Məhkəmə qərarları › İş №1(091)-100/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-100/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-100/2024 18.04.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı olmaqla 2013-cü ilin sentyabr ayının əvvəlindən 2014-cü ilin aprel ayınadək dini düşmənçilik zəminində, qəsdən Azərbaycan Respublikasının hüdudlarından kənarda, digər Azərbaycan Respublikası vətəndaşlarının da iştirak etdiyi ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış Suriya Ərəb Respublikasının ərazisində, həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan “Cəbhət ən-Nusra” adlı cinayətkar birliyin tabeçiliyində olan Aqil Hacıyevin rəhbərlik etdiyi “Cundu Şam” adlı qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmiş, eləcə də həmin cinayət əməlinə görə məhkum olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs dini düşmənçilik zəminində, qəsdən Suriya Ərəb Respublikasının ərazisində, həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədilə 29 avqust 2013-cü il tarixdə avtobusla Gürcüstan Respublikasının ərazisindən keçməklə Türkiyə Respublikasına, oradan isə 2013-cü ilin sentyabr ayının əvvəlində Türkiyə Respublikasının Reyhanlı qəsəbəsi istiqamətindən şəxsiyyəti istintaqa məlum olmayan “İbrahim” adlı şəxsin vasitəsi ilə sərhədi qanunsuz yolla Suriya Ərəb Respublikasının ərazisinə keçərək Suriya Ərəb Respublikası, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış “Cəbhət ən-Nusra” adlı cinayətkar birliyin tabeçiliyində olan Aqil Hacıyevin rəhbərlik etdiyi “Cundu Şam” adlı qanunsuz silahlı birləşmənin tərkibinə digər Azərbaycan Respublikasının vətəndaşları ilə birlikdə qoşularaq qanunsuz silahlı birləşməyə aid təlim düşərgələrində müxtəlif hərbi təlimlərdə iştirak etdikdən sonra ona təhkim edilmiş döyüş sursatı ilə birlikdə “Kalaşnikov” tipli avtomat silahla 2014-cü ilin aprel ayınadək həmin qanunsuz silahlı birləşmənin nəzarətindəki ərazilərdə yerləşən postların mühafizəsində iştirak etmiş və bu cinayət əməlinə görə Suriya Ərəb Respublikasında məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 14 yaşından etibarən dini dərslərə qoşulmuş və namaz qılmağa başlamış, hərbi xidmətdə olduğu müddətdə və hərbi xidmət bitdikdən sonra təxminən 2 il ərzində namaz qılmamış və sonra yenidən namaz qılmağa davam etmiş və İslam dininin əhli sünnə qoluna inancı olmuşdur. 2011-ci il ildə X35 Kompleksində Türkiyə Respublikasının şirkətin olan “Ümitcan” firmasının həyata keçirdiyi tikintidə fəhlə işəmiş, həmin şirkətdə briqadir vəzifəsində işləmiş Türkiyə vətəndaşı olan Zəki adlı şəxsin dəvəti ilə 29 avqust 2013-cü il tarixdə Türkiyə Respublikasına getmək məqsədi ilə Balakən rayonunda yerləşən dövlət sərhədindən buraxılış məntəqəsindən Gürcüstan Respublikasının ərazisinə keçmiş, oradan həmin tarixdə quru yolla Türkiyə Respublikasına getmiş, bir neçə gün sonra İstanbul şəhərinə çatmışdır. Şəki şəhərinin sakini Elxan İbrahimov da Türkiyə Respublikasında işləmək məqsədilə onunla birlikdə getmiş, İstanbul şəhərinə çatdıqda Elxan İbrahimov ondan ayrılmış və başqa şəhərə gedəcəyini demişdir. Bundan sonra o, Zəki adlı şəxslə görüşmüş və sonuncu onu İstanbul şəhərində yaşayış binasının tikintisində fəhlə kimi işə qəbul etmişdir. 14 aprel 2014-cü il tarixədək orada işləmiş və 17 aprel 2014-cü il tarixdə quru yolla Gürcüstan Respublikasının ərazisindən Qazax rayonunda yerləşən dövlət sərhədindən buraxılış məntəqəsindən Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Heç vaxt Suriya Ərəb Respublikasında olmamış, hər hansı cinayətkar birliyin üzvü olmamış və qanunsuz silahlı birləşmələrdə iştirak etməmişdir. 30 avqust-12 sentyabr 2016-cı il tarixlərdə pnevmaniya xəstəliyi ilə əlaqədar müayinə və müalicə olunmaq məqsədi ilə İran İslam Respublikasında olmuş, habelə 07 avqust 2016-cı il tarixdə özünə məxsus olan avtomobilə ehtiyat hissəsi almaq üçün Gürcüstan Respublikasına getmiş və həmin tarixdə də yenidən Azərbaycan Respublikasına qayıtmışdır. X21 və sonuncunun qızı X24 Federasiyasının vətəndaşları olduqlarına görə digər ölkəyə 3 aydan sonra giriş-çıxış etmələri zəruri olduğundan o, 03 fevral 2017-ci il tarixdə adları qeyd edilən şəxslərlə birlikdə Gürcüstan Respublikasına getmiş və həmin tarixdə də yenidən Azərbaycan Respublikasına qayıtmışdır. 2017-ci ilin fevral ayında dayısı Sərkər Əhmədovun dəvəti ilə işləmək məqsədilə Rusiya Federasiyasının Çelyabinsk şəhərinə getmiş və orada olarkən 20 iyul 2023-cü il tarixdə Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının əməkdaşları onu saxlayaraq Azərbaycan Respublikası tərəfindən onun barəsində axtarış elan edildiyi haqqında məlumat vermişlər. Daha sonra 14 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşına təhvil verilmiş və Azərbaycan Respublikasına gətirilmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəki şəhərində bir gün müddətində qalmış, orada birlikdə qaldığı şəxslərin adlarını ibtidai istintaq zamanı da qeyd etmiş və Təqsirləndirilən şəxs də orada olmuşdur. Suriya Ərəb Respublikasının ərazisinə Təqsirləndirilən şəxs, Şahid2 və ibtidai istintaq zamanı adlarını qeyd etdiyi digər şəxslərlə birlikdə sosial şəbəkənin təsiri ilə getmiş, oraya cihad məqsədi ilə getməmiş, lakin hansı səbəbdən getdiklərini xatırlamır. Suriya Ərəb Respublikasına getdikdən sonra orada gəzmək qərarına gəlmiş, həmin ölkənin “Mühəndisium” adlandırdıqları yerində ümumilikdə dörd ay müddətində qalmış və həmin vaxt orada hərəkət edənlərdən biri də Təqsirləndirilən şəxs olmuşdur. Dini icmanın rəhbəri ərəb millətinə məxsus Əbu-Əli adlı şəxs olmuş, azərbaycanlı rəhbərin adı isə Aqil Hacıyev olmuşdur. Orada olarkən onda silah olmamış və postda xidmət aparmamış, Təqsirləndirilən şəxs silahın olub-olmadığını görməmiş, Şahid2 isə Suriya Ərəb Respublikasında aşpaz kimi fəaliyyət göstərmişdir. Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, 2013-cü ilin avqust ayında X4 təklifi ilə Suriya Ərəb Respublikasında gedən döyüşlərə qoşulmaq və hicrət etmək qərarına gəlmiş, bunun üçün o, Məhəmməd Əzimli, Qəbələ rayon sakinləri X17, X6, Bakı şəhər sakini X8 ilə birlikdə Qax rayonuna Arif adlı şəxsin yanına getmiş, bir neçə saat Arif adlı şəxsin yanında qaldıqdan sonra Məhəmməd Əzimli onları dini adı Abu Ömər olan Vüqar adlı şəxsin Şəki şəhərində yerləşən evinə gətirmiş, onlar Abu Ömərin evinə gəldikdə orada Şəki rayon sakinləri X14 və Təqsirləndirilən şəxs, Yevlax rayon sakinləri X9 və Şahid2, habelə adlarını xatırlamadığı Şəki rayon sakini olan Abdul Vahhab ləqəbli bir nəfər şəxs, sonuncunun həyat yoldaşı və təxminən 11-12 yaşlarında oğulları olmuş, Abu Ömərin evində dini mövzularda müzakirələr aparılmış, orada aparılan danışıqlar əsnasında Məhəmməd Əzimlinin onunla birlikdə Abu Ömərin evinə apardığı Eldost Quliyev, Əhməd Həsənov, habelə orada olan adlarını çəkdiyi digər şəxslərin hər birinin Suriya Ərəb Respublikasına gedəcəyi, Məhəmməd Əzimlinin, Tural Şahverdiyevin və Abu Ömər ləqəbli Vüqarın isə həmin ölkəyə getməyəcəyi ona məlum olmuşdur. Məhəmməd Əzimli və Tural Şahverdiyev onları Abu Ömərin evinə yola saldıqdan sonra Qəbələ şəhərində yerləşən evlərinə qayıtmışlar, həmin evdə də əsasən radikal dini fikirlər səslənmiş və Abu Ömər də onların Suriya Ərəb Respublikasına getmələrini dəstəkləmişdir. Həmin gün Abu Ömərin evində qalmışlar, səhəri gün, yəni təxminən 2013-cü ilin avqust ayının sonlarında Abu Ömər Şahid2 bütün təlimatları vermiş, hansı formada Gürcüstan Respublikasına, oradan Türkiyə Respublikasına və daha sonra Suriya Ərəb Respublikasına getmələrini başa salmış, Türkiyə Respublikasında onları qarşılayacaq adını bilmədiyi Abdurrahmman ləqəbli azərbaycanlının və Suriya Ərəb Respublikasında qoşulacaqları Aqil Hacıyevin mobil telefon nömrəsini vermiş, Türkiyə Respublikasına çatdıqda Abdurrahman adlı şəxslə danışmağı və sonuncu ilə görüşməyi izah etmişdir. Daha sonra onlar adlarını xatırlamadığı Abu Ömərin dindar tanışları olan taksi fəaliyyəti ilə məşğul olan şəxslərə məxsus 2 ədəd avtomobillərə əyləşərək Balakən rayonuna gedib Gürcüstan Respublikası ilə sərhədə çatmışlar və avtomobillərdən düşdükdən sonra avtomobillər həmin yeri tərk etmişlər. Daha sonra onlar sərhədi piyada keçmişlər və yenidən Gürcüstan Respublikasının ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəxsə məxsus avtomobilə əyləşərək Türkiyə Respublikası ilə sərhədə getmişlər və Türkiyə Respublikası ilə Gürcüstan Respublikası arasındakı sərhədini keçdikdən sonra avtobusa əyləşib Türkiyə Respublikasının İstanbul şəhərinə getmişlər. Daha sonra Şahid2 Abdurrahman adlı şəxslə əlaqə saxlayaraq İstabul şəhərində olduqlarını bildirmiş, bir qədər sonra Abdurrahman adlı şəxs oraya gələrək onları Türkiyə Respublikasının Kadıköy bölgəsində yerləşən evinə aparmış, 4 gecə orada qaldıqdan sonra Abdurrahman adlı şəxs Şahid2 təlimatlar verərək təşkil edəcəyi avtomobillərlə Türkiyə Respublikasının Reyhanlı şəhərinə gedəcəklərini bildirmiş və həmin gün Abdurrahman adlı şəxsin təşkil etdiyi taksi vasitəsilə Türkiyə Respublikasının Reyhanlı şəhərinə getmişlər. Orada olan zaman Şahid2 Abdurrahman adlı şəxsin verdiyi mobil telefon nömrəsi ilə əlaqə saxlamış, bir müddət sonra kürd əsilli olduğunu təxmin etdiyini həmin şəxs oraya gələrək onları bilmədiyi evə aparmış, bu zaman evdə başqa şəxslərin də olduğu və həmin şəxslərin hamısının ərəb əsilli şəxslər olduğu ona məlum olmuşdur. Orada olarkən onları evə aparan şəxs Billal İsmayılova axşam saatlarında Suriya Ərəb Respublikasına gizli yolla keçəcəklərini bildirmiş, saat təxminən 22 radələrində həmin şəxs onları Suriya Ərəb Respublikası ilə sərhədə aparmış, evdə olan ərəb əsilli şəxslər də sərhədə gəlmiş və daha sonra isə gizli yolla Suriya Ərəb Respublikasına keçmişlər. Bundan sonra Şahid2 Aqil Hacıyevlə əlaqə saxlamış, təxminən 15-20 dəqiqə sonra Aqil Hacıyev avtomobillə oraya gələrək onları oradan götürmüş, ərəb əsilli şəxslər isə onlarla gəlməyərək başqa istiqamətdə getmişlər. Aqil Hacıyev onları “Mühəndisium” adlandırdıqları yerdə yerləşən yaşadığı 2 mərtəbəli evə aparmış, həmin evdə 5-6 otaq olmuş, eyni evdə təxminən 50-60 nəfər yaşamış, evdə yaşayanlardan çoxunun azərbaycanlı, bir hissəsinin isə ərəb olması, həmin evdə yaşayan azərbaycanlarının bəzilərinin ləqəblərinin Abu Əli, Abu Muaz, Zubeir, Abdurrahman, Xəlil və Abu Davud olması ona məlum olmuşdur. Danışıqlar əsnasında Aqil Hacıyevin camaatı “Cəbhət ən- Nusra”nın “Cundu Şam” camaatı adlandırması ona məlum olmuş, həmin evdə yaşadıqları müddətdə onlara Misir Ərəb Respublikasının vətəndaşı olan şeyx Abu Əli tərəfindən dini dərslər keçirilmiş, Şahid2 bir neçə gün sonra aşpaz təyin edilmiş, təxminən bir ay sonra Şahid2 həmin düşərgədən qaçmış və söhbət əsnasında sonuncu bunu oradakı vəziyyətə tab gətirə bilməməsi ilə əlaqələndirmişdir. Bir müddət keçdikdən sonra onları “Muaska” adlanan hərbi təlim düşərgəsinə aparıb-gətirmişlər, təxminən 2-3 dəfə orada olmuş, həmin müddətlərdə onlara silahdan atəş açma qaydaları öyrədilmiş, idman hərəkətləri yerinə yetirilmiş və o da orada 1 dəfə “Kalaşnikov” markalı avtomatdan atəş açmışdır. Təxminən 4-5 ay sonra, yəni 2014-cü ilin yanvar ayında şeyxləri Abu Əliyə müraciət edərək oradakı rejimə tab gətirə bilmədiyini, geri qayıtmaq istədiyini, əks təqdirdə sağlamlığına ziyan vuracağını bildirmiş, şeyx isə camaatın rəhbəri Aqil Hacıyev ilə danışacağını və onu geri yola salacağını demiş, bir neçə gün sonra isə Aqil Hacıyev onu və müalicə üçün Türkiyə Respublikasına getmək istəyən Abdul Vahhabı, sonuncunun həyat yoldaşını və oğlunu avtomobillə Türkiyə Respublikası ilə sərhədə aparmışdır. Orada onları 7 ABŞ dolları pulun müqabilində çaydan keçirərək Türkiyə Respublikasına yola salmışlar, əvvəlcə avtobusla Gürcüstan Respublikasına getmiş, oradan da Azərbaycan Respublikasına gəlmişdir. Qoşulduğu “Cundu Şam” camaatı döyüşlərə qoşulmadığı üçün o da Suriya Ərəb Respublikasında olduğu dövrdə heç bir döyüşlərdə iştirak etməmiş, yalnız 1-2 dəfə atış təliminə getmişdir. “Cundu Şam” qanunsuz silahlı birləşməsinin və “Sumqayıt camaatı”nın rəhbəri olan Aqil Hacıyev təxminən 38-40 yaşlı, 180 sm boyu olan, arıq bədən quruluşlu, qara saçlı, uzun saqqallı, bığsız, qarabəniz şəxs olmuş, dini ləqəbi “Abu Muhamməd” olmuş, Təqsirləndirilən şəxs isə təxminən 22-23 yaşlı, 170 sm boyu olan, arıq bədən quruluşlu, qara saçlı, az saqqallı, bığsız, ağbəniz şəxs olmuş, dini ləqəbi “Kaka” olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şəki şəhərində evdə olarkən Eldost Quliyev və Şahid1 görmüş, Təqsirləndirilən şəxs orada görüb-görmədiyini xatırlamır, lakin sonuncu ilə Azərbaycan-Gürcüstan sərhəd keçid məntəqəsində tanış olmuşdur. Söhbət əsnasında Təqsirləndirilən şəxs ona Türkiyə Respublikasına oxumaq və işləmək məqsədi ilə gedəcəyini demiş və birlikdə Türkiyə Respublikasının ərazisinə daxil olmuşlar. Bundan sonra o, avtomobil alğı-satqısı ilə məşğul olmaq məqsədilə Suriya Ərəb Respublikasının ərazisinə daxil olmuş, həmin ölkənin ərazisindən keçirdiyi avtomobilləri Türkiyə Respublikasının ərazisində daha yüksək qiymətə sata biləcəyini düşünmüş, Təqsirləndirilən şəxs isə Türkiyə Respublikasında qalmışdır. Ömər adlı şəxsi tanımamış, 10 gün ərzində Suriya Ərəb Respublikasının ərazisində kampda qalmış, orada Adil adlı şəxs, Hüseyn Məmmədov, Əhməd Həsənov, Eldost Quliyev və Şahid1la birlikdə olmuş, bu müddətdə orada heç bir silahlı qruplaşmanın tərkibində iştirak etməmiş, aşpaz kimi fəaliyyət göstərmiş, Suriya Ərəb Respublikasında olan azərbaycanlılara, ərəblərə və döyüşmək üçün gələn şəxslərə yemək bişirmiş, adları qeyd olunan şəxslərin hər biri öz işi ilə məşğul olmuşdur. Orada olarkən Təqsirləndirilən şəxs və Aqil Hümmətovu görməmiş və bundan sonra isə Azərbaycan Respublikasına qayıtmışdır. İbtidai istintaq zamanı ifadə verən ərəfələrdə anası öldüyü üçün huşu tam özündə olmamış, bu səbəbdən də ifadəsinə oxumadan imza etmişdir. Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, 2013-cü ilin avqust ayının ortalarında Yevlax şəhərində dünyasını dəyişmiş Məzahir adlı şəxsin vasitəsi ilə şəhər məscidindən tanıdığı Adil adlı şəxs o və onun kimi eyni dini əqidə sahibi dini ləqəbi “Abdulsalam” olan X5 Suriya Ərəb Respublikasında vəziyyətin yaxşı olmadığını, bu səbəbdən oraya gedib oradakı qardaş və bacılara köməklik göstərməli olduqlarını bildirmiş, o və Hüseyn Məmmədov təxminən 1 həftə ərzində fikirləşdikdən sonra Suriya Ərəb Respublikasına gedib oradakı qanunsuz silahlı birləşmələrin fəaliyyətinə qoşulmaq qərarına gəlmişlər. Bundan təxminən 1 həftə sonra o, Hüseyn Məmmədovla birlikdə Şəki şəhərinə getmiş və orada onları Ömər dini ləqəbli adını bilmədiyi şəxs qarşılamışdır. Orada ondan və Hüseyn Məmmədovdan başqa Şəki rayon sakinləri Elxan İbrahimov və Təqsirləndirilən şəxs, Qəbələ rayon sakinləri Şahid1 və Əhməd Həsənov, habelə Bakı şəhər sakinləri Eldost Quliyev və Aqil Hümmətov da olmuş, bir gün Şəki şəhərində olan evdə qaldıqdan sonra səhəri gün adlarını sadaladığı şəxslərlə birlikdə Azərbaycan- Gürcüstan sərhədinin Balakən rayonunun Mazımqara kəndində yerləşən Mazımqara dövlət sərhədindən buraxılış məntəqəsindən Gürcüstan Respublikasına daxil olmuşlar və birbaşa quru yolla Türkiyə Respublikasının İstanbul şəhərinə getmişlər. Orada onları əslən azərbaycanlı olan Fuad adlı şəxs qarşılayıb öz evinə aparmış, 4 gün orada qaldıqdan sonra Fuad adlı şəxs onları Türkiyə Respublikasının Hatay vilayətinin Reyhanlı qəsəbəsinə yola salmış və Suriya Ərəb Respublikasının ərazisinə daxil olan kimi onları Aqil Hacıyevin qarşılayacağını demişdir. Reyhanlı qəsəbəsinə çatdıqdan sonra orada onları əslən türk olan İbrahim adlı şəxs qarşılamış və həmin tarixdə gizli şəkildə Suriya Ərəb Respublikasına keçmələrinə kömək etmişdir. Təxminən 500 metr getdikdən sonra onları dini ləqəbi “Abu Muhamməd” olan X30 qarşılamış, həmin vaxtadək o, Aqil Hacıyevi görməmiş, lakin Yevlax şəhərində olan zaman mobil telefon vasitəsilə sonuncu ilə danışmışdır. Həmin telefon danışıqlarında Aqil Hacıyev onu, Adil və X23 Ərəb Respublikasında cihada dəvət etmiş, bundan başqa onlara heç bir vəd verməmiş, yəni heç bir maddi maraqları olmamış, sadəcə tutduqları yolda onlara sona qədər getməyi söyləmişdir. Aqil Hacıyev “Cəbhət ən Nusra” adlı cinayətkar terror təşkilatının tabeçiliyində fəaliyyət göstərən “Cundu Şam” adlı qanunsuz silahlı birləşmənin rəhbəri olmuş və sonuncu onları rəhbərlik etdiyi “Cundu Şam” adlı qanunsuz silahlı birləşmənin tabeliyində olan əraziyə apararaq tanış etmişdir. Həmin ərazi Suriya Ərəb Respublikasının İdlib vilayətinin Atameh qəsəbəsində yerləşmiş, orada 4 ədəd ev olmuş və həmin silahlı birləşmənin üzvləri olan şəxslər qeyd olunan evlərdə yaşamışlar. Onunla birlikdə Suriya Ərəb Respublikasına gedən Hüseyn Məmmədov, Şahid1, Elxan İbrahimov, Təqsirləndirilən şəxs, Əhməd Həsənov, Eldost Quliyev, Aqil Hümmətov, həmçinin onlardan 10-15 gün sonra qruplaşmaya qoşulan Tural Şahverdiyev və Məhəmməd Əzimli “Muaska” adlanan hərbi təlim düşərgəsində xüsusi hərbi təlimlər keçmişlər və sonradan onlara “AKM” markalı avtomat silahlar təhkim olunmuşdur. Adları sadalanan şəxslər “Abu Muhamməd” tərəfindən təhkim olunmuş həmin silahlardan istifadə etməklə düşərgənin ərazisini mühafizə etmişlər. Aqil Hacıyev təxminən 38-40 yaşlı, 180 sm boyu olan, arıq bədən quruluşlu, qara saçlı, uzun saqqallı, bığsız, qarabəniz şəxs olmuş, dini ləqəbi “Abu Muhamməd” olmuş, Təqsirləndirilən şəxs isə təxminən 22-23 yaşlı, 170 sm boyu olan, arıq bədən quruluşlu, qara saçlı, az saqqallı, bığsız, ağbəniz şəxs olmuş, lakin dini ləqəbini xatırlamamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq “Girişçıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi üzrə tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, Şahid1, Şahid2, X17, X8, X18, X14 və X9 29 avqust 2013-cü il tarixdə səhər saatlarında bir neçə dəqiqə fərqlə X28 Məntəqəsindən Azərbaycan Respublikasının ərazisini tərk edərək Gürcüstan Respublikasına daxil olmuşlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 16 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs, X14 və digər şəxslərin barəsində CM-in 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 noyabr 2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin olduğu yer məlum olmadığı üçün ona həmin maddələr ilə ittiham elan edilməsi mümkün olmamış, barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmiş və tutulduqdan sonra 14 avqust 2023-cü il tarixdə ona qeyd olunan maddələr ilə ittiham elan olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 20 iyun 2019-cu il tarixli 5/3531 məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Əhməd Həsənov, Eldost Quliyev, Hüseyn Məmmədov, Tural Şahverdiyev və “Abdulvəhab” dini ləqəbli X29 Ərəb Respublikasının ərazisində fəaliyyət göstərən X15 rəhbərlik etdiyi “Cundu Şam” adlı qanunsuz silahlı birləşmənin tərkibində iştirak etdikləri üçün cinayət məsuliyyətinə cəlb olunmamaları, Aqil Hacıyevin davam edən hərbi əməliyyatlar zamanı əsir götürülərək edam edilməsi, Elxan İbrahimov və Təqsirləndirilən şəxs hazırda Rusiya Federasiyasının ərazisində gizlənməsi, X10 Respublikasının hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq terrorçu qruplaşmalarla əlaqədə şübhəli bilindiyi üçün həbs edilməsi və yaxın zamanlarda Azərbaycan Respublikasının ərazisinə deportasiya edilməsinin nəzərdə tutulması, Şahid1 və Şahid2 Suriya Ərəb Respublikasında qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etdiklərinə görə həmin dövlət tərəfindən məhkum olunmamaları müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş fotoşəkil üzrə tanınma haqqında 27 iyun 2019-cu il tarixli protokoldan görünür ki, Şahid1 Suriya Ərəb Respublikasının ərazisində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış, həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan “Cəbhət ən-Nusra” adlı cinayətkar birliyin tabeçiliyində olan “Cundu Şam” adlı qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak edən Təqsirləndirilən şəxs fotoşəklini tanımışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş fotoşəkil üzrə tanınma haqqında 28 iyun 2019-cu il tarixli protokoldan görünür ki, Şahid2 Suriya Ərəb Respublikasının ərazisində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış, həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan “Cəbhət ən-Nusra” adlı cinayətkar birliyin tabeçiliyində olan “Cundu Şam” adlı qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak edən Təqsirləndirilən şəxs fotoşəklini tanımışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş qərardan görünür ki, 14 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-in 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 19 sentyabr 2023-cü il tarixli 2668 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda hal-hazıradək olan dövr ərzində xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Onda halhazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. O, cinayətin törədildiyi anlarda öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə edə bilmək iqtidarında olmuşdur. Buna görə də o, ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. O, hazırda da öz əməllərinin faktiki xarakterini və onun ictimai təhlükəliliyini dərk etmək və onları idarə edə bilmək iqtidarındadır. Onun əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. O, istinad edilən əməlləri törədərkən öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə edə bilmək iqtidarında olmuşdur. Buna görə də o, ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli CM-in 22-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 19 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmışdır. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında aparılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı olmaqla 2013cü ilin sentyabr ayının əvvəlindən 2014-cü ilin aprel ayınadək dini düşmənçilik zəminində, qəsdən Azərbaycan Respublikasının hüdudlarından kənarda, digər Azərbaycan Respublikası vətəndaşlarının da iştirak etdiyi ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış Suriya Ərəb Respublikasının ərazisində, həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan “Cəbhət ən-Nusra” adlı cinayətkar birliyin tabeçiliyində olan Aqil Hacıyevin rəhbərlik etdiyi “Cundu Şam” adlı qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmiş, eləcə də həmin cinayət əməlinə görə məhkum olunmamışdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək 14 yaşından etibarən dini dərslərə qoşulduğunu, namaz qılmağa başladığını, İslam dininin əhli sünnə qoluna inancının olduğunu, 2011-ci il ildə X35 Kompleksində Türkiyə Respublikasının şirkətin olan “Ümitcan” firmasının həyata keçirdiyi tikintidə fəhlə işlədiyini, həmin şirkətdə briqadir vəzifəsində işləmiş Türkiyə vətəndaşı olan Zəki adlı şəxsin dəvəti ilə 29 avqust 2013-cü ili tarixdə Türkiyə Respublikasına getmək məqsədi ilə Balakən rayonunda yerləşən dövlət sərhədindən buraxılış məntəqəsindən Gürcüstan Respublikasının ərazisinə keçdiyini, oradan həmin tarixdə quru yolla Türkiyə Respublikasına getdiyini, bir neçə gün sonra İstanbul şəhərinə çatdığını, Şəki şəhərinin sakini Elxan İbrahimovun da Türkiyə Respublikasında işləmək məqsədilə onunla birlikdə getdiyini, İstanbul şəhərinə çatdıqda Elxan İbrahimovun ondan ayrıldığını və başqa şəhərə gedəcəyini dediyini, bundan sonra Zəki adlı şəxslə görüşdüyünü, sonuncunun onu İstanbul şəhərində yaşayış binasının tikintisində fəhlə kimi işə qəbul etdiyini, 14 aprel 2014-cü il tarixədək orada işlədiyini, 17 aprel 2014-cü il tarixdə quru yolla Gürcüstan Respublikasının ərazisindən Qazax rayonunda yerləşən dövlət sərhədindən buraxılış məntəqəsindən Azərbaycan Respublikasına daxil olduğunu, heç vaxt Suriya Ərəb Respublikasında olmadığını, hər hansı cinayətkar birliyin üzvü olmadığını, qanunsuz silahlı birləşmələrdə iştirak etmədiyini, 30 avqust-12 sentyabr 2016-cı il tarixlərdə pnevmaniya xəstəliyi ilə əlaqədar müayinə və müalicə olunmaq məqsədi ilə İran İslam Respublikasında olduğunu, habelə 07 avqust 2016-cı il tarixdə özünə məxsus olan avtomobilə ehtiyat hissəsi almaq üçün Gürcüstan Respublikasına getdiyini və həmin tarixdə də yenidən Azərbaycan Respublikasına qayıtdığını, X21 və sonuncunun qızı X24 Federasiyasının vətəndaşları olduqlarına görə digər ölkəyə 3 aydan sonra giriş-çıxış etmələri zəruri olduğundan 03 fevral 2017-ci il tarixdə adları qeyd edilən şəxslərlə birlikdə Gürcüstan Respublikasına getdiyini və həmin tarixdə də yenidən Azərbaycan Respublikasına qayıtdığını qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (fotoşəkil üzrə tanınma haqqında protokollar, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri CM-in 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Eləcə də qeyd olunmalıdır ki, Şahid1 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində 2013-cü ilin avqust ayında X4 təklifi ilə Suriya Ərəb Respublikasında gedən döyüşlərə qoşulmaq və hicrət etmək qərarına gəldiyini, bunun üçün o, Məhəmməd Əzimli, Qəbələ rayon sakinləri X17, X6, Bakı şəhər sakini X8 birlikdə Qax rayonuna Arif adlı şəxsin yanına getdiklərini, bir neçə saat Arif adlı şəxsin yanında qaldıqdan sonra Məhəmməd Əzimlinin onları dini adı Abu Ömər olan Vüqar adlı şəxsin Şəki şəhərində yerləşən evinə gətirdiyini, Abu Ömərin evinə gəldikdə orada Şəki rayon sakinləri X14 və Təqsirləndirilən şəxs, Yevlax rayon sakinləri X9 və Şahid2, habelə adlarını xatırlamadığı Şəki rayon sakini olan Abdul Vahhab ləqəbli bir nəfər şəxsin, sonuncunun həyat yoldaşı və təxminən 11-12 yaşlarında oğullarının olduğunu, Abu Ömərin evində dini mövzularda müzakirələr aparıldığını, orada aparılan danışıqlardan Məhəmməd Əzimlinin onunla birlikdə Abu Ömərin evinə apardığı Eldost Quliyev, Əhməd Həsənovun, habelə orada olan adlarını çəkdiyi digər şəxslərin hər birinin Suriya Ərəb Respublikasına gedəcəyini başa düşdüyünü, X39 İsmayılova bütün təlimatları verdiyini, hansı formada Gürcüstan Respublikasına, oradan Türkiyə Respublikasına və daha sonra Suriya Ərəb Respublikasına getmələrini başa saldığını, Türkiyə Respublikasında onları qarşılayacaq adını bilmədiyi Abdurrahmman ləqəbli azərbaycanlının, Suriya Ərəb Respublikasında qoşulacaqları Aqil Hacıyevin mobil telefon nömrəsini verdiyini, Türkiyə Respublikasına çatanda Abdurrahman adlı şəxslə danışmağı və sonuncu ilə görüşməyi izah etdiyini, daha sonra adlarını xatırlamadığı Abu Ömərin dindar tanışları olan taksi fəaliyyəti ilə məşğul olan şəxslərə məxsus 2 ədəd avtomobillərə əyləşərək Balakən rayonuna gedib sərhədi keçərək Gürcüstan Respublikasının ərazisinə, oradan da Türkiyə Respublikasının ərazisinə keçərək İstanbul şəhərinə getdiklərini, daha sonra Abdurrahman adlı şəxsin təklifi ilə Türkiyə Respublikasının Hatay vilayətinin Reyhanlı qəsəbəsinə getdiklərini, orada olan zaman kürd əsilli olduğunu təxmin etdiyini şəxsin onları qarşılayıb Suriya Ərəb Respublikasına gizli yolla keçmələrinə köməklik etdiyini, orada Aqil Hacıyevin onları qarşılayıb “Mühəndisium” adlandırdıqları yerdə yerləşən yaşadığı 2 mərtəbəli evə apardığını, həmin evdə 5-6 otağın olduğunu, eyni evdə təxminən 50-60 nəfərin yaşadığını, evdə yaşayanlardan çoxunun azərbaycanlı, bir hissəsinin isə ərəb olmasının, həmin evdə yaşayan azərbaycanlıların bəzilərinin ləqəblərinin Abu Əli, Abu Muaz, Zubeir, Abdurrahman, Xəlil və Abu Davud olmasının ona məlum olduğunu, danışıqlar əsnasında Aqil Hacıyevin camaatı “Cəbhət ən-Nusra”nın “Cundu Şam” camaatı adlandırmasının ona məlum olduğunu, həmin evdə yaşadıqları müddətdə onlara Misir Ərəb Respublikasının vətəndaşı olan şeyx Abu Əli tərəfindən dini dərslərin keçirildiyini, Şahid2 bir neçə gün sonra aşpaz təyin edildiyini, təxminən bir ay sonra sonuncunun həmin düşərgədən qaçdığını və söhbət əsnasında sonuncunun bunu oradakı vəziyyətə tab gətirə bilməməsi ilə əlaqələndirdiyini, bir müddət keçdikdən sonra onları “Muaska” adlanan hərbi təlim düşərgəsinə aparıb-gətirdiklərini, təxminən 2-3 dəfə orada olduğunu, həmin müddətlərdə onlara silahdan atəş açma qaydalarının öyrədildiyini, idman hərəkətlərinin yerinə yetirildiyini, orada 1 dəfə “Kalaşnikov” markalı avtomatdan atəş açdığını, oradakı vəziyyətə tab gətirə bilmədiyi üçün təxminən 4-5 ay sonra, yəni 2014-cü ilin yanvar ayında bu barədə şeyxləri Abu Əlinin vasitəsilə şeyx camaatının rəhbəri Aqil Hacıyevə məlumat verdiyini, bir neçə gün sonra isə sonuncunun onu Türkiyə Respublikası ilə sərhədə aparıb oradan Türkiyə Respublikasına yola saldığını, əvvəlcə avtobusla Gürcüstan Respublikasına getdiyini, oradan da Azərbaycan Respublikasına gəldiyini, qoşulduğu “Cundu Şam” camaatının döyüşlərdə iştirak etməməsi səbəbindən Suriya Ərəb Respublikasında olduğu dövrdə heç bir döyüşlərdə iştirak etmədiyini, yalnız 1-2 dəfə atış təliminə getdiyini, “Cundu Şam” qanunsuz silahlı birləşməsinin və “Sumqayıt camaatı”nın rəhbəri olan Aqil Hacıyevin dini ləqəbinin “Abu Muhamməd” olduğunu, Təqsirləndirilən şəxs isə təxminən 22-23 yaşlı şəxs olduğunu və dini ləqəbinin “Kaka” olduğunu desə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Suriya Ərəb Respublikasına getmək məqsədilə Şəki şəhərində bir gün müddətində qaldığını, orada birlikdə qaldığı şəxslərin adlarını ibtidai istintaq zamanı da qeyd etdiyini, Təqsirləndirilən şəxs də orada olduğunu, Suriya Ərəb Respublikasının ərazisinə Təqsirləndirilən şəxs, Şahid2 və ibtidai istintaq zamanı adlarını qeyd etdiyi digər şəxslərlə birlikdə sosial şəbəkənin təsiri ilə getdiyini, oraya cihad məqsədi ilə getmədiyini, lakin hansı səbəbdən getdiklərini xatırlamadığını, Suriya Ərəb Respublikasına getdikdən sonra orada gəzmək qərarına gəldiyini, həmin ölkənin “Mühəndisium” adlandırdıqları yerində ümumilikdə dörd ay müddətində qaldığını, bu müddətdə orada hərəkət edənlərdən birinin də Təqsirləndirilən şəxs olduğunu, dini icmanın rəhbərinin ərəb millətinə məxsus Əbu-Əli adlı şəxs olduğunu, azərbaycanlı rəhbərin adının isə Aqil Hacıyev olduğunu, orada olarkən onda silahın olmadığını, postda xidmət aparmadığını, Təqsirləndirilən şəxs silahın olub-olmadığını görmədiyini və Şahid2 isə Suriya Ərəb Respublikasında aşpaz kimi fəaliyyət göstərdiyini qeyd etmişdir. Şahid2 isə ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində 2013-cü ilin avqust ayının ortalarında Yevlax şəhərində dünyasını dəyişmiş Məzahir adlı şəxsin vasitəsi ilə şəhər məscidindən tanıdığı Adil adlı şəxsin o və onun kimi eyni dini əqidə sahibi dini ləqəbi “Abdulsalam” olan X5 Suriya Ərəb Respublikasında vəziyyətin yaxşı olmadığını, bu səbəbdən oraya gedib oradakı qardaş və bacılara köməklik göstərməli olduqlarını bildirdiyini, Hüseyn Məmmədovla birlikdə təxminən 1 həftə ərzində fikirləşdikdən sonra Suriya Ərəb Respublikasına gedib oradakı qanunsuz silahlı birləşmələrin fəaliyyətinə qoşulmaq qərarına gəldiklərini, bundan təxminən 1 həftə sonra Hüseyn Məmmədovla birlikdə Şəki şəhərinə getdiklərini, orada onları Ömər dini ləqəbli adını bilmədiyi şəxsin qarşıladığını, orada ondan və Hüseyn Məmmədovdan başqa Şəki rayon sakinləri Elxan İbrahimov və Təqsirləndirilən şəxs, Qəbələ rayon sakinləri Şahid1 və Əhməd Həsənov, habelə Bakı şəhər sakinləri Eldost Quliyev və Aqil Hümmətovun da olduğunu, bir gün Şəki şəhərində olan evdə qaldıqdan sonra səhəri gün adlarını sadaladığı şəxslərlə birlikdə Azərbaycan-Gürcüstan sərhədinin Balakən rayonunun Mazımqara kəndində yerləşən Mazımqara dövlət sərhədindən buraxılış məntəqəsindən Gürcüstan Respublikasına daxil olduqlarını, daha sonra birbaşa quru yolla Türkiyə Respublikasının İstanbul şəhərinə getdiklərini, orada onları əslən azərbaycanlı olan Fuad adlı şəxsin qarşılayıb Türkiyə Respublikasının Hatay vilayətinin Reyhanlı qəsəbəsinə yola saldığını, daha sonra əslən türk olan İbrahim adlı şəxsin vasitəsilə gizli şəkildə Suriya Ərəb Respublikasına keçdiklərini orada onları dini ləqəbi “Abu Muhamməd” olan X15 qarşıladığını, həmin vaxtadək Aqil Hacıyevi görmədiyini, lakin Yevlax şəhərində olan zaman mobil telefon vasitəsilə sonuncu ilə danışdığını, həmin telefon danışıqlarında Aqil Hacıyevin onu, Adil və X23 Ərəb Respublikasında cihada dəvət etdiyini, bundan başqa onlara heç bir vəd vermədiyini, yəni heç bir maddi maraqlarının olmadığını, Aqil Hacıyevin “Cəbhət ən Nusra” adlı cinayətkar terror təşkilatının tabeçiliyində fəaliyyət göstərən “Cundu Şam” adlı qanunsuz silahlı birləşmənin rəhbəri olduğunu, sonuncunun onları rəhbərlik etdiyi “Cundu Şam” adlı qanunsuz silahlı birləşmənin tabeliyində olan əraziyə apararaq tanış etdiyini, həmin ərazinin Suriya Ərəb Respublikasının İdlib vilayətinin Atameh qəsəbəsində yerləşdiyini, orada 4 ədəd evin olduğunu, həmin silahlı birləşmənin üzvləri olan şəxslərin qeyd olunan evlərdə yaşadıqlarını, onunla birlikdə Suriya Ərəb Respublikasına gedən Hüseyn Məmmədov, Şahid1, Elxan İbrahimov, Təqsirləndirilən şəxs, Əhməd Həsənov, Eldost Quliyev, Aqil Hümmətov, həmçinin onlardan 10-15 gün sonra qruplaşmaya qoşulan Tural Şahverdiyev və Məhəmməd Əzimlinin “Muaska” adlanan hərbi təlim düşərgəsində xüsusi hərbi təlimlər keçdiklərini, sonradan onlara “AKM” markalı avtomat silahların təhkim olunduğunu, adları sadalanan şəxslərin “Abu Muhamməd” tərəfindən təhkim olunmuş həmin silahlardan istifadə etməklə düşərgənin ərazisini mühafizə etdiklərini, Aqil Hacıyevin dini ləqəbinin “Abu Muhamməd” olduğunu, Təqsirləndirilən şəxs isə təxminən 22-23 yaşlı şəxs olduğunu və dini ləqəbinin “Kaka” olduğunu desə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Şəki şəhərində evdə olarkən Eldost Quliyev və Şahid1 gördüyünü, Təqsirləndirilən şəxs orada görübgörmədiyini xatırlamadığını, lakin sonuncu ilə Azərbaycan-Gürcüstan sərhəd keçid məntəqəsində tanış olduğunu, söhbət əsnasında Təqsirləndirilən şəxs ona Türkiyə Respublikasına oxumaq və işləmək məqsədi ilə gedəcəyini dediyini, birlikdə Türkiyə Respublikasının ərazisinə daxil olduqlarını, bundan sonra avtomobil alğı-satqısı ilə məşğul olmaq məqsədilə Suriya Ərəb Respublikasının ərazisinə daxil olduğunu, həmin ölkənin ərazisindən keçirdiyi avtomobilləri Türkiyə Respublikasının ərazisində daha yüksək qiymətə sata biləcəyini düşündüyünü, Təqsirləndirilən şəxs isə Türkiyə Respublikasında qaldığını, 10 gün ərzində Suriya Ərəb Respublikasının ərazisində kampda qaldığını, orada Adil adlı şəxs, Hüseyn Məmmədov, Əhməd Həsənov, Eldost Quliyev, Şahid1la birlikdə olduqlarını, bu müddətdə orada heç bir silahlı qruplaşmanın tərkibində iştirak etmədiyini, aşpaz kimi fəaliyyət göstərdiyini, Suriya Ərəb Respublikasında olan azərbaycanlılara, ərəblərə və döyüşmək üçün gələn şəxslərə yemək bişirdiyini, adları qeyd olunan şəxslərin hər birinin öz işi ilə məşğul olduqlarını, orada olarkən Təqsirləndirilən şəxs və Aqil Hümmətovu görmədiyini, bundan sonra Azərbaycan Respublikasına qayıtdığını, ibtidai istintaq zamanı ifadə verən ərəfələrdə anası öldüyü üçün huşunun tam özündə olmadığını və bu səbəbdən də ifadəsinə oxumadan imza etdiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, şahidlər məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmasına nail olmaq məqsədi güdmüşlər. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (fotoşəkil üzrə tanınma haqqında protokollar, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə fotoşəkil üzrə tanınma həyata keçirilən zaman da həm Şahid1, həm də Şahid2 Suriya Ərəb Respublikasının ərazisində yaradılmış “Cəbhət ən-Nusra” adlı cinayətkar birliyin tabeçiliyində olan “Cundu Şam” adlı qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak edən Təqsirləndirilən şəxs fotoşəklini tanımışlar. Həmçinin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi üzrə tələbnaməyə əsasən Təqsirləndirilən şəxs, Şahid1, Şahid2, X17, X8, X18, X14 və X2 29 avqust 2013-cü il tarixdə səhər saatlarında bir neçə dəqiqə fərqlə X28 Məntəqəsindən Azərbaycan Respublikasının ərazisini tərk edərək Gürcüstan Respublikasına daxil olmaları, digər sübutlarla adları qeyd olunan şəxslərin, o cümlədən də Təqsirləndirilən şəxs Gürcüstan Respublikasından keçərək Türkiyə Respublikasının ərazisinə, oradan da Suriya Ərəb Respublikasının ərazisinə daxil olub orada ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış, həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan dini fanatizm zəminində “Cəbhət ən-Nusra” adlı cinayətkar birliyin tabeçiliyində olan Aqil Hacıyevin rəhbərlik etdiyi “Cundu Şam” adlı qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmələrini təsdiq edir. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikasına getməsinin səbəbi ilə bağlı Şahid1 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə, habelə Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikasına gedib-getməməsi, orada cinayətkar birlikdə iştirak edib-etməməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak edibetməməsi ilə bağlı Şahid2 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikasına getməsinin səbəbi ilə bağlı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin, habelə Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikasına gedib-getməməsi, orada cinayətkar birlikdə iştirak edibetməməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak edib-etməməsi ilə bağlı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və onlara elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 12.1, 218.2 və 12.1, 279.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə CM-in 12.1, 218.2 və 12.1, 279.1-ci maddələrində göstərilən cinayət əməlləri ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 12.1, 218.2 və 12.1, 279.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşamışdır, 18 sentyabr 2021-ci ildə doğulmuş İmara Balabəyli və 27 sentyabr 2023-cü ildə doğulmuş Asiya Balabəyli onun himayəsindədir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Rusiya Federasiyasının Çelyabinsk vilayətinin Sosnovskiy bələdiyyə rayonu administrasiyasının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən X11 və X3 adına tərtib olunmuş doğum haqqında şəhətnamələrin surətlərindən görünür ki, adları qeyd olunan şəxslərin atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini dini düşmənçilik zəminində törətməsini CM-in 61.1.6-cı maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzasını ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs məhz həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 12.1, 218.2 və 12.1, 279.1-ci maddələrində göstərilən cinayət əməlləri ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli qərarından görünür ki, barəsində axtarış elan olunmuş Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması qeyd olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Rusiya Federasiyasının Çelyabinsk şəhərinin Leninsk Rayon Məhkəməsinin 20 iyul 2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs miqrasiya qeydiyyatı qaydalarını pozduğu üçün Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati qaydada ölkədən çıxarılmaqla 3000 (üç min) rubl məbləğində inzibati cərimə ilə cəzalandırılmış və Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Çelyabinsk vilayəti üzrə Baş İdarəsinin əcnəbi vətəndaşlar üçün müvəqqəti saxlama məntəqəsində yerləşdirilməklə Rusiya Federasiyasının dövlət sərhədindən Rusiya Federasiyasının hüdudlarından kənara məcburi keçirmə yolu ilə çıxarılması qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təhviltəslim aktından görünür ki, 14 avqust 2023-cü il tarixdə 1153 saylı Bakı reysində “Girişçıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində “Saxla” satusu ilə nəzarət qoyulmuş Təqsirləndirilən şəxs X16 X32 nəzarəti şöbəsinin Sərnişin sərhəd nəzarəti bölməsinin əməkdaşı tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay 08 səkkiz gün olmaqla 28 yanvar 2024-cü il tarixədək uzadılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Çelyabinsk vilayəti üzrə Baş İdarəsinin əcnəbi vətəndaşlar üçün müvəqqəti saxlama məntəqəsində yerləşdirilməsi və orada saxlanılması onun hazırkı cinayət əməlini törətməsinə görə Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilməsi ilə bağlı deyil, məhz Təqsirləndirilən şəxs miqrasiya qeydiyyatı qaydalarını pozmaqla Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun X16 X32 nəzarəti şöbəsinin Sərnişin sərhəd nəzarəti bölməsinin əməkdaşı tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşına təhvil verildiyi, yəni azadlığı faktiki məhdudlaşdırılmaqla tutulduğu 14 avqust 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut yoxdur. Cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 14 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar