Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-106/2024 26.09.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçilər – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, 2,685 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib yerini dəyişməklə üzərində daşıyıb Ağsu şəhərinə gətirərək üzərində saxlamış, 12 sentyabr 2023-cü il tarixdə saat 10:10 radələrində Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Ağsu-Padarçöl yolunun Ağsu şəhərinin ərazisindən keçən hissəsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 12:00 radələrində üzərində şəxsi axtarış aparılarkən əyninə geydiyi qara rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 2,685 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitədən istifadə etməmiş və narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 12 sentyabr 2023-cü il tarixdə saat 10 radələrində Ağsu rayon sakinləri X4 və X2 ilə birlikdə Ağsu-Gəgəli kənd yolu adlanan ərazidə özünə məxsus “Aqro” marketin yanındakı çayxananın qarşısında olan zaman mağazanın qarşısında onun avtomobilinin arxa tərəfində ağ rəngli avtomobilin dayandığını, həmin avtomobildən üç nəfər mülki geyimli şəxsin düşdüyünü və sonradan Şahid1 olduğunu bildiyi şəxsin onun mağazasına doğru hərəkət etməyə başladığını görmüş və həmin şəxsin kənd təsərrüfatı malları almağa gəldiyini düşünüb mağazasına tərəf getmişdir. Bu zaman onun mağasına doğru hərəkət edən Şahid1 mobil telefonuna zəng gəldiyi üçün sonuncunun yenidən gəldiyi avtomobilə tərəf getmiş, o da yenidən Məqamil Qarayev və Ruslan Həsənovun yanına qayıtmışdır. Daha sonra o, əvvəldən polis əməkdaşı olduğunu bildiyi Şahid3 və bir qədər əvvəl onun mağazasına tərəf hərəkət edən Şahid1 onun mağzasına doğru getdiklərini görmüş və yenidən mağazaya getmişdir. Orada olan zaman Şahid1 ona polis şöbəsinə getməli olduğunu demiş, o da etiraz etməyib polis əməkdaşlarının gəldikləri avtomobilə əyləşərək Ağsu Rayon Polis Şöbəsinə getmişdir. Oraya çatıb avtomobildən düşdükdən sonra Şahid1 digər polis əməkdaşına onun qolunu tutmasını demiş, bu zaman sonuncu özü də onun sol qolundan tutaraq əynindəki gödəkcənin sol cibinə nəsə atmışdır. O, buna etiraz edərək düzgün hərəkət etmədiklərini bildirmiş, buna baxmayaraq, polis əməkdaşları onun qollarını yuxarı qaldıraraq onu şöbənin inzibati binasının birinci mərtəbəsinin sağ tərəfində yerləşən otağına aparmışlar və qolları yuxarı qaldırılmış vəziyyətdə onu otağın divarına söykəmişlər. Bu zaman onu şöbəyə gətirən polis əməkdaşlarından olan Şahid3 otağa daxil olmuş, o, sonuncudan bunun səbəbini soruşmuş, Şahid3 isə narahat olmamasını və hər şeyin yaxşı olacağını deyərək həmin yeri tərk etmişdir. Otaqda yarım saat ərzində onu qolları açıq vəziyyətdə ayaqüstə saxlamışlar, daha sonra isə oturmasına icazə versələr də qolları yenə də yuxarı qaldırılmış vəziyyətdə qalmışdır. Oturaq vəziyyətdə təxminən 40 dəqiqə qaldıqdan sonra Şahid1 oraya gəlmiş, bu zaman o, qolları ağrıdığına görə sonuncudan qollarını buraxması üçün göstəriş verməsini xahiş etmiş və əllərini cibinə salmayacağını bildirmişdir. Şahid1 göstərişi ilə polis əməkdaşları onun qollarını buraxmışlar və otağı tərk edib çölə çıxmışlar. Şahid1 cibinə yerləşdirdiyi bükümün ona məxsus olduğunu deməyəcəyi halda anasını və arvadını polis şöbəsinə gətirərək saatlarla saxlayıb həmin şəxslərə, habelə ona əziyyət verəcəyini demiş, o da onkoloji xəstəlikdən əziyyət çəkən anasının polis şöbəsinə gətirilməsindən qorxub, polis şöbəsində köməksiz vəziyyətdə olduğunu dərk edib və işgəncə verildikdə dözə bilməyəcəyini düşünərək Şahid1 onu qanunsuz olaraq odlu silah saxlamaqda ittiham etmələrini xahiş etmiş, lakin sonuncu onunla razılaşmayaraq bükümün içərisindən marixuananın aşkar olunacağını, məsuliyyətinin yüngül olacağını demiş və həmin narkotik vasitəni mağazanın qarşısından tapdığını deməsini ona tapşırmışdır. Bundan sonra iki nəfər polis əməkdaşı onun qolundan tutaraq onu ikinci mərtəbəyə aparmışlar və orada yerləşən otağa daxil olduqda 3-4 nəfər mülki geyimli şəxsin və 3-4 nəfər polis əməkdaşının olduğunu görmüşdür. Otaqda ona bir nəfər mülki geyimli şəxsi göstərərək həmin şəxsin onun müdafiəçisi olduğunu, videoçəkilişin aparılacağını və həmin vaxt Şahid1 ona əvvəlcədən təklif etdiklərini bildirməli olduğunu demişlər. Videoçəkiliş aparılan zaman o, bükülünü cibindən çıxarıb stolun üzərinə qoymuş və bundan sonra bükülünün onun olub-olmadığı soruşulmuşdur. O isə həmin bükümün deyilənə görə onun olduğunu bildirmiş, daha sonra qeyd olunan büküm elektron tərəzi vasitəsilə çəkilmiş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Orada hal şahidi qismində iştirak edən Şahid5 protokol və zərf imzalanmamış uşağının xəstə olduğunu, bu səbədən getməli olduğunu və zərfi və protokolu sonra gəlib imzalayacağını demiş və təhqiqatçının icazəsi ilə həmin yeri tərk edib getmişdir. O, təhqiqatçının ona protokol adı ilə təqdim etdiyi sənədə həmin bağlamanın ona məxsus olmamasını və içərisində nə olması barədə məlumatının olmamasını qeyd etmiş, habelə müdafiəçisinə bükümün içərisindəkinin cadu ola biləcəyini demiş və sonradan həmin bükümün içərisindən narkotik vasitə heroinin aşkar edilməsi ona məlum olmuşdur. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Ağsu Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Ağsu şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz əldə edərək üzərində saxlaması barədə 11 sentyabr 2023-cü il tarixdə Ağsu RPŞ-yə məlumat daxil olmuş, məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra 12 sentyabr 2023-cü il tarixdə saat 10:10 radələrində Ağsu-Padarçöl yolunun Ağsu şəhərinin ərazisindən keçən hissəsinə getmişlər və Təqsirləndirilən şəxs yolun kənarındakı mağazanın yaxınlığında olduğunu görüb yaxınlaşaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib Ağsu RPŞ-yə getməsini təklif etmişlər, sonuncu isə etiraz etməyib onlarla birlikdə Ağsu RPŞ-yə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib müdafiəçi ilə təmin olunduqdan sonra hal şahidlərinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən içərisində narkotik vasitə heroinə bənzər maddə olan bir ədəd sellofan büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu və qeyd olunan narkotik vasitəni 12 sentyabr 2023-cü il tarixdə işlədiyi mağazanın qarşısından taparaq cibinə qoyduğunu bildirmişdir. Daha sonra həmin büküm elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 2,93 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid2 və Şahid4 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 12 sentyabr 2023-cü tarixdə saat təxminən 11:30 radələrində Ağsu Rayon Polis Şöbəsinin qarşısından keçərkən polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitəni üzərində gəzdirməkdə şübhəli bilinən şəxsin üzərində şəxsi axtarış aparılacağını bildirərək həmin istintaq hərəkətində hal şahidi qismində iştirak etməsini ondan xahiş etmişlər, o isə şəxsi axtarış aparılan zaman iştirak edə biləcəyini polis əməkdaşlarına demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində onun, digər hal şahidinin və müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmış və bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd sellofan büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu və qeyd olunan bükümü göstərilən tarixdə işlədiyi mağazanın qarşısından tapdığını bildirmişdir. Daha sonra həmin narkotik vasitə elektron tərəzi vasitəsilə çəkilmiş, müvafiq qaydada qablaşdırılmış və bu barədə tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid5 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır və sonuncunun narkotik vasitədən istifadə etməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixdə saat 10:30-da polis əməkdaşları tərəfindən saxlanılan vaxt o, çayxananın önündə Məqamil Qarayevlə birlikdə olmuş və həmin vaxt polis əməkdaşı Şahid4 və tanımadığı daha iki nəfər mülki geyimli şəxs ağ rəngli “AzSamand” markalı avtomobildən düşərək Təqsirləndirilən şəxs işlətdiyi mağazaya yaxınlaşmışlar. Təqsirləndirilən şəxs da onların yanından ayrılıb həmin şəxslərə yaxınlaşmış və bir müddət pilləkənlərin yanında söhbət etmişlər, lakin Təqsirləndirilən şəxs həmin şəxslərlə nə danışdığını eşitməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs mağazaya daxil olaraq mağazanın qapısını bağlayıb avtomobilə əyləşmiş və həmin şəxslərlə birlikdə qeyd olunan yeri tərk edib getmişdir. O, həmin şəxslərin mağazaya hansı səbəbə görə gəldiyini bilməmiş və Təqsirləndirilən şəxs hara aparılmasından məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2-3 ildir tanıyır və sonuncunun narkotik vasitədən istifadə etməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan gün saat 10:00- 11:00 radələrində kafeyə gəlmiş, həmin kafenin önündə Ruslan Həsənov və Təqsirləndirilən şəxsla söhbət edən zaman tanımadığı üç nəfər şəxs ağ rəngli avtomobildən düşmüş və sonuncu onların yanından ayrılıb həmin şəxslərə yaxınlaşmışdır. Həmin üç nəfər şəxs mağazanın yanındakı pilləkin yanında gözləyən zaman Təqsirləndirilən şəxs mağazaya daxil olub qapını bağlamış və qeyd olunan şəxslərlə birlikdə göstərilən yeri tərk edib getmişdir. O, həmin şəxslərin mağazaya hansı səbəbə görə gəldiyini bilməmiş və Təqsirləndirilən şəxs polis şöbəsinə hansı səbəbə görə aparılması ilə maraqlanmamışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Ağsu Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun baş təhqiqatçısı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs mağazası olan şəxs kimi tanımış və müştəri qismində həmin mağazada olmuşdur. 12 sentyabr 2023-cü il tarixd Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş və raportla ona təhvil verilmişdir. Daha sonra hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, bu zaman sonuncu üzərindəki maddəni təqdim etmiş və bu barədə protokol tərtib olunmuşdur. Ağsu RPŞ-də videoçəkilişləri kriminalist aparmış, lakin həmin tarixdə kriminalist olmadığı üçün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın videoçəkilişdən istifadə edilməklə aparılması mümkün olmamışdır. Qeyd olunan səbəbdən polis əməkdaşları tərəfindən hal şahidləri polis şöbəsinə dəvət edilmiş, o da həmin hal şahidlərindən Təqsirləndirilən şəxsla düşmənçiliyinin və ya ədavətinin olmadığını soruşmuş, qeyd olunan şəxslər isə bunu inkar etmişlər. Daha sonra hal şahidlərinə hüquqları və vəzifələri izah olunmuş, həmin şəxslərdən, habelə Təqsirləndirilən şəxs hər hansı etirazlarının olub-olmaması soruşulmuş, həmin şəxslər və Təqsirləndirilən şəxs isə etirazlarının olmadığını bildirmişlər. Daha sonra hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, aşkar olunmuş büküm açılmış və hamıya göstərilmişdir. Şəxsi axtarış aparılan zaman fotoşəkillər ona məxsus olan mobil telefon vasitəsilə çəkilmiş və sonradan o, həmin mobil telefonu satmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11 sentyabr 2023-cü il tarixli raportdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində və avtomobilində narkotik vasitələri gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 11 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12 sentyabr 2023-cü il raportdan görünür ki, Ağsu Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Ağsu şəhəri, S.Vurğun küçəsi, ev 14 A ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində və avtomobilində narkotik vasitələri gəzdirməsi şübhəsi ilə həmin tarixdə saat 10:10-də Ağsu-Padarçöl yolunun kənarında saxlanılaraq Ağsu Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 12 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, müdafiəçinin və hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən içərisində narkotik vasitə heroinə bənzər maddə olan bir ədəd sellofan büküm aşkar edilib götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 12 sentyabr 2023-cü il tarixli 17/683 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə...” sözləri, adlar, imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 2,685 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 13 sentyabr 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə əməl CM-in 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş 14 sentyabr 2023-cü il tarixli müayinə nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs sidiyindən götürülmüş nümunədə narkotik vasitə morfin və metadon, habelə psixotrop maddə amphetamin aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirinin qanuniliyinin yoxlanılmasına dair Ağsu Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Ağsu Rayon Polis Şöbəsinin Cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul olunmuş 11 sentyabr 2023-cü il tarixli qərar və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticələri qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 24 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş qərar qüvvəsində saxlanılmış və onun əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı cinayət işinin materiallarından başqa cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 25 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı cinayət işinin materiallarından başqa cinayət işi ayrıca icraata ayrılmışdır. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yeni redaksiyada verilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 83-cü bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq, lakin 800 qramdan az çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, o, 2,685 qram narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli törədilən zaman “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etmişdir. Lakin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli törədildikdən sonra “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yuxarıda adı çəkilən Qanunda dəyişiklik edilmiş, adında və İ maddədə “edilməsi üçün kifayət edən” sözləri “edilməsinə əsas verən” sözləri ilə, “miqdarına, habelə onların külli miqdarına” sözləri “xeyli, külli və xüsusilə külli miqdarlarına” sözləri ilə əvəz edilmiş, habelə həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları” yeni redaksiyada verilmiş, nəticədə təmiz halda 2 qram və daha artıq, lakin 800 qramdan az çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, CM-in 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edildiyindən, CM-in 26-cı fəslində (Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər) göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı qanunla müəyyən edildiyindən və Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu qüvvəyə minənədək törədildiyindən həmin Qanun Təqsirləndirilən şəxs münasibətdə tətbiq oluna bilməz, qeyd olunan səbəblərə görə onun tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlinə görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanununa uyğun təyin olunmalı və bu zaman narkotik vasitənin külli miqdarı ilə bağlı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu və həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısı (əvvəlki redaksiya) tətbiq olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, 11 sentyabr 2023-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində və avtomobilində narkotik vasitələri gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs 12 sentyabr 2023-cü il tarixdə saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərində müdafiəçinin və hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən narkotik vasitə heroin aşkar olunaraq götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 12 sentyabr 2023-cü il tarixdə müdafiəçinin və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb narkotik vasitənin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Həmçinin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 12 sentyabr 2023-cü il tarixdə şəxsi axtarış və götürmə aparılarkən 12 sentyabr 2023-cü il tarixdə Ağsu şəhərində işlədiyi mağazanın qarşısında 01 ədəd sellofan büküm tapdığını demiş, 13 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən verdiyi ifadəsində 12 sentyabr 2023-cü il tarixdə saat 08 radələrində Ağsu rayonunun Navahi kəndində yerləşən mağazsına getdiyini, bu zaman mağazanın giriş qapısının yanında yerdə şəffaf sellofana bükülmüş bükümün olduğunu gördüyünü, həmin bükümün nə olduğunu bilmədiyi üçün maraqlı gəldiyini, qeyd olunan bükümü götürüb şalvarının sağ yan cibinə qoyduğunu və polis əməkdaşları tərəfindən saxlanılan vaxt göstərilən bükümün üzərində olduğunu etiraf etmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqın gedişində 23 dekabr 2023-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində 12 sentyabr 2023-cü il tarixdə saat 10 radələrində Ağsu rayon sakinləri X4 və X2 ilə birlikdə Ağsu-Gəgəli kənd yolu adlanan ərazidə özünə məxsus “Aqro” marketin yanındakı çayxananın qarşısında olan zaman əvvəldən polis əməkdaşı olduğunu bildiyi Şahid3 və daha iki nəfər şəxsin ağ rəngli avtomobildən düşdüyünü, daha sonra Şahid3 və daha bir nəfər şəxsin onun mağazasına tərəf hərəkət etdiklərini görüb mağazaya getdiyini, orada olan zaman Şahid1 ona polis şöbəsinə getməsini təklifi etdiyini, sonuncunun bu təklifi ilə razılaşaraq polis əməkdaşlarının gəldikləri avtomobilə əyləşib Ağsu Rayon Polis Şöbəsinə getdiyini, oraya gedən zaman üzərində narkotik vasitə heroinin olmadığını, oraya çatıb avtomobildən düşdükdən sonra Şahid1ın digər polis əməkdaşına onun qolunu tutmasını dediyini, bu zaman sonuncunun da onun sol qolundan tutaraq əynindəki gödəkcənin sol cibinə nəsə atdığını, buna etiraz etdiyini, daha sonra polis əməkdaşlarının onun qollarını yuxarı qaldıraraq onu şöbənin inzibati binasının birinci mərtəbəsinin sağ tərəfində yerləşən otağına apardıqlarını, qolları yuxarı qaldırılmış vəziyyətdə onu otağın divarına söykədiklərini, otaqda yarım saat ərzində onu qolları açıq vəziyyətdə ayaqüstə saxladıqlarını, daha sonra isə oturmasına icazə versələr də qollarının yenə də yuxarı qaldırılmış vəziyyətdə qaldığını, oturaq vəziyyətdə təxminən 40 dəqiqə qaldıqdan sonra Şahid1 oraya gəldiyini, bu zaman qolları ağrıdığına görə sonuncudan qollarını buraxması üçün göstəriş verməsini xahiş etdiyini, əllərini cibinə salmayacağını bildirdiyini, Şahid1 göstərişi ilə polis əməkdaşlarının onun qollarını buraxaraq otağı tərk edib çölə çıxdıqlarını, Şahid1 cibinə yerləşdirdiyi bükümün ona məxsus olduğunu deməyəcəyi halda anasını və arvadını polis şöbəsinə gətirərək saatlarla saxlayıb həmin şəxslərə, habelə ona əziyyət verəcəyini dediyini, onkoloji xəstəlikdən əziyyət çəkən anasının polis şöbəsinə gətirilməsindən qorxub, polis şöbəsində köməksiz vəziyyətdə olduğunu dərk edib və işgəncə verildikdə dözə bilməyəcəyini düşünərək Şahid1 onu qanunsuz olaraq odlu silah saxlamaqda ittiham etmələrini xahiş etdiyini, lakin sonuncunun onunla razılaşmayaraq bükümün içərisindən marixuananın aşkar olunacağını, məsuliyyətinin yüngül olacağını dediyini, həmin narkotik vasitəni mağazanın qarşısından tapdığını deməsini ona tapşırdığını, bundan sonra iki nəfər polis əməkdaşı tərəfindən ikinci mərtəbəyə aparıldığını, orada yerləşən otağa daxil olduqda 3-4 nəfər mülki geyimli şəxsin və 3-4 nəfər polis əməkdaşının olduğunu gördüyünü, otaqda ona bir nəfər mülki geyimli şəxsi göstərərək həmin şəxsin onun müdafiəçisi olduğunu, videoçəkilişin aparılacağını və həmin vaxt Şahid1 ona əvvəlcədən təklif etdiklərini bildirməli olduğunu dediklərini, videoçəkiliş aparılan zaman bükülünü cibindən çıxarıb stolun üzərinə qoyduğunu, həmin vaxt bükülünün onun olub-olmadığının soruşulduğunu, həmin bükümün deyilənə görə onun olduğunu bildirdiyini, orada hal şahidi qismində iştirak edən Şahid5 protokolu və zərfi imzalamadığını, uşağının xəstə olduğunu, bu səbəbdən getməli olduğunu və zərfi və protokolu sonra gəlib imzalayacağını dediyini və təhqiqatçının icazəsi ilə həmin yeri tərk edib getdiyini, təhqiqatçının ona protokol adı ilə təqdim etdiyi sənədə həmin bağlamanın ona məxsus olmamasını və içərisində nə olması barədə məlumatının olmamasını qeyd etdiyini, habelə müdafiəçisinə bükümün içərisindəkinin cadu ola biləcəyini dediyini və sonradan həmin bükümün içərisindən narkotik vasitə heroinin aşkar edilməsinin ona məlum olduğunu qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaqın gedişində 23 dekabr 2023-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış və götürmə aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitənin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı qeyd aparılmamışdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağsu Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman o, səhər işə gəldikdən sonra mağazanın qarşısında yerdə sellofan bükülünün olduğunu gördüyünü, nə olduğunu bilmədən əyilib götürdüyünü, həmin vaxt polis əməkdaşları tərəfindən polis şöbəsinə aparıldığını və orada üzərində olan sellofan bükümü təqdim etdiyini qeyd etmişdir. Eləcə də məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid3, Şahid2, Şahid4, Şahid6 və X4 ifadələrində Təqsirləndirilən şəxs qeyd etdiklərini təkzib etmişlər. Beləliklə, təqsirləndirilən şəxsin ibtidai istintaqın gedişində 23 dekabr 2023-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı göstərilən məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın gedişində 23 dekabr 2023-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı verdiyi ifadələrində qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı 12 sentyabr 2023-cü il tarixdə üzərində şəxsi axtarış və götürmə aparılarkən, 13 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən və barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman qeyd etdiklərinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni əldə edərkən, saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı, yəni Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə etməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə yanlış olmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli Qərarının 7-ci bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirərkən saxlanılmamış, barəsində əməliyyat məlumatı daxil olduğu üçün üzərində şəxsi axtarış aparılarkən 01 ədəd sellofan bükümdə külli miqdarda, yəni 2,685 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitə heroinin bir bükümdə olması, başqa növ narkotik vasitənin və ya psixotrop maddənin, habelə elektron tərəzinin aşkar olunmaması, hər hansı şəxslə narkotik vasitənin və ya psixotrop maddənin alışı və ya satışı ilə bağlı sövdələşməyə girməməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 2,685 qram çəkidə narkotik vasitə heroin satış məqsədi olmadan əldə olunaraq saxlanılmışdır. Eyni zamanda, şəxsə məxsus mobil telefona baxış keçirilmiş, lakin iş üçün hər hansı əhəmiyyətli hal müəyyən olunmamışdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, polis əməkdaşlarının məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrdən də müəyyən olunur ki, əməliyyat aparatında təqsirləndirilən şəxsin narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmasına dair konkret olaraq məlumat olmamış, onların bu xüsusatla bağlı verdiyi ifadələr ehtimallara əsaslanmışdır. Qeyd olunmalıdır ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Eyni zamanda “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə narkotik vasitə heroini satış məqsədi olmadan əldə etməsi şahidlərin ifadələri, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirildiyindən, onun törətmiş olduğu əməl CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu şəhəri, S.Vurğun küçəsi, ev 14 A ünvanında yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 234.1-1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 12 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağsu Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Ağsu Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağsu Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün müddətə olmaqla, 27 yanvar 2024-cü il tarixədək uzadılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 12 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 05 oktyabr 2023-cü il tarixli 1657 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs heroindən istifadə etmə halları olub. Lakin halhazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, halhazırda narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 05 dekabr 2023-cü il tarixli 18-1-25/2-908/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada narkomaniya xəstəliyinə görə qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalıdır, lakin o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 06 dekabr 2023-cü il tarixli 770 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər hər hansı xroniki-psixi xəstəlik, pisixi fəaliyyətin müvəqqəti pozulması, əqli-gerilik və sair psixi xəstəlik keçirməmişdir və hal-hazırda keçirmir. Onun hazırda tibbi xarakterli məcburi tədbirlərin təbiqinə ehtiyacı yoxdur. O, ona şamil edilən əməli düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 05 dekabr 2023-cü il tarixli 18-1-25/2-908/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada ruhi-əsəb xəstəliyinə görə qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyanın maddi sübut hesab edilməsi haqqında 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Ağsu Rayon Polis Şöbəsində saxlanılan 2,635 qram narkotik vasitə heroin həmin tarixdə maddi sübut qismində tanınmışdır. CPM-in 132.1-ci maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aiddir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına aiddir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahı”larının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrə aid olan İ Siyahısının 49-cu bəndinə əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Ağsu Rayon Polis Şöbəsində saxlanılan 2,635 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 12 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Ağsu Rayon Polis Şöbəsində saxlanılan 2,635 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-106/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-106/2024
26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver