Məhkəmə qərarları › İş №1(091)-101/2020

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-101/2020

06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-101/2020 06.10.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Hüseynov Rəşid İnqilab oğlu və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X8, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlərə dair Məhkəmələrdə Dövlət İttihamını müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas X3, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərər çəkmiş şəxsin hüquqi varisi: X15 xx xxxx 1989-cu ildə Qax rayonu İlisu kəndində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, Şirvan şəhəri 28 may küçəsi bina-3, mənzil 36-da müvəqqəti yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təqsviri-əsaslandırıcı hissədə CM) 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X22 Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən verilən ittihamdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu ildə saat 10 radələrində sərnişin kimi əyləşdiyi Şahid7 idarə etdiyi “Vaz 2107” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomaşının Qax rayonu, İlisu kəndi ərazisində “Ulu” körpü adlanan yerdə qarşıdan gələn X4 idarə etdiyi “Mercedes-Benz” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar, sərnişin olduğu halda Şükür Mahalova yol hərəkəti qaydalarını pozması ilə bağlı iradlarını bildirib, bunu bəhanə etməklə, cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına laqeydliyini ifadə etməklə öz şəxsiyyətini başqalarının şəxsiyyəti fövqündə qoyaraq üstünlüyünü nümayiş etdirmək məqsədi ilə, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Şükür Mahalova yaxınlaşaraq, ona qəsdən yumruqla bir dəfə sol gözünün altına, bir dəfə isə gicgah nahiyəsinə güclü zərbə endirməklə, zərbələrin təsirindən Şükür Mahalovun yıxılaraq başının sağ gicgah-təpə nahiyəsinin bərkasfalt yer örtüyünə çırpılması ilə ona ümumilikdə (zərbənin təsiri və başın yerə bərk səthə dəyməsindən) dərəcəsi təyin edilməyən üzün sol yarısının yumşaq toxumalarının əzilmiş yaraları və sağlamlığa ağır zərər vurmaya aid olan qapalı kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi və sıxılması, baş beyinin travmatik ödemi, sağ gicgah payında hemorragik kontuziya, sağ yarımkürə üzərində kəskin subdural hematoma, travmatik subaraxnoidal qansızma, dislokasion sindrom, sağ gicgah sümüyünün xətti sınığı, sağ gicgah-təpə nahiyəsinin yumşaq toxumalarının əziyi xəsarətləri yetirmiş, zərərçəkmiş xəstəxanaya çatdırılaraq müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq, həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid ağır kəllə beyin travması ilə əlaqədar inkişaf edən beyin maddəsinin ensefaliti və ödemi fonunda sol böyrəyin irinli nekrotik pielonefriti və ağciyərdə pnevmoniya nəticəsində baş vermiş poliorqan çatışmazlığı nəticəsində xx xxxxxx 2019-cu il tarixdə saat 12-də Bakı şəhərində yerləşən Neyrocərrahiyyə Xəstəxanasında öldüyündən o, xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuraraq ehtiyatsızlıqdan X4 ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 126.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Rusiya Federasiyası vətəndaşı olmaqla ailəsi ilə birlikdə həmin dövlətin Nefteyuqansk şəhərində yaşamış, 2019-cu ilin iyul ayında Qax rayonu İlisu kəndində yaşayan qohumlarının evinə qonaq gəlmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 10 radələrində nənəsi Şahid10, bacısı Ayşa Musayeva, yeznəsi Orxan Nəhmətovla və sonuncuların azyaşlı övladı ilə birlikdə ailə qəbiristanlığında yaxınlarının qəbirini ziyarət etmək üçün qonşuluqda kirayədə yaşayan Şahid7 idarə etdiyi “Vaz 2107” markalı avtomaşınla yaşadığı İlisu kəndindən Qax şəhərinə tərəf getmiş, “Ulu körpü” adlanan ərazidə təmir işləri getdiyindən Qax şəhərindən İlisu istiqamətində gedən hissədə yol bağlı olduğundan qarşı tərəfdən gələn “Mercedes” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomaşın onları gözləmədən yollarına çıxmış və bu zaman avtomobillərin güzgüləri birbirinə dəymişdir. Onlar avtomaşını saxladıqda digər avtomaşının da qarşı tərəfdə saxladığını görüb həmin avtomaşına tərəf getmiş, bu vaxt yerə düşən avtomaşının sürücüsünə nə üçün belə avtomaşın sürdüyünü, yolun onların olduğunu, hətta yola çıxmamaq üçün işarə verdiklərini demiş, bu zaman aralarında yaranan mübahisə zamanı bir-birlərini itələmişlər. Onların avtomaşınında olan bacısı və bacısının azyaşlı uşağının həyacanlanaraq sonunculara nə isə bir şey olmasından qorxmuş və bu səbəbdən də “Mersedes” markalı avtomaşının sürücüsünün laqeyd hərəkətləri onu çox əsəbiləşdirmişdir. Hirsli olduğundan həmin vaxt sürücünün üzündən sol əli ilə itələmiş və bu zaman sürücü özünü saxlaya bilməyib yerə yıxılaraq başı asfalt örtüyə dəymişdir. Həmin vaxt yeznəsi Orxan onların yanına gəlmiş, “Mercedes” markalı avtomaşının sürücüsünün həyat yoldaşı isə yoldaşının xəstə olmasını deyərək qışqırmışdır. Bundan sonra yeznəsi ilə birlikdə sürücüyə kömək etmiş və X26 çağırmışlar. X20 xx xxxxxx 2019cu il tarixdə müalicə aldığı Bakı şəhərində yerləşən Neyrocərrahiyyə Xəstəxanasında ölmüşdür. Şükür Mahalovun bütün müalicə xərclərini ödəmiş və mümkün olan bütün köməkliyi göstərmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X15 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 10 radələrində İlisu kəndində yerləşən evlərində olarkən anası Tərqanə ona zəng edərək X25un xəsarət alaraq vəziyyətinin yaxşı olmadığını bildirdikdən sonra hadisə yeri olan İlisu kəndinin girəcəyində yerləşən “Ulu körpü” adlanan yerin yaxınlığına getmişdir. Anası Tərqanənin deməsindən sonra valideynlərinin Qax rayonu İlisu kəndində yerləşən evlərinə qayıdan zaman “Ulu körpü” adlanan ərazidə atasının idarə etdiyi avtomaşınla, “Vaz 2107” markalı avtomobil toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verdiyini, həmin vaxt digər avtomaşında sərnişin qismində əyləşmiş adını sonradan bildiyi Təqsirləndirilən şəxs onun valideynlərinə doğru qaçaraq çatan kimi atası Şükürlə mübahisə edərək sonuncuya yumruqla zərbə vurduğunu və bunun nəticəsində atası Şükürün yıxılaraq başı asfalt örtüyə dəydiyini bilmişdir. X25 həmin gün gecə saatlarında Bakı şəhərində Respublika Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilmiş, baş vermiş hadisə ilə əlaqədar təxminən xx xxxxxx 2019-cu il tarixdə həkim tərəfindən açıq-beyin əməliyyatı keçirmiş, ümumilikdə 2 dəfə əməliyyat olunmuşdur. Atası yenidən təxminən bir ay Neyrocərrahiyyə xəstəxanasında reanimasiyada qalmış, daha sonra təxminən iki həftə müddətinə xəstəxananın palatasına köçürülməklə sonradan müalicəsi evdə davam etdirilmişdir. 10 gün ev şəraitində müalicə aldıqdan sonra atasının səhhətində irəliləyiş olmadığından yenidən Respublika Neyrocərrahiyyə xəstəxanasına aparmışlar və sonuncu vəfat etdiyi xx xxxxxx 2019-cu il tarixə kimi orada qalmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında o və həyat yoldaşı Şükür dişlərini müalicə etdirmək üçün sonuncuya məxsus olan Mersedes markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Qax rayon poliklinikasına getmiş, saat 10 radələrində İlisu kəndinə qayıdarkən Kürmük çayı üzərində olan avtomobil körpüsündə təmir işləri getdiyindən yol tək tərəfli işləmişdir. Əri Şükür körpünün bir tərəfli işlədiyini bir az gec gördüyündən qarşı tərəfdən gələn “VAZ 2107” markalı avtomobilin yoluna çıxmış, bu zaman avtomobillərin güzgüləri toqquşmuşdur. Şükür körpünün qurtaracağında, yəni İlisu kənd istiqamətində avtomobili saxlayaraq yerə düşdükdən sonra digər avtomobilin olduğu istiqamətə doğru getmək istəyərkən, həmin “VAZ 2107” markalı avtomobildən düşən iki sərnişinin onlara tərəf qaçaraq gəldiklərini görmüşdür. Həmin gələn şəxslərdən biri onların yanına çatan kimi həyat yoldaşı Şükürlə itələşmiş, həmin vaxt o, Şükürün arxasında dayanaraq oradan kənarlaşdırmaq istəsə də bu zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs bir dəfə həyat yoldaşı Şükürün gözünün altından yumruqla, sonra isə Şükürün gicgah nahiyəsindən ikinci yumruğu vurmuşdur. İkinci yumruq zərbəsindən sonra əri Şükür yerə yıxılaraq başı asfalta dəymiş və çabalamağa başlayaraq, ağzından köpük gəlmişdir. Təxminən 20 dəqiqə ərzində isə Qax rayon Mərkəzi Xəstəxanasının X26 avtomobil də hadisə yerinə gələrək Şükürü xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs və sonuncunun yanında olan digər şəxs onlara doğru gələn zaman səs-küy salmamış, ona görə də Vüsalın həyat yoldaşı Şükürü vurmasını gözləməmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs əlində hər hansı bir əşya olmamış, sonuncu Şükürü yalnız yumruğu ilə vurmuşdur. Yerə yıxıldıqdan sonra Təqsirləndirilən şəxs və ya başqa şəxs Şükürü vurmamış, Vüsaldan başqa hər hansı şəxs Şükürlə mübahisə etməmiş, əri Şükür Təqsirləndirilən şəxs vurmamışdır. Şükürü əvvəlcə Qax rayon Mərkəzi Xəstəxanasına, oradan Şəki Mərkəzi rayon Xəstəxanasəna, vəziyyəti yaxşı olmadığına görə axşam saatlarında isə Bakı şəhəri Neyrocərrahlıq xəstəxanasına aparmışlar. Baş vermiş hadisə ilə əlaqədar təxminən xx xxxxxx 2019-cu il tarixdə həkim tərəfindən açıq-beyin əməliyyatı keçirmiş, ümumilikdə 2 dəfə əməliyyat olunmuşdur. Əri yenidən təxminən bir ay Neyrocərrahiyyə xəstəxanasında reanimasiyada qalmış, daha sonra təxminən iki həftə müddətinə xəstəxananın palatasına köçürülmüş, sonradan isə müalicəsi evdə davam etdirilmişdir. 10 gün ev şəraitində müalicə aldıqdan sonra ərinin səhhətində irəliləyiş olmadığından yenidən Respublika Neyrocərrahiyyə xəstəxanasına aparmışlar və vəfat etdiyi xx xxxxxx 2019-cu il tarixə kimi orada qalmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə qaynı Şükür Mahalov və Şahid1 Qax rayonunda həkimdən qayıdarkən İlisu kəndi ərazisində “Ulu” körpü adlanan yerdə qaynının idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə, İlisu kəndi istiqamətindən gələn “Vaz 2107” markalı avtomaşın toqquşmuş, “Ulu” körpüdə təmir işləri getdiyindən orada bir tərəfli avtomobil yolu olmuşdur. Toqquşmadan sonra qaynı Şükür İlisu kəndi istiqamətində avtomobili saxlayıb, ilk olaraq həyat yoldaşı ilə birlikdə maşına baxmış və bu zaman körpünün digər baş hissəsindən adını sonradan bildiyi Təqsirləndirilən şəxs qaçaraq gəlib qaynı Şükür Mahalova üz və gicgah nahiyəsindən iki dəfə yumruqla vurmuş və həmin anda Şükür yerə yıxılaraq başı asfalt örtüyə dəymişdir. Tərqanə mobil telefonla zəng edərək onlara hadisə barədə məlumat verdiyindən həyat yoldaşı Şahid3 hadisə yerinə getmiş, o, isə artıq Şükür Qax rayon mərkəzi xəstəxanasında olan zaman oraya getmişdir. Daha sonra Şükür Mahalov Bakı şəhərinə xəstəxanaya aparılmış, həmin vaxt o, da Şükürlə birlikdə X26 avtomobilində Bakı şəhərinə getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Qax rayon polis şöbəsinin Post Patrul Xidməti tağımının polis nəfəri vəzifəsində işləyən Şahid5 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə iş yoldaşı X13 ilə birlikdə rayonun Sarıbaş-İlisu kəndi ərazisində avtopatrulda xidmət edərkən həmin gün saat 10 radələrində “Ulu” körpü adlanan ərazidə köşk işlədən Şahid6 yanında olmuş, oradan çıxıb avtomobillə İlisu kəndi istiqamətinə getdikdən sonra Şahid6 ona mobil telefonla zəng edərək “Ulu” körpüdə hadisə baş verdiyini bildirmişdir. Dərhal geri qayıdaraq “Ulu” körpüyə çatdıqda körpünün üzərində yolun kənarında “Mercedes-Benz” markalı avtomobil və həmin avtomaşının yaxınlığında yerdə uzanıqlı vəziyyətdə sonradan adını bildiyi Şükür adlı şəxsi görmüşlər. Həmin şəxsin ətrafında 5-6 nəfər olmaqla sonuncunun vurulduğundan yerdə uzanıqlı vəziyyətdə olduğunu başa düşmüşlər. Şükürün kim tərəfindən vurulmasını soruşduqda adının sonradan Vüsal olduğunu bildiyi bir nəfər şəxs “Vaz 2107” markalı avtomobillə gedən zaman “Mercedes Benz” markalı avtomobili idarə edən Şükürün qarşı yola çıxması, avtomobildə qadın və uşağın olmasına baxmayaraq avtomobilinin pəncərəsindən əlini çıxararaq əl-qolla işarələr etdiyinə görə Vüsal əyləşdiyi “Vaz 2107” markalı avtomaşından düşərək Şükürə yaxınlaşıb mübahisə etməklə sonuncunu vurduğunu bildirmişdir. X21 Tibbi Yardım avtomaşınına mindirərək xəstəxanaya yola salmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyun ayından başlayaraq “Ulu” Körpü adlanan ərazinin yaxınlığında, oradan təxminən 80-90 metr aralıda yerləşən köşkdə xırdavat məhsullarının satışı ilə məşğul olmuş, xx xxxxxx 2019-cu il tarixdə də qeyd olunan yerdə köşkdə olarkən həmin vaxt körpüdən “Mercedes-Benz” markalı avtomobilin Qax rayonu, İlisu kəndi istiqamətində hərəkət etdiyini, körpünün üzərində bir nəfər cavan oğlanın, adını sonradan bildiyi Təqsirləndirilən şəxs qışqıraraq həmin “Mercedes-Benz” markalı avtomobilin arxası ilə qaçdığını görmüşdür. Vüsaldan arxada qaçan adını bilmədiyi şəxsin isə sonuncunu səsləyərək kiminsə yanına getməməsi üçün dayandırmağa çalışaraq “dayan” deməsini eşitmişdir. Körpüdə aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələri bir tərəfli işlədiyindən “Mercedes” markalı avtomaşının sürücüsü İlisu kəndi istiqamətində körpünün baş hissəsində avtomobilini saxlayaraq düşən zaman arxası ilə qaçan Vüsal həmin sürücü ilə itələşmiş və bir anda “Mercedes-benz” markalı avtomobildən düşən sürücü yerə yıxılmışdır. Tez işlədiyi köşkdən çıxaraq hadisə baş verən əraziyə tərəf getmiş, ora çatanda “Mercedes” markalı avtomobilin sürücüsünü yerdə uzanıqlı vəziyyətdə görmüşdür. X17, yanında olan qadının isə həmkəndlisi Şahid1 olması ona məlum olmuşdur. X18 X26 avtomaşını ilə xəstəxanaya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, ürək xəstəliyindən əziyyət çəkdiyindən iki ildir ki, həkim məsləhəti ilə yay aylarında Qax rayonu, İlisu kəndinə gələrək istirahət etmiş, 2019-cu ilin avqust ayında istirahət etmək üçün həyat yoldaşı ilə birlikdə Qax rayonu İlisu kəndinə gəlmişdir. xx xxxxxx 2019-cu il tarixdə Qax rayonu, İlisu kəndində qonşuluqda yaşayan Füzuli ona yaxınlaşıb, qardaşı uşaqlarını qəbiristanlığa ziyarətə aparmasını xahiş etmişdir. Həmin gün saat 10 radələrində idarə etdiyi Vaz 2107 markalı avtomaşınla evdən çıxıb Qax şəhərinə tərəf yola düşmüş, 3-4 km yol getdikdən sonra İlisu kəndində yerləşən “Ulu körpü”də təmir işləri getdiyindən yolun Qax şəhərindən İlisu kəndi istiqamətində gedən hissəsi bağlı olmuşdur. Qarşı tərəfdən gələn “Mercedes-Benz” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomaşın onu gözləmədən yoluna çıxmış və avtomaşınların yan güzgüləri bir-birinə toqquşmuşdur. Yolnəqliyyat hadisəsi zamanı qırılmış güzgünün şüşəsinin qırıqları onun sol tərəfdən sifətinə dəymişdir. Avtomobildə sərnişin olan Təqsirləndirilən şəxs uşağın qışqırdığını görüb dərhal həmin “Mersedes-Benz” markalı avtomobilin olduğu yerə doğru qaçmışdır. O da avtomaşından düşüb həmin yerə gedərkən artıq orada yerdə bir nəfər şəxsin uzandığını görmüşdür. Təqsirləndirilən şəxs mərhum Şükür Mahalovu vurmasını birbaşa görməmiş, baş vermiş hadisənin səbəbi avtomobillərin güzgülərinin biri-birinə dəyməsi olmuşdur. Ondan başqa yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Qax rayon Mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinin həkimi vəzifəsində işləyən Şahid8 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 1205-də mərhum X9 X26 avtomobili ilə Qax rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə daxil olmuş, ilk olaraq nevropatoloq tərəfindən müayinə olunaraq cərrahiyyə şöbəsində palataya daxil olmuşdur. Yaxınları xəstənin vəziyyətinin yaxşı olmadığını görüb öz təşəbbüsləri ilə xəstəni təcili olaraq Şəki rayon mərkəzi xəstəxanasına aparmışlar. X10 ilkin diaqnoz olaraq baş beyinin silkələnməsi diaqnozu qoyulmuş, xəstənin döyülmə nəticəsində xəsarət aldığı məlum olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı Rəşidin oğlu olmaqla xx xxxxxx 2019-cu il tarixdə saat 10 radələrində qardaşı qızı Ayşən telefonla ona zəng edib Vüsal ilə birgə getdiyi avtomaşının “ULU” körpüdə başqa avtomaşınla toqquşduğunu bildirdikdən sonra hadisə yerinə gedib həmkəndlisi Şükür Mahalovu yerdə uzanmış vəziyyətdə görmüş, həmin vaxt Şükürün başının altına Ayşənin çantası qoyulmuş vəziyyətdə Vüsal Şükürün dilini tutub qatlanmağa qoymayaraq üzünə su tökməklə ilkin tibbi yardım göstərmişdir. Hadisə yerində Şükürün arvadı Şahid1, Orxan, polis əməkdaşları və digər tanımadığı şəxslər olmuşdur. Şükürün arvadı Tərqanə Vüsala kömək edərək Şükürün üzünü silmişdir. Hadisə yerinə çatdıqdan 5 dəqiqə sonra oraya X26 avtomaşını gəlmiş və Şükürə sakitləşdirici iynə vuraraq avtomaşına mindirib Qax rayon xəstəxanasına aparmışlar. Şükürün müalicəsi üçün sonrakı bütün mərhələlərdə iştirak etmiş, sonuncu xx xxxxxxxx 2019-cu il tarixdə sağalaraq xəstəxanadan evə buraxılmışdır. xx xxxxxxx 2019-cu il tarixdə isə vəziyyəti ağırlaşdığı üçün yenidən Respublika Neyrocərrahiyyə xəstəxanasına aparılaraq müalicəsisi davam etdirilmiş, lakin müalicə aparılmasına baxmayaraq Şükür Mahalov xx xxxxxx 2019-cu il tarixdə həmin xəstəxanada ölmüşdür. Hadisəni görməmiş, Vüsalın Şükürü itələdiyini və sonuncunun yerə yıxılaraq baş nahiyəsindən xəsarət aldığını eşitmişdir. Şükürün müalicəsi üçün maddi yardım göstərmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Qax rayon mərkəzi xəstəxanasının X26 şöbəsində terapevt həkim işləyən Şahid9 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 10 radələrində təcilli tibbi yardım məntəqəsində növbədə olan zaman həmin günü növbəti çağırış əsasında briqada ilə birlikdə Qax rayonu, İlisu kəndində yerləşən “Ulu” körpü adlanan əraziyə gedərkən orada körpünün üstündə yerdə uzanıqlı vəziyyətdə olan bir kişi cinsli şəxsi görmüşdür. Həmin şəxsə yaxınlaşaraq vizual müayinə edərkən xəstədə baş nahiyəsinin arxa hissəsində cırılmış yara və sol gözünün alt hissəsində qançır olduğu ona məlum olmuşdur. Xəstəyə ilkin tibbi yardım göstərərək baş nahiyəsində olan qanı təmizləyib dərhal X26 avtomobili ilə Qax rayon mərkəzi xəstəxanasına gətirib qəbul şöbəsinə təhvil vermişlər. Hadisə yerində olan zaman həmin vaxt xəstənin yaxınları X4 körpünün üstündə olan vaxt bir nəfər şəxs tərəfindən döyülməsini bildirmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid10 Məhəmməd qızı məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun nəvəsi olmaqla yaşadığı Rusiya Federasiyasından 2019-cu ilin yay aylarında onu görmək üçün Qax rayonu İlisu kəndinə gəlmişdir. xx xxxxxx 2019-cu il tarixdə nəvələri Vüsal və Ayşən, sonuncunun həyat yoldaşı Orxan, həmçinin sürücü Mübariz adlı şəxslə birlikdə sonuncunun idarə etdiyi avtomaşınla əri Müzəffərin qəbrini ziyarət etmək üçün getmişlər. Yolda İlisu kəndi ərazisində “Ulu körpü” adlanan yerdə Mübarizin idarə etdiyi avtomaşınla qarşıdan gələn xarici markalı avtomaşın toqquşaraq sürtünmə baş verdiyindən onlar qorxmuşlar. Bu zaman nəvəsi Vüsal avtomaşından düşərək digər nəqliyyat vasitəsinə tərəf getmiş, onun özü isə hadisə yerinə çatanda bir nəfər şəxsin yerdə uzandığını görmüşdür. Həmin vaxt yerdə uzanıqlı olan şəxsin həmkəndlisi Şükür olduğu ona məlum olmuşdur. Orada olan Şükürün arvadı Tərqanə ona Vüsalla Şükürün mübahisə edərək itələşməsini və sonuncunun yerə yıxıldığını ona demişdir. Onun özü hadisənin necə baş verməsini birbaşa görməmiş, daha sonra Şükür Mahalov xəstəxanaya aparılmışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid11 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə qəbiristanlığa getmək məqsədilə azyaşlı övladı, həyat yoldaşı Ayşən, qaynı Vüsal, sonuncunun nənəsi Məryəmlə birlikdə Şahid7 idarə etdiyi “Vaz 2107” markalı avtomaşınla Qax rayonu, İlisu kəndindən çıxmış, “Ulu körpü” adlanan ərazidə təmir işləri getdiyi üçün yol bir tərəfli işləməsi səbəbindən həmin vaxt qarşı tərəfdən gələn “Mercedes-Benz” markalı, **-ED-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi gözləmədən onların yoluna keçdiyindən yol-nəqliyyat hadisəsi baş vermişdir. Bu zaman qayını Vüsal avtomobildən düşüb körpünün digər hissəsində saxlayan “Mercedes” markalı avtomaşına tərəf getmiş, o, isə övladı ağladığı üçün ilk olaraq orada dayanmış, sonra isə uşağa heç bir şey olmadığından Vüsalın arxası ilə getmişdir. Həmin anda sonuncu ilə “Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsü itələşdiyindən oraya qaçmış, uzaqdan adını sonradan bildiyi Şükürün yerə yıxıldığını görmüşdür. Vüsal Şükürlə düzgün yolla hərəkət etmədiyi üçün mübahisə etmiş, bu zaman əsəbiləşib Şükürü itələməsi nəticəsində sonuncu yıxılaraq başı asfalt örtüyə dəymişdir. Vüsalın yumruqla Şükürə vurmasının şahidi olmamış, hadisədən sonra Vüsalla birlikdə Şükürə kömək etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid12 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində eyni məzmunlu ifadə verərək Şahid11 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 96 MEŞ saylı rəyindən görünür ki, X4 meyitində məhkəmə-tibbi müayinə zamanı aşağıdakı xəsarət və morfoloji dəyişikliklər aşkar edilmişdir; qapalı kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi və sıxılması, baş beyinin travmatik ödemi, sağ gicgah payında hemorragik kontuziya, sağ yarımkürə üzərində kəskin subdural hematoma, travmatik subaraxnoidal qansızma, dislokasion sindrom, sağ gicgah sümüyünün xətti sınığı, sağ gicgah-təpə nahiyəsinin yumşaq toxumalarının əziyi və üzün sol yarısının yumşaq toxumalarının əzilmiş yaraları; keçirilmiş ağır kəllə beyin travması ilə əlaqədar kranioektomiya və subdural hematomanın xaric edilməsindən sonrakı vəziyyət, baş beyin maddəsinin ensefaliti, ödemi; ağciyərlərdə ocaqlı pnevmoniya; sol böyrəkdə irinli nekrotik pielonefrit; alın-təpə nahiyəsinin osteoması. Şahid3 qeyd olunan xəsarətlər - baş beyinin ağır dərəcəli əzilməsi və sıxılması, baş beyinin travmatik ödemi, sağ gicgah payında hemorragik kontuziya, sağ yarımkürə üzərində kəskin subdural hematoma, travmatik subaraxnoidal qansızma, dislokasion sindrom, sağ gicgah sümüyünün xətti sınığı, sağ gicgah-təpə nahiyəsinin yumşaq toxumalarının əziyi və üzün sol yarısının yumşaq toxumalarının əzilmiş yaraları ilə müşaiyət olunan qapalı kəllə beyin travması bərk küt əşyaların təsirindən əmələ gəlmişdirlər, törənmə müddətldəri qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə, ayrı-ayrılıqda üzün sol yarısının yumşaq toxumalarının əzilmiş yaraları şillə ilə vurulma nəticəsində yarana bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik olduğundan dərəcəsi təyin edilmir, digər xəsarətlər isə yıxılma nəticəsində başın sağ təpə-gicgah nahiyəsinin yer örtüyünə çırpılmasından əmələ gələ bilərdilər və dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Şahid3 başının sağ gicgah-təpə nahiyəsinin yer örtüyünə çırpılmasından (dəyməsindən) əvvəl çırpılma sürətini və xəsarətin həcmini artıran «əlavə verilmiş sürətləndirmə» onun sifətinin sol yarısına yetirilən şillə (yumruq) zərbəsi ilə bağlı olmaqla ölümü ilə səbəbli əlaqəsi vardır. Şükür Mahalovun ölümünə səbəb keçirilmiş ağır kəllə beyin travması ilə əlaqədar inkişaf edən beyin maddəsinin ensefaliti və ödemi fonunda sol böyrəyin irinli nekrotik pielonefriti və ağciyərdə pnevmoniya nəticəsində baş vermiş poliorqan çatmamazlığı olmuşdur. Ölüm xx.xx.2019cu il tarixdə, saat 12:00-da Neyrocərrahiyyə Xəstəxanasında baş vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş əlavə məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 01/MEŞ saylı rəyindən görünür ki, X4 meyitində baş beyinin ağır dərəcəli əzilməsi və sıxılması, sağ gicgah payında hemorragik kontuziya, sağ yarımkürə üzərində kəskin subdural hematoma, travmatik subaraxnoidal qansızma, dislokasion sindrom, sağ gicgah sümüyünün xətti sınığı, sağ gicgah-təpə nahiyəsinin yumşaq toxumalarının əziyi və üzün sol yarısının yumşaq toxumalarının əzilmiş yaraları kimi xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin lokalizasiyalarını, xarakterini və əmələgəlmə mexanizmini nəzərə alaraq demək olar ki, həmin xəsarətlər Şahid3 üzünün sol yarısına yetirilən yumruq zərbəsi ilə əlaqədar başın yerin asfalt örtüyünə dəyməsi nəticəsində yarana bilərdilər. X5 hadisə zamanı «qıcolma halı»nın yaranması həm yetirilən yumruq zərbəsi, həm də zərbədən sonra yerə yıxılaraq başın yerin asfalt örtüyünə dəyməsi nəticəsində mümkündür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş komisyon məhkəmətibb eksperizasının xx.xx.2020-ci il tarixli, 65-KEŞ saylı rəyindən görünür ki, birliyin Mərkəzi Ekspertizalar şöbəsi tərəfindən tərtib olunmuşxx.xx.2019-cu il tarixli 96/MEŞ və xx.xx.2020-ci il tarixli 1/MEŞ saylı əlavə məhkəmə-tibb ekspertiza rəylərinin nəticə hissələri təsviri hissələrinə uyğundur. Neyrocərrahlıq X1 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, ona “Qapalı kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi və sıxılması. Baş beyinin travmatik ödemi. Sağ gicgah payında hemorragik kontuziya. Sağ yarımkürə üzərində kəskin subdural hematoma. Travmatik subaraxnoidal qansızma. Dislokasion sindrom. Sağ gicgah sümüyünün xətti sınığı. Sağ gicgah-təpə nahiyəsinin yumşaq toxumalarının əziyi. Üzün sol yarısının yumşaq toxumalarının əzilmiş yaraları” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. X6 təyin edilmiş diaqnoza uyğun olaraq onun üzərində “Sağ alın-təpəgicgah nahiyəsində dekompressiv kranioektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. X6 aparılmış ixtisaslı tibbi yardımlar onun vəziyyətinə uyğun olmuşdur. X4 meyiti müayinə olunmuş və onun ölümünə səbəb “Keçirilmiş ağır kəllə-beyin travması ilə əlaqədar inkişaf edən beyin maddəsinin ensefaliti və ödemi fonunda sol böyrəyin irinli nekrotik pielonefriti və ağciyərdə pnevmoniya nəticəsində baş vermiş poliorqan çatmamazlığı”nın olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. X4 ölümünə səbəb olan beyin maddəsinin ensefaliti, ödemi fonunda sol böyrəyin irinli nekrotik pielonefriti və ağciyərdə pnevmoniya nəticəsində baş vermiş poliorqan çatmamazlığı onun almış olduğu ağır kəllə-beyin travması ilə əlaqədar olmuşdur. X6 aparılmış müayinə və müalicələr Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 14 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstləlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmiş və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarındadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 31 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 09 saylı rəyindən görünür ki, Şahid7 müayinəsi zamanı müəyyən edilmiş xəsarətlər sol bazunun orta 1/3-nün ön səthində 1 (bir) ədəd çapıq toxuma – iti kənar əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2019-cu il tarixdə sınmış şüşənin qırığından törənməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxx 2020-ci il tarixli, 3022 saylı rəyindən görünür ki, “Vaz 2107 markalı, **-BN-***” qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid7 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən nəzərdən tədqiq etməyə lüzum yoxdur. “Mercedes-Benz” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şükür Mahalovun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu tarixdə saat 2130-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qax Rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, xx xxxxx 2020-ci il tarixli qərarı ilə xx xxxx 2020-ci il tarixə kimi uzadılmışdır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Dövlət Miqrasiya Xidmətinin, Şəki regional idarəsinin xx.xx.2019-cu il tarixli, 26/295 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası vətəndaşı olaraq xx.xx.2019-cu il tarixdən Şirvan şəhərində qeydiyyatdadır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Xüsusi Tapşırıq qaydasında Rusiya Federasiyasından daxil olmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Nefteyuqansk şəhəri, 17-ci mkr, ev 2, mənzil 206-da pasport qeydiyyatındadır və ailə üzvləri ilə birgə həmin ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Rusiya Fedrasiyasında cinayət məsuliyyətinə cəlb olunmamış, cinayətə meyli olan şəxslərlə ünsiyyət saxlamır. xx.xx.2014-cü il tarixdə X7 ilə X12-Mansiysk dairəsində qeydiyyata alınmış nikah bağlamışdır. Himayəsində 2015-ci il təvəllüdlü oğlu Nuran Musayev və 2016-cı il təvəllüdlü qızı Dəniz Musayeva vardır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Məhkəmə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli ittiham olunduğu CM-in 126.3-cü maddəsindən həmin Məcəllənin ehtiyatsızlıqdan adam öldürməni nəzərdə tutan 124.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, şəxsin cinayəti təqsirli olaraq törətməsi onu törətdiyi əməlin obyektiv əlamətlərini dərk edib-etməməsi, əgər dərk etmirsə dərk etməli olub-olmamsında ifadə olunur. Şəxs əməli təqsirin qəsd formasında törədirsə onda o, öz əməlinin bütün obyektiv əlamətlərini (hərəkət, hərəkətsizlik, ictimai-təhlükəli nəticə və s.) dərk edir. Əgər şəxs öz əməlinin obyektiv əlamətlərindən hər-hansı birini dərk etmirsə onda onun əməlində qəsd istisna olunur və bu zaman artıq şəxsin həmin obyektiv əlaməti dərk etməli olub-olmadığı araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Şükür Mahalovu həyatdan məhrum etmək fikri olmamış, ümumiyyətlə o, Şükür Mahalova yumruqla vurub zərbə endirərkən sonuncunun yerə yıxılaraq başının asfalta dəyməsi nəticəsində ağır dərəcəli bədən xəsarəti almasını və bunun nəticəsində həyatdan məhrum oluna biləcəyəni dərk etməmişdir. Onun niyyəti ancaq Şükür Mahalovu yumruqla vuraraq xəsarət yetirmək olmuşdur ki, həmin zərbə zamanı Şükür Mahalov sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan bədən xəsarəti almışdır. Təqsirləndirilən şəxs yetirdiyi yumruq zərbəsinin nəticəsində Şükür Mahalovun yerə yıxılaraq ağır dərəcəli bədən xəsarəti alması imkanını qabaqcadan görməsi və həmin nəticəni arzu edərək şüurlu şəkildə buna yol verməsi halında onun CM-in 126.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunması mümkündür ki, iş üzrə də bu cür hallar müəyyən olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Şükür Mahalova bilavasitə şillə və yumruq vuraraq yetirdiyi xəsarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olmuşdur və onun Şükür Mahalovu zərbə ilə vurarkən sonuncunun yerə yıxılaraq başının asfalt örtüyünə dəyib ağır dərəcəli bədən xəsarəti almasından ibarət nəticələrin baş verməsini görməli və görə bilməli olduğu halda həmin nəticələrə ehtiyatsızlıqdan yanaşaraq onları görməmişdir. Məhkəmə belə bir nəticəyə gələrkən həmçinin Təqsirləndirilən şəxs hadisədən bilavasitə sonrakı davranışını da nəzərə alır. Belə ki, hadisə şahidləri də ifadələrində Təqsirləndirilən şəxs Mahal Şükürova zərbə vuraraq sonuncunun yerə yıxılmasından sonra zərərçəkmişə yardım göstərdiyini, sonuncunun X26 avtomaşını ilə xəstəxanaya yola salınmasına köməklik etdiyini göstərmişlər. Bütün bu hallar bir daha Təqsirləndirilən şəxs Şükür Mahalova qəsdən ağır bədən xəsarəti yetirmək niyyətində olmadığını təsdiq edir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilməsi haqqında Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasına dair Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarında da məhkəmə belə bir nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qəsdən Şükür Mahalova ağır xəsarət yetirməmiş, Təqsirləndirilən şəxs yalnız Şükür Mahalovu maşınların toqquşması ilə bağlı həyəcanlı vəziyyətdə olarkən özündən asılı olmadan qəsdən itələmiş və onun yerə yıxılıb ağır xəsarət ala biləcəyini, nəticədə ehtiyatsızlıqdan bunun Şükür Mahalovun ölümünə səbəb olacağını görə bilməli olduğu halda görməmişdir. Bu əməl isə yalnız Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə tövsif edilə bilər. Göründüyü kimi məhkəmə nəzarəti qaydasında qətimkan tədbirinin seçilməsi məsələsinə baxan Apelyasiya instansiyası məhkəməsi də mövcud sübutlar əsasında Təqsirləndirilən şəxs əməlində CM-in 124.1-ci maddəsinin tərkib əlamətlərinin olması qənaətinə gəlmişdir. Bundan başqa məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ümumiyyətlə Şükür Mahalovu vurmaması, sonuncunu ancaq itələməsini göstərməsini özünü müdafiə kimi qiymətləndirir. Məhkəmənin belə nəticəyə gəlməsinə hadisə zamanı orada olan şahidlərin ifadəsi, məhkəmə tibb ekspertizasının rəyi və işdə olan digər sübutlar təsdiq edir. Odur ki, Təqsirləndirilən şəxs əməli CM-in 124.1-ci maddəsinə tövsif edilməklə o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona CM-in 124.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və cəzanı ağırlaşdıran hal olmamasını nəzərə alaraq CM-nin 60-cı maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın müddəti həmin maddənin sanksiyasının yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən yuxarıda sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, CM-in 69.3-cü maddəsinə əsasən xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət və xx xxxxxx 2019-cu il tarixdən həbsdə olduğu müddət ona təyin olnacaq cəzadan çıxılmalı, CM-in 56.1.1-ci maddəsinə əsasən o təyin olunan azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə ediləsi əmlak yoxdur. İş üzrə məhkəmə məsrəfi olan 109 AZN (yüz doqquz manat) ekspertiza xərciTəqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1, 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün və xx xxxxxx 2019-cu il tarixdən həbsdə və ev dustaqlığında olduğu 09 (doqquz) ay, 18 (on səkkiz) gün müddət ona təyin olunacaq cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il, 02 (iki) ay, 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı andan hesablansın, cəzaçəkmə yerinə çatdırılması və təhvil verilməsi qeydiyyatda olduğu Şirvan şəhər İcra və Probasiya bölməsinə həvalə edilsin. İş üzrə məhkəmə məsrəfi olan 109 AZN (yüz doqquz manat) ekspertiza xərciTəqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə X22 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Bilal Məmmədov Rəşid Hüseynov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar