Məhkəmə qərarları › İş №1(091)-104/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-104/2025

13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-104/2025 13.06.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Yevlax Şəhər Vəkil Bürosunun vəkili X1, Zərərçəkmiş şəxs iştirakı ilə, 09 avqust 1985-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Yevlax şəhəri, Neft Kəməri küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 29,120.2.4 və 29,120.2.8-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla və özü üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs arvadı, həmin vaxtı hamilə olduğunu bildiyi Zərərçəkmiş şəxs başqa bir kişi ilə arasında sevgi münasibətləri olmasından şübhələnib qısqanclıq zəminində arvadı Zərərçəkmiş şəxs yaşadığı evdən kənar bir ərazidə qisas almaqla qəsdən öldürmək qərarına gələrək həmin cinayətkar niyyətini həyata keçirmək məqsədilə yaşadığı evdən istintaqla müəyyən edilməyən ucu iti formalı kəsici-deşici metal aləti özü ilə üzərində gizlətməklə götürüb 12 avqust 2024-cü il tarixdə təxminən saat 09 radələrində arvadı Zərərçəkmiş şəxs bankdan pul krediti götürmək istədiyini və onunla birlikdə banka getməsini deyərək Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı evdən çıxaraq piyada Yevlax şəhərində yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yevlax rayon filialına gəldikdən sonra həmin bankdan pul krediti götürə bilməyəcəyini, evə qayıtmalı olduqlarını arvadına deyərək oradan piyada evlərinə doğru hərəkət edərək Yevlax şəhəri, Əhmədağa Baxşıyev küçəsinə, dəmir yolu xəttinin yaxınlığına çatarkən orada saat 10 radələrində arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər (qısqanclıq) zəminində baş vermiş mübahisə zamanı qəfildən üzərində gizlətdiyi istintaqla müəyyən edilməyən ucu iti formalı kəsici-deşici metal aləti çıxarıb əlində tutaraq həmin vaxt piyada onlara yaxınlaşan azyaşlı övladı Şahid3 gözü qarşısında müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə, bununla da ona əzab və iztirab verəcəyini əvvəlcədən dərk edərək xüsusi amansızlıqla və hamilə vəziyyətində olduğunu bildiyi Zərərçəkmiş şəxs bədən nahiyələrinə həmin kəsici-deşici metal alətlə müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirib, bununla da Zərərçəkmiş şəxs əzab və iztirab verəcəyini əvvəlcədən dərk edərək sonuncuya çoxsaylı zərbələr vurmuş, həmin vaxt əlində olan metal alətin ucunun zərbələrin təsirindən əyildiyini görüb qeyd olunan metal aləti yerə atıb yerdən istintaqla müəyyən edilməyən sınmış şüşə qabın parçasını əli ilə götürüb öz hərəkətlərini davam etdirərək göstərilən şüşə parçası ilə Zərərçəkmiş şəxs xəsarət yetirməkdə davam edərək ümumilikdə sonuncuya sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vuran 02 ədəd döş qəfəsinin arxa səthinin sağ və sol yarısının boşluğa nüfuz edən deşilmiş-kəsilmiş yaraları, 01 ədəd sağ qasıq nahiyəsinin daxilə nüfuz edən deşilmişkəsilmiş yarası, 01 ədəd traxeyanın zədələnməsi ilə ağırlaşan boynun sağ yan səthinin deşilmiş-kəsilmiş yaraları xəsarətlərini, sağlamlığa yüngül zərər vuran 03 ədəd döş qəfəsinin arxa səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, 01 ədəd sol qaşın bayır bucağının kəsilmiş yarası, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən 01 ədəd üst dodağın selikli qişasının əzilmiş yarası, 01 ədəd qasıqüstü nahiyənin qançırı, 01 ədəd isə sağ baldırın yuxarı 1/3-nin ön səthinin qançırı xəsarətləri olmaqla, ümumillikdə Zərərçəkmiş şəxs cəmi 11 ədəd bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs yerə yıxılaraq öldüyünü zənn edib hadisə yerini tərk etdiyindən və Zərərçəkmiş şəxs həmin küçədə yaşayan qonşuların məlumatı əsasında təcili yardım xidmətinin əməkdaşları tərəfindən dərhal xəstəxanaya çatdırılaraq ona təcili tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən, o, öz iradəsindən asılı olmayan səbəbdən cinayəti başa çatdıra bilməyərək hamilə olan Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 29,120.2.4 və 29,120.2.8-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər arvadına qonşuluqda yaşayan şəxsin evinə getməməsini demiş, lakin arvadı buna məhəl qoymayaraq hadisə baş verməmişdən əvvəl qonşuluqda yaşayan şəxsin evinə getdiyi üçün arvadının niyyətini səhv başa düşmüşdür. O, həmin vaxt sərxoş vəziyyətdə olmuş, bu zaman qısqanclıq zəminində arvadı ilə aralarında mübahisə baş vermiş, arvadı onun və atasının ünvanına nalayiq ifadə işlətmiş və bu səbəbdən də o, əlində olan metal alət və şüşə qabın parçası ilə arvadına qısqanclıq zəminində xəsarət yetirmiş, lakin qeyd olunan vaxt arvadını öldürmək niyyəti olmamışdır. İbtidai istintaq zamanı ifadə verərkən huşu özündə olmamış və qeyd olunan səbəbdən də ibtidai istintaq zamanı məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli məzmunda ifadə vermişdir. Törətdiyi əmələ görə peşmandır və barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələri arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunaraq tədqiq edilmiş və o, həmin ifadələrində göstərmişdir ki, təxminən 20 il əvvəl xalası qızı Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ailə həyatı qurmuş, təxminən 4-5 il əvvəl rəsmi nikaha daxil olmuşlar və bu nikahdan onların 9 övladı doğulmuşdur. Əvvəllər arvadı Zərərçəkmiş şəxs ilə heç bir mübahisəsi olmamış, təxminən 3-4 ay əvvəl isə sonuncunun hərəkətlərinə əsasən ona xəyanət etməsindən şübhələnməyə başlamışdır. Bəzi vaxtlar gecələr yuxudan qalxan zaman arvadı Zərərçəkmiş şəxs evdə tapmamış və sonuncu bir neçə saat sonra evə gəlmişdir. Səhəri gün o, arvadı Zərərçəkmiş şəxs harada olduğunu soruşduqda sonuncu bu məsələnin ona aidiyyətinin olmadığını bildirmiş, nə üçün bu cür hərəkətlər etdiyini soruşduqda isə Zərərçəkmiş şəxs şəxsi həyatı olduğunu və qarışmamasını ona demişdir. O, Zərərçəkmiş şəxs dəfələrlə başa salaraq bu cür hərəkətlərdən çəkindirmək istəmiş, lakin sonuncu onun sözlərinə fikir verməyərək öz bildiyini etmişdir. Arvadı Zərərçəkmiş şəxs hamilə olması barədə təxminən 20-25 gün əvvəl ona məlumat vermiş, lakin o, sonuncunun başqa şəxsdən hamilə qalmasından şübhələnmişdir. 11 avqust 2024-cü il gecə saat 04 radələrində yaşadığı evdə yatan vaxt yuxudan oyanıb arvadı Zərərçəkmiş şəxs yanında olmadığını görüb çölə çıxıb sonuncunu səsləmiş, həmin vaxt qonşusu Şahid5 yaşadığı evdən arvadı Zərərçəkmiş şəxs onu çağırmasını eşitmiş və hasarın üstünə çıxdıqda arvadı Zərərçəkmiş şəxs ilə qonşusu Şahid5 orada olduqlarını görmüşdür. Arvadı Zərərçəkmiş şəxs orada nə etdiyini soruşmuş, sonuncu isə ona heç bir aidiyyətinin olmadığını və qarışmamasını bildirmişdir. Bundan sonra o, əsəbləşərək qonşusu Şahid5 evinin yerləşdiyi torpaq sahəsinə keçmiş, lakin arvadı Zərərçəkmiş şəxs qonşusu Şahid5la birlikdə sonuncunun evinə girib qapını bağladığı üçün o, məcbur olub öz evinə geri qayıtmışdır. Həmin gecə təxminən 1 saat sonra təxminən saat 05 radələrində arvadı Zərərçəkmiş şəxs geri qayıtmış, bundan sonra o, sonuncudan hansı səbəbə görə qonşusu Şahid5 evinə getdiyini soruşmuş, Zərərçəkmiş şəxs isə Şahid5la münasibətinin olduğunu ona bildirmişdir. Qeyd olunan hərəkətlərinə görə arvadı Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş və bu məqsədlə polad materiallı məftili biz formasına gətirmişdir. 12 avqust 2024-cü il tarixdə gecə saat 03-04 radələrində yaşadığı evdə yuxudan oyandıqda arvadı Zərərçəkmiş şəxs yenə də evdə olmadığını görmüş və həmin tarixdə saat 06 radələrində sonuncu evə gəlmişdir. O, Zərərçəkmiş şəxs haradan gəldiyini soruşmuş, sonuncu isə ona qonşusu Şahid5 evində sonuncu ilə birlikdə olduğunu demişdir. 12 avqust 2024-cü il tarixdə bankdan kredit almaq adı ilə arvadı Zərərçəkmiş şəxs ilə birlikdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yevlax rayon filialına getmiş və oradan evə qayıdarkən, saat təxminən 10 radələrində Yevlax şəhəri, Əhmədağa Baxşıyev küçəsində, dəmir yolu xəttinin yaxınlığında olarkən əvvəldən hazırlayıb üzərində saxladığı biz formalı polad materiallı alət ilə Zərərçəkmiş şəxs öldürmək məqsədilə sonuncunun kürək nahiyəsinə 02, boğaz nahiyəsinə 01 və sol ayağının yuxarı ətrafına 01 zərbə vurmaqla xəsarətlər yetirmiş, lakin əlində olan biz formalı deşici alət əyildiyindən yerə tullamışdır. Həmin vaxt bunu görən və hadisə baş verən küçədə yaşayan adını bilmədiyi bir nəfər qadın arvadı Zərərçəkmiş şəxs zərbə vurmamasını ona demiş, habelə həmin vaxt təsadüfən orada olan 7 yaşlı oğlu Şahid3 baş vermiş hadisəni görmüşdür. Bundan sonra o, yerdə gördüyü sınmış vəziyyətdə olan şüşə materiallı butulkanı yerdən götürüb arvadı Sevinc Rəslovanın sifətinə 02 zərbə vurmuş, daha sonra həmin şüşə butulkanı da yerə tullamış və nəticədə sonuncu yerə yıxılıb huşsuz vəziyyətdə qalmışdır. O, arvadı Zərərçəkmiş şəxs öldüyünü düşünmüş və daha sonra könüllü olaraq X9 Şöbəsinə gedib özünü təqdim etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, baş hadisədən iki-üç gün əvvəl övladı bətnində ölmüş, səhhətində yaranmış problemlə əlaqədar Yevlax Rayon Mərkəzi Xəstəxanasına getmiş, lakin hansı tarixdə getməsi xatirində qalmamışdır. Övladının bətnində ölməsi barədə ərinin məlumatı olmamış və əri onun hamilə olduğunu düşünmüşdür. Hadisə baş verən gündən əvvəlki gün əri ilə aralarında mübahisə baş vermiş, həmin vaxt o, ərini təhqir etmiş, hadisə də qeyd olunan mübahisə zəminində baş vermişdir. Dəmiryolu xəttinin kənarında baş vermiş mübahisə vaxtı əri ona metal alətlə xəsarət yetirmiş, lakin neçə zərbə vurması xatirində qalmamışdır. Hadisə vaxtı oğlu orada olmamış, dəmir yığmaqla məşğul olmuş və baş vermiş hadisəni görməmişdir. Hadisədən sonra oğlu atasını görmüş, atası oğluna ona kömək etməsini demiş və o, oğlunu hadisə yerinə çağırdıqdan sonra sonuncu onun yanına gəlmişdir. Bu zaman o, artıq torpağın üzərində olmuş və ona kömək etmək üçün digər şəxsləri çağırmasını oğluna demişdir. İbtidai istintaq zamanı ifadə verərkən huşu özündə olmamış, bu səbəbdən ibtidai istintaq zamanı məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli məzmunda ifadə vermiş, həmin vaxt ifadəsinə oxumadan imza etmiş və qeyd olunan sənədlərin mahiyyətini bilməmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır və sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunaraq tədqiq edilmiş və o, həmin ifadələrində göstərmişdir ki, təxminən 20 il əvvəl xalası oğlu Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ailə həyatı qurmuş, təxminən 5-6 il əvvəl onlar rəsmi nikaha daxil olmuşlar və bu nikahdan 9 övladı doğulmuşdur. Təqsirləndirilən şəxs spirtli içkiyə meylli olmuş, təxminən 3-4 gündən bir spirtli içki qəbul etmiş, sərxoş olduğu vaxtlarda onu qısqandığına görə onunla mübahisə etmiş və bəzi hallarda onu döymüşdür. Təqsirləndirilən şəxs evə sərxoş vəziyyətdə gəldiyi vaxtlarda aralarında dava-dalaşın olmaması üçün sonuncu spirtli içkinin təsirindən çıxana qədər o, qayınanası Şahid4 evinə getmiş və ya qonşuluqda yaşayan Şahid6 evinə gedib orada gözləmişdir. Sonuncu dəfə hadisədən 4-5 gün əvvəl əri Şərəvəddin Rəsilov spirtli içki qəbul edərək evə sərxoş vəziyyətdə gəlmiş, bu zaman aralarında dava-dalaşın olmaması üçün o, sonuncu sakitləşənədək çölə çıxdığına və ya qonşularının evinə getdiyinə görə sonuncu onu qısqanmış və bu zəmində aralarında sözlü mübahisə yaranmışdır. 12 avqust 2024-cü il tarixdə səhər saat 09 radələrində əri Təqsirləndirilən şəxs ona nağd pul krediti almaq adı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yevlax rayon filialına getməyi təklif etmiş, o, razılaşdıqdan sonra birlikdə həmin yerə getmişlər və oradan evə qayıdarkən, saat təxminən 10 radələrində Yevlax şəhəri, Əhmədağa Baxşıyev küçəsində, dəmir yolu xəttinin yaxınlığında olarkən əri Təqsirləndirilən şəxs biz formalı alət ilə qəfildən onun kürək nahiyəsinə bir neçə zərbə vuraraq ona xəsarət yetirmişdir. Bu zaman o, arxaya tərəf dönüb əri Təqsirləndirilən şəxs müqavimət göstərməyə başlamış, həmin vaxt təsadüfən azyaşlı oğlu Şahid3 da orada olmuş və o, oğlundan kömək istədiyi üçün sonuncu hadisənin baş verən küçədə yaşayan Şahid1 çağırmışdır. Qısa müddət sonra həmin küçədə yaşayan Şahid1 onun oğlu Şahid3la birlikdə hadisə baş verən yerə gəlib əri Təqsirləndirilən şəxs onu vuraraq xəsarətlər yetirdiyini görüb qışqıraraq çıxıb getmiş, sonuncu isə onun müqavimətini qıraraq əlində olan biz formalı alət ilə onun boğaz nahiyəsinə və bədəninin digər nahiyələrinə zərbələr vuraraq ona xəsarətlər yetirməyə davam etmişdir. Əri Təqsirləndirilən şəxs ona zərbələr vuraraq xəsarətlər yetirən zaman onu öldürmək istədiyini demiş, daha sonra o, aldığı xəsarətlərdən huşunu itirərək yerə yıxılmış, gözlərini açdıqda isə xəstəxanada olması ona məlum olmuşdur. O, hadisə baş verən zaman təxminən 9-10 həftəlik hamilə olmuş, hadisə baş verməmişdən təxminən 1 ay əvvəl bu barədə əri Təqsirləndirilən şəxs məlumat vermiş, lakin baş vermiş hadisə zamanı aldığı xəsarətlərlə əlaqədar xəstəxanada əməliyyat olunduqdan sonra bətnindəki döl düşmüşdür. Şahid5la qonşuluqda yaşamış, lakin sonuncu ilə aralarında hər hansı münasibət olmamışdır. Gecə vaxtı yaşadığı evi tərk etməmiş, qonşusu Şahid5 arvadı Şahid6 ilə aralarında normal münasibət olmuş və bir-birilərinin yaşadıqları evə gedibgəlmişlər. Əri Təqsirləndirilən şəxs spirtli içkinin təsirindən evə sərxoş vəziyyətdə gələn zaman aralarında dava-dalaşın olmaması üçün sonuncunun sakitləşməsini gözləmək üçün qonşusu Şahid5 yaşadığı evə gedib sonuncunun arvadı Şahid6 ilə söhbət etmiş, bu səbəbdən də əri Təqsirləndirilən şəxs onu qısqanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün atası evdə spirtli içki qəbul etmiş, sərxoş vəziyyətdə olmuş, bundan sonra isə atası ilə anası birlikdə banka getmişlər. Hadisədən əvvəl o, anasının uzaqdan gəldiyini görmüş, lakin həmin vaxt atası anasının yanında olmamışdır. Hadisə vaxtı o, tullantıları yığmış, bu vaxt atasını görməmiş və atası ilə anasının dalaşmasının şahidi olmamışdır. Baş hadisədən sonra isə anasının torpağın üzərində olduğunu görmüş, lakin bunun səbəbini bilməmişdir. Anasından bu barədə soruşmuş, lakin sonuncu bunun səbəbini deməmiş və həmin vaxt atasını hadisə yerində görməmişdir. Anası kömək etmək üçün digər şəxsləri çağırmasını ona demiş, o da qonşuluqda yaşayan şəxsləri köməyə çağırmış, lakin həmin şəxslərin adlarını bilməmişdir. Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atası, Zərərçəkmiş şəxs isə onun anasıdır. 2024-cü ilin yay aylarında səhər vaxtı yaşadığı evi tərk edib dəmir yolu xəttinin yaxınlığında yerləşən zibillik əraziyə getmiş və orada olarkən təsadüfən atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs ilə birlikdə uzaqdan gəldiyini görmüşdür. O, həmin şəxslərə tərəf yaxınlaşdıqda atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs zərbə vurduğunu müşahidə etmiş, lakin nə ilə zərbə vurduğunu görməmişdir. Nəticədə Zərərçəkmiş şəxs yerə yıxılmış və sonuncunun bədənindən qan axmağa başlamışdır. Anası Zərərçəkmiş şəxs onu görüb kömək istəmiş, o da orada yaşayan tanımadığı qadını köməyə çağırmışdır. Daha sonra həmin qadın ilə birlikdə atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs zərbə vurduğu yerə gəlmiş, daha sonra isə bir çox şəxs də oraya yaxınlaşmışdır. Atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs zərbə vuran zaman o, həmin yerə yaxın məsafədə dayandığından atası Təqsirləndirilən şəxs onun hadisəni gördüyünü müşahidə etdiyini düşünmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə bacısının qızıdır. Oğlu Təqsirləndirilən şəxs təxminən 20 il əvvəl bacısının qızı Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ailə həyatı qurmuş və təxminən 5-6 il əvvəl adları qeyd olunan şəxslər rəsmi nikaha daxil olmuşlar. Oğlu Təqsirləndirilən şəxs spirtli içkiyə meylli olmuş, spirtli içki qəbul etdiyi vaxtlarda özünü idarə edə bilməmiş və yaşadığı evə gəlib arvadı Zərərçəkmiş şəxs ilə mübahisə etmişdir. Həmin vaxtlarda Zərərçəkmiş şəxs onun yaşadığı evə gəlmiş və əri Təqsirləndirilən şəxs spirtli içkinin təsirindən çıxanadək onun yanında qalmışdır. 12 avqust 2024-cü il tarixdə saat 11 radələrində yaşadığı evdə olan vaxt qonşularının səs-küyünə əsasən oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zərbə vuraraq xəsarət yetirməsini və sonuncunun Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılmasını eşitmiş, lakin bunun səbəbini bilməmişdir. Bundan sonra o, dərhal xəstəxanaya getmiş və orada olan zaman oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarətlər yetirməsi və sonuncunun vəziyyətinin ağır olması ona məlum olmuşdur. Şahid5la Zərərçəkmiş şəxs arasında hər hansı münasibətin olması barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur, Zərərçəkmiş şəxs isə sonuncunun arvadıdır. Onunla Zərərçəkmiş şəxs arasında hər hansı sevgi münasibəti olmamış, 11 avqust 2024-cü il tarixdə və ya bundan əvvəlki günlərdə gecə vaxtı sonuncu onun evində olmamış, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs ilə onu birlikdə görməmiş və bununla bağlı Təqsirləndirilən şəxsla aralarında mübahisə yaranmamışdır. Təqsirləndirilən şəxs spirtli içki içməyə meylli olmuş, tez-tez spirtli içki içərək sərxoş vəziyyətdə yaşadığı evə gələrək arvadı Zərərçəkmiş şəxs ilə mübahisə etmiş və sonuncu bəzi hallarda onların yaşadığı evə gəlib arvadı Şahid6 ilə birlikdə oturub əri Təqsirləndirilən şəxs sakitləşənədək onların evində gözləmişdir. 12 avqust 2024-cü il tarixdə qonşusu Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyini və sonuncunun xəstəxanada olduğunu eşitmiş, lakin bunun səbəbini bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Şahid5 onun əri, Təqsirləndirilən şəxs onun qonşusu, Zərərçəkmiş şəxs isə sonuncunun arvadıdır. Əri Şahid5la qonşusu Zərərçəkmiş şəxs arasında hər hansı sevgi münasibəti olmamış, 11 avqust 2024-cü il tarixdə və ya bundan əvvəlki günlərdə gecə vaxtı sonuncu onun evində olmamış və əri Şahid5la Təqsirləndirilən şəxs arasında mübahisə olmamışdır. Təqsirləndirilən şəxs spirtli içki içməyə meylli olmuş, tez-tez spirtli içki içərək sərxoş vəziyyətdə yaşadığı evə gələrək arvadı Zərərçəkmiş şəxs ilə mübahisə etmiş və sonuncu bəzi hallarda onların yaşadığı evə gəlib onunla birlikdə oturub əri Təqsirləndirilən şəxs sakitləşənədək onların evində gözləmişdir. 12 avqust 2024-cü il tarixdə qonşusu Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyini və sonuncunun xəstəxanada olduğunu eşitmiş, lakin bunun səbəbini bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 12 avqust 2024-cü il tarixdə saat 10 radələrində evdə olan zaman Zərərçəkmiş şəxs övladı olduğunu bildiyi kişi cinsli azyaşlı uşaq onun yaşadığı evin qapısını döyərək atasının anasını döydüyünü bildirmiş, o da dərhal həmin azyaşlı uşaqla birlikdə hadisənin baş verdiyi Yevlax şəhəri, Əhmədağa Baxşıyev küçəsi, dəmir yolu xəttinin yaxınlığına gəlmişdir. Orada olarkən Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs çoxsaylı zərbələr vuraraq xəsarətlər yetirdiyini görmüş, lakin Təqsirləndirilən şəxs əlində hər hansı kəsici-deşici alətin olubolmadığını görməmişdir. O, qorxduğu üçün yaşadığı evə tərəf gəlib qonşusu Şahid2 köməyə çağırmış və sonuncu ilə birlikdə hadisə baş verən əraziyə gəldikdə Təqsirləndirilən şəxs həmin ərazidən çıxıb getdiyini, Zərərçəkmiş şəxs bədəni üzərində müxtəlif xəsarət izlərinin olduğunu, huşsuz vəziyyətdə yerdə uzanmış halda olduğunu, bədəninin müxtəlif nahiyələrindən qanın axdığını və onu kömək üçün çağıran sonuncunun azyaşlı övladının anasının yanında dayandığını görmüşlər. Daha sonra Şahid2 ilə birlikdə Zərərçəkmiş şəxs sifətinə su vurmuşlar, bir müddət sonra isə həmin əraziyə digər qonşuları və təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin əməkdaşları gəlmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 12 avqust 2024-cü il tarixdə saat 10 radələrində qonşusu Şahid1 onun yaşadığı ünvana gələrək Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs döyərək xəsarətlər yetirdiyini deyib onu köməyə çağırmış, o da Şahid1 ilə birlikdə hadisənin baş verən əraziyə gəldikdə Zərərçəkmiş şəxs bədəni üzərində müxtəlif xəsarət izlərinin olduğunu, huşsuz vəziyyətdə yerdə uzanmış halda olduğunu, bədəninin müxtəlif nahiyələrindən qanın axdığını və sonuncunun azyaşlı övladının anasının yanında dayandığını görmüşlər. Daha sonra Şahid1 ilə birlikdə Zərərçəkmiş şəxs sifətinə su vurmuşlar, bir müddət sonra isə həmin əraziyə digər qonşuları və təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin əməkdaşları gəlmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12 avqust 2024-cü il tarixli raportdan görünür ki, Yevlax şəhəri, Neft kəməri küçəsində yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşına yaxınlaşaraq biz parçası və butulka ilə arvadı Zərərçəkmiş şəxs zərbələr vuraraq xəsarət yetirməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirini boynuna almaqla könüllü gəlmə haqqında 12 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə X9 Şöbəsinə gedərək törətdiyi cinayət əməlini etiraf etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12 avqust 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 12:23-də Yevlax Rayon Mərkəzi Xəstəxanasından Yevlax Rayon Polis Şöbəsinə zəng olunaraq Zərərçəkmiş şəxs boğazın kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya daxil olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 12 avqust 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri dəmir yol xəttinin Yevlax şəhəri, Əhmədağa Baxşıyev küçəsindən keçən hissəsidir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs biz parçası və şüşə ilə Zərərçəkmiş şəxs xəsarət yetirdiyi yeri göstərmişdir. Baxış keçirilən zaman cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı əhəmiyyətli hal aşkar olunmamış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş paltarlara baxış keçirilməsi haqqında 12 avqust 2024-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd boz rəngli maykaya, 01 ədəd ağ-boz rəngli qısaqol köynəyə və 01 ədəd cins materiallı, tünd göy rəngli şalvara baxış keçirilmişdir. 01 ədəd boz rəngli maykanın üzərində hər hansı zədə və qanabənzər ləkələr yoxdur. 01 ədəd ağ-boz rəngli qısaqol köynəyin üzərində hər hansı zədə yoxdur, lakin üzərində qanabənzər ləkələr vardır. 01 ədəd tünd göy rəngli şalvarın üzərində hər hansı zədə və qanabənzər ləkələr yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 13 avqust 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 29,120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş götürmə aparılması haqqında 13 avqust 2024-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd yaşıl rəngli don və 01 ədəd qara rəngli tuman həmin tarixdə götürülmüşdür. 01 ədəd yaşıl rəngli don cırılmış vəziyyətdədir, 01 ədəd qara rəngli tumanın üzərində isə hər hansı zədə yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 13 avqust 2024-cü il tarixli 538 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizasından keçirilən zaman onda “döş qəfəsinin ön və arxa səthinin, qasıqüstü nahiyənin qançırı, çoxsaylı deşilmiş yaraları, boyunun sağ yan səthinin və qarının sağ yan divarının yaraları, sol qaşın bayır bucağının, sağ saidin orta 1/3-nin arxa səthinin yaraları, sağ baldırın yuxarı 1/3-nin ön səthinin qançırı, üst dodağın selikli qişasının yarası” diaqnozu ilə, 12 avqust 2024-cü il tarixdə deşici təsirə malik alətinalətlərin təsirindən əmələ gəlmiş və törənən anda həyat üçün təhlükəli olduğu üçün bu əlamətə görə dərəcəsinə görə sağlamlığa ağır zərər vuran xəsarətlər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 avqust 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 29,120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 14 avqust 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 22 avqust 2024-cü il tarixli, 117/19 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs aralarında şəxsi münasibətlər (qısqanclıq) zəminində baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs Yevlax şəhəri, Əhmədağa Baxşıyev küçəsində, dəmir yolu xəttinin yaxınlığında xəsarət yetirməsi müəyyən olunmuş, lakin cinayətin aləti olmuş kustar üsulla hazırlanmış 01 ədəd biz formalı polad materiallı alətin və sınmış vəziyyətdə olan 01 ədəd şüşə butulkanın aşkar edilməsi mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizasının 27 sentyabr 2024-cü il tarixli 3/1377 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs hadisə vaxtı üzərində olmuş...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş donun və alt tumanının səthində rəyin tədqiqi hissəsində lokalizasiyası və sayı göstərilməklə təsvir edilən zədələr vardır. Həmin zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs hadisə vaxtı üzərində olmuş...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş donun və alt tumanının material xüsusiyyətindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından onların səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün deyildir. Təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində olmuş...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş köynəyin, şalvarın və maykanın üzərində trasoloji zədə yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 27 sentyabr 2024-cü il tarixli 6/4377 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən donun üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin üzərindən aşkar edilmiş yaşıl rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən donun tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 01 noyabr 2024-cü il tarixli 733/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu AB(1Y)-dir (xəstəlik tarixində olan qeyd-məlumata əsasən). Təqsirləndirilən şəxs şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqində onun qan qrupunun «İİ-PLUS» olması barəsində qeyd-məlumat vardır. Qan qruplarının hazırkı təsnifatına əsasən bu qeyd-məlumata görə onun qan qrupunun A(ll) olmasını söyləmək olar. Məhkəmə-bioloji ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus don, Təqsirləndirilən şəxs məxsus mayka, şalvar və köynəyin üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrində ABO sistemi üzrə qrup mənsubiyyətinin təyini zamanı Zərərçəkmiş şəxs məxsus don üzərində demək olar ki, bütün səthi boyu fasilələrlə yerləşmiş ləkələrdə, Təqsirləndirilən şəxs məxsus köynəyin ön səthində bir qədər solda, sol bayır-yan hissəsində və bu hissədən hissəvi olaraq arxa səthinə keçən ləkələrdə və sol qolu üzərində olan ləkələrdə «A» və «B» antigenləri alındı. Bu antigenlər ABO sisteminin dominant antigenləri olduqları üçün əsas antigen kimi istər tək, istərsə də birlikdə olmaqla qan qrupunu formalaşdırıb xarakterizə edirlər. Belə ki, yuxarıda göstərilən ləkələrdə birlikdə alınmış hər iki antigen AB(1Y) qruplu qanı formalaşdırdıqları üçün ləkələrin həmin qruplu şəxsə (şəxslərə) məxsus olmasını söyləmək olar və bu halda həmin ləkələrin ABO sistemi üzrə eyni qan qruplu Zərərçəkmiş şəxs məxsus olması mümkündür. Ləkələrin ölçü və xarakteri, yaranma mexanizmi nəzərə alınmaqla onların bir neçə şəxsin qarışmış qanı hesabına yaranma mümkünlüyü ehtimal olunarsa onların yaranmasında A(ll) qruplu şəxsin (şəxslərin) qan qarışığı da iştirak edə bilər. Bu halda isə həmin ləkələrdə Zərərçəkmiş şəxsnm qanı ilə birlikdə A(ll) qruplu, Təqsirləndirilən şəxs da qan qarışığının olması inkar oluna bilməz. Digər tədqiq olunmuş ləkələrdə, yəni Təqsirləndirilən şəxs məxsus mayka, şalvar və köynəyin ön səthinin aşağı hissələrində olan çəp zolaqvari formalı, arxa səthində zəif intensivlikli bir neçə kiçik, yaxalıq hissəsinin sol ucuna yaxın yerləşmiş ləkələrdə qan qrupunun təyini zamanı yalnız «A» antigeni alındı. Yuxarıda göstərildiyi kimi bu antigen dominant olub əsas antigen qismində tək halda A(ll) qan qrupunu formalaşdırıb xarakterizə edir və göstərilən halda bu ləkələr ABO sistemi üzrə həmin qan qruplu Təqsirləndirilən şəxs məxsus ola bilər. Bu ləkələrdə Zərərçəkmiş şəxs qan qrupunu xarakterizə edən digər əsas «B» antigeni aşkar olunmadığı üçün həmin ləkələrdə onun qanı inkar olunur. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus alt şalvarı (kapri) üzərində qəhvəyi rəngli effekt verən sahələrdə və Təqsirləndirilən şəxs məxsus şalvarın sol ayaq hissəsinin arxa səthində olan ləkələrdə qan aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 06 noyabr 2024-cü il tarixli 07/538/Ə nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizasından keçirilən zaman onda “döş qəfəsinin arxa səthinin sağ və sol yarısının boşluğa nüfuz edən iki ədəd deşilmiş-kəsilmiş yarası, sağ qasıq nahiyəsinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası və traxeyanın zədələnməsi ilə ağırlaşan boynun sağ yan səthinin bir ədəd kəsilmiş-deşilmiş yarası” diaqnozu ilə, 12 avqust 2024-cü il tarixdə deşici-kəsici alətin-alətlərin təsirindən əmələ gəlmiş, yetirilən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsinə görə sağlamlığa ağır zərər vuran, habelə “döş qəfəsinin arxa səthinin üç ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, sol qaşın bayır bucağının bir ədəd kəsilmiş yarası” diaqnozu ilə, 12 avqust 2024-cü il tarixdə deşici-kəsici alətin təsirindən əmələ gəlmiş və səhhətin qısa müddətə pozulmasına səbəb olduğu üçün dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran, həmçinin “üst dodağın selikli qişasının bir ədəd əzilmiş yarası, qasıqüstü nahiyənin və sağ baldırın yuxarı 1/3-nin ön səthinin iki ədəd qançırları” diaqnozu ilə, 12 avqust 2024-cü il tarixdə küt alətin-alətlərin təsirindən əmələ gəlmiş və sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin xarakteri, yerləşdiyi nahiyələr onu deməyə əsas verir ki, bu xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yetirilməsi istisna edilmir və xəsarətlər yetirilən zaman xəsarəti alan xəsarəti yetirənə görə müxtəlif vəziyyətdə ola bilərdi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 13 noyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 29,120.1-ci maddəsindən həmin Məcəllənin 29,120.2.4 və 29,120.2.8-ci maddələrinə tövsif edilmiş və barəsində CM-in 29,120.2.1, 29,120.2.2, 126.1 və 221.3-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi və təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında 14 noyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 29,120.2.4 və 29,120.2.8-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində CM-in 29,120.2.4 və 29,120.2.8-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək hamilə vəziyyətində olan Zərərçəkmiş şəxs qəsdən xüsusi amansızlıqla öldürməyə cəhd etdiyini etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində öz müdafiəsi üçün dəlillər gətirib CM-in qeyd olunan maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini və CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bildiyini deyərək əvvəllər arvadına qonşuluqda yaşayan şəxsin evinə getməməsini dediyini, lakin arvadının buna məhəl qoymayaraq hadisə baş verməmişdən əvvəl qonşuluqda yaşayan şəxsin evinə getdiyi üçün arvadının niyyətini səhv başa düşdüyünü, həmin vaxt sərxoş vəziyyətdə olduğunu, bu zaman qısqanclıq zəminində arvadı ilə aralarında mübahisənin baş verdiyini, arvadı onun və atasının ünvanına nalayiq ifadə işlətdiyi üçün əlində olan metal alət və şüşə butulka ilə arvadına qısqanclıq zəminində xəsarətlər yetirdiyini, lakin qeyd olunan vaxt arvadını öldürmək niyyətinin olmadığını, ibtidai istintaq zamanı ifadə verərkən huşunun özündə olmadığını və qeyd olunan səbəbdən də ibtidai istintaq zamanı məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli məzmunda ifadə verdiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində hadisə baş verən zaman təxminən 9-10 həftəlik hamilə olduğunu, hadisə baş verməmişdən təxminən 1 ay əvvəl bu barədə əri Təqsirləndirilən şəxs məlumat verdiyini, hadisədən 4-5 gün əvvəl əri Təqsirləndirilən şəxs spirtli içki qəbul edərək evə sərxoş vəziyyətdə gəldiyini, bu zaman aralarında dava-dalaşın olmaması üçün sonuncu sakitləşənədək çölə çıxdığına və ya qonşularının evinə getdiyinə görə sonuncunun onu qısqandığını, bu zəmində aralarında sözlü mübahisənin yarandığını, 12 avqust 2024-cü il tarixdə səhər saat 09 radələrində əri Təqsirləndirilən şəxsla birlikdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yevlax rayon filialına gedib oradan evə qayıdarkən saat təxminən 10 radələrində Yevlax şəhəri, Əhmədağa Baxşıyev küçəsində, dəmir yolu xəttinin yaxınlığında olarkən əri Təqsirləndirilən şəxs biz formalı alət ilə qəfildən onun kürək nahiyəsinə bir neçə zərbə vuraraq xəsarət yetirdiyini, bu zaman arxaya tərəf dönüb əri Təqsirləndirilən şəxs müqavimət göstərməyə başladığını, həmin vaxt təsadüfən azyaşlı oğlu Şahid3 da orada olduğunu, oğlundan kömək istədiyi üçün sonuncunun hadisənin baş verən küçədə yaşayan Şahid1 çağırdığını, Təqsirləndirilən şəxs onun müqavimətini qıraraq əlində olan biz formalı alət ilə onun boğaz nahiyəsinə və bədəninin digər nahiyələrinə zərbələr vuraraq ona xəsarətlər yetirməyə davam etdiyini, bu zaman sonuncunun onu öldürmək istədiyini dediyini, daha sonra aldığı xəsarətlərdən huşunu itirərək yerə yıxıldığını, gözlərini açdıqda isə xəstəxanada olmasının ona məlum olduğunu və baş vermiş hadisə zamanı aldığı xəsarətlərlə əlaqədar xəstəxanada əməliyyat olunduqdan sonra bətnindəki dölün düşdüyünü desə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində baş vermiş hadisədən iki-üç gün əvvəl övladının bətnində öldüyünü, səhhətində yaranmış problemlə əlaqədar Yevlax Rayon Mərkəzi Xəstəxanasına getdiyini, lakin hansı tarixdə getməsinin xatirində qalmadığını, övladının bətnində ölməsi barədə ərinin məlumatının olmadığını, ərinin onun hamilə olduğunu düşündüyünü, hadisə baş verən gündən əvvəlki gün əri ilə aralarında mübahisənin baş verdiyini, həmin vaxt ərini təhqir etdiyini, hadisənin qeyd olunan mübahisə zəminində baş verdiyini, dəmiryolu xəttinin kənarında baş vermiş mübahisə vaxtı ərinin ona metal alətlə xəsarət yetirdiyini, lakin neçə zərbə vurmasının xatirində qalmadığını, hadisə vaxtı oğlunun orada olmadığını, dəmir yığmaqla məşğul olduğunu, baş vermiş hadisəni görmədiyini, hadisədən sonra oğlunun atasını gördüyünü, atasının oğluna ona kömək etməsini dediyini, oğlunu hadisə yerinə çağırdıqdan sonra sonuncunun onun yanına gəldiyini, bu zaman artıq torpağın üzərində olduğunu, ona kömək etmək üçün digər şəxsləri çağırmasını oğluna dediyini, ibtidai istintaq zamanı ifadə verərkən huşunun özündə olmadığını, bu səbəbdən də ibtidai istintaq zamanı məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli məzmunda ifadə verdiyini, həmin vaxt ifadəsinə oxumadan imza etdiyini və qeyd olunan sənədlərin mahiyyətini bilmədiyini qeyd etmişdir. Şahid3 isə ibtidai istintaq zamanı verdiyi ifadəsində 2024-cü ilin yay aylarında səhər vaxtı yaşadığı evi tərk edib dəmir yolu xəttinin yaxınlığında yerləşən zibillik əraziyə getdiyini, orada olarkən təsadüfən atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs ilə birlikdə uzaqdan gəldiyini gördüyünü, həmin şəxslərə tərəf yaxınlaşdıqda atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs zərbə vurduğunu müşahidə etdiyini, lakin nə ilə zərbə vurduğunu görmədiyini, nəticədə Zərərçəkmiş şəxs yerə yıxıldığını, sonuncunun bədənindən qanın axmağa başladığını, anası Zərərçəkmiş şəxs onu görüb kömək istədiyini, orada yaşayan tanımadığı qadını köməyə çağırdığını, sonra həmin qadın ilə birlikdə atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs zərbə vurduğu yerə gəldiyini, atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs zərbə vuran zaman həmin yerə yaxın məsafədə dayandığından atası Təqsirləndirilən şəxs onun hadisəni gördüyünü müşahidə etdiyini düşündüyünü desə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hadisə baş verən gün atası ilə anasının birlikdə banka getdiklərini, hadisədən əvvəl anasının uzaqdan gəldiyini gördüyünü, lakin həmin vaxt atasının anasının yanında olmadığını, hadisə vaxtı tullantıları yığdığını, bu vaxt atasını görmədiyini, atası ilə anasının dalaşmasının şahidi olmadığını, baş hadisədən sonra anasının torpağın üzərində olduğunu gördüyünü, lakin bunun səbəbini bilmədiyini, anasından bu barədə soruşduğunu, lakin sonuncunun bunun səbəbini demədiyini, həmin vaxt atasını hadisə yerində görmədiyini və anası kömək etmək üçün digər şəxsləri çağırmasını ona dediyi üçün qonşuluqda yaşayan şəxsləri köməyə çağırdığını qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, ibtidai istintaq Təqsirləndirilən şəxs qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüş, Zərərçəkmiş şəxs ərinin, Şahid3 isə atasının cinayət məsuliyyətindən yayınmasına nail olmaq üçün qeyd olunan məzmunda ifadələr vermişlər. Belə ki, cinayət işinin materiallarında olan sübutlar onların dediklərini tam təkzib edir. Habelə cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadə verən zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və həmin hərəkətlərin qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı qeyd aparılmamışdır. Həmçinin ibtidai araşdırma aparılan zaman hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsaydılar bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçiyə məlumat verərdilər. Lakin adları qeyd olunan şəxslər bu barədə heç kəsə məlumat verməmişlər. Bundan başqa, Zərərçəkmiş şəxs barəsində tərtib olunmuş xəstəlik tarixində olan qeydlərdən də görünür ki, o, hadisə baş verən zaman 9-10 həftəlik hamilə olmuş, hadisə baş verən tarixədək hamiləliyi pozulmamış və infeksion xəstəliklərlə bağlı hamiləliyi pozulmuşdur. Eləcə də qeyd etmək zəruridir ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 03 nömrəli Qərarının (bundan sonra – Qərar) 2-ci bəndinə əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn, başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona xəyanət etməsini deməsindən sonra sonuncuya çoxsaylı zərbələr vuraraq sonuncunu qəsdən öldürmək niyyətində olması, nəticədə sonuncunun yerə yıxılıb huşsuz vəziyyətdə qalması səbəbindən sonuncunun öldüyünü düşünüb hərəkətlərini dayandırması, onun iradəsindən asılı olmayan səbəblərdən Zərərçəkmiş şəxs ölməməsi, bunlarla yanaşı məhz cinayətin üsulu kimi dəmir alətdən və şüşə qabın parçasından istifadə edilməsi, yetirilən bədən xəsarətlərinin sayı və həyat üçün mühüm orqana zərbə endirilməsi sonuncunun Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etməsinə dəlalət edir. Habelə qeyd etmək zəruridir ki, “xüsusi amansızlıq” anlayışına bu Qərarın 8-ci bəndində aydınlıq gətirilmişdir. Belə ki, bu Qərarın həmin bəndinə əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs oğlunun da orada olduğunu bilmiş, ardınca isə Zərərçəkmiş şəxs məhz oğlunun yanında dəmir alətlə və şüşə qabın parçası ilə zərbələr vuraraq sonuncunu öldürməyə cəhd etmişdir. Digər tərəfdən isə X7 Rəsulovaya məhz oğlunun yanında dəmir alətlə və şüşə qabın parçası ilə zərbələr vuraraq öldürməyə cəhd etməklə yaxınına xüsusi əzab verdiyini dərk etdiyindən qeyd olunanlar onun məhz xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd etdiyini təsdiq edir. Bu Qərarın 12-ci bəndinə əsasən, əməlin CM-in 120.2.8-ci maddəsi ilə tövsif edilməsi üçün işdə zərərçəkmiş şəxsin hamiləliyinin təqsirkara aşkar surətdə bəlli olması barədə məlumatların (qadının xarici əlamətləri, digər məlumatlar) olması zəruridir. Bu zaman qadının öldürülməsi nəticəsində dölün də məhv olub-olmamasının və cinayətin motivinin əməlin tövsifinə hər hansı təsiri ola bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hamilə olmasını bilərək sonuncunu qəsdən öldürməyə cəhd etməsi onun məhz qəsdən təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürməyə cəhd etməsini təsdiq edir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid3 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır, onları qəbul etmir və həmin ifadələri məsuliyyəti yüngülləşdirmək üçün müdafiə xarakterli ifadələr hesab edir. Əksinə adları qeyd olunan şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələrinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xüsusi amansızlıqla və özü üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin CM-in 29,120.2.4 və 29,120.2.8-ci maddələri ilə tövsifi düzgün hesab edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 29,120.2.4 və 29,120.2.8-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri cinayət etməyə cəhd olmaqla başa çatmamış cinayətlərdir, cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 29,120.2.4 və 29,120.2.8-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək baş vermiş hadisə ilə əlaqədar Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qarşı hər hansı şikayətinin və tələbinin olmadığını qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirini boynuna almaqla könüllü gəlmə haqqında 12 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə X9 Şöbəsinə gedərək törətdiyi cinayət əməlini etiraf etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir, 15 aprel 2012-ci ildə doğulmuş Zeytun Rəsulova, 02 avqust 2013-cü ildə doğulmuş Ömər Rəsulov, xx xxxxxxx 2014-cü ildə doğulmuş Şahid3, 21 noyabr 2016-cı ildə doğulmuş Şahmar Rəsulov, 04 oktyabr 2020-ci ildə doğulmuş Faiq Rəsulov və 05 avqust 2023-cü ildə doğulmuş Elman Rəsulov onun himayəsindədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir, 15 aprel 2012-ci ildə doğulmuş Zeytun Rəsulova, 02 avqust 2013-cü ildə doğulmuş Ömər Rəsulov, xx xxxxxxx 2014-cü ildə doğulmuş Şahid3, 21 noyabr 2016-cı ildə doğulmuş Şahmar Rəsulov, 04 oktyabr 2020-ci ildə doğulmuş Faiq Rəsulov və 05 avqust 2023-cü ildə doğulmuş Elman Rəsulov onun himayəsindədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Elektron prokurorluq” informasiya sistemindən çıxarılmış Təqsirləndirilən şəxs barəsində məhkumluq barədə məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə, könüllü gəlib təqsirini boynuna almasını və cinayətin açılmasına fəal kömək etməsini CM-in 59.1.10-cu maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini isə CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-in 60.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. CM-in 63.4-cü maddəsinə əsasən, cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 29,120.2.4 və 29,120.2.8-ci maddələrinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilinmədiyindən onun barəsində bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzasının ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. CM-in 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə CM-in 29,120.2.4 və 29,120.2.8-ci maddələrində göstərilən cinayət əməlləri xüsusilə ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 12 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və azadlığının faktiki məhdudlaşdırıldığı qeyd olunan tarixdə saat 10:50-dən tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 12 avqust 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 12 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 21 avqust 2024-cü il tarixli 1420 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş 21 avqust 2024-cü il tarixli 632 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 23 avqust 2024-ci il tarixli 613 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsindən əvvəl hər hansı xroniki psixi xəstəlik keçirməmişdir. O, təsvir olunmuş cinayət hadisəsini törədərkən anlaqlı olmuşdur. O, hadisəyə qədər, hadisəni törədərkən və hadisədən sonra öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. O, təsvir olunmuş cinayət hadisəsini törətdikdən sonra psixi xəstəlik keçirmir. Onun əməli CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun barəsində hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. O, cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 15 avqust 2024cü il tarixli 18-1-82/2-605/2024 nömrəli məktubdan və 21 avqust 2024-cü il tarixli PHŞ- 5106/24 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Psixonevroloji kabinetində qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən, cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 13 noyabr 2024-cü il tarixli qərardan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs üzərində olmuş 01 ədəd boz rəngli mayka, 01 ədəd ağ-boz rəngli qısaqol köynək və 01 ədəd cins materiallı tünd göy rəngli şalvar, Zərərçəkmiş şəxs məxsus 01 ədəd yaşıl rəngli don və 01 ədəd qara rəngli tuman həmin tarixdə maddi sübut qismində tanınmışdır və Yevlax Rayon Prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılır. CPM-in 132.1-ci maddəsinə əsasən, dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut olan və Yevlax Rayon Prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan, hadisə vaxtı Təqsirləndirilən şəxs üzərində olmuş 01 ədəd boz rəngli mayka, 01 ədəd ağ-boz rəngli qısaqol köynək və 01 ədəd cins materiallı tünd göy rəngli şalvar, Zərərçəkmiş şəxs məxsus 01 ədəd yaşıl rəngli don və 01 ədəd qara rəngli tuman hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 166 (yüz altmış altı) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən, məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 166 (yüz altmış altı) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.8-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 12 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət iş üzrə maddi sübut olan və Yevlax Rayon Prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan, hadisə vaxtı Təqsirləndirilən şəxs üzərində olmuş 01 ədəd boz rəngli mayka, 01 ədəd ağ-boz rəngli qısaqol köynək və 01 ədəd cins materiallı tünd göy rəngli şalvar, Zərərçəkmiş şəxs məxsus 01 ədəd yaşıl rəngli don və 01 ədəd qara rəngli tuman hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 166 (yüz altmış altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Tural Əfəndizadə Günay Aşurova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar