Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-105/2021 07.07.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X16 oğlu, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil X5, zərər çəkmiş şəxsin hüquqi varisi: X14, xx.xx.1996-cı il tarixdə Ağdaş rayonunun Xosrov kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, оrta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Xosrov kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 noyabr 2020-ci ildə saat 13 radələrində Ağdaş rayonu Xosrov kəndində yerləşən yaşadığı evin yataq otağında qardaşı X12 ilə aralarında yaranmış ailə münaqişəsi zəmnində X.Şahid2 onu döyməsindən əsəbləşərək otaqdakı pəncərənin qarşısından götürdüyü soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə X.Umarovu qəsdən öldürmək məqsədi ilə onun bədəninin müxtəlif nahiyələrinə qəsdən bıçaq zərbələri vurmaqla ona döş qəfəsinin ön sağ nahiyəsinin İİİ-İV qabırğaarası sağ ağ ciyərin yuxarı payının, sol bel nahiyəsinin, sol böyrək nahiyəsinin 2 ədəd daxilə keçən kəsilmiş-deşilmiş yaraları, sol bazunun yuxarı 1/3-nin bayır səthinin, sol sarğı nahiyəsinin, sol ənsə təpə nahiyəsinin yaraları, döş qəfəsinin ön sol nahiyəsinin V-Vİ qabırğası sahənin məmə xətti üzrə sıyrığı, döş qəfəsinin ön sol nahiyəsinin X qabırğa proyeksiyasının sıyrığı, sağ əlin baş barmağının iç səthinin sıyrığı, alnın sol nahiyəsinin sıyrığı ümumilikdə 7 ədəd daxilə keçməyən kəsilmiş-deşilmiş yaraları kimi canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından birlikdə dərəcəsinə görə sağlamlığa ağır zərər vuran cəmi 9 ədəd xəsarətlər yetirərək Xancan Umarovu qəsdən öldürmüş, yəni, X7 qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə CM-in 120.1-ci maddəsi ilə ona verilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ildə Ağdaş rayonu, Qarağan Şıxlar kənd sakini X10 ilə ailə həyatı qurmuş, birgə nikahdan 15.09.2017-ci il təvəllüdlü Rəşad və 13.12.2019-cu il təvəllüdlü Səid adlı 2 övladı olmuşdur. Təxminən 1 ilə yaxın müddətdir ki, həyat yoldaşı Səxavət Ələkbərovla qeyri-rəsmi ayrılaraq ata evinə yəni, Ağdaş rayonu Xosrov kəndində yerləşən evinə köçmüşdür. Həmin evdə atası Əmirxan, qardaşı Xancan, anası Reyhan, bacısı Jalə ilə birlikdə yaşamışdır. Onun 2 azyaşlı övladı və bacısı Jalənin də 1 azyaşlı övladı onlarla birlikdə həmin evdə qalmışdır. Mərhum qardaşı Xancan ruhi-əsəb xəstəliyindən əziyyət çəkməsi ilə əlaqədar olaraq mütəmadi olaraq hər gün onunla və digər ailə üzvləri ilə dalaşmış, onlarla mütəmadi mübahisələr edərək anası Reyhanı, atası Əmirxanı, bacısı Jaləni və onu mübahisə zamanı yumruq təpiklə döymüşdür. Qardaşı Xancanın təxminən 6 il əvvəl ailəsi dağılmış, həmin vaxtdan ailəsinin dağılmasında onları yəni, anası Reyhanı, atası Əmirxanı, onu, bacısı Jaləni və hətta Ağdaş şəhərində yaşayan digər bacısı Nabat Umarovanı günahlandırmışır. Bununla əlaqədar Ağdaş rayon Polis Şöbəsinə müraciətlər edilmiş, qardaşı Xancan barəsində çoxsaylı araşdırma aparılmışdır. Sonuncu dəfə Xancan anası Reyhanı döydüyünə görə Ağdaş rayon məhkəməsi tərəfindən 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, Xancan 6 ay azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra isə yenidən yaşadıqları evə qayıdaraq mütəmadi olaraq onu və digər adıçəkilən ailə üzvlərini nalayiq söyüşlərlə təhqir etmiş, onu və adıçəkilən ailə üzvlərini döymüşdür. Təxminən 1 ay müddətində Xancan ruhi-əsəb xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublikası Psixiatriya Mərkəzində müalicə olunaraq hadisədən 3-4 ay əvvəl Xancan evə buraxılmış, həmin vaxtdan etibarən yaşadığı evə gələrək hər gün anası Reyhanı, atası Əmirxanı, bacısı Jaləni və onu nalayiq söyüşlərlə hər gün təhqir etmiş, yaşadıqları evdə mütəmadi olaraq hər gün münaqişə yaratmış, onu və adıçəkilən ailə üzvlərini yumruqla, təpiklə döymüşdür. Sonuncu dəfə təxminən hadisədən 1 həftə əvvəl yaşadıqları evdə olarkən Xancan Umarov eyvanın altında əyləşən atası Əmirxanı heç bir səbəb olmadan nalayiq söyüşlərlə təhqir etmiş, sonra stolun üstündə olan stəkanı atası Əmirxanın başına vurmuşdur. Evləri 2 mərtəbəli, 4 otaqdan ibarət olmaqla 1-ci mərtəbədəki otaqların hər ikisi təmirsiz olduğu üçün həmin otaqlar saxlanc yerləri kimi istifadə olunmuşdur. 2-ci mərtəbədə olan otaqların hər ikisi isə təmirli olduğundan həmin otaqların birində qardaşı Xancan, digərində isə o, anası Reyhan, atası Əmirxan, 2 azyaşlı övladı, bacısı Jalə və onun 1 azyaşlı övladı yaşamışlar. 12 noyabr 2020-ci ildə saat 13 radələrində yaşadığı Ağdaş rayonu, Xosrov kəndində yerləşən evdə yataq otağında övladları Səid, Rəşad və bacısı Jalənin azyaşlı övladı Uğurla birlikdə televizora baxmış, həmin vaxt qardaşı Xancan da evin 2-ci mərtəbəsində qonşuluqda yerləşən otaqda olmuşdur. Xancana yemək verdikdən sonra ondan şirniyyat ilə cay istəmiş, o, isə evdə yalnız bacısı Jalənin bazardan aldığı 3 ədəd şirin çörək şirniyyatının olduğunu və həmin şirmiyyatı evdə olan 3 azyaşlı uşağa alındığını bildirmişdir. Xancan isə onun dediklərinə əhəmiyyət verməyib ayağa duraraq otaqda olan şüşəli mebelin üzərinə qoyulmuş həmin şirniyyatları götürmək istəmiş, bu zaman Xancanın qarşısına keçərək onun şirniyyatı götürməsinə mane olmuş və onu əlləri ilə itələyib bir daha uşaqlara alınmış şirniyyatı götürməməsini bildirmişdir. Xancan sifət nahiyəsinə 3-4 dəfə şillə və yumruqla vurmuş, həmçinin, Xancan həmin vaxt onun saçından tutaraq yerə yıxdıqdan sonra isə onu otağın içərisində sürümüşdür. Çətinliklə Xancanın əlindən çıxıb ayağa qalxaraq otağın giriş qapısının sağ tərəfində yerləşən sobanın yanına gedib odun sobasının sağ hissəsində yerləşən pəncərənin qarşısında olan mətbəx bıçağını əlinə götürərək həmin vaxt üzərinə gələn qardaşı Xancan Əmirxanovdan qorunmağa başlamış, bu zaman otaqda olan bacısı Jalə Xancanı arxadan tutaraq sonuncuya mane olmaq istəsə də, Jalə Xancanı saxlaya bilməmiş və Xancan üzərinə gəlməyə davam etmişdir. Xancan ona yaxınlaşıb yenidən onu yumruqla vurmaq istəyərkən sağ əlində olan mətbəx bıçağı ilə Xancanın sol qol nahiyəsinin yuxarı hissəsinə zərbə vurmuş, daha sonra Xancan onu vurmağından hədsiz dərəcədə əsəbləşib stolun üzərində olan stəkanı götürüb onun üzərinə atmaq istəyərkən Xancana yaxınlaşıb özünü müdafiə etmək məqsədi ilə sonuncunun döş nahiyəsinə bıçaqla bir daha zərbə vurmuşdur. Xancan döşəmənin üzərinə yıxılmış, bir neçə saniyə sonra yenidən ayağa qalxaraq əlindəki stəkanı stolun üzərinə qoyub bir daha onun üzərinə hücum eləmişdir. Həmin vaxt Xancan onu Jalənin yatdığı otağın sol hissəsində yerləşən çarpayının üzərinə yıxıb saç nahiyəsindən tutaraq baş nahiyəsinə yumruq və təpiklə zərbələr vurmuş, Xancan həmin vaxt sağ diz nahiyəsini boğazına dirəyərək onu boğmağa çalışmışdır. Bir daha özünü qorumaq üçün sağ əlindəki bıçaqla Xancanın baş nahiyəsinə zərbə vurmuş, Xancan həmin vaxt arxası üstə döşəməyə uzanmışdır. Ayağa qalxaraq otaqdan çıxmaq istəyərkən Xancan bir daha ayağa qalxıb onun üzərinə gəlmiş və sağ əlindən tutaraq əlini dişləmişdir. Sağ əli ilə Xancanın ağız hissəsindən kənara çəkib bıçaqla Xancanın arxa bel nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Xancan 2 çarpayının arasına döşəmənin üzərinə yıxılaraq bir daha ayağa qalxmamışdır. Jalə də həmin vaxt dəfələrlə araya girib Xancana mane olmağa çalışsa da, Xancana mane ola bilməmiş, Xancan Jaləni dəfələrlə kənara itələmişdir. Hadisə barədə anası Reyhana məlumat vermiş, bir neçə dəqiqə sonra isə onların səsinə qonşuluqda yaşayan Saqibə və Gülcahan gəlmişdir. Samirə təcili tibbi yardım xidmətinə məlumat vermiş, bir müddət sonra isə hadisə yerinə təcili tibbi yardım xidmətinin həkimləri, polis və prokurorluq əməkdaşları gəlmişlər. Özünü qardaşı Xancanın mütəmadi olaraq etdiyi qanunsuz, aqressiv və zorakı hərəkətlərindən qoruduğu üçün ona xəsarət yetirmiş, niyyəti qardaşı Xancan Əmirxanovu öldürmək olmamışdır. Dəfələrlə Xancan onu və adıçəkilən ailə üzvlərini öldürəcəyi ilə hədələmişdir. Törətdiyi əməldən səmimi peşmandır, törətdiyi əməli zərərçəkmiş qardaşı Xancanın qanunsuz hərəkətləri nəticəsində törətmiş, hadisə özünü müdafiə etməyə çalışdığı zaman baş vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X14 ifadəsində göstərmişdir ki, mərhum Xancan Umarov qardaşı oğlu olmaqla Xancan ruhiəsəb xəstəliyindən əziyyət çəkməsi ilə əlaqədar mütəmadi olaraq hər gün atası Əmirxan, anası Reyhan, bacıları Jalə və Ülkər ilə dalaşmış, sonuncularla mütəmadi mübahisələr etmişdir. Bu səbəbdən Xancanın adı çəkilən ailə üzvləri ilə münasibətləri pisləşmiş və nəticədə aralarında mütəmadi münaqişələr yaranmışdır. Həmin münaqişələr sonradan dava-dalaşa çevrilmiş, Xancan ailə üzvlərini yumruqla və təpiklə döymüşdür. Xancan barəsində çoxsaylı araşdırma aparılmış, sonuncu dəfə Xancan anası Reyhanı döydüyünə görə Ağdaş Rayon Məhkəməsi tərəfindən 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasını çəkdikdən sonra isə yenidən evlərinə qayıdaraq mütəmadi olaraq ailə üzvlərini nalayiq söyüşlərlə təhqir etmiş, ailə üzvlərini döyməyə davam etmişdir. 2020-ci ilin yay aylarında Xancan Umarov bir ay müddətində ruhi-əsəb xəstəliyi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublikası Psixiatriya Mərkəzində müalicə olunmuş, hadisədən bir müddət əvvəl Xancan Umarov xəstəxanadan evə buraxılmış, həmin vaxtdan etibarən yaşadığı evə gələrək hər gün anası Reyhanı, atası Əmirxanı, bacısı Ülkəri və Jaləni nalayiq ifadələrlə hər gün təhqir etmiş, yaşadıqları evdə mütəmadi olaraq hər gün münaqişə yaratmışdır. Xancanın onunla münasibətləri normal olmuş, dəfələrlə Xancana ailəsi ilə mehriban olmağı bildirsə də bunların faydası olmamışdır. Xancan hər zaman ona ailəsinin dağılmasında atası, anası və bacılarının günahkar olmasını bildirmişdir. Yaxınlıqda yaşadıqları üçün dəfələrlə qardaşı Əmirxanın evindən Reyhanın, Əmirxanın, Jalənin,Ülkərin və Xancanın qışqırıq səslərini eşitsə də Xancanın ailə üzvlərini döydüyünü görməmiş, bu barədə yalnız eşitmişdir. 12 noyabr 2020-ci il tarixdə saat 14-15 radələrində yaşadığı Ağdaş rayonu, Xosrov kəndində yerləşən evində olmuş, evdə olarkən kənd sakinlərindən Xancanın öldüyünü eşitmişdir. Qardaşı oğlu Xancanın ölümü ilə əlaqədar təqsirləndirilən şəxslə barışmış və sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 5 aya yaxın müddətdir ki, həyat yoldaşı Abbas Yusifovdan qeyri-rəsmi ayrılaraq ata evinə yəni, Ağdaş rayonu Xosrov kəndində yerləşən evinə köçmüşdür. Qardaşı Xancan ailəsi dağıdandan sonra onlarla yaşamış, ailəsinin dağılmasında onları günahlandırmışır. Xancan ruhi xəstə olmaqla mütəmadi olaraq ailədə münaqişə yaradaraq ailə üzvlərini döymüş, anasını döydüyünə görə məhkum olunmuşur. Xancan dəfələrlə xəstəliyi ilə əlaqədar müalicə olunmuşdur. 12 noyabr 2020-ci ildə Xancan Ülkərin verdiyi yeməyi yedikdən sonra sonuncudan çayla şirniyyat istəmiş, Ülkər isə evdə yalnız anası ilə birlikdə bazardan aldığı 3 ədəd şirin çörək şirniyyatının olduğunu və həmin şirniyyatların evdə olan 3 azyaşlı uşağa alındığını bildirmişdir. Xancan isə Ülkərin dediklərinə əhəmiyyət verməyib ayağa duraraq otaqda olan şüşəli mebelin üzərinə qoyulmuş həmin şirniyyatları götürmək istəmiş, həmin vaxt Ülkər Xancanın qarşısına keçərək sonuncunun şirniyyatı götürməsinə mane olmuş və Xancanı əlləri ilə itələyib bir daha uşaqlara alınmış şirniyyatı götürməməsini bildirmişdir. Xancan Ülkərin sifət nahiyəsinə 3-4 dəfə şillə və yumruqla vurmuş, həmin vaxt Xancan Ülkərin saçından tutaraq yerə yıxaraq Ülkəri otağın içərisində sürümüşdür. Ülkər həmin vaxt çətinliklə Xancanın əlindən çıxıb ayağa qalxaraq otağın giriş qapısının sağ tərəfində yerləşən sobanın yanına gedib odun sobasının sağ hissəsində yerləşən pəncərənin qarşısında olan mətbəx bıçağını əlinə götürərək həmin vaxt üzərinə gələn qardaşı Xancandan qorunmağa başlamışdır. Xancanı arxadan tutaraq sonuncuya mane olmaq istəsə də, saxlaya bilməmiş, Xancan Ülkərin üzərinə getməyə davam etmişdir. Xancan Ülkərə yaxınlaşıb yenidən yumruqla vurmaq istəyərkən Ülkər sağ əlində olan mətbəx bıçağı ilə Xancanın sol qol nahiyəsinin yuxarı hissəsinə zərbə ilə vurmuşdur. Xancan Ülkər tərəfindən vurulmasından hədsiz dərəcədə əsəbləşib stolun üzərində olan stəkanı götürüb Ülkərin üzərinə atmaq istəyərkən sonuncu Xancanın döş hissəsinə bıçaqla bir daha zərbə vurmuş, Xancan döşəmənin üzərinə yerə yıxılmışdır. Həmin vaxt yenidən Xancanı sakitləşdirmək və Ülkərin üzərinə getməməsi üçün tutmağa çalışsa da Xancan onu əli ilə kənara itələmiş, bir neçə saniyə sonra Xancan yenidən ayağa qalxıb əlindəki stəkanı stolun üzərinə qoyaraq bir daha Ülkərin üzərinə hücum etmişdir. Həmin vaxt Xancan Ülkəri otaqda onun yatdığı otağın sol hissəsində yerləşən çarpayının üzərinə yıxıb saçından tutaraq baş nahiyəsinə yumruq və təpiklə zərbələr vurmağa başlamış, həmçinin qardaşı Xancan həmin vaxt sağ diz nahiyəsini Ülkərin boğazına dirəyərək onu boğmağa çalışmış, yenidən Xancanı arxadan tutaraq kənara çəkməyə çalışsa da, Xancan yenidən onu əli ilə kənara itələmişdir. Həmin vaxt bacısı Ülkər bir daha özünü qorumaq üçün sağ əlindəki bıçaqla Xancanın baş nahiyəsinə zərbə vurmuş, Xancan isə həmin vaxt arxası üstə döşəməyə uzanmışdır. Ülkər həmin vaxt ayağa qalxaraq otaqdan çıxmaq istəyərkən Xancan bir daha ayağa qalxıb Ülkərin üzərinə getmiş, sonuncunun sağ əlindən tutaraq bıçağı əlindən almağa çalışıb əlindən dişləmişdir. Ülkər isə sağ əlini Xancanın ağız hissəsindən kənara çəkib bıçaqla Xancanın arxa bel nahiyəsinə bir dəfə zərbə vurmuş, bundan sonra Xancan 2 çarpayının arxasına döşəmənin üzərinə yıxılaraq bir daha ayağa qalxmamışdır. Dəfələrlə həmin vaxt Xancanı sakitləşdirməyə çalışsa da bu mümkün olmamış, Xancan hər dəfə Ülkəri kənara itələyərək Ülkəri yumruq, təpiklə vurmuş, saçından tutaraq döşəmədə sürüməyə çalışmışdır. Ümumiyyətlə həmin vaxt otaqda dəhşətli qarışıqılıq yaranmış, otaqda olan 3 azyaşlı uşaq ağlaşaraq qışqırmışdır. Dəfələrlə Xancan onu və adı çəkilən ailə üzvlərini öldürəcəyi ilə hədələmiş, “bu evdə ya siz qalacaqsız ya mən” demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 12.11.2020-ci ildə saat 13 radələrində qızı Jalə ona zəng edərək Xancanın Ülkəri döydüyünü və əlindən ala bilmədiyini demiş, evə gəldikdə isə Ülkər özünü müdafiə etmək üçün Xancanı bıçaqla vurduğunu bilmişdir. Xancan ruhi xəstə olmuş, mütəmadi olaraq onu, atasını, bacılarını döymüşdür. Hətta onu döydüyünə görə 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xancan dəfələrlə xəstəliyi ilə əlaqəar müalicə almış, ancaq nəticəsi olmamışdır. Həmçinin, Xancan son günlər hər gün mütəmadi olaraq ailə üzvlərindən onu, əri Əmirxanı, qızları Ülkər və Jaləni öldürəcəyi ilə hədələmiş, hətta Xancan “siz gecə yatanda evi yandırıb hamınızı öldürəcəm” demişdir. Şahid2 və Şahid4 məhkəmədə Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Şahid5 məhkəmədə ifadəsində göstərmişdir ki, Xancan ruhi-əsəb pozğunluğu ilə əlaqədar olaraq mütəmadi olaraq hər gün atası Əmirxan, anası Reyhan, bacıları Jalə və Ülkər ilə dalaşmış, onlarla mütəmadi mübahisələr etmiş, onları yumruq- təpiklə döymüşdür. 12 noyabr 2020-ci ildə saat 13 radələrində Jalə və Ülkərin evin içərisindən gələn uca səslərini eşitmiş, Jalə ilə Ülkərin ağladıqlarını eşitdiyi üçün dərhal yaşadığı evin həyətindən çıxaraq oraya getmişdir. Əmirxan Ülkərin evin 1-ci mərtəbəsində eyvanın altında ağladığını, “məni öldürürürdü, məni boğurdu, mən eləmədim, bilmədən oldu” kimi sözləri təkrarla dediyini, Jalənin isə evin 2-ci mərtəbəsində eyvanda 3 azyaşlı uşaqla birlikdə dayandığını, həmçinin, Əmirxanın həyətyanı sahədə daşın üzərində oturduğunu və ağladığını görmüşdür. Uşaqlar ağladığından Jalə onları sakitləşdirməyə çalışmış, Jalədən nə baş verdiyini soruşduqda sonuncu Xancanın ürəyi gedib yerə yıxıldığını demişdir. Daha sonra isə o, pilləkənlə evin 2-ci mərtəbəsinə qalxıb yataq otağının qapısını açmış və Xancanın üzü üstə yerdə uzanılmış vəziyyətdə olduğunu görmüşdür. Həyəcanlandığı və qorxuduğu üçün dərhal otağın qapısını örtmüş, evin 2-ci mərtəbəsində eyvanda olarkən oraya Reyhan gəlmişdür. Reyhan yuxarı qalxaraq Xancanı gördükdən sonra qışqırmağa və ağlamağa başlamış, bir müddət sonra isə hadisə yerinə təcili tibbi yardım xidmətinin həkimləri gələrək Xancanı müayinə edib sonuncunun öldüyünü bildirmişlər. Şahidlər Şahid7 və Şahid6 məhkəmədə şahid S.Q.Nəbiyevann ifadəsinə uyğun ifadə vermişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 12.11.2020-ci il tarixli 21 saylı rəyindən görünür ki, X6 bədənində olan xəsarətlərdən- döş qəfəsinin ön sağ nahiyəsinin, sol bel nahiyəsinin, sağ ağ ciyərin yuxarı payının və sol böyrək nahiyəsinin 2 ədəd daxilə keçən kəsilmiş-deşilmiş yaraları, sol bazunun yuxarı 1/3-nin bayır səthinin, sol sarğı nahiyəsinin, sol ənsə təpə nahiyəsinin yaraları, döş qəfəsinin ön sol nahiyəsinin V-Vİ qabırğası sahənin məmə xətti üzrə sıyrığı, döş qəfəsinin ön sol nahiyəsinin X qabırğa proyeksiyasının sıyrığı, sağ əlin baş barmağının iç səthinin sıyrığı, alnın sol nahiyəsinin sıyrığı ümumilikdə 7 ədəd daxilə keçməyən kəsilmiş deşilmiş yaraları cəmi (9 ədəd) deşici-kəsici alət (ola bilər bıçaq) təsirindən törənmiş, törənmə müddətləri 12.11.2020-ci il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından birlikdə sağlamlığa ağır zərər vuran xəsarətlərə aid olunurlar. Ayrı-ayrılıqda döş qəfəsinin ön sağ nahiyəsinin İİİ-İV qabırğaarası sahənin sağ ağ ciyərin yuxarı payının zədələnməsi ilə müşayət olunan daxilə keçən yarası, sol bel nahiyəsinin, sol böyrəyin zədələnməsi ilə müşayət olunan daxilə keçən yararsı həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aid olunurlar. Sol bazunun yuxarı 1/3-nin bayır səthinin, sol sarğı nahiyəsinin, sol ənsə təpə nahiyəsinin yaraları, döş qəfəsinin ön sol nahiyəsinin V-Vİ qabırğası sahənin məmə xətti üzrə sıyrığı, döş qəfəsinin ön sol nahiyəsinin X qabırğa proyeksiyasının sıyrığı, sağ əlin baş barmağının iç səthinin sıyrığı, alnın sol nahiyəsinin sıyrıqları sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. X4 meyitində aşkar olunan daxilə keçən yaraların yara kanallarının dərinliyi 12 sm-dir. Sol sarğı nahiyəsindəki yara kanallarının dərinliyi 5 sm-dir. Digər yara və sıyrıqlar səthi olduğundan yara kanallarının istiqaməti təyin olunmur. X6 ölümünə səbəb kəskin xarici və daxili qanitirmə olmuşdur. X6 meyitində aşkar olunan xəsarətlərin yerləşmə nahiyələri onun paltarlarında aşkar olunan zədələrin yerləşmə nahiyələrinə uyğun gəlir. X6 ölümü meyitin müayinəsindən ən azı 2 ən çoxu 6 saat əvvəl baş vermişdir. X6 meyitində aşkar olunan xəsarətlər ekspertizaya təqdim olunan bıçaqla yetirilə bilərlər. X6 meyitindən götürülən qanda 2,6 promilli etil spirti aşkar olunmuşdur. Aşkar olunan bu miqdar etil spirti canlı şəxsərdə rəsmi cədvəl üzrə ağır dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə uyğundur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 13.11.2020-ci il tarixli 670 rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunan xəsarətlərdən sağ əlin mil bilək oynağının iç səthinin sıyrıqları, küt alət (ola bilər dişlənmə), sağ əlin çəçələ barmağının bayır səthinin yarası, kəsici alət (ola bilər bıçağın kəsər hissəsi), sağ əlin İV barmağının üst səthinin sıyrıqları, kiçik təsir səthli küt alət (ola bilər bıçağın tiyəsinin ucu) təsirindən törənmiş, törənmə müddətləri 12.12.2020-ci il tarixə uyğun gəlir, həm birlikdə həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarət olduqlarından dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 22.01.2021-ci il tarixli 38/10 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini ölçüb-biçərək onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtirarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 22.01.2021-ci il tarixli 54 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş lifli materialların məhkəmə kriminalistik ekspertizasının 11 fevral 2021-ci il 6/494 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin, 01 ədəd şalvarın, 01 ədəd köynəyin, X8 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd sviterin, 01 ədəd köynəyin, Şahid3 Ələkbər qızına məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın və 01 ədəd xalatın səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 N-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarının səthi üzərindən aşkar edilmiş tünd boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X8 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş X8 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, X8 məxsus olduğu qeyd edilən sağ və sol əlin barmaqlarının dırnarlarından kəsilərək götürülmüş dırnaq kəsintilərində kənar lif mikrohissəcikləri və həmçinin Təqsirləndirilən şəxs, Şahid3 Ələkbər qızına məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəməballistik və trasoloji ekspertizasının 05 fevral 2021-ci il tarixli 3/81, 3/82 N- il rəyindən görünür ki, təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs X8 aid” yazıları olan bağlamadan aşkar edilmiş sviterin, qısaqol köynəyin, səthində rəyin tədqiqi hissəsində lokalizasiyası göstərməklə təsvir edilən zədələr vardır. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs X8 aid” yazıları olan bağlamadan aşkar edilmiş sviterin, qısaqol köynəyin səthində olan zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin, (o cümlədən təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs X8” aid yazıları olan bağlamadan aşkar edilmiş sviterin, qısaqol köynəyin səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Üzərində “Zərərçəkmiş şəxs X8 aid” yazıları olan bağlamadan aşkar edilmiş sviterin, qısaqol köynəyin, material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün olmadı. Təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aid” yazıları olan bağlamadan aşkar edilmiş geyim əşyalarının, üzərində “Şahid3” yazıları olan bağlamadan aşkar edilmiş paltarların səthində trasoloji zədələr yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəməbioloji ekspertizasının 11 dekabr 2020-ci il tarixli 903/2020 saylı rəyindən görünür ki, X6 ABO sistemi üzrə qan qrup göstəricisi: Oalfa, beta (İ). Şahid3 ABO sistemi üzrə qan qrupu göstəricisi: A(İİ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu göstəricisi: O(İ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim olunmuş Şahid3 məxsus xalat, şalvar, Təqsirləndirilən şəxs məxsus idman şalvarı və 02 ədəd pambıq tampon üzərində qan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız “H” antigeni alındı. Belə olan halda bu qan ləkələri Oalfa, beta (İ) qruplu şəxsə, o cümlədən də X8 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda hadisə zamanş qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu barədə məlumat yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cinayət işi materiallarına əlavə edilmiş AZ-İV 376027 və AZ-İV 091072 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs 15.09.2017-ci il təvəllüdlü X9 və 13.12.2019-cu il təvəllüdlü X11 adlı 2 azyaşlı övladı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 18 yanvar 2021-ci il tarixli SDS-15/21 saylı məktubundan görünür ki, X6 barəsində 2016-cı ildə Ağdaş rayon məhkəməsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə, 2018-ci və 2019-cu illərdə CM-nin 128-ci maddəsi ilə cinayət işlərinə baxılmışdır. Eləcə də, ailə üzvləri tərəfindən edilmiş müraciətlər əsasında Xancan Umarov barəsində 2018-ci ildə CM-in 128-ci maddəsi ilə ********* nömrəli, 2019-ci ildə CM-in 128-ci maddəsi ilə ********* nömrəli və 2019-ci ildə CM-in 128-ci maddəsi ilə ********* nömrəli məhkəməyədək sadələşdirilmiş icraat materialları başlanılmış və araşdırma aparılmışdır. 11.09.2019-cu il tarixdə ********* nömrəli məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə təqsirləndirilən şəxs X25 rayon Məhkəməsinin qərarına əsasən 6 ay müddətinə həbs edilmişdir. X1 barəsində 13.06.2020-ci il tarixli HK-1/631 nömrəli material üzrə 09.07.2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin rədd edilməsi haqıında qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X23 13 noyabr 2020-ci il tarixli 1271 saylı və 02 dekabr 2020-ci il tarixli 1368 saylı məktublarından görünür ki, Ağdaş rayonu, Xosrov kənd sakini X12 20.06.2014-cü il tarixdən xəstəxananın poliklinika şöbəsində “Situasiya ilə əlaqədar isteriki reaksiya” diaqnozu ilə qeydiyyatdadır. X.Umarov sonuncu dəfə 06.05.2020-ci il tarixdə həkim psixiatr Tahir Nəbiyevə müraciət etmiş, xəstəyə həkim tərəfindən “Davranış pozuntuları” diaqnozu ilə ambulator müalicə yazılmış, 01.07.2020-ci iltarixdən 22.07.2020-ci il tarixədək “Situasiya əlaqədar isteriki reaksiya diaqnozu ilə 1 saylı Respublika Psixiatriya xəstəxanasında stasionar müalicə almışdır. Xəstə stasionar müalicədən sonra ambulator müalicə üçün müraciət etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X13 Şəxsin 12.12.2020-ci il trixli 8626 saylı məktubundan görünür ki, 13.07.1988-ci il təvəllüdlü X12 arxiv məlumatına görə 01.07.2020-ci il tarixdə yuxarıda adı göstərilən xəstəxanaya “Situasiya əlaqədar isteriki reaksiya” diaqnozu ilə müalicəyə qəbul olunub 22.07.2020-ci il tarixdə xəstəxanadan evə yazılıb. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Xosrov kənd inzibati ərazi darisəi üzrə nümayəndəliyindən təqdim edilmiş 26 noyabr 2020-ci il tarixli 562 saylı X6 yaşayış yeri, ailə tərkibi haqqında arayışlardan və xasiyyətnamədən görünür ki, o, Ağdaş rayonu, Xosrov kəndində ailə üzvləri bacısı Təqsirləndirilən şəxs, atası Şahid2, anası Şahid1, bacısı Şahid3 ilə birgə yaşamış, Şahid2 Xancan oğlu kənddə yaşadığı müddətdə xüsusi nüfuzu olmamış, müsbət xarakterizə olunmamış, qonşularına və ailə üzvlərinə qarşı xoşagəlməyən hərəkətlər etmişdir. Onun haqqında nümayəndəliyə dəfələrlə kənd sakinləri və ailə üzvləri tərəfindən şifahi formada şikayətlər daxil olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdaş RPŞ-nin 10.08.2020-ci il tarixli 5/132-12471-1220 saylı keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsinə dair məlumatlarından görünür ki, keçirilmiş tədbirlər zamanı Aparılmış araşdırma zamanı, Ağdaş rayonu Xosrov kəndində yaşayan, 15.05.1987-ci il təvəllüdlü X6 tüfeyli həyat tərzi keçirməklə, yaşadığı Xosrov kəndi ərazisində mənfi xarakterizə olunan şəxs kimi tanınması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2020-ci tarixdə saat 1505-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 13 noyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 12 noyabr 2020ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiə tərəfinin iddia etdiyi kimi əməlində zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə cinayətinin tərkib əlamətləri yoxdur. Belə ki, cinayət qanunvericiliyinin mənasına görə zəruri müdafiə dedikdə şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət nəzərdə tutulur. Qanunvericiliyin mahiyyətindən doğduğu kimi zəruri müdafiə vəziyyətində törədilmiş əməl qəsdin və müdafiə zamanı törədilən hərəkətlrin bir sıra şərtlərinə cavab verməlidir. Birinci, ictimai təhlükəli qəsd mövcud olmalıdır. İkincisi, qəsd hüqaqzidd olmalıdır. Üçüncüsü, qəsd real olmalıdır. Dördüncüsü, zəruri müdafiə zamanı zərər bilavasitə qəsd edənə vurulmalıdır. İctimai təhlükəli qəsdlə vurulan zərər bərabər va ya zərər ictimai təhlükəli qəsddən artıq ola bilər. CM-in 36.3-cü maddəsinə əsasən qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Xancan Umarovun bədən səthində aşkar edilmiş xəsarətlər bir daha onu deməyə əsas verir ki, sonuncu bacısı Təqsirləndirilən şəxs hücum edərək sonucunu döysə də onun tərəfindən törədilmiş qəsd artıq başa çatmış və Təqsirləndirilən şəxs həyatına olan təhlükə artıq aradan qalxmışdır. Belə ki, Ülkər Əlkbərova ifadəsində qardaşı Xancanın onu yerə yıxaraq ayaqları ilə onun boynundan sıxdığını, baş nahiyyəsinə zərbələr vurduğunu göstərsə də məhkəmə-tibb ekspertizasının rəyi ilə onun bədən səthində göstərilən xəsarətlərə uyğun xarakterik əlamətlər aşkar edilməmiş, Təqsirləndirilən şəxs və Şahid3 ifadələrində göstərdikləri xüsusatlar iş materialları ilə təsdiq edilməmişdir. Xancan Umarovun bədənində aşkar olunmuş döş qəfəsi, sol bel nahiyəsi, sol bazu, sol ənsə təpə nahiyyələrində bıçaqla yetirilməyə xarakterik olan deşilmiş-kəsilmiş yaralar və digər cəmi doqquz ədəd xəsarətlər də bir daha Təqsirləndirilən şəxs hərəkətlərində zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmənin əlamətlərinin olmasını istisna edir. Beləliklə məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 120.1-ci maddəsinə tövsifi ilə razılaşır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını, cinayəti ölmüş zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törətməsi, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, cəzasının əvvəli şübhəli şəxs kimi həbsə alındığı 12 noyabr 2020-ci il tarixdən hesablanmalı və CMin 56.1.3-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunacaq əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 232,60 AZN (iki yüz otuz iki manat, altmış qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan və Ağdaş rayon prokurorluğunda saxlanılan 1 (bir) ədəd boz rəngli üzərində qara haşiyələri olan sintetik materiallı sviter,1 (bir) ədəd göy rəngli üzərində qara haşiyələri olan qısaqol köynək, 1 (bir) ədəd qara rəngli cins şalvar sahibi Təqsirləndirilən şəxs, 1 (bir) ədəd qırmızı rəngli xalat və 1 ədəd boz-qəhvəyi rəngli şalvar sahibi Şahid3 qaytarılmalı, 2 (iki) ədəd pambığa hopturulmuş qan nümunələri, 1 (bir) ədəd ümumi uzunluğu 23 sm olan mətbəx bıçağı, zərərçəkmiş şəxs Xancan Umarova məxsus sağ və sol əl dırnaq kəsintiləri, 1 (bir) ədəd tünd göy rəngli uzunqol köynək, 1(bir) ədəd qara rəngli uzunqol gödəkçə, üzərində qan ləkələri olan 1(ədəd ) göy rəngli idman şalvarı məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1, 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi həbsə alındığı 12 noyabr 2020-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 232,60 AZN (iki yüz otuz iki manat, altmış qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Ağdaş rayon prokurorluğunda saxlanılan Ağdaş rayon prokurorluğunda saxlanılan 1 (bir) ədəd boz rəngli üzərində qara haşiyələri olan sintetik materiallı sviter, 1 (bir) ədəd göy rəngli üzərində qara haşiyələri olan qısaqol köynək, 1 (bir) ədəd qara rəngli cins şalvar sahibi Təqsirləndirilən şəxs, 1 (bir) ədəd qırmızı rəngli xalat və 1 ədəd boz-qəhvəyi rəngli şalvar sahibi Şahid3 qaytarılsın, 2 (iki) ədəd pambığa hopturulmuş qan nümunələri, 1 (bir) ədəd ümumi uzunluğu 23 sm olan mətbəx bıçağı, zərərçəkmiş şəxs Xancan Umarova məxsus sağ və sol əl dırnaq kəsintiləri, 1 (bir) ədəd tünd göy rəngli uzunqol köynək, 1(bir) ədəd qara rəngli uzunqol gödəkçə, üzərində qan ləkələri olan 1(ədəd ) göy rəngli idman şalvarı məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Rafail Əliyev (məruzəçi): Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-105/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-105/2021
07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver