Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-101/2023 24.05.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, X9 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxslərin müdafiəçiləri – Şəki Regional Vəkil Bürosunun vəkilləri X19 və X12 iştirakı ilə, xx.xx.1983-cü ildə Zərdab rayonunun Körpükənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Zərdab rayonunun Körpükənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 29, 144.3 və 177.2.1ci maddələri, xx.xx.1986-cı ildə Zərdab rayonunun Körpükənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Zərdab rayonunun Körpükənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 isə CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 ona görə CM-in 29, 144.3-cü maddəsilə məhkəməyə verilmişdir ki, o xx.xx.2022-ci il tarixdə, saat 16:20 radələrində Zərdab rayonunun Körpükənd kəndində, həmin kənd sakini Şahid1 yaşadığı evin yaxınlığında həmkəndlisi, yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 zorla, iradəsinə zidd olaraq qarnından qucaqlayıb əlləri ilə ağızından tutaraq yaxınlıqda yerləşən yulğunluq istiqamətində aparmaq istəyərkən Zərdab rayonunun Körpükənd kənd sakini Şahid1 gəlməsini görüb Zərərçəkmiş şəxs1 buraxaraq oradan qaçmağa başlamış və bununla da iradəsindən asılı olmayan səbəbdən əməlini başa çatdıra bilməyərək adam oğurluğuna cəhd göstərmişdir. Bundan başqa, o xx.xx.2022-ci il tarixdə, saat 22:30 radələrində tanışı xx.xx.1986-cı il təvəllüdlü Zərdab rayonunun Körpükənd kənd sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərdab rayonunun Körpükənd kəndində Zərərçəkmiş şəxs2 məxsus yaşadığı evdən 25 metr məsafədə Kür çayının sol sahilində yerləşən bir ədəd 130 manat dəyərində “Schıche” markalı su matorunu oğurlamış, yəni gizli olaraq talamış, beləliklə CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyasının iclasında ifadə verən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 əmisi nəvəsidir. Dükandan gələn zaman yolda uşağın qolundan tutaraq kimin qızı olduğunu soruşmuşdur, başqa heç bir niyyəti olmamışdır. Həmin küçədə bir neçə dəfə oğurluq hadisəsi baş vermiş, buna görə onu təqsirli bilmişlər. Su matoru oğurlamasını etiraf edir. Çünki, Şahid4la birlikdə yeyib-içən zaman Yusif ona bir yerdə su matoru olduğunu, həmin matoru istədiyini bildirmiş, o da gətirə biləcəyini demişdir. Su matorunu oğurlamağa kömək üçün Təqsirləndirilən şəxs2 o, dəvət etmişdir. Hadisənin səhəri gün Zərərçəkmiş şəxs2 özünə aid olan su matorunu axtaranda, matorun ona aid olduğunu bilmiş və həmin matoru Zərərçəkmiş şəxs2 qaytarmışdır. Hazırda Zərərçəkmiş şəxs2 ondan şikayətçi deyil. Daha sonra Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ancaq söz soruşmuşdur, ancaq əllərilə ağızıı tutub, qucağına almamışdır. Zərərçəkmiş şəxs1 oğurlmağa çalışmamış, sadəcə söz soruşmuşdur. Raziyədən söz soruşmuşdur, başqa niyyəti olmamışdır, bu əməldə təqsirli deyil. Raziyə ilə düşmənçiliyi yoxdur. CM-in 29, 144.3-cü maddəsi ilə təqsirli deyil, amma CM-in 177.2.1-ci maddəsi ilə özünü təqsirli bilərək əməlini etiraf edir. Təqsirləndirilən şəxs2 su matorunu götürmək üçün o dəvət etmişdir. Şahid4 onlara 40 manat pul vermişdir. O, su matorunu götürən zaman içkili olmuşdur. İbtidai istintaq zamanı onu döyüb, təzyiq etmişlər. İbtidai istintaq zamanı vəkili olmamışdır, məhkəmədə vəkili olmuşdur. Məhkəmə qarşısına çıxarılmış, amma məhkəmədə döyülməsilə bağlı heç nə deməmişdir. Döyülməsilə bağlı penitensiar müəssisəyə gətirildikdən sonra həkimlərə demişdir. İbtidai istintaqda verdiyi ifadəni qəbul edir və təsdiqləyir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, CM-in 29, 144.3 və 177.2.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. X13 əmisi Şakirin arvadı, Zərərçəkmiş şəxs1 isə nəvəsidir. xx.xx.2022-ci il tarixdə qardaşı Hüseynlə evdə 250 qramlıq araq içmişdir. Daha sonra isə həmkəndlisi Fərid adlı şəxsin mağazasından 700 qramlıq araq alıb evdə narla içmiş və sərxoş olmuşdur. Zərərçəkmiş şəxs1 qucaqlayıb ağızıdan tutaraq aparmaq istəməyi yadına gəlmir. Sərxoş olduğundan həmin hadisəni xatırlamır. Həmçinin, əvvəllər Zivər və ailəsi ilə aralarında heç vaxt narazılıq olmamışdır. Konkret olaraq heç yerdə işləmir, fərdi şəkildə günəmuzd fəhləlik edir. İçkiyə meyilli bir adam olub, fəhləlik edib adamlara ot yığır və yorğunluğu çıxsın deyə, spirtli içki qəbul edir. Dəqiq tarixi yadında olmasa da, təxminən may ayının ilk günü, saat 12-13 radələrində həmkəndlisi Yusiflə Kür çayının bəndinin üstündə rastlaşmışdır. Həmin vaxt Yusif ona öz həyətinə Kür çayından su çəkmək istədiyini və bunun üçün ona su matoru lazım olduğunu demişdir. Yusif ondan su matoru tapıb gətirə bilib-bilməyəcəyini soruşaraq, əgər gətirsə 40 manat pul verəcəyini bildirmişdir. O isə Yusifə “tapa bilərəm” demişdir. Təxminən 20 gün bundan əvvəl, yəni may ayının əvvəlində, axşam saat 19 radələrində həmkəndlisi və yaşadığı Zərdab rayonunun Körpükənd kəndində yerləşən evin çəpər qonşusu Təqsirləndirilən şəxs2 ilə Kür çayının sol sahilinə daşqınlardan qorunması üçün çəkilmiş bəndin üstündə istirahət etmişlər. Belə ki, hər ikisi elə torpağın üstündə oturaraq evdən özləri ilə gətirdikləri yeməkləri yemiş və yeməklə bərabər spirtli içki də qəbul etmişlər. Kənanla ikisinə bir şüşə 700 qramlıq araq içmişlər. O, həmin zaman Kənana “Yusif deyir su matoru lazımdır, ona tapıb versə 40 manat pul verəcək” demişdir. O, Kənanla yeməyə davam edən zaman həmkəndlisi və tanıdığı, özünə su matoru lazım olduğunu bildirən Şahid4 onun mobil telefonuna zəng edərək evlərinə çağırmışdır. O, Kənana bəndin üstündə onu gözləməyi deyərək, Yusifin yaşadığı evə yollanmışdır. Yusifin yaşadığı evə çatanda, Yusif onu süfrəyə çağırıb, birlikdə spirtli içki içməyə dəvət etmişdir. Yusiflə birlikdə 500 milliqramlıq araq şüşəsində olan arağı tam şəkildə içmişlər. Yusif həmin vaxt ona yenidən Kür çayından həyətə su vurmaq üçün su matoru gətirməsini demişdir. O isə cavabında təkrarən “taparıq” demişdir. Aradan təxminən 15-20 dəqiqə keçdikdən sonra Yusifin yaşadığı evdən çıxmışdır. Kənanın gözlədiyi yer, yəni “bəndüstü” adlandırdığı yer yaxınlıqda olduğundan, özü ilə bir çay stəkanında, təxminən 150 milliqram araq aparıb Kənana vermiş və Kənan onun verdiyi arağı içmişdir. O, Kənana “Yusif su matoru gözləyir, tapmaq lazımdır” demişdir. Kənd ərazisində su qıt olduğundan, Kür çayının yaxınlığında yaşayan kənd sakinlərinin suyu həmin çaydan su matoru qoşmaqla evlərinə apardıqlarını əvvəlcədən bilmişdir. Bu zaman o, Kənana “gəl elə keçib qıraqdakı su matorlarından birini götürək” demiş və Kənan onun bu təklifi ilə razılaşmışdır. Onlar xx.xx.2022-ci il tarixdə, axşam saat 22:30 radlərində birlikdə bəndin üstündən Kür çayının sahilinə düşmüş və bağa bənzəyən yerin çəpərini keçib, daha da irəli getmişlər. O, Kür çayının sahilinə çatdıqda, çaya doğru su borusu və elektrik xəttinin uzandığını görmüşdür. Ətrafa biraz baxdıqdan sonra çayın sahildən çaya sallanan ağacın budağından su matoru asıldığını görmüşdür. O, özü qabağa keçib əli ilə matorun ipini kəsməsi üçün çaya sallanan budaqdan digər əli ilə tutmuşdur. Kənan ona ipi və naqili kəsmək üçün özündə olan cib bıçağını vermişdir. Bununla bərabər Kənana ipi kəsdikdən sonra su matorunu çayın axını aparmasın deyə su matoruna qoşulan borunu tutub saxlamasını demişdir. Kənan da əyilərək su matoruna qoşulan borunu tutmuşdur. O, Kənanın ipi kəsmək üçün verdiyi cib bıçağı ilə ipi və elektrik naqilini kəsmişdir. Sonra su borusu bərk olduğu üçün birlikdə güc gələrək su borusunu burub qırmış və su matorunu birlikdə əllərinə alaraq bəndin üstünə qayıtmışlar. Onlar su matorunu götürdükləri yerdən Yusifin yaşadığı evə qədər olan məsafə, təxminən 400-500 metr olmuşdur. Kənanla növbə ilə su matorunu əllərinə alıb Yusifin yaşadığı evin küçəsinin baş tərəfinə qədər gətirmiş və qalan 100 metr məsafəni isə özü, təkcə Yusifin həyət qapısına aparmışdır. Onlar matoru gətirib Yusfin evinə çatanda, saat 23 radələri olmuşdur. O, Yusifin telefonuna zəng edib yola çağırmış, Yusif gəlib onları həyətinə keçmiş və orada götürdükləri su matorunu Yusifə vermişdir. Əvvəlcədən razılaşdıqları kimi, Yusifdən verəcəyi məbləği istəmiş, lakin Yusif ona 10 manat manatlıq pul əsginası vermişdir. O, qalan 30 manatı Yusifdən istədikdə, Yusif “indi yoxumdu, sonra verərəm” demişidr. 10 manatı alıb Kənanın yanına gəlmiş və həmin pulla mağazadan 5 manata bir şüşə araq və qalan pula da siqaret alıb yenə də, Kür çayının bəndinin üstünə gəlmişlər. Həmin arağı da əvvəldən qalmış qalıq yeməkləri ilə içmişlər. Yemək yedikdən və aldıqları arağı içib qurtarandan sonra hər ikisi evlərinə getmişlər. Səhəri gün Yusifə zəng edib, “30 manat qalıb, onu da ver bizə, araq, siqaret alasıyıq” demişdir. Yusif də “Zabitin mağazasına deyəcəm, gedin oradan araq və siqaret götürün” demişdir. O, Kənanla birlikdə kənd ərzisində Zabit adlı şəxsin işlətdiyi mağazaya getmiş və mağazadan 5 manatlıq araq və hərəsinə bir ədəd olmaqla, iki ədəd siqaret almışlar. Kənanla birlikdə həmin arağı içmişlər. Səhəri gün yenə Yusifə zəng edərək, qalıq qalmış 20 manatı istəmişlər. Bu dəfə Yusif Gülnarənin işlətdiyi mağazaya zəng edib demişdir. O, Kənanla birlikdə gedib mağazadan bir şüşə araq və hərəsinə bir siqaret götürmüşlər. xx.xx.2022-ci ildə, o, Yusiflə birlikdə ot yığanda qalıq qalmış pulu istəmişdir. Yusif ona beş manat pul verərək “bununla da artıq 40 manat oldu, qurtardıq” demişdir. İlk dəfə oğurluq etdiyini və törətdiyi əməldən peşman olduğunu bildirmişdir. İşdən göründüyü kimi, Təqsirləndirilən şəxs1 CM-in həm 29, 144.3-cü, həm də 177.2.1ci maddəsilə təqsirləndirilir. Ona görə məhkəmə kollegiyası hesab edir ki, onun hər bir əməlinə ayrıca hüquqi qiymət verilməli, ona qarşı irəli sürülən hər bir ittihamda təqsirlilik məsələsi ayrıca təhlil edilib qiymətləndirilməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadəsini dinləyib, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1-ci madəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər, əməllərində cinayət tərkibi vardır. Onların bu cinayət əməlləri məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Təqsirləndirilən şəxslər törətdikləri bu cinayət əməllərində özlərini təqsirli bilmiş, etirafedici ifadələr verərək, törətdikləri əməldən peşmançılıqlarını ifadə etmiş və müdafiələri üçün heç bir dəlil gətirməmişlər. Lakin Təqsirləndirilən şəxs1 özünü CM-in 29, 144.3-cü maddəsilə təqsirli bilməmiş, Zərərçəkmiş şəxs1 qarşı başqa niyyətinin olmamasını, xx.xx.2022-ci il tarixdə qardaşı Hüseynlə evdə 250 qram araq içdiyini, sonra isə həmkəndlisi Fərid adlı şəxsin mağazasından 700 qramlıq araq alıb evdə narla içərək sərxoş olduğunu, Zərərçəkmiş şəxs1 qucaqlayıb ağızıdan tutaraq aparmaq istəməsinin yadına gəlmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə kollegiyasının iclasında ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrin doğru olmasını təsdiq etməsindən çıxış edən məhkəmə kollegiyası, bu ifadələrin doğruluğuna inanır və bu ifadələri ona CM-in 29, 144.3-cü maddəsilə irəli sürülən ittihamın sübuta yetməməsi barədə gəldiyi qənaətinin əsasına qoyur, çünki bu ifadələr Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun əldə edilmiş, ardıcıl və məntiqlidir, Zərərçəkmiş şəxs1 və Şahid1 ifadələri ilə uzlaşır, iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Belə ki, Zərərçəkmiş şəxs1 məhkəmə kollegiyasının iclasında ifadə verərək bildirmişdir ki, ingilis dili hazırlığından qayıdanda, yolda “şəhidlər bulağı” adlandırılan yerdə, Məmməd durmuşdur. Daha sonra Məmməd arxasınca gəlməyə başlamışdır. Ona yaxınlaşaraq kim olduğunu və atasının adını soruşmuşdur. O, Məmmədi görüb qışqırmış, Məmməd isə əli ilə ağızıı tutmuş və onu yulğunluğa tərəf aparmaq istəmişdir. O, Məmmədin əlini dişləməyə cəhd etmişdir. Daha sonra Məsudin qapıdan çıxmış və Məmməd onu görüb qaçmışdır. O, baş verənləri Məsudinə danışmışdır. Daha sonra zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Məmməd arxasınca biraz yol gəlmişdir. Məmməd əlilə ağızıı tutduğu üçün onun əlini dişləmək istəmiş, amma tam dişləyə bilməmişdir. O, qorxusundan qışqırmışdır. Məmməd onu yulğunluğa sürümək istəmiş, amma o, getmək istəməmişdir. Məmməd ondan adını və atasının adını soruşmuşdur. Səsinə Məsudin çıxmışdır. Məmməd Məsudini görəndə qaçıb getmişdir. Məmməd onu yulğunluğa tərəf təxminən 2-3 metr aparmışdır. Ancaq qucağına götürməmişdir, ayağı yerdə olmuşdur. Məmmədi tanıyır, ancaq evlərində qonaq kimi görməmişdir, qohumluqları yoxdur. Qonşularının evinə gəlib-getmişdir. Hadisədən əvvəl Məmməd onunla söhbət etməmişdir. Yulğunluq onların evindən uzaqdır. Məmmədin onun ağızıı tutduğu yerlə yulğunluq arasında olan məsafə təxminən 200 metr olar. Yulğunluq tərəfdə Məsudingilin evləri var. Məmməd ona başqa heç nə deməmişdir. O, çönüb arxaya baxanda hələ də Məmmədin gəlməkdə davam etdiyini görmüşdür. Məmmədlə aralarında məsafə çox az olmuşdur. Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə (İ cild, iş vər. 83-84) istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı da demiş, Təqsirləndirilən şəxs1 isə həmin vaxt sərxoş olduğu üçün hadisəni xatırlamadığını bildirmişdir. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, 03 noyabr 2022-ci il tarixdə, saat 16:15 radələrində heyvanları evə gətirmək üçün yaşadığı evdən çıxıb, örüş sahəsinə getmişdir. Həyətin içərisində olan zaman möhkəm qışqırıq səsi eşitmişdir. Həmin səsin uşaq səsi olması hiss olunmuşdur. Həyətin əl qapısını açıb çölə çıxmışdır. O, küçəyə tam çıxdıqda, arxası onun tərəfə olan bir şəxsin kimisə tutduğunu görmüşdür. Həmin şəxs ya qapının açılıb-bağlanma səsini eşidib ya da onun üzünü görüb deyə, uşağı buraxmış və arxaya dönmədən üzü əks istiqamətə doğru getməyə başlamışdır. Onun qapıdan küçəyə çıxması ani olduğundan, həmin şəxsin qapının səsinə reaksiyası ona nisbətdə gec olmuşdur. O, həmin adamın kənd sakini Təqsirləndirilən şəxs1 olduğunu bilmişdir. Məmmədi həmkəndlisi olduğu üçün tanıyır. Həmin zaman uşağın qonşusu olan azyaşlı Raziyə olmasını görmüşdür. Raziyə ağlayaraq onun üzərinə gəlmişdir. O, nə olduğunu tam anlamadan “o, neyləmək istəyirdi?” deyə sual vermiş, Raziyə isə ağlayaraq “ağızmdan tutub məni yulğunluğa tərəf aparmaq istəyirdi” demişdir. Bundan sonra o, Məmmədin arxası ilə qaçıb çağırmış, lakin Məmməd cavab verməmiş və qaça-qaça getmişdir. Bundan sonra velosipedini götürüb Məmmədin arxası ilə getmiş, lakin tapa bilməyərək geriyə qayıtmışdır. Şahid daha sonra ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, çölə çıxanda Məmmədin arxası ona tərəf olmuşdur və başa düşmüşdür ki, o, Raziyəni tutub. Məmmədi arxadan görmüşdür, amma əmindir ki, həmin şəxs Məmməd olmuşdur. Raziyə ona baş verənləri danışdıqdan sonra Məmmədi səsləmişdir ki, dayansın, lakin o, getmişdir. Raziyəni buraxandan sonra o, iti addımlarla getmiş, Raziyə ona olanları danışdıqdan sonra isə qaçmağa başlamışdır. İstintaq zamanı Məmmədlə arasında üzləşmə olmuş və üzləşmə zamanı birinci dəfə Məmməd olanları inkar etmiş, sonra isə həmin zaman içkili olduğunu bildirərək, baş verənləri xatırlamadığını bildirmişdir. Məhkəmədə dediklərini üzləşmə zamanı da demişdir. Məmmədin Raziyənin harasından tutmasını dəqiq deyə bilmir, Məmmədi səsləyəndə ona tərəf baxmamışdır. Həyətdə olanda qışqırıq səsləri eşitmiş və çölə çıxanda Məmmədin Raziyəni qucaqladığını və Raziyənin Məmmədin önündən sumkasını fırlayaraq Məmmədin əlindən çıxdığını görmüşdür. Həmin vaxt Məmmədin arxası ona tərəfə olmuşdur. Məmmədlə arasında olan məsafə 70 metr ola bilərdi. Raziyə ilə Məmmədin qohum olmasından və onların gediş-gəlişlərinin olmasından məlumatı yoxdur. Məmmədi həmkəndli kimi tanıyır, onun həyat tərzi sərxoşluqla keçirir. Təqsirləndirilən şəxs1la Şahid1 arasında üzləşdirmə (İİ cild, iş vər. 53) istintaq hərəkəti keçirilmiş və o, ifadəsində bildirdiklərini Təqsirləndirilən şəxs1 üzünə demiş, Təqsirləndirilən şəxs1 isə həmin tarixdə sərxoş olması səbəbi ilə hadisəni xatırlmadığını bildirmişdir. Eyni zamanda, məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid3 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində qardaşı Məmmədlə kənd ərazisində yaşadığı evdə yemək yeyib, araq içmişlər. Daha sonra kafedə adama bir bakal pivə içmişlər. Məmmədi və yanlarında olan 14 yaşlı oğlu Öməri evə yola salmaq istəmişdir. Həmin vaxt yoldan qohumu olan azyaşlı Raziyə gəlib keçmişdir. Biraz sonra Məmməd uşağın arxası ilə getmişdir. Məmməd küçəyə dönməmiş asfaltda olan zaman Məmmədin uşağı qucaqlayıb öpdüyünü görmüşdür. Daha sonra isə uşaq küçəyə dönmüşdür. O, yenidən kafeyə girmiş, bir qədər sonra isə kafedə olan şəxslər ona yaxınlaşaraq Raziyənin nənəsinin Məmmədi axtardığını, uşağı qorxutduğunu demişlər. O da kafedən çıxıb Məmmədin yaşadığı evə getmişdir. Məmmədi evdə görüb bu barədə soruşmuş, Məmməd isə ona “uşaq kövrəlmişdi, mən də qucaqladım, dedim ki, əmim nəvəsisən, adım da Məmməddir” demişdir. Daha sonra ona ünvanlanan suallara cavab olaraq şahid bildirmişdir ki, Məmmədin Raziyəni hara çəkib aparmasını görməmişdir. Hadisə yerindən bütün ətraf aydın görünür, belə hadisə baş verməmişdir. Qardaşı içkili vəziyyətdə uşağın üzündən öpdüyünə görə, bunlar baş vermişdir. Hadisə yerində Məsudini görməmişdir. Məmmədin getdiyi yolla Məsudingilin küçəsinin arasında olan məsafə təqribən 250 metr, o olduğu yerdən isə Məmmədin arasında olan məsafə 300 metr ola bilər. Qardaşı Raziyəyə heç nə etməmişdir. Araq və pivəni qardaşı Məmmədlə birlikdə içmişlər. İşi üzrə Şahid3la Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə (İ cild, iş vər. 213-214) istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs1 ilə Şahid3 ifadələrində qeyd etdiklərini bir-birilərinin üzünə demişlər. İşi üzrə Şahid3la Şahid1 arasında üzləşdirmə (İ cild, iş vər. 215-216) istintaq hərəkəti keçirilmiş və Şahid1 ilə Şahid3 ifadələrində qeyd etdiklərini bir-birilərinin üzünə demiş, Şahid1 Şahid3 hadisə vaxtı orada olmadığını bildirmişdir. Bundan başqa, məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə kənd ərazisində ingilis dilindən zəif olduğu üçün hazırlığa getmişdir. O, həmin gün nəvəsini hazırlıqdan gətirməyə gedə bilməmişdir. Daha sonra nəvəsi hazırlıqdan çıxmış və evə doğru gəlmişdir. Raziyə şəhidlər üçün tikilən abidənin yanından keçib, evin yerləşdiyi küçəyə tərəf döndükdən sonra Təqsirləndirilən şəxs1 onun arxası ilə gəlməyə başlamışdır. Raziyə bir neçə dəfə yolunu sağa və sola tərəf çəkmiş, lakin Məmməd onu ötüb keçməmişdir. Məsudinin yaşadığı evin qarşısına çatmağa az qalmış, Məmməd Raziyənin qarşısını kəsmişdir. Raziyədən kimin qızı olduğunu soruşmuşdur. Raziyə Eşqinin qızı olduğunu dedikdə, Məmməd adını soruşmuşdur. Raziyə də adını demişdir. Yoluna davam etmək istəyən zaman Məmməd Raziyəni arxa tərəfindən qucaqlayaraq yulğunluq tərəfə dartmışdır. Bu zaman Raziyə qışqırmış, Məmməd isə sağ əli ilə Raziyənin ağızıı tutmaq istəmişdir. Raziyə Məmmədi dişləməyə çalışmışdır. Məsudin səsi eşidib küçəyə çıxmış, Məmməd Məsudinin küçəyə çıxmasını görüb Raziyəni buraxmış və sonra qaçmağa başlamışdır. Məsudin Məmmədin arxası ilə qaçmış, lakin tuta bilməmişdir. Raziyə bütün bunları ağlaya-ağlaya evə gəlib onlara danışmışdır. Məhkəmədə danışdıqlarını nəvəsi Raziyə ona demişdir, o, hadisə zamanı orda olmamışdır. Raziyə ağlaya-ağlaya evə girmiş və ondan nə baş verdiyini soruşanda, “nənə, mən bir daha hazırlığa getməyəcəm, Məmməd məni yolda tutub yulğunluğa aparmaq istəyirdi” dedi. Məmmədin niyə belə hərəkət etməyinin səbəbini bilmirəm. Onların ailəsi ilə gedişgəlişimiz olmayıb. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 185 nömrəli rəyininin nəticə hissəsində göstərilmişdir ki, 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində xx.xx.2022-ci il tarixə uyğun xəsarət izləri aşkar edilmədi. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 07 fevral 2023-cü il tarixli raportdan müəyyən edilir ki, cinayət işinin istintaqını aparan müstəntiq Süleyman Süleymanovun 04 noyabr 2023-cü il tarixli əməliyyat tapşırığına cavab olaraq bildirilmişdir ki, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 03 noyabr 2022-ci il tarixdə, saat 16:20 radələrində həmkəndlisi, xx xxxx 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 zorla qarnından qucaqlayıb, əllərilə ağızıdan tutaraq yaxınlıqda yerləşən yulğunluq istiqamətində aparmaq istəmiş, lakin həmkəndlisi Şahid1 gəlməsini görüb, Zərərçəkmiş şəxs1 buraxaraq oradan qaçmağa başlamışdır. Həmçinin, MəTəqsirləndirilən şəxs1 bu əməli törədərkən məqsədinin nə olmasını müəyyən etmək mümkün olmasa da, həmin vaxt sərxoş olması müəyyən edilmişdir. Eyni zamanda, Körpükənd kəndi ərazisində qeyd olunan ünvana yaxın ərazidə yerləşən ünvanlarda kameraların olmaması səbəbindən görüntülərin əldə olunması mümkün olmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 ona görə CM-in 29, 144.3-cü maddəsilə ittiham irəli sürülmüşdür ki, o, Zərdab rayonunun Körpükənd kəndində, həmin kənd sakini Şahid1 yaşadığı evin yaxınlığında həmkəndlisi, xx.xx.2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 zorla, iradəsinə zidd olaraq qarınından qucaqlayıb, əlləri ilə ağızıdan tutaraq yaxınlıqda yerləşən yulğunluq istiqamətində aparmaq istəyərkən Zərdab rayonunun Körpükənd kənd sakini Şahid1 gəlməsini görüb, Zərərçəkmiş şəxs1 buraxaraq oradan qaçmağa başlamış və bununla da iradəsindən asılı olmayan səbəbdən əməlini başa çatdıra bilməyərək adam oğurluğuna cəhd göstərmişdir. Təqsirləndirilən şəxs1 ilk dəfə 04 noyabr 2022-ci il tarixdə izahat verərkən (İ cild, iş vər. 13) bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə nahar vaxtı qardaşım Şahid3 ilə yemək yeyərkən ikimiz birlikdə 0,250 litr içdikdən sonra kəndimizdə mağazası olan Fərid adlı şəxsdən 0,700 litr arağı alıb özüm tək həyətdə nar yeyə-yeyə işdiyim üçün piyan olmuşdum. Buna görə də həmin gün saat 16:20 radələrində Körpükənd kəndində, küçədə əmim Şakirin azyaşlı nəvəsi Raziyəyə qarşı nə etdiyim sərxoş olduğumdan yadımda deyil. O, həmin gün saat 18:40-dan 19:00-dək şübhəli şəxs (İ cild, iş vər. 41-42) qismində, 05 noyabr 2022-ci ildə, saat 16:10-dan 17:00-dək (İ cild, iş vər. 81-82) isə təqsirləndirilən şəxs qismində ifadə verəndə də bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə qardaşım Hüseynlə evdə 250 qramlıq araq içmişdik. Daha sonra isə həmkəndlim Fərid adlı şəxsin mağazasından 700 qramlıq araq alıb evdə nar ilə içdim və sərxoş oldum. Zərərçəkmiş şəxs1 qucaqlayıb ağızıdan tutaraq aparmaq istəməyim yadıma gəlmir. Sərxoş olduğumdan həmin hadisəni xatırlamıram. Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs1 arasında 05 noyabr 2022-ci il tarixdə, saat 16:15-dən 16:40-dək davam edən üzləşdirmə istintaq hərəkəti zamanı da Təqsirləndirilən şəxs1 ona verilən suala cavab olaraq bildirmişdir ki, istintaqa verdiyim ifadəmi təsdiq edirəm. Həmçinin, bildirmək istəyirəm ki, mən sərxoş olmuşam, həmin hadisəni xatırlamıram. 05 noyabr 2022-ci il tarixdə Zərdab Rayon Məhkəməsində qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılarkən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin gün sərxoş olduğundan olanları xatırlamır. Qeyd olunanlarla bərabər, o, məhkəmə kollegiyasının iclasında ifadə verdikdən sonra da bildirmişdir ki, istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 CM-in 29, 144.3-cü mаddəsi ilə təqsirləndirilməsinə dair ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşa bilmir və hesab edir ki, təqsirləndirilən şəxsin hadisə vaxtı sərxoş vəziyyətdə olmasına dair dəlillər üzrə müfəssəl hüquqi qiymətləndirmə aparılmalı, Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülən ittihamlar üzrə təqsirli olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən məsələyə aydınlıq gətirilməlidir. Bu ittihamla razılaşa bilməyən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində isə deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Əvvəlcə qeyd olunmalıdır ki, cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM-in 21-ci maddəsi) şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi (CPM-in 33-cü maddəsi) sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə faktların müəyyən edilmiş sayılması üzrə nəticələrini həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan, tam, hərtərəfli və obyektiv yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələrinin tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Bu normalarla və məhkəmə kollegiyasının mülahizələri ilə müqayisə etməklə təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham yoxlandıqda, həmin ittihamın əsaslı olması müəyyən olunmur. Belə ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi əməl CM-in 29, 144.3-cü maddəsinin dispoziyasında “Adam oğurluğu (iki və ya daha çox şəxs barəsində törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə; tamah məqsədi ilə və ya sifarişlə törədildikdə) bu Məcəllənin 144.1 və 144.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda” kimi formulə edilmiş, yəni qanunverici adam oğurluğunu birbaşa qəsdən törədildikdə cinayət məsuliyyətinə səbəb olan əməl kimi təsbit etmişdir. CM-in 25.1-ci maddəsinə əsasən, birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət vəya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur (CM-in 25.2-ci maddəsi). Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur (CM-in 25.3-cü maddəsi). Göründüyü kimi, Təqsirləndirilən şəxs1 CM-in 29, 144.3-cü maddəsilə təqsirləndirildiyi üçün CPM-in 139-cu maddəsinə əsasən, bu əməlin CM-in 25.2-ci maddəsində təsbit edilmiş birbaşa qəsdi xarakterizə edən zəruri əlamətləri, yəni Təqsirləndirilən şəxs1 zərərçəkmiş Zərərçəkmiş şəxs1 oğurlamağı qabaqcadan görüb bunu arzu etməsi və yaxud CM-in 25.3-cü maddəsində dolayı qəsdi xarakterizə edən zəruri əlamətləri, yəni Zərərçəkmiş şəxs1 oğurlamağı arzu etməsə də, həmin nəticəni (əməlinin adam oğurluğu ilə nəticələnə biləcəyini) qabaqcadan görməsi və bu nəticənin baş verməsinə şüurlu surətdə yol verməsi baxılan işin sübut etmə predmetini təşkil edən hallarıdır və bu səbəbdən onlar (cinayətin birbaşa və ya dolayı qəsdlə törədilməsi) CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada işə aid olan, mümkün və mötəbər sübutların məcmusu ilə kifayət qədər (inandırıcı şəkildə) sübuta yetirilməli idi. Lakin Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamın faktik məzmununa və müvafiq olaraq istintaqın müəyyən edilmiş saydığı Təqsirləndirilən şəxs1 əməlini təşkil edən faktik hallara (cinayətin təsvirinə) baxdıqda, aydın olur ki, ibtidai istintaq orqanı CM-in 25.2 və 25.3-cü maddələrində təsbit edilmiş əlamətləri müəyyən etmədən (hər halda onları cinayətin təsvirində göstərmədən) Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 məhz qəsdən oğurlamağa cəhd etməsi barədə nəticəyə gəlmişdir. Belə ki, cinayətin təsvirinə görə, Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 zorla, iradəsinə zidd olaraq qarnından qucaqlayıb əlləri ilə ağızıdan tutaraq yaxınlıqda yerləşən yulğunluq istiqamətində aparmaq istəyərkən Zərdab rayonunun Körpükənd kənd sakini Şahid1 gəlməsini görüb Zərərçəkmiş şəxs1 buraxaraq oradan qaçmağa başlamış və bununla da iradəsindən asılı olmayan səbəbdən əməlini başa çatdıra bilməyərək adam oğurluğuna cəhd göstərmişdir. İşdən görünür ki, Təqsirləndirilən şəxs1 hadisənin səhəri günü, yəni 04 noyabr 2022-ci ildə ilk dəfə izahat verərkən xx.xx.2022-ci il tarixdə nahar vaxtı qardaşı ilə, sonra isə tək özü xeyli miqdarda spirtli içki içdiyi üçün hadisə vaxtı sərxoş olduğunu və bu səbəbdən nə etdiyinin yadında olmadığını bildirmişdir. Lakin buna baxmayaraq, istintaq təqsirləndirilən şəxsin bu dəlilinin yoxlanılması üçün heç bir tədbir görməmiş, iş üçün mühüm əhəmiyyətə malik olan sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün onun tibbi müayinədən keçirilməsini təmin etməmiş, bununla bağlı heç bir araşdırma aparılmadan sübutların qiymətləndirilməsi haqqında qərarda (İİ cild, iş vər. 76-95) Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 oğurlamağa cəhd edən zaman sərxoş olması və heç bir şey xatırlamamasını özünü müdafiə xarakteri daşıyan vəsatət kimi qəbul edərək rədd etmişdir. Zərdab Rayon Polis Şöbəsinin məsul növbətçisi, polis mayoru Bakir Məmmədov tərəfindən RPŞ-nın rəisinə yazılmış raportdan isə (İ cild, iş vər. 8) görünür ki, 03 noyabr 2022-ci il tarixdə, saat 16:42-də hadisə barədə DİN-in 102 Xidmət-X16 Zərdab RPŞ-ya daxil olmuş məlumatda bildirilmişdir ki, Zərdab rayonunun Körpükənd kəndində Şahid2 4cü sinif sagirdi, nəvəsi Zərərçəkmiş şəxs1 Məmməd adlı tüfeyli həyat keçirən şəxsin ağızından və qollarından tutub sürütləməsi barədə məlumat vermişdir. Eyni zamanda, Şahid2 həmin gün Zərdab RPŞ-ya yazılı ərizə ilə müraciət edərək, nəvəsi Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq etdiyi üçün Təqsirləndirilən şəxs1 məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Göründüyü kimi, hadisənin xx.xx.2022-ci il tarixdə, saat 16:20 radələrində baş verməsinə, təqsirləndirilən şəxsin xx.xx.2022-ci il tarixdə, saat 18:30-da tutulmasına, tutulduqdan sonra təqsirləndirilən şəxsin hadisədən əvvəl spirtli içki içməsi və buna görə hadisəni xatırlamamasını bildirməsinə baxmayaraq, o, tibbi müayinədən keçirilməmişdir. Halbuki, o, tibbi müayinədən keçirilib, hadisə zamanı sərxoş olub-olmaması müəyyən edilmiş olsa idi onun doğurdan da həmin vaxt spirtli içkinin təsiri altında olması barədə gətirdiyi dəlilin nə qədər əsaslı olması müzakirə predmeti ola bilərdi. Ona görə də bu məsələ qanuni yolla araşdırılmadığı üçün müdafiə xarakterli vəsatət kimi qiymətləndirilib rədd oluna bilməz. Məsələnin ciddiliyi həm də ondan irəli gəlir ki, istintaq orqanı Təqsirləndirilən şəxs1 hadisə zamanı sərxoş olması və heç bir şey xatırlamamasını özünü müdafiə xarakteri daşıyan vəsatət kimi rədd etsə də, təqsirləndirilən şəxsin əsil niyyətini, məqsəd və motivini müəyyən edə bilməmişdir. Müstəntiqin Təqsirləndirilən şəxs1 sərxoşluq vəziyyətinin əməliyyat yolu ilə müəyyən edilməsilə bağlı verdiyi əməliyyat tapşırığına cavab olaraq da bildirilmişdir ki, Məmməd Məməmmədovun bu əməli törədərkən məqsədinin nə olmasını müəyyən etmək mümkün olmasa da, həmin vaxt sərxoş olması müəyyən edilmişdir. CPM-in 289.3.1-ci maddəsinə əsasən, cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir. Həmin Məcəllənin 353.2.1-ci maddəsində isə göstərilir ki, cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri məhkəmənin ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində göstərilməlidir. Göründüyü kimi, qanunverici əhəmiyyətini nəzərə alaraq cinayətin motivinin göstərilməsini həm ittiham aktının, həm də məhkəmə hökmünün tərtib edilməsində zəruri şərt kimi göstərmişdir. Cinayət hüquq elminin verdiyi anlayışa görə motiv və məqsəd cinayətin subyektiv cəhətinin elementlərindəndir. Cinayət işlərinin istintaqı zamanı təqsir kimi cinayətin motiv və məqsədi də araşdırılır və aydınlaşdırılır. Motiv və məqsəd qəsdi formalaşdırır. Cinayətin motiv və məqsədi cinayət törədilənə qədər yaranır. Şəxsin bütün iradəvi əməlləri kimi cinayət əməli də müəyyən motivlə əlaqədar olur və belə motiv qarşıya qoyulan məqsədə doğru şəxsi istiqamətləndirir. Motivlə məqsəd arasında daxili əlaqə olduğundan motivin oyanması və formalaşması eyni vaxtda məqsədi formalaşdırır, müəyyən edir. Motivi aydınlaşdırmadan insanın nə üçün müəyyən məqsədə çatmağa səy göstərdiyini, beləliklə onun hərəkətinin əsil mənasını anlamaq mümkün deyildir. Motivin məzmununu açmaqla şəxsin konkret vəziyyətdə başqa cür deyil, məhz nə üçün belə hərəkət etməsi izah edilir. Hüquq ədəbiyyatında siyasi motivlərə, tamahla əlaqədar motivlərə, alçaq hislərlə bağlı olan motivlərə, şəxsi məzmunda olan motivlərə rast gəlmək olur. Təqsirləndirilən şəxsə qarşı irəli sürülən adam oğurluğu cinayətinin də qisas, tamah, qısqanclıq xuliqanlıq və s. niyyətlə törədilməsi istisna edilmir. Lakin konkret halda Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 qarşı etdiyi bu hərəkətin hansı motiv, məqsəd və niyyətlə etməsi müəyyən edilməmişdir. Halbuki, motivin müəyyən edilməsi əməlin tövsif edilməsinin ən zəruri elementidir. İşdən görünür ki, Zərərçəkmiş şəxs1 xx xxxx 2013-cü ildə doğulmuş və hazırda on yaşı vardır. Bu onu göstərir ki, təqsirləndirilən şəxsin onu ailə qurmaq motivi və niyyətilə oğurlamaq fikri olmamışdır. Hər iki şəxs bir kənddə yaşasalar da, onların özlərinin və ailələrinin arasında hər hansı ədavət və düşmənçiliyin olması barədə heç bir məlumat yoxdur. Əksinə, təqsirləndirilən şəxsin deməsinə görə, zərərçəkmiş şəxs Raziyə onun əmisinin nəvəsidir. Zərərçəkmiş şəxsin, nənəsi və atasının ifadələrindən onların geniş maddi imkanlara malik olmaları müəyyən edilmir. Eyni zamanda, ailələr arasında hər hansı qısqanclıq yaradan bir halın mövcudluğu aşkar edilmir. Zərərçəkmiş şəxsin, habelə Şahid1 ifadəsindən hadisə zamanı təqsirləndirilən şəxsin cəmiyyətə qarşı xuliqanlıq hərəkətləri etməsi görünmür. Faktların bu cür təsvir edilməsindən müəyyən olunan odur ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 iradəsinə zidd olaraq zorla yaxınlıqda yerləşən yulğunluq istiqamətində apararkən əməlində adam oğurluğu cinayətinin motivinin olması və onun hansı niyyətlə bu hərəkəti etməsi bilinmir, aydın deyil və işdə olan sübutlarla da bunu müəyyən etməkq olmur. Təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamın əsasını təşkil edən zərərçəkmiş şəxs və iş üzrə Şahid1 ifadələrini Təqsirləndirilən şəxs1 ifadəsi ilə müqayisəli şəkildə təhlil etdikdə də əməlin hansı motivlə törədilməsini və təqsirləndirilən şəxsin niyyətinin müəyyən edilməsi mümkün olmur. Zərərçəkmiş şəxs1 ifadələrindən Təqsirləndirilən şəxs1 onun arxasınca gəlməyə başlaması, ona yaxınlaşaraq kim olduğunu və atasının adını soruşması, sonra Məmməddən qorxub qışqırması, bundan sonra Təqsirləndirilən şəxs1 əli ilə onun ağızını tutaraq yulğunluğa tərəf təxminən 2-3 metr aparması, ancaq qucağına götürməməsi, ayağının yerdə olması, onun Məmmədin əlini dişləməyə cəhd etməsi və daha sonra Məsudinin qapıdan çıxması və Təqsirləndirilən şəxs1 Məsudini görüb qaçması müəyyən olunur. İş üzrə Şahid1 isə ifadəsindən görünür ki, o, həyətlərində olan zaman möhkəm qışqırıq səsi eşitmiş, həyətin əl qapısını açıb çölə çıxmış və küçəyə tam çıxanda, arxası ona tərəfə olan bir şəxsin kimisə tutduğunu, Raziyənin Məmmədin önündən çantasını fırlayaraq Məmmədin əlindən çıxmasını, həmin şəxsin ya qapının açılıb-bağlanma səsini eşidib ya da onun üzünü görüb deyə, uşağı buraxaraq arxaya dönmədən üzü əks istiqamətə doğru getməyə başlamasını... çölə çıxanda Məmmədin arxasının ona tərəf olmasını və onun Raziyəni tutmasını başa düşmüşdür. Məhkəmə kollegiyasının qənaətinə görə, Təqsirləndirilən şəxs1 03 noyabr 2022-ci il qardaşı Hüseynlə evdə 250 qramlıq, sonra isə həmkəndlisi Fərid adlı şəxsin mağazasından 700 qramlıq araq alıb içərək sərxoş olması və həmin hadisəni xatırlamadığını bildirməsi, istintaqın bunun əksini sübut edə bilməməsi, əvvəllər ümumiyyətlə Zərərçəkmiş şəxs1 tanımaması, o və onun ailəsilə hər hansı münasibətinin olmaması, zərərçəkmiş şəxsin onu görüb qorxaraq qışqırmasından sonra onu qucaqlaması və zərərçəkmiş şəxs qışqıran kimi buraxıb qaçması və ən başlıcası, təqsirləndirilən şəxsin bu əməli məhz hansı niyyət, motiv və məqsədlə etməsinin müəyyən edilməməsi ona qarşı irəli sürülən ittihamın tam sübuta yetirilmiş hesab edilməsinə imkan vermir. Belə olan halda, istintaqın Təqsirləndirilən şəxs1 on yaşlı Zərərçəkmiş şəxs1 qarşı adam oğurluğu cinayəti törətməyə cəhd etməsi barədə nəticə çıxarması CPM-in 144-146, 349-cu maddələrinin tələblərinə cavab verən (tam, hərtərəfli və obyektiv yoxlanılmış, sübutetmə predmeti - əməlin qəsdən törədilməsi barədə yekun nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusundan hasil edilmiş) mühakimə kimi qiymətləndirilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) “X2rşı”, “X5rşı”, “Ermi İtaliyaya qarşı” məhkəmə işləri üzrə Qərarlarında dövlətin pozitiv öhdəlikləri prinsipindən çıxış edərək göstərmişdir ki, müdafiənin əslində ilk növbədə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən həyata keçirilməsinə baxmayaraq, ədalətliliyin əsas təminatçısı qismində məhkəmələr çıxış edirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” qərarında qeyd etmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Konstitusiyanın 129-cu maddəsində göstərilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. CPM-in 143.1-ci maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir (mad. 144). Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (mad. 145). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (mad. 146.1). Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası CPM-in 21-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır (mad. 21.1). Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. CPM-in müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (mad. 21.2). Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (mad. 21.3). Məzmununa görə, yəni CPM-in bəzi digər normaları, o cümlədən 138.2, 139.04, 233.11, 351.1-351.4-cü maddələrinin müddəaları da təqsirsizlik prezumpsiyasını təmin edir. Göründüyü kimi, Konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmasını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsi vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kim çıxış edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Deveyer Belçikaya qarşı” iş üzrə qərarında xatırlatmışdır ki, “ittiham” termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Avropa Məhkəməsi “Ekrapiç Xorvatiyaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, məhkəmələr təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. CPM-in 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.3-cü maddəsi). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs1 CM-in 29, 144.3-cü maddəsilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimal və fərziyyələr üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. İstintaq orqanı onu CM-in 29, 144.3-cü maddəsilə təqsirli bilib məhkəməyə verərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur ki, bu da təqsirləndirilən şəxsə bəraət verilməsi üçün üçün əsasdır. CPM-in 8.0.5-ci maddəsinə görə, cinayət mühakimə icraatının əsas vəzifələrindən biri təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Həmin Məcəllənin 42.1 və 42.1.4-cü maddələrinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır (CPM-in 42.2 və 42.2.4-cü maddələri). Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır (CPM-in 350.2ci maddəsi). O da qeyd olunmalıdır ki, CPM-in 56.0.1-ci mаddəsinə əsаsən, bəraət almış şəxs cinаyət prosesini həyаtа keçirən orqаnın səhvi və yа sui-istifаdəsi nəticəsində vurulmuş ziyаnın ödənilməsi hüququnа mаlikdir. Bəraət hökmündə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir (CPM-in 61.2-ci maddəsi). Cinаyət prosesini həyаtа keçirən orqаnın səhvi və yа sui-istifаdəsi nəticəsində vurulmuş ziyаnın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki məhkəmə icraatı prosesində həyata keçirilir (CPM-in 63-cü maddəsi). Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür (CPM-in 138.2-ci maddəsi). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır (CPM-in 349.5.1-ci maddəsi). Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (CPM-in 351.3-cü maddəsi). Beləliklə, istintaq orqanının iş üzrə gəldiyi nəticəni əsassız hesab edən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 CM-in 29, 144.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməsi qanuni və əsaslı olmamış, onun həmin ittiham üzrə təqsirliliyinə dair əsaslı şübhələr mövcud olmuş, lakin bu şübhələr qanunvericiliyin tələblərinə uyğun olaraq onun xeyrinə təfsir edilməmişdir. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs1 CM-in 29, 144.3-cü maddəsi ilə ona israr edilən cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən o, həmin ittiham üzrə təqsirsiz bilinməli və barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 CM-in 29, 144.3-cü maddəsilə bəraət verilməsi qənaətinə gəlsə də, onun və digər Təqsirləndirilən şəxs2 CMin 177.2.1-ci madəsində nəzərdə tutlan cinayət əməlini törətmələri və onların əməllərində cinayət tərkibinin olmasını kifayət qədər sübuta yetirilmiş hesab edir. Məhkəmə kollegiyası ona görə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2 qabacaqdan əlbir olan bir qrup şəxs halında birləşərək oğurluq etmiş, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə, saat 22:30 radələrində tanışı, Zərdab rayonunun Körpükənd kənd sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərdab rayonunun Körpükənd kəndində Zərərçəkmiş şəxs2 məxsus, yaşadığı evdən 25 metr məsafədə, Kür çayının sol sahilində yerləşən bir ədəd 130 manat dəyərində “Schıche” markalı su matoru oğurlamış, yəni gizli olaraq talamışdır. Məhkəmə kollegiyasının iclasında ifadə verən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, su matorunu oğurladıqları doğrudur və hadisə Təqsirləndirilən şəxs1 danışdığı kimi baş vermişdir. İbtidai istintaq zamanı da hadisəni olduğu kimi danışmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1la Şahid4 arasında olan söhbətdən xəbəri olmamışdır, bu barədə daha sonra öyrənmişdir. Zərərçəkmiş şəxs2 dəymiş ziyanı Şahid4 ödəmişdir. Su matorunu o və Məmməd geri qaytarmışlar, amma pulu Yusif ödəmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, CM-in 177.2.1-ci maddəsilə ona elan olunmuş ittihamda özünü təqsirli bilir. Zərdab rayonu, Körpükənd kəndində qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Heç bir yerdə işləmir. Ancaq kənddə iş olanda fəhləlik edir. O, Təqsirləndirilən şəxs1 tanıyır. Kənddə qonşu olmaqla, Məmmədin qardaşı onun yeznəsidir. Yəni, Məmmədin qardaşı onun bacısı ilə evlidir. Dəqiq tarixi yadında olmasa da, təxminən may ayının əvvələrində özü bir şüşə 700 milliqramlıq araq almış və Məmmədə həmin arağı birlikdə içməyi təlklif etmişdir. Məmməd isə onunla razılaşmış və həmin gün, saat 19:30 radələrində evdən götürdükləri meyvə ilə həmin arağı içmək üçün evin yaxınlığından keçən Kür çayının kənarında, çayın daşqınlarından qorunmaq üçün düzəldilmiş bəndin üstünə gəlmişlər. Orada evdən gətirdikləri qidalarla arağı içmişlər. Təxminən 15 dəqiqə sonra Məmməd Yusifə zəng edərək “Yusif, sən deyən hazırdır, bu gün onu həll edəcəm, amma mənə siqaret və araq pulu lazımdır” demişdir. Məmməd telefonla danışandan sonra “nə üstü örtülü danışırsan” deyə ona sual vermişdir. Məmməd isə cavab olaraq “Yusif 40 manat pul verir və həyətlərinə su aparmaq üçün su matoru istəyir” demişdir. Bundan sonra Məmməd Yusifgilə tərəf getmişdir. Məmməd gedərkən ona “gözlə birazdan qayıdacam” demişdir. O, bəndin üstündə Məmmədi gözləmişdir. Yusifin evi həmin yerdən 400-500 metr aralı məsafədə yerləşir. Aradan təxminən 25-30 dəqiqə keçəndən sonra Məmməd qayıdıb gəlmişdir. Məmməd gələndə Yusif də onunla gəlmişdir. Yusif əlində bir çay stəkanında gətirdiyi, təxminən 100-150 milliqram arağı ona vermiş və o, həmin arağı içmişdir. Bunda sonra Yusif qayıdıb evlərinə getmişdir. Yusif qayıdıb getdikdən sonra Məmməd ona “Yusifgildə də bir şüşə araq içmişik və on manat pul verib, qalanını sonra verəcək” demişdir. Sonra da, o Məmmədlə birlikdə Zabitin mağazasına gəlmiş, 5 manata araq və hər birinə bir qutu siqaret alıb yenə əvvəlki yerə, bəndin ütünə gəlmişlər. Bəndin üstündə qalan qidalarla həmin arağı da içmişlər. Həmin vaxt artıq saat 22-30 radələri olmuşdur. Məmməd ona “gəl elə keçib qıraqdakı su matorların da götürək” demişdir. Onlar birlikdə Kür çayının sahilinə düşmüş və bağ kimi yerin çəpərini keçib, irəli getmişlər. Onlar çaya doğru su borusu və elektrik xətti uzandığını görmüşlər. Kür çayının sahilindən çaya uzanan ağacın sallanan budağından su matoru asılmışdır. Məmməd qabağa keçib, matorun ipini kəsməsi üçün bir əli ilə çaya sallanan budaqdan tutmuş və ipi kəsmək üçün ondan bıçaq istəmişdir. O da ipi kəsmək üçün özündə olan kiçik cib bıçağını Məmmədə vermişdir. Məmməd borusundan kəsəndən sonra çaya düşüb axarla getməsin deyə, su matorunu tutmuş və eyni zamanda ipi kəsmişdir. Məmməd onun verdiyi bıçaqla ipi və elektrik naqilini kəsmişdir. Su borusu bərk olduğundan, o borunu əli ilə tutub saxlamış, Məmməd isə buraraq borunu qırmışdır. Su matorunu o götürmüşdür. Su matorunu götürdükdən sonra bəndin üstünə qalxmışlar. Məmməd Yusifə zəng edərək “bəndin üstünə çıx, su matorunu gətiririk” demişdir. O, Məmmədlə növbə ilə su matorunu əlinə alıb Yusifgilin küçəsinin baş tərəfinə qədər gətirmiş, qalan 100 metr məsafəni isə Məmməd özü təkcə Yusifin həyət qapısına qədər aparmışdır. O isə bəndin üstündə gözləmişdir. Yusif yola çıxmış və Məmməd su matorunu Yusifgilin həyətinə atmışdır. Artıq saat 23 radələri olmuşdur. Səhəri gün, saat 09 radələrində Məmmədlə görüşmüşdür. Məmməd ona Yusifə zəng edərək “30 manatı ver, araq siqaret alasıyıq” demiş, Yusif isə Məmmədə cavab olaraq “Zabitin mağazasına deyəcəm, gedib oradan araq və siqaret götürün” demişdir. Məmməd Zabitin mağazasına getmiş və mağazadan 5 manatlıq araq və hərəsinə bir ədəd olmaqla, iki ədəd siqaret alıb yanına gəlmişdir. Onlar yenə birlikdə bəndin üstünə gedərək, həmin arağı içmişlər. Səhəri gün yenə Məmmədlə görüşmüş, Məmməd yenə də Yusifə zəng etdiyini demişdir. Yusif bu dəfə Gülnarənin işlətdiyi mağazaya zəng edib tapşırdığını bildirmişdir. Məmməd Gülnarənin işlətdiyi mağazaya gedərək oradan bir şüşə araq, bir ədəd konserva və hərəsinə bir qutu siqaret götürmüşdür. xx.xx.2022-ci ildə, axşamtərəfi öz küçəsinin başında Məmmədlə rastlaşmış və Məmməd ona 5 manat pul verərək, “Yusif sonda hərəmizə 5 manat pul verib və deyir ki, bununla da artıq 40 manat oldu, qurtardıq” demişdir. İlk dəfə oğurluq etdiyini və törətdiyi əməldən səmimi olaraq peşman olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında ifadə verən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Məmmədlə Kənan ona məxsus su matorunu oğurlamış, lakin sonra qaytarmışlar. Ona görə də onlardan heç bir şikayət və tələbi yoxdur. Onların tutulmasını istəmir. Hadisə barədə isə istintaq zamanı ifadə vermiş və həmin ifadəni təsdiq edir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı bildirmişdir ki, Zərdab rayonunun Körpükənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi şəkildə kənd təsərrüfatı işlərilə məşğul olur. Yaşadığı kənddə su qıtdır. Kür çayı kənd ərazisindən keçdiyi üçün kənd camaatı içməli suyu Kür çayından götürür. Buna görə də yaşadığı evə suyu Kür çayından çəkmək qərarına gəlmişdir. Yaşadığı evdən Kür çayına olan məsafə təxminən 300-350 metrdir. Bu məqsədlə rahatçılıq olsun deyə, öz həyətindən Kür çayına qədər məsafədə 25 mm-lik diametrli, firat markalı plastik boru və eyni məsafədə enerji təminatı həyata keçirmək üçün elektrik naqili almışdır. 02 may 2022-ci il tarixdə Zərdab şəhərində yerləşən “FAB – İnşaat” malları mağasından 140 manata “SHİCHE” markalı su mühərriki almışdır. Boruları, elekrik naqilini və həmin su matorunu yaşadığı evə gətirmişdir. Elə həmin gün, yəni 02 may 2022-ci il tarixdə su mühərrikini Kür çayının axan istiqamətinin sol tərəfində suyun içərisində quraşdırmışdır. Həmin günü su matorunu işlədərək öz evinə su da vurmuşdur. xx.xx.2022-ci il tarixdə, səhər saat 08 radələrində öz həyətindən su vurması üçün mühərriki işə salmış, lakin bir müddət sonra mühərrikin işləmədiyini və su vurmadığını başa düşmüşdür. O, bunu görüb Kür çayının sahilinə gəlmiş və su mühərrikini quraşdırdığı yerə baxanda, su matorunu yerində görməmişdir. Həmin vaxtlarda hər gün mütəmadi olaraq yağışlar yağdığından Kür çayında suyun səviyyəsi artdığı üçün mühərrikin yerini dəyişdiyini düşünmüşdür. Buna görə suya düşüb əli ilə su matorunu axtarmağa başlamış, lakin tapa bilməmişdir. xx.xx.2022-ci il tarixdə yenə də mühərrikə baxmaq üçün getmiş və suyun səviyyəsinin az da olsa azalmasını görmüşdür. Mühərriki quraşdırdığı ağaclığa və kolluğa keçib baxanda, mühərrikin yerində olmadığını, lakin çəkdiyi elektrik xətti və plastik borunun yerində olduğunu görmüşdür. Orada olan izlərdən də mühərrikin oğurladığını bilmişdir. O, xx.xx.2022-ci il tarixinə qədər bir neçə dəfə gedib Kür çayına baxsa da, hələ də yağışlar davam etdiyindən çayda suyun səviyyəsi artmışdır ki, azalmamışdır. Bundan sonra polis şöbəsinə bu barədə ərizə ilə müraciət etmiş və həmin şəxsin müəyyən olunub tapılaraq cinyət məsuliyyətinə cəlb olunmaqla, ona dəyən 140 manat məbləğində ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. O, həmin matorun kim tərəfindən oğurlanmasını dəqiq bilməsə də, matorun yaşadığı kəndin ərazisində həmkəndliləri Məmməd və Kənan tərəfindən oğurlanaraq ucuz qiymətə digər həmkəndlisi Yusif adlı şəxsə satılması barədə söz-söhbət gəzdiyini bildirmişdir. Bundan başqa, məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid4 bildirmişdir ki, yaşadığı kənddə günəmuzd fəhləlik etməklə qazanc əldə edir. Bir gün ona zəng gəlmiş və belə bir su matorunun olduğu deyilmişdir. Ucuz qiymətə olduğu üçün matoru almağa razılıq vermişdir. Bayram ərəflərində spirtli içki qəbul etmişlər. Məmməd matoru gətirib ona vermişdir. Özündə su matorunun olmasına baxmayaraq, Məmmədin gətirdiyi mator ucuz olduğu üçün onu almışdır. Məmməd su matorunu haradan əldə etdiyini və matorun oğurluq olduğunu ona deməmişdir. Daha sonra şahid verilən suallara cavab olaraq bildirmişdir ki, mator işlənmiş olduğu üçün Məmməddən niyə ucuz verməsinin səbəbini soruşmamışdır. Su matorunun qarşılığında Məmmədə 20 manat nağd pul vermiş, qalan 20 manatın qarşılığında isə dükandan alış-veriş etməsini demişdir. Məmməd su matorunu ona gətirəndə Təqsirləndirilən şəxs2 onun yanında olmamışdır, Kənan sonra gəlmişdir. Məmməd və Kənana bir müddət əvvəl su matorunun alt qapağını tapmağı tapşırmışdır. Kənan dəmir alverilə məşğul olduğu üçün ona zəng edərək özündə su matoru olduğunu bildirmiş, o da baxmaq üçün gətirməyini demişdir. Həmin su matorunun oğurluq olduğunu bilməmişdir. Məhkəmə kollegiyasının iclasında ibtidai istintaqda verdiyi ifadəni qəbul edib təsdiqlədiyini bildirən Şahid4 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərdab rayonunun Körpükənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Konkret iş yeri yoxdur. Yaşadığı kəndin ərazisində adi günəmuzd fəhləlik etməklə qazanc əldə edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmkəndliləri kimi tanıyır, onlarla yaxın tanışlıq münasibəti vardır. Həmin şəxslər də, onun kimi günəmuzd fəhləliklə məşğul olurlar, bir növ iş yoldaşı sayılırlar. Əlavə olaraq, o, Məmməd ilə bir sinifdə oxumuş, sinif yoldaşı olmuşlar. Dəqiq tarixi yadında olmasa da, təxminən hadisədən 2 ay əvvəl, o, Məmmədlə rastlaşanda “birdən rast gələrsə, mənə su matorunun alt qapağı lazımdır” demişdir. Özünün işlətdiyi su matoru xarab vəziyyətdədir. May ayının əvvəlinin ilk beş günlüyü olan vaxt yaşadığı evin həyətində təsərrüfat işləri görərkən iş çox olduğundan, kömək üçün Məmmədi öz həyətinə çağırmışdır. Həmin gün Məmməd saat 16-17 radələrində onun yaşadığı evə gəlmiş və yarpaq qırmaqda ona köməklik etmişdir. Yarpaq qırıb bitirdikdən sonra həyətdə oturub ikisinə 500 milliqramlıq bir şüşə arağı bütöv içmişlər. Yemək yeyib qurtardıqdan sonra Məmməd çıxıb getmişdir. Həmin gün axşam saat 21 radələrində Məmməd ona zəng edərək demişdir ki, “su matoru var, 40 manata gətirsəm alarsanmı?” O da “gətir, alaram” demişdir. Aradan bir az keçmiş Məmməd ona zəng edərək “həyət qapısına çıx” demişdir. O da həyət qapısına çıxmış və Məmmədin yol qapısında dayandığını görmüşdür. Məmməd həmin vaxt həddən artıq içkili olmuşdur. Qapıdan təxminən 10-15 metr aralıda isə Kənan dayanmışdır. O, geri evə qayıtmış və bir çay stəkanına araq süzüb gətirərək Kənana vermişdir. Kənan arağı ondan alıb içmişdir. Onların həyəti Kür çayının bəndi ilə sərhəddir və həyətin yanını dəmir şiferlə hasarlamışdır. O, Məmməddən gətirdiyi matoru soruşanda Məmməd ona “dəmir şiferin üstündən həyətə atmışam” demişdir. O, öz həyətindən gəlib su matorunu götürmüş və gətirib tövləyə qoymuşdur. Məmməd ondan matora görə pul istəyəndə, 10 manat pul vermiş və “indi yoxumdur, qalanını sonra verərəm” demişdir. Məmməd və Kənan çıxıb getmişlər. Səhəri günü Məmməd ona zəng edərək siqareti və arağı yoxdur deyə qalan pulu istəmişdir. O da “get mağazaya, deyərəm sizə 10 manatlıq araq və siqaret verərlər” demişdir. Məmməd Hünərin mağazasından ona zəng edərək onlara dediyinə görə 10 manatlıq araq və siqaret verildiyini bildirmişdir. Səhəri gün, yenə Məmməd zəng etmiş və o bu dəfə Zabitin mağazasından 10 manatlıq alış-veriş etmələrini demiş və Zabitə də telefonda “nə istəsələr 10 manatlıq pulunu mən verəcəm” demişdir. Təxminən 5 gün əvvəl, yəni 20 may tarixində Məmmədlə birlikdə sahədə ot yığanda Məmməd qalan pulu istəmiş, o da Məmmədə 10 manat verərək, “daha 40 manat oldu, qurtardıq” demişdir. O, sonradan polis şöbəsinə dəvət olunmuş və Məmməd və Kənanın Kür çayının sahilindən öz həyətlərinə su çəkən həmkəndlisi Elçinin su matorunu oğurlayıb gətirdiklərini və 40 manata ona satdıqları məlum olmuşdur. Məmmədlə Kənandan ancaq bir dəfə 40 manata su matoru aldığını qeyd edərək, Məmmədin dediklərinin yalan olduğunu, matorun oğurluq olması barədə heç bir məlumatı olmadığını bildirmişdir. Bundan əlavə, Şahid4la Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə (İİ cild, iş vər. 54) istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs1 ifadələrində qeyd etdiklərini Şahid4 üzünə qarşı deyərək bildirmişdir ki, sonuncu su matorunu oğurlayaraq ona təqdim etməsini xahiş etməmiş, lakin su matorunu oğurladıqdan sonra Şahid4 verdikdə bu barədə bildirmişdir. Həmçinin, Şahid4la digər Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə (İİ cild, iş vər. 55) istintaq hərəkəti keçirilmiş və Şahid4la Təqsirləndirilən şəxs2 ifadələrində qeyd etdiklərini bir-birilərinin üzünə demişlər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid4 ifadələrinin mötəbərliyinə şübhə etməyə əsas görmür, çünki onların ifadələri ardıcıldır, bir-birilə uzlaşır, hadisənin baş vermə mexanizmi və gedişatı təqsirləndirilən şəxslərin göstərdikləri hallarla üst-üstə düşür. Bu dəlillər hadisənin həqiqi hallarına və iş materiallarına uyğun gəlir, ona görə məhkəmə kollegiyası bunları dürüst hesab edir və hökmün əsasına qoyur, zərərçəkmiş şəxs və şahid tərəfindən təqsirləndirilən şəxsə böhtan atılması üçün əsaslar görmür. Eyni zamanda, zərərçəkmiş şəxsin ifadələri cinayət işinin materiallarında olan aşağıda qeyd olunan digər yazılı sübutlarla da təsdiq olunur: Cinayət işi üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə Zərdab RPŞ-ya verdiyi ərizə ilə. O, həmin ərizə müraciət edərək bildirmişdir ki, 02 may 2022-ci il tarixdə Zərdab şəhərindən 140 manata alıb Kür çayında quraşdırdığı SHİCHE markalı su matoru 03 may 2022-ci il tarixində naməlum şəxslər tərəfindən oğurlanmışdır. Ona görə də həmin şəxslərin tapılaraq cinayət məsuliyyətinə cəlb olunması və ona dəyən ziyanın ödənilməsinə köməklik edilməsi xahiş olunmuşdur (İ cild, iş vər. 109). Hadisə yerinə baxış keçirilməsi haqqında protokolla. Həmin protokoldan (İ cild, iş vər. 111). görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 21 may 2022-ci il tarixdə Zərdab RPŞ-ya etdiyi müraciətinin icrası ilə əlaqədar olaraq videoçəkiliş aparılmaqla hadisə yerinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 Kür çayının suyun axını istiqamətində sol sahilində bitən ağacların və kolların arasından suya atdığı su matoruna qoşulan su borusu və həmin əraziyə keçilməməsi üçün sahili ağac budaqları ilə bağlanmışdır. Zərərçəkmiş şəxs2 bildirmişdir ki, yaşadığı evə içməli su aparmaq məqsədilə 02 may 2022-ci ildə Zərdab şəhərindən 140 manata aldığı SHİCHE markalı su matorunu Kür çayına quraşdırmış və 03 may 2022-ci ildə bilmişdir ki, həmin su matoru naməlum şəxslər tərəfindən oğurlanmış və ona 140 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə yerinin fotoşəkilləri şəkilmişdir. Zərdab RPŞ-nın Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru X1 23 may 2022-ci il tarixli əməliyyat tapşırığı ilə. Həmin tapşırıqdan görünür ki, (İ cild, iş vər. 116) Zərərçəkmiş şəxs2 02 may 2022-ci il tarixdə Zərdab şəhərindən 140 manata alıb Kür çayında quraşdırdığı SHİCHE markalı su matorunun 03 may 2022-ci il tarixində naməlum şəxslər tərəfindən oğurlanması ilə bağlı xx.xx.2022-ci il tarixdə Zərdab RPŞ-ya etdiyi müraciətin icrası ilə əlaqədar əməliyyat tapşırığı verilmişdir. Zərdab RPŞ-nın CAB-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Fərid Şükürovun xx.xx.2022-ci il tarixli raportu ilə. Həmin raportdan (İ cild, iş vər. 117) müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 Kür çayında quraşdırdığı SHİCHE markalı su matorunun 03 may 2022ci il tarixində naməlum şəxslər tərəfindən oğurlanması ilə bağlı verilmiş tapşırığa əsasən əməliyyat-axtarış tədbirləri həyata keçirilərək müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 məxsus su matorunu Zərdab rayonunun Körpükənd kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurlayaraq, həmin kəndin sakini Şahid4 satmışlar. Şahid4 26 may 2022-ci il tarixli ərizəsilə. Həmin ərizədən (İ cild, iş vər. 112) aydın olur ki, Şahid4 ərizə ilə Zərdab RPŞ-nın rəisinə müraciət edərək, həmkəndliləri Kənan və Məmmədin ona 40 manata satdıqları su matorunu iş üçün əhəmiyyət kəsb etdiyindən Zərdab RPŞ-nın Təhqiqat qrupuna təqdim etmişdir. Zərdab RPŞ-nın Təhqiqat qrupunun təhqiqatçısı Ərəstun Zamanov tərəfindən tərtib edilmiş baxış keçirilməsi və götürülməsi haqqında 16 may 2022-ci il tarixli protokolla. Həmin protokolla (İ cild, iş vər. 113) Şahid4 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Talib oğlunun 26 may 2022-ci il tarixdə ona satdıqları SHİCHE markalı su matorunu təqdim etmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən, həmin su matoru tərəfindən götürülmüşdür. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/4071 nömrəli rəyilə. Həmin rəylə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 1 ədəd “SHİCHE” markalı “QDX 1,5-25” model, 0,55 kw su nasosunun orta bazar qiyməti təxminən 130,0 manatdır (İ cild, iş vər. 130). Cinayət işi üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə Zərdab RPŞ-ya verdiyi ərizə ilə. O, həmin ərizə (İ cild, iş vər. 201) ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə özünə məxsus su matorunu oğurlayan kənd sakinləri Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 matoru geri qaytararaq ziyanlığı tam həcmdə ödəmələrini, bu səbəblə həmin şəxslərlə barışmasını bildirərək, heç bir şikayət və tələbi yoxdur. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs1 məhkəmə kollegiyasının iclasında ibtidai istintaq zamanı polislərin onu döymələri, təzyiq etmələri, ibtidai istintaq zamanı vəkilinin olmaması barədə məsələni araşdıran məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin bu barədə irəli sürdüyü dəlillərin heç bir əsası yoxdur. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ifadə verənə qədər heç bir zaman nə özü, nə də müdafiəçisi tərəfindən hər hansı bir qanunsuz rəftara, təzyiqə məruz qalması və ya hər hansı bir polis əməkdaşı tərəfindən döyülməsi barədə hər hansı bir orqana və ya şəxsə hər hansı bir şikayət və ya narazılıq ifadə edən müraciət etməmişdir. Lakin buna baxmayaraq, məsələnin əhəmiyyətini nəzərə alan məhkəmə kollegiyası onun həbs edildikdən sonra X6 yerləşdirilərkən tibbi müayinədən keçirilməsinə dair tibbi sənədləri əldə edib (X3 05 aprel 2023-cü il tarixli 3-16-17/33/2-1418/2023 nömrəli məktubu və ona əlavə edilən tibbi sənədlər) müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 06 noyabr 2022-ci il tarixdə X4 yerləşdirilərkən tibbi müayinədən keçirilmiş, lakin onun üzərində həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri, dəri səthində çapıqlar və zədələr aşkar edilməmişdir. Obyektiv müayinə zamanı şikayətinin olmamasını bildirmişdir. Diaqnozu tam sağlam yazılmışdır. Təqsirləndirilən şəxs1 btidai istintaq zamanı vəkilinin olmaması barədə dəlillərinə gəlincə, məhkəmə kollegiyası bununla da razılaşa bilmir. Çünki, cinayət işinin İ cildində olan vəkillərin siyahısının şübhəli şəxsə təqdim edilməsi barədə 04 noyabr 2022-ci il tarixli protokoldan, maddi imkanının olmamasına görə ona dövlət hesabına X10 müdafiəçi təyin edilməsi barədə 04 noyabr 2022-ci il tarixli ərizəsindən, dövlət hesabına müdafiəçi təyin olunması barədə müstəntiqin 04 noyabr 2022-ci il tarixli qərarından, Zərdab rayonunda fərdi fəaliyyət göstərən vəkil X10 04 noyabr 2022-ci il tarixli 000804 nömrəli vəkil orderindən, habelə müstəntiq tərəfindən tərtib olunmuş eyni tarixli müdafiəçi təyin edilməsi haqqında protokoldan müəyyən olunur ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X17 04 noyabr 2022-ci il tarixdə dövlət hesabına Təqsirləndirilən şəxs1 müdafiəçi təyin edilmişdir. Bütün bunlar onu göstərir ki, təqsirləndirilən şəxsin hüquqlarının pozulması ilə bağlı gətirdiyi dəlillərin heç bir əsası yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri təqsirləndirilən şəxslərin etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, üzləşdirmə, hadisə yerinə baxış protokolları, işi üzrə təyin olunmuş ekspertiza rəyi və digər mötəbər dəlillərlə müəyyən edilmiş və sübuta yetirilmişdir. Ona görə də məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri CPM-in 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə almaqla, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməldə cinayət tərkibi vardır. Düzgün olaraq onlara CM-in 177.2.1-ci maddəsilə ittiham verilmişdir. Məhkəmə istintaqında onların həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətmələri tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında isə qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 38-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Məmməd Məmməd və Təqsirləndirilən şəxs2 heç bir məhkumluğu yoxdur (İ cild, iş vər. 149, 153-154). Cinayət işinin materiallarına əlavə olunmuş TƏBİB-in “Zərdab rayon mərkəzi xəstəxansı” X24 tərəfindən verilmiş 02 sentyabr 2022-ci il tarixli 05-418 nömrəli məktublarında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Zərdab rayon mərkəzi xəstəxansı” PHŞ-nın Poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklərilə disponser qeydiyyatında yoxdurlar (İ cild, iş vər. 151-152). Eyni zamanda, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 78 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 ona şamil edilən cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmişdir, yəni anlaqlı olmuşdur. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazl-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 fiziki-intellektual və əqli inkişaf səviyyəsi yaşına uyğundur (İİ cild, iş vər. 21-23). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Zərdab RİH başçısının Körpükənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 fevral 2023-cü il tarixli xasiyyətnamələrdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunmamışlar (İİ cild, iş vər. 48, 50). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş həmin nümayəndəlik tərəfindən verilmiş ailə tərkibi haqqında arayışlardan müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 valideynlərilə birlikdə Zərdab rayonunun Körpükənd kəndində yaşayırlar (İİ cild, iş vər. 47-49). Ancaq AZEMİS məlumat portalından əldə edilmiş məlumatdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 29 noyabr 2005-ci ildə doğulmuş X7 və 01 mart 2009-cu il təvəllüdlü X14 adlı iki uşağı vardır. CM-in ədalət prinspdən çıxış edib, təqsirləndirilən şəxslərə cəza təyin edilərkən o da nəzərə alınmalıdır ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir (CM-in 58.1-ci maddəsi). Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 58.3-cü maddəsi). Məhkəmə kollegiyası CM-in 59.1.12 və 59.2-ci maddələrinə əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə vurulan ziyanı tam ödəməklə barışıq əldə etmələrini, təqsirlərini etiraf edərək törətdikləri əməldən peşman olduqlarını bildirmələrini və Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. İş üzrə CM-in 61-ci maddəsində nəzərdə tutulan hallar cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunu məhkumun islah olunmasını cəzanın məqsədi kimi təsdiq edərək, cinayət-hüquqi tədbirlərinin tətbiqi ilə onu cəmiyyət üçün təhlükəsiz və ziyansız insana çevirməkdən ötrü şəxsiyyətin dəyişdirilməsini nəzərdə tutur. Başqa sözlə, məhkumun islah edilməsinin yekun nəticəsi ona yönəlir ki, residiv cinayətə yol verilməsin yaxud da minimum residivlik azalsın. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, törətdikləri cinayət əməlinə görə Təqsirləndirilən şəxs1 iki il, Təqsirləndirilən şəxs2 isə bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onların islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərdab Rayon Məhkəməsinin 05 noyabr 2022-cil tarixli 4(035)-13/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barədə əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (İ cild, iş vər. 90-91). Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı bütün müddət ona təyin olunan cəza müddətinə daxil edilməlidir. Çünki, CPM-in 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. O da qeyd olunmalıdır ki, CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, CPM-in 346-cı maddəsinin tələblərinə uyğun olaraq, işi üzrə maddi sübut olan 1 ədəd “SHİCHE” markalı “QDX 1,5- 25” modelli 0,55 kw su nasosunun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, iş üzrə ekspertiza xərcini təşkill edən 121 (bir yüz iyirmi bir) manat, 94 (doxsan dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən ayrı-ayrılıqda altmış manat doxsan yeddi qəpik olmaqla, tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 318, 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 CM-in 29, 144.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyinə görə ona bəraət verilsin. Təqsirləndirilən şəxs1 CPM-in 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. Təqsirləndirilən şəxs1 CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı altı ay iyirmi gün CM-in 69.3-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, bir il bir ay on gün ona təyin edilmiş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq on ay iyirmi gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddət ərzində (fövqəladə halların baş verməsi, özünün və ya ailə üzvlərinin xəstələnməsi ilə bağlı müayinə və müalicə zərurəti və s.) istisna edilməklə yaşadığı Zərdab rayonunun ərazisini, eləcə də saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Zərdab rayonunun Körpükənd kəndində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi, habelə spirtli içkilərin qəbulundan çəkinmək, habelə spirtli içkilərə aludəçiliyin aradan qaldırılması istiqamətində müalicə olunmaq kimi əlavə vəzifə qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin və hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Kənan Mənəfovun üzərinə cəza çəkdiyi müddət ərzində (fövqəladə halların baş verməsi, özünün və ya ailə üzvlərinin xəstələnməsi ilə bağlı müayinə və müalicə zərurəti və s.) istisna edilməklə yaşadığı Zərdab rayonunun ərazisini, eləcə də saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Zərdab rayonunun Körpükənd kəndində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi, habelə spirtli içkilərin qəbulundan çəkinmək kimi əlavə vəzifə qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin və hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İşi üzrə maddi sübut olan 1 ədəd “SHİCHE” markalı “QDX 1,5-25” modelli 0,55 kw su nasosunun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə 121,94 espertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Kənan Mənəfovun hər birindən 60,97 manat olmaqla, tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-101/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-101/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver