Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-10/2023 16.03.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (Cinayət törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş şəxsin cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair) ŞƏKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuror Dövlət ittihamçısı, Cinayət törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X8, Cinayət törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi - Qanuni nümayəndə iştirakları ilə, xx xxxxx 1966-cı il tarixdə İsmayıllı rayonunun Talıstan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, İsmayıllı rayonunun Talıstan kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.7-ci maddələrində nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqribən 2020-ci ilin yay aylarından, dəqiq tarixi istintaqa məlum olmayan vaxtdan etibarən, keçirdiyi “sayıqlama pozuntusu” formasında psixi pozuntu xəstəliyi səbəbindən oğlu Şahid1 İsmayıllı rayon mərkəzi xəstəxanasında müalicə olunmasından sonra sonuncunun psixi durumunda hiss ediləcək dərəcədə narahatçılığın yaranması və buna heç bir aidiyyəti olmayan İsmayıllı MRX-nin həkimi Zərərçəkmiş şəxs1 səbəb olması kimi reallığı əks etdirməyən səhv düşüncənin təsiri ilə Zərərçəkmiş şəxs1la ədavət aparmağa başlayaraq müxtəlif vaxtlarda sonuncunun qarşısını kəsib oğlu Şahid1 cinsi zəifliyin olması, buna səbəbin onun cadugarlıq etməklə və digər maneələr yaratmaqla oğlunun müayinə və müalicə olunmasının qarşısını alması məzmunlu həqiqətə uyğun olmayan sayıqlama fikirli sözlər işlədərək onu nalayiq ifadələrlə təhqir etməklə, habelə müxtəlif vaxtlarda kənd ərazisində eyni qaydada sayıqlama fikirləri əsasında Zərərçəkmiş şəxs1 və sonuncunun ailə üzvləri istiqamətində daş atmaqla və sair üsullarla narahatçılıqlarına səbəb olmuş hərəkətlər etməklə Zərərçəkmiş şəxs1 özünə düşmən kimi qəbul etmiş, xx.xx.2021-ci tarixdə, saat 16:40 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində etibarnamə əsasında idarə etdiyi “Vaz-21074” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhərinin H.Əliyev prospekti ilə hərəkətdə olarkən həmin prospektin M.Rəsulzadə küçəsi ilə kəsişdiyi istiqamətdə Zərərçəkmiş şəxs1 qayını Zərərçəkmiş şəxs2 ilə yolun əks hərəkət zolağının kənarında, səkidə piyada hərəkətdə olduqlarını görüb, “sayıqlama pozuntusu” psixi xəstəliyinin təsiri altında Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1la birlikdə olması səbəbi ilə hər ikisini xüsusi amansızlıq göstərərək ümumi təhlükəli üsulla qəsdən öldürmək qərarına gəlmiş, bu niyyətlə əvvəl İsmayıllı şəhərinin H.Əliyev prospektində avtomobilini dayandırıb mühərriki işlək vəziyyətdə saxlayaraq, həmin şəxsləri gözlə kənardan, təqribən 65 metr məsafədən izləmiş, bundan sonra öz cinayətkar niyyətini həyata keçirmək üçün avtomobilini hərəkətə gətirərək prospektin M.Rəsulzadə küçəsi ilə kəsişdiyi istiqamətdə hərəkətə başlayıb hərəkət istiqamətini qəflətən sol tərəfə dəyişməklə sürəti artıraraq əks hərəkət zolağını keçib piyadaların hərəkəti üçün nəzərdə tutulan səkiyə çıxmış və səki ilə avtomobilin hərəkətini sürətlə davam etdirərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üzərinə sürüb ümumi təhlükəli üsulla və xüsusi amansızlıqla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəsdən öldürmək məqsədi ilə vuraraq zərbənin təsirindən yolun kənarında dayanmış Şahid3 məxsus “Opel Astra” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılan Zərərçəkmiş şəxs1 qapalı kəllə-beyin travması və baş beynin silkələnməsi ilə müşayiət edilən sol təpə nahiyəsində dərialtı hematoma, sağ İ, V qabırğaların və döş sümüyünün yerdəyişməyən, sol İİ qabırğanın yerdəyişən sınığı, manubrosternal oynaq qonşuluğunda sümük fraqmenti, travmatik şok, sol baş barmağın zədələnməsi, sağ hemitoraksda yığıntı və ağciyər parenximasında atelektaz, sağ hemidiafraqmanın elevasiyası, perikard boşluğunda maye, təpə-ənsə nahiyəsinin, çənə nahiyəsinin, üzün, sol bazu oynağının, sol əlin arxa səthinin və əl barmaqlarının sıyrıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, həmin vaxt zərbənin təsirindən Zərərçəkmiş şəxs2 avtomobilin qabaq kapotunun üzərində qaldığını görüb avtomobili dayandırmayaraq hərəkətini davam etdirib təxminən 10-15 metr məsafədə hərəkət etdikdən sonra kapotun üzərindən maşının qabaq tərəfinə düşən Zərərçəkmiş şəxs2 üzərindən keçərək sonuncuya çanaq və oturaq sümüklərinin yerdəyişmiş sınığı, başın əzilmiş yarası, sağ diz oynağının hematoması və sıyrığı kimi ümumi əmək qabiliyyətinin üçdə-bir hissəsindən çox olmaqla daimi (dayanıqlı) itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, sonra isə avtomobilin sürətini azaltmadan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zərbənin təsirindən öldüklərini güman edərək eyni sürətlə hadisə yerindən uzaqlaşmış, lakin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dərhal tibb müəssisəsinə çatdırılmaqla onlara ixtisaslaşdırılmış tibbi yardım göstərildiyinə və həyatları xilas edildiyinə görə o, öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətini başa çatdıra bilməyərək vahid niyyətlə iki şəxsi xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs barəsində təqdim edilmiş sübutlar aşağıdakı qaydada tam, hərtərəfli və obyektiv araşdırılmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.7-ci maddələrində nəzərdə tutulan ictimai təhlükəli əməlin Təqsirləndirilən şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi tam təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə qərarı ilə cinayət prosessual fəaliyyət qabiliyyətsiz hesab edildiyindən, onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələri elan olunaraq tədqiq olunmuş və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2021-ci il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, idarə etdiyi “Vaz-21074” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəsdən vurmamışdır, ehtiyatsızlıqdan həmin şəxsləri vurmuşdur. Ehtiyatsızlıqdan törətdiyi yol nəqliyyat hadisəsi ilə əlaqədar özünü müvafiq maddələr üzrə təqsirli hesab edir. O, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Talıstan kəndində qeydiyyatdadır və yaşayır, evlidir, 2 övladı vardır. Heç bir yerdə işləmir, İİİ qrup əlildir. “Vaz-21074” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır, həmin avtomobil rəsmi sənədlərlə arvadı Qanuni nümayəndə adınadır. Avtomobili etibarnamə əsasında idarə etmişdir. 28 noyabr 2021-ci il tarixdə günorta saatlarında yaşadığı evdə yemək yeyərkən 100 qram araq içmişdir. Təxminən 1 ay avtomobilinin mühərriki işə düşməmişdir. 28 noyabr 2021-ci il tarixdə maşınının mühərrikini özü işə salmışdır. 28 noyabr 2021-ci il tarixdə saat 16 radələrində İsmayıllı şəhəri ərazisində “Röya” şadlıq sarayının yaxınlığında Nərimanın işlətdiyi bərbərxana salonuna getmiş və Nərimana başını keçəl qırxdırmışdır. Daha sonra avtomobili idarə edib “lüks market” mağazasının yanında aptekə girib Elburus adlı oğlanla görüşüb evləndiyinə görə onu təbrik etmişdir. Aptekdən heç nə almamışdır. Daha sonra oradan çıxıb maşınının sükanına əyləşib İsmayıllı şəhəri, H.Əliyev prospekti ilə təxminən 40-50 km saat sürətlə hərəkətini davam etdirmişdir. Məqsədi "xxxx" mağazasının qarşısından yolun əks hərəkət zolağına çıxaraq ara keçid hissədən yenidən fırlanıb geriyə hərəkət edərək İsmayıllı rayonu Talıstan kəndinə qayıtmaq olmuşdur. Sürətini azaldıb yolun əks hərəkət zolağına çıxaraq çaşıb səkiyə çıxmış və qarşına qəfildən çıxan 2 nəfər kişi cinsindən olan aşağı istiqamətdə hərəkətdə olan və arxaları onun istiqmətdə olan tanımadığı şəxsləri ehtiyatsızlıqdan vurmuşdur. Daha sonra özünü itirmiş və maşını saxlamadan hərəkətini davam etdirib İsmayıllı rayon polis şöbəsinə gəlmiş və hadisə barədə polis şöbəsinə məlumat vermişdir. Polis şöbəsində maşını ilə ehtiyatsızlıqdan vurduğu şəxslərin həmkəndliləri Elçin və onun qaynı Rövşənin olmasını eşitmişdir. Həmin şəxsləri qəsdən vurmamışdır. Polis şöbəsinin növbətçi hissəsində polis əməkdaşları üzərində dövriyəsi qanunla qadağan edilmiş əşya vardırsa təqdim etməsini bildirdikdə könüllü olaraq sağ yan cibində meyvə doğramaq üçün saxladığı 1 ədəd qara rəngli qatlanan bıçağı təqdim etmişdir. Həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanıyır. Elçin İsmayıllı rayon mərkəzi xəstəxanasında həkim işləmişdir. Təxminən 1 il bundan əvvəl Elçin həkim kənd ərazisində onun ünvanına nalayiq ifadələr işlətmişdir. 2021-ci ilin fevral ayında dəqiq tarixini xatırlamadığı gündə xəstəxanada Elçinin sinəsindən yumruq vurduğuna görə polis şöbəsində araşdırma aparılmış və Elçinlə barışdığına görə işin icraatına xitam verilmişdir. Lakin Zərərçəkmiş şəxs2la aralarında heç bir mübahisə və münaqişə olmamışdır. Bir həmkəndli kimi Rövşənlə münasibəti yaxşı olmuşdur. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurduğunu bilməmişdir. Qəfildən səkiyə çıxıb hərəkətini davam etdikdə 2 nəfər tanımadığı şəxs maşınının qabağına çıxmış və maşınla ehtiyatsızlıqdan həmin şəxləri vurmuşdur. Həmin vaxt ətrafda tanımadığı şəxslər olmuşdur. Özünü itirdiyindən maşınını hadisə yerində saxlamamış və dərhal polis şöbəsinə gələrək hadisə barədə məlumat vermişdir. Həmçinin, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə verdiyi ifadəsində isə göstərmişdir ki, oğlu Azər 3-cü qrup əlildir, onurğa sütununda olan xəstəliyə görə pensiya alır. Azərin müalicə həkimi İsmayıllı rayon Mərkəzi Xəstəxanasında travmotoloq Malik həkim olmuşdur. Malik həkim Azəri müalicə etdikdən sonra Azərin psixi durumunda hiss ediləcək dərəcədə narahatlıqlar yaranmış, bütün bunlar bir valideyn kimi onu ciddi narahat etrməyə başlamışdır. Özlüyündə fikirləşmişdir ki, Elçin həkim də Malik həkimlə birgə İsmayıllı rayon mərkəzi xəstəxanasında həkim işləyir və buna görə də Elçin həkim Malik həkimə də təsir etmişdir ki, oğlunun psixi durumuna təsir edib onu xəstələndirsinlər. Oğlu Azər ona bu barədə heç nə bildirməsə də o, bir valideyin kimi bunu gözü ilə görmüşdür. Həmişə Elçin həkimin oğluna psixi durumuna təsir etməsini düşünmüşdür. 28 noyabr 2021-ci il tarixdə günorta saatlarında yaşadığı evdə yemək yeyərkən 100 qram araq içmişdir. Təxminən 1 ay olardı ki, avtomobilinin mühərriki işə düşməmişdir. 28 noyabr 2021-ci il tarixdə maşınının mühərrikini özü işə salmışdır. 28 noyabr 2021-ci il tarixdə saat 16 radələrində İsmayıllı şəhəri ərazisində “Röya” şadlıq sarayının yaxınlığında Nərimanın işlətdiyi bərbərxana salonuna getmiş və Nərimana başını keçəl qırxdırmışdır. Daha sonra avtomobili idarə edib “lüks market” mağazasının yanında aptekə girib Elburus adlı oğlanla görüşüb evləndiyinə görə onu təbrik etmişdir. Aptekdən heç nə almamış, daha sonra oradan çıxıb maşınının sükanına əyləşib İsmayıllı şəhəri, H.Əliyev prospekti ilə təxminən 40-50 km/saat sürətlə hərəkətini davam etdirmişdir. Məqsədi "xxxx" mağazasının qarşısından yolun əks hərəkət zolağına çıxaraq ara keçid hissədən yenidən fırlanıb geriyə hərəkət edərək İsmayıllı rayonu Talıstan kəndinə qayıtmaq olmuşdur. Təsadüfən səkidə Elçinin Rövşənlə yanaşı piyada hərəkətdə olduqlarını görüb ani anda Elçini və yanında olan qohumu Rövşəni maşınla qorxutmaq istəmişdir. Lakin maşınının siqnalı işləməmiş, buna görə də maşına əyləc verib səs çıxarmaqla saxlamaq istəmişdir. Lakin məsafə az olduğundan əyləcə basa bilməmiş və maşınla onları vurmuşdur. Daha sonra özünü itirmiş və maşını saxlamadan hərəkətini davam etdirib İsmayıllı rayon polis şöbəsinə gələrək məlumat vermək fikrinə düşmüş, ona görə də hadisə barədə polis şöbəsinə gələrək məlumat vermişdir. Həmin şəxsləri qəsdən vurmamışdır. Həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanıyır. Elçin İsmayıllı rayon mərkəzi xəstəxanasında həkim işləyir. Təxminən 1 il bundan əvvəl Elçin həkim kənd ərazisində onun ünvanına nalayiq ifadələr işlətmişdir. 2021-ci ilin fevral ayında dəqiq tarixini xatırlamadığı gündə xəstəxanada Elçinin sinəsindən yumruq vurduğuna görə polis şöbəsində araşdırma aparılmış və Elçinlə barışdığına görə işin icraatına xitam verilmişdir. Lakin Zərərçəkmiş şəxs2la arasında heç bir mübahisə və münaqişə olmamışdır. Bir həmkəndli kimi Rövşənlə münasibəti yaxşı olmuşdur. Təqsirləndirilən şəxs ilkin ifadəsində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurmasını bilmədiyi, ehtiyatsızlıqdan dönmə manevri etmək istəyərkən 2 nəfər şəxsi vurduğunu qeyd etməsi barədə sual verildikdə bildirmişdir ki, hadisənin ilk günü həyəcanlı olmuş, hadisədən qorxmuşdur. Buna görə də ilkin ifadəsində onların adını göstərməmişdir. Onun məqsədi onların həyatına qəsd etmək olmamışdır. Əyləc verib qorxutmaq istəmişdir. Qəflətən maşını saxlaya və səs çıxara bilməyib maşınla hər ikisini vurmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurduqdan sonra Zərərçəkmiş şəxs1 avtomobildən sol tərəfə düşməsi, Zərərçəkmiş şəxs2 isə kapotun üzərində 20-25 metr qaldıqdan sonra yerə düşməsi və sonuncu avtomobilin kapotunun üzərindən yerə düşdükdən sonra hərəkətini saxlamayıb onun üzərindən keçərək yoluna davam etməsi barədə sual verildikdə bildirmişdir ki, göstərdiyi kimi fikirləşmişdir ki, maşını saxlamayıb hadisə barədə polis şöbəsinə gəlib məlumat versin və polis də hadisə yerinə X17 maşını çağırsın, həm də polis əməkdaşları hadisə yerinə gəlsinlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, İsmayıllı rayonunun Talıstan kəndində qeydiyyatdadır və yaşayır, evlidir, 3 övladı vardır. İsmayıllı Rayon Mərkəzi X10 şəxsində Terapiya şöbəsinin müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs həmkəndlisidir. Fazili bir həmkəndlisi kimi kiçik yaşlarından tanıyır. Fazil təxminən 2 ildir ki, heç bir səbəb olmadan onu görəndə ona nalayiq ifadələr işlətmiş, həmçinin ona güc tətbiq edib vurmuşdur. Fazillə yaşadığı evin qapısı arasında olan məsafə təxminən 200 metr olmuşdur. Onun və digər ailə üzvlərinin kəndin mərkəzinə və İsmayıllı şəhərinə gedən əsas kənd yolu Fazilin qapısının qarşısından keçir. Birinci dəfə 2 il bundan əvvəl yay aylarında dəqiq bilmədiyi ay və gündə gecə saatlarında idarə etdiyi “Mazda” markalı “**-XE-***” dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhərindən iş yerindən İsmayıllı rayonuna Talıstan kəndində yaşadığı evə gələrkən Fazilin əlində yaba yolun ortasında dayandığını və ona tərəf baxdığını görmüşdür. O da Fazili yolun hərəkət hissəsində vurmamaq üçün maşının hərəkətini dayandırmışdır. Fazilin qarşısında əvvəlcədən saata baxdığı üçün dəqiqliklə 1 saat 45 dəqiqə yolda maşında gözləmişdir ki, Fazil yoldan çıxsın və o da yoluna davam edib getsin. Fazil heç nə demədən ona baxıb yerində dayanmışdır. Fazil həmin müddətdən sonra qarşısından çıxdığı üçün o, hərəkətinə davam edib evə gəlmişdir. Fazil bu hərəkətləri ilə 2 il bundan əvvəl yay ayında müxtəlif vaxtlarda əlində bel, çalov bel, dəhrə olmaqla yolda dayanıb onun maşını ilə yaşadığı evə getməsinə mane olmuşdur. 2021-ci ilin dekabr ayında dəqiq tarixini bilmədiyi gündə günorta saatlarında idarə etdiyi “Mazda” markalı “**-XE-***” dövlət qeydiyyat nişanlı avtomobillə nahardan sonra qabaq oturacaqda əyləşmiş atası Şahsuvar Abbasov, arxa oturacaqda isə əyləşmiş oğlu Elvin Abbaszadə ilə birlikdə İsmayıllı şəhərinə gedərkən Fazilin yaşadığı evin qapısından keçəndə Fazil əlində bellə qapısının qarşısında dayanmış və dayandığı yerdən onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O, Fazilə fikir verməyib hərəkətinə davam edib 5-10 metr aralandıqda Fazil arxadan maşınını saxlamağa yönəlik əl edib işarə verdiyi üçün nə baş verdiyini öyrənmək üçün o, maşınını saxlamışdır. O, atası Şahsuvar və oğlu Elvin maşından düşmüş, Fazilə nəyə görə onları söydüyünü və maşını saxlatdırdığını soruşduqda Fazil demişdir ki, “oğlumun cinsi zəiflik kimi xəstəliyi var, sən burda cadu piti eliyib dilin ağzın bağlamısan, Bakı şəhərindəki həkimə də zəng edib demisən ki, oğlumu qəbul eləmə”. O da cavab olaraq Fazilə onun nə cadugər olmadığını, nə də ki, Bakı şəhərindəki həkimi tanımadığını, oğlunun da nə xəstələyinin olub-olmamasından məlumatının olmadığını demişdir. Bu zaman mobil telefonu ilə Talıstan kəndinin sabiq icra nümayəndəsi Sihət Şirəliyevə zəng edərək həmin yerə çağırmışdır. Sihət müəllim 10 dəqiqədən sonra onların yanına gəlmiş, sonuncunu icra nümayəndəsi kimi bu barədə məlumatlandırdıqdan sonra o, X12 baş-başa qoyub avtomobilə əyləşərək İsmayıllı şəhərinə işə getmişdir. 13 yanvar 2021-ci il tarixdə saat 14:30 radələrində İsmayıllı RMXnın təcili yardım şöbəsində müayinə otağında digər xəstəyə baxıb dəhlizə çıxanda Fazillə rastlaşmış, Fazil heç nə demədən onun sinəsindən tutub divara sıxıb yumruqla döş qəfəsindən vurmuş, üzünə tüpürmüş və onu nalayiq ifadələrlə söyüb qapıya tərəf çıxıb getmişdir. Həmin hadisə ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və İsmayıllı RPŞ-nin şəhərdaxili nömrəsinə zəng edərək məlumat vermişdir. 25 fevral 2021-ci il tarixdə İsmayıllı rayon Məhkəməsində işə baxılarkən Fazil ondan üzr istəməsə də o, bundan sonra onun bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə inanmış, buna görə də edilən xahişləri nəzərə alaraq barışıq vermiş və həmin iş üzrə icraata xitam verilmişdir. 2021-ci ilin aprel ayında dəqiq tarixini bilmədiyi gündə oğlu Elvin Fazilin qapısının qarşısı ilə keçərkən Fazil əlinə daş götürərək oğlu istiqamətində atıb onu qovmuşdur. Bundan bir neçə gün sonra Fazil yenə də təkrarən oğlu Elvin ev istiqamətində gələrkən sonuncuya daş atmış, lakin daş oğluna dəyməmiş və hər hansı xəsarət yetirməsə də oğlu Elvin bundan qorxub sarsıntı keçirmişdir. Hətta oğlu Elvin bu sarsıntıdan evdən məktəbə gələndə və yaxud məktəbdən evə gedən yolunu Fazilin qapısı istiqamətindən dəyişib 1 kilometr yolunu artıraraq digər alternativ yollardan istifadə etmişdir. 21 iyul 2021-ci il tarixdə Qurban bayramı ilə əlaqədar kəsilən qurbanı həyat yoldaşı Şahid2 ilə idarə etdiyi “Mazda” markalı maşınla paylamağa gedən zaman Fazilin qapısının qarşısından keçərkən Fazil onun ünvanına nalayiq ifadələr işlədib maşını istiqamətində gəlməyə başlamışdır. Yoldaşı Aytəkinin təkidi ilə maşını saxlamayıb yoluna davam etmişdir. 22 iyul 2021-ci il tarixdə saat 9 radələrində idarə etdiyi “Mazda” markalı “**-XE-***” dövlət qeydiyyat nişanlı avtomaşınla atası Şahsuvar Abbasovla birlikdə Fazilin yaşadığı evin qarşısından keçib İsmayıllı şəhəri istiqamətində gedərkən Fazil giriş qapısının əks istiqamətində oturduğu yerdən əvvəlcədən topladığı daş topasından atdığı daşlardan biri maşınının qabaq sol qapısının yuxarı sol küncünün çərçivəsinə dəymiş və yerindən ayağa qalxaraq topladığı daşlardan nalayiq ifadələr işlətməklə mütəmadi daş atmağa başlamışdır. Bir müddət keçdikdən sonra hadisə barədə DİN-nin 102 xidmətinə və yazılı şəkildə İsmayıllı rayon polis şöbəsinə müraciət etmişdir. Rayon polis şöbəsinin təhqiqat bölməsində həmin hadisə üzrə cinayət işinin başlanması rədd edilmiş və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi iznibati xətanı törətməkdə təqsirli bilinərək bu barədə inzibati xəta haqqında protokol tərtib edilərək Təqsirləndirilən şəxs məhkəmə məsuliyyətinə verilmişdir. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib dəymiş ziyanın bir misli miqdarında 220 manat dəyərində cərimə edilmişdir. Bununla yanaşı ona dəymiş 220 manat maddi ziyanın ödənilməsi üçün İsmayıllı rayon məhkəməsində mülki iddia vermiş, 26 noyabr 2021-ci il tarixdə mülki iddiası üzrə birinci məhkəmə prosesi olmuş, çağırışla əlaqədar o, həmin tarixdə İsmayıllı rayon məhkəsinə gəlmişdir. Fazil həmin mülki iddia prosesinə gəlmədiyi üçün məhkəmə prosesi təxirə salmış və 24 dekabr 2021-ci il tarixə proses təyin edilmişdir. O, ürək (buruqada sindromu) xəstəliyi ilə əlaqədar ürək nahiyəsində 3 aparat gəzdirir. Təxminən 3 ildən artıqdır ki, o, hər gün maşını ilə İsmayıllı şəhəri ərazisində “Lüks” marketin qarşısında avtomobilini saxlayıb İsmayıllı şəhəri, H.Əliyev prospekti ilə aşağı M.F.Axundov küçəsi istiqamətində Rayon Mərkəzi Xəstəxanası istiqamətində gedib, həmin yolla yenidən geri qayıtmış, sonra isə maşınına əyləşib yaşadığı evə gəlmişdir. Bəzən tək, bəzən isə yanında hansısa tanış yolda olanda onunla gəzmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 onun qaynıdır və Talıstan kəndində yaşayır. Rövşən mütəmadi olaraq yuxarıda qeyd etdiyi prospektdə gəzmişdir. Rövşən 28 noyanr 2021-ci il tarixdə Bakı şəhərində İsmayıllı rayonu Talıstan kəndinə gəlmişdir. 28 noyabr 2021-ci il tarixdə saat 16 radələrində Rövşənin mobil telefonuna zəng edərək gəlib onu qapıdan götürəcəyini deyib hazır olmağını bildirmişdir. Ona məxsus “VAZ-21115” markalı “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobillə Rövşənin yaşadığı evin qapısına getmiş və Rövşən maşının qabaq oturacağına əyləşmişdir. Bundan sonra maşını idarə edərək İsmayıllı şəhəri, Lüks marketin qarşısına gəlib maşını orada saxlamışdır. Rövşənlə birlikdə maşından düşüb yolun əks tərəfinə keçib piyada səkisinə çıxıb İsmayıllı şəhəri, H.Əliyev prospekti ilə Axundov küçəsi istiqamətində piyada hərəkət etməyə başlamışlar. Məqsədləri həmişə olduğu kimi H.Əliyev prospekti ilə aşağı M.F.Axundov küçəsi istiqamətində Rayon Mərkəzi Xəstəxanası istiqamətində gedib, həmin yolla yenidən geri qayıtmaq olmuşdur. İsmayıllı şəhəri H.Əliyev prospekti ilə o, M.F.Axundov küçəsi istiqamətində sol tərəfdə, Rövşən isə sağ tərəfdə piyada söhbət edə-edə getmişlər. Qəflətən arxadan hansısa maşının hər hansı siqnal səsi, habelə əyləc səsi, yaxud kiminsə təhlükə barədə xəbərdaredici səsi olmadan maşının gəldiyi sürətlə arxadan onu vurduğunu hiss etmişdir. Zərbədən o kənara çırpılmış və huşu getmişdir. Hadisədən təxminən 7 gün sonra müalicə olunduğu Bakı şəhəri, Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasında özünə gəlmişdir. Ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21074” markalı “**-LZ-***” dövlət qeydiyyat nişanlı avtomobillə o Rövşənlə səkidə hərəkətdə olarkən qarşı əks hərəkət zolağına keçərək arxadan onu və Rövşəni qəsdən vurmuş, onu maşın sol kənara tullamış, Rövşəni isə maşının üstündə apardıqdan sonra sonuncu yerə düşmüş və onun üstündən keçmiş, habelə Fazil avtomobili saxlamayıb qəsdən hadisə yerindən uzaqlaşmışdır. Fazilin məqsədi onu və Rövşəni öldürmək olmuşdur, ona görə də Fazilin barəsində qanunla nəzərdə tutulmuş müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 digər zərərçəkmiş şəxslə eyni məzmunlu ifadə vermiş və əlavə olaraq göstərmişdir ki, o,. Təqsirləndirilən şəxs qiyabi olaraq tanımışdır, sonuncu anasının xalası qızının əridir. Onunla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs onu və Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobillə vurduqdan sonra baş verənlərlə bağlı bildirmişdir ki, zərbədən hər ikisi arxası üstə maşının qabaq alın şüşəsinə çırpılmış, Elçin sol tərəfə, o isə şüşə yuyandan yapışıb yıxılmamaq üçün qorunmaq istəmiş, buna baxmayaraq sürücü hərəkətini saxlamayıb, həmçinin surəti azalmayaraq gəldiyi surətlə və daha artıq surətlə hərəkəti davam etdirmiş, o kapotun üstündə olmaqla 20-25 metr qabağa aparmış və o müqavimətini saxlaya bilməyib avtomobilin qabaq hissəsinə düşmüşdür. Sürücü yenə də sürətini azaltmadan və əyləci basmadan əvvəlcə qabaq təkəri sonra isə arxa təkəri üstündən keçirmiş və o, həmin an hüşunu itirmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində müvafiq tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, bazar günləri İsmayıllı şəhərində yerləşən bazarda süd məhsullarının satışı ilə məşğul olur. 1993-cü il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Həmin evlilikdən 1995-ci il tarixdə oğlu Azər, 2000-ci il tarixdə qızları Aytəkin dünyaya gəlmişdir. Ailə qurduqdan sonra Fazil kənd təsərrüfatı ilə məşğul olmuşdur. Tam olaraq yadında qalmasa da, 7-8 il bundan əvvəl yoldaşı psixoloji gərginlik keçirdiyi üçün Bakı şəhərində yerləşən xəstəxanaya müraciət edərək müalicə almışdır. Həmçinin psixoloji durumu ilə bağlı Göyçay və İsmayıllı RMX-yə müraciət etmişdir. Həkim yazdığı dərmanları içdikdən sonra əri həmin dərmanların ona pis təsir etdiyini demişdir. Bəzən yoldaşı evə gəlib yanından keçən adamların onu söydüyünü, bəzən evdə özündən olmayan hadisələr uydurub onlara cadu etdiklərini, şantaj etdiklərini demişdir. Lakin belə halların olmamasını, onun psixoloji probleminin olduğu üçün özündən uydurduğunu bilmişdir. Son zamanlar Fazilin psixoloji durumu pisləşməyə başlamış, evdə özünü daha aqresiv aparmışdır. xx.xx.2021-ci il tarixdə günorta saatlarında o, İsmayıllı şəhərində bazarda süd məhsulları satan zaman Fazil “Vaz 2107” markalı “**-LZ-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə onun arxası ilə bazara gəlib onu bazardan götürüb yaşadıqları evlərinə aparmışdır. Onu evə düşürdükdən sonra isə ona gedəcəyi yeri demədən tez bir vaxta gələcəyini deyib getmişdir. Həmin gün artıq hava qaralanan vaxt axşam saatlarında tanımadığı polis əməkdaşı evlərinin qarşısına gələrək Fazilin avtomobillə adam vurduğunu demişdir. Ümumiyyətlə Fazilin avtomobili təxminən 1 aydır ki, işləməmiş, avtomobil evin həyətində qalmış, məhz həmin gün ilk dəfə işə düşmüşdür. Necə təmir etməsini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 anası Qanuni nümayəndə ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və o, ifadəsində göstərmişdir ki, İsmayıllı şəhəri, M.Orucov küçəsi ev 139, mənzil 2-də qeydiyyatdadır və yaşayır, evlidir, 2 övladı vardır. Özünə məxsus “Opel Astra” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. B kateqoriyalı sürücülük vəsiqəsi vardır. 28 noyabr 2021-ci il tarixdə saat 17 radələrində özünə məxsus avtomaşınla dostu X5 ilə birlikdə çay içmək üçün İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" mağazasası üzbəüz çay evinin qarşısına gəlmiş, avtomobili çay evinin qarşısında yolun hərəkət hissəsindən kənarda, səkidən 3-4 metr kənara doğru saxlamışdır. Əlibaba ilə birlikdə çay evinə daxil olmuş və çay sifariş verib içməyə başlamışdır. Təxminən 10 dəqiqə sonra tanımadığılm bir nəfər şəxs çay evinin içərisinə daxil olaraq “VAZ-21074” markalı avtomobilin 2 nəfər şəxsi vurduğunu bildirmişdir. O, Əlibaba ilə birlikdə çay evindən çıxıb maşınının yanına gəldikdə üzdən tanıdığı Elçin həkimin ona məxsus “Opel Astra” markalı maşının arxa sol təkərinin yanında uzanmış və huşsuz vəziyyətdə olduğunu, həmin yerdən təxminən 20 metr qabaqda isə tanımadığı bir nəfər şəxsin səki üzərində qaldığını görmüşdür. Orada toplaşan şəxslərə Elçinə və adını sonradan bildiyi Rövşən adlı şəxsə yardım göstərmişlər. Hadisə yerinə X17 maşını çağırılmış, Elçini həkimi və Rövşən adlı şəxsi maşına qoyub İsmayıllı rayon Mərkəzi Xəsəxanasına aparmışlar. Avtomobilin arxa sol qapısında 2 yerdə əzik izinin olduğunu görmüş, artıq başa düşmüşdür ki, hadisə zamanı Elçin həkim maşınına dəymiş və maşını zədələnmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 əri - iş üzrə zərərçəkmiş şəxs X9 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 16:58-də bir nəfər şəxs VAZ 2107 markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı Rayon Polis Şöbəsinə yaxınlaşaraq İsmayıllı şəhəri “AccessBank”ın qarşısında avtomobili idarə edərkən yolu keçən 2 nəfər şəxs vurduğunu bildirmiş, həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilərkən onun İsmayıllı rayonu Talıstan kənd sakini Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur (cild 01, iş vər. 02). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli 535 saylı “Tibbi müayinə aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş vəziyyətindədir (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 19:04-də İsmayıllı Rayon Mərkəzi Xəstəxanasından qeydiyyatçı X7 Rayon Polis Şöbəsinə zəng edərək İsmayıllı rayonu Talıstan kənd sakinləri 1975-ci il təvəllüdlü X9 və 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 “müxtəlif nahiyələrdə sıyrılmış yaralar, çapıqlar, travmatik şok və çanaq sümüklərinin sınığı” diaqnozu ilə xəstəxanaya daxil olmaları barədə məlumat vermişdir (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il il tarixli protokoldan görünür ki, hadisə İsmayıllı şəhəri, H.Əliyev prospektində baş vermişdir. Hadisə yeri "xxxx" mağazası ilə üzbəüzdür. Hadisə yerində yolun hərəkət hissəsinin eni 12 metrdir. Yolun hərəkət hissəsinin kənarında piyada səkisində qanabənzər ləkələr vardır və səkidə avtomobilin şüşə qırıntıları vardır. Yolun hərəkət hissəsinin ortasında qoşa xətt vardır. Yolun hərəkət hissəsi ağ xətlərlə 4 zolağa ayrılmışdır, hər iki istiqamətdə 2 avtomobilin yanaşı hərəkət etməsi üçün imkan vardır. Yolun M.Rəsulzadə küçəsi istiqamətində səkinin eni 3,6 metrdir. Hadisə yerinə baxış zamanı iştirak edən Şahid3 bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat 16 radələrində özünə məxsus “Opel Astra” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" MMC-nin İsmayıllı filialı ilə üzbəüz yolun hərəkət hissəsindən və səkidən kənar mağazaların və digər obyektlərin qarşısında saxlamış, dostu X5 ilə yaxınlıqdakı çayxanada çay içərkən tanımadığı bir nəfər şəxsin çayxanaya daxil olaraq “Vaz-21074” markalı 10-1Z-067 dövlət qeydiyyat nişanlı avtomobilin 2 nəfər şəxsu vurub xəsarət yetirməsi bildirmiş, o, çayxanadan çıxıb maşınının yanma gəldikdə üzdən tanıdığı İsmayıllı rayon Mərkəzi Xəstəxanasının həkimi Zərərçəkmiş şəxs1 ona məxsus avtomobilin arxa sol təkərinin yanında uzanmış və huşsuz vəziyyətdə qaldığını təxminən 20-25 metr qarşıda isə bir nəfər şəxsin səki üzərində qaldığını görmüş, hadisə yerinə X17 maşını çağırılmış, Elçini və adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 İsmayıllı RMX-na xəstəxanaya aparmışlar, o, avtomobilinə baxdıqda 2 yerdə əzik izinin odluğunu görmüş, ona məlum olmuşdur ki, Elçin avtomobillə vurulduqdan sonra ona məxsus avtomobilə çırpılmışdır. Baxış zamanı iştirak edən "xxxx" MMC-nin İsmayıllı filialın müdiri Samir Qəndiyev mağazanın müşahidə kamerasının hadisəyə aid qarşı kamerasının qeydə aldığı görüntülərini DVD diski şəklində təqdim etdi və görüntülərə baxıldıqda müəyyən edildi ki, 28 noyabr 2021-ci il tarixdə saat 16:40 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ- 21074 markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil İsmayıllı şəhəri, H.Əliyev prospektində hərəkətini saxlayır və yenidən prospektin M.Rəzulzadə küçəsi ilə kəsişdiyi istiqamətdə hərəkətə başlayır, Təqsirləndirilən şəxs qəflətən hərəkət istiqamətini sola tərəf dəyişib sürətini artıraraq mağazalara və digər obyektlərə dönmək üçün ayrılmış yolun hissəsinə istiqamətlənib oradan isə piyadaların hərəkəti üçün nəzarət tutulmuş səkiyə çıxıb orada Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəsdən vurur, zərbədən Zərərçəkmiş şəxs1 Şahid3 məxsus “Opel Astra” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılır, Zərərçəkmiş şəxs2 isə Təqsirləndirilən şəxs idarə etdiyi və hərəkətdə avtomobilin qabaq kapotu üzərində qalmaqla maşın təxminən 20-25 metr məsafədə hərəkət edir və Rövşən kapotun üzərində maşının qabağına düşür, maşın qabaq hissəsi ilə Zərərçəkmiş şəxs2 qabaq tərəfə sürüyür və üzərindən keçir. Bundan sonra Təqsirləndirilən şəxs “VAZ-21074” markalı 10-LZ- 067 dövlət qeydiyyat nişanlı aytomobillə hadisə yerindən uzaqlaşıb, M.Rəzulzadə küçəsi istiqamətdə hərəkətini davam etdirir. Müşahidə kamerasının görüntülərinə baxıldıqdan sonra müəyyən edildi ki, Təqsirləndirilən şəxs “VAZ-21074” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil İsmayıllı şəhəri, H.Əliyev prospektində hərəkətini saxladığı yerdən, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yolun qarşı əks hərəkət zolağında piyada səkisində qəsdən vurduğu yerə qədər olan məsafə ölçüldükdə 65 metr məsafədə olması müəyyən edildi. Piyadaların vurulduğu yerdən “Opel Astra” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətsiz vəziyyətdə dayandığı yerə qədər olan məsafə 3 metrdir. Hadisə yerində səkinin sağ kənarııtda kanalın eni 40 sm, dərinliyi isə 30 sm-dir. Səkidə aşkar edilmiş qanabənzər nümunə 1 rəqəmi ilə işarələnərək steril pambıqlı çöp vasitəsi ilə götürüldü. “Opel Astra” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol təkərinin yanından qanabənzər ləkə 2 rəqəmi ilə işarlənərək steril pambıqlı çöp vasitəsi ilə götürüldü. Səkidəki qanabənzər ləkədən 24,5 metr qarşıda səki üzərindəki qanabənzər ləkə 3 rəqəmi ilə işarələnərək steril pambıqlı çöp vasitəsi ilə götürüldü, 1 ədəd zərfdə qablaşdırıldı. Bundan başqa səki üzərindən avtomobilin şüşəsinin qırıntıları aşkar edildi və 4 rəqəmi ilə işarələnərək götürüldü. "xxxx" MMC-nin İsmayıllı filialın müdiri Samir Qəndiyevin təqdim etdiyi mağazanın müşahidə kamerasının videogörüntüləri DVD diski şəklində protokola əlavə edildi və götürüldü (cild 01, iş vər. 7-15). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il il tarixli protokoldan görünür ki, İsmayıllı RPŞ-nin müvəqqəti saxlama duracağında saxlanılan “VAZ-21074” markalı, minik modelli **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil 2003-cü il buraxılışlıdır.Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində "xxxx" mağazasının qarşısından yolun əks hərəkət zolağına çıxaraq ara keçid hissədən yenidən fırlanıb geriyə hərəkət edərək İsmayıllı rayonu Talıstan kəndinə qayıtmaq üçün sürətini azaldıb yolun əks hərəkət zolağına çıxaraq çaşıb səkiyə çıxmış və qarşısına qəfildən çıxan 2 nəfər kişi cinsindən olan aşağı istiqamətdə hərəkətdə olan və arxaları onun istiqamətdə olan tanımadığı şəxsləri ehtiyyatsızlıqdan vurmuş, özünü itirdiyindən maşını saxlamadan hərəkətini davam etdirib İsmayıllı rayon polis şöbəsinə gəlmiş, hadisə barədə polis şöbəsinə nəlumat vermiş, polis şöbəsinə eşitmişdir ki, maşını ilə ehtiyatsızlıqdan vurduğu şəxslər həmkəndliləri Elçin və onun qaynı Rövşəndir. Baxış zamanı müəyyən edildi ki, avtomobilin qabaq alın şüşəsi sınmaqla sıradan çıxmış, avtomobilin qabaq sağ fara şüşəsi sınaraq sıadan çıxmış, habelə qabaq dəmir kapotu deformasiyaya uğramış, qabaq buferi sınmışdır. Avtomobil üzərində hər hansı qanabənzər ləkə aşkar edilmədi (cild 01, iş vər. 51-53). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İsmayıllı şəhəri, H.Əliyev prospektində "xxxx" mağazasının müşahidə kameralarının qeydə alındığı videogörüntülərə baxış keçirilməsi ilə əlaqədar tərtib olunan xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, 28 noyabr 2021-ci il tarixdə saat 16:40 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21074” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil İsmayıllı şəhəri, H.Əliyev prospektində hərəkətini saxlayır və yenidən prospektin M.Rəzulzadə küçəsi ilə kəsişdiyi istiqamətdə hərəkətə başlayır, Təqsirləndirilən şəxs qəflətən hərəkət istiqamətini sola tərəf dəyişib sürətini artıraraq piyadaların hərəkəti üçün nəzarət tutulmuş səkiyə çıxıb orada Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəsdən vurur, zərbədən Zərərçəkmiş şəxs1 Şahid3 məxsus “Opel Astra” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılır, Zərərçəkmiş şəxs2 isə Təqsirləndirilən şəxs idarə etdiyi və hərəkətdə avtomobilin qabaq kapotu üzərində qalmaqla maşın təxminən 10-15 metr məsafədə hərəkət edir və Rövşən kapotun üzərində maşının qabağına düşür, maşın qabaq hissəsi ilə Zərərçəkmiş şəxs2 qabaq tərəfə sürüyür. Bundan sonra Təqsirləndirilən şəxs “VAZ- 21074” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə yerində uzaqlaşıb, M.Rəzulzadə küçəsi istiqamətdə hərəkətinin davam etdirir. Bütün bunlar Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəsdən vuraraq xəsarət yetirdiyini göstərir (cild 01, iş vər. 63). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 563 nömrəli rəyindən görünür ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - qapalı kəllə-beyin travması və beynin silkələnməsi ilə müşaiyət edilən sol təpə nahiyəsində dərialtı hematoma, sağ İ, V qabırğaların və döş sümüyünün yerdəyişməyən, sol İİ qabırğanın yerdəyişən sınığı, manubrosternal oynaq qonşuluğunda sümük fraqmenti, travmatik şok, sol baş barmağın zədələnməsi, sağ hemitoraksda yığıntı və ağciyər parenximasında atelektaz, sağ hemidiafraqmanın elevasiyası, perikard boşluğunda maye, təpə-ənsə nahiyəsinin, çənə nahiyəsinin, üzün, sol bazu oynağının, sol əlin arxa səthinin və əl barmaqlarının sıyrıqları bərk-küt əşya(alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021ci il tarixli nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az agır dərəcəli zərərvurmaya aiddir (cild 02, iş vər. 16-21). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 564 nömrəli rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - çanaq və oturaq sümük ərinin yerdəyişmiş sınığı, başın əzilmiş yarası, sağ diz oynağının hematoması və sıyrığt bərk-küt əşya(alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir. Zərərçəkmiş şəxs2 sağlamlığına zərərvurma dərəcəsinin təyini onun müalicəsi tam başa çatdıqdan sonra, adına tərtib edilmiş tibbi sənədlərin və zərərçəkəni təkrar məhkəmə-tibbi müayinəyə təqdim edildikdən sonra təyin ediləcəkdir (cild 02, iş vər. 23- 26). Cinayət işinin materiallarında olan əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 564/02 nömrəli rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - çanaq və oturaq sümük ərinin yerdəyişmiş sınığı, başın əzilmiş yarası, sağ diz oynağının hematoması və sıyrığt bərk-küt əşya(alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, ümumi əmək qabiliyyətinin üçdə-bir hissəsindən çox olmaqla daimi (dayanıqlı) itirilməsinə səbəb olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddir (cild 02, iş vər. 216-219). Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/8940 nömrəli ekspert rəyində göstərilmişdir ki, nəzarəti hesablama yolu ilə, “X3 Mərkəzi” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 060 nömrəli ziyan aktına əsasən 2006-cı il buraxılışlı “Opel Astra” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2021-ci ilin noyabr ayına olan təmir-bərpa xərci təxminən 30 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə X4 Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 060 nömrəli ziyan aktına əsasən 2003-cü il buraxılışlı “VAZ-21074” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2021-ci ilin noyabr ayına olan təmir-bərpa xərci 210 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti – 130 manat, təmir-bərpa işlərinin qiyməti - 80 manat (cild 01, iş vər. 216-217). Cinayət işinin materiallarında olan məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 55/2022 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 AB0 sistemi üzrə qan qrupu: O-/l/ (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən), Zərərçəkmiş şəxs2 AB0 sistemi üzrə qan qrupu: A-/ll/ (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilən 2 ədəd plastmas çubuqlar üzərində insan qanı ləkəsi aşkar olundu. 2 saylı plastmas çubuq üzərindəki ləkədə qanın qrupu AB0 sistemi üzrə təyin edildikdə H antiqeni və alfa, beta aqqlyutininləri alındı. Bu qan ləkəsi AB0 sistemi üzrə 0 alfa, beta (l) qruplu şəxsə(lərə), o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər. 3 saylı plastmass çubuq üzərindəki ləkədə qanın qrupu AB0 sistemi üzrə təyin edildikdə A antigeni və beta aqqlyutinini alındı. Bu qan ləkəsi AB0 sistemi üzrə A beta (ll) qruplu şəxsə(lərə), o cümlədən Zərərçəkmiş şəxs2 məxsus ola bilər. 1 saylı plastmass çubuq üzərində təhqiqat zamanı qan aşkar olunmadı (cild 02, iş vər. 40-43) Cinayət işinin materiallarında olan məhkəmə nəqliyyat-trassoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3/573 nömrəli rəyindən görünür ki, təqdim edilmiş “Vaz21074” markalı “**-LZ-***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotunda, qabaq bamperində, qabaq sağ farada, alın şüşəsində) olan zədələr, izlər öz formasına, morfoloji quruluğuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk olamayan predmetin, o cümlədən insanın (piyadanın) vurması nəticəsində yaranması mümkündür. Həmin zədələr qərarın təsviri hissəsində göstərilən şəraitdə də yarana bilər (cild 03, iş vər. 96-97). Cinayət işinin materiallarında olan məhkəmə audio və video ekspertizasının xx.xx.2022ci il tarixli 4/654 nömrəli ekspert rəyində göstərilmişdir ki: 1) ekspertizaya təqdim olunmuş bir ədəd “PRİCO” markalı optik diskdə olan videoyazılardakı görüntülərə görə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurmuş avtomobil (mənbə-qərar) həndəsi ölçülərinə və xarici görünüşünə görə “Vaz2107” markalı avtomobilə uyğun gəlir; 2) ekspertizaya təqdim olunmuş bir ədəd “PRİCO” markalı optik diskdə olan videoyazılardakı görüntülərə görə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurmuş avtomobil (mənbə-qərar) dövlət qeydiyyat nişanını və avtomobildə neçə nəfər şəxsin olmasını rəyin tətqiqi hissəsində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı (cild 03, iş vər. 115-119). Cinayət işinin materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(037)-77/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 14:30 radələrində İsmayıllı rayon Mərkəzi Xəstəxanasının inzibati binasının X17 Şöbəsində həmkəndlisi Zərərçəkmiş şəxs1 ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun sinə nahiyəsindən yumruqla qəsdən vuraraq döş qəfəsinin qançırı kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə döymüş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından Azərbaycan Respublikası İXM-nin 53.0.9-cü maddəsinə əsasən xitam verilmişdir (cild 01, iş vər. 69-71). Cinayət işinin materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3 (037)-279/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2021-ci il tarixdə saat 09 radələrində İsmayıllı rayon Talıstan kəndi ərazisində Zərərçəkmiş şəxs1 məxsus “Mazda” markalı **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobili daşla vuraraq sonuncuya 220 (iki yüz iyirmi) manat dəyərində maddi ziyan vurması faktı ilə əlaqədar F.S.Şahid1baycan Respublikası CM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli-220 (iki yüz iyirmi) manat məbləğində cərimə edilmişdir (cild 01, iş vər. 66-68). Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmədən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə nəticələnən əməlin törədilməsi ilə yaranır. Ümumi təhlükəli üsulla adam öldürmə, iki və ya daha artıq şəxsi öldürmə uyğun olaraq CM-in 120.2.4 və 120.2.7-ci maddələri ilə cinayət məsuliyyətinə səbəb olur. Qeyd edilən cinayət əməli cinayətin obyektiv cəhətinin ünsürlərindən olan hərəkət və ya hərəkətsizliklə yanaşı nəticənin də baş verməsini nəzərdə tutan əməl olduğundan, yəni maddi tərkibli cinayət əməli olduğundan törədilən cinayət əməli ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olması ilə şərtlənir. CM-in 27.1 və 27.2-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. CM-in 29-cü maddəsinə əsasən isə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 27.3-cü maddəsində isə göstərilmişdir ki, başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad olunmaqla bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyinin 139-cu maddəsinin tələblərini nəzərə alıb məhkəmə istintaqı zamanı cinayət təqibi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halında qiymət verərək, həqiqətən də, ictimai təhlükəli əməlin törədilməsi və həmin əməlin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı nəticəyə gəlir. Lakin məhkəmə istintaqı ilə yuxarıda göstərilən ictimai təhlükəli əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlinsə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs həmin ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmişdir, hazırda da şəxs anlaqsız vəziyyətdədir. Odur ki, şəxs cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli, 8 nömrəli Qərarında göstərilmişdir ki, məhkəməyə ittiham aktı və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolu ilə daxil olmuş işin məhkəmə araşdırması zamanı şəxsin ictimai təhlükəli əməl törədərkən anlaqsız vəziyyətdə olması və ya cinayət törətdikdən sonra onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarından məhrum edən psixi xəstəliyə tutulması müəyyən edildikdə məhkəmə cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmadan CPM-nin LV və LVİ fəsillərində nəzərdə tutulmuş qaydada icraatı davam etdirir və icraatın nəticələrinə dair müvafiq qərar qəbul edir. Tibbi xarakterli məcburi tədbirlərin növünü müəyyən edərkən məhkəmə qəbul etdiyi qərarı CM-nin 96-98-ci maddələrinin göstərişlərini rəhbər tutmaqla barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi nəzərdə tutulmuş şəxsin psixi vəziyyəti barədə məhkəmə-psixiatrik ekspertizasının rəyini və iş üzrə toplanmış başqa sübutları müqayisəli şəkildə qiymətləndirməklə əsaslandırmalıdır. Cinayət işinin materiallarında olan stasionar məhkəmə-psixoatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 14 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törətməzdən əvvəl və həmin əməlini törədərkən «Sayıqlama pozuntusu» formasında psixi patologiyadan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini sayıqlama fikirlərinin təsiri altında törətdiyi üçün öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən onda aşkarlanan «Sayıqlama pozuntusu» ilə əlaqədar yaranmış cəfəng fikirlərin təsiri altında olmuş, buna görə də öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda «Sayıqlama pozuntusu» kimi psixi pozuntudan əziyyət çəkir. Buna görə də Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. Hal-hazırkı psixi vəziyyətinə görə F.SAğamirzəyev özünə və ətrafdakılara qarşı təhlükəlidir. Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanununun tələbinə görə özü və ətrafdakılar üçün təhlükəli olan şəxs yubadılmadan müalicəyə cəlb edilməlidir. Təqsirləndirilən şəxs düçar olduğu psixi patologiya hal-hazırda davam etdiyinə görə onun müalicəyə ehtiyacının yarandığı müəyyənləşir.Odur ki, onun barəsində CM-in 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionannda məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs əqli və psixi inkişafının xüsusiyyətlərinə görə cinayət əməlini törədərkən, yəni xx.xx.2021-ci il tarixdə avtomobillə iki nəfər şəxsi qəsdən vurub xəsarət yetirərkən öz hərəkətlərinin mahiyyətini dərk edə bilib-bilmədiyinin, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olubolmadığının, emosional halından asılı olaraq cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olub-olmadığının, sonuncunun cinayət əməlini törədərkən hansı psixi-emosional halda, həmin cinayət əməlini törədərkən keçirdiyi emosional halın yaranma səbəblərinin nədən ibarət olduğunun aydınlaşdırılması məhkəmə psixiatrik ekspertizasının deyil, məhkəmə psixoloji ekspertizasının səlahiyyətinə aiddir (cild 02, iş vər. 31-35). Cinayət işinin materiallarında olan təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının 15 aprel 2022-ci il tarixli 42 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədərkən «Sayıqlama pozuntusu» formasında psixi pozuntudan əziyyət çəkmişdir. Həmin pozuntu psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında F22.0 kodu altında göstərilən «Xroniki sayıqlama pozuntusu» qrupuna (rubrikasına) aid edilir. Sayıqlama pozuntusunun strukturuna daxil olan fikirlər nəticəsində Təqsirləndirilən şəxs öz hərəkətlərinnin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini sayıqlama fikirlərinin təsiri altında törətdiyi üçün öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da «Sayıqlama pozuntusu» formasında psixi patologiyadan əziyyət çəkir. F.S Ağamiızəyevin sayıqlama məzmunlu fikirləri korreksiya olunmadığından və tam dezaktuallaşmadığından, habelə törətmiş olduğu cinayət əməlinə tənqidi münasibəti formalaşmadığından həmin şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındıra deyildir. Bununla yanaşı qeyd olunmalıdır ki, hər hansı cinayət əməlini törətməkdə təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğundan həmin suala cavab vermək ümumən mümkün deyildir. Çünki «anlaqlılıq» və «anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə münasibətdə işlədilə bilər. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Aparılan ekspertizanın gedişində F.SAğamirzəyevin halhazırda da sayıqlama fikirlərinin təsiri altında olduğu və keçən müddət əızinda heç bir müalicə almadığı üçün psixi vəziyyətinin kəskinləşdiyi, sayıqlama fikirlərinin hələ də davam etdiyi müşahidə olunur. Bu səbəbdən F.S.Ağamiızəyev özünə və ətrafdakılara qarşı təhlükəli hesab edilir. Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanununun tələbinə görə özü və ətrafdakılar üçün təhlükəli olan şəxs yubadılmadan müalicəyə cəlb edilməlidir. Odur ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür (cild 02, iş vər. 240-247). Məhkəmə istintaqı zamanı keçirilməklə iş materiallarına əlavə edilmiş təkrar kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən keçirdiyi sayıqlama pozuntusu nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Qərarda göstərilənlər nəzərə alınmaqla yoxlanılan şəxs Təqsirləndirilən şəxs sayıqlama pozuntusundan əziyyət çəkdiyi müəyyən edilir. Qərarda göstərilənlər, habelə həmin psixi pozuntunun xüsusiyyəti nəzərə alınmaqla psixi pozuntunun qısa vaxt ərzində kəskinləşməsi, Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməsi mümkündür. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs ətrafdakılar üçün ciddi sosial təhlükə kəsb edir. CM-in 97.2-ci maddəsinə əsasən intensiv müşahidə tələb etməyən və öz psixi vəziyyətinə görə stasionar müalicəyə və müşahidəyə ehtiyacı olan şəxslər barəsində ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. Buna görə Təqsirləndirilən şəxs barəsində CM-in 95.0.2ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs öz davranışını qəsdən psixi pozuntu vəziyyətinə uyğunlaşdırması, onda simulyasi, iç (çəstəlik görüntüsünün yaradılması) və imitasiya (xəstəlik əlamətlərinin yamsılanması) kimi vəziyyətin mümkünlüyü təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs müəyyən edilən sayıqlama pozuntusu müxtəlif simptomların birləşdiyi və psixi fəaliyyətin ayrı-ayn sahələrini əhatə edən əlamətlərin təzahür etdiyi bir psixi patologiyadır. Yoxlanılan şəxsin müayinədə olduğu dövr ərzində kliniki psixopatololi metodla aparılan müayinə əsasında düçar olduğu sayıqlama pozuntusu müəyyən edilməsi ilə nəticələnən hazırkı müayinə gedişatında onun simulyasiya və yamsılama etmək iqtidarında olmaması qənaətinə gəlinməsinə əsas verir. Hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili, həmçinin müayinə dövründə davranışına dinamik nəzarət sayəsində müəyyən edilir ki, Təqsirləndirilən şəxs hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı simulyativ davranış aşkarlanmamışdır. Eyni zamanda, qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs özünü psixi xəstə hesab etmədiyindən onun davranışında dissimulyasiya (mövcud olan xəstəliyin əlamətlərini qəsdən gizlətməyə çalışması) özünü büruzə verir. Eyni zamanda, Təqsirləndirilən şəxs hadisə baş verən zaman fiziololi affekt vəziyyətində olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən psixi pozuntu, hadisə zamanı onun öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum etmişdir. Təqsirləndirilən şəxs onda qeyd edilən psixi pozuntu əlamətlərinə uyğun olaraq baş verən hadisəni adekvat qavrayaraq bu barədə düzgün ifadə vermək qabiliyyətində deyildir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən «Sayıqlama pozuntusu» formasında psixi pozuntudan əziyyət çəkməsi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanmışdır (cild 03, iş vər. 01-07). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İsmayıllı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(037)-36/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. (cild 03, iş vər. 20-23) Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 93.1-1.1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə psixi pozuntusu ilə əlaqədar məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Azərbaycan Respublikası CM-nin 94-cü maddəsinə əsasən, psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 95.0.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən təyin edilən tibbi xarakterli məcburi tədbirlərdən biri də ümumi tipli psixiatriya stasionarında məcburi müalicədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 468-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu Məcəllənin 468-478-ci maddələri ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllənin ümumi qaydaları əsasında aparılır. Həmin Məcəllənin 477.3-cü maddəsinə əsasən, şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “cinayət törətməkdə şübhəli şəxsi tutmaq haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 38-39). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ismayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(037)-48/2021 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2021-ci ildən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 100-103) Beləliklə, məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin tələbləri çərçivəsində qanuni şəkildə əldə olunmaqla cinayət işinin materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq edilən biri digərini tamamlayan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs CM-in 29,120.2.4 və 29,120.2.7-ci maddələrində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini sübuta yetirilmiş hesab edərək belə nəticəyə gəlir ki, o, yuxarıda qeyd olunan maddə ilə cinayət məsuliyyətindən və cəzadan azad olunmalı, ekspertlərin rəyinə və həmçinin Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ona ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyinə həvalə edilməli, Təqsirləndirilən şəxs barəsində tətbiq olunan təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli, 8 nömrəli Qərarında göstərilmişdir ki, cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-nin 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir. İş üzrə maddi sübut olmaqla İsmayıllı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd bıçaq, hadisə yerinə baxış keçirilən zaman qanabənzər ləkələrin hopturulduğu 3 ədəd steril pambıqlı çöp və şüşə qırıntıları qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, İsmayıllı Rayon Polis Şöbəsinin müvəqqəti duracağında saxlanılan “VAZ 21074” markalı “**-LZ-***” dövlət qeydiyyat nişanlı avtomobil isə mülkiyyətçisi Qanuni nümayəndə qaytarılmalıdır. İş üzrə 436,60 AZN (dörd yüz otuz altı manat, altmış qəpik) ekspertiza xərci dövlət büdcəsinə aid edilməlidir. İş üzrə mülki iddianın, müsadirə olunması təklif edilən pulun və ya digər əmlakın olmaması nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 348-ci və 477-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun və o, cinayət məsuliyyətindən azad olunsun. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və İsmayıllı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd bıçaq, hadisə yerinə baxış keçirilən zaman qanabənzər ləkələrin hopturulduğu 3 ədəd steril pambıqlı çöp və şüşə qırıntıları qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, İsmayıllı Rayon Polis Şöbəsinin müvəqqəti duracağında saxlanılan “VAZ 21074” markalı “**-LZ-***” dövlət qeydiyyat nişanlı avtomobil isə mülkiyyətçisi Qanuni nümayəndə qaytarılsın. İş üzrə 436,60 AZN (dörd yüz otuz altı manat, altmış qəpik) ekspertiza xərci dövlət büdcəsinə aid edilsin. Qərardan elan olunduğu 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-10/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(091)-10/2023
16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver