Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-105/2022 17.05.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı müdafiəçilər: Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1975-ci ildə Ucar rayonun Bərgüşad kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul оlan, orta təhsilli, Ucar rayonu Bərgüşad kəndində qeydiyyatda оlmaqla həmin ünvanda yаşаmış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən, təxminən 8-10 ədəd narkotik tərkibli çətənə bitkisi toxumlarını əldə edib özündə saxlamış, 2021-ci ilin aprel ayında dəqiq tarixi istintaqa məlum olmayan günlərin birində yaşadığı Ucar rayonu Bərgüşad kəndində yerləşən evinin həyətyanı sahəsində özündə olan həmin toxumları səpib, üzərinə peyin töküb sulamaqla 7 ədəd şitillərini bitirmiş, keçən müddət ərzində həmin şitilləri qanunsuz olaraq sulamaqla, diblərini alaq otlarından təmizləməklə və sair üsullarla aqrotexniki qaydada qulluq edib yetişdirərək kultivasiya etmiş, 2021-ci ilin oktyabr ayında dəqiq tarixi yadında qalmayan günlərin birində kultivasiya etdiyi həmin 7 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkilərini köklü halda çıxararaq yaşadığı evin həyətyanı sahəsində evinə bitişik vəziyyətdə yerləşən çardağın altında qurutmuş, ümumi təmiz çəkisi 490,43 qram olan qurutduğu eyni tərkibli bitkilərdən 150 sm hündürlüyündə və 75,43 qram çəkidə olan 1 ədədini həmin çardağın altında istifadə etmədiyi köhnə dəmir samovarın içərisində, 170 sm hündürlüyündə və 415,00 qram çəkidə olan 1 ədədini isə yaşadığı evdə olan otaqların birində çarpayının altında gizlədib saxlamış, qalan 5 ədəd çətənə bitkilərinin yararsız hissələrini yaşadığı evin həyətyanı sahəsində ocaqda yandırmış, həmin bitkilərin yararlı hissələrini isə kustar üsulla hazırlamaqla, ümumi təmiz çəkisi - 1056,41 qram külli miqdarda eyni tərkibli qurudulmuş marixuanalardan- 1 ədəd sarı rəngli sellofan torbada, təmiz çəkisi 520,00 qram olan qurudulmuş marixuananı yaşadığı evin yataq otağında yerləşən çarpayıdakı döşəklərin arasında, 4 ədəd şüşə bankalarda ayrı-ayrılıqda təmiz çəkiləri 66,63 qram, 79,59 qram, 60,14 qram və 90,21 qram olan və 1 ədəd şüşə balonda təmiz çəkisi 201,57 qram olan qurudulmuş marixuanaları həmin çarpayının altında, 1 ədəd kağız zənbilin içərisində - 09(doqquz) ədəd müxtəlif rənglərdə olan kibrit qutularında, ayrıayrılıqda təmiz çəkiləri 4,34 qram, 3,92 qram, 1,68 qram, 5,61 qram, 5,11 qram, 4,40 qram, 6,43 qram, 2,84 qram və 3,94 qram olan qurudulmuş marixuanaları isə həmin otaqda yerləşən televizorun arxasında satış məqsədi ilə qanunsuz olaraq saxlamış, 11 noyabr 2021-ci il tarixdə saat 16 radələrində Ucar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq əkib kultivasiya etdiyi çətənə bitkilərindən, ümumi təmiz çəkisi 490,43 qram quru vəziyyətdə olan 2 (iki) ədəd çətənə (kannabis) bitkiləri və ümumilikdə əkib kultivasiya etdiyi 7 ədəd çətənə bitkilərindən satış məqsədi ilə toplayıb kustar üsulla hazırlayaraq qanunsuz olaraq əldə etdiyi və yaşadığı ünvanda qanunsuz olaraq külli miqdarda saxladığı - ümumi təmiz çəkisi 1056,41 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 noyabr 2021-ci il tarixdə yaşadığı Ucar rayonu Bərgüşad kəndindəki evinin qarşısında onu saxlayıb evinin arxa hissəsinə aparmış, arvadı Xəyalə Məcidovadan evdən çıxmasını tələb etmişlər. Arvadı evdən getdikdən sonra onu evə aparmış, əvvəlcə evdə olan samovarın içərisində iki ədəd çətənə bitkisi, sonra balonların içərisində saxladığı narkotik vasitə olan marixuana aşkar edilmişdir. Kibrit qutusunda olan narkotik vasitə marixuana ona məxsus olmamış, samovarda aşkar edilmiş bitkiləri məhv etmək məqsədilə gətirmişdir. Aşkar olunan narkotik vasitəni özü istifadə etmək üçün saxlamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabroktyabr aylarında dəqiq tarixini xatırlamadığı vaxtda yaşadığı kəndin ərazisində çöllükdə hazırda yeri yadında qalmayan yerdə mal otararkən 1 ədəd yabanı halda narkotik tərkibli çətənə bitkisinə rast gəlmiş, həmin bitkinin yarpaqlarından yığaraq bir dəfə istifadə etmişdir. Eyni zamanda həmin bitkinin 8-10 ədəd toxumunu götürüb özündə saxlamış, 2021-ci ilin aprel ayınının axırlarında dəqiq tarixini xatırlamadığı günü həmin toxumları yaşadığı evin həyətyanı sahəsində əkmişdir. Əkdiyi toxumları sulayaraq diblərinə peyin vermiş, qulluq etdiyi üçün 7 ədəd çətənə bitkisi ştilləri əmələ gəlmişdir. Həmin ştillərə də keçən müddət ərzində qulluq etmiş, 7 ədəd çətənə bitkisini yetişdirmişdir. Yetişdirdiyi həmin bitkiləri 2021-ci ilin oktyabr ayında dəqiq tarixini xatırlamadığı gündə əkdiyi yerlərdən çıxararaq yaşadığı ünvanda evinin arxasında yerləşən çardaqda qurutmuş, qurutduğu həmin bitkilərdən 1 ədədini həmin çardağın altında olan köhnə işlətmədiyi dəmir samovarın içərisində, digərinin isə yaşadığı evin otağının birində çarpayının altında gizlətmişdir. Qalan bitkilərin yararsız hesab etdiyi hissələrini yandırsa da, yararlı hissələrini yaşadığı evin yataq otağında çarpayının döşəklərinin arasında 1 ədəd sarı rəngli sellofan torbada, həmin çarpayının altında 4 ədəd 1 kq-lıq, 1 ədəd 3 kq-lıq şüşə balonlarda, eləcə də həmin otaqda televizorun arxasında 9 ədəd kibrit qutularında yığaraq saxlamışdır. Həmçinin həmin kibrit qutularının yanında 1 ədəd xırda ağ rəngli sellofan torbada əkdiyi narkotik tərkibli çətənə bitkilərinin toxumlarını da yığıb saxlamış, saxladığı narkotik vasitələri şəxsi istifadə məqsədilə hissələrə bölmüşdür. 11 noyabr 2021-ci il tarixdə saat 16 radələrində yaşadığı ünvanda olarkən Ucar rayon Polis Şöbəsinin əməkdaşları gələrək özlərini təqdim edib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində və narkotik tərkibli bitkiləri qanunsuz əkib-becərməkdə şübhəli olduğunu bildirərək ondan yaşadığı ünvana baxış keçirəcəklərini bildirmişlər. Polis əməkdaşlarına yaşadığı ünvana baxış keçirilməsinə razılıq verdikdən sonra polis əməkdaşları tərəfindən yaşadığı ünvana videoçəkilişlə baxış keçirilən zaman yuxarıda qeyd etdiyi narkotik tərkibli çətənə bitkisi və marixuana aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Ucar rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 оğlu ifadəsində göstərmişdir ki, 11 noyabr 2021-ci il tarixdə Ucar rayonu Bərgüşad kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi, satışı və əkib-becərməsi ilə məşğul olması, yaşadığı evdə və evin həyətyanı sahəsində olan yardımçı tikililərdə külli miqdarda narkotik vasitə saxlaması, həyətində narkotik vasitələr əkib-becərməsi haqqında daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan Ucar rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Şahid2, X1 baş inspektoru Şahid3 Namıdar oğlu, Post Patrul Xidmət Bölüyünün manqa komandiri X4 və polis nəfəri Şahid5 ilə birlikdə sааt 16 rаdələrində Təqsirləndirilən şəxs yaşadığı Ucar rayonu Bərgüşad kəndindəki evə gеtmiş, özlərini Təqsirləndirilən şəxs təqdim еdərək sonuncunun narkotik vasitələrin qanunsuz istifadəsi, satışı və əkib-becərməsi ilə məşğul olması, yaşadığı evdə və evin həyətyanı sahəsində olan yardımçı tikililərdə külli miqdarda narkotik vasitə saxlaması, həyətində narkotik vasitələr əkib-becərməsi bаrədə əməliyyat məlumatının оlduğunu və bunа görə də yaşadığı evə və evin həyətyanı sаhəsində olan yardımçı tikililərə bаxış kеçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı еvə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını deyərək bu barədə ərizə ilə müraciət etdikdən sonra yaşayış evinə baxış keçirilən zaman evə bitişik çardağın altında köhnə işlənməyən 1 ədəd samovarın içərisindən 1 ədəd sınıq və əzilmiş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkisinə bənzər bitkini, evin ikinci otağından çarpayının altından 1 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinə bənzər bitkini, eləcə də yataq otağında yerləşən çarpayının üzərində olan döşəklərin arasından 1 ədəd sarı rəngli sellofan torbada, həmin çarpayının altında 4 ədəd 1 kiloqramlıq və 1 ədəd 3 kiloqramlıq olmaqla ümumilikdə 5 ədəd şüşə balonlarda, eləcə də həmin otaqda televizorun arxasında 1 ədəd kağız zənbilin içərisində 9 ədəd kibrit qutularında narkotik vasitə qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütlələri və həmin zənbilin içərisində 1 ədəd xırda ağ rəngli sellofan torbanın içərisindəki bitki toxumlarını təqdim etmişdir. Aşkar olunan predmetlər müvafiq qaydadada qablaşdırılmaqla götürülmüş, Təqsirləndirilən şəxs şifahi sorğu zamanı çöl sahəsindən yabanı halda əldə etdiyi toxumlardan yaşadığı evin həyətyanı sahəsində əkdiyini, həmin toxumlardan əmələ gəlmiş 7 ədəd narkotik tərkibli bitkini becərdiyini, həmin bitkilərdən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana kütlələrini əldə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, bitkiləri əkdiyi yerləri də göstərəcəyini bildirmişdir. Bunun ardınca isə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən narkotik tərkibli çətənə(kannabis) bitkisinə bənzər bitkiləri əkdiyini göstərdiyi yerlərdən 1 ədəd sellofan torbada torpaq nümunələri götürülməklə müvafiq qaydada qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi davam etidirilsə də oradan qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Ucar rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Şahid2, X1 baş inspektoru Şahid3 Namıdar oğlu, Post Patrul Xidmət Bölüyünün manqa komandiri X4 və polis nəfəri Şahid5 eyni məzmunlu ifadələr verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 12 noyabr 2021-ci il tаrixli, 17/800 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 02 (iki) ədəd sintetik kisələrin içərisindəki, hündürlükləri 150 sm və 170 sm, quru vəziyyətdə təmiz çəkiləri- 415,00 qram və 75,43 qram olan 02 (iki) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “...Təqsirləndirilən şəxs yaşadığı ünvandan götürülmüş 5 ədəd bankada kütlələr.” sözləri yazılmış 01 (bir) ədəd göy rəngli sellofan torbanın içərisindəki, 1-dən 5-ə qədər rəqəmlərlə işarələnmiş 04 (dörd) ədəd şüşə bankalarda və 01 (bir) ədəd şüşə balonda, müvafiq olaraq, ayrı-ayrılıqda təmiz çəkiləri- 66,63qr., 79,59qr., 60,14qr., 90,21qr., və 201,57qr., ümumi təmiz çəkiləri- 498,14 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “...Təqsirləndirilən şəxs yaşadığı ünvandan götürülmüş kütlə 1 ədəd sarı rəngli sellofan torbada” sözləri yazılmış 01 (bir) ədəd .əffaf sellofan torbanın içərisindəki 01 (bir) ədəd sarı rəngli sellofan torbada, təmiz çəkisi- 520,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sellofan torbanın içərisindəki, 1-dən 9-a qədər rəqəmlərlə işarələnmiş 09 (doqquz) ədəd kibrit qutularında, müvafiq olaraq, ayrı-ayrılıqda təmiz çəkisi- 4,34qr., 3,92qr., 1,68qr.,5,61qr., 5,11qr., 4,40qr., 6,43qr., 2,84qr. və 3,94 qr., ümumi təmiz çəkiləri- 38,27 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin sellofan torbanın içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, ümumi təmiz çəkiləri- 12,32 qram olan bitki toxumları narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sellofan torbanın içərisindəki torpaq nümunəsində olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyildir. Çətənə bitkisinin toxumları narkotik vasitələrə aid olmadığından onların bir-biri ilə və təqdim olunmuş çətənə bitkiləri ilə müqayisəli tədqiqatı aparılmadı. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd çətən bitkiləri, 05 (beş) ədəd şüşə balonlarda, 01 (bir) ədəd sarı rəngli sellofan torbada və 09 (doqquz) ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidilər. Tədqiqata təqdim olunmuş nümunəsinin strukturu və münbitliyi həmin torpaqda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 03 fevral 2022-ci il tarixli 147 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının 17 noyabr 2022-ci il tarixli 696 №-li ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs оğlu hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayraq, o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Məhkəmə iclasında tədqiq edilmiş 11 noyabr 2021-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokol və ona əlavə edimiş videoçəklişin olduğu DVD diskdən görünür ki, 11 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı Ucar rayonu Bərguşad kəndindəki evinə baxış zamanı evə bitişik quraqlığın (çardaq) altında köhnə işlənməyən 1 ədəd samovarın içərisindən 1 ədəd sınıq və əzilmiş vəziyyətdə narkotik tərkibli bitkiyə bənzər bitkinin, evin ikinci otağından çarpayının altından 1 ədəd narkotik tərkibli bitkiyə bənzər bitkinin, eləcə də yataq otağında yerləşən çarpayının üzərində olan döşəklərin arasından 1 ədəd sarı rəngli sellofan torbada, həmin çarpayının altında 4 ədəd 1 kiloqramlıq və 1 ədəd 3 kiloqramlıq olmaqla ümumilikdə 5 ədəd şüşə balonlarda, eləcə də həmin otaqda televizorun arxasında 1 ədəd kağız zənbilin içərisində 9 ədəd kibrit qutularında narkotik tərkibli vasitəyə bənzər yaşıl rəngli kütlələr və həmin zənbilin içərisində 1 ədəd xırda ağ rəngli sellofan torbanın içərisində narkotik tərkibli bitkiyə bənzər bitkinin toxumları aşkar olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ucar rayon məhkəməsinin 08.07.2014-cü il tarixli hökmü ilə CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 15.01.2016-cı il tarixdə cəzanın sonu ilə azad edilmişdir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs cəzanı çəkib qurtardığı gündən iki il keçdiyinə görə məhkumluğu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ucar rayon İcra Hakimiyyəti Başçısının Bərguşad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ucar rayonu Bərguşad kəndində yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 11 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1906-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 13 noyabr 2021-ci il tarixli Ucar Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni satış məqsədi olmadan saxlamasına və aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinin yararsız olmasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə aşkar olunmuş narkotik vasitənin miqdarı, ayr-ayrı yerlərdə, şüşə qablarda, kibrit qutularında saxlanılması, məhkəmə-bioloji ekspertizasının rəyi və işdə olan digər sənədlər əsas verir. Bundan başqa məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməlində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkisinin kultivasiya edilməsi də təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində evində evində aşkar olunmuş narkotik vasitəni həyətində kultivasiya eydiyi yeddi ədəd çətənə bitkisindən yığıb qurutduğunu göstərmiş, məhkəmə bioloji ekspertizasının rəyi ilə aşkar olunmuş iki ədəd bitkinin aşkar olunmuş narkotik vasitə ilə tərkiblərinin eyni olduğu göstərilmişdir. Bu səbəbdən də məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini işin hallarına uyğun gəldiyi üçün daha obyektiv və səmimi ifadə kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3 və 237.1-cü maddələrinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduğu CM-in 234.4.3 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdiriləməməli, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 11 noyabr 2021-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Ucar rayon Polis Şöbəsində saxlanılan 490,33 qram olan 02 (iki) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi və qalıq çəkisi – 1055,33 qram olan narkotik vasitə qurudulmuş marixuana, narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları və həmin çətənə bitkilərinin əkildiyi yerlərdən götürülmüş torpaq nümunəsi məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin olunan cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 11 noyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan Ucar rayon Polis Şöbəsində saxlanılan 490,33 qram olan 02 (iki) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi və qalıq çəkisi – 1055,33 qram olan narkotik vasitə qurudulmuş marixuana, narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları və həmin çətənə bitkilərinin əkildiyi yerlərdən götürülmüş torpaq nümunəsi məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-105/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-105/2022
17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver