səs göndərərək “mən Qəbələli İbrahiməm, gəlib sizi öldürəcəm” demişdir. Onlar telefonda kənardan səslər gəldiyini eşitmiş, tək gəlməyəcəklərini bilmişlər. Ona görə də Vüsal öz dostuna zəng etmişdir. Sonra onlar yanacaq doldurma məntəqəsinin yanında Vüsalın dostları ilə görüşmüşlər. Onlar Səfərbərlik və Hərbi xidmətə X20 xidmətinin Qəbələ rayon şöbəsinin yanında olanda qarşı tərəfdən zəng gəlmiş, yenə də nalayiq ifadələr işlədərək olduqları yeri soruşmuşdur. Olduqları yeri deyəndən sonra onlar gəlmişlər. Birinci Təyyar əlində dəmir armaturla maşından düşmüşdür. Vüsalı dəmir armaturla vurmaq istəyəndə Vüsal armaturu tutmuşdur. X17 dava etməyə başlamışlar, yerə yıxılmışlar. O, qışqırıq səsini eşitmiş, onların yanına getmişdir. Vüsalla Təyyarı ayırmaq istəyəndə ona da zərbə dəymişdir. Həmin zərbəni hiss etmişdir. Çətinliklə maşının yanına getmiş, orada oturmuşdur. Nəfəs ala bilməmişdir. Vüsal da maşında əyləşmişdir. Təyyar Vüsalının arxasınca maşına tərəf gəlmiş, maşının qabağını kəsərək Vüsalı öldürəcəyini bildirmişdir. Kənarda olan şəxslər Təyyarı oradan uzaqlaşdırmışlar. O da həmin vaxt maşına əyləşmiş və xəstəxanaya getmişdir. Zərərçəkmiş şəxs2 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, o, hadisə vaxtı 3 bıçaq xəsarəti almışdır. İki bıçaq zərbəsini Vüsal və Təyyarı ayırmaq istəyən zaman Təyyar tərəfindən, bir bıçaq zərbəsi isə o, maşına əyləşmək istəyən zaman Rəvan tərəfindən ona yetirildiyini hiss etmişdir. Belə ki, o, maşına əyləşmək istəyən zaman Rəvan onu arxa tərəfdən tutaraq yerə yıxmış, bundan sonra o, nəfəs ala bilməmişdir. O, Təyyardan başqa heç kimdə bıçaq görməmişdir. Onlar maşında olarkən Təyyar maşının hərəkət etməsinə mane olmuş, Vüsalın hadisə yerindən uzaqlaşmasına etiraz etmişdir. Digər şəxslərdən xəsarət alan olmamış, hadisə vaxtı o və bibisioğlu Vüsal xəsarət almışlar. Təqsirləndirilən şəxsdən şikayətçidir, onunla barışmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, odun gətirmək üçün qardaşı Təyyar, həmkəndliləri Nəbi və Ömərlə birlikdə meşəyə getmişlər. Meşədə olarkən ona Whatsapp sosial şəbəkəsində tanımadığı şəxsdən mesaj və zəng gəldiyini görmüşdür. Evə qayıdandan sonra küçəyə çıxanda Whatsapp sosial şəbəkəsindən 5-6 dəfə tanımadığı şəxsdən zəng gəldiyini görmüş və həmin nömrə ilə əlaqə saxlayanda telefonda olan şəxs ona Samir olduğunu bildirmişdir. O da tanımadığını bildirmişdir. Daha sonra onu söyüb görüşə dəvət etmişdir. O da buna görə nömrəni qardaşına vermişdir. Qardaşı Təyyar danışanda ona da nalayiq ifadələr işlətmişdir. Qarşı tərəf onları görüşə çağırdıqları üçün onlar da evdən çıxaraq getmişlər. Yanacaqdoldurma məntəqəsinin yanında qardaşı Təyyara zəng gəlmiş və onları Şəhərcik (Qaradok) yoluna dəvət etmişlər. Onlar da hadisə yerində 3 maşın, təxminən 16 nəfər şəxs olduğunu görmüşlər. Təyyar maşından düşən kimi söyüş söyənin kim olduğunu soruşmuş, həmin vaxt Vüsal qabağa çıxaraq Təyyarı vurmuşdur. X16 aralamaq istəyəndə xəsarət almışlar. Hadisədən 1-2 ay sonra o, istintaq orqanı tərəfindən ekspertizadan keçirilmiş, lakin həmin vaxt artıq onda olan qaraltılar keçmişdir. O, hadisə yerində ayılanda hərənin bir tərəfə qaçdığını görmüşdür. O da qardaşı Təyyara kömək etmək üçün onun yanına getmiş, Təyyarı qaldırıb maşın tərəfə gətirəndə orada olan qarşı tərəfdən kök oğlan belini göstərib, ona da bıçaqla xəsarət yetirildiyini bildirmişdir. Hadisə yerində olan 06 markalı avtomobil gedəndən sonra ən axırda 07 markalı avtomobilin də getdiyini görmüş, onlar da gəldikləri avtomobillə hadisə yerindən uzaqlaşmışlar. Təyyar qolundan xəsarət aldığı üçün yarı yolda maşını idarə edə bilməmiş və maşını o idarə etmişdir. Təyyarın qolunu göstərmək üçün Şəfili kəndində olan sınıqçıya getdiyi vaxt Təyyarın telefonuna polis əməkdaşından zəng gəlmişdir. Həmin vaxt onlar avtomobilin yanacağı da qurtardığı üçün polis əməkdaşlarına olduqları yeri deyəndən sonra polis əməkdaşları həmin yerə gəlmiş və Niva markalı avtomobillə Təyyarı aparmışlar. Sonra Təyyarın idarə etdiyi maşını da polis şöbəsinə aparmışlar. Onlar da başqa maşınla kəndə qayıtmışlar. Şahid1 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Vüsal onu görüşə tək dəvət etmişdir. Onlar da tək çağırılmasının səbəbini aydınlaşdırmaq üçün birlikdə hadisə yerinə getmişlər. Vüsal avtomobilə əyləşəndən sonra o da Nəbi ilə birlikdə Təyyarı sürüyə-sürüyə öz avtomobillərinə tərəf aparmışdır. Hadisədən sonra Təyyar zərərçəkmiş şəxslərin maşınını təqib etməmişdir. O, qız səsi ilə heç kimə zəng etməmişdir. Atasına polis əməkdaşı bıçaq gətirməsini, Təyyarı buraxacaqlarını demişdir. Atası da evdən bıçaq götürərək polis şöbəsinə aparmışdır. Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında ziddiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, 04.01.2021-ci il tarixdə, səhər saatlarında həmkəndliləri Nəbi, Ömər və qardaşı Təyyarla Zirik kəndinin meşə ərazisinə birlikdə qardaşı Təyyarın idarə etdiyi Qazel markalı dövlət nömrə nişanını bilmədiyi yük avtomobili ilə yaşadığı evə odun gətirmək üçün meşəyə getmişlər. Onlar meşə ərazisində olarkən tanımadığı şəxs onun ***-***-**-** nömrəli mobil nömrəsinə Whatsapp mobil tətbiqi vasitəsi ilə mesaj yazaraq onun kim olduğunu soruşmuş, o da həmin şəxsə adının Rəvan olduğunu demişdir. Həmin şəxs isə ona adının “Samir” olduğunu yazmış və ona inanmayıb onun Aysel olduğunu bildirmişdir. O isə sonradan adını bildiyi Tamerlan adlı şəxsə yanlış adama zəng etdiyini bildirmişdir. Daha sonra həmin gün axşam saat 18 radələrində Tamerlan ona yazaraq və zəng edərək oğlan olduğu halda Qəbələ şəhərində görüşüb söhbət etməyi təklif etmişdir. Onlar evə çatıb birlikdə qardaşı Muradın əsgərlikdən gəlməsinin şərəfinə yeyib içmişlər. Lakin o, heç bir spirtli içki qəbul etməmişdir. Təyyar təxminən 50 qram araq içmiş, sonra yatmağa getmişdir. Axşam üstü söhbət zamanı ondan yaşca böyük qardaşı Təyyara kiminsə onun telefonuna mesajlar yazaraq narahat etdiyini və onu Qəbələ şəhərinə söyüş söyərək söhbətə çağırdığını bildirmişdir. Bir müddət sonra tanımadığı həmin şəxs Whatsapp mobil tətbiqi vasitəsi ilə ona söyüşlər söyərək, yenidən Qəbələ şəhərinin mərkəzinə, “Azpetrol” yanacaqdoldurma mərkəzinin qarşısına çağırmışdır. O, bu haqda qardaşına dedikdən sonra qardaşı Təyyar ondan həmin şəxsin mobil telefon nömrəsini alaraq öz mobil telefonunda mesajlaşmağa başlamış və həmin şəxsdən nə səbəbə onu narahat etdiyini soruşmuşdur. Bu məsələ ilə bağlı qardaşı Təyyarla həmin şəxs arasında telefonda mübahisə yaranmışdır. Həmin şəxs onların hər ikisinin Qəbələ şəhərinə gəlmələrini istəmişdir. O, qardaşı Təyyar, Nəbi, Ömərlə birlikdə saat 19 radələrində Təyyarın idarə etdiyi, atası Araz Əkbərova məxsus göy rəngli, Vaz 2102 markalı avtomobillə Qəbələ şəhərinə yola düşmüşdür. Yolda gələrkən qardaşı Təyyar həmin şəxsə zəng edib harada olduğunu soruşmuş və onlar birlikdə “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanına getmişlər. Təyyar həmin şəxsə zəng edərək orada gözlədiyini dedikdə, Təyyarla telefonda danışan şəxs ona Qəbələ rayonunda keçmiş hərbi şəhərciyinə gedən yol ayrıcı dairə yaxınlığına hərbi komissarlığın qarşısına gəlməsini bildirmişdir. Təyyar idarə etdiyi avtomobili həmin yerə sürmüş və onlar oraya çatdıqda, göy rəngli Vaz 2107 markalı dövlət nömrə nişanını bilmədiyi, 2106 markalı qara rəngli dövlət nömrə nişanını bilmədiyi və kəndçiləri Qanuni nümayəndə məxsus 21099 markalı dövlət nişanını bilmədiyi avtomobillərin dayandığını görmüşdür. Onlar avtomobildən yerə enərkən orada tanımadığı, təxminən 15-16 nəfər adamın dayandığını görmüşdür. Avtomobildən enərkən qardaşı Təyyar telefonda ona söyüş söyən şəxsin kim olması ilə maraqlanmış, bu zaman orada olan kök bədən quruluşlu bir nəfər şəxs, sonradan adının Vüsal olduğunu bildiyi şəxs onun qardaşı Təyyara “nə olub” demişdir. Bu vaxt Vüsal adlı şəxs önə tərəf gedib baş nahiyəsi ilə onun qardaşı Təyyarın sifətinə bir dəfə zərbə endirmiş və bütün uşaqlar Təyyarın üzərinə hücum etmişlər. Bu vaxt onlar hamısı birlikdə hasardan torpaq əraziyə doğru yıxılmışlar. Həmin şəxslər Təyyarı yerdən qalxmasına imkan verməmiş, daha sonra onu, Öməri və Nəbini vurmağa başlamışlar. O, başını qaldırdıqda hər kəsin bir tərəfə qaçdığını görmüş və qardaşı Təyyarın bıçaq çıxardığını anlamışdır. Vüsal ona yaxınlaşıb belini göstərmiş və Təyyarın ona bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Təyyar isə ona “sən məni çaşdırdın Vüsal məni vurdu” demişdir. Bundan sonra hər kəs avtomobilə əyləşib hadisə yerindən getmişdir. Onlar gəldikləri avtomobilə əyləşmiş, qardaşı Təyyarın qolu sındığından avtomobil idarə edə bilmədiyi üçün avtomobili özü idarə etmişdir. Təyyarı qolundakı ağrıya görə Qəbələ rayonu Şəfili kəndinə tanımadığı sınıqçının yanına apararkən yolda Təyyara zəng gəlmiş və həmin şəxslər hadisə ilə bağlı Qəbələ RPŞ-nın əməkdaşları olduqlarını bildirmişlər. Onlar qayıdaraq Şəfili kəndinin çıxacağında polis əməkdaşları ilə qarşılaşmış və polis əməkdaşları onun qardaşı Təyyarı Qəbələ RPŞ-yə aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 04.01.2021-ci il tarixdə Bakı şəhərinə getməli olmuşdur. O və Xəyyam Şahid5 evində birlikdə oturub yemək yeyən zaman Elminin telefonuna Vüsaldan zəng gəlmişdir. Elminin telefonunda səs eşidilmədiyi üçün Xəyyam öz telefonu ilə Vüsala zəng etmişdir. Vüsal Elminlə danışandan sonra Elmin onlara Vüsalla yolüstü görüşəcəyini bildirmişdir. Kənddən çıxanda Vüsala zəng etmiş, yerini soruşmuşdur. Vüsalla görüşəndən sonra hadisə yerinə Vaz 2102 markalı göy rəngli avtomobil gəlmişdir. Onların yanında maşını saxlayıb, maşından düşmüşlər. Bir nəfər qabağa doğru gələrək Vüsalın kim olduğunu soruşmuş və söyüş söydüyünü bildirmişdir. Vüsal da qabağa doğru çıxanda dava düşmüşdür. Təyyar və Vüsal dalaşaraq mişar daşından (kubikdən) hörülmüş, yerdən təxminən 30-40 sm hündürlükdə olan yarımçıq hörgünün üzərinə yıxılmışlar. Vüsalın 5-10 metr qaçıb qışqırdığını eşidən kimi, Vüsalın yanına getmiş, onun bıçaqlandığını görüb, Elminlə birlikdə Vüsalı maşına tərəf gətirmiş və onu maşına mindirmişlər. Vüsalı maşına mindirəndən sonra qarşı tərəf onlara müdaxilə edərək, maşının hərəkət etməsinə maneçilik törətmiş və “dəyməyin öldürəcəyik” demişlər. Daha sonra o və Xəyyam hadisə yerində dayanmış, Elmin Vüsal və Tamerlanı xəstəxanaya aparmışdır. Şahid2 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, onlar hadisə yerinə 07 markalı maşınla getmişlər. Hadisə yerində başqa maşın olmamışdır. Hadisə vaxtı ona xəsarət yetirən olmamışdır. Hadisə vaxtı onun istifadə etdiyi mobil nömrə ***-***-**-** olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 04.01.2021-ci il tarixdə, axşam saatlarında Şahid5 ilə onun evində yemək yemiş, Bakı şəhərinə getməli olmuşlar. Elmin də sənəd götürmək üçün Bakı şəhərinə getməli olmuşdur. Həmin vaxt Vüsal Elminin mobil telefonuna zəng etmişdir. Elminin telefonunun səs sistemi işləmədiyi üçün Elmin onun telefonu ilə Vüsalla danışmışdır. Vüsalla danışandan sonra onlar yeməklərini yemiş və Bakı şəhərinə getmək üçün evdən çıxmışlar. Elmin telefonla Vüsalla danışarkən yolüstü Vüsalla görüşəcəyini bildirdiyi üçün onlar yolda Vüsalla görüşmüşlər. Bundan sonra onlar hərbi komisarlığın inzibati binasının qarşısında maşından düşəndən sonra Təyyargil gəlmişlər. Təyyar onlara yaxınlaşmış və maşından düşmüşdür. Təyyarın əlində dəmir olmuşdur. Təyyarın birinci sözü “mənimlə telefonda danışan kim idi?” olmuşdur. Vüsal qabağa çıxan kimi Təyyar birbaşa Vüsalın üstünə getmiş, Vüsalla dalaşmağa başlamışdır. Elmin maşının arxasında, o isə qabaqda olmuşdur. Vüsal da maşının sağ tərəfində dayanmışdır. Ətraf qaranlıq olmuşdur. Vüsalla Təyyar bir-biri ilə dalaşaraq səkidən yerə yıxılmışlar. O, yanında dayanan qarşı tərəfdən olan oğlanı davaya qarışmaması, davanın daha da böyüməməsi üçün yanında saxlamışdır. O, oğlanı saxlayanda Vüsalın qışqırıq səsini eşitmişdir. Vüsal sinəsini tutmuş və yerdə oturmuşdur. Vüsalı maşına tərəf gətirib, maşına əyləşdirmişlər. Təyyar maşının qabağına keçmiş, maşını hərəkət etməyə qoymamışdır. Elmin Təyyarın əlində bıçaq olduğunu görüb, onun əllərindən tutaraq sakitləşdirmək üçün Təyyarı saxlamışdır. Arada danışıq olmuş və sakitlik yaranandan sonra Təyyarı maşının qabağından geri çəkmişlər. Həmin vaxt Tamerlan da maşının arxa tərəfində dayanmışdır. O, Tamerlanın necə bıçaqlandığını görməmişdir. Elmin maşına oturmuş, Vüsal və Tamerlanı xəstəxanaya çatdırmaq üçün maşını idarə etmişdir. Onlar Təyyargillə hadisə yerində qalmışlar. Sonra Təyyargil sakitləşib getmişlər. Naiblə o, yuxarı tərəfə doğru piyada hərəkət etmişlər. Elmin xəstəxanadan qayıtmış, onları yoldan götürmüş və Bakıya getmişlər. Səhəri gün Qəbələ Rayon Polis Şöbəsindən zəng gəlmiş və hadisə barədə izahat vermələri üçün Qəbələ şəhərinə qayıtmaları bildirilmişdir. Şahid3 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, ***-***-**-** saylı nömrə onun əvvəllər istifadə etdiyi nömrə olmuşdur. 2019-cu ildə işlədiyi binanın liftindən yıxılaraq belindən xəsarət almış, Təyyarın onun bədənində olan xəsarətdən məlumatı olmamışdır. Elmin Təyyarın sakitləşməsi üçün onu saxlamış, Vüsalı isə maşına əyləşdirmişlər. Elmin Təyyarı buraxandan sonra Təyyar maşının qabağını kəsərək maşını hərəkət etməyə qoymamışdır. Onlar da Vüsalın ölməməsi üçün Təyyara maşının qabağından çəkilməsini sözlə bildirmişlər. Təyyar həmin vaxt Vüsalın ölməsini istəmişdir. O,Tamerlanla Təyyar arasında münaqişə olduğunu görməmişdir. O, Vüsalın necə xəsarət aldığını görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, onlar 04.01.2021-ci il tarixdə meşəyə getmişlər. Meşədən Təyyargilə qayıtmışlar. O, Rəvan və Ömər küçədə dayananda Rəvanın telefonuna tanımadığı nömrədən mesaj gəlmişdir. Onlar yazışmışlar. Sonra o, Rəvanın danışdığı şəxsin onu görüşmək üçün çağırdığını bilmişdir. Rəvana nalayiq söyüşlər yazıldığı üçün onun da yaşı az olduğundan Rəvan evə, qardaşının yanına getmiş, telefonu qardaşı Təyyara aparmışdır. O, küçədə gözləmişdir. Sonra onları Azpetrol yanacaqdoldurma məntəqəsinin yanına çağırdıqları üçün maşınla həmin yerə getmişlər. Oradan isə hərbi səfərbərliyin yanına çağırmışlar. O, hadisə yerində qara rəngli 06, boz rəngli 07, göy rəngli 99 markalı avtomobillərin dayandığını görmüşdür. Onlar hadisə yerinə çatanda maşından düşmüşlər. Birinci Təyyar maşından düşmüş və ona kimin yazdığını soruşmuşdur. Həmin vaxt Vüsal onu kəllə ilə vurmuşdur. Qarşı tərəfdən olanlar Təyyarı döyməyə başlamışlar. Təyyar hasardan yıxılmışdır. Onlar da ayırmaq üçün Təyyara yaxınlaşmışlar. Təyyarı onlardan ayıranda onları da vurmağa başlamışlar. O, ayılanda orada olan şəxslərin hərəsinin bir tərəfə qaçdığını görmüşdür. İşıqlığa çıxandan sonra Təyyarın qaçan şəxsləri bıçaqla vurduğunu bilmişdir. Sonra Təyyarı maşının yanına gətirmişlər. Qarşı tərəfdən olan maşınlar gedəndən sonra onlar da gəldikləri maşına minib getmişlər. Təyyar yolda bir müddət özü maşını idarə etmişdir. Yarı yolda qolu ağrıdığı üçün maşını idarə edə bilməmişdir. Onlar yolda olarkən polisdən zəng gəlmiş və olduqları yerdə qalmaqları bildirilmişdir. Bundan sonra Təyyarı maşına mindirib polis şöbəsinə aparmışlar. Onlar da oradan evə getmişlər. Şahid6 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, onlar hadisə yerinə dörd nəfər getmişlər. Qarşı tərəfdən isə 15-16 nəfər olmuşdur. Vüsal Təyyarı kəllə ilə vuran kimi qarşı tərəfdən olanların hamısı Təyyarı vurmağa başlamışlar. Təyyar həmin vaxt özünü müdafiə etmişdir. O, hadisə vaxtı Təyyarın döyülməməsi üçün ona kömək etmişdir. Həmin vaxt onu da vurmuşlar. Gözü qaralmış, qaşı partlamış, belində 2-3 yerdə qaraltı olmuşdur. Ona həmin xəsarətləri müxtəlif adamlar yetirmişdir. O, Vüsalla Tamerlanın bıçaqla xəsarət almalarını görməmişdir. Şahid6 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, 04.01.2021-ci il tarixdə saat 08 radələrində yaşadığı kəndin sakinləri Şahid4, Rəvan və Təyyar qardaşları ilə birlikdə meşəyə odun gətirməyə getmişdir. Sonra meşədən qayıdıb Zirik kəndində həmkəndlisi Rəvan və Təyyarın qardaşı Murad Əkbərovun əsgərlikdən gəlməsinin şərəfinə təşkil edilmiş yığıncağa getmişdir. X10 yaşadığı evin həyətində təşkil edilmiş o, Ömər, Təyyar və Rəvanla birlikdə evdə masa arxasında əyləşib söhbət etmişlər. Bundan sonra içki məclisi təşkil edilmiş və təxminən 0,5 litr araq içmişlər. Spirtli içkini o, Rəvan, Ömər və Təyyar içmişdir. Sonra söhbət zamanı Rəvan kiminsə onun telefonuna mesajlar yazaraq narahat etdiyini demişdir. Bir müddət sonra tanımadığı şəxs Whatsapp sosial şəbəkə vasitəsi ilə Rəvana nəlayiq söyüşlər söyərək Qəbələ şəhərinin mərkəzinə, hərbi komissarlığın qarşısına gəlməyə dəvət etmişdir. Bundan sonra Rəvan, Təyyar, o və Ömər birlikdə Təyyarın atası Arazın göy rəngli, Vaz 2102 markalı avtomobili ilə Qəbələ şəhərinə gəlmişlər. Avtomobili Təyyar idarə etmişdir. Təyyar maşını hərbi komissarlığın qarşısında saxlamış və həmin vaxtı orada dövlət nömrə nişanlarını hazırda xatırlamadığı göy rəngdə Vaz 2107 markalı avtomobilin olduğunu görmüşdür. Onlar maşından yerə düşmüş və həmin vaxtı qarşıda duran avtomobildən təxminən say hesabını dəqiq bilməsə də 5-6 nəfərə yaxın adam düşmüşdür. Hadisə yeri Zarağan Ağdaş magistral yolunun Ağdaş şəhəri istiqamətinə doğru hərbi komissarlığın yaxınlığında, magistral yolun sağ kənarı olmuşdur. Hava zülmət qaranlıq olmuşdur. Onlar maşından düşən kimi Təyyar avtomobildən düşərək “kim idi mənə söyüş söyən” demişdir. Bu zaman sonradan adının Vüsal olduğunu öyrəndiyi hadisə günü tanımadığı şəxs qabağa çıxaraq “mən idim” deyə cavab vermişdir. İlkin olaraq Vüsal kəllə ilə Təyyarın ağzına vurmuş sonra onlar əlbəyaxa olmuşlar. Bir-birini yumruq və təpiklə vurmağa başlamışlar. Həmin anda Tamerlan da hadisəyə müdaxilə etmiş və Təyyarı yumruqla vurmağa başlamışdır. Sonra Təyyar yerə daş hasarın üzərinə yıxılıb, ayağa durmuşdur. Onlar kənarda dayanmış, Təyyar, Vüsal və Tamerlan isə dalaşmışlar. Onlar boş ərazidə olan torpaq sahəsinin içinə doğru getmiş sonra isə Vüsalın qışqırıq səsləri gəlmişdir. O, köməksizlikdən möhkəm qışqırmışdır. O, Vüsalı Təyyarın bıçaqladığını başa düşmüşdür. Çünki, dava əsnasında Təyyarın Vüsalı bıçaqladığını Təyyarın əlində olan qanlı bıçaqdan başa düşmüşdür. Bundan başqa, Tamerlanın da hadisə vaxtı onlarla birlikdə olmasından onun da Təyyar tərəfindən bıçaqlandığını bilmişdir. Bundan sonra Vüsal qaçıb maşına minmiş, sonra sürücü və onunla gələn digər 3 şəxs maşına minib Qəbələ şəhərinə doğru getmişlər. Daha sonra onlar da maşına minib hadisə yerindən uzaqlaşmışlar. Hadisə yerindən uzaqlaşarkən Təyyar əlində olan qara saplı bıçağı qabaq ayaq altına atmışdır. Maşını Rəvan idarə etmiş və Şəfilli kəndinə doğru Təyyarın qolunu sınıqçıya göstərmək üçün gedərkən polis şöbəsindən zəng gəlmiş və onlar Təyyarı polis şöbəsinə aparmışlar. Həmçinin, ona ünvanlana sualların cavabında Şahid6 göstərmişdir ki, hadisə vaxtı o maşından düşüb Tamerlanın və Vüsalın Təqsirləndirilən şəxs vurarkən müdaxilə etmək yəni onları aralamaq istəyərkən üzünü xatırlamadığı bir nəfər yumruqla onu vurmuşdur. Ancaq daha sonra hadisədə digər tərəfdən iştirak edən 5 nəfər şəxsin hər birini görsə də, onu kimin vurduğunu tanıya bilməmişdir. Çünki, həmin gecə hava çox qaranlıq olmuş və nə isə görmək mümkün olmamışdır. Hadisə vaxtı onlar tərəfdən hadisə yerində 4 nəfər, Ömər, o, Rəvan və Təyyar iştirak etmiş, digər tərəfdən isə 5 nəfər iştirak etmişdir. O daha əvvəl verdiyi ifadəsində səhv olaraq 8-10 nəfər qeyd etsə də, dəqiq xatırlamışdır ki, hadisə vaxtı digər, yəni qarşı tərəfdən 5 nəfər orada olmuşdur. Onların daha sonra üçünün polis şöbəsində üzlərini görmüş, ikisini isə əvvəldən tanımış, ancaq hadisə vaxtı deyil sonra kim olduqlarını başa düşmüşdür. Həmin şəxslər Kötüklü kənd sakinləri Vüsal, Tamerlan, Xəyyam, Elmin və Naib olmuşlar. Hadisə yerində başqa heç kim olmamışdır. Onu kimin vurduğunu da dəqiq deyə bilmir. Verdiyi ilkin ifadəsində səhvən Tamerlanın onu vurduğunu qeyd etmişdir. O, Tamerlanın adını səhvən çəkmişdir. Çünki, çox həyəcanlı olmuşdur. Qarşı tərəfdən də yalnız Tamerlan və Vüsalın Təyyarı yumruq və təpiklə vurduqlarını, Təyyarın da əvvəlcədən cibində gətirdiyi bıçaqla onları vurduqlarını görmüşdür. Başqa heç kimin dava-dalaşının hadisə vaxtı şahidi olmamışdır. Təyyarın hadisə vaxtı üzərində olan bıçağı o, hadisə vaxtı cibindən çıxarmışdır. Sonradan da dəqiqləşdirib öyrənmişdir ki, Təyyar hadisə yerinə gələndə bıçaq onun cibində olmuşdur. MTE PA birliyinin Qəbələ rayon şöbəsindən daxil olmuş ekspert rəyində hadisədən sonra bədənində ekspert müayinəsi zamanı xəsarət aşkar edilməməsinin səbəbini bilmir. Lakin gözündə qızartı olduğunu xatırlayır. Hadisə yerində bıçaq yalnız Təyyarda olmuş və hər iki şəxsi, yəni Vüsalı və Tamerlanı o bıçaqlamışdır. Ancaq hansına neçə bıçaq vurduğunu bilmir. Rəvan isə hadisə zamanı heç kimi bıçaqla vurmamışdır. Şahid6 ifadəsi elan olunduqdan sonra ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, o, məhkəmə istintaqı zamanı verdiyi ifadəni təsdiq edir. Elan olunan ifadə ilə razı deyil. O, oxumaq və yazmaq bilmədiyi üçün orada qeyd olunanlardan xəbərsiz olmuş, müstəntiq onun ifadəsini olduğu kimi qeyd etməmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş azyaşlı Şahid4 ifadəsində göstərmişdir ki, 04.01.2021-ci il tarixdə Təyyargil onu meşədən odun gətirmək üçün köməyə çağırmışlar. O, Nəbi, Təyyar və Rəvan birlikdə meşəyə odun gətirməyə getmişlər. Odunu gətirəndən sonra yolda Rəvanla dayananda onun telefonuna zəng gəlmişdir. Rəvan telefonla danışandan sonra onu görüşmək üçün rayona çağırdıqlarını bildirmişdir. Rəvan azyaşlı olduğundan məsələni aydınlaşdırması üçün telefonu qardaşı Təyyara aparmışdır. Təyyar danışandan sonra onları Azpetrol yanacaqdoldurma məntəqəsinin yanına çağırdıqlarını bildirmişdir. O, hadisə yerinə gedəndə 3 maşın olduğunu, orada 10-15 nəfərin dayandığını görmüşdür. O, maşından düşən kimi dava başlamış, qarşı tərəf Təyyarı vurmuşdur. Şahid4 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, o, Təyyarın Vüsal və Tamerlanı bıçaqladıqlarını görməmişdir. Hadisə barədə ona sonradan məlum olmuşdur. O, hadisə vaxtı 5-6 nəfərin davadan uzaqlaşdığını görmüşdür. O, Təyyarın döyülməməsi üçün ona kömək edəndə xəsarət almışdır. Onlar tərəfdən qarşı tərəfin maşınının hərəkət etməsinə maneçilik törədən olmamışdır. Şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, 04.01.2021-ci il tarixdə, səhər saatlarında həmkəndlisi Şahid1 dəvətilə Nəbi, Rəvan və qardaşı Təyyarla birlikdə yaşadığı Zirik kəndinin meşə ərazisinə, Rəvangilə Təyyarın idarə etdiyi Qazel markalı dövlət nömrə nişanını bilmədiyi yük avtomobili ilə odun gətirməyə getmişlər. Onlar meşə ərazisində olarkən tanımadıqları şəxs Rəvanın mobil telefonuna Whatsapp mobil tətbiqi vasitəsi ilə onun qız olduğunu güman edərək mesajlaşmağa başlamışdır. Rəvan isə həmin şəxsə qız olmadığını bildirmişdir. Həmin şəxs Rəvana oğlan olduğu halda Qəbələ şəhərində görüşüb söhbət edəcəklərini təklif etmişdir. Onlar meşə ərazisində qurumuş ağaclardan odun toplayaraq Təyyargilin həyətinə boşaltmaq üçün yola düşmüş, kənd ərazisinə çatıb Təyyargilin həyətinə gətirdikləri odunu boşaltdıqdan sonra Təyyar və Rəvanın qardaşı Muradın əsgərlikdən gəlməsinə görə təşkil olunmuş məclisdə yeyib içmişlər. Orada Rəvan, Nəbi və Təyyar araq içmişlər. Lakin o, spirtli içki qəbul etməmişdir. Söhbət zamanı saat 17- 18 radələrində Rəvan qardaşı Təyyara bildirmişdir ki, kimsə onun telefonuna mesajlar yazaraq narahat edir və onu Qəbələ şəhərinə söhbətə çağırır. Məsələdən xəbər tutan Rəvanın yaşca böyük qardaşı Təyyar söhbətə qarışmış və Rəvandan həmin şəxsin mobil telefon nömrəsini alaraq onunla yazışmağa başlamışdr. Təyyar həmin şəxsə qardaşını nə səbəbə narahat etdiyini bildirmiş, həmin vaxt telefonda onların arasında mübahisə yaranmış, hər ikisi bir-birlərinə nalayiq ifadələr işlədərək təhqir etmiş, həmin şəxs Təyyara söhbət üçün Qəbələ şəhərinə gəlməsini bildirmişdir. O, Təyyar, Rəvan və Nəbi birlikdə Təyyarın idarə etdiyi atası Araza məxsus göy rəngli, Vaz 2102 markalı dövlət nömrə nişanını bilmədiyi avtomobillə Qəbələ şəhərinə gəlmişlər. Onlar Azpetrol yanacaqdoldurma məntəqəsinin yanına gəlib çatdıqdan sonra Təyyar həmin şəxsə zəng vuraraq orada gözlədiyini demiş, telefonda danışan şəxs isə Təyyara Qəbələ şəhərində keçmiş hərbi şəhərciyə gedən yol ayrıcı dairənin yaxınlığına, hərbi komissarlığın qarşısına gəlməsini bildirmişdir. Təyyar idarə etdiyi avtomobili həmin yerə sürmüş və onlar hərbi komissarlığın yanına çatarkən orada göy rəngli Vaz 2107 markalı və Vaz 21099 markalı dövlət nömrə nişanını bilmədiyi avtomobillərin dayandığını görmüşdür. Onlar avtomobildən yerə enmiş, həmin vaxtı qarşıda duran iki avtomobildən təxminən say hesabını dəqiq bilməsə də, 15-16 nəfərə yaxın adam düşmüşdür. X18 magistiral yolunun Ağdaş şəhəri istiqamətinə doğru hərbi komissarlığın yaxınlığında, magistiral yolun sağ kənarında, saat 19:30 radələrində baş vermişdir. Əvvəlcə onlar avtomobildən endikdə, boyca uca olan, üzü tüklü, adının sonradan Vüsal olduğunu bildiyi şəxs Təyyarın üstünə uca səslə söyüşlər söyərək gəlib başı ilə Təyyarın sifət nahiyəsinə 1 dəfə zərbə endirmişdir. Bu vaxt Təyyar müvazinətini itirib səndələyərkən Vüsalgillə gələn adını sonradan bildiyi Tamerlan adlı şəxs təpik və yumruqla Təyyarı vurmağa başlamışdır. Sonra Təyyar sol çiyini üstə asfalt yolun kənarında olan alçaq daş hasarın üzərinə yıxılmış, oradan da daş hasardan arxaya otluq olan sahəyə yuvarlanmışdır. O, Rəvan və Nəbi ilə Vüsalgili aralaşdırmaq istəyərkən həmin şəxslər onları da vurmağa başlamışlar. Bu vaxt Vüsal, Tamerlan və Vüsalgillə gələn bir neçə şəxs Təyyarın təkrar üstünə hücum edib yumruq və təpiklə vurmağa başlayarkən, o, Təyyar döyülməsin deyə, Təyyarın qolundan tutub kənara çəkmişdir. Həmin vaxt Vüsal, Tamerlan və Vüsalgillə gələn şəxslərdən hansısa onun baş nahiyəsinə 1-2 yumruq zərbəsi endirmişdir. Lakin həmin şəxslər onu vurduqdan sonra müqavimət göstərə bilmədiyinə görə kənara çəkilmişdir. Həmin vaxt orada olan Vüsal və Tamerlanla gələn şəxslərdən biri Təyyarın əlindən qara rəngli bıçağı götürərək kənara tullamışdır. O, bunu görüb cəld yerdən bıçağı götürmüşdür. O, Təyyarın yanından kənarlaşdırdan sonra Təyyar ayağa qalxmışdır. Bundan sonra anidən dava edən şəxslərin Təyyarın yanından aralaşaraq asfalt yola tərəf getdiklərini görmüş və özü də həmin şəxslərin ardı ilə getmişdir. Həmin vaxt Tamerlanı Vüsalın göy rəngli Vaz 2107 markalı avtomobilinin içərisinə uzatdıqlarını və Vüsalın da bədənindən qan axmasını görmüşdür. Təyyar bıçaqla Vüsal və Tamerlanı vurmuşdur. Lakin özü həmin vaxt aralıda olduğu üçün Təyyarın Tamerlanı və Vüsalı bıçaqla hansı şəraitdə vurmasını görməmişdir. Yerdən götürdüyü bıçağı isə Təyyarın idarə etdiyi avtomobilin ön sağ ayaq altısına qoymuşdur. Daha sonra Rəvan və Nəbi ilə birlikdə Təyyarın idarə etdiyi avtomobillə yaşadıqları Zirik kəndinə qayıtmış, Təyyar dava zamanı sol qolundan xəsarət aldığından Soltannuxa kəndi ərazisində avtomobili idarə edə bilməkdə, çətinlik çəkdiyi üçün avtomobili qardaşı Rəvan idarə etməyə başlamışdır. Təyyarı qolundakı ağrıya görə Qəbələ rayonunun Şəfili kəndinə tanımadıqları sınıqçının yanına apararkən, yolda Təyyara zəng gəlmiş və zəng edən şəxslər Qəbələ RPŞ-nin əməkdaşları olduğunu bildirmişlər. Onlar geri qayıdaraq Şəfili kəndinin çıxacağında polis əməkdaşları ilə qarşılaşmış və polis əməkdaşları Təyyarı Qəbələ RPŞ-ya aparmışlar. Şahid4 ifadəsi elan olunduqdan sonra ona verilən sualları cavablandırarkən bildirmişdir ki, yazıb-oxumağı bilmir, ibtidai istintaq zamanı ifadəsi ona oxunmamışdır. O, məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Xəyyam, o və Naib Beyləqana hərbi hissəyə getmişlər. Onun sənədlərində problem olmuşdur. O, evdə olanda Vüsal onun mobil telefonuna zəng etmiş, “PAK OİL” yanacaqdoldurma məntəqəsinin yanında olduğunu və onun yanına gəlməyi bildirmişdir. O, Xəyyam və Naib həmin gün Bakı şəhərinə gedəcəkləri üçün yolüstü Vüsalın olduğu yerə getmişlər. Orada Vüsal və Tamerlanı götürmüş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Qəbələ rayon şöbəsinin inzibati binasının yanına getmişlər. Orada Vüsaldan nə baş verdiyi barədə soruşmaq istəyəndə maşından 3-4 nəfərin düşdüyünü görmüşdür. Əlində dəmir olan bir nəfər onlara tərəf yaxınlaşmış və Vüsalın kim olduğunu soruşmuşdur. Vüsal qabağa çıxanda dava başlamışdır. Təyyar və Vüsal dalaşaraq yıxılmışlar. Ətraf qaranlıq olmuşdur. Birdən Vüsalın səsini eşitmiş, bıçaqlandığını bilmişdir. Naiblə birlikdə Vüsalı götürüb maşına mindirmişlər. Həmin vaxt Təyyargil onların maşınının qabağını kəsərək, maşının hərəkət etməsinə maneçilik törətmiş və Vüsalı aparmağa icazə verməmişlər. Həmin vaxt Naib və Xəyyam qarşı tərəfi sakitləşdirməyə çalışanda, o, Vüsal və Tamerlanı xəstəxanaya aparmışdır. Şahid5 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, o və Naib Vüsalı ayıranda Vüsal onlara bıçaqlandığını bildirmişdir. O hadisə vaxtı heç bir xəsarət almamışdır. Hadisə yerində onlar tərəfdən 5 nəfər olmuşdur. Vüsalın vəziyyəti ağır olmuş, səsi çıxmamışdır. O, Vüsalı maşına əyləşdirəndə Tamerlan da maşına oturmuşdur. Həmin vaxt Təyyar maşının qabağına keçərək maşının hərəkətinə mane olmuşdur. O, hadisə vaxtı Təyyarın əlində bıçaq olduğunu görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi izahatında da qeyd etmişdir ki, hadisənin şahidi olmamışdır. Hadisə vaxtı orada olmamış, hadisə barədə 10 gündən sonra məlumatı olmuşdur. Ailə üzvləri ilə əlaqə saxlayan zaman Vüsalın bıçaqlandığını bilmişdir. Şahid7 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, o, ibtidai istintaq zamanı tibbi ekspertizadan keçirilmiş, onda heç bir xəsarət aşkar olunmamışdır. Tədqiq edilmiş sübutlarla yanaşı, cinayət işinin materiallarına əlavə edilmiş 04.01.2021ci il tarixli raportlardan görünür ki, 04.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs, Rəvan və Nəbi adlı şəxslərin naməlum şəxs tərəfindən bıçaqlanması barədə, X1 tərəfli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti barədə, Zərərçəkmiş şəxs1 qarın boşluğunun sağ boynun və ön divarının, sol tərəfli döş qəfəsinin daxilə nüfuz edən, deşilmiş-kəsilmiş yarası, sağ bilək nahiyəsinin ön və arxa səthinin kəsilmiş – deşilmiş yarası xəsarəti barədə məlumatlar daxil olmuşdur. Qeyd olunan sübutlarla yanaşı, cinayət işinin materiallarına əlavə edilmiş 05.01.2021-ci il tarixli raportdan görünür ki, 04.01.2021-ci il tarixdə daxil olmuş əməliyyat tapşırığına əsasən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş əməliyyat məlumatına görə 04.01.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Qəbələ rayonu, Ziring kənd sakini Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 05.01.2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs sol körpücük çiyin bağlarının zədələnməsi diaqnozu ilə Qəbələ RDMya daxil olmuşdur. Cinayət işinin materiallarında olan 05 yanvar 2021-ci il tarixli 05 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş olmuşdur. Cinayət işinin materiallarında olan 05.01.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 04.01.2021-ci il tarixdə, saat 21:53-də Qəbələ Rayon Müalicə Diaqnostika mərkəzindən Qəbələ rayonunun Mıxlıqovaq kənd sakini Zərərçəkmiş şəxs1, eləcə də həmin tarixdə, saat 22:05-də Qəbələ şəhər sakini Zərərçəkmiş şəxs2 Tərlan oğlunun bıçaqlanaraq xəsarət almaları barədə şöbənin növbətçi hissəsinə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat–axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla xəsarəti Qəbələ rayon Zirik kənd sakini Təqsirləndirilən şəxs tərəfindən yetirildiyi müəyyən edilərək, Təqsirləndirilən şəxs istintaqa təqdim edilməklə iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Qəbələ şəhəri ərazisində şəhər mərkəzinə Ağdaş şəhər istiqamətinə doğru Zarağan-Ağdaş magistral yolunun sağ kənarında asfalt örtüklü yoldan təxminən 10-15 metr aralıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Qəbələ rayon şöbəsinin inzibati binasının ətrafında boş sahəlikdə baş verdiyi müəyyən edilmişdir. Hadisə yerindən daşlı-çınqıllı torpaq səth və boş şəkildə ağ rəngli kapron butulkanın üzərində qırmızı rəngli qanabənzər ləkələr aşkar edilmiş və həmin qanabənzələr ləkələrdən nümunələr götürülmüşdür. Cinayət işinin materiallarında olan 05.01.2021-ci il tarixli VAZ 2102 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verdiyi zaman zərərçəkmiş şəxslərə xəsarət yetirdiyi cib bıçağını VAZ 2102 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun qabaq hissəsinin sağ ayaqaltısının üzərindən götürərək könüllü olaraq istintaqa təqdim etmiş və hadisə zamanı bu cib bıçağından istifadə etdiyini bildirmiş və həmin cib bıçağı maddi sübut qismində tanınmışdır. Cinayət işinin materiallarında olan 05.01.2021-ci il tarixli Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa təqdim etdiyi bıçağa baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi və könüllü olaraq istintaqa təhvil verdiyi bıçağa baxış keçirilərkən müəyyən edilmişdir ki, bıçaq parlaq qara rəngli, açılıb-qatlanan, tutacağın alt hissəsinə bel kəmərinə taxılması üçün nəzərdə tutulmuş dəmir hissə olmaqla, açıq vəziyyətdə, ümumi uzunluğu 17 sm, üst hissəsində qoruyucusu olan, 3 hissədən bərkidilmiş və kəsici hissəsinin əl ilə avtomatik açılması üçün nəzərdə tutulmuş metal düyməciyi olan, bağlı vəziyyətdə tutacaq hissəsinin eni 3 sm, uzunluğu isə 9,5 sm və kəsici hissəsinin eni 2 sm, uzunluğu isə 7,4 sm təşkil edir. Cinayət işinin materiallarında olan 07 yanvar 2021-ci il tarixli Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, 07.01.2021-ci il tarixdə Qəbələ RPŞ-nın İB-nin müstəntiqi, polis mayoru Emil Niyazov tərəfindən həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefona baxış keçirən zaman qeydə alınmış və protokola əlavə etdiyi CD diskə tərəfimdən baxış keçirilərkən müəyyən edilmişdir ki, CD diskdə olan yazışmalar və səsli mesajlar hər iki şəxsin verdikləri ifadələrdə təsdiq etdiyi kimi, Təqsirləndirilən şəxs və iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 arasında tərəflərin bir-birlərini söyüşlərlə söymələri ilə bağlı, o cümlədən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 harada olmasını soruşması və onu tapdıqda bıçaqla xəsarət yetirəcəyi ilə bağlı mübahisə xarakterli və söyüşlər olan səsli və mətn mesajları aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan 09 yanvar 2021-ci il tarixli video görüntüyə baxış keçirilməsi barədə protokoldan görünür ki, görüntüyə baxış zamanı çəkiliş vaxtı Zərərçəkmiş şəxs2 Tərlan oğluna “hadisə barədə nə deyə bilərsiniz” sualına cavab olaraq bildirmişdir ki, İbrahimlə (Təyyarla) Vüsalın arasında düşmüş mübahisə zamanı onları ayırmaq üçün araya girdikdə, “İbrahimin (Təqsirləndirilən şəxs) bıçaqla onu vuraraq xəsarət yetirdiyini” deyərək cavab verir. Bununla da video görüntü başa çatır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalist Tədqiqatlar İdarəsindən daxil olmuş məhkəmə genetik ekspertizasının nəticəsinə dair 04.02.2021-ci il tarixli 21/100R nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən və hadisə yerində torpaq və daş örtüyünün üzərində iki yerdən götürülmüş qanabənzər ləkələr insan mənşəli qan nümunələridir və hər iki qan nümunəsi Zərərçəkmiş şəxs1 məxsudur. Ekspert tədqiqatına təqdim edilmiş, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi bir ədəd dəstəyi açılıb-qatlanan bıçağın tiyə hissəsində olan qanabənzər ləkələr insan mənşəli qan nümunələridir və bu bıçağın tiyə hissəsində həm Zərərçəkmiş şəxs1, həm də Zərərçəkmiş şəxs2 Tərlan oğluna məxsus qan nümunələri mövcuddur. Təqdim edilmiş Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş, üzərində “Vogue” qeydləri olan bir ədəd jaketin, “Rewac” ticarət markalı qəhvəyi rəngli bir ədəd jaketin və bir ədəd cins şalvarın üzərində aşkar edilmiş qanabənzər ləkələr insan mənşəli qan nümunələridir və həmin qan nümunələri Zərərçəkmiş şəxs1 məxsusdur. Təqdim edilmiş Zərərçəkmiş şəxs2 Tərlan oğlunun hadisə zamanı əynində olmuş “SDK” ticarət markalı bir ədəd qış gödəkçəsinin və “Gucci” ticarət markalı bir ədəd uzunqol gödəkçənin üzərində aşkar edilmiş qanabənzər ləkələr insan mənşəli qan nümunələridir və həmin qan nümunələri Zərərçəkmiş şəxs2 Tərlan oğluna məxsusdur. Cinayət işinin materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Qəbələ rayon şöbəsindən daxil olmuş 30 yanvar 2021-ci il tarixli 05 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sol körpücük sümüyünün qapalı yerdəyişən sınığı və üst dodağın orta hissəsində selikli qişaya qansızma kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 04 yanvar 2021-ci ildə törənə bilər. Qeyd olunan xəsarətlər birlikdə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səsəb olan sağlamlığa AZ AĞİR zərər vurmanın əlamətlərinə aiddir. Ayrı-ayrılıqda dərəcəsinə görə sol körpücük sümüyünün qapalı yerdəyişən sınığı sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə, üst dodağın orta hissəsində selikli qişaya qansızma isə sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Cinayət işinin materiallarında olan MTE və PAETTB-nin Qəbələ rayon şöbəsindən daxil olmuş 30 yanvar 2021-ci il tarixli 04 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 Tərlan oğlunun bədəni üzərində döş qəfəsinin arxa səthində kürək xətt üzrə V qabırğa, arxa qoltualtı xətt üzrə Vİİ və eyni xətt üzrə Vİİİ qabırğa arası sahədə daxili qanaxma, sol ağ ciyərin zədələnməsi və sol tərəfli pnevmahemotoraksla müşayət olunan döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaralar, sağ kürək nahiyəsinin, sol bazunun arxa yuxarı 1/3-nin sıyrıqları, döş qəfəsinin ön sol yuxarı hissəsində körpücük xətt üzrə İİ qabırğa, ön qoltuqaltı xətt üzrə Vİİ qabırğarası sahədə drenaj edilərək cərrahi işlənmiş yaralar vardır. Döş qəfəsinin arxa səthində kürək xətt üzrə V qabırğa, arxa qoltuqaltı xətt üzrə Vİİ və eyni xətt üzrə Vİİİ qabırğa arası sahədə daxili qanaxma, sol ağ ciyərin zədələnməsi və soltərəfli pnevmahemotoraksla müşayiət olunan döş boşluğuna nüfuz edən, sayca üç ədəd deşilmiş-kəsilmiş yaralar iti deşici-kəsici xarakterə malik olan alətin o, cümlədən ekspertizaya təqdim edilən bıçağın təsirindən, sağ kürək nahiyəsinin, sol bazunun arxa yuxarı 1/3-nin sıyrığı isə küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 04 yanvar 2021-ci ildə törənməsinə uyğun gəlir. Qeyd olunan xəsarətlər dərəcəsinə görə birlikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə aiddir. Sağ kürək nahiyəsinin və sol bazunun arxa yuxarı 1/3-nin sıyrığı isə sağlamlığa zərər vurmayan bədən xəsarətlərinə aidir. Zərərçəkmiş şəxs2 Tərlan oğlunun bədəni üzərində döş qəfəsinin ön sol yuxarı hissəsində körpücük xətt üzrə İİ qabırğa, ön qoltuqaltı xətt üzrə Vİİ qabırğarası sahədə drenaj edilərək cərrahi işlənmiş yaralar onun üzərində 04 yanvar 2021-ci ildə aldığı ağır travmaya görə həyati göstərişlə əlaqədar aparılmış cərrahi əməliyyat zamanı törənmişlər. Cinayət işinin materiallarında olan MTE və PAETTB-nin Qəbələ rayon şöbəsindən daxil olmuş 13 fevral 2021-ci il tarixli 03 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində döş qəfəsinin sağ hissəsində ön qoltuqaltı xətti üzrə Vİ qabırğa arası, döş qəfəsinin sol tərəfində orta qoltuqaltı xətt üzrə Vİİ qabırğa arası sahədə, qarının ön divarında orta xəttdən sol tərəfdə epiqastral nahiyədə, döş qəfəsinin arxa səthində sağ onurğa kənarı xətt üzrə Xİ döş fəqərəsi nahiyəsində daxili qanaxma, mədənin, nazik bağırsağın, qara ciyəri, periton arxası nahiyəni zədələyən və hemotoraksla müşahidə olunan boşluqlara nüfuz edən deşilmiş-kəsilmiş yaraları, sağ əlin ovuc səthindən eyni proyeksiyada əlin üst səthinə İİ daraq sümüyü nahiyəsindən xaric olan və medial sinirin zədələnməsi ilə müşayət olunan deşilmiş-kəsilmiş yaraları, qarının ön divarında orta xətt üzərində, döş qəfəsinin sol ön qoltuqaltı xətt üzrə V qabırğa, eyni xətt üzrə Vİİ qabırğarası sahədə və qarının ön aşağı hər iki qalça çuxurunda drenaj edilərək cərrahi işlənmiş yaralar, boyunun sağ aşağı hissəsinin sıyrıqları kimi xəsarətləri vardır. Döş qəfəsinin sağ hissəsində ön qoltuqaltı xətti üzrə Vİ, döş qəfəsinin sol tərəfində orta qoltuqaltı xətt üzrə Vİİ qabırğa arası sahədə, qarının ön divarında orta xəttdən sol tərəfdə epiqastral nahiyədə, döş qəfəsinin arxa səthində sağ onurğa kənarı xətt üzrə Xİ döş fəqərəsi nahiyəsində daxili qanaxma, mədənin, nazik bağırsağın, qara ciyəri, periton arxası nahiyəni zədələyən və pnevmatoraksla müşayət olunan boşluqlara nüfuz edən, sağ əlin ovuc səthindən eyni proyeksiyada əlin üst səthinə İİ-İİİ daraq sümükləri arasından xaric olan deşilmiş kəsilmiş sayca beş ədəd deşilmiş-kəsilmiş yaralar iti deşici-kəsici xarakterə malik olan alətin o, cümlədən ekspertizaya təqdim edilən bıçağın təsirindən, boyunun sağ aşağı hissəsinin sıyrığı isə küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 04 yanvar 2021-ci ildə törənməsinə uyğun gəlir. Qeyd olunan xəsarətlər dərəcəsinə görə birlikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə aiddir. Ayrı- ayrılıqda dərəcəsinə görə döş qəfəsinin sağ hissəsində ön qoltuqaltı xətti üzrə Vİ qabırğa, döş qəfəsinin sol tərəfində orta qoltuqaltı xətt üzrə Vİİ qabırğa arası sahədə, qarının ön divarında orta xəttdən sol tərəfdə epiqastral nahiyədə, döş qəfəsinin arxa səthində sağ onurğa kənarı xətt üzrə Xİ döş fəqərəsi nahiyəsində daxili qanaxma, mədənin, nazik bağırsağın, qara ciyərin və periton arxası nahiyəni zədələyən, boşluqlara nüfuz edən xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə, sağ əlin ovuc səthindən eyni proyeksiyada əlin üst səthinə İİ daraq sümüyü nahiyəsindən xaric olan və medial sinirin zədələnməsi ilə müşayət olunan deşilmiş-kəsilmiş yaralar sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmanın əlamətlərinə, boyunun sağ aşağı hissəsinin sıyrığı isə sağlamlığa zərər vumayan bədən xəsarətlərinə aiddir. Zərərçəkmiş şəxs1 bədəni üzərində qarının ön divarında orta xətt üzərindəki, döş qəfəsinin sol ön qoltuqaltı xətt üzrə V qabırğa, eyni xətt üzrə Vİİ qabırğarası sahədəki və qarının ön aşağı hər iki qalça çuxurunda drenaj edilərək cərrahi işlənmiş yaralar onun üzərində 04 yanvar 2021-ci ildə aldığı ağır travmaya görə həyati göstərişlə əlaqədar aparılmış cərrahi əməliyyat zamanı törənmişlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 01 mart 2021-ci il tarixli, 6/581 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Zərərçəkmiş şəxs1 şalvarının üzərindən aşkar edilmiş göy rəngli poliester kimyəvi liflər cinsi əlamətinə görə Təqsirləndirilən şəxs idman gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər. Zərərçəkmiş şəxs2 gödəkçəsinin üzərindən tapılmış göy rəngli poliester kimyəvi lifllər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs idman gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs idman gödəkçəsinin üzərindən aşkar edilmiş açıq göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs1 şalvarının tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 03 mart 2021-ci il tarixli, 3/290; 3/291 nömrəli məhkəmə- ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş geyim əşyalarından Zərərçəkmiş şəxs1 məxsus poliverin, jaketin, və Zərərçəkmiş şəxs2 məxsus paltarların üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri və ölçüsü verilmişdir. Həmin zədələr bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Həmin zədələrin qərarın təsviri hissəsində qeyd olunan şəraitdə yaranması istisna edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 24 iyun 2021-ci il tarixli, 4/604 nömrəli məhkəməfonoskopik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd “ZYKLEN” markalı CD diskdə aşkar olunan danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir, həmin mətnlərdə “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs1 məxsusdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanserindən daxil olmuş 06 may 2021-ci il tarixli 244/68 nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1 və 22-ci maddəsinin təsiri altına düşmür və onun hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən əsəbi və həyəcanlı psixi-emosional halda olmasına baxmayaraq, həmin hal onun hərəkətlərinə mühüm təsir göstərməmişdir. Cinayət işinin materiallarında olan 25 iyun 2021-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş rabitə məlumatlarının əks olunduğu diskə baxış keçirilməsi haqqında protokolda göstərilir ki, "xxxx" MMC-dən daxil olmuş texniki məlumatların əks olunduğu diskə baxış zamanı müəyyən edilmişdir ki, məlumatların əks olunduğu diskin üzəri ağ rəngli olub ”Verbatim CD-R 700 MB 52x 80min” və “9727” yazısı qeyd edilmişdir. Diskin içərisində “abuneciler9727.xls” adlı fayla baxış zamanı mobil nömrənin sahiblərinin şəxsiyyətini təsdiq edən məlumatların olması aşkar edilmişdir. “antena 9727-2021.xls” faylına baxış keçirilərkən müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan 051 975 52 59 saylı mobil nömrədən Zərərçəkmiş şəxs2 Tərlan oğlunun istifadəsində olan 050 797 31 61 saylı mobil nömrəyə 04.01.2021-ci il tarixdə, saat 17:42 və 17:55-də zəng edilmiş və tərəflər arasında telefon danışığı olmuşdur. Zərərçəkmiş şəxs2 istifadəsində olan 050 797 31 61 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 051 975 52 59 saylı mobil nömrəyə 04.01.2021-ci il tarixdə, saat 17:56-da zəng etmiş və tərəflər arasında telefon danışığı olmuşdur. Zərərçəkmiş şəxs1 istifadəsində olan 050 652 53 43 saylı mobil nömrədən Şahid1 istifadəsində olan 050 376 63 29 saylı mobil nömrəyə 04.01.2021-ci il tarixdə, saat 19:41də zəng etmiş və tərəflər arasında telefon danışığı olmuşdur. İş üzrə Təqsirləndirilən şəxs qardaşı Şahid1 istifadəsində olan 050 376 63 29 saylı mobil nömrədən iş üzrə Zərərçəkmiş şəxs1 istifadəsində olan 051 627 38 92 saylı mobil nömrəyə 04.01.2021-ci il tarixdə saat 18:16, 18:18, 18:22, 18:23 və 18:27-də zəng edilmiş və həmin zənglərlə bağlı tərəflər arasında telefon danışığı olmuşdur. İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan 051 975 52 59 saylı mobil nömrədən qardaşı Şahid1 oğlunun istifadəsində olan 050 376 63 29 saylı mobil nömrəyə 04.01.2021-ci il tarixdə, saat 10:15-də zəng edilmiş və tərəflər arasında telefon danışığı olmuşdur. İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan 051 975 52 59 saylı mobil nömrədən Şahid6 istifadəsində olan 050 397 58 21 saylı mobil nömrəyə 04.01.2021-ci il tarixdə, saat 08:40 radələrində zəng edilmiş və tərəflər arasında telefon danışığının olmuşdur. İş üzrə Təqsirləndirilən şəxs qardaşı Şahid1 istifadəsində olan 050 376 63 29 saylı mobil nömrədən Şahid6 istifadəsində olan 050 397 58 21 saylı mobil nömrəyə 04.01.2021-ci il tarixdə, saat 18:42, 19:02 və 19:04-də zənglər edilmiş və tərəflər arasında telefon danışığı olmuşdur. İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan 051 975 52 59 saylı mobil nömrədən qardaşı Şahid1 oğlunun istifadəsində olan 050 376 63 29 saylı mobil nömrəyə 04.01.2021-ci il tarixdə, saat 18:28-də zəng edilmiş və tərəflər arasında telefon danışığı olmuşdur. İş üzrə Təqsirləndirilən şəxs qardaşı Şahid1 istifadəsində olan 050 376 63 29 saylı mobil nömrədən Şahid6 istifadəsində olan 050 397 58 21 saylı mobil nömrəyə 04.01.2021-ci il tarixdə, saat 18:42, 19:02 və 19:04 radələrində zənglər edilmiş və tərəflər arasında telefon danışıqları olmuşdur. Şahid1 istifadəsində olan 050 376 63 29 saylı mobil nömrədən Zərərçəkmiş şəxs1 istifadəsində olan 051 627 38 92 saylı mobil nömrəyə 04.01.2021-ci il tarixdə, saat 18:22-də mətn mesajı göndərilmişdir. Şahid1 istifadəsində olan 050 376 63 29 saylı mobil nömrədən Zərərçəkmiş şəxs1 istifadəsində olan 050 652 53 43 saylı mobil nömrəyə 04.01.2021-ci il tarixdə, saat 19:52də mətn mesajı göndərilmişdir. Mahir Tağıyevin istifadəsində olan 0***-***-**-** saylı mobil nömrənin 04.01.2021-ci il tarixdə, saat 08:47 radələrində Qəbələ rayonunun Kötüklü kəndi ərazisində quraşdırılmış "xxxx" MMC-yə məxsus rabitə şamının əhatə dairəsində olması aşkar edilmişdir. X3 istifadəsində olan ***-***-**-** saylı, Şahid7 istifadəsində olan ***-***-**-** saylı və X5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrin 04.01.2021-ci il tarixə olan anten dairələrinə dair məlumatlar aşkar edilməmişdir. Baxış zamanı əhəmiyyət kəsb edən başqa hal qeydə alınmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu barədə məlumat yoxdur. Cinayət işinin materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Zirik kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 18.02.2021-ci il tarixli 50 nömrəli arayışdan və 18.02.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs öz ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Zirik kəndində yaşayır. Yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Qəbələ Rayon Mərkəzi X8 Şəxsin 06 may 2021-ci il tarixli 618 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Qəbələ MRX-nın PHŞ-in Konsultativ Poliklinika şöbəsinin heç bir kabinetində qeydiyyatda deyildir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 05 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 yanvar 2021-ci il tarixdə, saat 12:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə 06.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barədə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli 4(025)-4/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barədə 29 (iyirmi doqquz) gün müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli 07 aprel 2021-ci il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətməsi qismən özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Təqsirləndirilən şəxs və onun müdafiəçisinin məhkəmə istintaqı zamanı qeyd etdikləri və heç bir sübutla təsdiqini tapmayan fikirləri məhkəmə kollegiyası əvvəlcədən düşünülmüş müdafiə taktikası kimi qəbul edir və hesab edir ki, onların məhkəmə istintaqı zamanı bildirdikləri müdafiə xarakterli əsaslandırmalardır və bunlar təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası gəldiyi nəticənin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 29, 120.1 və 126.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsinə heç bir şübhə yoxdur. Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında “Orada 3 maşının və 15-20 nəfərin dayandığını görməsi, 10-15 nəfərin onu vurması, özünü müdafiə etmək üçün əlini yerə atanda əlinə bıçaq keçməsi, həmin vaxt onun üstündə bıçağın olmaması, əlinə keçən bıçaqla yerdə olduğu vəziyyətdə ətrafına zərbələr vurması, ondan uzaqlaşmaları üçün qarşısına gələnə bıçaqla xəsarət yetirməsi, 7-9 nəfərə qaranlıqda əlinə keçənlə vurması, həmçinin bir nəfərin kürəyinə 2 bıçaq zərbəsi vurması, qarşı tərəfdən olan 07 markalı maşının sürücüsünün 7-8 nəfərin bıçaqla xəsarət aldığını deməsi, orada olan bir nəfər şəxsin də kürəyini və belini ona göstərərək, ona da bıçaqla xəsarət yetirdiyini deməsi, 05.01.2021-ci il tarixdə atasının polis şöbəsinə çağırılması, polis şöbəsində atasına bıçaq gətirməsini, hadisədə iştirak edən 15-20 nəfəri tutacaqlarını, 06.01.2021-ci il tarixdə atasının bıçaq gətirməsi, bıçağı maşına qoyandan sonra onun həmin yerdən bıçağı çıxarıb göstərməsi, hadisə vaxtı zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 bir bıçaq zərbəsi, Zərərçəkmiş şəxs1 isə iki bıçaq zərbəsinin dəyməsi, ancaq cinayət işinin materiallarında zərərçəkmiş şəxslərdən birinə 3, digərinə isə 4 bıçaq zərbəsinin dəydiyinin qeyd olunması, özünü müdafiə etmək məqsədilə ona tərəf gələnlərə yerdə uzanıqlı vəziyyətdə bıçaqla xəsarət yetirməsi, Vüsalı təqib etməməsi, onların avtomobilinin hərəkət etməsinə mane olmaması, Vüsal maşına oturandan sonra Tamerlana və ya başqa kiməsə bıçaq zərbəsi vurmaması, hadisə yerində 07 markalı avtomobil, göy rəngli 99 və qəhvəyi rəngli 06 markalı avtomobillərin olması, onun dava etmək niyyətinin olmaması, qarşı tərəfi tanıyıb söhbət etmək istəməsi” barədə göstərdiyi xüsusatlar heç bir sübutla öz təsdiqini tapmamışdır. Əksinə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, şahidlər Şahid2, Şahid3 və Şahid5 ibtidai istintaq və məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrdən, ekspert rəylərindən müəyyən olunur ki, təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisəyə görə qisas alıb Zərərçəkmiş şəxs1 qəsdən öldürmək niyyətilə 04.01.2021-ci il tarixdə, saat 19 radələrində sərxoş halda əvvəlcədən özü ilə götürdüyü özünə məxsus olan soyuq silah hesab edilməyən açılıb-qatlanan bıçağın kəsici hissəsi ilə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədilə ardıcıl 5 bıçaq zərbəsi vuraraq onun həyatı üçün təhlükəli orqanı hesab edilən, döş qəfəsinin sağ hissəsində ön qoltuqaltı xətti üzrə Vİ qabırğa arası, döş qəfəsinin sol tərəfində orta qoltuqaltı xətt üzrə Vİİ qabırğa arası sahədə, qarının ön divarında orta xəttdən sol tərəfdə epiqastral nahiyədə, döş qəfəsinin arxa səthində sağ onurğa kənarı xətt üzrə Xİ döş fəqərəsi nahiyəsində daxili qanaxma, mədənin, nazik bağırsağın, qara ciyərin, periton arxası nahiyəni zədələyən və hemotoraksla müşahidə olunan boşluqlara nüfuz edən deşilmiş-kəsilmiş yaraları, sağ əlin ovuc səthindən eyni proyeksiyada əlin üst səthində İİ-İİİ daraq sümüyü nahiyəsindən xaric olan və medial sinirin zədələnməsi ilə müşayət olunan deşilmiş-kəsilmiş yaraları, boyunun sağ aşağı hissəsinin sıyrıqları kimi, ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, o cümlədən həmin vaxt Zərərçəkmiş şəxs1 ilə birlikdə aktiv şəkildə mübahisə edərək onunla əlbəyaxa olan sonuncunun qohumu Zərərçəkmiş şəxs2 dava-dalaş zəminində həmin bıçaqla qəsdən ardıcıl olaraq 3 dəfə zərbələr vuraraq ona həyat üçün təhlükəli orqanı hesab edilən, döş qəfəsinin arxa səthində kürək xətt üzrə V qabırğa, arxa qoltualtı xətt üzrə Vİİ və eyni xətt üzrə Vİİİ qabırğa arası sahədə daxili qanaxma, sol ağ ciyərin zədələnməsi və soltərəfli pnevmahemotoraksla müşayət olunan döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaralar, sağ kürək nahiyəsinin, sol bazunun arxa yuxarı 1/3-nin sıyrıqları kimi, ümumilikdə sağlamlığa ağır zərər vurmasına aid olan xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs1 onun zərbələrindən yayınaraq özünü müdafiə etməklə bıçağın zərbələrinin öldürücü qüvvəsinin qarşısını alması, habelə hadisə yerində olan kənar şəxslərin fəal müdaxiləsi ilə Zərərçəkmiş şəxs1 ondan uzaqlaşdırması nəticəsində sonuncunun hadisə yerindən qaçıb yaxınlıqda olan avtomobilə əyləşərək qapını kilidləməklə ona qəsdini başa çatdırmasına imkan vermədiyindən, həmçinin vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatı xilas edildiyindən, bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən qəsdini başa çatdıra bilməyib, qəsdən adam öldürməyə cəhd etmiş və həmin vaxt orada olan Zərərçəkmiş şəxs2 insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vuran bədən xəsarətləri yetirmişdir. Müdafiə tərəfinin təqsirləndirilən şəxsin zəruri müdafiə vəziyyətində hərəkət etməsi barədə dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs hadisə günü Zərərçəkmiş şəxs1 öldürmək məqsədilə qəsdən ardıcıl 5 bıçaq zərbəsi endirərək sonuncunun həyat üçün vacib olan orqanlarının yerləşdiyi bədən nahiyələrinə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməsi, o cümlədən həmin vaxt Zərərçəkmiş şəxs1 ilə birlikdə aktiv şəkildə mübahisə edərək onunla əlbəyaxa olan sonuncunun qohumu Zərərçəkmiş şəxs2 həmin bıçaqla qəsdən ardıcıl olaraq 3 dəfə zərbə vurub həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməsi, yetirilən xəsarətlərin sayı və lokalizasiyası, Təqsirləndirilən şəxs həmin anda hadisə yerində olan kənar şəxslərin fəal müdaxiləsi ilə Zərərçəkmiş şəxs1 ondan uzaqlaşdırması nəticəsində Zərərçəkmiş şəxs1 hadisə yerindən qaçıb yaxınlıqda olan avtomobilə əyləşərək qapını kilidləməsi, avtomobilin qarşısını kəsib Zərərçəkmiş şəxs1 ölməsinə nail olmaq istəyən Təqsirləndirilən şəxs avtomobilin hərəkət etməsinə mane olması, lakin orada olan digər şəxslərin köməyi ilə onun avtomobilin qarşısından kənarlaşdırılması və bu səbəbdən Zərərçəkmiş şəxs1 ölümünə yönəlmiş qəsdini başa çatdırmasına imkan verilməməsi, həmçinin Zərərçəkmiş şəxs1 vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatının xilas edilməsi onu göstərir ki, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə cəhd etsə də, iradəsindən asılı olmayan səbəblərdən qəsdini başa çatdıra bilməmiş, eyni zamanda həmin vaxt orada olan Zərərçəkmiş şəxs2 insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirmişdir. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlar Təqsirləndirilən şəxs qarşı CM-in 29, 120.1 və 126.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı irəli sürülən ittihamı təsdiq edir və bununla bağlı istintaq orqanının gəldiyi nəticə əsaslıdır. Müdafiə tərəfində şahid qismində ifadə vermiş Şahid1 (təqsirləndirilən şəxsin qardaşı), Şahid4 və Şahid6 (həmkəndliləri) ibtidai istintaq zamanı verdikləri ifadələrlə məhkəmə kollegiyasının iclasında verdikləri ifadələr arasında olan ziddiyyətli hallara tənqidi yanaşan məhkəmə kollegiyası, onların sonradan ifadələrini təqsirləndirilən şəxsin xeyrinə dəyişdirmələrini Təqsirləndirilən şəxs tərəfindən göstərilən təzyiq və təsirlərdən yaranması, bu yolla təqsirləndirilən şəxsə təəssübkeşlik nümayiş etdirərək, ibtidai istintaq zamanı əldə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlarla öz təsdiqini tapmış işin faktiki hallarının dəyişdirilməsi və nəticədə təqsirləndirilən şəxsin vəziyyətinin yüngülləşdirilməsinə yönələn əsassız cəhdlər kimi qiymətləndirir və mötəbər sübutlar kimi qəbul etmir. Məhkəmə kollegiyası ona görə bu sübutlara tənqidi yanaşır ki, Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında ibtidai istintaq zamanı verdiyi ifadədən fərqli ifadə vermiş və bu ifadələr arasında yaranan ziddiyyətin səbəbi soruşulanda belə izah etmişdir ki, istintaq zamanı verdiyi ifadənin sonunda ifadəsinin doğru olmasına dair yazı və imza ona məxsus olsa da, sərbəst oxuma bacarığı olmamış, X14 isə ona ifadəsini oxumadan imza etdirmişdir. Nə cinayət işinin materiallarında, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qeyd olunan dəlillərini təsdiq edən hər hansı sübut müəyyən edilmədiyindən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirsizliyinə dair dəlilləri əsassız hesab edərək qəbul etmir. Həmçinin, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, o, hadisə vaxtı 3 bıçaq xəsarəti almışdır. İki bıçaq zərbəsi Vüsal və Təyyarı ayırmaq istəyən zaman Təyyar tərəfindən, bir bıçaq zərbəsi isə o maşına əyləşmək istəyən zaman Rəvan tərəfindən yetirildiyini hiss etmişdir. Belə ki, o, maşına əyləşmək istəyən zaman Rəvan onu arxa tərəfdən tutaraq yerə yıxmış, bundan sonra o, nəfəs ala bilməmişdir”. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs2 qeyd olunan ifadəsini digər sübutlarla və işin faktiki halları ilə müqayisə və təhlil etdikdə bunun doğru olmaması qənaətinə gəlir və ümumilikdə təqsirləndirilən şəxsin əməlini təsdiq edən digər sübutlarla müqayisədə əhəmiyyət kəsb etməyən hal kimi qiymətləndirir. Göstərilənlərə və CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Onun bu əməldə təqsirsiz olması barədə özünün və müdafiəçisinin gətirdiyi bütün dəlillər əsassızdır. Düzgün olaraq ona CM-in 29, 120.1 və 126.1-ci maddələri ilə ittiham verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 29, 120.1 və 126.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası məsələyə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymət verilməsini məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan maddi hüquq normalarının və qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Eyni zamanda, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. İşdən görünür ki, Təqsirləndirilən şəxs CM-in 29 (Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur), 120.1 və 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətmiş şəxsdir. CM-in 120.1-ci maddəsinin sanksiyasında qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə görə doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası, 126.1-ci maddəsinin sanksiyasında isə qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə isə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 63.3-cü maddəsinə əsasən isə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Təqsirləndirilən şəxsə təqsirli bilindiyi CM-in 29, 120.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş həddə, o cümlədən CM-in 63.3-cü maddəsinin tələbləri çərçivəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunması məqsədə müvafiq hesab edilir. Məhkəmə kollegiyası CM-in 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət xarakterinə görə ağır cinayətlər kateqoriyasına mənsub olub, CM-in Xüsusi hissəsinin şəxsiyyət əleyhinə olan daha təhlükəli cinayətlər fəslində yer alır. O, həmin əməli ilə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədilə ona ardıcıl olaraq 5 bıçaq zərbəsi, digər zərərçəkmiş şəxs, həmin vaxt yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 isə 3 dəfə bıçaq zərbəsi endirərək ona həyat üçün təhlükəli olan ağır bədən xəsarəti yetirmişdir. Hər iki zərərçəkmiş şəxs son anda ixtisaslı tibbi yardım aldıqları üçün sağ qalmışlar. Təqsirləndirilən şəxs şəxsiyyətinə nəzər saldıqda müəyyən olunan hal ondan ibarətdir ki, o, spirtli içki qəbul etmiş və bundan sonra əsaslı səbəb olmadan Whatsapp sosial şəbəkəsində tanımadığı bir şəxslə qardaşı Rəvan arasında yaranmış mübahisəni daha da dərinləşdirib, zərərçəkmiş şəxslərə təhqiredici, ədəb və əxlaq qaydalarına zidd olan söyüşlər yazıb, onları görüşməyə çağırmış, görüşəndə isə hər iki zərərçəkmiş şəxsi bıçaqla vurmuşdur. O, məhkəmə prosesində də əməlinə tənqidi yanaşmamış, əksinə əməlindən peşman olmadığını bildirmişdir. Belə vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə CM-in 29, 120.1-ci maddəsilə doqquz il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 126.1-ci maddəsilə dörd il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir. Məhkəmə kollegiyası CM-in 41.2-ci maddəsinin tələbləri baxımından da gəldiyi bu qənaəti əsaslı hesab edir. Belə ki, həmin maddəyə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin, hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə CM-in 29, 120.1-ci maddəsinin sanksiyasına uyğun olaraq doqquz il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 126.1-ci maddəsilə dörd il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona on bir il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 346-cı maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə maddi sübut olub Qəbələ Rayon Prokurorluğunda saxlanılan hadisə vaxtı Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd mavi rəngli bel hissəsində qara rəngli kəmər olan üzərində şalvar, bir ədəd kürək hissəsi qəhvəyi rəngdə toxunmaya bənzər jaket, bir ədəd qolları, ön sinə hissəsi qırmızı, boyun hissəsi və bədən hissəsi qara rəngli, ön sinə hissəsində ağ rəngli hərflərlə “VOGUE” sözü yazılmış qış geyimi üçün nəzərdə tutulmuş uzunqol sviter Zərərçəkmiş şəxs1 qaytarılmalı, qəbul etməkdən imtina olunduqda isə məhv edilməli, hadisə vaxtı digər zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 əynində olmuş bir ədəd astar hissəsində qırmızı rəngli qana bənzər ləkələr olan üst hissəsi qara olmaqla alt istilik tərəfi ağ rəngli, papaqlı, boyun hissəsində “SDK” sözləri yazılmış marka-emblemli qış gödəkcəsi və astar hissəsində qırmızı rəngli qana bənzər ləkələr olan “GUCCİ” sözləri yazılmış ön göbək hissəsində hər iki tərəfdən cibi olan papaqlı boyun hissəsində qırmızı yaşıl rəngli ipi olan, qalan bədən hissəsi qara rəngli qış üçün nəzərdə tutulmuş uzunqol jaket Zərərçəkmiş şəxs2 qaytarılmalı, qəbul etməkdən imtina olunduqda isə məhv edilməli, eləcə də Təqsirləndirilən şəxs əynində olmuş paltarlar 1 ədəd qara rəngli üzəri sürüşkən dəri qış gödəkçəsi, 1 ədəd göy rəngli uzunqol jaket Təqsirləndirilən şəxs qaytarılmalı, qəbul etməkdən imtina olunduqda isə məhv edilməlidir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Tərlan oğluna vuraraq xəsarət yetirdiyi və könüllü olaraq təqdim etdiyi parlaq qara rəngli, açılıb-qatlanan, tutacağın alt hissəsinə bel kəmərinə taxılması üçün nəzərdə tutulmuş bıçaq məhv edilməlidir. Məhkəmə istintaqı zamanı qaldırılan mülki iddiaya münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin, Məcəllənin 181.1.2-ci və 181.3.1-ci maddələrinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda və həmin ziyan zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə sərf olunan xərclər şəklində özünü göstərdiyi halda mülki iddia verməyə haqlıdır. Habelə, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir (CPM-in 183.2-ci maddəsi). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir (CPM-in 187.1 və 187.2-ci maddələri). Cinayət işinin materiallarından göründüyü kimi, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 məhkəməyə mülki iddia təqdim edərək, maddi ziyan qismində 5780 manat, əldən çıxmış faydaya görə 4400 manat, mənəvi zərər qismində 5000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 15.210 manatın, digər Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə isə məhkəmə kollegiyasına təqdim etdikləri iddia ərizələrində maddi ziyan qismində 5830 manat, mənəvi zərər qismində 4000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 9830 manatın Təqsirləndirilən şəxs tutularaq onlara ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Qaldırılan mülki iddia ilə bağlı məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, iddianın əsaslılığını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə mülki iddialar baxılmamış saxlanılmaqla, mülki iddiaçılara mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Belə ki, CPM-in 180.3-cü maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. İş üzrə dörd yüz qırx iki manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 318, 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 29, 120.1 və 126.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 29, 120.1-ci maddəsi ilə doqquz il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 126.1-ci maddəsilə dörd il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunan cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs on bir il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 05 yanvar 2021-ci il tarixdən 06 yanvar 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu bir gün onun cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq on il on bir ay iyirmi doqquz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 07 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə mülki iddiası baxılmamış saxlanılsın və mülki iddiaçılara mülki mühakimə icraatı qaydasında ayrıca məhkəməyə müraciət etmək hüquqları izah edilsin. İş üzrə maddi sübut olub, Qəbələ Rayon Prokurorluğunda saxlanılan hadisə vaxtı Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd mavi rəngli bel hissəsində qara rəngli kəmər olan üzərində şalvar, bir ədəd kürək hissəsi qəhvəyi rəngdə toxunmaya bənzər jaket, bir ədəd qolları, ön sinə hissəsi qırmızı, boyun hissəsi və bədən hissəsi qara rəngli, ön sinə hissəsində ağ rəngli hərflərlə “VOGUE” sözü yazılmış qış geyimi üçün nəzərdə tutulmuş uzunqol sviter Zərərçəkmiş şəxs1 qaytarılsın, qəbul etməkdən imtina olunduqda isə məhv edilsin. Hadisə vaxtı digər zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 əynində olmuş bir ədəd astar hissəsində qırmızı rəngli qana bənzər ləkələr olan üst hissəsi qara olmaqla alt istilik tərəfi ağ rəngli, papaqlı, boyun hissəsində “SDK” sözləri yazılmış marka-emblemli qış gödəkcəsi və astar hissəsində qırmızı rəngli qana bənzər ləkələr olan “GUCCİ” sözləri yazılmış ön göbək hissəsində hər iki tərəfdən cibi olan papaqlı boyun hissəsində qırmızı yaşıl rəngli ipi olan, qalan bədən hissəsi qara rəngli qış üçün nəzərdə tutulmuş uzunqol jaket Zərərçəkmiş şəxs2 qaytarılsın, qəbul etməkdən imtina olunduqda isə məhv edilsin, eləcə də Təqsirləndirilən şəxs əynində olmuş paltarlar 1 ədəd qara rəngli üzəri sürüşkən dəri qış gödəkçəsi, 1 ədəd göy rəngli uzunqol jaket Təqsirləndirilən şəxs qaytarılsın, qəbul etməkdən imtina olunduqda isə məhv edilsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Tərlan oğluna vuraraq xəsarət yetirdiyi və könüllü olaraq təqdim etdiyi parlaq qara rəngli, açılıb-qatlanan, tutacağın alt hissəsinə bel kəmərinə taxılması üçün nəzərdə tutulmuş bıçaq məhv edilsin. İş üzrə ekspertiza xərci - dörd yüz qırx iki manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-10/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-10/2022
03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver