Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-105/2023 18.04.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X7 xx.xx.1991-ci ildə Ağdaş rayonu, Aral Bir kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Ağdaş rayonu, Aral Bir kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq ümumi təmiz çəkisi 365 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2022-ci il tarixdə Zərdab RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərdab şəhəri, 51-ci qəsəbəsində saxlanılaraq Zərdab RPŞ-nə gətirildikdən sonra həmin tarixdə Zərdab RPŞ-nin Zərdab şəhəri, Azərbaycan küçəsi 51-də yerləşən inzibati binasında saat 1330dan 1343-dək üzərində aparılmış şəxsi axtarış zamanı sağ əlində olan 01 ədəd sellofan torbada təmiz çəkisi 365 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən, şəraitdə və vaxtda satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq təmiz çəkisi 600 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etmiş, üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, M.İsayev küçəsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirildikdən sonra həmin tarixdə saat 1609-dan 1634-dək üzərində aparılmış şəxs axtarış zamanı əynində olan qəhvəyi rəngli gödəkcənin içərisindən, 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 600 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları onu Ağdaş rayon Polis Şöbəsinə dəvət edərək CM-in 234.1-ci maddəsi ilə dustaq lazım olduğunu bildirib ona narkotik vasitə olan heroin vermiş, polislərin təklifi ilə razılaşaraq ona CM-in 234.1-ci maddəsi ilə ittiham elan olunması şərti ilə həmin narkotik vasitə heroinin özünə məxsus olmasını bildirmişdir. X2 gəldikdən sonra ona CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürüldüyünü bilmiş, bundan sonra həmin ittihamla razılaşmamışdır. Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları onu Zərdab rayonuna göndərərək orada onu qarşılayacaqlarını bildirdikdən sonra tanımadığı taksi ilə Zərdab şəhərinə getmiş, orada da polis əməkdaşlarının ona verdikləri sellofan torbadakı marixuana ilə gedərkən polislər onu Zərdab rayon Polis Şöbəsinə apararaq əlində saxladığı sellofan torbadan marixuana aşkar etmişlər. Daha sonra polislər ona 350 manat pul verərək onu oradan yola salmışlar. Narkotik vasitələr ona məxsus olmamış, polis əməkdaşları ona həmin narkotik vasitələri vermişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərdab rayonunda fermaların olduğunu eşidib həmin fermaların birində çoban kimi işə düzəlmək məqsədilə xx.xx.2022-ci il tarixdə Zərdab rayonuna getmiş, çoban kimi işləyəndə narkotik vasitə əldə edə bilməyəcəyini düşünərək əvvəldən yığıb qurutduğu marixuananı da özü ilə götürmüşdür. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Zərdab şəhərinin girişində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə olan qurudulmuş marixuana daşımaqda şübhəli olduğuna görə Zərdab rayon Polis Şöbəsinə dəvət etmişlər. Zərdab rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı özü ilə bilrikdə gətirdiyi sellofan paketdə olan qurudulmuş marixuananı təqdim etmiş, təqdim etdiyi ikiqat sellofan paketdə olan qurudulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərək çəkisinin 390 qram olduğu müəyyən olunduqdan sonra qablaşdırılaraq möhürlənmiş və tərkibinin müəyyən olunması üçün ekspertizaya təqdim olunacağı bildirilmişdir. Həmin iş üzrə CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə saat 1535 radələrində Ağdaş şəhəri M.İsayev küçəsində piyada yol ilə gedən zaman Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamasında şübhəli olduğuna görə Ağdaş rayon Polis Şöbəsinə dəvət edilmiş, RPŞ-də şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli gödəkçənin altında, sol qolaltı nahiyəsində saxladığı içərisində narkotik vasitə olan heroin olduğu bir ədəd sellofan bükümü təqdim etmişdir. Həmin sellofan büküm elektron tərəzidə çəkilərkən çəkisi 631 qram olmuş, bundan sonra həmin sellofan büküm qablaşdırıldıqdan sonra götürülmüşdür. Zərdab rayon Polis Şöbəsində üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı 2022-ci ilin yay aylarında yaşadığı Ağdaş rayonu Birinci Aral kəndinin yaxınlığında yerləşən Türyançay çayının sahilindən yabanı halda bitmiş çətənə bitkisindən yığıb qurutmuş, daha sonra yaşadığı evə gətirərək və şəxsi istifadəsi üçün özündə saxlamışdır. Ağdaş rayon Polis Şöbəsində üzərindən aşkar edilmiş narkotik vasitə heroini Bakı şəhəri, Suraxanı rayonun ərazisində gedən tikinti işlərində fəhlə işləyən zaman tanış olduğu İran İslam Respublikasının vətəndaşından ümumilikdə 5000 (beş min) manata satın almağı razılaşdıqdan sonra həmin puldan 1000 (bir min) manatını həmin şəxs verərək narkotik vasitəni götürmüş, daha sonra həmin narkotik vasitəni Ağdaş rayonunda gizlətmək üçün gətirən zaman polis əməkdaşları tərəfindən tutulmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Zərdab rayon X3 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili işləyən Şahid3 ifadəsində bildirmişdir ki, 21 oktyabr 2022-ci il tarixdə saat 1130 radələrində Zərdab RPŞ-nin əməliyyat müvəkkilləri Şahid5 və Şahid4 ilə birlikdə Zərdab rayonu, 51 saylı qəsəbə ərazsində xidmtədə olan zaman qəsbənin girişində əvvəllər tanımadıqları X4 əlində olan sellofan torba ilə özünü şübhəli aparmasını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, kimliyini dəqiqləşdirmək üçün şəxsiyyət vəsiqəsini istəmişlər. Şəxs özünü təqdim edərək Ağdaş rayonu, Aral Bir kənd sakini Təqsirləndirilən şəxs olduğunu bildirmiş, Təqsirləndirilən şəxs özünü şübhəli aparması səbəbindən onlarla birlikdə Zərdab rayon PŞ-nə getməli olduğunu bildirmişlər. Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan və içərisində torba ilə birlikdə çəksinin 390 qram olduğu narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olduğu 01 ədəd sellofan torbanı masanın üzərinə qoyaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin torbanın içərisindəki narkotik vasitə qurudulmuş marixuananı yaşadığı kəndin yaxınlığındakı kanalın kənarından yığıb qurutduğunu və şəxsi istifadə üçün saxladığını bildirmiş, həmin torba qurudulmuş marixuana ilə birlikdə qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Zərdab rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid4 və Şahid5 eyni məzmunlu ifadələr verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdaş rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu, Aral Bir kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq nakotik vasitəni əldə etməsi, üzərində saxlaması və istifadə etməsi barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 ilə birlikdə saat 15 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə Ağdaş rayon PŞ-nə dəvət etmişlər. Ağdaş rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçənin altında saxladığı içərisində 631 qram çəkidə narkotik vasitə heroinı bənzər kütlənin olduğu bir ədəd sellofan torba aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin sellofan bükümdəki narkotik vasitə olan heroini Bakı şəhəri, Suraxanı rayonu ərazisində gedən tikinti işlərində fəhlə işləyən zaman tanışı olduğu İran vətəndaşından 5000 manata razılaşmaqla xx.xx.2022-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində qalan məbləğini sonra vermək şərtilə 1000 manat müqabilində aldığını, xx.xx.2022-ci il tarixdə narkotik vasitəni Ağdaş şəhəri ərazisində gizlətmək üçün gətirərkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Ağdaş rayon X10 Patrul Xidmət Bölüyünün polis nəfəri işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 22 oktyabr 2022-ci il tarixli 17/800 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Vət. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən....” sözləri və imzaları yazılmış sellofan torbanın içərisindəki 01 ədəd sellofan torbada təmiz çəkisi 365,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurdudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 15 noyabr 2022-ci il tarixli 17/837 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs....” yazısı, hal şahidləri və imzalar yazılmış sellofan torbanın içərisindəki 01 ədəd sellofan torbada, təmiz çəkisi 600,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin- 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 10 fevral 2023-cü il tarixli 231 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və kannobinoid qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Ağdaş rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş, Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndi tətbiq edilməklə Ağdaş rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş cəzasının çəkilməmiş hissəsi 06 ay azadılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. CM-in 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə onun əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan şəxsi axtarış keçirilməsinə dair 21 oktyabr 2022-ci il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əlində olan sellofan torbanın içərisindən çəkisi 390 qram olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan şəxsi axtarış keçirilməsi haqqında 14 noyabr 2022-ci il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkçənin sol iç döş cibindən 631 qram çəkidə içərisində narkotik vasitə heroinə bənzər kütlənin olduğu sellofan paket aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş 21 oktyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1330-da şübhəli şəxs qismində tutulmuşdur. İş matreiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında 22 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 14 noyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1535-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Ağdaş rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən verilmiş 28 noyabr 2022-ci il tarixli PHŞ/6.22-2-2022-1035 nömrəli məktubundan görünür ki, Ağdaş rayonu Aral Bir kəndində yaşayan xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdaş rayon İcra Hakimiyyəti başçısının Birinci Aral kənd inzibati ərazi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 345 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu Birinci Aral kəndində yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin polis əməkdaşları tərəfindən ona verilməsinə dair ifadəsini inandırıcı olmayan, özünü müdafiə məqsədilə məsuliyyətdən yayınmaq üçün verdiyi ifadə kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, təqsirləndirilən şəxs ona qarşı qanunsuzluq edilməsi ilə əlaqədar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəməyə, nə də ki, hansısa tibb müəssisəsinə müraciət etməmiş, videoçəkilişlə və müdafiəçilərinin iştirakı ilə aparılan şəxsi axtarış keçirilən zaman aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs X2 gəldikdən sonra ona CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi barədə məlumatı olmasını göstərsə də iş materiallarında olan Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, barəsində 16 noyabr 2022-ci il tarixdə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair məhkəməyə müraciət etmiş, bu zaman onun hansı maddə ilə təqsirləndirilməsi və barəsində məhz hansı maddəyə görə qətimkan tədbrinin seçilməsi barədə məlumatı olmuşdur. Həmçinin qeyd edilən vəsatətə baxılan zaman təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbirini aşkar olunan narkotik vasitələrin ona məxsus olmamasına görə deyil, saxlandığı istintaq təcridxanasında saxlanılan digər şəxslərlə düşmənçilik münasibətlərinin olması ilə izah etmişdir. Bütün qeyd edilənlər təqsirləndirilən şəxsin məhkəmədə qeyd etdiklərinə şübhə ilə yanaşmağa və onun məhkəməyədək icraat zamanı verdiyi ifadələrin işin hallarına uyğun gəldiyinə görə daha səmimi və obyektiv ifadələr kimi qəbul etməyə əsas verir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1 və 234.4.3-cü maddələrinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 14 noyabr 2022-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 oktyabr 2022-ci il tarixdən 22 oktyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 01 (bir) gün müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza təyin edilməlidir. CM-in 93-1.1 ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 103,65 AZN (yüz üç manat altmış beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanılsın, Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 oktyabr 2022-ci il tarixdən 22 oktyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 01 (bir) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 08 (səkkiz) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 14 noyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 103,65 AZN (yüz üç manat altmış beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Ağdaş rayon Polis Şöbəsində saxlanılan 599,95 qram narkotik vasitə olan heroin və 364,95 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və kannabinoidlərdən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-105/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-105/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver