Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-103/2025 05.03.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:30 Hakim Aşurova Günay Raqif qızının sədrliyi ilə, hakimlər Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1, müdafiəçi - Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, mütəxəssis-müəllim X1 iştirakı ilə, xx xxxx 2010-cu il tarixdə Oğuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Oğuz rayon, Sincan kənd tam orta məktəbin 9-cu sinif şagirdi, işləməyən, əvvəllər məhkum olunmamış, Oğuz rayonu, Tərkeş kəndində qeydiyyatda olmaqla faktiki Oğuz rayonu Sincan kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, xx.xx.2016-cı il təvəllüdlü olmaqla aşkar surətdə on dörd yaşına çatmadığını bildiyi tanışı Zərərçəkmiş şəxs ilə 16 iyun 2024-cü il tarixdə saat 15 radələrində Oğuz rayonu Sincan kəndində yerləşən sahədə sonuncunun tək və köməksiz vəziyyətdə olmasından istifadə edib Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etmək qərarına gəlmiş, niyyətini həyata keçirmək üçün 50 (əlli) qəpik pul verməklə Zərərçəkmiş şəxs ağzı üstə yerə uzatmış, uzanıqlı vəziyyətdə olan on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək cinsi ehtirasını pozğun formada təmin etmək niyyəti ilə sərtləşmiş, yəni ereksiya vəziyyətinə gəlmiş öz kişi cinsiyyət orqanını onun düz bağırsağına salaraq qeyri-təbii yolla cinsi əlaqədə olmaqla Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, evdən çıxıb heyvanları otarmağa gedərkən Anarın anası ona “sən mənim uşağıma nəsə etmisən, gedirəm “102”ni yığıb səni tutdurmağa” demişdir. O, heyvanları otarıb evə qayıdanda X9 Hissənin avtomobilinin onların evinin qapısının ağzında olduğunu görmüşdür. Onu həmin avtomobilə mindirib Oğuz rayon Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində onu dindirərkən o, Anara heç nə etmədiyini bildirmiş, amma polislər “eləmisən, boynuna al!” deyərək ona bir-iki sillə vurmuşlar. O, “eləmədiyim şeyi niyə boynuma alım ki?!” deyərək etiraz etdikdə, polislər “onda onu boynuna alma, elə belə de ki, sürtüşdürmüşəm” demişlər. Polislər əgər elə deyərsə onu azad edəcəklərini, boynuna almasa atasını döyəcəklərini və həbs edəcəklərini bildirmişlər. O da atasına heç nə etməsinlər deyə razılaşıb hər şeyi boynuna almış, polislərin dediyi kimi ifadə vermişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Anarın ailəsi ilə onun ailəsi arasında torpaq üstündə ədavət olmuşdur. Polislər onu aparanda o, əynini dəyişməmiş, həmin gün üstündə olan paltarlarla getmişdir. Polis şöbəsinə həm onu, həm də atasını aparmışlar. Barəsində həbs qətimkan tədbiri seçiləndə hakim ondan hadisəni törədib-törətmədiyini soruşmuş, o da törətdiyini bildirmişdir. Çünki polislər ona hakim soruşanda hadisəni törətdiyini boynuna almasını, belə edəcəyi təqdirdə hakimin onu buraxacağını bildirmişlər. Anarın ailəsi ilə onun ailəsi arasında düşmənçilik və ədavət olduğu üçün Anar yalandan onun adını çəkir ki, guya hadisəni o, törətmişdir. Həmin gün mal otarmağa gedəndə Anarı yolun qırağında görmüşdür. Həmin vaxt Anar tək olmuş, özü üçün nəsə oynamışdır. Onların evlərinin arasında bir ev yerləşir, o, mal otarmağa gedəndə Anargilin evinin yanından keçib gedir. Həmin vaxt Anarın əynində şortik olmuşdur. O, Anara heç nə demədən yanından keçib getmişdir. Ümumiyyətlə onun ailəsi Anarın ailəsi ilə danışmadığı üçün o da Anarla danışmamışdır. Heyvanları otardıqdan sonra saat 1 radələrində evə qayıtmışdır. Saat 5 radələrində ikinci dəfə mal otarmağa gedəndə Anarın anası qarşısına çıxaraq onun Anara nəsə etdiyini, 102-yə zəng edib onu tutduracağını bildirmişdir. O, isə Samirənin yanında dayanmayaraq heyvanları otarmağa getmişdir. Axşam saat təxminən 7-8 radələrində evə qayıdanda Növbətçi Hissəsinin maşınının qapının ağzında olduğunu görmüşdür. Növbətçi Hissə əynində olan paltarları da götürüb onu aparmışdır. Anarın ailəsi həmişə onlara xırda-para şər atmış, bu dəfə isə böyük şər atmışdır. O, həbsdə olmadığı müddətdə Anarı bəzən görsə də, onunla görüşüb söhbət etməmiş, bunun nə məsələ olduğunu, niyə ona şər atdığını, ona qarşı heç bir əxlaqsız hərəkət etmədiyi halda nəyə görə onun haqqında bu cür ifadə verdiyini soruşmamışdır. Hadisə günü onun telefonu olmamışdır. O, Anara 50 qəpik pul verməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, polislər o məzmunda ifadə verməsini dedikləri üçün o cür ifadə vermişdir. Təfsilatı ilə verdiyi həmin ifadəni müstəntiq özündən uydurmuş, o da təsdiq etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi ağac yolun qırağında yerləşmiş, ağacın hündürlüyü təxminən 10 metr olmuşdur. Həmin ağaca çıxmaq çətindir. O, həmin ağacın yanında çox olmuşdur. Həmin yer bir az meşə tərəf olduğundan Anar və digər uşaqlar heç vaxt oralara gəlmir. Ora ümumiyyətlə qıraq yerdir, adətən orada heç kim olmur, arada bir odun qıranlar gəlir. Amma o, heyvanları otardığı üçün gündəlik orada olmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında kəskin ziddiyyət olduğundan həmin ifadə elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin, qanuni nümayəndəsi olan atası Rahim İsmayılzadənin və mütəxəssis müəllimin iştirakı ilə verdiyi həmin ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır. Belə ki, Anar onun həmkəndlisidir. Həmçinin Anarla eyni məktəbdə oxuyur. Anarla hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. Ancaq qonşuluq münasibətlərində Anarın ailəsi onun ailəsi ilə ədavət aparmaqdadır. 4 ildir aralarında münaqişələri var. 16 iyun 2024-cü il tarixdə səhər radələrində qardaşı Sənan və bacısı Lamiyə təsərrüfatlarında olan keçiləri otarmaq üçün yaşadığı Oğuz rayonu Sincan kəndində yerləşən sahəyə aparmışlar. Həmin gün Sənanla Lamiyə evə gəlmədiyi üçün saat 15 radələrində sahəyə gedərək bacı və qardaşını axtarmağa başlamışdır. Həmin vaxt sahədə Anarla qarşılaşmış və Anarın qumdan palçıq düzəldərək oyun oynadığını görmüşdür. Həmin vaxt Anar tək olmuşdur. Bundan sonra Anardan Sənanı və Lamiyəni görüb-görmədiyini soruşduqda Anar görmədiyini demiş, təxminən 400 metr Anardan kənarlaşmış və sahədə olan ağacın altına getmişdir. Anar isə qaçaraq ona tərəf gəlmiş və ağaca çıxmağa başlamışdır. Anar ağacın üstündə olduğu vaxt oynamaq üçün onu yanına çağırmış, bu vaxt Anara çıxıb getməsini demişdir. Bundan sonra Anar ağacdan yerə düşüb paltarını (şortikini) aşağı çəkmiş, arxa nahiyəsini ona göstərərək ondan arxasında nəsə olub-olmadığını soruşmuşdur. Bu vaxt Anarın arxa nahiyəsinə baxıb heç nə olmadığını demişdir. Bundan sonra Anara 50 qəpik pul vermiş və ona cinsi əlaqədə olmağı təklif etmişdir. Anar razılaşdıqdan sonra şalvarını aşağı çəkmiş, Anarı yerə uzadıb qucaqlamışdır. Həmin vaxt sərtləşmiş cinsiyyət orqanını Anarın arxa nahiyəsinə sürtmüşdür. Həmin vaxt qurtardıqdan sonra şalvarını yuxarı qaldırmış, Anara isə heç kimə bu barədə danışmamasını tapşırmışdır. Bundan sonra Anar çıxıb getdikdən təxminən 20 dəqiqə sonra çıxıb evə getmişdir. Hadisə 16 iyun 2024-cü il tarixdə saat 15 radələrində Oğuz rayonu Sincan kəndində yerləşən sahədə baş vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. O, sərtləşmiş cinsiyyət orqanını ancaq Anarın arxa nahiyəsinə sürtmüş, boşaldıqdan sonra paltarını geyinmişdir. 50 qəpik pulu Anara cinsi əlaqədə olmaq məqsədilə vermişdir. Anarla arasında olan cinsi münasibət təxminən 2 dəqiqə davam etmişdir. Əvvəllər Anar və yaxud digər hər hansı başqa şəxslərlə cinsi münasibəti olmamış, ilk dəfə idi ki, Anarla cinsi əlaqədə olmuşdur. Cinsi əlaqədə olmağı telefonda görüb öyrənmişdir. Anarın ondan başqa kiminləsə bu cür hərəkətlər etməsini eşitməmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs qarşı hər hansı bir fiziki zor tətbiq etməmişdir. O, Zərərçəkmiş şəxs yaşını və 2-ci sinif şagirdi olduğunu bilmişdir. Anarla cinsi əlaqədə olmağına mane ola biləcək hər hansı xəstəliyi olmamışdır (cild 1, iş vərəqə 100-102). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə qanuni nümayəndəsinin və mütəxəssis-müəllimin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs məhkəmədə ona verilən suallara cavab olaraq göstərdi ki, Yusifi tanıyır, amma onunla dost deyil, heç vaxt onunla birlikdə oynamamışdır. Yusifi görəndə salam verməmiş, onunla danışmamışdır. Onlar mal saxlamır, amma Yusifgilin keçisi var. Yusif həmişə keçini otarmağa aparmışdır. Yusifin mal otardığı yerdəki ağacın üstünə çıxa bilir. O, polis şöbəsində olmuşdur, çünki Yusif onun başına nəsə oyun açmışdır. Ayıb olduğu üçün Yusifin onun başına nə oyun açdığını demək istəmir. Yusif sahənin başında, onun çıxdığı ağacın yanında ona nəsə eləmişdir. O, qumluqda palçıqla oynayıb tort düzəldərkən Yusif gəlib ondan bacısını qardaşını görüb-görmədiyini soruşmuş, o da görmədiyini demişdir. Bundan sonra Yusif ona “mənimlə yuxarı gələrsən?” demiş, o getmək istəməmiş, amma Yusif onu zorla aparmışdır. Yusifin əlində balaca telefon olmuş, Yusif həmin telefonu ona atasının 70 manata aldığını demişdir. Yusif ona pis şey edəndən sonra 50 qəpik pul vermişdir ki, heç kimə deməsin. Amma o, hadisəni anasına danışmış və 50 qəpik pulu anasına vermişdir. Onun telefonu yoxdur, amma Yusifin telefonu var. Yusif onu yerə uzandırmış, onun şalvarını açmış, sonra isə öz şalvarını açıb cinsiyyət orqanını çıxartmış və onun arxasına eləmişdir. Həmin vaxt ağrıdığı üçün “eləmə, eləmə” deyib ağlamış, amma Yusif eləmişdir. Onun qışqırıq səsini heç kim eşitməmiş, heç kim ona kömək etməmişdir. Hadisə barədə anasına deyəndə anası “102”-yə zəng etmiş, sonra polislər gəlib Yusifi və atasını aparmışlar. Yusifin ona verdiyi 50 qəpik pulu polisə vermişlər. Onu iki-üç dəfə həkimə aparmışlar, həkimlər onun arxa hissəsini yoxlamışlar. Arxa hissəsində olan yaranı Yusif etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2 göstərdi ki, 16 iyun 2024-cü il tarixdə saat 3-4 radələrində oğlu Anar palçığın içində, başı fırlana-fırlana, halsız vəziyyətdə evə gəlmiş, o da uşağı çimizdirmişdir. Anar 50 qəpiyi ona verərək Yusifin onun başına belə bir iş açdığını demişdir. O, Yusifin atası Rahimi çağırmaq üçün çölə çıxmışdır ki, ondan soruşsun bu nə oyundur Yusif onun uşağının başına açıb. Həmin vaxt Rahimin arvadı haray salıb onların üstünə gəlmişdir. O, Rahimin arvadına “yoldaşım infarkt keçirmiş adamdır, o, bilməsin, bir dənə uşağımız var” demiş, sonuncu da ona “hara istəyirsən şikayət et, heç nədən qorxum yoxdur” demişdir. Bundan sonra o, Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları gəlib uşağı danışdırmışlar, sonra Oğuz rayon Polis Şöbəsinə aparıb orada dindirmişlər. Polis rəisinin otağına daxil olanda müstəntiq rəisə uşağın eyni sözü dediyini bildirmişdir. Bundan sonra uşağı Oğuz rayon X6 şəhərinə aparmışlar və orada Aydın həkim uşağı müayinə etdikdən sonra Şəki şəhərinə aparmışlar. Şəki şəhərində bir nəfər kişi ekspert və bir nəfər qadın uşağı müayinə etmiş, qadın çıxanda ona “ölmüşdün? sənin balanın başına bu iş gəlibdi, balan pis vəziyyətdədir” demişdir. O da həmin xanıma yoldaşı xəstə olduğundan başının ona qarışdığını, uşağın həmişə oynadığı yerdə olduğunu bildirmişdir. Sonra Oğuz rayon Polis Şöbəsinin göndərişi ilə Mingəçevir şəhərinə ekspertizaya getmişlər, orada da eyni sözlər deyilmişdir. Gəncə şəhərində də müayinə olunmuşlar. Onun uşağının başına bu oyunu açan Təqsirləndirilən şəxs ağır şəkildə cəzalandırılmasını xahiş edir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərdi ki, “102”-yə zəng etdiyi saatı dəqiq xatırlamır, uşağı çimizdirəndən sonra zəng etmişdir. Evə gələn polislər Anarın şortikini və Yusifin Anara verdiyi 50 qəpik pulu götürmüşlər. O, hadisə günü Anarın alt paltarını yumuş, şortikini isə yumamışdır. Şortikin sulu yoxsa quru olduğunu xatırlamır. Hadisə günü Anarın əynində olan alt paltarında ləkələr olmuş, amma həmin alt paltarını yuduğu üçün istintaq orqanına təqdim edə bilməmişdir. Uşaq halsız olmuş, qusmuşdur. Hadisə günü uşağın arxa nahiyəsinin şəklini çəkmişdir, alt paltarının şəklini çəkib-çəkməməsini xatırlamır. İstintaq orqanına təqdim etdiyi alt paltarının şəklini hadisədən bir müddət sonra çəkmiş, həmin şəkili təqdim etməkdə məqsədi baş vermiş hadisədən sonra Anarın daimi olaraq alt paltarını batırdığını istintaq orqanının nəzərinə çatdırmaq olmuşdur. Uşaq indi də böyük bayıra çıxanda ağrıyır. Hadisədən əvvəl Anarda heç bir bağırsaq xəstəliyi olmamış, o, heç vaxt alt paltarını batırmamışdır. O, Anarı müayinə etdirmək üçün Şəki rayonunda həkim cərrahın yanına aparmış, həkim ona uşağın böyük bağırsağının zədələndiyini deyərək müalicə üçün Bakı şəhərinə aparmasını məsləhət bilmişdir. Anarın deməsinə görə Yusif 50 qəpiyi ona verərək hadisə barədə heç kimə deməməsini tapşırmışdır. O, həmin 50 qəpiyi polisə təqdim etmişdir. Yusifin ailəsi ilə əvvəllər heç bir ədavəti olmamışdır. Yusifin ailəsindən heç kim barışığa gəlməmişdir. Yusifin nənəsi gələrək “aç görüm nəvəm neyləyib?!. Oğuzun eksperti heç nədir, mən səni ekspertiza edəcəm” demişdir. Məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 göstərdi ki, o, kənddə molla kimi fəaliyyət göstərir. Hadisə günü Qurban bayramı ilə əlaqədar qurban kəsməyə getmişdir. Saat təxminən 5-6 radələrində Yusifin anası Samirənin qohumu Arif ona zəng edərək onunla işi olduğunu bildirmiş və təcili gəlməsini istəmişdir. O, qurban kəsməklə məşğul olduğunu deyərək onunla nə işi olduğunu soruşduqda Arif “Samirə deyir ki, sənin oğlun onun oğlunu zorlayıb, gəl gedək bu məsələni yoluna qoyaq” demişdir. O, Arifə hazırda əlində işinin olduğunu, yarım saata gələcəyini bildirmişdir. 15 dəqiqə sonra özü Arifə zəng edib işlərini qurtardığını deyərək onun harada olduğunu soruşmuş, Arif də qonaqlarını rayona apardığını, onları qoyub gələcəyini bildirmişdir. O, evə çatanda saat 6-ya qalmışdır. Evdə arvadından nə baş verdiyini soruşanda sonuncu bildirmişdir ki, “Samirə gəldi ki, sənin oğlun mənim oğlumu zorlayıb, sizi polisə verəcəm, polis gəlir”. O, oğlu Yusifdən belə bir hadisənin olubolmadığını soruşduqda, sonuncu and-aman etmişdir belə bir hadisə olmayıb. Həmin vaxt Polis Şöbəsindən ona zəng gəlmiş, zəng edən edən əməkdaş “evdəsənsə sizə gəlirik” demiş, o da “evdəyik, buyurun gəlin” deyə cavab vermişdir. O, sonradan araşdırıb müəyyən etmişdir ki, həmin gün hadisə olan yerin 20-30 metrliyində iki kombayn əkin biçmiş və orada 10-15 nəfər insan olmuşdur. Həmin insanların gözü qarşısında bu hadisə necə ola bilərdi?! Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2 ilə barışığa çox cəhd etmiş, amma sonuncuya yaxınlaşmaq mümkün olmadığından barışıq əldə olunmamışdır. O, hətta Samirənin yaxın qohumlarının yanına gedərək onları barışdırmasını istəmiş, amma bütün qohumları Samirəyə yaxınlaşa bilməyəcəklərini bildirmişlər. Belə ki, o, Samirənin qardaşının yanına getdikdə qardaşı “mən nə anamı, nə də bacımı danışdırmıram” demiş, Samirənin atasının yanına getdikdə atası “mən boşanmışam, məni adam yerinə qoymadılar çıxıb getdim” demiş, Samirənin qaynlarına müraciət edikdə onlar “bizim elə bir gəlinimiz yoxdur” demişlər. Sonuncu dəfə öz anasını Samirəgilə göndərmiş, amma Samirə onun anasını təhqir edib qovmuşdur. Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərdi ki, oğlu Yusif bir ay sonra ona bildirmişdir ki, polislər onu döydükləri və atasını tutacaqları ilə hədələdikləri üçün qorxusundan hadisəni boynuna götürmüşdür. Hadisə baş verən vaxt onların evində internet olmamış, Yusifin də telefonu olmamışdır. O, hadisədən sonra, yəni avqust ayında evə internet çəkdirmiş, sentyabr ayında isə telefon almışdır. Yusifin cinsi əlaqədə olmağı telefonda görüb öyrəndiyinə dair ifadə verməsinin səbəbini bilmir. İbdidai istintaq zamanı oğlu Yusifin verdiyi bütün etiraf ifadələrinə qanuni nümayəndə qismində imza çəkərək təsdiq etməsinin səbəbi odur ki, o, nəyə imza çəkdiyini bilməmiş, ona “sən narahat olma, burada heç bir şey yoxdu” dedikləri üçün bütün sənədləri imzalamışdır. Məhkəmədə nümayiş etdirilməklə tədqiq olunmuş videogörüntü ilə bağlı onu deyə bilər ki, oğlu X8 videogörüntü ilə dindirilərkən etiraf ifadəsi vermiş, o da qanuni nümayəndə qismində həmin dindirmədə iştirak etmiş, amma heç nəyə etiraz etməmiş, oğlu Yusifə evdə ona Anara heç nə etmədiyini dediyi halda nəyə görə polisə o cür ifadə verdiyinə görə irad tutmamışdır. Çünki ona heç nə danışmaması ilə bağlı göstəriş verilmişdir. Həmin vaxt nə baş verdiyini anlamadığı üçün göstərişə əməl edərək heç nəyə etiraz etməmiş, heç nə danışmamışdır. Hazırda məhkəmə iclasında məsələnin nə qədər ciddi olduğunu başa düşərək danışmaq qərarına gəlmişdir. Yusifin boynuna aldığı əməlin cəmiyyət üçün mənfi qarşılanan əməl olduğunu dərk etmiş, amma ibtidai istintaq zamanı bir dəfə olsun belə heç nəyə etiraz etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Oğuz rayonu Ə.Abdulhüseynov adına Sincan kənd tam orta məktəbinin sinifdən xaric və məktəbdən kənar təlim tərbiyə işləri üzrə təşkilatçısı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Hər iki uşaq onun işlədiyi məktəbin şagirdidir, hadisə baş verən vaxt Anar 3-cü sinifdə, Yusif isə 9-cu sinifdə oxumuşdur. Hadisə dərs vaxtı olmamış, Qurban bayramı günündə olmuş, onlar bayram tətilindən qayıtdıqdan sonra hadisə barədə eşitmişlər. O, bir ildir ki, həmin məktəbdə çalışır, bu müddət ərzində Yusiflə hər hansı problem olmamış, onun kiminləsə dalaşdığını və ya mübahisə etdiyini görməmiş, onun tərbiyəsi ilə bağlı heç bir şikayət eşitməmişdir. Zərərçəkmiş şəxs nadinc uşaq olsa da onun ciddi şəkildə narahat vəziyyətlərini heç vaxt müşahidə etməmişdir. Hər iki şagird tam normaldır, onların davranışlarında hər hansı bir psixoloji pozuntu və digər əxlaqsız hərəkətlər müşahidə etməmişdir. Hər iki şagirdlə əxlaqi söhbətlər aparılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Oğuz rayonu, Ə.Abdulhüseynov adına Sincan kənd tam orta məktəbinin direktoru Şahid2 göstərdi ki, onlar hadisə vaxtı işdə olmamış, şagirdlər də məktəbdə olmamışdır. Hadisə barədə bir neçə gün sonra eşitmişlər. Onlar şagirdlərin valideynlərini məktəbə çağırdıqda Yusifin atası elə bir hadisənin baş vermədiyini, yalan və iftira olduğunu, Yusifin həbs olunmadığını bildirmiş, Anarın valideyni isə hadisənin baş verdiyini iddia etmişdir. Sonra onlara məlumat gəlmişdir ki, Oğuz rayon məhkəməsində Yusifi həbs etmişlər. Onlar da şagirdin davamiyyəti ilə bağlı Regional Təhsil İdarəsinə məlumat vermişlər. Hər iki şagirdin hər hansı qeyri-etik davranışını görməmiş, onlar haqqında mənfi heç nə eşitməmişdir. Yusif yaxşı oxuyan şagird olmuş, onu riyaziyyatdan olimpiadalara göndərmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Oğuz rayonu Ə.Abdulhüseynov adına Sincan kənd tam orta məktəbinin psixoloqu Şahid3, ibtidai sinif müəlliməsi Şahid4 və riyaziyyat müəllimi Şahid5 şahidlər Şahid1 və Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onların göstərdikləri halları təsdiq etmişlər. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Oğuz rayon Polis Şöbəsinin məsul növbətçisi Namiq Həmidov tərəfindən yazılmış 16 iyun 2024-cü il tarixli raportdan görünür ki, 16 iyun 2024-cü il tarixdə saat 19:24-də Oğuz rayonu Sincan kəndində yaşayan Qanuni nümayəndə2 ***-***-**-** mobil telefon nömrəsi ilə Daxili İşlər Nazirliyinin “102” xidməti zəng edərək 8 yaşlı oğlu Anara 8-ci sinif şagirdi olan Yusif tərəfindən seksual xarakterli zorakılıq edildiyini bildirmişdir (cild 1, iş vərəqə 5). Hadisə yerinə baxış keçirilməsi haqqında 09 iyul 2024-cü il tarixli protokolundan görünür ki, hadisə Oğuz rayonu Sincan kəndində yerləşən çöl sahədə baş vermişdir. Həmin sahə əsas yoldan təxminən 0,7 km uzaqlıqda yerləşir. Baxış zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu otlaq yerə uzadaraq onunla cinsi əlaqədə olduğu yeri göstərmiş, həmçinin yerə uzanaraq Təqsirləndirilən şəxs onu hansı formada yerə uzatdığını əyani şəkildə göstəmişdir. Həmin istintaq hərərkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 23-30). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onunla qeyritəbii yolla cinsi əlaqədə olmasına dair ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxsin üzünə qarşı deyərək təsdiq etmiş, Təqsirləndirilən şəxs isə onun dediklərini qismən təsdiq edərək cinsiyyət orqanını Anarın arxa keçəcəyinin içərisinə salmadığını, sadəcə arxa keçəcəyinin kənarlarına və ortasına cinsiyyət orqanını bərk formada sürtdüyünü göstərmişdir (cild 1, iş vərəqə 134-137). Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 01 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanuni nümayəndəsinin, müdafiəçinin və mütəxəssisin iştirakı ilə hadisənin baş verdiyi yeri əyani olaraq göstərərək həmin yerdə Zərərçəkmiş şəxs 50 qəpik pul verərək ona cinsi əlaqadə olmağı təklif etdiyini, Anar razılıq verdikdən sonra onu yerə uzadaraq onunla arxa nahiyədən qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirmişdir. Həmin istintaq hərərkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 199-203). Məhkəmə-tibbi ekspertizasının 22 iyun 2024-cü il tarixli, 58 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs saat sferblatının 6 rəqəmi nahiyəsində, qırışların arasında, qırışlara paralel nazik qırmızı rəngdə qansızmalı, boylama istiqamətində kənarları nahamar cırılma qeyd olunur. Zərərçəkmiş şəxs arxa keçəcək (anus dəliyi) nahiyəsində aşkar edilmiş xəsarət 16 iyun 2024-cü il tarixdə gərginləşmiş kişi cinsiyyət orqanının arxa keçəcəyə (anus dəliyinə) yeridilməsi nəticəsində törənməsinə uyğun gəlir (cild 1, iş vərəqə 14-15). Məhkəmə-tibbi ekspertizasının 04 noyabr 2024-cü il tarixli, 463 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilməmişdir. Cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir (cild 1, iş vərəqə 212-215). Məhkəmə-bioloji ekspertizasının 26 avqust 2024-cü il tarixli, 532/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu B(İİİ). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şortik, Təqsirləndirilən şəxs məxsus şortik və trusik üzərində olan ləkələrdə spermatozoidlər aşkar olunmamışdır (cild 1, iş vərəqə 139-146). Materialların məhkəmə ekspertizasının 20 sentyabr 2024-cü il tarixli, 17/756 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus geyim əşyasının səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərinə uyğun lif mikrohissəcikləri aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus geyim əşyasının səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus geyim əşyasının tərkib liflərinə uyğun lif mikrohissəcikləri aşkar edilməmişdir. Aparılmış tədqiqatın dəyəri 71 manat 94 qəpik müəyyən edilmişdir (cild 1, iş vərəqə 173-176). Kompleks ambulator məhkəmə psixatrik və psixoloji ekspertizasının 31 oktyabr 2024-cü il tarixli, 822 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət törətdiyi zaman və ona qədər hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı psixi xəstəlikdən əziyyət çəkməməsi səbəbindən o, öz hərəkətlərinə cavab vermək, yaxud onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarını dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs özündən uydurmağa meyilli deyildir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı etdiyi hüquqazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra adi psixiemosional halda olmuşdur. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla etdiyi hərəkətlərin xarakter və mənasını qavrayıb, həmin hadisə barəsində düzgün ifadə verə bilmək qabiliyyətindədir (cild 1, iş vərəqə 217-220). Məhkəmə psixoloji ekspertizasının 18 sentyabr 2024-cü il tarixli, 675 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarını dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Zərərçəkmiş şəxs özündən uydurmağa meyilli deyildir. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə qorxmuş və həyəcanlı psixi-emosianal halda olmuşdur. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla ona edilən hərəkətlərin xarakter və mənasını tam qavramasa da həmin hadisə barədə düzgün ifadə verə bilir (cild 1, iş vərəqə 222-224). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs verdiyi 50 qəpik pul, habelə Təqsirləndirilən şəxs götürülmüş bir ədəd şortik və bir ədəd trusik, Zərərçəkmiş şəxs götürülmüş bir ədəd şortik maddi sübut kimi tanınaraq saxlanması üçün Oğuz rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir (cild 1, iş vərəqə 109-110, 178-179). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 123). Ə.Abdulhüseynov adına Sincan kənd tam orta məktəbinin direktoru Şahid2 tərəfindən verilmiş 03 sentyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, məktəbin xx xxxxxx 2016-cı il təvəllüdlü 3-cü sinif şagirdi Zərərçəkmiş şəxs məktəbdə təhsil aldığı müddətdə akademik göstəriciləri zəif olmuşdur. Dərs müddətində və tənəffüsdə cox aktivlik göstərir. Valideyn nəzarəti zəifdir. Hiperaktiv şagirddir. Məktəbin xx xxxx 2010-cu il təvəllüdlü 9-cu sinif şagirdi Təqsirləndirilən şəxs məktəbdə təhsil aldığı müddətdə akademik göstəriciləri orta səviyyədə olmuşdur. Sinif yoldaşları ilə ünsiyyəti qənaətbəxş olmuşdur. Yaddaşı və məntiqi güclüdür, amma çalışmır. Dəfələrlə valideyini ilə məktəb psixoloqu ilə söhbətlər aparılıb. Ciddi valideyn nəzarəti tələb olunur. Məktəbdə oxuduğu müddətdə qeyri-etik davranışları müşahidə olunmamışdır (cild 1, iş vərəqə 38). Oğuz Rayon Mərkəzi Xəstəxanasının 20 iyul 2024-cü il tarixli, 18-1-64/2-762/2024 saylı məktubundan görünür ki, Oğuz rayon Sincan kənd sakinləri xx.xx.2016-cı il təvəllüdlü Zərərçəkmiş şəxs və xx.xx.2010-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Oğuz rayon Mərkəzi rayon Xəstəxanasının Poliklinika şöbəsinin “Narkoloji” və “Ruhi əsəb” kabinetlərində qeydiyyatda yoxdur (cild 1, iş vərəqə 81). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayət olmaqla təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı heç bir cinayət əməli törətməməsinə, torpaq məsələsinə görə ailələri arasında ədavət olduğu üçün Anarın ona qarşı yalan ifadə verməsinə, ibtidai istintaq zamanı döyüldüyü və atasının həbs olunacağı ilə hədələndiyi üçün həmin əməli törətdiyini boynuna almasına dair məhkəmədə verdiyi ifadəsini, habelə ibtidai istintaq zamanı verdiyi ifadəsinin cinsiyyət orqanını Anarın arxa keçəcəyinin içərisinə salmamasına, sadəcə arxa keçəcəyinin kənarlarına və ortasına bərk formada sürtməsinə dair hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü bu mülahizəsi yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs qarşı heç bir əməl törətmədiyini bildirməsinə baxmayaraq ona verilən suallara cavab olaraq həmin yerin meşə tərəf olmasını, qıraq yer olduğundan Anarın və digər uşaqların ora gəlməməsini, adətən orada heç kimin olmamasını, arabir odun qıranların gəlməsini, habelə Anarın çıxdığı ağacın yolun qırağında yerləşməsini, hündürlüyünün təxminən 10 metr olmasını söyləməklə faktiki olaraq hadisənin baş verdiyi yeri və Anarın çıxdığı ağacı təsvir etmiş, Anarın həmin yerdə olduğunu və orada ağaca çıxdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyü üçün hadisəni boynuna almasına dair ifadəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən gün, yəni 16 iyun 2024-cü il tarixdə ilkin izahatını qanuni nümayəndəsi olan atasının iştirakı ilə vermiş, həmin gün şübhəli şəxs qismində tutulmamış, sərbəst buraxılmış, döyülməsi ilə əlaqədar özü və qanuni nümayəndəsi müvafiq orqanlara şikayət etmək imkanında olmuş, amma heç yerə şikayət etməmişlər. Daha sonra 11 iyul 2024-cü il tarixdə videoçəkilişdən isifadə edilməklə qanuni nümayəndəsinin və mütəxəssis qismində iştirak edən öz riyaziyyat müəlliminin iştirakı ilə şahid qismində dindirilərkən sərbəst şəkildə hadisə ilə bağlı ətraflı ifadə vermiş, həmin vaxt zorakılığa məruz qalması barədə nə özü, nə də qanuni nümayəndəsi heç nə bildirməmişdir. Bundan başqa, Oğuz rayon məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəməyə verdiyi izahatında törətdiyi əməlin xarakterini dərk etdiyini, polis şöbəsində indiyədək hər hansı təzyiqə və fiziki zorakılığa məruz qalmadığını bildirmişdir (cild 1, iş vərəqə 11, 71-75; cild 2, iş vərəqə 3-5). Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, bundan başqa Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət törətməsini, oxuduğu təhsil müəssisəsi üzrə müsbət xasiyyətlənməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, qanunvericilikdə (CM-nin 85.1-ci maddəsi) bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan cəmi 4 cəza növünün (cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrum etmə) hər biri üçün qısaldılmış müddət və ya azaldılmış məbləğ nəzərdə tutulmuşdur. Ona görə də, yetkinlik yaşına çatmayanlara Cinayət Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin edilərkən Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətdiyi cinayətin ağırlığı baxımından onun yalnız cəmiyyətdən təcrid olunaraq islah və tərbiyə olunmasını və bu yolla cəzanın qanunda göstərilən məqsədlərinə nail olunacağını mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli tərbiyə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə onun barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, daha sonra Oğuz rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 20 noyabr 2024-cü il tarixdən saat 17:10-dən hesablanması qərara alınmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (cild 1, iş vərəqə 82-83, 103-104). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 20 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub Oğuz rayon Polis Şöbəsində saxlanılan 50 (əlli) qəpik pul Təqsirləndirilən şəxs qaytarılmalı, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd şortik və bir ədəd trusik, Zərərçəkmiş şəxs götürülmüş bir ədəd şortik məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 20 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Oğuz rayon Polis Şöbəsində saxlanılan 50 (əlli) qəpik pul Təqsirləndirilən şəxs qaytarılsın, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd şortik və bir ədəd trusik, Zərərçəkmiş şəxs götürülmüş bir ədəd şortik məhv edilsin. Təqsirləndirilən şəxs 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Günay Aşurova Hakimlər: Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-103/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-103/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver