Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-102/2022 26.05.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X7, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Zərərçəkmiş şəxsin nümayəndəsi: Nümayəndə xx xxxxxx 1986-cı ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində "xxxx" qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 177.2.1, 177.2.3-2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 mart 2021-ci il tarixdə saat 23 radələrində qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə digər şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" QSC-nin Baş Mingəçevir stansiyasında 239-cu km PK8-də 6-cı izolə edilmiş sahədən "xxxx" QSC İnrfastruktur departamentinin 9 nömrəli Yevlax İşarəvermə və rabitə sahəsindən "xxxx" QSC-nə məxsus bir ədədinin qiyməti 361 manat olmaqla ümumilikdə dörd ədəd cəmi 1444 (bir min dörd yüz qırx dörd) manat məbləğində DMS-70x1-25000 tipli drossel tağlarını gizli yolla talayaraq "xxxx" QSC-nə ümumilikdə 1444 (bir min dörd yüz qırx dörd) məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında dəmir yol xəttinə münasibətdə qəsdən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq bir ədəd şəffaf rəngli sellofan bükümdə olan külli miqdarda 128,994 qram miqdarında narkotik vasitə - heroin əldə edərək yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində olan yataq otağındakı stolun üzərində saxlamış, Yevlax rayon Məhkəməsinin 21 oktyabr 2021ci il tarixli 5(039)-138/2021 nömrəli qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində 22 oktyabr 2021-ci il tarixdə saat 1005-dən saat 1029-dək keçirilən axtarış zamanı həmin evin ikinci mərtəbəsində yerləşən Təqsirləndirilən şəxs yataq otağındakı stolun üzərindən onun qəsdən satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edib saxladığı külli miqdarda 128,994 qram miqdarında narkotik vasitə - heroin və üzərindən narkotik vasitə - heroin hissəcikləri olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində götərmişdir ki, Dilqəm onun qonşusu olmaqla sonuncu ilə birlikdə 09 mart 2021-ci il tarixdə avtomobilini düzəltdirməyə gedərkən yolda qəflətən avtomobilləri xarab olmuş, gecə vaxtı olduğuna görə avtomobilin içərisində yatıb qalmışlar. Səhər oyananda polis əməkdaşları itmiş mis naqilləri onların üzərinə atmış, həmçinin narkotik vasitəni də polis əməkdaşları onun evinə qoymuşlar. Belə ki, evdə yatdığı yerdə polis əməkdaşları onun yaşdığı evə gələrək narkotik vasitənin ona məxsus olmasını bildirmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 22 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində yaşadığı ünvan 2 ünvanında olarkən küçədən evin qarşısından kiminsə onun səslədiyini eşidib çölə çıxan zaman polis əməkdaşları özlərini ona təqdim edərək Yevlax rayon Məhkəməsinin qərarını ona elan edərək evində axtarış həyata keçirəcəklərini bildirmişlər. Buna etiraz etmədiyinə görə polis əməkdaşları tərəfindən evində aparılmış axtarış zamanı yaşadığı evin ikinci mərtəbəsində yerləşən yataq otağındakı stolun üzərində bir ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitəheroin, iki ədəd şüşə flakon, bir ədəd tibbi şpris və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Həmin narkotik vasitə olan heroin bükülü olduğu sellofan ilə birlikdə elektron tərəzidə çəkilərkən və çəkisinin 136 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin narkotik vasitə-heroin, stolun üzərində olan narkotik vasitə-heroini qəbul etmək üçün istifadə etdiyi iki ədəd şüşə ampula və bir ədəd tibbi şpris bir ədəd zərfdə, elektron tərəzi isə digər zərfdə qablaşdırılaraq götürülmüşdür. Bunlardan başqa yaşadığı otaqdan və evdən narkotik vasitə, psixotrop maddə, güclü təsir edən maddə, həmçinin hər hansı bir şübhəli əşya və predment aşkar edilməmişdir. Həmin narkotik vasitə - heroini 18 oktyabr 2021-ci il tarixdə günorta saatlarında Şəki şəhərinə gedən zaman yolun kənarından aşkar etmiş, özü istifadə etmək üçün saxlamışdır. 09.03.2021-ci il tarixdə tanışı Dilqəmlə birlikdə ona məxsus olan “Renault Megane” markalı avtomobilin turbosu işləmədiyi və onu təmir etdirmək üçün Mingəçevir şəhərinə getmiş, avtomobil tüstü buraxdığı üçün asfalt yolla deyil, Cırdaxan kəndinin torpaq yolu ilə getməyə qərar vermişlər. Həmin gün axşam saat 23 radələrində onlar “Mingəçevir stansiyası” ərazisində olarkən avtomobildə yaranmış nasazlıq səbəbindən avtomobil sönmüş, Dilqəm ona qısa müddətə qayıdacağını deyərək getmişdir. Bir müddət gözləsə də Dilqəm gəlməmiş, bundan sonra yaxınlıqdakı fermadan köməyə adam çağırmağa getmişdir. Fermadan tanımadığı bir kişi cinsli şəxs onunla gəlib avtomaşını itələməyə kömək etmişdir. Həmin vaxt Dilqəm də yanlarına gələrək onlara kömək etmiş, avtomobil əvvəlcə işə düşsə də sonra yenə nasazlıq səbəbindən avtomobil sönmüşdür. Onlar gecəni orada avtomobildə qalmış və səhər usta çağırıb, avtomobili təmir etdirib gedəcəklərini fikirləşmişlər. Səhəri gün, yəni 10.03.2021-ci il tarixdə onlar orada olan zaman polis əməkdaşları onların yanlarına gəlmiş və orada nə etdiklərini soruşmuşlar. Polislərə avtomobil xarab olub yolda qaldığını demiş, həmin avtomobili düzəltdirməyə getdiyini demişdir. Daha sonra polis əməkdaşları ətrafı axtarıqda kolluğun içindən mis naqilləri tapmışlar. Həmin vaxt Dilqəm həmin naqilləri dəmiryolundan kəsib oğurladığını etiraf etmiş, həmin mis naqillərdən xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dinidirilmiş “Azərbaycan Dəmir Yolları QSC”-nin 9 nömrəli Yevlax İşarəvermə və Rabitə sahəsinin rəis müavini vəzifəsində işləyən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 09.03.2021-ci il tarixdə Mngəçevir baş stansiyasında 239-cu km PK8-də 6-cı izoləedilmiş sahədə 4 ədəd DMS-70x1-25000 tipli drossel tağları oğurlanmış, həmin drossel tağlarının kəsilib götürülməsi zamanı dartı cərəyanının axması sxeminin pozulması və nəticədə hərəkət edən qatarların hərəkətində ciddi problemlərin yaranması riski yaranmışdır. Oğurluq hadisəsi barədə sahə rəisi X12 st. XPŞ-nə müraciət etmiş, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində drossel tağlarını kəsib oğurlayan sonradan Şahid10 və Təqsirləndirilən şəxs olduqlarını bildiyi şəxslər müəyyən edilərək saxlanılmışdır. 4 ədəd DMS-70x1-25000 tipli drossel tağlarının oğurlanması nəticəsində 9 nömrəli Yevlax İşarəvermə və Rabitə sahəsinə 1520 manat dəyərində maddi ziyan dəymiş, həmin ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasından məlumatı olmamış, onun üzərindən aşkar olunmuş narkotik vasitə də polislər tərəfindən onun üzərində qoyulmuşdur. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 19 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində Yevlax şəhər M.Müşviq küçəsində yaşadığı evə gedərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək onu polis şöbəsinə dəvət etmişdirlər. O, polis əməkdaşları ilə birlikdə Yevlax rayon polis şöbəsinə gəldikdən sonra şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə kçeirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü ilə birlikdə çəkisi 0,38 qram miqdarında narkotik vasitə – heroin aşkar olunaraq götürülmüşdür. Əvvəllər istifadə etdiyi narkotik vasitə olan heroini narkotik vasitələrin satışı ilə məşğul olan onunla eyni küçədə yaşayan Təqsirləndirilən şəxs alaraq istifadə etmiş, lakin 19 oktyabr 2021-ci ildə üzərindən çıxan narkotik vasitəni Təqsirləndirilən şəxs almamış, həmin narkotik vasitəni yerdən tapmışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid10 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 09.03.2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxsla birlikdə sonuncunun “Renault Megane” markalı **-EG-*** nömrəli avtomobilini təmir etdirmək üçün Mingəçevir şəhərinə getmiş, həmin gün saat 23 radələrində onlar “stansiya Mİngəçevir” adlanan yerə çatdıqda yaxınlıqdan keçən dəmir yolundan mis naqilləri oğurlayıb satmaq və əldə etdikləri pulu bölməyə qərar vermişlər. Onlar “stansiya Mingəçevir”də qorunmayan dəmiryol keçidinin yanından asfalt yoldan düşüb avtomobillə torpaq yolla meşə istiqamətində getmiş, təxminən 1 km-ə yaxın yol getdikdən sonra meşəlik ərazidə avtomobili saxlamışlar. Azad avtomobildə gözləmiş, o isə avtomobildə olan kəlbətini götürüb dəmir yolunun üstünə getmişdir. Orada yol ayrılan ərazidə dəmir yolunun kənarında yerdə qara qutular olmuş, həmin qara qutulardan uzun mis naqillər çıxmışdır. Özü ilə götürdüyü kəlbətinlə həmin mis naqillərin hər iki ucundan kəsib sürüyərək gəldikləri avtomobilin yanına gətirmiş və yük yerinə qoyub aparmaq istəmişlər. Orada avtomobil işə düşməmiş, bu səbəbdən kəsdikləri mis naqilləri avtomobilin yaxınlığında arxın içində kolluğun arasında gizlətmişlər. Gecəni orada avtomobilin içərisində qalmış, səhər usta çağırıb avtomobili təmir etdirməyi fikirləşmişdirlər. Səhəri gün, yəni 10.03.2021-ci il tarixdə onlar orada olan zaman polis əməkdaşları oğurluq etdikləri əraziyə gəlmiş və həmin yerə baxış keçirmişlər. Sonra polis əməkdaşları onların yanına gəlmiş və onlardan orada nə etdiklərini soruşmuşlar. Polis əməkdaşlarına əvvələcə avtomobil xarab olub yolda qaldığına görə avtomobili düzəltdirməyə getdiklərini demiş, daha sonra polis əməkdaşları ətrafı axtardıqda onların dəmiryolundan oğurlayıb gizlətdikləri mis naqilləri kolluğun dibindən tapmışlar. Bundan sonra onlar etdikləri əməli etiraf etmiş və həmin naqilləri dəmiryolundan kəsib oğurladıqlarını bildirmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Yevlax st. X13 Cinayət-axtarış qrupunun baş əməliyyat müvəkkili işləyən Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 10.03.2021-ci il tarixdə 9 nömrəli Yevlax İşarəvermə və Rabitə sahəsindən şöbəyə 09.03.2021-ci il tarixdə gecə saatlarında Aran qəsəbəsi ərazisində dəmir yolunun Mingəçevir baş stansiyasında drossel tağlarının oğurlanması barədə daxil olmuş məlumat əsasında şöbə rəsinin göstərişi ilə Post Patrul Xidmət Manqasının polis nəfərləri ilə birlikdə hadisə yerinə getmişlər. Orada ətraf ərazilərə baxan zaman oğurluq yerindən təxminən 10 metr aralıda bir avtomobil dayandığını görüb avtomobilə yaxınlaşdıqda sərnişin tərəfdə oturmuş və sonradan adının Dilqəm olduğunu bildiyi şəxs avtomobildən düşüb qaçmaq istəmişdir. Həmin vaxt manqa komandiri Şahid3 Dilqəmin arxasınca qaçıb sonuncunu saxlamış, digər avtomobilin sükanı arxasında oturmuş Azad adlı şəxs isə avtomobilin yanında qalmışdır. Orada olan şəxslərdən nə etdiklərini soruşduqda, həmin şəxslər avtomobillərində nasazlıq yarandığı üçün orada məcbur olub qaldıqlarını demişlər. Həmin yerə nə üçün gəlmələri barədə dəqiq bir söz deyə bilməmiş, Dilqəm və Azad adlı şəxslər narkotik vasitə istifadəçiləri olduqları, cinayət törətməyə meylli olduqları, həmçinin oğurluq olan yerin yaxınlığında aşkar olunmaları, orada olmaları barədə məntiqli və tutarlı bir səbəb gətirə bilməmələri onlarda şübhə yaratmışdır. Daha sonra avtomobilin dayandığı yerin ətrafında olan kolluqları və arxların içərisini axtarmağa başlayarkən avtomobilin təxminən 10-15 metr yaxınlığında qurumuş su arxının içərisindən kolluqların arasından dəmir yolundan oğurlanmış mis drossel tağlarını tapmışlar. Sorğu zamanı Dilqəm və Azad həmin drossel tağlarını kəsib oğurladıqlarını etiraf etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax st. X13 manqa komandiri işləyən Şahid3 Rauf oğlu, polis nəfəri işləyən Şahid4, Şahid5 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu olmaqla birlikdə ünvan 3 ünvanında yerləşən evlərində yaşamışlar. 22 oktyabr 2021-ci il tarixdə polis əməkdaşları onların evində Yevlax rayon Məhkəməsinin qərarı ilə və Azadın iştirakı ilə keçirdikləri axtarış zamanı Azadın qaldığı yataq otağından narkotik vasitə aşkar edərək götürmüşlər. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsində baş əməliyyat müvəkkili işləyən Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən evdə narkotik vasitələr, psixotrop maddələr və ya digər cinayət xarakterli predmetlərin saxlanılmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğu üçün Yevlax rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qərarı əsasında axtarış tədbirlərinin həyata keçirilməsi üçün Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkilləri Şahid9, Şahid8 və Yevlax rayon X4 tədqiqatlar qrupunun baş inspektoru X9 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində axtarış və götürmə aparılan zaman evin ikinci mərtəbəsinə qalxdıdan sonra sola dönərək qarşıda yerləşən yataq otağında Təqsirləndirilən şəxs həmin otaqdakı stolu göstərərək orada narkotik vasitə-heroin olduğunu bildirmiş və videoçəkilişlə stolun üzərinə baxış keçirilən zaman orada bir ədəd şəffaf rəngli sellofana bükülmüş tünd boz rəngli narkotik vasitə-heroinə bənzər maddə, bir ədəd işlək vəziyyətdə olan elektron tərəzi, iki ədəd baş hissələri qırıq vəziyyətdə və içərisi qaralmış olan şüşə ampulalar və bir ədəd tibbi şpris aşkar olunmuşdur. Bundan sonra müstəntiq tərəfindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş tünd boz rəngli narkotik vasitə-heroinə bənzər maddə bükülü olduğu sellofan ilə birlikdə SH-125 markalı elektron tərəzidə çəkilmiş və çəkisinin 136 (bir yüz otuz altı) qram olması müəyyən olunmuşdur. İstintaq üçün əhəmiyyət kəsb etdiyindən həmin bir ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə-heroin zərfə qoyularaq qablaşdırılmış, həmçinin bir ədəd elektron tərəzi də istintaq üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş narkotik vasitə-heroinə bənzər maddənin heroin olduğunu və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Bunlardan başqa Təqsirləndirilən şəxs yataq otağından, yaşadığı evdən narkotik vasitə, psixotrop maddə, güclü təsir edən maddə, həmçinin hər hansı bir şübhəli əşya və predment aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid9, Şahid8 və Yevlax rayon X4 Tədqiqatlar Qrupunun baş inspektoru X9 eyni məzmunlu ifadə verərək Şahid7 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 22.10.2021-ci il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhər M.Müşfiq küçəsi 56 nömrəli evin ikinci mərtəbəsində yerləşən yataq otağındakı stolun üzərindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş tünd boz rəngli narkotik vasitə-heroinə bənzər maddə, bir ədəd işlək vəziyyətdə olan elektron tərəzi, iki ədəd baş hissələri qırıq vəziyyətdə və içərisi qaralmış olan şüşə ampulalar və bir ədəd tibbi şpris aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 22.10.2021-ci il tarixli 17/768 nömrəli rəyində göstərilmişdir ki, təqdim olunmuş, üzərində “ Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş ....” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi – 128.994 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroinin təmiz çəkisi – 128.994 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 128,944 qram. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş elektron tərəzi” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd elektron tərəzinin üzərində olan maddə hissəcikləri-heroin hissəcikləridir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 18 may 2021-ci il tarixli 9/2568 nömrəli rəyində göstərilmişdir ki, aparılmış ekspert tədqiqatı nəticəsində qərarın təsviri hissəsində və təqdim edilmiş məktubda olan məlumatlara əsasən, tədqiq edilən bir ədəd dəmir yoluna aid DMS-70x1-25000 tipli drossel tağının, 09 mart 2021-ci il tarixə, qiyməti 380,00 manat, köhnəlməsini nəzərə alaraq təxminən 361,00 manat, dörd ədədi 1444,00 manat olmaqla zərərçəkmişə vurulmuş maddi ziyanın məbləği 1444,00 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 05 noyabr 2021-ci il tarixli 1349 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 06.11.2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus və istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 01.07.2021-ci il tarixdə ***- ***-**-** saylı mobil nömrədən “e qaqa bir ac tez bir kelme soz deyim sonra yenede elinde ne iwin varsa gorda, indi seninle adboyveren kimi sirazida zeng geldi o kecendefe senden aynoyun goturende dedimey surok yoldawimdi uzaq yol gelirha camahat torpax varsa tez mene bir soz de mende xalxa deyim cixsin.? he desem uzaqi 15-deqiqeye burda оlасаqһа.! mingecevirin cixwinda ala qapinin altinda mawininda oturub tez cavab gozduyurki cixa, altinda panarama mersdesi men he deyekimi uzaqi 10/15-deqiqeye burda olacqha.! tez ac de gorum cixsin.ya yox??? , e qaqa bu ne hereketdiki ey edirsen axi?bawkalari ile daniwirsan men yiganda ne xetde kecmirsen ndeki sonra yigib bir kelme sozunu demirsen.ama men sene bele hormetsizlik etmeremha hecvax.! yeke kiwisen alinmir de bilekda. camahat meni gozduyur axi. hormetsizlik elemeda deyanmadan yigirlar bayaqdan 5-deqiqede gozle deyirem. da axirinci zengindede xalxi allatmiwdimki qaqa papi yoxdu amma torpaq neqeder istesen varey tewkil ede bilerem hemi ter-temiz ceki hemde super aynoyundu hec bunu elemeye patida ehtiyac deyil. xalxi yalandan diraznit edib allatdim. indi sende acmirsanki ne dey” məzmunlu mesај göndərilmiş, 01.07.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Torpaq var Bakıdan çıxdım çatanda yıqım” məzmunlu mesal göndərilmiş, 02.07.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Qaqa suynan 0,8 gəldi” məzmunlu mesај göndərilmiş, 02.07.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “X16 Qurdla Problemdeyemde 100m X15 Pabratski” məzmunlu mesaj göndərilmiş, 05.07.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “ee bu ne hereketdi edirsen indi gelim yaaa pulu yada amanati vee menem turaldı” məzmunlu mesај göndərilmiş, 30.08.2021ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “azad bu ne hereketdi qaqa bu elecene qatqidi falqaya atdim yani getdi hamisi bele olarmi qaqa” məzmunlu mesaj göndərilmiş, 02.09.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Sizun biniznen quyya enmey olmazey dunen dedimki men hergun göturrem işdiyesen he he deysen açmısan tel bele iş görurler yeke oglansa açırsan sesni çızardmısan işin var ac bir kelme deda özunuzu qoysnuz dagın başney senöl” məzmunlu mesај göndərilmiş, 01.09.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Ay qaqa menem tural Ygda meni 9363639” və 22.09.2021-ci il tarixdə “Azad yeke oglansan men lomkadan Olurem” məzmunlu mesај göndərilmiş, 16.10.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Azad sen elsen cani meni yadan схаrtm qaqa inan seni gozdyurem qaqa sen mene niye bel ekyirsen men bilmirem, Azad sen elseni canin and icdin nolar men bizim aramiz kim girdi ki biz bele olduk qaqa indi 1 sen maldam.oteri qalmisam tefomda seni bezdirirem, Azda qadan alim nolar gelim verde sumuklerim kim agyyir bu Yun 2 den cet cekmisem, Nolar yeke kisisen niye bele elyirsen vallah nende ol sen ol men bele elmmer, Yeke oglansan soxum onun icin beyaqdan yalvariram 1 de ne olan Eydi elsenin canina and icirsem, Azdt bu ne herrkedi, Yeke oglanssn adam bel qehbe olmaz soxum onun icine meni aldirsan bu mal bir gun sende di sabah mende, Yeke oglansan nolar elsenin canin and icdin, Birden mala gore soxum onin icine nolar ki 1 den mal nediki, Yeke kisisen yeke oglan soxum onun icin ki sen yalvarirem, Elsrnin can and icdin, Yek oglansan nolar seni gozdyurdu. Sogun onun icine” məzmunlu ör göndərilmiş, 21.10.2021-ci il tarixdə ***-***-**- ** saylı mobil nömrəyə “Menem namiq qaqa pul duzetmisem 50 manat indi dе acmirsan” məzmunlu mesaj göndərilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 07.07.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Azad ac gorek bu telefonu bayax o ne hereketiydi meni getirdin ora duz getdin deyanmadin yeke oglansan mene yarim koku lazimdi” məzmunlu mesaj göndərilmiş, 13.08.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Qaqa vezyet pisdi cavab ver, Qaqaa men niye bu vezyete dusmeliyemki ? Dunen dedim axi agriyiram! , Qaqa meni niyee cirnadirsankiii, Qaqa telefona baxanda meni yig 100faiz gozduyurem” məzmunlu mesajlar göndərilmiş, 10.09.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Qarxna deyiv gelem weylerdeki ato.du cey pax pulnun уаrsni getrem narahat olma, Ceyy weyi gelem mende” məzmunlu mesajlar göndərilmiş, 04.10.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Salam qaqa o qara nol yedidi qaqa bes adam bele hereket edermi o neydi vermisen tuxda seyi bes mende mende o qəder pul verem ona” məzmunlu mesaj göndərilmiş, 04.10.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Gorsen qaqa sene guvenib sende nese gotruremki 5 manada men tutam sende bele edirsen qiraq inanki mene bele elemir sonra incigirsenki niye xeber elemirsen suyu ziplayirsan ona gore demirem bax qaqa bayaq verdiyin hara indi ki hara elemde qaqa innki menim icinde qalir neyse allah caniyi sag elesin məzmunlu mesaj göndərilmiş, 07.10.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “25m Patron Semiwka isteyirsen?” məzmunlu mesај göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03.09.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 31.10.2018-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 18.06.2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 19.11.2021-ci il tarixli 349 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhər M.Müşfiq küçəsi 56 nömrəli evdə qeydiyyatdadır və o, 1961-ci il təvəllüdlü anası Şahid6 ilə Yevlax şəhər M.Müşfiq küçəsi 56 nömrəli evdə yaşayır, yaşayış yerindən müsbət səciyyələndirilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər X5 rayon Narkoloji Kabinetinin 25.10.2021-ci il tarixli 1947 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə qeydiyyatda durur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər X1 rayon Psixonevroloji Kabinetinin 25.10.2021-ci il tarixli 2426 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə dispanser müşahidəsində dayanmır. İş materiallarına əlavə edilmiş 10 mart 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2000-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında 12 mart 2021-ci il tarix qərardan gırünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 22 oktyabr 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1029-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Yevlax rayon məhkəməsinin 23 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "xxxx" qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs onun evindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmamasına, o cümlədən dəmiryol xəttindən naqillərin oğurlanmasına heç bir aidiyyətinin olmamasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə iş üzrə şahid ifadələri, evdən aşkar olunmuş elektron tərəzi, narkotik vasitənin miqdarı, məhkəməkimyəvi ekspertizasının rəyi, axtarış keçirilməsinə dair protokola əlavə edilmiş CD-disk və işdə olan digər sənədlər əsas verir. Belə ki, Təqsirləndirilən şəxs video-çəkilişlə apalın axtarış zamanı evindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu bildirmiş, həmçinin təqsirləndirilən şəxs qismində barəsində həbs qətimkan tədbiri seçilən zaman da məhkəmə qarşısında olan zaman Təqsirləndirilən şəxs narkotik vasitənin onun evinə qoyulması barədə fikir bildirməmişdir. Eyni zamanda dəmiryol xəttindən naqillərin oğurlanmasına gəldikdə isə məhkəmə tərkibi məhkəməyədək icraat zamanı Şahid10 tərəfindən verilmiş ifadəsini, eyni zamanda Təqsirləndirilən şəxs həmin yerdə olmasını və qeyd olunan naqillərin oğurlanmasında hər ikisinin iştirakı olmasını daha inandırıcı və işin hallarına uyğun gələn dəlillər kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 177.2.1, 177.2.3-2 və 234.4.3-cü maddələrinə tövsifi ilə razılaşır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, CMin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 177.2.1, 177.2.3-2 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxs Azad Təqsirləndirilən şəxslıqdan məhrumetmə cəzasına məhkum olunmalı, CM-in 69.3-cü maddəsinə əsasən 10 mart 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunacaq cəzadan çıxılmalı, barəsində seçilmiş "xxxx" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdiriləmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs kimi həbsə alındığı 22 oktyabr 2021-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 119,10 AZN (yüz on doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məclləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məclləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 10 mart 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət Təqsirləndirilən şəxs təyin olunan cəzadan çıxılsın və üzərində qəti olaraq 07 (yeddi) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 22 oktyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 119,10 (yüz on doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Yevlax rayon Polis Şöbəsində saxlanılan 128,944 qram heroin, bir ədəd elektron tərəzi məhv edilsin, 4 ədəd DMS-70x1-25000 tipli drossel tağları və 2 ədəd kəlbətin "xxxx" QSC İnrfastruktur departamentinin 9 nömrəli Yevlax İşarəvermə və rabitə sahəsinə qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin, ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-102/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-102/2022
26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver