Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-106/2020 11.08.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Hüseynov Rəşid İnqilab oğlu və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X4 Məhkəmələrində Dövlət İttihamını Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, xx xxxx 1973-cü ildə Zaqatala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1-də pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan,barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X9 Məhkəməsinin iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxsxx xxxxxx 2020-ci il tarixdə, saat 1159 radələrində Zaqatala şəhəri Faiq Əmirov küçəsində yerləşən “Ekonom Univermaq №1” adlı ticarət mərkəzinin ikinci mərtəbəsində yerləşən otaqda əvvəllər qeyri-rəsmi evlilik münasibətində olduğu Zərərçəkmiş şəxs ondan yenidən həmin münasibətlərə qayıdaraq birlikdə yaşamalarını israrla tələb etsə də buna razılıq verməməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qisas almaq niyyəti ilə özü ilə gəzdirdiyi və həmin vaxt qeyd edilən otaqdakı stolun üzərində olan əl çantasının içərisindən ümumi uzunluğu 185 mm, tiyəsinin uzunluğu 90 mm olan, soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağını götürüb həmin bıçaqla Zərərçəkmiş şəxs bir dəfə zərbə endirərək qarının ön divarının sağ yarısında olan qarın boşluğuna nüfuz edən, qaraciyərin sağ payını, yoğun bağırsaq müsariqəsini və on iki barmaq bağırsağı zədələyən, sağ tərəfli peritonarxası hematoma ilə nəticələnmiş, bir ədəd deşilmiş-kəsilmiş yara xarakterli, dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə qəsdən sonuncunun sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxsCM-in 126.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2009-cu ildə Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi qaydada birlikdə yaşamış, 2018-ci ilin mart ayında Əfqan başqa bir qadınla rəsmi qaydada evləndiyinə görə ayrılmışlar. Həmin vaxtdan Əfqanla münasibətləri tamamlansa da sonradan Əfqan arvadından boşanaraq onunla yenidən yaşamaq istədiyini bildirərək onu narahat etməyə başlamışdır. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında yaşadığı evdə olarkən Əfqan yaşadığı evə gələrək onu təhqir edib getmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində işlədiyi “Ekonom” adlanan univermağın ikinci mərtəbəsində pilləkəndən sağdakı baş otaqda yerləşən iş otağında iş yoldaşı Vüsalla birlikdə olarkən Əfqan da oraya gəlmiş, Vüsal otaqdan çıxanda Əfqanla tək qalmamaq üçün o da çıxmaq istəyərkən Əfqan onun qarşısını kəsmişdir. Masanın digər tərəfinə keçsə də Əfqan yenə onun qarşısını kəsərək ondan əl çəkməyəcəyini demişdir. Əfqana artıq sonuncu ilə münasibətinin bitdiyini deyib ondan əl çəkməsini, onun arxası ilə və evinə gəlməməsini demişdir. Əfqan isə əl çəkməyəcəyini evə də gələcəyini isararla dedikdən sonra çantasının içərisində daima yanında olan gül kəsmək üçün istifadə etdiyi bıçağı çantanın içərisindən əlinə götürüb Əfqanın üzərinə doğru getmişdir. Əfqana yenə də ondan əl çəkməsini, Əfqanın isə əl çəkməyəcəyini dediyi üçün sonuncunun üzərinə doğru getmişdir. Həmin vaxt Əfqan arxaya doğru çəkilərək əlləri ilə özünü müdafiə etməyə çalışmış, lakin əsəbi olduğu üçün Əfqandan əl çəkməmişdir. Əfqan onun sağ əlindən tutaraq bıçaqla vurmasına mane olmuş, lakin o bıçağı sol əlinə keçirərək bıçaqla bir dəfə onun sağ yan nahiyəsindən vurmuşdur. Əfqan bıçağın sonuncunu kəsdiyini dedikdən sonra bıçağa baxıb üzərində qan olduğunu görmüş, bir qədər dayanaraq Əfqandan həkimə getməsini istəmişdir. Əfqanın sağ böyründən qan axdığına görə dəsmalı Əfqanın yarasının üzərinə qoymuş, Əfqan avtomobilinin açarlarını ona verərək univermağın arxasına gətirməsini istəmişdir. Çölə çıxanda işçiləri Məhəmmədə Əfqanın avtomobilinin açarlarını verib Əfqanın maşınını univermağın arxasına gətirməsini xahiş edərək özü isə geri qayıtmışdır. Əfqanı univermağın arxasında olan çıxışdan çölə çıxmasına köməklik etmiş, həmin vaxt Məhəmməd Əfqanın avtomobili ilə sonuncunu xəstəxanaya aparmışdır. Əfqan onun xəstəxanaya getməsinə razı olmamış, sonradan Əfqanın xəstəxanada əməliyyat olunduğunu bilmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış, törətdiyi əməldən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 10 ildən artıq müddətdə qeyri-rəsmi nikah münasibətlərində bir yerdə yaşamış, 2018-ci ildə Nadilə ilə aralarında olan münasibətlər korlandığına görə sonuncudan ayrılsa da son iki il ərzində Nadilə ilə ayrı-ayrı vaxtlarda danışmış, hətta bəzi vaxtlarda Nadilənin yaşadığı evə gedərək aralarında müxtəlif mövzularda mübahisələr olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Nadilənin işlədiyi Zaqatala şəhəri Faiq Əmirov küçəsində yerləşən “Econom Univermaq №1”adlı ticarət mərkəzinə getmiş, ikinci mərtəbədə yerləşən ofis otağında Nadilə ilə söhbət edən zaman sonuncu ilə aralarında mübahisə yaranmışdır. Nadilə ona bezdiyini, özünü öldürəcəyini, ondan arxası ilə və yaşadığı evə gəlməməsini demişdir. Nadiləyə yenə də gələcəyini deyərək sonuncunun dediklərinə əhəmiyyət vermədən kresloda oturmuşdur. Bundan sonra digər kresloda oturan Nadilə oradan duraraq əl çantasını axtararaq oradan bıçaq götürərək onun üzərinə doğru gəlmişdir. Oturduğu kreslodan ayağa qalxaraq Nadilə tərəfə hərəkət etmiş, arxaya doğru hərəkət edən zaman üzü Nadilə istiqamətdə olduğu üçün sonuncunun sağ əlində bıçaq olduğunu görüb sağ biləyindən tutaraq Nadilənin onu vurmasının qarşısını almağa çalışmışdır. Həmin vaxt anidən sağ yan nahiyəsində ağrı hiss etmiş, otağın künc hissəsinə doğru çəkildikdə yan nahiyəsindən qan axdığını görmüşdür. Onun xəsarət aldığını görüb Nadilə öz hərəkətlərini dayandırmış, otaqda olan əl-üz dəsmalını götürərək yanına gəlib yaranın üzərinə qoyub onu xəstəxanaya aparmaq istədiyini demişdir. Nadiləyə xəstəxanaya gəlməsinə ehtiyac olmadığını dedikdən sonra sonuncu univermaqda işləyən Məhəmməd adlı şəxsi çağıraraq onun avtomobilinin açarlarını Məhəmmədə verib onun avtomobilini univermağın arxa hissəsinə çıxışa gətirməsini demişdir. Bundan sonra Nadilə ilə univermağın arxa çıxışına çıxmış, Məhəmməd avtomobili həmin yerə gətirdikdən sonra sonuncu ilə xəstəxanaya getmişdir. Əvvəl xəstəxanada özü yıxıldığını bildirsə də, sonradan Nadilə tərəfindən bıçaqla vurulduğunu istintaqa bildirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-cu il tarixdə saat 12 radələrində işlədiyi “Ekonom” univermağındakı kostyumlar satılan hissədə olan zaman Nadilə onu səsləyərək Əfqanın avtomobilinin açarlarını onun üzərinə atıb avtomobili univermağın arxasına gətirməsini xahiş etmişdir. Əfqanın avtomobilini univermağın arxa hissəsinə gətirdikdən sonra Nadilə və Əfqan həmin yerə gəlmiş, həmin vaxt Əfqanın şalvarının qan olduğunu və əlindəki dəsmalla sağ yan nahiyəsini tutduğunu görmüşdür. Əfqandan nə baş verməsini soruşsa da sonuncu ona heç nə deməmişdir. Bundan sonra Əfqanı aparıb xəstəxanaya çatdırmış, xəstəxanada sonuncuya tibbi yardım göstərilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının xx xxxx 2020-ci il tarixli 174 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-qarnın ön divarının sağ yarısında olan qarın boşluğuna nüfuz edən, qaraciyərin sağ payının və yoğun bağırsaq müsariqəsini zədələyən, sağ tərəfli pertonarxası hematoma ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yara-deşici kəsici alətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, bıçağın tiyəsinin kəsməsi təsirindən əmələ gələ bilərdi, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxta və qərarda qeyd olunan xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 442/202-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu O-alfa, beta/İ/ Ekspertizaya təqdim edilən bir ədəd mətbəx bıçağı üzərində zəif intensivlikdə insan qanı aşkar olunmuş, qanın qrup göstəriciləri tədqiq olunduqda qrup antigenləri alınmadığı üçün bıçaq üzərində aşkar olunan qanın qrup mənsubiyyətini təyin etmək mümkün olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbi-kriminalistik ekspertizasının xx xxxx 2020-ci il tarixli 279-MTKŞ/2020 nömrəli rəyində göstərilmişdir ki, təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmə iclasında tədqiq olunmuş kompleks məhkəmə psixiatrik-psixoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 328/130 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O hal hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq (həmçinin əqli inkişafında gerilik əlamətləri) və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədən zaman öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya idarə etmək iqtidarında olmuşdur, -yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əqli inkişafında psixi gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: - Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə çətin daxil olma, Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi emosional halda olmuşdur. Bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə aralarında olan mübahisə ola bilər. Təqsirləndirilən şəxs hazırkı əməli törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx xxxx 2020-ci il tarilxi baxış keçirilməsi haqqında protokola əlavə edilmiş CD diskdə olan video görüntülərə keçirilmiş baxış zamanı X6 Hüseynovun qarın nahiyyəsindən bıçaqla zərbə vurduğu müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən verilmiş tələbnəmədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq olunmuş xx xxxx 2020-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş Zaqatala Bələdiyyəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 30 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Orucova X3 şəhəri C.Məmmədquluzadə küçəsi 21 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Himayəsində xx.xx.2006-cı ildə anadan olmuş X5 adlı bir yetkinlik yaşına çatmayan uşağı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Mərkəzi rayon Xəstəxanasının xx xxxx 2020-ci il tarixli 412 nömrəli məktubundan görünür ki, 1973cü il təvəllüdlü Orucova X3 RMX-nin Konsultativ Poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetlərində dispanser qeydiyyatda yoxdur. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, təqsirləndirilənşəxs Təqsirləndirilən şəxsCM-in 126.1-ci maddəsində nəzərdə tutlan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı əsaslı olaraq onun əməlini CM-in 126.1-ci maddəsinə tövsif etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəza təyin edərkən məhkəmə, CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını,yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, törətdiyi əməldən səmimi peşmançılığını, ailəsinin yeganə qazanc gətirəni olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən çoxsaylı halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəzanı yüngülləşdirən hallardan zərərçəkmiş şəxslə barışmasının mövcud olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. CM-in 70.1-ci maddəsinə görə azadlıqdаn məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdаn məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə kollegiyasının bu qənaətə gəlməsinə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xаrаkterizə оlunması,əməlini səmimi şəkildə etirаf edərək peşmаn оlduğunu bildirməsi, zərərçəkmiş şəxslə barışması və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmaması, himayəsində yetkinlik çatmayan uşağının olması və yeganə valideyinin cəzaçəkmə müəssisəsinə göndərilməsinin həmin uşağın tərbiyəsində bərpa olunmaz dərəcədə mənfi fəsadlar törədə bilməsi və nəhayət təqsirləndirilən şəxsin qadın olması kimi hallar əsas verir. Аzərbаycаn Respublikаsı Cinаyət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə Təqsirləndirilən şəxs 01 (bir) il, 06 (altı) ay sınaq müddəti ilə tətbiq edilməlidir. Cinаyət Məcəlləsinin 70.5-ci maddəsinə əsasənTəqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələrin qoyulmаsı məqsədəmüvafiqdir. Sınаq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişdirməmək vəzifələri qoyulmаlıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan Zaqatala rayon Polis Şöbəsində saxlanılan qan nümunəsi məhv edilməlidir. CM-nin 99-1.1-ci maddəsinə əsasən cinayətin aləti olmuş bir ədəd bıçaq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq xüsusi müsadirə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il, 06 (altı) ay sınаq müddəti ilə şərti hesаb edilsin. Sınаq müddəti dövründə Təqsirləndirilən şəxs dаvrаnışı üzərində nəzаrətin həyata keçirilməsi onun dаimi yaşayış yeri üzrə Zaqatala rayon İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci mаddəsinə əsаsən Təqsirləndirilən şəxs üzərinə dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnlаrа məlumаt vermədən dаimi yаşаyış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə maddi sübut olan Zaqatala rayon Polis Şöbəsində saxlanılan qan nümunəsi məhv edilsin. Cinayətin aləti olmuş Zaqatala rayon Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq xüsusi müsadirə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində X9 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlikedən) Bilal Məmmədov Rəşid Hüseynov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-106/2020
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-106/2020
11.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver