Məhkəmə qərarları › İş №1(091)-106/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-106/2021

22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-106/2021 22.09.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxx 1957-ci il tarixdə Şəki rayonu Baş Göynük kəndində doğulmuş, Azərbayan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, Şəki rayonunun Baş Göynük kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəkib Ağır Cinayətlər Məhkəməsinin 2 saylı iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-nin 237.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, istintaqa məlum olmayan mənbədən özü istifadə etmək məqsədi ilə əkilib-becərilməsi qadağan olunan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını əldə edib, qəsdən, qanunsuz olaraq yaşadığı Şəki rayonu Baş Göynük kəndinin Qarasov deyilən ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində əkib xüsusi qulluq göstərərək kultivasiya etmiş, 20 iyun 2020-ci il tarixdə saat 13:25 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman həmin evin həyətyanı sahəsində kökləri ilə birlikdə torpaqdan çıxarılmış vəziyyətdə, hündürlükləri 90 sm-dən 238 sm-dək olan, ümumi təmiz çəkisi 5 kiloqram 605 qram olmaqla ümumilikdə 21 ədəd külli miqdar təşkil edən əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona CM-nin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, Şəki rayonu, Baş Göynük kəndində Qarasov adlanan ərazidə yaşayır, 20 iyun 2020-ci il tarixdə həyətdə evin arxa tərəfində inəyə su verən zaman 2-3 ədəd avtomobilin yolla keçdiyini və onun həyətinə girdiklərini görmüş, evin qarşı tərəfinə gələndə isə ailə üzvlərinin və onlara gələn qonşunun stolda üzləri giriş tərəfə doğru oturduqlarını görmüşdür. Həmin zaman polis əməkdaşlarının evin həyətində, evin çardağında, otaqlarında və zirzəmisində axtarış apardıqlarını görmüşdür. O, polis əməkdaşlarına yaxınlaşıb nə axtardıqlarını soruşmuş, nəyə görə evini alt-üst etmələri ilə maraqlanmış, ona məhkəmənin qərarını göstərmələrini tələb etmiş, icra nümayəndəsini dəvət etmələrini xahiş edərək belə qanunsuz şəkildə onun evinə girilməsinin düzgün olmadığnı bildirmişdir. Polis əməkdaşları isə ona acıqlanaraq sakit oturmağını və avtomatın yerini söyləməyini tələb etmişlər. Polis əməkdaşlarının arasında Layısqı kəndindən olan Elşən adlı şəxs olmuş və onun qohumu ilə arasında problem olmuşdur. Belə ki, Qarasov adlanan ərazidə torpağı həmin şəxs almaq istəmiş, lakin onun yerinə o, tez tərpənərək həmin yeri icarəyə götürmüşdür. Belə olub aralarında narazılıq yaranmışdır. Sonra həmin şəxs onun 1500 manata aldığı inəyi sahədə açıb buraxmış və inək də yonca yeyib köpüb ölmüşdür. O da buna görə əsəbləşərək həmin şəxsə bütün nəslini qıracağını demişdim. Həmin şəxs də polisə onda avtomat olduğunu və onu hədələdiyini bildirmişdir. Odur ki, polislər də həmin avtomatı axtarmaq üçün onun evinə gəlmişlər. Polis əməkdaşları onu evin arxasına aparıb döyərək avtomatı təhvil verməsini tələb etmişlər. Həmçinin yerə yıxıb təpikləmişlər, ayağına təpiklə durmadan vurmuşlar. Nə qədər and içsə də xeyri olmamış, onlar avtomatı gətirməsə qızlarını gözünün qabağında növbə ilə zorlayacaqlarını bildirmişlər. Lakin nə qədər axtarsalar da polis əməkdaşları onun evindən heç nə aşkar edə bilməmişlər. Daha sonra onu evin qabağına gətirmişlər və evin 15 metr qarşısında arvadının dirriyindən narkotik maddə aşkar etdiklərini bildirmişlər. O, həmin hadisədən bir neçə gün qabaq dirrikdən xiyar üzməyə girəndə orada yabanı halda bitən 4-5 ədəd yarım metr boyunda olan çətənə kollarını görmüş və onları kökündən çıxarıb qırıb həyətin arxasından axan arxa tullamışdır. Polislər həmin çətənə kollarını arxdan götürüb gətirərək, ortadan qırılmış vəziyyətdə olanlarla birlikdə onları 21 ədəd eləmiş və onun həmin kolları əkdiyini bildirmişlər. Bundan sonra onu polis şöbəsinə gətirib orada da döymüşlər. Döyərkən bütün aşkar olunanları boynuna almağını tələb etmişlər. Boynuna almasa arvadını və qızlarını gətirəcəklərini, gözünün qabağında onların başına oyun açacaqlarını bildirmişlər. Belə olub hər şeyi boynuna almış və ona təqdim olunan bütün sənədlərə qol çəkmişdir. Daha sonra məhkəmə qarşısına çıxarılmış və məhkəmədə hər şeyi olduğu kimi danışmışdır. Belə olub məhkəmə onu azadlığa buraxmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab verərkən göstərmişdir ki, əvvəllər də üstünə şər atılaraq, daha doğrusu cibinə narkotik maddə qoyularaq tutulduğundan, evində polis əməkdaşları axtarış aparan zaman arvadına polislərə fikir verməsini tapşırmış, çünki polis əməkdaşları tərəfindən evinə narkotik maddə qoyulacağından qorxmuşdur. Çətənə kollarını tanımışdır. Çünki onların yaşadığı ərazi sahə olduğundan, orada yabanı halda çətənə kolları bitmişdir. Orada yaşayan hamı demək olar həmin kolları tanımışdır. O da bir neçə gün qabaq həmin yerdə yabanı halda bitən 4-5 ədəd narkotik tərkibli çətənə kollarının olduğunu görmüş və onları çıxardıb qıraraq arxa tullamışdır. O, əvvəllər yabanı halda narkotik tərkibli çətənə kolları bitməyi barədə icra nümayəndəsinə məlumat vermişdir. İbtidai istintaqın ilkin dövründə verdiyi ifadəni təsdiq etmir, çünki həmin ifadəni təzyiq altında vermişdir. Sonradan bu barədə prokurorluğa şikayət etmiş, prokurorluqda polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə araşdırma aparılsa da, hər dəfə həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. O isə hər dəfə həmin qərardan məhkəməyə şikayət etmiş, məhkəmə də öz növbəsində prokurorluğun qərarlarını ləğv etmişdir. Lakin yenə də prokurorluq polisin tərəfini tutaraq ətraflı araşdırma aparmamış və nəticədə yenə də cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, məhkəmədən qeyd olunanların nəzərə alınmaqla barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə ibtidai istintaqın ilkin dövründə verdiyi ifadəsində göstərdikləri arasında ziddiyyətlər olduğundan, sonuncunun ibtidai istintaqın ilkin dövründə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. İbtidai istintaq zamanı verdiyi həmin ifadəsində Təqsirləndirilən şəxs CM-nin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 2005ci ildə üzərində narkotik vasitə saxlama cinayətini törətdiyinə görə barəsində CM-in 234.1ci maddəsinə əsasən cinayət işi başlanılmış, həmin cinayət işi üzrə çıxarılmış məhkəmə hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bundan sonra Suraxanı rayon Məhkəməsinin qərarı ilə azadlıqdan məhrum etmə növündə olan cəzasının çəkilməmiş hissəsindən 5 ay 21 gün şərti azad olunmuşdur. Təxminən bir il bundan əvvəl Şəki rayonu Baş Göynük kəndinin Qarasov adlanan ərzaisində heyvanlarını otardığı zaman xatırlamadığı yerdə qarşısına çıxan yabanı halda bitmiş çətənə kolu görmüş və daha sonra özü istifadə etməyi məqsədi ilə əkib, yetişdirmək üçün həmin çətənə kolunun toxumlarından götürüb, özüylə Şəki rayonu Baş Göynük kəndindəki Qarasov adlanan ərazidə yerləşən yaşadığı evə gətirib, gizlədib saxlamışdır. Bundan sonra 2020-ci ilin may ayının əvvəlində özü istifadə etməyi üçün əkib-becərib yetişdirmək məqsədi ilə həmin toxumları əkmək qərarına gəlmiş və bu məqsədlə toxumları yaşadığı evin həyətyanı sahəsindəki bostanda torpağa əkmiş və əkdiyi toxumları becərib, yetişdirib, xüsusi aqrotexniki qaydada qulluq göstərərək kultivasiya etmiş və nəticədə həmin toxumlardan 21 (iyirmi bir) ədəd çətənə kolu bitmişdir. O, həmin 21 (iyirmi bir) ədəd çətənə koluna vaxtlı-vaxtında aqrotexniki qaydada qulluq göstərərək kultivasiya etmişdir. 17.06.2020-ci il tarixdə Şəki rayonu ərazisində polis əməkdaşları tərəfindən müxtəlif şəxslərin narkotik tərkibli bitkilər əkib-becərdiklərinə görə tutulduqlarını eşitdiyinə görə tutulacağından və ailə üzvlərinin həmin çətənə kollarını görüb, narkotik tərkibli bitkilər olmalarını anlaya biləcəklərindən qorxub əkib-becərdiyi həmin 21 (iyirmi bir) ədəd çətənə kolunu kökündən çıxarıb, yerə atmışdır. Lakin, özü-özünə çürüyüb məhv olacağını düşündüyünə görə həmin çətənə kollarını oradan götürməmiş və orada qalmışdırlar. 20.06.2020-ci il tarixdə təxminən saat 13:00-14:00 radələrində polis əməkdaşları yaşadığı ünvana gəlib, ona özlərini təqdim edərək polis əməkdaşları olmalarını bildirmişdirlər və onun narkotik vasitə istifadə etməyi və nakotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olmağı barədə onlarda məlumat olmasını bildirərək buna görə də polis əməkdaşları tərəfindən yaşadığı ünvana baxış keçirilməli olmasını qeyd etmişdirlər. O da polis əməkdaşlarına buna etirazının olmadığını bildirib, bu haqda ərizə ilə Şəki ŞRPŞ-yə müraciət etmişdir. Sonra hal şahidləri və baxış iştirakçıları ona təqdim olunmuş və o, onların heç birinə etirazı olmadığını bildirmişdir. Daha sonra onun və digər iştirakçıların iştirakı ilə baxış başlanmışdır. Əvvəlcə yaşadığı evin həyətində olan özünə məxsus Niva markalı avtomobilinə baxış keçirilmiş, lakin, həmin avtomobildən qanunla qadağan olunmuş heç bir şey aşkar olunmamışdır. Həmçinin, həyətdəki 4 (dörd) ədəd çəlləyə baxış keçirilmiş və həmin çəlləklərdən birinin içərisinin boş, yerdə qalan üçünün içərisində isə meyvə sirkəsinin olduğu müəyyən edilmişdir. Lakin, onlarn içərisində qanunla qadağan olunmuş heç bir şey aşkar edilməmişdir. Sonra yaşadığı evə baxış keçirilmiş, lakin, evindən də qanunla qadağan olunmuş heç bir şey aşkar olunmamışdır. Daha sonra yaşadığı evin həyətindəki tövləyə baxış keçirilmiş, lakin, tövlədən də qanunla qadağan olunmuş heç bir şey aşkar olunmamışdır. Bundan sonra onun və digər baxış iştirakçılarının iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahənin tərəvəz əkilən dirrik olan hissəsində yerdə kökündən çıxarılmış halda olan 21 (iyirmi bir) ədəd narkotik tərkibli çətənə kolu aşkar olunmuşdur. Ondan həmin bitkilərin nə olması soruşluqda həmin bitkilərin özü istifadə etməyi üçün əkdiyi narkotik bitkilər olmalarını bildirmişdir. Sonra təhqiqatçı ona Şəki rayonu ərazisində fəlaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, o da təqdim olunmuş siyahı ilə tanış olduqdan sonra hüquqlarının müdafiəsi üçün həmin siyahıda adları sadalanan şəxslərdən vəkil Cavid Qədimovu seçmişdir. Bir qədər sonra Cavid Qədimov oraya gəlmiş və ona təqdim edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən həyətyanı sahəsində torpaqda əkib-becərdiyi 21 (iyirmi bir) ədəd çətənə koluna baxış keçirilmiş və həmin çətənə kolları qablaşdırılmış, qablaşdırmanın üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Daha sonra yaşadığı evin həyətindəki əşyalarını saxlamaq üçün istifadə etdiyi tikiliyə baxış keçirilmiş, lakin, həmin tikilidən də qanunla qadağan olunmuş heç bir şey aşkar olunmamışdır. Baxış başa çatdıqdan sonra protokol tərtib olunub ucadan oxunmuş, heç bir şikayət, təklif yaxud qeyd bildirilməmiş və o da digər iştirakçılarla birlikdə həmin protokolu imzalayaraq doğruluğunu təsdiq etmişdir. Bütün bunlardan sonra o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra təhqiqatçı Sənan Qurbanovun xidməti iş otağında olduğu zaman təhqiqatçı Sənan Qurbanov tərəfindən ona şübhəli şəxs qismində tutulacağı, üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və o, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra müdafiəçisi Cavid Qədimovun və digər iştirakçıların iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparmağa başlamışdır. Belə ki, təhqiqtaçı əvvəlcə ona, müdafiəçisi Cavid Qədimova və digər iştirakçılara hüquq və vəzifələrini, həmçinin qanunda nəzərdə tutulmuş məsuliyyətlərini izah etmişdir. Bütün bunlardan sonra təhqiqatçı tərəfindən ona üzərində, paltarında, paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. Bu zaman o, əynində olan qara rəngli şalvarın sol yan cibindən özünə məxsus olan bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş və bundan başqa üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən onun üzərində axtarış aparılmış, əynində olan geyimlərin üzəri, cibləri yoxlanılmış və əlavə olaraq əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd “İmperial Classic” markalı siqaret qutusu və bir ədəd kibrit qutusu aşkar edilərək masananın üzərinə qoyulmuş və bundan başqa heç bir əşya və yaxud predmet aşkar olunmamışdır. Bundan sonra təhqiqatçı ondan üzərindən aşkar edilmiş, yəni şəxsi axtarış zamanı təqdim edərək masanın üzərinə qoyduğu əşyaları bir-bir təqdim edib kimə məxsus olmasını bildirməyini xahiş etmişdir. Bu vaxt o, yuxarıda sadalanan həmin əşyaları bir-bir təqdim edib ona məxsus olmalarını bildirmişdir. Təqdim etdiyi əşyalardan üzərindən aşkar olunmuş bir ədəd mobil telefon içərisi boş olan zərfə qoyulmuş, zərf onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Həmin əşyalardan “İmperial Classic” markalı siqaret qutusu və kibrit qutusu ona qaytarılmışdır. Bundan sonra təhqiqatçı bildirmişdir ki, videoçəkiliş nümayiş etdirilməsindən və protokol tərtib edilməsindən ötrü dayandırılır. Videoçəkiliş dayandırıldıqdan sonra nümayiş etdirilmişdir. O, həmin videoçəkilişə baxmış, daha sonra videoçəkiliş bərpa edilmiş və o, heç bir vəsatəti və etirazının olmadığını bildirmişdir. Bundan sonra isə törətdiyi cinayət əməli barədə öz xətti ilə izahat vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, əkdiyi çətənə kollarına xüsusi qulluq göstərərək onları kultivasiya etmişdir. Narkotik tərkibli çətənə bitkilərini əkməyindən ailə üzvlərinin və ya digər şəxslərin, tanışlarının, dostlarının məlumatları yoxdur. Əvvəllər və ya cari dövrdə narkotik vasitənin bu və ya digər növünün satışı ilə məşğul olmmamış və ya kiməsə bəxşiş olaraq verməmişdir. 20.06.2020-ci il tarixdə onun evinə və ya həmin evin həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilərkən, polis şöbəsinə dəvət edilərkən və ya polis şöbəsində olduğu vaxt ona qarşı hər hansı fiziki, mənəvi və ya psixi təsir və ya təzyiq göstərilməmişdir. Onun şəxsi axtarış zamanı təqdim etdiyi 1 (bir) ədəd mobil telefonun üzərində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Hazırda həmin mobil nömrədən başqa heç bir mobil nömrədən istifadə etmir. O, bundan əvvəl yuxarıda qeyd edilən cinayət əməlini törətdiyi üçün məsuliyyətə cəlb olunmuş və cəzasını çəkmişdir. Lakin, hal-hazırda törətdiyi cinayət əməlindən başqa heç bir cinayət əməlini törətməmişdir. O, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və psixi dispanserdə qeydiyyatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 20 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz narkotik maddələr əkməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı qərar qəbul edilərək əməliyyat qrupu yaradılmış və Şahid1 əməliyyat qrupunun rəhbəri təyin edilmişdir. Şahid3 və o, əməliyyat qrupuna daxil edilmişdir. Onlar Təqsirləndirilən şəxs yaşadığı Şəki rayonu, Göynük kəndinin Qarasov deyilən ərazisində yerləşən ünvana getmiş, iki nəfər hal şahidinin, aqronomun və vəkilin iştirakları ilə həmin ünvana baxış keçirmişlər. Yaşayış evinə, mal tövləsinə və Niva markalı avtomobilə baxış keçirilmiş, lakin oradan qanunsuz heç nə aşkar edilməmişdir. Daha sonra həyətyanı sahəyə baxış keçirilmiş, evin qarşısında olan dirrikdə yerdən çıxarılmış vəziyyətdə olan 21 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Həmin narkotik tərkibli çətənə kolları qablaşdırılıb götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş və orada onun üzərinə baxış keçirilmiş, ancaq onun üstündən qanunsuz heç nə aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir təsir və təzyiq hərəkətlərinə yol verilməmiş, Təqsirləndirilən şəxs nə saxlanılarkən və polis şöbəsinə gətirilərkən, nə də polis şöbəsində olarkən qaçmağa çalışmamış, polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş, nə də həmin vaxt yıxılaraq xəsarət almamışdır. Aşkar edilmiş narkotik tərkibli çətənə kolları dirrikdə sarımsaq əkilən yerdə kökündən çıxarılmış vəziyyətdə olmuşdur, baxış zamanı təqsirləndirilən şəxs özünü normal aparmış və etiraz etməmişdir. O, etiraf edərək, narkotik tərkibli çətənə kollarını özü istifadə etmək üçün əkdiyini bildirmişdir. Həmin günü evdə həmçinin Təqsirləndirilən şəxs arvadı, qızı və nəvəsi olmuşdur. Qonşunun olduğunu xatırlamır. Təqsirləndirilən şəxs həyətində başqa yerdə narkotik tərkibli çətənə kolları görməmişdir. Orada yalnız dirrikdə aşkar etdikləri narkotik tərkibli çətənə kolları olmuşdur. Əməliyyat məlumatı qrupun rəhbərinə daxil olmuş, xatırladığı qədər əməliyyat-qeydiyyat işi açılmamışdır. Təxirəsalınmaz hal olduğundan məhkəmədən qərar almadan özləri qərar qəbul edərək Təqsirləndirilən şəxs evinə baxış keçirmişlər və narkotik tərkibli çətənə kollarını aşkar etmişlər. Əvvəllər Təqsirləndirilən şəxs barəsində onda hər hansı əməliyyat məlumatı olmamışdır. Hadisə günü Təqsirləndirilən şəxs evinə gedilmiş və ona narkotik tərkibli bitkilərin əkilməsində şübhəli olduğu bildirilmiş, daha sonra yazılı ərizəsi alınmaqla evinə baxış keçirilmişdir. Narkotik tərkibli çətənə kolları aşkar edilən yerdə, onların torpaqdan çıxarıldığı yerin izləri, bir neçə çalalar olmuşdur. Onların fotoşəkli çəkilmiş və həmin yerdən sonradan torpaq nümunələri götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə Şahid1 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Həmin ifadəsində Şahid1 göstərmişdir ki, “Alı” adlı şəxsin narkotik vasitələrin istifadəsi, satışı, həmçinin yaşadığı evin ərazisində qanunsuz olaraq tərkibində narkotik vasitə olan çətənə bitkilərini əkib-becərərək, kultivasiya edilməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan həmin əməliyyat məlumatının yoxlanılması, “Alı” adlı şəxsin şəxsiyyətinin müəyyən edilib cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunması məqsədi ilə əməliyyat tədbirləri keçirilməsinə icazə verilməsi üçün tərəfindən raportla Şəki ŞRPŞ-nin rəhbərliyinə məruzə olunmuş, alınmış əməliyyat məlumatına əsasən “Alı” adlı şəxsin Şəki rayonu Baş Göynük kəndində qeydiyyatda olmaqla Şəki rayonu Baş Göynük kəndinin tərkibində olan “Qarasov” deyilən ərazidə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və həmin tarixdə də tərəfindən Şəki ŞRPŞ-nin rəhbərliyinə raportla müraciət olunaraq Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. Şöbə rəisinin icazəsi ilə 20 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunaraq cinayət başında yaxalanması məqsədi ilə onun rəhbərliyi və Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Şəki ŞRPŞ-nin İTB-nin, sahə polis nəfəri, polis serjantı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmış, qrupun üzvlərinə tədbir zamanı şəraitdən asılı olaraq davranış qaydaları izah edilmişdir. 20.06.2020-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvanda olması müəyyən edilmiş və həmin tarixdə də tərəfindən Şəki ŞRPŞ-nin rəhbərliyinə raportla müraciət olunaraq Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatını yoxlamaq və onun cinayət əməlini ifşa etmək məqsədi ilə onun yaşadığı evə, evinin həyətyanı sahəsinə, avtomobilinə və üzərinə baxış keçirilib tədbir görülməsindən ötrü aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. Bundan sonra 20.06.2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Şəki rayonu Baş Göynük kəndinin tərkibində olan Qarasov deyilən ərazidəki ünvana gedilmişdir. Həmin ünvana çatdıqda Təqsirləndirilən şəxs onun yaşadığı ünvanda narkotik tərkibli bitkilərin əkilməsi və yetişdirilməsi ilə bağlı məlumat daxil olması bildirilib, bununla bağlı onun yaşadığı ünvana baxış keçirilməsi zərurəti izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs ərizə yaraq könüllü razılığı və iştirakı ilə yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmamasını bildirmişdir. Bundan sonra mütəxəssisaqronomun, hal şahidlərinin, Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməyə başlanılmışdır. Həmin zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan özünə məxsus Niva markalı avtomobilinə baxış keçirilmiş, lakin, həmin avtomobildən qanunla qadağan olunmuş heç bir əşya yaxud predmet aşkar olunmamışdır. Həmçinin, həyətdəki 4 (dörd) ədəd çəlləyə baxış keçirilmiş və həmin çəlləklərdən birinin içərisinin boş, yerdə qalan üçünün içərisində isə meyvə sirkəsinin olduğu müəyyən edilmiş, lakin, onların içərisində qanunla qadağan olunmuş heç bir əşya yaxud predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, lakin, onun evindən də qanunla qadağan olunmuş heç bir əşya yaxud predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki tövləyə baxış keçirilmiş, lakin, tövlədən də qanunla qadağan olunmuş heç bir əşya yaxud predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər baxış iştirakçılarının iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahənin tərəvəz əkilən dirrik olan hissəsində yerdə kökündən çıxarılmış halda olan 21 (iyirmi bir) ədəd narkotik tərkibli çətənə koluna oxşar kollar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bitkilərin nə olması soruşuluqda, Təqsirləndirilən şəxs həmin bitkilərin özünün istifadə etməyi üçün əkdiyi narkotik bitkilər olmalarını bildirmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs Şəki rayonu ərazisində fəlaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs da təqdim olunmuş siyahı ilə tanış olduqdan sonra hüquqlarının müdafiəsi üçün həmin siyahıda adları sadalanan şəxslərdən vəkil Cavid Qədimovu seçmişdir. Bir qədər sonra Cavid Qədimov oraya gəlmiş və ona təqdim edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs öz həyətyanı sahəsində torpaqda əkib-becərdiyi 21 (iyirmi bir) ədəd çətənə koluna oxşar kollara baxış keçirilmişdir. Həmin vaxt mütəxəssis Şahid5 aşkar olunmuş 21 (iyirmi bir) ədəd narkotik tərkibli çətənə koluna oxşar kolları nəzərdən keçirib, həmin kolların çətənə kolları olduqlarını və həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Bundan sonra həmin çətənə kollarına oxşar kollar qablaşdırılmış, qablaşdırmanın üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki əşyalarını saxlamaq üçün istifadə etdiyi tikiliyə baxış keçirilmiş, lakin, həmin tikilidən də qanunla qadağan olunmuş heç bir əşya yaxud predmet aşkar olunmamışdır. Baxış başa çatdıqdan sonra protokol tərtib olunub ucadan oxunmuş, heç bir şikayət, təklif yaxud qeyd bildirilməmiş və o da digər iştirakçılarla birlikdə həmin protokolu imzalayaraq doğruluğunu təsdiq etmişdir. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra təhqiqatçı Sənan Qurbanovun xidməti iş otağında olduğu zaman təhqiqatçı Sənan Qurbanov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulacağı və üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təhqiqatçı müdafiəçisi Cavid Qədimovun və digər iştirakçıların iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlamışdır. Belə ki, təhqiqtaçı əvvəlcə Təqsirləndirilən şəxs, müdafiəçisi Cavid Qədimova və digər iştirakçılara hüquq və vəzifələrini, həmçinin qanunda nəzərdə tutulmuş məsuliyyətlərini izah etdi. Bütün bunlardan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində, paltarında, paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən özünə məxsus olan bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş və bundan başqa üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən onun üzərində axtarış aparılmış, əynində olan geyimlərin üzəri, cibləri yoxlanılmış və əlavə olaraq əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd “İmperial Classic” markalı siqaret qutusu və bir ədəd kibrit qutusu aşkar edilərək masanın üzərinə qoyulmuş və bundan başqa heç bir əşya və yaxud predmet aşkar olunmamışdır. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, yəni şəxsi axtarış zamanı təqdim edərək masanın üzərinə qoyduğu əşyaları bir-bir təqdim edib kimə məxsus olmasını bildirməyini xahiş etmiş, bu vaxt Təqsirləndirilən şəxs yuxarıda sadalanan həmin əşyaları bir-bir təqdim edib özünə məxsus olmalarını bildirmişdir. Təqdim etdiyi əşyalardan üzərindən aşkar olunmuş bir ədəd mobil telefon içərisi boş olan zərfə qoyulmuş, zərf onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Həmin əşyalardan “İmperial Classic” markalı siqaret qutusu və kibrit qutusu Təqsirləndirilən şəxs qaytarılmışdır. Bundan sonra təhqiqatçı bildirmişdir ki, videoçəkiliş nümayiş etdirilməsindən və protokol tərtib edilməsindən ötrü dayandırılır. Videoçəkiliş dayandırıldıqdan sonra nümayiş etdirilmiş, o, həmin videoçəkilişə baxmış, daha sonra videoçəkiliş bərpa edilmiş, Təqsirləndirilən şəxs, o və digər iştirakçılar heç bir vəsatətlərinin və etirazlarının olmadığını bildirmişdirlər. Sonda bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, onlara ucadan oxunmuş, hər hansı bir əlavə, düzəliş və şikayət daxil olmamışdır. O və digər iştirakçılar protokolu imzalamışdırlar. İfadəsinin davamında həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təzyiqə və təsirə yol verilməmişdir. əvvəlcədən Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilə biləcək predmetləri, yəni narkotik tərkibli çətənə bitkilərini məhv etmək istəməsinə dair əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də hadisə zamanı Təqsirləndirilən şəxs aşkar edilə biləcək predmetlərə, yəni narkotik tərkibli çətənə (kannbis) bitkilərinə zərər vurmamasından ötrü polis əməkaşları onu öz evinin həyətyanı sahəsində qolundan tutaraq müşayiət etmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 20.06.2020-ci il tarxidə polis əməkdaşlarının, hal şahidlərinin, onun və Təqsirləndirilən şəxs özünün iştirakı ilə sonuncunun yaşadığı ünvana baxış keçirilmiş və evin həyətyanı sahəsində olan dirrik ərazidə bitmiş çətənə kolları aşkar edilmişdir. Həmin aşkar edilmiş çətənə bitkiləri dirrik ərazisində, yəni münbit torpaqda bitmişdir. Həmin ərazidən 21 ədəd çətənə kolu aşkar edilmiş, sənədləşdirilmiş və fotoşəkilləri çəkilmişdir. Dirrik ərazisinin kənarı setka ilə əhatələnmiş vəziyyətdə olmuşdur. Aşkar edilmiş 21 ədəd çətənə kollarından 3 ədədi dirrrikdən kənarda dəmir setkadan qıraqda, 18 ədədi isə dirrik ərasisində olmuşdur. Həmin bitkilərə baxış keçirmiş və aşkar edilmiş bitkilərin narkotik vasitəli bitkilər olması barədə rəy vermişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Şahid5 göstərmişdir ki, aşkar edilmiş narkotik vasitəli bitkilər qulluq olunmuş vəziyyətdə olmuş, ona görə ki, həmin 21 ədəd çətənə kollarından 18-i dirrik ərazisində “Q” şəkilində sarımsaq bitkiləri olan ləklərdə ayrı-ayrı yerlərdə bitmiş vəziyyətdə olmuşdur. Dirrik ərazisində bitən çətənə kollarının bir hissəsini torpaqdan özü çıxartmışdır. Dirrik ərazisinin torpağı münbit olduğuna, suvarıldığına, təbii gübrədən (peyindən) istifadə edildiyinə görə, habelə bitkinin ümumi boyu və yarpaqlarda olan açıqlıq, bitkinin kökünün “çətir” hissəsinin geniş olması xüsusiyyətlərinə görə həmin bitkilərə aqrotexniki qulluq olunduğu qənaətinə gəlmişdir. Çətənə kolları aşkar edilən zaman dik vəziyyətdə olmuş, kökündən çıxarılmış çətənə kolları olmamışdır. Çətənə kollarının kökündən çıxarılmasında özü də iştirak etmişdir. Həmçinin çətənə kolları dik vəziyyətdə olanda foto çəkiliş aparılmışdır. Çətənə bitkilərinin bir hissəsi dəmir hasarın çöl hissəsində olmuş və onun tərəfindən torpaqdan çıxarılmışdır. Əlavə olaraq göstərmişdir ki, o, hadisə yerinə gedəndə orada polis əməkdaşları olmuş, hal şahidləri və vəkil isə olmamış, hal şahidləri və vəkil sonradan gəlmiş, onlar gələndən sonra baxış tədbiri keçirilmişdir. Baxış zamanı təxminən 20 nəfər polis əməkdaşı iştirak etmişdir. Şahid5 məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərdikləri arasında ziddiyyətlər olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. İbtidai istintaq zamanı verdiyi həmin ifadəsində Şahid5 göstərmişdir ki, o, X8 İnkişaf Mərkəzində bitkiçilik sektorunda baş məsləhətçi vəzifəsində işləyir. Onun vəzifəsi Şəki rayonu ərazisində kənd təsərrüfatı sahəsində görülən işlərlə, o cümlədən müxtəlif növ bitkilərin əkilib-becərilməəsi ilə bağlı fermərlərə tövsiyələr verməkdən ibarətdir. 20.06.2020-ci il tarixdə Şəki ŞRPŞ-nin təhqiqatçısı Sənan Qurbanov tərəfindən ona Şəki rayonu Baş Göynük kəndinin tərkibindəki Qarasov deyilən yerdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkilərin əkilməsi, becərilməsi və kultivasiya edilməsi ilə məşğul olması barədə Şəki ŞRPŞ-yə məlumat daxil olduğundan həmin məlumatın yoxlanılması məqsədi ilə onun yaşadığı ünvana baxış keçirilməli olması bildirirlib, baxış zamanı aşkar olunması ehtimal edilən bitkilərin növünü və adını aydınlaşdırmaqla, həmin bitkilərin narkotik tərkibli bitkilər olub-olmamasının müəyyən edilməsindən ötrü sadalanan xüsusatları müəyyən edə biləcək mütəxəssisin iştirakının zəruri olması izah edilmişdir. Həmin zaman o, təhsili və iş təcrübəsi haqqında məlumatları təqdim etmiş və Sənan Qurbanov tərəfindən iş üzrə mütəxəssis təyin edilmişdir. Sonra ona hüquqları, vəzifələri və məsuliyyəti izah edilmişdir. Bundan sonra onun, hal şahidlərinin, Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana və onun avtomobilinə baxış keçirilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan özünə məxsus Niva markalı avtomobilinə baxış keçirilmiş, lakin, həmin avtomobildən qanunla qadağan olunmuş heç bir əşya yaxud predmet aşkar olunmamışdır. Həmçinin, həyətdəki 4 (dörd) ədəd çəlləyə baxış keçirilmiş və həmin çəlləklərdən birinin içərisinin boş, yerdə qalan üçünün içərisində isə meyvə sirkəsinin olduğu müəyyən edilmiş, lakin, onların içərisində qanunla qadağan olunmuş heç bir əşya yaxud predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, lakin, onun evindən də qanunla qadağan olunmuş heç bir əşya yaxud predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki tövləyə baxış keçirilmiş, lakin, tövlədən də qanunla qadağan olunmuş heç bir şey aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər baxış iştirakçılarının iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahənin tərəvəz əkilən dirrik olan hissəsində yerdə kökündən çıxarılmış halda olan 21 (iyirmi bir) ədəd narkotik tərkibli çətənə koluna oxşar kol aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bitkilərin nə olması soruşuluqda, Təqsirləndirilən şəxs həmin bitkilərin özünün istifadə etməyi üçün əkdiyi narkotik bitkilər olmalarını bildirmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs Şəki rayonu ərazisində fəlaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs da təqdim olunmuş siyahı ilə tanış olduqdan sonra hüquqlarının müdafiəsi üçün həmin siyahıda adları sadalanan şəxslərdən vəkil Cavid Qədimovu seçmişdir. Bir qədər sonra Cavid Qədimov oraya gəlmiş və ona təqdim edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs öz həyətyanı sahəsində torpaqda əkib-becərdiyi 21 (iyirmi bir) ədəd çətənə koluna oxşar kola baxış keçirilmişdir. Həmin vaxt o, aşkar olunmuş 21 (iyirmi bir) ədəd narkotik tərkibli çətənə koluna oxşar kolları diqqətlə nəzərdən keçirib, həmin kolların çətənə kolları olduqlarını və həmin kollara aqrotexniki qaydada qulluq göstərildiyini müəyyən etmiş və bu haqda baxış iştirakçılarına bildirmişdir. Bundan sonra həmin çətənə kolları qablaşdırılmış, qablaşdırmanın üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki əşyalarını saxlamaq üçün istifadə etdiyi tikiliyə baxış keçirilmiş, lakin, həmin tikilidən də qanunla qadağan olunmuş heç bir əşya yaxud predmet aşkar olunmamışdır. Baxış başa çatdıqdan sonra protokol tərtib olunub ucadan oxunmuş, heç bir şikayət, təklif yaxud qeyd bildirilməmiş və o da digər iştirakçılarla birlikdə həmin protokolu imzalayaraq doğruluğunu təsdiq etmişdir. Bundan sonra o, öz rəyini tərtib edib təhqiqatçıya təqdim etmişdir. Həmçinin, Şahid5 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir münasibəti, o cümlədən heç bir ədavəti və düşmənçiliyi olmayıb, həmçinin onunla heç bir qohumluq əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təzyiqə və təsirə yol verilməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar olunmuş 21 (iyirmi bir) ədəd narkotik tərkibli çətənə kolları yabanı şəkildə bitməmişdirlər. Həmin çətənə kollarına xüsusi aqrotexniki qaydada qulluq olunmaqla kultivasiya edilmişdirlər. Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar olunmuş 21 (iyirmi bir) ədəd narkotik tərkibli çətənə kollarının hər birinin yarpaqlarının enli, gövdələrinin diametrlərinin böyük, kök sistemlərinin güclü inkişaf etmiş olmaları həmin bitkilərin xüsusi qulluq göstərilərək becərilib kultivasiya edildiklərini göstərir. İbtidai istintaq dövründəki ifadəsi elan olunduqdan sonra da Şahid5 baxış zamanı Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədə aşkar olunan çətənə bitkilərinin torpağa basdırılmış vəziyyətdə olduğunu və onların bir qismini özünün torpaqdan çıxardığını bildirmiş, ibtidai istintaq dövründəki ifadəsindəki ziddiyəti, habelə tərtib etdiyi rəydəki natamamlığı izah edə bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, Mənzil Kommunal Təsərrüfatı İdarəsində fəhlə işləyir və işdən sonra da zibil yığmaqla ailəsini dolandırır. Onun Vaz 21011 markalı avtomobili vardır. Onunla işdən sonra zibil yığmağa gedir. Avtomobili xarab olan günü yol qırağından zibil yığan zaman polis əməkdaşı ona yaxınlaşmış və ondan kömək eləməyi xahiş etmişdir. O da kömək eləməyə razılıq vermişdir. Ona bir nəfər şəxsin yaşadığı evə baxış keçirilməsində hal şahidi kimi iştirak etməyi təklif etmişlər. O da hal şahidi olmağa razılıq vermişdir. Orada evə, avtomobilə və həyətyanı əraziyə baxış keçirilmiş və dirrikdən narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Həmin kollar polis əməkdaşları tərəfindən sayılmış və onların cəmi sayı təxminən 21-22 ədəd olmuşdur. Sonra da polis əməkdaşları aşkar edilən narkotik tərkibli bitkiləri qablaşdırıb götürmüşlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Şahid4 göstərmişdir ki, hal şahidi qismində baxışda iştirak etmək üçün Təqsirləndirilən şəxs yaşadığı ünvana gəldikdə orda polis əməkdaşlarını görmüşdür. Onlar gəldikdən sonra baxış keçirilmiş və dirrik sahədən narkotik tərkibli bitkilər aşkar olunmuşdur. Mütəxəssis aşkar edilən bitkilərə baxıb narkotik tərkibli bitkilərə oxşadığını bildirmişdir. Həmin vaxt təqsirləndirilən şəxs dəmir hasarın digər tərəfində olan 4-5 ədəd narkotik tərkibli çətənə kollarını özü əkmədiyini bildirmiş, həyətdən aşkar edilənləri isə özü əkdiyini demişdir Dəmir hasarın digər tərəfində olan narkotik tərkibli çətənə kollarını da polis əməkdaşları yığıb gətirmiş və onlar da qablaşdırılaraq şöbəyə aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki, 27 sentyabr 2020-ci il tarixdə başlayan X3 iştirak etmiş, Ağdərə istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. Döyüş zamanı yanında əsgər yoldaşları şəhid olduğundan, uzun müddət stress keçirmişdir. Odur ki, aldığı travmaya görə hazırda cinayət hadisəsi barədə heç nə xatırlamır. Müharibədən qayıdandan sonra polis əməkdaşları onu çağırmış və ona hal şahidi olmağı barədə fotoşəkilləri göstərmişlər. Ancaq o yenə də heç nə xatırlaya bilməmişdir. Hazırda da baxış keçirilməsi ilə bağlı və həmin baxışda iştirak etməsi ilə bağlı heç nəyi xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 göstərmişdir ki, 20.06.2020-ci il tarxidə saat 11 radələrində 3 maşın gəlib həyətə daxil olmuş, həmin vaxt evdə o, nəvəsi və qızı olmuşdur. Əri Təqsirləndirilən şəxs isə iribuynuzlu heyvanlara su verməyə getmişdir. Polis əməkdaşları yaşadıqları evin həyətinə daxil olub onlardan mobil telefonları almışlar. Sonra həyətdə olan stolda üzü gün doğan tərəfə oturmağı və oradan tərpənməməyi bildirmişlər. Nə olduğunu soruşduqda “sizə dəxli yoxdur” deyə cavab vermişlər. Polis əməkdaşları ərinin harada olduğunu soruşmuşlar, o da onlara ərinin mallara su verməyə getdiyini bildirmişdir. Polis əməkdaşları qruplara bölünərək evi, çardağı və evin həyətyanı sahəsini axtarmağa başlamışlar. Bu zaman əri Alı evə gəlmiş və polis əməkdaşlarına kimdən icazə alıb evə daxil olmaları barədə sual vermişdir. Həmin vaxt polis əməkdaşlarından biri “bizə heç kəsdən icazə almaq lazım deyil” demişdir. Evdə “daun” sindromlu xəstə nəvəsi də olmuş və polis əməkdaşları onu da qolundan tutaraq oturub tərpənməməyi tələb etmişlər. Sonra polis əməkdaşları əri Təqsirləndirilən şəxs evin arxasına aparıb orada döymüşlər, evdə avtomat olduğunu və onun yerini deməsini bildirmişlər. Əri isə öz növbəsində evdə avtomat olmadığını bildirmişdir. Əri Təqsirləndirilən şəxs polis əməkdaşları döydükdə onun səsini eşidib əlinə ağac parçası alıb yanında olan polis əməkdaşlarının başı qarışan zaman asta-asta gedib evin arxasına baxanda görmüşdür ki, ərini polis əməkdaşları yerə yıxıb təpiklə vururlar. O bunu gördükdə çığıraraq “niyə onu döyürsüz, onun nə günahı var?” deyə soruşduqda polis əməkdaşları onun saçından tutaraq yenidən yerinə oturtmuşlar. Həmin vaxt polis əməkdaşları həyətin hər yerini axtarırmışlar və birdən “gəlin, burada narkotik tapmışıq” deyə polis əməkdaşlarının qışqırdığını eşitmişdir. Bundan sonra bütün polis əməkdaşları həyətdə olan dirrik tərəfə getmişlər. Polis əməkdaşları yaşadığı evə gəlməzdən 3 gün əvvəl o, dirrikdən sarımsaq çıxartmışdır. Əri isə onun xəbəri olmadan dirrik yerinin kənarında olan “setka”nın çöl tərəfində yabanı halda yetişmiş narkotik vasitəsini “setka”nın kənarında olan kanalın içinə atmışdır. Polis əməkdaşları da həmin kanala atılmış narkotik vasitəni götürüb onun sarımsaq bitkisini çıxartdığı yerə, yəni “setka”nın iç tərəfində olan dirrik ərazisinə atmışlar. Sonra orada şəkil çəkilmişdir ki, güya həmin bitkilər həmin yerdən çıxmışdır. O isə orada polis əməkdaşlarına bildirmişdir ki, dirrikdə olan sarımsaq bitkisini özü çıxartmışdır, otunu özü biçmişdir, lakin orada narkotik bitkisi görməmişdir. Əri də oradan narkotik vasitə çıxartmadığını bildirmişdir. Onlar narazılıq edəndən sonra gəlib ərazidən torpaq nümunələri götürülmüş və həmin ərazidə olan torpaqdan narkotik vasitə kökü çıxmamışdır. Ona ünvanlanan sualları cavablandırarkən Şahid7 göstərmişdir ki, hadisə zamanı qonşuları Coşğun, Cahangir, qızı Nuranə, nəvələri Rinat və Əziz həyətdə olmuş, lakin baş verən hadisələri, yəni ərinin döyülməsini hesab edir ki, onlar görməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X2 göstərmişdir ki, hadisə günü Təqsirləndirilən şəxs yaşadığı evə gedərək onun qızının icazəsi ilə gilas yığmaq istəmişdir. Həmin zaman Alı dayı evdə olmamışdır, lakin onun yoldaşı və nəvəsi evdə olmuşdur. Onlar Alı dayının heyvanlara su verməyə getdiyini bildirmişlər. Həyətdən 15-20 metr aralı olan gilas ağacına çıxmaq istəyən zaman görmüşdür ki, maşınlar gəlmiş və maşından adamlar düşmüşdür. Maşından düşən şəxslərdən biri polis formasında, digərləri isə mülki geyimdə olmuşdur. Həmin şəxslər heç kəsin yerindən tərpənməməsini və telefonların stolun üzərinə qoyulması barədə göstəriş vermişlər. Həmin zaman o da Təqsirləndirilən şəxs həyətində stolun yanında olmuşdur. Telefonları stolun üzərinə qoymuşlar. Polislər onları bir-birilərini görməsin deyə stolda tərsinə oturtmuşlar. Polislərə kim olmaları barədə suallar versələr də, onlar yalnız “birazdan görərsiniz kim olduğumuzu” deyərək cavab vermişlər. Polislər Təqsirləndirilən şəxs harada olması ilə maraqlanmış, onlar da Təqsirləndirilən şəxs heyvanlara su verməyə getdiyini bildirmişlər. Həmin şəxslər evin içinə girmişlər, sonra ot tayaları olan çardağa baxmışlar, daha sonra tövləyə və digər yerlərə girmişlər. Təqsirləndirilən şəxs heyvanlara su verib geri qayıtdıqda polislər onu da saxlamış və stolun yanına gətirib, onun da telefonunu əlindən almışlar və stolda oturtmuşlar. Həmin şəxslər evin içinə daxil olan zaman Təqsirləndirilən şəxs onlardan kim olduqlarını soruşmuş, lakin onlar Təqsirləndirilən şəxs kim olduqlarını bildirməmişlər. Həmin şəxslərdən biri polis forması geyinmiş, amma bir qədər aralıda dayanmış və evə gəlib-gedənə nəzarət etmişdir. Təqsirləndirilən şəxs onlardan evə daxil olmaq üçün sənədləri olub-olmamasını soruşmuş, lakin onlar Təqsirləndirilən şəxs heç bir sənəd təqdim etməmişlər. Polis əməkdaşları əllərinə “lom” alıb evin içinə daxil olaraq evin polunu sökmüşlər. Təqsirləndirilən şəxs etiraz etməsinə baxmayaraq onlar dinləməmişlər və işlərinə davam etmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs avtomatın yerini soruşmuşdur. Təqsirləndirilən şəxs isə avtomatdan xəbəri olmadığını, onun evində avtomat olmadığını bildirmişdir. Təxminən 30 dəqiqə sonra yaranmış səs-küyə onun atası gəlmiş və atası da onların yanına otuzdurulmuşdur. Polis əməkdaşları onları stola bir-birilərini görməyəcəkləri formada oturtmuşlar. İki nəfər polis əməkdaşı - birinin adı Şəhriyar, biri də əlində avtomat olan polis əməkdaşı Təqsirləndirilən şəxs və atasını evin arxasına aparmışlar. Həmin zaman onlar evin arxasını görməmişlər, çünki qarşılarında ev olmuşdur. Lakin evin arxasından Təqsirləndirilən şəxs “eləmiyin, məni vurmayın, kömək edin” deyərək qışqırığı eşidilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yoldaşı stoldan durmuş, əlinə ağac parçası alıb Təqsirləndirilən şəxs istiqamətə getmişdir. Sonra polis əməkdaşları onu tutub geri qaytararaq yenidən stola oturtmuşlar. Bir müddət sonra polis əməkdaşları atasını da gətirib stola oturtmuşlar, lakin Təqsirləndirilən şəxs hələ də evin arxasında qalmışdır. Polis əməkdaşları gəlib “vedrə”yə su doldurub aparmışlar. Bir müddət sonra polis əməkdaşları Təqsirləndirilən şəxs gətirmişlər və bu zaman görmüşdür ki, Təqsirləndirilən şəxs üst-başı lil və palçıq içindədi, köynəyinin düymələri də qopmuş vəziyyətdədir. O, əvvəllər pul müqabilində Təqsirləndirilən şəxs həyətində olan təssərüfat işlərində ona köməklik etmiş, lakin Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik bitkisi görməmişdir. Həmin vaxt polis əməkdaşları nə isə tapdıqlarını bildirmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs aparıb əllərini maşının üzərinə qoymuşlar, onun ayaqlarını aralamışlar və ayaqlarına təpik vurmuşlar. Polis əməkdaşları Təqsirləndirilən şəxs vurmuşlar və bu səbəbdən də Təqsirləndirilən şəxs ayağında, üz nahiyyəsində xəsarətlər yaranmışdır. Hətta sonrakı günlərdə özünün telefonu ilə Təqsirləndirilən şəxs ayağında olan xəsarətin şəklini çəkmişdir. Təxminən saat 16 radələrində polis əməkdaşları Təqsirləndirilən şəxs yoldaşını stola oturdub nə isə yazmasını bildirmişlər. Bir müddət sonra polis əməkdaşları onları cərgə ilə düzərək telefonlarını qaytarmış, ona və atasına getməyə icazə vermişlər. Ona ünvanlanan sualları cavablandırarkən Coşqun Məmmədov göstərmişdir ki, onlar yaşayan ərazidə həmişə yabanı halda çətənə kolları bitmişdir. Onlar da həmişə onları qırıb atmışlar. Təqsirləndirilən şəxs evində olduğu müddətdə polis əməkdaşları bütün hər yerə, hətta dirrik ərazisinə baxış keçirmiş və o, orada olan müddətdə oradan heç nə aşkar edilməmişdir. Sonradan kimsə aqronom çağırmış, aqronom Təqsirləndirilən şəxs məxsus həyətə daxil olan ərəfədə onların telefonları onlara qaytarılaraq getmələri tələb edilmişdir. Belə olub onlar evlərinə getmişlər. Onlar orada olduğu müddətdə hal şahidi görməmişdir. Birinci dəfə ibtidai istintaq zamanı verdiyi izahatı təzyiq altında vermiş, həmin zaman ona məcburi şəkildə imza etdirilmişdir. Sonradan müvafiq qurumlara şikayət ərizələri yazdıqdan sonra Şəki rayon prokurorluğuna dəvət olunmuş və orada verdiyi izahatda artıq bütün qeyd etdikləri doğru şəkildə öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan 20.06.2020-ci il tarixli “Raport”dan görünür ki, polis şöbəsinə “Alı” adlı şəxsin narkotik vasitələrin istifadəsi, satışı, həmçinin yaşadığı evin ərazisində qanunsuz olaraq tərkibində narkotik vasitə olan çətənə bitkilərini əkib-becərərək kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 7). Cinayət işinin materiallarında olan 20.06.2020-ci il tarixli “Raport”dan görünür ki, alınmış əməliyyat məlumatına əsasən narkotik vasitələrin istifadəsi, satışı, həmçinin yaşadığı evin ərazisində qanunsuz olaraq tərkibində narkotik vasitə olan çətənə bitkilərini əkib-becərərək kultivasiya etməsi ilə məşğul olan “Alı” adlı şəxs, xx.xx.1957-ci il təvəllüdlü Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olmaqla Şəki rayonu, Baş Göynük kəndinin tərkibində olan Qarasov adlanan ərazidə yaşayan Təqsirləndirilən şəxsdur (cild 01, iş vər. 8). Cinayət işinin materiallarında olan 20.06.2020-ci il tarixli “Raport”dan görünür ki, alınmış əməliyyat məlumatına əsasən xx.xx.1957-ci il təvəllüdlü Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olmaqla Şəki rayonu, Baş Göynük kəndinin tərkibində olan Qarasov adlanan ərazidə yaşayan Təqsirləndirilən şəxs hazırda yaşadığı ünvanda olduğu və əkibbecərdiyi çətənə kollarını məhv etmək istədiyi müəyyən olunmuşdur (cild 01, iş vər. 6). Cinayət işinin materiallarında olan 20.06.2020-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə xx.xx.1957-ci il təvəllüdlü Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olan və Şəki rayonu, Baş Göynük kəndinin tərkibində olan Qarasov adlanan ərazidə yaşayan Təqsirləndirilən şəxs cinayət başında ifşa olunması məqsədi ilə onun ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 9). Cinayət işinin materiallarında olan “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs yazılı ərziə verərək polis əmkdaşları tərəfindən yaşadığı evə və həyətinə baxış keçirilməsinə etiraz etməmişdir (cild 01, iş vər. 18). Cinayət işinin materiallarında olan 20.06.2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Şəki rayonu Baş Göynük kəndinin tərkibindəki Qarasov deyilən ərazidəki fərdi yaşayış evinə və həmin evin həyətyanı sahəsinə baxış keçirilən zaman evin həyəyanı sahəsində dirrik olan hissədə kökləri ilə birlikdə torpaqdan çıxarılmış vəziyyətdə, hündürlükləri 90 sm-dən 238 sm-dək olan ümumilikdə 21 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 33-55). Cinayət işinin materiallarında olan 20.06.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, həmin tarixdə aqronom-mütəxəssis Şahid5 tərəfindən rəy tərtib edilmişdir və həmin rəydə göstərilmişdir ki, polis əməkdaşlarının, şahidlərin və torpaq istifadəçisinin ailə üzvlərinin birgə iştirakı ilə həyətyanı sahənin gündoğan tərəfində “Q” formalı ərazidə cəmi 21 (iyirmi bir) ədəd çətənə bitkisi olduğu, bitkilərə aqrotexniki qulluq edildiyi aşkar edilmişdir (cild 01, iş vər.56). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in X6 20 iyun 2020-ci il tarixli, 17/399 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 21 (iyirmi bir) ədəd hündürlükləri 90 sm-dən 238 sm-dək, ümumi təmiz çəkisi 5 kiloqram 605 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom Şahid5 tərəfindən verilmiş 20.06.2020-ci il tarixli aqronom rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir (cild 01, iş vər. 96-98). Cinayət işinin materiallarında olan Şəki Rayon Məhkəməsinin 22 iyun 2020-ci il tarixli qərarından görünür ki, Şəki ŞRPŞ-nin CAB-nin əməlliyyat müvəkkili, polis baş leytenantı Şahid1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 20 iyun 2020-ci il tarixli qərarının təqdim edilmiş vəziyyətdə məhkəmə nəzarəti qaydasında yoxlanılmalı olmaması qərara alınmışdır (cild 01, iş vər. 182-183). Cinayət işinin materiallarında olan 26.06.2020-ci il tarixli “Tədqiqat üçün nümunələrin götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə Şəki rayonu, Baş Göynük kəndinin tərkibində olan Qarasov adlanan ərazidə yerləşən Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsindən narkotik tərkibli çətənə bitkilərinin bitdikləri yerdən, həm də 20.06.2020-ci il tarixdə baxış zamanı narkotik tərkibli bitkilərin aşkar olunduğu yerdən torpaq nümunələri götürülərək sellofan torbaya qoyulmaqla qablaşdırılıb götürülmüş və müvafiq fotoşəkillər çəkilməklə protokola əlavə edilmişdir (cild 01, iş vər. 170-173). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in X6 17 iyul 2020-ci il tarixli, 17/442 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş torpaq nümunələrindən əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim olunmuş, 04 ədəd torpaq nümunələrinin strukturu və münbitliyi həmin torpaqlarda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir (cild 01, iş vər.225-227). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in X6 02 oktyabr 2020-ci il tarixli, 17/562 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sintetik kisənin içərisindəki 03 (üç) ədəd çətənə bitkilərinin köklərində olan torpaq hissəcikləri rənglərinə görə eyni olub, bozumtul-qəhvəyi rəngli torpağa məxsusdurlar. Onlar qrup əlamətinə (rənginə) görə eynidirlər. Həmin sintetik kisənin içərisindəki digər 18 (on səkkiz) ədəd çətənə bitkilərinin köklərində olan torpaq hissəcikləri yalnız iz şəklində olduğundan tədqiqat aparmaq üçün onlardan nümunə götürmək mümkün olmadı. Təqdim olunmuş 03 (üç) ədəd çətənə bitkilərinin köklərində olan torpaq hissəcikləri, 1 rəqəmi ilə işarələnmiş 02 (iki) ədəd sellofan torbalarda olan və 2 rəqəmi ilə işarələnmiş 02 (iki) ədəd sellofan torbalarda olan torpaq nümunələri rənglərinə görə eyni olub, bozumtul-qəhvəyi rəngli torpağa məxsusdurlar. Onlar qrup əlamətinə (rənginə) görə eynidirlər. Təqdim olunmuş 01 (bir) ədəd çətənə bitkisinin kökündə az miqdarda olan torpaq hissəcikləri, 1 rəqəmi ilə işarələnmiş 02 (iki) ədəd sellofan torbalarda olan və 2 rəqəmi ilə işarələnmiş 02 (iki) ədəd sellofan torbalarda olan torpaq nümunələri orta humuslu (cinsi əlamət) torpaqlara aidirlər. Onlar humusluğuna (cinsi əlamət) görə eynidirlər. Təqdim olunmuş 02 (iki) ədəd çətənə bitkilərinin köklərində olan torpaq hissəcikləri çox cüzi miqdarda olduğundan onun cinsi əlamətlərini müəyyən etmək mümkün olmadı. Təqdim olunmuş 01 (bir) ədəd çətənə bitkisinin kökündə olan torpaq hissəcikləri az miqdarda olduğundan onun humusluğundan başqa digər cinsi əlamətlərini müəyyən etmək mümkün olmadı (cild 02, iş vər.45-48). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in X6 17 dekabr 2020-ci il tarixli, 17/628 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sintetik kisənin içərisindəki 03 (üç) ədəd çətənə bitkilərinin köklərində olan torpaq hissəcikləri rənglərinə görə eyni olub, bozumtul-qəhvəyi rəngli torpağa məxsusdurlar. Onlar qrup əlamətinə (rənginə) görə eynidirlər. Həmin sintetik kisənin içərisindəki digər 18 (on səkkiz) ədəd çətənə bitkilərinin köklərində olan torpaq hissəcikləri yalnız iz şəklində olduğundan tədqiqat aparmaq üçün onlardan nümunə götürmək mümkün olmadı. Təqdim olunmuş 03 (üç) ədəd çətənə bitkilərinin köklərində olan torpaq hissəcikləri, 1 rəqəmi ilə işarələnmiş 02 (iki) ədəd sellofan torbalarda olan və 2 rəqəmi ilə işarələnmiş 02 (iki) ədəd sellofan torbalarda olan torpaq nümunələri rənglərinə görə eyni olub, bozumtul-qəhvəyi rəngli torpağa məxsusdurlar. Onlar qrup əlamətinə (rənginə) görə eynidirlər. Təqdim olunmuş 03 (üç) ədəd çətənə bitkilərinin köklərində olan torpaq hissəcikləri çox cüzi miqdarda olduğundan onun cinsi əlamətlərini müəyyən etmək mümkün olmadı (cild 02, iş vər.169-172). Cinayət işinin materiallarında olan Şəki Rayon Mərkəzi Xəstəxanasının Narkoloji şöbəsinin 21.06.2020-ci il tarixli 285A saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs narkotika faktı aşkar edilməmişdir (cild 01, iş vər. 100). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 28 sentyabr 2020-ci il tarixli 852 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02, iş vər. 26). Cinayət işinin materiallarında olan Şəki RMX-nin 29.09.2020-ci il tarixli 2479 №-li məktubundan görünür ki, Şəki rayonu Baş Göynük kəndində yaşayan Təqsirləndirilən şəxs “Şəki RMX” publik hüquqi şəxsin Narkologiya kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur (cild 02, iş vər. 53). Cinayət işinin materiallarında olan Şəki rayon Psixiatriya xəstəxanasının 24.09.2020-ci il tarixli 562 nömrəli məktubundan görünür ki, Şəki rayonu Baş Göynük kəndində yaşayan Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur (cild 02, iş vər. 6). Cinayət işinin materiallarında olan 20.02.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.2, 237.2.1-ci maddələrinin tərkib əlamətləri olmadığından, Şahid7 əməlində CM-nin 307.1, 237.2.3 və 237.2.1-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir (cild 02, iş vər. 226-250). Cinayət işinin materiallarına əlavə edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 22.09.2020-ci il tarixli, 23.11.2020-ci il tarixli, 29.01.2021-ci il tarixli və 15.07.2021-ci il tarixli qərarlara əsasən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalması ilə bağlı qeyd etdiyi xüsusatlarla əlaqədar ayrı-ayrı vaxtlarda araşdırma aparılmış və hər dəfə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin (CPM) 12.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 21.1-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin təqsirinin məhz həmin qanunda nəzərdə tutulmuş qaydada sübuta yetirilməsini tələb edir. Həmçinin CPM-nin 21.2-ci maddəsində isə göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 33.1 və 33.2-ci maddələrində müəyyən edilmişdir ki, hakimlər cinayətmühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Habelə həmin Məcəllənin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyinin 139-cu maddəsinin tələblərini nəzərə alıb məhkəmə istintaqı zamanı cinayət təqibi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, bir-biri ilə müqayisəsli şəkildə təhlil edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və yekunda bütün sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, CM-nin 237.2.3-cü maddəsi ilə irəli sürülən ittiham üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən, ona həmin maddə ilə bəraət verilməlidir. Belə ki, cinayət işinin materiallarına əsasən təqsirləndirilən şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinin nəticələri ona qarşı cinayət işinin başlanmasına və yekunda sonuncuya qarşı CM-nin 237.2.3-cü maddəsi ilə ittiham irəli sürülməsinə səbəb olan təməl nöqtəsi qismində çıxış etmiş və ibtidai araşdırmanın sonrakı mərhələsində əldə olunan bütün sübutlar (protokola əlavə olunan fotoşəkillər, mütəxəssis rəyi, ekspert rəyləri, şahid ifadələri və s.) ibtidai istintaq orqanı tərəfindən zəruri sübut növü kimi qəbul edilərək təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasına qoyulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi sonuncu barəsində yuxarıda göstərilən ittihamın irəli sürülməsini əsaslandıran sübutun əldə olunmasını təmin edən prosessual hərəkət rolunda çıxış etdiyindən, sözügedən baxışın aparılması üsulu, baxış nəticəsində aşkar olunan dəlillərin rəsmiləşdirilməsi və sonradan həmin baxışın nəticələrindən Təqsirləndirilən şəxs qarşı istifadə edilməsi üsulu bütövlükdə aparılan cinayət təqibinin ədalətliliyinə təsir etmişdir. Odur ki, məhkəmə kollegiyası məhz 20.06.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs məxsus evə və onun həyətyanı sahəsinə baxışın keçirilməsinin, həmin baxışın nəticələrinin rəsmiləşdirilməsinə dair protokolun etibarlılığını yoxlayıb məhkəmə istintaqı zamanı müəyyən etdiyi halları əsas tutaraq qeyd edir ki, sözügedən baxış hərəkətinin keçirilməsi üsulu ilə bağlı nöqsanlar müəyyən edildiyindən, həmçinin tərtib olunan protokolda əks olunan məlumatlarda, o cümlədən protokola əlavə olunmuş fotoşəkillərdə ziddiyyətlər aşkar edildiyindən, həmin baxışın etibarlılığına və onun nəticəsində əldə olunan sübutun mötəbərliyinə şübhə yaranmışdır ki, nəticədə həmin sübut öz hüquqi əhəmiyyətini itirmişdir. Belə ki, sözügedən protokolda əks olunanlardan belə müəyyən olunur ki, polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı ünvana gedərkən artıq əldə olunan agentura məlumatının mötəbərliyini əsas götürərək hal şahidləri və aqronom-mütəxəssisi baxışda iştirak etmək üçün dəvət etmiş, onların da iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana və həyətyanı sahəsinə baxış keçirilmişdir. Lakin məhkəmə istintaqı ilə müəyyən edilən hal (iş üzrə heç bir marağı olmayan şahidlər - aqronom-mütəxəssis Şahid5 və həmin baxışda iştirak edən hal şahidi Şahid4 ifadələri) ondan ibarət olmuşdur ki, sözügedən baxış keçirilməmişdən öncə polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmiş və yalnız sonradan hal şahidləri və aqronom-mütəxəssis həmin ünvana dəvət olunmuşdur. Bu hal isə özlüyündə artıq məhkəmə heyətində həmin baxışın keçirilməsinin etibarlılığına dair şübhə yaratmışdır. Müdafiə tərəfin israrla polis əməkdaşları tərəfindən həyata keçirilən baxışı və onun əsasında tərtib olunan protokolu mübahisələndirməsi, baxışda aşkar olunan çətənə kollarının Təqsirləndirilən şəxs tərəfindən əkilib-becərilməməsi barədə, həmin kolların evin həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən qoyulması, o cümlədən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalıb etirafedici ifadələr verməsi barədə qeyd etdikləri, eyni zamanda Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar olunan çətənə kollarının torpağa basdırılı halda deyil, kökündən çıxarılmış halda aşkar olunması, habelə həmin çətənə kollarının Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədə əkildiyi yerin dəqiq müəyyən olunmaması, o cümlədən təqsirləndirilən şəxsin polis əməkdaşlarının hərəkətlərindən prokurorluq orqanlarına şikayət etməsi, həmin şikayətlər nəticəsində bir neçə dəfə qərar qəbul edilməsi və sözügedən araşdırmanın nəticəsi olan qərarların məhkəmə nəzarəti qaydasında bir neçə dəfə ləğv edilməsi məhkəmə heyətində baxışın keçirilməsi nəticəsində əldə olunan sübutun mötəbərliyi ilə bağlı narahatlığını daha da artırmışdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, keçirilən hər bir prosessual hərəkətin sonunda tərtib olunan protokolda əks olunan məlumatlar ona əlavə olunan sənədlərlə (müvafiq olaraq fotoşəkillərlə, video görüntü ilə və s.) uyğun olmalı, həmçinin həmin prosessual hərəkətin keçirilməsində iştirak edən şəxslərin ifadələri ilə protokolda əks olunan məlumatlar mütləq şəkildə üst-üstə düşməklə biri digərini tamamlamalıdır ki, sözügedən prosessual hərəkətin keçirilməsi nəticəsində tərtib olunan protokol etibarlı sayılsın və prosessual qanunvericiliyin tələblərinə cavab verən zəruri sübut növü qismində çıxış edə bilsin. Hazkırki iş üzrə müdafiə tərəfindən mübahisələndirilən baxış hərəkəti video çəkiliş aparılmadan, yalnız hal şahidlərinin iştirakı ilə həyata keçirilmişdir. Belə olan halda məhkəmə kollegiyası üçün hadisə yeri ilə bağlı fikir yalnız sözügedən baxış hərəkətində iştirak edən şəxslərin ifadələrəri, baxış protokolu və ona əlavə olunmuş fotoşəkillərə əsasən formalaşmışdır. Baxış keçirilməsi haqqında 20.06.2020-ci il tarixli protokolda həyətyanı sahədən – dirrik ərazidən kökündən çıxarılmış halda 21 ədəd tərkibində narkotik vasitə olan çətənə kolunun aşkar olunduğu qeyd edilsə də, protokola əlavə olunan fotoşəkillərlə protokolda öz əksini tapan məlumatlar arasında natamamlıq müəyyən olunmuşdur. Belə ki, protokola əlavə olunmuş fotoşəkillərdən aşkar olunan bitkilərin sayını müəyyən etmək mümkün olmamışdır. Protokola əlavə olunan fotoşəkillərdə aşkar olunan birkilər ənənəvi üsuldan, yəni tək-tək düzülmüş vəziyyətdən fərqli olaraq cəm halda (kom halda), bir-birinin üstünə qoyulmuş vəziyyətdə göründüyündən, protokolda əks olunan sayda, yəni 21 ədəd çətənə bitkisinin aşkar olunması qənaətinə gəlmək mümkün olmamışdır. Həmçinin protokolda Təqsirləndirilən şəxs tərəfindən həmin bitkilərə aqrotexniki qulluq olunduğu və Təqsirləndirilən şəxs tərəfindən həmin bitkilərin kökündən çıxarıldığı torpaq ərazinin göstərildiyi və müvafiq fotoşəkillərin çəkilərək protokola əlavə olunduğu qeyd olunsa da, protokola əlavə olunan fotoşəkillərdə həmin bitkilərin çıxarıldığı torpaq sahəsini də müəyyən etmək mümkün olmamışdır. Belə ki, fotoşəkillərdə hər hansı bir bitkinin çıxarılmasından sonra torpaqda qalan çalalar aşkar olunmamışdır. Habelə şahid ifadələrində göstərilənlərlə də protokolda əks olunanlar uyğunluq təşkil etməmişdir. Belə ki, sözügedən protokoldan görünür ki, polis əməkdaşları tərəfindən aqronommütəxəssis və iki hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış nəticəsində həyətyanı sahədən – dirrik ərazidən bir yerdən 21 ədəd kökü ilə birlikdə torpaqdan çıxarılmış və yerə sərilmiş halda (kom halda) narkotik tərkibli çətənə kolu aşkar olunaraq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Lakin iş üzrə dindirilən şahidlərin ifadələrini, həmçinin digər sübutları araşdırdıqda sözügedən baxışın protokolunun tərtibi zamanı cinayət prosessual qanunvericiliyin tələblərinin pozulduğu, protokolda əks olunanlarla şahid ifadələrinin uyğunluq təşkil etmədiyi müəyyən olunmuşdur. Belə ki, iş üzrə hal şahidi Şahid4 məhkəmə iclasında ilk əvvəl ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə versə də, sonradan ona ünvanlanan suallara cavab verərkən göstərmişdir ki, hal şahidi qismində Şəki rayonu, Baş Göynük kəndində yerləşən Qarasov ərazisində olan Təqsirləndirilən şəxs məxsus evə və həyətyanı sahəsinə baxış keçirmək üçün polis əməkdaşları tərəfindən gətirildikdə Təqsirləndirilən şəxs həyətində çoxlu sayda polis əməkdaşlarının olduğunu görmüşdür. Həmçinin Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar olunan çətənə bitkilərindən dəmir hasarın digər tərəfində olan yabanı halda bitən 4-5 ədəd narkotik tərkibli çətənə kollarını özü əkmədiyini bildirmiş, həyətdən aşkar edilənləri isə özü əkdiyini demiş, əlavə olaraq dəmir hasarın digər tərəfində olan çətənə bitkilərinin də polis əməkdaşları tərəfindən yığılıb götürüldüyünü və onların da qablaşdırılaraq şöbəyə aparıldığını qeyd etmişdir. İş üzrə digər şahid qismində dindirilən və sözügedən baxış zamanı hal şahidi qismində çıxış edən Şahid6 məhkəmə istintaqı zamanı qeyd olunan baxış keçirildikdən sonra səfərbərlik nəticəsində X3 iştirak etmək üçün ordu sıralarına çağırıldığını və müharibənin gedişində güclü stress keçirdiyi üçün bütün olanları unutduğunu bildirmişdir. Həmin şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istinaqı zamanı heç bir tutarlı ifadə verə bilməmiş, konkret olaraq hal şahidi kimi iştirak etdiyi baxışda nələrin baş verdiyini xatırlamadığını bildirmişdir. İş üzrə mütəxəssis rəyini tərtib etmiş aqranom-mütəxəssis Şahid5 da məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən Şahid4 göstərdiyi xüsusatı təsdiq edərək Təqsirləndirilən şəxs yaşadığı ünvana gəldiyi zaman orada polis əmkədaşlarının olduğunu, hal şahidləri və vəkilin isə sonradan həmin ünvana gəldiyini, onların iştirakı ilə baxışın keçirildiyini bildirmiş, daha sonra isə Təqsirləndirilən şəxs həyətyanı sahəsindən 21 ədəd çətənə kolunun aşkar olunduğunu, onlardan 18 ədədinin dirrikdə, 3 ədədinin isə dirrikdən kənarda olan dəmir hasarın arxasından, özü də bütün aşkar olunan bitkilərin torpağa basdırılı vəziyyətdə aşkar edildiyini, polis əməkdaşlarının icazəsi ilə həmin çətənə kollarını torpaqdan çıxardığını və onlara baxış keçirərək dirrikdə əkildiyi üçün aqrotexniki qaydada qulluq olunması ilə bağlı nəticəyə gəldiyini, buna əsasən də rəy tərtib etdiyini göstərmişdir. Hətta ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra da Şahid5 israrla Təqsirləndirilən şəxs həyətyanı sahəsindən kökündən çıxarılmış halda çətənə kollarının aşkar olunmadığını, həmin kolların əkilmiş vəziyyətdə torpaqda olduğunu, bəzilərinin özü tərəfindən, bəzilərinin isə polis əməkdaşları tərəfindən baxış zamanı torpaqdan çıxarıldığını bildirmişdir. Odur ki, həmin baxışın keçirilməsinə dair, o cümlədən ondan sonra tərtib olunan protokola dair şübhələr yarandığından (hal şahidləri gəldiklərində artıq polis əməkdaşlarının həmin ünvanda olması ilə bağlı xüsusata görə), şahidlərin aşkar olunan çətənə bitkilərinin vəziyyəti ilə bağlı ifadələrində ziddiyyət müəyyən olunduğundan (yəni çətənə kollarının torpağa basdırılmış halda, yoxsa kökündən çıxarılmış vəziyyətdə aşkar olunması xüsusatına görə), habelə aşkar olunan çətənə bitkilərinin qablaşdırılması ilə bağlı ifadələrdə uyğunsuzluq aşkar olunduğundan (aşkar olunan çətənə kollarının hamısının dirrikdən aşkar olunması və ya bir qisminin dirrikdən, qalan hissəsinin dirrikdən kənarda dəmir çəpərin arxasından aşkar olunması, onların bəzilərinin yabanı halda bitən çətənə kolu olduğunu, həmçinin yabanı halda bitən çətənə kollarının da polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülməsi xüsusatına görə), cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən isə bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması nəzərdə tutulduğundan, məhkəmə kollegiyası hesab edir ki, hazırki halda nəinki sözügedən protokol, həmin baxışın aparılması və onun nəticələrinin rəsmiləşdirilməsi prosesi etibarsız sayılmalıdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 sentyabr 2021-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında da xüsusilə vurğulamışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual hədlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Təqsirləndirilən şəxs, onun arvadı və müdafiə tərəfin vəsatəti əsasında dindirilən şahid, o cümlədən də polis əməkdaşlarının məhkəmə istintaqı zamanı verdikləri ifadələrə münasibətdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, təqsirləndirilən şəxs tərəfindən qeyd edilən xüsusatlarla bağlı (polis əmkədaşları tərəfindən təzyirə məruz qalması ilə bağlı) Şəki Rayon Prokurorluğuna müraciət olunmuş, lakin bir neçə dəfə bu xüsustalarla bağlı məsələ prokurorluqda araşdırılsa da, hər dəfə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarlar müdafiə tərəfindən məhkəmə nəzarəti qaydasında mübahisələndirilmiş və məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən şikayətlər əsaslı sayılmaqla hər dəfə də həmin qərarlar ləğv edilmişdir. Hətta məhkəmə istintaqı gedən ərəfdə prokurorluğun sonuncu dəfə qəbul etdiyi qərar mübahisələndirilmiş və yenə də məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən prokurorluğun həmin qərarı ləğv edilmişdir. Lakin sonradan yenidən 15.07.2021-ci il tarixdə prokurorluq tərəfindən həmin xüsusatlarla bağlı araşdırma aparılmış və təkrarən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə hesab edir ki, prokurorluq tərəfindən qəbul olunan qərarların məhkəmə nəzarəti qaydasında bir neçə dəfə ləğv edilməsi özlüyündə müvafiq qurum tərəfindən sözügedən xüsusatla bağlı araşdırmanın qənaətbəxş aparılmadığının göstəricisidir. Həmçinin qeyd olunan qərarlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs fiziki təsirə məruz qalması ilə bağlı məhkəmə tibbi ekspertizasından keçirilmiş və 17.07.2020-ci il tarixli ekspert rəyinə əsasən bədənində müddəti ekspertizanın keçirilməsindən bir ay əvvəllə uyğun gələn (yəni hadisə dövrünə uyğun gələn), lakolizasiyasına görə müxtəlif şəraitlərdə yarana bilən və dərəcəsi təyin edilməyən xəsarətlərin olması müəyyən olunmuşdur. Sonrakı vaxtlarda keçirilən 23 noyabr 2020-ci il tarixli əlavə məhkəmə tibbi ekspertizasının rəyinə əsasən isə eyni xəsarətlərin olması müəyyən olunmuş, habelə həmin xəsarətlərin özü-özünə yetirilməsi ilə bağlı dəqiq fikrin söylənilməsinin qeyrimümkün olduğu göstərilmişdir. Daha sonra keçirilən ekspertizanın rəyində isə həmin xəsarətin sürətli hərəkət edən zaman (qaçarkən) öz boyu hündürlüyündən yıxılma zamanı zədə nahiyəsinin kələ-kötür səth üzərində sürüşməsindən əmələ gəlməsinin mümkünlüyü göstərilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20.06.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 22.06.2020-ci il tarixdə məhkəmə qarşısına çıxarılanadək polisin nəzarəti altında olmuş, 22.06.2020-ci il tarixdə məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilərək azadlığa buraxılmışdır. Artıq həmin məhkəmə prosesində Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qaldığını, döyüldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı 20.06.2020-ci il tarixdən 22.06.2020-ci il tarixədək polisin nəzarəti altında olması, saxlanıldığı zaman, həmçinin saxlanıldıqdan sonrakı müddət ərzində onun bədənində hər hansı xəsarətlərin olmasına dair müvafiq sənədlərdə qeydin olmaması, habelə nə saxlanılarkən və polis şöbəsinə gətirilərkən, nə də polis şöbəsində olarkən qaçmağa çalışmaması, polis əməkdaşlarına heç bir müqavimət göstərməməsi müqabilində (bütün bu halları polis əməkdaşları ifadələrində təsdiq etmişdir) Təqsirləndirilən şəxs 22.06.2020-ci il tarixdə hakim qarşısına çıxarılarkən polis əməkdaşları tərəfindən təsirə və təzyiqə məruz qaldığını bildirməsi və yuxarıda istinad olunan ekspert rəyi ilə üzərində xəsarətlərin aşkar olunması, hazırda cinayət işinin başlanmasının rədd edilməsi barədə müvafiq qərarın mövcudluğu şəraitində belə sonuncunun saxlanılarkən polis əməkdaşları tərəfindən pis rəftara məruz qalması ilə bağlı haqlı şübhələr yaranmasına səbəb olmuşdur. Odur ki, məhkəmə kollegiyası ibtidai araşdırma dövründə yol verilən nöqsanları nəzərə alıb, məhkəmə istintaqı zamanı müəyyən olunan halları əsas götürərək Təqsirləndirilən şəxs, onun vəsatəti əsasında dindirilən şahid Cavanşir Məmmədovun və təqsirləndirilən şəxsin arvadı Şahid7 məhkəmə istintaqı zamanı verdiyi ifadələri daha obtyektiv, işin faktiki halları ilə uyğun olan ifadələr kimi qəbul edir və məhz həmin ifadələri bəraətin əsasına qoyur. Həmçinin, məhkəmə kollegiyası qeyd olunanların fonunda təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələrə şübhə ilə yanaşır və həmin ifadələri əsaslı sübut növü kimi qəbul etmir. Polis əməkdaşlarının məhkəmə istintaqı zamanı verdiyi ifadələrə (həm Təqsirləndirilən şəxs təsir və təzyiqin olmaması ilə bağlı, həm də baxış protokolunda əks olunanların həqiqəti əks etdirməsi ilə bağlı) münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, polis əməkdaşları Təqsirləndirilən şəxs qarşı cinayət təqibinin başlanmasının təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar Təqsirləndirilən şəxs qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlı olması xüsusilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalmasını iddia etdiyini nəzərə alaraq daha aydın təzahür edirdi. Odur ki, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən polis əməkdaşlarının ifadələrini əsaslı sübut növü kimi qəbul etmir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, Şahid5 və Şahid4 məhkəmə iclasında verdiyi ifadələri (Şahid5 ifadəsinin tərtib etdiyi mütəxəssis rəyi ilə bağlı göstərdiklərinə dair hissəsi istisna edilməklə) məhkəmə istintaqı zamanı müəyyən olunan hallarla üst-üstə düşdüyündən, işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən və obyektiv həqiqəti əks etdirdiyindən, həmin ifadələr əsaslı sayılmalıdır. Ona görə də, məhkəmə məhz həmin ifadələri əsaslı sübut növü kimi qəbul edir və Təqsirləndirilən şəxs elan olunan bəraətin əsasına qoyur. İş üzrə digər Şahid6 ifadəsinə gəldikdə isə sonuncunun hazırda iştirak etdiyi prosessual hərəkət ilə (baxışla) bağlı heç nəyi xatırlamaması nəzərə alınaraq məhkəmə həmin ifadəni ümumiyyətlə sübut növü kimi qəbul etmir və hesab edir ki, ittiham tərəfin istinad etdiyi qeyd olunan sübut ümumiyyətlə əsassız sayılmaqla sübutlar siyahısından xaric edilməlidir. Yuxarıda qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası o halı da qeyd etməyi zəruri sayır ki, cinayət işinin materiallarından və şahid ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində Şəki Şəhər-Rayon Polis Şöbəsində müvafiq əməliyyatqeydiyyat işi açılmamış, yalnız daxil olan agentura məlumatına əsasən məhkəmə qərarı alınmadan səlahiyyətli subyektin qərarı əsasında təxirə salınmaz halın olması qənaətinə gəlinərək təqsirləndirilən şəxsin yaşadığı ünvana və həyətyanı sahəsinə baxış keçirilməsi barədə qərar qəbul edilmiş və sonuncunun yaşadığı ünvana gedilərək əməliyyat-axtarış tədbiri qismində baxış prosessual hərəkəti həyata keçirilmişdir. Halbuki, “Əməliyyat-axtarış fəaliyyət haqqında” Azərbaycan Respublkası Qanununun 15-ci maddəsinin 1-ci və 3-cü hissəsində göstərilmişdir ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi olduqda bu qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyatqeydiyyat işi başlanılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalıdır. Əməliyyat-axtarış tədbirlərinin nəticələri əməliyyatqeydiyyat işində əks edilməli və sistemləşdirilməlidir. Həmin Qanunun 16-cı maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən isə əməliyyataxtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Sözügedən qanunun müddəalarında məhkəmə qərarı olmadan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulsa da, Qanunun 10-cu maddəsinin 5-ci hissəsində birmənalı şəkildə göstərilmişdir ki, bu maddənin İV hissəsində nəzərdə tutulmuş hallarda (yəni məhkəmə qərarı olmadan əməliyyat-axtarış tədbiri keçirildikdə) əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. Cinayət işinin materiallarından göründüyü kimi, səlahiyyətli subyekt 20.06.2020-ci il tarixdə qəbul etdiyi qərarla təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupunun yaradılması və həmin tarixdə xx.xx.1957-ci il təvəllüdlü Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olan və Şəki rayonu, Baş Göynük kəndinin tərkibində olan Qarasov adlanan ərazidə yaşayan Təqsirləndirilən şəxs cinayət başında ifşa olunması məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinin vacibliyi qənaətinə gəlsə də, müvafiq qərarın qəbul olunmasının zəruriliyini kifayət qədər əsaslandırmamış, məhkəmə qərarı olmadan müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsinin təxirəsalınmazlığının məhz nədən ibarət olmasını qərarda ətraflı şəkildə əks etdirməmiş, formal əsaslara istinad etməklə qərarda şablon – ümumi ifadələrdən istifadə etməklə kifayətlənmişdir. Halbuki, qanunverici bu kimi halların gələcəkdə səlahiyyətli subyekt tərəfindən sui-istifadə hallarına yol verilməsinə gətirib çıxarılmasına şərait yaradacağını nəzərə alaraq yuxarıda istinad olunan müddəalarında bu kimi hallarda məhkəmə qərarı olmadan hərəkət etmək barədə nəticəyə gələn səlahiyyətli subyekt tərəfindən məhz əsaslandırılmış qərarın qəbul ediməsinin labüdlüyünü vurğulamış və həmin müddəalara riayət edilməməsinin yekunda əməliyyat-axtarış tədbiri gedişində əldə olunan sübutların etibarsız sayıla biləcəyi ehtimalını birmənalı şəkildə əks etdirmişdir. Cinayət işinin materialları ilə müəyyən olunur ki, Şəki Rayon Məhkəməsinin 22 iyun 2020-ci il tarixli qərarına əsasən Şəki ŞRPŞ-nin CAB-ın əməlliyyat müvəkkili, polis baş leytenantı Şahid1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 20 iyun 2020-ci il tarixli qərarının təqdim edilmiş vəziyyətdə məhkəmə nəzarəti qaydasında yoxlanılmalı olmaması nəticəsinə gəlinmiş və məhkəmənin sözügedən qərarının qəbul edilməsinə səbəb məhz səlahiyətli subyektin qəbul etdiyi 20.06.2020-ci il tarixli qərarı kifayət qədər əsaslandırmaması, həmçinin məhkəməyə göndərilmiş qərara onun qəbul edilmə səbəbləri və onun əsasında keçirilmiş tədbirlər barədə sənədin əlavə edilməməsi və sonradan məhkəməyə təqdim olunmaması olmuşdur. Göründüyü kimi, cinayət işi başlamadan öncə məhkəmə qərarı olmadan keçirilən əməliyyat-axtarış tədbirinin qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmamış və onun qanuniliyinə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Beləliklə, artıq hazırki iş üzrə əməliyyat-axtarış tədbiri keçirilmədən öncə polis əməkdaşları tərəfindən həyata keçirilən hərəkətlər (daha doğrusu hərəkətsizliklər) gələcəkdə əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunacaq sübutun legitimliyinə şübhə yaratmışdır. Cinayət təqibinin sonrakı mərhələsində əldə olunan sübutlara gəldikdə isə görünür ki, baxışın keçirilməsindən sonra mütəxəssis aşkar olunan bitkilərə dair 20.06.2020-ci il tarixli mütəxəssis rəyini tərtib etmişdir. Lakin məhkəmə heyətində həmin rəyin də əsaslığı şübhə doğurmuşdur. Belə ki, sözügedən rəydən görünür ki, mütəxəssis aşkar olunan bitkilərə baxış keçirmiş və onlara aqrotexniki qaydada qulluq olunduğu qənaətinə gəlmiş, lakin aqronommütəxəssis həmin rəydə nəyə əsasən bu qənaətə gəldiyini əsaslandırmamışdır. Həmin rəydən sözügedən bitkilərə hansı qaydada aqrotexniki qulluq olunduğunu müəyyən etmək mümkün olmamışdır. Aqronom-mütəxəssis Şahid5 məhkəmə istintaqı zamanı tərtib etdiyi rəylə bağlı verdiyi ifadəsində rəydə yol verdiyi nöqsanları aradan qaldırmağa çalışmış və dirrik ərazisinin torpağının mümbit torpaq olduğuna və suvarıldığına görə, təbii gübrədən (peyindən) istifadə edildiyinə, habelə bitkinin ümumi boyu, yarpaqlarda olan açıqlıq, bitkinin kökünün “çətir” hissəsinin geniş olması xüsusiyyətlərinə görə bitkilərə aqrotexniki qulluq olunduğu qənaətinə gəldiyini bildirmiş, lakin tərtib etdiyi rəydə nəyə görə bu halları qeyd etmədiyini, o cümlədən ibtidai istintaq zamanı verdiyi ifadəsində nəyə görə qeyd etdiyi bu xüsusatları göstərmədiyini əsaslandıra bilməmişdir. Göründüyü kimi, Şahid5 tərtib etdiyi rəylə ona münasibətdə verdiyi ifadələri arasında kifayət qədər ziddiyyətlər yaranmışdır. Belə olan halda, məhkəmə kollegiyası həmin rəyin də etibarlılığına şübhə ilə yanaşaraq hesab edir ki, bu formada tərtib olunan və heç bir əsaslandırma əks olunmayan rəyin ibtidai istintaq orqanı tərəfindən əsaslı sübut növü kimi qəbul edilməsi anlaşılan olmamışdır. Lakin həmin mütəxəssis rəyi nəinki ibtidai istintaq orqanı tərəfindən əsaslı sübut növü kimi qəbul edilmiş, hətta həmin rəyin əsasında istintaqın gedişində 20 iyun 2020-ci il tarixli, 17/399 nömrəli ekspertizanın rəyində heç bir tədqiqat aparılmadan ona istinad olunaraq sözügedən çətənə bitkilərinə aqrotexniki qaydada qulluq olunması barədə qənaətə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin mütəxəssis rəyinin əsaslılığı ilə bağlı şübhə yarandığından, onun əsasında sözügedən çətənə bitkilərinə aqrotexniki qaydada qulluq olunması barədə ekspert tərəfindən verilən rəyin də əsaslı sayılaraq məhkəmə tərəfindən qəbul edilməsi qeyri-mümkündür. Bəzi sübutların yaranma mənbəyinin həqiqiliyinə şübhə yarandıqda, həmin şübhələr digər mənbələrdən alınmış mötəbər sübutlarla aradan qaldırıla bilər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə ibtidai istintaq orqanı tərəfindən istintaqın gedişində əldə olunan digər sübutlar yaranan şübhələri aradan qaldırmaq imkanında olmamışdır. Belə ki, ibtidai istintaq orqanı istintaqın gedişində 20.06.2020-ci il tarixdə Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilərkən aşkar olunmuş narkotik tərkibli çətənə bitkilərinin əkildiyi yerin dəqiq müəyyən olunması və həmin torpaq sahəsində əkilən çətənə bitkisinə dair əlavə sübut əldə etmək məqsədi ilə həmin yerdən torpaq nümunələri götürmüş və ekspertizaya göndərərək müvafiq rəy almaqla ittihamı gücləndirməyə yönələn hərəkətlər etmişdir. Lakin əldə olunan 17 iyul 2020-ci il tarixli, 17/442 nömrəli ekspert rəyindən görünür ki, götürülən torpaq nümunələrində əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə olunan digər (02 oktyabr 2020-ci il tarixli, 17/562 nömrəli və 17 dekabr 2020-ci il tarixli, 17/628 nömrəli) ekspert rəylərində isə 03 (üç) ədəd çətənə bitkilərinin köklərində olan torpaq hissəciklərinin rənglərinə görə eyni olub, bozumtul-qəhvəyi rəngli torpağa məxsus olmaları, onların qrup əlamətinə (rənginə) görə eyni olmaları və götürülmüş torpaq nümunələri ilə oxşarlıq təşkil etmələri müəyyən olunmuşdur. Məhkəmə kollegiyası bildirir ki, qeyd olunanları əsas götürməklə sözügedən narkotik tərkibli bitkilərin həmin yerdə əkilib-becərilməsi qənaətinə gəlmək qeyrimümkündür. Çünki tədqiqat üçün götürülən torpaq nümunələrində birmənalı olaraq narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəciklərinə rast gəlinməmişdir. Belə olan halda yalnız bitki köklərində olan torpağın oxşarlığına istinad etməklə sözügedən qənaətə gəlmək, yəni həmin ərazidə çətənə bitkisinin əkilməsi nəticəsinə gəlmək mümkün deyildir. Digər tərəfdən məhkəmə kollegiyası onu da qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamda sonuncunun istifadə etmək üçün öz həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməklə kultivasiya etdiyi qənaətə gəlsə də, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı günün səhərisi, yəni 21.06.2020-ci il tarixdə tibbi müayinədən keçmiş və onda narkotika faktı aşkar edilməmişdir. Həmçinin cinayət işinin materiallarında olan məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Habelə cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs “Şəki RMX” publik hüquqi şəxsin Narkologiya kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs nəinki narkomaniya xəstəliyindən əzab çəkməmiş, onda ümumiyyətlə narkotik vasitədən epizodik istifadə halları belə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həyətyanı ərazisində yabanı halda çətənə kollarının bitməsi, hadisədən bir neçə gün əvvəl sonuncunun həyətyanı ərazisində yabanı halda bitən 4-5 ədəd çətənə kolunu aşkar etməsi və həmin çətənə kollarını qıraraq atması ilə bağlı qeyd etdiyi xüsusatlara gəldikdə isə məhkəmə kollegiyası sözügedən xüsusatları araşdırıb həmin əməllərin cinayət məsuliyyətinə səbəb olub-olmaması ilə bağlı məsələlərə münasibət bildidirərək onu qeyd edir ki, cinayət qanunvericiliyində yabanı halda bitən 4-5 ədəd çətənə koluna görə, habelə həmin kolları toplamaya və məhv etməyə görə şəxsin məsuliyyətə cəlb edilməsi ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmadığından, bu hissədə də Təqsirləndirilən şəxs məsuliyyəti istisna olunur. Beləliklə, məhkəmə kollegiyası məhkəmə istintaqının yekununda tədqiq etdiyi hər bir sübutu ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, ümumilikdə ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq istintaq orqanı tərəfindən toplanılan sübutlar prosessual qanunvericiliyin tələbləri pozulmaqla əldə edildiyindən, həmin sübutların həqiqiliyinə, obyektivliyinə dair şübhələr yarandığından, mövcud şübhələrin başqa sübutlar vasitəsi ilə aradan qaldırılması qeyri-mümkün olduğundan və nəticə etibarı ilə bu sadalanan hallar bütövlükdə prosesin ədalətliliyinə şübhə yaratdığından, CM-nin 237.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs qarşı elan olunan ittiham üzrə sonuncuya bəraət verilməlidir. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilir ki, məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki, burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmalı və ona izah edilməlidir. Barəsində bəraət hökmünün çıxarılmasına dair qənaətə gəlindiyindən, Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. Cinayət işi üzrə maddi sübut olan və Şəki Şəhər (Rayon) Polis Şöbəsində saxlanılan çəkisi 5 kiloqram 603,95 qram olan 21 ədəd çətənə bitkisi, 04 ədəd sellofan torbada olan torpaq nümunələri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs 139,62 AZN (yüz otuz doqquz manat, altmış iki qəpik) təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödəmək vəzifəsindən azad edilməli və həmin pul dövlət büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kolleiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut olan və Şəki Şəhər (Rayon) Polis Şöbəsində saxlanılan çəkisi 5 kiloqram 603,95 qram olan 21 ədəd çətənə bitkisi, 04 ədəd sellofan torbada olan torpaq nümunələri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 139,62 AZN (yüz otuz doqquz manat, altmış iki qəpik) təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödəmək vəzifəsindən azad edilsin və həmin pul dövlət büdcəsinə aid edilsin. Hökmdən elan olunduğu vaxtdan, 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar