Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-104/2022 26.05.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1971-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, Ağdaş şəhəri Babək küçəsi ev 10-da qeydiyyatda olan yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayının axırlarında yaşadığı Ağdaş şəhəri Babək küçəsi ev 10 ünvanında yerləşən həyətyanı sahəsində əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan 01 ədədi dibçəkdə və 21 ədədi yerdə olmaqla, ümumilikdə 22 ədəd - külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, 23.07.2021-ci il tarixdə saat 11:30-da Ağdaş Rayon Polis Şöbəinin əməkdaşlarının Ağdaş şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Ağdaş şəhəri Babək küçəsi ev 10-da yerləşən yaşadığı evin həyətyanı sahəsindən həmin bitkilərdən hündürlüyü162 sm-dən 304 sm-dək, ümumi təmiz çəkisi yaş vəziyətdə 21 kiloqram 760 qram olan 22 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda 118,530 qram, külli miqdarda narkotik vasitə - heroin, 9,82 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana, 2,379 qram, külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edərək qeydiyyatda olduğu və faktiki yaşadığı Ağdaş şəhəri ünvan 1 ünvanında yerləşən həyət evində saxlamış, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və faktiki yaşadığı Ağdaş şəhəri ünvan 2 ünvanında yerləşən evinə 23.07.2021-ci il tarixdə saat 12:01 radələrində baxış keçirilərkən dəhlizin sağ tərəfindəki otaqda olan yazı masasının sürməli daxılında 01 ədəd sellofan torbada təmiz çəkisi 9,37 qram və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,45 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edərək həmin həyət evinin mətbəxindəki soyuducunun qapısının iç hissəsindəki rəfdə 01 ədəd sellofan torbada təmiz çəkisi 98,589 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 01 ədəd sellofan torbanın içərisində 04 ədəd sellofan bükümlərdə, ayrı-ayrııqda təmiz çəkiləri 5,069 qram, 4,897 qram, 4,934 qram, 5,041 qram, ümumi təmiz çəkisi 19,941 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və həmin mətbəxin məşiət əşyaları yığılan dolabın içərisindən 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 2,379 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin Ağdaş Rayon Polis Şöbəinin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-nin 234.4.3 və 237.2.3cü maddələri ilə elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, evinin həyətyanı sahəsindən bir ədədi dibçəkdə olmaqla səhv etmirsə 21- 22 ədəd narkotik tərkibli çətənə bitkisini özü istifadə etmək üçün əkmiş və onlara qulluq etmiş, sulamışdır. Həmçinin evindən ona aid olan otaqdakı masanın gözündən aşkar olunan qurudulmuş marixuana da ona məxsus olmuş, ondan istifadə etmişdir. Lakin evin mətbəxindən aşkar olunan heroin və psixotrop maddə metamfetamin ona aid olmamış, həmin kütlələr onun evinə onun evinin həyətyanı sahəsinə baxış keçirilərkən başının qarışıq olmasından və evə daxil olanları görməməsindən istifadə edən polis əməkdaşları tərəfindən qoyulmuşdur. Həmin günü orada çoxlu sayda polis əməkdaşı olmuş, lakin onların bir hissəsi həyətyanı sahəyə baxış keçirilməsi ilə bağlı çəkiliş aparılarkən orada görünmüş, qalan polis əməkdaşları isə həmin vaxt kadr arxasında olmaqla onun evində axtarış aparmış və elə həmin vaxt sözügedən kütlələr onun evinə onlar tərəfindən qoyulmuşdur. Onun evinə baxış keçirilərkən onun hüquqları pozulmuş, müdafiəçi tələb etsə də, bu hüququ təmin edilməmişdir. Həmçinin evindən heroin və metamfetamin aşkar olunan zaman etirazını bildirmiş, lakin etiraz etməsinin heç nəyi dəyişdirməyəci ona bildirilmişdir. Habelə ona deyilmişdir ki, “əgər aşkar olunanlar sənin deyilsə demək evdə yaşayan ailə üzvlərinə aiddir”. Ona görə məcbur qalıb ona aid olmayan narkotik vasitələrin ona aid olması barədə etirafedici ifadə vermişdir. Odur ki, CM-in 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilmir. Hazırda çətənə bitkisini əkdiyinə görə peşmandır. Ona görə də, məhkəmədən barəsində ədalətli qərar qəbul olunmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində narkotik vasitələrin istifadəçisi olduğunu, təxminən 2021-ci ilin mart ayının axırlarında Ağdaş şəhəri Babək küçəsi 10 ünvanında yerləşən yaşadığım evin həyətyanı sahəsində 21 ədəd yerə və həyətində 01 ədəd dibçəyə olmaqla ümumilikdə 22 ədəd narkotik tərkibli bitkilərin toxunlarını əkdiyini, 2-3 gündən bir Ağdaş şəhəri Babək küçəsi 10 ünvanında yerləşən yaşadığı evin həyətinyanı sahəsində və həyətində əkdiyi narkotik tərkibli bitkiləri suvardığını, peyin verdiyini, 23.07.2021-ci il tarixdə təxminən saat 11-15 radələrində yaşadığı evdə olarkən yoldan onu kiminsə səsləməsini eşitdiyini, həmin vaxt yaşadığı evin qarşısındakı küçəyə çıxarkən polis əməkdaşlarının ona yaxınlaşaraq onlarda yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməyi və evində narkotik vasitələr saxlamağı barədə məlumat olduğunu söylədiklərini, həmçinin yaşadığı evə və evin həyətinə baxış keçirilməsi barədə onlarda Ağdaş rayon məhkəməsinin qərarının olmasını bildirdiklərini, özünün də həmin vaxt onlara həqiqətəndə yaşdığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkdiyini, evin də, narkotik vasitələrin olmasını və əməlindən peşman olduğunu söylədiyini, daha sonra yaşadığı evin həyətyanı sahəsinə aqronomun iştirakı ilə baxış keçirildiyini, baxış zamanı yaşadığı evin həyətyanı sahəsindən 21 ədəd yerə və həyətindən 01 ədəd dibçəyə əkib becərdiyi ümumi sayı 22 ədəd olan narkotik tərkibli kol aşkar olunduğunu, daha sonra yaşadığı evin həyətyanı sahəsindən və həyətindən aşkar edilmiş narkotik tərkibli bitkilər kökündən çıxardıldığını və hündürlükləri ölçüldüyünü, ən kiçik bitkinin hündürlüyünün 162sm, ən böyüyünün isə hündürlüyü 304 sm olduğunu, daha sonra həmin bitkilər kisələrə qablaşdırıldığını, kisələrin üzərinə imza etdiklərini, daha sonra kisələrin üzərinə Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü vurulduğunu, baxış zamanı video çəkilişdən istifadə edildiyini, daha sonra bu barədə protokol tərtib olunduğunu, tərtib olunmuş protokol ucadan oxunduqdan sonra protokola imza etdiklərini, daha sonra yaşadığı evə də, baxış keçirildiyini, baxış zamanı yaşadığı evin baş hissəsində yerləşən otağın birindən olan masalardan kiçik sellofan kisə, kağız büküm və şəffaf plastik qab, evin anbar kimi istifadə etdiyi otağında 03 ədəd elekton və 01 ədəd mexaniki əl təziləri aşkar edildiyini, həmin evin mətbəxindən soyuducudan 2 ədəd kiçik sellofan kisə, həmin mətbəxdə yerləşən şkafdan isə 01 ədəd kiçik sellofan büküm aşkar edildiyini, daha sonra masadan aşkar edilmiş sellofan kisə və kağız büküm açıldığını və içərilərindən yaşıl rəngli kəskin iyli bitki kütləsi aşkar edildiyini, onlar sonra elektron tərəzidə çəkildiyini və çəkilərinin müvafiq oaraq 11,83 qram və 0,79 qram olduğunu, daha sonra həmin otaqdan aşkar edilmiş şəffaf qabda açılan zaman içərisindən bitki toxumları aşkar edildiyini, şəffaf qabda olan toxumlar tərəzidə çəkilən zaman isə çəkisinin 14,66 qram olduğunu, bundan sonra isə mətbəxdə olan soyuducudan aşkar edilmiş 02 ədəd kiçik sellofan kisə açıldı və kisələrin birin içərisindən 04 ədəd sellofan büküm aşkar edildiyini, həmin sellofan bükümlər açılan zaman içərilərindən qəhvəyi rəngli maddələr aşkar edildiyini, həmin sellofan bükümlər elektron tərəzidə çəkilən zaman ümumi çəkiləri 20,77 qram olduğunu, digər sellofan kisə açılan zaman isə onun da, içərisində qəhvəyi rəngli maddə aşkar edildiyini, həmin sellofan kisədə elektron tərəzidə çəkilən zaman çəkisinin 108 qram olduğunu, sonra şkafdan aşkar edilmiş sellofan kisə açıldığını və içərisində 02 ədəd yarım həbb və içərisində ağ rəngli kristal və toz halında olan maddə olan kağız büküm aşkar edildiyini, həmin kağız büküm elektron tərəzidə çəkilən zaman çəkisinin 3,5 qram, həbblər elektron tərəzidə çəkilən zaman isə çəkilərinin 0,59 qram olduğunu, yaşadığı evin otaqlarının birində olan masalardan aşkar edilmiş bitki kütlələrinin marixuana olmasını, bitki toxumlarının isə evinin həyətndə əkdiyi narkotik tərkibli bitkilərdən yığdığını, soyuducudan aşkar edilmiş maddələrin isə kakos olması və həmin maddələri özünün şəxsi istfadəsi üçün saxladığını və Şəki rayonundan tanımadığı şəxsdən aldığını bildirdiyini, lakin şkafdan aşkar edilmiş 02 ədəd həbin baş ağrısı dərmanı, ağ rəngli toz və kristal halında olan maddənin isə diş ağrısı dərmanı olmasını bildirdiyini, daha sonra yaşadığı evdən aşkar edilmiş marixunalar, kokoslar, həblər, ağ rəngli maddə və tərəzilər kağız zərflərə qablaşdırıldığını, zərflərin üzərinə imza etdiklərini, daha sonra zərflərin üzərinə Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü vurulduğunu, baxış zamanı video çəkilişdən istifadə edildiyini, daha sonra bu barədə protokol tərtib olunduğunu, tərtib olunmuş protokol ucadan oxunduqdan sonra protokola imza etdiklərini, daha sonra Ağdaş RPŞ-də onun dövlət tərəfindən müdafiəçi ilə təmin edilmək hüququ olması izah edildiyini, Ağdaş RPŞ-nə ərizə ilə müraciət edərək dövlət tərərfindən müdafiəçi təyin olunmasının təmin edilməsini xahiş etdiyini, bundan sonra Ağdaş RPŞ-nin Növbətçi Hissəsindən onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibindən üzərinə kent yazılmış 01 ədəd və sağ yan cibindən isə üzərinə vest yazılmış 01 ədəd siqaret qutusu, şalvarın arxa sol cibindən 01 ədəd samsung markalı mobil telefon və şalvarın sağ yan cibindən 03 ədəd 20 manatlıq, 01 ədəd 5 manatlıq və 01 ədəd bir manatlıq pul əskinasları aşkar edildiyini, üzərindən aşkar edilmiş siqaret qutuları açılan zaman isə üzərinə kent yazılmış siqret qutusunun içərisində siqaret dənələri və 01 ədəd qırmızı rəngli alışqan, üzərinə vest yazılmış siqaret qutusunun içərisindən isə siqaret dənələri aşkar edildiyini, daha sonra isə aşkar edilmiş 66 manat pul və siqaretlər ona qaytarıldığını, Samsung markalı mobil telefonu isə iş üçün əhəmiyyət kəsb etdiyindən zərfə qablaşdırılaraq maddi sübüut kimi götürüldüyünü, zərfin üzərinə imza etdiklərini, daha sonra zərfin üzərinə Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü vurulduğunu, şəxsi axtarış zamanı video çəkilişdən istifadə edildiyini, daha sonra bu barədə protokol tərtib olunduğunu, tərtib olunmuş protokol ucadan oxunduqdan sonra protokola imza etdiklərini, yaşadığı evdə baxış zamanı aparılmış video çəkilişdə mətbəxindəki soyducudan aşkar edilmiş kokosları Şəki rayonundan almağını bildirməsi ilə bağlı həmin vaxt anlaşılmazlıq olduğunu, kokosları Şəki rayonundan heç kimdən almadığını, həmin maddələri 2021-ci ilin iyun ayında Şəki rayonundan tapdığını, istifadəsində olan mobil telefon nömrəsinin ***-***-**-** saylı mobil telefon nömrəsi olduğunu, narkotik tərkibli bitki kollarını özü istifadə etmək məqsədi ilə əkdiyini, heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Əlavə ifadəsində isə ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayıb saxlamadığını xatırlamadığını, ola bilsin ki, həmin şəxslə 1-2 dəfə əlaqə saxladığını,həmin nömrənin sahibi ilə 2 dəfə əlaqə saxladığını, həmin şəxsin ona marixuana təşkil etdiyini, özünün də marixuana qəbul etdiyi üçün o şəxslə bu barədə danışdığını, amma razılaşmadıqlarını və bununla da əlaqələrinin birdəfəlik bitdiyini, onunla başqa heç bir əlaqələrinin olmadığını, ***-***-**-** saylı möbil nömrənin sahibini tanımadığını, bu xanımın Bakıda Meyvəli deyilən bazarda çalışdığını, bir neçə dəfə telefon əlaqələrinin olduğunu, həmin xanımın çiyələk satışı ilə məşğul olduğunu, bir neçə dəfə ondan çiyələk sifariş verdiyini, sadəcə olaraq tanış kimi münasibət saxladıqlarını, həmin Ülviyyə adlı qadınla əlaqə saxlayan zaman narkotik vasitə sifariş edilməsi ilə əlaqədr danışıqlar olması ilə bağlı ondan narkotik vasitə sifariş etmədiyini, dəqiq xatırlamadığını, ola bilsin ki, hansısa danışıqlarında narkotik vasitə barədə danışdıqlarını, Ülviyyə adlı qadından heç bir narkotik vasitə almadığını, ondan çiyələk sifariş edərək aldığını, Şahid1 poçta işlədiyini və mantyor işləri bacardığını v bu səbəblə də evdə ancaq o işlərlə məşğul olduğunu, daha dəqiqi evdə ona bəzi fəhlə işlərini də gördüyünü, evin qarşı tərəfində əkdiyi xiyar, pamidor, badımcan, qarpız, yemiş , eyni zamanda həmin ili yəni 2021-ci ilin yazında əkdiyi gilas, heyva və başqa ağacların da hərdən onun göstərişi ilə suladığını, Orxanın buyruğu əməl edən bir işçi xüsusiyyətində olduğunu, ona bu kimi işləri tapşırdığını, Orxana bu kimi işləri tapşırdığını, evinin arxa tərəfində əkdiyi marixuana kollarının isə onun xəbəri olmadığını, əvvəla həmin kolların qapalı bir tərəfdə olduğunu, 2-cisi də Orxanın iş gördüyü ərazidən və otlardan oranın görünməməsi səbəbindən Orxanın onun qulluq etdiyi ağaclardan tam xəbərsiz olduğunu, onun icazəsi olmadan isə ona aid olmayan işlərə maraq göstərmədiyini, bu işlrdən uzaq bir insan olduğunu, həyətdə az hallarda iş gördüyünü, iş görən zaman isə özünün də həyətdə olduğunu, Orxanın əsas işinin onun köhnə kabel xətlərini dəyişmək olduğunu, Orxanın bir işçi kimi ancaq görülən işlərə fikrini yönləndirmək olduğunu, aldığı günəmuza görə sadəcə zəhmət çəkdiyini, digər işlərə nə marağı nədə ki vaxtı olmadığını, Orxanın ona verilən işi gördüyünü, başqa heç nəyə fikir vermədiyini, nədə ki, ələyrilik etmədiyini, onun marixuana əkdiyi sahədən Orxanın xəbəri olmadığını, həmin sahənin qapalı yer olduğunu, həmin yerdə Orxanın heç bir iş görmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək 23.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasitələri əkib becərməsi, qəbul etməsi, üzərində yaşadığı evində saxlaması barədə polis şöbəsinə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə raportla şöbənin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün Təqsirləndirilən şəxs yaşadığı ünvana getdiklərini, Arazı küçəyə səsləyib ona həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitki kollarını əkib-becərməsi barədə və yaşadığı evdə narkotik vasitələr saxlaması barədə özlərində məlumat olduğunu və həyətyanı sahəsinə və onun yaşadığı evinə baxış keçirmək istədiklərini bildirdiklərini, həmçinin Təqsirləndirilən şəxs bununla bağlı Ağdaş Rayon Məhkəməsinin qərarı olduğunu bildirdiklərini və onu həmin qərarla da tanış etdiklərini, bundan sonra Arazın da buna etiraz etmədiyini və həqiqətən də yaşadığı evin həyətyanı sahəsində narkotik vasitələri əkməsini və yaşadığı evdə də narkotik vasitə saxlamasını onlara bildirdiyini, bundan sonra videoçəkiliş apararaq aqrononum iştirakı ilə Arazın yaşadığı evin həyətyanı sahəsinə baxış keçirildiyini, baxış zamanı Arazın yaşadığı evin həyətyanı sahəsindən 21 ədəd yerə və həyətindən 01 ədəd dibçəyə əkib becərdiyi ümumi sayı 22 ədəd olan narkotik tərkibli bitki aşkar olunduğunu, daha sonra aşkar edilmiş narkotik tərkibli bitkilərin qanuna müvafiq qaydada qablaşdırıldığını, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirildiyini, baxış zamanı Arazın yaşadığı evdən anbar kimi otaqdan və mətbəxdən müxtəlif çəkilərdə narkotik vasitələrin - səhv etmirsə 100 qrama yaxın heroin, marixuana, metamfetaminin, həmçinin toxumların, elektron tərəzilərin aşkar edildiyini, aşkar edilən kütlələrin çəkilərək müvafiq qaydada qablaşdırılmaqla götürüdüyünü, Təqsirləndirilən şəxs etiraz etmədiyini, ona aid otaqdan aşkar edilmiş bitki tərkibli kütlələrinin marixuana olmasını, bitki toxumlarının isə evinin həyətində əkdiyi narkotik tərkibli bitkilərdən yığdığını, soyuducudan aşkar edilmiş maddələrin isə “kakos” olmasını və həmin maddələri özünün şəxsi istifadəsi üçün saxladığını və Şəki rayonundan tanımadığı şəxsdən aldığını bildirdiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən səhv etmirsə Təqsirləndirilən şəxs evinə baxış zamanı müdafiəçinin iştirak etdiyini, video çəkiliş aparıldığını, baxışda iştirak edən şəxslərin hamısının çəkilişdə də əks olunduğunu, əlavə polis əməkdaşlarının olamdığını və həyətyanı sahəyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs evinə heç kimin girmədiyini, həmçinin Təqsirləndirilən şəxs barəsində əməliyyat qeydiyyat işinin açılmadığını, onun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları olsa da, həmin məlumatların realizə edilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımış, onunla münasibəti olmuşdur. Özü elektrik kimi Təqsirləndirilən şəxs evində işləmiş, bəzən isə Təqsirləndirilən şəxs evdə olarkən onun iştirakı ilə həyətində olan ağacları sulamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə tərkibli bitkiləri əkməsindən, həmçinin evində narkotik vasitə saxlamasından və satmasından xəbəri olmamışdır. Cinayət işinin materiallarında olan 23.07.2021-ci il tarixli “Raport”dan görünür ki, Ağdaş Rayon Polis Şöbəsinə Ağdaş şəhər, Babək küçəsi ev 10 ünvanında yaşayan xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasitələri əkib-becərməsi, qəbul etməsi, üzərində və evində saxlaması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 07). Cinayət işinin materiallarında olan 23.07.2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Ağdaş şəhər, Babək küçəsi ev 10 ünvanında yaşayan xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 09). Cinayət işinin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli qərarından görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş şəhər, Babək küçəsi ev 10 ünvanında yerləşən yaşadığı evinə və evin həyətyanı sahəsinə baxış keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 16). Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 23.07.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, aqranomun və Təqsirləndirilən şəxs iştirakı ilə video çəkilişlə sonuncunun yaşadığı Ağdaş şəhər, Babək küçəsi ev 10 ünvanında yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilmiş və baxış zamanı onun həyətindən 01 ədəd dibçəkdə və həyətyanı sahəsində 21 ədəd yerdə qanunsuz olaraq əkib-becərilmiş ümumilikdə 22 ədəd hüdürlükləri 162 sm-dən 304 sm-dək ümumi təmiz çəkiləri 21 kq 760 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilib kökündən çıxardılaraq qablaşdırılıb götürülmüş, video çəkilişin əks olunduğu CD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 25-26). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş 2307.2021-ci il tarixli mütəxəssis-aqronom rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhər, Babək küçəsi ev 10 ünvanında yerləşən evinin həyətyanı sahəsindən aşkar olunan ümumilikdə 22 ədəd bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur (cild 01, iş vər. 27). Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 23.07.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və Təqsirləndirilən şəxs iştirakı ilə video çəkilişlə sonuncunun yaşadığı Ağdaş şəhər, Babək küçəsi ev 10 ünvanında yerləşən evinə baxış keçirilmiş və baxış zamanı evdən 01 ədəd sellofan torbada təmiz çəkisi 9,37 qram və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,45 qram, ümumi təmiz çəkiləri 9,82 qram oln narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd sellofan torbada təmiz çəkisi 98,589 qram və 01 ədəd sellofan torbada olan 04 ədəd sellofan bükümlərdə ayrıayrılıqda çəkiləri 5,069 qram, 4,897 qram, 4,934 qram, 5,041 qram, ümumi təmiz çəkisi 19,941 qram olmaqla ümumi təmiz çəkiləri 118,53 qram narkotik vasitə-heroin, 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 2,379 qram psixotrop maddə-metamfetamin, 02 ədəd elektron və 02 ədəd asma tərəzi aşkar olunaraq qablaşdırılaraq götürülmüş, video çəkilişin əks olunduğu CD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 28-30). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizası və məhkəmə bioloji ekspertizasının 23 iyul 2021-ci il tarixli 17/531 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, hər birinin üzərinə yapışdırılmış vərəqdə "Vət Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş bitki kollari.... sözləri yazılmış 03(üç) ədəd sintetik kisələrin içərisindəki, ümumilikdə 22(iyirmi iki) ədəd. hündürlükləri 162sm-dən 304sm-dək, ümumi təmiz çəkisi 21 kq 760 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Baş-aqronom Arif Səmədov tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli aqronom rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərində "Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 01 ədəd sellofan büküm və 01 ədəd kağız büküm və... bitki toxumları olan qab....." sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan torbada, təmiz çəkisi 9,37 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. 01(bir) ədəd kağız bükümdə təmiz çəkisi - 0,45 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 01 (bir) ədəd plastik qabda, ümumi təmiz çəkisi 2,95 qram olan bitki toxumları, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə bitkisinin toxumları narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş 22(iyimi iki) ədəd çətənə bitkiləri və qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmçinin çətənə bitkisinin toxumları narkotik vasitələrə aid olmadığından onların təqdim edilmiş, çətənə bitkiləri və qurudulmuş marixuanalar ilə müqayisəli tədqiqatı aparılmadı. Tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş içərisində qəhvəyi rəngli maddə olan... sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan torbada, təmiz çəkisi - 98,589 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, digər 01(bir) ədəd sellofan torbadakı 04(dörd) aded sellofan bükümlərdə ayrı ayrılıqda temiz çəkiləri - 5,069qr, 4,897gr. 4.934gr., 5.041qr. ümumi təmiz çəkisi - 19,941 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlərdir. Tədqiqata təqdim edilmiş, 01(bir) eded sellofan torbada ve 04(dord) edad sellofan bükülərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində "Vət Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş həb və kristal halında olan maddə..." sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd kağız ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 2,379 qram olan madde kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 01(bir) ədəd sellofan torbanın içərisindəki 02(iki) ədəd ağ rəngli yarım həblərin tərkibini müvafiq laboratoriya cihazı olmadığından təyin etmək mümkün olmamışdır cild 01, iş vər. 60-65). Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 23.07.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə video çəkilişlə sonuncunun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən hər hansı qanunsuz əşya aşkar olunmamış, üzərindən 01 ədəd mobil teefon iş üçün əhəmiyət kəsb etdiyindən götürülmüş, video çəkilişin əks olunduğu CD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 46-47). Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 30.08.2021-ci il tarixli 1007 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 172). Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 28.10.2021ci il tarixli 648 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hazırda da hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 28-29). Cinayət işinin materiallarında olan 19.11.2021-ci il tarixli “telefonun yaddaşında olan məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonda 22.07.2021-ci il tarixdə saat 21:11-də 1:52 saniyə danışmış “axşamınız xeyr, Gülnarədir, şeydir, sənə lazımdır, nə, nənəm-nənəm, o mənimlə hətərəm-pətərəm danışdı, o mənə deyir saat yarımdan sonra nəsə olmalıdır, deyirəm ki, Araza verərsən, deyir ki, yox hələ qalsın, o mənə aidiyyatı yoxdur, sən öl, bizim öz işimiz 2-3 gün şey eliyəcək, ama sənə hara desələr ver, dedim qaqa mən 50 manata, 100 manata görə maşın sürmürəm kiməsə görə, səndə qalsın, ona görə mən sənə dedim ki, sənin özünə lazımdırsa denən mən deyim atsın, hə də yəni sənə lazım olsa de mənə, mən də öz adamıma deyim atsın sənə, hə yaxşı, təxminən nə vaxt lazım olar mənə bir de, nə bilim 3 günə pataloku, kasıbçılıqdıda, 2 günə 3 günə, yaxşı onda mənə deyərsən, atarsan karta, kartdan da ataram, biri gün deyərəm sənə, çünki mən ona dedim Araza verərsən, sabah sənə padxod edərsə ki, xanım bunu yer yurd edin, onda edərsən, yoxsa mən qaçmıram tələsmirəm, mənə ehtiyac yoxdu, prosta deyirəm ki, sənin özünə lazım olsa deyərsən, mənə denən mən şeyləyim, oldu qadası sağol” 22.07.2021-ci il tarixdə saat 19:23-də “mənə deyir ki, al saxla, dünənnəri elə mənə deyir ki, verməlidirlər, oda mənim başım çıxmır, iranlıdır, deyir ki, xanım bu təmiz iş olsun, mənim də başım çıxmır, nədən gedir, bilmirəm bax nədi o, amma nəsə elə bil nəyisə nisyə almağa bacarır, nəsə nisyə alacaq deyir, dünən qoyulmalı idi, götürməli idi, dünənləri çıxa bilmədi, bu gün də yığmışdı məni, bu biri buran yığır ki, niyə götürmədin, niyə götürməmisən, danışa bilmirəm, bütün hamın əlində qalmışam, iki dəqdən bir yığırlar, adamı bütün biyabır edirlər, indi guya ki, bir iki saatdan sonra səni yığacam, hara lazımdı deyəcəm gedərsən, ona görə səninlə danışıb sənə vermək istəyir ya nə, sırağa gün dedi 500-300 manat vurarsan götürərəm, bu gün təzdən deyib ki, 1000 manat vuraram, hə, heşnə da, dedim ki, Mehman oradan bircə qıram, bircə qram əskik olsa məndən incimə, dedi oldu, heşnə da razılaşdıq, dedi prostu ehtiyacım var, nə bilim belə elə, bəs pulu hara vur dedi sənə, nə bilim, mənə kimsə zəng etsə deyəcək, indi mənə də bu gün demədilər gedib götürməliyəm, dedi götür saxla, hə oldu yaxşı, mən ona görə dedim ki, görüm sənə deyər mənə deyər, indi əlaqə saxlayarıqda sənə deyər ya mənə deyər, hə heş bişey oldu sağol” 22.07.2021-ci il tarixdə saat 19:45-də “alo, bəli, bəlin şirin, salam məleykim, əleykimə salam, necəsiz nə var nə yox, narahat elmədim qardaş, salamatçılıqdı, hər qardaş, rayonda nə vaxr nə yax, istilərlə nağarsız, istilərlə güləşirik, hamı nətə bizdə elə, ə yox qardaş, biz güləşmirik, biz elə bilki mübarizə aparırıq, təslim olursuz, yox yox təslim olmuruq olmağına, yenə də mübarizəmizi aparırıq, tərləməklə mübarizə aparmaq lazımdır, mənim əziz qardaşım mən elə bil ki sənin işin üstündəyəm, sən işi elə bil ki, 999 faiz həll eləmişəm, hə bir faiz qalıb ki, mənim burdan el bilki əyağa durub, gedib özüm ondan bir dənə götürüb onun vəziyyətinə özüm baxmaq istəyirəm, əla, baxım sizə deyim ki, gəlin, Bakı deyil, yox rayon, rayona gələmmiceyik qaqa, sən şəhərdə olsan özün gələssən, mən istirəm sənin özündən görüşəme birinci, mən özümün bakıya yolum düşsə 1 gün qabaqdan deyərəm bakıda görüşək, o da arxeynçilikdə, mən qardaşımdı pramoy, bildime sən orada görüşdüyün adam vara o sən dosdoğma qardaşındı hə, yox, dosdoğma qardaşdan artıqdı, Allah köməyi olsun, yəni mən bisən niyə görə dimək istirəm, qardaşım mən rahatçılığına görə dirəm, problem yoxdu, indi belə bir şeydə ola bilər yarı yol da gələ bilərik, məsəlçün sənüzbəüz, belə sənin vaxtın varsa gəl bir stəkan çayımızı iç getda, mənim vaxtım olmur, gəlib içərəme çayı, niyə içmirəm, indi prosta qardaşım indi mən sənə bir söz deyim da, mən indi burdan götürüb gətirsəm pulda verməliyəm axı, hə yerində verməlisən, o uje biraz şey çıxır, belə o qədər götürmə, az götür, arxeyn ol sora götür, onda belə alınmicaqe, bizim yolumuzun üstü deyil, yada mən burdan qırağa çıxmıram, mən qardaşım biz belə görmüşük ki, belə mən sözümü başqa cür başa düşmə, mənə nəsə lazımdısa mən özüm gedirəm, mənə lazım olan şeyin dalınca özüm gedirəm, mən gələ bilərəm sən qonağın ola bilərəm, sən də mən qonağım ola bilərsən, onun problem deyil, indi sən dedim mən eşitdim Fərid, sən də qulaq as, mən sənə dirəm, mən nəyisə alanda tək tük hallarda gedirəm, qaqaşcanı kimdisə razılaşıram, gələ bilirsən flan ünvana, hə , görüşək orda, xoşum gəlir, namesta haqqesablaşıb, göndərəm, da mən kiminsə dalınca harasa gedim növbəyə durum o mənim xarakterimdə yoxdu qaqa, mən əziz qardaşım indi biz sənin xarakterinlə hərəkət etməliyik, dügüzünü o duda qaqaş, sən satanısan dastafka ilə olmalıdı, bu gün dünyanın hər yerində dastafka var, dastafka edir işdə, dastafka edə bilmirsən səndən nə getdi,məndən nə getdi, dastafka edirəm, mən sə onu dastafka edirəm, mən sənə o pulu da verə bilmirəm axı, gəlib sən mən görəcən biləcən ki, nətər adamla məsələn iş görsən ondan sonra bezproblem kimdənsə vuracan qoltuğa, məndə sənə baxacam helə uverrine olacaq, ondan sonra mən sənə pulu vuracam ki, pramoy vura bilcəm ki, qaqa ala götür oradan nədisə götür gəl, nədisə onu elə” səsli danışıq müəyyən olunmuşdur (cild 02, iş vər. 92-94). Cinayət işinin materiallarında olan “Ağdaş RMX” publik hüquqi şəxsdən alınmış 04.03.2022-ci il tarixli 347 saylı məktubdan görünür ki, Ağdaş şəhər, Babək küçəsi ev 10 ünvanında yaşayan xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş RMX-da həşiş narkomaniyası diaqnozu ilə narkoloji kabinetdə qeydiyyatdadır, psixatrik kabinetdə isə qeydiyyatda yoxdur (cild 01, iş vər. 156). Cinayət işinin materiallarında olan 03.02.202-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.1, 234.4.2, 238-240-cı maddələrinin tərkibi olmadığından, barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir (cild 02, iş vər. 147-163). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, Ağdaş Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmış, daha sonra vəsatət və təqdimatla Ağdaş Rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin qərarı ilə sonuncunun yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsi qərara alınmış, Təqsirləndirilən şəxs yaşadığı evə gedilmiş, video çəkilişlə evin həyətyanı sahəsinə, həmçinin yaşadığı evə baxış keçirilmiş və baxış nəticəsində 22 ədəd narkotik tərkibli çətənə bitkiləri, narkotik vasitələr və psixotrop maddə, tərəzilər, toxumlar aşkar olunmuşdur. Götürülmüş maddələr ekspertizaya təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilərək narkotik tərkibli bitkilərin, narkotik maddənin və psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, mütəxəssis rəyi, ekspertiza rəyləri və biridigərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı polis əməkdaşları tərəfindən təsirə məruz qalması, evdən aşkar olunan kütlələrin ona aid olması barədə etirafedici ifadə verməsə ailə üzvlərinin məsuliyyətə cəlb olunacağı ilə bağlı təzyiq nəticəsində məcbur qalıb etirafedici ifadələr verməsi barədə qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası göstərilənlərlə razılaşmır və təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı təsirə məruz qalması ilə bağlı hər hansı halın aşkar olunmadığını, sonuncunun evinə və evinin həyətyanı sahəsinə baxış keçirilərkən, habelə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə dindirilərkən, habelə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən bu barədə heç bir məlumat vermədiyini əsas götürərək şəxsin qeyd etdiklərini müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmə iclasında müdafiə tərəfi həmçinin israrla evdən aşkar olunan narkotik vasitələrin və psixotrop maddə metamfetaminin Təqsirləndirilən şəxs evinə polis əməkdaşları tərəfindən qoyulduğunu, bunu da onun həyətyanı sahəsinə baxış keçirilən vaxtı Təqsirləndirilən şəxs dəfələrlə tələb etməsinə baxmayaraq müdafiəçi ilə təmin olunmaması, həmçinin orada olan bütün polis əməkdaşlarının video çəkilişə düşməməsi, kadr arxasında başqa polis əməkdaşlarının da olması və həmin polis əməkdaşlarının Təqsirləndirilən şəxs icazəsi olmadan onun evinə girməsi, sonradan evdən aşkar olunan narkotik vasitələrin ora qoyulması, habelə video çəkilişlə evin həyətyanı sahəsinə baxış keçirildikdən sonra çəkilişin dayandırılması, bir müddət sonra isə çəkilişin bərpa edilərək evə baxışın keçirilməsi, yəni çəkilişin fasiləsiz aparılmaması ilə əsaslandırmağa çalışmışdır ki, bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları bildirməyi zəruri sayır. Belə ki, müdafiə tərəfi israrla bütün polis əməkdaşlarının video çəkilişə düşmədiyini, kadr arxasında başqa polis əməkdaşlarının da olduğunu və həmin polis əməkdaşlarının Təqsirləndirilən şəxs icazəsi olmadan onun evinə girməklə onun evinə sonradan aşkar olunan narkotik vasitələri qoymasını bildirsə də, məhkəmə istintaqı zamanı bu halın mövcudluğu öz təsdiqini tapmamış, həmçinin müdafiə tərəfi bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə və evinə baxış keçirilməsi ilə bağlı tərtib olunan protokoldan məlum olur ki, həmin vaxt orada kimlər olmuş və həmin şəxslər də baxış bitdikdən sonra tərtib olunan müvafiq protokolu imzalamaqla orada göstərilənləri öz imzaları ilə təsdiq etmişlər. Bundan əlavə, müdafiə tərəfi evdən aşkar olunan narkotik vasitələrin və psixotrop maddə metamfetaminin Təqsirləndirilən şəxs aid olmadığını, hər dəfə etiraz etdiyinə görə video çəkiliş yarımçıq saxlanıldığını və sonradan yenidən başdan başlanıldığını bildirsə də, həmin baxışın keçirilməsi ilə bağlı cinayət işinin materiallarına əlavə olunmuş video görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs özü evdə narkotik vasitənin olduğunu etiraf edir, evdən narkotik vasitə heroinə bənzər kütlə aşkar edildikdə heç bir etiraz etmir, heç bir təzyiq altında olmadan şifahi sorğu-sual zamanı həmin kütləni Şəki şəhərindən əldə etdiyini bildirir, yalnız psixotrop maddə metamfetaminə bənzər kütlənin aşkar edilməsi zamanı onun narkotik vasitə olmadığını və ona aid olmadığını bildirir. Göründüyü kimi, Təqsirləndirilən şəxs evdən aşkar olunan 100 qrama yaxın narkotik vasitə heroinə bənzər kütlənin mövcudluğu ilə bağlı heç bir etiraz etməmiş və əksinə həmin kütlənin ona aid olduğunu bildirmiş, aşkar olunan metamfetaminə dair etiraz etmiş, həmin hal isə video çəkilişə düşmüşdür. Odur ki, təqsirləndirilən şəxsin qeyd etdiyi kimi onun etirazı olduğu halda video çəkilişin yarımçıq saxlanılaraq yenidən çəkiliş aparılması öz təsdiqini tapmamışdır Digər tərəfdən, Təqsirləndirilən şəxs israrla müdafiəçi tələb etdiyi halda onun bu hüququnun təmin edilmədiyi ilə bağlı qeyd etdiklərinə münasibətdə isə məhkəmə kollegiyası bildirir ki, əvvəla Təqsirləndirilən şəxs evinə və evinin həyətyanı sahəsinə baxış keçirilməsi ilə bağlı video görüntülərdə onun vəkil tələb etməsi müəyyən olunmur. Davam edən bütün proses müddətində Təqsirləndirilən şəxs bir dəfə də olsun müdafiəçi tələb etdiyini dilə gətirmir. Həmçinin cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən (CPM 92-ci maddə) şəxs şübhəli və ya təqsirləndirilən şəxs statusunda olduqda və müdafiəçi tələb etdikdə, onun tələb etdiyi andan müdafiəçinin iştirakı prosesdə təmin edilməlidir. Hazırki iş üzrə cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yalnız 23.07.2021-ci il tarixdə saat 13:20-də, artq polis şöbəsində olan vaxt şübhəli şəxs qismində prosesə cəlb edilməklə tutulmuş və məhz həmin tarixdə o, müdafiəçi ilə təmin edilmişdir. Belə olan halda, onun ibtidai araşdırmanın ilkin dövründə müdafiə hüququnun pozulması ilə bağlı qeyd etdikləri əsaslı sayılaraq qəbul edilə bilməz. Habelə, polis əməkdaşları tərəfindən video çəkilişlə evin həyətyanı sahəsinə baxış keçirildikdən sonra çəkilişin dayandırılması və bir müddət sonra isə çəkilişin bərpa edilərək evə baxış keçirilməsi, yəni çəkilişin fasiləsiz olmaması və bununda sözgedən narkotik vasitənin başqa şəxslər tərəfindən evə qoyulması ilə bağlı şübhələrin yaranmasına dair müdafiə tərəfin fikirlərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət prosessual qanunvericilikdə (CPM 236-cı maddəsi) göstərilmişdir ki, baxış zamanı müstəntiq vətəndaşların hüquqlarını pozmamaq şərti ilə görünən obyektlərin baxışını aparır. Zəruri hallarda müstəntiq baxışın aparıldığı yeri və ayrı-ayrı əşyaları ölçür, yerin və ayrı-ayrı əşyaların plan, sxem və cizgilərini tərtib edir, imkan olduqda isə onların foto, video və kino çəkilişlərini aparır. Hadisə yerinin baxışı zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Göründüyü kimi, cinayət prosessual qanunvericiliyin tələblərində birmənalı şəkildə hal şahidlərinin iştirakı olmadan baxışın keçirilməsi halında video çəkilişin aparılmasının zəruriliyi göstərilsə də, cinayət prosessual qanunvericiliyin heç bir müddəasında videoçəkilişin fasiləsiz aparılması ilə bağlı göstəriş əks etdirilməmişdir. Buna baxmayaraq məhkəmə kollegiyası hesab edir ki, məqsədə müvafiqdir ki, belə şəraitlərdə video çəkilişin aparılması fasiləsiz həyata keçirilsin ki, gələcəkdə bu kimi hallar, mübahisələndirmələr ortaya çıxmasın və dolayısı ilə də həmin əməliyyat axtarış tədbirinin keçirilməsi nəticəsində əldə olunan sübutlar şübhə altına alınmasın. Lakin bununla yanaşı məhkəmə qeyd edir ki, hazırki şəraitdə yalnız bu hala istinad etməklə mövcud cinayət işi üzrə 23.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi ilə bağlı həyata keçirilən tədbir və tərtib olunan protokolun, habelə həmin baxış nəticəsində əldə olunan sübutların etibarsız sayılması qənaətinə gəlmək qeyrimümkündür. Ona görə ki, əvvəla bu hal cinayət işində olan digər sübutlarla dəsdəklənməli, digər sübutlarla üst-üstə düşməklə biri-digərini tamamlamalıdır. Hazırki halda iki çəkiliş arasında qısamüddətli fasilənin yaranmış olması müəyyən olsunsa da, həmin vaxtı Təqsirləndirilən şəxs evində çəkilişdə iştirak edən şəxslərdən baqşa polis əməkdaşlarının olması müəyyən edilmədiyindən, habelə işdə olan digər sübutlar vasitəsi ilə fasiləsiz çəkilişin aparılmaması nəticəsində əldə olunan sübutların mötəbərliyinin şübhə altına düşməsi təsdiq edilmədiyindən, ən əsası da həmin əməliyyat axtarış tədbiri keçirilən vaxtı Təqsirləndirilən şəxs özü bu halı mübahisələndirmədiyindən, sözügedən sübutların etibarlılığına şübhə ilə yanaşmaq mümkün deyil. Belə ki, iş materiallarına əlavə olunan video görüntülərdən müəyyən olunur ki, evə baxış keçirilməmişdən öncə Təqsirləndirilən şəxs məhkəmənin qərarı təqdim olunur, sonra evə baxış başlanır, evə baxış keçirildiyi bütün müddətdə Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etiraz etmir, evdə əvvəldən polis əməkdaşlarının olması ilə bağlı iradını bildirmir, bütün proses müddətində polis əməkdaşları ilə birlikdə hərəkət edir, aşkar edilən narkotik vasitə ilə bağlı heç bir etiraz bildirmir, əksinə evin mətbəxindən aşkar olunan həmin kütlələrin narkotik vasitə heroin olduğunu və onları Şəki şəhərindən əldə etdiyini göstərir. Belə olan halda, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən yalnız iki çəkiliş arasında yaranmış qısa fasiləyə görə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi nəticəsində əldə olunan sübutların etibarsız sayılması ilə bağlı qənaətə gəlmədiyini vurğulayır və dolayısı ilə də həmin sübutlara şübhə ilə yanaşılmasını qəbul etməyərək həmin sübutları sübutlar siyahısından xaric etmir. Eyni zamanda, müdafiə tərəfi iş materiallarında olan Təqsirləndirilən şəxs barədə Ağdaş Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında tərtib olunan raporta və Ağdaş Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli qərarına istinad etmiş, Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatının 23.07.2021-ci il tarixdə daxil olması fonunda Ağdaş Rayon Məhkəməsi tərəfindən artıq 22.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə dair icazənin verilməsi ilə bağlı müvafiq qərarın qəbul edilməsini əvvəlcədən polis əməkdaşları tərəfindən hazırlanmış hal olduğunu, Təqsirləndirilən şəxs qarşı olan qərəzli münasibətin nəticəsi olduğunu bildirməklə bu halın da qiymətləndirilməsini məhkəmədən xahiş etmişdir ki, bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları vurğulayır. Sözügedən raportdan görünür ki, həmin raport 23.07.2021-ci il tarixdə polis əməkdaşı Şahid3 tərəfindən tərtib olunsa da, həmin raportda Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatının hansı tarixdə əldə olunması əks olunmamışdır. Sadəcə 23.07.2021-ci il tarixdə raport tərtib olunmuş və müvafiq qeydiyyatdan keçirilmişdir. Bu hal Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatının həmin tarixdən öncə əldə edilməsini və öz növbəsində ibtidai araşdırma orqanı tərəfindən 22.07.2021-ci il tarixdə vəsatət və təqdimatla məhkəməyə müraciət edilməsini anlaşılan edir. Odur ki, qeyd olunan şəraitdə Ağdaş Rayon Məhkəməsi tərəfindən daxil olan vəsatət və təqdimatla bağlı 22.07.2021-ci il tarixdə müvafiq qərarın qəbul edilməsi qanuni və əsaslı olmuşdur. Beləliklə, müdafiə tərəfin məhkəmə istintaqı zamanı qeyd etdikləri öz təsdiqini tapmadığından, məhkəmə həmin ifadələrə tənqidi yanaşır və əsaslı saymır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin evindən aşkar olunan narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, müxtəlif növdə narkotik vasitələrin aşkar edilməsi, narkotik vasitə ilə yanaşı evdən psixotrop maddənin də aşkar edilməsi, aşkar olunan heroinlərin bükümlərə bölünməsi, habelə evdən elekton tərəzilərin aşkar edilməsi, onun istifadəsində olan mobil telefonda narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair danışıqların olması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin evndən aşkar olunan narkotik vasitə və psixotrop maddə şəxsi istifadə üçün deyil, məhz satış məqsədi ilə əldə olunmuş və müvafiq qaydada qablaşdırılmaqla saxlanılmışdır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiklərinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşmədiyi qənaətinə gəlir. Ona görə də, həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir və əksinə şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsində narkotik vasitələrin əldə edilməsinə dair göstərdiklərinin isə işin faktiki halları ilə üst-üstə düşməsi halını, habelə digər sübut növləri ilə təsdiq olunmasını nəzərə alaraq məhz həmin ifadələri həqiqəti əks etdirən ifadə kimi qəbul edir və ona elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayışdan, şəxsiyyət vəsiqəsinin surətlərindən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhər, Babək küçəsi ev 10 ünvanında yaşayır, himayəsində bir azyaşlı (2012-ci il təvəlldülü) qızı var, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vər. 149-150,174). İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatdan çıxarışın ksero surətindən görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəliklə bağlı ikinci dərəcəli əlillik müəyyən olunur. İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. İlk dəfə Azərbaycan Respublikası Ali Məhkəməsinin 11.03.1998-ci il tarixli hökmü ilə həmin dövrdə qüvvədə olan CM-in 94-cü maddəsinin 1-ci hissəsi, 145-ci maddəsinin 2-ci hissəsinin 1, 2, 3, 6-cı bəndi, 220-1-ci maddəsi, 226-1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş,26.11.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Ağdaş Rayon Məhkəməsinin 10.02.2015-ci il tarixli hökmünə əsasən CM-in 128-ci maddəs ilə təqsirli bilinib 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10.08.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmişdir (cild 01, iş vər. 145-147,152-155). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, ikinci dərəcəli əlilliyinin olmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ağırlığını və ictimai təhlükəliliyini, həmçinin şəxsin şəxsiyyətini, yəni onun əvvəllər də bir neçə dəfə məhkum olunmasını,qəsdən cinayət əməli törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayarq nəticə çıxarmayıb yenidən ağır cinayət əməli törətməsini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını, eyni zamanda həmin cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu ilə qəti cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxs qismində tutma haqqında” 23.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 43). Cinayət işinin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 25.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 23.07.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 97-101). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzasının başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu 23.07.2021ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizanın rəyində göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və onun yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Ağdaş Rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 22 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 9,78 qram marixuana, 118.280 qram heroin, 2.329 qram metamfetamin, 02 ədəd elektron tərəzi, 02(iki) ədəd ağ rəngli yarım həblər, 02 ədəd asma tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd Samsung markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalı, 08 ədəd CD diskin isə cinayət işinin materialarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 188,91 AZN (bir yüz səksən səkkiz manat, doxsan bir qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı 23.07.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. İş üzrə maddi sübut olan və Ağdaş Rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 22 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 9,78 qram marixuana, 118.280 qram heroin, 2.329 qram metamfetamin, 02 ədəd elektron tərəzi, 02(iki) ədəd ağ rəngli yarım həblər, 02 ədəd asma tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd Samsung markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın, 08 ədəd CD diskin isə cinayət işinin materialarında saxlanılması nəzərə alınsın. İş üzrə 188,91 AZN (bir yüz səksən səkkiz manat, doxsan bir qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-104/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-104/2022
26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver