Məhkəmə qərarları › İş №1(091)-102/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-102/2025

24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-102/2025 24.07.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakı ilə, xx xxxxx 1990-cı ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Ağdaş Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyun 2024-cü il tarixli qərarı ilə qeyd olunan cəzasının çəkilməmiş 11 ay 10 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X6 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 12.1, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası hüdudlarından kənarda qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs X12 ilə əvvəllər aralarında baş vermiş mübahisə səbəbindən qisas almaq niyyəti ilə sonuncunu qəsdən öldürmək qərarına gəlib bu məqsədlə tiyəsinin uzunluğu 100 mm, dəstək hissəsinin uzunluğu 123 mm, ümumi uzunluğu isə 223 mm olan soyuq silah hesab edilməyən qatlanan məişət təyinatlı bıçağı üzərində götürüb 23 may 2014-cü il tarixdə saat 14-15 radələrində Rusiya Federasiyası, Tula vilayəti, Şyokino şəhəri, Qaqarin küçəsi 4 A və Yubilyenıy küçəsi 18 A ünvanında yerləşən evlərin arasında yolun hərəkət hissəsində dayanmış vəziyyətdə olan Vicay Cəbrayıllıya məxsus “VAZ 21099” minik markalı, “T-8** AC ***” dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağına əyləşərək avtomobilin sürücü oturacağında əyləşmiş Vicay Cəbrayıllıdan bir neçə gün əvvəl ona yumruq zərbəsi vurmasının səbəbini soruşduqdan sonra aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qisas almaq niyyəti ilə qəsdən öldürmək məqsədilə Vicay Cəbrayıllının sifətinə və bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruqla bir neçə zərbə vurduqdan sonra qəsdən adam öldürməyə yönəlmiş əməlini başa çatdırmaq üçün üzərində olan məişət təyinatlı bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla ona dərəcəsinə görə sağlamlığa zərər vurmayan küt alətlə və ya məhdud travmayetirici səthi olan bərk alətlə ən azı beş zərbə təsirindən yaranan sifətində və başın tüklü hissəsində sıyrıntı xəsarətləri, küt alətlə sol çiyin və sol diz oynağında yaranan qançır xəsarətləri, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid qarının sol nahiyəsindən öndən arxaya, aşağıdan yuxarıya və nisbətən soldan sağa yönəlmiş bədən səthinin daxilə keçməyən yara kanalı ilə müşayiət olunan 1 ədəd kəsilmiş-deşilmiş yarası, sağ baldırın yuxarı üçdə bir hissəsinin öndən arxaya, aşağıdan yuxarıya və soldan sağa yönəlmiş yara kanalı ilə müşayiət olunan 1 ədəd kəsilmiş-deşilmiş yarası, kəsici xüsusiyyətə malik əşyanın təsirindən sol əldə 3 kəsik xəsarətləri, həmçinin həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qarının sağ nahiyəsindən böyük omentumun (böyük piyliyin), 12 barmaq bağırsağın, mədəaltı vəzin üstünün, sağ böyrəyin zədələnməsinə səbəb olan aşağıdan yuxarıya, öndən arxaya və soldan sağa yönəlmiş yara kanalı ilə müşayiət olunan, qarın boşluğu orqanları və retroperitoneal boşluğun zədələnməsi, habelə kəskin qanitirmə ilə nəticələnərək sonuncunun 23 may 2014-cü il tarixdə saat 17:00-da Şyokino Rayon Xəstəxanasında ölümünə səbəb olan daxilə keçən xəsarət yetirməklə X7 Azərbaycan Respublikasının hüdudlarından kənarda qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib CM-in 12.1, 120.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2014-cü ilin aprel ayının əvvələrində dostu Şahid1la birlikdə işləmək məqsədilə Rusiya Federasiyasının Tula vilayətinin Şyokino şəhərinə getmişlər və orada Şahid1 rəfiqəsi X11 kirayələdiyi evdə qalmışlar. Bir müddət sonra Şahid1 onu Vicay Cəbrayıllı ilə tanış etmiş və sonuncunun “VAZ 21099” markalı avtomobili olmuşdur. Söhbət əsnasında Vicay Cəbrayıllı hər hansı çətinliyi olacağı halda müraciət edə biləcəyini ona demiş, lakin sonuncu onda xoş təəssürat yaratmadığı üçün o, sonradan Şahid1 bu barədə demiş, buna baxmayaraq, onlar Vicay Cəbrayıllı ilə mütəmadi görüşüb sonuncuya məxsus avtomobillə şəhəri gəzmişlər. Bir müddət sonra Vicay Cəbrayıllının dəvəti ilə o və Şahid1 birlikdə Vicay Cəbrayılının yaşadığı evə qonaq getmişlər. Orada olarkən Vicay Cəbrayıllı onları qonaq çağırmaqda məqsədinin Abdul adlı həmyerlisinin Şahid1 Azərbaycan Respublikasına getməsindən sonra sonuncunun arxası ilə danışdığını və ünvanına nalayiq ifadələr işlətdiyini bildirmək olduğunu demiş, həmin vaxt onlar belə söhbətlər etməyin yersiz olduğunu bildirmişlər, bir müddət sonra isə Şahid1la birlikdə yaşadıqları evə qayıtmışlar. Bundan sonra o, Vicay Cəbrayıllının yalan danışdığını, sonuncunun onunla Abdul adlı şəxsin münasibətlərinin pisləşməsi üçün çalışdığını demiş və Abdul adlı şəxslə görüşərək məsələni aydınlaşdırmağı təklif etmişdir. Növbəti gün onlar Abdul adlı şəxslə görüşmüşlər və məsələni aydınlaşdıran zaman Vicay Cəbrayılının yalan danışdığını müəyyən etmişlər. Həmin vaxt onların yaşayış yeri üzrə müvəqqəti qeydiyyatları olmamış, qeyd olunan səbəbdən Şahid1 xahişi ilə Vicay Cəbrayıllı tərəfindən onlar sonuncunun tanışı olan Yuliya adlı şəxsin evinə qeydiyyata alınmışlar. Həmin Yuliya adlı şəxs qeydiyyata düşməyə görə 10000 (on min) rubl pul istəyərək həmin pulu vermələri üçün 10 gün gözləyə biləcəyini demiş, lakin Vicay Cəbrayıllı onları tələsdirmişdir. Bundan 1-2 gün sonra Vicay Cəbrayıllı ona zəng edib Abdul adlı şəxsin Şahid1 arxası ilə danışdığını, lakin onların gedib həmin şəxsin evində qonaq olduğunu bildiyini deyib onun ünvanına nalayiq ifadələr işlətmiş, bu səbəbdən də o, Vicay Cəbrayıllının yaşadığı evə getmiş, bir qədər sonra isə Şahid1 da oraya gəlmişdir. Orada olarkən o, Vicay Cəbrayıllıdan onun ünvanına nalayiq ifadələr işlətməsinin səbəbini soruşmuş, sonuncu isə Abdul adlı şəxsin onların arxası ilə söyüş söyməsinə baxmayaraq onunla görüşdükləri üçün əsəbləşərək onun ünvanına nalayiq ifadə işlətdiyini bildirmişdir. Onlar münasibətlərini aydınlaşdırdıqdan sonra o, hazırda maddi imkanlarının zəif olduğunu və 10 min rubl pulu verəcəklərini bildirmiş, sonuncu isə onun payına düşən 5 min rubl pulu ona bağışladığını, lakin yerdə qalan digər 5 min rubl pulu Şahid1 alacağını bildirmişdir. O, Şahid1 borcunun onun borcu olduğunu, həmin pulu sonuncu ilə birlikdə yaxın zamanda verəcəklərini Vicay Cəbrayıllıya demiş, bundan sonra isə həmin yeri tərk etmişlər. Onlar qeydiyyata alındıqdan təxminən 3-4 gün sonra X20 bazarına gəlib ev sahibinin uşağının yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirildiyini, bu səbəbə görə də ev sahibinə təcili pul lazım olduğunu bildirmiş, onlar isə hazırda pullarının olmadığını və pulu 10 gün müddətində qaytarmağa dair razılaşdıqlarını bildirərək həmin pulu onların əvəzinə verməsini və qeyd olunan pulu 1 həftə ərzində qaytaracaqlarını Vicay Cəbrayıllıya bildirmişlər, sonuncu isə onlarla razılaşaraq göstərilən yeri tərk etmişdir. Həmin gün axşam saatlarında evinə qeydiyyata alındıqları qadın cinsli şəxslə bazarda qarşılaşdıqda həmin qadının yanında 3 azyaşlı övladının olduğunu görmüşlər və sonuncudan uşağının yanıq xəsarətləri alıb-almadığını soruşmuşlar, qeyd olunan qadın cinsli şəxs isə belə halın baş vermədiyini bildirmişdir. X19 yalan danışdığını anlamışlar, bundan sonra isə o, Vicay Cəbrayıllıya zəng edib yalan danışdığını öyrəndiklərini sonuncuya bildirərək onlara qarşı düzgün hərəkət etmədiyini demişdir. Növbəti gün o, Şahid1la birlikdə səhər saatlarında bərbərə gedib saçlarını kəsdirib işə getmişlər və işdə olan zaman Vicay Cəbrayıllı ona zəng edərək ünvanına nalayiq ifadələr işlədib saç kəsdirməyə pul tapdıqlarını, lakin onun pulunu verməyə imkanlarının olmadığını deyərək bu barədə soruşmuş, o isə ümumiyyətlə pul verməyəcəyini Vicay Cəbrayıllıya bildirib danışığı bitirmişdir. Vicay Cəbrayıllı yenidən ona zəng edərək harada olduğunu soruşub onunla görüşmək istədiyini bildirmiş və bazarın qarşısına çıxmasını tapşırmış, bundan təxminən 5-10 dəqiqə sonra Vicay Cəbrayıllı idarə etdiyi “VAZ 21099” markalı avtomobillə bazarın qarşısına gəlmişdir. Bu zaman avtomobilin ön oturacağında Yaşar Həsənov olmuş, ardınca isə o və Şahid1 avtomobilin arxa oturacağında əyləşmişlər. Daha sonra Vicay Cəbrayıllı avtomobili meşə istiqamətində idarə edərək meşənin ərazisində avtomobili saxlayıb avtomobildən yerə düşərək ön sərnişin oturacağının aşağı hissəsindən taxta beyzbol çubuğunu götürüb ona zərbə vurmuş, həmin vaxt Yaşar Həsənov buraya söhbət etməyə gəldiklərini bildirib Vicay Cəbrayıllının əlindən taxta beyzbol çubuğunu götürüb sonuncunun sifətinə sillə zərbəsi vurmuş, bundan sonra onlar orada dayanıb söhbət etməyə başlamışlar. Söhbət əsnasında Vicay Cəbrayıllı ilə aralarında mübahisə yaranmış, bu zaman sonuncu onun sifətinə yumruq zərbəsi vurmuş, nəticədə onun dodaq nahiyəsi zədələnmiş və həmin nahiyədən qan axmağa başlamışdır. Bu zaman X29 Cəbrayıllını, Şahid1 isə onu tutaraq onları bir-birindən kənarlaşdırmışlar, həmin vaxt Vicay Cəbrayıllı onun ünvanına nalayiq ifadələr işlətmiş, bir müddət sonra isə həmin avtomobilə əyləşib bazar istiqamətində hərəkətə başlamışlar. Oraya çatdıqdan sonra avtomobildən düşmüş və bir daha gözünə görünməməsini və etdiyi hərəkətlərin heyfini çıxacağını Vicay Cəbrayıllıya demiş, sonuncu isə əlindən gələni etməyənin ünvanına nalayiq ifadə işlədərək avtomobili idarə edib həmin yeri tərk etmişdir. Bundan bir neçə gün sonra onlar bazarda olan zaman Şahid1 ona Vicay Cəbrayıllının avtomobilinin bazarın qarşısında yolda dayandığını bildirmiş, o, Vicay Cəbrayıllını gördükdən sonra sonuncuya gücünün çatmayacağı halda həmin bıçaqla xəsarət yetirmək məqsədilə meyvə kəsmək üçün istifadə etdiyi bıçağı piştaxtadan götürüb arxa cibinə qoyub sonuncunun avtomobilinin dayandığı istiqamətdə hərəkət etməyə başlamış, lakin Şahid1 onun qarşısını kəsib Vicay Cəbrayıllıya yaxınlaşmağına imkan verməmiş və Abdul adlı şəxslə görüşüb məsləhətləşməsini ona təklif etmişdir. Bundan sonra onun təklifi ilə Abdul adlı şəxs onun işlədiyi yerə gəlmiş və orada olarkən birlikdə kafeyə gedib spirtli içki qəbul etmişlər. Söhbət əsnasında o, Vicay Cəbrayıllının hərəkətlərinə görə sonuncuya zərbə vurmaq istədiyini Abdul adlı şəxsə demiş, sonuncu isə onun işinə qarışmayacağını bildirmişdir. Bundan sonra o, Vicay Cəbrayıllının avtomobilinin dayandığı yerə getmiş, bu zaman sonuncunun avtomobilin sürücü oturacağında əyləşdiyini görmüş və avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Bundan sonra o, Vicay Cəbrayıllını meşə ərazisinə aparıb orada sonuncu ilə dalaşmaq məqsədilə avtomobilin mühərrikini işə salaraq irəli hərəkət etdirməsini sonuncuya təklif etmiş, sonuncu isə avtomobildə tək olduğunu və bu səbəbdən də avtomobildə söhbət etməsini ona demişdir. Həmin vaxt Şahid1 da onlara yaxınlaşaraq avtomobilin sol arxa qapısını açıb avtomobilə əyləşmiş, bundan sonra o, yenidən avtomobili hərəkət etdirərək həmin ərazidən uzaqlaşmağı Vicay Cəbrayıllıya təklif etmiş, lakin sonuncu imtina etmişdir. Daha sonra o, əvvəl etdiyi hərəkətləri Vicay Cəbrayıllıya bildirib ondan istifadə etdiyinə görə sonuncunun ünvanına nalayiq ifadə işlətmiş, Vicay Cəbrayıllı isə həmin vaxt içkili halda olduğunu, əks halda isə ona zərbə vurmayacağını bildirmişdir. Aralarında baş vermiş mübahisə vaxtı o, indi də özünün sərxoş halda olduğunu Vicay Cəbrayıllıya deyib sonuncunun sifətinə üfürüb yumruqla sonuncunun baş nahiyəsinə zərbə endirmiş, nəticədə sonuncunun qaş nahiyəsi partlamış və başı təhlükəsizlik kəmərinin yuxarı hissəsinə dəymişdir. Bundan sonra o, Vicay Cəbrayıllının boyun nahiyəsindən tutub özünə tərəf sıxıb avtomobildən qaçmasına imkan verməmiş, həmin vaxt Vicay Cəbrayıllı onun sol qarın nahiyəsinə yumruqla zərbə vurmuş, o da sol əli ilə sonuncunun boyun nahiyəsindən tutub özünə tərəf sıxaraq baş nahiyəsinə yumruqla zərbələr vurmuşdur. Bu zaman o, Vicay Cəbrayıllının avtomobilin saxlanc yerinə əl atdığını görüb sonuncunun oradan bıçağı götürmək istədiyini güman etmiş və arxa sağ cibindən kəpənək tipli bıçağı çıxarıb Vicay Cəbrayıllıya xəsarətlər yetirmişdir. Bundan sonra o və Şahid1 birlikdə meşə istiqamətində qaçaraq taksiyə əyləşib oradan Moskva şəhərinə yola düşmüşlər, Moskva şəhərinə çatdıqdan sonra o və Şahid1 ayrılmışlar və əvvəlcədən tanıdıqları şəxslərin yanına getmişlər. Həmin vaxt Vicay Cəbrayıllının ölməsi barədə onun məlumatı olmamış və hadisədən bir gün sonra bu barədə eşitmişdir. Sonradan o, Tula vilayətinə qayıdaraq baş vermiş hadisə ilə bağlı olduğu kimi polisə məlumat verməsini Şahid1 demiş, daha sonra isə Kolya adlı Azərbaycan əsilli tanışının köməkliyi ilə qeyriqanuni yolla Rusiya Federasiyasından Ukrayna Respublikasına daxil olmuş, sosial şəbəkə vasitəsilə tanış olduğu Kseniya adlı qadın cinsli şəxslə orada təxminən 15-20 gün müddətində qaldıqdan sonra Azərbaycan Respublikasına qayıtmışdır. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, mərhum X12 onun oğlu olmuşdur. Vicay Cəbrayıllı 2013-cu ilin əvvəllərində işləmək məqsədilə Rusiya Federasiyasının Tula Vilayətinə əmisi İlham Cəbrayılovun yanına getmiş, bir müddət Tula Vilayətində kafedə işlədikdən sonra taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, mobil telefon vasitəsilə Vicay Cəbrayıllı ilə mütəmadi olaraq danışmış və bu zaman sonuncu hər hansı şəxslə ədavət və düşmənçiliyi olması və ya hər hansı probleminin olması barədə ona deməmişdir. 23 may 2014-cü il tarixdə qohumları ona X16 Federasiyasında bıçaqlanaraq öldürüldüyünü bildirmiş, sonradan Vicay Cəbrayıllının adını və soyadını bilmədiyi Ağdaş rayon sakini tərəfindən öldürülməsi ona məlum olmuş, lakin bunun səbəbini bilməmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmamışdır və sonuncunun qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 2014-cü ilin aprel ayının əvvələrində dostu Təqsirləndirilən şəxsla birlikdə işləmək məqsədilə Rusiya Federasiyasının Tula vilayətinin Şyokino şəhərinə getmişlər və orada onun rəfiqəsi Ellada Tağıyevanın kirayələdiyi evdə qalmışlar. Bir müddət sonra o, Vicay Cəbrayıllı ilə tanış olmuş və sonuncunun “VAZ 21099” markalı avtomobili olmuşdur. Həmin vaxt onların yaşayış yeri üzrə müvəqqəti qeydiyyatları olmamış, qeyd olunan səbəbdən Şahid1 xahişi ilə Vicay Cəbrayıllı tərəfindən onlar sonuncunun Yuliya adlı tanışının evinə qeydiyyata alınmışlar. Yuliya adlı şəxsin evinə qeydiyyata alınmağa görə hər biri Vicay Cəbrayıllıya 1500 rubl olmaqla, ümumilikdə 3000 rubl pul vermək barədə razılığa gəlmişlər. Bundan bir neçə gün sonra Vicay Cəbrayıllı ev sahibi Yuliya adlı şəxsin uşağının yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirildiyini, bu səbəbə görə də ev sahibinə təcili pul lazım olduğunu Təqsirləndirilən şəxs bildirmiş, onlar isə hazırda pullarının olmadığını, həmin pulu onların əvəzinə verməsini və qeyd olunan pulu 1 həftə ərzində qaytaracaqlarını Vicay Cəbrayıllıya bildirmişlər, sonuncu isə onlarla razılaşaraq göstərilən yeri tərk etmişdir. Vicay Cəbrayıllının sözlərinə əsasən sonuncu onların əvəzinə ilkin olaraq Yuliya adlı şəxsə 1000 rubl, daha sonra isə 2000 rubl olmaqla, ümumilikdə 3000 rubl pul vermişdir. Bir qədər sonra evinə qeydiyyata alındıqları Yuliya adlı şəxslə bazarda qarşılaşdıqda həmin qadından Vicay Cəbrayıllının onların əvəzinə pul verib-vermədiyini soruşmuşlar, qeyd olunan Yuliya adlı şəxs isə Vicay Cəbrayıllının ona hər hansı məbləğdə pul vermədiyini bildirmişdir. X19 yalan danışdığını anlamışlar, bundan sonra isə Təqsirləndirilən şəxs Vicay Cəbrayıllıya zəng edib yalan danışdığını, ev sahibəsinə pulu vermədiyini öyrəndiklərini sonuncuya bildirərək onlara qarşı düzgün hərəkət etmədiyini demişdir. Növbəti gün o və Təqsirləndirilən şəxs birlikdə bərbərə gedib saçlarını kəsdirmişlər, bunu eşidən X28 Səfərova zəng edərək ünvanına nalayiq ifadələr işlədib saç kəsdirməyə pul tapdıqlarını, lakin onun pulunu verməyə imkanlarının olmadığını demiş və görüşməyi təklif etmişdir. Bir qədər sonra X28 Səfərovla görüşmək məqsədilə idarə etdiyi “VAZ 21099” minik markalı avtomobillə Qaqarin bazarının qarşısına gəlmiş, o, Vicay Cəbrayıllı ilə görüşməməsini Təqsirləndirilən şəxs xahiş etsə də sonuncu onun bu təklifinə məhəl qoymamış və Təqsirləndirilən şəxs Vicay Cəbrayıllının avtomobilinin arxa sərnişin oturacağında əyləşmişdir. Bundan sonra o da avtomobilin arxa sərnişin oturacağında əyləşmiş, həmin vaxt avtomoblin ön sərnişin oturacağında Yaşar Həsənov olmuşdur. Daha sonra Vicay Cəbrayıllı avtomobili meşə istiqamətində idarə edərək meşənin ərazisində avtomobili saxlamış və bundan sonra onlar avtomobildən yerə düşmüşlər. Vicay Cəbrayıllı ilə Təqsirləndirilən şəxs söhbət edən zaman aralarında mübahisə yaranmış, bu səbəbdən də Vicay Cəbrayıllı avtomobildən taxta beyzbol çubuğunu götürüb Təqsirləndirilən şəxs tərəf gəlmiş, həmin vaxt X29 Cəbrayıllının əlindən taxta beyzbol çubuğunu götürüb sonuncunun qulaq nahiyəsinə sillə zərbəsi vurmuş, bundan sonra onlar orada dayanıb söhbət etməyə başlamışlar. Söhbət əsnasında Təqsirləndirilən şəxs istifadə etdiyini Vicay Cəbrayıllıya bildirib istifadə edən oğlanın nə olduğunu soruşduqda X28 Səfərovun sifətinə yumruq zərbəsi vurmuş, Təqsirləndirilən şəxs isə ayaqlarını Vicay Cəbrayıllının ayaqlarına ilişdirib sonuncunu yerə yıxmışdır. Bu zaman o və X29 Cəbrayıllı ilə Təqsirləndirilən şəxs bir-birindən kənarlaşdırmışlar, bir müddət sonra isə həmin avtomobilə əyləşib bazar istiqamətində hərəkətə başlamışlar. Bir müddət sonra 23 may 2014-cü il tarixdə günorta saatlarında o, Təqsirləndirilən şəxsla birlikdə Qaqarin bazarında olan zaman Vicay Cəbrayıllıya məxsus olan ağ rəngli “VAZ 21099” markalı minik avtomobilin bazarın yaxınlığında olduğunu görmüşlər. Təqsirləndirilən şəxs Vicay Cəbrayıllı ilə görüşüb zərbə vurmasının səbəbini aydınlaşdıracağını demiş, o da Vicay Cəbrayıllıya olan 1500 rubl borcunu qaytarmaq üçün Təqsirləndirilən şəxs arxası ilə sonuncunun avtomobilinə yaxınlaşmış, o, sol tərəfdən arxa sərnişin oturacağında, Təqsirləndirilən şəxs isə avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Avtomobildə olan zaman Təqsirləndirilən şəxs insanların arasında zərbə vurmasının səbəbini Vicay Cəbrayıllıdan soruşmuş, bu zəmində aralarında mübahisə yaranmış, mübahisə vaxtı Elçin X9ş nahiyəsinə yumruqla zərbə vurmuş, nəticədə sonuncunun qaş nahiyəsi partlamış, habelə qeyd olunan vaxt Vicay Cəbrayıllı da Təqsirləndirilən şəxs yumruqla zərbə vurmuşdur. Bundan sonra o, avtomobilin qapısını açıb çölə çıxan zaman Vicay Cəbrayıllının qışqırdığını eşitmiş, daha sonra Təqsirləndirilən şəxs avtomobildən çıxarmaq üçün avtomobilin ön sərnişin qapısını açmağa çalışmış, lakin qapı açılmamışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs sağ əlində bıçağı tutduğunu, qol nahiyəsinin və əlində olan bıçağın qana bulaşdığını görmüş, bu səbəbdən də Təqsirləndirilən şəxs Vicay Cəbrayıllıya bıçaqla xəsarətlər yetirdiyini başa düşmüş, lakin Təqsirləndirilən şəxs Vicay Cəbrayıllının hansı nahiyələrinə və neçə zərbə vurduğunu görməmişdir, ardınca isə Təqsirləndirilən şəxs avtomobildən düşürmüşdür. Bundan sonra o və Təqsirləndirilən şəxs birlikdə meşə istiqamətində qaçaraq taksiyə əyləşib oradan Moskva şəhərinə yola düşmüşlər, Moskva şəhərinə çatdıqdan sonra o və Təqsirləndirilən şəxs ayrılmışlar və əvvəlcədən tanıdıqları şəxslərin yanına getmişlər. Bir neçə gün sonra o, Abdul adlı şəxsə zəng edib Vicay Cəbrayıllının vəziyyəti ilə maraqlanmış və bu zaman sonuncu Vicay Cəbrayıllının öldüyünü demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs özünü istintaq orqanına təqdim etməsini təklif etmiş, lakin sonuncu razılaşmamışdır. Bundan sonra o, Şyokino şəhərinə gedib baş vermiş hadisə ilə bağlı polis şöbəsinə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 2014-cü ilin may ayının sonlarında Moskva şəhərinə getdikdən təxminən 1-2 gün sonra onun mərhum qaynı X15 Səfərov onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edib görüşmək istədiyini bildirmiş və həmin gün axşam saatlarında Moskva şəhəri, Domodedovo metrosunun yaxınlığında Təqsirləndirilən şəxsla görüşmüşlər. Bu zaman Təqsirləndirilən şəxs ondan borc qismində 10 min rubl pul istəmiş, o isə sonuncuya borc qismində 7 min rubl pul vermişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs ona adam öldürdüyünü demiş, lakin həmin şəxsin kim olduğunu və nə üçün öldürdüyünü bildirməmişdir. O, özünü təqdim etməsini Təqsirləndirilən şəxs təklif etmiş, sonuncu isə könüllü olaraq polis bölməsinə getməyəcəyini və polis əmnəkdaşları tərəfindən tutulanadək gizlənəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin yeri tərk edib getmiş, lakin sonuncunun haraya getdiyini bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X21 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun mərhum qardaşının oğludur. Təqsirləndirilən şəxs 2014-cü ilin yaz aylarında işləmək üçün dostu Şahid1la birlikdə Rusiya Federasiyasına getmiş, bundan təxminən 1-2 ay sonra Təqsirləndirilən şəxs ona zəng edib Tula vilayətində işlərinin alınmadığını və Moskva şəhərinə getmək istədiyini deyərək Moskva şəhərində yaşayan tanışlarından olan şəxslərin mobil telefon nömrələrini istəmiş, o da qohumu Elşən Əsədlinin və mərhum qardaşının hazırda adını xatırlamadığı dostunun mobil telefon nömrələrini Təqsirləndirilən şəxs vermişdir. Bundan təxminən 1-2 gün sonra Təqsirləndirilən şəxs yenidən ona zəng edib Rusiya Federasiyası Tula vilayətində bir nəfər şəxslə dalaşdığını, həmin şəxsin öldüyünü və polis əməkdaşlarının ondan şübhələndiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs polis şöbəsinə gedərək özünü təqdim etməsini təklif etmiş, bundan sonra sonuncu ilə telefon danışığı olmamış və təxminən 1 ay sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına qayıtmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, 1997-ci ildən etibarən mütəmadi olaraq Rusiya Federasiyası, Tula Vilayəti, Şyokino şəhərinə gedərək həmin şəhərdə Qaqarin bazarının qarşısında tərəvəz və şitillərin satışı ilə məşğul olmuşdur. 23 may 2014-cü il tarixdə saat 16 radələrində bazarın qarşısında Qaqarin küçəsi ilə Yubileynaya küçəsinin kəsişməsindəki yolda xeyli sayda insanların toplaşdığını, onların arasında tanışı Yaşar Həsənovun da olduğunu görmüş və həmin yerə yaxınlaşmışdır. Oraya yaxınlaşdıqda ağ rəngli “VAZ 21099” markalı avtomobilin olduğunu, avtomobilin sürücü oturacağında Vicay Cəbrayıllının olduğunu, həmin şəxsin köynəyinin qana bulaşmış halda olduğunu, qeyd olunan şəxsin sükana tərəf əyilmiş vəziyyətdə olduğunu və qışqıraraq çox ağrıdığını bildirdiyini görmüşdür. Yaşar Həsənov həmin şəxsin onun tanışı olduğunu bildirmiş, həmin vaxt hadisə yerində olan tanımadığı şəxslər təcili tibbi yardım xidmətinə məlumat verdiklərini bildirsələr də o, vaxt itirməmək məqsədilə Yaşar Həsənova birlikdə Vicay Cəbrayıllını xəstəxanaya aparmağı təklif etmişdir. Daha sonra o, avtomobilin ön sağ qapısını açıb, Yaşar Həsənov isə qarşı tərəfdən Vicay Cəbrayıllını birlikdə ön sərnişin oturacağına keçirmişlər, bundan sonra Yaşar Həsənov sükan arxasında, o isə arxa sərnişin oturacağının sağ tərəfində əyləşmiş və ön sərnişin oturacağında əyləşmiş Vicay Cəbrayıllını tutmuşdur. Həmin vaxt Vicay Cəbrayıllı ağrılardan tez-tez huşunu itirib daha sonra ayılmış, hərəkətdə olduqları müddət ərzində sonuncu yalnız ağrılardan şikayətlənmiş və su içmək istədiyini bildirmiş, baş verənlərlə bağlı heç nə deməmişdir. Hadisənin baş verdiyi yerdən xəstəxanaya olan məsafə təxminən 500-600 metr olduğundan onlar təxminən 2-3 dəqiqə sonra xəstəxanaya çatmışlar, daha sonra isə tibb işçiləri və Yaşar Həsənovla birlikdə yaralanmış şəxsi avtomobildən düşürüb xəstəxanaya getməsinə köməklik etmişlər. 24 may 2024-cü il tarixdə isə həmin şəxsin xəstəxanda ölməsi ona məlum olmuş, lakin sonuncunun kim tərəfindən öldürülməsi barədə məlumatı olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 23 may 2014-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə Rusiya Federasiyası CM-in 105-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş meyitə baxış keçirilməsi haqqında 23 may 2014-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə X5 meyitinə baxış keçirilmişdir. Meyitin sifətində sağ almacıq sümüyü nahiyəsində 2 ədəd sıyrıq izi aşkar olunmuşdur, ölçüləri müvafiq olaraq 0,7x0,2 sm və 0,5x0,5 sm-dir. Sağ qaş nahiyəsində 0,7x0,2 sm ölçüsündə sıyrıntı, gözün uc hissəsində qanaxma ilə sağ qaşın üstündə hematoma, ayaq nahiyəsində hematoma, baldır hissəsində isə yara aşkar olunmuşdur. Göbəkdən 5 sm yuxarıda və mərkəzi xətdən 1 sm sağda 1,5x0,5 sm ölçülərində bıçaq yarası vardır və daxili orqanların zədələnməsinə səbəb olmuşdur. Yuxarı qalça sümüyündən içəri 1 sm solda iti küncləri, bərabər kənarları olan təxminən 1,5x0,5 sm ölçüdə bıçaq yarası vardır, qanaxması vardır. Baldırın yuxarı üçdə bir hissəsinin ön səthi üzrə sağ aşağı uclarında kənarları, küncləri iti təxminən 2,5x0,5 sm olan yara vardır, qanaxması yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 23 may 2014-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə ağ rəngli, “VAZ 21099” markalı, “T 8** AC ***” dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobilin içərisində, sürücü oturacağından solda qara rəngli çubuq, uzunluğu 70 sm, boz rəngli maddə ilə hopmuş hissələr aşkar edilmişdir. Sürücü oturacağı tərəfdə rezin ayaqaltı üzərində avtomobil üçün hava təravətləndirici alət qırılmış vəziyyətdədir. Avtomobilin arxa oturacağı üzərində kişi köynəyi aşkar olunmuş, üzərində mavi ağ xətlər olmuş, üzəri qəhvəyi rəngli maddə ilə hopmuş, ağ rəngli köynəyin üzərində də qəhvəyi rəngli izlər olmuş, sol sinə hissəsində künc tikişindən 7 sm, yaxalıq düyməsindən 20 sm məsafədə parçanın zədələnməsi müşahidə olunmuş, həmin zədədən 1,5 sm aralıda, yaxalığa tərəf küncdən 7 sm məsafədə ikinci xəsarət izi müşahidə olunmuş, birinci zədə 30 mm-ə kimidir, ikinci zədə isə 2,5 sm-dir. Parçanın sağ küncündən 22 sm məsafədə 0,7 sm zədə vardır. Küncdən 13 sm məsafədə, sağ tərəfdən 5 sm aralı məsafədə 1 sm ölçüdə parça yırtığı vardır. Boz rəngli kişi alt paltarı, ön tərəfində qəhvəyi rəngli maddə ilə hopmuş hissələr vardır. Göy rəngli cins şalvar, sol kəmər tərəfində küncdən 12 sm məsfədə 5 mm ölçüdə parça yırtığı vardır. Bu yırtığın ətrafında parça qəhvəyi rəngli maddə ilə hopmuşdur. Sağ tərəfində künc xətdən 10 sm məsafədə qəhvəyi rəngli maddə ilə hopmuş hissə vardır, ölçüsü 10x15 sm-dir. Şalvarın sağ ayağında küncdən 20 sm məsafədə ön tərəfdə 1,5 sm-ə kimi ölçüdə parça yırtığı vardır, yırtığın ətrafı qəhvəyi rəngli maddə ilə hopmuşdur. Sürücü oturacağı tərəfdən yan qapının şüşəsi üzərində baxış zamanı sağ küncdən 18 sm məsafədə şüşənin üzərində yaxma formasında qəhvəyi rəngli maddə izi görünmüş, həmin maddə tənzif tamponla silinərək nümunə kimi götürülmüşdür. Habelə baxış keçirilən zaman qeyd olunan predmetlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 23 may 2014-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Rusiya Federasiyası, Tula vilayəti, Şyokino şəhəri, Yubileynaya küçəsi, 18 A və Qaqarin küçəsi 4 A ünvanında yerləşən əraziyə baxış keçirilmişdir. Bu ərazi avtomobillərin parklanması üçün uyğun olan geniş sahədir. Baxış keçirilən zaman həmin ərazidə Vicay Cəbrayıllının bıçaq yarası ilə aşkar olunduğu avtomobilin salonuna bənzər salona malik “VAZ 21093” markalı avtomobilin parklanması müəyyən olunmuşdur. Avtomobil Rusiya Federasiyası, Tula vilayəti, Qaqarin küçəsi, ev 4 A ünvanından 20 metr aralıda, Rusiya Federasiyası, Tula vilayəti, Yubileynaya küçəsi, ev 18 A ünvanından 35 metr aralıda saxlanılmışdır. Avtomobil Rusiya Federasiyası, Tula vilayəti, Lukaşina küçəsinə doğru saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyalara (sənədlərə) baxış keçirilməsi haqqında 25 may 2014-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə ağ rəngli “VAZ 21099” markalı, “T 8** AC ***” dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış keçirilən zaman sürücü oturacağından və kürəyindən, yan sərnişin və arxa sərnişin yerlərindən yapışqan lent ilə mikroobyektlər götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş meyitə baxış keçirilməsi haqqında 26 may 2014-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə X5 meyitinə baxış keçirilmişdir. Meyitin döş qəfəsi və qarın nahiyəsində kəsik yerləri vardır. Vicay Cəbrayıllının meyitinə baxış keçirilən zaman daktilokarta daktiloskopiya edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 27 may 2014-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Rusiya Federasiyası, Tula vilayəti, Şyokino şəhərindən 100 metr aralı məsafədə yerləşən ünvanda yerləşən əraziyə baxış keçirilmişdir. Bu ərazidə əsasən ağaclıq hissələr vardır, ağaclar arasında otların üzərində göy-mavi zolaqlı kişi köynəyi aşkar olunmuşdur. Həmin köynəyin sol küncündən 10 sm, sağ küncündən 20 sm məsafədə qəhvəyi rəngli maddə ilə hopmuş hissələr vardır. Həmin köynək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra ərazidən 600 metr aralıdakı sahədən kişi köynəyi aşkar edilmişdir. Bu ərazi İES Tula filialının yerləşdiyi 378 nömrəli Qaqarin stansiyasından 50 metr, Tula vilayəti, Şyokino rayonu, 1 nömrəli qaraj kooperativindən 25 metr aralıda yerləşir. Bu ərazidə ümumi uzunluğu 22,3 sm, kəsici hissəsinin uzunluğu 9,8 sm olan bıçaq aşkar edilmişdir. Bıçaq bükülüb açılandır. Bıçağın tutacaq hissəsi ilə bıçaq hissəsi arasında qəhvəyi rəngli maddə izi vardır. Bıçaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş alkoqol qəbulu və sərxoşluq vəziyyəti faktının müəyyən olunması üçün tibbi müayinəyə dair 28 may 2014-cü il tarixli 221 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş götürmə aparılması haqqında 29 may 2014-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə X5 meyitinin baş nahiyəsinin beş hissəsindən tük, qan nümunəsi və 2 dəri yarası müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 30 may 2014-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə ifadəsi yerində yoxlanılan Şahid1 hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəmə ekspertizasının 02 iyun 2014-cü il tarixli 2393/2395 nömrəli rəyindən görünür ki, müsadirə edilmiş bıçaq sənaye üsulu ilə hazırlanmış məişət-təsərrüfat bıçağıdır və soyuq silah növünə aid edilmir. Müsadirə edilmiş bıçağın kəsici hissəsində kişi genetik cinsində olan insana məxsus qan aşkar edilmişdir. Qeyd olunan qan mənbəyinin Şahid1 olması istisna edilir. Aşkar edilmiş qanın müəyyən edilmiş genetik əlamətləri rəyin tədqiqat hissəsində qeyd edilmişdir. Həmin bıçağın tutacaq hissəsində kişi genetik cinsində olan insana məxsus DNT tərkibli material aşkar edilmişdir. Qeyd olunan materialın mənbəyinin Şahid1 olması istisna edilir. Aşkar edilmiş DNT tərkibli materialın müəyyən edilmiş genetik əlamətləri rəyin tədqiqat hissəsində qeyd edilmişdir. Müsadirə edilmiş bıçağın üzərində əlin papilyar izləri aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlavə məhkəmə-bioloji ekspertizasının 10 iyun 2014-cü il tarixli 2530 nömrəli rəyindən görünür ki, bıçağın iti hissəsində aşkar edilmiş qan Vicay Cəbrayıllıya məxsusdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 11 iyun 2014-cü il tarixli 1167 nömrəli rəyindən görünür ki, təqdim edilmiş yapışqan lent üzərində xüsusiyyətinə və rənginə görə fərqli mikroliflər vardır. Həmin liflər parça və trikotaj məmulatlarının tərkibinə daxil edilə bilər. Təqdim edilmiş yapışqan lentlər üzərində olan tekstil mikroliflər ümumi cins mənsubiyyəti səviyyəsində identifikasiya üçün yararlıdır. Yapışqan lentlərin üzərindəki liflər ümumi cins mənsubiyyətinə görə Şahid1 köynək materialının lifləri ilə uyğunluğa malik deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 iyun 2014-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Rusiya Federasiyası CM-in 105-ci maddəsinin 1-ci hissəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin istintaqdan qaçıb gizləndiyi üçün ona həmin maddə ilə ittihamın elan olunması mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 24 iyun 2014-cü il tarixli 375 nömrəli rəyindən görünür ki, X5 meyitində “yara kanalı ilə sağdan qarın nahiyəsinə keçən, aşağıdan yuxarıya, öndən arxaya və soldan sağa yönəlmiş kəsilmiş-deşilmiş yara, böyük omentumun (böyük piyliyin), 12 barmaq bağırsağın, mədəaltı vəzinin üstünün, sağ böyrəyin daxilə keçən kəsilmiş-deşilmiş yarası” diaqnozu ilə, ölüm baş verdiyi andan az əvvəl yetirilmiş, ölümlə birbaşa əlaqəsi olan, tibbi meyar təsnifatına əsasən həyat üçün təhlükəli olan, sağlamlığa ağır xəsarət hesab edilən, habelə “öndən arxaya, aşağıdan yuxarıya və nisbətən soldan sağa yönəlmiş daxilə keçməyən yara kanalı ilə qarının sol nahiyəsindən bir kəsilmişdeşilmiş yara, qarın əzələlərinin və kiçik qan damarlarının zədələnməsi və öndən arxaya, aşağıdan yuxarıya və soldan sağa yönəlmiş yara kanalı ilə yuxarıda üçdə bir hissədə sağ baldıra kəsilmiş-deşilmiş yara, baldırın və kiçik qan damarlarının zədələnməsi” diaqnozu ilə, bıçaqla 02 (iki) zərbənin təsirindən yaranmış, “sol əldə üç kəsik” diaqnozu ilə, kəsici xüsusiyyətə malik əşya(lar) ilə 03 (üç) zərbənin təsirindən yaranmış, ölüm baş verdiyi andan az əvvəl yetirilmiş, ölümlə birbaşa əlaqəsi olmayan, tibbi meyar təsnifatına əsasən sağlamlığın qısa müddətli pozulmasına səbəb olduğundan, sağlamlığa yüngül xəsarət hesab edilən, həmçinin “sifətində və başın tüklü hissəsində sıyrıntılar” diaqnozu ilə, küt alət ilə və (və ya) məhdud travmayetirici səthi olan bərk alətlə ən azı 05 (beş) zərbə endirməklə yaranmış, “sol çiyində bir qançır, sol diz oynağında bir qançır” diaqnozu ilə, bərk-küt əşya ilə ən azı 02 (iki) zərbə nəticəsində yaranmış, ölüm baş verdiyi andan 1 gün əvvəl yetirilmiş, ölümlə birbaşa əlaqəsi olmayan və tibbi meyar təsnifatına əsasən sağlamlığa ziyan vurmayan xəsarət hesab edilən xəsarətlər aşkar olunmuşdur. Onun ölümü 23 may 2014-cü il tarixdə saat 17:00-da qarın boşluğu orqanlarını və retroperitoneal boşluğun zədələnməsinə səbəb olan, kəskin qanitirmə ilə ağırlaşan daxilə keçən kəsilmişdeşilmiş yaraya görə baş vermişdir. Onun meyitindən götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 11 iyul 2014-cü il tarixli 148 nömrəli rəyindən görünür ki, Vicay Cəbrayıllının köynəyi, cins şalvarı üzərində kəsilmiş-deşilmiş yara, meyitin dəri parçası üzərində isə nazik əşyanın (bıçaq) zərbəsi təsirindən yaranmış kəsilmiş-deşilmiş yara vardır. Həmin yara ekspertizaya təqdim edilən qatlanan bıçaqla zərbənin təsirindən yarana bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyalara (sənədlərə) baxış keçirilməsi haqqında 11 iyul 2014-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı Vicay Cəbrayıllının üzərində olmuş paltarlara həmin tarixdə baxış keçirilmişdir. Kişi köynəyinin bütün səthi qəhvəyi rəngli maddə ilə hopmuşdur. Mavi rəngli cins şalvarın ön və arxa hissələri qəhvəyi rəngli maddə ilə hopmuşdur. Açıq vəziyyətdə bıçağın ümumi uzunluğu 223 mm-dir. Qısaqol köynəyin üzərində qəhvəyi rəngli ləklər vardır. Alt paltarının üzərində qəhvəyi rəngli ləklər vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25 avqust 2014-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Rusiya Federasiyası CM-in 105-ci maddəsinin 1-ci hissəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin istintaqdan qaçıb gizləndiyi üçün ona həmin maddə ilə ittihamın elan olunması mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlavə məhkəmə-bioloji ekspertizasının 16 mart 2015-ci il tarixli 1455 nömrəli rəyindən görünür ki, bıçağın tutacaq hissəsində aşkar edilmiş DNT tərkibli bioloji materialın mənşəyinin Vicay Cəbrayıllıya məxsus ola bilməsi ehtimalı istisna edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 19 mart 2015-ci il tarixli 59 nömrəli rəyindən görünür ki, göy-mavi zolaqlı köynəyin sol hissəsində sarı-qəhvəyi və tünd qəhvəyi rəngli maddə izləri vardır. Qeyd olunan maddənin damcılarının köynəyin səthinin üzərində uçması zamanı köynəyin üzərinə düşmüş ola bilər. Göy-mavi zolaqlı köynəyin sol tərəfində rəngli maddə yaxması vardır. Qeyd olunan maddə ilə çirklənmiş əşya ilə təmas nəticəsində köynəyin üzərində yaranmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlavə məhkəmə-bioloji ekspertizasının 24 mart 2015-ci il tarixli 1757 nömrəli rəyindən görünür ki, araşdırmaya təqdim olunmuş göy-mavi zolaqlı köynəyin üzərində insan qanı aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlavə məhkəmə-bioloji ekspertizasının 11 dekabr 2015-ci il tarixli 6307 nömrəli rəyindən görünür ki, ağ rəngli köynək, mavi-ağ zolaqlı köynək, alt paltarı və cins parçadan şalvarda aşkar edilmiş qan Vicay Cəbrayıllıya məxsusdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin icraata qəbul edilməsi haqqında 19 aprel 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Rusiya Federasiyası CM-in 105-ci maddəsinin 1-ci hissəsi ilə təqsirləndirilməsi haqqında Rusiya Federasiyasının Baş Prokurorluğundan daxil olmuş cinayət işi icraata qəbul edilmiş və onun əməli Rusiya Federasiyası CM-in 105-ci maddəsinin 1-ci hissəsindən Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 19 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Rusiya Federasiyasının Baş Prokurorluğundan daxil olmuş içərisində maddi sübutlar olan 01 ədəd bağlamaya baxış keçirilmişdir. Bağlamada hər biri ayrı-ayrı qaydada qablaşdırılmış 01 ədəd göy-ağ zolaqlı düyməli qısaqol köynək, 01 ədəd ağ rəngli qısaqol köynək, 01 ədəd tünd göy, göy, qara, boz və mavi zolaqları olan qısaqol köynək, 01 ədəd mavi rəngli cins şalvar, 01 ədəd qara rəngli zolaqları olan boz rəngli alt geyimi, 01 ədəd tiyəsinin uzunluğu 100 mm, dəstəyinin uzunluğu 123 mm, ümumi uzunluğu isə 223 mm olan “Kəpənək tipli” qatlanan bıçaq, X5 meyitindən götürülmüş üzərində yara olan ayrı-ayrı qablaşdırılmış 02 ədəd dəri parçası, Vicay Cəbrayıllının baş nahiyəsindən götürülmüş tük nümunələri, avtomobilin oturacaqlarından götürülmüş, üzərində mikroobyektlər olan 12 ədəd yapışqan lent vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş istintaq ekspertimentinin aparılması haqqında 08 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə istintaq eksperimenti aparılan zaman Təqsirləndirilən şəxs hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyanın tanınmasının aparılması haqqında 16 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, cinayətin aləti olmuş 01 ədəd metal rəngli kəpənək tipli bıçaq həmin tarixdə tanınma aparılması üçün qeyd olunan bıçaqla eyni növdən olan nömrələnmiş vəziyyətdə üç əşya arasında ikinci sıraya yerləşdirilməklə tanınması üçün Təqsirləndirilən şəxs təqdim edilmiş və sonuncu əşyalar arasında ikinci sıraya yerləşdirilmiş bıçağı göstərərək onun 23 may 2014-cü il tarixdə günorta saatlarında Rusiya Federasiyası, Tula Vilayəti, Şyokino şəhərində yerləşən bazarın qarşısında “VAZ 21099” minik markalı avtomobildə X10 xəsarətlər yetirməklə sonuncunu qəsdən öldürdüyü kəpənək tipli, metal rəngli bıçaq olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 08 noyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 12.1, 120.1-ci maddəsinə tövsif edilmiş və barəsində CM-in 120.2.1, 120.2.2, 120.2.4, 120.2.5, 120.2.9, 228.4 və 318-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 09 noyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 12.1, 120.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarının 4-cü bəndinə əsasən, CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-in 121- 123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 may 2014-cü il tarixdə saat 14-15 radələrində Rusiya Federasiyası, Tula vilayəti, Şyokino şəhəri, Qaqarin küçəsi 4 A və Yubilyenıy küçəsi 18 A ünvanında yerləşən evlərin arasında yolun hərəkət hissəsində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qisas almaq niyyəti ilə qəsdən öldürmək məqsədilə X1 və bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruqla bir neçə zərbə vurduqdan sonra üzərində olan məişət təyinatlı bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla Azərbaycan Respublikası hüdudlarından kənarda qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli törədilən zaman CM-in 120.1-ci maddəsinin sanksiyasında yeddi ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli törədildikdən sonra “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 30 may 2014-cü il tarixli 975-İVQD nömrəli Qanunu ilə CM-ə dəyişiklik olunmuş, CM-in 120.1-ci maddəsində “yeddi ildən on iki” sözləri “doqquz ildən on dörd” sözləri ilə əvəz edilmiş, nəticədə CM-in 120.1-ci maddəsinin sanksiyasında doqquz ildən on dörd ilədək azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi vaxta münasibətdə hazırda onun əməli ağırlaşmışdır. Digər tərəfdən isə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 30 may 2014-cü il tarixli 975-İVQD nömrəli Qanunu ilə CM-ə dəyişiklik olunanadək CM-in 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayətlər təsnifatına aid olmuş, həmin Qanunla CM-ə dəyişiklik olunduqdan sonra isə CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli xüsusilə ağır cinayətlər təsnifatına aid edilmişdir. Qeyd olunmalıdır ki, CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. CM-in 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi vaxta münasibətdə hazırda onun cəzanı çəkəcəyi cəzaçəkmə müəssisəsinin növü də ağırlaşmışdır. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. CM-in 10-cu maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 30 may 2014-cü il tarixli 975-İVQD nömrəli Qanunu Təqsirləndirilən şəxs vəziyyətini ağırlaşdırdığından, habelə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edildiyindən yuxarıda adı çəkilən Qanun Təqsirləndirilən şəxs münasibətdə tətbiq oluna bilməz və qeyd olunan səbəblərə görə Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlinə görə cəza və cəzaçəkmə müəssisəsinin növü, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanununa uyğun təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası hüdudlarından kənarda qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-in 12.1, 120.1-ci maddəsi ilə tövsifi düzgün hesab edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 12.1, 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə, cinayətin törədildiyi vaxt, ağır cinayətlər kateqoriyasına aid olmuşdur. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 12.1, 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 9 ünvanında yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, X2 rayonunun Qaradağlı kəndində yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Zaqatala Rayon Məhkəməsinin 22 aprel 2015-ci il tarixli hökmünün, Ağdaş Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmünün və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli qərarının surətlərindən və Ağdaş Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 28 avqust 2024-cü il tarixli 1470 nömrəli məktubdan görünür ki, Səfərov X17 Rayon Məhkəməsinin 22 aprel 2015-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2500 manat cərimə cəzasına məhkum edilmiş və 03 avqust 2017-ci il tarixdə cərimə cəzası tam ödənilmişdir. Bundan başqa, o, Ağdaş Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü ilə CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 11 ay 10 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, həmin qərar Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə 26 avqust 2024-cü il tarixdə daxil olmuş və dərhal məhkumun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə ödənilmiş sayılır. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək Zaqatala Rayon Məhkəməsinin 22 aprel 2015-ci il tarixli hökmü ilə yaranmış məhkumluq ödənildiyindən onun sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətin residivini yaratmır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs CMin 12.1, 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra həmin cinayət əməlinə görə hökmün çıxarılmasınadək olan müddət ərzində Zaqatala Rayon Məhkəməsinin 22 aprel 2015-ci il tarixli və Ağdaş Rayon Məhkəməsinin 22 sentyabr 2021ci il tarixli hökmləri ilə məhkumluqlar yaransa da, o, faktiki olaraq CM-in 12.1, 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə görə məhkum olunmadığından onun sonradan qeyd olunan cinayət əməllərini törətməsi cinayətin residivini yaratmır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CMin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olmadığından onun barəsində bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilə bilməz. CM-in 12.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. CM-in 12.5-ci maddəsinə əsasən, həmin Məcəllənin 12.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında Konvensiya”nın 91-ci maddəsinin 3-cü bəndində göstərilir ki, sorğu alan Razılığa gələn Tərəfdə cinayət təqibi yalnız o zaman həyata keçirilə bilər ki, əməl Razılığa gələn həmin Tərəfdə də cinayət qanununu ilə cəzalandırılmalı əməl olsun. Şəxs törədilmiş cəzaya görə məhkum edilərkən, ona təyin edilmiş cəza sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan cəzadan sərt olmamalıdır. Təqsirləndirilən şəxs Rusiya Federasiyasının ərazisində törətdiyi əməl Rusiya Federasiyası Cinayət Məcəllənin 105-сi maddəsinin 1-ci hissəsinə əsasən, qəsdən adam öldürmə, yəni qəsdən başqa şəxsin ölümünə səbəb olma hesab olunur və həmin əmələ görə iki ilədək müddətə azadlığı məhdudlaşdırmaqla və ya edilməməklə altı ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı və cəzanın müddəti müəyyən edilərkən yuxarıda sadalananlar nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, həmin şəxs qeyd olunan cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə CM-in 12.1, 120.1-ci maddəsində göstərilən cinayət əməli, cinayətin törədildiyi vaxt, ağır cinayətlər təsnifatına aid olmuşdur. CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, əvvəli həmin tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 01 ay 28 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun həbsə alındığı 07 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü ilə CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 11 ay 10 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Bununla bağlı qeyd olunmalıdır ki, CM-in 76.6-cı maddəsinə əsasən, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 04 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 11 ay 10 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra həmin müddət ərzində yenidən cinayət törətmədiyindən və CM-in 12.1, 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini həmin hökmün çıxarılmasından əvvəl törətdiyindən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv oluna və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilə bilməz. Eləcə də cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü ilə CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 11 ay 10 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Bununla bağlı qeyd olunmalıdır ki, CM-in 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. CM-in 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda CM-in 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Ağdaş Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü çıxarılmamışdan əvvəl o, hazırkı cinayət əməlini törətdiyindən CM-in 66.5-ci maddəsinə əsasən qeyd olunan hökmlə təyin olunmuş 04 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilmiş 03 il 20 gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və cəzasını çəkdiyi 03 il 20 gün müddət hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 18 iyun 2021-ci il tarixli 724 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroindən və tiryəkdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsdən daxil olmuş 23 oktyabr 2024-cü il tarixli xx/xx-12117 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Opioid qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə həmin mərkəzdə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 25 oktyabr 2024cü il tarixli 18-1-22/2-1488/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsində narkoloji xəstəliklər üzrə qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalıdır, lakin o, Respublika Narkoloji Mərkəzində “Opioid qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə qeydiyyatda olsa da Ağdaş Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda olmadığından yaşayış yeri üzrə narkoloji kabinetdə də qeydiyyata alınmalıdır. Bunlarla yanaşı, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 05 noyabr 2024-cü il tarixli 839 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və əqli gerilik xəstəliyindən əziyyət çəkməmişdir. O, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə edə bilmək imkanında olmuşdur. Onun hərəkətləri CM-in 21.1-ci maddəsinin təsirinə düşmür. O, cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək imkanında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri CM-in 21.3-cü maddəsinin təsirinə düşmür. Onda anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmədiyindən o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və həmin əməli idarə etmək imkanında olmuşdur. Onun hərəkətləri CM-in 22.1-ci maddəsinin təsirinə düşmür. Onun hərəkətləri CM-in 21.1, 21.3 və ya 22.1-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi tədbirlərə ehtiyacı yoxdur. O, məhkəməistintaq hərəkətlərinin aparılmasında iştirak etmək və prosessual hüquq və vəzifələrini yerinə yetirmək iqtidarındadır. O, praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. O, ictimai təhlükəli əməli törətdiyi zaman emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. O, ictimai təhlükəli əməli törətdiyi zaman əsəbi psixi-emosional halda olmuşdur. Həmin halın yaranma səbəblərindən biri zərərçəkmişlə aralarında olan mübahisə ola bilər. O, cinayəti törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). O, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meylli deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 25 oktyabr 2024cü il tarixli 18-1-22/2-1488/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsində ruhi-əsəb və nevroloji xəstəliklər üzrə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Ruhi-əsəb Xəstəlikləri Dispanserindən daxil olmuş 31 oktyabr 2024-cü il tarixli 607 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə psixiatrik müşahidədə olmamışdır. CM-in 93.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən, cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların tanınması və cinayət işinə əlavə olunması haqqında 11 iyul 2014cü il tarixli qərardan görünür ki, 01 ədəd göy-ağ zolaqlı düyməli qısaqol köynək, 01 ədəd ağ rəngli qısaqol köynək, 01 ədəd tünd göy, göy, qara, boz və mavi zolaqları olan qısaqol köynək, 01 ədəd mavi rəngli cins şalvar, 01 ədəd qara rəngli zolaqları olan boz rəngli alt geyimi və 01 ədəd bıçaq həmin tarixdə maddi sübut hesab edilmişdir. İbtidai araşdırmanın gedişində həmin maddi sübutlar saxlanılması üçün Ağdaş Rayon Prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş dəlillərin tanınması haqqında 25 avqust 2024-cü il tarixli qərardan görünür ki, X5 meyitindən götürülmüş üzərində yara olan 02 ədəd dəri parçası, Vicay Cəbrayıllının baş nahiyəsindən götürülmüş tük nümunələri və avtomobilin oturacaqlarından götürülmüş üzərində mikroobyektlərin olduğu 12 ədəd yapışqan lent həmin tarixdə maddi sübut hesab edilmiş və saxlanılması üçün Ağdaş Rayon Prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, habelə dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut olan və Ağdaş Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan, 01 ədəd bıçaq, 01 ədəd göy-ağ zolaqlı düyməli qısaqol köynək, 01 ədəd ağ rəngli qısaqol köynək, 01 ədəd tünd göy, göy, qara, boz və mavi zolaqları olan qısaqol köynək, 01 ədəd mavi rəngli cins şalvar, 01 ədəd qara rəngli zolaqları olan boz rəngli alt geyimi, X5 meyitindən götürülmüş üzərində yara olan 02 ədəd dəri parçası, Vicay Cəbrayıllının baş nahiyəsindən götürülmüş tük nümunələri və avtomobilin oturacaqlarından götürülmüş üzərində mikroobyektlərin olduğu 12 ədəd yapışqan lent hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilmiş 03 (üç) il 20 (iyirmi) gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəza ilə tamamilə toplanılmaqla ona cinayətlərin məcmusu üzrə 12 (on iki) il 06 (altı) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və cəzasını çəkdiyi 03 (üç) il 20 (iyirmi) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 07 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət iş üzrə maddi sübut olan və Ağdaş Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan, 01 ədəd bıçaq, 01 ədəd göy-ağ zolaqlı düyməli qısaqol köynək, 01 ədəd ağ rəngli qısaqol köynək, 01 ədəd tünd göy, göy, qara, boz və mavi zolaqları olan qısaqol köynək, 01 ədəd mavi rəngli cins şalvar, 01 ədəd qara rəngli zolaqları olan boz rəngli alt geyimi, X5 meyitindən götürülmüş üzərində yara olan 02 ədəd dəri parçası, Vicay Cəbrayıllının baş nahiyəsindən götürülmüş tük nümunələri və avtomobilin oturacaqlarından götürülmüş üzərində mikroobyektlərin olduğu 12 ədəd yapışqan lent hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Tural Əfəndizadə Günay Aşurova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar