Məhkəmə qərarları › İş №1(091)-105/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-105/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-105/2025 06.03.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 2003-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Kəlbəcər rayonunun Laçın kəndində qeydiyyatda olmaqla həbs olunanadək ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X8 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs anası X7 atası X20 ilə qeyri-rəsmi qaydada boşandıqdan sonra mütəmadi olaraq istifadəsində olan mobil telefonunda olan sosial proqramlardan istifadə edib “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə ayrı-ayrı kişi cinsli şəxslərlə danışdığını düşünərək qeyd edilən şübhəni dəqiqləşdirməkdən ötrü bir neçə dəfə anasından mobil telefonunu tələb etməsinə baxmayaraq sonuncunun mobil telefonda şəxsi məlumatlarının olmasını əsas göstərib telefonu ona verməkdən imtina etdiyinə görə artıq onun ayrı-ayrı şəxslərlə sevgi münasibətində olduğunu yəqin etməklə qeyd edilən halın yoxlanılmasını yenidən həyata keçirdiyi zaman anasının “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə “Nunu” adı ilə qeydiyyata alınmış istintaq materialları ilə soyadı, adı və atasının adının Şahid2 olduğu müəyyən edilmiş şəxslə sevgi məzmunlu smslər yazdığını aşkarladıqdan sonra artıq anasının onun namusuna xələl gətirən hərəkətlər etdiyinə əmin olaraq 19 avqust 2024-cü il tarixdə axşam saatlarında Şahid4 və şəxsiyyətləri istintaqa məlum olmayan digər dostları ilə birlikdə Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən ictimai iaşə obyektlərinin birində spirtli içki olan pivə qəbul edib ailəsi ilə birlikdə yaşadığı ünvan 1 ünvanına gəldikdən sonra mənzildə yenidən bir qədər spirtli içki olan pivə içməyə davam edib X21nın sevgi münasibətində olduğu şəxsin şəxsiyyətini aydınlaşdırmaq məqsədi ilə 20 avqust 2024-cü il tarixdə saat 04 radələrində gizli qaydada sonuncunun mobil telefonunu götürərkən X21nın yuxudan oyanmaqla onun mobil telefonu götürməsinin qarşısını alıb həmin telefonu gizlətməklə ona verməkdən imtina etdiyinə görə anasının başqa şəxslərlə kişi-qadın münasibətində olduğundan bir daha əmin olub, bu münasibətin onun şəxsiyyətini və ailə ləyaqətini nüfuzdan salacağını düşünüb X21nı qəsdən həyatdan məhrum etmək qərarına gələrək bu cinayətkar əməlini həyata keçirməkdən ötrü həmin zaman mənzildə mətbəx bıçaqlarının saxlanıldığı hissədən cinayətin aləti qismində istifadə etdiyi, üzərində qara rəngli taxta materialından hazırlanmış üzlük bərkidilmiş, tiyəsi gümüşü rəngli metaldan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik, ümumi uzunluğu 26 sm, tiyəsinin uzunluğu 15 sm, orta hissədə eni 25,5 mm olan ümumi təyinatlı mətbəx bıçağını götürüb sağ əlində tutaraq öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib, törətdiyi əməlin ictimai təhlükəli olduğunu bilib onun ictimai təhlükəli nəticələrini qabaqcadan görüb bunları arzu edərək Natella Çıraqovanın ona müqavimət göstərməsinə baxmayaraq sonuncunun bədəninin həyat üçün təhlükəli olan baş və boyun nahiyələrinə ard-arda bıçaqla xəsarətlər yetirdikdən sonra cinayətin aləti qismində istifadə etdiyi bıçağın sıradan çıxdığını görüb, Natella Çıraqovanın ölməyəcəyini düşünərək yenidən mətbəx bıçaqlarının saxlanıldığı hissədən cinayətin aləti qismində istifadə etdiyi, tiyəsi gümüşü rəngli metaldan hazırlanmış, ümumi uzunluğu 27,5 sm, tiyəsinin uzunluğu 15,5 sm, orta hissədə eni 25 mm olan, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik, ümumi təyinatlı digər mətbəx bıçağını götürərək cinayətkar əməllərini davam etdirməklə ona xüsusi ağrılar, əzab və əziyyət verdiyini dərk etməklə, hər iki yuxu arteriyasının və yuxu venasının açıq yaralanmaları ilə müşayiət olunan boynun açıq yaraları, hər iki yuxarı ətrafların döş qəfəsinin ön yuxarı hissəsinə, sifətin, başın tüklü hissələrinə qəddarcasına zərbələr vurmağa davam edərək, sonunucunun sağ yuxu arteriyasında iki ədəd, sağ boyun venasında bir ədəd, sol tərəfdə yuxu arteriyasında bir ədəd olmaqla cəmi 04 (dörd) ədədi hər biri ayrı-ayrılıqda və ümumilikdə yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərərvurmaya, digər 53 (əlli üç) ədədi isə sağlamlığa yüngül zərərvurmaya aid edilən, ümumilikdə 57 (əlli yeddi) ədəd kəsilmiş-deşilmiş yara xəsarətləri yetirməklə Natella Çıraqovanın boyun arteriya və venalarının açıq yaraları nəticəsində inkişaf edən kəskin xarici qanaxma nəticəsində ölməsinə səbəb olmaqla sonuncunu xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən xüsusi amansızlıqla onu həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini tam təsdiq edib CM-in 120.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib, CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilsə də ifadə verməkdən imtina etmiş, lakin ona verilmiş suallara məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun cavablar vermiş, qeyd olunan səbəbdən onun həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, X11 onun anasıdır, sonuncu ilə atası X20 2002-ci ildə ailə həyatı qurmuşlar, hadisədən 1 il əvvəl isə ayrılsalar da rəsmi nikahları pozulmamışdır. X21 “Samsung A20S” markalı mobil telefondan istifadə etmiş, həmin telefonda isə 050 ***-**-** mobil telefon nömrəsi olmuşdur. Anası ilə münasibətləri normal olmuş, bəzi zamanlarda isə onun işləməməsi səbəbindən aralarında mübahisə yaranmışdır. Atası onlardan ayrı yaşamağa başladığı vaxtdan etibarən anasının bəzi hərəkətlərindən şübhələnməyə başlamış, evə gəldiyi zaman anasının istifadəsində olan mobil telefon vasitəsi ilə bilmədiyi şəxslə danışdığını görsə də mobil telefonu istədiyi zaman anası mobil telefonu ona verməkdən imtina etmişdir. Hadisədən təxminən bir neçə müddət əvvəl anası yatdığı zaman mobil telefonuna baxmış, bu zaman “WhatsApp” mobil tətbiqi vasitəsi ilə “Nunu” adlı kontakta gecə yata bilməməsinə dair mesaj yazdığını görmüş, lakin bu kontakt ilə əvvəlki mesajlar silindiyindən başqa mesajları, eləcə də başqa şəxslər ilə olan mesajları görə bilməmiş, bu hadisədən sonra anasının artıq başqa şəxslər ilə münasibətdə olduğunu anlamış, lakin məhz bacısı Şahid3 görə həmin vaxt anasını öldürməmişdir. Təxminən hadisədən bir neçə gün qabaq yenidən axşam evə gəldiyi zaman anasının istifadəsində olan mobil telefon vasitəsi ilə bilmədiyi şəxslə görüntülü zəng vasitəsi ilə danışdığını görmüş və anası onu görüb mobil telefonu söndürmüşdür. Bu zaman o, mobil telefonu verməsini, mobil telefonun içərisindəki məlumatlara baxacağını anasına bildirmiş, anası isə sərt cavab verərək öz şəxsi işi olduğunu və mobil telefonu verməyəcəyini demiş və həmin vaxt əsəbləşib anasına tərəf hərəkət edən zaman bacısı qapını açaraq içəri daxil olduğu üçün hirsi soyumuşdur. 19 avqust 2024-cü il tarixdə saat təxminən 23 radələrində dostları Ramin və Eşqin adlı şəxslərlə birlikdə sonuncunun atasının işlətdiyi “Qədiroğlu” mağazasının yaxınlığında yerləşən çayxanaya getmiş və orada pivə içmişdir. 20 avqust 2024-cü il tarixdə saat 02 radələrində oradan yaşadığı ünvana gəlmiş, bir gün əvvəl aldığı 0,5 litr həcmində pivəni götürərək aşağı enmiş, binanın həyətində həmin pivəni içən zaman anasının özünü şübhəli aparmasını və artıq bu məsələni həll etməli olduğunu düşünmüşdür. Həmin tarixdə saat 04:00 radələrində yaşadığı yataqxana binasının 3-cü mərtəbəsinə qalxıb evə daxil olduqdan sonra anasının yatdığını görüb sonuncunun istifadəsində olan mobil telefona baxış keçirməklə danışdığı şəxsi müəyyən etmək istəyərkən anası oyanıb nə axtardığını soruşmuş, o isə cavabında mobil telefonunu verməsini və mobil telefonda kimlərlə danışdığını öyrənmək istədiyini bildirmiş, lakin anası yenə sərt cavab verərək şəxsi işi olduğunu bildirmişdir. Bu zaman o, namusunu təmizləmək üçün artıq anasını öldürməkdən başqa çıxış yolu olmadığını düşünmüş, bu məqsədlə mənzildə stolun üzərində yerləşən bıçaq qabından bir ədəd qara rəngli tutacağı olan bıçağı götürərək sağ əli ilə bıçağı tutub anasının boğaz nahiyəsinə bir zərbə endirmiş, həmin vaxt anası müqavimət göstərərək qolları ilə bıçaq zərbələrinin qarşısını almağa çalışmış, uca səslə qışqırmış və vurduğu zərbənin təsirindən anası uzandığı çarpayıdan sürüşərək yerə yıxılmışdır. Bundan sonra o, anasının üzərində dayanaraq sağ əlində olan bıçaq ilə anasının sifətinə, baş və boyun nahiyələrinə zərbələr endirməyə davam etmiş, bir neçə zərbədən sonra əlində olan bıçağın tutacağı qırılmış, lakin o, hərəkətlərini dayandırmayıb bıçağın iti hissəsi ilə anasına zərbələr endirməyə davam etmişdir. Bir müddət sonra bıçağın yararsız vəziyyətə düşdüyünü anlayıb evdə olan stolun üzərindən tutacağı qəhvəyi rəngli, kəsici hissəsi isə əyilmiş vəziyyətdə olan digər bir ədəd bıçağı götürüb anasının yenidən sifətinə, baş və boyun nahiyələrinə, eləcə də hazırda xatırlamadığı bədəninin digər hissələrinə zərbələr endirməyə davam etmiş, bir neçə müddət sonra anasının hərəkətsiz qaldığını görüb öldüyünü zənn edərək hərəkətlərini dayandırmış və evin qapısını açıb çölə çıxarkən qonşuların onu görərək qorxub mənzillərinə getdiyini görmüşdür. Bundan sonra özünü təqdim etmək məqsədi ilə polis şöbəsinə getməyi qərarlaşdırmış, yolda olarkən Post-patrul xidmətinin avtomobilini görüb yaxınlaşmış və törətdiyi əməli etiraf etmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X17 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, X11 onun qızı olmuşdur, Təqsirləndirilən şəxs isə sonuncunun oğludur. X23 2002-ci ildə X20 ilə rəsmi qaydada ailə həyatı qurmuş, sonradan sonuncunun işləməməsinə, spirtli içki aludəçisi olmasına və başqa şəxslərə borcunun olmasına görə aralarında problemlər yaranmağa başlamış, 2022-ci ilin sonlarından isə qızı ilə Xalid Çıraqov ayrı yaşamağa başlamışlar. Bundan sonra X23nın hər hansı başqa şəxslə münasibəti olmamış və nəvəsi Təqsirləndirilən şəxs işləməməsi səbəbindən sonuncu ilə anasının arasında mübahisə yaranmışdır. 20 avqust 2024-cü il tarixdə səhər saatlarında Mingəçevir şəhərində qonşuluqda yaşayan şəxs nəvəsi Şahid3 zəng edərək Natella Çıraqovanın vəziyyətinin pis olduğunu və dərhal gəlməli olduqlarını bildirmiş, o da həmin evdə getdikdə nəvəsi Təqsirləndirilən şəxs X23nı bıçaq ilə öldürməsi ona məlum olmuşdur. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır və sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, X9 2-3 ay müddətdir tanımış, 2024-cü ilin may ayında məişət tullantılarını yığarkən sonuncunun təklifinə əsasən “Hell” enerji içkisinin tullantı qablarını satıb əldə etdiyi təxminən 1-2 manat məbləğində pul vəsaitini sonuncuya vermiş və bundan sonra sonuncu ilə münasibəti yaranmış, lakin sonuncu ilə heç vaxt cinsi əlaqədə olmamışdır. Daha sonra bir-birilərinin istifadəsində olan mobil telefon nömrələrini bir-birilərinə təqdim etmişlər və vaxt keçdikcə Natella Çıraqova ilə “WhatsApp” ani mesajlaşma tətbiqi ilə görüntülü və ya zəng vasitəsi ilə danışmağa başlamışlar. Aralarında sevgi münasibətləri yaranmış, bu münasibət təxminən 1 ay davam etmiş və söhbət əsnasında Natella Çıraqova ona ərindən boşandığını və subay olduğunu demişdir. 21 avqust 2024-cü il tarixdə xatırlamadığı şəxslərin deməsinə əsasən Natella Çıraqovanın oğlu tərəfindən öldürülməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanımış, sonuncu ilə eyni binada yaşamış, X3 Çıraqovun anası olmuş və Təqsirləndirilən şəxs atası Xalid Çıraqov isə ailəsi ilə birlikdə yaşamamışdır. Natella Çıraqovanın hər hansı başqa şəxslə münasibətinin olmasını görməmiş, sonuncu ilə Təqsirləndirilən şəxs münasibətlərinin normal olduğunu düşünmüş və əvvəllər adları qeyd olunan şəxslərin mübahisə etdiklərini eşitməmişdir. 19 avqust 2024-cü il tarixdə saat 21-22 radələrində Təqsirləndirilən şəxsla birlikdə “Nur” şadlıq sarayının yaxınlığında yerləşən çayxanada oturub çay içmişlər, bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs çayxananı tərk edib getmiş, lakin haraya getdiyini bilməmişdir. Bundan bir neçə saat sonra yaşadığı ünvana gedərək yuxulamış, 20 avqust 2024-cü il tarixdə saat 04:20 radələrində qonşuluqda yaşayan şəxslərin səsinə yuxudan oyanmış və çölə çıxdıqda xatırlamadığı şəxslərin deməsinə əsasən Təqsirləndirilən şəxs X21nı bıçaqla öldürməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, X11 onun anası olmuş, Təqsirləndirilən şəxs isə onun qardaşıdır. Anası ilə atası X20 2002-ci ildə ailə həyatı qurmuşlar, sonradan Xalid Çıraqovun işləməməsinə, spirtli içki aludəçisi olmasına və başqa şəxslərə borcunun olmasına görə atası ilə anasının arasında problemlər yaranmağa başlamış, hadisədən 1 il əvvəl isə ayrılsalar da rəsmi nikahları pozulmamışdır. Bundan sonra X21nın hər hansı başqa şəxslə münasibəti olmamış və qardaşı Təqsirləndirilən şəxs işləməməsi səbəbindən sonuncu ilə anasının arasında mübahisə yaranmışdır. 13 avqust 2024-cü il tarixdə nənəsi X12 yaşadığı ünvana getmiş və orada qalmışdır. 20 avqust 2024-cü il tarixdə 05 radələrində istifadəsində olan mobil telefon nömrəsinə Mingəçevir şəhərində qonşuluqda yaşayan şəxs zəng edərək anasının vəziyyətinin pis olduğunu və dərhal gəlməli olduğunu demiş, o da həmin evə getdikdə qardaşı Təqsirləndirilən şəxs X21nı bıçaq ilə öldürməsi ona məlum olmuşdur. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, X9 20 ildir tanımış, Təqsirləndirilən şəxs isə sonuncunun oğludur. Natella Çıraqova ilə əri Xalid Çıraqovun arasında tez-tez mübahisə olmuş və adları qeyd edilən şəxslər rəsmi olmasa da ayrılmışlar. Natella Çıraqovanın hər hansı başqa şəxslə münasibətinin olub-olmamasını bilməmiş, sonuncu ilə Təqsirləndirilən şəxs münasibətləri normal olmuş və əvvəllər adları qeyd olunan şəxslərin mübahisə etdiklərini eşitməmişdir. 20 avqust 2024-cü il tarixdə saat 04-05 radələrində yaşadığı ünvanda olan zaman çöldən qışqırıq səslərinin gəldiyini eşitmiş, həmin səsin Natella Çıraqovanın səsi olduğunu anlamış və sonuncu oğlu Təqsirləndirilən şəxs adını söyləyərək etməməsini bildirmişdir. O, dərhal evdən çıxaraq Natella Çıraqovanın yaşadığı mənzilin giriş qapısının qarşısına getmiş, bu zaman da içəridən səslərin gəldiyini görüb qapını açmağa çalışmış, lakin qapı içəri hissədən bağlı olduğu üçün buna nail ola bilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qapını açmasını demiş, lakin qapını açan şəxs olmadığı üçün yaşadığı ünvana getmiş və bu səbəbdən də sonuncunu hadisə yerində və ya hadisə yerini tərk edərkən görməmişdir. Daha sonra o, istifadəsində olan 051 ***-**-** mobil telefon nömrəsindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat vermiş və təxminən 5-10 dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 20 avqust 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 04:41-də özünü təqdim etməyən qadın cinsli şəxs 051 434-71-94 mobil telefon nömrəsindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək ünvan 1 ünvanında yaşayan kişi cinsli şəxsin bıçaqla zərbə vuraraq anasını öldürməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 20 avqust 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 04:50 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində olan zaman bir nəfər şəxsin özünü şübhəli aparmasının və əynində olan paltarların qana bulaşmış halda olmasının müşahidə olunması, daha sonra həmin şəxsin polis şöbəsinə gətirilməsi və bu zaman qeyd olunan şəxsin Təqsirləndirilən şəxs olması barədə məlumat verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 20 avqust 2024-cü il tarixli arayışdan görünür ki, həmin tarixdə saat 05:12 radələrində Mingəçevir Şəhər Polis Şöbəsindən Mingəçevir Şəhər X1 bədənin müxtəlif nahiyələrindən çoxsaylı kəsilmiş-deşilmiş yara xəsarətlərini alaraq ölməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 20 avqust 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 07:45-də Mingəçevir Şəhər Xəstəxanasından Mingəçevir Şəhər Polis X2 ölməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 20 avqust 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanındakı ümumi yataqxana binasının 3-cü mərtəbəsində yerləşən 28 nömrəli mənzildir. Həmin mənzilə daxil olmaq üçün qəhvəyi rəngli qapı quraşdırılmışdır. Mənzilin dəhliz hissəsində qanabənzər ləkələr və beli üstə uzanmış, ayaq hissəsi qapıya tərəf baş hissəsi isə 1-ci divara tərəf olan X10 aid, 40-45 yaşlı, üzərində qırmızı-ağ rəngli idman şalvarı və yaşıl rəngli mayka olan, üzərində zorakılıq əlamətləri mövcud qadın cinsli meyit aşkar edildi. Meyit ətrafında qanabənzər maye müşahidə edildi. Meyitin boğaz və baş nahiyələrində çoxsaylı kəsici-deşici xassəyə malik alətlə yetirilməyə xarakterik ola biləcək xəsarətlər müəyyən edildi. Mənzilin giriş qapısından daxil olduqdan sonra sağ tərəfdə 3-cü divara bitişik şəkildə dəmir materialdan hazırlanmış çarpayı müəyyən edildi. Çarpayı üzərində qanabənzər ləkələr və qəhvəyi rəngli bıçaq tutacağı müşahidə edildi. Meyitin baş nahiyəsinin yanında bir ədəd qəhvəyi rəngli tutacağı olan, kəsici hissəsi əyilmiş bıçaq və bir ədəd bıçağın kəsici hissəsi aşkar edildi. Mənzilin taxta materialdan hazırlanmış qırmızı rəngli döşəməsi üzərində çoxsaylı qanabənzər ləkələr müəyyən edildi. Mənzilin giriş qapısından sol tərəfdə yerləşən çarpayının üzərinə qoyulmuş döşəyin alt hissəsinə baxış keçirilən zaman 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edildi. Ümumi yataqxana binasının dəhlizinə baxış keçirilən zaman dəhlizboyu qanabənzər ləkələr aşkar edildi. Ümumi yataqxana binasının sanitar qovşağına baxış keçirilən zaman sanitar qovşaqda yerləşən əlüzyuyan üzərində, eləcə də yerdə qanabənzər ləkələr müəyyən edildi. Yataqxana binasının eyvanına baxış keçirilən zaman eyvanın döşəməsi üzərində qanabənzər ləkələr müəyyən edildi. Baxış keçirilən zaman “Samsung” markalı android tipli mobil telefon, meyit ətrafında olan qanabənzər mayedən, eləcə də döşəmə və bıçaq üzərində olan qanabənzər ləkələrdən pambıq vasitəsi ilə hopdurulmuş və flakona köçürülmüş nümunələr, qəhvəyi rəngli bıçaq tutacağı, bıçağın kəsici hissəsi və tutacağı qəhvəyi rəngli, kəsici hissəsi isə əyilmiş şəkildə olan bir ədəd bıçaq müvafiq şəkildə qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş meyitə baxış keçirilməsi haqqında 20 avqust 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə mərhum X7 meyitinə baxış keçirilmişdir. Meyitin əynində ağ rəngli tuman vardır. Meyit nisbətən soyumuşdur, meyit ləkələri yoxdur. Sağ dirsək çuxurunda 1x0,5 sm ölçüdə 01 ədəd, sağ bazunun ön yuxarı 1/3-də 2x0,5 sm ölçüdə 01 ədəd, sağ bazunun arxa yuxarı 1/3-də 1,4x0,5 sm ölçüdə 01 ədəd, sağ körpücük sümüyünün bayır proyeksiyasında 02 ədəd, biri-birinə paralel 1x0,3 sm ölçüdə 01 ədəd, sağ orta körpücük sümüyü proyeksiyasında köndələn istiqamətdə 3x0,5 sm ölçüdə 01 ədəd, sol körpücük sümüyünün orta 1/3-i proyeksiyasında 1x0,6 sm ölçüdə 01 ədəd, bayır 1/3-i proyeksiyasında 01 ədəd 1,5x0,3 sm ölçüdə, sol bazunun yuxarı içəri 1/3-də 0,5x0,5 sm ölçüdə 02 ədəd, kənarları hamar bir bucağı iti, digər bucağı küt olan, ətrafları qansızmalı açıq, kəsilmiş-deşilmiş yaralar vardır. Bundan əlavə, boynunun hər iki ön və yan səthlərində, sifətində, alnında və başın tüklü hissəsində böyüyünün ölçüsü 5x0,9 sm, kiçiyinin ölçüsü isə 1x0,3 sm olmaqla, cəmi 46 ədəd kənarları hamar, ətrafları qansızmalı, bir bucağı küt, digər bucağı iti olan kəsilmiş-deşilmiş yaralar vardır. Meyitə baxış keçirilən zaman başqa xəsarət aşkar olunmadı. Baxış keçirilən zaman hadisə vaxtı meyitin üzərində olmuş paltarlar və meyitdən götürülmüş qan nümunələri müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması haqqında 20 avqust 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 20 avqust 2024-cü il tarixli 28 nömrəli rəyindən görünür ki, X7 meyitində “hər iki yuxu arteriyasının və yuxu venasının açıq yaralanmaları ilə müşayiət olunan boynun açıq yaraları, hər iki yuxarı ətrafların döş qəfəsinin ön yuxarı hissəsinin, sifətin, başın tüklü hissəsinin çoxsaylı (cəmi 57 ədəd) kəsilmiş-deşilmiş yaraları” diaqnozu ilə, həyati, ölümündən bir qədər əvvəl yetirilmiş, 20 avqust 2024-cü il tarixdə kənar şəxs tərəfindən yetirilmiş, sağlam şəxslər üçün götürüldükdə sağ yuxu arteriyasında iki ədəd, sağ boyun venasında bir ədəd, sol tərəfdə yuxu arteriyasında bir ədəd natamam kəsilmişdeşilmiş yaraların hər biri ayrı-ayrılıqda və ümumilikdə yetirilərkən həyat üçün təhlükəli olduğundan ağırlıq dərəcələrinə görə sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər aşkar edilmişdir. Yuxarıda göstərilən ağır dərəcəli bədən xəsarətlərindən başqa digər 53 (əlli üç) xəsarət yüngül xarakterli xəsarətlər qrupuna aiddirlər. Onun bədəni üzərində olan xəsarətlər çoxsaylı olduğu və ölümü dərhal baş verdiyi üçün xəsarətlərin ardıcıllığını müəyyən etmək mümkün olmamışdır. Onun bədəni üzərində olan xəsarətlər ekspertizaya təqdim edilən bıçaqla yetirilməyə uyğundur. Onun ölümünə səbəb boyun arteriya və venalarının açıq yaraları nəticəsində inkişaf edən kəskin xarici qanaxma olmuşdur. Onun ölümü meyitin meyitxanasındakı müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyaya baxış keçirilməsi haqqında 21 avqust 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə cinayətin aləti qismində istifadə edilmiş bıçaqlara baxış keçirilmişdir. Cinayətin aləti qismində istifadə edilmiş, hadisə yerindən götürülmüş 01 ədəd bıçağın tutacağı və kəsici hissəsi sınmış vəziyyətdədir. Parçaların birlikdə uzunluğu 26 sm-dir. Bıçağın tiyəsi gümüşü rəngli metaldan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malikdir. Bıçağın üzərində qanabənzər ləkələr vardır. Bıçağın tiyəsinin uzunluğu 15 sm, orta hissədə eni isə 25,5 mm təşkil edir. Bıçağın dəstəyinin əsas hissəsi gümüşü rəngli metal materialdan hazırlanmışdır və üzərinə qara rəngli taxta materialdan hazırlanmış üzlük bərkidilmişdir. Dəstəyin uzunluğu 11 sm, orta hissədə eni isə 25 mm təşkil edir. Hadisə yerindən götürülmüş bıçaq formasına, quruluşuna və digər xüsusiyyətlərinə əsasən ümumi təyinatlı mətbəx bıçağına oxşardır. Hadisə yerindən götürülmüş digər qatlanmayan bıçaq tiyə və dəstək hissələrdən ibarətdir və ümumi uzunluğu 27,5 sm-dir. Bıçağın tiyəsi gümüşü rəngli metaldan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malikdir. Kəsici tərəfi hər iki tərəfdən itilənmişdir. Bıçağın tiyəsi sağa doğru əyilmişdir. Bıçağın üzərində qanabənzər ləkələr vardır. Bıçağın tiyəsinin uzunluğu 15,5 sm, orta hissədə eni isə 25 mm-dir. Bıçağın dəstəyi tiyənin davamıdır və üzərinə qəhvəyi rəngli taxta materialdan hazırlanmış üzlüklər bərkidilmişdir. Dəstəyin uzunluğu 12 sm, orta hissədə eni isə 24 mm-dir. Hadisə yerindən götürülmüş bıçaq formasına, quruluşuna və digər xüsusiyyətlərinə əsasən ümumi təyinatlı mətbəx bıçağına oxşardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyaya baxış keçirilməsi haqqında 21 avqust 2024-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı X7 əynində olmuş bir ədəd alt şalvarına və bir ədəd maykaya həmin tarixdə baxış keçirilmişdir. Bir ədəd alt şalvarı qırmızı rəngli olmaqla üzərində ağ rəngli təsvirlər mövcuddur. Alt şalvarının uzunluğu 94 sm, bel hissəsində eni isə 39 sm-dir. Alt şalvarının səthində qanabənzər ləkələr və istismar nəticəsində yaranmağa xarakterik ola biləcək izlər müəyyən edilmişdir. Bir ədəd yaşıl rəngli maykanın uzunluğu 44 sm, qolaltı hissəsində eni isə 43 sm-dir. Maykanın bütün səthində qanabənzər ləkələr və istismar nəticəsində yaranmağa xarakterik ola biləcək izlər müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan etmə haqqında 21 avqust 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyaya baxış keçirilməsi haqqında 21 avqust 2024-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd göy rəngli cins şalvara həmin tarixdə baxış keçirilmişdir. Şalvarın ümumi uzunluğu 89 sm, bel hissəsinin eni isə 38 smdir. Şalvarın səthində qanabənzər ləkələr və istismar nəticəsində yaranmağa xarakterik ola biləcək zədələr müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında 23 avqust 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə X10 məxsus “Samsung” markalı mobil telefona baxış keçirilmişdir. Həmin mobil telefon smartfon tiplidir, “android” əməliyyat sistemi mövcuddur. Mobil telefonun içərisində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 050 806-12-14 mobil telefon nömrəsi mövcuddur. Mobil telefon kilidli vəziyyətdədir. Mobil telefona daxil olmaq üçün əvvəlcədən qoyulmuş 4 rəqəmli rəqəmsal kod mövcuddur. “0000” kodu yığılmaqla mobil telefonun içərisinə daxil olundu. Mobil telefonun menyusunda yerləşən “Google” elektron qovluğunun içərisində olan “Fotolar” tətbiqinə daxil olundu. Həmin tətbiqdə olan fotoşəkillərə və videolara baxış keçirilən zaman sevgi məzmunlu videolar və 05 avqust 2024-cü il tarixdə mobil telefonun “screenshot” tətbiqi vasitəsilə çəkilmiş fotoşəkildə “WhatsApp” ani mesajlaşma tətbiqində olan danışıq mövcuddur. Həmin danışıqda “Nunu” adı ilə qeydiyyata salınmış şəxs Natella Çıraqovaya “Sən evdə deyilsən, mənə yalan danışma, evdə olanda set belə zəyif olmur” məzmunlu mesaj yazdığı, cavabında isə Natella Çıraqovanın “Evdeyem”, “Noldu”, “Valla evdeyem”, “Zeyifdi”, “Delisen”, “Evdeyem dedim”, “Usaqlarin cani ucun evdeyem”, “Gunahkar internetdi men yox” məzmunlu mesajlar yazdığı və Natella Çıraqova ilə “Nunu” adlı kontakt arasında 07 saniyəlik və 04 saniyəlik videozəng olduğu müəyyən edildi. Bundan başqa, 07 avqust 2024-cü il tarixdə mobil telefonun “screenshot” tətbiqi ilə çəkilmiş fotoşəkildə “WhatsApp” ani mesajlaşma tətbiqində olan danışıq mövcuddur. Həmin danışıqda Natella Çıraqova “Nunu” adı ilə qeydiyyata salınmış şəxsə “Yalanci”, Yaxsi elədin”, “Buna bax yazıram 1 xett gedir ehhh”, “Nolub yene” məzmunlu mesajlar yazdığı, həmin kontaktın mesaj mətnlərinə uyğun olaraq “İnanmırsan öz işindi da mən Allaha and olsun dedim” məzmunlu mesaj yazdığı müəyyən edildi. Bundan əlavə, həmin tarixdə çəkilmiş başqa fotoşəkildə Natella Çıraqovanın “Nunu” adı ilə qeydiyyata salınmış şəxsə 02 ədəd video göndərdiyi və “Hardasan”, “Hem deyirsen yatirsan yorulmusan hemde oyaqsan niyye yazmirsan bes”, “Axtaran meneme sen yox” məzmunlu mesajlar yazdığı, həmin şəxsin isə mesajlara cavab vermədiyi müəyyən edildi. Daha sonra həmin tətbiqdə yenə mobil telefonun “screenshot” tətbiqi vasitəsi ilə çəkilmiş şəkildə “Elnur” adlı kontaktın 051 670-87-61 mobil telefon nömrəsi ilə qeydiyyata alındığı müəyyən edildi. Mobil telefonun “Kontaktlar” hissəsinə baxış keçirilən zaman “Nunu” adı ilə qeydiyyata alınmış 03 ədəd kontaktın olduğu müəyyən edildi. Qeyd edilən ad ilə qeydiyyata alınmış kontaktların mobil telefon nömrələrindən birinin daha əvvəl mobil telefonda “Elnur” adı ilə qeydiyyata alınan kontaktın mobil telefon nömrəsi ilə eynilik təşkil etdiyi müəyyən edildi. Mobil telefonun “Zənglər” hissəsinə baxış keçirilən zaman 051 670- 87-61 mobil telefon nömrəsi ilə “Nunu” adı ilə qeydiyyata alınmış kontaktdan 20 avqust 2024-cü il tarixdə saat 07:41-də, saat 07:47-də və saat 07:58-də 03 ədəd buraxılmış zəng olduğu müəyyən edildi. Mobil telefonun “Mesajlar”, “Whatsapp”, “Qalereya” və digər tətbiqlərinə baxış keçirilən zaman cinayət işi üçün sübut əhəmiyyətli digər izlər müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş CD diskə baxış keçirilməsi haqqında 18 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə 050 806-12-14 mobil telefon nömrəsi ilə bağlı məlumatlara baxış keçirilmişdir. 050 806-12-14 mobil telefon nömrəsi X10, 051 670-87-61 mobil telefon nömrəsi isə Şahid2 məxsusdur və həmin mobil telefon nömrələri arasında 14 avqust 2024cü il tarixdə saat 07:39-da 41 saniyə, saat 20:27-də 958 saniyə, 15 avqust 2024-cü il tarixdə saat 08:53-də 1345 saniyə, saat 11:18-də 12 saniyə, saat 13:41-də 15 saniyə, saat 13:49-da 1114 saniyə, 16 avqust 2024-cü il tarixdə saat 06:46-da 176 saniyə, saat 08:11də 30 saniyə, saat 10:31-də 392 saniyə, saat 13:48-də 556 saniyə və saat 21:03-də 1562 saniyə davam edən telefon danışıqları mövcuddur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə ballistik-trasoloji ekspertizasının 27 sentyabr 2024-cü il tarixli 3/1371 və 3/1373 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş predmet kustar üsulla hazırlanmış, deşici, kəsici xassəyə malik mətbəx bıçağının tiyə və dəstəyidir, soyuq silah hesab edilmir və üzərində əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində əlavə və dəyişikliklər edilməmişdir. Təqdim edilmiş, üzərində “Zərərçəkmiş şəxs X10 məxsus..” yazı qeydləri olan bağlamadan aşkar edilmiş maykanın və alt şalvarının, üzərində “Təqsirləndirilən şəxs məxsus..” yazı qeydləri olan bağlamadan aşkar edilmiş cins şalvarın səthində trasoloji zədə yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 27 sentyabr 2024-cü il tarixli 6/4366 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və X10 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş qırmızı rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə tədqiqata təqdim edilmiş Natella Çıraqovaya məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Natella Çıraqovaya məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş tünd göy rəngli təbii pamıq lifləri cinsi əlamətlərinə görə tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 15 oktyabr 2024-cü il tarixli 565/2024-MTBŞ nömrəli rəyindən görünür ki, X7 ABO sistemi üzrə qan qrupu B/İİİ/-dür. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu O/İ/-dir (sonuncunun şəxsiyyət vəsiqəsinin surətlərinə əsasən). Ekspertizaya təqdim edilən mərhum Natella Çıraqovaya məxsus olan ev şalvarı və mayka, Təqsirləndirilən şəxs məxsus olan cins şalvar, 01 ədəd mətbəx bıçağı, 01 ədəd mətbəx bıçağı dəstəyi və tiyəsinin (ayrılmış vəziyyətdə) üzərindəki ləkələrdə və hadisə yerindən 03 ədəd pambıq topası və 03 ədəd flakon daxilindəki plastik çubuqların uclarındakı pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Göstərilən maddi sübutların üzərindəki ləkələrdə, Natella Çıraqovanın meyitinə baxış keçirilən zaman tənzif kəsiyinə hopdurulub götürülmüş qan nümunəsində qanın qrup mənsubiyyəti tədqiq olunduqda ləkələrdə, meyitdən götürülmüş qan nümunəsində eyni olaraq B, H antigenləri, qan nümunəsində və bəzi ləkələrdə həmçinin alfa aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri B-alfa/H//İİİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Natella Çıraqovaya məxsus ola bilər. Ləkələrdə O/İ/ qruplu Təqsirləndirilən şəxs qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu hallarda mümkündür (əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarət olubsa). Təqdim olunan Natella Çıraqovaya məxsus olan ev şalvarı və mayka, Təqsirləndirilən şəxs məxsus olan cins şalvar, 01 ədəd mətbəx bıçağının tiyəsi, 01 ədəd bıçaq tiyəsinin (dəstəkdən ayrılmış) üzərindəki ləkələrdə və hadisə yerindən 03 ədəd pambıq topası üzərinə hopdurulub götürülmüş qan ləkələri periferik qanaxma nəticəsində yaranmışdır. Təqdim olunan 02 ədəd bıçaq dəstəyi, 03 ədəd flakon daxilindəki plastik çubuqların uclarındakı pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrinin ölçü və intensivliyi onlarda sitoloji tədqiqat aparmağa imkan vermir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi və ictimai təhlükəli əməlin tövsif edilməsi haqqında 19 noyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.4-cü maddəsinə tövsif edilmiş və barəsində CM-in 120.2.2, 120.2.9 və 228.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə elan edilmiş ittihama əlavələr edilməklə ona yenidən ittiham elan edilməsi haqqında 20 noyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində CM-in 120.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək Natella Çıraqovanı qəsdən xüsusi amansızlıqla öldürdüyünü etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində öz müdafiəsi üçün dəlillər gətirib CM-in qeyd olunan maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini və CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bildiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Həmçinin qeyd etmək zəruridir ki, “xüsusi amansızlıq” anlayışına “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 03 nömrəli Qərarının (bundan sonra – Qərar) 8-ci bəndində aydınlıq gətirilmişdir. Belə ki, bu Qərarın həmin bəndinə əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs Natella Çıraqovaya çoxsaylı bıçaq zərbələri vurmaqla çoxlu miqdarda xəsarətlər yetirərək sonuncunu öldürdüyündən qeyd olunanlar onun məhz xüsusi amansızlıqla qəsdən adam öldürməsini təsdiq edir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin niyyəti ilə bağlı məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır, onları qəbul etmir və həmin ifadələrini məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakterli ifadə hesab edir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-in 120.2.4-cü maddəsi ilə tövsifi düzgün hesab edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona CMin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X17 tərəfindən notariat qaydasında təsdiq edilmiş 10 fevral 2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qarşı hər hansı şikayətinin və tələbinin olmadığını qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Çıraqov X13 şəhəri, Naxçıvan küçəsi, ev 29, mənzil 28 ünvanında yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-in 60.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 120.2.4-cü maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan onun barəsində bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilə bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə CM-in 120.2.4-cü maddəsində göstərilən cinayət əməli xüsusilə ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 20 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və azadlığının faktiki məhdudlaşdırıldığı qeyd olunan tarixdə saat 08:50-dən tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 20 avqust 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 20 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 02 noyabr 2024-cü il tarixli 1789 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş 02 sentyabr 2024cü il tarixli 674 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi olmadığından cəza çəkdiyi müddətdə bununla əlaqədar tibbi xarakterli məcburi tədbir təyin olunmamalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 26 sentyabr 2024-cü il tarixli 700 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman hər hansı psixi pozuntudan, xəstəlikdən və ya ağır psixi pozuntudan əziyyət çəkməmişdir. Onda hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması olmamışdır. O, ittiham olunduğu ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və onu idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. O, ittiham edildiyi cinayət əməlini törətdikdən sonra və hal-hazırda psixi xəstəlikdən əziyyət çəkmir. O, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək iqtidarındadır, onun hərəkətləri CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. O, praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma fərdi-psixi xüsusiyyətlərə malikdir. O, ittiham olunduğu cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur. Bu halın yaranma səbəblərindən biri zərərçəkmiş şəxsin atasından başqa insanla sevgili olma fikirləri ola bilər. O, cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Ruhi X4 daxil olmuş 31 avqust 2024-cü il tarixli 511 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispsnserdə qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə psixi pozuntu ilə bağlı tibbi xarakterli məcburi tədbir təyin olunmamalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən, cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi və ictimai təhlükəli əməlin tövsif edilməsi haqqında 19 noyabr 2024-cü il tarixli qərardan görünür ki, hadisə yerinə baxış keçirilən zaman hadisə yerindən hopdurularaq və flakona köçürülərək götürülmüş üzərində qanabənzər ləkələr olan pambıq və 03 ədəd flakon qabı, meyitə baxış keçirilən zaman tənzif kəsiyinə hopdurulub götürülmüş üzərində qanabənzər ləkələr olan parça, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd göy rəngli cins şalvar, X10 məxsus olan bir ədəd yaşıl rəngli mayka və bir ədəd qırmızı rəngli, üzərində ağ təsvirlər olan şalvar, habelə Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi bir ədəd bıçaq, bir ədəd bıçağın tiyəsi və dəstəyi həmin tarixdə maddi sübut qismində tanınmış və saxlanılması üçün Mingəçevir Şəhər Prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, habelə dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut olan və Mingəçevir Şəhər Prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan, hadisə yerinə baxış keçirilən zaman hadisə yerindən hopdurularaq və flakona köçürülərək götürülmüş üzərində qanabənzər ləkələr olan pambıq və 03 ədəd flakon qabı, meyitə baxış keçirilən zaman tənzif kəsiyinə hopdurulub götürülmüş üzərində qanabənzər ləkələr olan parça, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd göy rəngli cins şalvar, X10 məxsus olan bir ədəd yaşıl rəngli mayka və bir ədəd qırmızı rəngli, üzərində ağ təsvirlər olan şalvar, habelə Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi bir ədəd bıçaq, bir ədəd bıçağın tiyəsi və dəstəyi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 209 (iki yüz doqquz) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən, məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 209 (iki yüz doqquz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 20 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət iş üzrə maddi sübut olan və Mingəçevir Şəhər Prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan, hadisə yerinə baxış keçirilən zaman hadisə yerindən hopdurularaq və flakona köçürülərək götürülmüş üzərində qanabənzər ləkələr olan pambıq və 03 ədəd flakon qabı, meyitə baxış keçirilən zaman tənzif kəsiyinə hopdurulub götürülmüş üzərində qanabənzər ləkələr olan parça, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd göy rəngli cins şalvar, X10 məxsus olan bir ədəd yaşıl rəngli mayka və bir ədəd qırmızı rəngli, üzərində ağ təsvirlər olan şalvar, habelə Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi bir ədəd bıçaq, bir ədəd bıçağın tiyəsi və dəstəyi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 209 (iki yüz doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Tural Əfəndizadə Günay Aşurova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar