Məhkəmə qərarları › İş №1(091)-100/2020

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-100/2020

23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-100/2020 23.09.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Hüseynov Rəşid İnqilab oğlu və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin, Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, xx xxxxxx 1999-cu ildə İsmayıllı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı şəhəri H.Z.Tağıyev küçəsi ev 19-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X9 Məhkəməsinin iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 1930 radələrində ailə qurmaq məqsədilə İsmayıllı rayon Mircan kənd sakini xx.xx.1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə Ağdaş rayon Gürcuva kəndinə gəlmiş xx.xx.2001-ci il təvəllüdlü bacısı Şahid1 evlərinə aparmaq istəyərkən Zərərçəkmiş şəxslə aralarında Ağdaş rayon Gürcuva kəndində küçədə baş vermiş mübahisə zamanı bıçaqla sonuncunun döş nahiyyəsindən qəsdən bir dəfə vuraraq ona, döş qəfəsinin ön sağ nahiyyəsinin döşyanı xətt üzrə İX-X qabırğarası sahənin daxilə keçən yarası, hemopnevmotoraks ilə müşayət edilən həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəldən tanımamış, sonradan Nicatın bacısı Lamiyə ilə ailə həyatı qurmaq üçün onlara elçi göndərdiyini, ancaq atası və anasının Lamiyənin Nicatla ailə qurmasına razılıq vermədiklərini bilmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında vaxt keçirmək üçün İsmayıllı şəhərinə çıxmış, saat 14 radələrində evə gələrkən anasının pərt olduğunu görüb nə baş verdiyini soruşmuşdur. Anası ilə atası arasında olan söhbətdən bacısı Lamiyənin Nicat adlı şəxslə qaçdığından şübhələndiklərini başa düşmüş, bundan sonra Nicatgilin evlərinə getsələr də həmin vaxt orada heç kim olmadığından Nicatın əmisinin evinə getmişlər. Nicatın əmisi iləsöhbət edib sonuncudan Nicatın atasının telefon nömrəsini alıb əlaqə saxlamış, Nicatın atası Elman onlara Nicatın Lamiyəni qaçırmasından məlumatlarının olmadığını demişdir. Elman Ağdaş rayonunda yaşayan yeznəsinə zəng vurub Nicat və Lamiyənin Ağdaş rayonu Gürcüva kəndində Nicatın bibisigildə olmasını dedikdən sonra atasına məxsus olan Mersedes Benz markalı avtomobil ilə Ağdaş rayonu Gürcüva kəndinə getmişlər. Həmin vaxt Gürcüva kəndində Nicatın bibisi və bibisinin həyat yoldaşı ilə görüşmüş, Nicatın bibisi və bibisinin əri onlara əvvəl Nicatgilin Bakı şəhərinə getdiklərini bildirsələr də atası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdikdən sonra Nicatgilin kənddə olmalarını demişlər. Bundan sonra Nicatın bibisi və atası Lamiyə ilə Nicatı gətirməyə gedərək təxminən 15 dəqiqə sonra sonuncuları özləri ilə gətirmişlər. Küçədə evin qabağında Nicat və Lamiyəni gözləyərkən bacısı Lamiyə həmin vaxt onların avtomobilinə əyləşmiş, bacısını onlara verməmək üçün oraya yığışmış Nicatın ailə üzvləri və qohumları da orada olmuşdur. Nicat avtomobilin qapısını açaraq bacısının qolundan tutaraq sonuncunu dartaraq avtomobildən çölə çıxartmağa cəhd etmiş, bu vaxt bacısı yerə yıxılmışdır. Özü həmin vaxt avtomobildən açar, dəmir axtarsa da tapa bilməmiş, bu zaman avtomobildən əlinə bıçaq keçmişdir. Həmin bıçaqla bacısını qorumaq üçün Nicata yaxınlaşıb bir dəfə sinəsindən vurduqdan sonra avtomobilə oturaraq birbaşa İsmayıllı şəhərindəki evlərinə getmişlər. Hadisə vaxtı istifadə etdiyi həmin bıçağı Gürcüva kəndindən çıxanda yolun solunda olan kolluğa atmışdır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, İsmayıllı şəhərində yaşayan Şahid1 sevdiyinə görə sonuncu ilə ailə qurmaq məqsədi ilə 2020-ci ilin təxminən yanvar ayında Lamiyəgilə elçi göndərmiş, lakin Lamiyənin valideyinləri onların ailə qurmalarına razı olmamışdır. Buna baxmayaraq Lamiyə ilə aralarında sevgi münasibətləri davam edərək sonuncu ilə mütəmadi olaraq “Whatsapp” sosial şəbəkəsi vastiəsi ilə yazışmaqla bir neçə dəfə görüşmüşlər. Lamiyə İsmayıllı rayon Mərkəzi Poçtampında təcrübə keçdiyinə görə oraya gedərkən onun iş yerinin yanından keçmişdir. xx xxxxxx 2020-ci il tarixdə Lamiyə ilə “Whatsapp”-da yazışarkən gizli ailə qurmaq barədə qərar verərək birlikdə qaçmaları haqqında razılığa gəlmişlər. xx xxxxxx 2020-ci il tarixdə Lamiyə onun iş yerinə gəldikdən sonra əvvəlcə Bakı şəhərinə getmək istəsələr də sonradan Lamiyənin Bakı şəhərinə taksi fəaliyyəti ilə məşğul olan atasının onları görə bilməsindən qorxaraq Ağdaş rayonunda yaşayan onun bibisigilə getmək qərarına gəlmişlər. Bu məqsədlə saat 11 radələrində İsmayıllı rayon Təzə bazarın yanına getdikdən sonra orada Mersedes markalı taksi kimi fəaliyyət göstərən avtomobil ilə 20 manat müqabilində Ağdaş rayonu Gürcüva kəndinə getmişlər. Gürcüva kəndində bibisi Rəhmiyyəgilə getdikdən sonra sonuncu Lamiyədən öz razılığı ilə gəlib-gəlməməsini soruşmuş, Lamiyə də bibisinə öz razılığı ilə gəldiyini bildirmişdir. Daha sonra Lamiyə öz ailə üzvləri ilə də telefonla danışaraq öz razılığı ilə gəldiyini bildirmişdir. Təxminən 3-4 saat sonra Lamiyənin atası zəng vurub Ağdaşa gəldiklərini bildirdikdən sonra Lamiyə ilə qaçıb gizlənmiş, lakin sonradan Lamiyənin atasının əgər Lamiyənin öz razılığı ilə gəldiyini bildirdikdən sonra onların ailə qurmalarına razılıq verəcəyini bildirdikdən sonra Lamiyə ilə birlikdə bibisigilin evlərinə tərəf getmişlər. Həmin vaxt Lamiyənin atası Elşən Lamiyəni görən kimi qızının başından tutub zorla avtomaşına salmış, buna mane olmaq istəyərkən Lamiyənin qardaşı Toğrul gödəkçəsinin altından çıxardığı bıçaqla ilə onun sinəsindən bir dəfə vurmuşdur. Bu zaman bir iki addım gedib yerə yıxılmış, həmin vaxt Elşən oğlu Toğrulun və qızı Lamiyəni götürüb avtomaşını ilə oradan uzaqlaşmışdır. Orada olan atası və digər qohumları onu götürüb xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 və Şahid1 eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, İsmayıllı şəhərində yaşayan qardaşı oğlu Nicat Lamiyə adlı bir qızı sevdiyinə və sonuncu ilə ailə qurmaq istədiyinə görə qardaşı Elmangil təxminən 2020-ci ilin əvvəllərində Lamiyəgilə elçiliyə getmiş, lakin Lamiyənin valideynləri Lamiyə ilə Nicatın ailə həyatı qurmasına narazı olduqlarını bildirmişlər. xx xxxxxx 2020-ci il tarixdə yasda olan zaman qardaşı oğlu Nicat ona zəng vuraraq Lamiyə ilə birlikdə Ağdaş rayon Gürcuva kəndinə onların yaşadıqları evə gəldiklərini bildirdikdən sonra evə gələrək həmin vaxt onlarda olan Lamiyədən Nicatla birlikdə Ağdaşa könüllü olaraq gəlib-gəlməməsini soruşmuş, Lamiyə ona özü könüllü olaraq gəldiyini və Nicatla ailə qurmaq istədiyini bildirmişdir. Saat 18 radələrində Lamiyənin atası Elşən, qardaşı Toğrul və onun qardaşı Elman onlara gəlmiş, qardaşıgil gəlməmişdən əvvəl kimsə Lamiyəyə zəng edərək atasının gəldiyini bildirdikdən sonra Lamiyə və Nicat qaçıb kəndin içərisində olan kolluqda gizlənmişlər. Lamiyənin atası Elşən onlarda söhbət edən zaman əgər Lamiyənin özü könüllü gəldiyini deyəcəyi halda Lamiyə ilə Nicatın ailə qurmasına narazılıq etməyəcəyini və çıxıb gedəcəyini bildirdiyinə görə sonuncuya inanaraq gedib Nicat ilə Lamiyəni tapıb evə gətirmişlər. Nicatgil qapıya çatanda Elşən Lamiyəni tutaraq avtomobilə salıb qızını aparacağını bildirmiş, həmin vaxt Nicat Lamiyə ilə bir-birlərini sevdiklərini, ailə qurmaq istədiklərini deyərək Lamiyəni avtomaşına mindirməyə mane olmağa cəhd göstərmişdir. Həmin vaxt Lamiyənin qardaşı Toğrul Nicatın üstünə qaçaraq gödəkçəsinin altından çıxardığı bıçaqla sonuncunu vurmuş, bundan sonra Nicat bir neçə addım gedib yerə yıxılmışdır. Elşən, Toğrul və Lamiyəni götürüb avtomaşını ilə oradan uzaqlaşmış, onlar isə Nicatı götürüb Ağdaş Mərkəzi Rayon Xəstəxanasına aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 eyni məzmunlu ifadə verərək X1 yuxarıda göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, oğlu Nicat Lamiyə adlı qızı sevib sonuncu ilə ailə həyatı qurmaq istədiyinə görə 2020-ci ilin yanvar ayında elçiliyə getmiş, lakin Lamiyənin atası X8 ilə ailə həyatı qurmasına narazı olduğunu bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə Elşən ona zəng edərək qızı Lamiyənin evdə olmadığını və sonuncunun Nicata qoşulub qaçdığından şübhələndiklərini bildirdikdən sonra Ağdaş rayonunda yaşayan bacısı Rəhmiyənin əri Ulduza zəng edib Nicatın orada olub-olmaması barədə maraqlanmış, həmin vaxt Ulduzun ona Nicat və Lamiyənin Ağdaş rayonu Gürcüva kəndində olmalarını bildirmişdir. Bundan sonra Elşən, sonuncunun oğlu Toğrul və o, Elşənə məxsus olan Mersedes markalı avtomobil ilə Ağdaş rayonu Gürcüva kəndinə bacısı Rəhmiyyənin yaşadığı evə getmişlər. Həmin vaxt Nicat və Lamiyə evdə olmamış, Elşən əgər qızı könüllü gəldiyini bildirdikdən sonra Nicatla Lamiyənin ailə həyatı qurmalarına narazılıq etməyəcəyini bildirdiyinə görə bacısı Rəhmiyə Nicat ilə Lamiyənin arxası ilə getmişdir. Onlar hamısı küçədə bacısıgilin evinin qapısının qabağında olan zaman Elşən bacısı Rəhmiyə və Nicatla birlikdə gələn Lamiyəni tutaraq avtomobilə salaraq qızını aparacağını bildirmiş, həmin vaxt Nicat Lamiyə ilə bir-birlərini sevdiklərini, ailə qurmaq istədiklərini deyərək Lamiyəni aparmalarına mane olmağa çalışmışdır. Həmin vaxt Lamiyənin qardaşı Toğrul Nicatın üstünə tərəf qaçaraq Nicatı vurmuş, bundan sonra Nicat bir neçə addım gedib yerə yıxılmışdır. Bundan sonra Toğrulun Nicatı bıçaqla vurduğunu bilmiş, lakin həmin vaxt Toğrulun əlində bıçağın olmasına fikir verməmişdir. Elşən oğlu Toğrulu və qızı Lamiyəni götürüb avtomobili ilə oradan uzaqlaşmış, onlar isə Nicatı götürüb Ağdaş Mərkəzi Rayon Xəstəxanasına aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun iş yoldaşı olmaqla sonuncunun Lamiyə adlı qızla bir-birlərini sevdiklərini bilmiş, Lamiyə və Nicat hərdən bir işlədikləri yerdə də görüşərək söhbət etmişlər. Nicatın öz ailəsini Lamiyəgilə elçiliyə göndərdiyini, lakin Lamiyənin valideyinlərinin Lamiyənin Nicatla ailə qurmasına razı olmadıqları barədə də məlumatı olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Nicat ona səhər tezdən işə gəlməməsini, iş yerini özü açacağını, zəng edəndən sonra gəlməsini və özü çıxıb gedəcəyini bildirmişdir. Nicatın Lamiyə ilə qaçmaq istədiyini başa düşmüş, xx xxxxxx 2020-ci il tarixdə Nicat ona zəng edərək iş yerinə gəlməsini bildirdikdən sonra işə gəlib çatanda Nicatla Lamiyənin piyada getdiklərini görmüşdür. Nicatla Lamiyənin qaçdıqlarını başa düşdüyünə görə kənardan Nicata zəng edərək hara getmələrini soruşmuşdur. Nicat ona Lamiyə ilə birlikdə ailə qurmaq məqsədi ilə qaçdıqalrını bildirdikdən sonra, Lamiyə ilə də telefonla danışarkən sonuncu ona Nicatla könüllü olaraq qaçdığını bildirmişdir. Bundan sonra axşam Lamiyənin atasının Lamiyənin Nicatla qaçmasından xəbər tutmasını, daha sonra Ağdaş rayonuna getmələrini və orada Lamiyəni evə gətirmək istəyərkən Lamiyənin qardaşı Toğrulun Nicatı bıçaqlaması barədə xəbər tutmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 97 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – döş qəfəsinin ön sağ nahiyəsinin döşyanı xətt üzrə İX-X qabırğarası sahənin daxilə keçən yarası, hemopnevmotoraks deşici-kəsici alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddilər. Məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-trasoloji ekspertizasının xx.xx.2020ci il tarixli 3/281 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd jaketin, bir ədəd köynəyin, bir ədəd maykanın üzərində olan zədə bir tərəfi kəsici, ucu deşici xasəyə malik predmetin, həmçinin bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin təsiri ilə yaranmağa xarakterik olan deşilmə kəsilmə zədəsi vardır. Məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020ci il tarixli 245 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hazırda da hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) xüsusiyyətlərə baxmayaraq o, hazırki cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən verilmiş tələbnəmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq olunmuş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1800-da şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş və iş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə həbsdən azad olunmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər X6 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 1953 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə İsmayıllı şəhəri H.Z.Tağıyev küçəsi 67 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Məhkəmə iclasında tədqiq olunmuş və iş materiallarında olan “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X7 xx xxx 2020-ci il tarixli 741 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X7 poliklinika şöbəsinin ruhiəsəb, narkoloji kabinetində dispanser qeydiyyatında yoxdur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutlan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı əsaslı olaraq onun əməlini CM-in 126.1-ci maddəsinə tövsif etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəza təyin edərkən məhkəmə, CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən çoxsaylı halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədinə nail olmaq mümkündür və ona cəza təyin edilərkən CM-in 62 və 70-ci maddəsinin tətbiq olunmasına heç bir əsas yoxdur. Məhkəmənin belə qənaətə gəlməsinə təqsirləndirilən şəxsin cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxsə heç bir kömək göstərmədən, sonuncunun sağlamlığına etinasız münasibət bəsləməklə hadisə yerindən uzaqlaşması, cinayətin aləti olan bir ədəd bıçağı gizlətməklə istintaq orqanına təqdim etməməsi, eləcə də bacısı Şahid1 zərərçəkmiş Zərərçəkmiş şəxslə evlənmək məqsədilə könüllü getməsinə baxmayaraq Nicatın onun bacısını zorla qaçırdığını bildirib öz əməlinə haqq qazandırmağa cəhd etməsi kimi hallar əsas verir. Cəzanı yüngülləşdirən hallardan zərərçəkmiş şəxslə barışmasının mövcud olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seşilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu müddət ona təyin ediləcək cəzaçəkmə müddətinə daxil edilməklə qəti cəza təyin edilməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı məhkəmədə həbsə alındığı andan hesablanmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 65 AZN (almış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan İsmayıllı rayon Polis Şöbəsində saxlanılan bir ədəd jaket, bir ədəd köynək və bir ədəd mayka zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmalıdır. CM-nin 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə ediləcək əmlak müəyyən olunmadı. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il, beş (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Cinayət işi üzrə maddi sübut olan İsmayıllı rayon Polis Şöbəsində saxlanılan bir ədəd jaket, bir ədəd köynək və bir ədəd mayka zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbs olunsun, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surətinin Təqsirləndirilən şəxs aldığı) andan 20 (iyirmi) gün müddətində X9 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlikedən) Bilal Məmmədov Rəşid Hüseynov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar