Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-102/2021 28.04.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rəşad Şəmşir oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclas katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X2, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs xx xxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həbs edilənə kimi Ağsu rayonunun Musabəyli kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviriəsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 05 noyabr 2020-ci il tarixdə saat 19 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, mərc oyunlarının gedişini izləmək məqsədi ilə ünvan 3 ünvanda yerləşən «Topaz» idman mərc oyunları məntəqəsinə gəlmiş, içəri daxil olduqda, əvvəldən tanıdığı Ağsu şəhər sakini Zərərçəkmiş şəxs masa arxasında oturub oyunların gedişini izlədiyini görüb, sonuncuya yaxınlaşaraq əl verib görüşmüş, sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs onun əlindən tutub özünə tərəfə çəkməklə, həmin vaxt davam edən «Vətən müharibəsi»nə könüllü getməməkdə ittiham edib, ünvanına nalayiq ifadələr işlətmiş, yerə yıxaraq təpik və yumruqları ilə baş və bədəninin müxtəlif nahiyələrindən vurub, əyninə geydiyi gödəkçəsini dartıb çıxarmışdır. Həmin vaxt o, məntəqədə olan kənar şəxslərin müdaxiləsindən sonra ərazidən uzaqlaşıb, Zərərçəkmiş şəxs, arxasınca onu təqib edəcəyini yəqin etdiyi üçün, yol kənarındakı mağazalardan birindən soyuq silah hesab edilməyən mətbəx bıçağı alıb özü ilə götürərək, Ü. Hacıbəyov küçəsi 3/1 ünvanında yerləşən «Görüş kafesi»nə gəlib, otaqlardan birində əyləşmiş, aradan bir neçə dəqiqə keçəndən sonra həmin kafedəki otağa daxil olan Zərərçəkmiş şəxslə aralarında mübahisə baş vermiş, şəxsi münasibətlər zəminindəki həmin mübahisə zamanı, o, Zərərçəkmiş şəxs üzərində olan bıçaqla bir dəfə vuraraq, sonuncuya sol baldırın 1/3 nahiyəsinin iç-arxa səthinin 12x0,2 sm ölcüdə yara, böyük dərialtı venanın və şaxələrinin, dərialtı gizli venanın, baldır əzələsinin tam kəsilməsi ilə kəskin qanaxma verən ağır dərəcəli posthemorragik şokla nəticələnən bir ədəd kəsilmiş yara ilə müşayiət olunmaqla, dərəcəsinə görə yetirilən andan həyat üçün təhlükəli olan, qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirlndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 126.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 noyabr 2020-ci ildə Ağsu şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən parkın içərisindəki «Topaz» idman mərc oyunları zalında futbol mərc oyununa 40 manat mərc qoymuş və oynanılan oyunların nəticəsini gözləmişdir. Saat təxminən 19:30 radələrində mərc qoyduğu oyunlara baxmaq və nəzarət etmək üçün zala daxil olmuş, zalda olan əvvəldən tanıdığı Zərərçəkmiş şəxs görmüş, ona yaxınlaşıb əl uzadaraq salam vermişdir. Zərərçəkmiş şəxs onun salamını əl uzadıb almış, əlini tutaraq özünə tərəf çəkməklə səfərbərlik üzrə çağırışa getməməsinin səbəblərini soruşmuş, Vüsala cəbhəyə könüllü yazılsa da aparmadıqlarını demişdir. Bu zaman Zərərçəkmiş şəxs onun var-yoxuna, anasının, bacısının ünvanına nalayiq ifədələr işlətmiş, əyləşdiyi masadan ayağa durmuş və boğazından tutmuş, bir daha «bəs hərbiyə getməliyidin» deyib söyməkdə davam etmişdir. Həmin vaxt Şahid1 onların arasına kemçiş, mübahisənin böyüməsinə imkan verməmiş, onları sakitləşdirmişdir. Zərərçəkmiş şəxs oturduğu masanın arxasında oturmuşdur. Lakin Zərərçəkmiş şəxs sakitləşməmiş, oturduğu yerdən onun ünvanına nalayiq ifadlərə işlətməkdə davam etmiş, o da məcbur olub Vüsala cavab qaytarmışdır. Bu zaman Vüsal əyləşdyi masanın arxasından qalxmış, onun əyləşdiyi masanın qarşısına gəlmiş, əynində olan boz rəngli jaketinin yaxasından tutmuş, fənd işlədib onu yerə yıxmış, üzərinə çıxaraq yumruqla sağ çənə nahiyəsinə vurmuşdur. Vüsalın onu döyməsini görən, Şahid1 və digər tanımadığı şəxslər onları biri-birindən ayrımış, yerdən qalxıb məntəqədən çölə çıxmış və məntəqənin çölündə olduğu vaxt Vüsal arxasınca gəlib yumruqla bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Əynində olan gödəkçəsini çəkib çıxarmış, Vüsalın yanından uzaqlaşsa da gödəkçəsi Şahid1 əlində qalmışdır. «Topaz» idman mərc oyunları məntəqəsinin qarşısından çıxaraq həmin küçədə olan «Görüş» kafesinə getmişdir. Yol kənarında olan təsərrüfat malları satışı mağazanın qarşısından keçdiyi vaxtı, oradan özünü Vüsaldan qorumaq məqsədi ilə bir manata, bir ədəd mətbəx bıçağı alaraq üzərində saxlamışdır. «Görüş» kafesinə keçib orada bir bakal pivə sifarişi vermiş, kafenin sahibi Ramal ona pivə süzmüşdür. Ramal ondan üst-başının səliqəsiz olmasının səbəbini soruşmuş, Zərərçəkmiş şəxslə aralarında olan mübahisəni sonuncuya danışaraq Ramaldan gödəkçəsini gətirməsini xahiş etmişdir. Ramal getdikdən qısa müddət sonra Zərərçəkmiş şəxs giriş qapısından içəriyə keçmiş, üzərinə hucum edərək onu döyməyə başlamışdır. Bu vaxt özünü Vüsaldan müdafiə etmək məqsədi ilə üzərində olan bıçağı çıxarıb Zərərçəkmiş şəxs sol qılça nahiyəsindən bir dəfə vurmuş, həmin vaxt Ramal gəlib onları ayırmışdır. Bundan sonra kafenin içərisindən çıxıb yol kənarında olan tanımadığı taksiyə əyləşərək bir başa Ağsu rayon polis şöbəsinin növbətçi hissəsinə gedib baş vermiş hadisə barədə məlumat verdikdən sonra bıçağı təqdim etmişdir. Zərərçəkmiş şəxslə barışmış, törətdiyi əməlindən peşmandır. Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində göstərmişdir ki, ölkə ərazisində elan olunmuş qismən səfərbəliklə bağlı Ağsu şəhəri H.Əliyev adına istirahət parkında Rəcəb ona söz atmış, onu hərbiyə getməməkdə ittiham etmiş, özünün isə hərbiyə yazıldığını demişdir. Rəcəbə sərhəd qoşunlarında xidmət apardığını və Fövqəladə Hallar sahəsi üzrə ixtisaslaşdığı üçün ona çağırış gəlmədiyini demişdir. Həmin vaxtı aralarında heç bir dava, mübahisə və münaqişə düşməmişdir. 05 noyabr 2020-ci il tarixdə Qarabağ-Siviaspor oyununu izləmək üçün bir saat əvvəl, yəni saat təxminən 18 radələrində «Topaz» idman mərc oyunları zalına getmişdir. Həmin vaxtı özü ilə şüşədə olan «Nataktari» limonadı alıb gətirmiş, məntəqədə masa arxasında oturub oyunun gedişini izləməklə limonad içmişdir. Bu vaxt Rəcəb də məntəqəyə gəlmiş və keçib onun arxasındakı masanın ətrafında əyləşmişdir. Rəcəb ona xoşagəlməz cavab vermiş, bundan sonra aralarında mübahisə baş vermişdir. Orada olan şəxslər onları ayırdıqdan sonra Rəcəb oradan getmişdir. Sonra yaşadığı evin yaxınlığında yerləşən “Görüş” kafesinə getmiş, orada Rəcəb tərəfindən bıçaqla xəsarət almışdır. Təqsirəndirilən şəxs ilə barışmış, tələbi və şikayəti yoxdur. Şahid1 məhkəmədə ifadəsində göstərmişdir ki, Azərbaycan küçəsi 21 ünvanında yerləşən iki mərtəbəli binanın arxa tərəfinin birinci mərtəbəsində bir otaq icarəyə götürərək “Topaz” idman-mərc oyunu məntəqəsi kimi işlədir. 05 noyabr 2020-ci il tarixdə günorta saatlarında Ağsu rayonu Musabəyli kənd sakini Təqsirləndirilən şəxs «Topaz» məntəqəsinə gələrək, mərc oyunu üçün 40 manat məbləğində pul qoyub getmişdir. Həmin gün saat 1830 radələrində Təqsirləndirilən şəxs oyunları izləmək üçün yenidən məntəqəyə daxil olmuşdur. Həmin vaxtı məntəqədə Zərərçəkmiş şəxs və daha 2 nəfər şəxs olmuşdur. Zərərçəkmiş şəxs məntəqənin içərisində masa arxasında oturub, mərc oyunlarına mərc qoymaq üçün hesab yazmaqla pivə içmiş, Təqsirləndirilən şəxs da məntəqəyə əlində kauçuk qabda piyvə ilə gəlmişdir. İçəri keçdikdən sonra Zərərçəkmiş şəxs yaxınlaşıb əl verib salamlaşmış, onra onlar arasında, onun bilmədiyi səbəbdən söz mübahisəsi olmuş, həmin vaxt məntəqədə olan şəxslərlə birlikdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasına keçmiş, onların dalaşmasına imkan verməmişdir. Bundan sonra onların hər ikisi masa arxasında oturmuşlar. Bir neçə dəqiqədən sonra Zərərçəkmiş şəxs əyləşdiyi üçün masadan qalxıb, arxa masada əyləşmiş Təqsirləndirilən şəxs üzərinə gedərək sonuncunu yerə yıxmışdır. Məntəqədə olan şəxslərlə birlikdə Vüsalı tutub saxlamış, Rəcəb isə çölə çıxmışdır. Daha sonra Zərərçəkmiş şəxs də məntəqənin çölünə çıxaraq orada təkrarən Rəcəblə mübahisə etmişdir. Rəcəbin əynində olan gödəkçəsini çıxarmış, Rəcəb gödəkçəsini çöldə olan kandinsionerin üzərinə qoyaraq oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs isə yenidən içəri qayıtmış, təxminən 7-8 dəqiqə masa arxasında oturub mərc oyunlarına baxdıqdan sonra məntəqədən çıxıb getmişdir. Sonradan baş verənlərdən isə onun xəbəri olmamış, həmin gün Vüsalla Rəcəb arasında «Görüş» kafesində mübahisənin davam etdiyini, Rəcəbin bıçaqla Vüsalı vurub xəsarət yetiridiyini eşitmişdir. Şahid2 məhkəmədə Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Şahid X5 məhkəmədə ifadəsində göstərmişdir ki, Ağsu şəhəri Ü.Hacıbəyov küçəsində yol kənarında yerləşən «Görüş» kafesini işlədir. 05 noyabr 2020-ci ildə axşam saatlarında kafedə olarkən, tanıdığı Təqsirləndirilən şəxs kafeyə gəlmiş, həmin vaxt Rəcəbin jaketinin sağ çiyin hissəsini çırılmış vəziyyətdə olduğunu görmüşdür. Rəcəbdən nə baş verdiyini soruşmuş, sonuncu Zərərçəkmiş şəxslə mübahisə etdiyini, «Topaz» məntəqsində jaketinin cırdığını bildirmişdir. Bundan sonra Rəcəb ondan «Topaz» məntəqəsinə gedərək orada qalmış gödəkçəsini gətirməsini xahiş etmişdir. Bundan sonra kafenin arxa qapısından yola tərəf çıxmış, həmin vaxt kiminsə kafenin qarşı hissəsindən içəriyə keçdiyini görmüş və buna görə geri qayıtmışdır. İçəri keçdikdə Zərərçəkmiş şəxs masa arxasında əyləşən Rəcəblə dalaşmasının şahidi olmuşdur. X8 biri-birlərini yumruqla vurduqlarını görmüş və dərhal sonuncuların arasına keçib aralaşdırarkən Rəcəbin əlində mətbəx bıçağı olmasını görmüşdür. Bu vaxt Zərərçəkmiş şəxs yerə yıxıldığından Rəcəbin Vüsalı vurmasını bilmişdir. Bundan sonra, Rəcəb kafenin arxa qapsından çıxaraq getmişdir. Rəcəbin hansı istiqamətə getməsini görməmişdir. Vüsalın yerdə olduğunu və baldır nahiyəsindən qan axdığını gördüyü üçün dəsmalı götürüb qan axan hissəni bağlamışdır. Daha sonra yaxınlıqdakı mağazada olan yeznəsi Şahid4 çağırmış, sonuncu gəldikdən sonra polisə məlumat vermiş, təcili-tibbi yardıma zəng etmişdir. Hadisə yerinə gəlmiş təcili tibbi yardım əməkdaşları X7 rayon mərkəzi xəstəxanasına aparmışlar. Şahid4 məhkəmədə R.Ə. Kərimovun ifadəsinə uyğun ifadə vermişdir. Eyni zamanda tərəflər arasındakı mübahisənin «Topaz»idman mərc oyunları məntəqəsində başlaması, məntəqədə quraşdırılmış müşahidə kameraları ilə də qeydə alınmış, həmin görüntülər CD-ə köçürülməklə cinayət işi materiallarına əlavə edilmiş, bu barədə 15 noyabr 2021-ci il tarixli protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 06 noyabr 2020-cı il tarixli 366 nömrəli rəyində göstərilmişdir ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində, sol baldırın yuxarı 1/3-nin içəri-arxa səthinin böyük dərialtı venanın və şaxələrinin, dərialtı gizli venanın, baldır əzələsinin tam kəsilməsi ilə kəskin qanaxma verən ağr dərəcəli posthemorragik şokla nəticələnən bir ədəd kəsilmiş yarası xəsarətləri vardır. Göstərilən xəsarət kəsici alətlə, ola bilsin ki, bıcağın kəsəri ilə törənmişdir və törənmə müddəti onun xəstəxanaya gətirilməsindən bir qədər əvvəl-yəni 05.11.20-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan kəskin qanitirmə verən və ağır dərəcəli şokla nəticələnən sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 24 dekabr 2020-ci il tarixli 914/2020- MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kseorsurətinə əsasən qan qrupu ABO sistemi üzrə A beta(İİ)-dır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar, bıçaq üzərində olan ləkələrdə Abeta(İİ) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiqi edilmiş məhkəmə tibbikriminalistik ekspertizasının 23 dekabr 2020-ci il tarixli 590/2020 MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın sol ayağının icəri-orta nahiyəsində iki ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu iti ülgüçü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş bıcağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Təqdim olunmuş bıçaq zavod üsuli ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçaqıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 20 noyabr 2020-ci il tarixli 3094/K saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı-0,4%-dir. 05 noyabr 2020-ci il tarixdə 588 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılmış tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş vəziyyətdədir. İş materiallarına olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının 12 yanvar 2021-ci il tarixli 51 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək, onları idarə etmək, düzgün qavramaq və təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materialından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdə sonra Ağsu rayon polis şöbəsinə gələrək təqsirini boynuna almış, cinayətin törədilməsində istifadə edilən bir ədəd bıçağı şöbənin “Növbətçi hissəsi”nə təqdim etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu barədə məlumat yoxdur. 16 dekabr 2020-cı ildə iş üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs, 05 fevral 2020-cı il tarixdə isə təqsirləndirilən Təqsirləndirilən şəxs istintaqa ərizə ilə müraciət edərək barışdıqlarını, bir-birlərindən şikayət və tələblərinin olmadığını bildirmişdir. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində, Zərərçəkmiş şəxs, onun üzərinə hücüm etməsi səbəbindən, özünü müdafiə etmək məqsədi ilə vurduğunu bildirsə də, onun ifadəsində göstərdiyi həmin xüsusatlar məhkəmə istintaqı zamanı təsdiq edilməmişdir. Baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs hərəkətləri içtimai təhlükəli olmamış, Təqsirləndirilən şəxs həyatı üçün təhlükəli qəsd mövcud olmamışdır. Zərərçəkmiş şəxs hərəkətləri hüquqa zidd davranış olduğundan, həmin vaxt Təqsirləndirilən şəxs hərəkətlərdə zəruri müdafiə hüququ yaranmamışdır. Beləliklə də, cinayət işinin istintaqı zamanı toplanmış dəlillərlə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirildiyindən o, həmin maddələrlə məhkəmə məsuliyyətinə verilməlidirlər. Eyni zamanda, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun əməli düzgün olaraq CM-in 126.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. Təqsirləndirilən şəxs himayəsində iki az yaşlı uşağının olması, cinayət əməlini törətdikdə sonra polis şöbəsinə könüllü gələrək təqsirini boynuna alması, zərər çəkmiş şəxslə barışıq əldə etməsi müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.10 və 59.1.12-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzası verilməlidir. Məhkəmə yuxaıda sadalananlara yanaşı təqsirləndirilən şəxsə cəza təyin edərkən onun sərxoş vəziyyətdə cinayət əməlini törətməsini, eyni zamanda onun ictimai faydalı işlə məşğul olmamaqla tüfeyli həyat tərzinə meylli olmasını da nəzərə alır. Cəza təyini zamanı CM-in 60-cı maddəsinin “təyin ediləcək cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz” müddəası nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirləri, cinayət törədilərkən istifadə etdiyi alət və vəsaitləri olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 noyabr 2020-ci ildə şübhəli şəxs kimi saxlanmış, 10 noyabr 2020-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Onun ibtidai araşdırma zamanı həbsdə olduğu müddət təyin ediləcək cəzaya hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənə kimi dəyişdirilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 110 AZN (yüz on manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351, 353-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni 08 noyabr 2020-ci ildən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 110 AZN (yüz on manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Ağsu rayon polis şöbəsində saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş, bir ədəd cins şalvar sahibi Zərərçəkmiş şəxs, bir ədəd jaket isə Təqsirləndirilən şəxs qaytarılsın, bir ədəd bıçaq dəyəri müəyyən olunmadığına görə məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı gündən 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Hakimlər (sədrlik edən): Rəşad Əliyev Məruzəçi: Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-102/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-102/2021
28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver