Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-104/2024 22.02.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X22, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X11, Zərərçəkmiş şəxsin hüquqi varisi X14, X1, X2 iştirakları ilə, xx xxxx 2006-cı ildə Balakən rayonunun Xalatala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, Balakən rayonunun Xalatala kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X13 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 120.2.4, 120.2.9 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən, xüsusi amansızlıqla, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə və qəsdən, qanunsuz olaraq, tamah niyyəti və talama məqsədi ilə zərərçəkmiş şəxsin pulunu cibindən çıxarmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 04 avqust 2023-cü il tarixdə əmiləri X23 və X19 Balakən rayonunun Xalatala kəndində yaşadıqları fərdi yaşayış evində olarkən saat təxminən 12 radələrində X23 evdən getdikdən sonra X26 ilə evin yataq otağında tək qaldığı zaman sonuncudan siqaret almaq məqsədilə 3 manat pul istəmiş, X26 pulu verməkdən imtina etdiyindən aralarında yaranmış mübahisə zamanı sonuncunun onun anasının ünvanına söyüş söyməsindən əsəbiləşərək, əsəbi psixi-emosianal vəziyyətdə qisas almaq məqsədi ilə əmisi X24 öldürmək qərarına gəlmiş, bunun üçün yataq otağından eyvana çıxmış, eyvanın yataq otağı ilə üzbəüz olan taxta divarının taxtalararası boşluğuna keçirilmiş tutacağı qara rəngli, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını götürərək yataq otağına qayıtmış, həmin otaqda çarpayı üzərində sol yanı üstündə uzanmış, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan, yəni posttrombotik sindrom, sol aşağı ətrafın posttrombotik sindromu, aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, baldırın trofiki xorası diaqnozuna görə orqanizmin funksiyalarının 50 faizi pozulduğundan üçüncü dərəcəli əlilliyi müəyyən edilmiş, eləcə də 21 iyul 2023-cü il tarixdə sağ ayağın İV və V barmağının ekzartikulyasiyası, daraq sümüklərinin distal 1/3 rezaksiyası əməliyyatı olunduqdan sonra əməliyyat sonrası diaqnozu obliterasiyaedici trombangiit, sağ səthi bud, hər iki baldır arteriyalarının okkluziyası, sağ aşağı ətrafın İV dərəcə xroniki işemiyası, sağ ayaq İV və V barmaqların qanqrenası, magistral arteriyaların balon angioplastikasından sonrakı vəziyyət olduğuna görə ayağa qalxması, yeriməsi və hərəkət etməsi məhdud olan əmisi X10 çiynindən tutub özünə tərəf çəkərək sonuncunun sol boyun-boğaz nahiyəsinə 2 bıçaq zərbəsi vurmuş, daha sonra yenidən özünə tərəf çəkərkən çarpayıdan yerə yıxılmış X19 həmin nahiyəsinə yerdə, yəni döşəmə üzərində yenidən 8 bıçaq zərbəsi olmaqla ümumilikdə sonuncuya xüsusi amansızlıqla 10 bıçaq zərbəsi vuraraq boynun sol yuxarı ön hissəsində bir ədəd yara-yara daxilində xarici vidaci venanın tam kəsilməsi, boynun sol orta ön hissəsində iki ədəd yara-yara daxilində xarici və daxili vidaci venanın, yuxu arteriyasının tam kəsilməsi, boynunun sol aşağı ön hissəsində bir ədəd yara-yara daxilində daxili vidaci venanın tam kəsilməsi, boynunun sol arxa hissəsində bir ədəd boyun qan damarlarının, əzələ, sinirlərin kəsilməsi ilə olan yara, boynunun sol orta arxa hissəsində bir ədəd qan damarlarının, əzələ, sinirlərin kəsilməsi ilə olan yara, boynunun sol aşağı arxa hissəsində iki ədəd qan damarlarının, əzələ, sinirlərin kəsilməsi ilə olan yaralar olmaqla cəmi 8 ədəd kəskin qanitirmə ilə müşayiət olunan, birlikdə və ayrı-ayrılıqda X19 həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən və ölümünə səbəb olan xəsarətlər, eyni zamanda birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sol çənəaltında bir ədəd yara, sol qulaq altında qulaq seyvanından aşağıda bir ədəd yara olmaqla cəmi 2 xəsarət, habelə X24 çarpayıdan yerə yıxması zamanı sonuncunun döşəməyə dəyməsi nəticəsində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən ənsənin aşağı hissəsində şişkinlik, dəri altında hematoma olmaqla 1 xəsarət, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən sağ çiyin arxasında bir ədəd sıyrıq olmaqla 1 xəsarət-cəmi 2 xəsarət, ümumilikdə 12 xəsarət yetirməklə onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan X24 xüsusi amansızlıqla qisas almaq məqsədi ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan əmisi X24 xüsusi amansızlıqla qisas almaq məqsədi ilə qəsdən öldürdükdən sonra X19 əynindəki şalvarın cibində saxladığı pulu tamah niyyəti ilə qəsdən gizli olaraq talamaq qərarına gəlmiş, bu məqsədlə sonuncunun əynindəki şalvarın sol yan cibindən 01 (bir) ədəd 100 (yüz) manatlıq, 05 (beş) ədəd 20 (iyirmi) manatlıq əskinaslar olmaqla, ümumilikdə 200 (iki yüz) manat məbləğində pulu qanunsuz olaraq götürərək qəsdən tamah niyyəti və talama məqsədi ilə qanunsuz olaraq X6 yan cibindən çıxararaq sonuncuya ümumilikdə 200 (iki yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmiş, yəni X19 əmlakını gizli olaraq talamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini qismən təsdiq edərək və CM-in 177.2.5-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam, CM-in 120.2.4 və 120.2.9cu maddələri ilə ona elan edilmiş ittiham üzrə isə özünü qismən, yəni CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, əmisi Şahin Zalxayevin ayağında problem olsa da əsanın köməkliyi ilə ayağa qalxa və hərəkət edə bilmişdir. Hadisə baş verən tarixdə siqaret almaq məqsədilə əmisi Şahin Zalxayevdən 3 manat pul istəmiş, sonuncu isə nə üçün ona pul verməsinin səbəbini soruşmuş və ona normal adam olmadığını demiş, bu zaman o, Şahin Zalxayevdən normal şəkildə danışmasını tələb etdikdə sonuncu onun anasının ünvanına nalayiq ifadə işlətmişdir. Bu zaman o, əsəbləşib çölə çıxmış və oradan götürdüyü bıçaqla çarpayıda uzanmış vəziyyətdə olan əmisi Şahin Zalxayevə bıçaqla iki zərbə vurmuşdur. Həmin vaxt əmisi Şahin Zalxayev ona əli ilə müqavimət göstərməyə çalışmış, daha sonra o, əmisini yerə yıxıb yenidən bıçaq zərbələri endirmiş, nəticədə əmisinə ümumilikdə 8 bıçaq zərbəsi vurmuşdur. Həmin vaxt əmisini öldürmək niyyəti olmamış, hadisədən bilavasitə əvvəl əmisinin dediyi sözlərə əsəbləşdiyi üçün özünü idarə edə bilməmiş və bıçaqla sonuncuya zərbələr vurmuşdur. Bu zaman əmisi zərbələr vurmamasını ona desə də o, buna məhəl qoymayaraq əmisinə bıçaqla zərbələr vurmağa davam etmişdir. Baş vermiş hadisədən sonra isə əmisinin cibindən 200 manat pulu götürmüş, həmin vaxt əmisi sağ olsa da sonuncunun cibindən pul götürməsini bilib-bilməməsindən məlumatı olmamışdır. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində CM-in 120.2.4, 120.2.9 və 177.2.5-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, X9 onun əmisidir, sonuncu 17 ildir yataq xəstəsi olmuş, xəstəliyi ilə əlaqədar təxminən 12 gün əvvəl Bakı şəhərində yerləşən xəstəxanada sağ ayağının 4 və 5-ci barmaqları kəsilmiş, hər iki ayağı da qanqrena olmuşdur. Şahin Zalxayev onun digər əmisi Ramazan Zalxayev ilə birlikdə Balakən rayonunun Xalatala kəndində yaşamışdır. O, 03 avqust 2023-cü il tarixdə səhər saat 08 və ya 09 radələrində əmilərinin yaşadığı həmin fərdi yaşayış evinə getmiş və qeyd olunan gecəni orada qalmışdır. 04 avqust 2023-cü il tarixdə saat 12 radələrində əmisi Ramazan Zalxayev ot biçmək məqsədilə həmin evi tərk etmiş, o və əmisi Şahin Zalxayev isə qeyd olunan evdə qalmışlar. O, əmisi Şahin Zalxayevin müalicə xərclərini ödəmək üçün kənd sakinlərinin 710 manat məbləğində pulu sonuncuya verdiyini görmüş və əmisi Şahin Zalxayevdə qeyd olunan məbləğdə pulun olduğunu bilmişdir. O, siqaret almaq məqsədilə əmisi Şahin Zalxayevdən 3 manat məbləğində pul istəmiş, Şahin Zalxayev isə nə üçün ona pul verməsinin səbəbini soruşmuş, ona normal insan olmadığını demiş, bu zaman o, Şahin Zalxayevdən normal şəkildə danışmasını tələb etdikdə sonuncu onun anasının ünvanına nalayiq ifadə işlətmişdir. Həmin vaxt o, əsəbləşərək Şahin Zalxayevi öldürmək qərarına gəlmiş, bu məqsədlə otağı tərk edib eyvandakı taxta divarda taxtaların arasına keçirilmiş tutacağı qara rəngli və lentlə sarılmış vəziyyətdə olan mətbəx bıçağını götürüb otağa qayıtmışdır. Bu zaman Şahin Zalxayev sol qolu üstə uzanmış vəziyyətdə olmuş, o, bıçağı sağ əlində gizlədərək gətirdiyindən əmisi bıçağı görməmiş, o, çarpayıya yaxınlaşıb əmisinin baş tərəfində dayanıb sonuncunun başını özünə tərəf çəkərək əmisinin sol tərəfindən boyun-boğaz nahiyəsinə bıçaqla iki zərbə vurmuş, daha sonra əmisini təkrar özünə tərəf çəkdikdə əmisi yerə yıxılmış, sonuncu yerə yıxılandan sonra yenidən eyni nahiyəsinə bıçaqla 7-8 zərbə vurmuş, əmisinin ağız və boyun nahiyələrindən qan axmağa başlamış, o, qanın axdığını görüb hərəkətlərini dayandırmışdır. Daha sonra isə kənar şəxslərin əmisinin yıxıldığını düşünmələri üçün, habelə həmin anda əsəbi olduğundan əmisinin yatdığı çarpayının yuxarısında olan stolu sərt şəkildə çəkib yerə salmış, stol yerə dəyən zaman stolun ayağının biri qırılmış, stolun üstündəki qab-qacaq, meyvə-tərəvəzlər isə yerə tökülmüşdür. Bu zaman o, Şahin Zalxayevin boğaz nahiyəsindən xırıltı səslərinin gəldiyini eşitmiş, daha sonra əllərini, əynində olan şalvarı və bıçağı yumuş, daha sonra isə heç kəsin şübhələnməməsi üçün bıçağı eyvanda əvvəlcədən götürdüyü yerə qoymuşdur. Bundan sonra o, əmisinə məxsus olan pulu götürmək qərarına gəlmiş və bu məqsədlə otağa qayıdıb əmisinin əynində olan şalvarın sol yan cibindəki 200 manat pulu götürmüşdür. Həmin vaxt Şahin Zalxayev hərəkət etməmiş və sonuncudan yaşamasına dəlalət edə biləcək hər hansı səs eşitməmişdir. Daha sonra həmin evi tərk edib yaşadığı evə getmiş, əynində olan paltarları çıxarmış və baş vermiş hadisə barədə heç kəsə məlumat verməmişdir. Həmin tarixdə günorta vaxtı qonşusu X27 anasına zəng edərək Şahin Zalxayevin yıxıldığını və qana bulaşmış vəziyyətdə olduğunu demiş, o isə atasının telefonunu götürüb onlardan qabaq əmisigilə getmişdir. Hərəkətdə olan zaman ondan şübhələnməmələri üçün əmisi Ramazan Zalxayevə zəng edib nə baş verdiyini soruşmuş, sonuncu isə Şahin Zalxayevin öldüyünü ona bildirmişdir. Daha sonra o, anasına zəng etmiş və əmisi Şahin Zalxayevin öldüyünü demişdir. Bundan sonra o, əmilərinin yaşadığı evə çatdıqda polis əməkdaşlarının, təcili yardım xidmətinin orada olduğunu görmüş və ondan şübhələnməmələri üçün ağlamışdır. Sonradan araşdırma aparılan zaman əvvəlcə qorxduğu üçün düzgün məlumatlar verməmiş, lakin araşdırmanın gedişində baş vermiş hadisəni olduğu kimi danışaraq hər şeyi etiraf etmiş, əmisi Şahin Zalxayev anasını təhqir etdiyi üçün əsəbləşərək sonuncunu öldürdüyünü və Şahin Zalxayevə məxsus olan pulu oğurlamağa isə sonradan qərar verdiyini bildirmişdir. X12 barəsində təyin edilmiş məhkəmə-tibb ekspertizasının 22 avqust 2023-cü il tarixli 10 nömrəli rəyində göstərilən, deşici-kəsici alətlə yetirilməyə xarakterik olan həmin 10 ədəd xəsarət onun əmisini bıçaqla vurduğu zaman yaranan xəsarətlərdir, digər iki xəsarətin isə baş vermiş hadisə vaxtı əmisini özünə tərəf çəkən zaman sonuncunun yıxılması və döşəməyə dəyməsi nəticəsində yarandığını hesab edir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X23 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, X9 onun qardaşı, Təqsirləndirilən şəxs isə onun qardaşının oğludur. X35 yataq xəstəsi olmuş və o, sonuncu ilə birlikdə Balakən rayonunun Xalatala kəndində yerləşən fərdi yaşayış evində yaşamışdır. Yaşadıqları evdə qiymətli əşya olmamışdır, lakin 02 avqust 2023-cü il tarixdə Şahin Zalxayev üçün Balakən rayonunun Qabaqçöl qəsəbəsində yerləşən məsciddə sədəqə kimi təxminən 700 manat məbləğində pul yığılmış və sonuncuya təqdim edilmişdir. Onların marketdə işləyən Şahid4 3000 manata yaxın borcları olduğu üçün Şahin Zalxayev 700 manat puldan 500 manatını ona verərək borcun bir hissəsini verməsini bildirmiş, 200 manat məbləğində pulu isə sonuncu özünün dərmanlarını almaq və digər müalicə işlərinə sərf etmək üçün saxlamışdır. 03 avqust 2023-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs həmin fərdi yaşayış evinə gəlmiş və qeyd olunan gecəni orada qalmışdır. 04 avqust 2023-cü il tarixdə saat təxminən 12 radələrində Balakən rayonunun Xalatala kənd sakini Abdurəhman Hudolovun həyətindəki mal-qaraya baxmağa getmiş və bu zaman Şahin Zalxayev evdə Təqsirləndirilən şəxslə birlikdə qalmışdır. Qeyd olunan yerdə işlərini yekunlaşdırıb həmin tarixdə saat 14 radələrində yaşadığı fərdi evinə qayıtdıqda X35in otağın döşəməsi üzərində arxası üstə uzanmış vəziyyətdə olduğunu, sonuncunun sifətinin və baş nahiyəsinin, habelə evin döşəməsinin qana buşalmış halda olduğunu, otaqdakı stolun ayaqlarından birinin qırılmış vəziyyətdə olduğunu, stolun üstündəki əşyaların və meyvə-tərəvəzin yerdə olduğunu, stolun üzərində olan tutacağı qəhvəyi rəngli bıçağın Şahin Zalxayevdən aralıda, sonuncunun çarpayısının baş tərəfində, döşəmənin üzərində olduğunu görmüş və bıçağın içəriyə daxil olacaq şəxslərə zərər yetirəcəyini düşünüb həmin bıçağı yanındakı kök rəngində olan sellofanın içərisinə atmış, evdə olan, tutacağı qara rəngli digər bıçaq isə hər zaman eyvanın sağ taxta divarındakı boşluqda olmuşdur. Bundan sonra o, qardaşının ölmədiyini düşünüb qışqıraraq qonşuları köməyə çağırmış, əvvəlcə qonşusu Şahid3 oraya gəlmiş, ardınca isə təcili tibbi yardım çağırmışlar. Bundan bir müddət sonra təcili tibbi yardım stansiyasının həkimi oraya gəlmiş və Şahin Zalxayevi müayinə edərək sonuncunun öldüyünü bildirmişdir. Bundan sonra Şahin Zalxayevin dərmanlarını almaq və digər müalicə işlərinə sərf etmək üçün saxladığı 200 manat məbləğində pulu tapa bilməmişdir. Şahin Zalxayevə təxminən 700 manat pulun verilməsini o, sədəqə toplayan şəxslər, Şahin Zalxayev və Təqsirləndirilən şəxs bilmiş, Şahin Zalxayevdə 200 manat məbləğində pulun olmasından isə onun və Təqsirləndirilən şəxs məlumatı olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Qanuni nümayəndə məhkəməyədək icraat zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu, X9 isə onun qayınıdır. Şahin Zalxayev onun yaşadığı fərdi yaşayış evindən bir qədər kənarda yerləşən fərdi yaşayış evində digər qaynı X23 ilə birlikdə yaşamışdır. Oğlu Təqsirləndirilən şəxs uzun müddətdir epilepsiya xəstəliyinə görə müalicə olunur, qaynı Şahin Zalxayev isə yataq xəstəsi olmuşdur. 03 avqust 2023-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs Şahin Zalxayevin yaşadığı evə getmiş və gecəni orada qaldıqdan sonra 04 avqust 2023-cü il tarixdə günorta saatlarında evə qayıtmışdır. Bu zaman Təqsirləndirilən şəxs hər hansı şübhəli davranışını müşahidə etməmiş, lakin sonuncunun əynindəki paltarlarını dəyişdiyini görmüşdür. Həmin tarixdə yaşadığı evdə olan zaman qonşusu X27 onun mobil telefon nömrəsinə zəng edərək Şahin Zalxayevin evinə təcili yardım avtomobilinin gəldiyini və oraya getməli olduqlarını bildirmiş, oğlu Təqsirləndirilən şəxs də onlardan öncə çıxıb Şahin Zalxayevin yanına getmişdir. Bundan bir müddət sonra oğlu Təqsirləndirilən şəxs ona zəng edərək Şahin Zalxayevin öldüyünü demiş, o da qeyd olunan yerə getmişdir. Sonradan araşdırma aparılan zaman Şahin Zalxayevin onun ünvanına nalayiq ifadələr işlətməsi və qeyd olunan səbəbdən Təqsirləndirilən şəxs Şahin Zalxayevə bıçaqla xəsarətlər yetirərək sonuncunu öldürməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu, X9 isə onun qardaşıdır. Şahin Zalxayev onun yaşadığı fərdi yaşayış evindən bir qədər kənarda yerləşən fərdi yaşayış evində digər qardaşı X23 ilə birlikdə yaşamışdır. Oğlu Təqsirləndirilən şəxs uzun müddətdir epilepsiya xəstəliyinə görə müalicə olunur, X35 isə yataq xəstəsi olmuşdur. 03 avqust 2023-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs Şahin Zalxayevin yaşadığı evə getmiş, gecəni orada qaldıqdan sonra 04 avqust 2023-cü il tarixdə günorta saatlarında evə qayıtmış və bu zaman Təqsirləndirilən şəxs hər hansı şübhəli davranışını müşahidə etməmişdir. Həmin tarixdə yaşadığı evdə olan zaman qonşusu X27 arvadı Qanuni nümayəndə mobil telefon nömrəsinə zəng edərək Şahin Zalxayevin evinə təcili yardım avtomobilinin gəldiyini və oraya getməli olduqlarını bildirmiş, oğlu Təqsirləndirilən şəxs də onlardan öncə çıxıb Şahin Zalxayevin yanına getmişdir. Bundan bir müddət sonra oğlu Təqsirləndirilən şəxs Qanuni nümayəndə mobil telefon nömrəsinə zəng edərək Şahin Zalxayevin öldüyünü demiş, o da qeyd olunan yerə getmişdir. Sonradan araşdırma aparılan zaman X36 Zalxayevin anasının ünvanına nalayiq ifadələr işlətməsi və qeyd olunan səbəbdən Təqsirləndirilən şəxs Şahin Zalxayevə bıçaqla xəsarətlər yetirərək sonuncunu öldürməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Qanuni nümayəndə onun bacısı, Təqsirləndirilən şəxs bacısının övladı, mərhum Şahin Zalxayev isə Qanuni nümayəndə ərinin qardaşıdır. Bacısının oğlu Təqsirləndirilən şəxs uzun müddətdir epilepsiya xəstəliyinə görə müalicə olunur, bacısının qaynı Şahin Zalxayev isə yataq xəstəsi olmuşdur. 04 avqust 2023-cü il tarixdə günorta vaxtı o, bacısı Qanuni nümayəndə yaşadığı fərdi yaşayış evində olan zaman Təqsirləndirilən şəxs də oraya gəlmiş və bu zaman sonuncunun hər hansı şübhəli davranışını müşahidə etməmişdir. Bir müddət sonra qonşuları X8 Zalxayevanın mobil telefon nömrəsinə zəng edərək Şahin Zalxayevin barəsində hər hansı hadisənin baş verdiyini demiş, Təqsirləndirilən şəxs də onlardan öncə çıxıb Şahin Zalxayevin yanına getmişdir. Bundan sonra o da yaşadığı evə getmiş və orada olarkən mobil telefon vasitəsilə ona zəng olunaraq Şahin Zalxayevin ölməsi barədə məlumat verilmişdir. Bundan bir müddət sonra o, Şahin Zalxayevin yaşadığı evə getdikdə həyətdə çoxlu insanların toplaşması ona məlum olmuşdur. Sonradan araşdırma aparılan zaman X36 Zalxayevin anasının ünvanına nalayiq ifadələr işlətməsi və qeyd olunan səbəbdən Təqsirləndirilən şəxs Şahin Zalxayevə bıçaqla xəsarətlər yetirərək sonuncunu öldürməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, X9 onunla qonşuluqda yaşamışdır və yataq xəstəsi olmuşdur. 04 avqust 2023-cü il tarixdə günorta saatlarında Ramazan Zalxayevin qışqırıq səslərini eşidib oraya getdikdə Şahin Zalxayevin evin içərisində qana bulaşmış halda çarpayının yanında, yerdə uzanmış vəziyyətdə olduğunu görmüş, bir müddət sonra digər qonşular da toplaşmış, daha sonra isə təcili tibbi yardım xidmətinə zəng olunmuşdur. Təcili tibbi yardım avtomobili gəldikdə o, həmin otağı tərk etmiş, daha sonra polis əməkdaşları da oraya gəldikləri üçün o, həmin yeri tərk edib yaşadığı evə getmişdir. Sonradan araşdırma aparılan zaman X36 Zalxayevin anasının ünvanına nalayiq ifadələr işlətməsi və qeyd olunan səbəbdən Təqsirləndirilən şəxs Şahin Zalxayevə bıçaqla xəsarətlər yetirərək sonuncunu öldürməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Balakən rayonunun Xalatala kəndində özünə məxsus market vardır. X9 qardaşı Ramazan Zalxayevlə birlikdə onunla eyni kənddə yaşamış və Şahin Zalxayev yataq xəstəsi olmuşdur. Ramazan Zalxayev zəruri olan bütün ərzaqları ona məxsus olan marketdən nisyə qaydada almış, ona təxminən 2500-3000 manat borcları olmuş və təxminən 2023-cü ilin iyul ayının axırlarında X37 Zalxayevə kömək üçün yığılan pulun 500 manatını ona olan borcunun qarşılığında vermişdir. 04 avqust 2023-cü il tarixdə Şahin Zalxayevin öldüyünü öyrənmiş, hadisədən təxminən 1-2 gün sonra isə sonuncunu Təqsirləndirilən şəxs öldürməsi ona məlum olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 04 avqust 2023-cü il tarixli məlumatdan görünür ki, həmin tarixdə saat 14:35 radələrində Balakən Rayon Mərkəzi Xəstəxanasından Balakən Rayon X29 polis bölməsinə Balakən rayonunun Xalatala kənd sakini X19 yaşadığı fərdi yaşayış evində ölməsi barədə məlumat verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 04 avqust 2023-cü il tarixli məlumatdan görünür ki, həmin tarixdə saat 14:35-də Balakən Rayon X29 polis bölməsindən Balakən rayon prokurorluğuna zəng olunaraq X19 Balakən rayonunun Xalatala kəndində yaşadığı fərdi yaşayış evində ölmüş vəziyyətdə aşkar olunması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 04 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Balakən rayonunun Xalatala kəndində yerləşən X26 və X14 yaşadıqları fərdi yaşayış evidir. Evin 1-ci otağının sağ tərəfində yerləşən çarpayının aşağısında X19 meyiti uzanmış vəziyyətdədir. Meyitin baş və sinə nahiyələri tamamilə qanabənzər mayeyə bulaşmışdır və meyitin baş nahiyəsinin ətrafında qanabənzər maye gölməçəsi vardır. Otaqda olan masanın ön sağ ayağı qırıq vəziyyətdədir və masanın alt hissəsində qırıq taxta parçası vardır. Baxış keçirilən zaman qanabənzər maye gölməçəsindən müvafiq qaydada tədqiqat üçün nümunələr və eyvanın yuxarı hissəsində yerləşən hamam otağının qapısının aşağı hissəsində olan qanabənzər ləkələr götürülmüşdür. Bundan başqa meyitin olduğu otaqdan masanın üzərində olan qanabənzər ləkələrə bulaşmış 2 ədəd sellofan torbadakı boşqablar, evdə olan kəsici-deşici xassəyə malik olan vintaçan, 02 ədəd qayçı, usta alətləri, tutacağı qəhvəyi rəngli bıçaq və eyvanın sağ taxta divarındakı boşluğa keçirilmiş tutacağı qara rəngli bıçaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 04 avqust 2023-cü il tarixli protokoldan görünür ki, X9nun meyitinə baxış keçirilmişdir. Meyitin əynində üzərində qanabənzər ləkələr olan ağ qolsuz mayka, qara idman şalvarı, yerliyi ağ üzərində göy damalı tumanı vardır. Meyit ləkələri meyitin arxa səthlərində açıq-qırmızı rəngdə zəif intensivlikdədir, barmaqla təzyiq etdikdə avazıyır, 2,0 dəqiqədən sonra öz əvvəlki rəngini alır. Ənsənin aşağı hissəsində şişkinlik, dəri altında ölçüləri 7,0x4,0 sm olan hemotoma vardır. Sifəti, boynu qana oxşar ləkələrlə örtülmüşdür. Sol çənəaltında ölçüləri 1,5x0,5 sm, kənarları hamar, bir ucu iti olan bir ədəd yara, boynun sol yuxarı ön hissəsində ölçüləri 2,0x0,5 sm, kənarları hamar, bir ucu iti, xarici vidaci venanın kəsilməsi ilə olan bir ədəd yara, boynun sol orta ön hissəsində kənarları hamar, bir ucu iti olan iki ədəd ölçüləri 2,2x0,5 sm və 3,0x1,0 sm olan xarici və daxili vidaci venanın, yuxu arteriyasının kəsilməsi ilə olan yaralar, boynunun sol aşağı ön hissəsində bir ədəd ölçüləri 2,2x0,5 sm, kənarları hamar, bir ucu iti daxili vidaci venanın kəsilməsi ilə olan yara, sol qulaq altında qulaq seyvanından 2,0 sm aşağıda ölçüləri 2,0x0,5 sm, kənarları hamar, bir ucu iti olan bir ədəd yara, boynunun sol arxa hissəsində ölçüləri 1,5x0,5 sm olan bir ədəd kənarları hamar, bir ucu iti olan boyun qan damarlarının kəsilməsi ilə olan yara, boynunun sol orta arxa hissəsində ölçüləri 3,0x1,0 sm olan bir ədəd kənarları hamar, bir ucu iti olan qan damarlarının kəsilməsi ilə olan yara, boynunun sol aşağı arxa hissəsində iki ədəd ölçüləri 2,0x0,5 sm və 2,0x0,5 sm, kənarları hamar, bir ucları iti olan qan damarlarının kəsilməsi ilə olan yaralar, sağ çiyin arxasında ölçüləri 6,0x3,0 sm olan qırmızımtıl sıyrıq vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş könüllü təqdim edilən əşyaların götürülməsi haqqında 04 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi 01 ədəd boz qara rəngli şalvar, 01 ədəd əsası qırmızı rəngli olmaqla üzərində tünd qırmızı rəngli zolaqları olan qısaqol, ön hissədən yaxası cırılmış köynək və 01 ədəd 100 manatlıq, 05 ədəd 20 manatlıq və 02 ədəd 1 manatlıq olmaqla, ümumilikdə 202 manat məbləğində əskinaslar götürülmüşdür. 01 ədəd boz qara rəngli şalvarın sol ayağının diz hissəsində sarımtıl ləkə vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 04 avqust 2023-cü il tarixli protokoldan görünür ki, cinayətin aləti olan bıçaq qara rəngli tutacaqdan və tiyədən ibarət olmaqla uzunluğu 21 santimetrdir. Tutacağın uzunluğu 11 sm, tutacağın baş hissədən eni 2,3 sm, tiyəyə bitişik hissədən eni 2,5 sm, tiyənin uzunluğu 10 sm, tiyənin tutacağa bitişik hissədə eni 2,2 sm, orta hissədə isə eni 2 sm-dir. Tiyənin bir tərəfi iti, bir tərəfi isə kütdür. Tutacaq qara və şəffaf rəngli lentlə sarılmışdır, tutacağın və tiyənin üzərində qanabənzər ləkələr vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması haqqında 04 avqust 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 05 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 avqust 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 22 avqust 2023-cü il tarixli 10 nömrəli rəyindən görünür ki, X19 meyitində “kəskin qanitirmə ilə müşayiət olunan boynun sol yuxarı ön hissəsində bir ədəd yara-yara daxilində xarici vidaci venanın tam kəsilməsi, boynun sol orta ön hissəsində iki ədəd yara-yara daxilində xarici və daxili vidaci venanın, yuxu arteriyasının tam kəsilməsi, boynunun sol aşağı ön hissəsində bir ədəd yara-yara daxilində daxili vidaci venanın tam kəsilməsi, boynunun sol arxa hissəsində bir ədəd boyun qan damarlarının, əzələ, sinirlərin kəsilməsi ilə olan yara, boynunun sol orta arxa hissəsində bir ədəd qan damarlarının, əzələ, sinirlərin kəsilməsi ilə olan yara, boynunun sol aşağı arxa hissəsində iki ədəd qan damarlarının, əzələ, sinirlərin kəsilməsi ilə olan yaralar” diaqnozu ilə, həyati, deşici-kəsici əşyanın-alətin (əşyaların-alətlərin) təsirindən törənmiş, 04 avqust 2023-cü il tarixdə yetirilməyə uyğun, dərəcəsinə görə birlikdə və ayrı-ayrılıqda canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, habelə “Sol çənəaltında bir ədəd yara, sol qulaq altında qulaq seyvanından aşağıda bir ədəd yara” diaqnozu ilə, həyati, deşici-kəsici əşyanın-alətin (əşyaların-alətlərin) təsirindən törənmiş, 04 avqust 2023-cü il tarixdə yetirilməyə uyğun, birlikdə və ayrı-ayrılıqda canlı şəxslərdə təyin edildiyi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, həmçinin “Ənsənin aşağı hissəsində şişkinlik, dəri altında hemotoma” diaqnozu ilə, həyati, küt əşyanın-əşyaların təsirindən törənmiş, 04 avqust 2023-cü il tarixdə yetirilməyə uyğun, birlikdə və ayrı-ayrılıqda canlı şəxslərdə təyin edildiyi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, eləcə də “sağ çiyin arxasında bir ədəd sıyrıq” diaqnozu ilə, həyati, küt əşyanınəşyaların təsirindən törənmiş, 04 avqust 2023-cü ildə yetirilməyə uyğun, canlı şəxslərdə təyin edildiyi kimi sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər aşkar edilmişdir. Onun ölümünə səbəb kəskin qanitirmə ilə müşayiət olunan boynun sol yuxarı ön hissəsində bir ədəd yara-yara daxilində xarici vidaci venanın kəsilməsi, boynun sol orta ön hissəsində iki ədəd yara-yara daxilində xarici və daxili vidaci venanın, yuxu arteriyasının tam kəsilməsi, boynunun sol aşağı ön hissəsində bir ədəd yara-yara daxilində daxili vidaci venanın tam kəsilməsi, boynunun sol arxa hissəsində bir ədəd boyun qan damarlarının, əzələ, sinirlərin kəsilməsi ilə olan yara, boynunun sol orta arxa hissəsində bir ədəd qan damarlarının, əzələ, sinirlərin kəsilməsi ilə olan yara, boynunun sol aşağı arxa hissəsində iki ədəd qan damarlarının, əzələ, sinirlərin kəsilməsi ilə olan yaralar olmuşdur. Onun meyitində müəyyən edilmiş “Kəskin qanitirmə ilə müşayiət olunan boynun sol yuxarı ön hissəsində bir ədəd yara-yara daxilində xarici vidaci venanın tam kəsilməsi, boynun sol orta ön hissəsində iki ədəd yara-yara daxilində xarici və daxili vidaci venanın, yuxu arteriyasının tam kəsilməsi, boynunun sol aşağı ön hissəsində bir ədəd yara-yara daxilində daxili vidaci venanın tam kəsilməsi, boynunun sol arxa hissəsində bir ədəd boyun qan damarlarının, əzələ, sinirlərin kəsilməsi ilə olan yara, boynunun sol orta arxa hissəsində bir ədəd qan damarlarının, əzələ, sinirlərin kəsilməsi ilə olan yara, boynunun sol aşağı arxa hissəsində iki ədəd qan damarlarının, əzələ, sinirlərin kəsilməsi ilə olan yaralar, sol çənəaltında bir ədəd yara, sol qulaq altında qulaq seyvanından aşağıda bir ədəd yara” xəsarətləri təqdim edilmiş bıçağın deşib-kəsməsi təsirindən əmələ gələ bilərdilər. Onun ölümü meyit əlamətlərinə görə onun müayinəsindən 4-6 saat əvvəl baş verməyə uyğun gəlir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 07 sentyabr 2023-cü il tarixli 565/2023-MTBŞ nömrəli rəyindən görünür ki, X19 ABO sistemi üzrə qan qrupu Abeta(H)/İİ/-dir. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu Abeta(H)/H/-dir. Ekspertizaya təqdim olunmuş 04 ədəd pambıq tampon, 03 ədəd boşqab, 02 ədəd bıçaq, 01 ədəd sellofan paket, mələfə, müşənbə, taxta parçası, X25 məxsus alt mayka, şalvar, trusik, başının tük nümunələri, sağ və sol əlbarmaq dırnaq nümunələri, Təqsirləndirilən şəxs məxsus qısaqol mayka və şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda «A» və «H» antigenləri, əksər ləkələrdə həmçinin «beta» aqllyutinini alındı. Bu qan ləkələri Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən X25 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər, əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa. Tədqiqata təqdim olunan 02 ədəd qayçı, vintaçan üzərində qan, Təqsirləndirilən şəxs tük və dırnaq nümunələri, 13 nömrəli paketdəki sellofan paket, 02 ədəd kəlbətin və 01 ədəd xüsusi təyinatlı qayçı (kabel kəsən) üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 04 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/4844 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X25 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının və 01 ədəd bıçağın səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş X25 məxsus olduğu qeyd edilən maykanın səthi üzərindən aşkar edilmiş tünd boz rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən idman şalvarının tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin səthi üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X25 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş X19 və Təqsirləndirilən şəxs sağ və sol əl barmaqlarının dırnaqlarından kəsilərək götürüldüyü qeyd edilən dırnaq kəsintiləri üzərində kənar lif mikrohissəcikləri, həmçinin bir-birilərinə məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş 01 ədəd bıçağın səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında X25 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə ballistik və trasoloji ekspertizasının 09 oktyabr 2023-cü il tarixli 3/16-16/2- 3/1417; 3/1418 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 01 (bir) ədəd predmet zavod üsulu istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs.” yazı qeydləri olan bağlamadan aşkar edilmiş qısaqol köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədə vardır. Təqdim edilmiş qısaqol köynəyin səthində olan zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-cırılma zədəsidir. Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik zədənin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından yuxarıda qeyd edilən zədənin əmələ gəlmə mexanizminin müəyyən edilməsi mümkün deyil. Hadisə baş verdiyi anda zədə yetirənlə qarşılıqlı vəziyyətini istintaq eksperimenti keçirmək yolu ilə müəyyən etmək mümkündür. Tədqiqata təqdim edilən digər geyim əşyaları üzərində trasoloji zədə, o cümlədən hər hansı predmetin təsirindən yaranmağa xarakterik zədə yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının 17 noyabr 2023-cü il tarixli 178 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Bunu cinayət işi materiallarındakı tibbi sənədlər, toplanmış ifadələr, anamnestik məlumatlar (əvvəllər fərdi qaydada psixiatra heç vaxt müraciət etməməsi, psixiatrik tibb müəssisələrində müalicə almaması, yaşadığı ərazi üzrə xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyata düşməməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin stasionar şöbədə müayinədə olduğu müddət ərzində özünü sakit aparması, şöbədaxili rejimə tabe olması, təmizliyinə və xarici görkəminə kifayət qədər diqqət yetirməsi, davranışının ümumilikdə şəraitə uyğun olması, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində zahiri görünüşünə görə səliqəli olması, söz təması yaratmağın mümkün olması, söhbətə könüllü qoşulması, verilən sualları çox vaxt yubanmadan, mahiyyətinə uyğun şəkildə cavablandırması, nitqinin aydın olması, öz şəxsiyyətinə, zamana və məkana görə bələdliyinin qənaətbəxş səviyyədə saxlanıldığının müəyyən edilməsi, qavrama yanlışlığının, aldatmalarının və sayıqlama fikirlərinin müəyyən edilməməsi, təfəkkürünün ardıcıl olması, yaddaş və diqqətində kobud pozuntu aşkar edilməməsi, intellektual imkanlarının, bilik ehtiyatının, təsəvvür zənginliyinin və təcrübi imkanlarının xronoloji yaşına, aldığı təhsilə və keçirdiyi həyat tərzinə uyğun gəlməsi, emosiyalarında ümumən sabitlik müşahidə edilməsi, özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etməməsi, törətdiyi əməlin qanunazidd olmasını başa düşməsi, keçirilən ekspertizanın məqsədini düzgün başa düşməsi, aparılan müayinənin gedişinə və onun ola biləcək nəticələrinə maraq göstərməsi, təqsirləndirildiyi cinayət əməlinə və yaranmış vəziyyətə tənqidi münasibət bəsləməsi və s.) sübut edir. Yoxlanılan şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıqdan və sair psixi xəstəlikdən əziyyət çəkmir. Hal-hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. «Anlaqlılıq» və «anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi ana aid olduğundan təqsirləndirilən şəxsin cinayət əməlini törətdikdən sonra və hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğu üçün həmin suala cavab vermək ümumən düzgün deyildir. O, təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə o, ittiham olunduğu cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Onun hansı fərdi psixi xüsusiyyətlərə malik olduğunun, qeyd olunan cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olub-olmadığının, hansı psixi emosional halda olduğunun, bu halın yaranma səbəblərinin nədən ibarət olduğunun aydınlaşdırılması məhkəmə psixiatrik ekspertizasının kompetensiyasına aid deyildir. Həmin sualların cavablandırılması məhkəmə psixoloji ekspertizasının səlahiyyətinə aiddir. Hal-hazırkı müayinə zamanı yalnız məhkəmə psixiatrik ekspertizasının səlahiyyətinə aid olan suallar cavablandırılmışdır. Onun anamnezindən «Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, həftədə 7-8 dəfə təkrarlanır» xəstəliyindən əziyyət çəkdiyi bəlli olur. Həmin xəstəlik nevroloji xəstəliklərə aiddir. Əgər həmin xəstəlik nəticəsində psixi pozuntu formalaşsaydı, o halda həmin pozuntu onun təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək qabiliyyətinə təsir edə bilərdi. Lakin hal-hazırkı komisyon stasionar məhkəmə psixiatrik ekspertizası zamanı müəyyən edilir ki, o, ittiham olunduğu cinayət əməlini törədərkən və hal-hazırda hər hansı psixi pozuntu əlaməti qeyd olunmur. Onun epilepsiya xəstəliyindən əziyyət çəkməsi, tez-tez təkrarlanan qıcolma tutmalarının olması nəzərə alınaraq onun daim nevropatoloqun nəzarəti altında olması tövsiyə edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixoloji ekspertizasının 18 dekabr 2023-cü il tarixli 48 nömrəli rəyindən görünür ki, aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslərarası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi psixoloji əlamətlər müşahidə olunur. O, praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslərarası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma fərdi-psixi xüsusiyyətlərə malikdir. O, emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. O, cinayət əməlini törədərkən əsəbi psixi-emosional vəziyyətdə olmuşdur. Onun keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişin təqsirləndirilən şəxsin anasına nalayiq ifadələr işlətməsi ola bilər. O, cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 23 dekabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə əməl CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.4, 120.2.9 və 177.2.5-ci maddələrinə tövsif edilmiş və Təqsirləndirilən şəxs barəsində CM-in 120.2.1, 120.2.2, 120.2.5, 120.2.11, 126.2.3, 177.2.3, 181, 182 və 228.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 25 dekabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 120.2.4, 120.2.9 və 177.2.5-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş 16 noyabr 2023-cü il tarixli 1506 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada dispanser müşahidəsində yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş 16 noyabr 2023-cü il tarixli 1507 nömrəli məktubdan görünür ki, X26 həmin xəstəxanada dispanser müşahidəsində yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsdən daxil olmuş 16 noyabr 2023-cü il tarixli xx/xx-13671 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə narkoloji qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsdən daxil olmuş 16 noyabr 2023-cü il tarixli xx/xx-13672 nömrəli məktubdan görünür ki, X26 həmin mərkəzdə narkoloji qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Balakən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 17 noyabr 2023cü il tarixli 18-1-27/2-754/2023 nömrəli məktubdan görünür ki, X26 həmin xəstəxananın Poliklinika şöbəsinin Psixiatriya və Narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Balakən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 17 noyabr 2023cü il tarixli 18-1-27/2-755/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin Psixiatriya və Narkoloji kabinetlərində qeydiyyatda yoxdur, lakin 2018-ci ildən “Epilepsiya tez-tez təkrarlanan qıcolma tutmaları. Koqnitiv funksiyaların pozulması, intellektin enməsi. Epileptik psixoz” diaqnozu ilə Nevroloji kabinetdə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 17 noyabr 2023-cü il tarixli 18-1-78/2-1349/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Psixiatrik, Narkoloji və Vərəm kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2022-ci il tarixdən “fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar (həftədə 7-8 dəfə təkrarlanan)” diaqnozu ilə sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş məlumatdan görünür ki, X26 13 fevral 2023-cü il tarixdən “posttrombotik sindrom, sol aşağı ətrafın posttrombotik sindromu, aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, baldırın trofiki xorası” diaqnozu ilə orqanizmin funksiyalarının 50 faizi pozulduğuna görə üçüncü dərəcəli əlilliyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik M.A.Topçubaşov adına “X33” publik hüquqi şəxsdən daxil olmuş 22 dekabr 2023-cü il tarixli 360 nömrəli məktubdan və həmin məktuba əlavə edilmiş əməliyyat protokolundan görünür ki, X26 18 iyul 2023-cü il tarixdən 25 iyul 2023-cü il tarixədək həmin mərkəzdə stasionar müalicədə olmuş, 21 iyul 2023-cü il tarixdə “sağ ayağın İV və V barmağının ekzartikulyasiyası, daraq sümüklərinin distal 1/3 rezaksiyası” əməliyyatı olunmuş və əməliyyatdan sonrakı diaqnozu “obliterasiyaedici trombangiit, sağ səthi bud, hər iki baldır arteriyalarının okkluziyası, sağ aşağı ətrafın İV dərəcə xroniki işemiyası, sağ ayaq İV və V barmaqların qanqrenası, magistral arteriyaların balon angioplastikasından sonrakı vəziyyət” olmuşdur. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində CM-in 120.2.4, 120.2.9 və 177.2.5-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək qeyd olunan cinayət əməllərini törətdiyini etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində öz müdafiəsi üçün dəlillər gətirib CM-in 177.2.5-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam, CM-in 120.2.4 və 120.2.9-cu maddələri ilə ona elan edilmiş ittiham üzrə isə özünü qismən, yəni CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək əmisi Şahin Zalxayevlə aralarında yaranmış mübahisə vaxtı sonuncunun onun anasının ünvanına nalayiq ifadələr işlətməsinə əsəbləşib özünü idarə edə bilmədiyi üçün əmisinə bıçaq zərbələri vurduğunu və bu zaman məqsədinin sonuncunu öldürmək olmadığını qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, Təqsirləndirilən şəxs ifadəsinə əsasən Şahin Zalxayev onun anasının ünvanına nalayiq ifadə işlətməsinə əsəbləşdiyi üçün özünü idarə edə bilməmiş, sonuncuya bıçaqla zərbələr vurmuş, bu zaman əmisi zərbələr vurmamasını ona desə də o, əmisinin yalvarışlarına baxmayaraq, buna məhəl qoymayaraq əmisinə bıçaq zərbələri vurmağa davam etmiş, nəticədə Şahin Zalxayev zərbələrin təsirindən hadisə yerində ölmüşdür. Bununla bağlı qeyd etmək zəruridir ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 03 nömrəli Qərarının (bundan sonra – Qərar) 3-cü bəndinə əsasən, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CM-in 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Göründüyü kimi, Şahin Zalxayevin onun anasının ünvanına nalayiq ifadələr işlətməsinə cavab olaraq Təqsirləndirilən şəxs da Şahin Zalxayevə bıçaqla zərbələr vurmuş və sonuncunun yalvarışlarına məhəl qoymayaraq bıçaq zərbələri vurmağa davam etmişdir. Bununla yanaşı, məhz cinayətin üsulu kimi bıçaqdan istifadə edilməsi, yetirilən bədən xəsarətlərinin sayı, həyat üçün mühüm orqan olan boyun nahiyəsinə çoxsaylı zərbələr endirilməsi, zərərçəkmiş şəxsin nalayiq ifadələr işlətməsi və bu halların Təqsirləndirilən şəxs əsəbləşdirməsi sonuncunun Şahin Zalxayevi qəsdən öldürməsinə dəlalət edir. Həmçinin qeyd etmək zəruridir ki, “xüsusi amansızlıq” anlayışına bu Qərarın 8-ci bəndində aydınlıq gətirilmişdir. Belə ki, bu Qərarın həmin bəndinə əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Göründüyü kimi Təqsirləndirilən şəxs Şahin Zalxayevə çoxsaylı bıçaq zərbələri vurmaqla çoxlu miqdarda xəsarətlər yetirərək sonuncunu öldürdüyündən qeyd olunanlar onun məhz xüsusi amansızlıqla qəsdən adam öldürməsini təsdiq edir. Bundan başqa, bu Qərarın 13-cü bəndinə əsasən CM-in 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar olaraq günün çox hissəsini yataqda keçirən, “posttrombotik sindrom, sol aşağı ətrafın posttrombotik sindromu, aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, baldırın trofiki xorası” diaqnozu ilə orqanizmin funksiyalarının 50 faizi pozulduğuna görə üçüncü dərəcəli əlilliyi müəyyən edilmiş və 21 iyul 2023-cü il tarixdə “sağ ayağın İV və V barmağının ekzartikulyasiyası, daraq sümüklərinin distal 1/3 rezaksiyası” əməliyyatı olunmaqla əməliyyatdan sonra “obliterasiyaedici trombangiit, sağ səthi bud, hər iki baldır arteriyalarının okkluziyası, sağ aşağı ətrafın İV dərəcə xroniki işemiyası, sağ ayaq İV və V barmaqların qanqrenası, magistral arteriyaların balon angioplastikasından sonrakı vəziyyət” diaqnozu qoyulmuş, ayağa qalxması, yeriməsi və hərəkət etməsi məhdud olan əmisi Şahin Zalxayevə çarpayıda olduğu anda çoxsaylı bıçaq zərbələri vurmaqla sonuncunu öldürdüyündən qeyd olunanlar onun məhz təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməsini təsdiq edir. Bunlarla yanaşı qeyd olunmalıdır ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 01 nömrəli Qərarının (bundan sonra – Qərar) 2-ci bəndinə göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Bu Qərarın 7-ci bəndinə əsasən, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Eyni zamanda nəzərə alınmalıdır ki, oğurluğun zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədilməsi CM-in 177.2.5-ci maddəsi ilə tövsif edilir. Bu Qərarın 26-cı bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən CM-in 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayətə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Göründüyü kimi Təqsirləndirilən şəxs Şahin Zalxayevə çoxsaylı bıçaq zərbələri yetirərək sonuncunu öldürməsindən sonra hər hansı kənar şəxsin olmadığı şəraitdə Şahin Zalxayevin cibindən 200 manat məbləğində pulu götürməsi onun məhz zərərçəkmiş şəxsin cibindən çıxarmaqla oğurluq törətməsini, yəni özgənin əmlakını gizli olaraq talamasını təsdiq edir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin niyyəti ilə bağlı məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır, onları qəbul etmir və həmin ifadələrini məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakterli ifadə hesab edir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrinin, eləcə də şahid ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən, xüsusi amansızlıqla, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə və qəsdən, qanunsuz olaraq, tamah niyyəti və talama məqsədi ilə zərərçəkmiş şəxsin pulunu cibindən çıxarmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməllərini törətmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin CM-in 120.2.4, 120.2.9 və 177.2.5-ci maddələri ilə tövsifi düzgün hesab edilməlidir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 120.2.4, 120.2.9 və 177.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə CM-in 177.2.5-ci maddəsində göstərilən cinayət əməli az ağır, CM-in 120.2.4 və 120.2.9-cu maddələrində göstərilən cinayət əməlləri isə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 120.2.4, 120.2.9 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonunun Xalatala kəndində yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, X5 rayonunun Xalatala kəndində yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin 3 saylı X4 daxil olmuş 21 dekabr 2023-cü il tarixli 3-17-1/2-301664/2023 nömrəli məktubdan görünür ki, X26 3-cü dərəcəli əlilliyə görə 13 fevral 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs isə 11 aprel 2022-ci il tarixdən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara görə sosial müavinət alırlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X23 Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini CM-in 59.1.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini isə CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli 06 nömrəli Qərarının (bundan sonra – Qərar) 12-ci bəndinə əsasən yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində CM-in 63, 66 və 67-ci maddələrinin müddəalarına uyğun olaraq cəza təyin edilərkən, nəzərə alınmalıdır ki, başa çatmış cinayətə görə cəzanın müddəti və miqdarı CM-in 85-ci maddəsində nəzərdə tutulan həddən yuxarı ola bilməz. Bu baxımdan yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən qəti cəza 10 il müddətinə azadlıqdan məhrum etmədən çox olmamalıdır. Yetkinlik yaşına çatmayanların təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddi 10 ildən yuxarı olduqda və belə hallarda 10 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən CM-in 62-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Nəzərə almaq lazımdır ki, CM-in 59.1.2-ci maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır. Bu Qərarın 15-ci bəndinə əsasən yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, qanunvericilikdə (CM-in 85.1-ci maddəsi) bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan cəmi 4 cəza növünün (cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrumetmə) hər biri üçün qısaldılmış müddət və ya azaldılmış məbləğ nəzərdə tutulmuşdur. Ona görə də yetkinlik yaşına çatmayanlara CM-in 85-ci maddəsinə uyğun olaraq CM-in Xüsusi Hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin edilərkən, CM-in 62ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. CM-in 85.5-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara azadlıqdan məhrumetmə cəzası on ildən çox olmayan müddətə təyin edilir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların olmasını, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda yaşını, yəni yetkinlik yaşına çatmayan şəxs olmasını, həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini, bununla yanaşı zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisin hazırda onunla barışmasını və ondan şikayətinin və tələbinin olmamasını, həmçinin CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 120.2.4 və 120.2.9-cu maddələrinin sanksiyasında 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulsa da, cinayət qanunvericiliyinin tələblərindən görünür ki, yetkinlik yaşına çatmayan şəxsə ən çox on il müddətə azadlıqdan məhrumetmə cəzası təyin oluna bilər. Göründüyü kimi, cinayət qanunu ilə Təqsirləndirilən şəxs üçün təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi on illə məhdudlaşdırılmışdır. Belə olan halda, onun barəsində hazırki halda CM-in 60-cı maddəsi tətbiq edilməklə cəza təyin olunması üçün əsaslar yarandığından, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində ittiham olunduğu maddələr üzrə on ilin dörddə üçündən çox olmayan həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 177.2.5-ci maddəsində göstərilən cinayət əməli az ağır, CM-in 120.2.4 və 120.2.9-cu maddələrində göstərilən cinayət əməlləri isə xüsusilə ağır cinayətlər təsnifatına aiddir. CM-in 85.5.1-ci maddəsinə əsasən ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 04 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 06 avqust 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 04 avqust 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 04 ay olmaqla 04 aprel 2024-cü il tarixədək uzadılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 04 avqust 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia verilməmişdir. Lakin Təqsirləndirilən şəxs tərəfindən mərhum zərərçəkmiş şəxs X25 200 (iki yüz) manat məbləğində maddi ziyan vurulmuş və ödənilməmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X23 mülki iddia verməsə də Təqsirləndirilən şəxs təqsirli hərəkətləri nəticəsində mərhum zərərçəkmiş şəxs X25 dəymiş maddi ziyan həmin zərərçəkmiş şəxsin hüquqi varisi Ramazan Zalxayevin xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası ona görə bu qənaətə gəlir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 07 nömrəli Qərarının 66-cı bəndində göstərilmişdir ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərərçəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Həmçinin CPM-in 87.6.20-ci maddəsi zərərçəkmiş şəxsin cinayət törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq imkanını hər hansı şərtlə əlaqələndirilməyən hüquq kimi təsbit etmiş, buna müvafiq olaraq da qanunverici cinayət prosesini həyata keçirən orqanların zərərçəkmiş şəxsin həmin hüququndan irəli gələn vəzifələrini müəyyən etmişdir. Belə ki, CPM-in 38.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. CPM-in 132.1.5-ci maddəsinə görə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış (maddi sübut kimi qiymətləndirilmiş) pul və qiymətli əşyalar məhkəmənin yekun qərarı çıxarılarkən sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Odur ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxslərin maddi ziyanın vurulması ilə müşayiət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) cinayət nəticəsində məhrum olunduqları (sübut yetirilmiş cinayətin təsvirində qeyd olunan) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mərhum zərərçəkmiş şəxs X25 vurulmuş və ödənilməmiş 200 (iki yüz) manat maddi ziyan Təqsirləndirilən şəxs tutularaq mərhum zərərçəkmiş şəxs Şahin Zalxayevin hüquqi varisi X18 qaytarılmalıdır. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut olan və Balakən rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış keçirilən zaman götürülmüş qan nümunələri və pambığa hopdurulmaq yolu ilə götürülmüş qan ləkələri, döşəkağı, 02 ədəd dəftər, qırıq taxta parçası, masa örtüyü, 01 ədəd sim kart, 03 ədəd boşqab, mərhum zərərçəkmiş şəxs X7 və sol əlindən, dırnaqlarından, sağ və sol gicgah, ənsə, təpə, alın nahiyələrindən götürülmüş saç nümunələri, əynində olmuş 01 ədəd idman şalvarı, 01 ədəd tuman, 01 ədəd qolsuz mayka, Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd qısaqol köynək, 01 ədəd şalvar, sağ və sol əlindən, dırnaqlarından, sağ və sol gicgah, ənsə, təpə nahiyələrindən götürülmüş saç nümunələri və cinayət törədilərkən istifadə olunan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd vintaçan, 02 ədəd qayçı, usta alətləri və 01 ədəd bıçaq qanuni sahibi X18, X9na məxsus “Redmi” markalı mobil telefon mərhum zərərçəkmiş şəxsin hüquqi varisi X18, Şahid1 məxsus “Nokia” markalı mobil telefon Şahid1, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd 1 manatlıq əskinaslar Təqsirləndirilən şəxs qaytarılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, cinayət yolu ilə əldə etdiyi 01 ədəd 100 manatlıq və 05 ədəd 20 manatlıq əskinaslar olmaqla, ümumilikdə 200 (iki yüz) manat məbləğində pul vəsaiti CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunub qanuni sahibi olan mərhum zərərçəkmiş şəxs X25 dəymiş ziyanın ödənilməsi məqsədilə həmin zərərçəkmiş şəxsin hüquqi varisi X18 qaytarılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 282 (iki yüz səksən iki) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 282 (iki yüz səksən iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar tam toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 04 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət iş üzrə maddi sübut olan və Balakən rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış keçirilən zaman götürülmüş qan nümunələri və pambığa hopdurulmaq yolu ilə götürülmüş qan ləkələri, döşəkağı, 02 ədəd dəftər, qırıq taxta parçası, masa örtüyü, 01 ədəd sim kart, 03 ədəd boşqab, mərhum zərərçəkmiş şəxs X7 və sol əlindən, dırnaqlarından, sağ və sol gicgah, ənsə, təpə, alın nahiyələrindən götürülmüş saç nümunələri, əynində olmuş 01 ədəd idman şalvarı, 01 ədəd tuman, 01 ədəd qolsuz mayka, Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd qısaqol köynək, 01 ədəd şalvar, sağ və sol əlindən, dırnaqlarından, sağ və sol gicgah, ənsə, təpə nahiyələrindən götürülmüş saç nümunələri və cinayət törədilərkən istifadə olunan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd vintaçan, 02 ədəd qayçı, usta alətləri və 01 ədəd bıçaq qanuni sahibi X18, X9na məxsus “Redmi” markalı mobil telefon mərhum zərərçəkmiş şəxsin hüquqi varisi X18, Şahid1 məxsus “Nokia” markalı mobil telefon Şahid1, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd 1 manatlıq əskinaslar Təqsirləndirilən şəxs qaytarılsın, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, cinayət yolu ilə əldə etdiyi 01 ədəd 100 manatlıq və 05 ədəd 20 manatlıq əskinaslar olmaqla, ümumilikdə 200 (iki yüz) manat məbləğində pul vəsaiti CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunub qanuni sahibi olan mərhum zərərçəkmiş şəxs X25 dəymiş ziyanın ödənilməsi məqsədilə həmin zərərçəkmiş şəxsin hüquqi varisi X18 qaytarılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 282 (iki yüz səksən iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-104/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-104/2024
22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver