Məhkəmə qərarları › İş №1(091)-100/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-100/2022

03.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-100/2022 03.06.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X13, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə və tərcüməçi X7 iştirakları ilə, xx xxxxxx 1957-ci il tarixdə İsmayıllı rayonunun İvanovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, milliyyətcə rus, orta təhsilli, evli, hazırda işləməyən, İsmayıllı rayonunun İvanovka kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə, xx xxxx 1964-cü il tarixdə İsmayıllı rayonunun Qalınçaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, İsmayıllı rayonunun İvanovka kənd “N.Nikitin” adına kolxozda qoyunçuluq ferması üzrə baytar həkimi işləyən, İsmayıllı rayonunun Ruşan kəndində qeydiyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 179.3.2 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində İsmayıllı rayonunun İvanovka kənd “N.Nikitin” adına kolxozunun Qoyunçuluq fermasının müdiri vəzifəsində işlədiyi dövrdə həmin kolxozda xx.xx.1987-ci ildən etibarən Qoyunçuluq ferması üzrə baytar həkimi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs olmaqla öz qulluq mövqelərindən istifadə edərək onlara etibar edilmiş külli miqdarda özgə əmlakını tamah niyyəti ilə mənimsəmək qərarına gəlmiş, öz qulluq mövqelərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində kolxozun Qoyunçuluq fermasının baş çobanları Şahid5, X11, Şahid2, X8, Şahid3, Şahid4, Şahid6 və Şahid7 təqdim etdikləri, göstərilən dövr üçün aylıq hesabatlarına əsasən faktiki olaraq cəmi 960 baş xırdabuynuzlu heyvan öldüyü halda, həmin baş çobanlardan kolxozun tələbatlarını ödəmək məqsədi ilə kəsilməsi, saxlanması və satılması adı ilə alıb özlərində saxladıqları 530 (beş yüz otuz) baş xırdabuynuzlu heyvanların da daxil olduğu 1490 baş xırdabuynuzlu heyvanın öldüyünü sənədləşdirməklə, yəni 2020-ci ilin mart ayında heyvanların və quşların çıxması üçün 17 akt üzrə hər birinin diri çəkisi 30 kq, bir başının qiyməti 150 manat olan 9 baş ana qoyunun, aprel ayında heyvanların və quşların çıxması üçün 21 akt üzrə hər birinin diri çəkisi 30 kq, bir başının qiyməti 150 manat olan 13 baş ana qoyunun, may ayında heyvanların və quşların çıxması üçün 11 akt üzrə hər birinin diri çəkisi 30 kq, bir başının qiyməti 150 manat olan 7 baş ana qoyunun, iyun ayında heyvanların və quşların çıxması üçün 17 akt üzrə hər birinin diri çəkisi 30 kq, bir başının qiyməti 150 manat olan 51 baş ana qoyunun, iyul ayında heyvanların və quşların çıxması üçün 23 akt üzrə hər birinin diri çəkisi 30 kq, bir başının qiyməti 150 manat olan 64 baş ana qoyunun, hər birinin diri çəkisi 31 kq, bir başının qiyməti 170 manat olan 3 baş törədici qoçun, avqust ayında heyvanların və quşların çıxması üçün 18 akt üzrə hər birinin diri çəkisi 30 kq, bir başının qiyməti 150 manat olan 5 baş ana qoyunun, diri çəkisi 31 kq, qiyməti 170 manat olan 1 baş törədici qoçun, hər birinin diri çəkisi 13 kq, bir başının qiyməti 80 manat olan 32 baş 2020-ci il doğumlu erkək quzunun, sentyabr ayında heyvanların və quşların çıxması üçün 12 akt üzrə hər birinin diri çəkisi 30 kq, bir başının qiyməti 150 manat olan 9 baş ana qoyunun, hər birinin diri çəkisi 13 kq, bir başının qiyməti 80 manat olan 40 baş 2020-ci il doğumlu erkək quzunun, oktyabr ayında heyvanların və quşların çıxması üçün 10 akt üzrə hər birinin diri çəkisi 14 kq, bir başının qiyməti 90 manat olan 32 baş 2020-ci il doğumlu erkək quzunun, noyabr ayında heyvanların və quşların çıxması üçün 23 akt üzrə hər birinin diri çəkisi 30 kq, bir başının qiyməti 150 manat olan 30 baş ana qoyunun, hər birinin diri çəkisi 31 kq, bir başının qiyməti 170 manat olan 2 baş törədici qoçun, hər birinin diri çəkisi 14 kq, bir başının qiyməti 90 manat olan 56 baş 2020-ci il doğumlu erkək quzunun, hər birinin diri çəkisi 13 kq, bir başının qiyməti 75 manat olan 37 baş 2020-ci il doğumlu dişi quzunun, dekabr ayında heyvanların və quşların çıxması üçün 19 akt üzrə hər birinin diri çəkisi 30 kq, bir başının qiyməti 150 manat olan 34 baş ana qoyunun, hər birinin diri çəkisi 13 kq, bir başının qiyməti 75 manat olan 48 baş 2020-ci il doğumlu dişi quzunun, 2021-ci ilin yanvar ayında heyvanların və quşların çıxması üçün 18 akt üzrə hər birinin diri çəkisi 30 kq, bir başının qiyməti 150 manat olan 23 baş ana qoyunun, fevral ayında heyvanların və quşların çıxması üçün 11 akt üzrə hər birinin diri çəkisi 30 kq, bir başının qiyməti 150 manat olan 34 baş ana qoyunun, cəmi 530 baş xırdabuynuzlu heyvanın hepatit, pnevmaniya və qastroentit xəstəliklərindən ölmələrinə dair hüquq münasibətlərinin yaranmasına, dəyişdirilməsinə və ya xitamına təsir etməklə hüquqi nəticələrə səbəb olan, xüsusi formaya (forma №100) malik rəsmi hesabat sənədi olan cəmi 200 ədəd “Heyvanların və quşların çıxması üçün akt (forma №100)” tərtib edib həmin aktlara kolxoza məxsus cəmi orta bazar qiyməti 62925 (altmış iki min doqquz yüz iyirmi beş) manat təşkil edən ümumilikdə 530 (beş yüz otuz) baş xırdabuynuzlu heyvanın ölməsinə dair həqiqətə uyğun olmayan məlumatları bilə-bilə tamah məqsədi ilə daxil edərək və çıxdaş aktlarında baş çobanların adlarının qarşısındakı imza qrafalarında özləri imza etməklə və heyvanların hepatit, pnevmaniya və qastroentit xəstəliklərindən ölməsinə dair həqiqətə uyğun olmayan diaqnozlar daxil etdirməklə vahid niyyətlə əhatə olunan qəsdlə onlara etibar edilmiş ümumilikdə külli miqdar təşkil edən 62925 (altmış iki min doqquz yüz iyirmi beş) manat dəyərində İsmayıllı rayonunun İvanovka kənd “N.Nikitin” adına kolxoza məxsus əmlakı mənimsəyərək talayıb kolxoza həmin məbləğdə maddi ziyan vurmuşlar. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 CM-in 179.3.2 və 313-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə vermiş və əlavə olaraq göstərmişdir ki, 2002-ci ildən xx.xx.2021-ci ilədək İsmayıllı rayonu N.Nikitin adına İvanovka kənd kolxozunda qoyunçuluq fermasının müdiri işləmişdir. Müdir işlədiyi dövrdə fermada cəmi 8 briqada olmuş, hər briqadada baş çoban və çobanlar işləmişdir. Ferma müdiri kimi əsas iş funksiyaları fermada işin təşkili, fermada hesabatın aparılması, yemlənmənin, nəqliyat işinin təşkili, baş çobanların işinə nəzarət və s. ibarət olmuşdur. Fermanın Kürdəmir və Sabirabad rayonları ərazisində 4700 ha qışlaq sahəsi, İsmayıllı rayonu ərazisində 5741 ha yaylaq sahəsi olmuşdur. 2020-ci ilin mart ayında fermada 3701 baş müxtəlif qruplara məxsus xırdabuynuzlu heyvanlar olmuşdur. O, işdən səhhəti ilə əlaqədar öz ərizəsi ilə çıxmışdır. xx.xx.2021-ci il tarixdə işdən çıxanda işi Nəsrəddin İsayevə təhvil vermişdir. Nəsrəddinə həmin vaxt 2117 baş xırdabuynuzlu heyvan təhvil vermişdir. Heyvan sayının azalması yemləmənin olmaması, otun olmaması ilə bağlı olmuş, heyvan azalması əsasən aclıqdan ölüm faktları ilə bağlı olmuşdur. Göstərilən dövr ərzində 412 baş quzu doğulmuşdur. Göstərilən dövr ərzində 1490 baş müxtəlif qruplara məxsus heyvan ölümü sənədləşdirilmişdir. Ölüm faktları olanda baytar həkimin, baş çobanların iştirakı ilə çıxdaş aktları yazılmışdır. Bəzi hallarda kolxozun ərazisinə gətirilmiş çıxdaş heyvanların, yəni xəstə, zəif heyvanların da ölümü baş vermişdir ki, bu halda həmin ölümlərin briqadalarda baş verməsi kimi sənədləşdirmişlər. Bunu da hesabatlara görə etmişdir. Qoyunçuluğun son bir il ərzində rentabelsiz olması əsasən yemləmənin olmaması ilə bağlı olmuşdur. Birqadalarının baş çobanları tərəfindən təqdim etdilən aylıq hesabatlarda 1071 (bir min yetmiş bir) baş xırdabuynuzlu heyvan ölümünü göstərilsə də bəzən elə olurmuş ki, kolxozun ərazisində olan izolyatora gətirilmiş kəsilməsi, satılması, saxlanılması üçün təhvil aldığı heyvanlardan da öləni olurmuş və onların sənədləşməsini aparmamışdır. Ölüm faktlarının da tam dəqiq aparılmaması özünün səhvi olmuşdur. İzolyatordakı ölümləri özü ferma ərazisindəki ölüm kimi sənədləşdirsə də çobanlar bununla razılaşmadıqlarından çıxdaş aktlarında çobanların adlarının qarşısında özü imza etmişdir. Bundan başqa, fermalar uzaq olduğundan hər gün fermalara gedərək ölüm faktlarını dərhal rəsmiləşdirmək mümkün olmadığından, sənədləşməni əsasən ayın axırında apamışdır, baytar həkimi Təqsirləndirilən şəxs2 dediyi diaqnozları da aktlara yazmışdır. Bundan başqa, baş çobanların təqdim etdiyi aylıq hesabatlarında göstərilən ölüm faktlarından 530 baş miqdarında artıq rəsmləşdirilməsi öz səhvi olmuşdur. Ekspertiza rəyində göstərilən qiymətlər orta bazar qiymətlərini əks etdirir. Kolxozda həmin heyvanların balans dəyəri ekspertiza qiymətlərindən aşağı olmuşdur. Buna baxmayaraq, vurulmuş zərəri 62925 manat olmaqla ekspertiza qiymətlərinə uyğun ödəmişdir. Təqsirləndirilən şəxs2 aralarında olan inama əsasən bəzi hallarda sənədə onun xahişinə və ona olan inamına əsasən qol çəkmiş və diaqnozları göstərmişdir. Məhkəmədən yaşlı olmağının və vurulmuş zərəri ödəməyinin nəzərə alınmasını və barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 CM-in 179.3.2 və 313-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə vermiş və əlavə olaraq göstərmişdir ki, heç bir əmlakı mənimsəməmiş, onun faktiki olaraq iştirakı ondan ibarət olmuşdur ki, saxta sənədləri tərtib etməkdə Təqsirləndirilən şəxs1 köməklik etmişdir. 1987-ci ildən İsmayıllı rayonu İvanovka kənd Nikitin adına kolxozda qoyunçuluq ferması üzrə baytar həkimi işləmişdir. Qoyunçuluq ferması üzrə baytar həkim kimi əsas iş funksiyaları qoyun-quzuların vaksinasiya edilməsi, verilən iynə-dərmanların vurulması, baş verə biləcək xəstəliklərin qarşısının alınması, baş vermiş ölümlərin səbəblərinin müəyyən olunması, qısırlığa qarşı mübarizə və s. ibarətdir. Nikitin adına kolxozun qoyunçuluq üzrə fermasında hazırda 8 briqada fəaliyyət göstərir. Hər briqadada müxtəlif sayda heyvanlar vardır ki, bu da kolxozun müvafiq sənədlərində öz əksini tapır. Hər briqadada təxminən 3-4 çoban vardır. Briqadada əsas nəzarəti baş çobanlar həyata keçirirlər. Baş çobanlar da ferma müdiri qarşısında məsuldurlar. Kolxozun Kürdəmir rayonu və Hacıqabul rayonları ərazisində yerləşməklə 4700 ha qışlaq sahəsi, İsmayıllı rayonu ərazisində yerləşən 5741 ha yaylaq sahəsi var. Həmin qışlaq və yaylaq sahəsi heyvan sayına görə qənaətbəxşdir. Heyvanlar noyabr-may aylarında qışlaqda, may-sentyabr aylarında yaylaqda olur. Qışlağın icarə haqqı, çobanların maaşlarının verilməsi kolxozun öz səlahiyyətlərinə aiddir. 2021-ci ilin 07 fevraladək kolxozun Qoyunçuluq fermasının müdiri Təqsirləndirilən şəxs1 olmuş, ondan sonra xx.xx.2021-ci ildən isə həmin vəzifədə Nəsrəddin İsayev ferma müdiri işləmişdir. Göstərilən dövr ərzində 1490 baş müxtəlif qruplara məxsus heyvan ölümü sənədləşdirilmişdir. Həmin dövr ərzində ölümün çox olması yem çatışmazlığı xəstəliklər, təbii fəlakətlər (dolu, yağış, daş düşməsi və s) ilə bağlı olmuşdur. Heyvan qışlaqda öləndə çoban həmin heyvanın qol nahiyəsindən kəsərək başı üstündə olmaq şərti ilə saxlayırmış, kolxozun təftiş komissiyasının sədri, zootexnik, ferma müdiri və onun iştirakı ilə baxış keçirilir, ümumi akt yazılır, əlavə olaraq onun tərəfindən müvafiq ölüm aktı tərtib olunur. Qoyun öləndə həmin gün ərzində ölüm aktı yazılmalı imiş. Lakin qışlaq sahəsi yaşadıqları kənddən çox uzaqda (120 km) olduğundan ayda bir dəfə ölüm aktları tərtib etmişlər. Həmin aktları da idarədə yazmışlar, diaqnozları da ehtimalla, yarılma aparılmadan qoymuşdur. O, fermalarda ölən qoyunlara yerində baxış keçirəndən sonra kolxozun idarə binasında ferma müdiri Təqsirləndirilən şəxs1 tərəfindən çıxdaş aktları yazılırmış və onun tərəfindən həmin aktlar imzalanması üçün ona təqdim olunurmuş. O da həmin aktlara imza edirmiş. Həmin aktlar ona təqdim ediləndə çobanların adları qarşısında imzaları olurmuş. Həmin imzaları faktiki olaraq çobanların özlərinin çəkib-çəkmədiyini dəqiq bilmirmiş. Çünki həmin aktlar Uryupinin özü tərəfindən tərtib edilmiş və ona yalnız öz imzasını çəkmək üçün təqdim edilmişdir. Məhkəmə istintaqı zamanı yoxlama ilə əhatə olunan dövr ərzində qoyunçuluq birqadalarının baş çobanları tərəfindən təqdim edilən aylıq hesabatlarda 1071 baş xırdabuynuzlu heyvan ölümü göstərildiyi halda, Qoyunçuluq üzrə ferma müdiri və onun tərəfindən tərtib olunmuş çıxdaş sənədlərinə əsasən 1601 baş ölüm faktının briqadaların özlərində baş verməsinin rəsmləşdirilməsi, bunun da baş çobanların təqdim etdiyi aylıq hesabatlarında göstərilən ölüm faktlarından 530 baş miqdarında və dəyəri 62925 manat məbləğində artıq rəsmləşdirilməsi ilə bağlı ona ünvanlanan suala cavab olaraq bildirmişdir ki, çıxdaş aktları Təqsirləndirilən şəxs1 tərəfindən tərtib olunurmuş, özü isə yalnız həmin aktlara imza etmiş, çıxdaş aktlarında da Uryupinə qastroentrit, hepatit və s. kimi diaqnozlar yazmasını demişdir. İzolyatorda ölən heyvanların qışlaqda və ya yaylaqda ölməsi kimi sənədləşdirilməsinin səbəbləri ona məlum deyil. Eləcə də bildirmişdir ki, izolyatorda təxminən 200 başa yaxın xırdabuynuzlu heyvanın ölümünü öz gözləri ilə görmüş, onları yarıb müayinə etmiş, izolyatorda öldüyü bildirilən digər heyvanlardan məlumatı yoxdur, yalnız Uryupinin ona təqdim etdiyi çıxdaş aktlarına imza etmişdir. Belə ki, o, faktiki olaraq 1601 baş xırdabuynuzlu heyvanın ölüm faktında iştirak etməmiş, sadəcə olaraq Təqsirləndirilən şəxs1 tərəfindən ona təqdim olunmuş bütün çıxdaş aktlarına imza etmişdir. Vurulmuş zərər Təqsirləndirilən şəxs1 tərəfindən tam ödənilmişdir. Məhkəmədən vurulmuş zərərin tam ödənilməsi, törətdiyi əməldən peşiman olmasının nəzərə alınmasını və barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs İsmayıllı rayonu N.Nikitin adına İvanovka kənd kolxozunun nümayəndəsi Nümayəndə göstərmişdir ki, N.Nikitin adına İvanovka kənd kolxozuna dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam olaraq ödənimişdir, kalxoz rəhbərliyi onlarla barışmışdır, onlara qarşı heç bir şikayət və tələb yoxdur. Məhkəmədən cəza təyin olunarkən bu halların nəzərə alınması xahiş olunur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2008-ci ildən hazıradək İsmayıllı rayonunun İvanovka kənd Nikitin adına kolxozun qoyunçuluq briqadasında baş çoban işləyir. Rəhbərlik etdiyi briqadada ondan başqa 2 çoban vardır. Briqadada 2021-ci ilin mart ayına kolxoza məxsus cəmi 326 baş olmaqla 118 ana qoyun, 15 törədici qoç, 7 çıxdaş qoyun, 139 baş 2019-cu ilin şişəyi, 25 baş 2020-ci ilin dişi quzusu, 10 baş 2020-ci ilin erkək quzusu, 8 baş 2021-ci ilin quzusu, 4 baş da keçi vardır. 2020-ci ilin mart ayında briqadada kolxoza məxsus cəmi 520 baş heyvan olmuşdur ki, onlardan da 252 başı ana qoyun, 22 baş törədici qoç, 112 baş 2018-ci ilin şişəyi, 67 baş 2019-cu ilin şişəyi, 63 baş 2019-cu ilin erkək toğlusu, 4 baş da keçi olmuşdur. Qoyunları qışda qışlaqda, yayda isə yaylaqda təbii ot ilə qidalandırıblar. 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayındadək baş çoban olduğu briqadada cəmi 92 baş heyvan ölmüşdür. Ona təqdim olunan yoxlanılan dövrə aid hər ay üzrə heyvanların çıxdaş aktlarında (ölüm aktı) olan onun adının qarşısındakı imzalar ona məxsus olmamışdır. Yalnız 2021-ci ilin fevral ayı üçün tərtib olunan çıxdaş aktdarındakı 9 baş heyvana aid çıxdaş aktında olan imzalar ona məxsus olmuşdur. Yoxlanılan dövr ərzində onun baş çoban olduğu briqadada cəmi 92 baş heyvan ölsə də, çıxdaş aktlarında cəmi dövr üçün 162 baş heyvanın ölümünün yazılmasının səbəbləri ona məlum olmamışdır. Heyvanlar əsasən qara ciyər qurdu xəstəliyindən, aclıqdan, bağırsaq qurdundan ölmüşdür. Çıxdaş sənədlərini ferma müdiri Uryupin və baytar həkim Cahid tərtib etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2014-cü ildən hazıradək İsmayıllı rayonunun İvanovka kənd N.Nikitin adına kolxozun qoyunçuluq briqadasında baş çoban işləyir. Rəhbərlik etdiyi briqadada ondan başqa 4 çoban vardır. Briqadada 2021-ci ilin mart ayına kolxoza məxsus cəmi 94 baş olmaqla 11 ana qoyun, 5 törədici qoç, 51 baş 2019-cu ilin şişəyi, 10 baş 2020-ci ilin dişi quzusu, 7 baş 2020-ci ilin erkək quzusu, 8 baş 2021-ci ilin quzusu, 2 baş da keçi vardır. 2020-ci ilin mart ayında briqadada kolxoza məxsus cəmi 371 baş heyvan olmuşdur ki, onlardan da 175 başı ana qoyun, 7 baş törədici qoç, 109 baş 2018-ci ilin şişəyi, 38 baş 2019-cu ilin şişəyi, 40 baş 2019-cu ilin erkək toğlusu, 2 baş da keçi olmuşdur. Qoyunları qışda qışlaqda, yayda isə yaylaqda təbii ot ilə qidalandırmışlar. 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayınadək baş çoban olduğu briqadada 232 baş xırdabuynuzlu heyvan ölmüşdür. Ona təqdim olunan yoxlanılan dövrə aid hər ay üzrə heyvanların çıxdaş aktlarında (ölüm aktı) olan öz adının qarşısındakı imzalar ona məxsus olmamışdır. Yoxlanılan dövr ərzində onun baş çoban olduğu briqadada cəmi 232 heyvan ölmüşdür ki, onlar da əsasən qara ciyər qurdu xəstəliyindən, aclıqdan, bağırsaq qurdundan ölmüşdür. 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayınadək təxminən cəmi 33 baş heyvanı kəsim üçün kolxoza vermişdir ki, onlardan 10 başı ana qoyun, 23-ü quzu olmuşdur. Həmin heyvanı kənddə ferma müdirinin özünə, yəni Uryupinə təhvil vermişdir. Baş çoban olduğu briqadada yoxlanılan dövr ərzində 232 baş heyvan öldüyü halda, 310 baş ölümü baytar həkimi və ferma müdiri tərəfindən sənədləşdirilmişdir. Səbəbi ona bəlli deyildir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X12 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2014-cü ildən hazıradək İsmayıllı rayonunun İvanovka kənd N.Nikitin adına kolxozun qoyunçuluq briqadasında baş çoban işləyir. Rəhbərlik etdiyi briqadada ondan başqa 2 çoban vardır. Briqadada 2021-ci ilin mart ayına kolxoza məxsus cəmi 122 baş olmaqla 69 ana qoyun, 15 törədici qoç, 4 çıxdaş qoyun, 34 baş 2019-cu ilin şişəyi olmuşdur. 2020-ci ilin mart ayında isə briqadada kolxoza məxsus cəmi 337 baş heyvan olmuşdur ki, onlardan da 166 başı ana qoyun, 23 baş törədici qoç, 88 baş 2018-ci ilin şişəyi, 35 baş 2019-cu ilin şişəyi, 19 baş 2019-cu ilin erkək quzusu olmuşdur. Qoyunları qışda qışlaqda, yayda isə yaylaqda təbii ot ilə qidalandırmışlar. 2020ci ilin mart ayından 2021-ci ilin mart ayındadək baş çoban olduğu briqadada cəmi 131 baş heyvan ölmüşdür. Ona təqdim olunan yoxlanılan dövrə aid hər ay üzrə heyvanların çıxdaş aktlarında (ölüm aktı) olan öz adının qarşısındakı imzalar ona məxsus olmamışdır. Yoxlanılan dövr ərzində onun baş çoban olduğu briqadada cəmi 131 baş heyvan ölüb ki, onlar da əsasən aclıqdan, yaz aylarında zəhərlənmədən, qızdırmadan, daş düşməsindən ölüb. Çıxdaş aktlarında dövr üçün 208 baş heyvanın ölümünün yazılmasının səbəbləri ona məlum deyil. Həmin sənədləri ferma müdiri və baytar həkim tərtib etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2008-ci ildən hazıradək İsmayıllı rayonunun İvanovka kənd N.Nikitin adına kolxozun qoyunçuluq briqadasında baş çoban işləyir. Rəhbərlik etdiyi briqadada ondan başqa 3 çoban vardır. Briqadada 2021-ci ilin mart ayına kolxoza məxsus cəmi 186 baş olmaqla 89 ana qoyun, 1 baş törədici qoç, 3 çıxdaş qoyun, 47 baş 2019-cu ilin şişəyi, 20 baş 2020-ci ilin şişəyi, 2020-ci ilin 12 baş erkək quzusu, 11 baş 2021-ci ilin quzusu, 3 baş da keçi olmuşdur. 2020-ci ilin mart ayında briqadada kolxoza məxsus cəmi 393 baş heyvan olmuşdur. Qoyunları qışda qışlaqda, yayda isə yaylaqda təbii ot ilə qidalandırıblar. 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayındadək baş çoban olduğu briqadada cəmi 149 baş heyvan ölmüşdür. Ona təqdim olunan yoxlanılan dövrə aid hər ay üzrə heyvanların çıxdaş aktlarında (ölüm aktı) olan öz adının qarşısındakı imzalar ona məxsus olmamışdır. Yoxlanılan ərzində onun baş çoban olduğu briqadada cəmi 149 baş heyvan ölüb ki, onlar da əsasən aclıqdan ölüb. Çıxdaş aktlarında cəmi dövr üçün 228 baş heyvanın ölümünün yazılmasının səbəbləri ona məlum deyil. Həmin sənədləri ferma müdiri Təqsirləndirilən şəxs1 və baytar həkim Təqsirləndirilən şəxs2 tərtib etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2008-ci ildən hazıradək İsmayıllı rayonunun İvanovka kənd N.Nikitin adına kolxozun qoyunçuluq briqadasında baş çoban işləyir. Briqadada 2021-ci ilin mart ayında kolxoza məxsus cəmi 213 baş olmaqla 82 ana qoyun, 14 törədici qoç, 5 çıxdaş qoyun, 58 baş 2019-cu ilin şişəyi, 21 baş 2020-ci ilin şişəyi, 11 baş 2020-ci ilin erkək toğlusu, 14 baş 2021-ci ilin dişi quzusu, 6 baş da 2021-ci ilin erkək quzusu, 2 baş da keçi olmuşdur. 2020-ci ilin mart ayında isə briqadada kolxoza məxsus təxminən cəmi 600 baş heyvan olmuşdur. Qoyunları yalnız qışda qışlaqda, yayda isə yaylaqda təbii ot ilə qidalandırıblar. Ona təqdim olunan yoxlanılan dövrə aid hər ay üzrə heyvanların çıxdaş aktlarında (ölüm aktı) olan onun adının qarşısındakı imzalar ona məxsus olmamışdır. Yoxlanılan dövr ərzində onun baş çoban olduğu briqadada cəmi 121 baş heyvan ölüb ki, onlar da əsasən aclıqdan ölüb. Çıxdaş aktlarında dövr üçün cəmi 178 baş heyvanın ölümünün yazılmasının səbəbləri ona məlum deyil. Həmin sənədləri ferma müdiri Uryupin və baytar həkimi Cahid tərtib etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2002-ci ildən hazıradək İsmayıllı rayonunun İvanovka kənd N.Nikitin adına kolxozun qoyunçuluq briqadasında baş çoban işləyir. Rəhbərlik etdiyi briqadada ondan başqa 2 çoban vardır. Briqadada 2021-ci ilin mart ayında kolxoza məxsus cəmi 148 baş olmaqla 52 ana qoyun, 13 törədici qoç, 4 çıxdaş qoyun, 28 baş toğlu, 47 quzu, 4 baş da keçi vardır. 2020-ci ilin mart ayında briqadada kolxoza məxsus təxminən cəmi 210 baş heyvan olmuşdur. Qoyunları qışda qışlaqda, yayda isə yaylaqda təbii ot ilə qidalandırıblar. 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayındadək baş çoban olduğu briqadada faktiki olaraq cəmi 172 baş heyvan ölmüşdür. Ona təqdim olunan yoxlanılan dövrə aid hər ay üzrə heyvanların çıxdaş aktlarında (ölüm aktı) olan onun adının qarşısındakı imzalar ona məxsus olmamışdır. Yoxlanılan dövr ərzində onun baş çoban olduğu briqadada cəmi 172 baş heyvan ölüb ki, onlar da əsasən aclıqdan ölüb. Ferma müdiri və baytar həkim tərəfindən tərtib olunmuş çıxdaş aktlarında cəmi dövr üçün 202 baş heyvanın ölümünün yazılmasının səbəbləri ona məlum deyil. Həmin sənədləri ferma müdiri və baytar həkim tərtib etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2016-cı ildən 2021-ci ilin may ayınadək İsmayıllı rayonunun İvanovka kənd N.Nikitin adına kolxozun qoyunçuluq briqadasında baş çoban işləmişdir. Rəhbərlik etdiyi briqadada ondan başqa 4 çoban olmuşdur. Briqadada 2021-ci ilin mart ayına kolxoza məxsus cəmi 548 baş olmaqla 177 ana qoyun, 18 törədici qoç, 9 çıxdaş ana qoyun, 211 baş 2019-cu ilin şişəyi, 45 baş 2020-ci ilin erkək quzusu, 28 baş 2020-ci ilin dişi quzusu, 60 baş 2021-ci ilin quzusu olmuşdur. Yoxlanılan dövr ərzində kolxoz tərəfindən heç bir yem verilməyib. Qoyunları qışda qışlaqda, yayda isə yaylaqda təbii ot ilə qidalandırmışlar. 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayınadək baş çoban olduğu briqadada 2021-ci ilin fevral ayında brodzod xəstəliyindən cəmi 11 baş olmaqla- 1 qoç və 10 ana qoyun ölmüşdür. Bundan başqa kolxoza məxsus heyvanlardan il ərzində ayrı-ayrı vaxtlarda cəmi 9 qoyun ölmüşdür. Ona təqdim olunan yoxlanılan dövrə aid hər ay üzrə heyvanların çıxdaş aktlarında (ölüm aktı) onun adının qarşısındakı imzalar ona məxsus olmamışdır. 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayınadək təxminən cəmi 30 baş zəif heyvanı kənddə ferma müdirinin özünə təhvil vermişdir. Heyvanlar 2020-ci ilin iyun ayından sentyabr ayına kimi yaylaqda, bundan sonra isə qışlaqda olmuşdur. Dövr ərzində doğulan quzulardan 160 quzu qalıb. Doğulan quzulardan təxminən 50-si isə zəiflikdən ölüb. Kolxoz tərəfindən heç bir yem, silos, arpa və s. verilməyib. Heyvan öləndə kolxozun baytar həkiminə və kolxoz sədrinə məlumat verirmişlər və baytar həkim müvafiq sənədləşmə işini aparırmış. Ölən heyvanların dərisini və s. saxlamırlar, tələf olan heyvanları torpaqda basdırırmışlar. 2021-ci ilin fevral ayında tərtib olunmuş çıxdaş aktında 9 baş heyvana aid hissədə o, özü imza etmişdir. Digər imzalar isə ona məxsus deyildir. Kim tərəfindən onun yerinə imza çəkilməsini bilmir. Məhkəmə istintaqı zamanı Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Həmin ifadəsində şahid bildirmişdir ki, 1998-ci ildən hazıradək İsmayıllı rayonunun İvanovka kənd N.Nikitin adına kolxozun qoyunçuluq briqadasında baş çoban işləyir. Rəhbərlik etdiyi briqadada ondan başqa 4 çoban işləyir. Briqadada hazırda cəmi 351 baş olmaqla 142 ana qoyun, 17 törədici qoç, 5 çıxdaş ana qoyun, 119 baş 2019-cu ilin şişəyi, 32 baş 2020-ci ilin quzusu, 35 baş 2021-ci ilin quzusu və 1 keçi vardır. Bundan başqa briqadada ona və çobanlara məxsus cəmi 360 baş xırdabuynuzlu, 20 baş iribuynuzlu heyvan, 3 baş da at vardır. Qoyun sürüsü hazırda İvanovka kənd kolxozuna məxsus Kürdəmir rayonu ərazisində yerldəşən qışlaqdadır. Heyvanlar adətən oktyabr ayından may ayına kimi qışlaqda olur. Yay aylarında isə heyvanları İsmayıllı rayonu ərazisində Şakəm deyilən yaylaqda saxlayırlar. 2020-ci ilin mart ayında kolxoza məxsus cəmi 487 baş xırdabuynuzlu heyvan olmuşdur. Müvafiq sənədləri araşdırmaya təqdim edə bilər. Ona təqdim olunan yoxlanılan dövrə aid hər ay üzrə heyvanların çıxdaş aktlarında (ölüm aktı) olan onun adının qarşısındakı imzalar ona məxsus deyildir. Yalnız Nəsrəddinin tərtib etdiyi aktlarda olan imzalar ona məxsusdur. Kolxozun digər briqadalarında yem çatışmamazlığından tələfat çox olsa da, onun rəhbərlik etdiyi briqadada tələfat digər briqadalara nisbətən az olmuşdur. Belə ki, o, öz hesabına heyvanlara quraqlıq səbəbindən ot olmadığı dövrdə yem alıb vermişdir. Keçən ilin yanvarından hazıradək kolxoz tərəfindən 4-5 maşın, təxminən 35 ton silos verilib. Heyvanlar üçün başqa yem verilməyib. Heyvan öləndə kolxozun baytar həkiminə və kolxoz sədrinə məlumat verirlər və baytar həkim müvafiq sənədləşmə işini aparır. Ölən heyvanların dərisini və s. saxlamır, tələf olan heyvanları torpaqda badırırlar. Briqadanın təxminən 350 ha örüş sahəsi vardır. Həmin sahədə hər hansı əkin işi aparmamışdır. O və çobanları aylıq təxminən 20-25 manat maaş alır. 2021-ci il mart ayının 16-dan etibarən Nikitin adına kolxozun qoyunçuluq fermasının müdiri işləyir. 2021-ci ilin fevral ayında tərtib olunmuş çıxdaş aktında 2 baş heyvana aid hissədə o, imza etmişdir. Digər imzalar isə ona məxsus deyildir. Kim tərəfindən onun yerinə imza çəkilməsini bilmir. Həmçinin bildirmişdir ki, baş çoban olduğu briqadada 2020-ci ilin mart ayında 17 baş, aprel ayında 32 baş, may ayında 6 baş, iyun ayında 4 baş, iyul ayında 4 baş, avqust ayında ölüm olmayıb, sentyabr ayında 4 baş, oktyabr ayında 4 baş, noyabr ayında 10 baş, dekabr ayında 2 baş, yanvar ayında 5 baş, fevral ayında isə 3 baş, cəmi 91 baş heyvan ölmüşdür. Kolxoza dövr ərzində cəmi 145 baş diri heyvan satılması üçün vermişdir. İl ərzində də cəmi 60 baş quzu doğulub. Məhkəmə istintaqı zamanı Şahid9 Rəfayıl oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Həmin ifadəsində şahid bildirmişdir ki, fərdi əməklə məşğul olur. Hərdənbir mal-heyvan olanda alıb kəsərək satmaqla məşğul olur. Aradabir maşın alveri ilə də məşğul olur. Təqsirləndirilən şəxs1 5-6 il olar ki, tanıyır. Onunla tanışlığı belə yaranmışdır ki, o, atasının əsgər yoldaşı olub. Onunla alverləri də olmuşdur. Belə ki, son 3 il ərzində ondan dəfələrlə sürülər yaylağa qalxan ərəfələrdə kəsilmiş formada xırdabuynuzlu heyvan cəmdəkləri almışdır. Hər mövsümdə ondan təxminən 15 baş heyvan kəsilmiş formada, kiloqramı 10 manatdan olmaqla almışdır. Həmin heyvanların bəziləri elə olur ki, daş dəyərək ayağı sınmış və s. formada olurmuş. Uryupin bildirirmişdir ki, həmin heyvanlar yaylaqdan düşəndə daş dəyib və s., buna görə məcburiyyət qarşısında kəsiblər. Bir neçə dəfə yararlı heyvan da alıb. Bəzən elə olub ki, ölən heyvanlara görə hər başına 10 manat vermiş və demişdir ki, həmin heyvanları orada olan itlərə versinlər. Həmin heyvanlara da 10 manatı ona görə verirmiş ki, Uryupinlə alveri olur, münasibətləri normal olsun. Cinayət işinin materiallarında olan ərizədən görünür ki, İsmayıllı rayonunun İvanovka kənd “N.Nikitin” adına kolxozun sədri X3 Rayon İcra Hakimiyyətinə təqdim etdiyi məktubda kolxozun iri və xırdabuynuzlu mal-qarasının sayının azalması, heyvanların baş sayının azalmasının müəyyən səbəblərinin olması və bu sahənin iqtisadi cəhətdən səmərə vermədiyinə görə “N.Nikitin” adına kolxozda xx.xx.2020-ci il tarixinə 468 baş iri buynuzlu, 3701 isə xırda buynuzlu, xx.xx.2021-ci il tarixinə isə 316 baş iri buynuzlu, 2006 baş xırda buynuzlu mal-qaranın olması, son 1 il ərizində kolxozun iribuynuzlu mal-qarasının baş sayının 152 baş, xırda buynuzlu heyvanların baş sayının isə 1695 baş azalmasına dair göstərilənlərin araşdırılmasını xahiş etmiş, qeyd olunan məsələnin araşdırlın hüquqi qiymət verilməsi üçün həmin ərizə və ona əlavə olunan sənədlər İsmayıllı Rayon İcra Hakimiyyətindən İsmayıllı rayon prokurorluğuna daxil olmuşdur (cild 01, iş vər. 04-10). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətindən daxil olmuş 30 avqust 2021-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 9 saylı Regional maliyyə müfəttişliyinin 14 iyul 2021-ci il tarixli MN seriyalı ********* nömrəli vəsiqəsinə əsasən, həmin müfəttişliyinin aparıcı məsləhətçi-nəzarətçi müfəttişi X14 tərəfindən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 08 iyun 2021-ci il tarixli MN/ 111-2-2021-164 nömrəli məktubunun və Azərbaycan Respublikası Baş Prokurorluğunun 27 may 2021-ci il tarixli 04/xid 2559 nömrəli məktubu ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilmiş İsmayıllı rayonunun İvanovka kənd N.Nikitin adına kolxozun (bundan sonra N.Nikitin adına kolxoz) 01 mart 2020-ci il tarixdən 01 mart 2021-ci il tarixədək olan dövr əhatə olunmaqla heyvandarlıqla (iribuynuzlu, xırdabuynuzlu və donuzçuluq fermaları üzrə) bağlı fəaliyyətinin yoxlanılması barədə İsmayıllı rayon Prokurorluğunun 21 may 2021-ci il tarixli qərarının icrası ilə əlaqədar olaraq kolxozun heyvandarlıqla (iribuynuzlu, xırdabuynuzlu və donuzçuluq fermaları üzrə) bağlı fəaliyyəti yoxlanmışdır. N.Nikitin adına kolxozunun Qoyunçuluq-əmtəə ferması 8 briqadadan ibarət olmaqla təsərrüfatın qış otlaq sahəsi Hacıqabul rayonunun Padar kəndi (2337 hektar), Kürdəmir rayonunun Sığırlı, Ərəbqubalı kəndləri (3404 hektar) ərazilərində yerləşməklə 5741 ha və yay-otlaq sahəsi isə 4700 ha olmaqla Dövlət fondu torpaqlarının ərazisində fəaliyyət göstərir. Qoyunçuluq-əmtəə fermasında 01 mart 2020-ci il tarixə cəmi 3701 baş, o cümlədən 1405 baş ana qoyun, 110 baş törədici qoş, 16 baş keçi, 2018-ci il doğumlu 804 baş dişi toğlu (şeşək), 2019-cu il doğumlu 806 baş dişi toğlu (şeşək) və 273 baş erkək toğlu, 2020-ci il doğumlu 156 baş dişi toğlu (şeşək) və 131 baş erkək toğlu olmuş, 01 mart 2021-ci il tarixə 795 baş ana qoyun, 98 baş törədici qoş, 16 baş keçi, 2019-cu il doğumlu 687 baş dişi toğlu (şeşək), 2020-ci il doğumlu 163 baş dişi toğlu (şeşək) və 90 baş erkək toğlu, 2021-ci il doğumlu 87 baş dişi toğlu (şeşək) və 70 baş erkək toğlu olmaqla cəmi diri çəkiləri 61606 kq miqdarında və dəyəri 174696,68 manat məbləğində 2006 baş xırdabuynuzlu heyvanların qalığı qalmışdır. Nikitin adına kolxozun Xırdabuynuzlu-əmtəə fermasında yoxlama ilə əhatə olunan dövr ərzində diri çəkiləri 32369 kq miqdarında dəyəri 114995,02 manat məbləğində 1601 baş ölüm faktı rəsmiləşdirilmidir. Belə ki, tələf olmuş (ölmüş) xırdabuynuzlu heyvanların, o cümlədən 652 başa hepatit, 400 başa pnevmaniya, 212 başa qastroetit diaqnozu (ölüm səbəbi) qoyulmaqla cəmi 1264 baş ana qoyun, 27 başa hepatit, 3 başa pnevmaniya diaqnozu (ölüm səbəbi) qoyulmaqla cəmi 30 baş törədici qoç, 46 başa hepatit, 8 başa qastroetit diaqnozu (ölüm səbəbi) qoyulmaqla cəmi 54 baş 2019-cu il doğumlu dişi toğlu (şeşək), 72 başa hepatit, 72 başa pnevmaniya, 16 başa qastroetit diaqnozu (ölüm səbəbi) qoyulmaqla cəmi 160 baş 2020-ci il doğumlu erkək toğlu, 8 baş 2018-ci il doğumlu dişi toğluya (şeşək) hepatit diaqnozu (ölüm səbəbi), 45 başa hepatit, 32 başa pnevmaniya, 8 başa qastroetit diaqnozu (ölüm səbəbi) qoyulmaqla cəmi 85 baş 2020-ci il doğumlu dişi toğlu olmaqla ümumilikdə 850 baş hepatit, 507 baş pnevmaniya, 244 baş qastroetit diaqnozu (ölüm səbəbi) qoyularaq silindiyi rəsmləşdirilmiş, lakin yoxlama ilə əhatə olunan dövr ərzində qoyunçuluq birqadalarının baş çobanları tərəfindən təqdim etdilən aylıq hesabatlarda, 1071 (bir min yetmiş bir) baş xırdabuynuzlu heyvan ölümünü göstərildiyi olduğu halda, Qoyunçuluq üzrə ferma müdiri və baytar həkimi tərəfindən tərtib olunmuş çıxdaş sənədlərinə əsasən yuxarıda göstərildiyi kimi 1601 (bir min altı yüz bir) baş ölüm faktı rəsmləşdirilmişdir ki, bu da baş çobanların təqdim etdiyi aylıq hesabatlarında göstərilən ölüm faktlarından 530 (beş yüz otuz) baş miqdarında və dəyəri 80000,00 manat məbləğində artıq rəsmləşdirilməsi müəyyən edilmiş və Qoyunçuluq birqadalarının baş çobanlarından izahatlar alınmış və onlar öz izahatlarında, o cümlədən 1 nömrəli qoyunçuluq briqadasının baş çobanı X4 yazlı izahatında bildirki 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayına kimi olan dövrdə onun biriqadasında 232 (iki yüz otuz iki) baş, 2 nömrəli qoyunçuluq briqadasının baş çobanı X9 yazlı izahatında bildirki 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayına kimi olan dövrdə onun briqadasında 131( bir yüz otuz bir) baş, 3 nömrəli qoyunçuluq briqadasının baş çobanı işləmış (hal-hazırda Qoyunçuluq fermasının müdiri) X15 yazlı izahatında bildirki 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayına kimi olan dövrdə onun biriqadasında 91 (doxsan bir) baş, 4 nömrəli qoyunçuluq briqadasının baş çobanı Şahid4 yazlı izahatında bildirki 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayına kimi olan dövrdə onun briqadasında 149 (bir yüz qırx doqquz) baş, 5 nömrəli qoyunçuluq briqadasının baş çobanı X5 yazlı izahatında bildirki 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayına kimi olan dövrdə onun briqadasında 121 (bir yüz iyirmi bir) baş, 6 nömrəli qoyunçuluq briqadasının baş çobanı X6 yazlı izahatında bildirki 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayına kimi olan dövrdə onun briqadasında 92 (doxsan iki) baş, 7 nömrəli qoyunçuluq briqadasının baş çobanı Şahid7 yazlı izahatında bildirki 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayına kimi olan dövrdə onun briqadasında 172 (bir yüz yetmiş iki) baş 8 nömrəli qoyunçuluq briqadasının baş çobanı işləmış X10 (Əmrah Güləliyev N.Nikitin adına kolxozun və Müşahidə Şurasının 07 iyun 2021-ci il tarixli 06 nömrəli protokolu ilə təqaüdə çıxması ilə əlaqədar işdən azad edilmişdir) 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayına kimi olan dövrdə onun briqadasında ay ərzində 1-5 baş xırdabuynuzlu heyvan ölümü olmuş, eyni zamanda baş çobanlar yazılı izahatlarında onuda bildirmişlər ki, xırdabuynuzlu heyvanların ölüm sənədlərindəki imzalrın çoxusu onlara məxsus deyil və kim tərəfindən imza etdiklərindən məlumatsızlar (cild 06, iş vər. 45-249, cild 07, iş vər. 1-172). Cinayət işinin materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 4/1255 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mart 2020-ci ilə dair qovluqda olan 17 ədəd heyvanların və quşların çıxması üçün aktlarda “Ferma müdiri” və “imza” qrafalarındakı imzalar, aprel 2020-ci ilə dair qovluqda olan 21 ədəd heyvanların və quşların çıxması üçün aktlarda “Ferma müdiri” və “imza” qrafalarındakı imzalar, may 2020-ci ilə dair qovluqda olan 11 ədəd heyvanların və quşların çıxması üçün aktlarda “Ferma müdiri” və “imza” qrafalarındakı imzalar, iyun 2020-ci ilə dair qovluqda olan 17 ədəd heyvanların və quşların çıxması üçün aktlarda “Ferma müdiri” və “imza” qrafalarındakı imzalar, iyul 2020-ci ilə dair qovluqda olan 23 ədəd heyvanların və quşların çıxması üçün aktlarda “Ferma müdiri” və “imza” qrafalarındakı imzalar, avqust 2020-ci ilə dair qovluqda olan 18 ədəd heyvanların və quşların çıxması üçün aktlarda “Ferma müdiri” və “imza” qrafalarındakı imzalar, sentyabr 2020-ci ilə dair qovluqda olan 12 ədəd heyvanların və quşların çıxması üçün aktlarda “Ferma müdiri” və “imza” qrafalarındakı imzalar, oktyabr 2020-ci ilə dair qovluqda olan 10 ədəd heyvanların və quşların çıxması üçün aktlarda “Ferma müdiri” və “imza” qrafalarındakı imzalar, noyabr 2020-ci ilə dair qovluqda olan 23 ədəd heyvanların və quşların çıxması üçün aktlarda “Ferma müdiri” və “imza” qrafalarındakı imzalar, dekabr 2020-ci ilə dair qovluqda olan 19 ədəd heyvanların və quşların çıxması üçün aktlarda “Ferma müdiri” və “imza” qrafalarındakı imzalar, yanvar 2021-ci ilə dair qovluqda olan 18 ədəd heyvanların və quşların çıxması üçün aktlarda “Ferma müdiri” və “imza” qrafalarındakı imzalar, fevral 2021-ci ilə dair qovluqda olan 11 ədəd heyvanların və quşların çıxması üçün aktlarda “Ferma müdiri” və “imza” qrafalarındakı imzalar – Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mart 2020-ci ilə dair qovluqda olan 17 ədəd heyvanların və quşların çıxması üçün aktlarda, aprel 2020-ci ilə dair qovluqda olan 21 ədəd heyvanların və quşların çıxması üçün aktlarda, may 2020-ci ilə dair qovluqda olan 11 ədəd heyvanların və quşların çıxması üçün aktlarda, iyun 2020-ci ilə dair qovluqda olan 17 ədəd heyvanların və quşların çıxması üçün aktlarda, iyul 2020-ci ilə dair qovluqda olan 23 ədəd heyvanların və quşların çıxması üçün aktlarda, avqust 2020-ci ilə dair qovluqda olan 18 ədəd heyvanların və quşların çıxması üçün aktlarda, sentyabr 2020-ci ilə dair qovluqda olan 12 ədəd heyvanların və quşların çıxması üçün aktlarda, oktyabr 2020-ci ilə dair qovluqda olan 10 ədəd heyvanların və quşların çıxması üçün aktlarda, noyabr 2020-ci ilə dair qovluqda olan 23 ədəd heyvanların və quşların çıxması üçün aktlarda, dekabr 2020-ci ilə dair qovluqda olan 19 ədəd heyvanların və quşların çıxması üçün aktlarda, yanvar 2021-ci ilə dair qovluqda olan 18 ədəd heyvanların və quşların çıxması üçün aktlarda, fevral 2021-ci ilə dair qovluqda olan 11 ədəd heyvanların və quşların çıxması üçün aktlarda “Baytar həkim” qrafalarındakı imzalar – Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur (cild 08, iş vər.24-25). Cinayət işinin materiallarında olan əlavə məhkəmə-əmtəəşünaslıq ekspetrtizasının xx.xx.2021-ci il tarixli, 9/8177 nömrəli rəyindən görünür ki, 2020-ci ilin mart ayında hər birinin diri çəkisi 30 kq olan 9 baş ana qoyunun bir başının qiyməti 150 manat, 2020-ci ilin aprel ayında hər birinin diri çəkisi 30 kq olan 13 baş ana qoyunun bir başının qiyməti 150 manat, 2020-ci ilin may ayında hər birinin diri çəkisi 30 kq olan 7 baş ana qoyunun bir başının qiyməti 150 manat, 2020-cu ilin iyun ayında hər birinin diri çəkisi 30 kq olan 51 baş ana qoyunun bir başının qiyməti 150 manat, 2020-ci ilin iyul ayında hər birinin diri çəkisi 30 kq olan 64 baş ana qoyunun, hər birinin diri çəkisi 31 kq olan 3 baş törədici qoçun bir başının qiyməti 150 manat, 2020-ci ilin avqust ayında hər birinin diri çəkisi 30 kq olan 5 baş ana qoyunun bir başının qiyməti 150 manat, hər birinin diri çəkisi 31 kq olan 1 baş törədici qoçun bir başının qiyməti 170 manat, hər birinin diri çəkisi 13 kq olan 32 baş 2020ci il doğumlu erkək quzunun bir başının qiyməti 80 manat, 2020-ci ilin sentyabr ayında hər birinin diri çəkisi 30 kq olan 9 baş ana qoyunun bir başının qiyməti 150 manat, hər birinin diri çəkisi 13 kq olan 40 baş 2020-ci il doğumlu erkək quzunun bir başının qiyməti 80 manat, 2020-ci ilin oktyabr ayında hər birinin diri çəkisi 14 kq olan 32 baş 2020-ci il doğumlu erkək quzunun bir başının qiyməti 90 manat, 2020-ci ilin noyabr ayında hər birinin diri çəkisi 30 kq olan 30 baş ana qoyunun bir başının qiyməti 150 manat, hər birinin diri çəkisi 31 kq olan 2 baş törədici qoçun bir başının qiyməti 170 manat, hər birinin diri çəkisi 14 kq olan 56 baş 2020-ci il doğumlu erkək quzunun bir başının qiyməti 90 manat, hər birinin diri çəkisi 13 kq olan 37 baş 2020-ci il doğumlu dişi quzunun bir başının qiyməti 75 manat, 2020-ci ilin dekabr ayında hər birinin diri çəkisi 30 kq olan 34 baş ana qoyunun bir başının qiyməti 150 manat, hər birinin diri çəkisi 13 kq olan 48 baş 2020-ci il doğumlu dişi quzunun bir başının qiyməti 75 manat, 2021-ci ilin yanvar ayında hər birinin diri çəkisi 30 kq olan 23 baş ana qoyunun bir başının qiyməti 150 manat, 2021-ci ilin fevral ayında hər birinin diri çəkisi 30 kq olan 34 baş ana qoyunun bir başının qiyməti 150 manat, cəmi 62925 manat olmuşdur (cild 09, iş vər. 156-157). Cinayət işinin materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/210 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 9 saylı Regional maliyyə müfəttişliyinin İsmayıllı rayonunun İvanovka kəndə N.Nikitin adına kolxozun xx.xx.2020-c il tarixdən xx.xx.2021-ci il tareixədək olan dövr əhatə olunmaqla heyvandarlıqla (xırdabuynuzlu ferma üzrə) bağlı fəaliyyətinin xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə aparılmış yoxlanması bardə xx.xx.2021-ci il tarixli aktının nəticələri əsaslıdır və dəymiş ziyanın miqdarı 62925,00 manat məbləğində müəyyən edilir. Yoxlama aktı ilə əhatə oluan dövrdə İsmayıllı rayonunun İvanovka kənd N.Nikitin adına kolxozunda hansı norma və qaydaların tələbləri pozulması hüquqi xarakter olduğundan istintaq tərəfindən qiymətləndirilməlidir. Həmçinin, İsmayıllı rayonunun İvanovka kənd Nikitin adına kolxozunda yaranmış çatışmazlığa görə məsuliyyət məsələsi hüquqi xarakterli olduğuna görə istintaq tərəfindən həll edilməlidir (cild 10, iş vər. 132-140). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə Birliyi İsmayıllı rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2021-ci il tarixli xx-xx-1938/21 nömrəli məktubundan görünür ki, İsmayıllı rayon İvanovka kəndində anadan olmuş, İsmayıllı rayon İvanovka kəndində yaşayan xx.xx.1957-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 İsmayıllı RMX-sı PHŞin Poliklinika şöbəsinin Narkoloji, Nevroloji və Ruhi-Əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur (cild 08, iş vər. 16). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə Birliyi İsmayıllı rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2021-ci il tarixli xx-xx-1939/21 nömrəli məktubundan görünür ki, İsmayıllı rayon Qalınçaq kəndində anadan olmuş, İsmayıllı rayon Ruşan kəndində yaşayan xx.xx.1964-cü il təvəllüdlü Əzizov X2 RMX-sı PHŞ-in Poliklinika şöbəsinin Narkoloji, Nevroloji və Ruhi-Əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur (cild 08, iş vər. 15). Məhkəmə kollegiyası məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanmaqla ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli məhkəmə istintaqı zamanı özlərinin qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onların törətmiş olduğu əməllər düzgün olaraq ibtidai istintaq orqanı tərəfindən CM-nin 179.3.2 və 313-cü maddələri ilə tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin özlərini qismən təqsirli bilərək mənimsəmə cinayətini törətmədiklərinə dair qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, şəxslər bu formada ifadə verməklə cinayət qanunvericiliyinin daha ağır cəza nəzərdə tutan maddəsi ilə məsuliyyətə cəlb olunmaqdan yaxa qurtarmağa çalışır. Belə ki, təqsirləndirilən şəxslərin qeyd etdikləri iş materiallarında olan sübutlarla tam təkzib olunur. Odur ki, təqsirləndirilən şəxslərin həmin ifadələrinə məhkəmə kollegiyası tənqidi yanaşır. Təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, İsmayıllı rayon İvanovka kəndində yaşayan xx.xx.1957-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 08, iş vər. 214). Cinayət işinin materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 İsmayıllı rayonunun İvanovka kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 10, iş vər. 155-157). Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, İsmayıllı rayon Ruşan kəndində yaşayan xx.xx.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 08, iş vər. 211). Cinayət işinin materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, Əzizov X2 rayonunun Ruşan kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 10, iş vər. 151-152). Cinayət işinin materiallarında olan İvanovka kəndi N.Nikitin adına kolxozdan daxil olmuş xx.xx.2021-ci il tarixli, 290 nömrəli məktubdan görünür ki, İsmayıllı rayon İvanovka kənd N.V.Nikitin adına kolxoz bildirir ki, Təqsirləndirilən şəxs1 tərəfindən kolxozun büdcəsinə qoyunçuluq ferması üzrə vurulmuş zərərin əvəzi kimi xx.xx.2021-ci il tarixdə 31100 manat, xx.xx.2021-ci il tarixdə 18450 manat, xx.xx.2021-ci il tarixdə 13375 manat, cəmi 62925 manat pul ödənilmişdir (cild 10, iş vər. 159-162). Məhkəmə Təqsirləndirilən şəxs1 tərəfindən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-in 59.1.13-cü maddəsinə əsasən, 65 yaşının olmasını, yaşayış yeri üzrə müsbət səciyyələnməsini isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 313-cü maddəsinə münasibətdə cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi CM-nin 61.1.3-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qəbul olunur. Məhkəmə Təqsirləndirilən şəxs2 tərəfindən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-in 59.1.13-cü maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət səciyyələnməsini isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 313-cü maddəsinə münasibətdə cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi CM-nin 61.1.3-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qəbul olunur. Məhkəmə kollegiyası törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onlara təqsirli bilindiyi hər maddə üzrə sanksiyada nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətməkdə təqsirli bilindiyi vəzifə saxtakarlığı cinayəti ilə bağlı maddənin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzaya da məhkum edilməli, bundan əlavə təqsirli bilindiyi mənimsəmə cinayəti üzrə maddənin sanksiyasında nəzərdə tutulmasa da müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza ilə cəzalandırılmalıdır. Belə ki, CM-nin 46.2 maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməllərini İsmayıllı rayonunun İvanovka kənd “N.Nikitin” adına kolxozunun Qoyunçuluq fermasının müdiri vəzifəsində işlədiyi dövrdə, Təqsirləndirilən şəxs2 isə Qoyunçuluq ferması üzrə baytar həkimi vəzifəsində işləyən dövrdə törətdiyindən, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb CMnin 46-cı maddəsi tətbiq edilərək hesab edir ki, həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 CM-nin 179.3.2-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edərkən CM-nin 46.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə, daha dəqiq dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə növündə əlavə cəza da təyin edilməlidir Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan əsas və əlavə cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3, 66.4-cü maddələrinə uyğun olaraq ayrı-ayrılıqda qismən toplanılmalı və əsas cəza əlavə cəza ilə birləşdirilməklə təqsirləndirilən şəxslərə qəti olaraq əsas və əlavə cəzalar təyin edilməlidir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxslərin onlara təyin olunacaq əsas cəzanı real olaraq çəkmədən islah oluna biləcəyini əsas götürərək həmin şəxslərə təyin olunan azadlıqdan məhrum etmə növündə əsas cəzanın şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, Cinayət Məcəlləsinin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tаrixli 04 nömrəli qərаrının 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Qeyd olunan maddi hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət etməlidir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə, cəmiyyətə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən isə məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası hər iki şəxsə münasibətdə cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin ailəsinin və onların həyat şəraitinə təsirini, yəni şəxslərin kifayət qədər yaşlı olmasını, zərərçəkmiş şəxslə barışmalarını, zərərçəkmiş şəxsin heç bir şikayətinin və tələbin olmamasını, dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, həmçinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq bu qənaətə gəlir və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, onlara təyin olunan qəti əsas cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onların üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onların davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. Cinayət işinin materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2021-ci il tarixdə, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 09, iş vər.208-210, 249-251). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən və xüsusi müsadirə üçün əsas olmadığından, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tədbirləri tətbiq edilməməlidir. İş üzrə maddi sübutun, mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci olan 300 AZN (üç yüz manat) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 150 AZN (bir yüz əlli manat) olmaqla tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas cəza əsas cəza ilə, əlavə cəza əlavə cəza ilə qismən toplanılsın və əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə əsas cəza 02 (iki) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı və əlavə cəzanın axımı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 01(bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas cəza əsas cəza ilə, əlavə cəza əlavə cəza ilə qismən toplanılsın və əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə əsas cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı və əlavə cəzanın axımı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan 300 AZN (üç yüz manat) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 150 AZN (bir yüz əlli manat) olmaqla tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar