Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-103/2024 01.05.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1962-ci il tarixdə Yevlax rayonu, Salamabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməkə məşğul olan, evli, Ağdaş rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 2012,29 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq yaşadığı Ağdaş rayonu, Qaradağlı kəndində yerləşən evdə və həmin evin həyətində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 10:54-dən 11:56-dək həmin evə və həyətinə keçirilmiş baxış zamanı həyətin sol tərəfində yaşayış evinin divarının yanında olan 01 (bir) ədəd sintetik kisənin içərisindən, təmiz çəkisi 595.0 qram, evin qarşısında olan masanın üzərindəki plasmas qabın içərisindən 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 10.26 qram, evin otağındakı 01 ədəd qırmızı rəngli çamadanın içərisindən ümumilikdə 01 ədəd sellofan bağlamada və bunlardan başqa 03 ədəd sellofan bağlamanın içərisində 14 ədəd kağız büküm və 01 ədəd sellofan büküm, habelə həmin bükümlərdən başqa qeyd olunan 02 ədəd sellofan bağlamanın içərisində olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 62.75 qram. 36.65 qram, 21.29 qram, 19.91 qram, 27.15 qram, 19.31 qram, 25.88 qram, 23.15 qram, 24.24 qram, 21.36 qram, 75.03 qram, 17.61 qram, 22.33 qram, 4.26 qram, 19.50 qram, 16.07 qram, 9.75 qram, 42.99 qram, ümumi təmiz çəkisi 489.23 qram, həmin yerdə olan 01 ədəd qara rəngli çamadanın içərisindən ümumilikdə 03 ədəd kağız büküm və 01 ədəd sellofan bağlamada və bunlardan başqa 03 ədəd sellofan bağlamanın içərisində 11 ədəd kağız büküm və 02 ədəd sellofan büküm, habelə həmin 02 ədəd sellofan bağlamaların içərilərində ayrı-ayrılıqda təmiz çəkiləri 56.53 qram, 60.57 qram, 195.75 qram, 123.42 qram, 67.62 qram, 9.16 qram, 16.89 qram, 47.56 qram, 41.32 qram, 25.85 qram, 27.36 qram, 29.21 qram, 48.92 qram, 29.13 qram, 4.19 qram, 9.91 qram, 54.61 qram, 31.01 qram, 38.79 qram, ümumi təmiz çəkisi 917.80 qram ümumilikdə təmiz çəkisi 2012,29 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə qismən CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o bu narkotik vasitədən uzun müddətdir istifadə edir. Belə ki, 1980-ci ildən bəri narkotik vasitə olan marixuanadan istifadə etsə də, heç vaxt satışı ilə məşğul olmamışdır. İstifadə etdiyi narkotik vasitəni heç kimlə paylaşmamışdır. Aşkar olunan narkotik vasitəni kanalın üstündə görmüşdür. Bundan sonra həmin narkotik tərkibli çətənə bitkilərini dərib evinə gətirib qurutmuşdur. Daha sonra isə özü istifadə etmişdir. Təkrar qeyd edir ki, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Bundan əvvəl tutulan vaxt da ona satış məqsədilə ittiham verilmişdir. Ancaq o, heç vaxt narkotik vasitə satmamışdır. Narkotik vasitə demək olar ki, onun həyatını alt-üst etmişdir. Məhkəmə kollegiyasından ...... xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Təqsirləndirilən şəxs göstərmişdir ki, aşkar olunan narkotik vasitə olan marixuananı kanalın üstündən dərmiş, daha sonra isə qurutmuşdur. Ancaq qeyd edir ki, aşkar olunan narkotik vasitənin 750 qramı keçən ildən qalma olmuşdur. Aşkar olunan narkotik vasitəni yabanı halda yetişən çətənə bitkilərindən yığmışdır. Həmin narkotik tərkibli çətənə bitkilərini kanalın üstündə olan arx sahələrindən yığmışdır. Ondan narkotik vasitə aşkar olunan vaxt narkotik vasitələr bükümlərdə olmuşdur. Belə ki, topladığı narkotik vaitəni qurudub bükümlərə qoymuşdur. Lakin heç birinin çəkisi bir-birinə uyğun olmamışdır. Yığdığı və qurutduğu narkoik vasitə olan marixuananın az qismi kağız bükümdə, bir qismi isə sellofan bükümdə olmuşdur. Qurutduğu narkotik vasitə olan marixuananı kağız bükümlərə özü qoymuşdur. Topladığı çətənə bitkilərini az-az qurutmuşdur. Polis əməkdaşları onu səhər saat 09 radələrində saxlamışlar. Aşkar olunan narkotik vasitə ona aid olmuşdur. Polis əməkdaşları ona heç bir təzyiq göstərməmişlər. İbtidai istintaq zamanı ona heç bir təzyiq olunmamışdır. Yetişən budaqdan yarpaqları dərib qurudub bükümlərə yığmışdır. Budaqdan yığdığı yarpaqları bir yerə yığmamışdır. Çünki bir budağın xassəsi, digər budağın xassəsinə uyğunlaşmır. Çətənə bitkilərini eyni ağacdan deyil, müxtəlif ağaclardan dərmişdir. Eyni ağacdan dərmiş olsaymış, bir yerə toplaya bilərmiş. Səhv etmirsə, aşkar olunan narkotik vasitə 5-6 sellofan torbalara toplanmış halda və 10-a yaxın kağız bükümdə olmuşdur. Kağız bükümdə olan narkotik vasitələr də sellofan torbanın içində olmuşdur, lakin birbirlərinə qarışmasın deyə bəzilərini kağız bükümə qoymuşdur. Çünki bəzilərinin xassələri o birilərinə uyğunlaşmır. Narkotik tərkibli yarpaqları eyni ağacdan toplamamışdır. Narkotik tərkibli çətənə ağacları adətən bir-birindən fərqli, yəni təsirləri fərqli olur. Fərqli ağaclardan topladığı narkotik tərkibli yarpaqları kağız bükümlərə yığmışdır. Bundan sonra bütöv bir ağac qoparıb, onun yarpaqlarını bir yerə yığmışdır. Ona görə də, aşkar olunan 595 qram narkotik vasitə eyni sellofan torbada, digərləri isə kağız bükümlərdədir. Aşkar olunan narkotik vasitəni tutulmadan 1 ay qabaq toplamışdır. Gün ərzində 5-6 dəfə narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 40 ilə yaxındır marixuana istifadə edir. Gün ərzində neçə qram istifadə etdiyini deyə bilmir. Narkotik vasitəni qram çəkmədən istifadə etmişdir. Əvvəllərdə narkotik vasitəni çöllərdən yığmışdır. Həmişə eyni yerləri gəzməmişdir. Fərqli yerləri gəzib çətənə bitkilərini tapmışdır. Bundan sonra toplayıb qurutmuşdur. 400 qram marixuananı təxminən 3 aya istifadə edir. Evdə ola-ola çətənə bitkiləri toplamaqda məqsədi yaxşısını əldə etmək olmuşdur. Yarpaqları topladıqdan sonra çəkib yoxlamışdır. Olurmuş ki, dünən yığdığı bu gün yığdığından daha yaxşı olurmuş və ya tam əksidə olurmuş. Topladığı çətənə bitkiləri pis olsa da, toplayırmış. Çətənə bitkilərini özü toplamışdır və özü qurutmuşdur. Yığdıqdan sonra bükümlərə qoyub evə gətirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində, yaşadığı ünvanda saxlaması, daşıması, qəbul etməsi, eləcə də tərkibində narkotik maddələr olan bitkiləri əkibbecərməsi barədə məxfi mənbədən daxil olmuş məlumatı yoxlamaq məqsədilə RPŞ-də əməliyyat qrupu təşkil edilmiş, bundan sonra baxış keçirilməsi üçün Ağdaş rayonu, Qaradağlı kəndinə Təqsirləndirilən şəxs yaşadığı evə getmişdirlər. Təqsirləndirilən şəxs qapıdan səsləmişlər və o, qapıya tərəf gələrək qapını açmışdır. Bu zaman özlərini təqdim etmiş, qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində, yaşadığı ünvanda saxlamağı, daşımağı, qəbul etməyi, eləcə də tərkibində narkotik maddələr olan bitkiləri əkib-becərməyi ilə əlaqədar olaraq şübhəli olduğunu izah edilmiş və məhkəmənin qərarını Təqsirləndirilən şəxs təqdim etmişlər. Həmin vaxt Səməd evində və həyətində narkotik vasitə “nəşə” olmasını söyləmiş, buna görə də, yaşadığı evin həyətinə və evinə baxış keçiriləcəyini söylədiklərini, o, evinə və həyətinə baxış keçirilməsinə heç bir narazlığının olmadığını söyləmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətin sol tərəfindən, yaşayış evinin yanından, 01 ədəd ağ rəngli sintetik torbaya yığılmış, içərisində yaşıl rəngli kəskin iyə malik narkotik vasitəyə bənzər bitki kütləsini Təqsirləndirilən şəxs göstərmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 750 qram olmuşdur. Daha sonra həyətyanı sahədə yerləşmiş stolun üzərindəki plasmas qabın içərisində, şəffaf sellofana yığılmış, içərisində yaşıl rəngli kəskin iyə malik narkotik vasitəyə bənzər bitki kütləsini göstərmiş və həmin kütlə elektron tərəzidə çəkilən zaman çəkisi 15,1 qram olmuşdur. Bundan sonra Səməd yaşdığı evin otağından qırmızı və qara rəngli çamadanları göstərmiş və içərilərində narkotik vasitə olmasını etiraf etmişdir. Daha sonra hər iki çamadan açılmış, evin otağındakı qırmızı rəngli çamadanın içərisindən ümumilikdə 01 ədəd sellofan bağlamada və bunlardan başqa 03 ədəd sellofan bağlamanın içərisində 14 ədəd kağız büküm və 01 ədəd sellofan büküm, habelə həmin bükümlərdən başqa qeyd olunan 02 ədəd sellofan bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələri olmuş, hər bir büküm və bağlama ayrı-ayrılıqda çəkilmiş, qırmızı rəngli çamadanda olan bütün bükümlərin təxmini ümumi çəkilərini müəyyən etmək üçün və ekspertizaya təqdim etmək üçün 01 ədəd sintetik kisəyə qablaşdırılmış və qırmızı rəngli çamadandan aşkar olunmuş qurudulmuş marixuanaların təxmini ümumi çəkisi isə 695 qram olmuşdur. Təqsirləndirilən şəxs göstərdiyi 01 ədəd qara rəngli çamadanın içərisindən ümumilikdə 03 ədəd kağız büküm və 01 ədəd sellofan bağlamada və bunlardan başqa 03 ədəd sellofan bağlamanın içərisində 11 ədəd kağız büküm və 02 ədəd sellofan büküm, habelə həmin 02 ədəd sellofan bağlamaların içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələri olmuşdur. Hər bir büküm və bağlama ayrı-ayrılıqda çəkilmiş, qara rəngli çamadanda olan bütün bükümlərin təxmini ümumi çəkilərini müəyyən etmək üçün və ekspertizaya təqdim etmək üçün 01 ədəd sintetik kisəyə qablaşdırılmış və qara rəngli çamadandan aşkar olunmuş qurudulmuş marixuanaların təxmini ümumi çəkisi isə 1105 qram olmuşdur. Ümumilikdə isə Təqsirləndirilən şəxs evindən və evinin həyətyanı sahəsindən təxmini olaraq 2565,1 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmiş, həmin çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitələr qablaşdırılaraq, götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs Ağdaş RPŞ-yə dəvət olunmuş və Ağdaş RPŞ-yə birlikdə gəlmişlər. O, müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış və götürmə aparılmış, ona üzərində olan əşyaları bir-bir masanın üzərinə qoymağı təklif edilmişdir. Səməd üzərində olan əşyaları, bir-bir masanın üzərinə qoyaraq təqdim etmiş, belə ki, həmin vaxt Səməd əynində olan gümüşü rəngli gödəkçənin sağ yan cibindən, qara rəngli “Samsung” markalı mobil telefonu və sol yan cibindən 01 ədəd kibrit qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi-axtarış keçirilmiş, üzərindən hər-hansı bir əşya aşkar olunmamış, bundan sonra üzərindən aşkar olunmuş “Samsung” markalı mobil telefon kağız zərfə qablaşdırılaraq, iş üçün əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi götürülmüşdür. Bundan sonra sol yan cibindən aşkar edilmiş, içərisində kibrit dənələri olan 01 ədəd kibrit qutusu özünə geri qaytarılmış, Təqsirləndirilən şəxs çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana satması barədə məlumatlar daxil olmuş, Təqsirləndirilən şəxs barəsində ona məxfi mənbədən məlumat daxil olmuş və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib yaşadığı ünvanda saxlaması, daşıması, qəbul etməsi barədə məlumatlar realizə olunsa da, onun tərkibində narkotik maddələr olan bitkiləri əkib-becərməsi barədə məlumatlar realizə olunmamışdır. Təqsirləndirilən şəxs evinə və həyatyanı sahəsinə baxış zamanı texniki səhv nəticəsində içərisində narkotik vasitəyə bənzər bitki kütlələri olan bağlama və bükümlərin adlarının düzgün təqdim edilməmiş, düzgün forması yuxarıda qeyd etdiyi kimi, yəni Təqsirləndirilən şəxs evinin otağındakı qırmızı rəngli çamadanın içərisindən ümumilikdə 01 ədəd sellofan bağlamada və bunlardan başqa 03 ədəd sellofan bağlamanın içərisində 14 ədəd kağız büküm və 01 ədəd sellofan büküm, habelə həmin bükümlərdən başqa qeyd olunan 02 ədəd sellofan bağlamanın içərisində və 01 ədəd qara rəngli çamadanın içərisindən ümumilikdə 03 ədəd kağız büküm və 01 ədəd sellofan bağlamada və bunlardan başqa 03 ədəd sellofan bağlamanın içərisində 11 ədəd kağız büküm və 02 ədəd sellofan büküm, habelə həmin 02 ədəd sellofan bağlamaların içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələri kimi olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir və o, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir, 30 ildən artıqdır ki, evlidirlər. Aralarında narazılıq yoxdur. Bir qız və bir oğlan övladları vardır. Evliliklərindən bir müddət sonra Səmədin narkotik vasitələr qəbul etdiyini öyrənmişdir. Səmədə narkotik vasitələrdən istifadə etməməsini dəfələrlə söyləmiş, lakin Səməd onun sözünü dinləməmiş, yenə də istifadə etmişdir. Səməd əvvəllər də narkotik vasitələr istifadə etdiyinə və satdığına görə cinayət məsuliyyətinə cəlb edilmiş, cəzasını çəkib qutardıqdan sonra, yəni 2015-ci ildə azadlığa çıxdıqdan sonra da narkotik vasitələrdən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə evdə olmamış, evə gələn zaman isə Səmədin evdə olmadığını görmüşdür. Sonradan ona Ağdaş rayon polis şöbəsinin əməkdaşlarının yaşadıqları Ağdaş rayonu, Qaradağlı kəndində yerləşən evlərinə gələrək Səmədin razılığı ilə evə və evin həyətyanı sahəsinə baxış keçirmələri və baxış zamanı narkotik vasitə aşkar olunaraq götürülməsi məlum olmuşdur. Narkotik tərkibli kütlələrin evlərində olmasından məlumatı olmamış, ümumiyyətlə Səmədin evlərində narkotik vasitə saxlamasını bilməmişdir. Həmin narkotik vasitə ilə əlaqəsi olmamış, Səmədin narkotik tərkibli bitkilər əkməsindən məlumatı olmamış, ümumiyyətlə həmin bitkiləri tanımamışdır. Səmədin onun əri olduğunu, bu səbədən heç kimə demədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, Ağdaş Rayon Polis Şöbəsinə xx.xx.1962-cı ildə Yevlax rayon Salamabad kəndində anadan olmuş, fərdi əməklə məşğul olan, evli, Ağdaş rayon Qaradağlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində, yaşadığı ünvanda saxlaması, daşıması, qəbul etməsi, eləcə də tərkibində narkotik maddələr olan bitkiləri əkibbecərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 04). xx.xx.2023-cü il tarixli Ağdaş Rayon Məhkəməsinin “binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirilməsi barədə” qərarından görünür ki, xx.xx.1962-cı ildə Yevlax rayon Salamabad kəndində anadan olmuş, fərdi əməklə məşğul olan, evli, Ağdaş rayon Qaradağlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri yaşadığı ünvanda saxlaması və əkib-becərməsi ilə əlaqədar onun yaşadığı evə, hasarlanmış tikinti obyektlərinə və torpaq sahələrinə daxil olmaqla baxış keçirilməsinə icazə verilmişdir (cild 01, iş vər. 09-10). xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 11-12). xx.xx.2023-cü il tarixli “ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə Ağdaş rayon Polis şöbəsinə müraciət edərək polis əməkdaşları tərəfindən Ağdaş rayonu Qaradağlı kəndində yerləşən yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazı olmamışdır (cild 01, iş vər. 19). xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində, yaşadığı ünvanda saxlaması, daşıması,qəbul etməsi, eləcə də tərkibində narkotik maddələr olan bitkiləri əkib-becərməsi barədə məlumat əsasında həmin gün Ağdaş RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs razılığı ilə Ağdaş rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinə və evin həyətinə videoçəklişlə baxış zamanı həyətdəki evin bünövrəsinin sol tərəfinə gedilmiş, həyətin sol tərəfindən, yaşayış evinin yanından, 01 ədəd ağ rəngli sintetik torbanı Təqsirləndirilən şəxs göstərmiş, daha sonra torba açılmış, içərisindən qurudulmuş, kəskin iyli, bitki kütləsi aşkar edilmiş, elektron tərəzi ilə çəkilən zaman çəkisi 750 qr olmuş, evin qarşısında qoyulmuş, dəmir qazanın içərisində 01 ədəd şəffaf sellofan paketi göstərmiş, daha sonra Təqsirləndirilən şəxs göstərdiyi paket açılmış, içərisindən qurudulmuş, kəskin iyli, bitki kütləsi aşkar edilmiş, elektron tərəzi ilə çəkilən zaman çəkisi 15,1 qr olmuş, sonra yaşadığı evə baxış keçirən zaman, qapıdan girərkən sağ tərəfdə yerləşən otağında 01 ədəd qırmızı və 01 ədəd qara rəngli çantaları Təqsirləndirilən şəxs göstərmiş, ilk olaraq qırmızı rəngli, daha sonra qara rəngli çanta açılmış, ilk olaraq, qırmızı çantanın içərisində, kağız bükümlər yerə qoyularaq sayılmış, ümumi sayları 14 ədəd kağız büküm və 4 ədəd sellofan büküm aşkar edilmiş, hər biri ayrıayrlılıqda çəkilmiş, qırmızı rəngli çantanın içərisinə yığılmış, 04 ədəd sellofan bükümdə, ayrı-ayrılıqda çəkiləri 26 qr, 24 qr, 41 qr, 64 qr və 14 ədəd kağız bükümdə olan hər biri ayrı ayrılıqda, 26 qr, 26 qr, 9 qr, 29 qr, 30 qr, 50 qr, 30 qr, 33 qr, 15 qr, 74 qr, 27 qr, 22 qr, 23 qr, 33 qr olmaqla, ümumi çəkiləri isə 695 qram olmuş, daha sonra qara rəngli çantanın içərisinə yığılmış, həmin çantada 14 ədəd kağız bükümdə, hər biri ayrı-ayrılıqda çəkiləri, 52 qr, 51 qr, 57 qr, 35 qr, 48 qr, 11 qr, 22 qr, 34 qr, 46 qr, 6 qr, 33 qr, 34 qr, 11 qr, 32 qr və 05 ədəd sellofan paketin hər birinin içərisində, hər biri ayrı-ayrılıqda çəkiləri 199 qr, 59 qr, 126 qr, 71 qr, 63 qr olmaqla, ümumi çəkiləri isə 1105 qram olmuş, Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilən zaman ona məxsus ümumilikdə 2565,1 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilərək götürülmüşdür, həmin bitkilər ekspertizaya təqdim olunması üçün 03 ədəd içərisi boş olan sintetik kisəyə və 01 ədəd zərfə qablaşdırılaraq DİN-in “111” saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı heç bir təklif və şikayət daxil olmamış, şifahi qaydada sorğu-sual aparıldıqdan sonra baxış sonlandırılmış, videoçəkiliş köçürülmüş 01 ədəd “DVD” markalı disk protokola əlavə edilmiş, videogörüntü iştirakçılara nümayiş etdirilmişdir (cild 01, iş vər. 20-22). xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutmaq haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs saat 12:30-da şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 33-34) xx.xx.2023-cü il tarixli “şəxsi-axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X5 Abbasovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi-axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarışa başlanılmış, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan gümüşü rəngli gödəkçənin sağ yan cibindən, qara rəngli “Samsung” markalı mobil telefonu və sol yan cibindən 01 ədəd kibrit qutusunu masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qara rəngli “Samsung” markalı mobil telefon 01 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, digər əşyalar, içərisində kibrit dənələri olan 01 ədəd kibrit qutusu Təqsirləndirilən şəxs özünə qaytarılmış, sorğusual aparıldıqdan sonra baxış sonlandırılmış, videoçəkiliş köçürülmüş 01 ədəd “DVD” markalı disk protokola əlavə edilmiş, videogörüntü iştirakçılara nümayiş etdirilmiş, tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır (cild 01, iş vər. 40-43). xx.xx.2023-cü il tarixli, 17/739 nömrəli məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd sintetik kisənin içərisindəki 05 (beş) ədəd sellofan torbalarda və 14(on dörd) ədəd kağız bükümlərdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri- 56,63 qr; 60,57 qr; 195,75 qr; 123,42 qr; 67,62 qr; 9,16 qr; 16,89 qr; 47,56 qr; 41,32 qr; 25,85 qr; 27,36 qr; 29,21 qr; 48,92 qr; 29,13 qr; 4,19 qr; 9,91 qr; 54,61 qr; 31,01 qr; 38,79 qr; ümumi təmiz çəkisi- 917,80 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 01(bir) ədəd sintetik kisənin içərisindəki 04(dörd) ədəd sellofan torbalarda və 14(on dörd) ədəd kağız bükümlərdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri- 62,75 qr; 36,65 qr; 21,29 qr; 19,91 qr; 27,15 qr; 19,31 qr; 25,88 qr; 23,15 qr; 24,24 qr; 21,36 qr; 75,03 qr; 17,61 qr; 22,33 qr; 4,26 qr; 19,50 qr; 16,07 qr; 9,75 qr; 42,99 qr; ümumi təmiz çəkisi- 489,23 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01(bir) ədəd sintetik kisənin içərisindəki, təmiz çəkisi- 595,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01(bir) ədəd sellofan bağlamanın içərisindəki, təmiz çəkisi- 10,26 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 03(üç) ədəd sintetik kisələrdə və 01(bir) ədəd sellofan bağlamada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər (cild 01, iş vər. 49-54). xx.xx.2023-cü il tarixli Ağdaş Rayon Məhkəməsinin qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 07 oktyabr 2023-cü il tarixdə, saat 12:30-dan hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 80-83). xx.xx.2023-cü il tarixli Ağdaş RİHB-nın Qaradağlı kənd İ.Ə.D-si üzrə nümayəndəliyinin təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (arvadı, oğlu və qızı) Ağdaş rayon Qaradağlı kəndində yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01. iş vər. 102-103). DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, hazırda isə məhkumluğu yoxdur (cild 01, iş vər. 109-111). “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X8 təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-in poliklinika şöbəsində “Həşiş qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır (cild 01, iş vər. 112). Ağdaş rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli C/İ 1247 nömrəli məktubdan görünür ki, Şəki rayon Məhkəməsinin 7(075)-30/2014 saylı xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Pentensiar Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinədair ərizəsi təmin edilərək o, cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay 15 (on beş) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkum Təqsirləndirilən şəxs Şəki rayon Məhkəməsinin 7(075)-30/2014 saylı xx.xx.2014-cü il tarixli qərarı üzrə cəzasını tam olaraq çəkib qutarmış və üzərində Ağdaş rayon icra və probasiya şöbəsində heç bir öhdəlik qalmamışdır (cild 01, iş vər. 113). xx.xx.2023-cü il tarixli 1845 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidqəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 120). xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı hansı şəraitdə və hansı mənbədən əldə etməsini müəyyən etmək üçün bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın qanunsuz istifadəsi və satışı ilə məşğul olmuş, digər şəxslərlə əlbir olmamış, o, evindən və evinin həyatyanı sahəsindən aşkar olunmuş narkotik vasitəni satış məqsədi üçün saxlamış, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkilər əkib-becərmir, ailə üzvlərinin heç bir aidiyyətləri yoxdur və aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana barədə onların məlumatları olmamış, onun həmin narkotik vasitə qurudulmuş marixuananı naməlum şəraitdə əldə etməsi barədə məlumatlar daxil olsa da, hansı mənbədən və necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmişdir (cild 01, iş vər. 121). Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycam Respublikası Məhkəməsinin 09 avqust 2005-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 01, iş vər. 156-158). xx.xx.2023-cü il tarixli 7/62-1568/m nömrəli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixli 7/62-402/m saylı məktubla təqdim edilmiş məhkəmə qərarının icrası ilə bağlı ***-***- **-** saylı mobil nömrə fəaliyyətsiz olduğundan məlumatların təqdim edilməsi mümkün olmamışdır (cild 01, iş vər. 159). Şəki Rayon Məhkəməsinin 01 sentyabr 2014-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilərək, o, cəzasının çəkilməmiş qalan 7 (yeddi) ay 15 (on beş) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 01, iş vər. 176-179). xx.xx.2023-cü il tarixli qəradan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1, 234.4.2 və 237.1-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs ailə üzvləri barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 307.1-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi barədə CMin 234.4.3-cü maddəsi ilə başqa cinayət işinin ayrılaraq icraata qəbul edilməsi və ayrılan cinayət işinin ********* statistik nömrə ilə qeydə alınması qərara alınmışdır (186-204). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, eləcə də ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 109-cu bəndinə və – təmiz halda 500 (beş yüz) qramdan artıq və 50000 (əlli min) qramadək çəkidə narkotik vasitə olan qurudulmuş marixuana - külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs tərəfindən onun yaşadığı Ağdaş rayonu, Qaradağlı kəndində yerləşən evdə və həmin evin həyətində külli miqdarda qurudulmuş marixuananı əvəzli və ya əvəzsiz qaydada əldə edilməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı qeyd edilən xüsusatla bağlı faktiki olaraq heç bir araşdırma aparmamış, yəni Təqsirləndirilən şəxs kimdən, haradan, hansı tarixdə, hansı mənbədən və hansı şəraitdə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz şəkildə əldə etməsini müəyyən etməmişdir. Buna baxmayaraq, məhkəmə istintaqında xx.xx.2023-cü il tarixdə saat 10:54-dən 11:56-dək həmin evə və həyətinə keçirilmiş baxış zamanı həyətin sol tərəfində yaşayış evinin divarının yanında olan 01 (bir) ədəd sintetik kisənin içərisindən, təmiz çəkisi 595.0 qram, evin qarşısında olan masanın üzərindəki plasmas qabın içərisindən 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 10.26 qram, evin otağındakı 01 ədəd qırmızı rəngli çamadanın içərisindən ümumilikdə 01 ədəd sellofan bağlamada və bunlardan başqa 03 ədəd sellofan bağlamanın içərisində 14 ədəd kağız büküm və 01 ədəd sellofan büküm, habelə həmin bükümlərdən başqa qeyd olunan 02 ədəd sellofan bağlamanın içərisində olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 62.75 qram. 36.65 qram, 21.29 qram, 19.91 qram, 27.15 qram, 19.31 qram, 25.88 qram, 23.15 qram, 24.24 qram, 21.36 qram, 75.03 qram, 17.61 qram, 22.33 qram, 4.26 qram, 19.50 qram, 16.07 qram, 9.75 qram, 42.99 qram, ümumi təmiz çəkisi 489.23 qram, həmin yerdə olan 01 ədəd qara rəngli çamadanın içərisindən ümumilikdə 03 ədəd kağız büküm və 01 ədəd sellofan bağlamada və bunlardan başqa 03 ədəd sellofan bağlamanın içərisində 11 ədəd kağız büküm və 02 ədəd sellofan büküm, habelə həmin 02 ədəd sellofan bağlamaların içərilərində ayrı-ayrılıqda təmiz çəkiləri 56.53 qram, 60.57 qram, 195.75 qram, 123.42 qram, 67.62 qram, 9.16 qram, 16.89 qram, 47.56 qram, 41.32 qram, 25.85 qram, 27.36 qram, 29.21 qram, 48.92 qram, 29.13 qram, 4.19 qram, 9.91 qram, 54.61 qram, 31.01 qram, 38.79 qram, ümumi təmiz çəkisi 917.80 qram qurudulmuş marixuana aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz şəkildə əldə edərkən, əldə etdiyi külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı yaşadığı Ağdaş rayonu, Qaradağlı kəndində yerləşən evdə və həmin evin həyətində saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərini, onun barəsində polis əməkdaşlarına daxil olmuş əməliyyat məlumatının mahiyyətini, onun tutulma şəraitini, tutulması üçün səbəbləri, eləcə də bununla bağlı cinayət işinin materiallarında olan sübutların ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bağlı belə nəticəyə gəlir ki, onun barəsində əməliyyat orqanına daxil olmuş əməliyyat məlumatı kifayət qədər ciddi əhəmiyyətə malik olan sübutdur. Belə ki, həmin əməliyyat məlumatında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində və yaşadığı evdə saxlaması öz əksini tapmışdır. Bundan başqa, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər (polis əməkdaşları) öz ifadələrində göstərmişlər ki, onlara daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində və yaşadığı evdə saxlaması barədə dəqiq məlumat olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində 2023-cü ilin iyun-iyul aylarında yaşadığı Ağdaş rayonu, Qaradağlı kəndi ərazisində olan zaman “şirə kanalı”nın kənarında 02 ədəd çətənə kolu olmasını gördüyünü, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyi üçün həmin bitkini tanıdıdığını, bundan sonra ətrafa baxaraq ətrafda heç kimin olmadığından əmin olduqdan sonra həmin bitkilərin yarpaqlarını oradan tapdığı 01 ədəd kisəyə yığdığını, daha sonra isə ağacları orada olan “şirə kanalı”na tulladığını, bundan sonra həmin kisəni yaşadığı evə gətirdiyini, kisənin içərisində olan tərkibində narkotik maddələr olan bitki kütləsini qurutduğunu, bir hissəsini istifadə etdiyini, qalan kütləni isə evdə və həyətdə olmaqla müxtəlif yerlərdə saxladığı barədə məlumat versə də məhkəmə istintaqında sərbəst şəkildə ətraflı məlumat vermiş olduğu ifadəsində göstərərək aşkar olunan narkotik vasitənin 750 qramı keçən ildən qalma olduğunu, aşkar olunan narkotik vasitəni yabanı halda yetişən çətənə bitkilərindən yığdığını, həmin narkotik tərkibli çətənə bitkilərini kanalın üstündə olan arx sahələrindən yığdığını, ondan narkotik vasitə aşkar olunan vaxt bükümlər olduğunu, topladığı narkotik vasitəni qurudub bükümlərə qoyduğunu, lakin heç birinin çəkisi bir-birinə uyğun olmadığını, yığdığı və qurutduğu narkoik vasitə olan marixuananın az qismi kağız bükümdə, bir qismi isə sellofan bükümdə olduğunu, qurutduğu narkotik vasitə olan marixuananı kağız bükümlərə özü qoyduğunu, topladığı çətənə bitkilərini az-az qurutduğunu, aşkar olunan narkotik vasitə ona aid olduğunu, yetişən budaqdan yarpaqları dərib qurudub bükümlərə yığdığını, budaqdan yığdığı yarpaqları bir yerə yığmadığını, çünki bir budağın xassəsi, digər budağın xassəsinə uyğunlaşmadığını, çətənə bitkilərini eyni ağacdan deyil, müxtəlif ağaclardan dərdiyini, eyni ağacdan dərmiş olsaymış, bir yerədə toplaya biləcəyini, aşkar olunan narkotik vasitə 5-6 sellofan torbalara toplanmış halda və 10-a yaxın kağız bükümdə olduğunu, kağız bükümdə olan narkotik vasitələr də sellofan torbanın içində olduğunu, lakin bir-birlərinə qarışmasın deyə bəzilərini kağız bükümə qoyduğunu, çünki bəzilərinin xassələri o birilərinə uyğunlaşmadığını, narkotik tərkibli yarpaqları eyni ağacdan toplamadığını, fərqli ağaclardan topladığı narkotik tərkibli yarpaqları kağız bükümlərə yığdığını, əvvəllərdə narkotik vasitəni çöllərdən yığdığını, həmişə eyni yerləri gəzmədiyini, fərqli yerləri gəzib çətənə bitkilərini tapmasını, bundan sonra toplayıb qurutduğunu, çətənə bitkilərini özü topladığını və özü qurutduğunu, yığdıqdan sonra bükümlərə qoyub evə gətirdiyini, narkotik vasitə olan marixuanadan istifadə etsə də, heç vaxt satışı ilə məşğul olmadığını və istifadə etdiyi narkotik vasitəni heç kimlə paylaşmadığını bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs çətənə bitkisini qurutmuş, narkotik vasitəni özü bükümlərə ayırmış, hətta bükümlərə ayırarkən onların xassəsinə görə ayıraraq onları çeşidləmişdir. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitəni çeşidləyərkən çoxlu sayda, habelə çəkilərinin bir-birinə yaxın olan miqdarda xırda bükümlərə ayırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 mart 2011-ci il tarixli, 2 nömrəli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərmiş halları, habelə onun qismən etirafedici ifadəsində göstərdiklərini, yəni yaşadığı Ağdaş rayonu, Qaradağlı kəndində yerləşən evdə və həmin evin həyətində aşkar edilmiş ümumilikdə təmiz çəkisi 2012,29 qram narkotik vasitə olan qurudulmuş marixuananın ona məxsus olmasını, həmin narkotik vasitələri əldə etdikdən sonra bükümlərə ayırmasını, bununla da qeyd edilən əşyaların həqiqətən də aşkar edilməsini məcmu halda nəzərə alaraq, hesab edir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq yaşadığı evdə saxlamışdır. Başqa sözlə, o, yaşadığı Ağdaş rayonu, Qaradağlı kəndində yerləşən evdə və həmin evin həyətində xx.xx.2023-cü il tarixdə saat 10:54-dən 11:56-dək keçirilmiş baxış zamanı həyətin sol tərəfində yaşayış evinin divarının yanında olan 01 (bir) ədəd sintetik kisənin içərisindən, təmiz çəkisi 595.0 qram, evin qarşısında olan masanın üzərindəki plasmas qabın içərisindən 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 10.26 qram, evin otağındakı 01 ədəd qırmızı rəngli çamadanın içərisindən ümumilikdə 01 ədəd sellofan bağlamada və bunlardan başqa 03 ədəd sellofan bağlamanın içərisində 14 ədəd kağız büküm və 01 ədəd sellofan büküm, habelə həmin bükümlərdən başqa qeyd olunan 02 ədəd sellofan bağlamanın içərisində olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 62.75 qram. 36.65 qram, 21.29 qram, 19.91 qram, 27.15 qram, 19.31 qram, 25.88 qram, 23.15 qram, 24.24 qram, 21.36 qram, 75.03 qram, 17.61 qram, 22.33 qram, 4.26 qram, 19.50 qram, 16.07 qram, 9.75 qram, 42.99 qram, ümumi təmiz çəkisi 489.23 qram, həmin yerdə olan 01 ədəd qara rəngli çamadanın içərisindən ümumilikdə 03 ədəd kağız büküm və 01 ədəd sellofan bağlamada və bunlardan başqa 03 ədəd sellofan bağlamanın içərisində 11 ədəd kağız büküm və 02 ədəd sellofan büküm, habelə həmin 02 ədəd sellofan bağlamaların içərilərində ayrı-ayrılıqda təmiz çəkiləri 56.53 qram, 60.57 qram, 195.75 qram, 123.42 qram, 67.62 qram, 9.16 qram, 16.89 qram, 47.56 qram, 41.32 qram, 25.85 qram, 27.36 qram, 29.21 qram, 48.92 qram, 29.13 qram, 4.19 qram, 9.91 qram, 54.61 qram, 31.01 qram, 38.79 qram, ümumi təmiz çəkisi 917.80 qram ümumilikdə təmiz çəkisi 2012,29 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşının altmışdan yuxarı olmasını, evli olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 07 oktyabr 2023-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarının 3-cü maddəsinin 7-ci bəndinə əsasən, 60 yaşından yuxarı olan kişilərə məcburi müalicə tətbiq oluna bilməz. İş materialları ilə Təqsirləndirilən şəxs yaşının 60-dan çox olması müəyyən edildiyindən, onun barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalı, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Ağdaş RPŞ-nin maddi sübutların saxlanma otağına saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2010,34 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı və üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişlərin qeydə alındığı 02 (iki) ədəd disk iş materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 35 manat (otuz beş) 97 (doxsan yeddi) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 35 manat (otuz beş) 97 (doxsan yeddi) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 2010,34 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə 35 manat (otuz beş) 97 (doxsan yeddi) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tural Əfəndizadə Hakimlər Xaliq Məmmədov Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-103/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-103/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver